﻿1
00:00:08,240 --> 00:00:10,240
Rəhman və Rəhim Allahın adı ilə.

2
00:00:24,460 --> 00:00:30,420
İlk öncə, bu gün bura təşrif gətirmiş qardaş və bacılara xoşgəldin deyirəm.

3
00:00:34,440 --> 00:00:42,330
Ədalət nümunəsi, bəşər tarixinin parlaq siması olan

4
00:00:43,060 --> 00:00:49,730
Əmirəl-möminin Əlinin (ə) mübarək mövludu münasibətilə qabacadan hamınızı təbrik edirəm.

5
00:00:52,910 --> 00:00:59,660
Həmçinin sizi İmam Cavadın (ə) bu günə təsadüf edən mövludu münasibətilə də təbrik edirəm.

6
00:01:02,170 --> 00:01:11,660
Rəcəb ayının bərəkətləri bu mövludlarla xülasələnmir.

7
00:01:13,880 --> 00:01:23,240
Özümə və sizlərə tövsiyə edirəm ki, Mütəal Allahla mənəvi rabitəni gücləndirərək

8
00:01:24,040 --> 00:01:30,680
rəcəb ayının bərəkətlərindən bəhrələnək.

9
00:01:33,620 --> 00:01:42,050
Əgər bizlər Allahla olan rabitəmizi gücləndirsək,

10
00:01:42,650 --> 00:01:52,620
çətinlik və narahatlıqların çoxu özü-özünə aradan qalxacaq.

11
00:01:53,770 --> 00:02:09,280
Əmək və İctimai Rifah Nazirinə də etdiyi məruzəyə görə təşəkkür edirəm, onun toxunduğu bir sıra mühüm məsələləri mən də təsdiqləyirəm.

12
00:02:12,250 --> 00:02:23,740
Mən xahiş edirəm ki, bütün rəsmilər, həm Əmək və İctimai Rifah Nazirliyinin, həm də digər dövlət qurumlarının rəsmiləri –

13
00:02:24,880 --> 00:02:32,940
çünki bəzi məsələlər sizin nazirliyə yox, başqa qurumlara aiddir –

14
00:02:33,280 --> 00:02:40,420
bu aydın xətt üzrə hərəkət etsinlər.

15
00:02:41,200 --> 00:02:46,450
İş görmək lazımdır. Yaxşı sözləri çox danışmışıq,

16
00:02:47,080 --> 00:02:54,200
təkrar etmişik, yaxşı qərarlar qəbul etmişik.

17
00:02:56,200 --> 00:03:04,710
Lakin camaatın yaşayışına, gerçəkliyə təsir göstərən başlıca amil bizim fəaliyyətimizdir, işimizdir,

18
00:03:04,910 --> 00:03:09,820
deyilən sözləri, qəbul edilən qərarları həyata keçirməkdir. İnşallah, Mütəal Allah

19
00:03:09,820 --> 00:03:15,310
bizi bütün qüvvəmizlə çalışmağa, mükəmməl şəkildə hərəkət etməyə müvəffəq edər.

20
00:03:18,370 --> 00:03:26,770
Bu gün bizim sizinlə – ölkənin fəhlə və zəhmətkeşləri ilə görüşümüz,

21
00:03:27,170 --> 00:03:33,450
əslində, fəhlə təbəqəsinə olan ehtiram və sevgimizin ifadəsidir.

22
00:03:36,050 --> 00:03:42,970
Biz çox sözlər danışmışıq və danışırıq, bu gün də bəzi məsələlərə toxunacağıq,

23
00:03:44,450 --> 00:03:55,680
lakin bu görüşlər vasitəsilə ən başlıcası fəhlə və zəhmətkeşlərə, əməyə və zəhmətə olan dərin hörmətimizi ifadə etmək istəyirik.

24
00:03:56,600 --> 00:04:05,220
Bu görüşlər vasitəsilə özümüzün və İran xalqının düşüncəsində əməyin, zəhmətin əhəmiyyətini qabatrmaq istəyirik.

25
00:04:07,050 --> 00:04:22,710
İstəyirik bunu nəzərə alasınız ki, böyük nailiyyətlər sözün həqiqi mənasında əmək və zəhmət sayəsində əldə edilə bilər.

26
00:04:24,110 --> 00:04:33,910
İşləmək, zəhmət çəkmək olduqca dəyərlidir. Əməyin dəyəri sayəsində fəhlə və zəhmətkeşlər də cəmiyyətdə böyük dəyərə malikdir.

27
00:04:35,800 --> 00:04:44,450
Məşhur bir rəvayətdə oxuyuruq ki, əziz İslam Peyğəmbəri (s.ə.v.s) fəhlənin əlini öpmüşdür.

28
00:04:45,170 --> 00:04:49,050
Bu, bir jest deyil, əksinə, bir təlimdir.

29
00:04:49,600 --> 00:04:56,770
Ona görə də biz istəyirik ki, əmək və zəhmətə, fəhlə və zəhmətkeşlərə hörmətlə yanaşılsın,

30
00:04:57,480 --> 00:05:03,850
rəsmilərin diqqəti fəhlələrin

31
00:05:04,340 --> 00:05:08,970
problem və çətinliklərinin həllinə yönəlsin.

32
00:05:10,000 --> 00:05:20,800
Bir sıra çətinliklər var; o cümlədən işsizlik, işdən çıxarılma, məişət problemləri və s. bu kimi başqa çətinliklər.

33
00:05:20,800 --> 00:05:28,250
Bunlar ölkədə fəhlə ictimaiyyətinin qarşılaşdığı çətinliklərdir.

34
00:05:28,510 --> 00:05:36,650
Rəsmilər bu çətinliklərin həlli üçün daha artıq çalışmalıdırlar. Bu kimi görüşlərin əsas hədəfi bunlardır.

35
00:05:40,110 --> 00:05:54,510
Mənim fikrimcə, inqilabın əvvəlindən indiyədək fəhlə ictimaiyyəti

36
00:05:56,220 --> 00:06:02,680
ölkə üçün, həqiqətən, çox dəyərli işlər görmüşdür.

37
00:06:03,140 --> 00:06:07,080
Birincisi, əmək və zəhmətin, fəhlə və zəhmətkeşlərin özünəməxsus dəyəri vardır.

38
00:06:08,450 --> 00:06:17,020
İkincisi, onlar bu illər ərzində ölkənin ağır meydanlarında iştirak etmişlər.

39
00:06:17,310 --> 00:06:23,540
Üçüncüsü, inqilabın əvvəlində fəhlə ictimaiyyətini

40
00:06:23,540 --> 00:06:30,910
İslam hökuməti ilə üz-üzə qoymaq istəyənlərin məkrli planlarına uymamışlar.

41
00:06:31,570 --> 00:06:39,510
Bu böyük fədakarlıqları edən fəhlələr olub, halbuki onların müxtəlif dövrlərdə də

42
00:06:39,800 --> 00:06:47,250
çətinlikləri, məişət problemləri olub. baxmayaraq, fəhlə ictimaiyyəti imtahandan üzüağ çıxıb.

43
00:06:50,200 --> 00:06:54,140
Qeyd etdiyim kimi, mövcud çətinliklər,

44
00:06:55,250 --> 00:07:05,340
birincisi, danışmaqla, iclaslar keçirməklə həllini tapmayacaq. Həll yolları axtarmaq, iş görmək lazımdır.

45
00:07:05,740 --> 00:07:13,480
İkincisi, ölkənin iqtisadi çətinliklərinin həllini ölkə daxilində axtarmaq gərəkdir.

46
00:07:13,770 --> 00:07:17,820
Çətinliklərin həllinin onurğa sütunu isə istehsaldır.

47
00:07:19,820 --> 00:07:30,940
Bizim irəli sürdüyümüz “müqavimət iqtisadiyyatı” siyasətinin onurğa sütunu daxili istehsalı gücləndirməkdən ibarətdir.

48
00:07:31,420 --> 00:07:38,020
Əgər bu məsələ reallaşarsa və bunun üçün səy göstərilərsə,

49
00:07:38,480 --> 00:07:44,540
işsizlik və məşğulluq məsələsi tədricən öz həllini tapacaq.

50
00:07:44,910 --> 00:07:49,910
Əmək və zəhmətkeşlər öz layiqli qiymətini alacaq, iş yerləri açılacaq,

51
00:07:50,310 --> 00:07:56,600
sosial problem olan işsizlik tədricən azalacaq və tamamilə aradan qalxacaq.

52
00:07:58,020 --> 00:08:01,510
Problemin kökündə istehsal məsələsi dayanır.

53
00:08:06,820 --> 00:08:12,080
Bəziləri deyə bilər ki, sizin təkrar-təkrar vurğuladığınız istehsal məsələsinin –

54
00:08:12,170 --> 00:08:18,370
belə ki biz həm ümumi çıxışlarımızda, həm də rəsmilərlə keçirdiyimiz özəl iclaslarda

55
00:08:18,370 --> 00:08:25,250
istehsal məsələsi üzərində təkidlə dayanırıq – müəyyən tələb və zərurətləri var.

56
00:08:25,480 --> 00:08:31,710
Hal-hazırda – sanksiyalar və beynəlxalq təzyiqlər şəraitində isə

57
00:08:32,880 --> 00:08:38,340
istehsalın rövnəqlənməsi, güclənməsi reallaşa bilməz.

58
00:08:39,540 --> 00:08:49,480
Mən İran xalqının və İslam İnqilabının düşmənlərinin bizə qarşı zalımcasına tətbiq etdikləri sanksiyaların

59
00:08:50,250 --> 00:08:57,650
heç bir təsiri olmadığını demirəm. Heç şübhəsiz, bunun təsiri vardır.

60
00:08:58,000 --> 00:09:01,710
Lakin mən bu sanksiyaların

61
00:09:02,200 --> 00:09:13,050
istehsalın rövnəqlənməsi istiqamətində mütəşəkkil, planlı və kollektiv səylərin qarşısını ala biləcəyini inkar edirəm.

62
00:09:13,250 --> 00:09:14,480
Mən bunu qəbul etmirəm.

63
00:09:37,950 --> 00:09:47,000
Mən ölkənin müxtəlif istehsalat sahələrinə baxıram.

64
00:09:47,700 --> 00:09:57,350
Bəzi sahələrdə düşmənlərin təzyiqləri, sanksiyaları və bu kimi məhdudiyyətlər daha ağır və güclü olduğuna baxmayaraq,

65
00:09:58,100 --> 00:10:09,600
rəsmilərin, rəhbər işçilərin və zəhmətkeş gənclərin böyük səyləri nəticəsində istehsalat inkişaf etmişdir.

66
00:10:09,600 --> 00:10:13,550
Mən bunu görürəm, müşahidə edirəm. Bu, hamının gözü qabağındadır.

67
00:10:14,850 --> 00:10:19,350
Müdafiə sənayesinə baxın;

68
00:10:20,800 --> 00:10:31,900
bugünkü durumu on il, on beş il, hətta iyirmi il əvvəllə müqayisə edin.

69
00:10:32,050 --> 00:10:36,450
Görəcəksiniz ki, biz heyrətamiz bir inkişaf yolu keçmişik.

70
00:10:36,800 --> 00:10:40,950
Hərbi texnikanın istehsalı sahəsində biz inanılmaz nailiyyətlər əldə etmişik.

71
00:10:42,550 --> 00:10:51,350
Halbuki hərbi sahədə düşmənlərin sanksiyaları daha ağır olmuşdur.

72
00:10:51,350 --> 00:10:58,860
Özü də bu sanksiya və təzyiqlər bu ilə və ya keçən ilə aid deyil. Bu ağır sanksiyalar illər öncədən var idi,

73
00:10:59,370 --> 00:11:00,640
buna baxmayaraq biz inkişaf etdik.

74
00:11:03,230 --> 00:11:11,560
Həmçinin bio-texnologiya sahəsində biz böyük inkişaf yolu keçmişik.

75
00:11:12,400 --> 00:11:16,440
Halbuki bu sahədə də həmin məhdudiyyət və sanksiyalar mövcud idi.

76
00:11:16,650 --> 00:11:26,400
Hətta dünyanın məşhur universitetlərində iranlı tələbələrin bu ixtisaslar üzrə təhsil almasına,

77
00:11:27,750 --> 00:11:31,500
tədqiqatlar aparmasına və özlərini inkişaf etdirmələrinə icazə verilmirdi.

78
00:11:31,870 --> 00:11:39,100
Buna baxmayaraq, sözügedən elm sahələrində ölkəmiz nəzərəçarpacaq dərəcədə inkişaf etmişdir

79
00:11:39,100 --> 00:11:41,620
və bunu hamı görür.

80
00:11:41,620 --> 00:11:44,870
Maraqlananlar bu barədə

81
00:11:44,870 --> 00:11:49,050
kifayət qədər məlumat əldə edə bilərlər, bunlar məxfi məlumatlar deyil.

82
00:11:51,250 --> 00:12:03,100
Və ya elmin yeni sahələrində, məsələn, nano-texnologiya sahəsində – belə ki bu, dünyada yeni texnologiyalardan biridir

83
00:12:04,900 --> 00:12:10,020
dünyada heç kim bizə kömək etmir, etməmişdir,

84
00:12:10,020 --> 00:12:14,250
bundan sonra da etməyəcəkdir. Biz qabaqdayıq,

85
00:12:14,870 --> 00:12:21,940
bizim gənclərimiz, tədqiqatçılarımız, alimlərimiz bu sahələrdə işləyir,

86
00:12:21,940 --> 00:12:26,320
səy göstərirlər. Onlar diqqətəlayiq  nailiyyətlər əldə etmiş və inkişaf yolu qət etmişlər.

87
00:12:26,670 --> 00:12:37,420
Məsələn, nano-texnologiya sənayesinə baxın. Elə bu hüseyniyyədə sərgi təşkil edilmişdi

88
00:12:37,420 --> 00:12:46,830
və mən bu işə böyük marağı olan gənclərlə, eləcə də bu sahədə fəaliyyət göstərən müxtəlif şirkətlərlə

89
00:12:46,830 --> 00:12:53,560
yaxından tanış oldum. Əlbəttə, bu barədə mənə məlumatlar verilmişdi, məlumatım var idi, lakin həmin gün yaxından tanış oldum.

90
00:12:54,800 --> 00:12:57,880
Onlar iş görürlər, səy göstərirlər, irəli gedirlər.

91
00:12:57,880 --> 00:13:04,060
Bu gün biz nano-texnologiya şirkətləri baxımından

92
00:13:04,570 --> 00:13:08,780
on il, on beş il əvvəllkinə nisbətən xeyli inkişaf etmişik.

93
00:13:09,120 --> 00:13:12,800
Bunların hamısı sanksiyalar dövründə reallaşıb.

94
00:13:14,730 --> 00:13:21,100
Bəli, əgər düşmənlərin zülmkar sanksiyaları olmasaydı,

95
00:13:22,200 --> 00:13:27,400
biz bu sahələrdə daha çox qabağa gedə və inkişaf edə bilərdik. Mən bunu inkar etmirəm.

96
00:13:29,200 --> 00:13:35,050
Əlbəttə, ola da bilsin ki, biz bu sahələrə əhəmiyyət verməz,

97
00:13:36,060 --> 00:13:44,990
ölkənin ehtiyaclarını nəzərə almaz, neftin pulunu xərcləməklə,

98
00:13:45,610 --> 00:13:51,790
idxalatla və s. ölkə üçün istehsalın inkişafını yaratmayan işlərlə məşğul olardıq. Belə də ola bilərdi.

99
00:13:52,590 --> 00:13:56,800
Bunu da nəzərə almaq lazımdır ki, kənardan bizə qoyulan

100
00:13:56,800 --> 00:14:01,790
qadağa ve məhdudiyyətlərin bizim inkişafımıza müəyyən qədər təsiri olmuşdur.

101
00:14:03,100 --> 00:14:07,920
Bunu qiymətləndirmək lazımdır. Bizə vermədilər, biz də məcbur olub özümüz işə başladıq.

102
00:14:08,750 --> 00:14:15,360
Lüzumsuz idxalın yolu açıq olanda, istədiyin hər şeyi alıb gətirə biləndə,

103
00:14:15,640 --> 00:14:21,920
rahatlığa düşkünlük insanı tənbəlliyə, işsizliyə sürükləyir.

104
00:14:22,080 --> 00:14:23,920
Bu da məsələnin bir tərəfidir.

105
00:14:25,760 --> 00:14:30,060
Odur ki mən istehsalın üzərində təkidlə dayandıqda

106
00:14:30,970 --> 00:14:40,970
heç kəs deməsin ki, bu ağır sanksiyalar şəraitində istehsalın güclənməsi mümkün deyil. Xeyr, mümkündür.

107
00:14:41,870 --> 00:14:47,840
Əgər siz bir işi görməyi qərara alsanız, bunun üçün çalışsanız,

108
00:14:48,780 --> 00:14:53,160
kadrlarınızı bu işə cəlb etsəniz, eləcə də Allah-taaladan kömək və hidayət istəsəniz,

109
00:14:53,160 --> 00:14:56,320
bu iş həyata keçəcəkdir. Biz bunu sınaqdan keçirmişik.

110
00:14:57,760 --> 00:15:03,120
Hal-hazırda biz bəzi sənaye sahələrində dünyada öndə gedirik;

111
00:15:03,120 --> 00:15:06,670
məsələn, bəndsalma sahəsində.

112
00:15:07,690 --> 00:15:14,760
Bu sahədə bu nöqtəyə gəlib çatmağımız üçün dünyada bizə kim kömək etmişdir?

113
00:15:14,880 --> 00:15:22,090
Bu gün İran bəndsalma sahəsində dünyanın öndə gedən ölkələrindən biridir.

114
00:15:22,280 --> 00:15:27,500
Bəzi ölkələrdə Qərb ölkələrinin və ya başqa ölkələrin

115
00:15:28,280 --> 00:15:32,250
şirkətləri çox baha başa gələn bəndlər salırlar.

116
00:15:32,250 --> 00:15:35,370
Həmin işlər ölkəmizin gənc mütəxəssislərinə həvalə edilsəydi,

117
00:15:35,370 --> 00:15:43,070
bəlkə də, daha keyfiyyətli və daha ucuz qiymətə ərsəyə gələrdi. Biz bu sahədə inkişaf etmişik.

118
00:15:43,070 --> 00:15:46,560
Bu illər boyunca bizə kim kömək edib?

119
00:15:46,880 --> 00:15:51,420
Nüvə enerjisi sahəsində də, başqa sahələrdə də məsələ eyni şəkildədir.

120
00:15:52,490 --> 00:16:02,040
Mənim fikrimcə, əgər istehsal məsələsinə əhəmiyyət verilərsə, ölkənin iqtisadi problemləri, o cümlədən mühüm problemlərdən olan

121
00:16:02,780 --> 00:16:09,340
fəhlə ictimaiyyətinin çətinlikləri, məişət problemləri, işsizlik məsələsi

122
00:16:10,730 --> 00:16:14,330
– bu barədə bizə məlumatlar çatır, biz bunları bilirik

123
00:16:15,210 --> 00:16:19,260
– bütün bu problemlər həllini tapar.

124
00:16:21,100 --> 00:16:29,640
İstehsal məsələsinin reallaşması məşğulluğun səviyyəsini yüksəldəcək, yeni iş yerlərinin açılmasına yol açacaq, əhalimizdə özünəinam, başqalarından ehtiyacsızlıq hissi yaradacaqdır.

125
00:16:30,650 --> 00:16:37,150
Bir ölkə özünün daxili gücünə arxalanarsa, onda ehtiyacsızlıq hissi yaranar.

126
00:16:38,250 --> 00:16:42,780
İnsan dünya ilə on cür məsələni həll etmək istəyə bilər, amma danışıqlar masasına

127
00:16:43,040 --> 00:16:48,190
qüdrət və ehtiyacsızlıq, yoxsa acizlik və möhtaclıq hissi ilə əyləşməyin fərqi çoxdur.

128
00:16:48,650 --> 00:16:52,670
İnsan özünü qüdrətli hiss etdikdə

129
00:16:53,260 --> 00:16:56,960
müzakirələri də analoji şəkildə aparır,

130
00:16:58,120 --> 00:17:02,060
özünü aciz və möhtac hiss etdikdə isə başqa bir cür danışır.

131
00:17:04,570 --> 00:17:10,840
Əgər bütün sahələrdə, xüsusilə də

132
00:17:10,990 --> 00:17:15,950
iqtisadiyyatda daxili struktur möhkəm olarsa,

133
00:17:16,990 --> 00:17:21,690
istənilən tərəf müqabili ilə istənilən məsələni müzakirə etmək olar.

134
00:17:21,690 --> 00:17:26,010
Belə olduğu vaxt insan aciz və  möhtac bir mövqedən yox, qüdrətli bir mövqedən çıxış edərək danışıqlar aparır.

135
00:17:26,140 --> 00:17:30,510
Aciz və ehtiyaclı mövqedə olmaq düşmənin dilini uzun edir,

136
00:17:32,510 --> 00:17:42,250
düşmən daim qarşıya şərtlər qoyur, əsassız və boş sözlər danışır. Mən problemin həlli yolunu bunda görürəm.

137
00:17:42,330 --> 00:17:49,880
Mən deyirəm və ilin ilk günü də dedim ki, hamı bütün qüvvəsini

138
00:17:50,330 --> 00:17:54,320
müxtəlif sahələrdə istehsalın rövnəqlənməsinə istiqamətləndirməlidir.

139
00:17:54,320 --> 00:18:06,060
Sözsüz ki, bu işin tələb və zərurətləri vardır. Həm investorların, həm fəhlə və işçilərin, həm istehlakçıların,

140
00:18:06,920 --> 00:18:10,650
həm  də dövlətin icraedici qurumlarının öhdəsinə  müəyyən vəzifə və məsuliyyət düşür.

141
00:18:11,450 --> 00:18:16,200
Bu iş birtərəfli deyil; hamı həmkarlıq etməlidir.

142
00:18:16,350 --> 00:18:21,200
Dövlət və xalqın birlik və həmrəyliyi dedikdə biz bunu nəzərdə tuturuq.

143
00:18:23,130 --> 00:18:29,950
Yəni ölkənin tərəqqi və inkişafı yolundakı

144
00:18:30,080 --> 00:18:35,690
bu böyük maneəni qaldırmaq üçün hamı əməkdaşlıq etməlidir.

145
00:18:37,960 --> 00:18:43,710
Sərmayədarlar fəal şəkildə istehsalata investisiya qoymalıdırlar.

146
00:18:43,820 --> 00:18:59,930
Mən elə insanlar tanıyıram ki, əllərindəki sərmayəni

147
00:18:59,930 --> 00:19:08,270
daha gəlirli qeyri-istehsal sahələrinə qoya bilərdilər, amma bunu etməyiblər, ölkəyə xidmət göstərmək istədiklərini bildiriblər.

148
00:19:08,990 --> 00:19:16,460
Onlar gəlirin aşağı olmasına baxmayıb istehsalata sərmayə qoyublar.

149
00:19:17,820 --> 00:19:23,900
Çünki onlar başa düşürlər ki, bu gün ölkənin buna ehtiyacı var. Bu, ibadətdir.

150
00:19:26,560 --> 00:19:30,360
Ölkənin ehtiyacını düşünən bir investor

151
00:19:31,790 --> 00:19:42,170
pulunu gəliri çox, lakin ölkə üçün zərərli olan işlərə, vasitəçiliyə sərf etməyib,

152
00:19:43,640 --> 00:19:47,120
ölkədə  istehsala sərmayə qoyursa, bu, yaxşı bir əməldir.

153
00:19:47,120 --> 00:19:53,850
Odur ki milli istehsalın rövnəqlənməsi məsələsində investorların rolu böyükdür.

154
00:19:55,760 --> 00:19:58,350
Bu məsələdə düzgün işləyən fəhlənin də rolu vardır.

155
00:19:59,840 --> 00:20:04,880
İşin çətinliklərinə sinə gərən – axı işləmək çətindir,

156
00:20:05,790 --> 00:20:11,260
fiziki iş həyatdakı çətin işlərdəndir

157
00:20:11,420 --> 00:20:17,760
– təmiz iş görməkdən ötrü ömrünü, vaxtını və gücünü

158
00:20:18,670 --> 00:20:25,640
sərf edən fəhlə, həqiqətdə, ibadət edir. Bu, bir yaxşı əməldir.

159
00:20:27,200 --> 00:20:35,070
Sizinlə keçirdiyimiz görüşlərdə əziz Peyğəmbərdən (s.ə.v.s) olan bu hədisi dəfələrlə nəql etmişəm:

160
00:20:35,090 --> 00:20:38,960
رَحِمَ اللَّهُ اِمرَأً عَمِلَ عَمَلاً فَاَتقَنَه

161
00:20:39,500 --> 00:20:46,090
“Allah rəhmət etsin işini möhkəm görən insana.”

162
00:20:46,700 --> 00:20:53,880
İstər sənayedə, istər kənd təsərrüfatında, istər digər sahələrdə

163
00:20:54,700 --> 00:21:07,150
əsaslı işlər görülərsə, keyfiyyətli məhsul əldə edilər.

164
00:21:09,480 --> 00:21:12,440
Bu da fəhlənin roludur. Bu da ibadətdir.

165
00:21:14,660 --> 00:21:26,720
İnsaflı və vicdanlı istehlakçılar da ölkədə istehsalın inkişafına yardım edə bilər.

166
00:21:28,380 --> 00:21:42,720
İstehlakçılar brend, marka arxasınca qaçmamalıdırlar. Ağızlarına bir söz düşüb: brend, brend.

167
00:21:42,740 --> 00:21:49,240
İstehlakçılar nəyin məsləhətli, ölkənin mənafeyinə uyğun olduğuna baxmalıdırlar.

168
00:21:50,170 --> 00:21:59,400
Ölkənin mənafeyi daxildə istehsal olunan məhsullardan istifadə etməyi, iranlı fəhləyə, işçiyə kömək etməyi tələb edir.

169
00:22:01,160 --> 00:22:07,290
Bəziləri canfəşanlıqla  fəhlələrin xeyrinə şüarlarla çıxış edir,

170
00:22:08,000 --> 00:22:15,720
qışqırmaqdan boyunlarının damarları çıxır, amma əməldə iranlı fəhləyə təpik vururlar.

171
00:22:17,690 --> 00:22:25,690
İranlı fəhləyə təpik vurmaq budur ki, həmvətənləri onun istehsal etdiyi məhsuldan istifadə etmir,

172
00:22:25,720 --> 00:22:31,400
eyni malı xaricdən idxal edir; bəzən hətta daha baha qiymətə.

173
00:22:33,790 --> 00:22:40,400
Biz bəzi sənaye sahələrində dünyada öndə gedən ölkələrdənik,

174
00:22:41,180 --> 00:22:47,360
amma bəziləri analoji məhsulları ölkəyə xaricdən idxal edirlər.

175
00:22:48,040 --> 00:22:51,470
Daxili məhsullardan istifadə etmək hamının, o cümlədən dövlətin vəzifəsidir.

176
00:22:51,550 --> 00:23:00,160
Bu məclisdə Əmək və İctimai Rifah Naziri iştirak edir. Sizdən xahiş edirəm, rəsmi iclaslarda

177
00:23:00,160 --> 00:23:09,020
dövlət qurumlarında istifadə olunan məhsulların qəti şəkildə xaricdən idxal edilməməsi məsələsini qaldırın və üzərində təkidlə dayanın.

178
00:23:31,520 --> 00:23:36,300
Bu, əsas və böyük bir məsələdir.

179
00:23:36,300 --> 00:23:43,020
Çünki dövlət qurumlarının çoxluğu etibarilə dövlətin özü birinci dərəcəli istehlakçıdır.

180
00:23:45,240 --> 00:23:49,790
Özü də deməsinlər ki, filan şey bizə lazımdır

181
00:23:49,790 --> 00:23:52,540
və daxildə istehsal olunmadığına görə xaricdən idxal etməyə məcburuq.

182
00:23:52,540 --> 00:23:59,210
Məgər siz planlı şəkildə hərəkət etmirsiniz? Əgər hansısa məhsula ehtiyacınız varsa, bunu nə üçün bu gün deyirsiniz?

183
00:23:59,210 --> 00:24:06,960
İki il öncə deyərdiniz, daxili istehsalçılar da həmin məhsulun istehsalını planlaşdırardılar,

184
00:24:07,850 --> 00:24:12,620
istehsal edərdilər, sınaqdan keçirərdilər və siz də bu gün onu əldə edərdiniz.

185
00:24:13,790 --> 00:24:17,630
Bunlar mühüm məsələlərdir, xırda məsələlər deyil.

186
00:24:19,260 --> 00:24:25,160
Dövlət istifadə etdiyi hər bir şeyi

187
00:24:25,160 --> 00:24:33,050
– masa üzərindəki qələm-kağızdan tutmuş inşaat materiallarına qədər

188
00:24:33,370 --> 00:24:39,840
–  daxildə istehsal oluna biləcəyi təqdirdə xaricdən idxal etməyi özünə qadağan və haram etməlidir.

189
00:24:42,220 --> 00:24:46,890
Biz bunu da sınaqdan keçirib görmüşük.

190
00:24:48,250 --> 00:24:52,350
İllər öncə bir iş görülürdü – bir obyekt tikmək istəyirdilər.

191
00:24:53,960 --> 00:24:58,510
Mən həmin layihənin məsul şəxsləri ilə görüşdüm

192
00:24:58,510 --> 00:25:06,040
və onlara dedim ki, görmək istədikləri bu işdə heç bir xarici məhsuldan istifadə etməməyə çalışsınlar. Onlar da xarici məhsuldan istifadə etməyəcəklərinə

193
00:25:06,670 --> 00:25:09,760
söz verdilər və kişi kimi sözlərinin üstündə dayandılar.

194
00:25:10,920 --> 00:25:14,910
Sonda bizə məlumat verildi, özümüz də araşdırıb  gördük ki,

195
00:25:14,910 --> 00:25:21,790
istifadə olunmuş məhsulun 98 faizi ölkə daxilində istehsal edilmişdir.

196
00:25:21,790 --> 00:25:26,570
Məhsulun yalnız bir-iki faizi ölkə daxilində olmadığına görə xaricdən gətirilmişdi.

197
00:25:26,570 --> 00:25:28,320
Deməli, bunu etmək mümkündür.

198
00:25:28,620 --> 00:25:36,350
Dövlət rəsmiləri komforta can atmanın – hələ bu, məsələnin yaxşı tərəfidir

199
00:25:36,910 --> 00:25:42,000
– və Allah eləməmiş, sui-istifadə hallarının qarşısını almalıdırlar.

200
00:25:42,120 --> 00:25:50,920
İstehlakçılar da daxili istehsalın güclənməsinin, rövnəqlənməsinin dayaqlarından biridir.

201
00:25:51,930 --> 00:25:57,320
Milli istehsalın inkişafının digər bir vacib sütunu qaçaqmalçılıqla mübarizədir.

202
00:25:59,000 --> 00:26:03,390
Qaçaqmalçılıqla mübarizə məsələsini biz çox vurğulamışıq.

203
00:26:03,760 --> 00:26:07,580
Bu illər ərzində hökumət kabinetləri bir neçə dəfə dəyişib.

204
00:26:08,520 --> 00:26:12,920
Bu iş hökmən reallaşmalıdır və reallaşması da mümkündür.

205
00:26:13,450 --> 00:26:22,650
Qoy deməsinlər ki, bu mümkün deyildir. Birmənalı olaraq mümkündür. Qaçaqmalçılığın qarşısı qətiyyətlə alınmalıdır.

206
00:26:23,530 --> 00:26:30,700
Bir vaxtlar mən belə bir fikir söyləmişdim, demişdim ki, qaçaq mallar təkcə sərhəd rayonlarında təqib edilməsin.

207
00:26:31,180 --> 00:26:41,020
Hal-hazırda ölkə daxilində qaçaq yolla gətirilmiş mallara milyardlarla dollar sərf olunur

208
00:26:41,020 --> 00:26:45,240
– statistikalar müxtəlif olduğuna görə mən dəqiq bir rəqəm deyə bilmirəm,

209
00:26:46,360 --> 00:26:52,890
amma çox böyük bir məbləğdən söhbət gedir.

210
00:26:53,500 --> 00:26:59,230
Qaçaq mal ölkə sərhədlərindən və hətta sərhəddən də irəlidən tutmuş mağazalara, piştaxtalara qədər təqib edilməlidir.

211
00:27:01,210 --> 00:27:04,120
Bu, olduqca mühüm bir məsələdir.

212
00:27:04,120 --> 00:27:07,770
Qaçaqmalçılıqla mübarizə aparanlar da cihad edirlər,

213
00:27:07,770 --> 00:27:12,000
ibadət edirlər. Bu da yaxşı bir əməldir.

214
00:27:14,510 --> 00:27:20,060
Digər bir aparıcı sütun isə idxalatı idarə edən dövlət qurumlarıdır.

215
00:27:21,420 --> 00:27:29,440
Bu qurumlar da bir sıra məsələlərə diqqət yetirməlidirlər. Dövlətin balansında olmayan sektorlar var.

216
00:27:29,440 --> 00:27:32,440
Özəl şirkətlər fəaliyyət göstərir və buna icazə verilibdir.

217
00:27:33,290 --> 00:27:37,930
Amma dövlət qurumları onların işinə nəzarət etməklə

218
00:27:39,070 --> 00:27:46,110
idxalatın daxili istehsala zərbə vurmasının qarşısını ala bilərlər.

219
00:27:46,480 --> 00:27:53,100
Başqa bir mühüm məsələ isə reklam məsələsidir, kütləvi informasiya vasitələrində aparılan təbliğatdır.

220
00:27:53,280 --> 00:28:01,820
Kütləvi informasiya vasitələri, media və yayım şirkətləri və digər orqanlar  daxili məhsuldan istifadə, daxili istehsalın gücləndirilməsi istiqamətində

221
00:28:02,990 --> 00:28:07,450
sözün həqiqi mənasında iş görməlidirlər. Reklamın, təbliğatın təsiri böyükdür.

222
00:28:09,320 --> 00:28:16,220
Qanunun sabitliyi də digər bir mühüm məqamdır və burada iş İslam Şurası Məclisinin öhdəsinə düşür.

223
00:28:17,180 --> 00:28:21,930
İqtisadi məsələlər, o cümlədən

224
00:28:21,930 --> 00:28:26,440
məşğulluqla bağlı qanunlar vaxtaşırı dəyişməməlidir.

225
00:28:26,440 --> 00:28:30,600
Qoy işlərini planlaşdırmaq istəyənlər bunu rahat şəkildə edə bilsinlər.

226
00:28:30,640 --> 00:28:40,840
Mədəniyyət sahəsinə nəzarət edən, bu sahəni idarə edən dövlət qurumları da bikarçılığın, məsuliyyətsizliyin,

227
00:28:41,470 --> 00:28:46,320
çətin işlərdən qaçmağın qınanması istiqamətində müəyyən tədbirlər görməlidirlər.

228
00:28:47,050 --> 00:28:51,760
İşin çətinliyini qəbul etmək lazımdır.

229
00:28:52,840 --> 00:28:58,220
Əgər biz çətin işləri özümüzə qəbul etdirməsək, bir yerə gedib çata bilmərik.

230
00:28:59,520 --> 00:29:01,840
Axı təkcə asan işləri görmək kifayət etmir.

231
00:29:02,140 --> 00:29:05,630
Hansı sahədə olursa-olsun, insan çətin işləri də qəbul etməlidir.

232
00:29:07,790 --> 00:29:16,170
Sənayedə, texnologiyada, elmin müxtəlif sahələrində yüksək dərəcələrə gəlib çatan insanlar

233
00:29:16,480 --> 00:29:20,680
bu nailiyyətləri çətin işləri özlərinə qəbul etdirdiklərinə görə əldə edə bilmişlər. Bunun üçün insanlarda bir yanaşma, baxış formalaşmalıdır.

234
00:29:21,470 --> 00:29:27,280
Təkcə asan işləri qəbul etməklə inkişaf etmək mümkün deyil.

235
00:29:27,560 --> 00:29:32,680
Korrupsiyaya qarşı mübarizə aparan qurumların da bu sahədə özünəməxsus rolu vardır.

236
00:29:33,080 --> 00:29:40,300
Korrupsiyadan çox danışılır, amma təkcə danışmağın heç bir faydası yoxdur.

237
00:29:42,160 --> 00:29:52,190
“Oğru, oğru” deməklə oğru oğruluğundan əl çəkməyəcək. Hərəkətə keçmək, iş görmək lazımdır.

238
00:29:53,790 --> 00:30:00,350
Ölkə rəsmiləri qəzet və mətbuat deyil ki, korrupsiya barəsində elə ancaq danışıb dursunlar.

239
00:30:00,380 --> 00:30:03,150
Bəli, mətbuatda korrupsiya haqda danışıla bilər,

240
00:30:04,090 --> 00:30:09,520
biz isə ölkə rəsmiləri, məsul şəxslər olduğumuz üçün iş görməliyik. Təkcə danışmağın nə faydası var?

241
00:30:09,850 --> 00:30:13,980
Hərəkətə keçin, iş görün. Bacarırsınızsa,

242
00:30:14,060 --> 00:30:16,990
korrupsiyanın qarşısını tamamilə alın.

243
00:30:39,280 --> 00:30:44,090
Bunlar bizim üzərimizə düşən vəzifələrdir.

244
00:30:44,360 --> 00:30:47,710
Ölkənin iqtisadi çətinliklərinin əlacı budur.

245
00:30:48,490 --> 00:30:53,160
Ölkədəki iqtisadi problemləri həll etməkdən ötrü

246
00:30:53,230 --> 00:30:55,900
daxili istehsalın üzərində möhkəm dayanmaq lazımdır.

247
00:30:56,540 --> 00:31:01,020
Bu işdə hamı məsuliyyət daşıyır; mən hər kəsin öhdəsinə düşən məsuliyyətə toxundum.

248
00:31:01,020 --> 00:31:04,360
Əlbəttə, bəzilərinin məsuliyyəti daha ağır, bəzilərininki isə nisbətən yüngüldür.

249
00:31:05,210 --> 00:31:07,640
Lakin qeyd etdiyim kimi, hamı məsuliyyət daşıyır.

250
00:31:08,010 --> 00:31:17,680
İqtisadi problemlərin həllinin açarı Lozannada, Cenevrədə, Nyu Yorkda deyil, ölkənin daxilindədir.

251
00:31:41,640 --> 00:31:45,690
Hər kəs əlindən gələni etsin, inşallah, çətinliklər həll olacaq.

252
00:31:45,800 --> 00:31:53,100
İran xalqı və ölkə rəsmiləri bu illər ərzində bundan da böyük işlər görmüşlər, görə bilmişlər.

253
00:31:54,090 --> 00:31:56,680
İstehsalat məsələsindəki çətinlikləri də həll edə biləcəklər.

254
00:31:57,290 --> 00:32:06,860
Hazırkı dövlət də, Allaha həmd olsun ki, ürəklə işləyir və dövləti peşəkar kadrlar idarə edir.

255
00:32:07,820 --> 00:32:12,060
Qoy çalışsınlar, iş görsünlər, araşdırsınlar və inşallah, çətinlikləri həll etsinlər.

256
00:32:12,060 --> 00:32:17,310
Ölkəmizin fəhlə ictimaiyyəti arasında sözün həqiqi mənasında

257
00:32:18,440 --> 00:32:21,040
nəcib insanlar təmsil olunur.

258
00:32:21,610 --> 00:32:27,080
Mən inqilabın ilk günündən bəri,

259
00:32:27,200 --> 00:32:34,140
hətta inqilab qəti qələbəyə nail olmamışdan qabaq

260
00:32:34,920 --> 00:32:45,150
– 57-ci ildə, ölkədə baş qaldırmış kütləvi nümayişlər dövründə

261
00:32:45,440 --> 00:32:52,840
– fəhlə sinfini İslam İnqilabı ilə üz-üzə qoymaq istəyənlərin nələr etdiklərini görmüşəm.

262
00:32:53,420 --> 00:32:58,380
Həmin fəalların bəzilərini yaxından tanıyırdım, fəaliyyətlərinin şahidi olurdum.

263
00:32:58,380 --> 00:33:01,120
İnqilabdan sonrakı illər ərzində də belə cəhdlər olmuşdur.

264
00:33:01,770 --> 00:33:07,440
Mən özüm prezident olduğum dövrdə və sonrakı illərdə

265
00:33:07,440 --> 00:33:13,310
hər zaman fəhlə ictimaiyyətini İslam hökuməti ilə üz-üzə qoymaq istəyənlər olmuşdur.

266
00:33:13,370 --> 00:33:21,500
Amma ölkənin fəhlə ictimaiyyəti dönməzlik və nəcabətlə çətinliklərə dözdü, dayandı.

267
00:33:21,500 --> 00:33:22,880
Bu, olduqca dəyərlidir.

268
00:33:24,040 --> 00:33:32,840
Ölkə rəsmiləri çətinliklərə dözüb işləyən bu böyük fəhlə ictimaiyyətini layiqincə dəyərləndirməlidirlər.

269
00:33:33,180 --> 00:33:38,110
Bu nəcibliyin mükafatı budur ki, hamı, inşallah, çətinliklərin aradan qaldırılması üçün çalışsın.

270
00:33:38,590 --> 00:33:44,810
Allah-taala da gözəl niyyətli, yaxşı işlər görmək istəyən,

271
00:33:45,160 --> 00:33:47,740
yaxşı hədəflərə doğru can atan insanlara, mütləq, kömək edəcəkdir.

272
00:33:47,740 --> 00:33:52,940
Ümidvaram ki, Allah-taala Öz lütf və mərhəmətini sizin hamınıza, siz əziz fəhlə və zəhmətkeşlərə,

273
00:33:53,360 --> 00:33:58,650
bu sahənin başında duran müxtəlif dövlət qurumlarının rəsmilərinə şamil edəcəkdir.

274
00:33:58,730 --> 00:34:02,570
Allahdan arzum budur ki, fəhlə ictimaiyyətinin şəhidlərini məhşərə Peyğəmbərlə (s.ə.v.s) birlikdə gətirsin.

275
00:34:03,630 --> 00:34:10,970
Bu yolu bizim üzümüzə açan əziz liderimiz İmam Xomeynini (r.ə) məhşərə Peyğəmbərlə (s.ə.v.s) birlikdə gətirsin.

276
00:34:11,000 --> 00:34:13,740
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.