Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İnqilabın Rəhbəri Tehranda izdihamla müşayiət olunan, unudulmaz Cümə namazı qıldı
İnqilabın Rəhbəri Tehranda izdihamla müşayiət olunan, unudulmaz Cümə namazı qıldı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Tehranda böyük bir izdihamın müşayiəti ilə qıldığı unudulmaz Cümə namazında qeyd etdi ki, müdrik xalqın Hacı Qasım Süleymani və onun mücahid yoldaşlarının dəfn mərasimindəki ecazkar iştirakı və Sepahın amerikalıların Eynül-Əsəd bazasına hücum edərək verdikləri sarsıdıcı cavab təyinedici və dərs götürüləcək iki Allah günü idi: “Xalq öz batinini, yəni şeytan qarşısındakı əzmkarlığını bu iştirak vasitəsilə göstərdi. Bu izzətli yolun davam etdirilməsinin yeganə yolu İranın bütün sahələrdə daha da güclü olmasıdır”.
İnqilabın Ali Rəhbəri Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İnqilabın Ali Rəhbəri Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə (bazar günü) Qətərin əmiri Şeyx Təmim ibn Həməd Ali-Sani və onu müşayiət edən nümayəndə heyətinə dedi: “Regionun mövcud şəraiti əvvəlkindən daha çox region ölkələrinin bir-birləri ilə olan əlaqələrini gücləndirməsinə və yadların təlqinlərini qəbul etməmlərinə ehtiyacı var”.
İslam İnqilabının Ali Rəhbəri və minlərlə insanın iştirakı ilə anım mərasimi keşirildi
İslam İnqilabının Ali Rəhbəri və minlərlə insanın iştirakı ilə anım mərasimi keşirildi
İslam İnqilabının Ali Rəhbəri və xalqın müxtəlif təbəqələrdən olan minlərlə nümayəndəsinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə ABŞ-ın terror cinayətinin qurbanı olmuş İslamın böyük və iftixarlı komandanı şəhid general Hacı Qasim Süleymani, böyük mücahid şəhid Əbu Mehdi Əl-Mühəndis və digər şəhidlərin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.
Ali Rəhbər həlak olan insanlarla bağlı başsağlığı verdi
Ali Rəhbər həlak olan insanlarla bağlı başsağlığı verdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Kerman şəhərində uca şəhid Hacı Qasim Süleymaninin pak cənazəsini son mənzilə yola salarkən əziz həmvətənlərdən bir qrupunun həlak olması, habelə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində bu gün yaşanan faciə münasibətilə başsağlığı verdi.
Tehran Universitetində vida mərasimi təşkil edildi
Tehran Universitetində vida mərasimi təşkil edildi
Tehranın dirçəlişi, mömin və qədirbilən xalqın İslamın böyük və iftixarlı komandanı general şəhid Hacı Qasim Süleymani ilə tarixi vida günü İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran Universitetinə gələrək bu uca şəhidə, böyük mücahid Əbu Mehdi Əl-Mühəndis və ABŞ terrorçu rejiminin son cinayətinin qurbanı olmuş digər şəhidlərin nəşinə namaz qıldı.
İslam İnqilabının Ali Rəhbərinin XXVIII Ümumrespublika Namaz Konfransına müraciəti
İslam İnqilabının Ali Rəhbərinin XXVIII Ümumrespublika Namaz Konfransına müraciəti
Həzrət Ayətullah Xamenei XXVIII Ümumrespublika Namaz konfransına ünvanladığı müraciətdə namazın heyrət doğuran ən böyük və ən cazibədar nemətlərdən olduğunu dedi və bildirdi ki, namaz insanı bu ilahi fenomen qarşısında heyrətə gətirir: “Allah-taala bu neməti bizə hədiyyə edib ki, onunla ruhumuzu saflaşdıraq, bəşəri əlaqələrimizə mənəviyyat, cəmiyyətə psixoloji əmin-amanlıq, sağlamlıq, münaqişəli problemlərdən xilas, sevinc və şadlıq bəxş edək”.
İslam İnqilabının Ali Rəhbəri minlərlə bəsici ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri minlərlə bəsici ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər minlərlə bəzici ilə görüşdə Bəsicin təhdidləri fürsətlərə çevirən bir təşkilat olaraq yaradılmasının əsaslarından, pak Bəsic ağacının yumşaq və sərt müharibənin ayrı-ayrı sahələrindəki geniş fəaliyyətləri və xidmətlərindən danışaraq böyük İran xalqının keçən həftə nümayiş etdirdiyi əzəmətli hərəkətinə işarə edərək bu qüdrətli hərəkətə görə xalqa dərin təşəkkürünü bildirdi: “İran xalqı bu genişmiqyaslı hərəkətlə düşmənin çox təhlükəli və proqramlaşdırılmış genişmiqyaslı planını iflasa uğratdı”.
İslam İnqilabının Ali Rəhbəri istehsalçılar, sahibkarlar və iqtisadi fəallarla görüşdü
İslam İnqilabının Ali Rəhbəri istehsalçılar, sahibkarlar və iqtisadi fəallarla görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə (çərşənbə axşamı) iki min beş yüz nəfər istehsalçı, sahibkar və iqtisadi fəalla görüşdə milli sərvətin əhəmiyyəti, İslam dövlətində ümumi rifahın yaxşılaşdırılması və ölkə xaricinə ümid bəslənilməməsinin zəruriliyi məsələlərinə toxunaraq dedi: “Əsas işimiz və strategiyamız daxili istehsalın gücləndirilməsi və yaxşılaşdırılması vasitəsilə iqtisadiyyatın sanksiyalardan qorunmasını təmin etməkdir. Mən bu işin arxasındayam və ölkənin həqiqi inkişafını tam müdafiə edirəm”.
Ali Rəhbər dövlət rəsmiləri, “Vəhdət konfransı”nın qonaqları və səfirlərlə görüşdü
Ali Rəhbər dövlət rəsmiləri, “Vəhdət konfransı”nın qonaqları və səfirlərlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə) səhər dövlət rəsmiləri, “İslami vəhdət” konrfansının iştirakçıları, İslam ölkələrinin səfirləri və xalqın ayrı-ayrı siniflərdən olan bir qrup nümayəndəsi ilə görüşdə bildirdi ki, İslam dünyasının hal-hazırki müsibətləri, xüsusilə Fələstinin təəssüf doğuran vəziyyətinin səbəbi islami vəhdətin zəifliyidir.
İslam İnqilabının Ali Rəhbəri minlərlə tələbə və şagirdlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri minlərlə tələbə və şagirdlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 13 aban beynəlxalq imperializmlə mübarizə günü ərəfəsində bu gün (bazar günü) səhər respublikasının dörd bir tərəfindən gəlmiş minlərlə tələbə və şagirdlə görüşündə güclü, yüksək əhval-ruhiyyəli və motivasiyalı gənc nəslin İran üçün böyük bir nemət və qiymətli bir xəzinə olduğunu dedi və 1332-ci il çevrilişindən bu günə qədər ABŞ-ın İran xalqı ilə olan dərin düşmənçiliyinin davam etdiyini vurğuladı: “Canavar xislətli ABŞ zəifləsə də, daha vəhşi və həyasız olub. Əvəzində isə İran İslam Respublikası qüdrətli müdafiəsi ilə, habelə müzakirələrdən ağlabatan arqumentlərlə imtina etməklə ABŞ-ın ölkəyə təkrar nüfuz və giriş yoluna sədd çəkmişdir”.
İmam Hüseynin “Ərbəin” mərasimi keçirildi
İmam Hüseynin “Ərbəin” mərasimi keçirildi
Şəhidlər sərvərinin “Ərbəin” ildönümündə İmam Xomeyni (r.ə) adına hüseyniyə ölkənin bütün bölgələrindən gəlmiş tələbə heyətlərinə ev sahibliyi etdi. Matəm saxlayan tələbələr İslam İnqilabının Ali Rəhbərinin hüzurunda Uca Kərbəla zəvvarlarının səsinə səs verərək “Ləbbeykə Ya Hüseyn” şüarını səsləndirdilər.

Seçilmiş ünvanlar