Bir nəfər həzrət Ayətullah imam Xomеyninin (r.ə) Tеhran haqqında olan “böyük şəhər” hökmünü bilməyib, lakin İslam İnqilabından sonra bu fətvadan xəbərdar olub. Bu şəxsin adi qaydada yеrinə yеtirdiyi oruc-namazın hökmü nədir?
Bəzi fərdlər zahirdə kişi cinsinə mənsubdurlar, amma psixoloji cəhətlərdən qadın cinsinin xüsusiyyətlərinə malikdirlər. Belə ki, qadınların cinsi təmayülləri onlarda tam şəkildə mövcuddur. Əgər onlar cinsiyyətlərini dəyişdirməzlərsə, fəsada düşərlər. Cərrahiyyə əməliyyatı yolu ilə onların müalicəsi caizdirmi?
Hazırkı dövrdə və vəliyyi-fəqihin imkanlarının geniş olduğu bir dövrdə Fitr və Qurban bayramlarının namazı vəliyyi-fəqihin imamlığı ilə və vəliyyi-fəqih tərəfindən bu namazların qılınmasına icazəsi olan nümayəndələrinin imamlığı ilə qılınmalıdırmı, yoxsa məscidlərin və başqa məkanların imam-camaatları da bayram namazlarına imamlıq edə bilərlər?
Hər hansı bir yеrdə 10 gündən artıq qalacaqlarını bilən, lakin ixtiyarları öz əllərində olmayan qoşun bölmələrinin oruc-namazlarının hökmü nədir? Xahiş еdirik ki, bu barədə İmamın (r.ə) da fətvasını buyurasınız.
Əgər bir məclisdə rəqs edilərsə və “yaxşı işə dəvət etmək” və “pis işdən çəkindirmək” məclisdə iştirak edənlərə təsir qoymazsa, pis işdən çəkindirmək insana vacib olurmu?