Xəbərlər

Ali Məqamlı Rəhbər Tehranda keçirilən 26-cı Beynəlxalq Kitab Sərgisinə baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) səhər İmam Xomeyni (r.ə) adına namazgahda keçirilən 26-cı Tehran Beynəlxalq Kitab Sərgisinə baxış keçirdi.

Ali Məqamlı Rəhbər Xatəmülənbiya adına xəstəxanada Ayətullah Tahiri Xorrəmabadini ziyarət etdi
Bu gün (çərşənbə günü) günortadan sonra Xatəmülənbiya adına xəstəxanaya gedərək Ayətullah Tahiri Xorrəmabadiyə və xəstəxananın intensiv terapiya şöbəsində yatan bir qrup digər şəhid valideynlərinə baş çəkən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei onların şəfası üçün Tanrıya dualar etdi.

Ali Məqamlı Rəhbər İmam Xomeyni (r.ə) hərəmini və “Beheşte-Zəhra” şəhid məzarlığını ziyarət etdi
İslam İnqilabının Fəcr dekadası və İmam Xomeyninin (r.ə) İrana tarixi dönüşünün ildönümü ərəfəsində bu gün (çərşənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum imamın müqəddəs hərəmini ziyarət etdi, “Fatihə” oxuyaraq İran İslam Respublikasının banisinin xatirəsini ehtiramla andı.

Ali Məqamlı Rəhbər Bocnurdun “Şəhidlər gülzarı”nı və imamzadə Seyid Abbas ibn Musa (ə) ziyarətgahını ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə (çərşənbə axşamı) Bocnurdun “Şəhidlər gülzarı”nı ziyarət etdi.

Ali Məqamlı Rəhbər Şirvan şəhristanının “Şəhidlər gülzarı”nı ziyarət etdi
Bu gün (bazar ertəsi) səhər Şirvanın “Şəhidlər gülzarı”nı ziyarət edən Ali Məqamlı Rəhbər “Fatihə” oxuyaraq bu məntəqənin şəhidlərinin uca məqamına ehtiramını bildirdi.

Ali Məqamlı Rəhbər İİR Ordusunun nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirdi
Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər İİR Ordusunun nailiyyətlərini əks etdirən sərgiyə gələrək texniki təchizat, müdafiə, döyüş və elm sferalarında görülmüş işlər, əldə edilmiş nailiyyətlərlə tanış oldu.

Ali Məqamlı Rəhbər Şərqi Azərbaycan vilayətinin rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei zəlzələdən zərər çəkmiş Şərqi Azərbaycan vilayətinə səfərinin yekunu olaraq, bu gün (cümə axşamı) günortadan sonra vəli-fəqihin bölgə üzrə nümayəndəsi, Şərqi Azərbaycan valisi və vilayətin digər rəsmilərinin iştirakı ilə valiliyin inzibati binasında iclas keçirdi.

Ali Məqamlı Rəhbər Şərqi Azərbaycanda zəlzələdən zərər çəkmiş bölgələrin əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Şərqi Azərbaycan vilayətinin zəlzələdən ziyan görmüş bölgələrinə baş çəkərək əhali ilə görüşdü. İnsanların dərdinə şərik olduğunu ifadə edən Ali Məqamlı Rəhbər xəsarətin həcmi, zəlzələ nəticəsində zərər çəkmiş insanlara göstərilən yardım tədbirləri ilə yaxından tanış oldu.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Tehran Kitab sərgisinə baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər (bazar günü) iki saat yarım ərzində 25-ci Beynəlxaq Kitab sərgisinə baxış keçirdi.
Mədəniyyət və İslami İrşad nazirinin də iştirak etdiyi bu görüşdə sektor rəhbərləri Ali Məqamlı Rəhbərə sərgidə nümayiş olunan kitablar barədə lazımi məlumatlar verdilər, yeni nəşrlərdən bəhs etdilər.

Ali Məqamlı Rəhbər əczaçılıq zavodlarının zəhmətkeşləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər (bazar günü) Milli İstehsal ilində Zəhmətkeşlər günü ərəfəsində əczaçılıq zavodlarının zəhmətkeşləri ilə görüşərək dərman istehsalı sahəsindəki son nailiyyətlərlə yaxından tanış oldu.

Ali Məqamlı Rəhbər ölkənin neft və qaz sənayesinin imkanları ilə tanış oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər ölkənin neft sənayesinin elmi-tədqiqat laboratoriyasına gedərək bu mühüm və mürəkkəb sferanın imkanları ilə yaxından tanış oldu.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) məqbərəsini ziyarət etdi
İslam İnqilabının Fəcr ongünlüyü, İmam Xomeyninin (r.ə) öz müsəlman vətəninə tarixi qayıdışının ildönümü ərəfəsində – bu gün (çərşənbə axşamı) səhər mərhum imamın müqəddəs məqbərəsini ziyarət edən Ali Məqamlı Rəhbər “Fatihə” oxuyaraq İran İslam Respublikasının banisinin xatirəsini ehtiramla yad etdi.

Ali Məqamlı Rəhbər şəhid Əhmədi Rouşən və Rezayinejadın evlərində oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu axşam (cümə axşamı günü) ölkənin şəhid olmuş elm xadimlərindən ikisinin – şəhid Mustafa Əhmədi Rouşən və Dariyuş Rezayinejadın evlərinə gedərək onların ailə üzvləri ilə mənəviyyat dolu bir atmosferdə görüşüb söhbət etdi.

Ali Məqamlı Rəhbər Kirmanşah şairi Əhməd Əziziyə xəstəxanada baş çəkdi
Ali Məqamlı Rəhbər bu gün (cümə axşamı) günorta Kirmanşahdakı İmam Rza (ə) adına xəstəxanaya gedərək intensiv terapiya şöbəsində yatan istedadlı və xoştəb İran şairi Əhməd Əziziyə baş çəkdi, şairin səhhətinin yaxşılaşması üçün Tanrıya dualar etdi.

Ali Məqamlı Rəhbər Kəngavərin Şəhidlər xiyabanını ziyarət etdi
Bu sabah İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kəngavər əyalətinə daxil olduğu ilk saatlarda buranın Şəhidlər xiyabanında oldu, şəhid məzarları başında “Fatihə” oxuyaraq regionun rəşadətli döyüşçülərinin xatirəsini ehtiramla yad etdi.

Ali Məqamlı Rəhbər Pave şəhidlərinin xatirə kompleksini ziyarət etdi
Bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Pave və Ouramanat məntəqələrinin əhalisi ilə sevinc və canlanma dolu bir atmosferdə keçən görüşündən sonra Pave şəhidlərinin xatirə kompleksini ziyarət etdi. Şəhid məzarları başında “Fatihə” oxuyan Ali Məqamlı Rəhbər məntəqənin vüqarlı və məzlum şəhidlərinin əks-inqilabçı qüvvələrə, habelə Səddam Hüseyn rejiminə qarşı mübarizədə nümayiş etdirdiyi fədakarlıq və mətanəti təqdir edərək yüksək dəyərləndirdi.

Ali Məqamlı Rəhbər Gilan-e Qərbin Şəhidlər xiyabanını ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Gilan-e Qərb şəhərinə daxil olduğu ilk saatlarda Şəhidlər xiyabanını ziyarət etdi.
Ali Məqamlı Rəhbər “Fatihə” oxuyaraq Uca Yaradandan müsəlman İran dövlətinin başucalığı uğrunda canından keçmiş şəhidlərin ruhlarına dərgahında ən ali dərəcələri nəsib etməsini dilədi.

Ali Məqamlı Rəhbər bir neçə şəhid ailəsinə baş çəkdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Kirmanşaha səfərinin üçüncü günündə şəhid Ocaqi, Əmini, Xalisi və Monkəresinin ailələrini ziyarət edərək onlarla hal-əhval tutdu, qayğı və problemləri ilə maraqlandı.
