1
00:00:04,910 --> 00:00:07,200
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:07,450 --> 00:00:09,880
الحمدلله ربّ العالمين

3
00:00:10,570 --> 00:00:15,250
و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

4
00:00:24,110 --> 00:00:30,140
سيّما بقيّةالله في الارضين و لعنة الله علي اعدائهم اجمعين

5
00:00:30,850 --> 00:00:36,450
Əziz qardaş və bacılar, bu gün bura təşrif gətirməklə,

6
00:00:39,940 --> 00:00:49,450
öz isti nəfəsiniz, sevgi dolu qəlbləriniz,

7
00:00:51,420 --> 00:00:58,400
xüsusilə də əziz generallarımızın – cənab Cəfəri və cənab Nəqdinin – çıxışları ilə

8
00:00:59,680 --> 00:01:04,910
bu hüseyniyəni bəsicin xoş ətri ilə rayihələndirdiniz.

9
00:01:07,000 --> 00:01:12,220
Bəsicin rayihəsini duymaq, dərk etmək,

10
00:01:13,970 --> 00:01:23,450
bu heyrətamiz və mübarək fenomenin həqiqətini düzgün dərk etmək lazımdır.

11
00:01:26,800 --> 00:01:32,280
Bəsicin təşkil edilməsinin ildönümü münasibətilə də hamınızı təbrik edirəm.

12
00:01:35,170 --> 00:01:42,940
Ümidvaram, siz bacı-qardaşlarımızdan hər biri,

13
00:01:43,800 --> 00:01:54,170
o cümlədən sizin komandanlığınız altında xidmət edən insanlar Həzrət Mehdi Sahibəz-zamanın (Ruhlarımız ona fəda olsun!) razılığına layiq olacaq,

14
00:01:55,480 --> 00:02:00,220
o Həzrət sizlərdən razı qalacaq, sizin üçün dua edəcək

15
00:02:02,080 --> 00:02:16,620
və inşallah, siz dünya və axirətdə qəlblərinizdəki bu müqəddəs nurla, bu nurlu cisminiz və canınızla tanınacaqsınız.

16
00:02:19,250 --> 00:02:25,310
Fürsətdən istifadə edərək bir neçə məqama toxunmaq istəyirəm:

17
00:02:26,310 --> 00:02:34,540
biri budur ki, bəsic təşəbbüsdən yaranmış bir təzahürdür.

18
00:02:37,340 --> 00:02:43,370
Bunu demək istəmirəm ki, başqa ölkələrdə, başqa yerlərdə

19
00:02:43,510 --> 00:02:50,770
xalq müqavimət qüvvələri olmayıb, yox, olub, ütün bunlar barədə məlumatımız da var,

20
00:02:53,000 --> 00:03:03,020
amma dünyanın müxtəlif ölkələrində – Qərbdə, Şərqdə və sairdə –

21
00:03:03,020 --> 00:03:13,480
müqavimət qüvvələri adətən represiya və təzyiqlər dövründə, inqilabi mübarizənin getdiyi etapda fəallıq göstərir.

22
00:03:13,910 --> 00:03:21,740
İnqilabi mübarizə dövrü başa çatandan, həmin qüvvələr özləri

23
00:03:22,880 --> 00:03:30,650
və ya onların əli ilə başqa dairələr hakimiyyətə gələndən sonra

24
00:03:31,310 --> 00:03:41,400
bu mübarizə gücü sona çatır, həmin xalq təşkilatlarının fəaliyyətinə son qoyulur. Bu, bütün dünyada belədir;

25
00:03:42,340 --> 00:03:48,450
Afrika, Avropa, Asiya və digər müxtəlif ölkələrdə

26
00:03:49,250 --> 00:03:53,710
xalqların müqavimət hərəkatının tarixi ilə tanış olan insanlar bunu yaxşı bilir.

27
00:03:56,200 --> 00:04:07,450
Misal üçün, Fransanın Əlcəzairə ağalıq etdiyi dövrdə xalq müqavimət dəstələri təşkil olunub,

28
00:04:09,800 --> 00:04:18,970
illərlə vuruşublar da – demək olar, 8-10 il amansız müharibə gedib –

29
00:04:19,280 --> 00:04:21,710
bir çox çətinliklərə də qatlaşıblar,

30
00:04:21,970 --> 00:04:30,140
amma inqilabi hökumət təşkil olunandan sonra artıq bu dəstələrdən əsər-əlamət qalmayıb.

31
00:04:31,400 --> 00:04:35,140
Bəziləri hakimiyyətdə təmsil olunmağa başlayıb, bəziləri özünə partiya qurub,

32
00:04:36,540 --> 00:04:41,050
amma ortada “müqavimət dəstəsi” adlı bir şey qalmayıb.

33
00:04:42,400 --> 00:04:48,710
Yaxud misal üçün, Fransa Almaniyanın işğalı altında olduğu dövrdə

34
00:04:49,540 --> 00:04:54,280
müqavimət dəstələri olub – sağ, sol və ya orta təmayüllü – xeyli də vuruşublar,

35
00:04:56,310 --> 00:05:04,170
amma işğala son qoyulduqdan, hökumət təşkil olunduqdan sonra artıq həmin dəstələrin izi-sorağı qalmayıb; qurtarıb, çıxıb gediblər.

36
00:05:05,770 --> 00:05:16,080
Dedik ki, bəziləri hakimiyyətə gəliblər – hakimiyyətə gələnlər də elə hakimiyyət bəlasına mübtəla olublar;

37
00:05:16,280 --> 00:05:22,020
bəzi ölkələrdə bunun mən şəxsən özüm əyani şahidi olmuşam;

38
00:05:23,140 --> 00:05:32,080
ağır səngərlərdə, yerin, torpağın üstündə

39
00:05:32,510 --> 00:05:36,880
illərlə döyüşmüş insanlar hakimiyyətə çatan kimi

40
00:05:37,800 --> 00:05:44,170
insanlarla eynilə, məsələn, bunladan qabaq o ölkəyə ağalıq edən

41
00:05:44,170 --> 00:05:50,020
bir Portuqaliya zabitinin davrandığı kimi davranıblar;

42
00:05:50,140 --> 00:05:54,020
aralarında heç bir fərq olmayıb;

43
00:05:55,220 --> 00:06:03,020
mübarizə aparmaqda məqsədləri hakimiyyətə çatmaq olub; bunun mən bir çox hallarda öz gözlərimlə şahidi olmuşam –

44
00:06:05,200 --> 00:06:10,570
və bununla da, əslində, öz mahiyyətlərini dəyişiblər,

45
00:06:11,050 --> 00:06:15,310
ya da hakimiyyətə başqaları gəlib, onlarsa hansısa partiya yaradıblar.

46
00:06:15,540 --> 00:06:19,850
Məsələn, bu gün həmin ölkələrdə olan bəzi partiyalar kimi;

47
00:06:19,970 --> 00:06:27,170
əslində, elə o partiyaların da məqsədi hakimiyyətə gəlməkdir.

48
00:06:27,370 --> 00:06:38,400
Bu gün Qərbdə və nəticə etibarilə, bütün dünyada olan siyasi partiyaların məqsədi hakimiyyətə gəlməkdir.

49
00:06:38,540 --> 00:06:43,540
Yəni bir partiya hakimiyyətə çatmaq üçün mübarizə aparır,

50
00:06:44,770 --> 00:06:50,170
sonra başqa bir partiya hakimiyyəti onun əlindən almaq üçün çalışır.

51
00:06:50,280 --> 00:06:58,050
Yəni bu gün siyasi partiyalar – dünyada siyasi partiya adı verilən təsisatlar –

52
00:06:58,370 --> 00:07:08,200
əslində, həmin partiyanın rəhbər tutduğu ali ideya və anlayışlara yetişmək üçün olan bir müstəvi deyil.

53
00:07:10,310 --> 00:07:16,800
Məsələn, biz inqilabın əvvəllərində “partiya” deyərkən bunu başa düşürdük, bu gün isə belə deyil;

54
00:07:17,400 --> 00:07:22,400
məqsəd yalnız bir mərkəz kimi, klub kimi bir araya gəlmək,

55
00:07:23,140 --> 00:07:27,400
təşkilatlanmaq və hakimiyyətə çatmaq uğrunda çalışmaqdır.

56
00:07:27,710 --> 00:07:35,310
Hakimiyyətə gələndən sonra da görürsən ki, elə əvvəlki hökumətin dövründəki köhnə hamam, köhnə tasdır, heç bir təfavütü yoxdur.

57
00:07:35,970 --> 00:07:45,710
Odur ki inqilabların qələbəsi ilə müqavimət dəstələri əriyib yox olur, fəaliyyətinə son qoyulur.

58
00:07:46,250 --> 00:07:56,000
Qələbə qazanıldıqdan sonra müqavimət dəstələrinin qalması, ardıcıl bir cərəyan şəklində öz fəaliyyətini davam etdirməsi, coşub-daşan bir çay kimi irəli getməsi,

59
00:07:56,970 --> 00:08:12,740
günü-gündən daha da çiçəklənməsi, daha da məlumatlı, gözüaçıq olması,

60
00:08:13,850 --> 00:08:21,710
ölkənin onlara ehtiyac duyduğu müxtəlif meydanlarda mütəşəkkil bir formada iştirak etməsi,

61
00:08:23,080 --> 00:08:28,600
kəmiyyət və keyfiyyət baxımından genişlənməsi,

62
00:08:29,420 --> 00:08:44,140
yeni-yeni ideyalara can atması, yeni yaranan qarşıdurma sferalarında özünəməxsus rol ifa edə bilməsi –

63
00:08:44,280 --> 00:08:52,280
bizim bəsicimizdə olduğu kimi – dünyada daha öncə müşahidə olunmamış bir təcrübədir; belə bir şey dünyada görünməyib.

64
00:08:52,620 --> 00:09:04,250
Bu da İmam Xomeyninin (r.ə) hünəridir; İmam (r.ə) bəsici xalqın içindən təşkil edib,

65
00:09:04,480 --> 00:09:16,850
bəsic xalqdan uzaq bir şey deyil. Bəsicilər elə xalqın müxtəlif təbəqələri içərisində təmsil olunan insanlardır –

66
00:09:17,340 --> 00:09:26,770
universitetlərdə, tarlalarda, bazarlarda, müxtəlif rəsmi və qeyri-rəsmi qurumlarda çalışırlar,

67
00:09:28,220 --> 00:09:34,110
amma eyni zamanda bəsicidirlər, bəsicin sıralarına aiddirlər.

68
00:09:34,880 --> 00:09:44,570
Bəsic, əslində, xalqın nümayəndələri içərisindən xüsusi seçim edilmiş bir institutdur;

69
00:09:45,570 --> 00:09:52,600
bütövlükdə xalqın bir nümayəndəsidir; bəsic budur.

70
00:09:52,850 --> 00:09:58,800
Bəsici İmam Xomeyni (r.ə) formalaşdırdı və o, günü-gündən inkişaf etdi.

71
00:10:00,570 --> 00:10:08,110
Bəsicilər çox heyrətamiz, möhtəşəm, diqqətəlayiq işlərə imza atdılar.

72
00:10:08,310 --> 00:10:16,770
Korpusumuzdakı, haqqında heyrətamiz şeylər eşitdiyiniz və ya müxtəlif xatirələrdə oxuduğunuz

73
00:10:17,110 --> 00:10:23,050
generalların çoxu bəsicilərdir –bəziləri şəhid olublar, bəziləri, Allaha şükürlər olsun ki, sağdırlar.

74
00:10:23,140 --> 00:10:28,250
Onlar əvvəlcə müharibəyə bəsici kimi qoşulublar, hərbi rütbələri olmayıb;

75
00:10:29,370 --> 00:10:34,050
Müqəddəs Müdafiəyə bəsici olaraq qoşulublar,

76
00:10:35,220 --> 00:10:43,370
sonradan istedadları üzə çıxıb, Şəhid Baqeri, Şəhid Kazemi,

77
00:10:43,370 --> 00:10:49,080
Şəhid Borucerdi və sair bu kimi görkəmli generallara çevriliblər.

78
00:10:51,570 --> 00:10:56,340
Bu, müharibə sferasında. Elm sferasında da eynilə.

79
00:10:57,340 --> 00:11:05,400
Elm və texnologiya sahəsində böyük işlər həyata keçirmiş insanların əksəriyyəti

80
00:11:05,480 --> 00:11:09,940
ya əvvəllər bəsici olub, ya da hazırda bəsicidir.

81
00:11:10,170 --> 00:11:17,850
Adları Bəsic Təşkilatının üzvlərinin siyahısında olmasa belə, özlərini bəsici hesab edirlər.

82
00:11:18,020 --> 00:11:28,310
Elə şəhid olmuş nüvə alimləri – Rezayinejad, Əhmədirouşən, Şəhriyari, Əliməhəmmədi və başqaları –

83
00:11:30,740 --> 00:11:38,570
nüvə texnologiyaları sahəsində fövqəladə nailiyyətlərin qazanılmasında böyük rol oynamış o insanlar;

84
00:11:38,570 --> 00:11:44,340
mən onları yaxından görmüşdüm – bunlar hamısı əslində bəsicidir.

85
00:11:44,940 --> 00:11:50,220
Bəsicin konkret tərifi var: xalq kütlələri

86
00:11:50,540 --> 00:11:58,280
ali dini hədəfləri rəhbər tutaraq, yorulmaq bilməyən bir ruhiyyə ilə, meydanın tən ortasında

87
00:11:58,620 --> 00:12:04,050
lazım olan hər yerdə iştirak edərək istedadını üzə çıxarır, bütün güc və potensialını ortaya qoyur,

88
00:12:04,220 --> 00:12:13,220
bu yolun təhlükələrindən də qorxmur; yəni canından keçməyi də gözə alır.

89
00:12:13,940 --> 00:12:24,710
Amma “filankəs canından keçməyi də gözə alıb” demək dildə asandır, əməldə bunu etmək bir o qədər də asan deyil.

90
00:12:26,000 --> 00:12:32,940
Bəsici o şəxsdir ki, bunu etməyə – yəni canından,

91
00:12:34,650 --> 00:12:45,340
hətta bəzən canından da əziz olan şeylərdən vaz keçməyə hazırdır. Bəsicin mənası budur.

92
00:12:45,450 --> 00:12:56,250
Bu, yalnız bizim ölkəmizə aid olan bir şeydir, İslam İnqilabında və İslam Respublikasında mövcud olan spesifik bir təsisatdır.

93
00:12:56,450 --> 00:13:04,020
Bəsicin özünəməxsus cəhətlərindən biri onun təmsil olunduğu, iştirak etdiyi arealın genişliyidir.

94
00:13:05,200 --> 00:13:11,680
Bunu qoruyub saxlamaq lazımdır; istər hərbi sahədə, istər elmdə, istər incəsənətdə –

95
00:13:12,400 --> 00:13:14,800
Şəhid Avini də bəsicidir;

96
00:13:17,370 --> 00:13:25,650
və ya misal üçün, şeirdə, ədəbiyyatda, hansısa vizual sənət sahəsində öz dini məsuliyyətini dərk edən,

97
00:13:25,650 --> 00:13:32,650
həvəslə çalışan elə incəsənət adamları var ki, bəsicidirlər –

98
00:13:33,880 --> 00:13:42,450
habelə istər texnologiyada və ya son vaxtlar aktuallıq qazanmış iqtisadi məsələlərdə; mən hökumət nümayəndələrinə də tapşırmışam,

99
00:13:43,280 --> 00:13:50,510
demişəm ki, bəsicilər müqavimət iqtisadiyyatının reallaşdırılmasında könüllü surətdə iştirak etmək, rol oynamaq istəyir.

100
00:13:50,710 --> 00:13:58,450
Əlbəttə, bəsic və Keşikçi Korpusda təmsil olunan əziz qardaşlarımız,

101
00:13:59,250 --> 00:14:02,910
zabitlər son dərəcə ehtiyatlı olmalıdırlar, çünki iqtisadi fəaliyyətlər, maliyyə məsələləri çox azdırıcı bir sferadır.

102
00:14:04,540 --> 00:14:09,740
Şair demişkən: – “Torpaq çox gilli olsa, filin də ayağı sürüşər”. Diqqətli olsunlar.

103
00:14:12,420 --> 00:14:19,820
Bir qədər sonra bu barədə danışacağam, düşmənin qurduğu tələlərdən biri də

104
00:14:20,250 --> 00:14:25,940
elə iqtisadi, maliyyə məsələləri ilə, bu qəbildən olan işlərlə bağlıdır. Çox diqqətli, ehtiyatlı olmaq lazımdır.

105
00:14:27,510 --> 00:14:34,620
Çünki insan hər an sınaqla üzləşə bilər, bunu bilin. Bilirsiniz də; İslam təlimlərində açıq-aydın əksini tapan bir mövzudur.

106
00:14:35,510 --> 00:14:39,820
Yəni insan Baur oğlu Bələm də  olsa –

107
00:14:40,620 --> 00:14:47,800
Baur oğlu Bələm o şəxsdir ki, duası Allah dərgahından geri qaytarılmırdı, nə dua etsə, yerinə yetirdi –

108
00:14:49,620 --> 00:14:56,340
belə bir məqama da yetişsə, yenə də hər an çaşmaq ehtimalı var, ayağı sürüşə bilər.

109
00:14:57,600 --> 00:15:05,710
Hesab edin ki, bir xətt üzrə yuxarı çıxırsınız, bu xəttin istənilən nöqtəsində, istənilən məqamında,

110
00:15:06,400 --> 00:15:15,310
hər addımında ayağınızın altında uçurum var; istənilən anında.

111
00:15:16,570 --> 00:15:24,140
Yuxarı getdikcə də uçurum daha sərt, daha ağır, daha təhlükəli olacaq.

112
00:15:24,710 --> 00:15:31,340
Ehtiyatlı olmaq lazımdır; mən bu ehtiyat haqda da danışacağam.

113
00:15:31,570 --> 00:15:39,770
Deməli, iştirak etdiyi sferaların geniş əhatəli olması, qeyd etdiyimiz və etmədiyimiz

114
00:15:40,310 --> 00:15:44,400
bütün sahələrdə iştirak etmə potensialına malik olması da bəsicin özünəməxsus cəhətlərindəndir.

115
00:15:45,420 --> 00:15:51,020
Bəsicin iştirakı xalqın iştirakı deməkdir; bəsic bir yerdə varsa, iştirak edirsə, bu o deməkdir ki,

116
00:15:51,420 --> 00:15:54,080
həmin yerdə İran xalqı var, İran xalqı iştirak edir.

117
00:15:54,820 --> 00:16:05,080
Qeyd etdiyim kimi, bəsic İran xalqının simvolu, nümunəsidir,

118
00:16:05,600 --> 00:16:10,600
bütövlükdə İran xalqını simvolizə edən bir nümunədir.

119
00:16:12,800 --> 00:16:19,510
Əlbəttə, aydındır ki, bu iştirak da idealların müdafiəsi üçündür, dəyərlərin, qorunması naminədir,

120
00:16:20,220 --> 00:16:25,910
inqilabi, milli kimliyin qorunması naminədir,

121
00:16:27,110 --> 00:16:30,940
bu ölkəyə, bu xalqa öz layiq olduğu,

122
00:16:31,820 --> 00:16:37,220
İslam İnqilabının bərəkəti ilə özü üçün müəyyən edib irəlilədiyi yüksək məqama yetişməkdə

123
00:16:37,600 --> 00:16:46,110
kömək etmək naminədir. Bəsicin iştirakı, təbii ki, bu mənadadır; bu sadaladıqlarımı qorumalı, müdafiə etməlidir.

124
00:16:46,220 --> 00:16:50,910
“Müdafiə etmək lazımdır” deyərkən dərhal insanın ağlına belə bir fikir gəlir ki,

125
00:16:51,170 --> 00:16:55,910
nəyə görə müdafiə etmək lazımdır, məgər ortada bir hücum var?

126
00:16:56,600 --> 00:17:01,420
Üstümüzə hücum edən elə bir düşmən var ki, onun qarşısında müdafiə olunmaq tələb olunsun?

127
00:17:03,110 --> 00:17:08,910
İnsanda bu suallar yaranır. Sizlər bu sualın cavabını çox gözəl bilirsiniz.

128
00:17:09,250 --> 00:17:19,940
Bəli, bu möhtəşəm hərəkatın qarşısında düşmən var; hiyləgər, saxtakar,

129
00:17:22,940 --> 00:17:31,020
çevik, diribaş, Şeytan xislətli bir düşmən. O düşmən kimdir? İmperializm.

130
00:17:31,400 --> 00:17:37,000
İmperializmin dünyada təcəssümü isə bu gün, əlbəttə ki, Amerikadır; bir vaxtlarsa İngiltərə idi.

131
00:17:37,370 --> 00:17:41,220
Bu düşmən bekar dayanmır, daim fəaliyyətdədir, daim məşğuldur.

132
00:17:43,540 --> 00:17:51,220
Əzizimiz general Cəfərinin çıxışının əvvəlində qeyd etdiyi təhlil tamamilə düzgün idi.

133
00:17:51,480 --> 00:17:59,620
Bu gün dünyada gedən qarşıdurma imperializmlə, imperialist davranış tərzi ilə

134
00:18:00,850 --> 00:18:11,110
dəyərlər, milli müstəqillik, milli kimlik arasında gedən qarşıdurmadır,

135
00:18:11,250 --> 00:18:16,910
bu ikincinin təcəssümü isə İslam İnqilabı, İslam Respublikasıdır. Bu gün dünyada gedən dava bunun üstündədir.

136
00:18:17,770 --> 00:18:24,710
O demək deyil ki, başqa səbəblər ucbatından dava yoxdur, var.

137
00:18:25,400 --> 00:18:31,220
İtlərə nə var, leş üstündə də bir-birinə girir, dava edirlər; bu var, amma əsas dava budur,

138
00:18:31,400 --> 00:18:40,710
əsas kurs, əsas cəbhə budur. Odur ki düşmən var, düşmən sayıqdır.

139
00:18:44,080 --> 00:18:50,020
Dedik ki, bu gün imperializmin təcəssümü Amerikadır;

140
00:18:50,820 --> 00:18:56,850
amma bu, imperializmin siyasi maşınıdır, imperializm təkcə siyasi maşından ibarət deyil.

141
00:18:57,510 --> 00:19:02,280
İmperializmin maliyyə maşını bəzən daha əhəmiyyətli və effektiv işləyir.

142
00:19:02,420 --> 00:19:08,050
Məsələn, dünyanın iri şirkət və kompaniyaları, əsas etibarilə sionistlər olan nəhəng kapitalistləri;

143
00:19:08,200 --> 00:19:14,340
imperializm ümumilikdə bunlardan ibarətdir; bunlar daim məşğuldurlar.

144
00:19:16,480 --> 00:19:21,370
Doğrudan da, həm zərdən – puldan, qızıldan istifadə edirlər, həm də zordan.

145
00:19:22,340 --> 00:19:28,940
Burda pul, məcburiyyət və aldatma üçlüyündən danışdılar, tamamilə düzgün qeyd olundu.

146
00:19:29,820 --> 00:19:40,910
Keçmişdə deyərdik “pul, məcburiyyət və aldatma”, aldatma deyərkən də dini etiqad baxımından aldatmanı nəzərdə tuturduq.

147
00:19:41,200 --> 00:19:48,650
Yəni din örtüyü altında müəyyən ünsürlər gəlib zəmin hazırlayırlar,

148
00:19:48,650 --> 00:19:52,880
pul və zorakılıq ordusunun gəlişi üçün yolu təmizləyib açırlar.

149
00:19:53,080 --> 00:19:59,940
Bu gün isə aldatma deyərkən təkcə dini etiqad baxımından aldatmanı nəzərdə tutmuruq, siyasi cəhətdən aldatma da var.

150
00:20:00,650 --> 00:20:04,250
Yəni siyasi strukturlar, diplomatik strukturlar

151
00:20:04,940 --> 00:20:14,220
çox güclü bir şəkildə yalanla, cürbəcür məkrli planlar cızmaqla, layihələr hazırlamaqla məşğuldurlar.

152
00:20:14,880 --> 00:20:22,970
Gülər üzlə adamın qarşısına çıxır, qucağını açıb üstünə gəlir

153
00:20:23,480 --> 00:20:27,680
və elə o vəziyyətdə – eynilə bəzi filmlərdə gördüyümüz kimi –

154
00:20:27,880 --> 00:20:32,940
qarşı tərəfi qucağına sıxan yerdə arxadan xəncəri ürəyinə saplayırlar.

155
00:20:33,220 --> 00:20:42,080
Odur ki bu gün yalan, aldatma dediyimiz zaman bu, siyasət, diplomatiya və sair bu kimi sferalara da şamil olunur, diqqətli olmaq lazımdır.

156
00:20:42,510 --> 00:20:50,880
Bəli, bu düşmənçilik var və müxtəlif formalarda təzahür edə bilər.

157
00:20:50,970 --> 00:20:57,370
Bütün bunlara qarşı biz diqqətli olmalıyıq, yəni bunları daim öz-özümüzə təkrar etməli,

158
00:20:57,480 --> 00:21:02,000
özümüzə aşılamalı, yaddan çıxarmamalıyıq ki, nə etməli olduğumuzu bilək.

159
00:21:02,420 --> 00:21:08,420
Hamımız – həm ölkənin siyasətçiləri, həm administrasiyası, əziz bəsicilər, siz

160
00:21:08,910 --> 00:21:17,400
və düşünən, iş görən, fəallıq göstərən başqa vətəndaşlarımız – bunları daim zehnimizdə tutmalıyıq.

161
00:21:18,020 --> 00:21:29,570
Biri var sərt düşmənçilik: bomba atalar, güllə atalar, terrorçu göndərələr,

162
00:21:30,420 --> 00:21:38,940
biri də var “yumşaq” düşmənçilik. Bir müddət əvvəl mən düşmənin yol tapıb ölkəyə nüfuz etməyə çalışdığı barədə danışmışdım;

163
00:21:39,740 --> 00:21:43,570
düşmənin ölkəyə nüfuz etməsi çox mühüm məsələdir.

164
00:21:44,370 --> 00:21:48,740
Mən bu məsələ ətrafında danışıram, bəziləri mənfi reaksiya verirlər,

165
00:21:48,740 --> 00:21:55,800
deyirlər ki, bu mövzu siyasi cinahların əlində alətə çevrilib, bundan istifadə edirlər. Bu söz-söhbətlə işim yoxdur.

166
00:21:56,370 --> 00:22:04,340
Nə deyə bilərəm, alətə çevirməsinlər, bu barədə boş-boş danışmasınlar,

167
00:22:04,400 --> 00:22:10,080
lazımi qədər mahiyyətinə varmadan ölkəyə düşmənin nüfuz etməsi haqda danışmasınlar.

168
00:22:10,340 --> 00:22:15,770
Bu şeylərlə işimiz yoxdur, amma hər bir fikri səsləndirərkən, hər bir sözü deyərkən,

169
00:22:16,570 --> 00:22:24,620
ciddi bir iş həyata keçirərkən düşmənin ölkəyə nüfuz etməyə çalışdığını bir reallıq olaraq diqqətdən qaçırmasınlar.

170
00:22:24,850 --> 00:22:30,680
Yaddan çıxarmayaq ki, düşmənin məqsədi ölkəyə yol tapmaqdır. Mən düşmənin ölkəyə nüfuz etməsi barədə də bir qədər izah verəcəyəm:

171
00:22:31,280 --> 00:22:36,400
nüfuz nədir, necə olur; əsas odur ki, sözügedən məsələnin özünü diqqətdən qaçırmayaq.

172
00:22:36,880 --> 00:22:41,250
Siyasi cinahlar bir-birini qarşılıqlı şəkildə ittiham etməsinlər; belə olmasın ki, bu ona desin: “filan sözü dedin, bunu nəzərdə tuturdun”,

173
00:22:41,250 --> 00:22:43,800
o buna desin: “yox, sən filan sözü deməklə bunu nəzərdə tuturdun”.

174
00:22:44,200 --> 00:22:49,050
İndi hər nəyi nəzərdə tutubsa, tutub. Əsas odur ki, reallıq yaddan çıxarılmasın:

175
00:22:49,400 --> 00:22:53,310
düşmən yol tapıb ölkəyə nüfuz etməyə çalışır.

176
00:22:53,510 --> 00:23:01,800
Düşmənin nüfuz etməsi də iki cürdür: biri var ayrı-ayrı situasiyalar, fərdlər səviyyəsində nüfuz etmə, biri də var bütöv bir cərəyan şəklində nüfüz etmə.

177
00:23:03,020 --> 00:23:08,400
Düşmənin konkret situasiyalarda nüfuz etməsinə bir çox misallar gətirmək olar: tutalım,

178
00:23:08,880 --> 00:23:12,280
siz hansısa qurumda rəhbər vəzifədə çalışırsınız, yüksək mövqeyə maliksiniz.

179
00:23:14,220 --> 00:23:24,000
Özünü xoşagələn obrazda təqdim edən, yaxşı insan siması altında maskalanmış bir nəfəri sizin kollektivinizə göndərirlər ki,

180
00:23:24,540 --> 00:23:28,340
dost olmadığı halda, siz onu dost kimi qəbul edəsiniz

181
00:23:29,710 --> 00:23:34,050
və o, rahatlıqla öz işini görə bilsin. Bu insanların missiyası bəzən casusluqdan ibarət olur –

182
00:23:34,280 --> 00:23:39,110
hansı ki elə ən önəmsiz olanı casusluqdur; yəni ən az əhəmiyyət kəsb edəni bu cür insanların casusluq fəaliyyətidir,

183
00:23:39,800 --> 00:23:41,850
məlumat toplayıb ötürməsidir –

184
00:23:42,420 --> 00:23:49,140
bəzən isə onlara casusluqdan daha önəmli bir iş tapşırılır: sizin verəcəyiniz qərarları dəyişmək, qərarlarınıza təsir göstərmək.

185
00:23:49,420 --> 00:23:55,140
Siz rəhbər vəzifədə çalışdığınıza, mühüm qərarlar qəbul etdiyinizə görə

186
00:23:55,480 --> 00:24:01,250
ölkə və cəmiyyət üçün böyük, effektiv tədbirlər həyata keçirə bilərsiniz,

187
00:24:02,510 --> 00:24:07,280
hansısa işi başqa bir formada gördüyünüz zaman düşmənin dəyirmanına su tökmüş ola bilərsiniz,

188
00:24:07,280 --> 00:24:13,570
buna görə də o gəlib burda sizin fəaliyyətinizi özünə sərf edən istiqamətə yönəltmək üçün işlər görür; yəni mühüm qərarların qəbuluna təsir göstərir.

189
00:24:14,540 --> 00:24:19,650
Özü də bu kimi hallara indiyə qədər təkcə siyasi strukturlarda yox, bütün qurumlarda,

190
00:24:19,680 --> 00:24:25,310
hətta dini, mənəvi və bu kimi məsələlərlə məşğul olan strukturlarda da rast gəlinib.

191
00:24:25,620 --> 00:24:34,000
Ölkəmizin böyük ruhanilərindən biri, Bircənd şəhərində yaşayan mərhum Seyid Həsən Təhami

192
00:24:34,140 --> 00:24:38,650
yaşayıb işləmək üçün Bircəndi seçmişdi. Çox görkəmli bir ruhani idi,

193
00:24:38,770 --> 00:24:45,170
Qum və ya Nəcəfdə qalsaydı, mütləq, mərcə-təqlid olardı; çox müdrik, elmli bir insan idi.

194
00:24:45,170 --> 00:24:51,740
O özü mənə danışmışdı; deyirdi ki, iraqlılar ingilislərlə müharibə etdikləri zaman –

195
00:24:51,940 --> 00:25:01,880
1918-ci ildə; təqribən 100 il əvvəl –

196
00:25:02,420 --> 00:25:11,310
o dövrün mərcələrindən birinin bir xidmətçisi var idi, çox yaxşı bir adam idi, tələbələrlə yaxın münasibət qurur, söhbət edirdi,

197
00:25:11,480 --> 00:25:16,940
hamını tanıyırdı, hamı ilə dostlaşmışdı (mərhum Təhami adını da deyirdi, mənim yadımda deyil).

198
00:25:17,480 --> 00:25:25,340
Deyirdi, sonralar ingilislər qələbə çalıb İraqı işğal etdikdən və son olaraq Nəcəfi ələ keçirib

199
00:25:25,680 --> 00:25:33,020
ora daxil olduqdan sonra tələbələrə xəbər çatdı ki, filan ruhaninin həmin o xidmətçisi ingilis zabitidir!

200
00:25:34,450 --> 00:25:39,200
Deyir, mən inanmadım, “Elə şey olar?” – deyə düşündüm,

201
00:25:40,510 --> 00:25:47,510
amma sonradan bir gün Hüveyş bazarında – Nəcəfdə məşhur bir bazardır – gedirdim,

202
00:25:47,710 --> 00:25:56,570
8-10 nəfər ingilis zabitinin at üstə gəldiyini gördüm –

203
00:25:56,570 --> 00:25:58,310
o vaxt atla gəzirmişlər –

204
00:25:58,540 --> 00:26:03,000
öndə bir zabit gedirdi. Deyir, mən kənara çəkilib dayandım ki, bunlar rədd olub getsin,

205
00:26:03,310 --> 00:26:06,710
mənə çatanda qabaqdakı o zabit yuxarıdan aşağı səsləndi:

206
00:26:06,880 --> 00:26:09,480
“Cənab Seyid Həsən, necəsən?”

207
00:26:10,370 --> 00:26:16,850
Baxdım ki, hə, həmin mərcə-təqlidin xidmətçisidir; biz onu illərlə görmüşdük.

208
00:26:17,450 --> 00:26:24,570
Bax bəzən düşmən bu şəkildə nüfuz edir, ayrı-ayrı insanlara təsir göstərir, kiminsə evinə, kiminsə çalışdığı quruma yol tapır.

209
00:26:24,740 --> 00:26:29,650
Siyasi strukturlarda da belələrindən nə qədər istəsən olub;

210
00:26:30,080 --> 00:26:35,420
ola bilsin, bu gün də var. Bu, əlbəttə ki, təhlükəlidir.

211
00:26:35,820 --> 00:26:40,340
İntəhası, bundan daha təhlükəlisi düşmənin bütöv bir cərəyan şəklində ölkəyə yol tapıb nüfuz etməsidir.

212
00:26:43,340 --> 00:26:49,510
Bütöv bir cərəyan şəklində nüfuz etmək xalqın içində şəbəkə qurmaq deməkdir.

213
00:26:50,000 --> 00:26:59,650
Pul vasitəsilə – pulun, maliyyə məsələlərinin rolu və əhəmiyyəti burada üzə çıxır.

214
00:27:00,000 --> 00:27:07,910
Ən başlıca vasitələr bu ikisidir: pul və cinsi məsələlər.

215
00:27:08,250 --> 00:27:15,020
İnsanları özlərinə cəlb edib bir araya toplayırlar, qondarma,

216
00:27:15,800 --> 00:27:29,570
yalançı bir hədəf müəyyən edib, cəmiyyətə təsir edə bilən nüfuzlu şəxsləri

217
00:27:29,910 --> 00:27:36,940
istədikləri, planlaşdırdıqları istiqamətə çəkirlər. Hansı istiqamətə?

218
00:27:37,450 --> 00:27:54,420
Həmin istiqamət insanların inanclarını, ideallarını, yanaşmasını, həyat tərzini dəyişməkdən ibarətdir.

219
00:27:55,570 --> 00:28:03,600
Elə edirlər ki, öz təsir və nüfuz dairələrinə aldıqları insan

220
00:28:03,970 --> 00:28:10,540
amerikalılar kimi düşünsün.

221
00:28:10,970 --> 00:28:19,540
Yəni buna nail olurlar ki, siz məsələlərə eynilə bir amerikalı kimi yanaşasınız –

222
00:28:19,820 --> 00:28:23,880
əlbəttə ki, burada Amerika siyasətçiləri nəzərdə tutulur, sadə Amerika xalqına heç bir aidiyyəti yoxdur –

223
00:28:25,220 --> 00:28:32,110
proseslərdən eynilə CİA-nın  yüksək vəzifəli məmurları kimi nəticə çıxarasınız;

224
00:28:33,650 --> 00:28:39,510
nəticə etibarilə, eynilə onların istədiyini istəyəsiniz. Bununla da arxayın olub otururlar;

225
00:28:40,600 --> 00:28:48,450
özlərini təhlükəyə atmaları, ortalığa düşmələri lazım olmadan, siz onlar üçün işləyirsiniz.

226
00:28:49,480 --> 00:28:53,740
Məqsəd budur; yol tapıb nüfuz etməkdə, təsir dairəsinə salmaqda məqsəd budur; bütöv bir cərəyan,

227
00:28:54,510 --> 00:29:01,820
şəbəkə şəklində, genişmiqyaslı nüfuz etmədə, ayrı-ayrı şəxsləri hədəfə alan nüfuz etmədə yox.

228
00:29:03,940 --> 00:29:10,770
Əgər ölkənin müqəddəratında, siyasətində, gələcəyində rolu olan insanlar

229
00:29:10,940 --> 00:29:16,020
bu təsirin altına düşsə, görün nələr olar?

230
00:29:16,820 --> 00:29:21,880
İdeallar dəyişər, dəyərlər dəyişər,

231
00:29:22,170 --> 00:29:27,400
istəklər dəyişər, inanclar dəyişər.

232
00:29:27,910 --> 00:29:35,020
Bu gün siz belə düşünür, buna inanırsınız ki, Fələstin məsələsində

233
00:29:35,170 --> 00:29:43,080
bir xalqa açıq-aşkar zülm olunur; bunu görürsünüz, yanaşmanız bu şəkildədir.

234
00:29:45,480 --> 00:29:54,820
Amerikanın yanaşmasında isə öz evində oturduğu yerdə hücuma məruz qalan bir insan, fələstinli ərəb – istər müsəlman olsun, istərsə də xristian –

235
00:29:55,220 --> 00:30:03,000
ittiham olunur. Amerikanın yanaşmasında o, ittiham olunur.

236
00:30:03,510 --> 00:30:10,850
Halbuki sizin gözünüzdə o, məzlumdur. Bax düşmən sizin baxış bucağınızı dəyişməyə nail olsa,

237
00:30:11,050 --> 00:30:18,770
siz də məsələyə onun kimi yanaşaraq deyəcəksiniz ki, İsrail öz heysiyyətini müdafiə edir! Obama belə deməmişdimi?!

238
00:30:19,940 --> 00:30:28,220
Bunlar gecə-gündüz Qəzza əhalisinin başına atəş yağdıranda,

239
00:30:29,370 --> 00:30:35,480
müdafiəsiz insanların ev-eşiyini, əkin yerlərini, uşaqlarını, məktəblərini,

240
00:30:35,620 --> 00:30:39,510
xəstəxanalarını hücuma məruz qoyanda

241
00:30:39,770 --> 00:30:45,970
Amerika prezidenti çıxıb dedi ki, İsrail özünü müdafiə edir! Yəni yanaşmaları budur.

242
00:30:47,600 --> 00:30:56,400
Öz şəbəkələrini qurmaqla, özləri üçün sərfəli tendensiyalar formalaşdırmaqla bunu təmin edirlər ki, İranda,

243
00:30:56,540 --> 00:31:02,110
yaxud başqa bir ölkədə yaşayan insanların da yanaşması dəyişib bu cür olsun.

244
00:31:03,480 --> 00:31:06,400
Düşmənin ölkəyə nüfuz etməsi budur. Görün nə qədər təhlükəlidir.

245
00:31:07,250 --> 00:31:12,970
Bəs düşmən öz nüfuz dairəsinə, təsiri altına salmaq üçün ən çox kimləri hədəfə alır? Əsasən ziyalıları,

246
00:31:13,110 --> 00:31:22,880
cəmiyyətdə nüfuza malik olan insanları, mühüm qərarları işləyib hazırlayan və qəbul edən şəxsləri – ən çox hədəfə alınan bunlardır.

247
00:31:23,220 --> 00:31:27,280
Əsasən onların təsir altına düşməsi üçün səylər göstərilir.

248
00:31:27,280 --> 00:31:33,370
Odur ki düşmənin yol tapıb ölkəyə nüfuz etməsi, təsiri təhlükədir; böyük bir təhlükədir.

249
00:31:34,570 --> 00:31:41,850
Ayrı-ayrı şəxslərin mövzudan siyasi təmayül maraqları üçün istifadə etməyə çalışması ilə bağlı iddialar

250
00:31:42,310 --> 00:31:47,540
bu məsələnin əhəmiyyətini heç də azaltmır; sui-istifadə olunsa da, olunmasa da

251
00:31:47,880 --> 00:31:53,080
– istər-istəməz olunacaq; siyasi maraqlar üçün istifadə olunacaq – reallıq budur

252
00:31:53,340 --> 00:31:55,620
və bu reallığa göz yummaq olmaz.

253
00:31:55,940 --> 00:31:59,600
Müəyyən kənar işlər də var ki, düşmənin bu nüfuz və təsirini təkmilləşdirir.

254
00:31:59,740 --> 00:32:06,370
Onlardan biri də mentalitetin, düzgün yanaşmanın, dəyərlərin

255
00:32:06,620 --> 00:32:13,770
qorunmasında israr edən insanların qəbul edilməməsi, suçlanmasıdır. Bu, düşmənin təsir və nüfuzunu daha da gücləndirir.

256
00:32:14,680 --> 00:32:19,540
Mən demək istəmirəm ki, bəsiciləri mənfi qəbul edən,

257
00:32:19,680 --> 00:32:28,570
ifratçılıqda, aqresivlikdə və daha nələrdə ittiham edən şəxslər ölkəyə nüfuz etməyə çalışanlarla şüurlu şəkildə əməkdaşlıq edirlər,

258
00:32:28,570 --> 00:32:36,820
əlbirdirlər. Mənim nə belə bir iddiam, nə də bu barədə bir məlumatım var, amma reallıq odur ki, bunun özü onlara bir köməkdir.

259
00:32:38,170 --> 00:32:45,110
Müxtəlif sferalarda bəsiciləri cürbəcür ifadələrlə ekstremizmdə,

260
00:32:45,110 --> 00:32:53,170
ifratçılıqda və daha nələrdə ittiham edənlər, əslində düşmənin bu ölkədə təsir və nüfuzunu gücləndirirlər.

261
00:32:53,280 --> 00:33:02,050
Çünki bəsic bizi qoruyan möhkəm istehkamlardan biridir;

262
00:33:02,620 --> 00:33:09,620
bəsic güclü bir istehkamdır, onu zəiflətmək olmaz.

263
00:33:09,940 --> 00:33:19,140
Mən ixtiyarında tribuna olan, camaata səslənmək imkanı olan hər kəsə burdan tövsiyə edirəm,

264
00:33:19,940 --> 00:33:24,940
məsləhət görürəm ki, ölkənin mentalitetini,

265
00:33:25,620 --> 00:33:30,020
İslam İnqilabının prinsip və ideyalarını zəiflətməyə çalışmasınlar.

266
00:33:30,800 --> 00:33:36,600
Biri ağzını açıb mental dəyərlərdən bir kəlmə danışan kimi, o saat deməsinlər ki, ifratçıdır,

267
00:33:36,800 --> 00:33:43,680
ekstremistdir, ya nə bilim daha nədir, yaxud siyasi təmayül maraqlarından çıxış edərək danışır;

268
00:33:46,940 --> 00:33:52,480
belə etməsinlər. bu dəyərlərin daşıyıcısı olan insanları ifratçılıqda suçlamasınlar,

269
00:33:53,400 --> 00:33:58,570
inqilabın açıq-aydın prinsiplərini inkar etməsinlər.

270
00:34:00,450 --> 00:34:04,000
İnqilabın özünəməxsus, açıq-aydın, danılmaz, dəyişməz prinsip və ideyaları var.

271
00:34:04,140 --> 00:34:09,050
Axı əlimizdə İmam Xomeyninin (r.ə) iyirmi neçə cildlik bəyanatları var;

272
00:34:10,650 --> 00:34:20,400
İmam inqilabın təcəssümü, inqilabın danışan dili, inqilabi həqiqətləri açıqlayan rupor idi.

273
00:34:20,880 --> 00:34:25,940
Baxın görün İmam nələri vurğulayıb, nələri önə çəkib.

274
00:34:27,510 --> 00:34:35,280
İnqilabın açıq-aydın, danılmaz prinsiplərini inkar etməsinlər. Bu, çox əhəmiyyətli məsələlərdən biridir.

275
00:34:35,540 --> 00:34:39,080
Mən bəsicə çox böyük önəm verirəm;

276
00:34:40,020 --> 00:34:49,540
bəsici çox mühüm, effektiv, bərəkətli və əlbəttə ki, parlaq gələcəyi olan bir fenomen hesab edirəm.

277
00:34:49,710 --> 00:34:55,820
Mən inanıram ki, bəsicin əleyhinə göstərilən bütün bu səylər, görülən işlər, həyata keçirilən təxribatlar

278
00:34:56,140 --> 00:35:02,800
onu zəiflədə bilməyəcək. İnşallah, bəsic günü-gündən daha da kök atıb möhkəmlənəcək.

279
00:35:03,620 --> 00:35:09,420
Vaxt var idi, bəsic nazik bir fidan idi, bu gün isə iri gövdəli bir ağacdır

280
00:35:10,080 --> 00:35:14,850
və Allahın köməyi ilə, bundan daha yaxşı, daha güclü olacaq.

281
00:35:16,650 --> 00:35:21,600
Lakin diqqətli olun ki, bu irigövdəli ağaca xəstəlik düşməsin.

282
00:35:22,020 --> 00:35:25,420
Mən üzümü sizə tutub bir daha deyirəm: ehtiyatlı olun.

283
00:35:25,710 --> 00:35:30,080
Biri var kimsə mişar götürüb ağacın üstünə gəlir – mişarın qarşısını almaq olur;

284
00:35:30,280 --> 00:35:36,200
biri də var ağacı xəstəlik içindən yeyir – buna əlac tapmaq daha çətin olur.

285
00:35:37,910 --> 00:35:44,080
Bəsic üçün təhlükə törədən bəlalardan biri lovğalıqdır.

286
00:35:45,020 --> 00:35:49,940
“Biz bəsiciyik, favoritik, seçilmişlərdənik,

287
00:35:50,280 --> 00:35:59,880
adımız-sanımız var, bizim haqqımızda bu qədər danışılır” – deyə başqalarına yuxarıdan aşağı baxaq –

288
00:36:01,770 --> 00:36:12,740
bax bu, bəladır; bu, mərəzdir. Böyüdükcə, yüksəldikcə,

289
00:36:13,370 --> 00:36:17,570
daha da təvazökar olmalısınız; Uca Yaradan qarşısında daha itaətkar olmalısınız.

290
00:36:17,650 --> 00:36:23,850
Baxın, siz də, mən də istiğfar edirik, deyirik: استغفرالله ربّي و اتوب اليه

291
00:36:24,140 --> 00:36:28,620
Amma bizim istiğfarımıza baxın, İmam Səccadın (ə) istiğfarına baxın.

292
00:36:31,510 --> 00:36:37,620
Biz də dua edirik; amma baxın bizim dua və yalvarışımız necədir,

293
00:36:40,400 --> 00:36:45,800
Əmirəl-mömininin öz minacatlarında, İmam Hüseynin “Ərəfə” duasında,

294
00:36:45,970 --> 00:36:52,540
yaxud İmam Səccadın “Səhifeyi-Səccadiyyə”də olan dua və yalvarışları necədir. Onlar hara, biz hara.

295
00:36:53,310 --> 00:37:02,310
Onlar etdikləri dua və yalvarışlarda bizdən min dəfə daha ciddidir; istiğfarları bizdən daha ciddidir.

296
00:37:04,680 --> 00:37:12,570
Əmirəl-möminin “Kumeyl” duasında Allahın əzabı sarıdan keçirdiyi qorxu barədə danışır!

297
00:37:14,170 --> 00:37:21,970
Əmirəl-möminin o əzəməti, o məqamı, o ibadəti, o təqvası ilə.

298
00:37:24,370 --> 00:37:32,970
Yüksəldikcə özünüzü Allah qarşısında, Onun yaratdıqları qarşısında daha kiçik görün.

299
00:37:35,420 --> 00:37:47,000
“Məkarimül-əxlaq” duasında bizə öyrədilir ki, xalqın gözündə nə qədər ucalsaq,

300
00:37:47,450 --> 00:37:52,200
اِلّا حَطَطتَني عِندَ نَفسي مثِلَها –

301
00:37:53,370 --> 00:37:56,080
xalqın qarşısında məqamımız nə qədər yüksəlsə

302
00:37:56,080 --> 00:38:00,420
özlüyümüzdə, öz gözümüzdə bir o qədər alçalmalıyıq.

303
00:38:01,880 --> 00:38:06,680
Daşıdığımız məsuliyyətə, çatışmazlıqlarımıza diqqət etməliyik,

304
00:38:06,940 --> 00:38:09,970
zəif cəhətlərimizə, nöqsanlarımıza diqqət etməliyik.

305
00:38:10,250 --> 00:38:16,250
Nöqsanlarımız heç də az deyil; mən elə özümü nəzərdə tutub deyirəm. Düzdür, siz gənclər bizdən daha yaxşısınız,

306
00:38:17,280 --> 00:38:19,400
amma hər kəsin, hamımızın nöqsanı var. Öz nöqsanlarımıza daha artıq diqqət yetirməliyik.

307
00:38:20,620 --> 00:38:22,970
Odur ki lovğalıq təhlükəli bəlalardan, mərəzlərdən biridir.

308
00:38:23,540 --> 00:38:28,770
Diqqətli olun ki, “mən bəsiciyəm, mən fədaiyəm,

309
00:38:29,000 --> 00:38:33,220
mən canımdan keçməyə hazıram” deyə təkəbbürə, lovğalığa düçar olmayasınız.

310
00:38:33,400 --> 00:38:35,340
İkinci bəla qəflətdir.

311
00:38:35,710 --> 00:38:40,600
Elə qəflət də lovğalıqdan irəli gələn bir şeydir.

312
00:38:41,420 --> 00:38:46,710
İnsan öz gücünə çox arxalananda, öz bacarığından,

313
00:38:47,880 --> 00:38:53,280
çox dəyərli olmasından lovğalıq hissi keçirəndə, elə bil ki, qəflətə qapılır, arxayınlaşır, onda öz işinə qarşı diqqətsizlik, məsuliyyətsizlik yaranır.

314
00:38:53,280 --> 00:38:56,540
Bax buna yol verməyin, qəflətə düçar olmayın.

315
00:38:57,250 --> 00:39:02,680
Həmişə gözüaçıq və diqqətli olun.

316
00:39:05,540 --> 00:39:13,400
Daha bir bəla isə – bunu da deyim, daha bəsdir – maddi dünyanın bər-bəzəyinə, dəbdəbəsinə görə bir-biri ilə yarışa girməkdir.

317
00:39:13,880 --> 00:39:20,880
Bəli, yarışa; bu, bir yarışdır: həyatın bərbəzəyinin dalınca qaçmaq,

318
00:39:21,680 --> 00:39:28,050
daha çox dəbdəbəli əşya əldə etmək, daha yaxşı həyat, daha artıq gəlir uğrunda əlləşib-vuruşmaq.

319
00:39:28,280 --> 00:39:33,880
Qaçmaq yarışdır, insanlar da dünyada bu yarışa qoşulub.

320
00:39:33,880 --> 00:39:41,200
İndi bəziləri daha zirəkdir, irəli keçib milyardlara qədər çatır,

321
00:39:42,170 --> 00:39:48,850
bəziləri isə bir o qədər zirək deyil. Amma yenə də bu dünyada insanlar – dünyapərəst olanlar yarışdadır.

322
00:39:49,050 --> 00:39:50,850
Siz bu yarışa qoşulmayın.

323
00:39:52,940 --> 00:39:58,740
Heç ağlınıza belə gətirib deməyin ki, filankəsin filan şeyi var, filankəs filan şeyləri əldə edib, mənim heç nəyim yoxdur,

324
00:39:59,620 --> 00:40:08,820
mən də o şeyləri əldə etməliyəm. Bu, nəinki təkcə bəsicin, hər bir möminin bəlasıdır.

325
00:40:09,080 --> 00:40:14,110
Çoxlarını görmüşük, yaxşı, dinə-imana bağlı adamlar olublar,

326
00:40:14,110 --> 00:40:18,970
dünya malının, dəbdəbənin, bu kimi şeylərin içinə düşən kimi,

327
00:40:19,880 --> 00:40:30,880
yavaş-yavaş iti cəhətləri kütləşib, potensialları azalıb, stimulları zəifləyib.

328
00:40:31,800 --> 00:40:35,740
Stimul zəifləyəndə iradə də zəifləyir,

329
00:40:36,050 --> 00:40:45,620
iradə zəifləyəndə isə bu özünü dərhal əməldə büruzə verir. Belə-belə həmin adamlar əldən gedib. Bəlalar bax bunlardır.

330
00:40:45,850 --> 00:40:49,570
Bəs bu gün bəsicin prioritetləri hansılardır?

331
00:40:50,080 --> 00:40:56,050
İlk növbədə təqva və saflıq; təqva və saflıq.

332
00:40:56,650 --> 00:41:04,620
Məna əhli olan bütün insanların – böyüklərin, dahilərin; bəzən bizə də onlarla görüşmək nəsib olub –

333
00:41:06,020 --> 00:41:09,020
əsas tövsiyələri bu idi ki, günah etməyin.

334
00:41:10,620 --> 00:41:17,850
Bəziləri soruşur, ağa, hansı zikri oxuyaq ki, misal üçün, çox yaxşı olsun, məqamımız ucalsın?

335
00:41:18,620 --> 00:41:23,050
Böyüklər deyərdilər ki, zikrin özünə qalsın, günah etmə!

336
00:41:23,170 --> 00:41:29,250
Birinci addım budur, bu addım atılsa,

337
00:41:29,880 --> 00:41:37,140
problemlərinizdən çoxu – mənəvi, psixoloji, maddi problemləriniz – aradan qalxacaq.

338
00:41:40,140 --> 00:41:47,420
Hamımız günah edə bilərik, hər birimizin ayağı büdrəyə bilər; bu barədə dedim. Ehtiyatlı olun.

339
00:41:47,650 --> 00:41:51,510
Sizdə bu ehtiyatlılıq olsa –

340
00:41:51,770 --> 00:41:56,680
bunun adı təvqadır;

341
00:41:57,400 --> 00:42:08,220
Quranda bir bu qədər təkrarlanan təqva anlayışı elə günah etməmək, Allahın buyruğundan çıxmamaq üçün özündən ehtiyatlı olmaqdır – günah sarıdan özünüzdən muğayat olsanız,

342
00:42:08,340 --> 00:42:12,880
Uca Yaradan da sizə kömək edəcək, möhkəm, mətin olmağınıza yardım edəcək.

343
00:42:14,220 --> 00:42:21,800
Bu ehtiyatlılıq həm də ilahi rəhməti insana cəlb edir, onun həyatına bərəkət gətirir.

344
00:42:22,740 --> 00:42:30,800
Təqvanın təsiri ilə insanın ömrü, insanın həyatı, yaşadığı hər bir an, hər bir saat bərəkət qazanır.

345
00:42:30,800 --> 00:42:37,250
Mənim ilk tövsiyəm budur.  İkinci tövsiyəm isə bəsirətlə, gözüaçıq olmaqla bağlıdır.

346
00:42:38,770 --> 00:42:45,770
Çıxışlarımda mən Əmirəl-mömininin (ə) bu cümləsini dəfələrlə təkrarlamışam:

347
00:42:45,970 --> 00:42:51,850
الا ... وَ لا يَحمِلُ هَذَا العَلَم اِلّا اَهلُ البَصَرِ و الصَّبر

348
00:42:52,740 --> 00:43:01,400
Əvvəlcə bəsirət əhli – yanaşması düzgün olan, gözüaçıq olan, vəziyyəti başa düşən insanlar qeyd olunur.

349
00:43:02,770 --> 00:43:08,170
Gözüaçıqlığımızı günü-gündən daha da artırmalı, ölkə daxilində vəziyyətin nə yerdə olduğunu,

350
00:43:10,000 --> 00:43:14,200
hansı proseslərin getdiyini,

351
00:43:15,620 --> 00:43:21,940
hansı məqamlarda düşmənin varlığının hiss olunduğunu,

352
00:43:23,400 --> 00:43:33,650
hansı məqamlarda isə arxayınlıqla hərəkət etməyin mümkün olduğunu dərk etməliyik.

353
00:43:36,000 --> 00:43:43,420
Gözüaçıq olmaq lazımdır. Dünyada tutduğumuz mövqeyi bilməliyik; bu gün biz haradayıq?

354
00:43:44,080 --> 00:43:52,880
Bir qrup şəxs var, bütün səylərini özünü, öz xalqını, öz kimliyini təhqir etməyə yönəldib.

355
00:43:53,340 --> 00:43:58,650
“Biz heç nəyik!” – bunu müxtəlif formada, cürbəcür ifadə tərzləri ilə çatdırır,

356
00:43:59,280 --> 00:44:04,620
götürüb hansısa ölkənin, hansısa xalqın

357
00:44:04,940 --> 00:44:09,510
davranışını ətraflı təsvir edərək tərifləyir, yaxud bu kimi işlər görürlər

358
00:44:09,770 --> 00:44:14,770
(əksəriyyət etibarilə də heç həqiqət deyil, çoxu o filmlərdə göstərilənləri deyir).

359
00:44:15,170 --> 00:44:18,600
Filmlərdə polis gəlib

360
00:44:20,050 --> 00:44:26,020
bir nəfəri həbs etmək istəyəndə ilk olaraq bunu deyir ki, “diqqətli olun,

361
00:44:26,020 --> 00:44:31,600
işlədəcəyiniz hər bir ifadə məhkəmədə əleyhinizə dəlil kimi istifadə oluna bilər”. Yəni bu polis o qədər alicənabdır ki,

362
00:44:32,280 --> 00:44:38,850
şübhəliyə – cinayət işlədiyi ehtimal olunan bir şəxsə – bəri başdan məsləhət verir, deyir,

363
00:44:39,050 --> 00:44:43,170
“ehtiyatlı ol, ağzından artıq-əskik söz çıxarma, məhkəmədə əleyhinə işləyə bilər”!

364
00:44:43,370 --> 00:44:50,020
Qərb polisi budur? Amerika polisi belədir? Bu yalnız Hollivud filmlərində olur.

365
00:44:51,540 --> 00:44:55,140
Amerika polisi adamın qoluna qandalı keçirən kimi

366
00:44:55,140 --> 00:44:59,910
birini ilişdirir; atəş açır, öldürür.

367
00:45:03,620 --> 00:45:09,820
Cibində oyuncaq tapança olduğuna görə atəş açaraq adamı öldürür.

368
00:45:10,340 --> 00:45:16,770
Onların polisləri məgər belədir? Filmlərdə yalandan bəzəyirlər;

369
00:45:17,710 --> 00:45:23,370
məhkəmələrini, polislərini, dövlət qurumlarını, daha nələri. Yaxşı, bunlar kinodur,

370
00:45:23,480 --> 00:45:29,400
bəzilərinin yazdığı məqalələr, etdiyi çıxışlar, danışdığı sözlər də elə eynilə Hollivud filmləri kimidir.

371
00:45:29,740 --> 00:45:40,880
Başqalarını heç onlarda olmayan şeylərlə tərifləyib, bəzəyib-şişirdib göstərməyə,

372
00:45:41,800 --> 00:45:46,820
bununla da, əslində, xalqımızda yetərsizlik kompleksi yaratmağa çalışırlar.

373
00:45:46,940 --> 00:45:53,340
Amma yox, belə deyil; bizim xalqımız böyük bir xalqdır;

374
00:45:53,910 --> 00:45:59,450
böyük sınaqlardan da başucalığı və uğurla çıxıb, böyük işlər də görüb.

375
00:45:59,970 --> 00:46:06,510
Bizim xalqımız o xalqdır ki, müharibədə əsir götürəndə

376
00:46:07,310 --> 00:46:14,020
onu döymür, öldürmür, müalicə edirdi.

377
00:46:14,110 --> 00:46:20,340
Öz mehtərəsindən ona su içirdirdi. Bizim xalqımız belə bir xalqdır.

378
00:46:24,420 --> 00:46:32,540
Hansısa xarici ölkədən olan və casusluqda şübhəli bilinən bir neçə yaramazı –

379
00:46:33,370 --> 00:46:34,940
hansılar ki elə, doğrudan, casus da ola bilərdilər –

380
00:46:34,940 --> 00:46:43,140
dənizdə tutub gətirirlər, sonra evlərinə qaytaranda əyinlərinə təzə paltar geydirib göndərirlər.

381
00:46:44,480 --> 00:46:46,400
Xalqımız belə bir xalqdır:

382
00:46:46,540 --> 00:46:55,170
davranışı, mehribanlığı, insafı, həm də şücaəti.

383
00:46:56,600 --> 00:47:05,740
Bizim xalqımız o xalqdır ki, bir neçə əsr davam etmiş təhqir və zəlalətin boyunduruğundan xilas olmağa,

384
00:47:05,970 --> 00:47:13,620
izzət və nüfuzun zirvəsində öz sözünü deməyə müvəffəq olub. Bizim belə bir xalqımız var; zarafat deyil.

385
00:47:15,340 --> 00:47:20,570
Müxtəlif ölkələr – dünyanın super-gücləri sayılan dövlətlər – bir araya gəlib düşünür ki,

386
00:47:21,020 --> 00:47:25,850
“İranla neyləyək?” Bax bu, xalqın gücü, xalqın iqtidarıdır:

387
00:47:26,450 --> 00:47:35,940
maddi, hərbi, siyasi iqtidardır, məntiq gücüdür, əxlaqın gücüdür.

388
00:47:37,510 --> 00:47:40,650
O demək deyil ki, zəif cəhətlərimiz yoxdur, zəif cəhətlərimiz, nöqsanlarımız da çoxdur,

389
00:47:41,370 --> 00:47:48,170
amma imkan və bacarıqlarımız, dəyərlərimiz, parlaq cəhətlərimiz də az deyil. Bu xalqı nə üçün alçaldırlar?

390
00:47:49,110 --> 00:47:52,600
Bəziləri elə daim ölkəni, xalqı,

391
00:47:53,600 --> 00:47:56,080
rəsmiləri təhqir etməyə adət edib.

392
00:47:56,680 --> 00:48:02,000
Bəsirət odur ki, insan bu həqiqətləri bilə, dərk edə, özünün,

393
00:48:02,220 --> 00:48:08,220
ölkəsinin, xalqının, inqilabın məntiqinin,

394
00:48:08,880 --> 00:48:15,220
İmamın ölkədə cızdığı doğru yolun, “sirati-müstəqim”in yerini

395
00:48:16,000 --> 00:48:18,600
və mövqeyini bilə. Bəsirət, gözüaçıqlıq budur.

396
00:48:19,280 --> 00:48:25,680
Hərəkətə keçmək üçün daim hazır olmaq – bu da zəruri şərtlərdən,

397
00:48:25,680 --> 00:48:33,220
mənim bəsici qardaş və bacılarıma etməli olduğum vacib tövsiyələrdən biridir. Hazır olmaq lazımdır.

398
00:48:45,770 --> 00:48:49,850
Çox gözəl, çox razıyam. Mən sizin daim hazır olduğunuzu bilirəm.

399
00:49:06,400 --> 00:49:17,420
Bu gün dünyada gedən qarşıdurma real bir qarşıdurmadır.

400
00:49:18,970 --> 00:49:26,510
Üz-üzə duran tərəflər də insani dəyərlərdən çox, çox-çox uzaqdırlar.

401
00:49:27,110 --> 00:49:33,600
Odur ki elə bizim öz ətrafımızda da elə hadisələr baş verir ki,

402
00:49:33,600 --> 00:49:36,000
biz onlara qarşı etinasız qala bilmərik.

403
00:49:36,340 --> 00:49:41,340
Bunlardan birincisi Fələstin məsələsidir, Fələstin problemidir.

404
00:49:42,770 --> 00:49:45,510
Fələstin məsələsi xırda bir məsələ deyil.

405
00:49:45,740 --> 00:49:56,650
Fələstinin işğalından 60 il, yaxud bundan bir qədər də artıq vaxt ötür,

406
00:49:57,020 --> 00:50:02,450
oranın əhalisi – fələstinlilər arasında bir neçə nəsil bir-birini əvəz edib,

407
00:50:03,310 --> 00:50:06,220
amma Fələstin ideyası hələ də yaşayır.

408
00:50:06,400 --> 00:50:10,170
Düşmənin bütün səyləri Fələstin ideyasını yox etməyə, aradan götürməyə yönəlib,

409
00:50:12,080 --> 00:50:13,570
amma bu ideya hələ də yaşayır, var.

410
00:50:13,820 --> 00:50:22,420
Təəssüflər olsun, ərəb dövlətlərinin başı başqa işlərə o qədər qarışıb ki, Fələstin məsələsi ilə məşğul olmağa vaxt tapmırlar, yaxud bunu heç istəmirlər də;

411
00:50:23,510 --> 00:50:31,800
üzgörənlik, başqa cürbəcür səbəblər, kimlərisə, nələrisə nəzərə almalar, Amerika və başqaları ilə müttəfiqlik imkan vermir.

412
00:50:32,650 --> 00:50:36,170
Amma Fələstin məsələsi çox əhəmiyyətli bir məsələdir,

413
00:50:36,370 --> 00:50:39,020
biz onu boşlaya bilmərik.

414
00:50:40,650 --> 00:50:47,400
Bu gün İordan çayının qərb sahilində yaşayan fələstinlilərin müqavimət hərəkatı start götürüb,

415
00:50:47,940 --> 00:50:50,110
camaat döyüşür.

416
00:50:51,050 --> 00:50:57,710
İmperializmin ruporları tamamilə ədalətsiz, zülmkar mühakimə yürüdür.

417
00:50:58,770 --> 00:51:06,940
Gəlib buldozerlə evləri söküb yeni yaşayış qəsəbələri salırlar, insanların əkin yerlərini məhv edirlər,

418
00:51:06,940 --> 00:51:13,280
ev-eşiyi zəbt edilmiş, öz evinin içində canı və malının təhlükəsizliyi təmin olunmayan bir insan

419
00:51:13,400 --> 00:51:18,050
evini qorumaq üçün bir daş atanda deyirlər: “Terrorçudur!”

420
00:51:19,280 --> 00:51:25,880
Bu insanın həyatını, təhlükəsizliyini, heysiyyətini,

421
00:51:26,140 --> 00:51:31,850
əmlakını, dünyasını bu şəkildə məhv edən

422
00:51:32,110 --> 00:51:39,220
bir rejim haqda isə deyirlər ki, “zülmə məruz qalıb, özünü müdafiə edir”. Bax bu, çox qəribədir, müasir dünyanın ən qəribə təzahürlərindən biridir!

423
00:51:39,740 --> 00:51:43,680
Biri gəlib birinin evini zəbt edir,

424
00:51:44,050 --> 00:51:50,850
ev yiyəsini evindən çıxarır və durmadan ona zülmlər edir,

425
00:51:50,850 --> 00:51:54,510
onun haqda deyirlər: “Nə etsin, özünü müdafiə etməsin? Özünü müdafiə edir də!”

426
00:51:55,140 --> 00:52:02,250
Təhlükəsizliyi pozulmuş, ev-eşiyindən olmuş,

427
00:52:02,620 --> 00:52:08,420
arvad-uşağı, heysiyyəti, hər şeyi təhlükə altında olan o məzlum ev yiyəsi

428
00:52:08,570 --> 00:52:15,280
dönüb ona bir söyüş söyəndə, ya bir daş atanda isə deyirlər ki, “Terrorçudur!”

429
00:52:16,450 --> 00:52:21,110
Bu, balaca bir şeydir? Xırda səhvdir?

430
00:52:21,400 --> 00:52:27,080
Kiçik zülmdür ki, üstündən keçmək mümkün olsun? Yox, bunun üstündən keçmək olmaz!

431
00:52:28,370 --> 00:52:35,450
Biz Fələstin xalqının müqavimət hərəkatını bütün varlığımızla, əlimizdən gəldiyi günə qədər və mümkün olan hər vasitə ilə dəstəkləyəcəyik!

432
00:52:55,910 --> 00:53:00,710
Eynilə ətrafımızda baş verən digər məsələlər də;

433
00:53:00,710 --> 00:53:04,480
onlar da, bu gün dünyada baş verən proseslərin əksəriyyəti də elə məsələlərdir ki,

434
00:53:04,480 --> 00:53:10,370
onlar haqda mühakimə yürüdərkən ədalətli və insaflı insanın vicdanı bir şey deyir,

435
00:53:11,340 --> 00:53:16,800
çirkin və qərəzli Qərb yanaşması,

436
00:53:17,680 --> 00:53:22,420
onların siyasətçiləri və təbliğat orqanları isə başqa bir şey.

437
00:53:22,540 --> 00:53:28,370
Məsələn, Bəhreyn məsələsi; məsələn, Yəmən məsələsi; məsələn, Suriya məsələsi.

438
00:53:28,570 --> 00:53:36,140
Bəhreyn məsələsində, Bəhreyn xalqı məgər nə istəyir?

439
00:53:37,200 --> 00:53:44,510
Onlar yalnız bunu deyir ki, dövləti, hökuməti seçmək üçün xalqın hər bir nümayəndəsinə

440
00:53:44,970 --> 00:53:50,480
bir səs hüququ verilsin. Hərəyə bir səs.

441
00:53:51,940 --> 00:53:58,540
Yaxşı, məgər “demokratiya” deyən siz deyilsiniz? Məgər siz demirsiniz ki, “demokratiyanın təcəssümüyük,

442
00:53:58,970 --> 00:54:04,220
demokratiyanı dəstəkləmək istəyirik”. Lap yaxşı, bundan da aşkar demokratiya?

443
00:54:07,420 --> 00:54:14,770
Bəhreyn xalqına nəinki təkcə bu hüququ vermirlər, üstəlik onlara təzyiq göstərirlər, təhqir edirlər, alçaldırlar.

444
00:54:15,770 --> 00:54:23,140
bunlar əksəriyyətdir; bu fikirləri səsləndirənlər əksəriyyəti təşkil edir,

445
00:54:24,050 --> 00:54:26,220
70-80 faizdir.

446
00:54:26,820 --> 00:54:32,140
İxtiyarında güc və hakimiyyət olan zülmkar bir azlıq xalqın əksəriyyəti ilə istədiyini edir –

447
00:54:32,140 --> 00:54:35,710
Hətta onların müqəddəslərinə qarşı da hörmətsizlik edir.

448
00:54:36,220 --> 00:54:43,420
Elə builki məhərrəm ayında minbərə çıxan, mədh edən, əlində matəm bayrağı dalğalandıran,

449
00:54:44,050 --> 00:54:49,050
rövzə oxuyan bir insana hücum olunmuşdu.

450
00:54:51,220 --> 00:54:57,740
Yəzidə lənət deyən, sübhənallah, bir insana hücum etmişdilər ki,

451
00:54:58,050 --> 00:55:06,050
Bunları tanımaq üçün təkcə elə yəzidi olduqlarını, Yəzidi müdafiə etdiklərini bilmək kifayətdir.

452
00:55:07,620 --> 00:55:16,370
İslam tarixində murdar Yəziddən abırsız adam yoxdur,

453
00:55:16,820 --> 00:55:23,050
ona lənət oxumayaq? Peyğəmbərə (s),

454
00:55:23,050 --> 00:55:34,170
onun övladlarına, xanədanına əziyyət verənlər lənətə layiqdir. Bəhreyndə vəziyyət belədir, onların elədiyi budur.

455
00:55:34,420 --> 00:55:44,540
Yəmən; bununla bir neçə aydır ki, Yəmən əhalisini durmadan bombardman edirlər.

456
00:55:45,450 --> 00:55:52,620
Evdir, xəstəxanadır, məktəbdir demədən ucdantutma bombalayırlar.

457
00:55:52,910 --> 00:55:58,940
Heç bir təqsiri, günahı olmayan əhalini bombardman edirlər;

458
00:55:58,940 --> 00:56:04,110
demokratiya, insan haqları və sairə iddiasında olan qurumlar da

459
00:56:04,170 --> 00:56:12,880
daim bunları dəstəkləyir, müdafiə edir! Dünya budur; zalım dünya budur;

460
00:56:12,970 --> 00:56:20,000
sizin qarşı çıxdığınız dünya, əleyhinə şüarlarla çıxış etdiyiniz imperializm budur.

461
00:56:21,020 --> 00:56:27,370
Suriya məsələsində də eynilə; Suriya məsələsi ilə bağlı son bir neçə gündə çox danışmışıq,

462
00:56:28,170 --> 00:56:35,570
demişik, mediada da yayımlanıb. Bunlar ən murdar

463
00:56:36,020 --> 00:56:48,110
və qəddar terrorçuları dəstəkləyir, onlara yardım edirlər; istər Suriyada, istərsə də İraqda;

464
00:56:48,370 --> 00:56:52,280
müstəqim, yaxud qeyri-müstəqim surətdə.

465
00:56:54,570 --> 00:57:02,400
İki ayağını bir başmağa dirəyib israr edirlər ki, Suriyada hökumət bizim istədiyimiz şəkildə təşkil edilməlidir.

466
00:57:02,800 --> 00:57:09,340
Axı nə haqla? Hər bir xalq öz müqəddəratını özü təyin etməli, hökumətini, dövlətini özü seçməlidir,

467
00:57:09,540 --> 00:57:22,020
siz kimsiniz? Çirkin məqsədlərini həyata keçirmək üçün dünyanın o başından durub gəlirlər.

468
00:57:23,850 --> 00:57:26,340
İmperializm dünyası belə bir dünyadır.

469
00:57:26,480 --> 00:57:32,020
Belə bir dünyanın qarşısında gözüaçıq insan nə etməli olduğunu,

470
00:57:32,480 --> 00:57:36,850
tutduğu mövqenin nə qədər haqlı bir mövqe olduğunu anlayır.

471
00:57:38,340 --> 00:57:47,970
Bəsic İran İslam Respublikasının siyasi mövqeyinin –

472
00:57:48,110 --> 00:57:56,420
bu gün bizim dövlət rəsmilərimizin, rəsmi qurumlarımızın Suriya,

473
00:57:56,420 --> 00:58:03,080
İraq, Bəhreyn, Yəmən, Fələstin məsələləri ilə bağlı mövqeyi açıq-aydındır, ortadadır –

474
00:58:03,940 --> 00:58:15,140
bu mövqenin hər bir insaflı və ağıllı insanın qəbul edəcəyi ən məntiqli mövqe olduğunu başqalarına anlada bilər.

475
00:58:17,340 --> 00:58:23,170
Bəsic İran İslam Respublikası üçün bərəkətdir,

476
00:58:23,880 --> 00:58:35,080
dəyərli bir ehtiyatdır, xəzinədir; tükənməz bir xəzinə. Tükənməz bir xəzinədir, çünki xalq da tükənməzdir.

477
00:58:35,340 --> 00:58:45,170
Sizə onu deyim ki, Allahın köməyi ilə, əziz İran xalqı bu dəyərli xəzinəni əvvəla, qoruyub saxlayacaq,

478
00:58:45,970 --> 00:58:47,910
ikincisi, ixrac edəcək, başqalarına da ötürəcək,

479
00:58:48,080 --> 00:58:53,200
üçüncüsü isə bu iradə, bu əzm, bu gözüaçıqlıq sayəsində,

480
00:58:53,480 --> 00:58:58,620
heş şübhəsiz, hədəfə aldığı tərəqqi və yüksəlişin zirvəsinə yetişəcək.

481
00:59:00,970 --> 00:59:07,220
Düşmənlərsə məcburdurlar ki, İran xalqının tərəqqi və inkişafını kənardan seyr edələr

482
00:59:07,400 --> 00:59:11,480
və əllərindən heç bir şey gəlməyə. İnşallah, elə belə də olacaq.

483
00:59:11,710 --> 00:59:16,650
Bu yolu bizim üzümüzə açmış dahi İmam Xomeyniyə (r.ə) Allah rəhmət etsin.

484
00:59:16,970 --> 00:59:23,910
Öz fədakarlığı ilə bizə əməli surətdə dərs vermiş, bizə necə hərəkət etmək lazım olduğunu

485
00:59:24,370 --> 00:59:30,170
öyrətmiş əziz şəhidlərimizə Allah rəhmət etsin. Daim hazırlığı ilə xalqa

486
00:59:30,400 --> 00:59:36,480
sevinc və ümid bəxş edən siz əzizlərimdən də Allah Öz mərhəmətini əsirgəməsin.

487
00:59:36,620 --> 00:59:38,910
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.