﻿1
00:00:10,020 --> 00:00:12,150
Mərhəmətli və Bağışlayan Allahın adı ilə .

2
00:00:12,710 --> 00:00:24,040
Əziz qardaşlarıma çox təşəkkür edirəm; bu gündən, doğrudan da, faydalandıq.

3
00:00:24,240 --> 00:00:35,860
Çox yaxşı, rəngarəng, fəsahətli, gözəl və dolğun məzmunlu bir məclisdir; əlhəmdulillah.

4
00:00:38,750 --> 00:00:55,110
Şükürlər olsun ki, hər il Quran tilavəti sahəsində

5
00:00:56,440 --> 00:01:01,680
camaatımız, gənclərimiz arasında irəliləyiş olduğunu görürük.

6
00:01:03,880 --> 00:01:05,790
Bu, məni həddən artıq sevindirir. Allaha çox şükür.

7
00:01:06,270 --> 00:01:12,350
Bu gün də bu gözəl tilavətlərin bərəkəti ilə, əlhəmdulillah,

8
00:01:13,660 --> 00:01:19,510
mənalı, dolğun, insanda mənəvi-ilahi halət yaradan bir məclis keçdi.

9
00:01:21,240 --> 00:01:30,260
Xüsusilə də gözəl nitqli aparıcımızın bu gün bu məclisdə oxunan tilavətlərin,

10
00:01:30,260 --> 00:01:37,800
yerinə yetirilən hər bir şeyin savabının bir neçə gün əvvəl

11
00:01:37,800 --> 00:01:43,040
pak ruhlarına hədiyyə olunduğunu qeyd etməsi çox təsirli və diqqətəlayiq idi.

12
00:01:45,660 --> 00:01:55,350
Quranın gözəl səslə, xoşagələn avazla, tilavətin ədəb və qaydalarına uyğun şəkildə oxunması

13
00:01:57,820 --> 00:02:03,570
Qurandakı mənaların qəlblərə nüfuz etməsinin başlanğıcıdır.

14
00:02:05,330 --> 00:02:10,370
Əgər tilavətin bu faydasını bir kənara qoyub

15
00:02:11,680 --> 00:02:20,640
ona yalnız Quranın gözəl səslə oxunuşu, xoşagələn bir avaz kimi yanaşsaq,

16
00:02:22,130 --> 00:02:27,510
sözsüz ki, o, öz yüksək mövqeyini itirər.

17
00:02:30,200 --> 00:02:37,840
Quranın gözəl səslə, ədəb-ərkanla,

18
00:02:38,620 --> 00:02:43,400
xoşagələn avazla oxunmasına

19
00:02:44,860 --> 00:02:52,640
bu qədər təkid olunması onun üçündür ki, Qurandakı mənalar qəlblərə təsir göstərsin,

20
00:02:54,350 --> 00:02:59,970
Quranla ünsiyyətdə olaq, Quranın rəngini, Quranın xasiyyətini götürək, Qurana oxşayaq.

21
00:03:04,770 --> 00:03:14,730
Məqsəd budursa, bunun müəyyən şərtləri, qaydaları, ədəb-ərkanı var.

22
00:03:15,640 --> 00:03:23,330
Birinci qaydası budur ki, Quranı tilavət edən şəxs

23
00:03:23,710 --> 00:03:30,020
onu ürəkdən qəbul edərək, Qurandakı mənalara inanaraq,

24
00:03:32,150 --> 00:03:38,570
dilə gətirib oxuduğu ayələrin mənasına ürəkdən inanaraq oxumalıdır.

25
00:03:41,220 --> 00:03:54,220
Əgər nə oxuduğumuzu, mənaları dərk etməsək, oxuduqlarımız qəlbimizin dərinliyinə qədər təsir göstərməsə,

26
00:03:54,440 --> 00:04:05,200
tilavətimizin başqalarına və elə özümüzə də təsiri zəif olacaq; birinci şərt budur.

27
00:04:08,800 --> 00:04:17,400
Mənim möhtərəm qarelərdən, Quran müəllimlərindən, Quran oxuyanlardan xahişim budur ki,

28
00:04:18,080 --> 00:04:27,930
bu məqama diqqət yetirsinlər. Tilavət etməyə hazırlaşdıqları ayələri

29
00:04:28,770 --> 00:04:34,840
bu məqama diqqət yetirsinlər. Tilavət etməyə hazırlaşdıqları ayələri zehinlərindən bir keçirsinlər,

30
00:04:37,620 --> 00:04:45,020
onlar haqda bir düşünsünlər, bu mənaların dərinliklərinə qəlblərində, inanclarında lazımınca yer etsinlər.

31
00:04:46,260 --> 00:04:54,480
Quranı bu ruhiyyə ilə, bu zəminlə, bu hazırlıqla tilavət etsinlər.

32
00:04:55,240 --> 00:04:59,910
Bu cür tilavət auditoriyanın qanına-canına işləyəcək, qəlbinin dərinliklərinə qədər təsir göstərəcək.

33
00:05:04,420 --> 00:05:08,110
Əlbəttə ki, bu günə qədər siz xeyli inkişaf edib irəli gəlmisiniz.

34
00:05:09,710 --> 00:05:19,570
Mən artıq neçə illərdir ki, ölkədə Quran hərəkatının gedişini, bu sahədə həyata keçirilən fəaliyyətləri izləyirəm.

35
00:05:20,220 --> 00:05:24,660
Bu gün gənclərimiz çox yaxşı irəliləyiş əldə ediblər.

36
00:05:25,000 --> 00:05:29,950
Qarelərimiz, ustadlarımız, həqiqətən də, çox yüksək səviyyədədir.

37
00:05:32,660 --> 00:05:39,350
Lakin cəmiyyətə, insanlara daha artıq təsir göstərilməsini tələb edən hallar hələ də çoxdur.

38
00:05:41,110 --> 00:05:45,080
Mən burada özüm üçün iki-üç qeyd götürmüşəm.

39
00:05:46,060 --> 00:05:55,130
Biri budur ki, siz öz tilavətinizlə Qurandakı mənaları dinləyicilərə aşılamaq istəyirsiniz.

40
00:05:57,910 --> 00:06:05,330
Düzdür, sizi dinləyənlərin əksəriyyəti Quranın dilini, ərəb dilini bilmir,

41
00:06:07,750 --> 00:06:15,000
amma Quranın möcüzəsi odur ki, elə bu halda,

42
00:06:16,000 --> 00:06:30,750
yəni onların dili bilmədikləri təqdirdə belə, əgər bu ayələri ürəklə və lazımi şərtlər çərçivəsində qarşındakına çatdırsan,

43
00:06:31,000 --> 00:06:36,240
həmin mənalar xülasə formasında olsa da zehinlərə köçürüləcək.

44
00:06:41,530 --> 00:06:43,530
Bu, belə; amma bunun, təbii ki, müəyyən şərtləri var.

45
00:06:44,970 --> 00:06:52,860
Mən radiodakı tilavət kanalı vasitəsilə yayımlanan tilavətləri eşidirəm

46
00:06:52,860 --> 00:06:59,480
– qeyd edim ki, bu, tilavət dinləmək üçün gözəl bir imkandır, yaxşı bir fürsətdir

47
00:07:03,220 --> 00:07:10,040
– ustadlarımızın, qarelərimizin oxuduqlarını dinləyirəm.

48
00:07:10,660 --> 00:07:19,860
İnsafla demək lazımdır ki, xoş, ürəyəyatan səs baxımından qarelərimiz çox yaxşıdır.

49
00:07:19,860 --> 00:07:25,170
Bunu xarici qarelər də təsdiqləyiblər və təsdiqləyirlər.

50
00:07:25,370 --> 00:07:32,950
Onların iranlıların səsini təriflədiklərini çox eşitmişik.

51
00:07:33,950 --> 00:07:40,710
Sizlərdən bəzilərinin səsi, doğrudan da, çox xoşagəlimli və ürəyəyatan,

52
00:07:41,820 --> 00:07:50,260
gözəl bir səs necə olmalıdırsa, o cürdür, lakin bununla yanaşı, tilavətin şərtlərinə də riayət etmək lazımdır.

53
00:07:50,680 --> 00:07:57,860
Tilavətin şərtlərindən biri budur ki, oxuduğunuz hər bir Quran ayəsində

54
00:07:59,170 --> 00:08:08,950
adi danışıqda hansı ifadələri, hansı məqamları vurğulayaraq çatdırardınızsa,

55
00:08:08,950 --> 00:08:13,350
tilavətdə də həmin məqamları hökmən vurğulayasınız.

56
00:08:13,620 --> 00:08:26,480
Bənzətmə aparmaq istəsək, farsca şeirlər oxuyan məddahlara baxa bilərik.

57
00:08:28,280 --> 00:08:37,370
Görürsünüz: hər bir ifadəni, məna yükü daşıyan hər bir cümləni,

58
00:08:37,480 --> 00:08:43,000
hər bir sözü, hər bir fraqmenti

59
00:08:43,750 --> 00:08:49,620
öz intonasiyası ilə oxuyurlar ki, həmin məna dinləyicinin zehninə otursun.

60
00:08:49,930 --> 00:08:55,660
Adi danışıqda da belədir. Adi halda söhbət edəndə də

61
00:08:57,020 --> 00:09:06,370
daha qabarıq mənaya malik olduğunu,

62
00:09:06,840 --> 00:09:13,200
əsas məna yükü daşıdığını düşündüyünüz söz və ifadələri xüsusi vurğu ilə söyləyirsiniz.

63
00:09:13,530 --> 00:09:20,510
Quranı da belə oxumaq lazımdır. Mühüm kəlmələri vurğulamaq lazımdır.

64
00:09:21,260 --> 00:09:34,680
Cümlə və fraqmentləri elə oxumaq lazımdır ki, mənası, məzmunu dinləyicinin zehnində qalsın;

65
00:09:35,110 --> 00:09:38,130
gözəl intonasiya ilə, ifadəli şəkildə.

66
00:09:41,910 --> 00:09:49,950
Bəzən hansısa mətləbin dinləyicinin yaddaşına həkk olunması üçün

67
00:09:50,200 --> 00:09:55,040
cümləni yenidən təkrarlamaq lazım olur; bu təkrarı da edin.

68
00:09:57,310 --> 00:10:03,330
Səhv etmirəmsə, bir neçə il əvvəl mən belə məclislərdən birində

69
00:10:03,480 --> 00:10:09,170
Quran oxunarkən cümlələrin dönə-dönə təkrarlanmasını tənqid etmişdim.

70
00:10:09,800 --> 00:10:15,860
İndi demək istədiyim budur ki, müəyyən məqamlarda təkrar lazımlıdır, mütləqdir,

71
00:10:16,950 --> 00:10:23,440
bir dəfə oxumaqla məna öz əksini tapmır və onu təkrarlamaq tələb olunur.

72
00:10:23,510 --> 00:10:30,750
Bəzən bir ayəni 2 dəfə, 3 dəfə təkrar etmək lazım gəlir,

73
00:10:31,680 --> 00:10:34,840
bəzən 2-3 ayəni birlikdə təkrarlamaq tələb olunur.

74
00:10:36,820 --> 00:10:40,660
Mən demək istəmirəm ki, bu məsələdə ifrata varasınız.

75
00:10:40,840 --> 00:10:52,040
Misirli qarelərin bunu ifrat həddə etdiklərini görürük; mənfi təsir doğurur.

76
00:10:52,970 --> 00:10:54,370
Mən ifrat həddi nəzərdə tutmuram.

77
00:10:54,370 --> 00:11:01,880
Bir şeyi 8 dəfə, 10 dəfə təkrar etməyimiz bəyənilən bir şey deyil.

78
00:11:02,150 --> 00:11:06,880
Ola bilsin, ərəblər mahnı oxuyarkən bunu edirlər və normal qəbul olunur,

79
00:11:06,880 --> 00:11:09,910
amma  Quran oxunuşunda bu, arzuolunan bir iş deyil.

80
00:11:12,260 --> 00:11:20,150
Amma mənanı dinləyicinin yaddaşına həkk edəcək, zehninə oturdacaq həddə təkrar lazımlıdır.

81
00:11:21,400 --> 00:11:24,280
Bəzən hiss edirsən ki, qare

82
00:11:24,570 --> 00:11:27,770
ibarələri əlinə bir kitab alıb oxuyurmuş kimi

83
00:11:28,860 --> 00:11:33,620
oxuyub gedir. Bu, yaxşı bir şey deyil, bəyənilmir.

84
00:11:35,930 --> 00:11:43,620
Siz mənaları çatdırmalı, dinləyicinin zehninə köçürməlisiniz.

85
00:11:44,510 --> 00:11:47,370
Bu, bəzən təkrarla, bəzən bir cümləni,

86
00:11:48,200 --> 00:11:54,550
bəzən isə bir sözü vurğulamaqla başa gəlir.

87
00:11:55,640 --> 00:11:57,440
Bütün bunları etmək lazımdır.

88
00:12:01,330 --> 00:12:10,110
Diqqət tələb edən digər bir məqam səsin, avazın normalarına riayət edilməsidir.

89
00:12:11,220 --> 00:12:21,820
Əlbəttə ki, ərəb dilinin, Quranın səs tonu bizim camaatımıza, bizim Quran oxuyanlarımıza yaddır,

90
00:12:22,330 --> 00:12:24,550
onlar üçün doğma olan bir tonallıq deyil.

91
00:12:26,730 --> 00:12:35,060
Görürsünüz ki, bizimkilərdən biri farsca şeir oxuyanda bunu özünə uyğun səs tonu ilə edir.

92
00:12:35,220 --> 00:12:41,530
Həmin şəxs ərəbcə bir şeir oxumaq, yaxud bir cümlə demək istəsə,

93
00:12:42,420 --> 00:12:50,130
ola bilsin ki, münasib səs tonunu seçə bilməz. Çünki bu tonallıqlar bizə yaddır,

94
00:12:50,130 --> 00:12:56,620
tanış, doğma olan səs tonları deyil. Farslara xas səs tonları, ahənglər deyil.

95
00:12:58,570 --> 00:13:06,660
Lakin Qurana xas olan səs tonları, avazlar Quranla, tilavətlə məşğul olanlar arasında

96
00:13:07,020 --> 00:13:14,220
tez-tez təkrarlandığına görə yavaş-yavaş doğmalaşıb, insanlara tanış gəlir. Bu səs tonlarını düzgün ifadə etmək lazımdır.

97
00:13:15,000 --> 00:13:23,510
Bəzən eşidirəm ki, Quran tilavət edən bir şəxsin çox gözəl, ürəyəyatan səsi var,

98
00:13:24,950 --> 00:13:29,000
səsi həm gözəldir, həm güclüdür,

99
00:13:29,840 --> 00:13:36,880
həm uzanması, həm bir tondan digərinə keçidləri əladır, ayələri oxuyur,

100
00:13:36,880 --> 00:13:50,910
amma avazın normalarına riayət etmir. Ayənin səs tonuna, yəni tilavətinizin əsasını təşkil edən

101
00:13:51,200 --> 00:13:55,330
ahəng sisteminə diqqət yetirmək, bu normalara riayət etmək lazımdır.

102
00:13:55,480 --> 00:14:01,460
Siz Quranı adi qaydada oxumursunuz, avazla oxuyursunuz.

103
00:14:01,570 --> 00:14:08,330
Mənim bəzi təkallahlı dinlərdə

104
00:14:09,730 --> 00:14:16,600
və hətta təkallahlı olmayan dinlərdə müşahidə etdiyim qədər, demək olar ki, bütün dinlərdə müqəddəs mətnləri avazla oxuyurlar.

105
00:14:18,680 --> 00:14:21,000
Mən bunun yaxından şahidi olmuşam.

106
00:14:22,550 --> 00:14:29,660
Odur ki Quranı da müəyyən ahənglə oxuyuruqsa, bu ahəng düzgün ifa olunmalıdır,

107
00:14:30,260 --> 00:14:39,620
bu avaz öz normalarına uyğun şəkildə qurulmalıdır. Əgər buna riyaət olunmazsa,

108
00:14:41,260 --> 00:14:45,910
sözsüz ki, o istədiyiniz təsiri göstərməyəcək; bəzən hətta əks təsir göstərəcək.

109
00:14:49,220 --> 00:14:55,400
Bir şeyi də deyim: siz – bu gün bura təşrif gətirmiş insanlar, demək olar ki, hamınız qaresiniz.

110
00:14:56,770 --> 00:15:04,570
Ərəb qarelər – misirlilər və başqaları arasında geniş yayılmış,

111
00:15:05,260 --> 00:15:13,600
oradan da bizim ölkəmizdə əks olunmuş hallardan biri də nəfəsin böyük həcmdə olmasına  əhəmiyyət verməkdir.

112
00:15:13,770 --> 00:15:16,130
Bunun səbəbi mənə aydın deyil.

113
00:15:19,020 --> 00:15:27,420
Nəfəsimizi buraxmaq istədiyimiz üçün Quranın kəlmələrini, bəzən də ayələri bir-birinə bitişdirməyimizə heç bir lüzum yoxdur.

114
00:15:27,420 --> 00:15:34,040
Məncə,  buna qətiyyən ehtiyac yoxdur.

115
00:15:34,110 --> 00:15:42,770
Bəzən ayənin mənasını çatdırmaq üçün onu birnəfəsə oxumaq lazım olur.

116
00:15:43,370 --> 00:15:44,680
Belə məqamlarda qoy olsun, etsinlər;

117
00:15:46,710 --> 00:15:57,200
yoxsa tilavətin gözəlliyinin, təsirliliyinin heç bir vəchlə nəfəsin həcmi ilə bağlılığı yoxdur.

118
00:15:57,330 --> 00:16:03,750
Hazırda bəzi misirli qarelər nəfəslərinin geniş olması ilə tanınırlar,bu, onlar üçün hünər hesab olunur.

119
00:16:04,640 --> 00:16:12,200
Dinləyənlər də onlar nəfəslərini bir az artıq uzadan kimi avamcasına həvəslənib “Allah, Allah!” deyirlər.

120
00:16:12,220 --> 00:16:16,020
Məncə, bunu edən qare də səhvə yol verir, onu alqışlayan dinləyicilər də.

121
00:16:17,710 --> 00:16:23,350
Misirin gözəl, tanınmış qareləri arasında elələri var ki,

122
00:16:24,000 --> 00:16:28,060
nəfəslərinin həcmi kiçik olduğuna baxmayaraq,

123
00:16:28,550 --> 00:16:33,310
oxumaqları da yaxşıdır, auditoriyaya da çox güclü təsir göstərirlər;

124
00:16:34,530 --> 00:16:36,460
o cümlədən Əbdülfəttah Şəşəi.

125
00:16:36,460 --> 00:16:45,840
Özünüz bilirsiniz,  nəfəsi o qədər də geniş deyil, amma ən yaxşı və təsirli tilavətlər bu insandan eşidilir;

126
00:16:47,150 --> 00:16:55,000
Uca Yaradan ona da, bütün digər Quran qarelərinə də Öz rəhmət və bağışlamasını

127
00:16:55,950 --> 00:16:57,950
nəsib etsin, inşallah.

128
00:16:57,950 --> 00:17:04,950
Odur ki mən xahiş edirəm ki, qarelərimiz nəfəs məsələsində özlərini əziyyətə salmasınlar.

129
00:17:06,840 --> 00:17:14,750
Eynilə təkrarlama da; kəlmə və ayələri bir-birinin dalınca dönə-dönə təkrar etməyə heç bir lüzum yoxdur.

130
00:17:15,000 --> 00:17:19,020
Vaxtımız sona çatdığı üçün – deyəsən, azan vermək istəyirlər

131
00:17:19,420 --> 00:17:26,020
– bircə şeyi də qeyd edim: xahiş edirəm, Quran oxuyanları təşviq edib:

132
00:17:26,730 --> 00:17:33,730
“Allah, Allah!” – deyərkən də hədd gözlənilsin; hansı ki bu da ərəblərdən gəlmə bir şeydir.

133
00:17:34,680 --> 00:17:40,350
Bəziləri qare Quran oxumağa başlayan kimi,

134
00:17:41,060 --> 00:17:44,440
onun arxasınca: “Allah” – deyə oxumağa başlayırlar;

135
00:17:45,800 --> 00:17:50,950
elə bil, qayda belədir ki, onun oxusunun ardınca hökmən bu tərəf “Allah” deməlidir!

136
00:17:50,950 --> 00:17:53,800
Buna qətiyyən lüzum yoxdur.

137
00:17:55,710 --> 00:18:01,770
Biri var ki, tilavət sizə güclü təsir göstərir, həddən artıq gözəl və ya təsirli oxunur

138
00:18:01,770 --> 00:18:06,410
və  siz qeyri-ixtiyari olaraq onu alqışlamaq, təşviq etmək istəyirsiniz;

139
00:18:06,460 --> 00:18:13,040
Quranın alqışı da – ərəblər arasında qəbul olunmuş qaydaya görə – “Allah, Allah” deməkdir

140
00:18:13,040 --> 00:18:17,500
(əlbəttə ki, onlarda bu təkcə Qurana aid deyil. Adi bir mahnı da oxunanda “Allah, Allah” deyirlər).

141
00:18:21,230 --> 00:18:26,430
Bunun bir eybi yoxdur, amma qare oxumağa başlayan kimi,

142
00:18:26,760 --> 00:18:33,050
biz də buradan “Allah, Allah” deməyə başlayaq – buna heç bir lüzum yoxdur.

143
00:18:33,820 --> 00:18:41,370
Mən xahiş edirəm, siz özünüz də iştirak etdiyiniz, başçılıq etdiyiniz məclislərdə

144
00:18:41,390 --> 00:18:45,290
insalara tapşırın ki, “Allah, Allah”  deməkdə ifrata yol verməsinlər.

145
00:18:45,760 --> 00:18:49,610
O yerdə ki qare, doğrudan da, çox yaxşı,

146
00:18:49,870 --> 00:18:53,020
gözəl oxuyur, eybi yoxdur, qoy təşviq etsinlər.

147
00:18:53,440 --> 00:18:57,790
Amma başlayan kimi bunu etmək – belə ki

148
00:18:57,840 --> 00:19:01,100
elə “Əuzu billəhi minəş-şeytanir-rəcim” deyəndə insan gözləyir ki, indi “Allahu əkbər” deyəcəklər – bu, düzgün deyil.

149
00:19:02,270 --> 00:19:06,430
Ümidvaram, Allah-taala sizin hamınızı Quranla məhşur edəcək,

150
00:19:07,370 --> 00:19:12,270
dünya və axirətinizi Quranın bərəkəti ilə abad edəcək.

151
00:19:12,320 --> 00:19:14,890
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.