﻿1
00:00:09,060 --> 00:00:11,170
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:13,170 --> 00:00:19,600
Əziz qardaş və bacılara, hörmətli məclis iştirakçılarının hər birinə,

3
00:00:20,280 --> 00:00:28,110
xüsusilə də, əziz şəhidlərimizin ailələrinə xoşgəldin deyirəm.

4
00:00:30,370 --> 00:00:41,220
Ümidvaram ki, inşaallah, bu illər ərzində İran İslam Respublikası Ordusunun əldə etdiyi

5
00:00:41,570 --> 00:00:43,750
böyük və dəyərli nailiyyətlər

6
00:00:45,060 --> 00:00:57,240
bu mömin, dözümlü və zəhmətkeş toplumun başına iftixar tacı olmuşdur.

7
00:01:01,440 --> 00:01:05,440
Ordu günü münasibətilə də

8
00:01:07,520 --> 00:01:15,360
hörmətli məclis iştirakçılarının hamısını, İran İslam Respublikası Ordusunun hərbi qulluqçularının

9
00:01:16,520 --> 00:01:18,880
və onların möhtərəm ailəl üzvlərini təbrik edirəm.

10
00:01:22,000 --> 00:01:30,800
Bu gün bura yığışdığınıza görə sizə minnətdaram və təşəkkür edirəm.

11
00:01:32,160 --> 00:01:42,600
Həmçinin ifa olunan bu gözəl, həm sözləri, həm də icrası fərqli

12
00:01:42,760 --> 00:01:47,240
və yüksək səviyyədə olan suruda görə də təşəkkür edirəm.

13
00:01:50,440 --> 00:02:07,680
Heç şübhəsiz, əziz liderimiz İmam Xomeyninin ən mühüm addımlarından, ən dəyərli təşəbbüslərindən biri də bu günü Ordu günü elan etməsi olmuşdur.

14
00:02:11,720 --> 00:02:17,920
Əgər həmin günlərdə İran və inqilab düşmənlərinin

15
00:02:19,160 --> 00:02:28,160
ölkənin bütün sahələri üçün cızdığı planlara nəzər salsaq,

16
00:02:28,600 --> 00:02:38,000
başa düşərik ki, Ordu gününün müəyyən edilməsi çox böyük,

17
00:02:38,160 --> 00:02:42,320
faydalı, zəruri və lazımlı bir iş olmuşdur.

18
00:02:43,880 --> 00:02:53,720
Siz cavanlardan bəziləriniz o günləri xatırlamazsınız, bəziləriniz isə o zaman heç dünyaya gəlməmişdiniz;

19
00:02:54,880 --> 00:03:02,680
o zaman hətta ordunun öz daxilində

20
00:03:03,000 --> 00:03:13,520
İran ordusunu məhv etmək üçün çox güclü və təhlükəli planlar mövcud idi,

21
00:03:15,840 --> 00:03:21,040
Bunun üçün çalışır, məntiq və fəlsəfə irəli sürürdülər.

22
00:03:21,760 --> 00:03:35,280
Ordunun daxilində bəzi ünsürlər “ideoloji ordu”, “tövhid ordusu” adı ilə

23
00:03:35,960 --> 00:03:43,920
ordunu məhv etmək, dağıtmaq istəyirdilər; bu kimi planlar və cəhdlər var idi.

24
00:03:46,760 --> 00:03:49,680
İmam bütün bunlara qarşı çıxdı.

25
00:03:51,560 --> 00:04:01,160
O duya bildi ki, ordu qüvvətli və qüdrətli qalmalı,

26
00:04:03,360 --> 00:04:19,360
öz rolunu ifa etməli, tağut dövründə ordunu xalqdan ayıran maneələr aradan qaldırılmalıdır. İmam bu maneələri aradan qaldırdı.

27
00:04:21,440 --> 00:04:29,800
Ordu bir inqilabi toplum olaraq, özü də sözdə deyil, əməldə inqilabi bir toplum olaraq

28
00:04:30,200 --> 00:04:42,960
meydanlarda qaldı, proseslərdə yaxından iştirak etdi və özünəməxsus mühüm rol oynadı.

29
00:04:44,720 --> 00:04:55,400
Bizə qarşı başlanan müharibədən, səkkiz il davam edən Müqəddəs Müdafiədən qabaq da

30
00:04:56,880 --> 00:05:01,680
müəyyən hadisələr baş vermişdi, o illərdə isə bütün həqiqətlər açıq-aşkar göründü.

31
00:05:03,080 --> 00:05:12,120
Müxtəlif meydanlarda ordunun nələr etdiyinin şahidi olduq; dəfələrlə bu və digər görüşlərimizdə

32
00:05:12,120 --> 00:05:17,240
o günlərin xatirələrini yada salmışıq, müharibə meydanlarında baş verən hadisələri yad etmişik.

33
00:05:17,880 --> 00:05:30,080
Mən xüsusilə müharibə yeni başladığı zaman, yəni 1359-cu ildə bu hadisələri yaxından müşahidə edirdim, sonralar isə ölkə prezidenti olduğum dövrdə

34
00:05:30,400 --> 00:05:38,960
döyüş bölgələrində olmadığıma görə verilən raportlardan, təşkil edilən iclaslardan baş verənlər barədə məlumatlar alırdım.

35
00:05:41,360 --> 00:05:48,280
Bu gün əziz tutulmalı, təntənə ilə qeyd edilməlidir.

36
00:05:48,440 --> 00:05:53,080
Bu xatirə qorunub saxlanmalı, iyirmi doqquz fərvərdin gününün mənası düzgün başa düşülməlidir.

37
00:05:54,520 --> 00:06:02,880
İyirmi doqquz fərvərdin günü ordunun İrana, inqilaba və xalqa aid olmasını,

38
00:06:04,440 --> 00:06:12,800
cəmiyyətin və inqilabın hədəflərinə xidmət etməsini ifadə edir.

39
00:06:13,600 --> 00:06:21,440
Bu gənclərin ifa etdikləri surudda da qeyd olunduğu kimi, ordu inqilabın xidmətində dayandı.

40
00:06:23,360 --> 00:06:26,040
İyirmi doqquz fərvərdin gününün mənası budur.

41
00:06:26,440 --> 00:06:35,360
Bu, böyük işlərdən biri idi, səmərələri qalıcı oldu, bundan sonra da daha çox səmərə və nəticələri olacaqdır.

42
00:06:36,360 --> 00:06:46,480
Siz cavanlar bu mühitdə, bu istiqamətdə inkişaf edirsiniz

43
00:06:46,480 --> 00:06:49,440
və inşaallah, öz ölkənizə iftixarlar qazandıracaqsınız.

44
00:06:52,720 --> 00:07:02,520
İran İslam Respublikası Ordusuna xas keyfiyyətlərdən biri də dini və inqilabi müdriklikdir,

45
00:07:03,200 --> 00:07:08,120
dinə bağlılıq, din qarşısında öhdəçilikdir. Bu, çox böyük bir sözdür.

46
00:07:10,680 --> 00:07:15,240
Dini bağlılıq və öhdəçilik o deməkdir ki,

47
00:07:15,800 --> 00:07:26,600
ordu İslam dininin silahlı qüvvələr, hərbi əməliyyatlar üçün qoyduğu qanunlara, müəyyən etdiyi ölçü və meyarlara əməl etsin.

48
00:07:28,920 --> 00:07:42,560
Dünyada olan ordu və qoşunlar hansısa meydanda qələbə çalacaqlarını hiss etdikdə azğıncasına döyüş meydanına daxil olur

49
00:07:44,360 --> 00:07:52,440
və utandırıcı işlər görürlər. Bunun nümunələrini müxtəlif yerlərdə görmüşük.

50
00:07:53,360 --> 00:07:59,600
Bu hələ onların qələbəyə yaxın olduqlarını hiss etdikləri zaman nümayiş etdirdikləri davranışlardır – uşağa-böyüyə rəhm etmirlər.

51
00:08:01,120 --> 00:08:10,280
Təhlükə hiss etdikdə də başqa işlərə əl atır, müqəddəs İslam dini baxımından günah və cinayət hesab olunan

52
00:08:10,960 --> 00:08:18,440
əməllər törədirlər. Bu işlər hal-hazırda beynəlxalq qanunlar baxımından da cinayət hesab olunur.

53
00:08:19,280 --> 00:08:25,720
Əlbəttə ki, böyük dövlətlər nə beynəlxalq qanunlara, nə də humanizmə, insani dəyərlərə əhəmiyyət verirlər.

54
00:08:30,680 --> 00:08:37,560
Qadağan olunmuş silahlardan istifadə edir, mülki vətəndaşları hədəfə alırlar.

55
00:08:40,200 --> 00:08:50,680
Amerikanın birbaşa və ya dolayısıyla iştirak etdiyi müharibələrdə saysız-hesabsız belə cinayətlərə rast gəlinmişdir.

56
00:08:51,000 --> 00:08:53,240
Dünya dövlətlərinin orduları belədir.

57
00:08:54,000 --> 00:09:05,920
İran İslam Respublikasının Ordusu və İran İslam dövlətinin tabeçiliyində olan silahlı qüvvələr isə İslamın qanunları qarşısında məsuliyyət daşıyır.

58
00:09:06,640 --> 00:09:19,720
Nə qələbə çaldıqda tüğyan edərək həddini aşır, nə də təhlükə zamanı qadağan olunan işlərə əl ataraq qadağan olunan vasitələrdən istifadə edir.

59
00:09:21,560 --> 00:09:34,040
Bizim şəhərlərimiz – istər sərhəd bölgəsində olan şəhərlər, istərsə də Tehran, İsfahan və bir çox başqa şəhərlər –

60
00:09:34,920 --> 00:09:45,320
uzun müddət Səddamın raketlərinin vəhşi hücumlarına məruz qalmışdır.

61
00:09:46,040 --> 00:09:52,520
Səddamın atdığı raketlər elə bu Tehran şəhərinin də müxtəlif məhəllələrinə düşmüşdür.

62
00:09:53,480 --> 00:09:58,600
Avropa ölkələrinin istehsalı olan və Səddama satılan bu raketləri

63
00:09:59,160 --> 00:10:06,600
amerikalılar yönləndirirdi, hədəfləri onlara amerikalılar göstərirdi.

64
00:10:06,600 --> 00:10:12,520
Hərbi obyektlərin yeri kosmosdan çəkilərək düşmənə ötürülürdü.

65
00:10:12,520 --> 00:10:15,080
Bu raketlərlə bizim şəhərlər vurulur,

66
00:10:17,640 --> 00:10:27,680
müdafiəsiz, dinc əhali qətliam edilir, evlər viran qoyulurdu.

67
00:10:29,560 --> 00:10:36,120
Bir müddət sonra biz də müəyyən imkanlar əldə etdik,

68
00:10:37,800 --> 00:10:43,240
onların cavabını verə, şəhərlərini hədəfə ala bilərdik. Bizdə də raketlər var idi və

69
00:10:43,720 --> 00:10:51,160
raketlərimizin uçuş məsafəsində olan şəhərləri, o cümlədən Bağdad şəhərini vura bilərdik.

70
00:10:52,160 --> 00:11:07,560
Lakin İmam bizə göstəriş verdi ki, qeyri-hərbi obyektləri – hərbi hissə və bu kimi obyektlər olmayan əraziləri –

71
00:11:08,000 --> 00:11:17,480
hərbi hissə və bu kimi obyektlər olmayan əraziləri – raketlə vurmaq istəsəniz, hücumdan öncə, mütləq, radio vasitəsilə elan edin ki, biz filan yeri vurmaq istəyirik. Camaat da oradan kənarlaşsın, oranı tərk etsin.

72
00:11:19,320 --> 00:11:27,240
Diqqət yetirin! Belə insani davranışlara dünyada çox az rast gəlinir.

73
00:11:28,920 --> 00:11:39,120
Əksər ölkələrin – mənim bildiyim qədər, demək olar ki, bütün ölkələrin – silahlı qüvvələri belə davranmır.

74
00:11:39,120 --> 00:11:42,040
Bu kimi qeyri-insani davranışların nümunələrini bu gün Yəməndə müşahidə edirik.

75
00:11:43,800 --> 00:11:52,320
Bir neçə müddət əvvəl Fələstində, Qəzzada, Livanda və başqa məntəqələrdə də müşahidə etmişdik.

76
00:11:53,080 --> 00:12:03,400
Onlar bu cəhətləri nəzərə almır, İslam qanunlarına bağlı olan silahlı qüvvələr isə onlara riayət edir.

77
00:12:04,960 --> 00:12:15,360
Biz əgər “nüvə silahından istifadə etməyəcəyik” deyiriksə –

78
00:12:15,360 --> 00:12:28,280
necə ki demişik də – bu məhz İslam qanunlarına bağlı olduğumuza görədir.

79
00:12:28,640 --> 00:12:34,360
Bu, İran İslam Respublikasının silahlı qüvvələrinin ən üstün xüsusiyyətlərindən biridir.

80
00:12:36,560 --> 00:12:49,880
Bu gün düşmənlərimiz dövlətimizi onun-bunun işinə müdaxilə etməkdə ittiham edirlər. Bu, həqiqət deyil,

81
00:12:50,000 --> 00:12:53,200
belə bir şey yoxdur. Biz heç bir ölkənin daxili işlərinə müdaxilə etmirik.

82
00:12:54,640 --> 00:13:02,760
Biz hücüma məruz qaldığımız məqamda, əlbəttə ki, özümüzü müdafiə edirik – necə lazımdırsa müdafiə edirik, amma başqalarının işinə müdaxilə etmirik.

83
00:13:03,280 --> 00:13:11,800
Biz müdafiəsiz insanlara, dinc əhaliyə hücum edən,

84
00:13:11,800 --> 00:13:19,400
uşaqları və qadınları qətliam edən, evləri viran qoyan qüvvələrə öz nifrətimizi

85
00:13:19,400 --> 00:13:26,000
mənfi münasibətimizi ifadə edir, onlardan uzaq olduğumuzu elan edirik.

86
00:13:28,560 --> 00:13:34,840
Onlar nə İslamdan heç nə anlamırlar, nə də insanlıq vicdanından nəsiblərini almamışlar.

87
00:13:36,280 --> 00:13:48,800
İslamın göstərişlərinə, ilahi qanunlara bağlılıq – belə ki dinimizdə hər bir vəziyyət üçün, həm müharibə, həm də sülh şəraiti üçün

88
00:13:49,000 --> 00:13:53,080
ilahi qanunlar mövcuddur – bizim silahlı qüvvələrimizin spesifik cəhətidir.

89
00:13:54,720 --> 00:13:58,320
Bu, bizim silahlı qüvvələrimizə xas özəl xüsusiyyətlərdən biridir.

90
00:13:59,760 --> 00:14:08,240
Ordumuzun və silahlı qüvvələrimizin xalq tərəfindən sevilməsinin səbəbi də məhz bu xüsusiyyətdir.

91
00:14:08,240 --> 00:14:12,280
Çünki camaat görür ki, ordu onların özü kimi düşünür,

92
00:14:12,720 --> 00:14:15,520
onlar kimi rəftar edir;

93
00:14:15,920 --> 00:14:19,800
əqidələri eynidir, eyni bir hədəf üçün çalışırlar.

94
00:14:20,280 --> 00:14:26,000
Bütün bunlar xalqla silahlı qüvvələr arasındakı əlaqəni artırır, möhkəmləndirir. Ordumuza xas xüsusiyyətlərdən biri budur.

95
00:14:26,520 --> 00:14:33,560
Silahlı qüvvələrimizin diqqət yetirməsi lazım olan digər bir xüsusiyyət isə –

96
00:14:33,800 --> 00:14:43,800
və mən sevinc hissi ilə deyirəm ki, onlar buna diqqət yetiriblər, bu, açıq-aydın göz qabağındadır – aşağıdakı Quran ayəsinə əməl etməkdir:

97
00:14:43,860 --> 00:14:51,950
وَ أَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَ مِنْ رِبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللهِ وَ عَدُوَّكُمْ وَ ءَاخَرِينَ مِنْ دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللهُ يَعْلَمُهُمْ...

98
00:14:53,150 --> 00:14:59,600
Bu ayənin mənası odur ki, çalışın düşmən sizi qəfil haqlamasın;

99
00:15:01,600 --> 00:15:08,280
yəni əgər düşmən sizə qəfil hücum edərsə,

100
00:15:09,040 --> 00:15:19,420
təchizatın azlığı, hazırsızlıq ucbatından böyük xəsarət almayasınız.

101
00:15:19,420 --> 00:15:25,060
Sizə – silahlı qüvvələrə zərbə dəyməsi millətə və İslama zərbə dəyməsi deməkdir.

102
00:15:27,640 --> 00:15:36,330
Odur ki, qeyd etdiyim kimi, silahlı qüvvələrimizin bu günədək bu sahədə qazandığı nailiyyətlər hamıya nümunədir.

103
00:15:36,480 --> 00:15:44,060
Yəni ölkə miqyasında müxtəlif sahələrdə əldə edilmiş uğurlar arasında hərbi sahədə, hərbi texnika istehsalında

104
00:15:45,310 --> 00:15:51,220
qazanılmış nailiyyətlər ən irəli sıralarda durur;

105
00:15:51,910 --> 00:16:03,710
baxmayaraq ki, ölkəmiz elmi nailiyyətlər və texnologiya sahəsində də dünya səviyyəsində yüksək yer tutur və bu, sevindirici bir haldır.

106
00:16:03,820 --> 00:16:13,400
Bu illər ərzində, belə bir mərhələdə – bu qədər təzyiqlər altında, sanksiyalar, resursların çatışmazlığı şəraitində

107
00:16:13,930 --> 00:16:20,530
ölkəmizin hərbi təchizatını və potensialını

108
00:16:22,110 --> 00:16:29,930
bu qədər genişləndirməyimiz olduqca böyük bir işdir.

109
00:16:30,550 --> 00:16:41,200
Xoşbəxtlikdən, silahlı qüvvələrimiz müxtəlif sahələrdə ya müstəqil şəkildə,

110
00:16:42,510 --> 00:16:50,330
ya da müəyyən proqramlar işləyib hazırlamaq, elm və texnologiya mərkəzlərindən dəstək almaqla

111
00:16:50,330 --> 00:16:53,280
böyük işlər görməyə nail olmuşlar. Bu proses davam etməlidir.

112
00:16:54,840 --> 00:17:01,600
Mən təkidlə vurğulayıram ki, olkənin hərbi texnika istehsalı

113
00:17:02,460 --> 00:17:11,150
və döyüş hazırlıqları sahəsindəki inkişafı davam etdirilməlidir. Düşmənlərimiz bunu istəmirlər.

114
00:17:13,240 --> 00:17:22,370
Bu gün İran İslam Respublikasına təbliğat sferasında təzyiq vasitələrindən biri də məhz bu məsələdir:

115
00:17:22,570 --> 00:17:29,310
raketlər, distasion kəşfiyyat təyyarələri, hərbi texnikalar,

116
00:17:29,400 --> 00:17:39,770
gənclərimizin ölkənin daxilində, kimsədən kömək almadan əldə etdikləri nailiyyətlərdir.

117
00:17:39,770 --> 00:17:41,970
Düşmənlər bunların olmasını istəmir, bu inkişafı dayandırmaq istəyirlər.

118
00:17:44,350 --> 00:17:53,930
Lakin Quran ayəsinə əsasən, sağlam məntiq bizə bu inkişafı davam etdirmək lazım olduğunu deyir.

119
00:17:54,480 --> 00:17:59,950
Qarşı tərəf həyasızcasına bizi hərbi hücumla hədələyir.

120
00:18:01,950 --> 00:18:09,680
Heç nədən utanıb-çəkinmədən daim bizi hərbi hücumla təhdid edilər. Bir müddət idi ki, susurdular,

121
00:18:09,680 --> 00:18:18,930
bir neçə gün əvvəl yenə də biri ağzını açaraq ortada olan seçim variantları, hərbi hücum variantı barədə fikirlər səsləndirib.

122
00:18:19,710 --> 00:18:25,130
Belə sözlər danışır, böyük qələtlər edirlər,

123
00:18:25,880 --> 00:18:30,420
sonra da deyirlər ki, İran İslam Respublikası müdafiə qüdrətini artırmamalıdır.

124
00:18:31,110 --> 00:18:33,800
Sizcə, onların bu dediyi səfeh bir söz deyilmi?

125
00:18:58,420 --> 00:19:06,710
Hətta bizi belə açıq-aşkar hədələməsəydilər belə,

126
00:19:06,770 --> 00:19:11,460
“وَ أَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَ مِنْ رِبَاطِ الْخَيْلِ” ayəsinə əsasən,

127
00:19:13,660 --> 00:19:19,640
biz bu barədə düşünməli idik. Bizi hədələməsələr belə, biz işimizi bərk tutmalı,

128
00:19:19,640 --> 00:19:24,860
hazırlığımızı artırmalıyıq. Amma elə hədələyirlər də.

129
00:19:26,080 --> 00:19:31,950
Bir yandan hərbi hücum barədə təhdidlər səsləndirirlər, digər tərəfdən siz raket istehsal etməməlisiniz,

130
00:19:31,950 --> 00:19:34,730
onu etməməlisiniz, bunu etməməlisiniz.

131
00:19:35,130 --> 00:19:46,570
Təbliğatlarında və ya beynəlxalq arenada qəbul etdikləri qərarlarda durmadan əsassız, səfeh göstərişlər verirlər.

132
00:19:46,600 --> 00:19:54,330
Xeyr, belə deyil. İran İslam Respublikası, əvvəla, sübut edib və nümayiş etdirib ki,

133
00:19:55,660 --> 00:20:04,880
var gücü ilə, qüdrətli bir şəkildə

134
00:20:07,150 --> 00:20:17,130
özünü müdafiə etməyə qadirdir, bütün xalqı bir yumruq kimi birləşib

135
00:20:17,310 --> 00:20:32,480
məntiqsiz təcavüzkarın qarşısında dayanır.

136
00:20:33,820 --> 00:20:40,640
Müdafiə məqamında bizim xalqımız birləşir və heç nə bu vəhdətə təsir edə bilmir. Bu, birinci məsələ.

137
00:20:43,310 --> 00:20:51,730
İkincisi isə İran İslam Respublikası özünü hazır vəziyyətdə saxlayır, hazırlığını qoruyur. Bu da ikinci məsələ.

138
00:20:52,770 --> 00:21:00,370
İran İslam Respulikasının bütün dövlət strukturları – Müdafiə Nazirliyindən tutmuş Ordu və Keşikçi Korpusun müxtəlif qurumlarına qədər –

139
00:21:00,950 --> 00:21:07,170
bunu bir tapşırıq kimi qəbul etsinlər və hazırlıqlarını günü-gündən artırsınlar:

140
00:21:07,750 --> 00:21:12,260
həm hərbi texnikanın istehsalı sahəsində, həm təşkilatçılıq,

141
00:21:14,950 --> 00:21:25,530
idarəçilk sahəsində, həm də orduya ən böyük təsiri olan məsələdə, yəni ruhiyyə baxımından hazırlıq məsələsində.

142
00:21:26,860 --> 00:21:37,240
Sevindirici haldır ki, bizim ölkəmizdə, bizim silahlı qüvvələrimizdə, gənclərimizdə, qəhrəman döyüşçülərimizdə bu cəhətdən heç bir çatışmazlıq yoxdur.

143
00:21:38,770 --> 00:21:46,170
Ruhiyyə baxımından, xoşbəxtlikdən, heç bir əskikliyimiz yoxdur.

144
00:21:46,800 --> 00:21:55,200
İnqilabın hədəfi, iyirmi doqquz fərvərdin gününün hədəfi,

145
00:21:55,510 --> 00:22:02,530
ordunun yaradılmasının məqsədi – əziz İmamın həyata keçirmək istədiyi bütün məsələlər gerçəkləşmişdir.

146
00:22:03,480 --> 00:22:08,130
Ruhiyyə yüksək, hazırlıq mükəmməldir!

147
00:22:10,710 --> 00:22:20,330
İndinin özündə belə, orduda xidmət edən, inqilabı və İmamı görməmiş, müharibənin şahidi olmamış,

148
00:22:20,750 --> 00:22:24,170
bu barədə heç bir şey xatırlamayan gənclər

149
00:22:24,170 --> 00:22:28,000
fədakarlığa hazır olduqlarını müxtəlif yollarla mənə çatdırırlar.

150
00:22:28,350 --> 00:22:35,200
İran İslam Respublikasının Hərbi Hava Qüvvələrinin pilotları bir,

151
00:22:37,000 --> 00:22:43,820
Dəniz Donanması və ya Quru Qoşunlarında xidmət edən hərbçilər isə başqa bir üsulla mənə mesajlar ünvanlayaraq hazır olduqlarını bildirirlər.

152
00:22:44,130 --> 00:22:54,770
Hansı orduda və silahlı qüvvələrdə belə yüksək ruhiyyə olarsa,

153
00:22:55,400 --> 00:23:00,130
onlar düşmənlə üz-üzə dayandıqda, sınaq meydanlarında, mütləq, irəliyə gedəcəklər.

154
00:23:00,620 --> 00:23:02,370
Siz belə bir əhval-ruhiyyə ilə irəli getməlisiniz.

155
00:23:02,370 --> 00:23:09,640
Deməli, ideologiyasını qorumaq, düzgün istiqamət götürmək, lazımi hazırlıqlara yiyələnmək,

156
00:23:09,930 --> 00:23:19,150
yüksək ruhiyyəyə sahib olmaq, hərbi təchizat və hazırlığın günü-gündən artırılması

157
00:23:19,150 --> 00:23:23,930
silahlı qüvvələrin həyata keçirməli olduğu əsas işlərdir.

158
00:23:23,930 --> 00:23:27,550
İran İslam Respublikası heç bir ölkə üçün təhlükə mənbəyi deyil.

159
00:23:28,060 --> 00:23:34,280
Biz heç öz qonşularımız üçün heç bir zaman təhlükə mənbəyi olmamışıq, o ki qala uzaq regionlar üçün.

160
00:23:34,640 --> 00:23:39,200
Yaxın keçmişimiz buna açıq-aydın sübutdur.

161
00:23:41,550 --> 00:23:47,510
Hətta qonşularımız bizə qarşı qonşuluğa layiq olmayan şəkildə rəftar etdikdə belə,

162
00:23:48,240 --> 00:23:54,400
biz alicənablıq göstərib onlara cavab verməmişik.

163
00:23:56,350 --> 00:24:00,440
İran İslam Respublikası heç bir ölkəyə təcavüz etmir və etməyəcəkdir.

164
00:24:01,530 --> 00:24:10,150
Uydurma nüvə silahı məsələsini də amerikalılar, ardınca isə avropalılar

165
00:24:11,350 --> 00:24:19,220
və onlara xoş gəlməyə çalışan bəzi riyakar dövlətlər ona görə əldə bayraq ediblər ki, İran İslam Respublikasını dünya üçün bir təhlükə kimi qələmə versinlər.

166
00:24:19,260 --> 00:24:21,910
Onların dedikləri kimi deyil, əksinə, Amerikanın özü təhlükə mənbəyidir.

167
00:24:22,550 --> 00:24:30,310
Bu gün dünyada ən böyük təhlükə Amerika dövlətidir,

168
00:24:30,400 --> 00:24:41,770
belə ki heç bir maneə tanımadan, vicdana, dinə-imana əhəmiyyət vermədən

169
00:24:41,770 --> 00:24:47,200
istədiyi yerə səbəbsiz olaraq soxulur. Dünyada qeyri-sabitliyi Amerika yaradır;

170
00:24:48,910 --> 00:24:50,820
dünyanın təhlükəsizliyini pozan Amerikadır.

171
00:24:52,280 --> 00:24:58,800
Regionumuzda sabitliyi Amerikanın zəncirli iti olan İsrail pozur.

172
00:25:23,150 --> 00:25:28,710
Dünyanı təhlükəli bir vəziyyətə gətirən bunlardır. İran İslam Respublikası nə dünyada, nə də regionda təhlükəsizliyə heç bir xələl gətirmir.

173
00:25:28,820 --> 00:25:33,800
Hətta qonşuları üçün də təhlükə törətmir.

174
00:25:34,530 --> 00:25:45,200
Çox hallarda qonşuların pis davranışına alicənablıqla dözür. Təhlükəsizliyi, sabitliyi

175
00:25:46,460 --> 00:25:52,840
həddini aşmış dövlətlər pozur, onlar ölkələrə müdaxilə edir, hər yeri işğal edirlər.

176
00:25:52,840 --> 00:26:01,460
Bu gün Yəməndə ürəkyaxıcı hadisələrin şahidiyik. Amerika zalımları himayə edir,

177
00:26:01,750 --> 00:26:06,110
qərblilər zalımları himayə edirlər. Təhlükəsizliyə zərbə vuran,

178
00:26:06,680 --> 00:26:08,730
ölkələrdə sabitliyi pozan,

179
00:26:08,770 --> 00:26:15,620
insanların sakit yaşamı üçün təhlükə yaradan onlardır. Sabitliyi pozmaq onlara aiddir.

180
00:26:15,820 --> 00:26:23,800
İran İslam Respublikası həm özü, həm də başqaları üçün təhlükəsizliyi ən böyük ilahi nemət bilir

181
00:26:24,400 --> 00:26:28,280
və öz təhlükəsizliyinin keşiyində durur.

182
00:26:28,840 --> 00:26:34,620
Silahlı qüvvələrin rəsmiləri bunu həmişə qulaqlarında sırğa etməlidirlər:

183
00:26:35,640 --> 00:26:44,840
ölkənin təhlükəsizliyinin, sərhədlərin toxunulmazlığının,

184
00:26:45,060 --> 00:26:50,060
əhalinin ümumi asayişinin qorunması vəzifəsi onların çiyinlərinə düşür.

185
00:26:50,440 --> 00:26:55,860
Allah-taalaya dualar edirik ki, silahlı qüvvələrimizin uğurlarını günü-gündən artırsın,

186
00:26:55,860 --> 00:26:58,840
siz gəncləri öhdənizə düşən rolu

187
00:26:59,530 --> 00:27:01,750
ifa etməyə müvəffəq etsin, inşaallah.

188
00:27:02,040 --> 00:27:07,880
Sizin rolunuz təkcə müharibə aparmaq, döyüşmək deyil. Yeni-yeni imkanlar yaratmaq,

189
00:27:08,620 --> 00:27:13,600
inkişafa nail olmaq, özünü islah etmək, təmsil olunduğunuz qurumlarda islahatlar aparmaq və bu kimi

190
00:27:14,040 --> 00:27:17,750
başqa böyük işlərdir. Söz yox ki, əgər günlərin bir günü müharibə başlayarsa,

191
00:27:17,750 --> 00:27:25,770
döyüşdə iştirak etmək də sizin üçün bir sınaq, hazırlığınızı nümayiş etdirməyiniz üçün bir meydan olacaq.

192
00:27:25,770 --> 00:27:29,660
Ümidvaram ki, inşallah, Uca Yaradan bütün sahələrdə uğur qazanmağınız üçün sizə mənəvi dəstək olacaq.

193
00:27:30,020 --> 00:27:32,130
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.