﻿1
00:00:08,310 --> 00:00:10,170
Mərhəmətli və Bağışlayan Allahın adı ilə

2
00:00:10,420 --> 00:00:13,880
Allahın salamı olsun Məhəmmədə və onun pak ailəsinə.

3
00:00:22,000 --> 00:00:32,420
Siz əziz cavanları – İran xalqının gözünün nuru olan əziz övladlarını təbrik edirəm.

4
00:00:32,800 --> 00:00:40,940
Həm bu gün İnqilab Keşikçiliyinin müqəddəs sıralarına daxil olan gəncləri,

5
00:00:42,940 --> 00:00:51,310
həm də paqonlarını alaraq bu qürurverici mərhələyə daxil olan zabitləri təbrik edirəm.

6
00:00:54,660 --> 00:01:10,130
Bu meydanda icra edilən yeni, gözəl və dolğun məzmunlu proqramlara görə də təşəkkürümü bildirirəm.

7
00:01:11,020 --> 00:01:25,060
Meydanın düzülüşü və icra olunan proqramlar həm gözəl, həm dolğun məzmunlu, həm də yeni idi, təşəbbüskarlıq hiss olunurdu.

8
00:01:27,730 --> 00:01:47,860
Həyatın bütün sferalarında – elmdə, idarəçilikdə, həyat tərzində, inqilabi dəyərlərin qorunmasında

9
00:01:48,260 --> 00:01:57,420
və bütün digər mühüm məsələlərdə bu bir neçə məqama diqqət yetirmək həm lazımlı və həm də mümkündür.

10
00:01:59,280 --> 00:02:11,550
Bütün işlərdə həm novatorluq və təşəbbüskarlıq,

11
00:02:12,750 --> 00:02:21,600
həm göz oxşayan gözəllik, həm də dolğun məzmunun olması məsələsinə ciddi yanaşılmalıdır.

12
00:02:22,310 --> 00:02:33,730
Həyatın və ölkənin bütün mühüm məsələlərində səthi işlərdən çəkinmək,

13
00:02:34,170 --> 00:02:39,640
dərin, dolğun məzmunlu, qalıcı işlər görmək lazımdır.

14
00:02:42,350 --> 00:02:53,600
Allaha şükür edirik ki, bu pak ağac – yəni İslam İnqilabı Keşikçiləri Korpusu

15
00:02:53,820 --> 00:03:09,370
bu gün imkan və bacarıqları, uğurları, əməli və ideoloji səviyyəsi baxımından məqbul bir inkişaf mərhələsinə çatmışdır.

16
00:03:11,550 --> 00:03:22,400
Əlhəmdulillah, siz günü-gündən inkişaf etmisiniz, zahirən və daxilən mükəmməlləşmisiniz.

17
00:03:23,110 --> 00:03:30,220
Bu hərbi akademiya İslam İnqilabı Keşikçiləri Korpusunun

18
00:03:31,020 --> 00:03:36,350
irəliyə doğru hərəkətinin və inkişafının göstəricilərindən biridir.

19
00:03:38,130 --> 00:03:42,880
Əziz gənclər, mənim əziz övladlarım! Nəzərə alın ki,

20
00:03:44,000 --> 00:03:52,170
sizin akademiyanın arxasında Xürrəmşəhrin azad edilməsi əməliyyatı, “Fəthul-mubin”,

21
00:03:53,110 --> 00:03:59,860
“Fav” və “Beşinci Kərbəla” əməliyyatları durur.

22
00:04:01,200 --> 00:04:12,170
Bu uğurlara və inkişafa zəmin yaradan məhz həmin mücahidə və fədakarlıqlardır,

23
00:04:13,460 --> 00:04:22,620
döyüş meydanlarında sizin qocaman döyüşçüləriniz vasitəsilə işıq saçan parlaq nurlardır.

24
00:04:23,200 --> 00:04:28,800
Hansı ki bu nurlar gözləri qamaşdırdı, ölkəni hərəkətə gətirdi,

25
00:04:29,770 --> 00:04:43,950
İran İslam Respublikasının və bu ölkənin əziz xalqının yaşayışını ali hədəf və amallara uyğunlaşdırdı.

26
00:04:45,110 --> 00:04:55,330
Bu gün böyük İslam İnqilabı hərəkatını sizin əlinizdəki bayraq davam etdirir.

27
00:04:55,910 --> 00:05:10,620
Hansı bayraq? Bəşəriyyətin səadətinə köməkçi və bələdçi olan “yeni İslam diskursu” bayrağı.

28
00:05:11,770 --> 00:05:24,040
Bunu hamı bilsin ki, İslam diskursu bütün insanların və insanlığın çətinliklərini həll etməyə qadirdir.

29
00:05:24,800 --> 00:05:30,800
Bu diskurs bugünkü gənclərin əlindədir.

30
00:05:31,730 --> 00:05:45,330
Bu yeni və cəlbedici diskursu dahi liderimizin rəhbərliyi altında İslam İnqilabı yaradaraq

31
00:05:46,040 --> 00:05:54,130
bu millətə həvalə edib. Bu müdrik, uzaqgörən və qədirbilən xalq da

32
00:05:55,460 --> 00:06:02,660
onu qəbul edib,  fürsəti dəyərləndirib və bu günədək onun keşiyində durub.

33
00:06:03,550 --> 00:06:11,150
İran xalqının fədakarlığı bu gün bu bayrağı ucalda bilib.

34
00:06:12,000 --> 00:06:15,510
Belə ki Müqəddəs Müdafiə bu fədakarlığın ən bariz nümunəsidir.

35
00:06:15,860 --> 00:06:26,170
Bu bayrağın və bu diskursun əks tərəfində  bu gün dünyada mövcud olan cahiliyyət diskursu dayanır.

36
00:06:27,510 --> 00:06:34,040
İslam diskursu ədalətin və insan azadlığının tərəfdarıdır, hegemonluq

37
00:06:35,600 --> 00:06:42,840
və müstəmləkəçilik üçün zəmin yaradan amillərin aradan getməsinin,

38
00:06:44,080 --> 00:06:50,750
imperializm sisteminin bütün dünyada məhv olmasının tərəfdarıdır.

39
00:06:50,930 --> 00:06:57,600
Yəni bu diskurs dünyada iki tərəfin – işğalçı və işğal olunan tərəflərin mövcud olmasını istəmir.

40
00:06:58,570 --> 00:07:04,660
Bu, İslam hökumətinin diskursudur. Bu, sizin əlinizdə olan bayraqdır.

41
00:07:05,420 --> 00:07:16,440
Bunun müqabilində isə dünyanın böyük maaliyyə kompaniyalarına arxalanan

42
00:07:16,570 --> 00:07:24,440
inhisarçı və işğalçı dövlətlərin

43
00:07:24,660 --> 00:07:33,600
zalım, zorakı və xudbin diskursu dayanır. Bunlar hər zaman olmuşdur, bu gün də vardır.

44
00:07:34,750 --> 00:07:45,370
Keçmişdə kim olduqlarını, mahiyyətlərini açıq-aşkar və həyasızcasına dilə gətirib deyirdilər,

45
00:07:46,260 --> 00:07:53,370
bu gün isə insan haqları, zorakılığın əleyhinə çıxmaq

46
00:07:54,040 --> 00:08:02,400
və bu kimi gəlişigözəl adlar altında münafiqlik və riyakarlıqla öz işlərini görməkdədirlər.

47
00:08:03,110 --> 00:08:09,460
Lakin xalqların iti görən gözləri bu iki diskursu

48
00:08:10,080 --> 00:08:17,060
bir-birindən ayırd edə, bu ikisinin bir-birinə zidd olduğunu görə bilir.

49
00:08:18,000 --> 00:08:23,420
Bu iki diskurs arasında əsla barış ola bilməz, onlar bir-birinə əsla yaxınlaşa bilməzlər.

50
00:08:24,220 --> 00:08:32,620
Çünki onlardan biri zülm, məzlum xalqlara qarşı düşmənçilik,

51
00:08:32,800 --> 00:08:39,600
digəri isə məzlumlara himayədarlıq və zalımlarla düşmənçilik dikursudur.

52
00:08:41,060 --> 00:08:45,950
Bunlar necə əl-ələ verib bir araya gələ bilər? Bunlar necə bir-birinə yaxınlaşa bilər?

53
00:08:46,570 --> 00:08:51,060
Bu gün dünya bunu bilir və başa düşür.

54
00:08:51,820 --> 00:08:59,370
Düşmənlərimiz öz təbliğatlarında İran İslam Republikasının təcrid olunmuş bir ölkə olduğunu göstərməyə çalışırlar.

55
00:08:59,910 --> 00:09:02,400
İran İslam Pespublikası təcrid olunmuş bir ölkə deyil.

56
00:09:03,110 --> 00:09:12,040
İran İslam Respublikası yarandığı gündən bu günədək dünya xalqlarının qəlbində özünə yer etmişdir.

57
00:09:12,750 --> 00:09:18,880
Əlbəttə, əks təbliğat, qarayaxma və vicdansızlıq olduğu yerdə

58
00:09:19,280 --> 00:09:26,040
hansısa həqiqətlər gizli qala bilər, amma bu, uzun çəkmir, müvəqqəti olur.

59
00:09:26,800 --> 00:09:36,620
Baxın görün inqilabın əvvəlindən bu günədək İran İslam Respublikasının xarici ölkələrə səfər edən

60
00:09:37,680 --> 00:09:42,930
başçıları, rəsmiləri müxtəlif xalqlarla görüşdükdə

61
00:09:43,950 --> 00:09:50,570
bu xalqlar əməldə və sözdə onlara, ölkəmizə qarşı necə heyranlıq nümayiş etdirmişlər?!

62
00:09:50,930 --> 00:09:56,620
Bu təkcə konkret bir dönəmə aid deyil, inqilabın əvvəlindən indiyədək belə olmuşdur.

63
00:09:57,330 --> 00:10:05,510
İran İslam Respublikasının başçıları, rəsmiləri hansı ölkəyə səfər ediblərsə – istər bu, Şimali və ya Mərkəzi Afrika ölkələri olsun, istər Qərbi Asiya regionunun ölkələri

64
00:10:06,170 --> 00:10:10,080
(hansı ki qərblilər bu regionu Yaxın Şərq adlandırmaqda israrlıdırlar),

65
00:10:10,530 --> 00:10:14,710
Şərqi Asiya regionundakı yarımadada yerləşən ölkələr

66
00:10:15,240 --> 00:10:20,530
və hətta Avropa ölkələri ilə qonşu olan ölkələr

67
00:10:21,020 --> 00:10:27,860
– və görülən səylər nəticəsində onlara həmin ölkənin əhalisi ilə

68
00:10:27,860 --> 00:10:36,710
görüşmək icazəsi verilibsə, oranın əhalisi onlara qarşı öz sevgi və heyranlığını ifadə edib.

69
00:10:36,710 --> 00:10:39,420
Bu gün dünyanın hər yerində belədir.

70
00:10:39,860 --> 00:10:52,260
Bu gün sizin  – İran xalqının adı dünya xalqları, bütün azadlıqsevər insanlar arasında uca və iftixarlı bir addır.

71
00:10:52,620 --> 00:11:00,480
Bəs görəsən dövlətlər arasında bu necədir? Dövlətlər arasında da belədir.  Dövlət rəsmiləri də həmin xalqların nümayəndələridir.

72
00:11:00,880 --> 00:11:07,420
Qəlbi tam olaraq zülmətə qərq olmamış, günü və üzüqara,

73
00:11:07,820 --> 00:11:11,060
şəhvətlərə qərq olmamış,

74
00:11:11,680 --> 00:11:19,860
hegemonların nökərçiliyini cani-dildən qəbul etməmiş rəsmilər

75
00:11:20,220 --> 00:11:29,330
İran xalqının və bu xalqı irəli aparan hökumət quruluşunun əzəmətini etiraf edir, dilə gətirib deyirlər.

76
00:11:30,130 --> 00:11:34,970
Ölkəmizdə təşkil olunan toplantılarda

77
00:11:35,150 --> 00:11:39,950
– İslam Konfransının  iclası olsun və ya Qoşulmayanlar Hərəkatının   sammiti

78
00:11:39,950 --> 00:11:49,820
– dünyanın tanınmış siyasi simaları iştirak etmiş və xoş münasibətlərini bildirmişlər.

79
00:11:50,130 --> 00:11:58,620
Deyirlər ki, İran təcrid olunmuş bir ölkədir. Dünyada o dövlətlər təcrid olunmuşlar ki, yalnız zorakılıqla, pul

80
00:11:58,620 --> 00:12:03,820
və dollar gücünə bəzilərini özlərinə tərəf çəkə bilmişlər;

81
00:12:04,310 --> 00:12:12,000
nə mesajları, nə də əməlləri dünyada heç bir cazibə yaratmır.

82
00:12:12,570 --> 00:12:20,480
Əziz gənclər, İran xalqının əziz övladları! Bu qürurverici bayraq sizin əlinizdədir.

83
00:12:20,660 --> 00:12:27,110
Bu akademiyada və ölkə səviyyəsində gənclərimiz

84
00:12:27,110 --> 00:12:32,800
müxtəlif sahələrdə bu yolla imanla irəliləyir.

85
00:12:33,060 --> 00:12:40,080
Biz İslam dini və İslam hökuməti, inqilabi hərəkat və inqilabi yanaşma,

86
00:12:40,530 --> 00:12:49,510
inqilabi dəyərlər sayəsində əldə etdiyimiz nüfuz və hörməti əldən verməyəcəyik.

87
00:12:50,350 --> 00:12:53,910
Bu gün düşmənlərimiz bizim üçün problem və çətinliklər törətməklə məşğuldur.

88
00:12:54,040 --> 00:12:59,600
İran İslam Respublikasını hər gün bir cür çətinliklə üz-üzə qoyurlar.

89
00:12:59,600 --> 00:13:03,330
Bizim qorxu-hürkümüz yoxdur.

90
00:13:03,330 --> 00:13:09,550
Əgər biz cansız və hərəkətsiz bir bədən olsaydıq, bizim üçün çətinliklər törədilməzdi.

91
00:13:10,310 --> 00:13:16,310
Biz hərəkətdəyik, biz həyatdayıq, biz inkişafda və fəaliyyətdəyik.

92
00:13:16,620 --> 00:13:25,910
Buna görə də bədxahlarımızın çirkin planları ilə üz-üzə qalmağı göz önünə almalıyıq. Biz qüdrət və özünəinamla, Allah-taalaya təvəkkül

93
00:13:26,440 --> 00:13:35,680
və ilahi vədlərə etimad etməklə bu çətinlikləri geridə qoyacağıq.

94
00:13:36,080 --> 00:13:41,280
Bizim düşmənlərimiz vəziyyəti səhv başa düşmüşlər, İran xalqını yaxşı tanımamışlar,

95
00:13:41,340 --> 00:13:46,820
İran İslam Respublikasının rəsmilərini doğru-dürüst tanımamışlar və elə bu səbədən də zorakılıq etmək istəyirlər.

96
00:13:46,820 --> 00:13:54,900
Nüvə danışıqları məsələsində zorakılıq edirlər, haqsız tələblər irəli sürürlər.

97
00:13:55,520 --> 00:14:01,550
Bu onu göstərir ki, onlar bizim xalqı, bizim dövləti hələ də tanımayıblar.

98
00:14:02,400 --> 00:14:07,570
Bizim dövlətimiz də xalqımız kimi onların zorakılığı qarşısında təslim olmayacaq.

99
00:14:08,370 --> 00:14:12,950
Bizim dövlət rəsmilərimiz bu xalqın içindən çıxıb, bu millətin nümayəndələridir.

100
00:14:13,650 --> 00:14:18,920
Onlar da eyni amallarla hərəkət edərək çalışıb-vuruşmuş, işləri irəli aparmışlar.

101
00:14:19,750 --> 00:14:28,400
Bir dövlət, bir xalq, bir dövlətin rəsmiləri bu düşmənin qarşısında nə qədər geri çəkilsə,

102
00:14:28,400 --> 00:14:32,350
onlar bir o qədər irəli gələcəklər.

103
00:14:32,470 --> 00:14:40,850
Onlar hegemondurlar; işğalçılıqdan, müstəmləkəçilikdən, xalqlar üzərində ağalıq etməkdən başqa heç nə ilə qane olan deyillər.

104
00:14:41,220 --> 00:14:43,300
Bacardıqları qədər irəli gələcəklər.

105
00:14:43,800 --> 00:14:52,950
Onların qarşısında əzm, təvəkkül və milli iqtidardan möhkəm bir sədd çəkmək gərəkdir.

106
00:14:53,420 --> 00:14:57,850
İndi də açıq gedən nüvə danışıqlarında təzə sözlər danışırlar;

107
00:14:57,850 --> 00:15:09,620
misal üçün haralarasa baxış keçirmək istəyirlər. Biz xaricilərin hər hansı bir hərbi obyektə hər hansı bir ad altında baxış keçirməsinə icazə verməyəcəyimizi demişik.

108
00:15:10,370 --> 00:15:17,070
Onlar deyirlər ki, “sizin alimlərinizlə söhbət aparmalıyıq”; yəni əslində onları istintaqa çəkmək, dindirmək niyyətindədirlər.

109
00:15:17,470 --> 00:15:21,900
Biz nüvə enerjisi sahəsində və istənilən mühüm,

110
00:15:22,670 --> 00:15:29,220
həssas sahədə fəaliyyət göstərən alimlərimizə qarşı azacıq belə hörmətsizlik edilməsinə əsla yol verməyəcəyik.

111
00:15:29,800 --> 00:15:35,500
Mən xaricilərin gəlib bizim alimlərimizlə,

112
00:15:35,650 --> 00:15:40,850
İran xalqının bu genişmiqyaslı elmi bu səviyyəyə çatdırmış

113
00:15:41,970 --> 00:15:47,450
ləyaqətli, əziz övladları ilə söhbət aparmasına əsla icazə vermərəm.

114
00:15:48,270 --> 00:15:53,000
Dünyada heç bir ağıllı insan, heç bir ağıllı dövlət buna icazə verməz.

115
00:15:54,150 --> 00:15:58,900
Üzlü və həyasız düşmən öz alimlərini gizli saxlayır, adlarını belə açıqlamır,

116
00:16:00,000 --> 00:16:05,750
amma istəyir ki, gəlib bizim alimlərimiz,

117
00:16:06,550 --> 00:16:12,970
professorlarımız və tədqiqatçılarımızla söhbətlər aparsın.

118
00:16:12,970 --> 00:16:19,470
Nə barədə söhbət aparmaq istəyirlər? Bu xalqın öz ölkəsində kimsədən kömək almadan nail olduğu bir elmi inkişaf barəsində.

119
00:16:19,470 --> 00:16:24,120
Buna qəti surətdə icazə verilməyəcək. Qoy bunu həm düşmənlər bilsin,

120
00:16:24,750 --> 00:16:31,320
həm də İran İslam Respublikasının hansı qərara gələcəyini izləyənlər.

121
00:16:32,220 --> 00:16:38,220
Bu meydanda şücaətlə davranan möhtərəm rəsmilərimiz də

122
00:16:39,550 --> 00:16:47,870
bilsinlər ki, bu həyasız düşmənin qarşısına çıxmağın yeganə yolu əzmkarlıq, qətiyyət və geri çəkilməməkdir.

123
00:16:48,870 --> 00:17:01,520
Onlar bu danışıqlarda İran xalqının mesajlarını dünyaya çatdırmalı, İran xalqının əzəmətini göstərməlidirlər, buna müvəffəq olmalıdırlar.

124
00:17:01,670 --> 00:17:11,710
Bizim hər birimiz – hansı postu tutmağımızdan asılı olmayaraq

125
00:17:11,970 --> 00:17:15,000
– İslam İnqilabı sayəsində bir vəzifə məsuliyyəti daşımaq şərəfi qazanmışıq.

126
00:17:15,050 --> 00:17:24,440
Sizdən əvvəlkilər və siz – təhsil alan, qəlbi böyük arzularla döyünən tələbə gənclər

127
00:17:25,710 --> 00:17:34,520
– müxtəlif sahələrdə İslam hökumətinə,

128
00:17:34,890 --> 00:17:41,960
ali hədəf və amallara xidmət etmək şərəfinə nail olmusunuz.

129
00:17:41,960 --> 00:17:48,110
Biz hamımız xidmət etməkdəyik, mən sizin hamınızın xidmətindəyəm.

130
00:17:48,400 --> 00:17:56,350
Düşmənin zorakılığı, həyasızlığı, yersiz tələbləri

131
00:17:57,230 --> 00:18:07,600
və fitnələri qarşısında bütün qüvvəmizlə dayanmaq hər birimizin vəzifəsidir.

132
00:18:07,630 --> 00:18:22,050
Mənə xəbər çatıb ki, düşmənlərimiz Fars körfəzinin bəzi ağılsız rəsmiləri ilə

133
00:18:23,060 --> 00:18:32,680
ilə – hamısı ilə yox, bəziləri ilə – birləşib vasitəli müharibələri İran sərhədlərinə çəkib gətirməyə səy göstərirlər.

134
00:18:33,580 --> 00:18:44,700
İnqilab Keşikçiləri Korpusu, milli təhlükəsizliyin keşiyində dayanan bütün qurumlar ayıq və sayıqdır.

135
00:18:45,360 --> 00:18:53,530
Bunu bilsinlər ki, əgər bir şeytanlıq və hiyləgərlik baş verərsə, İran İslam Respublikasının reaksiyası çox sərt olacaq.

136
00:19:11,860 --> 00:19:17,230
Bu, aydın bir yoldur. Bu, açıq və geniş bir yoldur.

137
00:19:18,260 --> 00:19:25,030
Həmd olsun Allaha ki, İran xalqı qarşısında olan

138
00:19:25,730 --> 00:19:32,300
bu aydın üfüqə doğru tam ümidlə hərəkət etməkdədir.

139
00:19:33,060 --> 00:19:44,300
Əlbəttə, böyük hədəflərə aparan yolu qət etməyin yorğunluğu, çətinlikləri, qurbanları var.

140
00:19:45,160 --> 00:19:51,930
Tarixdə ləyaqəti ilə tanınan insanlar,

141
00:19:52,600 --> 00:19:58,660
ləyaqət medalı alan xalqlar

142
00:19:58,860 --> 00:20:02,460
çətinliklərdən yorulmayan,

143
00:20:03,230 --> 00:20:06,760
çətinliklər qarşısında diz çökməyən,

144
00:20:07,360 --> 00:20:11,660
zorakı düşmənin qarşısından geri çəkilməyənlərdir;

145
00:20:12,160 --> 00:20:19,730
hər cür təcavüzün – dildə və əməldə olan təcavüzkarlığın,

146
00:20:19,860 --> 00:20:27,430
odlu-alovlu və soyuq müharibələrin qarşısında

147
00:20:28,060 --> 00:20:33,200
əzm və iradədən möhkəm sədd çəkənlərdir.

148
00:20:33,200 --> 00:20:41,930
İran xalqı da bu xalqlardandır. Otuz beş ildir ki, İran xalqı bu yolda addımlayır.

149
00:20:42,600 --> 00:20:50,730
Bu gün siz gənclər bu meydanın təzə yetişən meyvələrisiniz.

150
00:20:50,730 --> 00:21:00,800
İnşallah, bu ağır yükü sizlər və ölkənin hər yerində iş görən,

151
00:21:00,800 --> 00:21:07,500
çalışan, təhsil alan gənclər çiyninizə alacaqsınız.

152
00:21:07,580 --> 00:21:15,760
İnşallah, bu əmanəti bizdən, əvvəlki nəsildən də yaxşı irəliyə aparacaq

153
00:21:16,680 --> 00:21:27,000
və ilahi dərgahda əziz şəhidlərimizi şad edəcəksiniz.

154
00:21:27,820 --> 00:21:33,080
İlahi, Məhəmmədə və Ali-Məhəmmədə,

155
00:21:33,080 --> 00:21:43,120
əziz şəhidlərimizin pak ruhlarına və dahi liderimizin pak ruhuna Öz rəhmət və bərəkətini nazil et.

156
00:21:44,040 --> 00:21:56,330
İlahi, Öz rəhmət və bərəkətini bu gənc qəlblərə, bu pakizə insanlara nazil et.

157
00:21:56,930 --> 00:22:02,830
İlahi, bu şəban ayında və qarşıdan gələn ramazan ayında

158
00:22:03,460 --> 00:22:10,930
bu gənclərə günü-gündən Allaha daha da yaxınlaşıb layiqli bəndələrdən olmağı nəsib et.

159
00:22:12,530 --> 00:22:16,100
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.