Xəbərlər
İslam İnqilabının Rəhbəri Müqəddəs Müdafiənin veteranları ilə görüşdü İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Müqəddəs Müdafiənin veteranlarına həsr edilmiş hörmət tədbirində məcb...
İslam İnqilabının Rəhbəri prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə axşamı) səhər ölkə başçısı və Nazirlər Kabinetinin üzvləri ilə görüşdə hökumətin funksiyalarının tədqiqi və açıqlanması, inqilabın və son 43 ilin mühüm hadisələrinin xatırlanması və diri saxlanmasının hökumət həftəsinin iki əsas istiqaməti olduğunu dedi.
İslam İnqilabının Rəhbəri İslami Cihad Hərəkatının baş katibinin məktuuna cavab verdi
Həzrət Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ziyad ən-Nəxalənin məktubuna göndərdiyi cavabında İslami Cihadın şücaətli müqavimətinin bu hərəkatın müqavimət sahəsindəki mövqeyinin daha da yüksəlməsinə, sionist rejiminin hiyləsinin puça çıxmasına və onun burnunun yerə sürtülməsinə səbəb oduğunu yazmışdır.
Sanitar-gigiyenik qaydalara uyğun olaraq mərasim cəmiyyətin iştirakı olmadan keçiriləcək
Həzrət Əbaəbdillah Hüseyn (ə) və onun vəfalı səhabələrinin şəhadət günlərinin yetişməsi münasibətilə İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə matəm mərasimi keçiriləcək.
Ali Rəhbər imam cümələlərlə görüşdə cümə xütbələrinin məzmunu ilə bağlı tövsiyələr verdi
İslam İnqilabının Rəhbəri bu gün səhər (27 iyul) ölkənin imam-cümələri ilə görüşündə cümə namazını İslam Dövlətinin “yumşaq güc” silsiləsinin çox mühüm bir halqası, eləcə də özəl bir dini ayin kimi qələmə verərək dedi: “İmam-cümə İslam İnqilabının sözcüsüdür.
Ali Rəhbər Türkiyənin prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortan qabaq Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə iki ölkə arasındakı əməkdaşlıqların, xüsusilə ticari əlaqələrin artırılmasının zəruriliyini vurğuladı.
İnqilabın Rəhbəri Rusiyanın prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra Rusiyanın prezidenti cənab Vladimir Putin və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə iki ölkə arasında əldə edilmiş anlaşmalar və bağlanmış müqavilələrin həyata keçirilməsinin zəruriliyini vurğulayaraq Qərbin hiyləgər siyasətlərinə qarşı ayıq olmağın vacibliyini dedi: “İran və Rusiyanın uzunmüddətli əməkdaşlıqları hər iki dövlətin dərindən xeyrinədir”.
İnqilabın Rəhbəri “Fəcr” festivalının başa çatması münasibətilə müraciət ünvanladı
Həzrət Ayətullah Xamenei Fəcr Milli və Beynəlxlaq Musiqi Festivalının bağlanış tədbirinə ünvanladığı müraciətdə musiqilərdə daha gözəl şeir, səs və ahənglərin, islami, inqilabi və milli mövzuların seçilməsinin zəruriliyini vurğuladı.
İslam İnqilabının Ali Rəhbəri Həcc günləri münasibətilə müraciət ünvanladı
Həzrət Ayətullah Xamenei Allah evinin ziyarətçilərinə ünvanladığı müraciətdə vəhdət və mənəviyyatın Həccin iki əsas sütunu, İslam ümmətinin izzət və səadət amili olduğunu vurğuladı.
İnqilabın Rəhbəri məhkəmənin sədri, məsul şəxsləri və bir qrup işçisi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər məhkəmə hakimiyyətinin sədri, bir qrup yüksək vəzifəli rəsmisi və işçiləri ilə görüşdə Allahın cəmiyyətlərlə bağlı dəyişməz qanunlarından söz açaraq dedi: “İran xalqı və İslam Respublikasının 1360-cı ilin böyük və acı hadisələrindən başıuca çıxması və heyrətamiz qələbəsinin səbəbi müqaviməti, əzmkarlığı və düşmənlərdən qorxmaması olmuşdur.
İnqilabın Rəhbəri “Müəllimlərin Mobilizisiyası Günü” münasibətilə müraciət ünvanladı
Həzrət Ayətullah Xamenei “Müəllimlərin Mobilizisayası Günü”nə həsr edilmiş konfransa ünvanladığı müraciətində bəsici müəllimlərin elmi inkişaf və innovasiyanın əxlaq və nəfsin tərbiyə edilməsi ilə müşayiət edilməsi sahəsindəki rolu və vəzifəsinin vacibliyini qeyd etdi.
İnqilabın Rəhbəri “Əşirət Şəhidləri Milli Konqresi”nin təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Rəhbərinin 12 iyun 2022-ci il tarixində “Əşirət Şəhidləri Milli Konqresi”nin təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu gün səhər Kürd şəhərində həmin konfransın təşkil edildiyi məkanda yayımlandı.
İslam İnqilabının Rəhbəri Qazaxıstanın prezidenti və nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar) günortadan sonra Qazaxıstanın prezidenti Qasım-Jomart Tokaev və onu müşayiət edən nümyəndə heyəti ilə görüşdə İranla Qazaxıstan arasında dərin tarixi və mədəni bağların olduğuna işarə edərək iki dövlətin müxtəlif sahələrdə, xüsusilə regional əməkdaşlıqlar sahəsindəki əməkdaşlqlarının əvvəlkindən daha çox inkişaf etdirilməli olduğunu vurğuladı.
İslam İnqilabının Rəhbəri Türkmənistanın prezidenti və nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günörtadan əvvəl Türkmənistanın prezidenti Sərdar Berdiməhəmmədov və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə əlaqələrin daha da inkişaf etdirilib dərinləşdirilməsinin tamamilə iki ölkənin xeyrinə olduğunu dedi: “İran İslam Respublikasının siyasəti qonşu ölkələrlə əlaqələri genişləndirməkdir. Bu, tamamilə düzgün bir siyasətdir”.
İnqilabın Rəhbəri Venesuelanın prezidenti və nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) günortadan sonra Venesuelanın prezidenti cənab Nikolas Maduro və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İran və Venesuelanın ABŞ-ın ağır təzyiqləri və qarışıq müharibəsinə qarşı müqavimətinə işarə edərək dedi: “İki ölkənin uğurlu təcrübəsi göstərdi ki, bu təzyiqlərə qarşı yeganə mübarizə yolu müqavimətdir”.


