﻿1
00:00:08,960 --> 00:00:11,500
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:14,300 --> 00:00:17,130
Həmd olsun Allaha – aləmlərin rəbbinə!

3
00:00:22,300 --> 00:00:27,400
Peyğəmbərimiz və mövlamız Əbülqasim Mustafa Muhəmmədə və onun pak ailəsinə salam və salavat göndəririk.

4
00:00:37,860 --> 00:00:43,230
Əziz qardaş və bacılar, hamınız xoş gəlmisiniz.

5
00:00:45,060 --> 00:00:56,930
Qarilər, hafizlər, Quran biliciləri, Quranla sıx ünsiyyətdə olan insanlar

6
00:01:00,600 --> 00:01:08,600
bu müqəddəs kitabın ayələrini oxuduqda, doğrudan da,

7
00:01:11,000 --> 00:01:18,330
ətrafı Quranın rayihəsi bürüyür.

8
00:01:18,460 --> 00:01:29,930
Mən bu gözəl mərasimi araya-ərsəyə gətirmiş təşkilatçılara,

9
00:01:36,030 --> 00:01:40,960
əməyi olan hər kəsə təşəkkürmü bildirirəm.

10
00:01:41,130 --> 00:01:52,430
Möhtərəm qarilərə, bugünkü proqramda çıxış edən insanlara da təşəkkür edirəm.

11
00:01:53,130 --> 00:01:59,000
Ümidvarıq ki, Allah-taala bizi Quran əhli edəcək.

12
00:02:01,060 --> 00:02:10,430
Quranı oxumaq hələ ilk addımdır, müqəddimədir, əsas hədəf deyil;

13
00:02:10,660 --> 00:02:15,030
əsas hədəf Quran əxlaqına uyğunlaşmaq,

14
00:02:15,630 --> 00:02:27,500
bu əxlaqı özündə əks etdirməkdir. Peyğəmbərin (s) xanımları o həzrətin əxlaqı haqda belə nəql etmişlər:

15
00:02:28,060 --> 00:02:30,730
– “Onun əxlaqı Qurana çevrilmişdi”.

16
00:02:33,200 --> 00:02:46,530
Peyğəmbərin (s) əxlaqı başdan-başa Quranı əks etdirirdi. Başqa sözlə, Peyğəmbər (s) Quranın təcəssümü idi.

17
00:02:50,830 --> 00:03:03,400
Bizim də davranışımız, əxlaqımız, şəxsi əxlaqi keyfiyyətlərimiz Qurana uyğunlaşmalıdır;

18
00:03:04,560 --> 00:03:13,860
belə olmalıdır. Tilavət bunun müqəddiməsidir.

19
00:03:16,760 --> 00:03:24,330
Təkcə bu  da deyil; şəxsi əxlaqımızdan əlavə,

20
00:03:26,330 --> 00:03:30,600
cəmiyyətimizi, yaşadığımız mühiti də Qurana uyğunlaşdırmalıyıq.

21
00:03:36,500 --> 00:03:48,730
Cahiliyyətin özünü zorla cəmiyyətimizə, həyatımıza sırımasına imkan verməməliyik; amma təəssüf ki, edib.

22
00:03:49,430 --> 00:04:05,800
Bu gün İslam dünyası cahil dövlətlərin hərtərəfli təzyiqləri içində əzab-əziyyət çəkir.

23
00:04:08,800 --> 00:04:15,160
Bu gün İslam dünyası zəifliyə, yoxsulluğa,

24
00:04:15,930 --> 00:04:23,000
konfliktlərə, vətəndaş müharibələrinə, öz təbii resurslarını

25
00:04:27,060 --> 00:04:38,840
və möhtəşəm daxili potensialını öz əleyhinə istifadə etməyə məhkumdur.

26
00:04:40,080 --> 00:04:43,820
İslam dünyasını buna zorla məcbur ediblər.

27
00:04:48,260 --> 00:04:59,370
Quran bizi bu təzyiq, sıxıntı və məcburiyyətlərdən xilas etmək istəyir; biz də buna yardımçı olmalıyıq.

28
00:05:00,480 --> 00:05:09,910
Quranı öyrənməli, Quranla ünsiyyətdə olmalı, Qurana təslim olmalı,

29
00:05:11,060 --> 00:05:23,600
Quranın hədəflərinə doğru irəliləməkdə əzm və iradə nümayiş etdirməliyik. Bax onda bacararıq.

30
00:05:25,600 --> 00:05:34,350
Bircə addım irəli atsaq, Allah-taala bizə ikiqat artıq güc verəcək.

31
00:05:35,420 --> 00:05:39,910
Bu gün müsəlman xalqları bunu anlamalı, dərk etməlidirlər.

32
00:05:41,110 --> 00:05:48,800
Bir addım atın, nəticəsinə baxın. Biz bunu təcrübədən keçirmişik;

33
00:05:51,600 --> 00:05:57,910
biz İran xalqı bunu sınaqdan çıxarmışıq.

34
00:06:00,040 --> 00:06:08,130
İslamın və Quranın düşmənləri qarşışında təslim olmamışıq,

35
00:06:08,570 --> 00:06:12,130
müqavimət göstərmişik, Allah da bizə güc-qüvvət verib.

36
00:06:16,220 --> 00:06:20,620
Nə qədər çox müqavimət göstərmişiksə, bir o qədər güclənmişik,

37
00:06:23,770 --> 00:06:29,910
bacarıqlarımız artıb, gələcəyə daha da ümidlə baxmışıq.

38
00:06:30,800 --> 00:06:35,280
İslam dünyasının dərdinin əlacı budur.

39
00:06:38,970 --> 00:06:50,840
İslam düşmənlərinin bu ümmət içərisində həmişə və elə bu gün də kəskin şəkildə izlədikləri

40
00:06:50,920 --> 00:07:03,200
əsas planlardan biri konflikt yaratmaqdan ibarətdir; bunun qarşısını almaq lazımdır.

41
00:07:05,530 --> 00:07:13,950
Konfliktə yol açacaq fikirlər səsləndirən hər kəs düşmənin ruporudur –

42
00:07:15,750 --> 00:07:17,660
özü bunun fərqində olsa da, olmasa da.

43
00:07:18,800 --> 00:07:30,910
Ehtiyatlı olaq ki, İslamın və Quranın düşmənlərinin ruporuna çevrilməyək. İnsanları konfliktə, ikitirəliyə çağırmaq lazım deyil.

44
00:07:33,420 --> 00:07:42,480
Düşmən müsəlmanlar arasında sünni-şiə, ərəb və qeyri-ərəb,

45
00:07:42,680 --> 00:07:51,680
ölkələrarası, etnik və milli mənsubiyyət, milli təəssübkeşlik zəminində

46
00:07:53,570 --> 00:08:06,440
konfliktlər qızışdırır. Bütün bunlara qarşı mübarizə aparmaq lazımdır. Əlbəttə ki,

47
00:08:07,000 --> 00:08:11,530
bunları sözdə demək asan, əməli işdə həyata keçirmək isə çətindir.

48
00:08:13,170 --> 00:08:20,310
Amma mümkündür, iş görmək üçün yol açıqdır.

49
00:08:22,420 --> 00:08:28,130
Əsas amil bizim əzm və iradəmizdir; qətiyyətli olub

50
00:08:29,880 --> 00:08:37,220
qərar qəbul etməliyik. Əzmkarlıq və gözüaçıqlıq iki başlıca amildir.

51
00:08:37,710 --> 00:08:42,620
Əvvəla, gözüaçıq olmalı, dost-düşməni tanımalıyıq.

52
00:08:46,220 --> 00:08:59,240
Bu gün müsəlman ölkələri arasında elələri var ki, onların rəsmiləri bu cəhətdən səhvə yol verir,

53
00:09:00,600 --> 00:09:04,420
dostu düşməndən ayırd edə bilmirlər.

54
00:09:06,420 --> 00:09:11,910
Düşməni dost, dostu düşmən zənn edirlər. Bu isə adama zərbə vurur.

55
00:09:12,280 --> 00:09:17,000
Belə bir yanaşma əsasında hərəkət edən ölkə

56
00:09:17,570 --> 00:09:20,860
zərbə alır; gözüaçıq olmaq lazımdır.

57
00:09:21,350 --> 00:09:28,330
De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar açıq-aşkar bir dəlillə insanları Allaha çağırırıq”.

58
00:09:30,620 --> 00:09:42,170
İnsan gözüaçıq olub doğru yolu tanısa,

59
00:09:44,530 --> 00:09:50,060
bundan sonra da əzm və iradə nümayiş etdirsə, tutduğu yolu

60
00:09:50,970 --> 00:09:57,240
daha asanlıqla qət edər. Allaha kömək etmək də elə budur;

61
00:09:58,150 --> 00:10:00,110
“Siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər”.

62
00:10:00,530 --> 00:10:05,350
Bundan da açıq-aydın necə deyilə bilər?

63
00:10:05,950 --> 00:10:10,260
“Siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər”.

64
00:10:12,880 --> 00:10:23,800
Allaha edilən yardım budur: Onun yolunu tanımaq və tapmaq, bu yolla getmək,

65
00:10:25,660 --> 00:10:35,200
düşmənin hiyləgər planlarına, aldadıcı vədlərinə uymamaq, zorakı tələblərinə boyun əyməmək.

66
00:10:36,910 --> 00:10:38,840
Bunu isə bizim üçün Quran təmin edir.

67
00:10:41,310 --> 00:10:48,880
Bizim hər il keçirdiyimiz bu Quran müsabiqəsi, əlhəmdulillah, çox uğurlu olur.

68
00:10:51,110 --> 00:10:59,240
Quran tədricən cəmiyyətimizdə ikinci bir nəfəs qazanıb.

69
00:11:03,020 --> 00:11:07,280
Allaha şükürlər olsun ki, cəmiyyətimizdə Quranla maraqlanan,

70
00:11:10,440 --> 00:11:17,510
özQuranla sıx bağlı olan, ozünü Qurana yaxın, munis bilən insanların sayı günü-gündən artmaqdadır.

71
00:11:19,950 --> 00:11:28,130
Görürsünüz, bu gün biz Quranın əzbərlənməsi, tilavəti üzərində çox dururuq; Görürsünüz, bu gün biz Quranın əzbərlənməsi, tilavəti üzərində çox dururuq;


72 --> 
qoy kimlərsə: “Bunlar əsas deyil”, – deyə irad bildirməsinlər. Biz də bilirik ki, bunlar əsas məsələ deyil, amma bunlar vasitədir.

73
00:11:38,000 --> 00:11:41,060
Bunlar olmadan Qurana yaxınlaşmaq mümkün deyil.

74
00:11:43,730 --> 00:11:53,110
Quran təlimləri ilə tanış olmayan, Qurandakı mənalar haqda dərindən düşünməyən,

75
00:11:53,600 --> 00:12:03,910
Quranla ünsiyyətdə olmayan bir insan Quranın qoyduğu yolla getmək istəyən bir cəmiyyətdə insanlara necə bələdçilik edə bilər?

76
00:12:04,620 --> 00:12:08,040
Bizim ziyalılarımız, gənclərimiz

77
00:12:10,130 --> 00:12:16,620
Quranla tanış olmalı, Quranla ünsiyyəti artırmalıdırlar.

78
00:12:18,220 --> 00:12:23,150
İnsanın düşüncəsi Qurandakı təlimlərlə, Quranın təbliğ etdiyi mənalarla

79
00:12:23,150 --> 00:12:27,060
dolduqdan sonra, “kuzə içindəkindən sızdıracaq”.

80
00:12:29,060 --> 00:12:40,040
Düşüncə Quran bilgiləri ilə zənginləşdikdən sonra bu öz təsirini dildə, əməllərdə, qərarlarda –

81
00:12:41,110 --> 00:12:47,020
mühüm və irimiqyaslı qərarlarda, davranışlarda da göstərəcək.

82
00:12:48,840 --> 00:12:51,640
Bizim izlədiyimiz hədəf bu olmalıdır.

83
00:12:52,930 --> 00:13:05,150
Ölkə rəsmiləri Quranın təbliği ilə bağlı məsələlərə əvvəlki kimi yenə də ciddi yanaşmalı, bunu xırda bir məsələ hesab etməməlidirlər.

84
00:13:06,310 --> 00:13:16,660
Quranın öyrənilməsi, tilavəti yolunu tutmuş, Quranla ünsiyyətdə olmağı sevən siz əziz gənclər də

85
00:13:16,750 --> 00:13:27,730
bu yola ciddi surətdə davam etməlisiniz. Quran bizim gələcəyimizə işıq tutur;

86
00:13:30,800 --> 00:13:40,350
Quran bizə doğru yolu, orta yolu göstərir, bizi səadətə qovuşdurur.

87
00:13:41,820 --> 00:13:49,510
Bəli, dedik ki, bu gün İslam dünyasının bir sıra zəif cəhətləri və çatışmazlıqları var,

88
00:13:49,510 --> 00:13:56,800
amma sevindirici haldır ki, müsəlman toplumları içərisində Quranın və İslamın hədəflərinə doğru irəliləyiş başlayıb.

89
00:13:58,310 --> 00:14:08,710
Region ölkələrində özünü göstərən bu islami oyanış yox olub aradan gedəcək bir şey deyil.

90
00:14:09,200 --> 00:14:18,350
Bu oyanış olacaq, qalacaq və inşallah, öz təsirini göstərəcək.

91
00:14:22,080 --> 00:14:24,310
İslami oyanış bir gerçəklikdir;

92
00:14:24,840 --> 00:14:31,680
inşallah, bu gerçəklik özünü günü-gündən daha da artıq büruzə verəcək.

93
00:14:32,350 --> 00:14:40,040
Əlbəttə ki, din alimlərinin, ziyalıların,  yazarların, tələbələrin,

94
00:14:40,040 --> 00:14:50,130
elm adamlarının,  o cümlədən camaatın diqqət mərkəzində olan siz qarilərin öhdəsinə daha böyük vəzifələr düşür.

95
00:14:50,130 --> 00:14:58,400
Siz insanlarda Quranın sizi müjdələdiyi o yola qarşı

96
00:14:58,400 --> 00:15:02,480
ümid, nikbin ruh yaratmalısınız.

97
00:15:04,130 --> 00:15:11,510
İnşallah, Allah-taala sizə uğurlar nəsib edər və tutduğunuz yolda sizi dəstəkləyər.

98
00:15:11,510 --> 00:15:19,170
İnşallah, müsəlman ölkələri, müsəlman xalqları Qurandan bəhrələnər.

99
00:15:19,170 --> 00:15:29,660
İnşallah, müsəlman dövlətləri, müsəlman ölkələrinə başçılıq edən hakimlər Qurana təkcə sözdə yox,

100
00:15:29,660 --> 00:15:40,020
əməldə də bir az daha artıq yaxınlaşar və inşallah, İslam dünyası Quran sayəsində  xoşbəxt bir gələcək yaşayar.

101
00:15:41,060 --> 00:15:43,770
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.