﻿1
00:00:09,200 --> 00:00:11,440
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:13,260 --> 00:00:20,200
İlk öncə, əziz qardaş və bacılarımın hamısına,

3
00:00:22,710 --> 00:00:26,930
xalqın ən önəmli, ən əhəmiyyətli ehtiyacını təmin edən,

4
00:00:28,620 --> 00:00:40,400
bu böyük vəzifəni öhdəsinə götürmüş

5
00:00:40,730 --> 00:00:45,420
təhlükəsizlik qüvvələrinin əməkdaşlarına və rəsmilərinə,

6
00:00:46,480 --> 00:00:54,600
hörmətli Daxili İşlər Nazirinə xoşgəldin deyirəm.

7
00:00:54,820 --> 00:00:57,040
Allah hamınıza uğurlar nəsib etsin və kömək olsun, inşallah.

8
00:01:00,680 --> 00:01:05,130
Allah-taala rəcəb ayını bir daha yaşamaq səadətini bizə nəsib etmişdir

9
00:01:06,950 --> 00:01:13,150
və biz hamımız bu ilahi uğura görə bir-birimizi təbrik etməliyik.

10
00:01:14,310 --> 00:01:33,370
Rəcəb ayı ilahi dəyərlərə, Rəbbin müqəddəs zatına yaxınlaşmaq, özünü islah etmək üçün bir fürsətdir.

11
00:01:35,570 --> 00:01:47,080
Hədislərdə fəzilətli günlər kimi tanıtdırılan bu günlər əlimizə düşən fürsətdir,

12
00:01:47,350 --> 00:01:55,710
hər bir fürsət isə nemətdir və ona görə şükür etmək gərəkdir.

13
00:01:57,510 --> 00:02:01,680
Nemətə şükür etmək o deməkdir ki, insan o neməti tanısın,

14
00:02:03,750 --> 00:02:08,860
onun tələbinə uyğun rəftar etsin, ondan bəhrələnsin,

15
00:02:10,130 --> 00:02:17,110
bu nemətin ona Allah tərəfindən verildiyini bilsin və onu Allah yolunda sərf etsin. Rəcəb ayı da bu nemətlərdən biridir.

16
00:02:17,530 --> 00:02:22,350
Sonra şəban ayı gəlir ki, o da başqa bir nemətdir.

17
00:02:22,680 --> 00:02:33,310
Bu iki ay kamil insanların, tövhid və məna əhlinin nəzərində ramazan ayının müqəddiməsidir.

18
00:02:34,970 --> 00:02:42,510
Ramazan ayı isə merac ayıdır,

19
00:02:43,570 --> 00:02:51,730
mənəvi saflaşma, özünütərbiyə ayıdır. Bizim hamımızın buna ehtiyacı var.

20
00:02:51,970 --> 00:02:54,440
Rəcəb ayını dəyərləndirin,

21
00:02:55,350 --> 00:03:04,310
bu ayda aləmlərin Rəbbinin dərgahına bacardıqca çox raz-niyaz edin.


22 --> 
Allahı yad edin və hər işi Allaha xatir yerinə yetirin.

23
00:03:12,280 --> 00:03:20,060
Çəkdiyiniz bu zəhmətləri Allah yoluna həsr edin.

24
00:03:22,530 --> 00:03:32,710
Sizin işiniz o işlərdəndir ki, ilahi niyyət və qəsdi-qürbəti onda çox asanlıqla təmin etmək olar.

25
00:03:33,130 --> 00:03:36,350
Bütün işləri Allaha xatir yerinə yetirmək olar.

26
00:03:37,750 --> 00:03:43,770
Hətta gündəlik dolanışıq üçün çalışmaq, işləmək də Allaha xatir ola bilər.

27
00:03:43,770 --> 00:03:50,800
Amma bəzi işlərdə ilahi niyyət etmək daha asandır. Onlardan biri də sizin işinizdir.

28
00:03:51,800 --> 00:03:56,310
Çünki sizin işiniz cəmiyyətə xidmətdir, insanlara xidmətdir,

29
00:03:56,510 --> 00:03:58,110
İslam ölkəsinə,

30
00:03:58,330 --> 00:04:02,370
İslama xidmətdir, İslama köməkdir.

31
00:04:02,510 --> 00:04:08,150
Bir qədər öncə möhtərəm gəncimiz bir Quran ayəsi oxudu:

32
00:04:08,840 --> 00:04:12,200
“Ey iman gətirənlər, Allahın köməkçilərindən olun!” (“Səf” surəsi, ayə 14)

33
00:04:12,910 --> 00:04:20,150
Allaha yardım edənlərdən, Allahın köməkçilərindən olmaq –

34
00:04:20,330 --> 00:04:22,310
bunun nümunələrindən biri də sizin gördüyünüz işdir.

35
00:04:23,710 --> 00:04:28,110
Sizin işiniz, həqiqətən də, İslama,

36
00:04:29,570 --> 00:04:33,080
dinə, camaata kömək ola bilər.

37
00:04:33,220 --> 00:04:40,750
Odur ki sizin Allaha yaxınlaşmağı niyyət etməyiniz, “İlahi, mənim göstərdiyim bu xidmət,

38
00:04:40,750 --> 00:04:44,710
idarədə və vəzifə başında keçirdiyim saatlar,

39
00:04:46,020 --> 00:04:50,400
işlərin yaxşı getməsi üçün çəkdiyim zəhmətlər,

40
00:04:51,330 --> 00:04:58,970
işdən sonra idarədə beş dəqiqə əlavə qalıb gördüyüm iş

41
00:05:00,060 --> 00:05:07,110
Sənə xatirdir” – deməyiniz işinizi Allaha xatir yerinə yetirməyiniz üçün bir fürsətdir.

42
00:05:08,330 --> 00:05:13,330
Bu ayın bərəkətlərindən istifadə edin; qeyd etdiklərim də bunun bir nümunəsidir.

43
00:05:15,460 --> 00:05:20,310
İlk öncə, təhlükəsizlik qüvvələrinə təşəkkür etməyi özümə borc bilirəm.

44
00:05:21,910 --> 00:05:24,330
Çox yaxşı işlər həyata keçirilir.

45
00:05:24,620 --> 00:05:30,570
Doğrudur, bəzi məqamlarla bağlı bəzi iradlar ola bilər, lakin

46
00:05:32,040 --> 00:05:39,220
bu strukturun ölkə səviyyəsində yerinə yetirdiyi işlər və çəkdiyi zəhmətlər,

47
00:05:39,220 --> 00:05:43,660
həqiqətən də, təqdirəlayiqdir.

48
00:05:43,860 --> 00:05:50,420
Buna misal olaraq, bayram günlərində həyata keçirilən təhlükəsizlik tədbirlərini qeyd etmək olar.

49
00:05:51,460 --> 00:05:55,460
Bayram günlərində camaatın çoxu evlərində,

50
00:05:55,460 --> 00:05:58,750
doğmalarının, övladlarının yanında olur,

51
00:06:00,000 --> 00:06:06,680
sizin gənc əməkdaşlarınız, məmur övladlarınız isə yollarda, şəhərlərdə

52
00:06:07,440 --> 00:06:15,080
başqalarının asayiş və təhlükəsizliyi, rahatlığı üçün çalışırlar;

53
00:06:15,730 --> 00:06:22,570
küçələrdə, yollarda, şəhər daxilində bir, polis idarələrində başqa bir şəkildə xidmətdədirlər.

54
00:06:23,800 --> 00:06:30,710
Bu, olduqca dəyərlidir və onlara təşəkkür etmək bizim borcumuzdur. Mən də öz növbəmdə onlara təşəkkür edirəm.

55
00:06:31,370 --> 00:06:37,530
Təhlükəsizlik qüvvələrinin əhəmiyyəti – belə ki biz bu strukturun əhəmiyyətini

56
00:06:37,660 --> 00:06:42,440
dəfələrlə vurğulamışıq – onların daşıdığı vəzifənin əhəmiyyətindən qaynaqlanır.

57
00:06:45,280 --> 00:06:55,200
Hər bir insanın əhəmiyyəti onun öz öhdəsinə götürdüyü vəzifə və məsuliyyətlə ölçülür.

58
00:06:57,060 --> 00:07:03,730
Bir insan, bir təşkilat məhz bununla əhəmiyyət kəsb edir.

59
00:07:06,060 --> 00:07:14,080
Sizin öz öhdənizə götürdüyünüz vəzifə ölkədə asayiş və təhlükəsizliyin qorunmasıdır.

60
00:07:14,600 --> 00:07:25,730
Asayiş, təhlükəsizlik, sabitlik son dərəcə mühümdür. Asayiş və təhlükəsizliyin olmadığı yerlərdə insanlar bunun dəyərini daha yaxşı anlayırlar.

61
00:07:28,150 --> 00:07:32,800
Kişi və qadınlar,

62
00:07:33,130 --> 00:07:40,260
uşaq və gənclər evdən çıxanda yenidən evə dönə biləcəklərinə əmin olmadıqda,

63
00:07:40,600 --> 00:07:44,200
küçə və yollarda asayiş hökm sürmədikdə,

64
00:07:47,770 --> 00:07:59,730
vətəndaşları faciəli hadisələr təhdid etdikdə, öz evində oturan insanlar asayiş içində olduqlarını hiss etmədikdə

65
00:08:00,930 --> 00:08:03,750
təhlükəsizliyin nə qədər əhəmiyyətli olduğunu dərk edirlər.

66
00:08:04,570 --> 00:08:12,260
Ölkə səviyyəsində asayiş və təhlükəsizliyi bərqərar etmək və qorumaq sizin işinizdir.

67
00:08:13,220 --> 00:08:22,930
Təhlükəsizlik və asayişin keşiyində duran ən önəmli struktur Polis Qüvvələridir.

68
00:08:22,930 --> 00:08:25,820
Bu təşkilat olduqca mühüm bir vəzifəni yerinə yetirir

69
00:08:25,820 --> 00:08:31,220
və onun əhəmiyyəti də elə yerinə yetirdiyi bu vəzifəyə görədir.

70
00:08:31,660 --> 00:08:41,860
Heç şübhəsiz, təhlükəsizlik reklamla, dildə deməklə olan bir məsələ deyil.

71
00:08:42,820 --> 00:08:51,460
“Biz asayişi təmin etmişik, şəhər daxilində və yollarda təhlükəsizliyi bərqərar etmişik” – deyə yüzlərcə elanlar verilsə, çıxışlar edilsə də,

72
00:08:51,460 --> 00:08:58,710
əgər insanlar gecə vaxtı yollarda  təhlükə ilə qarşılaşsalar,

73
00:08:58,710 --> 00:09:03,840
bu sözlərin heç bir mənası olmayacaq. Camaat, əhali özünü

74
00:09:04,060 --> 00:09:07,440
asayiş və təhlükəsizlik içində hiss etməlidir.

75
00:09:08,970 --> 00:09:16,440
Bu isə asayiş və sabitliyin həqiqətən mövcud olmasına bağlıdır. Asayiş, təhlükəsizlik bir gerçəklik olmalıdır.

76
00:09:17,530 --> 00:09:24,440
Əlbəttə ki, yaxşı işlər həyata keçirilmişdir. Hörmətli komandirin öz məruzəsində açıqladığı statistika,

77
00:09:24,550 --> 00:09:31,080
Hörmətli komandirin öz məruzəsində açıqladığı statistika, eləcə də mənim bir çox məruzələrdə rast gəldiyim statistik rəqəmlər təqdirəlayiqdir. Lakin bununla kifayətlənməməliyik.

78
00:09:32,060 --> 00:09:38,460
Ölkədə asayiş və təhlükəsizliyin səviyyəsini bacardıqca yüksəltməyi

79
00:09:39,770 --> 00:09:45,220
qarşıya məqsəd qoymaq, bu istiqamətdə çalışmaq lazımdır.

80
00:09:46,620 --> 00:09:53,310
Məsələn, küçələrdə baş verən xuliqanlıq hallarının faizini filan qədər azaltmağı qarşıya məqsəd qoymaq kifayət etmir.

81
00:09:53,310 --> 00:10:00,060
Məqsədiniz bu olmalıdır ki, küçələrdə heç bir xoşagəlməz hadisə baş verməsin.

82
00:10:01,350 --> 00:10:10,770
Şəhər daxilində oğruluq halları və asayişi pozan bu kimi hadisələr baş verməsin.

83
00:10:11,220 --> 00:10:16,460
Bu məqsədlər üçün çalışmalısınız. Əgər səylərinizi bu istiqamətə yönəltsəniz, təbii ki, işlər dayanmadan irəliləyəcək,

84
00:10:16,460 --> 00:10:19,400
yəni görülən işlərin sürət tempi aşağı düşməyəcək.

85
00:10:20,770 --> 00:10:28,770
Başqa bir mühüm məsələ bundan ibarətdir ki, ictimai və fərdi təhlükəsizlik dedikdə

86
00:10:29,400 --> 00:10:38,130
təkcə, məsələn, evdən çıxıb işə və ya məktəbə gedərkən, yolda kiminsə sizin üstünüzə

87
00:10:38,440 --> 00:10:40,820
bıçaq çəkməməyi nəzərdə tutulmur.

88
00:10:40,880 --> 00:10:47,620
Bəli, insanların fikizi təcavüzə məruz qalmamaları da təhlükəsizliyin bir qoludur,

89
00:10:47,970 --> 00:10:58,730
buna söz yoxdur. Amma üzdə görünməyən, lakin  insanlar üçün

90
00:10:58,910 --> 00:11:02,680
dəfələrlə artıq təhlükə yaradan digər məsələlər vardır.

91
00:11:02,840 --> 00:11:07,710
Məsələn, narkotik maddələrin yayılmasının yaratdığı təhlükə.

92
00:11:07,950 --> 00:11:15,970
Əgər bizim istirahət məkanlarımızda, küçələrimizdə, məktəblərimizdə

93
00:11:16,200 --> 00:11:21,080
və başqa məkanlarda gənclərin, xüsusilə gənclərin

94
00:11:22,020 --> 00:11:29,680
narkotik maddələrin istifadəsinə sövq edilməməsi sarıdan arxayınlıq olmazsa, bu, çox təhlükəli bir haldır.

95
00:11:31,240 --> 00:11:38,970
Gənclərimizin əxlaqsızlığa sövq edilməyəcəyi sarıdan

96
00:11:40,400 --> 00:11:43,930
arxayınlığımız olmazsa,  bu, çox təhlükəlidir.

97
00:11:44,860 --> 00:11:50,400
siz də bilirsiniz, bizim də xəbərimiz var ki,

98
00:11:50,660 --> 00:11:58,840
hansısa kənar qüvvələr tərəfindən həvəsləndirilən müəyyən şəxslər

99
00:11:58,840 --> 00:12:04,930
böyük pullar xərcləyərək bizim gənclərimizi müxtəlif məkanlarda təşkil edilən

100
00:12:05,170 --> 00:12:09,440
gecə yığıncaqlarında əxlaqsızlığa sövq etməyə çalışırlar.

101
00:12:10,510 --> 00:12:16,910
Özü də bu, məsələn, bir gəncin şəriətə zidd bir hərəkət etməsindən tam fərqli bir məsələdir.

102
00:12:16,910 --> 00:12:27,570
Gənclərin əxlaqsızlığa sövq edilməsi təhlükəsizliyi hədəfə alan çirkin bir əməldir. Siz buna mane olmalı, bu kimi halların qarşısını almalısınız.

103
00:12:27,680 --> 00:12:40,600
Gənclərimiz küçələrdə fiziki təcavüzə məruz qalmasalar da,

104
00:12:40,970 --> 00:12:47,510
mənfi təsir nəticəsində məktəblərdən,

105
00:12:47,510 --> 00:12:53,660
universitetlərdən, parklardan, ticarət mərkəzlərindən, küçədəki dostları arasından

106
00:12:53,730 --> 00:13:02,080
gecə yığıncaqlarına, əxlaqsızlığa sürüklənirlərsə,

107
00:13:02,220 --> 00:13:07,950
bu, təhlükəsizliyə zərbədir.

108
00:13:07,950 --> 00:13:14,860
Bunlar asayiş və təhlükəsizliklə bağlı mühüm məsələlərdir.

109
00:13:14,860 --> 00:13:22,480
Yəni əgər bu məsələlər nəzərə alınmazsa, əslində, təhlükəsizlikdən danışmaq mənasızdır.

110
00:13:24,020 --> 00:13:32,510
Bir sözlə, narkotik maddələr, cəmiyyətin əxlaqsızlığa, namussuzluğa sövq etdirilməsi və s. bu kimi işlərlə mübarizə təhlükəsizlik baxımından mühüm məsələlərdir.

111
00:13:32,840 --> 00:13:42,350
Digər bir məsələ isə budur ki, eşitdiyimə görə, var-dövlətdən, lovğalıqdan başı gicəllənən bəzi gənclər

112
00:13:43,510 --> 00:13:51,860
bahalı avtomobillərlə şəhərin yollarında sürət həddini gözləmədən

113
00:13:51,860 --> 00:13:59,530
at oynadır, yollarda asayiş  və təhlükəsizliyi pozurlar. Bu da təhlükəsizliyə, bir növ, təhdidir.

114
00:14:00,930 --> 00:14:08,880
Asayiş və təhlükəsizliyin istənilən formada pozulması hallarına qarşı lazımi fəaliyyət planları hazırlanmalı, ölçü götürülməlidir.

115
00:14:09,330 --> 00:14:13,000
Bunlar təhlükəsizliyin müxtəlif cəhətləridir.

116
00:14:13,310 --> 00:14:16,310
Başqa bir mühüm məsələ

117
00:14:16,480 --> 00:14:21,620
polisin iqtidarı məsələsidir; mən bunu dəfələrlə təkrar etmişəm.

118
00:14:22,040 --> 00:14:29,400
Ölkədə təhlükəsizliyi təmin etmək vəzifəsini daşıyan bu qurum

119
00:14:29,840 --> 00:14:33,880
İslam Respublikası hökumətinin simasıdır.

120
00:14:35,400 --> 00:14:41,440
Yəni İslam Respublikası hökumətinin vəzifələrindən biri də ölkədə asayiş və təhlükəsizliyi təmin etməkdir.

121
00:14:41,440 --> 00:14:46,150
Əxlaqi, ictimai və digər sferalarda təhlükəsizliyi təmin etmək bizim üzərimizə düşən vəzifələrdən biridir;

122
00:14:46,480 --> 00:14:51,240
İslam Respublikasının vəzifələrindəndir. Biz buna biganə qala bilmərik.

123
00:14:51,440 --> 00:15:04,460
Bu təhlükəsizliyin təzahürü, onu cəmiyyətdə qoruyan və təmin edən əsas qüvvə isə polisdir.

124
00:15:05,040 --> 00:15:07,060
Məhz buna görə də bu təşkilat güc və iqtidara malik olmalıdır.

125
00:15:08,020 --> 00:15:14,620
Siz qüdrətli, qətiyyətli olmağı bacarmalısınız.

126
00:15:15,370 --> 00:15:20,480
Lakin burada incə bir məqama diqqət yetirmək lazımdır və o da bundan ibarətdir ki, iqtidar zülm ilə səhv salınmamalıdır.

127
00:15:22,260 --> 00:15:31,770
İqtidarı sərhəd tanımamaq, azğıncasına hərəkət etməklə qarışdırmaq olmaz. .

128
00:15:32,370 --> 00:15:39,280
Bəzi ölkələrdə – məsələn, Amerikada – polis çox qüdrətlidir.

129
00:15:40,480 --> 00:15:46,260
Videogörüntülərdə ictimai məkanlarda, yollarda qanun-qaydanın qorunmasına cavabdeh olan,

130
00:15:46,260 --> 00:15:53,000
amma günahsız bir insanı vurub öldürən hündürboy, enlikürək polisləri görürük.

131
00:15:54,400 --> 00:15:59,130
Bu polislər kimisə, məsələn, onların üstünə silah çəkmək istəməsi adı ilə

132
00:15:59,510 --> 00:16:03,170
on beş-on altı güllə ilə vurub öldürür, atasını yandırırlar.

133
00:16:03,820 --> 00:16:07,460
Bu iqtidar bəyənilən bir iqtidar deyil. Bu, zülm ilə yanaşı olan iqtidardır.

134
00:16:08,770 --> 00:16:16,020
Bu iqtidar təhlükəsizliyi təmin etmir, əksinə, onu təhdid edir.

135
00:16:16,310 --> 00:16:22,970
Bunun özü  qeyri-sabitliyə, asayiş pozuntusuna yol açan bir amildir. Sonra da bu polislərin işi məhkəməyə verilir, məhkəmə də onlara bəraət qazandırır.

136
00:16:22,970 --> 00:16:36,550
Təəssüflər olsun ki, mənəvi dəyərlərə etina etməyən bugünkü dünyada belə hadisələrə çox rast gəlinir.  Təəssüflər olsun ki, mənəvi dəyərlərə etina etməyən bugünkü dünyada belə hadisələrə çox rast gəlinir.

137
00:16:36,640 --> 00:16:42,750
Maraqlısı isə budur ki, prezidenti qaradərili bir insan olan Amerikada

138
00:16:43,240 --> 00:16:48,110
qaradərililərə qarşı belə rəftar edilir.

139
00:16:48,840 --> 00:16:57,950
Kiminsə, hansısa prezidentin quldarlığı ləğv etməsi münasibətilə təqvimdəki günlərdən birini bayram edirlər

140
00:16:57,950 --> 00:17:03,040
– hələ bunun özü də əsaslı şəkildə sual altındadır;

141
00:17:03,570 --> 00:17:07,330
yəni onlar ki deyirlər Amerika prezidenti Abraham Linkoln quldarlığı aradan qaldırıb,

142
00:17:07,330 --> 00:17:12,150
bəzi tarixçilərin dəqiq araşdırmalarına görə, həqiqət heç də belə deyil.

143
00:17:12,150 --> 00:17:16,970
Orada əsas məsələ quldarlığın ləğvi olmayıb. Əsas məsələ Amerikanın şimalı ilə cənubu,

144
00:17:17,460 --> 00:17:23,130
şimal və cənub arasında ardı-arası kəsilmədən sürən uzunillik, köklü müharibələr,

145
00:17:23,130 --> 00:17:30,510
bir tərəfdən fermerlik və əkinçilik, digər tərəfdən isə inkişaf edən sənaye arasındakı qarşıdurma olub. Dava bu dava olub;

146
00:17:31,530 --> 00:17:35,840
ortada həqiqi humanizm, insanlığa hörmət məsələsi olmayıb

147
00:17:35,840 --> 00:17:43,930
– eyni halda qaradərililər zülmə, haqsızlığa,

148
00:17:43,930 --> 00:17:47,600
təhqirlərə məruz qalır, hətta canları da təhlükədədir.

149
00:17:48,080 --> 00:17:55,530
Polisin belə iqtidarı İslamın və bizim istədiyimiz iqtidar deyil.

150
00:17:56,080 --> 00:18:03,570
Biz polisimizin

151
00:18:03,800 --> 00:18:09,480
Hollivud filmlərindəki polislərə bənzəməsini istəmirik. Biz istəyirik ki, bu təşkilat

152
00:18:09,480 --> 00:18:13,480
üzərinə düşən vəzifəni sözün həqiqi mənasında yerinə yetirsin.

153
00:18:13,480 --> 00:18:22,350
Yəni qüdrətli və qətiyyətli, eyni zamanda ədalətli və mərhəmətli olsun.

154
00:18:22,400 --> 00:18:28,710
Bəzi məqamlarda mərhəmət göstərmək lazımdır. Bu, İslamın simasıdır.

155
00:18:28,710 --> 00:18:35,150
Allah-taala bir tərəfdən rəhman və rəhimdir,

156
00:18:36,060 --> 00:18:44,370
digər tərəfdən isə ağrılı əzab verəndir. Bu iki cəhət yanaşı olmalıdır.

157
00:18:45,460 --> 00:18:53,800
Bu iki cəhət cəmiyyətin bütün təbəqələrinin həyatında, o cümlədən,

158
00:18:54,110 --> 00:18:59,800
polislərin davranışında öz əksini tapmalıdır.

159
00:18:59,800 --> 00:19:05,240
Zənnimcə, mühüm məsələlərdən biri də qanunun aliliyidir. Qanunun aliliyi

160
00:19:05,820 --> 00:19:12,750
iki sahədə gözlənilməlidir: biri cəmiyyətlə münasibətdə,

161
00:19:13,060 --> 00:19:20,820
yəni cəmiyyətdə qanunlar pozulduqda siz bunun qarşısını almalısınız,

162
00:19:21,400 --> 00:19:25,570
digəri isə qurumun  daxilində,

163
00:19:25,950 --> 00:19:33,970
yəni hər bir polis əməkdaşı sözün həqiqi mənasında qanuna tabe olmalı,

164
00:19:33,970 --> 00:19:43,910
qanunçuluğa riayət etməlidir. Qurumun daxilində qanuna hər yerdən daha çox riayət olunmalıdır.

165
00:19:43,910 --> 00:19:48,220
Polis əməkdaşlarının sağlam kadrlar olması mühüm bir məsələdir. Sağlam kadrlar!

166
00:19:48,330 --> 00:19:55,770
Mən bu illər ərzində əvvəlki komandirlərə daim tövsiyə etmişəm,

167
00:19:56,080 --> 00:20:02,950
indi də Polis Qüvvələrinin möhtərəm  komandirinə və digər məsul işçilərinə təkidlə tövsiyə edirəm ki,

168
00:20:03,440 --> 00:20:06,750
əməkdaşlarının sağlam kadrlar olması məsələsini əhəmiyyətsiz saymasınlar.

169
00:20:07,840 --> 00:20:12,710
Siz digər güc strukturlarından fərqlənirsiniz.

170
00:20:13,800 --> 00:20:17,440
Siz cəmiyyət arasındasınız, camaat sizinlə təmasdadır.

171
00:20:18,400 --> 00:20:28,020
Allah eləməmiş, yol verdiyiniz hər bir qanun pozuntusunu, iradlı cəhəti, yanlış rəftarı

172
00:20:28,800 --> 00:20:36,550
ya bəyənilməyən əməli camaat daha çox görür.

173
00:20:38,060 --> 00:20:49,570
Demək olar, ölkə miqyasında çox az struktur var ki, sizin qədər camaatla iç-içə, yan-yana olsun.

174
00:20:50,660 --> 00:20:58,350
Elə ona görə də, Allah eləməmiş, yol verilən hər bir səhv,

175
00:20:58,950 --> 00:21:03,970
vəzifədən sui-istifadə halı, tutulan irad,yaranan problem dərhal insanlar arasında yayılır.

176
00:21:04,310 --> 00:21:10,930
O zaman təkcə xidmət etdiyiniz qurumun nüfuzu aradan getmir.

177
00:21:11,370 --> 00:21:17,000
Qeyd etdiyim kimi, bu struktur dini hökumətin, İslam Respublikası quruluşunun

178
00:21:17,110 --> 00:21:22,200
xalqın içindəki nümayəndəsidir. O cür hallar hamının nüfuzuna zərbədir.

179
00:21:22,600 --> 00:21:26,710
Elə bu səbəbdən də əməkdaşlarınızın sağlam kadrlar olmasına böyük əhəmiyyət verin.

180
00:21:26,710 --> 00:21:33,820
Bu məsələyə polis idarələrində, küçələrdə – hər yerdə, mütləq, diqqət yetirilməlidir.

181
00:21:33,950 --> 00:21:42,910
Polis Qüvvələrində təmsil olunan insanların, polis nəfərlərinin sağlam, düzgün fəaliyyətinin təmin olunmasına polis idarələrində, küçələrdə – hər yerdə, mütləq, diqqət yetirilməlidir.

182
00:21:43,480 --> 00:21:52,080
Polis Qüvvələri İslam hökumətini camaatın gözündə, doğrudan da, ucalda bilər.

183
00:21:53,170 --> 00:22:00,550
Yəni fərz edək, beş-on başqa qurum öz vəzifələrini layiqincə yerinə yetirməsə də,

184
00:22:00,550 --> 00:22:05,440
sizin qurumunuz düzgün işləsə,

185
00:22:05,550 --> 00:22:11,680
güclü, qətiyyətli və lazımi cəhətlərə malik olsa,

186
00:22:11,680 --> 00:22:18,240
İslam hökumətini camaatın nəzərində ucalda bilər.

187
00:22:18,660 --> 00:22:22,510
Allah eləməmiş, bunun əksi də ola bilər.

188
00:22:22,510 --> 00:22:30,040
Odur ki qurum daxilində qanunu uca tutan, sağlam fərdlərin təmsil olunmasının ümdə bir məsələ olduğu nəzərə alınmalıdır

189
00:22:30,260 --> 00:22:37,750
və bu, təbii ki, kənarda, polisin fəaliyyətində də öz əksini tapacaq.

190
00:22:37,750 --> 00:22:42,620
Hörmətli komandirin verdiyi raportda qeyd edildi ki,

191
00:22:42,710 --> 00:22:49,600
mənəvi-əxlaqi, dini-ideoloji məsələlərə diqqət yetirilir,

192
00:22:50,000 --> 00:22:53,200
işlər görülür. Bu, çox yaxşıdır.

193
00:22:53,200 --> 00:23:06,060
Müasir dünyada günü-gündən inkişaf edib yenilənən texnika və texnologiyalardan istifadə etmək də

194
00:23:06,130 --> 00:23:11,040
olduqca vacibdir və təşkilatın işlərinin inkişaf amilidir.

195
00:23:11,370 --> 00:23:17,480
Mütəal Allaha təvəkkül edin, işləri Allaha xatir və düzgün şəkildə yerinə yetirin.

196
00:23:18,280 --> 00:23:23,080
İnşallah, Allah-taala da həm sizin işinizə bərəkət verəcək,

197
00:23:23,660 --> 00:23:28,680
həm də sizi İslam hökuməti üçün bərəkət səbəbi edəcəkdir.

198
00:23:29,150 --> 00:23:32,660
Sizin üçün dua edirəm. Allah sizin hamınıza uğurlar nəsib etsin, inşallah.

199
00:23:32,970 --> 00:23:36,570
Allah sizə kömək olsun ki, lazımi işləri həyata keçirə biləsiniz.

200
00:23:36,770 --> 00:23:44,280
Müxtəlif sahələrdə bir çox elə işlər var ki, müştərək səylər nəticəsində ərsəyə gəlməlidir, rəsmilər də həmkarlıq etməlidirlər.

201
00:23:44,350 --> 00:23:47,480
Arzu edirəm ki, inşallah, həmkarlıq sayəsində böyük işlər görə biləsiniz.

202
00:23:48,000 --> 00:23:50,660
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.