﻿1
00:00:09,160 --> 00:00:10,980
بسم‌الله‌الرّحمن‌الرّحيم

2
00:00:11,320 --> 00:00:13,500
والحمد لله ربّ العالمين

3
00:00:15,180 --> 00:00:19,720
والصّلاة والسّلام علي سيّدنا محمّد و آله الطّاهرين

4
00:00:25,060 --> 00:00:28,780
و لعنة الله علي اعدائهم اجمعين

5
00:00:28,940 --> 00:00:38,760
اللّهمّ صلّ علي فاطمة و ابيها و بعلها و بنيها عددما احاط به علمک

6
00:00:39,840 --> 00:00:50,240
Bu sevindirici mövlud münasibətilə ilahi rəhbərliyin, Həzrət Peyğəmbərin,

7
00:00:51,740 --> 00:01:01,040
onun xanədanının aşiqi, həqiqi fəzilətin vurğunu olan hər kəsi təbrik edirəm.

8
00:01:04,340 --> 00:01:07,940
Əzizlərim, xoş gəlmisiniz.

9
00:01:10,020 --> 00:01:19,060
Sizlərdən hər biri ayrı-ayrılıqda yüksək dəyər və məqama malikdir; bu barədə bir qədər sonra danışacağam.

10
00:01:19,860 --> 00:01:23,500
Söhbətə başlamazdan əvvəl

11
00:01:23,660 --> 00:01:40,320
məsuliyyətli, sədaqətli, xeyirxah və çalışqan bir Əhli-Beyt (ə) məddahı olan mərhum cənab Ahinin xatirəsini yad etmək istərdim.

12
00:01:43,120 --> 00:01:50,880
Mən mərhum cənab Ahini 40-cı illərin əvvəllərindən tanımışam.

13
00:01:51,820 --> 00:02:00,260
Məşhədə bir qrup Əhli-Beyt (ə) mədahı gəlmişdi və aralarında o, xüsusi fəallıq göstərirdi.

14
00:02:00,840 --> 00:02:05,200
Düzdür, onunla yoldaşlığımız yox idi, amma mən onu tanıyırdım, görmüşdüm.

15
00:02:05,600 --> 00:02:12,260
Bir neçə il onu uzaqdan tanıdım; sonralar isə yaxından görüşüb tanış olduq.

16
00:02:12,660 --> 00:02:14,750
İnşallah, Allah-taala ona dərgahında ali dərəcələr nəsib etsin;

17
00:02:15,910 --> 00:02:20,750
sözün əsl mənasında məsuliyyətli, sədaqətli, canıyanan,

18
00:02:21,240 --> 00:02:30,130
özəlliklə də məddah ictimaiyyətinə qarşı məsuliyyətli bir insan idi.

19
00:02:30,480 --> 00:02:34,840
Hər il biz burada onun görüşünə gəlirdik. Allah ona rəhmət etsin,

20
00:02:35,820 --> 00:02:38,750
Allah onu bağışlasın. Allah bizi də bağışlasın.

21
00:02:41,460 --> 00:02:46,400
Mən 3 məsələ ətrafında danışacağam: birincisi, sizin haqqınızda,

22
00:02:46,840 --> 00:02:52,620
məddahlıq, bu şərəfli peşə haqqında;

23
00:02:55,370 --> 00:02:58,310
ikincisi, bu gün ölkəmizdə

24
00:02:58,660 --> 00:03:04,970
aktual bir məsələ olan nüvə məsələsi haqqında;

25
00:03:06,750 --> 00:03:09,110
üçüncüsü isə Yəmən məsələsi barədə.

26
00:03:10,530 --> 00:03:19,060
Bu gün mən siz əzizlərimlə və əslində, bütün İran xalqı ilə bu üç mövzu ətrafında söhbət edəcəyəm.

27
00:03:19,420 --> 00:03:26,970
Birinci məsələyə gəldikdə, Əhli-Beyt (ə) məddahlığı çox şərəfli bir peşədir. Nəyə görə?

28
00:03:28,710 --> 00:03:31,860
Çünki tarix boyu elə insanlar olub ki,

29
00:03:32,080 --> 00:03:41,640
zalımları, diktatorları mədh ediblər; belələri bu gün də var.

30
00:03:43,910 --> 00:03:47,860
Bu gün də dünyada elə adamlar var ki,

31
00:03:48,970 --> 00:03:54,350
yer üzündəki ən murdar insanlara mədhiyyələr söyləyir,

32
00:03:56,310 --> 00:04:06,040
qələmlərini bu yolda muzd qarşılığında – çox murdar, çirkin bir muzd qarşılığında işlədirlər.

33
00:04:06,660 --> 00:04:18,350
Siz isə dilinizlə, nəfəsinizlə, boğazınızla, sənət qabiliyyətinizlə fəziləti mədh edirsiniz.

34
00:04:19,110 --> 00:04:24,840
Peyğəmbər xanədanı fəzilət və gözəlliklər ocağıdır; başdan-ayağa fəzilətdir.

35
00:04:27,640 --> 00:04:30,840
Günəşi mədh edən kəs özünü tanıdır.

36
00:04:32,800 --> 00:04:40,970
Peyğəmbər xanədanını mədh etməklə siz, əslində, özünüzü də mədh edir,

37
00:04:42,620 --> 00:04:45,730
bu sənətin şərafətini nümayiş etdirirsiniz.

38
00:04:46,220 --> 00:04:49,200
Bir neçə il əvvəl mən elə Həzrət Fatiməyə (s.ə) həsr olunmuş toplantıda

39
00:04:50,800 --> 00:04:57,820
mərhum Səğir İsfahanidən aşağıdakı şeiri oxumuşdum:

40
00:04:58,350 --> 00:05:07,460
Hədisdə var ki, İsra gecəsi Peyğəmbər  Dəvələr görüb; mən də o karvanın bir dəvəsiyəm.

41
00:05:07,860 --> 00:05:17,910
Əgər inanmır və sübut istəyirsənsə, əlimdəki, onu mədh edən kitaba bax, yüküm budur.

42
00:05:20,440 --> 00:05:22,800
Səğir İsfahaniyə Allah rəhmət etsin.

43
00:05:29,020 --> 00:05:38,400
Odur ki siz əlinizdə fəziləti mədh edən bir kitab tutmusunuz. Bu, böyük bir şərəfdir. Xoş halınıza!

44
00:05:40,400 --> 00:05:48,040
Bu peşənin qədrini bilin, bu özəlliyinizi, payınza düşmüş bu fürsəti qənimət bilin.

45
00:05:48,530 --> 00:05:51,730
Məddahlıq barədə qeyd etmək istədiyim birinci məqam budur.

46
00:05:51,730 --> 00:06:00,880
İkinci məqam: bu gün ölkəmizin məddahlar ictimaiyyətinin əlində çox böyük bir fürsət var.

47
00:06:02,170 --> 00:06:04,040
Məclislər təşkil edirsiniz,

48
00:06:04,840 --> 00:06:11,910
ətrafınıza böyük kütlə, əksəriyyəti gənclərdən ibarət olan minlərlə insan yığışır,

49
00:06:13,460 --> 00:06:26,350
oxuduğunuz mədhiyyələri dinləyir. Bundan yaxşı fürsət ola bilərmi?

50
00:06:28,620 --> 00:06:35,770
İxtiyarınızda bu qədər auditoriya, söz eşitməyə, öyüd-nəsihət qəbul etməyə hazır olan bu qədər qəlb,

51
00:06:37,910 --> 00:06:48,170
islah və tərbiyə olunmağa hazır olan bu qədər can var; bu, bir fürsətdir.

52
00:06:48,480 --> 00:06:54,570
اِغتَنِمُوا الفُرَص فَاِنَّها تَمُرُّ مَرَّالسَّحاب

53
00:06:56,170 --> 00:07:01,240
Bu fürsətin qədrini bilin, ondan ən gözəl surətdə istifadə edin.

54
00:07:05,550 --> 00:07:12,710
Üçüncü məqam; bu fürsətdən ən gözəl tərzdə necə istifadə etmək lazımdır? Dini bilgiləri, din maarifini təbliğ etməklə.

55
00:07:14,660 --> 00:07:26,750
O şeyi ki, əzəmət və fəzilət simvolu olan o böyük şəxsiyyətlər onun naminə canlarından keçmiş,

56
00:07:28,620 --> 00:07:32,480
bu qədər əzab-əziyyətə qatlaşmış, müsibətlərlə üzləşmişlər.

57
00:07:34,480 --> 00:07:43,240
O şeyi ki, onun naminə Aşura hadisəsi, ilkin İslam dövrünün acınacaqlı hadisələri baş verib.

58
00:07:43,770 --> 00:07:48,570
Bütün bunlar nəyin naminə olub? Dini maarifi yaymaq naminə.

59
00:07:50,080 --> 00:08:01,950
Əlinizdəki fürsətdən dini maarifi yaymaq, gənc nəsli dinə, şəriətə riayət etməyə, dövrümüzdə öhdələrinə düşən

60
00:08:03,240 --> 00:08:09,110
böyük məsuliyyətləri yerinə yetirməyə sövq etmək üçün istifadə edin.

61
00:08:09,240 --> 00:08:21,200
Bu gün ölkəmizin, xalqımızın və İslam dünyasının prosesləri düzgün dərk etməyə, düzgün hərəkət etməyə və mübarizə aparmağa ehtiyacı var.

62
00:08:22,220 --> 00:08:28,660
İran xalqı örnəkdir, onun hərəkətverici qüvvəsi isə gənclərdir.

63
00:08:28,840 --> 00:08:35,950
Bu gənclər sizin ixtiyarınızdadır. Diqqət yetirsəniz, görərsiniz ki,

64
00:08:35,950 --> 00:08:44,800
müəyyən mənada bütün İslam dünyasının “başlat” düyməsi sizin əlinizin altındadır. Din maarifini təbliğ edin.

65
00:08:45,820 --> 00:08:53,640
Bu xalqın, bu gənclərin təmiz olmaq, təmiz yaşamaq,

66
00:08:55,910 --> 00:09:06,260
bəyənilən islami həyat tərzi ilə yaşamaq, sözün əsl mənasında müsəlman olmaq, xeyirli aqibətə qovuşmaq üçün

67
00:09:06,620 --> 00:09:10,000
ehtiyac duyduqlarını onlara öyrədin. Bu, sizin əlinizdədir.

68
00:09:10,570 --> 00:09:16,040
Bu qədər gəncin bir araya gəlib

69
00:09:16,440 --> 00:09:22,660
qəlbini sizin ixtiyarınıza verdiyi məclislər başqa nə vaxt olub?

70
00:09:23,730 --> 00:09:26,170
Bizim dövrümüzdə, bizim gənclik illərimizdə Məşhəddəki

71
00:09:26,530 --> 00:09:32,750
bütün məddahları saysaydın, 5-6 nəfərdən o yana keçməzdi; Tehranda da bundan bir az çox olardı.

72
00:09:33,730 --> 00:09:43,420
Bu qədər məclislər, bu qədər natiqlər, bu qədər mədhiyyə oxuyanlar, bu qədər sənət, bu qədər gözəl səs;

73
00:09:46,100 --> 00:09:54,560
hələ şairlər də işə qoşulublar, onlar da şeir deyirlər. Bu fürsətdən istifadə edin. Bu da növbəti məqam.

74
00:09:54,960 --> 00:10:08,160
Və sonuncu məqam: təhrifdən, mövhumatdan, gənclərin əqidəsində problem yaratmaqdan çəkinmək lazımdır.

75
00:10:09,200 --> 00:10:16,530
Bəzən biz elə bir söz işlədirik ki, bizi dinləyən gəncin zehnində bir düyün yaranır.

76
00:10:16,730 --> 00:10:26,130
O düyünü kim açacaq? Bizim öz nöqsanlı və ya yanlış fikirlərimizlə,

77
00:10:27,330 --> 00:10:34,630
yaxud məsuliyyətisizliyimiz, diqqətsizliyimizlə

78
00:10:35,930 --> 00:10:43,530
gənclərin düşüncəsində yaratdığımız düyün necə açılacaq? Bütün bunlar məsuliyyətdir.

79
00:10:44,600 --> 00:10:54,900
Əzadarlıq məclisini, Seyyidüş-şühədanın (ə) mədhinə həsr olunmuş bir məclisi

80
00:10:55,130 --> 00:11:02,030
- Seyyidüş-şühədanın əzəməti onun şəhadətinə görədir, Allah yolunda etdiyi fədakarlığa görədir,

81
00:11:02,930 --> 00:11:12,900
bu  yolda hər şeyindən – bütün istədiklərindən, arzularından vaz keçdiyinə görədir - əynini soyunmuş bir qrup gəncin göyə qalxıb yerə düşdüyü

82
00:11:14,130 --> 00:11:21,860
nə dediklərini özləri də bilmədiyi yüngül bir yerə çevirməyimiz düzgündürmü?

83
00:11:22,730 --> 00:11:29,100
Allahın sizə verdiyi bu nemətin şükrü belə olmalıdırmı? Sizdəki bu ürəyəyatan səs nemətdir,

84
00:11:29,330 --> 00:11:34,930
idarə etmək bacarığı nemətdir. Bunlar elə şeylərdir ki, Allah-taala onları hər kəsə yox, sizə verib.

85
00:11:35,100 --> 00:11:37,960
Bu nemətlərin şükrünü yerinə yetirmək lazımdır.

86
00:11:39,130 --> 00:11:47,160
Odur ki mən məddahlarımızı ürəkdən sevirəm, sizin üçün dua edirəm;

87
00:11:47,960 --> 00:11:52,560
Uca Allah sizə mənəvi dəstək olsun, yardımçınız olsun, inşallah.

88
00:11:53,160 --> 00:11:55,860
Amma bunu da deyirəm ki, bu gün İran cəmiyyətində

89
00:11:56,300 --> 00:12:06,800
və ümumilikdə regionumuzda məddahlara olan ümid və gözləntilər yüksəkdir.

90
00:12:06,800 --> 00:12:14,660
Mən Həzrət Siddiqeyi-Tahireyi-Raziyeyi-Mərziyə haqqında

91
00:12:15,300 --> 00:12:22,300
(Allahın, bütün peyğəmbərlərin və mələklərin, əməlisaleh bəndələrin salamı olsun ona!) bir şey deyə bilməyəcəyəm.

92
00:12:22,460 --> 00:12:26,330
Siz öz çıxışlarınızda müəyyən məqamlara toxundunuz,

93
00:12:26,330 --> 00:12:31,860
mənimsə dilim o xanım barədə nəsə demək üçün acizdir; odur ki bu mövzudan yan keçirəm.

94
00:12:33,600 --> 00:12:35,830
Bu gün toxunmaq istədiyim ikinci məsələ nüvə məsələsidir.

95
00:12:36,760 --> 00:12:47,530
Bəziləri belə  bir sual verdilər və elə indi də verirlər ki, filankəs nüvə məsələsinə nəyə görə mövqe bildirməyib?

96
00:12:48,030 --> 00:12:52,630
Cavabı budur ki, mövqe bildirməyin məqamı olmayıb.

97
00:12:54,800 --> 00:13:02,760
Rəsmilərimiz, nüvə müzakirələrində iştirak edən insanlar, işin içində olan şəxslər bizə deyirlər ki, hələ bir iş görülməyib,

98
00:13:04,330 --> 00:13:10,900
iki tərəf arasında hansısa öhdəçiliklər yaradacaq bir şey yoxdur. Nə mövqe?

99
00:13:11,900 --> 00:13:16,360
Əgər məndən lehinə və ya əleyhinə olduğumu soruşsalar, deyərəm ki, nə lehinəyəm, nə də əleyhinə.

100
00:13:17,830 --> 00:13:22,200
Çünki hələ heç nə baş verməyib; hələ heç bir iş görülməyib.

101
00:13:22,200 --> 00:13:31,660
Bütün problem oturub bircə-bircə incələnməli olan o təfərrüatlarla bağlıdır.

102
00:13:32,500 --> 00:13:40,300
Bunu rəsmilər özləri də deyiblər; həm bizə deyiblər, həm də müsahibələrində xalqa bu barədə məlumat veriblər.

103
00:13:40,660 --> 00:13:42,260
Problem bundan sonra başlayır.

104
00:13:43,330 --> 00:13:49,300
İnadkar, əhdinə sadiq olmayan,

105
00:13:52,100 --> 00:13:58,930
bu gün dediyindən sabah geri duran, çək-çevir etməyi xoşlayan, arxadan zərbə vuran,

106
00:13:59,960 --> 00:14:02,360
bu kimi bəd əməllərə adət etmiş qarşı tərəf

107
00:14:02,360 --> 00:14:14,630
ölkəmizi, xalqımızı, danışıqlarda təmsil olunan rəsmilərimizi məhz bu təfərrüatlarla bağlı müzakirələr mərhələsində blokadaya sala bilər.

108
00:14:15,600 --> 00:14:23,030
Hələ ki əlimizdə bir şey yoxdur, heç bir öhdəçilik yaranmayıb.

109
00:14:24,260 --> 00:14:29,930
Bəzi adamlar artıq təbriklər səsləndirməyə başlayıblar; məni təbrik edirlər, başqalarını təbrik edirlər. Bunun heç bir mənası yoxdur.

110
00:14:51,930 --> 00:15:02,660
Nə təbrik? Bu günə qədər baş verənlər nə razılaşmanın özünə, danışıqların hər hansı bir razılaşma ilə sonuclanacağına,

111
00:15:04,000 --> 00:15:07,730
nə də razılaşmanın mahiyyətinə zəmanət verir. Heç birinə zəmanət vermir.

112
00:15:09,730 --> 00:15:17,600
Hətta buna belə zəmanət vermir ki, bu danışıqlar sona çatdırılacaq və bir razılaşmanın əldə olunması ilə bitəcək.

113
00:15:17,930 --> 00:15:23,130
Bu günə qədər olanlar bundan ibarətdir. Hər şey bundan sonra baş verəcək proseslərdən asılıdır.

114
00:15:24,130 --> 00:15:27,330
Nüvə məsələsi ilə bağlı bir neçə məqamı da qeyd edim.

115
00:15:30,200 --> 00:15:36,200
Əlbəttə ki, mən Amerika ilə müzakirələrə heç vaxt optimist yanaşmamışam;

116
00:15:56,220 --> 00:16:07,860
hansısa rəy və düşüncələrimə görə yox, keçmiş təcrübələrə əsasən.

117
00:16:09,240 --> 00:16:17,730
Bu işdə təcrübəmiz var. Əgər bir gün – yəqin ki, o zaman mən artıq olmayacağam –

118
00:16:18,710 --> 00:16:25,950
inşallah, sizlər hazırkı proseslərlə bağlı qeydlərlə, yazıya alınmış təfərrüatlarla tanış olsanız,

119
00:16:26,220 --> 00:16:30,750
görəcəksiniz ki, mənim bu təcrübəm haradan qaynaqlanır. Bizim bu məsələdə başımız çəkib, təcrübəmiz var.

120
00:16:31,240 --> 00:16:42,220
Lakin mən Amerika ilə müzakirələrə nikbin yanaşmasam da, konkret mövzu ətrafında olacaq bu danışıqların əleyhinə də çıxmadım,

121
00:16:42,220 --> 00:16:49,970
razılaşdım. Danışıqlarda iştirak edən komandanı da var gücümlə dəstəklədim, indi də dəstəkləyirəm.

122
00:16:53,940 --> 00:17:03,110
Mən İran xalqının mənafeyini təmin edəcək, İran xalqının qürur və heysiyyətini qoruyacaq bir razılaşmanın əldə olunmasını

123
00:17:03,220 --> 00:17:08,400
yüzdə yüz dəstəkləyir, alqışlayıram. Bunu hər kəs bilsin.

124
00:17:10,820 --> 00:17:22,450
Əgər kimsə mənim razılaşma əldə edilməsinin, yaxud hansısa ortaq məxrəcə gəlinməsinin əleyhinə olduğumu desə, bilin ki, bu, belə deyil, həmin şəxs haqqı deməmişdir.

125
00:17:22,740 --> 00:17:34,110
Əgər xalqın, ölkənin mənafeyini təmin edəcək bir razılaşma əldə olunsa,

126
00:17:34,220 --> 00:17:37,280
mən bununla tam razıyam.

127
00:17:38,310 --> 00:17:50,220
Əlbəttə, biz onu da demişik ki, pis bir razılaşma əldə etməkdənsə heç etməmək yaxşıdır – bu sözü amerikalılar da deyirlər.

128
00:17:51,650 --> 00:17:53,820
Bu çox düzgün bir formuldur.

129
00:17:55,110 --> 00:18:01,170
Xalqın mənafeyini ayaqlar altına atacaq, heysiyyətini yox edəcək,

130
00:18:01,170 --> 00:18:06,140
bu qədər əzəmətli İran xalqını alçaldacaq bir razılaşmadansa heç dil tapıb razılaşmamaq  yaxşıdır.

131
00:18:06,910 --> 00:18:14,340
Belə bir razılaşma əldə etməkdənsə heç razılaşmaya nail olmamaq daha şərəflidir. Bu, belə; bu, birinci məqam.

132
00:18:15,020 --> 00:18:24,250
Növbəti məqam budur ki, indiyə qədər mən danışıqların təfərrüatına müdaxilə etməmişəm, yenə də etmirəm.

133
00:18:26,370 --> 00:18:39,680
Mən ölkə rəsmilərinə daim ümumi prinsipləri, əsas cizgiləri, mühüm çərçivələri və qırmızı xətləri xatırladıram;

134
00:18:39,680 --> 00:18:44,620
əsas etibarilə ölkə başçısına – belə ki onunla nmüntəzəm olaraq iclaslarımız olur –

135
00:18:45,420 --> 00:18:52,850
və müəyyən məqamlarda da Xarici İşlər Nazirinə. Mən əsas və ümumi sərhədləri deyirəm.

136
00:18:53,000 --> 00:19:04,480
İşin təfərrüatları, bu ümumi sərhədlərin təmin olunmasına təsir göstərməyən xırda şeylər diqqət mərkəzində deyil.

137
00:19:04,480 --> 00:19:07,740
Bunlar onların ixtiyarındadır, məsləhət bildikləri kimi edə bilərlər.

138
00:19:08,000 --> 00:19:14,620
Bu işin təfərrüatlarının Ali Rəhbərlik Məqamının diqqətində olduğunu demək o qədər dəqiq söylənmiş bir fikir deyil.

139
00:19:16,110 --> 00:19:22,420
Əlbəttə ki, mən məsuliyyət hiss edirəm, bu məsələyə heç bir vəchlə  etinasız yanaşmıram,

140
00:19:22,420 --> 00:19:27,420
lakin əsas əhəmiyyət daşıyan bəzi ümumi prinsiplər var. Bir qədər sonra onlardan bəzilərini qeyd edəcəyəm;

141
00:19:27,420 --> 00:19:34,540
bundan əvvəl də xalq qarşısında çıxışlarımda onlar haqqında danışmışam.

142
00:19:35,000 --> 00:19:37,080
Rəsmilərlə isə bu barədə daha ətraflı söhbətlərimiz olub.

143
00:19:39,800 --> 00:19:47,940
Üçüncü məqam: qeyd etdiyim kimi, mən bu işi həyata keçirən insanlara inanıram. Bunu bilin.

144
00:19:49,000 --> 00:19:56,170
Bu işlə məşğul olan insanlar mənim etimad etdiyim simalardır

145
00:19:56,340 --> 00:20:01,370
və məndə onlara qarşı heç bir şübhə və tərəddüd yoxdur; indiyə qədər bu belə olub,

146
00:20:01,370 --> 00:20:07,880
inşallah, bundan sonra da belə olacaq. Mənim onlara heç bir şübhəm yoxdur.

147
00:20:08,110 --> 00:20:12,480
Lakin eyni zamanda mən ciddi narahatlıq keçirirəm.

148
00:20:13,740 --> 00:20:15,770
Bu narahatlığım ondan irəli gəlir ki,

149
00:20:15,970 --> 00:20:28,770
qarşı tərəf çox yalançı, sözünün üstündə durmayan, düzgün davranmayan biridir.

150
00:20:29,450 --> 00:20:34,970
Qarşı tərəf belədir. Yaxınlarda baş vermiş hadisədə bunun bir daha şahidi olduq.

151
00:20:36,310 --> 00:20:41,170
Biz tərəfdən təmsil olunan rəsmilər

152
00:20:41,250 --> 00:20:49,090
danışıqları başa vurandan bir neçə saat sonra Ağ Ev bu barədə bəyanat yaydı. Onların yaydığı bu bəyanat –

153
00:20:49,620 --> 00:20:59,510
hansının ki adını da “Fəkt şit” qoyurlar – əksər məqamlarda reallığı əks etdirmirdi.

154
00:21:01,640 --> 00:21:07,930
Yəni onların danışıqlarla bağlı, danışıqların gedişində əldə edilmiş razılaşmalarla bağlı verdiyi açıqlamalar

155
00:21:08,420 --> 00:21:12,220
yalan qarışıq, reallığa zidd idi.

156
00:21:13,770 --> 00:21:18,660
Həmin bəyanatı gətirmişdilər, mən gördüm, 4-5 səhifədir.

157
00:21:19,820 --> 00:21:23,820
O 4-5 səhifə bir neçə saatın içində hazırlanmayıb ki;

158
00:21:24,680 --> 00:21:29,910
onlar hələ danışıqlar getdiyi zaman oturub bu bəyanatı hazırlayıblar.

159
00:21:29,910 --> 00:21:35,480
Baxın, qarşı tərəf belədir. Oturub sizinlə danışırlar,

160
00:21:36,550 --> 00:21:41,330
müəyyən məsələlərlə bağlı razılaşma əldə olunur

161
00:21:41,570 --> 00:21:47,170
və elə sizinlə danışıqlar masasında oturduqları vaxt da

162
00:21:47,330 --> 00:21:50,800
aranızdakı söhbətin əksinə olan bir bəyanat hazırlayır

163
00:21:51,710 --> 00:21:55,730
və danışıqlar bitən kimi  yayırlar! Qarşımızdakılar bu cür insanlardır;

164
00:21:57,420 --> 00:22:00,680
sözünün üstündə duran deyillər, saxtakardırlar.

165
00:22:05,620 --> 00:22:13,170
Bunların əvvəl bir, sonra başqa söz demələri  isə nüfuzlarını qorumaq üçündür.

166
00:22:14,550 --> 00:22:21,040
Məsələn, ölkələrindəki müxaliflərinin qarşısında xal itirməmək üçün

167
00:22:22,200 --> 00:22:25,280
müəyyən şeylər yazırlar. Bütün bunların bizimlə əlaqəsi yoxdur.

168
00:22:26,770 --> 00:22:35,950
Əgər danışıqlar nəticəsində əldə edilmiş müəyyən razılaşmaların meyar seçilməsi qərara alınsa da, onların o bəyanatlarda yazdıqları əsla meyar olmayacaq.

169
00:22:37,950 --> 00:22:40,570
Əlbəttə ki, onlar da bizim haqqımızda bu sözləri deyirlər.

170
00:22:41,510 --> 00:22:46,750
Onlar da deyiblər ki, ola bilsin, bu danışıqlar yekunlaşandan sonra

171
00:22:46,880 --> 00:22:56,950
Ali Rəhbərlik Məqamı nüfuzunu qorumaq xatirinə üzdə əleyhdarlığını ifadə etsin.  Kafir elə bilər hamı onun əqidəsindədir.

172
00:22:59,750 --> 00:23:04,150
Bizim öz xalqımızla sözümüz qarşılıqlı etimada söykənir.

173
00:23:05,770 --> 00:23:13,240
Xalq bu həqir bəndəyə etimad göstərib, mən də ayrı-ayrılıqda bu xalqın hər bir nümayəndəsinə inanıram,

174
00:23:13,710 --> 00:23:16,860
bu ümummilli hərəkata inanıram. İnanıram ki,

175
00:23:16,860 --> 00:23:18,950
يَدُ اللهِ مَعَ الجَماعَة

176
00:23:21,310 --> 00:23:26,570
– Allahın əli camaatladır; inanıram ki, bütün bu işləri həyata keçirən Allahın əlidir. 22 bəhmənə baxın –

177
00:23:27,510 --> 00:23:35,840
o soyuqda, o çətinliklərin içində; Qüds gününə baxın – o istidə, orucağız;

178
00:23:36,420 --> 00:23:42,170
camaatı o küçələrə çəkib gətirən kimdir? O küçələrə çıxmaqla nə qazanırlar?

179
00:23:42,840 --> 00:23:50,240
Burada Allahın əli var. Bütün bunlarda biz Allahı görürük, xalqın bu hərəkatına,

180
00:23:50,330 --> 00:23:56,840
emosiyalarına inanırıq, səmimi hislərinə, uzaqgörənliyinə inanırıq. Biz xalqla söhbət edir,bir-birimizi başa düşürük.

181
00:23:58,110 --> 00:24:02,000
Onlar – qarşı tərəf isə belə eləmir, bizi də özləri ilə müqayisə edirlər.

182
00:24:02,000 --> 00:24:06,860
Bütün bunlara görə də məndə müəyyən narahatlıq var.

183
00:24:06,970 --> 00:24:13,260
Elə bu an da mən narahatlıq keçirirəm ki, görəsən, onlar nə edəcəklər, hansı addımları atacaqlar.

184
00:24:13,570 --> 00:24:20,240
Növbəti məqam: nüvə danışıqlarını bəziləri dəstəklədilər, bəziləri isə buna qarşı çıxdılar.

185
00:24:21,020 --> 00:24:30,150
Mətbuatımızda, ölkəmizdə çap olunan, saytlarda, internetdə gedən yazılarda və sairədə bəziləri bu danışıqları yüksək qiymətləndirir,

186
00:24:30,150 --> 00:24:38,220
bəziləri isə əleyhinə çıxışlar edir. Mənim fikrimcə, heç nəyi şişirtmək lazım deyil, tələsmək də lazım deyil.

187
00:24:38,440 --> 00:24:49,550
Baxaq görək nə olur. Əlbəttə ki, mən son bir neçə gündə rəsmilərin özlərinə də bunu demişəm.

188
00:24:50,750 --> 00:24:59,080
Rəsmilər gəlib xalqı, xüsusilə də mütəxəssisləri təfərrüatlar, reallıqlar barədə məlumatlandırmalıdırlar.

189
00:24:59,170 --> 00:25:02,150
Bizim gizli, xəlvəti bir işimiz yoxdur.

190
00:25:04,800 --> 00:25:15,480
Xalqla həmrəylik, qarşılıqlı anlaşma deyirik, qarşılıqlı anlaşma məcburən,

191
00:25:15,660 --> 00:25:17,420
göstərişlə alınan bir şey deyil ki, kimsə tapşırıq versin ki,

192
00:25:18,800 --> 00:25:25,280
“camaat, anlaşın!”, camaat da desin “baş üstə”. Qarşılıqlı anlaşma belə olmur.

193
00:25:26,570 --> 00:25:32,200
Bir-birini başa düşmək, özünü qarşısındakının yerinə qoymaq hissləri bir çiçək kimidir, bir fidan, qönçə gül kimidir.

194
00:25:32,880 --> 00:25:40,970
Gərək əvvəl onu əkəsən, sonra qoruyasan, qulluğunda durasan, suyunu verəsən,

195
00:25:42,020 --> 00:25:50,770
zədədən-filandan qoruyasan ki, böyüyüb inkişaf etsin. Belə olmasa, qarşılıqlı anlaşma olmaz.

196
00:25:55,080 --> 00:26:00,370
Qarşılıqlı anlaşma həmrəylikdən də yaxşıdır; həmrəylik də yaxşıdır.

197
00:26:03,550 --> 00:26:09,680
O qədər hindli və türk var ki, anlaşıb-qaynaşıblar. O qədər də 2 türk var ki, yad kimidirlər.

198
00:26:10,350 --> 00:26:17,060
Demək ki, doğmalığın dili başqadır. Eyni dildə danışmaqdansa, ürəklərin bir vurması yaxşıdır.

199
00:26:19,280 --> 00:26:26,110
Qarşılıqlı anlaşma lazımdır; qarşılıqlı anlaşma yaratmaq, bunu inkişaf etdirmək lazımdır.

200
00:26:26,840 --> 00:26:31,330
Mən bu tövsiyəni hamıya ünvanlayıram. Bu gün qarşılıqlı anlaşma üçün yaxşı bir fürsətdir.

201
00:26:32,510 --> 00:26:40,040
Bir qrup insan müxalifdir, etiraz edir. Olsun. Sədaqətli, milli mənafeyin

202
00:26:41,910 --> 00:26:46,640
qorunmasında maraqlı insanlar olan rəsmilərimiz

203
00:26:46,640 --> 00:26:56,080
həmin müxaliflərdən bir qrupunu – aparıcı simaları – dəvət etsinlər, fikirlərini dinləsinlər.

204
00:26:57,860 --> 00:27:04,800
Tamamilə mümkündür ki, bu fikirlərdə onların işinin daha da uğurla irəliləməsi üçün faydalı ola biləcək məqamlar olsun.

205
00:27:06,750 --> 00:27:11,840
Bu olmasa da, ən azından, onları qane etmiş olarlar. Qarşılıqlı anlaşma bax budur.

206
00:27:13,680 --> 00:27:29,080
Qəlbləri, hisləri və ardınca təbii olaraq, əməlləri yaxınlaşdırmaq, uyğunlaşdırmaq budur. Məncə otursunlar, bir-birini dinləsinlər, söbət etsinlər.

207
00:27:29,240 --> 00:27:33,680
Deyə bilərlər ki, axı bizim 3 aydan artıq vaxtımız yoxdur!

208
00:27:33,820 --> 00:27:39,310
Eybi yoxdur, olmasın 3 ay, olsun 4 ay, yer-göy dağılmayacaq ki! Nə olacaq?

209
00:27:40,600 --> 00:27:49,200
Müəyyən etapda onlar məsələni 7 ay gecikdirmişdilər.

210
00:27:50,480 --> 00:27:58,800
Bizim dostlarımız da bu qarşılıqlı anlaşmaya, dil tapıb fikir mübadiləsi etməyə bir qədər zaman sərf etsələr,

211
00:27:58,880 --> 00:28:05,640
heç nə olmaz. Qoy bir az vaxt itirilsin, son qərarın vaxtı bir qədər geciksin,

212
00:28:05,750 --> 00:28:09,400
eybi yoxdur. Bu da növbəti bir məqam.

213
00:28:10,260 --> 00:28:15,570
Növbəti, digər bir məqam budur ki, hazırda gedən danışıqlar –

214
00:28:16,640 --> 00:28:19,950
hansıların ki bir hissəsi Amerika tərəfi ilə aparılır –

215
00:28:21,000 --> 00:28:31,800
yalnız nüvə məsələsi ətrafındadır. Yalnız və yalnız! Bu an üçün biz Amerika ilə başqa heç bir mövzu ətrafında danışıqlar aparmırıq.

216
00:28:32,200 --> 00:28:40,330
Əsla. Bunu hamı bilsin; nə regional məsələlər, nə ölkədaxili məsələlər, nə də beynəlxalq məsələlər olsun.

217
00:28:41,750 --> 00:28:48,040
Bu gün danışılan, müzakirə mövzusu olan yeganə məsələ nüvə məsələsidir.

218
00:28:48,170 --> 00:28:57,710
Bu həm də bir təcrübə olacaq. Əgər qarşı tərəf özünün həmişəki dolaşıq davranışlarından əl çəksə,

219
00:28:58,150 --> 00:29:03,800
bu bizim üçün bir təcrübə olacaq. Lap yaxşı, o zaman bilərik ki, başqa bir mövzu ətrafında da bunlarla danışıqlar aparmaq olar.

220
00:29:05,000 --> 00:29:14,080
Yox əgər görsək ki, bunlardan həmişə gördüyümüz dolaşıq işlər yenə də var, əyri-üyrü, dolanbac yollarla gedirlər,

221
00:29:14,080 --> 00:29:17,150
olsun, əvvəlki təcrübəmiz daha da möhkəmlənəcək.

222
00:29:17,330 --> 00:29:25,660
Özü də bizim qarşımızdakılar bütün dünya deyil – bunu  da nəzərə alaq.

223
00:29:25,910 --> 00:29:32,770
Bəzən eşidirsən ki – mən buna iradımı da bildirmişəm – bəzi yoldaşlar “beynəlxalq ictimaiyyət” ifadəsini işlədirlər.

224
00:29:32,770 --> 00:29:38,150
“Beynəlxalq ictimaiyyət” onların işlətdiyi ifadədir, əslində, bizim qarşımızda beynəlxalq ictimaiyyət yoxdur.

225
00:29:38,150 --> 00:29:40,840
Bir Amerikadır, 3 dənə də Avropa dövləti – vəssalam.

226
00:29:42,660 --> 00:29:51,110
Bu məsələdə İran xalqı ilə öcəşən, cürbəcür dolaşıq planlara əl atan, dediyindən geri durub xəbislik edənlər

227
00:29:51,550 --> 00:29:56,280
bir Amerikadır, bir də 3 Avropa dövləti. Bizim qarşımızda başqa heç kəs yoxdur.

228
00:29:57,680 --> 00:30:10,310
Bundan 2 il, 2 il yarım əvvəl elə bu Tehran şəhərində 150-dən çox ölkənin yüksək  çinli rəsmiləri,

229
00:30:10,310 --> 00:30:18,150
50-yə yaxın ölkə başçısı Qoşulmayanlar Hərəkatının sammitində iştirak etdi.

230
00:30:18,150 --> 00:30:20,970
Bu, 2-3 il bundan qabaq olub, 100 il əvvəl olmayıb ki!

231
00:30:21,400 --> 00:30:24,000
Təzəlikcə olan məsələdir. Beynəlxalq ictimaiyyət onlardır.

232
00:30:25,400 --> 00:30:29,660
Biz elə həmişə: “Beynəlxalq ictimaiyyət etimad göstərməlidir” – deyəcəyiksə,

233
00:30:29,660 --> 00:30:33,570
o beynəlxalq ictimaiyyət haradadır? Beynəlxalq ictimaiyyət bizə tamamilə etimad edir;

234
00:30:34,710 --> 00:30:39,770
o ölkələrdə də əhalinin müəyyən hissəsi hökumətini qəbul etmir. Bu da növbəti bir məqam.

235
00:30:40,000 --> 00:30:42,710
Qeyd etmək istədiyim sonuncu məqam mənim istəklərim, gözləntilərimdir.

236
00:30:44,080 --> 00:30:51,440
Mənim rəsmilərimizdən müəyyən gösləntilərim var, bunu onlara bildirmişəm, demişəm,

237
00:30:51,510 --> 00:30:54,400
bu məsələlərin mənim üçün önəmli olduğunu vurğulamışam.

238
00:30:55,820 --> 00:31:05,080
Birincisi, bunu demişəm ki, bizim hazırkı mərhələdə nüvə sahəsində əldə etdiyimiz nailiyyətlər olduqca dəyərlidir; bunu bilsinlər,

239
00:31:05,820 --> 00:31:12,820
buna az əhəmiyyətli, yüngül bir iş kimi baxmasınlar. Bu, dəyərli bir şeydir.

240
00:31:16,480 --> 00:31:19,680
Hər bir ölkə üçün nüvə sənayesi bir zərurətdir.

241
00:31:20,800 --> 00:31:26,060
Bu gün bəzi psevdo-ziyalılar əllərinə qələm alıb

242
00:31:26,200 --> 00:31:31,080
“nüvə sənayesi bizim nəyimizə lazımdır?” kimi fikirlər yazırlar. Bu, yalandır.

243
00:31:31,080 --> 00:31:35,970
Bu eynilə ona bənzəyir ki, Qacarlar dövründə neft kəşf olunduğu zaman

244
00:31:35,970 --> 00:31:38,280
ingilislər gəlib onu aparmaq istəyəndə

245
00:31:39,020 --> 00:31:44,400
Qacar sarayının adamlarından biri deyirdi ki, “Bu pis qoxulu maddə bizim nəyimizə lazımdır?

246
00:31:44,820 --> 00:31:48,000
Qoy götürüb aparsınlar!”  Bu, ona oxşayır.

247
00:31:49,860 --> 00:31:52,820
Nüvə sənayesi bir ölkə üçün zəruri bir məsələdir:

248
00:31:52,820 --> 00:31:59,370
həm enerji baxımından, həm olduqca mühüm olan radiodərman preparatları baxımından,

249
00:31:59,510 --> 00:32:10,130
həm dəniz suyunun içməli suya çevrilməsi baxımından, həm də kənd təsərrüfatı və digər sektorların bir çox başqa ehtiyaclarını təmin etmək baxımından.

250
00:32:10,880 --> 00:32:16,910
Bu gün nüvə sənayesi dünyada olduqca əhəmiyyətli, mütərəqqi bir sənaye sahəsidir.

251
00:32:17,420 --> 00:32:19,930
Özü də bizim uşaqlarımız buna özləri nail olublar.

252
00:32:20,950 --> 00:32:26,480
Bu, bizim övladlarımızın daxili istedad və potensialının partlayışı idi.

253
00:32:27,800 --> 00:32:33,280
İndi hansısa geridə qalmış ölkə deyir ki, əgər İran uranı zənginləşdirə bilibsə, mən də bunu etmək istəyirəm.

254
00:32:33,280 --> 00:32:38,200
Lap yaxşı, get sən də elə; bilirsənsə, get elə.

255
00:32:39,400 --> 00:32:44,640
Biz uranı zənginləşdirməyi heç kimdən öyrənməmişik, öz daxili potensialımızın məhsuludur.

256
00:32:44,680 --> 00:32:47,710
Əgər sizin xalqınzın da daxildə imkan və potensialı varsa, gedin zənginləşdirin.

257
00:32:48,370 --> 00:32:52,460
Bəzi ölkələr belə uşaqcasına bəhanələr gətirirlər.

258
00:32:53,660 --> 00:33:01,530
Uranın zənginləşdirilməsi və nüvə sahəsində bu günə qədər əldə edilmiş nailiyyətlər çox mühüm nailiyyətlərdir.

259
00:33:01,680 --> 00:33:08,530
Bu, balaca bir iş deyil. Hələ bunlar bizim bu sənaye sahəsində atdığımız ilkin addımlardır.

260
00:33:09,080 --> 00:33:12,200
Bu sahədə hələ bir çox işlər görmək, irəli getmək, inkişaf etmək lazımdır.

261
00:33:13,400 --> 00:33:26,480
Bir neçə cinayətkar ölkə var ki, bizi nüvə silahı əldə etmək niyyəti güdməkdə ittiham edir.

262
00:33:27,820 --> 00:33:30,930
Halbuki özləri ya xalqlara qarşı  nüvə silahından istifadə ediblər – Amerika kimi, ya da bu silahın sınağını keçiriblər – Fransa kimi.

263
00:33:30,930 --> 00:33:38,170
10-12 il bundan əvvəl Fransa okeanda bir-birinin ardınca 3 nüvə silahı sınaqdan keçirib;

264
00:33:38,480 --> 00:33:42,220
dağıdıcı, okeanın ekologiyasını pozan sınaqlar.

265
00:33:42,490 --> 00:33:48,320
3 çox təhlükəli sınaq! Dünyada da bu, kiçik bir ajiotaja səbəb olmuşdu,

266
00:33:48,490 --> 00:33:51,500
sonra ağızları bağladılar, qurtardı getdi.

267
00:33:52,010 --> 00:33:53,320
Bunlar bizə deyir!

268
00:33:53,900 --> 00:33:59,050
Biz nüvə silahı partlatmaq və ya sınaqdan keçirmək niyyətində deyilik, bu silahı əldə etmək fikrimiz yoxdur.

269
00:34:00,090 --> 00:34:06,160
Ona görə yox ki, onlar deyirlər; özümüzə görə, dinimizə görə, ağlımıza görə.

270
00:34:07,160 --> 00:34:11,770
Bizim şəriətimizin də, ağlımızın da hökmü budur.

271
00:34:13,000 --> 00:34:19,770
Bizim ağlımız da bunu hökm edir ki, nə bu gün, nə sabah, nə də heç bir zaman nüvə silahına ehtiyacımız olmayacaq.

272
00:34:21,230 --> 00:34:29,690
Nüvə silahı bizim ölkəmiz kimi bir ölkə üçün başağrısıdır; nəyə görə?  – burada bunun təfərrüatlarına girməyək.

273
00:34:29,920 --> 00:34:34,300
Odur ki nüvə sahəsindəki nailiyyətlər olduqca əhəmiyyətlidir,

274
00:34:36,040 --> 00:34:46,940
bu sənayeni izləmək və ölkəni bu istiqamətdə sənayeləşdirmək çox lazımlı bir şeydir. Bu məqama diqqət yetirmək lazımdır.

275
00:34:48,000 --> 00:34:56,520
Rəsmilərdən növbəti təmənnamız bu olub ki, qarşı tərəfə inanmasınlar, etimad etməsinlər.

276
00:34:58,680 --> 00:35:07,660
Sevindirici haldır ki, bu yaxınlarda çox hörmətli rəsmilərimizdən biri qarşı tərəfə heç bir etimad hiss etmədiklərini açıq-aşkar dilə gətirib dedi.

277
00:35:08,270 --> 00:35:09,370
Bu, çox yaxşı bir şeydir.

278
00:35:10,650 --> 00:35:17,120
Onlara demişik ki, qarşı tərəfə inanmasınlar, təbəssümünə aldanmasınlar,

279
00:35:17,880 --> 00:35:26,810
mütləq vədlərinə – mütləq əməllərinə yox, mütləq vədlərinə – inanmasınlar.

280
00:35:27,240 --> 00:35:33,630
Çünki onlarınkı – məsəldə deyildiyi kimi – körpüdən keçənə qədərdir; körpünü keçdilər, dönüb saqqalınıza güləcəklər. Bu qədər riyakardırlar!

281
00:35:35,680 --> 00:35:45,870
Bu gün əldə edilmiş müəyyən ilkin anlaşmalar qeyd şəklində, elannamə şəklində yayımlanıb,

282
00:35:45,870 --> 00:35:51,070
hələ heç bir iş görülməyib, tərəflər özləri deyirlər ki, ortada heç bir öhdəçilik-filan yoxdur,

283
00:35:51,710 --> 00:35:55,930
amma elə bu qədərinə nail olan kimi,

284
00:35:55,930 --> 00:36:00,970
gördünüz Amerikanın prezidenti çıxıb ekran qarşısında hansı duruşla, görkəmlə hansı jesti etdi?!

285
00:36:02,320 --> 00:36:08,940
Bizim rəsmilərin diqqətinə çatdırdığımız və elə xalqımızın qarşısında da həmişə qeyd etdiyimiz növbəti məqam

286
00:36:10,000 --> 00:36:17,790
danışıqların təfərrüatları ilə bağlıdır; üzümüzə gələn bir neçə ay bu baxımdan çox əhəmiyyətlidir.

287
00:36:18,520 --> 00:36:25,600
Təfərrüatlar məsələsi belədir ki, sanksiyalar birdəfəyə və tamamilə ləğv olunmalıdır.

288
00:36:27,280 --> 00:36:31,360
Onlardan biri deyir ki, sanksiyalar 6 ay sonra ləğv olunacaq,

289
00:36:31,440 --> 00:36:37,520
o biri deyir, yox, hələ 1 il də çəkə bilər,

290
00:36:38,300 --> 00:36:40,670
üçüncüsü deyir, hələ 1 ildən də o yana keçə bilər –

291
00:36:41,760 --> 00:36:49,260
bunlar hamısı onların adət etdiyi,  həmişəki oyunlardır. Bütün bunları nə qəbul etmək, nə də önəm vermək olmaz.

292
00:36:50,810 --> 00:36:59,870
Əgər Allah-taala qədərə yazsa və hansısa razılaşmanın əldə edilməsinə nail ola bilsələr,

293
00:37:00,600 --> 00:37:08,510
sanksiyalar elə razılaşmanın imzalandığı gün tamamailə ləğv olunmalıdır; məsələ belə olmalıdır.

294
00:37:28,530 --> 00:37:36,910
Sanksiyaların ləğvi hansısa başqa proseslərlə təxirə salınacaqsa, onda biz, ümumiyyətlə, nəyə görə danışıqlara getmişik?

295
00:37:37,930 --> 00:37:44,060
Danışıqlar aparmaq, müzakirə masasına oturmaq, söhbət etmək, mübahisə etmək nə üçün idi?

296
00:37:45,130 --> 00:37:47,110
Bunun üçün idi ki, sanksiyalar qaldırılsın.

297
00:37:47,730 --> 00:37:52,370
Bunun indi də başqa bir şeylə təxirə salınması əsla qəbuledilən deyil.

298
00:37:52,510 --> 00:37:59,400
Rəsmilər üçün qeyd etdiyim və sizə də xatırlatmaq istədiyim növbəti məqam odur ki,

299
00:38:00,220 --> 00:38:03,710
bunların nəzarət bəhanəsi ilə

300
00:38:04,480 --> 00:38:12,150
ölkənin müdafiə və təhlükəsizlik hüdudlarına nüfuz etməsinə heç bir vəchlə imkan vermək olmaz. Əsla!

301
00:38:34,460 --> 00:38:39,260
Ölkənin hərbi rəsmilərinə heç bir vəchlə icazə verilmir ki,

302
00:38:40,400 --> 00:38:45,620
monitorinq, təftiş və bu kimi bəhanələrlə

303
00:38:47,170 --> 00:38:52,110
yadelliləri ölkənin müdafiə və təhlükəsizlik hüdudlarından içəri buraxsınlar

304
00:38:53,080 --> 00:38:56,880
və ya ölkənin müdafiə sahəsindəki inkişafını durdursunlar.

305
00:38:58,350 --> 00:39:06,530
Ölkənin müdafiə sahəsindəki inkişafı, ölkənin müdafiə qabiliyyəti xalqın hərbi sferadakı möhkəm yumruğudur,

306
00:39:07,040 --> 00:39:10,800
bu yumruq həmişəki kimi möhkəm olaraq qalmalı və daha da möhkəmləndirilməlidir.

307
00:39:12,220 --> 00:39:19,240
Həmçinin bizim dünyanın müxtəlif yerlərində müqavimət hərəkatına qalxmış qardaşlarımıza verdiyimiz dəstək;

308
00:39:19,240 --> 00:39:23,150
danışıqlar prosesində bu məqamlar, mütləq, nəzərə alınmalı və onlara heç bir vəchlə mənfi təsir göstərilməməlidir.

309
00:39:23,910 --> 00:39:30,000
Növbəti xatırlatmam budur ki, İslam Respublikasında ölkəni spesifik nəzarət zonasına çevirəcək

310
00:39:30,750 --> 00:39:39,910
hansısa qeyri-ənənəvi monitorinq metodunun tətbiqi

311
00:39:39,910 --> 00:39:41,220
heç bir vəchlə qəbul olunmamalıdır.

312
00:39:41,440 --> 00:39:45,280
Bütün dünyada hansı monitorinq metodları qəbul və istifadə olunursa,

313
00:39:45,550 --> 00:39:47,860
qoy burada da onlar olsun; bundan artığı yox.

314
00:39:49,820 --> 00:39:52,800
Mövzu ilə bağlı sonuncu qeydim:

315
00:39:53,260 --> 00:40:00,840
müxtəlif sferalarda nüvə elmi və nüvə texnologiyalarının inkişafı əsla dayandırılmamalıdır.

316
00:40:01,040 --> 00:40:03,750
İnkişaf davam etməlidir – texnoloji inkişaf.

317
00:40:03,970 --> 00:40:09,040
Müəyyən məhdudiyyətləri, lazım bilərlərsə, qəbul edə bilərlər, buna sözümüz yoxdur.

318
00:40:09,680 --> 00:40:16,350
Bəzi məhdudiyyətləri qəbul etsinlər, amma texnoloji inkişaf hökmən davam etməli,

319
00:40:16,860 --> 00:40:18,880
bütün gücü və sürəti ilə irəli getməlidir.

320
00:40:18,880 --> 00:40:23,710
Mənim sözüm budur, qardaşlarımıza demək istədiklərim bunlardır.

321
00:40:24,660 --> 00:40:28,330
Bunları xüsusi iclaslarımızda da demişəm;

322
00:40:28,330 --> 00:40:34,200
əsasən bu il yarım ərzində möhtərəm ölkə başçısı ilə,

323
00:40:34,370 --> 00:40:46,570
bəzən də – nadir hallarda – nüvə danışıqlarının rəsmisi olan Xarici İşlər Nazirimizlə keçirdiyimiz görüşlərdə bunları vurğulamışam.

324
00:40:47,310 --> 00:40:55,440
Mənim sözüm budur; indi bu gözləntiləri hansı metodlarla təmin etmək lazımdır, bu, onların öhdəsinə düşür.

325
00:40:55,440 --> 00:41:00,130
Oturub düşünsünlər, düzgün müzakirə metodları axtarıb tapsınlar,

326
00:41:00,130 --> 00:41:05,840
mütəxəssislərdən, inanılmış insanlardan faydalansınlar,

327
00:41:06,350 --> 00:41:12,860
tənqid edənlərin fikirləri ilə tanış olsunlar və lazım olan addımları atsınlar. Nüvə məsələsi ilə bağlı bu qədər.

328
00:41:13,080 --> 00:41:22,060
Yəmən məsələsinə gəlincə. Səudiyyəlilər bu regionda çox pis bir ənənənin əsasını qoyublar və əlbəttə ki, bununla səhv ediblər, yanlışa yol veriblər.

329
00:41:25,420 --> 00:41:29,800
Bu gün Səudiyyə hökumətinin Yəməndə etdikləri

330
00:41:30,750 --> 00:41:34,550
eynilə sionistlərin Qəzzada törətdiklərinə bənzəyir.

331
00:41:35,880 --> 00:41:44,530
Bu davranışların iki aspekti var: birincisi, cinayətdir, genosiddir, beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır;

332
00:41:45,860 --> 00:41:53,310
körpələri öldürür, evləri viran qoyur, infrastrukturu məhv edir,

333
00:41:53,400 --> 00:41:57,460
bir ölkənin milli sərvətlərini yox edirlər.

334
00:42:00,510 --> 00:42:05,040
Bəli, bu, böyük bir cinayətdir; bu, məsələnin bir tərəfi.

335
00:42:05,420 --> 00:42:11,020
Olayın ikinci tərəfi isə bundan ibarətdir ki, səudiyyəlilər bu məsələdə

336
00:42:11,170 --> 00:42:14,530
ziyan çəkəcək və heç bir vəchlə qalib olmayacaqlar.

337
00:42:18,620 --> 00:42:22,860
Bunun çox aşkar bir sübutu var; sübutu odur ki,

338
00:42:23,040 --> 00:42:33,910
sionistlərin hərbi gücü və imkanları bu filan filan olmuş səudiyyəlilərinkindən qat-qat çox idi.

339
00:42:36,350 --> 00:42:43,510
Onlar bunlardan dəfələrlə çox hərbi gücə malik idi. Qarşılarındakı da bir ovucluq Qəzza idi.

340
00:42:45,710 --> 00:42:50,460
Burada isə qarşılarında bütöv bir ölkə var, on milyonluq bir ölkə;

341
00:42:51,640 --> 00:42:55,640
bütöv bir xalq, ərazisi geniş olan bir ölkə.

342
00:42:57,400 --> 00:43:00,350
Onlar Qəzzada necə qələbə çaldılarsa,

343
00:43:01,170 --> 00:43:03,440
bunlar da burada o cür qələbə çalacaqlar.

344
00:43:03,440 --> 00:43:10,600
Onlar qalib gəlsəydi belə, bunların qələbə ehtimalı yenə də sıfıra bərabər olardı; hazırda lap sıfırdan da aşağıdır.

345
00:43:12,880 --> 00:43:20,040
Bunlar, mütləq, zərbə alacaqlar; sözsüz ki, səudiyyəlilərin burnu ovulacaq.

346
00:43:25,680 --> 00:43:35,080
Bizim cürbəcür siyasi məsələlərlə bağlı Səudiyyə hökuməti ilə çoxlu sayda fikir ayrılığımız var,

347
00:43:35,860 --> 00:43:44,110
amma həmişə demişik ki, səudiyyəlilər xarici siyasətlərində bir vüqar, mətanət nümayiş etdirirlər.

348
00:43:44,840 --> 00:43:47,310
Bu vüqar və mətanəti də əldən verdilər.

349
00:43:49,350 --> 00:43:54,910
Bu ölkənin idarəçiliyini ələ almış bir neçə təcrübəsiz gənc

350
00:43:55,680 --> 00:44:03,280
o vüqar, sanballılıq xüsusiyyətini arxa plana keçirərək barbarlığı önə çəkib.

351
00:44:05,350 --> 00:44:07,040
Bu isə onların ziyanına nəticələnəcək.

352
00:44:08,660 --> 00:44:18,880
Mən səudiyyəlilərə xəbərdarlıq edirəm ki, Yəməndə törətdikləri cinayətkar əməllərdən əl çəkməlidirlər.

353
00:44:19,710 --> 00:44:21,820
Bu regionda bu, qəbuledilməzdir.

354
00:44:44,880 --> 00:44:49,910
Əlbəttə ki, Amerika da onları müdafiə edir, dəstəkləyir. Amerikanın xasiyyətidir,

355
00:44:50,770 --> 00:44:53,570
həmişə zalımın tərəfini tutur.

356
00:44:54,820 --> 00:44:59,480
Məzlumun tərəfini tutmaq əvəzinə, şərin, pislik edənin yanında olur;

357
00:45:02,170 --> 00:45:10,400
bu, onların təbiətində var. Yəməndə də eynilə bu cür davranırlar. Amma zərbə alacaq, məğlubiyyətlə üzləşəcəklər.

358
00:45:12,370 --> 00:45:19,440
İndi hay-küy qaldıracaqlar ki, “İran Yəmənin işlərinə müdaxilə edir”. Hə də, bu, müdaxilədir,

359
00:45:19,660 --> 00:45:23,680
bizim burada oturub bir-iki kəlmə söz danışmağımız müdaxilədir,

360
00:45:24,330 --> 00:45:29,480
amma onların cinayətkar təyyarələrinin Yəmənin hava sərhədlərini pozması müdaxilə deyil!

361
00:45:31,800 --> 00:45:38,170
Onlar belə bir müdaxiləyə haqq qazandırmaq üçün özlərindən alçaq bəhanələr uydururlar.

362
00:45:38,240 --> 00:45:46,200
Bu bəhanələr nə beynəlxalq məntiq baxımından məqbuldur, nə xalqlar onları qəbul edir, nə də Allah-taala.

363
00:45:48,170 --> 00:45:59,200
Odur ki lazım olan budur; bunlar mümkün qədər tez bu cinayətlərdən, faciə törədən əməllərdən əl çəkməlidirlər.

364
00:46:00,510 --> 00:46:07,570
Yəmən xalqı, böyük, qədim bir xalqdır. Minilliklərlə keçmişi var.

365
00:46:09,040 --> 00:46:18,110
Bu xalqın oturub öz dövləti üçün yol cızmağa tamamilə güc və potensialı çatır.

366
00:46:19,060 --> 00:46:25,260
Əlbəttə ki, müəyyən qüvvələr hakimiyyətdə boşluq yaratmağa, hay-küy qaldırmağa,

367
00:46:26,240 --> 00:46:36,150
Yəməni də Liviyanın vəziyyətinə salmağa səy göstəriblər – təəssüflər olsun ki,

368
00:46:36,150 --> 00:46:40,680
bu gün Liviyada çox pis, ürəkağrıdıcı bir vəziyyət hökm sürür – amma xoşbəxtlikdən, buna müvəffəq olmayıblar.

369
00:46:41,600 --> 00:46:47,770
Mömin, ölkəsinin müqəddəratında maraqlı olan,

370
00:46:48,570 --> 00:46:56,110
Əmirəlmömininin (ə) haqq yoluna inanan gənclər bütün bunlara qarşı mübarizə aparmağı bacarıblar.

371
00:46:56,860 --> 00:47:02,080
Şiə, sünni, şafei, zeydi, hənəfi – hamılıqla

372
00:47:02,080 --> 00:47:09,860
düşmənin hücumu qarşısında durublar və inşallah, qalib olacaqlar. Qələbə xalqlarındır!

373
00:47:09,950 --> 00:47:14,840
Pərvərdigara! Dünyanın harasında olurlarsa-olsunlar, bizim qardaşlarımıza qalibiyyət nəsib et.

374
00:47:16,330 --> 00:47:24,640
Pərvərdigara! Harada olurlarsa-olsunlar, İslamın və müsəlman xalqlarının düşmənlərini xar və zəlil et.

375
00:47:25,950 --> 00:47:29,770
Pərvərdigara! Öhdəmizə düşən vəzifələri bizə bildir,

376
00:47:30,620 --> 00:47:33,040
bizi bu vəzifələri yerinə yetirməyə müvəffəq et.

377
00:47:34,200 --> 00:47:38,170
İmam Xomeyninin (r.ə) pak ruhunu məhşərə övliyalarınla birgə gətir.

378
00:47:38,910 --> 00:47:46,820
Şəhidlərimizin pak ruhlarını həşr meydanına Həzrət Siddiqeyi-Tahirənin (s.ə) pak ruhu ilə gətir.

379
00:47:47,460 --> 00:47:50,060
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.