﻿1
00:00:08,400 --> 00:00:10,400
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:10,750 --> 00:00:17,080
Həmd olsun Allaha – aləmlərin Rəbbinə. Allahın salamı olsun Məhəmmədə və onun pak ailəsinə.

3
00:00:25,920 --> 00:00:29,920
Əziz qardaş və bacılarım, xoş gəlmisiniz.

4
00:00:31,800 --> 00:00:36,360
Hamınızı mübarək şəbaniyyə günləri

5
00:00:38,200 --> 00:00:48,080
və bütövlükdə ibadət, zikr, Allaha diqqət və Yaradanın qarşısında təslimkarlıq ayı olan

6
00:00:48,400 --> 00:00:52,320
bu ay münasibətilə təbrik edirəm.

7
00:00:55,240 --> 00:01:05,440
Şəban, ramazan və rəcəb ayları dəyərli bir fürsətdir;

8
00:01:07,200 --> 00:01:17,920
xüsusilə də biz rəsmilər üçün.

9
00:01:20,600 --> 00:01:38,840
İslam dövlətində müsəlman cəmiyyətinin ruhunu, canını xalqın ibadətkarlığı, imanı və saleh əməlləri təşkil edir.

10
00:01:39,200 --> 00:01:49,040
Bu gözəl qaremizin tilavət etdiyi ayələrdə də deyildiyi kimi ,

11
00:01:53,000 --> 00:02:05,140
işin əsli budur. Allahın mələkləri məhz buna görə bəşər övladına:

12
00:02:05,140 --> 00:02:08,290
نَحنُ اَولِيآؤُکم فِي الحَيوةِ الدُّنيا وَ فِي الأخِرَة

13
00:02:10,880 --> 00:02:17,370
– “Biz dünya həyatında da, axirətdə də sizinlə birlikdəyik” – deyirlər .

14
00:02:18,720 --> 00:02:33,400
İnsanların imanlı, ibadətkar, əməlisaleh olması çox mühümdür,

15
00:02:33,600 --> 00:02:41,270
amma bu xitab rəsmilərə ikiqat artıq ünvanlanır.

16
00:02:42,070 --> 00:02:49,520
Kim daha ağır məsuliyyət daşıyırsa, bu xitab da ona daha sərt, daha ağır, daha güclü şəkildə ünvanlanır.

17
00:02:51,370 --> 00:02:58,700
Biz özümüzdə bu mənəvi halı yaratmalıyıq. Yəni deputatlıq, hökumətdə,

18
00:02:59,720 --> 00:03:04,170
silahlı qüvvələrdə, məhkəmə hakimiyyətində hansısa yüksək vəzifə postu tutmaq

19
00:03:05,350 --> 00:03:12,000
– bu elə bir şeydir ki, ilk öncə bizim çiyinlərimizə

20
00:03:12,720 --> 00:03:19,270
Allah-taala ilə daha möhkəm əlaqə və bağlılıq qurmaq,

21
00:03:23,700 --> 00:03:31,620
daha ixlaslı və yaxşı bəndə olmaq vəzifəsini qoyur. Bunu unutmamalıyıq.

22
00:03:32,870 --> 00:03:35,470
Bəli, bizə bir vəzifə həvalə olunduqda

23
00:03:36,450 --> 00:03:42,870
həmin məsuliyyət sferası bizim vəzifəmizin əsas əhatə dairəsini təşkil edir və biz öhdəmizə düşən işlərlə məşğul olmalıyıq.

24
00:03:44,500 --> 00:03:49,150
Lakin bu işlərdən əvvəl, onlara paralel olaraq və onların son nəticəsi kimi,

25
00:03:50,470 --> 00:03:55,420
öhdəmizə düşən dini vəzifəni yerinə yetirmək bizim üçün mühüm olmalı, bunu nəzərdə tutmalı,

26
00:03:56,850 --> 00:04:02,570
bu vəzifəni yerinə yetirmək üçün nələri etməli olduğumuzu düşünməliyik.

27
00:04:03,000 --> 00:04:14,020
İbadətkarlığımız, ixlasımız, əməllərimiz, saleh əməllərimiz yerli-yerində, qaydasınca olmalıdır.

28
00:04:16,120 --> 00:04:21,550
Bu, rəsmilərin çox diqqətli yanaşmalı olduqları bir vəzifədir.

29
00:04:21,720 --> 00:04:29,420
Bu aylar – şəban ayı, ramazan ayı – böyük bir fürsətdir.

30
00:04:29,950 --> 00:04:37,150
Bu aylarda oxunması tövsiyə olunmuş dualar bizim yolumuzu açır.

31
00:04:38,220 --> 00:04:47,450
Bizlər Allah-taala ilə söhbət etmək, Uca Yaradandan nəsə istəmək, nəsə diləmək istəyəndə

32
00:04:47,450 --> 00:04:51,500
bunu düzgün formada necə etmək lazım olduğunu, doğrudan da, bilmirik.

33
00:04:52,350 --> 00:05:05,790
Bu dualar ən bəlağətli dillə bizə Allah-taaladan nə istəmək, Onunla necə danışmaq lazım olduğunu öyrədir.

34
00:05:06,140 --> 00:05:13,020
Götürək elə mübarək şəbaniyyə minacatını; bu duanın əvvəlindən axırına qədər

35
00:05:14,170 --> 00:05:18,600
bütün fraqmentləri mərifət dəryasıdır.

36
00:05:20,410 --> 00:05:27,360
Bundan əlavə, həm də bizə Allah-taala ilə necə danışmaq, Ondan nə istəmək lazım olduğunu öyrədir.

37
00:05:28,110 --> 00:05:48,400
اِلهي هَب لي قَلبًا يدنيهِ مِنک شَوقُهُ وَ لِسانًا يرفَعُ اِلَيک صِدقُهُ وَ نَظَرًا يقَرِّبُهُ مِنک حَقُّه

38
00:05:49,200 --> 00:05:59,340
Baxın, duanın kiçicik bir fraqmentində üç başlıca açar məqam:

39
00:06:01,560 --> 00:06:08,480
mənə elə bir qəlb əta et ki, şövq onu Sənə yaxınlaşdırsın.

40
00:06:10,960 --> 00:06:13,440
Bu şövqü isə qəlbdə yaratmaq lazımdır.

41
00:06:15,360 --> 00:06:20,000
Bizim maddiyyata qərq olmağımız, günahlara batmağımız,

42
00:06:21,920 --> 00:06:30,640
cürbəcür tamahlara qapılmağımız, hərisliyimiz bu şövqü qəlbdə öldürüb məhv edir.

43
00:06:33,680 --> 00:06:38,840
Quranla ünsiyyətdə olmağımız, etdiyimiz dualar, nafilə namazları qılmağımız,

44
00:06:40,920 --> 00:06:49,480
vacib namazları düzgün yerinə yetirməyimiz isə qəlbdə bu şövqü yaradır və alovlandırır.

45
00:06:51,960 --> 00:06:58,480
Və o zaman bu şövq qəlbi Allaha yaxınlaşdırır.

46
00:07:01,800 --> 00:07:04,720
وَ لِسانًا يرفَعُ اِلَيک صِدقُه

47
00:07:07,520 --> 00:07:19,840
– yalanı sevməyən, həmişə düzünü danışan dil, həqiqəti ifadə edən söz – belə doğru söz Allaha doğru ucalır.

48
00:07:21,400 --> 00:07:27,320
لَيهِ يصعَدُ الکلِمُ الطَّيبُ وَ العَمَلُ الصّلِحُ يرفَعُه

49
00:07:30,640 --> 00:07:35,880
Doğru söz, həqiqəti ifadə edən danışıq, səmimi söz,

50
00:07:37,000 --> 00:07:46,560
maddiyatın, eqoizmin, tamahkarlığın və bu kimi şeylərin zərrə qədər də qarışmadığı söz

51
00:07:46,760 --> 00:07:51,200
– belə söz Allah-taalanın dərgahına ucalır.

52
00:07:53,200 --> 00:07:57,400
وَ نَظَرًا يقَرِّبُهُ مِنک حَقُّه

53
00:07:57,400 --> 00:08:06,480
– həqiqətə əsaslanan, həqiqəti görən, hər bir məsələdə həqiqəti axtaran baxış.

54
00:08:08,160 --> 00:08:18,720
Tərəfkeş, tamahkar, öz mənfəətini güdən, qərəzli baxış yox.

55
00:08:19,560 --> 00:08:30,000
Hər şeydə haqqı meyar götürək, haqqın tərəfdarı olaq, haqqın arxasınca olaq, bu gözlə baxaq.

56
00:08:32,400 --> 00:08:33,800
O zaman qəlb Allaha yaxınlaşır.

57
00:08:34,040 --> 00:08:41,600
Baxın, Allah-taala ilə danışmağın yolunu bizə öyrədir; bizə Allahdan nə istəməli olduğumuz deyir.

58
00:08:42,320 --> 00:08:44,040
Öhdəmizə düşən vəzifə ağırdır.

59
00:08:46,200 --> 00:08:55,000
Əgər bu vəzifələri yerinə yetirmək istəyiriksə, Allah-taala ilə aramızdakı rabitəni möhkəmləndirməyə ehtiyacımız var.

60
00:08:55,640 --> 00:09:03,040
Bu əlaqəni qorumaq və günü-gündən gücləndirmək lazımdır.

61
00:09:03,920 --> 00:09:16,520
Daimi zikr bundan ötrüdür. Namazın hər gün və gündə bir neçə öynə əmr olunması

62
00:09:16,840 --> 00:09:19,560
ona görədir ki, biz qəflətə düçar olmayaq.

63
00:09:21,000 --> 00:09:26,720
Allahın ən böyük nemətlərindən biri də elə namazın bizə vacib edilməsidir.

64
00:09:28,320 --> 00:09:36,840
Namazı bizə vacib etməsəydilər, biz qəflət içində qərq olardıq.

65
00:09:37,640 --> 00:09:42,000
Səhər yuxudan oyandın, Allahı yad et,

66
00:09:42,440 --> 00:09:47,560
günorta vaxtı iş-gücün, gündəlik qayğıların arasında Allahı yada sal,

67
00:09:48,080 --> 00:09:54,120
gecə – çalışıb-vuruşub işlədiyin gün bitdikdə Allahı xatırla.

68
00:09:54,760 --> 00:10:03,560
Şair demişkən:  Hər gecə üzünü xatırlayıb yuxuya gedir,  Hər səhər sənin arzunla oyanıram.

69
00:10:04,160 --> 00:10:10,800
Bu, bizim üçün nəzərdə tutulmuş bir plandır, təlimatdır.

70
00:10:10,920 --> 00:10:18,760
Yerinə yetiririk? Əgər yerinə yetirsək, o zaman arxayın ola bilərik ki:

71
00:10:18,760 --> 00:10:21,560
اَخرِجني مِنَ الدُّنيا سالِما

72
00:10:21,880 --> 00:10:27,080
– dualarımızda var – xatircəm ola bilərik ki, buradan sağ-salamat çıxacağıq.

73
00:10:27,600 --> 00:10:29,880
“Səhifeyi-Səccadiyyə” duasında var:

74
00:10:29,880 --> 00:10:43,440
اللّهمَّ ... اَمِتنا مُهتَدينَ غَيرَ ضالّينَ طائِعينَ غَيرَ مُستَکرِهينَ تائِبينَ غَيرَ عاصينَ وَ لا مُصِرّين

75
00:10:46,200 --> 00:10:52,800
– Bizi elə vəziyyətdə öldür ki, dünyadan hidayət olunmuş halda köçək.

76
00:10:55,520 --> 00:11:03,680
Elə bir vəziyyətdə öldür ki, o biri dünyaya ürəkdən istəyərək, rəğbətlə üz tutaq.

77
00:11:05,280 --> 00:11:08,560
Kafirlərdə, fasiqlərdə belə olmur.

78
00:11:09,840 --> 00:11:14,800
Mələklər gəlib başlarının üstündə durur və zorla əmr edirlər: – “Çıxarın canlarınızı!”

79
00:11:17,360 --> 00:11:24,560
Möminlər isə belə deyil. Möminlər o tərəfdən arxayın olur, ürəkdən istəyərək, rəğbətlə gedirlər.

80
00:11:26,560 --> 00:11:32,600
Bu dünyada məhv olub gedəsi maddi şeylərə göz yumurlar,

81
00:11:33,080 --> 00:11:39,000
amma birdən-birə gözlərini açıb heyrətamiz nemətlər görür və dünyanı unudurlar.

82
00:11:40,640 --> 00:11:43,200
Elə bil ki, gözəl bir səfərə çıxırsınız,

83
00:11:45,200 --> 00:11:55,000
yola düşən anda, məsələn, övladınız və ya qardaşınız sizdən uzaqlaşır, narahat olursunuz.

84
00:11:55,000 --> 00:12:01,570
Amma səfərə gedəndən sonra, o misilsiz mənzərələr, həyatın gözəlliyi, rəngarənglik və sair o narahatlığı sizə tamamilə unutdurur.

85
00:12:04,100 --> 00:12:14,120
O biri dünyada da insan Allahın razılığı ilə, Cənnəti ilə, mükafatı ilə üzləşəndə

86
00:12:14,750 --> 00:12:16,920
نُزُلاً مِن غَفورٍ رَحيم

87
00:12:17,150 --> 00:12:28,000
– bir qədər əvvəl oxunan ayələrdə deyildiyi kimi:

88
00:12:28,040 --> 00:12:32,240
–– bu dünyada olan hər şeyi, sevdiyi, onlardan ötrü özünü öldürdüyü müvəqqəti şeyləri unudur.

89
00:12:34,350 --> 00:12:39,930
İnsan həyatdan bu cür getməlidir. Bu, bizim vəzifəmizdir.

90
00:12:39,930 --> 00:12:45,680
Əlbəttə ki, bu sözlər ilk növbədə bu həqir bəndənin özünə ünvanlanır. Mənim yüküm sizdən ağırdır,

91
00:12:46,030 --> 00:12:51,310
çətinliklərim sizdən çoxdur, amma biz hamımız diqqətli olmalıyıq.

92
00:12:51,370 --> 00:12:56,060
Sizin diqqətinizə çatdırmağı nəzərdə tutduğum birinci məsələ bu idi.

93
00:12:56,410 --> 00:13:04,720
Bəli, sizin üçün bir fürsət olan vəzifə məsuliyyəti müddətinizin 3 ili artıq geridə qalıb.

94
00:13:06,920 --> 00:13:13,370
Bu, mənimlə sizin kollektivinizin son görüşüdür

95
00:13:15,950 --> 00:13:18,320
– dördüncü və son.

96
00:13:18,440 --> 00:13:27,630
Yəni bundan sonra xalqa xidmət etmək üçün sizin əlinizdə bir ildən çox vaxt, bundan artıq fürsət yoxdur.

97
00:13:28,840 --> 00:13:32,680
Ötən 3 il fürsət idi; bu 3 illik fürsət bitdi,

98
00:13:34,060 --> 00:13:39,690
indi hesabat vaxtı başlayır.

99
00:13:40,810 --> 00:13:47,070
İnsana bir iş həvalə olunanda, onu görüb başa çıxandan sonra

100
00:13:47,070 --> 00:13:51,600
hesabat verməlidir ki, nə edib, nə etməyib. Ağır məsuliyyətlər belədir.

101
00:13:53,420 --> 00:14:01,280
Cavabdehlik etmək lazım gəlir; xalq qarşısında yox, onu insan bir təhər aşıra, yaxasını qurtara bilir;

102
00:14:01,610 --> 00:14:11,980
xeyr, uca aləmlərdəki sorğu-sual, o kəslərin apardığı sorğu-sual ki,

103
00:14:12,410 --> 00:14:17,790
–nə göylərdə, nə də yerdə zərrə qədər bir şey onlardan gizli qalmaz.

104
00:14:19,440 --> 00:14:25,360
O kəsin apardığı sorğu-sual ki, nəinki təkcə əməllərimizə, qəlblərimizə də hakimdir,

105
00:14:25,630 --> 00:14:33,660
qəlbimizdəkini də bilir. Bu başlayır; cavabdehlik etməyə hazır olmaq lazımdır;

106
00:14:33,820 --> 00:14:43,500
özümüzü hesabata hazırlamalıyıq; çalışıb səy göstərməliyik.

107
00:14:43,660 --> 00:14:46,490
Düzdür, Allah-taala mərhəmətli və bağışlayandır  – «غَفورٌ رَحيم»

108
00:14:47,610 --> 00:14:58,320
– amma bu rəhmət və bağışlama tənbəl, etinasız, laqeyd insanlardan çox uzaqdır.

109
00:14:59,240 --> 00:15:02,080
O insanlar üçündür ki, zəhmət çəkir, çalışıb-vuruşur.

110
00:15:03,630 --> 00:15:13,310
Şair demişkən:  Çöl-biyabanda gəzmək boş-boşuna oturmaqdan yaxşıdır,  Əlimə bir şey keçməsə də, əlimdən gəldiyi qədər çalışmış olaram.

111
00:15:16,200 --> 00:15:21,580
Bu bir ili qənimət bilin. İrəlidə bu fürsətin hələ bir ili durur.

112
00:15:23,580 --> 00:15:31,840
Bilmirsiniz, bilmirik ki, bu fürsət bir də sizə və mənə nəsib olacaq, ya yox.

113
00:15:33,600 --> 00:15:35,640
Qalan bu bir illik fürsəti

114
00:15:35,770 --> 00:15:39,920
– bizim gümanımıza görə, hələ fürsətimiz var, əcəl isə Allahın əlindədir

115
00:15:41,840 --> 00:15:45,960
– bu vaxtı qənimət bilək, çalışaq, işləyək, zəhmət çəkək.

116
00:15:47,180 --> 00:15:54,350
O meyarlarla, o qaydalarla, Allahın haqlarına riayət etmək,

117
00:15:55,370 --> 00:16:04,280
doğrucul dil, həqiqəti axtaran baxış, şövqlü qəlb meyarları ilə, bu qaydalarla hərəkət edək.

118
00:16:06,800 --> 00:16:12,220
Əlhəmdulillah, bu 3 il ərzində yaxşı işlər həyata keçirilib.

119
00:16:12,720 --> 00:16:18,160
Möhtərəm parlament sədri bugünkü hesabatında

120
00:16:18,160 --> 00:16:22,700
bu haqda məlumat verdi,

121
00:16:22,750 --> 00:16:26,380
bundan əvvəl də mən yazılı hesabatları görmüşdüm.

122
00:16:26,810 --> 00:16:33,630
Bir çox yaxşı işlər həyata keçirilib ki, əgər inşallah, doğru, saleh niyyətlə,

123
00:16:34,330 --> 00:16:39,710
Allaha yaxınlaşmaq niyyəti ilə yerinə yetirilibsə, heç şübhəsiz, Allah dərgahında qəbul olunub.

124
00:16:40,120 --> 00:16:45,610
Ümidvaram ki, inşallah, gördüyünüz işlər, verdiyiniz qərarlar,

125
00:16:45,720 --> 00:16:54,750
xalqın, ölkənin, İslamın və müsəlmanların xeyrinə qəbul etdiyiniz qanun layihələri

126
00:16:56,640 --> 00:17:05,150
qalıcı olacaq, icra olunacaq və cəmiyyətin həyatına öz təsirini göstərəcək;

127
00:17:05,400 --> 00:17:10,810
inşallah, insanlar sizin gördüyünüz işlərin təsirini hiss edəcəklər.

128
00:17:11,520 --> 00:17:13,710
Mən buna ümid edirəm.

129
00:17:14,600 --> 00:17:18,240
Sizə demək istədiklərim əsasən bunlar idi.

130
00:17:18,750 --> 00:17:26,000
Yəni sizə nəsihət verməklə mən, əslində, özümə nəsihət etmiş oldum ki,

131
00:17:26,600 --> 00:17:32,080
bəlkə, inşallah, bu sözlər bizim də qəlbimizə təsir göstərsin

132
00:17:32,080 --> 00:17:37,520
və görməli olduğumuz işləri layiqincə yerinə yetirək. Bir neçə tövsiyə də vermək istəyirəm.

133
00:17:37,720 --> 00:17:43,870
Bu tövsiyələrimdən biri son ildə yoldaşlarımızın

134
00:17:44,170 --> 00:17:47,850
yoldaşlarımızın – xanımların və cənabların davranış tərzi ilə bağlıdır.

135
00:17:48,190 --> 00:17:54,540
Diqqətli olun ki, son ildə irəlidə gözlənən seçki faktoru

136
00:17:56,160 --> 00:18:04,600
sizin builki davranış tərzinizə təsir göstərməsin. Bu, çox əhəmiyyətlidir.

137
00:18:06,880 --> 00:18:13,120
Son ildə qarşıda gözlənilən seçki amili gördüyünüz işlərə, danışdığınız sözlərə, nəyisə təsdiqləməyinizə,

138
00:18:13,840 --> 00:18:24,160
nəyinsə əleyhinə çıxmağınıza, söylədiyiniz nitqlərə təsir göstərməməlidir.

139
00:18:26,320 --> 00:18:29,680
Gəlin fərz edək ki, heç belə bir seçki yoxdur

140
00:18:29,920 --> 00:18:41,840
və bu son ildə meyarımız yenə də haqq olsun. Bu, birincisi.

141
00:18:44,560 --> 00:18:48,720
İkinci tövsiyəm 6-cı inkişaf proqramı ilə bağlıdır.

142
00:18:49,200 --> 00:18:55,640
6-cı inkişaf proqramının siyasətləri artıq son mərhələdədir,

143
00:18:55,640 --> 00:19:13,120
inşallah, tezliklə müxtəlif qurumlara açıqlanacaq. Bu proqrama diqqət və önəm vermək lazımdır.

144
00:19:14,600 --> 00:19:26,920
Adətən vəzifə məsuliyyətinin sonuncu ilində müəyyən etaplarda insanlar hövsələsizlik bəlasına düçar olurlar;

145
00:19:28,680 --> 00:19:32,440
özü də bu, təkcə sizə aid deyil. Hökumət də belədir;

146
00:19:33,600 --> 00:19:38,240
işin axırında onlara da bir hövsələsizlik üz verir.

147
00:19:39,320 --> 00:19:47,040
Diqqətli olun ki, bu bəla 6-cı inkişaf proqramını haqlamasın. 6-cı inkişaf proqramı mühüm bir sənəddir.

148
00:19:49,240 --> 00:19:55,640
Bu sənəddə siz ölkənin gələcək 5 ili üçün qanunları tənzimləyirsiniz.

149
00:19:56,360 --> 00:19:59,840
Həmin dövrdə siz, bəlkə də, parlamentdə təmsil olunacaq, bəlkə də, olunmayacaqsınız,

150
00:20:00,880 --> 00:20:13,400
amma sizin qəbul etdiyiniz qanunlar qalacaq. Hökumət həmin qanunlara tabe olmalıdır, xalq onların  təsirini hiss edəcək.

151
00:20:13,680 --> 00:20:19,760
Bu qanunu – 6-cı inkişaf proqramı haqda qanunu məhz bu yanaşma əsasında tənzimləyin; bütün sferalarda:

152
00:20:20,360 --> 00:20:24,800
iqtisadiyyatda, mədəniyyətdə, əhaliyə xidmətdə,

153
00:20:24,800 --> 00:20:28,760
səhiyyədə,  müdafiə və təhlükəsizlikdə və sairdə.

154
00:20:29,190 --> 00:20:36,300
6-cı inkişaf proqramı haqda qanunu müzakirə edərkən hövsələsizliyə yol verməyin.

155
00:20:36,770 --> 00:20:49,410
Digər bir tövsiyəm əməkdaşlıq məsələsidir; hakimiyyətin digər qolları, xüsusilə də hökumət kabineti ilə əməkdaşlıq.

156
00:20:49,650 --> 00:20:55,500
Hökumətin üzərinə meydanın ortasında idarəçilik etmək, belə desəm, miyandarlıq etmək məsuliyyəti düşür.

157
00:20:56,520 --> 00:21:01,700
Qədim idman növləri haqda məlumatı olanlar mənim nəyi nəzərdə tutduğumu yaxşı anlayacaqlar.

158
00:21:01,950 --> 00:21:09,980
Düzdür, başqaları da idmanla məşğul olur, amma qədim idmanı bilənlərin miyandarlıq, miyandarlar haqda təsəvvürü daha dərindir.

159
00:21:12,090 --> 00:21:20,700
Hökumət öz işini yaxşı, güclü, uğurlu şəkildə həyata keçirsə,

160
00:21:21,260 --> 00:21:26,450
digər strukturların fəaliyyəti də istər-istəməz yaxşı olacaq.

161
00:21:27,100 --> 00:21:34,330
Hökumət belə bir mövqeyə malikdir. Ona görə də hökumətlə əməkdaşlıq, məncə, lazımlı bir şeydir

162
00:21:34,850 --> 00:21:42,500
– hakimiyyətin bütün qolları ilə, ölkənin çoxsaylı və müxtəlif strukturları ilə, özəlliklə də icraedici hakimiyyətlə, dövlətlə əməkdaşlıq.

163
00:21:43,000 --> 00:21:47,120
Bu əməkdaşlıq mənim ilin əvvəlində bütün xalqımıza,

164
00:21:47,220 --> 00:21:53,020
eləcə də siz rəsmilərə əhəmiyyətini çatdırmaq istədiyim söz və könül birliyinin həqiqi təzahürüdür.

165
00:21:55,370 --> 00:22:00,300
Əlbəttə ki, mən eyni şeyi hökumətə də tapşırıram; bu tapşırıq təkcə sizə aid deyil.

166
00:22:01,220 --> 00:22:07,020
Eyni məsləhəti mən möhtərəm ölkə prezidentinə də, nazirlərə də verirəm,

167
00:22:08,070 --> 00:22:11,170
amma siz də əməkdaşlığa hökmən önəm verin.

168
00:22:11,300 --> 00:22:14,800
Əgər belə bir əməkdaşlığın olmasını istəyiriksə,

169
00:22:15,150 --> 00:22:20,270
bunun üçün bir neçə məqama diqqət yetirməliyik ki, onları qeyd edəcəyəm:

170
00:22:22,070 --> 00:22:25,820
birincisi, bu əməkdaşlıq bir-birinə qarşı xoş niyyət üzərində qurulmalıdır.

171
00:22:26,500 --> 00:22:31,470
Əgər bir-birimizə qarşı bəd niyyətdə olsaq, əməkdaşlıq edə bilməyəcəyik.

172
00:22:32,550 --> 00:22:38,700
Öz aralarında əməkdaşlıq etmək qərarına gəlmiş iki nəfərdən biri

173
00:22:39,920 --> 00:22:47,020
əvvəldən qarşı tərəfin ona arxadan zərbə vurmaq istədiyini beyninə yeridərsə, bu əməkdaşlıq baş tutmayacaq.

174
00:22:50,200 --> 00:22:55,070
Bəd niyyət əsasında əməkdaşlıq etmək mümkün deyil; arada xoş niyyət olmalıdır.

175
00:22:57,600 --> 00:23:00,720
Qarşılıqlı əməkdaşlıq xoş niyyətlə müşayiət olunmalıdır.

176
00:23:00,820 --> 00:23:11,050
Tərəf müqabilinə qarşı xoş niyyət, xoş güman olmazsa, əməkdaşlıq mümkün deyil.

177
00:23:11,050 --> 00:23:17,120
Əlbəttə ki, xoşniyyətli olmaq sadəlövhlük demək deyil, asanlıqla aldanmaq demək deyil.

178
00:23:18,720 --> 00:23:24,550
Diqqətli olmalıyıq. İnsan həmişə, hər yerdə, istənilən situasiyada fikrini toplamalı, diqqətli olmalıdır.

179
00:23:27,420 --> 00:23:33,170
Mən heç kəsə sadəlövhlük etməyi tövsiyə etmirəm, yox,

180
00:23:33,550 --> 00:23:36,220
amma əvvəldən bəd niyyətə, pis fikirlərə köklənmək lazım deyil.

181
00:23:37,620 --> 00:23:46,300
Əvvəldən qarşı tərəfi fikrində hansısa xoşagəlməz bir iş tutmaqda

182
00:23:46,970 --> 00:23:51,870
– bizim əleyhimizə kiminləsə sazişə getmək, xəyanət etmək

183
00:23:51,870 --> 00:23:55,600
və ya şəxsi sui-istifadə məqsədi güdməkdə ittiham etməyimiz doğru deyil.

184
00:23:55,950 --> 00:24:01,250
Belə bir yanaşma ilə əməkdaşlıq imkansız olacaq.

185
00:24:01,800 --> 00:24:07,850
Əməkdaşlıq edərkən tərəflərin bir-birinə yanaşması da müvafiq olmalıdır. Əməkdaşlıqla bağlı birinci önəmli məqam budur.

186
00:24:11,550 --> 00:24:18,520
Növbəti məqam odur ki, əməkdaşlıq asılılıq formasında olmamalıdır.

187
00:24:20,170 --> 00:24:23,220
Baxın, bu ikisi arasında incə bir sərhəd var.

188
00:24:23,900 --> 00:24:27,200
Bilirsiniz, mən parlamentdə də təmsil olunmuşam,

189
00:24:27,900 --> 00:24:32,570
deputatlıq da etmişəm və sizin təcrübəniz məndə də var.

190
00:24:35,750 --> 00:24:39,470
Eyni zamanda hökumətdə də təmsil olunmuşam, bu təcrübəyə də malikəm.

191
00:24:40,970 --> 00:24:49,220
Əməkdaşlıq deyiriksə, o demək deyil ki, parlamentarilərlə nazirlər arasında bir növ asılılıq olsun;

192
00:24:50,450 --> 00:24:56,920
məsələn, desinlər: “Burax, buraxım”.   Belə olmamalıdır.

193
00:24:57,270 --> 00:25:08,850
Hər iki tərəf – həm nazirlər, həm də deputatlar qanunla öhdələrinə düşən vəzifələri,

194
00:25:09,820 --> 00:25:13,020
ölkə üçün xeyirli olan şeyləri nəzərdə tutmalı, bu əməkdaşlığa “Allah-taala bizi görür” prizmasından yanaşmalıdırlar.

195
00:25:13,920 --> 00:25:22,820
Əməkdaşlıq məhz bunun əsasında qurulmalıdır. Bu da digər bir məqam. Odur ki əməkdaşlığı asılılıqla səhv salmaq lazım deyil.

196
00:25:25,550 --> 00:25:29,700
Əməkdaşlıqla bağlı növbəti mühüm məqam budur ki,

197
00:25:30,650 --> 00:25:37,600
parlamentdə, xüsusilə də ayrı-ayrı komissiyalarda nazirlərə qarşı təhqirlərə yol verilməməlidir.

198
00:25:37,870 --> 00:25:44,550
Möhtərəm nazirlərdən bəziləri mənə şikayət edirlər ki,

199
00:25:44,550 --> 00:25:51,720
komissiyalarda iştirak edəndə təhqiramiz bir rəftarla qarşılaşırlar.

200
00:25:54,320 --> 00:25:57,450
Əlbəttə, mən bu fikirdəyəm ki, hamı bir-biri ilə qardaşdır;

201
00:25:57,670 --> 00:26:03,900
yəni hökmranlıq edib:

202
00:26:04,520 --> 00:26:11,320
“Biz hökumətin üzvüyük, biz beləyik, hamı bizim qarşımızda baş əyməlidir” – demək olmaz.

203
00:26:11,720 --> 00:26:18,750
Bu, sözsüz belədir, amma qarşılıqlı olaraq “saqqalın mənim əlimdədir”,

204
00:26:20,070 --> 00:26:23,620
“atanı yandıraram” və bu kimi təhqiramiz, alçaldıcı yanaşmalar da sərgilənməməlidir.

205
00:26:24,620 --> 00:26:30,420
Bu da düzgün bir yanaşma deyil. Bir-birinə hörmətlə,

206
00:26:31,850 --> 00:26:37,420
etik qaydalar çərçivəsində yanaşmaq lazımdır. Bütün etaplarda etikanı gözləmək lazımdır.

207
00:26:40,300 --> 00:26:46,470
Bu da bir tövsiyə. Deməli, 3-cü tövsiyə əməkdaşlıq məsələsi idi.

208
00:26:48,270 --> 00:26:52,550
Dördüncü tövsiyəm mühüm bir məsələ olan müqavimət iqtisadiyyatı məsələsidir.

209
00:26:55,720 --> 00:27:01,720
Sevindirici haldır ki, bu məsələdə ölkədə söz birliyi var,

210
00:27:02,200 --> 00:27:09,750
amma bizim problemimiz könül birliyi  ilə bağlıdır. Adam qorxur ki, söz birliyi olar, könül birliyi olmaz.

211
00:27:12,020 --> 00:27:19,770
Şair demişkən:  O qədər hindli və türk var ki, ürəkləri bir vurur,

212
00:27:22,150 --> 00:27:31,350
O qədər türklər də var ki, bir-birinə yad kimidir.

213
00:27:32,500 --> 00:27:37,670
Demək ki, könül birliyinin dili ayrıdır. Könül birliyi dil birliyindən yaxşıdır.

214
00:27:38,000 --> 00:27:43,170
Bəli, müqavimət iqtisadiyyatı məsələsində bu söz birliyi var, amma könül birliyi də olmalıdır;

215
00:27:43,300 --> 00:27:50,000
yəni müqavimət iqtisadiyyatına hər kəs ürəkdən inanmalıdır.

216
00:27:50,650 --> 00:27:58,150
Biz inanmalıyıq ki, ölkədəki problemlərin həllinin açarı müqavimət iqtisadiyyatındadır.

217
00:27:59,300 --> 00:28:05,670
Bu iqtisadiyyatın onurğa sütunu isə daxili istehsalın gücləndirilməsidir. Bu baxımdan sizin həyata keçirdiyiniz iş

218
00:28:05,770 --> 00:28:10,470
– istehsalatla bağlı maneələrin aradan qaldırılması haqda qanun

219
00:28:11,700 --> 00:28:16,170
–mənə verilən məlumatlara, eşitdiyimə görə, çox yaxşı bir işdir, ekspertlər tərəfindən işlənib ortaya qoyulmuş bir layihədir.

220
00:28:17,870 --> 00:28:21,720
Bu işləri həyata keçirmək lazımdır; buna hər kəs inanmalıdır.

221
00:28:21,850 --> 00:28:32,070
Mən qəti surətdə inanıram ki, əgər biz daxildə istehsalı gücləndirə bilsək,

222
00:28:32,370 --> 00:28:38,220
ölkədəki imkan və potensialdan sözün həqiqi mənasında istifadə edə bilsək,

223
00:28:38,920 --> 00:28:44,170
xarici problemlərin həlli asan olacaq; nüvə probleminin həlli asan olacaq.

224
00:28:45,200 --> 00:28:49,770
Nüvə məsələsi də bir düyünə dönüb.

225
00:28:51,300 --> 00:29:00,200
Bu məsələnin həlli yolları var, amma bu həll yolları bizim daxildən güclənməyimizdən asılıdır.

226
00:29:01,000 --> 00:29:05,470
Biz daxildən özümüzü gücləndirsək, o iş asan olacaq.

227
00:29:07,470 --> 00:29:11,170
Özü də nüvə məsələsindən başqa qarşıda bizi hələ silsilə problemlər  gözləyir.

228
00:29:12,350 --> 00:29:18,450
Bizim Qərblə, Amerika ilə, sionizmlə,

229
00:29:19,170 --> 00:29:24,420
dünya iqtisadiyyatının akulaları ilə problemimiz təkcə nüvə məsələsi ilə bitmir;

230
00:29:24,420 --> 00:29:30,020
bu, bizim yeganə problemimiz deyil. Dalınca hələ cürbəcür problemlələr – insan haqları və sair və sair gələcək.

231
00:29:31,520 --> 00:29:37,250
Bütün bu problemlərin həlli asan olacaq. Demirəm ki, hamısı öz-özünə həllini tapacaq,

232
00:29:37,300 --> 00:29:42,750
yox, çalışıb-vuruşmaq lazımdır, amma əgər biz

233
00:29:43,170 --> 00:29:49,870
daxildəki bu məsələni həll edə bilsək, o məsələlərin həlli asan olacaq.

234
00:29:50,850 --> 00:29:57,100
6-cı inkişaf proqramında bu müqavimət iqtisadiyyatı məsələsini hərtərəfli surətdə nəzərə alın;

235
00:29:58,520 --> 00:30:03,270
1395-ci ilin büdcəsi ilə bağlı qanunun müzakirələri zamanı da buna hərtərəfli diqqət  yetirin.

236
00:30:04,370 --> 00:30:08,670
Siyasətlər elan olunub, dövlət strukturları da bir çox işlər həyata keçirib.

237
00:30:09,470 --> 00:30:18,120
Müəyyən işlər görülüb, amma baxın görün bu cədvəlin harasında boşluqlar var.

238
00:30:19,120 --> 00:30:26,950
Misal üçün fərz edək ki,  filan xəstəliyin müalicəsi üçün filan dərman müəyyən olunub,

239
00:30:27,100 --> 00:30:32,820
həmin dərmanın da tərkibində 5 cür maddə var. Əgər bu maddələrdən biri çatmırsa,

240
00:30:32,820 --> 00:30:40,020
qalan dördü olsa da, bu, həmin dərman olmur. Dərmanın tərkibində bu maddələrin hamısı olmalıdır ki,

241
00:30:42,050 --> 00:30:44,900
insan müsbət nəticəni, şəfa tapacağını gözləsin.

242
00:30:45,150 --> 00:30:49,620
Baxın görün bu cədvəlin

243
00:30:50,470 --> 00:30:58,950
– avropasayağı adamlar demişkən, bu pazlın – hansı hissəsi boşdur, doldurmaq lazımdır, onu tapın.

244
00:31:00,200 --> 00:31:10,020
6-cı inkişaf proqramı haqda qanunda, 1395-ci ilin büdcəsində bunu tam olaraq nəzərə alın.

245
00:31:10,400 --> 00:31:16,650
Əlbəttə, mən özüm bilirəm, hökumət kabinetindəki qardaşlarımız da deyirlər ki,

246
00:31:17,320 --> 00:31:22,170
siz daim “filan, filan işlər həyata keçirilməlidir” deyirsiniz, amma resurslarımız çatışmır.

247
00:31:22,620 --> 00:31:26,420
Doğrudur, mən də bilirəm ki, resurs çatışmazlığı var,

248
00:31:27,800 --> 00:31:33,620
resurs çatışmazlığına sanksiyaların da təsiri olub –  buna heç bir şübhə yoxdur

249
00:31:33,800 --> 00:31:37,470
– amma resurslar çatışmırsa, insan nə etməlidir?

250
00:31:38,820 --> 00:31:45,300
İkiəlli başına vurmalıdır? Şivən qoparmalıdır? Yox, çarə tapmalıdır.

251
00:31:45,300 --> 00:31:50,500
Çarə yolu var. Bu yollardan biri qənaətdir, qənaət edin.

252
00:31:51,400 --> 00:31:58,000
Daxili resursların bölgüsündə və təyinatında prioritetlərə riayət edin. Çarə yolu bunlardır.

253
00:31:59,320 --> 00:32:08,620
Biz çıxmaza dirənməmişik. Resursların çatışmazlığı bizim üçün problemdir, amma çözülməz düyün deyil.

254
00:32:09,150 --> 00:32:12,900
Bir problemdir, çətinlikdir, onu aradan qaldırmaq, yoluna qoymaq lazımdır. Bunun yolu da var.

255
00:32:13,720 --> 00:32:20,270
Biz bəzən pulu xərcləməli olmadığımız yerlərə xərcləyirik.

256
00:32:20,620 --> 00:32:25,820
Hazırda elə qurumlar var ki – mən özüm onlarla yaxından tanışam

257
00:32:26,600 --> 00:32:33,970
– büdcələrində bircə manat da artım olmadan

258
00:32:34,070 --> 00:32:38,600
xidmətlərini bir neçə dəfə artıra biliblər.

259
00:32:41,570 --> 00:32:48,000
Düzgün idarəetmə sayəsində, düzgün yanaşma sayəsində, artıq xərcləri azaltmaqla;

260
00:32:49,000 --> 00:32:54,750
əlbəttə ki, bu, hökumətə də, parlamentə də, Silahlı Qüvvələrə də aiddir.

261
00:32:56,050 --> 00:33:01,270
Silahlı Qüvvələrdən başqa strukturlarda da ayrı-ayrı hallarda bunun şahidi olmuşuq,

262
00:33:02,000 --> 00:33:08,170
amma Silahlı Qüvvələrin bir hissəsində də müəyyən yerlərdə  büdcələrində artım olmadan imkanlarının, gördükləri işlərin artdığını görmüşük.

263
00:33:09,300 --> 00:33:10,770
Yəni bunu etmək mümkündür.

264
00:33:12,820 --> 00:33:22,870
Odur ki resurs çatışmazlığı da bizim üçün bəhanə olmamalıdır ki, “İşləmək olmur” – deyək.

265
00:33:23,620 --> 00:33:28,020
Xeyr, xərclər düzgün tənzimlənsə, hər şeyi həll etmək olar.

266
00:33:28,370 --> 00:33:33,750
Bu şeyləri də həll etmək mümkündür. Əlbəttə, yenə də təkrar edirəm ki, maliyyə sahəsindəki bu ciddi tənzimləmə təkcə hökumətə aid deyil.

267
00:33:33,750 --> 00:33:40,370
Parlament də digər strukturlar da bu cürdür. Maliyyə məsələlərində hamı ciddi intizam gözləməlidir.

268
00:33:42,420 --> 00:33:51,520
Qeyd edəcəyim digər məqam İslami Şura Məclisində ortaya qoyulan prinsipial mövqelərlə bağlıdır.

269
00:33:51,900 --> 00:33:55,900
Allaha həmd olsun ki, parlament çox yaxşı prinsipial mövqelər nümayiş etdirir.

270
00:33:56,700 --> 00:34:00,820
Möhtərəm parlament sədri də bu məsələyə toxundu; bu, belədir.

271
00:34:00,820 --> 00:34:09,570
Mən özüm də eşidir, görür, müşahidə edirəm ki, söhbət əsas, prinsipial məsələlərdən,

272
00:34:10,220 --> 00:34:17,200
dövlətin, İslam İnqilabının əsas dayaqlarını təşkil edən şeylərdən gedəndə

273
00:34:18,120 --> 00:34:25,900
parlament çox yaxşı, məqbul, müsbət və bəzən tamamilə mütərəqqi mövqe sərgiləyir.

274
00:34:26,120 --> 00:34:28,650
Bu olmalıdır, bütün parlamentlərdə belə olmalıdır.

275
00:34:29,320 --> 00:34:37,700
İslami Şura Məclisi prinsipial mövqeləri özündə yüksək səviyyədə təcəssüm etdirməlidir.

276
00:34:37,700 --> 00:34:46,520
Meyar isə İmamın fikirləri, İmamın vəsiyyətnaməsi, elə İmamın o iyirmi neçə cildlik bəyanatlarıdır.

277
00:34:46,900 --> 00:34:56,870
Baxaq görək İmamın bəyanatlarında inqilab üçün,  İslam Respublikası quruluşu üçün

278
00:34:57,200 --> 00:35:04,320
hansı davranışlar, hansı tendensiyalar müəyyən olunub.

279
00:35:05,150 --> 00:35:10,270
Bu mövqelər üzərində durmaq lazımdır. Parlament özündə bunları əks etdirməlidir.

280
00:35:12,670 --> 00:35:28,050
Əgər belə olsa, bizi imperializmin ağalığına qərq edəcək uçurumun təhlükəsindən qurtularıq.

281
00:35:30,200 --> 00:35:37,420
Belə bir qorxulu uçuruma yuvarlanmarıq.

282
00:35:38,020 --> 00:35:43,000
Yox əgər belə olmasa, bu sahədə təhlükələr çoxdur.

283
00:35:44,150 --> 00:35:49,600
Sonuncu məqam isə budur ki, nüvə məsələsi ilə bağlı

284
00:35:50,100 --> 00:35:57,170
dövlətimizin mövqeyi ictimaiyyətə açıq-aşkar elan etdiyimiz, dediyimiz şeylərdir.

285
00:35:57,270 --> 00:36:04,500
Əlbəttə, bəzi şeylər var ki, onları açıq-açığına demək olmur, yalnız qapalı iclaslarda deyilir

286
00:36:04,720 --> 00:36:07,670
– belə şeylər var; hər sözü aşkarda demək olmur;

287
00:36:08,400 --> 00:36:10,470
َيسَ کلُّ ما يعلَم يقال

288
00:36:10,720 --> 00:36:13,620
– lakin açıq surətdə deyilənlər,

289
00:36:13,620 --> 00:36:18,070
heç  şübhəsiz, eynilə rəsmilərə də deyilmiş, tapşırılmış şeylərdir.

290
00:36:19,450 --> 00:36:27,000
Həm dildə deyilib, həm də yazılı surətdə təqdim olunub. Dövlətin prinsipial mövqeyi onlardan ibarətdir.

291
00:36:27,900 --> 00:36:33,670
Və biz inanırıq ki, danışıqlarda iştirak edən qardaşlarımız ürəkdən çalışır, doğrudan da, tər tökürlər,

292
00:36:34,620 --> 00:36:41,220
bu işin üstündə çalışırlar. Onlar, inşallah, Allaha ümidlə, Uca Yaradana təvəkkül edərək

293
00:36:41,550 --> 00:36:43,470
həmin prinsiplər üzərində möhkəm durmalı,

294
00:36:45,070 --> 00:36:52,150
ölkənin və dövlətin mənafeyinə uyğun olan, xeyirli olan şeyləri, inşallah, təmin etməlidirlər.

295
00:36:52,320 --> 00:36:57,550
Ümidvaram ki, Allah-taala bu gözəl fürsətdən

296
00:36:58,050 --> 00:37:04,850
Onun razılığını qazanmaq istiqamətində istifadə etməyiniz üçün sizə mənəvi dəstək olacaq, inşallah.

297
00:37:05,100 --> 00:37:07,670
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.