1
00:00:03,620 --> 00:00:06,000
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:06,370 --> 00:00:12,340
والحمدلله رب‌العالمين والصلاة والسلام علي سيّدالخلق اجمعين

3
00:00:12,570 --> 00:00:17,250
محمّد و آله الطاهرين و صحبه المنتجبين

4
00:00:17,400 --> 00:00:21,220
و علي التابعين لهم باحسان الي يوم الدين

5
00:00:23,020 --> 00:00:25,280
Tövhid məqamı, möminlərin təvaf yeri,

6
00:00:26,020 --> 00:00:31,820
mələklərin eniş məkanı olan Kəbeyi-şərifə salam olsun!

7
00:00:32,480 --> 00:00:38,280
Məscidül-hərama, Ərəfata, Məşər və Minaya salam olsun!

8
00:00:38,940 --> 00:00:44,200
Allahdan qorxan itaətkar qəlblərə, Rəbbini zikr edən dillərə,

9
00:00:44,450 --> 00:00:51,220
bəsirətlə açılmış gözlərə, ibrətə yol tapmış düşüncələrə salam olsun!

10
00:00:51,970 --> 00:00:56,570
Və Allahın çağırışına “Ləbbeyk!” demək kimi

11
00:00:56,770 --> 00:01:01,400
mənəvi bir uğura nail olaraq bu bərəkətli süfrənin başında oturan

12
00:01:01,510 --> 00:01:04,770
siz bəxtəvər hacılara salam olsun!

13
00:01:08,850 --> 00:01:15,910
Sizin ilk vəzifəniz bütün dünya müsəlmanlarının tarix boyu daim dilə gətirərək dediyi bu “Ləbbeyk!” haqda dərindən düşünməkdir.

14
00:01:16,680 --> 00:01:23,050
انّ‌الحمد والنعمة لَکَ و  المُلک، لا شَريک لَکَ لبيک

15
00:01:24,400 --> 00:01:28,770
– “Bütün sitayiş və təriflər Ona layiqdir,

16
00:01:29,050 --> 00:01:31,400
bütün nemətlər Ondandır,

17
00:01:31,970 --> 00:01:36,510
hakimiyyət və qüdrət bütünlüklə Ona məxsusdur”.

18
00:01:37,080 --> 00:01:40,510
Bu dərin məna dolu,

19
00:01:40,710 --> 00:01:46,600
vacib dini ayinin ilk addımında hacılara aşılanan yanaşma bu olur,

20
00:01:46,740 --> 00:01:51,850
ziyarətin davamı da buna uyğun olaraq formalaşır,

21
00:01:52,140 --> 00:01:58,080
daha sonra isə bu, qalıcı bir təlim, unudulmaz bir dərs kimi

22
00:01:58,370 --> 00:02:06,370
insanın qarşısına qoyulur və ondan qalan həyatını bu proqram əsasında tənzimləməsi istənilir.

23
00:02:07,850 --> 00:02:11,680
Bu böyük dərsi öyrənərək ona əməl etmək

24
00:02:11,800 --> 00:02:15,250
müsəlmanların həyatına təravət, canlılıq

25
00:02:15,450 --> 00:02:21,170
və dinamiklik bəxş edə, onları – hazırda və bütün dövrlərdə –

26
00:02:21,510 --> 00:02:25,680
düçar olduqları problemlərdən qurtara biləcək

27
00:02:25,820 --> 00:02:30,650
bərəkətli bir çeşmədir.

28
00:02:31,220 --> 00:02:33,910
İbrahimin dünyaya saldığı bu səs, yaratdığı həyəcanla

29
00:02:34,170 --> 00:02:39,140
– əlbəttə ki, əgər qəlbin dərinliklərindən gələr və insanın həyat proqramına çevrilərsə

30
00:02:39,400 --> 00:02:47,170
– nəfs, təkəbbür və şəhvətin, özünü artıq hesab etmək və özünü artıq hesab edənin ağalığına təslim olmağın,

31
00:02:47,370 --> 00:02:52,740
dünya imperializminin, tənbəllik və məsuliyyətsizliyin bütü,

32
00:02:52,910 --> 00:02:56,740
eləcə də insanın dəyərli varlığını xar edən bütün bütlər qırılıb məhv olacaq,

33
00:02:56,940 --> 00:03:04,740
asılılıq, çətinlik və ağrı-acının yerini azadlıq, nüfuz və salamatlıq tutacaq.

34
00:03:06,340 --> 00:03:11,800
Bütün ölkə və xalqlardan həcc ziyarətinə gəlmiş qardaş və bacılar

35
00:03:11,800 --> 00:03:16,280
bu hikmətamiz ilahi kəlam haqda düşünsünlər,

36
00:03:16,510 --> 00:03:20,600
İslam dünyasında, özəlliklə də

37
00:03:20,880 --> 00:03:24,570
Qərbi Asiya və Şimali Afrikadakı problemlərə dərindən nəzər salaraq

38
00:03:24,770 --> 00:03:30,480
şəxsi imkanlarını, eləcə də yaşadıqları mühitin potensialını nəzərə almaqla

39
00:03:30,650 --> 00:03:35,820
öhdələrinə hansı vəzifələrin düşdüyünü müəyyən edib həmin istiqamətdə çalışsınlar.

40
00:03:37,710 --> 00:03:42,000
Bu gün bir yandan Amerikanın regionda izlədiyi,

41
00:03:42,000 --> 00:03:46,340
müharibələrə, qan tökülməsinə, evlərin viran,

42
00:03:46,450 --> 00:03:50,770
/insanların sərgərdan qalmasına, həmçinin yoxsulluğa, geriliyə, konfliktlərə səbəb olan şər dolu siyasətlər,

43
00:03:50,850 --> 00:03:54,970
bir yandan Fələstində qəsbkar davranışlarını

44
00:03:55,110 --> 00:04:02,370
həyasızlıq və xəbisliyin son həddinə çatdırmış İsrail rejiminin cinayətləri,

45
00:04:03,000 --> 00:04:07,510
Məscidül-əqsaya qarşı dəfələrlə hörmətsizlik edilməsi

46
00:04:07,680 --> 00:04:13,050
və digər tərəfdən isə məzlum fələstinlilərin canı və malının ayaqlar altında tapdanması

47
00:04:13,280 --> 00:04:16,710
siz müsəlmanların hamınızın bir nömrəli problemidir.

48
00:04:16,940 --> 00:04:24,170
Siz bu problem haqda düşünməli və onun qarşısında boynunuza hansı dini məsuliyyətin düşdüyünü bilməlisiniz.

49
00:04:24,310 --> 00:04:31,510
Din alimlərinin, tanınmış siyasət və mədəniyyət xadimlərinin öhdəsinə də kifayət qədər ağır məsuliyyət düşür,

50
00:04:31,680 --> 00:04:35,620
lakin təəssüflər olsun ki, əksər hallarda onlar buna əhəmiyyət vermirlər.

51
00:04:36,450 --> 00:04:41,170
Din alimləri məzhəblərarası konfliktləri körükləmək,

52
00:04:41,400 --> 00:04:45,680
siyasətçilər düşmən qarşısında çəkinib onun təsiri altına düşmək,

53
00:04:45,940 --> 00:04:50,510
mədəniyyət xadimləri isə ikinci dərəcəli məsələlərə baş qatmaq əvəzinə,

54
00:04:50,650 --> 00:04:54,220
İslam dünyasının böyük dərdinin nə olduğunu anlasınlar

55
00:04:54,220 --> 00:05:00,340
və ilahi ədalət qarşısında məsuliyyət daşıdıqları missiyanı

56
00:05:00,480 --> 00:05:04,540
qəbul edib layiqincə yerinə yetirsinlər.

57
00:05:05,340 --> 00:05:08,110
Regionda

58
00:05:08,280 --> 00:05:11,710
– İraq, Şam, Yəmən və Bəhreyndə

59
00:05:12,000 --> 00:05:17,710
– İordan çayının qərb sahillərində, Qəzzada, eləcə də Asiya və Afrikanın bəzi digər ölkələrində baş verən

60
00:05:17,910 --> 00:05:20,910
və İslam ümmətinin böyük dərdləri olan  acınacaqlı hadisələrdə

61
00:05:21,200 --> 00:05:25,770
məkrli planlar cızan dünya imperializminin əli olduğunu görmək

62
00:05:25,940 --> 00:05:28,650
və buna bir əlac fikirləşmək lazımdır.

63
00:05:29,280 --> 00:05:33,450
Xalqlar bunu öz dövlətlərindən istəməli,

64
00:05:33,650 --> 00:05:38,680
dövlətlər isə öhdələrinə düşən ağır məsuliyyətə sədaqətli olmalıdırlar.

65
00:05:39,540 --> 00:05:43,620
Həcc ziyarəti və onun əmələ gətirdiyi möhtəşəm toplanış

66
00:05:43,800 --> 00:05:48,480
bu tarixi missiyanın üzə çıxması və qarşılıqlı surətdə həyata keçirilməsi üçün ən yaxşı yerdir.

67
00:05:49,680 --> 00:05:54,170
“Müşriklərə etiraz” mərasimi isə bu çoxcəhətli vacib dini ayinin

68
00:05:54,420 --> 00:05:57,370
ən tutarlı siyasi tədbirlərindən biridir.

69
00:05:57,650 --> 00:06:03,710
Onu dünyanın müxtəlif yerlərindən gəlmiş hacıların hamılıqla iştirakı ilə dəyərləndirmək lazımdır.

70
00:06:07,080 --> 00:06:14,110
Bu il Məscidül-həramda baş vermiş və bir qrup zəvvarın xəsarət alması ilə nəticələnmiş faciəli hadisə hacılara və onların təmsil etdiyi xalqlara üzüntü gətirdi.

71
00:06:14,740 --> 00:06:21,020
Düzdür, bu hadisə zamanı namaz, təvaf və ibadət halında

72
00:06:21,220 --> 00:06:25,850
Haqqın görüşünə tələsərək dünyadan köçmüş insanlar böyük bir səadətə nail olmuş,

73
00:06:26,020 --> 00:06:32,050
ilahi rəhmətlə əhatə olunan təhlükəsiz bir hərəmdə rahatlığa qovuşmuşlar, inşallah

74
00:06:32,200 --> 00:06:36,200
– bu isə onların yaxınları üçün böyük bir təsəllidir

75
00:06:36,510 --> 00:06:45,220
– lakin bu, Allahın evini ziyarətə gələn müsafirlərin təhlükəsizliyinə cavabdeh olan şəxslərin məsuliyyətini heç də azaltmır.

76
00:06:45,710 --> 00:06:51,710
Biz qətiyyətlə bu vəzifə və öhdəçiliyin layiqincə yerinə yetirilməsini  istəyirik.

77
00:06:52,310 --> 00:06:55,420
Allahın əməlisaleh bəndələrinə Onun salamı olsun.

78
00:06:55,680 --> 00:06:57,450
Seyid Əli Xamenei

79
00:06:57,710 --> 00:07:01,510
4 zilhiccə 1436

80
00:07:01,880 --> 00:07:07,220
27 şəhrivər 1394