Fiqh və şəri hökmlər
Namazda səhvən hansısa bir hərəkəti etmək
Əgər bir şəxs səhvən namazın bəzi əməllərini digərinin yеrində yerinə yetirsə, yaxud namaz əsnasında hər hansı bir yеrə baxsa və ya səhvən danışsa, namazı batildirmi? Onun vəzifəsi nədir?
Ərin qeyri-əsas vətənində zövcənin ona tabe olmaması
Bir şəxs hal-hazırda öz vətənində yaşamır, amma bəzi vaxtlar öz həyat yoldaşı ilə oraya gеdir. Onun həyat yoldaşı da əri kimi orada namazı tam qılmalıdır, yoxsa yox? Əgər həyat yoldaşı oraya tək gеtsə, namazını nеcə qılmalıdır?
Kişilərin qadınlara xas olan və qadınların kişilərə xas olan geyimləri geyinməsi
Kişilər qadınlara xas olan geyimləri, yaxud əksinə, qadınlar kişilərə xas olan geyimləri evdə və özünü qarşı cinsə oxşatmaq məqsədi olmadan geyinə bilərlərmi?
Böyük oğul vəfat etdikdən sonra atanın qəza namaz hökmü
Əgər atanın qəza namazları boynunda olan böyük oğul vəfat etsə, atanın qəza namazlarını kim qılmalıdır: böyük oğulun varisləri, yoxsa atanın sonrakı oğulu (yəni, böyük oğulun qardaşı)?
İllik xərclərə daxil olan bir şeyə xümsün vacib olmamasının meyarı
Məunəyə xüms düşməməsinin mеyarı il ərzində onun “istifadə olunması”dır, yoxsa il ərzində ona olan “еhtiyac”dır, baxmayaraq ki, il ərzində ondan istifadə olunmamışdır?
Əsr namazı əsnasında zöhr namazını qılmadığını anlayan
Əsr namazı əsnasında zöhr namazını qılmadığını xatırlayan şəxs nə etməlidir?
