﻿1
00:00:08,660 --> 00:00:10,600
بسم‌الله‌الرّحمن‌الرّحيم

2
00:00:12,410 --> 00:00:17,470
الحمدلله ربّ‌ العالمين

3
00:00:20,080 --> 00:00:27,660
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابيالقاسم المصطفي محمّد

4
00:00:35,480 --> 00:00:40,730
و علي اله الاطيبين الاطهرين المنتجبين

5
00:00:42,800 --> 00:00:54,650
الهداة المهديّين المعصومين المکرّمين سيّما بقيةالله في الارضين

6
00:00:57,360 --> 00:01:18,100
اللّهمّ صلّ علي فاطمة بنت نبيک و زوجة وليّک و امّالسبطين الحسن و الحسين سيّدي شباب اهل الجنّة

7
00:01:19,680 --> 00:01:36,100
الطّهرة الطّاهرة المطهّرة التّقيّة النّقيّةالزّکيّة سيّدة نساء اهل الجنّة اجمعين

8
00:01:39,150 --> 00:01:54,420
اللّهمّ صلّ علي وليّک عليّ بن موسي عدد ما في علمکصلاة دائمة بدوام ملکک و سلطانک

9
00:01:56,940 --> 00:02:14,420
اللّهمّ سلّم علي وليّک عليّ بن موسي عدد ما فيعلمک سلاماً دائماً بدوام مجدک و عظمتک و کبريائک

10
00:02:16,520 --> 00:02:35,680
Uca Allaha şükürlər edirəm ki, bir daha, daha bir yeni ildə

11
00:02:36,730 --> 00:02:48,100
Həzrət Əbülhəsən Rzanın (ə) məqbərəsinin kölgəsi altında

12
00:02:49,050 --> 00:03:01,680
siz əziz qardaş və bacılarımla, İmam Rzanı (ə) ziyarətə gəlmiş insanlarla görüşmək fürsətini mənə nəsib etdi.

13
00:03:03,890 --> 00:03:23,260
Müsəlman iranlılar qədim bir ənənə olan Novruzu müdriklikə öz əqidələrinə uyğun, ürəkləri istədikləri bir şəklə salmışlar;

14
00:03:25,890 --> 00:03:38,940
Novruzun zahiri formasını, qəlibini saxlayıb, mahiyyətini, mənasını dəyişmişlər.

15
00:03:41,260 --> 00:03:59,470
Qədim Novruz padşahların Novruzu idi. Zalım hökmdar və ağaların

16
00:04:00,520 --> 00:04:19,990
öz zahiri ehtişamını, dəbdəbəsini xalqın gözünə soxmaları, oturub onlardan hədiyyələr qəbul etmələri üçün fürsət idi.

17
00:04:21,780 --> 00:04:39,890
Hətta Novruzun Əməvi və Abbasi xəlifələrinin saraylarına yol tapdığı Bəni-Ümməyə və Bəni-Abbas zamanında da

18
00:04:41,260 --> 00:04:56,420
qədim fars padşahlarından qalmış bu ənənə yaşayırdı.

19
00:04:58,100 --> 00:05:10,630
İranlı müsəlmanlar isə bu qaydanı,bu ənənəni öz xeyirlərinə dəyişdilər.

20
00:05:11,680 --> 00:05:19,570
Bu dəyişiklik birdəfəyə olmayıb,

21
00:05:20,630 --> 00:05:36,970
amma əsrlər keçəndən sonra – bu gün siz görürsünüz ki, Novruz insanlarla izzət və əzəmətin başlanğıcı, yəni Uca Allahın müqəddəs zatı arasında

22
00:05:37,880 --> 00:05:52,450
mənəvi əlaqə yaranması üçün bir vasitəyə, bəhanəyə çevrilib.

23
00:05:54,110 --> 00:06:03,880
İranlıların Novruzu xalqa aid bir məna və mahiyyətə malikdir.

24
00:06:05,200 --> 00:06:25,420
İnsanlar Novruzla əlaqədar olaraq bir-biri ilə səmimiyyət və sevgi ilə davranır, bir-birini təbrik edir, hədiyyələr verirlər.

25
00:06:26,110 --> 00:06:43,200
Əsrlər sonra – bu gün Novruzun mahiyyətində qədimdə padşahlara aid olan o adət-ənənədən əsər-əlamət qalmayıb.

26
00:06:44,510 --> 00:07:03,200
Novruz günlərində, il təhvil olunduğu zaman bu geniş ölkəmizdə ən sıx, izdihamlı məkanlar

27
00:07:03,600 --> 00:07:12,570
imamların və imamzadələrin (ə) müqəddəs məqbərələri olur.

28
00:07:13,770 --> 00:07:34,800
Dünən – gecə yarısı bu müqəddəs məqbərədə yüz minlərlə mömin saf qəlblə qüdrət və əzəmət mənbəyinə üz tutmuşdu,

29
00:07:35,880 --> 00:07:50,110
öz Rəbbi ilə söhbət edirdi, halları dəyişən Uca Allahdan öz halının yaxşılığa doğru dəyişməsini istəyirdi,

30
00:07:50,970 --> 00:07:53,880
dini ayinlər icra edirdi.

31
00:07:54,280 --> 00:08:05,820
Odur ki, bu gün bizim qeyd etdiyimiz Novruz qədim Novruz deyil, iranlıların Novruzudur;

32
00:08:06,400 --> 00:08:19,020
bu qədim adəti öz uca hədəflərinə çatmaq üçün

33
00:08:19,600 --> 00:08:29,080
sərmayəyə çevirməyi bacarmış müsəlman bir xalqın Novruzudur.

34
00:08:29,420 --> 00:08:36,970
Ümidvaram, Uca Allah əziz İran xalqına hər bir situasiyada,

35
00:08:37,710 --> 00:08:51,080
hər bir məsələdə belə müdrik islami təşəbbüslər etməkdə yardımçı olacaq.

36
00:08:51,370 --> 00:09:07,940
Belə ki, bu il Norvuz bayramı İslam dünyasının böyük xanımı Həzərt Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə bağlı günlərlə üst-üstə düşür

37
00:09:08,680 --> 00:09:24,220
və şübhəsiz ki, təşkil edilən Novruz mərasimləri o uca adın hörmətinə, o uca şəxsiyyətin xatirəsinin ehtiramla anılmasına heç bir vəchlə zidd olmamalıdır;

38
00:09:24,620 --> 00:09:28,910
sözsüz ki, heç olmayacaq da.

39
00:09:30,620 --> 00:09:42,450
Bu gün mən bu möhtəşəm toplantıda iştirak edən siz əziz qardaş və bacılarıma,

40
00:09:44,000 --> 00:09:51,480
eləcə də bütün İran xalqına müəyyən şeyləri deməyi nəzərdə tutumuşam.

41
00:09:53,310 --> 00:09:59,650
Söhbətimi Qurandan olan bir mənaya diqqət çəkməklə başlamaq istəyriəm.

42
00:10:00,000 --> 00:10:12,280
Uca Allah yardım vədi verdiyi şəxslər üçün bir şərt qoymuşdur:

43
00:10:12,910 --> 00:10:16,970
“Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!”

44
00:10:17,770 --> 00:10:34,970
“O kəslər ki, əgər onlara yer üzündə güc-qüdrət versək, namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir”. (“Həcc” surəsi, 41-ci ayə)

45
00:10:35,420 --> 00:10:54,620
Bu şərif ayədə Allah-taala gücü və imkanı olan, zalım hökmdarların

46
00:10:55,710 --> 00:11:10,680
ağalığı altından çıxmağa müvəffəq olmuş möminlər üçün 4 göstərici müəyyən edərək belə vəd edir:

47
00:11:10,910 --> 00:11:14,970
“Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!”

48
00:11:15,480 --> 00:11:26,800
Allah-taala belə bir xalqa yardım etməyə, əlbəttə ki, qadirdir və sözsüz ki, edəcək də.

49
00:11:28,050 --> 00:11:33,080
Həmin 4 şərtdən biri namaz, biri zəkat,

50
00:11:33,480 --> 00:11:39,600
biri “əmr be məruf”, dördüncüsü isə “nəhy əz münkər”dir.

51
00:11:40,510 --> 00:11:52,220
Bu dörd xüsusiyyətdən, dörd meyardan hər birinin bir fərdi, şəxsi aspekti var,

52
00:11:52,680 --> 00:12:03,600
amma bununla yanaşı, bir sosial aspekti, ictimai quruluşa da bir təsiri var.

53
00:12:04,280 --> 00:12:17,250
Hətta mahiyyətində o qədər sirr və simvolika gizlənən, hər bir möminin meracı,

54
00:12:17,600 --> 00:12:20,740
قُربانُ کُلِّ تَقي

55
00:12:21,200 --> 00:12:23,940
– hər bir təqvalı və pəhrizkar insanın Allaha yaxınlaşma vasitəsi, feyz və səadət mənbəyi,

56
00:12:24,450 --> 00:12:35,650
bütün əməllərdən üstün bir əməl olan namaz da sosial aspektə malikdir.

57
00:12:36,570 --> 00:12:52,220
Namazın sosial aspekti bundan ibarətdir ki, onun vasitəsilə ayrı-ayrı müsəlmanlar vahid bir mərkəzlə təmasda olur.

58
00:12:53,080 --> 00:13:05,760
Namaz vaxtı böyük İslam dünyasının hər bir yerində bütün müsəlmanlar eyni anda

59
00:13:06,120 --> 00:13:12,200
qəlblərini vahid bir mərkəzə bağlayırlar.

60
00:13:12,920 --> 00:13:20,880
Bütün qəlblərin vahid bir mərkəzə bu şəkildə bağlanması ictimai bir məsələdir,

61
00:13:21,640 --> 00:13:33,240
ictimai formasiya məsələsidir, islami quruluşun həndəsəsini müəyyən edərək formalaşdırır.

62
00:13:34,040 --> 00:13:52,240
Zəkatın da fərdi bir özəlliyi var, insana sevdiyi şeylərdən keçməyi, onları başqalarına verməyi öyrədir;

63
00:13:52,600 --> 00:14:02,200
bunun özü çox mühüm bir təcrübədir, sınaqdır. Buna baxmayaraq, zəkatın da ictimai nöqteyi-nəzərdən bir yozumu var.

64
00:14:02,800 --> 00:14:19,360
Quranda zəkat sözü ilə bütün infaqlar, yəni Allah yolunda xərcləmələr nəzərdə tutulur. Bura “خُذ مِن اَموالِهِم صَدَقَةً” – “Onların mallarından sədəqə (zəkat) al” (“Tövbə” surəsi, 103-cü ayədən)  şərif ayəsində

65
00:14:19,360 --> 00:14:22,160
vacib maliyyə vergisi kimi haqqında danışılan və şəri termin olaraq işlədilən zəkat da daxildir.

66
00:14:22,840 --> 00:14:29,360
Allah yolunda edilən bütün infaqlar zəkatdır.

67
00:14:29,920 --> 00:14:39,400
Zəkatın ictimai aspekti, ictimai quruluşun formalaşmasına təsir etmək baxımından izahı isə bundan ibarətdir ki,

68
00:14:39,800 --> 00:14:49,480
İslam cəmiyyətində, islami mühitdə yaşayan və dünya malına malik olan insan

69
00:14:49,720 --> 00:15:01,520
cəmiyyət qarşısında məsuliyyət hiss edir, özünü borclu bilir, cəmiyyətdən ummur, kiməsə əl tutmağı özünün vəzifəsi hesab edir;

70
00:15:02,240 --> 00:15:18,960
həm yoxsul, zəif insanlar qarşısında məsuliyyət hiss edir, həm də Allah yolunda. Odur ki, bu nöqteyi-nəzərdən zəkat ictimai quruluşun formalaşmasına təsir göstərən bir hökm və göstəricidir.

71
00:15:20,000 --> 00:15:32,080
“Əmr be məruf və nəhy əz münkər”ə gəlikdə isə bu hökm İslamdakı bütün ictimai fəaliyyətlərin, bir növ, əsasını təşkil edir;

72
00:15:32,120 --> 00:15:35,720
“بِها تُقامُ الفَرائِض” – bütün vacib hökm və əməllər onunla, onun sayəsində yerinə yetirilmiş olur.

73
00:15:36,160 --> 00:15:45,880
“Əmr be məruf” – yəni cəmiyyəti yaxşılıqlara,

74
00:15:46,120 --> 00:15:59,640
hər cür gözəl, bəyənilən əməllərə sövq etmək dünyanın istənilən yerində hər bir möminin vəzifəsidir.

75
00:15:59,960 --> 00:16:10,080
“Nəhy əz münkər” isə hər kəsi pisliklərdən, rəzilliklərdən, çirkinliklərdən uzaqlaşdırmaqdır.

76
00:16:10,480 --> 00:16:25,640
Bu 4 göstəricinin hər biri İslam dövlətinin, islami quruluşun strukturunu özünəməxsus tərzdə ifadə edir.

77
00:16:26,840 --> 00:16:35,520
Haşiyəyə çıxıb bir şey deyim ki, “əmr be məruf və nəhy əz münkər” mühüm bir məsələdir

78
00:16:36,000 --> 00:16:45,160
və onu heç də vacib əhəmiyyət kəsb etməyən məsələlərlə məhdudlaşdırmaq olmaz.

79
00:16:46,400 --> 00:16:54,000
Bəziləri elə güman edirlər ki, “əmr be məruf və nəhy əz münkər”

80
00:16:54,320 --> 00:17:06,080
yalnız dinin təfərrüatına əməl etməyən bir kişi və ya qadına xatırlatma etməkdən ibarətdir.

81
00:17:06,640 --> 00:17:16,800
“Əmr be məruf və nəhy əz münkər”in ən əhəmiyyətli forması

82
00:17:17,280 --> 00:17:30,960
ən böyük yaxşılıqlara sövq etmək və ən böyük pisliklərdən çəkindirməkdir.

83
00:17:31,800 --> 00:17:44,040
Ən böyük yaxşılıqlar, ilk növbədə, İslam dövlətinin formalaşdırılması və qorunmasından ibarətdir;

84
00:17:44,240 --> 00:17:46,200
“əmr be məruf” budur.

85
00:17:47,040 --> 00:17:57,240
İslam dövlətini formalaşdırmaqdan və qorumaqdan uca xeyir, yaxşılıq yoxdur.

86
00:17:57,640 --> 00:18:03,360
Bu yolda çalışan hər kəs cəmiyyəti yaxşılığa çağırmış olur.

87
00:18:03,800 --> 00:18:12,560
Ən böyük xeyir və yaxşılıq İran xalqının qürur və heysiyyətini qorumaqdır.

88
00:18:12,920 --> 00:18:24,160
Xeyir və yaxşlıqlar bunlardır: mədəniyyəti yüksəltmək, sağlam əxlaqi atmosfer yaratmaq, ailə atmosferini sağlamlaşdırmaq,

89
00:18:24,760 --> 00:18:39,440
yeni nəslin sayını artırmaq, ölkəni inkişaf etdirməyə hazır olan bir gənc nəsil yetişdirmək, iqtisadiyyat və istehsalı rövnəqləndirmək,

90
00:18:39,880 --> 00:18:54,360
İslam əxlaqını kütləviləşdirmək, elm və texnologiyanı inkişaf etdirmək, hüquqi və iqtisadi ədaləti bərqərar etmək,

91
00:18:54,760 --> 00:19:07,640
İran xalqının və daha böyük miqyasda İslam ümmətinin iqtidarı uğrunda çalışıb-vuruşmaq,

92
00:19:08,160 --> 00:19:18,000
müsəlman birliyi uğrunda çalışıb səy göstərmək. Ən mühüm xeyir və yaxşılıqlar bunlardır

93
00:19:18,400 --> 00:19:25,320
və onların uğrunda çalışmaq, insanları onlara sövq etmək hər kəsin vəzifəsidir.

94
00:19:25,920 --> 00:19:38,000
Bunların əks qütbündə isə pisliklər, çirkinliklər durur.  Əxlaqi tənəzzül  pislikdir, İslam düşmənlərinin dəyirmanına su tökmək pislikdir,

95
00:19:38,360 --> 00:19:52,360
İslam dövlətini zəiflətmək pislikdir,İslam mədəniyyətini zəiflətmək pislikdir, cəmiyyətin iqtisadiyyatını, elm və texnologiyanı zəiflətmək pislikdir;

96
00:19:52,920 --> 00:20:04,280
bu pisliklərdən çəkinmək lazımdır.Yaxşılıqlara əmr edən ilk şəxs isə Allah-taalanın müqəddəs zatının özüdür. O buyurur:

97
00:20:04,600 --> 00:20:17,640
“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurur, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir”. (“Nəhl” surəsi, 90-cı ayədən)

98
00:20:18,240 --> 00:20:27,400
Allah-taala yaxşılıqlara əmr edərək pisliklərdən çəkindirir. Yaxşlılıqlar da müəyyən olunub, pisliklər də məlumdur.

99
00:20:28,280 --> 00:20:49,040
Əzəmətli İslam Peyğəmbərinin (s) müqəddəs vücudu yaxşılıqlara əmr edib pisliklərdən çəkindirənlərin ən üstünüdür;

100
00:20:49,440 --> 00:20:50,720
Quranda onun haqqında buyurulur:

101
00:20:50,960 --> 00:20:55,280
“(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər...” (“Əraf” surəsi, 157-ci ayədən)

102
00:20:55,640 --> 00:21:05,720
Məsum imamlar (ə) da “əmr be məruf və nəhy əz münkər” etmiş ən böyük şəxsiyyətlərdir; ziyarətnamələrdə oxuyursunuz:

103
00:21:05,920 --> 00:21:14,000
“Şəhadət verirəm ki, sən namazı bərpa etdin, zəkat verdin, yaxşılıqlara əmr edib, pisliklərdən çəkindirdin”.

104
00:21:14,440 --> 00:21:23,600
İslam dünyasının istənilən yerində yaşayan mömin kişi və qadınlar yaxş ılığa əmr edib, pisliklərdən çəkindirənlərdəndir;

105
00:21:23,960 --> 00:21:36,480
Quranda buyurulur:“Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verərlər”. (“Tövbə” surəsi, 71-ci ayədən)

106
00:21:37,040 --> 00:21:49,360
Bunlar ictimai quruluşun formalaşdırılmasında başlıca rola malik olan 4 başlıca elementdir və onlardan hər biri də şaxələrə bölünür.

107
00:21:50,080 --> 00:21:59,800
İslam dövlətində, yəni İslam cəmiyyətindəki birlik, camaat arasında ictimai əlaqələr  və emosional bağlar

108
00:22:00,280 --> 00:22:12,360
məhz bu 4 şeyə: namazın qılınması, zəkatın verilməsi, “əmr be məruf” və “nəhy əz münkər”ə əsaslanır.

109
00:22:13,320 --> 00:22:22,840
Elə bu məqamda  – bugünkü söhbətimin əvvəlində mən bu mövzudan dünən gecəyarı

110
00:22:23,080 --> 00:22:33,240
əziz xalqımıza etdiyim müraciətdə yeni il üçün elan etdiyim şüarla bağlı nəticə çıxarmaq istəyirəm.

111
00:22:34,320 --> 00:22:39,320
Bizim cəmiyyətimizdə, bu geniş və əziz ölkəmizdə

112
00:22:40,680 --> 00:22:49,000
ölkəmizdə İslam dini ictimai mənşəyindən, sosial statusundan asılı olmayaraq,

113
00:22:49,480 --> 00:22:59,480
hamımızdan birgə olmağımızı, həmrəy olmağımızı, bir-birinə yardım  etməyimizi istəyir.

114
00:23:00,600 --> 00:23:10,080
İslam dövlətində hakimiyyətə gələn administrasiyalar xalq tərəfindən dəstəklənməlidir;

115
00:23:11,080 --> 00:23:27,720
hətta hökumətdə təmsil olunan bu və ya digər şəxsə səs verməmiş insanlar tərəfindən də dəstək və himayə görməlidir.

116
00:23:28,200 --> 00:23:39,960
Bizim islami dövlətimizdə milli, sosial birlik və həmrəyliyin mahiyyətini bu gerçəklik təşkil etməlidir.

117
00:23:40,720 --> 00:23:57,640
İş başında olan hakimiyyətlə hamı bir nəfər kimi əlbir-dilbir olmalı, ona yardım etməlidir;

118
00:23:58,120 --> 00:24:14,280
xüsusilə də ölkənin mühüm məsələlərlə, önəmli problem və qarşıdurmalarla üz-üzə olduğu anlarda (bu barədə daha sonra deyəcəklərim var).

119
00:24:14,720 --> 00:24:28,920
Bu gün xalqın bütün nümayəndələrinin vəzifəsidir ki, ölkə və hökumət rəsmilərini dəstəkləsinlər, onlara yardım etsinlər.

120
00:24:48,960 --> 00:24:57,400
Bu təkcə hazırkı hökumətə yox, bütün hökumətlərə aiddir.

121
00:24:58,320 --> 00:25:05,000
Bundan sonra hakimiyyətə gələcək administrasiyalara da aiddir.

122
00:25:05,160 --> 00:25:15,480
Ona görə ki, bütün hökumətləri narahat edən əsl və başlıca məsələ xalqın problemlərini həll etməkdir;

123
00:25:16,160 --> 00:25:23,160
doğrudur, onların hamısı eyni səviyyədə olmaya, fərqli imkan və bacarıqlara

124
00:25:23,800 --> 00:25:29,440
və ya siyasi təmayülə  malik ola bilərlər,

125
00:25:29,880 --> 00:25:45,640
amma hamısının məqsədi hakimiyyətdə olduqları dövrdə imkanları daxilində ölkənin, xalqın problemlərini həll edə bilməkdir.

126
00:25:46,240 --> 00:25:57,560
Konstitusiya çərçivəsində hakimiyyətə gəlmiş hər bir administrasiya legitimdir, qanunidir.

127
00:25:58,400 --> 00:26:11,120
Əsas o deyil ki, bu və ya digər prezidentə seçicilərin neçə faizi səs verib;

128
00:26:11,840 --> 00:26:19,520
səslərin azlığı və ya çoxluğunun həmin şəxsin nə dərəcədə sevilməsi ilə əlaqəsi var,

129
00:26:20,280 --> 00:26:24,680
legitimliyi ilə əlaqəsi yoxdur.

130
00:26:25,280 --> 00:26:38,640
Bir şəxs istənilən səs çoxluğu faizi ilə, Konstitusiya çərçivəsində, xalqın əksəriyyətinin səsini toplayaraq seçilirsə, +

131
00:26:39,480 --> 00:26:49,760
bu artıq legitimlikdir, qanunilikdir, həmin dövlət legitimdir və xalq onu qanuni bilərək

132
00:26:50,760 --> 00:26:59,960
bacardığı qədər ona kömək etməlidir. Əlbəttə ki, qarşılıqlı hüquqlar var.

133
00:27:00,560 --> 00:27:07,920
Əlbəttə ki, hər bir hökuməti tənqid edənlər olur; hazırkı hökuməti də tənqid edənlər var,

134
00:27:08,640 --> 00:27:17,880
bundan əvvəlki hökumətlərin də hər birini tənqid edənlər olub. Bunun heç bir problemi yoxdur.

135
00:27:18,360 --> 00:27:24,280
Elə insanlar var ki, bu və ya digər davranışı,

136
00:27:24,720 --> 00:27:29,520
fikri, siyasəti qəbul etmir və tənqid edirlər.

137
00:27:30,000 --> 00:27:39,880
Bunun heç bir eybi yoxdur, amma tənqidlər məntiq çərçivəsində olmalıdır.

138
00:27:40,320 --> 00:27:46,760
Mənim özümün də müxtəlif hökumətlərə tənqidi yanaşdığım vaxtlar olub,

139
00:27:47,240 --> 00:27:49,920
həmişə də fikirlərimi qeyd etmişəm,

140
00:27:50,240 --> 00:28:00,600
nöqsanlı hesab etdiyim, tənqidə lüzum gördüyüm heç bir halda fikrimi deməkdən çəkinməmişəm.

141
00:28:01,240 --> 00:28:11,320
İntəhası bu tənqidi fikirlərimi münasib şəraitdə, münasib situasiyada və münasib şəkildə bildirmişəm.

142
00:28:11,800 --> 00:28:15,440
Mesaj ünvanlamışam və ya şəxsən, üz-üzə demişəm, yaxud israrla fikrimi bildirmişəm.

143
00:28:16,280 --> 00:28:19,520
Xəbərdarlıq etməyin, tənqidi fikirlərini qeyd etməyin heç bir eybi yoxdur,

144
00:28:19,920 --> 00:28:33,520
amma bu, elə formada olmalıdır ki, rəsmilərə, iş başında olan şəxslərə qarşı ictimai etimadı yox etməsin.

145
00:28:34,440 --> 00:28:41,880
Xəbərdarlığı elə formada etmək lazımdır ki, camaatda etimadsızlıq yaranmasın,

146
00:28:42,760 --> 00:28:50,120
təhqir və aqressiv davranışlara yol verilməsin.

147
00:28:50,800 --> 00:29:06,400
Hökumətlə xalq arasındakı əlaqəyə hamı müsəlman qardaşlığı prizmasından yanaşmalı, bu şəkildə davranmalıdır.

148
00:29:06,920 --> 00:29:10,600
Əlbəttə ki, burada iki tərəf var.

149
00:29:11,160 --> 00:29:26,600
Mən həm xalqa tövsiyə edirəm ki, hökumətlə mehribanlıqla, birlik və həmrəylik ruhu ilə danışmaq lazımdır,

150
00:29:27,040 --> 00:29:32,920
həm də hakimiyyətin hər 3 qolunda təmsil olunan rəsmilərə vurğulayıram ki,

151
00:29:33,320 --> 00:29:39,880
onları tənqid edən şəxslərə qarşı münasib şəkildə davransınlar,

152
00:29:40,400 --> 00:29:46,920
təhqirə yol verməsinlər.

153
00:29:47,440 --> 00:29:55,800
Rəsmilərin müxalifləri təhqir etməsi müdriklik və tədbirliliyə ziddir.

154
00:30:18,110 --> 00:30:23,680
Mən əziz xalqımızı etinasızlığa,

155
00:30:24,350 --> 00:30:27,600
proseslərə nəzarət etməməyə çağırmıram.

156
00:30:28,350 --> 00:30:34,080
Əksinə, onları ölkənin əsas problemləri ilə yaxından maraqlanmağa dəvət edirəm.

157
00:30:34,620 --> 00:30:46,400
Lakin israrla deyirəm ki, istər xalqın rəsmilərə,

158
00:30:47,280 --> 00:30:50,400
istərsə də rəsmilərin onları tənqid edənlərə qarşı reaksiyası destruktiv olmamalıdır; təhqir, aşağılama olmamalıdır.

159
00:30:51,020 --> 00:30:55,600
Kimlərsə hansısa məsələyə narahatlıqla yanaşa bilər;

160
00:30:56,080 --> 00:31:00,930
narahatlıq keçirmək günah deyil; nədənsə narahat olmaq cinayət deyil.

161
00:31:01,820 --> 00:31:08,530
Kimlərsə ölkənin mühüm və həssas bir məsələsi ilə bağlı,

162
00:31:09,020 --> 00:31:14,350
doğrudan da, narahatlıq keçirə bilər; bunda heç bir problem yoxdur.

163
00:31:14,800 --> 00:31:23,950
Lakin bu, insanları ittiham etməyə, görülən işləri, çəkilən zəhmətləri görməməzliyə vurmağa haqq vermir.

164
00:31:24,440 --> 00:31:37,110
Digər tərəfdən hökumət və hökumətin tərəfdarları da narahatlığını ifadə edən insanlara qarşı təhqirə yol verməməlidirlər.

165
00:31:37,510 --> 00:31:43,600
Mən əziz xalqımıza açıq-açığına demək istəyirəm – bundan öncə də dəfələrlə demişəm – ki,

166
00:31:44,080 --> 00:31:50,310
vəzifədə olduğum dövrdə hakimiyyətdə olmuş bütün administrasiyaları dəstəkləmişəm,

167
00:31:50,880 --> 00:31:53,460
hazırkı hökuməti də dəstəkləyirəm.

168
00:31:53,770 --> 00:32:01,510
Lazım olan məqamda fikrimi deyirəm, xəbərdarlığımı edirəm. Əlbəttə ki, heç kimə imzalanmış ağ kağız da vermirəm.

169
00:32:23,910 --> 00:32:31,280
Fəaliyyətlərinə, gördükləri işlərə baxıram və bunun əsasında mühakimə yürüdürəm.

170
00:32:32,080 --> 00:32:38,220
Allahın köməyi ilə bundan sonra da görülən işlərə əsasən hərəkət edəcəyəm.

171
00:32:38,440 --> 00:32:46,000
İlin şüarı – “Dövlət və xalq – birlik və həmrəylik” şüarı ilə bağlı qeyd etmək, şərh vermək istədiyim birinci məsələ bu idi.

172
00:32:46,660 --> 00:32:55,640
Xalq və rəsmilər yumruq kimi bir olmalı, həmrəy olmalı, əməkdaşlıq etməli,

173
00:32:55,950 --> 00:33:00,400
çiyin-çiyinə problemlərin həlli üçün çalışmalıdırlar.

174
00:33:00,660 --> 00:33:08,800
Dedik ki, bu, o zaman daha da böyük əhəmiyyət kəsb edir ki, insanın əlində böyük imkanlar olur,

175
00:33:09,370 --> 00:33:16,350
eyni zamanda böyük çətinlik və qarşıdurmalarla  üz-üzə qalır. Bu gün həmin günlərdəndir:

176
00:33:17,020 --> 00:33:20,840
bu gün həm əlimizdə böyük fürsətlər var,

177
00:33:21,370 --> 00:33:28,440
həm də qarşıda bizi gözləyən çətinliklər, qarşıdurmalar. Həmin çətinlikləri qəbul edərək,

178
00:33:29,020 --> 00:33:35,420
əlimizdəki fürsətlərdən istifadə edib, Allahın köməyi ilə, onlara qalib gəlməliyik.

179
00:33:55,910 --> 00:33:58,350
Bəli, bu gün bizim əlimizdə böyük imkanlar var.

180
00:33:58,710 --> 00:34:07,910
Ən böyük imkanlarımızdan biri, əlhəmdulillah ki, ölkəmizdə sayı-hesabı bilinməz dərəcədə çox olan,təşəbbüskar və effektiv insan potensialıdır.

181
00:34:08,570 --> 00:34:20,710
Ölkəmizdə əsas etibarilə gənclərdən ibarət olan, yüksək əhval-ruhiyyəli və təşəbbüskar insan potensialı vardır.

182
00:34:21,420 --> 00:34:33,370
Əlimizdəki digər böyük fürsət isə xalqımızın, gənclərimizin dövlətimizlə, dövlətimizin və mərhum liderimiz İmam Xomeyninin (r.ə) amalları ilə həmrəyliyidir.

183
00:34:33,770 --> 00:34:40,310
Əziz qardaş və bacılar, sizin diqqətinizi bir fakta yönəltmək istəyirəm:

184
00:34:40,970 --> 00:34:48,310
bu Qüds və ya 22 bəhmən yürüşlərində iştirak edənlərin əksəriyyəti gənclərdir;

185
00:34:48,750 --> 00:34:52,220
özü də bu, o gənclərdir ki,

186
00:34:52,530 --> 00:35:04,530
televiziya, radio və internet vasitəsilə gecə-gündüz təxribat bombardmanına məruz qalırlar.

187
00:35:06,480 --> 00:35:15,640
Dünyada – kiberdünyada bir savaş gedir. Audio və vizual mediada

188
00:35:17,060 --> 00:35:28,040
hər biri minlərlə orqanın nüfuzuna sahib olan yüzlərlə media orqanı gənclərimizin təfəkkürünü bombalamaqdadır.

189
00:35:28,840 --> 00:35:34,220
Bəziləri gənclərimizi dindən döndərməyə,

190
00:35:34,530 --> 00:35:41,150
bəziləri onları İslam dövlətinə qarşı kökləməyə,

191
00:35:41,680 --> 00:35:46,660
bəziləri ölkə daxilində ixtilaf və qarşıdurma yaratmağa,

192
00:35:47,060 --> 00:35:53,460
bəziləri isə vecsizliyə,

193
00:35:53,910 --> 00:35:59,730
bekarçılığa sövq etməyə çalışırlar.

194
00:36:00,040 --> 00:36:05,860
Televiziya, radio və internet vasitəsilə

195
00:36:06,220 --> 00:36:14,570
gənclərimizin başı üzərində bu bombardman daim həyata keçirilir.

196
00:36:14,710 --> 00:36:25,420
Buna baxmayaraq, görürsünüz ki, 22 bəhmən günü ölkənin dörd yanında 10 milyonlarla gənc küçələrə çıxır,

197
00:36:25,980 --> 00:36:28,500
şüarlar səsləndirir, emosiyalarını ifadə edir,

198
00:36:28,500 --> 00:36:35,160
İmam Xomeyniyə (r.ə), İslama, İslam dövlətinə mənəvi bağlılığını nümayiş etdirir.

199
00:36:35,160 --> 00:36:38,900
Bu, balaca bir şey deyil, çox böyük bir fürsətdir.

200
00:36:48,100 --> 00:36:55,200
Daha bir fürsət isə

201
00:36:55,200 --> 00:37:01,800
sanksiyalar şəraitində əldə edilmiş elmi nailiyyətlərdir.

202
00:37:02,300 --> 00:37:12,150
Biri var böyük dövlətlər, beynəlxalq mərkəzlərin pulu, sərmayəsi bir xalqın köməyinə gələ,

203
00:37:12,650 --> 00:37:17,950
biri də var bir xalqın üzünə bütün qapılar bağlana,

204
00:37:18,150 --> 00:37:26,900
buna baxmayaraq, həmin xalq müxtəlif sferalarda böyük işlər həyata keçirməyə müvəffəq ola.

205
00:37:27,150 --> 00:37:32,600
Bu gün siz belə böyük işlərin şahidi olursunuz; bunları görməzliyə vurmaq olmaz.

206
00:37:33,000 --> 00:37:40,900
Bir neçə gün əvvəl ölkə prezidenti Cənubi Pars yatağının 12-ci fazasının açılışında iştirak etdi.

207
00:37:41,250 --> 00:37:46,100
Bu, çox böyük və mürəkkəb bir sənaye layihəsidir

208
00:37:46,500 --> 00:37:58,800
və ölkənin iqtisadiyyatını, ümumi daxili məhsulun həcmini hiss olunacaq dərəcədə artıra bilər.

209
00:37:59,300 --> 00:38:02,550
Belə böyük işlərimiz, layihələrimiz çoxdur.

210
00:38:02,950 --> 00:38:11,450
Özünüz gördünüz, Silahlı Qüvvələrin təlimlərində elə texnikalardan istifadə olundu ki,

211
00:38:11,950 --> 00:38:17,950
düşmən onları görəndə təəccüblənmişdi.

212
00:38:18,200 --> 00:38:23,900
Biz bunu gümanla, fərziyyə ilə demirik; təəccübləndiklərini özləri dilə gətirib deyirlər.

213
00:38:24,650 --> 00:38:27,150
Bütün bunlar sanksiyalar tətbiq olunduğu  bir dövrdə baş tutub.

214
00:38:27,500 --> 00:38:31,500
Bu, balaca bir şey deyil, çox böyük bir şansdır.

215
00:38:32,000 --> 00:38:36,350
Gənclərimiz, təşəbbüskar kadrlarımız bütün bunları

216
00:38:36,800 --> 00:38:48,700
ardıcıl olaraq sanksiyaların tətbiq olunduğu illərdə, yəni düşmənin zənnincə iflicedici olacaq bu sanksiyaların

217
00:38:49,050 --> 00:38:54,800
ölkəmizin başı üzərini qara bulud kimi aldığı 89, 90, 91 və 92-ci illərdə həyata keçiriblər.

218
00:38:55,050 --> 00:39:02,500
Bu, ölkəmiz üçün çox böyük bir fürsətdir; demək ki, bu sanksiyalar da bir fürsətdir.

219
00:39:03,200 --> 00:39:14,100
Az sonra mən bu sanksiyaların özlərinin də müəyyən mənada İran xalqı üçün bir fürsət olduğu barədə qısaca danışacağam.

220
00:39:14,500 --> 00:39:23,700
Qeyd edəcəyəm ki, doğrudur, sanksiyalar müəyyən çətinliklər törədib, amma fürsətə çevrilə bilər.

221
00:39:23,950 --> 00:39:31,350
Əlbəttə, bəzi digər problemlərimiz var ki, bu gün onlara da bir qədər toxunacağam.

222
00:39:31,800 --> 00:39:42,600
Bu gün ölkəmizin ən böyük və faktiki problemlərindən biri milli iqtisadiyyat məsələsidir;

223
00:39:43,500 --> 00:39:52,900
iqtisadiyyatdır.Xalqımız, haqlı olaraq, rövnəqlənən bir iqtisadiyyatı olmasını,

224
00:39:53,500 --> 00:40:04,100
ictimai rifahın mövcud olmasını, yoxsul təbəqənin qeyri-məqbul həyat səviyyəsindən yaxa qurtarmasını,

225
00:40:04,750 --> 00:40:12,400
problemlərin öz həllini tapmasını istəyir.Xalqımızın gözləntiləri bunlardır və haqlı gözləntilərdir.

226
00:40:13,050 --> 00:40:21,750
Ölkəmizin iqtisadiyyatının ciddi bir hərəkata, böyük bir işin reallaşmasına ehtiyacı var;

227
00:40:21,750 --> 00:40:25,400
bu məsələnin bəzi aspektlərini indi qeyd edəcəyəm.

228
00:40:25,400 --> 00:40:29,880
Əlbəttə ki, mən artıq bir neçə ildir iqtisadiyyatdan danışıram.

229
00:40:30,400 --> 00:40:35,530
Hələ bir neçə il öncəki iclasımızda mən öncədən proqnozlaşdırmışdım ki,

230
00:40:36,060 --> 00:40:41,420
düşmən əsas diqqəti bizim iqtisadiyyatımıza yönəldəcək,

231
00:40:41,970 --> 00:40:47,620
rəsmilər bu barədə düşünməli, hazırlaşmalıdırlar.

232
00:40:48,040 --> 00:41:01,080
Ölkə iqtisadiyyatına zərbə vurmağa hazırlaşan düşmənlə, onun düşmənçilik siyasətləri ilə qarşılaşmağa hazır olmalıdırlar.

233
00:41:01,710 --> 00:41:05,970
Az sonra iqtisadiyyat haqda müəyyən məqamları qeyd edəcəyəm.

234
00:41:06,530 --> 00:41:14,060
Hazırda “İnkişaf və ədalət” onilliyi yarını ötüb.

235
00:41:14,280 --> 00:41:21,480
Biz yaşadığımız onilliyi “İnkişaf və ədalət” onilliyi adlandırmış, belə təqdim etmişdik

236
00:41:22,350 --> 00:41:31,530
və bu gün o, yarısını geridə qoyub. Həmçinin perspektivlərimiz üçün də 20 il müəyyən etmişdik,

237
00:41:31,660 --> 00:41:38,200
müəyyən siyasətlər işləyib hazırlamışdıq ki, onun da yarısı – 10 ili geridə qalıb və qarşımızda hələ 10 il var.

238
00:41:38,820 --> 00:41:46,640
Bunlar mühüm məsələlərdir. Bu reallıqları nəzərə aldıqda iqtisadi problemlərin həssaslığı daha da artır.

239
00:41:48,080 --> 00:41:57,820
Düşmənlərimiz ölkəmizə iqtisadi təzyiqlər göstərməkdə siyasi məqsəd güddüklərini açıq-aşkar deyirlər.

240
00:41:58,840 --> 00:42:05,080
Onların məqsədi İran xalqını İslam dövləti ilə üz-üzə qoymaqdır .

241
00:42:20,340 --> 00:42:28,820
(Yerdən insanlar “Amerikaya ölüm!” şüarını səsləndirir) Diqqət edin, xahiş edirəm. Əlbəttə, doğrudur, Amerikaya ölüm olsun!

242
00:42:29,420 --> 00:42:36,910
Çünki bu təzyiqlərin əsas icraçısı Amerikadır; onlar bütün səylərini əziz xalqımızın iqtisadiyyatına yönəltməkdə israrlıdırlar.

243
00:42:37,450 --> 00:42:43,770
Məqsədləri nədir? Məqsədləri xalqı rejimə qarşı qoymaqdır.

244
00:42:44,280 --> 00:42:49,770
Açıq-aşkar deyirlər, ölkənin iqtisadiyyatına ona görə təzyiq göstərmək istəyirik ki, əhalinin vəziyyəti ağırlaşsın,

245
00:42:50,280 --> 00:43:01,650
camaat hakimiyyətə, İslam dövlətinə qarşı etirazlara qalxmağa məcbur olsun. Bunu gizlətmədən, açıq-aşkar deyirlər.

246
00:43:02,110 --> 00:43:07,340
Əlbəttə, bəzən yalandan İran xalqının tərəfində olduqlarını da iddia edirlər –

247
00:43:07,880 --> 00:43:11,770
onların bu yalanlarına inanmaq olmaz, düşmənə inanmaq lazım da deyil –

248
00:43:12,220 --> 00:43:15,140
amma əslində, siyasi bir hədəf izləyirlər.

249
00:43:15,620 --> 00:43:19,450
Bu gün ölkəmizdə mövcud olan asayiş və təhlükəsizliyi

250
00:43:19,970 --> 00:43:26,480
xalqın əli ilə aradan qaldırmaq istəyirlər; hansı ki bu təhlükəsizlik bizim yerləşdiyimiz Qərbi Asiya regionunda misilsizdir;

251
00:43:27,020 --> 00:43:35,970
Allaha həmd olsun ki, bu gün nə şərqimizdə, nə qərbimizdə, nə şimalımızda, nə də cənubumuzda

252
00:43:36,400 --> 00:43:44,450
heç bir ölkədə bizim ölkəmizdə, xalqımız arasında hökm sürən asayiş və təhlükəsizlik hökm sürmür.

253
00:43:45,000 --> 00:43:53,820
Xalqı bu asayiş və təhlükəsizliyi pozmağa, ölkədə etiraz hərəkatına başlamağa vadar etmək istəyirlər.

254
00:43:54,370 --> 00:44:02,370
Camaatımızı buna təhrik edirlər, işləyirlər, planlar qururlar.

255
00:44:03,020 --> 00:44:08,080
Onlar tam ciddiyyət və qətiyyətlə bu məqsəd üçün çalışırlar.

256
00:44:08,480 --> 00:44:11,910
Bu, çox böyük bir problemdir, çox mühüm bir situasiyadır.

257
00:44:12,250 --> 00:44:18,570
Ölkədə belə bir problem olduğu surətdə bütün qüvvələr çiyin-çiyinə durmalı,

258
00:44:18,880 --> 00:44:22,480
əl-ələ verib əməkdaşlıq edərək iqtisadiyyat məsələsinə ciddi yanaşmalıdırlar.

259
00:44:22,710 --> 00:44:27,020
İqtisadiyyatla bağlı bir neçə şey də qeyd edim.

260
00:44:27,510 --> 00:44:39,050
Birincisi, Amerikanın düşmənçi siyasətləri ucbatından bu gün iqtisadiyyat

261
00:44:40,170 --> 00:44:44,710
özünəməxsus bir döyüş, savaş meydanıdır.

262
00:44:46,420 --> 00:44:54,800
Bu savaş meydanında ölkənin mənafeyinə uyğun hansısa işlər görə bilmiş hər bir şəxs cihad etmiş sayılır.

263
00:44:56,140 --> 00:45:04,940
Bu gün ölkənin iqtisadiyyatına yardımçı olmağı bacarmış hər bir şəxs cihad etmişdir.

264
00:45:05,400 --> 00:45:10,310
Bu, cihaddır. Əlbəttə, elə bir cihaddır ki,

265
00:45:11,020 --> 00:45:13,540
özünə aid döyüş ləvazimatı, taktikaları var.

266
00:45:14,140 --> 00:45:22,820
Bu cihadı özünəməxsus tədbirlər və silahlarla həyata keçirmək lazımdır. Bu, birincisi.

267
00:45:23,370 --> 00:45:32,110
İkincisi, ölkə iqtisadiyyatına ümumi baxışda iki yanaşma mövcuddur.

268
00:45:32,250 --> 00:45:41,220
Xahiş edirəm özəlliklə mütəxəssislər, həmçinin gənclər və ümumilikdə əziz xalqımız bir məsələyə diqqət yetirsinlər ki,

269
00:45:42,050 --> 00:45:47,650
iqtisadiyyatın inkişafına, rövnəqlənməsinə iki cür yanaşma var.

270
00:45:48,200 --> 00:46:02,400
Bunların birində deyilir ki, biz iqtisadiyyatın inkişafını ölkənin, xalqın daxili potensialı hesabına təmin etməliyik.

271
00:46:03,480 --> 00:46:06,770
Ölkədə həddən artıq böyük imkanlar vardır ki,

272
00:46:07,600 --> 00:46:13,600
onların çoxundan ya hələ istifadə olunmayıb, ya da düzgün istifadə olunmayıb;

273
00:46:14,400 --> 00:46:19,650
bu imkanlardan istifadə etməliyik. Yəni iqtisadiyyatımız daxildən  güc alaraq çiçəklənməlidir.

274
00:46:20,050 --> 00:46:26,020
Mayasını, xammalını ölkənin daxilindən alan,

275
00:46:26,310 --> 00:46:34,370
ölkənin daxili imkanlarına, əhalimizin potensialına söykənən bir iqtisadiyyatımız olmalıdır.

276
00:46:34,370 --> 00:46:39,050
Yanaşmalardan biri budur;deyirlər ki, iqtisadiyyatı rövnəqləndirmək üçün

277
00:46:39,200 --> 00:46:48,250
ölkənin daxili imkanlarına baxmaq,mövcud potensialı üzə çıxarmaq və ondan düzgün istifadə etmək lazımdır;

278
00:46:48,600 --> 00:46:52,400
o zaman iqtisadiyyatımız inkişaf edəcək, önə keçəcək. Bu, bir yanaşma.

279
00:46:53,200 --> 00:47:04,770
İkinci yanaşma isə ölkə iqtisadiyyatının sərhədlərimizdən kənardan, xaricdən dəstək alaraq inkişaf etməli olduğunu ifadə edir.

280
00:47:05,480 --> 00:47:10,050
Deyirlər xarici siyasətimizi dəyişməliyik ki, iqtisadiyyatımız da düzəlsin,

281
00:47:11,000 --> 00:47:16,480
filan imperialist dövlətlə kompromisə getməliyik ki, iqtisadiyyatımız rövnəqlənsin,

282
00:47:17,110 --> 00:47:25,540
müxtəlif sferalarda, müxtəlif məsələlərdə imperialist dövlətlərin zorakı tələblərinə boyun əyməliyik ki,

283
00:47:26,140 --> 00:47:29,280
ölkəmizin iqtisadiyyatı inkişaf edib çiçəklənsin. Bu da ikinci bir yanaşmadır.

284
00:47:29,650 --> 00:47:40,820
Bu gün ölkəmizdə mövcud olan şərait bizə göstərir ki, bu ikinci yanaşma tamamilə yanlış, qüsurlu və faydasızdır.

285
00:48:03,660 --> 00:48:08,720
Elə bu gün İran xalqına qarşı tətbiq olunan sanksiyalar

286
00:48:09,370 --> 00:48:14,620
özləri bu yanaşmanın yanlışlığına qəti və məntiqli bir sübutdur;

287
00:48:15,170 --> 00:48:20,620
siz xarici dövlətlərə ümid olub,

288
00:48:21,270 --> 00:48:25,750
onların gəlib sizin iqtisadiyyatınızı inkişaf etdirməsini gözləsəniz,

289
00:48:26,000 --> 00:48:34,300
onlara boyun əyməklə iqtisadiyyatınızın rövnəqlənəcəyini düşünsəniz, bilməlisiniz ki, onlar aza qane olan deyillər.

290
00:48:34,970 --> 00:48:42,450
Gözünüzü xaricə dikəndə bir gün neftin qiymətinin aşağı düşməsi kimi bir problemlə üzləşəcəksiniz.

291
00:48:43,020 --> 00:48:53,000
İmperialist dövlətlər, təəssüf ki, regiondakı əlaltılarının da dəstəyi ilə qəflətən neftin qiymətini yarıya,

292
00:48:53,350 --> 00:48:57,870
hələ bəlkə, ondan da aşağı salmağı qərara ala bilərlər.

293
00:48:58,470 --> 00:49:02,300
Belə bir problemlə üz-üzə qalacaqsınız. Gözünü kənara dikmək budur.

294
00:49:02,970 --> 00:49:06,670
Gözünü ölkə daxilindəki imkanlara dikəndə isə başqa cür olur.

295
00:49:07,200 --> 00:49:16,000
Bu gün yadellilər, imperialist dövlətlərin başçıları xalqımızda bu ikinci yanaşmanı möhkəmləndirmək istəyirlər.

296
00:49:16,620 --> 00:49:25,100
Mən Amerika prezidentinin Novruz bayramı münasibəti ilə İran xalqına ünvanladığı mesajı gördüm.

297
00:49:25,700 --> 00:49:30,700
O, mesajında deyir ki, gəlin bizim dediklərimizi qəbul edin.

298
00:49:31,270 --> 00:49:34,570
Əslində, onun sözünün mahiyyəti, canı budur:

299
00:49:34,970 --> 00:49:41,170
siz nüvə danışıqlarında bizim diktə etdiklərimizi qəbul edin ki,

300
00:49:41,650 --> 00:49:45,720
ölkənizdə məşğulluq yaransın, sərmayə yaransın,

301
00:49:45,870 --> 00:49:50,450
iqtisadiyyatınızda canlanma əmələ gəlsin; yəni o ikinci yanaşma.

302
00:50:02,420 --> 00:50:06,300
Bu, elə bir yanaşmadır ki, heç vaxt müsbət nəticə verməyəcək.

303
00:50:06,940 --> 00:50:11,820
Biz ölkənin daxilinə baxmalıyıq; daxildə geniş imkan və potensial var.

304
00:50:12,360 --> 00:50:16,980
Bizim ortaya qoyduğumuz müqavimət iqtisadiyyatı məsələsinin mahiyyəti məhz bundan ibarətdir.

305
00:50:17,500 --> 00:50:23,540
Sevindirici haldır ki, bütün ekspert və mütəxəssislər də bu proqramı müsbət qəbul  edib dəstəklədilər;

306
00:50:23,640 --> 00:50:28,960
yəni mən bir nəfər belə olsun iqtisadçı və ya sosioloq görmədim ki,

307
00:50:29,440 --> 00:50:35,500
bizim müqavimət iqtisadiyyatının siyasətləri olaraq elan etdiyimiz prinsipləri qəbul etməsin.

308
00:50:35,580 --> 00:50:40,320
Müqavimət iqtisadiyyatı əsas diqqəti ölkənin daxili imkanlarına yönəldir.

309
00:50:40,880 --> 00:50:49,150
Torpağını sulamaq üçün kənardan su gətirməyə icazə vermirlərsə,

310
00:50:49,230 --> 00:50:58,220
gərək quyu qazıb, suyu öz torpağından çıxarasan ki, o suya görə xəsis qonşuya möhtac olmayasan.

311
00:50:59,080 --> 00:51:06,730
Biz özümüzdən, öz imkanlarımızdan kömək umub işlərimizi irəli aparmalıyıq. Bu da ikinci bir məqam.

312
00:51:07,040 --> 00:51:17,640
Üçüncü məqam; nə iqtisadiyyatda, nə də başqa heç bir fəaliyyət proqramında hədəfləri müəyyən etmədən irəli getmək mümkün deyil.

313
00:51:17,880 --> 00:51:19,420
Hədəfləri müəyyənləşdirmək lazımdır.

314
00:51:20,510 --> 00:51:28,770
Hökumət rəsmiləri istənilən işdə hədəfi müəyyən etmədən hərəkət etsələr,

315
00:51:29,170 --> 00:51:33,370
işlər gündəlik əhəmiyyət kəsb edər; heç bir nəticə verməz.

316
00:51:33,570 --> 00:51:37,770
Qarşıya konkret və sabit hədəflər qoyulmalıdır ki,

317
00:51:38,310 --> 00:51:43,510
bütün strukturlar, bütün imkanlar o hədəfə doğru səfərbər edilsin.

318
00:51:43,970 --> 00:51:52,840
Məncə, bu il və gələcək illərdə iqtisadiyyatda əsas hədəf kimi diqqət mərkəzində durmalı olan məsələ

319
00:51:53,040 --> 00:51:59,950
daxili istehsala investisiya qoyuluşudur.

320
00:52:00,840 --> 00:52:08,820
Hamı bütün səylərini daxili istehsalın gücləndirilməsi üçün səfərbər etməlidir.

321
00:52:09,530 --> 00:52:18,170
İqtisadiyyat sferasında fəaliyyət göstərən bütün rəsmilərdən,

322
00:52:18,660 --> 00:52:29,680
eləcə də əhalidən daxili istehsalın güclənməsinə yardımçı olmalarını istəmək lazımdır.

323
00:52:30,200 --> 00:52:34,550
Əlbəttə ki, bunun öz yolları var və mən onlardan bəzilərini qeyd edəcəyəm.

324
00:52:34,770 --> 00:52:46,400
Mühüm məsələlərdən biri orta və kiçik istehsalat müəssisələrinin dövlət tərəfindən himayə edilməsi, onlara dəstək verilməsidir.

325
00:52:47,000 --> 00:52:55,730
Digər vacib işlərdən biri də elmi əsaslı müəssisələrin gücləndirilməsidir.

326
00:52:56,480 --> 00:53:02,420
Bizim elm və texnologiyanın üzərində bu qədər durmağımızın səbəbi

327
00:53:02,770 --> 00:53:05,200
təkcə ölkəmizin elmi inkişaf göstəricisini yuxarı qaldırmaq deyil.

328
00:53:05,880 --> 00:53:10,260
Elm və texnologiyanın inkişafı iqtisadiyyatın inkişafına kömək edir.

329
00:53:10,800 --> 00:53:17,860
Elmi əsaslı istehsalat müəssisələri milli iqtisadiyyata yardımçı ola bilər

330
00:53:18,330 --> 00:53:25,040
Digər vacib məsələ xammal satışının azaldılmasıdır.

331
00:53:25,600 --> 00:53:35,200
Məhz bunu nəzərə alaraq mən bir müddət əvvəl çıxışımda iqtisadiyyatımızın neftdən asılılığına etiraz etmişdim.

332
00:53:35,860 --> 00:53:41,930
Biz elə etməliyik ki, xammalın satışı tədricən azalıb,


333 --> 
nəhayət, tamamilə aradan qaldırılsın. Əlavə dəyər yaratmaq lazımdır.

334
00:53:47,000 --> 00:53:55,910
Banklar bu sahədə rol oynaya bilər; həm köməkçi rol oynaya bilər, həm də destruktiv.

335
00:53:56,840 --> 00:54:03,640
Ölkənin bank sektorunda təmsil olunan yüksək vəzifəli rəsmilər buna diqqət yetirməlidir.

336
00:54:04,350 --> 00:54:13,640
Ölkənin hər yerində bəzi banklar müəyyən siyasətlərlə bəzi kiçik və orta istehsalat müəssisələrinin işinin dayandırılmasına və ya tamamilə bağlanmasına səbəb olmuşlar.

337
00:54:14,170 --> 00:54:22,400
Banklar yardımçı da ola bilər, işləri poza da bilər.

338
00:54:22,750 --> 00:54:27,350
Əsas məsələlərdən biri də investisiya qoyuluşunun asanlaşdırlmasıdır;

339
00:54:27,820 --> 00:54:33,510
digər bir mühüm məsələ xaricdən istehlak məhsullarının idxalının azaldılmasıdır;

340
00:54:35,530 --> 00:54:40,570
qaçaqmalçılıqla mübarizə də vacib işlərdən biridir.

341
00:54:41,130 --> 00:54:45,750
Hökumət rəsmilərinin görüləsi bir çox işləri var.

342
00:54:46,130 --> 00:54:49,260
Onlardan bir qismini mən burada qeyd etdim.

343
00:54:49,570 --> 00:54:52,330
Əlbəttə ki, bunlar hamısı çətin işlərdir.

344
00:54:52,840 --> 00:54:57,800
Bütün bunları dildə demək asandır, həyata keçirmək isə çətin.

345
00:54:57,930 --> 00:55:05,280
Amma rəsmilər bu çətin işlərin hamısını, hökmən, reallaşdırmalıdırlar, çünki bunlar çox mühüm məsələlərdir.

346
00:55:05,710 --> 00:55:08,170
Bu işdə əhali də özünəməxsus rol oynaya bilər.

347
00:55:08,600 --> 00:55:13,840
Hansısa sahəyə investisiya qoymaq iqtidarında olan insanlar

348
00:55:14,370 --> 00:55:19,530
əllərindəki sərmayəni istehsala yönəltsinlər, istehsalata pul qoysunlar.

349
00:55:20,130 --> 00:55:27,020
İstehlakçılar – əslində, bütün xalqımız istehlakçıdır –

350
00:55:27,400 --> 00:55:29,910
milli məhsul alsınlar.

351
00:55:30,240 --> 00:55:36,240
Bunu mən dəfələrlə qeyd etmişəm, vurğulamışam, bu gün də vurğulayıram.

352
00:55:36,800 --> 00:55:41,020
Hamı daxili məhsuldan istifadə etməyə,

353
00:55:41,550 --> 00:55:51,080
iranlı fəhlənin əməyinə dəstək olmağa, istehsal etdikləri məhsulu almaqla yerli sənaye müəssisələrini rövnəqləndirməyə çalışmalıdır.

354
00:55:51,550 --> 00:55:58,330
İsrafçılıqdan çəkinmək lazımdır. İsrafçılığa yol verən insanlar bilsinlər ki,

355
00:55:58,750 --> 00:56:05,280
İslam dininin bu qədər məzəmmət etdiyi bu israfçılıq, nəyə gəldi, sağa-sola pul xərcləmək

356
00:56:05,680 --> 00:56:09,570
milli iqtisadiyyatın müqəddəratını təyin edir.

357
00:56:09,950 --> 00:56:17,110
İnsanlarımız israfçılıqdan, şəxsi əmlakını – lap su olsun, çörək olsun –

358
00:56:17,710 --> 00:56:30,370
lazım gəldi-gəlmədi, geninə-boluna xərcləməkdən, ziyafətlərdə,  toy-nişan

359
00:56:30,750 --> 00:56:38,240
və digər mərasimlərdə lüzumsuz dəbdəbədən və bu kimi şeylərdən çəkinsələr, milli iqtisadiyyatın inkişafına yardım etmiş olurlar.

360
00:56:38,460 --> 00:56:45,770
Xarici bizneslə məşğul olan, xarici ölkələrlə alış-veriş edən şəxslər də özünəməxsus rol oynaya bilərlər.

361
00:56:46,110 --> 00:56:53,950
Onların rolu da işində düzgün olub, İran xalqının nüfuzunu qorumaqdan ibarətdir. Bu da üçüncü bir məqam.

362
00:56:54,240 --> 00:57:03,730
İqtisadiyyatla bağlı qeyd olunası 4-cü mühüm məqam bundan ibarətdir ki, düşmənin yeganə silahı sanksiyalardır;bunu bilin.

363
00:57:04,930 --> 00:57:12,880
Bu gün düşmənin İran xalqına qarşı mübarizədə yeganə silahı sanksiyalardır.

364
00:57:13,310 --> 00:57:22,220
Biz düzgün, tədbirli davransaq, sanksiyaları nəticəsiz qoya bilərik.

365
00:57:22,530 --> 00:57:24,530
Qeyd etdiyim kimi,

366
00:57:24,860 --> 00:57:34,060
xoşbəxtlikdən, bu gün dövlət tərəfindən açılan sənaye və istehsalat müəssisələri,

367
00:57:34,460 --> 00:57:40,020
o cümlədən az öncə adını çəkdiyim Cənubi Parsın 12-ci fazası,

368
00:57:40,020 --> 00:57:53,800
müdafiə sənayesi müəssisələri, elm və texnologiya parkları və s. –

369
00:57:54,260 --> 00:58:05,200
bütün bunlar bu cür sanksiyaları neytrallaşdıra bilər. Onların əvvəlcə təsirini azalda, sonra isə tamamilə yox edə bilər.

370
00:58:05,770 --> 00:58:13,730
Sanksiyalar çətinliklər törətdi, amma bizim üçün bərəkətləri də oldu.Sanksiyalar bizə göstərdi ki, özümüzə arxalanmalıyıq.

371
00:58:14,600 --> 00:58:20,840
Sübut etdi ki, daxili gücümüzdən istifadə edə bilərik.

372
00:58:21,080 --> 00:58:32,570
Əgər hökumət rəsmiləri, xalqımız, xüsusən də iqtisadiyyat sektorunda fəal olan şəxslər əzm nümayiş etdirsələr,

373
00:58:32,770 --> 00:58:39,510
səy göstərsələr, kütləvi informasiya vasitələri də onlara dəstək olsalar – bir qədər sonra bu məsələyə də toxunacağam –

374
00:58:39,910 --> 00:58:48,330
inşallah, sanksiyaların İran xalqını inkişafdan saxlamağa qadir olmadığını görəcəyik.

375
00:59:10,680 --> 00:59:14,380
Nüvə məsələsi ilə bağlı da bir məqamı qeyd edək;

376
00:59:14,780 --> 00:59:21,640
əlbəttə, deyiləsi başqa məqamlar da var, amma mən bu barədə söhbəti bundan artıq uzatmaq istəmirəm.

377
00:59:22,180 --> 00:59:25,400
Nüvə məsələsi barədə bir neçə cümlə:

378
00:59:25,900 --> 00:59:37,540
əvvəla, nüvə məsələsində İran xalqının qarşısında yer alan düşmənlərimiz –başda Amerika olmaqla –

379
00:59:38,740 --> 00:59:45,960
tədbirlə, siyasətlə hərəkət edirlər.

380
00:59:46,440 --> 00:59:51,520
Onların nə etdiyini biz yaxşı başa düşür, bilirik.

381
00:59:52,320 --> 00:59:59,660
Onların bu müzakirələrə ehtiyacı var, Amerikanın nüvə müzakirələrinə çox ehtiyacı var.


382 --> 
Amerikalılar arasındakı bu fikir ayrılığı da – görürsünüz,

383
01:00:04,540 --> 01:00:14,000
senatorlar bir şey deyir, hökumət başqa bir şey –  o demək deyil ki, onların nüvə müzakirələrinə ehtiyacı yoxdur.

384
01:00:14,700 --> 01:00:22,200
Xeyr. Sadəcə, hökumətə müxalif cinah bu müzakirələrdən qazanılacaq xalların rəqib partiyanın –

385
01:00:22,920 --> 01:00:28,620
yəni demokratların aktivinə yazılmasını istəmir.Məqsədləri budur.

386
01:00:29,100 --> 01:00:37,300
Onların bu müzakirələrə ehtiyacı var, bu danışıqları özləri üçün lazımlı hesab edirlər, amma üzdə özlərini tox tuturlar.

387
01:00:37,860 --> 01:00:47,120
Təəssüflər olsun ki, elə Amerika prezidentinin o Novruz mesajında da qeyri-səmimi, yalan fikirlər var idi.

388
01:00:47,660 --> 01:00:54,360
Üzdə özlərini İran xalqının dostu kimi qələmə verdiklərinə baxmayaraq,

389
01:00:54,620 --> 01:00:59,140
səmimi olmadıqlarını, həqiqəti demədiklərini açıq-aydın anlamaq olur.

390
01:00:59,600 --> 01:01:03,180
ABŞ prezidentinin səsləndirdiyi fikirlərdən biri bu idi ki,

391
01:01:03,520 --> 01:01:11,200
İranda nüvə məsələsinin diplomatik yolla həllini tapmasına razı olmayan qüvvələr var; bunu o deyir.

392
01:01:12,060 --> 01:01:14,780
Deyir ki, İranda nüvə probleminin

393
01:01:15,240 --> 01:01:21,200
diplomatik müzakirələr yolu ilə həll edilib tamamlanmasını istəməyənlər var. Bu, yalandır.

394
01:01:21,960 --> 01:01:29,940
İranda elə bir şəxs yoxdur ki, nüvə probleminin həll edilməsini və ya danışıqlar yolu ilə həll edilməsini istəməmiş olsun.

395
01:01:30,120 --> 01:01:38,660
İran xalqının istəmədiyi bir şey var: Amerikanın diktəsinə, zorakı tələblərinə boyun əymək. Bax bunu İran xalqı istəmir.

396
01:01:40,520 --> 01:01:47,580
İran xalqı qarşı tərəfin hegemonluğuna boyun əyməyin əleyhinədir.

397
01:01:48,240 --> 01:01:56,600
Qarşı tərəf deyir ki, gəlin danışıqlar aparaq, amma siz bizim dediklərimizi yüzdə-yüz qəbul edin; qarşı tərəf bunu deyir.

398
01:01:56,980 --> 01:02:00,200
İran xalqı bunun əleyhinə çıxış edir

399
01:02:00,720 --> 01:02:10,660
və bizim rəsmilərimiz, danışıqlarda iştirak edən komanda və onların arxasında İran xalqı, sözsüz ki, bunu qəbul etməyəcək.

400
01:02:34,600 --> 01:02:41,400
Nüvə məsələsi ilə bağlı ikinci məqam bundan ibarətdir ki,

401
01:02:42,040 --> 01:02:47,100
bu gün Amerika və digər Avropa dövlətləri ilə gedən danışıqlar

402
01:02:47,540 --> 01:02:54,040
Amerika ilə sırf nüvə məsələsi ətrafında aparılan danışıqlardır, bundan qeyri bir şey deyil; bunu hamı bilsin.

403
01:02:55,080 --> 01:02:59,620
Biz Amerika ilə regional məsələlərlə bağlı danışıqlar aparmırıq.

404
01:02:59,620 --> 01:03:05,840
Regional məsələlərdə Amerika bizə tam əks hədəflər izləyir.

405
01:03:06,780 --> 01:03:12,480
Biz regionda asayiş və təhlükəsizlik olmasını istəyirik, xalqların hakim və üstün mövqe tutmasını istəyirik,

406
01:03:13,100 --> 01:03:16,380
Amerikanın regionda yürütdüyü siyasət isə asayiş və təhlükəsizliyi pozmaqdan ibarətdir.

407
01:03:16,540 --> 01:03:21,860
Misirə, Liviyaya, Suriyaya baxın!

408
01:03:22,660 --> 01:03:31,940
Amerika başda olmaqla imperialist dövlətlər əsası xalqlar tərəfindən qoyulmuş islami oyanışa qarşı

409
01:03:32,320 --> 01:03:36,040
bir əks-hücuma başlayıblar. Bu əks-hücum hələ də davam edir

410
01:03:36,460 --> 01:03:41,480
və region xalqlarını tədricən bədbəxtliyə sürükləyir. Onların məqsədi budur

411
01:03:42,220 --> 01:03:44,440
və bu, bizim məqsədlərimizə tamamilə ziddir.

412
01:03:44,800 --> 01:03:53,660
Biz nə regional məsələlər, nə ölkənin daxili məsələləri, nə də silahlanma mövzusu ətrafında Amerika ilə qətiyyən danışıqlar aparmaq niyyətində deyilik.

413
01:03:53,860 --> 01:03:56,620
Onlarla danışıqlarımız sırf nüvə məsələsi,

414
01:03:57,180 --> 01:04:03,900
diplomatik yollarla bu məsələdə müsbət nəticə əldə etməyin nə dərəcədə mümkün olması ətrafındadır.

415
01:04:04,280 --> 01:04:09,840
Üçüncü məqam; amerikalılar deyirlər ki,

416
01:04:10,320 --> 01:04:20,360
biz İranla müqavilə imzalayırıq, sonra baxacağıq, əgər bu müqaviləyə əməl etsələr, sanksiyaları qaldıracağıq.

417
01:04:20,520 --> 01:04:24,900
Bu, yanlış və qəbuledilməz bir fikirdir. Biz bunu qəbul etmirik.

418
01:04:25,980 --> 01:04:34,720
Sanksiyaların ortadan qaldırılması nüvə müzakirələrinin nəticəsi yox, bir hissəsidir.

419
01:04:35,880 --> 01:04:40,700
İşin içində olan insanlar bu ikisi arasındakı fərqi çox yaxşı anlayırlar.

420
01:04:41,320 --> 01:04:46,260
Əvvəlcə müqavilə imzalamaq və sonrakı davranışlardan asılı olaraq

421
01:04:46,860 --> 01:04:51,780
sanksiyaları ortadan qaldırmaq və ya davam etdirmək – bu, Amerikanın hiyləsidir! Belə olmamalıdır!

422
01:04:51,880 --> 01:04:56,980
Rəsmilərimizin də, möhtərəm ölkə başçısının da açıq-aydın bildirdikləri kimi,

423
01:04:57,940 --> 01:05:06,880
sanksiyaların qaldırılması razılaşma əldə olunduğu zaman dərhal reallaşmalıdır.

424
01:05:06,880 --> 01:05:12,500
Yəni sanksiyaların ləğvi razılaşmanın tərkib hissəsidir, razılaşmadan irəli gələn, bunun nəticəsi olan bir şey deyil.

425
01:05:13,020 --> 01:05:17,420
Bir məqamı da qeyd edim: amerikalılar dönə-dönə təkrar edirlər ki,

426
01:05:17,980 --> 01:05:26,080
İran verdiyi qərarların, qəbul etdiyi şərtlərin

427
01:05:26,760 --> 01:05:32,140
geri dönməzliyi ilə razılaşmalıdır. Biz bunu qəbul etmirik.

428
01:05:55,500 --> 01:06:08,520
Əgər qarşı tərəf istənilən bəhanə ilə yenidən İran xalqına qarşı sanksiyalar tətbiq etmək hüququnu özündə saxlayırsa,

429
01:06:08,520 --> 01:06:15,220
nəyə görə biz tərəfdən danışıqlarda iştirak edən komanda hansısa geri dönməz şərtləri qəbul etməli, bu kimi işlərə imza atmalıdır?

430
01:06:15,740 --> 01:06:22,480
Əsla! Bu, xalqa aid olan, yerli bir sənayedir,

431
01:06:23,060 --> 01:06:31,240
nəzəri bilikləri və texnologiyası xalqa məxsusdur və inkişaf etdirilməlidir.

432
01:06:31,860 --> 01:06:36,300
İnkişaf hər bir sənaye və texnologiya üçün xarakterik bir cəhətdir.

433
01:06:37,000 --> 01:06:44,660
Onlar nüvə silahı söhbətini önə çəkirlər. Özləri də bilirlər ki, bizim məqsədimiz nüvə silahı deyil,

434
01:06:45,180 --> 01:06:49,580
amma bunu İran xalqına təzyiq göstərmək üçün əldə bəhanə ediblər.

435
01:06:49,900 --> 01:06:56,900
Biz bu danışıqların gedişində bütün beynəlxalq öhdəçilikləri yerinə yetirmişik,

436
01:06:57,620 --> 01:07:04,880
siyasi və islami əxlaqın bütün tələblərinə riayət etmişik,

437
01:07:05,540 --> 01:07:11,960
verdiyimiz sözə xilaf çıxmamışıq, iki cür danışmamışıq, gündə bir sifətə düşməmişik.

438
01:07:12,380 --> 01:07:18,400
Qarşımızda yer alan Amerika isə bizdən fərqli olaraq öhdəçiliklərinə əməl etməyib,

439
01:07:19,080 --> 01:07:23,560
saxtakarlıq nümayiş etdirib, bu gün bir, sabah başqa bir fikirlə çıxış edib.

440
01:07:24,220 --> 01:07:29,120
Onların davranışları xalqımız üçün ibrət dərsidir.

441
01:07:29,600 --> 01:07:36,580
Ölkənin ziyalı ictimaiyyəti arasından da qarşılarındakının  – Amerikanın – kim olduğunun hələ fərqinə varmayanlar,

442
01:07:36,780 --> 01:07:41,380
yaxşı olar ki, bu müzakirələrə baxsınlar,

443
01:07:41,840 --> 01:07:47,440
kiminlə üz-üzə olduqlarını, bu gün Amerikanın dünyada nələr etdiyini anlasınlar.

444
01:07:47,940 --> 01:07:52,660
Onların o təhdidləri də səmərəsizdir.

445
01:07:53,160 --> 01:08:03,780
Daha çox sanksiyalar tətbiq edəcəkləri ilə bağlı təhdidləri  və ya sözarası eşitdirdikləri

446
01:08:04,120 --> 01:08:07,280
hərbi hücum təhdidləri İran xalqını qorxutmur.

447
01:08:07,600 --> 01:08:16,080
İran xalqı ayaqdadır və inşallah, bu böyük sınaqdan tam müvəffəqiyyətlə çıxacaq.

448
01:08:39,360 --> 01:08:44,220
Əlbəttə ki, bu yolda xalqımıza uğuru Allahın yardımı və dəstəyi qazandıra bilər.

449
01:08:44,280 --> 01:08:51,300
Digər mühüm məsələlər də var ki, indi onlara toxunmağa vaxtımız yoxdur.

450
01:08:51,980 --> 01:08:57,280
Şübhəsiz ki, xalqımızın və dövlətimizin öhdəsinə çox böyük işlər düşür.

451
01:08:57,280 --> 01:09:02,780
Müsəlman birliyi məsələsi, məzlum xalqlara yardım etmək,

452
01:09:03,380 --> 01:09:12,580
regionda İslamın mənəvi nüfuzunu genişləndirmək – hansı ki bu gün bu işin bayraqdarı İran xalqıdır –

453
01:09:12,880 --> 01:09:21,220
bütün bunlar böyük işlərdir və əgər Allah-taala əziz xalqımızı öz dəstək və yardımına layiq görsə – ki,

454
01:09:21,300 --> 01:09:22,700
inşallah, sizin dualarınızın,

455
01:09:23,100 --> 01:09:28,500
sizin, xüsusilə də gənclərin əzminin, səylərinin bərəkəti sayəsində layiq görəcək də –

456
01:09:28,980 --> 01:09:31,840
biz bu böyük işləri həyata keçirəcəyik.

457
01:09:32,180 --> 01:09:34,600
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.