1
00:00:00,370 --> 00:00:02,620
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,800 --> 00:00:07,170
Ey qəlbləri və gözləri haldan-hala salan,

3
00:00:07,850 --> 00:00:11,320
ey gündüz və gecələri dövr etdirib nizamlayan,

4
00:00:11,920 --> 00:00:15,200
ey insanın və təbiətin halını dəyişən,

5
00:00:15,700 --> 00:00:19,520
halımızı ən gözəl şəkildə dəyiş.

6
00:00:20,000 --> 00:00:25,500
Salam olsun Fatiməyə, onun atasına, ərinə və övladlarına!

7
00:00:25,900 --> 00:00:35,670
Yeni ilin başlanğıcı Həzrət Zəhranın (s.ə) şəhadəti ilə bağlı günlərə təsadüf edir;

8
00:00:36,470 --> 00:00:48,270
xalqımızın Peyğmbər (s) ailəsinə və əzəmətli Peyğəmbərimizin (s.ə) əziz qızına olan mənəvi bağlılığından irəli gələn müəyyən tələblər var ki,

9
00:00:49,300 --> 00:00:58,100
heç şübhəsiz, hər kəs onlara riayət etməlidir və sözsüz ki, edəcək də.

10
00:00:59,420 --> 00:01:10,720
Ümidvaram ki, bu günlər, bu yeni il Fatiməyə (s.ə) xas bərəkətlərlə dolu olacaq,

11
00:01:11,220 --> 00:01:16,020
o böyük xanımın mübarək adı, onun xatirəsini ehtiramla yad etməsi

12
00:01:17,120 --> 00:01:29,020
1394-cü ildə xalqımızın həyatına öz dərin və qalıcı təsirini göstərəcək.

13
00:01:30,250 --> 00:01:41,350
Və ümidvaram ki, təbiətin yeni bir hicri-şəmsi ilinin başlanğıcı sayılan bu yeni baharı

14
00:01:42,770 --> 00:01:51,620
İran xalqı, eləcə də Novruzu bayram edən bütün xalqlar üçün mübarək olacaq.

15
00:01:52,220 --> 00:02:01,750
Həzrət Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) hüzuruna acizanə salamlarımı yetirir,

16
00:02:03,350 --> 00:02:15,220
fürsətdən istifadə edib dahi liderimiz İmam Xomeyninin (r.ə) və şəhidlərimizin də xatirəsini yad edirəm.

17
00:02:15,420 --> 00:02:26,950
Ümidvaram ki, Allah-taala bizə o əzizlərimizin pak nəfəsinin bərəkətindən, müqəddəs ruhlarının dualarından

18
00:02:28,120 --> 00:02:36,620
yararlanmağı nəsib edəcək. 1393-cü ilə,

19
00:02:37,700 --> 00:02:44,400
həmçinin bu saatlarda başlayan yeni ilə xülasə şəkildə bir nəzər salmaq istəyirəm.

20
00:02:45,650 --> 00:02:55,350
1393-cü il həm daxildə, həm də xaricdə – beynəlxalq arenada

21
00:02:55,470 --> 00:02:59,470
ölkəmiz üçün mühüm olaylarla dolu bir il idi;

22
00:03:01,770 --> 00:03:06,200
problemlərimiz də oldu, uğurlarımız da.

23
00:03:07,970 --> 00:03:14,320
Mən məhz elə həmin problemlərə nəzərən ötən il bu vaxt

24
00:03:15,150 --> 00:03:23,400
yeni il üçün “Milli əzm və cihad ruhlu idarəetmə” şüarını seçmişdim.

25
00:03:24,620 --> 00:03:29,120
1393-cü ildə gedən proseslərə nəzər saldıqda

26
00:03:30,200 --> 00:03:36,950
görürük ki, milli əzm, əlhəmdulillah, özünü göstərib, müşahidə olunub.

27
00:03:37,920 --> 00:03:47,800
Xalqımız həm üzləşdiyi müəyyən problemlərə sinə gərməklə,

28
00:03:48,850 --> 00:03:53,020
həm də 22 bəhmən və Qüds günlərində,

29
00:03:54,250 --> 00:04:06,250
eləcə də möhtəşəm Ərbəin yürüşündə fəal iştirakı ilə öz güclü əzmini, yenilməz təpərini nümayiş etdirib.

30
00:04:07,800 --> 00:04:15,070
Əlhəmdulillah, cihad ruhlu idarəetmə də bəzi sferalarda müşahidə olunurdu.

31
00:04:16,420 --> 00:04:22,020
Cihad əhval-ruhiyyəli idarəçiliyin mövcud olduğu həmin sferalarda

32
00:04:22,470 --> 00:04:25,700
uğur və nailiyyətlər də gözə dəyirdi.

33
00:04:26,520 --> 00:04:32,200
Əlbəttə ki, bu təkcə 1393-cü ilə aid olan bir tövsiyə deyil.

34
00:04:32,970 --> 00:04:37,620
Xalqımızın elə bu il də,

35
00:04:38,170 --> 00:04:43,550
üzümüzə gələn bütün illərdə də həm milli əzmə, həm də cihad ruhlu idarəetməyə ehtiyacı var.

36
00:04:44,420 --> 00:04:53,570
1394-cü ilə gəlincə isə, bu ildə mənim əziz xalqımıza böyük

37
00:04:54,370 --> 00:04:57,520
və onu da deyim ki, hamısı əlçatan olan arzularım var

38
00:04:59,550 --> 00:05:07,220
Bu yeni ildə mən xalqımıza iqtisadi inkişaf,

39
00:05:07,800 --> 00:05:12,150
regionda və dünyada nüfuz və iqtidar,

40
00:05:13,520 --> 00:05:17,270
sözün əsl mənasında elmi sıçrayışlar,

41
00:05:18,150 --> 00:05:21,270
hüquqi və iqtisadi sferada

42
00:05:22,050 --> 00:05:24,470
ədalət, ən əsası

43
00:05:24,900 --> 00:05:30,870
və bütün bu qeyd etdiklərimin dayağı olaraq isə iman və mənəviyyat  arzulayıram.

44
00:05:32,300 --> 00:05:38,600
Məncə, bütün bu arzu-diləklər realdır, əlçatandır.

45
00:05:39,550 --> 00:05:50,800
Bunların heç biri elə bir şey deyil ki, İran xalqının imkan və potensialından və ya İslam dövlətinin yürütdüyü siyasətlərin əhatəsindən kənar olsun.

46
00:05:51,570 --> 00:05:54,120
Bizim imkanlarımız çox genişdir;

47
00:05:54,970 --> 00:05:58,270
bu barədə deyiləsi sözlər çoxdur;

48
00:05:59,000 --> 00:06:05,400
inşallah, (şənbə günü) günortadan sonra  edəcəyim çıxışda ən mühüm olan məqamları qeyd edəcəyəm.

49
00:06:06,200 --> 00:06:13,050
Hazırda isə əziz xalqıma onu demək istəyirəm ki,

50
00:06:13,670 --> 00:06:21,970
bu böyük və mühüm potensial realdır, əlçatandır, amma müəyyən şərtləri var;

51
00:06:22,870 --> 00:06:33,220
ən vacib şərtlərindən biri xalqla dövlət arasında səmimi əməkdaşlıqdır.

52
00:06:34,450 --> 00:06:40,100
Hər iki tərəfdən bu səmimi əməkdaşlıq olsa,

53
00:06:40,670 --> 00:06:47,170
heç şübhəsiz, biz bütün arzularımıza çata bilərik

54
00:06:47,950 --> 00:06:53,000
və əziz xalqımız bunun nəticələrini açıq-aydın görər.

55
00:06:53,420 --> 00:07:01,620
Hökumət xalqın qulluqçusu, xalq isə hökumətin buyruqçusudur.

56
00:07:02,620 --> 00:07:11,800
Hökumətlə xalq arasında nə qədər çox səmimiyyət, əməkdaşlıq və həmrəylik olsa,

57
00:07:12,300 --> 00:07:14,520
işlər bir o qədər yaxşı irəliləyər.

58
00:07:15,400 --> 00:07:25,770
Xalq və hökumət bir-birinə inanmalıdır; həm dövlət xalqı sözün əsl mənasında qəbul etməli,

59
00:07:26,520 --> 00:07:33,250
onun dəyərini, əhəmiyyətini və imkanlarını düzgün qiymətləndirməlidir

60
00:07:33,950 --> 00:07:42,170
həm də xalq onun işlərini yerinə yetirən hökumətə sözün həqiqi mənasında etimad göstərməlidir.

61
00:07:43,400 --> 00:07:46,500
Bu mövzuda da mənim demək istədiyim şeylər,

62
00:07:47,100 --> 00:07:52,720
müəyyən tövsiyələrim var ki, inşallah, çıxışımda qeyd edəcəyəm.

63
00:07:53,320 --> 00:08:01,400
Odur ki, məncə, bu ili xalqla hökumətin geniş əməkdaşlığı ili kimi qəbul etmək lazımdır.

64
00:08:02,170 --> 00:08:09,870
Mən yeni il üçün belə bir şüar seçmişəm: “Dövlət və xalq – birlik və həmrəylik”

65
00:08:10,520 --> 00:08:15,320
Ümidvaram ki, bu şüar əməldə reallaşacaq

66
00:08:16,000 --> 00:08:23,300
və hər iki tərəf – yəni

67
00:08:23,850 --> 00:08:32,500
həm əziz, böyük, əzmli və şücaətli, müdrik və uzaqgörən xalqımız, həm də daim xalqının xidmətində duran dövlətimiz

68
00:08:33,050 --> 00:08:40,870
bu şüarı sözün əsl mənasında gerçəkləşdirə, onun nəticə və səmərəsini görə biləcək.

69
00:08:41,320 --> 00:08:49,420
Uca Allahdan bütün böyük işlərdə ölkəmizə irəliləyişlər arzu edir,

70
00:08:49,480 --> 00:08:54,350
özümüzə də xalqa xidmətdə mənəvi dəstək olmasını diləyirəm.

71
00:08:54,660 --> 00:08:57,950
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.