1
00:00:07,880 --> 00:00:10,260
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:13,300 --> 00:00:18,280
Əziz gənclər, sizi təbrik edirəm.

3
00:00:21,860 --> 00:00:30,480
Sizin İran İslam Respublikası Ordusunun hərbi akademiyalarında aldığınız uğurlu təhsilin mükafatı

4
00:00:32,220 --> 00:00:41,400
İmam Zaman (ə.f) ordusunun zabiti olmaq kimi qürurverici bir məqama nail olmağınızdır.

5
00:00:44,100 --> 00:00:51,800
Eyni zamanda hərbi rütbə paqonlarını alaraq bu yola qədəm qoyan gənclərimizi də

6
00:00:52,980 --> 00:00:55,520
bu münasibətlə təbrik edirəm.

7
00:00:58,120 --> 00:01:08,380
Bu gün Orduda, Keşikçi Korpusda və bütövlükdə silahlı qüvvələrdə xidmət edən gənc zabitlərimizin simaları

8
00:01:11,320 --> 00:01:22,060
İslam Respublikasındakı gənclik əhval-ruhiyyəsindən, ölkəmizin işıqlı gələcəyindən xəbər verir.

9
00:01:28,320 --> 00:01:34,760
Bu günlər Qurban və Qədir-Xum bayramları qeyd olunur,

10
00:01:36,880 --> 00:01:54,570
lakin dövrün, bu günün cahilləri Minada baş verən qanlı olaylarla bayramımızı yasa döndərdilər.

11
00:01:57,510 --> 00:02:13,200
Ümidvarıq ki, Uca Yaradan İran xalqından və digər müsəlman xalqlarından bu fədakarlıqları, bu qurbanları qəbul edəcək

12
00:02:14,930 --> 00:02:22,000
və İslam ümmətinin qarşısındakı üfüqlər, inşallah, günü-gündən daha da aydınlaşacaq.

13
00:02:25,460 --> 00:02:33,860
İİR Ordusunun sıralarında xidmət edən

14
00:02:35,110 --> 00:02:43,020
siz əziz gənclər haqda deyiləsi sözlər çoxdur.

15
00:02:43,280 --> 00:03:00,930
Qısaca olaraq onu deyim ki, hər bir silahlı qüvvə üçün mühüm olan əsas xüsusiyyətlər iman, şücaət və elmdən ibarətdir.

16
00:03:02,310 --> 00:03:13,680
Bu 3 element hər bir silahlı qüvvənin mahiyyətinin formalaşmasında olduqca əhəmiyyətli olan elementlər sırasına daxildir.

17
00:03:16,840 --> 00:03:31,150
Şücaət olmasa, istənilən silahlı qüvvə təhlükə anında öhdəsinə düşən vəzifəni yerinə yetirməz; yəni buna qadir olmaz.

18
00:03:34,260 --> 00:03:46,220
İman olmadıqda isə hərbçilərdə zəif olanı əzib məhv etmək psixologiyası yaranır.

19
00:03:47,460 --> 00:04:01,910
Özünüz də görürsünüz, yeni hərbi texnologiyalar onları istifadəyə verənlərin özləri üçün heç bir təhlükə törətmir;

20
00:04:03,150 --> 00:04:12,400
təyyarəyə minib, gedib heç bir pənah yeri olmayan Yəmən xalqını bombalayır,

21
00:04:15,330 --> 00:04:28,130
bazarları, məscidləri, toy və yas məclislərini, camaatın iş yerlərini raket atəşinə tuturlar;

22
00:04:29,950 --> 00:04:37,330
yəni iman əhval-ruhiyyəsi, iman psixologiyası yoxdursa, Allaha inam yoxdursa,

23
00:04:38,930 --> 00:04:51,950
insan üçün fərqi olmur ki, öz ölüm saçan, qanlar axıdan hərbi texnikasını kimin başına tökür,

24
00:04:52,310 --> 00:04:59,860
onun vasitəsi ilə kimə qarşı döyüşür.

25
00:05:01,550 --> 00:05:10,570
Təhlükəli meydanlarda, o yerdə ki, bir insan kimi varlığını, kimliyini nümayiş etdirmək lazımdır, o yerdə yoxdurlar,

26
00:05:12,530 --> 00:05:22,750
amma məzlumlara, pənahsızlara, silahsız əhaliyə qarşı döyüşməkdə şücaətlidirlər.

27
00:05:24,400 --> 00:05:32,660
O yerdə ki, öz gücünü göstərmək lazımdır, orada yoxdurlar,

28
00:05:33,020 --> 00:05:42,080
amma o yerdə ki qarşı tərəf müdafiəsiz biridir, təyyarələrin, raketlərin

29
00:05:42,350 --> 00:05:46,660
və sair ölüm saçan texnikalarının köməyi ilə şücaətdən, qəhrəmanlıqdan dəm vururlar!

30
00:05:49,730 --> 00:06:03,370
Elə buna görə də biz atom bombası, kimyəvi silah kimi kütləvi qırğın silahlarının hamısının əleyhinəyik;

31
00:06:04,170 --> 00:06:10,260
hansınısa ayırıb-seçmək mümkün deyil.

32
00:06:12,220 --> 00:06:22,350
Çoxları bilir ki, müharibələrdə Əmirəl-möminin (ə) hətta qarşı tərəfin gələcək həyatını nəzərə alaraq

33
00:06:22,710 --> 00:06:29,860
qılıncını yerə endirirmiş də; hesab-kitabla davranırmış.

34
00:06:31,330 --> 00:06:36,040
İman olmayanda, şücaət olmayanda isə o cür olur.

35
00:06:36,750 --> 00:06:49,640
Elm olmasa, Şeytanın silahının qarşısında insanın əlindəki silahlar kəsərdən düşür. Bunlar hamısı lazımdır.

36
00:06:51,060 --> 00:06:57,110
Sizlər gəncsiniz, bizim gözümüzün işığısınız,

37
00:06:57,240 --> 00:07:00,840
gələcək də sizindir, bu ölkə də sizindir,

38
00:07:02,840 --> 00:07:08,710
bu əsas elementləri bacardığınız qədər özünüzdə gücləndirin;

39
00:07:09,770 --> 00:07:17,860
imanınızı, şücaətinizi, tədqiqat işlərində təşəbbüskarlığınızı,

40
00:07:18,310 --> 00:07:27,060
elmi bilikləri mənimsəmək, elmi axtarışlar aparmaq həvəsinizi gücləndirin.

41
00:07:28,400 --> 00:07:31,640
Bu ordu da sizindir;

42
00:07:32,530 --> 00:07:41,110
sabah-birigün bu möhtəşəm gəminin kapitanı siz olacaqsınız; hərəniz bir sferada, bir yerdə.

43
00:07:43,240 --> 00:07:51,730
Akademiyanın çox hörmətli rektoru bu gün meydandakı birləşmələrə komandanlıq etdi, onun etdiyi məruzə, verdiyi məlumatlar da çox gözəl idi.

44
00:07:53,110 --> 00:08:02,000
Mən başqa kanallar vasitəsilə də müəyyən məlumatlar almışdım. Sevindirici haldır ki, Ordunun 6 hərbi akademiyası çox gözəl işlər həyata keçirib,

45
00:08:03,460 --> 00:08:14,880
uğurlu fəaliyyətlərə imza atıb. Bütün bunlar insanı sevindirir, amma əldə edilmiş nailiyyətlərlə əsla kifayətlənmək olmaz.

46
00:08:15,240 --> 00:08:21,950
Axtarışçı bir gözlə – mən sözümü möhtərəm Ordu rəsmilərinə ünvanlayıram

47
00:08:23,060 --> 00:08:30,800
– tükü-tükdən seçən, dəqiq bir nəzərlə nöqsanları, problemləri, çatışmazlıqları tapıb üzə çıxararaq

48
00:08:32,000 --> 00:08:40,130
bu akademiyaları arzulanan, yüksək bir səviyyəyə qaldırın,

49
00:08:40,970 --> 00:08:49,860
onlarda təhsil almaqla özünü gələcək üçün hazırlayan əziz gəncləri

50
00:08:50,570 --> 00:08:59,950
bacardığınız qədər imana, mənəviyyata, elmi biliklərə və ali hisslərə kökləyin.

51
00:09:02,310 --> 00:09:13,240
Bu gün İslam Respublikasının həm aktiv hərbi əməliyyatlar, həm də soyuq müharibə üçün lazım olan texnika və texnologiyalara ehtiyacı var.

52
00:09:15,370 --> 00:09:27,510
Şeytanların hakimiyyəti altında yaşamağa məhkum olmuş, başında

53
00:09:28,660 --> 00:09:37,730
maddiyyatı, şəhvəti, pulu, maddi imkanları əsas bilənlərin durduğu bir dünya

54
00:09:38,530 --> 00:09:46,130
öz Yaradanının, Allahının axtarışında olan insanlar üçün təhlükəli bir aləmdir.Onlar daim hazır, hər cəhətdən təmin və təchiz olunmuş vəziyyətdə olmalıdırlar.

55
00:09:48,530 --> 00:09:57,060
Əgər İran İslam Respublikası və qəhrəman, inqilabçı İran xalqı

56
00:09:57,770 --> 00:10:08,570
dünyanın qəsbkar dövlətlərinin onları özlərində, öz sistemlərində həll etməsinə icazə versəydi,

57
00:10:09,950 --> 00:10:17,770
yəni əgər özünün əsl mahiyyətinə, kimliyinə, əsas qayəsinə əhəmiyyət verməyib,

58
00:10:18,080 --> 00:10:21,860
onu üzə çıxarmaq fikrində olmasaydı, düşmənçiliyə məruz qalmazdı.

59
00:10:25,110 --> 00:10:29,640
Zalımlar, hegemonlar hər kəsin onlara tabe olmasını istəyir.

60
00:10:30,400 --> 00:10:37,060
Kimsə onlara boyun əymək istəmədikdə düşmənçilik başlayır; hazır olmaq lazımdır.

61
00:10:38,970 --> 00:10:42,880
Siz Silahlı Qüvvələrin hazırlığı – istər Ordu olsun

62
00:10:43,370 --> 00:10:48,800
Keşikçi Korpus olsun, Bəsic olsun, istərsə də Silahlı Qüvvələrin digər birləşmələri

63
00:10:49,860 --> 00:10:56,220
– təkcə o demək deyil ki, döyüşdə düşmənə qalib gələsiniz.

64
00:10:57,770 --> 00:11:08,440
Bu hazırlığın digər bir mənası ölkəni düşmənlərin pis niyyətindən toxunulmaz vəziyyətdə qoruyub saxlamaqdır.

65
00:11:08,930 --> 00:11:14,000
Siz hazırlıqlı, hərtərəfli təchiz olunmuş vəziyyətdə,

66
00:11:16,350 --> 00:11:22,310
iman və elmlə silahlanmış, fədakarlığa hazır olsanız,

67
00:11:22,310 --> 00:11:30,800
bədxah düşmən sizə tərəf bir addım belə olsun atmağa cürət etməz.

68
00:11:32,040 --> 00:11:37,280
Doğrudur, təhdid edirlər, dildə nələrsə deyirlər,

69
00:11:38,570 --> 00:11:48,620
amma İran xalqı inqilabın qələbə çaldığı son 40 ilə yaxın dövr ərzində

70
00:11:50,040 --> 00:11:57,240
güclü, qüdrətli olduğunu, öz kimliyi,

71
00:11:57,420 --> 00:12:03,510
mahiyyəti olduğunu, müqavimət göstərə bildiyini nümayiş etdirib;

72
00:12:05,330 --> 00:12:10,260
bunun bir nümünəsi də 8 illik Müqəddəs Müdafiədir.

73
00:12:10,800 --> 00:12:20,480
Əziz gənclər, siz Müqəddəs Müdafiə dövründə baş vermiş hadisələr haqda qocaman hərbçilərdən mütləq öyrənin.

74
00:12:20,970 --> 00:12:28,620
Gedin döyüş məntəqələrini görün, o zaman həyata keçirilmiş döyüş əməliyyatlarının planlarını,

75
00:12:28,970 --> 00:12:36,310
qəhrəmanlıq ruhu ilə dolu, fədakar işləri bir hərbçi gözü ilə diqqətlə nəzərdən keçirin.

76
00:12:37,060 --> 00:12:48,170
Görün nələr olub, nələr baş verib? Müqəddəs Müdafiə dövründə İran xalqı özünə əbədi bir nüfuz qazanıb.

77
00:12:49,330 --> 00:12:54,530
Deməli, Silahlı Qüvvələrin güc-qüdrəti eyni zamanda düşmənləri çəkindirir də.

78
00:12:55,510 --> 00:13:05,680
Bu gün dünyada əlində hər cür elmi nailiyyətləri və təbliğat imkanları olan nəhəng sərmayədarlar, böyük kompaniyalar, Yer üzünü çapıb-talayan,

79
00:13:06,440 --> 00:13:18,970
öz hakimiyyətini bərqərar etməyə çalışan qüvvələr hökmranlıq edir və dünya siyasətini zor gücünə istədiyi kimi yönəldir.

80
00:13:19,950 --> 00:13:24,570
Müqavimət göstərmək istəyən hər bir suveren xalq bunların düşmənçiliyi ilə üzləşir.

81
00:13:25,950 --> 00:13:30,000
Bəzi ölkələr müqavimət göstərir, az sayda olan bəzi ölkələr

82
00:13:31,060 --> 00:13:34,880
duruş gətirir, buna gücləri çatır, bəzilərinin isə duruş gətirməyə taqəti çatmır.

83
00:13:37,640 --> 00:13:43,420
İran İslam dövləti güclü və dözümlü olduğunu, gözüaçıq,

84
00:13:44,800 --> 00:13:50,000
hər şeydən xəbərdar olduğunu, özünə, öz kimliyinə, eləcə də bütün bəşəriyyətə hörmətlə yanaşdığını nümayiş edib.

85
00:13:51,860 --> 00:13:56,530
İmperializmə müqavimət göstərmək elə bəşəriyyətə hörmətlə yanaşmaq deməkdir;

86
00:13:57,420 --> 00:14:01,020
bütün xalqlara və insanlara hörmət qoymaq deməkdir.

87
00:14:04,220 --> 00:14:11,640
Əlbəttə ki, diş qıcayırlar, amma mömin insanların

88
00:14:12,310 --> 00:14:15,600
möhkəm yumruğu onları geri çəkilməyə məcbur edə bilər.

89
00:14:16,710 --> 00:14:20,130
Həmişə belə olub, bundan sonra da elə belə olacaq.

90
00:14:21,860 --> 00:14:26,620
Minada baş vermiş son hadisələrlə bağlı da bir-iki cümlə deyək.

91
00:14:28,040 --> 00:14:33,330
Bu hadisə bizim üçün iki cəhətdən matəm oldu, müsibət oldu:

92
00:14:34,220 --> 00:14:47,770
birincisi, özümüzün məzlumcasına və çoxu susuz halda dünyadan getmiş yüzlərlə əziz zəvvarımızın itkisinə görə;

93
00:14:50,040 --> 00:14:58,350
həcc ziyarətindən dönəcək əzizlərini bağrına basacağını sevinclə gözləyən ailələr

94
00:14:58,750 --> 00:15:05,330
indi onların cənazəsi ilə üzləşməlidir; bu, böyük bir müsibətdir.

95
00:15:06,040 --> 00:15:13,150
Ölənlərimizin sayı hələ də dəqiq məlum deyil, bir neçə yüz nəfərə də çata bilər.

96
00:15:14,930 --> 00:15:23,150
Bu hadisənin xalqımızı sözün həqiqi mənasında yasa boğmasının birinci səbəbi budur.

97
00:15:23,460 --> 00:15:25,680
İkincisi isə bütövlükdə İslam dünyasına görə;

98
00:15:27,370 --> 00:15:33,680
bizə çatan məlumata görə, bu hadisədə

99
00:15:35,240 --> 00:15:38,000
İslam dünyasının müxtəlif ölkələrindən 5 mindən artıq insan dünyasını dəyişib.

100
00:15:38,000 --> 00:15:41,420
Həcc təhlükəsizliyin məkanıdır:

101
00:15:41,640 --> 00:15:45,640
وَ اِذ جَعَلنَا البَيتَ مَثابَةً لِلنّاسِ وَ اَمنا

102
00:15:46,220 --> 00:15:58,130
Quran deyir: “Biz Kəbə evini müsəlman ümmətinin üz tutacağı, bir yerə toplaşacağı təhlükəsiz bir yer etdik”;

103
00:15:58,530 --> 00:16:04,400
təhlükəsiz olmalıdır. Bəs hanı təhlükəsizlik?

104
00:16:05,510 --> 00:16:16,840
Belə təhlükəsizlik olar ki, həcc ayinlərini yerinə yetirdikləri yerdə insanların canına zülm ilə əl uzadıla?

105
00:16:18,440 --> 00:16:23,330
Araşdırma aparılmalıdır; mən bu hadisə ilə bağlı vaxtından əvvəl mühakimə yürütmək istəmirəm,

106
00:16:23,860 --> 00:16:33,860
lakin İslam dünyasından, o cümlədən elə bizim öz ölkəmizdən, mütləq, kimlərsə ora getməli, vəziyyətlə yaxından tanış olmalı,

107
00:16:34,040 --> 00:16:40,220
araşdırma aparmalı, hadisənin hansı səbəbdən baş verdiyi müəyyən olunmalıdır; buna söz yox.

108
00:16:40,400 --> 00:16:48,350
Söhbət bir qrup yaralı insan qarşısında hər bir dövlətin, hər bir xalqın,

109
00:16:48,620 --> 00:16:57,370
hər bir həkimin, hər bir tibb işçisinin, qəlbi olan hər bir sağlam mənəviyyatlı insanın öhdəsinə düşən vəzifələrdən gedir;

110
00:16:57,730 --> 00:17:11,330
bu vəzifələri yerinə yetirməyiblər. Xəstəxanada, soyuducu kameralarda, səhrada xəstələrin qeydinə qalmayıblar,

111
00:17:11,600 --> 00:17:17,510
biçarə, susuz insanların qeydinə qalan olmayıb.

112
00:17:20,130 --> 00:17:26,710
Hələ bu gün də onların pak nəşinin ölkələrinə qaytarılmasında problemlər var.

113
00:17:28,750 --> 00:17:34,570
Rəsmilərimiz bu məsələnin üzərində işləyir, səy göstərir, əllərindən gələni edirlər.

114
00:17:34,840 --> 00:17:38,000
Bu işlər, bu səylər davam etdirilməlidir,

115
00:17:39,200 --> 00:17:47,860
intəhası Ərəbistan dövlətinin rəsmiləri öhdələrinə düşən məsuliyyəti yerinə yetirmir,

116
00:17:48,130 --> 00:17:54,350
, bəzi hallarda hətta əksinə – vəzifələri olanın tam tərsini edir, çətinliklər yaradırlar.

117
00:17:57,020 --> 00:18:09,460
Əgər bizim ölkəmiz və xalqımız  onun vətəndaşları üçün qəsdən çətinlik yaradan ünsürlərə

118
00:18:10,000 --> 00:18:18,800
təpki vermək istəsə, onların vəziyyəti yaxşı olmayacaq. İndiyə qədər biz təmkinlə davranmışıq,

119
00:18:19,860 --> 00:18:23,110
bir çox olaylarda özümüzü saxlamışıq.

120
00:18:24,440 --> 00:18:33,730
İran İslam dövlətinin əli çoxlarından uzun, imkan və bacarığımız çoxlarından artıqdır.

121
00:18:35,200 --> 00:18:42,310
Onlar bilirlər ki, İran İslam Respublikası ilə heç bir arenada qarşı-qarşıya gəlib mübarizə apara bilməzlər.

122
00:18:43,730 --> 00:18:52,970
Biz İslam əxlaqına riayət etmişik, müsəlman qardaşlığının hörmətini gözləmişik.

123
00:18:53,150 --> 00:18:54,930
Biz hər an təpki göstərə bilərik

124
00:18:55,420 --> 00:19:02,440
və əgər bunu etmək lazım olsa, reaksiyamız ağır da olacaq, sərt də.

125
00:19:03,110 --> 00:19:10,880
İran xalqını sınayıb görüblər; 8 illik savaş dövründə

126
00:19:11,950 --> 00:19:23,730
bütün bunlar – bu sağda-solda olanlar – eləcə də bütün şərq və qərb dövlətləri murdar və korrupsioner bir ünsürü himayə etdilər,

127
00:19:23,910 --> 00:19:27,730
dəstəklədilər, hamısı da payını aldı.

128
00:19:28,130 --> 00:19:36,530
O ünsür özü də payını aldı, ardınca onu dəstəkləyənlərin hamısı da.

129
00:19:36,710 --> 00:19:40,170
İranı tanıyıblar; yox əgər tanımayıblarsa da, indi tanısınlar.

130
00:19:42,660 --> 00:19:51,770
Bu gün bizim onminlərlə əzizimiz hələ Məkkə və Mədinədədir, həcc ayinlərini yerinə yetirirlər.

131
00:19:52,930 --> 00:19:57,060
Onlara qarşı yol veriləcək azacıq hörmətsizliyə dərhal reaksiya veriləcək;

132
00:19:59,020 --> 00:20:07,200
həcc ziyarəti zamanı həlak olmuş əziz vətəndaşlarımızın pak cəsədlərinə münasibətdə yol verilən səhlənkarlığa

133
00:20:07,200 --> 00:20:12,530
təpki veriləcək.

134
00:20:14,350 --> 00:20:19,060
Diqqətli olsunlar və öhdələrinə düşən vəzifələri yerinə yetirsinlər. Əlbəttə ki, bununla da iş bitmir, məsələnin kökünü araşdırmaq lazımdır.

135
00:20:20,440 --> 00:20:27,820
İslam Respublikası zalım deyil, amma zülmə razılaşan da deyil.

136
00:20:28,970 --> 00:20:33,280
Biz heç kəsə zülm etmərik, amma heç kəsin də zülmünü qəbul etmərik.

137
00:20:36,310 --> 00:20:45,240
Biz insanların – istər müsəlmanlar olsun, istərsə də qeyri-müsəlmanlar – haqqını tanıyırıq.

138
00:20:45,240 --> 00:20:49,460
İnsanların haqqını tanıyırıq və o haqqa əl uzatmarıq,

139
00:20:50,750 --> 00:21:00,310
amma əgər kimsə İran xalqının və İslam Respublikasının haqqına əl uzadarsa,

140
00:21:00,440 --> 00:21:04,130
onunla necə rəftar edəcəyimizi bilirik; sərt mövqe seçəcəyik.

141
00:21:05,510 --> 00:21:11,330
Əlhəmdulillah, buna imkanımız da var; İran xalqı qüdrətli bir xalqdır,

142
00:21:11,330 --> 00:21:18,840
İslam Respublikası özünü təsdiq etmiş, sarsılmaz bir qüvvədir və biz özümüzü müdafiə etmək iqtidarındayıq.

143
00:21:20,040 --> 00:21:27,600
Əziz gənclər, bilin ki, öz şərəfini,

144
00:21:29,640 --> 00:21:37,110
böyüklüyünü, müsəlman-iranlı kimliyini

145
00:21:37,600 --> 00:21:43,600
ifadə etmək meydanı şücaət, fədakarlıq,

146
00:21:44,970 --> 00:21:50,080
elm, dərin iman tələb edən bir meydandır. Özünüzü buna hazırlayın.

147
00:21:50,880 --> 00:21:53,280
Bu sözüm bütün gənclərə ünvanlanır,

148
00:21:53,950 --> 00:22:02,480
amma silahlı qüvvələrin sıralarında xidmət edən siz əzizlərimə müəyyən cəhətdən daha çox aiddir.

149
00:22:03,460 --> 00:22:07,600
Özünüzü hazırlamalısınız.

150
00:22:08,260 --> 00:22:11,600
Bayaq oxuduğunuz şeirdə də deyildiyi kimi,

151
00:22:11,600 --> 00:22:18,480
sözün həqiqi mənasında  " حِصن " –  sığınacaq olmalısınız;

152
00:22:19,510 --> 00:22:25,680
o şeirdə qeyd etdiniz ki, silahlı qüvvələr sığınacaqdır, ölkənin və xalqın sığındığı səddir.

153
00:22:25,860 --> 00:22:29,640
Ölkə və xalq üçün sözün əsl mənasında onları qoruyacaq bir sədd olun.

154
00:22:30,170 --> 00:22:36,750
Pərvərdigara! Öz rəhmətini, hidayətini, lütfünü bütün İran xalqına,

155
00:22:37,110 --> 00:22:44,080
bütün gənclərimizə, bu əziz gənclərə və bütün silahlı qüvvələrə nazil et.

156
00:22:45,550 --> 00:22:48,570
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.