1
00:00:05,710 --> 00:00:08,020
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:09,570 --> 00:00:12,170
والحمدلله ربّ العالمين

3
00:00:14,970 --> 00:00:20,680
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:31,850 --> 00:00:35,620
و علي آله الطّيّبين الطّاهرين المعصومين

5
00:00:36,420 --> 00:00:39,970
السّلام علي الحسين و علي عليّ‌بن‌الحسين

6
00:00:41,340 --> 00:00:45,400
و علي اولاد الحسين و علي اصحاب الحسين

7
00:00:48,970 --> 00:00:56,450
İmperializmə qarşı mübarizə günü kimi qeyd olunan bir gündə

8
00:00:59,280 --> 00:01:08,680
əziz gənclərlə, tələbə və şagirdlərlə keçirilən görüşlər

9
00:01:10,020 --> 00:01:14,250
olduqca dəyərlidir.

10
00:01:17,170 --> 00:01:22,310
Bu gün bura təşrif gətirmiş bu kollektiv,

11
00:01:24,220 --> 00:01:29,480
sizlər xalqın sayıq gənclərinin təmsilçilərisiniz;

12
00:01:30,940 --> 00:01:39,880
və nəinki yalnız gənclər, gözüaçıq, məlumatlı,

13
00:01:40,540 --> 00:01:48,620
prosesləri analiz etməyi bacaran insanlar

14
00:01:49,650 --> 00:01:54,970
hamısı bu gün sizin burada öz çıxışlarınızla, şüarlarınızla ifadə etdiyiniz mövqeyə malikdirlər.

15
00:01:59,540 --> 00:02:05,600
Bu günlər Hüseyn ibn Əlinin (ə) adı ilə bağlıdır,

16
00:02:07,880 --> 00:02:14,850
müsəlman ümmətinin tarixən böyük emosionallıqla yaşadığı günlərdir.

17
00:02:15,170 --> 00:02:16,940
Özü də bu günlər yalnız şiələrə aid deyil,

18
00:02:19,220 --> 00:02:29,650
qeyri-şiələr də Hüseyn ibn Əlinin (ə) hərəkatını böyük,

19
00:02:29,800 --> 00:02:41,570
ibrətverici, möhtəşəm, xalqlara örnək olan bir hərəkat kimi qiymətləndirir.

20
00:02:41,880 --> 00:02:45,310
Bilənlər; bilməyənlər, xəbəri olmayanlar ayrı.

21
00:02:48,170 --> 00:02:57,450
Bizim xalqımızın da qürur duyduğu mövzulardan biri Seyidüş-şühədanı (ə) tanımağı,

22
00:02:57,880 --> 00:03:05,570
Kərbəla haqda məlumatlı olmağı,

23
00:03:06,220 --> 00:03:15,540
Aşura hadisəsi zamanı və ya onun fonunda baş vermiş mühüm məsələlərdən xəbərdar olmağıdır.

24
00:03:16,110 --> 00:03:21,770
Bu günlər Zeynəbi-Kübranın (s.ə) günləridir,

25
00:03:23,510 --> 00:03:34,740
Zeynəbi-Kübra (s.ə) isə Aşura hadisəsinin aktuallığını qoruyub saxlamış,

26
00:03:35,250 --> 00:03:46,510
bu olayın o dövrdə hakimiyyətdə olan rejimin siyasi əfsunları fonunda unudulub getməsinə

27
00:03:48,400 --> 00:03:55,940
və ya tarixin qaranlıqlarına qarışmasına imkan verməmiş Bir şəxsdir.

28
00:03:57,570 --> 00:04:04,310
Bu hadisəni Zeynəbi-Kübra (s.ə) yaşatmışdır. Odur ki bu günlər olduqca önəmlidir.

29
00:04:04,970 --> 00:04:08,880
Hazırda yaşadığımız tarixi mərhələ də olduqca əhəmiyyətlidir.

30
00:04:09,400 --> 00:04:15,050
İran xalqı öz qürur və heysiyyətini təsbit etməkdədir,

31
00:04:16,370 --> 00:04:24,280
ideallara doğru irəliləyişinin kompleks planını cızmaq yolunda addımlayır.

32
00:04:24,480 --> 00:04:34,170
Məhz elə buna görə də gənclərin məlumatlı olması, mövcud duruma gözüaçıq yanaşması olduqca önəmlidir

33
00:04:35,600 --> 00:04:43,420
və bu gün bura toplaşmağımız bu mövzularda bir qədər söhbət etmək üçün bir fürsətdir.

34
00:04:44,450 --> 00:04:50,850
Əvvəla onu deyim ki – bu, bizim söhbətlərimizdən çoxunun əsasını təşkil edir

35
00:04:52,000 --> 00:04:58,280
– İslam İnqilabında, xalqımız arasında imperializmə qarşı mübarizə

36
00:04:59,020 --> 00:05:09,340
məntiqli, rasional, elmi əsası olan, müdrikliklə yürüdülən bir hərəkatdır,

37
00:05:11,770 --> 00:05:19,400
bəzilərinin qələmə vermək istədiyi kimi, ağıl və məntiqə əsaslanmayan,

38
00:05:20,710 --> 00:05:27,000
emosiyalara qapılmaqla, şüarçılıqla gedən bir hərəkat deyil.

39
00:05:29,280 --> 00:05:34,620
Əksinə, İran xalqının hərəkatı ağıl və sağlam məntiqə söykənən bir hərəkatdır.

40
00:05:36,800 --> 00:05:46,020
Hələ mən dini, Quran ayələrini, dinin bizə aşıladığı təlimləri hesaba almıram

41
00:05:47,510 --> 00:05:50,850
«اَشِدّآءُ عَلَي الکُفّار» و «رُحَمآءُ بَينَهُم»

42
00:05:51,480 --> 00:05:53,450
قاتِلوا اَئِمَّةَ الکُفر

43
00:05:53,600 --> 00:06:01,540
və bu kimi ayələri hələlik bir kənara qoyuram, çünki bunlara etiqad bəsləməyən, yaxud heç inanmayanlar da var

44
00:06:02,820 --> 00:06:06,280
– İran xalqının görüb-götürdüyünə, təcrübəsinə əsaslanaraq deyirəm.

45
00:06:07,740 --> 00:06:17,000
1332-ci il 28 mordadda ölkəmizdə İran xalqına bir çox təcrübələr qazandıran,

46
00:06:18,420 --> 00:06:27,200
xalqımızın öz mövqe və yanaşmalarında səhvə yol verməsinə

47
00:06:28,680 --> 00:06:32,850
əngəl olan bir hadisə baş verdi.

48
00:06:33,000 --> 00:06:40,680
Bu hadisə nəticəsində İran xalqı böyük bir təcrübə əldə etdi,

49
00:06:40,800 --> 00:06:43,250
bu təcrübəni heç vaxt unutmaq olmaz.

50
00:06:43,570 --> 00:06:50,050
Bəli, 1332-ci ildən indiyə qədər 60 il keçib.

51
00:06:51,050 --> 00:06:57,110
Əvvəla, bu 60 il ərzində bu tip hadisələr təkrarlanıb,

52
00:06:57,510 --> 00:07:04,310
ikincisi, tarixi hadisələrin mahiyyətində bir ibrət dərsi durursa,

53
00:07:05,000 --> 00:07:09,340
zamanın axarı onlara təsir etmir, o hadisələrdən dərs götürmək lazımdır.

54
00:07:09,800 --> 00:07:27,850
Həmin hadisə belə olmuşdu ki, ölkənin milli sərvətinin mənbəyi olan nefti müəyyən insanların –

55
00:07:29,140 --> 00:07:32,770
mərhum Ayətullah Kaşani və başqalarının köməyi ilə ingilislərin çəngindən,

56
00:07:32,850 --> 00:07:37,250
ingilislərin əlindən almağa müvəffəq olmuş Müsəddiq hökuməti tarixi bir səhvə yol vermişdi;

57
00:07:38,680 --> 00:07:45,820
o səhv də Amerikaya arxalanmaqdan ibarət idi.

58
00:07:48,770 --> 00:07:59,940
Dr. Müsəddiq düşünmüşdü ki, ingilislərin düşmənçiliyi qarşısında beynəlxalq arenada bir arxa, dayaq duranı olmalıdır;

59
00:08:00,140 --> 00:08:06,370
və o zaman da özünə dayaq qismində Amerikanı görmüşdü. Amerikalılara inanmışdı,

60
00:08:08,020 --> 00:08:10,220
ümidini onlara bağlamışdı.

61
00:08:12,910 --> 00:08:19,970
Amerikalılar da bu sadəlövhlükdən, müsbət yanaşmadan istifadə edərək

62
00:08:20,620 --> 00:08:23,510
28 mordad qiyamını həyata keçirmişdilər.

63
00:08:24,620 --> 00:08:32,310
Amerikadan bir dövlət məmuru qalxıb bura gəlmişdi (adı, kimliyi də məlumdur,

64
00:08:32,420 --> 00:08:38,880
tarixdə, sənədlərdə dəqiqliyi ilə qeydə alınıb, biz də tanıyırıq, kim olduğunu bilirik; amerikan idi)

65
00:08:38,880 --> 00:08:51,450
gedib İngiltərə, yaxud başqa bir Qərb ölkəsinin, ya ola bilsin, Kanadanın səfirliyində yerləşmişdi,

66
00:08:52,450 --> 00:08:59,710
özü ilə gətirdiyi pulu bölüşdürmüşdü. Özü ilə də müəyyən adamlar gətirmişdi,

67
00:09:00,970 --> 00:09:05,820
daxildə də bəzi xain, satqın ünsürlər var idi.

68
00:09:06,600 --> 00:09:09,480
Onlar 28 mordad qiyamını həyata keçirərək

69
00:09:09,820 --> 00:09:15,000
İran xalqının 2-3 il ərzində –

70
00:09:15,710 --> 00:09:21,850
neft sənayesinin milliləşdirildiyi dövrdə çəkdiyi bütün zəhməti küləyə vermişdi. Müsəddiqi də götürüb aparıb

71
00:09:22,600 --> 00:09:28,480
zindana salmışdılar, İrandan qaçmış Məhəmmədrza Pəhləvini də

72
00:09:28,940 --> 00:09:31,910
geri qaytarıb hakimiyyət kürsüsünə oturtmuşdular.

73
00:09:32,880 --> 00:09:39,880
Və 1332-ci ildən 1357-ci ilə qədər bu xalq

74
00:09:40,170 --> 00:09:48,280
25 il zorla hakimiyyətə gətirilmiş, xaricdən asılı Pəhləvi rejiminin

75
00:09:48,800 --> 00:09:55,400
qamçısı altında cürbəcür məşəqqət, təzyiq və çətinliklərə məruz qaldı;

76
00:09:55,970 --> 00:09:57,650
bunu edən amerikalılar olmuşdu.

77
00:10:02,680 --> 00:10:06,620
Hərbi məsləhətçiləri ordumuzda ağalıq etdi,

78
00:10:07,110 --> 00:10:13,370
iqtisadiyyat üzrə rəsmiləri öz iqtisadi siyasətlərini yürütdülər.

79
00:10:14,540 --> 00:10:20,680
Bunlardan əlavə – hələ bunlar göz önündə baş verən, hiss olunan işlər idi –

80
00:10:20,850 --> 00:10:27,650
görünməyən, hiss olunmayan bir çox işlər də görüblər. Təəssüflər olsun ki, araşdırmaçılarımız

81
00:10:28,570 --> 00:10:35,680
amerikalıların bu 25 ildə

82
00:10:36,000 --> 00:10:39,910
İran xalqının mənəvi sərvətlərinin,

83
00:10:40,650 --> 00:10:47,540
insan potensialının məhv edilməsi istiqamətində gördüyü işləri hələ də təhlil edib üzə çıxarmayıblar; hələ bunu edə bilməyiblər.

84
00:10:48,220 --> 00:10:52,540
Amma bu məsələlərin üstünə düşməyə, onları araşdırmağa dəyər.

85
00:10:54,250 --> 00:11:03,880
Boğucu represiyalar, İran xalqına təzyiqlər, bu ölkənin insan resurslarının puç edilməsi,

86
00:11:04,680 --> 00:11:08,000
təbii resurslarının talan edilməsi,

87
00:11:09,620 --> 00:11:15,510
İran xalqının regionda yaşayan müsəlman xalqları arasında bədnam edilməsi –

88
00:11:17,340 --> 00:11:23,250
bütün bunlar amerikalıların bu müddət ərzində gördüyü işlərdir. Nə qədər insan öldürülüb,

89
00:11:23,340 --> 00:11:28,050
nə qədər insan həbsə atılıb, nə qədər insana işgəncə verilib,

90
00:11:32,220 --> 00:11:39,370
ölkənin içində İran xalqı əleyhinə nə qədər xain siyasətlər yürüdülüb?!

91
00:11:39,570 --> 00:11:50,000
Və bütün bunlar amerikalılar və onların əli ilə hakimiyyətə gətirilmiş rejim üzündən,

92
00:11:50,220 --> 00:11:57,370
o cənabın o vaxt sadəlövhcəsinə amerikalılara etimad etməsi ucbatından baş verib.

93
00:12:00,740 --> 00:12:08,450
Xalqlar müxtəlif proseslər qarşısında iki cür davranır:

94
00:12:09,740 --> 00:12:16,940
bəziləri hadisələri, çətinlikləri, işgəncələri dadır,

95
00:12:17,480 --> 00:12:27,310
amma özlüyündə bununla bağlı düzgün bir təhlil, ümumiləşdirmə apara, nəticə çıxara bilmir ki,

96
00:12:28,200 --> 00:12:33,940
gəldiyi nəticə onu həmin hadisə qarşısında əks-reaksiya verməyə sövq etsin; bəzi xalqlar belədir.

97
00:12:36,680 --> 00:12:42,140
Yaxşı, layiqli lideri olan xalqlar isə belə olmur,

98
00:12:43,420 --> 00:12:50,050
çətinliklərə dözürlər, amma bununla yanaşı, gözüaçıq, məlumatlı olmağa çalışır,

99
00:12:51,170 --> 00:13:03,080
çıxış yolları axtarır, düzgün və məntiqli ideyalarını gücləndirməyə can atırlar.

100
00:13:03,170 --> 00:13:05,340
İran xalqı da bu qəbildən olan bir xalqdır.

101
00:13:06,620 --> 00:13:19,220
Uca Yaradan lütf edərək İmam Xomeyni kimi dahi bir insanın liderliyini böyük bir nemət kimi bu xalqa bəxş etmişdi.

102
00:13:20,820 --> 00:13:28,080
Dahi İmam bu xalqın gözünü açdı, insanlarımızı məlumatlandırdı, özü də əzab-əziyyətlər çəkdi,

103
00:13:29,020 --> 00:13:32,880
həbsdə yatdı, sürgün olundu, amma əl götürmədi.

104
00:13:36,650 --> 00:13:41,310
Tədricən bu gözüaçıqlıq bütün xalqa ötürüldü, ümumiləşdi

105
00:13:42,370 --> 00:13:51,220
və nəhayət 1356-57-ci illərdə İran xalqı arasında ümummilli bir hərəkata çevrildi.

106
00:13:51,620 --> 00:14:02,400
Bu hərəkatın hədəfi, hücum obyekti təkcə şah rejimi yox, həm də Amerika idi.

107
00:14:03,850 --> 00:14:15,400
Xalq anlayır, dərk edirdi ki, daxildə ona

108
00:14:15,400 --> 00:14:19,770
və ölkəyə qarşı törədilən bu cinayətlərin arxasında Amerika durur; bunu anlayırdı.

109
00:14:22,510 --> 00:14:35,250
Dahi liderimiz İmam Xomeyni islami hərəkatın başladığı ilk illərdə – 1342-ci ildə buyurmuşdu:

110
00:14:35,910 --> 00:14:41,880
“Bu gün İranda ən mənfur insan Amerika prezidentidir” .

111
00:14:43,140 --> 00:14:50,510
O, ictimaiyyətə bu ideyanı təlqin edirdi, xalqa başa salırdı ki,

112
00:14:50,770 --> 00:14:56,000
hər şey Amerikanın başının altından çıxır, şər və pisliyin hamısını törədən Amerikadır.

113
00:14:57,940 --> 00:15:01,570
Və bu mübarizə öz müsbət nəticəsini verdi.

114
00:15:02,020 --> 00:15:08,540
O yerdə ki xalq hərəkət edir, mübarizə aparır,

115
00:15:08,620 --> 00:15:15,170
səbir və müqavimət göstərir, qələbə mütləqdir; hər yerdə belədir.

116
00:15:16,910 --> 00:15:23,280
Uğursuzluqla nəticələnən mübarizənin nöqsanlı cəhəti bu olur ki,

117
00:15:23,620 --> 00:15:28,540
ya xalqın sona qədər müqavimət göstərməyə gücü çatmır,

118
00:15:28,940 --> 00:15:33,970
ya da insanları düzgün idarə edəcək lideri olmur.

119
00:15:34,110 --> 00:15:41,480
Özümüz də şahidi olduq, bu son illərdə müəyyən yerlərdə xalqlar hərəkət etdi,

120
00:15:42,570 --> 00:15:47,710
əzm və iradə nümayiş etdirdi, hansısa nəticələr də əldə olundu,

121
00:15:48,770 --> 00:15:57,140
amma onları düzgün idarə edəcək, hədəfi doğru-dürüst müəyyənləşdirəcək,

122
00:15:57,310 --> 00:16:03,480
xalqı doğru yola istiqamətləndirəcək liderləri olmadığına görə sonda məğlubiyyətə düçar oldular;

123
00:16:03,600 --> 00:16:07,450
son illər ərzində bunun özünüz də şahidi olmusunuz;

124
00:16:08,510 --> 00:16:12,020
mən ölkə adı, yer adı çəkmək istəmirəm.

125
00:16:14,450 --> 00:16:19,020
İran xalqı isə doğru yolla getdi, düzgün davrandı.

126
00:16:20,340 --> 00:16:27,850
Güclü, məlumatlı, qətiyyətli, Allaha təvəkkül edən,

127
00:16:28,620 --> 00:16:33,080
Yaradana arxalanan, Uca Yaradanın

128
00:16:33,420 --> 00:16:35,940
– “Allah Onun dininə yardım edənlərə yardım edəcək”

129
00:16:37,250 --> 00:16:41,710
vədinə arxayın olan bir liderin varlığı bu xalqın qələbəyə yetişməsinə,

130
00:16:42,740 --> 00:16:51,940
İranda zorla hakimiyyətdə qalan, xaricdən asılı,

131
00:16:52,820 --> 00:17:01,050
məşum və rüsvayçı

132
00:17:01,140 --> 00:17:09,020
– sağlam məntiqlə baxsaq, monarxiya quruluşu istənilən ölkə üçün utancvericidir –

133
00:17:09,170 --> 00:17:14,880
rüsvayçı Pəhləvi monarxiyasının yıxılmasına səbəb oldu; şahlıq qurtardı, ixtiyar sahibi xalq oldu.

134
00:17:15,540 --> 00:17:22,370
Burada mühüm bir məqam var: İrandakı bu xalq hərəkatının

135
00:17:22,370 --> 00:17:27,710
ciddi surətdə əleyhinə çıxan ilk dövlət və hökumət Amerika oldu.

136
00:17:28,020 --> 00:17:34,510
Əlbəttə, İranda yaranmış vəziyyətdən kifayət qədər narazı və narahat olan başqa dövlətlər də var idi,

137
00:17:35,370 --> 00:17:38,170
amma o qədər də reaksiya vermirdilər.

138
00:17:38,400 --> 00:17:42,020
Bəzi dövlətlər də var idi ki, ola bilsin, İranda baş verənlərə sevinirdilər.

139
00:17:43,420 --> 00:17:49,600
Amma Amerika təkcə ürəyində narazı olmaqla kifayətlənmədi.

140
00:17:49,770 --> 00:17:59,850
Elə inqilabın qələbə çaldığı ilk aylarda Amerika senatı İran İslam Respublikası əleyhinə

141
00:18:00,940 --> 00:18:09,620
kəskin tonlu bir qətnamə qəbul etdi və bununla da əməli surətdə düşmənçiliyə başladı.

142
00:18:10,280 --> 00:18:14,680
Halbuki ABŞ-ın İrandakı səfirliyi hələ açıq idi!

143
00:18:16,620 --> 00:18:22,970
Amerika ilə əlaqələri qorumağın, Amerika ilə dostluq etməyin

144
00:18:22,970 --> 00:18:29,570
Amerika sarıdan gələ biləcək zərərin qarşısını aldığını düşünənlər bu tarixi təcrübəyə baxsınlar;

145
00:18:29,820 --> 00:18:37,140
hələ İranda Amerikanın səfirliyi fəaliyyət göstərirdi, amerikalılar rahat şəkildə ölkəyə gedib-gəlirdilər,

146
00:18:37,970 --> 00:18:44,250
inqilab onların ölkədən çıxarılmasına səbəb olmamışdı.

147
00:18:44,420 --> 00:18:50,420
Başqa ölkələr kimi, onların da burada səfirliyi var idi, burada yaşayan və işləyən diplomatları var idi.

148
00:18:50,540 --> 00:18:57,310
Buna baxmayaraq, elə o vaxt Amerika inqilaba qarşı düşmən münasibətini nümayiş etdirdi.

149
00:18:59,200 --> 00:19:07,370
Bundan əlavə, İran xalqının qəti düşməni olan Məhəmmədrza şahı da

150
00:19:07,740 --> 00:19:13,880
öz ölkələrində qonaq etdilər, aparıb Amerikada saxladılar.

151
00:19:13,940 --> 00:19:18,280
Demək olar ki, əslində, İran xalqının düşməninə sığınacaq verdilər.

152
00:19:19,910 --> 00:19:25,220
Onların bu davranışına əks-reaksiya isə tələbələrdən gəldi.

153
00:19:27,200 --> 00:19:32,540
Gedib Amerika səfirliyini tutdular, məlum oldu ki, ora casus yuvası imiş.

154
00:19:32,620 --> 00:19:38,220
Məlum oldu ki, inqilabdan sonrakı bir neçə ay ərzində ora

155
00:19:38,800 --> 00:19:42,850
İslam İnqilabı əleyhinə sui-qəsd planlarının cızıldığı mərkəz olub.

156
00:19:43,310 --> 00:19:52,370
Bunu o zaman səfirlikdən götürülmüş və sonralar ictimaiyyətə açıqlanmış sənədlər də sübut etdi, göstərdi.

157
00:19:53,400 --> 00:20:02,000
Əziz gənclər, o casus yuvasından çıxmış sənədlərlə tanış olun, onlarda böyük ibrət dərsi var.

158
00:20:04,280 --> 00:20:11,600
Səfirliyi ələ keçirib oranın casus yuvası olduğunu anlamış tələbələr

159
00:20:12,310 --> 00:20:20,000
o sənədləri böyük əziyyətlə bərpa etmişdilər (belə ki onları kağızdoğrayandan keçirib

160
00:20:20,000 --> 00:20:26,000
məhv etməyə çalışmışdılar) tələbələr bu sənədləri toplayıb yapışdırmış, bərpa etmişdilər

161
00:20:27,280 --> 00:20:32,220
və sonradan nəşr olunmuşdu; bu barədə 70-80 cild kitab nəşr olunub.

162
00:20:33,570 --> 00:20:40,570
Bütün bunlar onu göstərir ki, amerikalılar istər inqilabi hərəkatın pik nöqtəsində,

163
00:20:41,770 --> 00:20:50,050
istərsə də bu hərəkat, inqilab qələbə çaldığı, İslam Respublikası təşkil olunduğu zaman

164
00:20:50,620 --> 00:20:56,420
daim İslam dövləti əleyhinə məkrli planlar cızmaqda imişlər. Amerika budur.

165
00:20:56,600 --> 00:20:59,820
Bunlar inqilabdan sonrakı dövrlə bağlı məsələlərdir.

166
00:20:59,820 --> 00:21:05,110
İnqilabdan əvvəl, möhtəşəm xalq hərəkatının getdiyi dövrdə –

167
00:21:06,740 --> 00:21:12,370
17 şəhrivər hadisəsi, xalqın kütləvi qırğını

168
00:21:12,800 --> 00:21:18,820
və sair məsələlər Amerikanın əli ilə hakimiyyətə gətirilmiş rejim vasitəsilə həyata keçirilmişdi; bu, öz yerində –

169
00:21:19,310 --> 00:21:25,710
bəhmən ayının 8-i, yəni İmamın ölkəyə gəlişindən bir neçə gün əvvəl

170
00:21:26,280 --> 00:21:34,250
camaat bu Tehran küçələrində, İnqilab küçəsində toplaşmışdı.

171
00:21:34,880 --> 00:21:44,850
O zaman Amerikanın bir yol tapıb hakim rejimi inqilabın əlindən xilas etmək, qoruyub saxlamaq üçün

172
00:21:45,480 --> 00:21:49,140
İrana göndərdiyi general Hayzer

173
00:21:49,400 --> 00:21:55,680
sonralar öz xatirələrində yazır – bütün bunar tarixi sənədlərdir

174
00:21:56,600 --> 00:22:02,650
– deyir: “Mən general Qarabağiyə əmr verdim ki,

175
00:22:03,200 --> 00:22:07,370
camaatla üz-üzə gələndə tüfənglərin lüləsini aşağı salsınlar”.

176
00:22:08,600 --> 00:22:14,570
Yəni insanları öldürsünlər, boşuna havaya atəş açmasınlar, camaatı qırsınlar;

177
00:22:14,940 --> 00:22:20,540
onlar da deyildiyi kimi etmişdilər, tüfənglərin lüləsini aşağı salmışdılar,

178
00:22:20,540 --> 00:22:27,880
bir qrup gənc və yeniyetmə qətlə yetirilmişdi, amma insanlar geri çəkilməmişdi.

179
00:22:28,080 --> 00:22:34,740
Hayzer deyir: “Qarabaği gəlib mənə dedi ki,

180
00:22:35,480 --> 00:22:43,880
sənin bu planın fayda vermədi, camaat geri çəkilmədi”. Ardınca isə Hayzer yazır ki,

181
00:22:44,080 --> 00:22:51,770
“Bu şahın generallarının nə qədər primitiv düşündüyünü mən onda gördüm” –

182
00:22:52,540 --> 00:22:56,940
yəni gərək atəşi davam etdirəydilər, durmadan öldürəydilər.

183
00:22:59,110 --> 00:23:02,740
Baxın, xarici qüvvələrin əli ilə hakimiyyətə gətirilmiş rejim bu idi.

184
00:23:03,880 --> 00:23:14,370
Amerikan generalı İran ordusunun generalına öz həmvətənlərini öldürməyi əmr edir,

185
00:23:15,250 --> 00:23:22,620
bu da onun göstərişini, tövsiyəsini yerinə yetirir, xeyri olmadığını görəndə də

186
00:23:23,020 --> 00:23:28,450
gəlib deyir, “sənin məsləhətin faydasız oldu”. O da özlüyündə istehza edir ki, “bunlar nə qədər primitiv düşünürlər”.

187
00:23:28,910 --> 00:23:35,710
Pəhləvi rejiminin İrandakı hakimiyyətini qısaca belə təsvir etmək olar.

188
00:23:36,140 --> 00:23:41,370
Amerikalılar bizimlə bu cür başladılar; inqilabla bu cür başladılar.

189
00:23:45,200 --> 00:23:52,650
Sonradan da bütün bu vaxt ərzində əllərindən gəldiyi qədər məkrli planlar cızıb həyata keçirməyə çalışdılar.

190
00:23:53,020 --> 00:23:59,910
İnqilabın əleyhinə nə isə edə biləcək istənilən qrup Amerika tərəfindən dəstək aldı.

191
00:24:01,540 --> 00:24:12,420
Belə olaylardan biri də Həmədandakı şəhid Nujə adına qərargahda baş vermiş və bu adla tanınan qiyam idi.

192
00:24:12,600 --> 00:24:21,970
Bundan əlavə, ölkənin müxtəlif yerlərində etnik mənsubiyyət zəminində inqilab əleyhinə fəaliyyət göstərən şəxslərə edilən yardımları da

193
00:24:21,970 --> 00:24:30,280
buna misal gətirmək olar. Sonradan Səddam Hüseyni İrana qarşı müharibəyə təşviq etmələri,

194
00:24:30,970 --> 00:24:35,170
8 il ərzində ona göstərdikləri kömək də bu qəbildəndir. 8 il!

195
00:24:36,000 --> 00:24:44,850
Amerikalılar müharibənin getdiyi bütün dövr ərzində Səddama kömək etdilər, xüsusilə də müharibənin 2-ci, 3-cü ilindən sonra yardımlarını daha da artırdılar,

196
00:24:44,850 --> 00:24:51,400
onu silah-sursatla təmin etdilər; həm onlar, həm də təəssüflər olsun ki, avropalı müttəfiqləri.

197
00:24:53,450 --> 00:25:00,970
Amerikalılar bizim inqilabımıza belə münasibət göstərdilər. Onların istədiyi inqilabı kökündən məhv etmək idi.

198
00:25:01,220 --> 00:25:07,420
Amma bu, onların yanlış təhlillərindən, prosesləri düzgün dərk etməməyindən irəli gəlirdi.

199
00:25:07,800 --> 00:25:14,650
Onlar elə bilmişdilər ki, bu da hansısa Afrika, yaxud Asiya ölkəsində baş verib

200
00:25:15,850 --> 00:25:20,540
“inqilab” adı qoyulan qiyamlardan biridir və ona asanlıqla son verib yox edə bilərlər.

201
00:25:20,540 --> 00:25:26,020
Daha bilmirdilər ki, burda proseslər, əvvəla, xalqa söykənir – bu inqilab xalqın inqilabıdır –

202
00:25:26,280 --> 00:25:32,970
ikincisi isə dini inanca əsaslanır; bax bunları anlamırdılar.

203
00:25:34,110 --> 00:25:42,800
Elə ona görə də amerikalıların bu 37-38 il ərzində inqilab əleyhinə həyata keçirdiyi bütün planlar uğursuzluqla nəticələnib;

204
00:25:42,800 --> 00:25:45,340
inşallah, bundan sonra da uğursuzluqla nəticələnəcək.

205
00:26:09,340 --> 00:26:14,540
Bunları deməkdə məqsədim odur ki, biz İran xalqı olaraq,

206
00:26:15,170 --> 00:26:18,910
öz ölkəsini sevən bir xalq olaraq,

207
00:26:20,710 --> 00:26:25,310
öz uğurlu gələcəyinin mənzərəsini özü üçün cızmış

208
00:26:25,600 --> 00:26:32,510
və o gələcəyə çatmaq istəyən bir xalq olaraq Amerikanı tanıyaq; məqsəd budur.

209
00:26:35,400 --> 00:26:41,370
Amerikanın bu son illərdə həyata keçirdiyi işlərdən biri də

210
00:26:41,740 --> 00:26:48,800
kimlərisə onu xoşagələn simada təqdim etməyə vadar etməkdir.

211
00:26:49,110 --> 00:26:56,620
Həmin insanlar ictimaiyyətdə belə bir fikir formalaşdırmalıdırlar ki, Amerika nə vaxtsa ölkəmizə düşmən olubsa da,

212
00:26:56,880 --> 00:27:01,480
bu gün düşmən deyil; məqsədləri budur.

213
00:27:03,510 --> 00:27:10,650
Məqsəd budur ki, düşmənin siması İran xaqına gizli qalsın,

214
00:27:11,420 --> 00:27:18,800
nəticədə xalqımız onun düşmənçiliyindən bixəbər olsun və düşmən rahatca öz əməllərinə davam edib

215
00:27:18,800 --> 00:27:24,970
xəncəri kürəyimizdən saplaya bilsin; hədəf budur.

216
00:27:27,310 --> 00:27:33,110
Bəziləri, əlbəttə ki, bunu qərəzli surətdə, bəziləri isə sadəlövhlükdən edirlər.

217
00:27:34,910 --> 00:27:43,020
Reallıq isə budur ki, Amerikanın İslam Respublikası əleyhinə izlədiyi hədəflər əsla dəyişməyib;

218
00:27:43,970 --> 00:27:51,740
qətiyyən dəyişməyib. Bu gün də İslam Respublikasını məhv etmək üçün əllərinə fürsət düşsə,

219
00:27:51,740 --> 00:27:57,970
bir an belə olsun dayanıb fikirləşməzlər. İntəhası, bacarmırlar

220
00:27:58,250 --> 00:28:04,650
və siz gənclərin əzmi, qazandığı nailiyyətlər,

221
00:28:05,170 --> 00:28:10,540
İran xalqının gözüaçıqlığının günü-gündən daha da dərinləşməsi və güclənməsi sayəsində,

222
00:28:10,770 --> 00:28:13,600
inşallah, gələcəkdə də bunu edə bilməyəcəklər.

223
00:28:33,680 --> 00:28:38,080
Onların bütün planları buna hədəflənib.

224
00:28:38,850 --> 00:28:46,050
Əlbəttə siyasət aləmində, müzakirələrdə başqa cür danışırlar.

225
00:28:46,570 --> 00:28:53,940
Lazım gələndə danışıq tonunu da yumşaldırlar. Məsələnin mahiyyəti budur.

226
00:28:54,910 --> 00:28:59,140
Məsələnin mahiyyəti budur. Iran xalqı bunu unutmamalıdır.

227
00:29:01,080 --> 00:29:10,000
Hətta danışıqlarda – “ Biz müharibənin əleyhinəyik.” – deyə göz yaşı töküb ağlayırlarda.

228
00:29:10,250 --> 00:29:19,000
Hələ bir ağlayırlar da! Elə o nüvə danışıqlarında da gördük, Amerika diplomatı:

229
00:29:19,850 --> 00:29:25,910
“Mən cavanlıqdan müharibənin əleyhinə olmuşam” – deyib göz yaşı tökdü.

230
00:29:26,280 --> 00:29:34,140
Bəziləri sadəlövhcəsinə inanıb deyə bilərlər ki, nə yaxşı, bunlar, doğrudan da, düzəliblər, heç də pis adam deyillər.

231
00:29:34,970 --> 00:29:37,450
Gözümüz aydın, tülkü həccə gedir!

232
00:29:39,600 --> 00:29:44,450
Amma elə həmin insan, müharibə adı gələndə

233
00:29:45,280 --> 00:29:52,540
kövrəlib kameralar qarşısında göz yaşı tökəcək qədər nifrət edən o diplomat

234
00:29:52,850 --> 00:29:59,650
həmin adamlardandır ki, Qəzzada yüzlərlə uşaq tikə-tikə ediləndə,

235
00:30:02,420 --> 00:30:07,680
sionistlər qəddarcasına

236
00:30:07,850 --> 00:30:14,570
qadınlı-kişili, uşaqlı-böyüklü, qocalı-cavanlı heç kəsə rəhm etməyəndə

237
00:30:14,820 --> 00:30:17,540
heç qaşını da düyünləmir.

238
00:30:20,080 --> 00:30:23,480
Əgər siz müharibəyə bu qədər nifrət edirsinizsə,

239
00:30:25,110 --> 00:30:39,340
insanları, körpələri belə kütləvi şəkildə qıran bu murdar, cəllad, qəssab ünsürə

240
00:30:39,450 --> 00:30:45,970
bir söz deyin, bir qaşınızı düyünləyib etiraz bildirin. Cüzi belə olsun etiraz ifadə etmirlər, əksinə, təşviq edirlər!

241
00:30:46,220 --> 00:30:51,450
O vaxt onlar Qəzzaya o hücumları edəndə

242
00:30:52,510 --> 00:31:03,080
və elə bu gün də İordan çayının qərb sahillərində və Qəzzada başqa bir formada camaatı qətlə yetirməkdə davam etdiklərinə baxmayaraq,

243
00:31:03,080 --> 00:31:12,970
amerikalılar – yüksək çinli rəsmiləri – dəfələrlə buna münasibət bildirərək bəyanat veriblər ki, İsrailin özünü müdafiə etmək haqqı var.

244
00:31:13,880 --> 00:31:18,820
Yəni Fələstin xalqının özünü müdafiə etmək haqqı yoxdur;

245
00:31:19,540 --> 00:31:25,480
tarlalarını məhv etsinlər, gənclərini öldürsünlər, evlərini od vurub yandırsınlar,

246
00:31:25,480 --> 00:31:36,570
bir neçə aylıq körpəni, onun ata-anasını odda yandırsınlar,

247
00:31:38,880 --> 00:31:42,850
Fələstin xalqının isə cavab verməyə heç bir haqqı olmasın.

248
00:31:44,280 --> 00:31:50,940
Bu gün də sionist rejimini təşviq etməkdədirlər, kömək edirlər, dəstəkləyirlər.

249
00:31:52,940 --> 00:31:57,310
Aylardır ki, Yəmən xalqının

250
00:31:57,710 --> 00:32:04,050
xəstəxanaları, evləri bombardman altında viran qalır, həyat əhəmiyyətli infrastrukturları məhv olur,

251
00:32:04,050 --> 00:32:10,880
insanlar qırıcı təyyarələr vasitəsilə soyqırıma məruz qalır,

252
00:32:12,400 --> 00:32:20,480
amerikalılar isə bir kəlmə belə olsun danışmır, cüzi formada belə olsun etirazını bildirmir, hətta əksinə, dəstəkləyir, təşviq edir! Budur Amerika!

253
00:32:23,080 --> 00:32:37,020
Və bütün bunlardan sonra kameralar önündə tökülən gözyaşını səmimi bir hərəkət kimi qələmə vermək olarmı? Buna kim inanar?

254
00:32:40,770 --> 00:32:43,620
İran xalqı öz yolunu tapıb.

255
00:32:45,110 --> 00:32:55,510
Özünüz görürsünüz, İran xalqının onunla heç bir işi olmayan, onun əleyhinə çıxış etməyən

256
00:32:55,650 --> 00:32:59,200
xalqlar və dövlətlərlə heç bir işi yoxdur.

257
00:33:00,370 --> 00:33:11,800
Elə dövlətlər var ki – mən xalqlardan danışmıram – İslam Respublikasına qarşı saf niyyətli deyillər,

258
00:33:12,770 --> 00:33:19,820
bunu bilirik, anlayırıq, tamamilə göz qabağındadır, amma bizə qarşı heç bir etirazları, iddiaları yoxdur, bizim də onlarla heç bir işimiz yoxdur.

259
00:33:20,450 --> 00:33:24,650
Əlaqələrimiz var, ticarətimiz var, oturub müzakirələr aparırıq.

260
00:33:26,850 --> 00:33:30,970
Dövlətimizə və xalqımıza qarşı çıxış edən,

261
00:33:31,170 --> 00:33:40,000
İran xalqını məhv etmək üçün istənilən bəhanədən istifadə etməyə çalışan

262
00:33:40,710 --> 00:33:44,540
İslam Respublikasını,

263
00:33:45,570 --> 00:33:52,420
islami ideyaları məhv etmək üçün çalışan bir dövlətə qarşı isə İran xalqı etinasız qala bilməz.

264
00:33:53,280 --> 00:34:00,420
Xalqımızın buna nə sağlam məntiq, nə şəriət, nə vicdan, nə insan haqları baxımından

265
00:34:01,880 --> 00:34:08,970
haqqı yoxdur ki, belə bir düşmənlə dizbədiz oturub ona dost gözü ilə baxa,

266
00:34:08,970 --> 00:34:15,540
ona dostluq əlini uzada. Belə bir şey qeyri-mümkündür! Amerikalılar bu cürdür.

267
00:34:17,370 --> 00:34:23,620
Var qüvvələri ilə, əllərindən gələn bütün yollarla

268
00:34:23,770 --> 00:34:30,080
İslam Respublikasını tutduğu yoldan çəkindirmək istəyirlər.

269
00:34:30,480 --> 00:34:36,940
Müxtəlif metodlardan istifadə edirlər; təbliğat aparırlar. Bu günün özündə də tam gücü ilə fəaliyyətdədirlər.

270
00:34:37,480 --> 00:34:43,940
Qeyd etdim ki, inqilabın əvvəllərində onlar xalqın nəyə görə

271
00:34:44,480 --> 00:34:53,540
meydanlarda bu şəkildə fədakarlıq etdiyini anlamırdılar və bu, onların yol verdiyi birinci səhv idi.

272
00:34:53,680 --> 00:34:59,910
İndi tədricən anlayıblar, dərk edirlər ki, bu, xalqın inancından,

273
00:35:00,820 --> 00:35:11,310
gənclərin inancından, etiqadından, dinin və Quranın onlara öyrətdiyi dərslərdən qaynaqlanır.

274
00:35:12,050 --> 00:35:15,000
Elə buna görə də bu şeyləri hədəfə alıblar.

275
00:35:15,250 --> 00:35:28,370
Bu gün müxtəlif formada, cürbəcür yeni, o zaman mövcud olmayan vasitələrdən istifadə etməklə

276
00:35:28,600 --> 00:35:34,170
insanların inanclarına, etiqadına hücumlar edirlər; gənclər buna diqqət yetirməlidir.

277
00:35:34,450 --> 00:35:43,820
Gənclər ilk növbədə İran xalqının mübarizə tarixini daha çox mütaliə etməli və bilməlidir;

278
00:35:44,310 --> 00:35:54,250
tribunalardan çıxışlar edən, geniş auditoriya ilə ünsiyyətdə olan insanlar bugünkü gənclərimizə danışsınlar, başa salsınlar ki,

279
00:35:54,250 --> 00:35:59,280
mübarizə dövründə İran xalqının başına nələr gəlib,

280
00:35:59,970 --> 00:36:05,820
xalqın mübarizə apardığı kimlər olub, SAVAK-ı kim yaradıb,

281
00:36:06,910 --> 00:36:11,420
işgəncə metodlarını savakçılara kim öyrədib,

282
00:36:14,050 --> 00:36:25,800
ictimai fəallıq göstərən mömin insanlara onları nəzarət altında saxlamaqla, təqib etməklə kim işgəncələr verib.

283
00:36:26,080 --> 00:36:29,710
Gənclərimiz bütün bunları öyrənməlidir, bilməlidir.

284
00:36:31,650 --> 00:36:37,420
Xoşbəxtlikdən, İran xalqı oyanıb, əlhəmdulillah, xalqımız ayıq-sayıqdır,

285
00:36:38,910 --> 00:36:42,110
universitetlərimizin ictimaiyyəti, tələbələrimiz sayıqdır.

286
00:36:42,680 --> 00:36:48,880
Bəli, o vaxtkı vəziyyəti geri qaytarmaq üçün çox çalışdılar, amma bacarmadılar və bacarmayacaqlar da.

287
00:36:50,250 --> 00:36:55,110
Tələbələrimiz sayıqdır; eynilə yeniyetmə şagirdlərimiz də.

288
00:36:58,280 --> 00:37:08,570
Müvəqqəti olaraq baş qatan bu işlər, zahirdə özünü fərqli göstərmək meyilləri İran xalqının etiqadının, ideologiyasının mahiyyətini dəyişə bilməz.

289
00:37:09,940 --> 00:37:14,000
İran xalqı nə etdiyini, yol alıb hara getdiyini bilir.

290
00:37:15,450 --> 00:37:24,250
Vaxt var idi ki, bizim universitetlərimiz Qərbə uzanan körpüyə bənzəyirdi –

291
00:37:24,570 --> 00:37:31,880
universitetə gir, sonra da Qərbin ətəyində it-bat ol.

292
00:37:32,820 --> 00:37:42,110
Ölkə üçün faydalı ola biləcək istedadlı insanlardan bəziləri oralara cəlb edilib onlar üçün işləyirdi,

293
00:37:42,570 --> 00:37:48,850
bəziləri isə burda onlara işləyir, başları maddi rifaha qarışırdı.

294
00:37:49,310 --> 00:37:57,570
Bu gün isə universitetlərimiz belə deyil, bu gün ölkəmizdə universitetlər uca amallara aparan nərdivana bənzəyir.

295
00:37:59,050 --> 00:38:07,570
Müəyyən şəxslər bu nərdivanı aradan götürüb təzədən Qərbə uzanan həmin körpünü salmağa,

296
00:38:08,250 --> 00:38:11,000
universitetlərimizi əvvəlki vəziyyətinə qaytarmağa çalışır.

297
00:38:12,080 --> 00:38:16,820
Ona görə də gənclərimiz sayıq olmalıdır və Allaha həmd olsun ki, elə sayıqdırlar da.

298
00:38:18,740 --> 00:38:26,170
İslam Respublikası İslam dinindən bərk-bərk yapışması, xalqa söykənməsi,

299
00:38:27,110 --> 00:38:32,820
xalqımızda, əlhəmdulillah ki, var olan gözüaçıqlıq və məlumatlılıq sayəsində,

300
00:38:33,370 --> 00:38:40,140
nəinki təkcə indiyə qədər möhkəm duraraq müqavimət göstərib, hətta irəli də gedib, inkişaf edib.

301
00:38:41,340 --> 00:38:47,140
Biz inkişaf etmişik. Elə nüvə danışıqlarına da

302
00:38:47,880 --> 00:38:57,310
iddialı super-dövlətləri əlbir olub gəlib İran xalqının qarşısında oturmağa,

303
00:38:57,540 --> 00:39:01,940
“bəlkə, bu xalqı sındıra bilərlər” ümidi ilə

304
00:39:05,220 --> 00:39:11,620
İran xalqının əleyhinə o məkrli planları həyata keçirməyə vadar edən

305
00:39:11,910 --> 00:39:16,480
məhz İran xalqının tərəqqisi, qazandığı nailiyyətlər idi. Bu, İran xalqının qüdrətidir.

306
00:39:40,280 --> 00:39:50,020
Əziz gənclər, sizə bir şeyi də deyim: bizim xarici qüvvələrin düşmənçiliyi üzərində durmağımız, bu mövzunu dönə-dönə vurğulamağımız o demək deyil ki,

307
00:39:50,280 --> 00:39:53,050
özümüzün daxildəki zəif cəhətləri diqqətdən yayınır.

308
00:39:55,020 --> 00:40:00,200
Bizim öz içimizdə də zəif cəhətlərimiz var

309
00:40:01,400 --> 00:40:08,220
və düşmən bir çox hallarda onlardan istifadə edir. Həmin zəif cəhətləri aradan qaldırmalıyıq.

310
00:40:09,820 --> 00:40:15,370
Zəruri siyasətlərin işlənib hazırlanmasında zəiflik var, siyasətlərin icrasında zəiflik var,

311
00:40:17,310 --> 00:40:29,740
çalışıb səy göstərməkdə zəifliyimiz var, bəzən işimizdə tənbəlliyə, süstlüyə yol veririk.

312
00:40:31,110 --> 00:40:38,340
Ölkənin prioritetlərini müəyyən etməkdə nöqsanlarımız var; bəzən xırda bir məsələ üzərində

313
00:40:38,800 --> 00:40:45,570
ölkəmizin öz içindən müxtəlif partiyalar bir-biri ilə qarşıdurmaya girir.

314
00:40:45,820 --> 00:40:49,450
Halbuki baxırsan, elə bir məsələdir ki, heç vacib əhəmiyyət də kəsb etmir, lüzum da yoxdur.

315
00:40:50,970 --> 00:40:53,540
Düşməni diqqətdən qaçırırıq. Bunlar bizim qüsurlarımızdır.

316
00:40:54,540 --> 00:41:02,400
Bu qüsurları aradan qaldırmaq lazımdır. Amma düşmənin

317
00:41:03,220 --> 00:41:07,850
– sayıq, pullar xərcləyən,

318
00:41:08,880 --> 00:41:15,650
imkan düşsə heç bir cinayəti törətməkdən çəkinməyəcək bir düşmənin varlığı

319
00:41:16,420 --> 00:41:19,400
elə bir şeydir ki, bunu diqqətdən qaçırmaq olmaz.

320
00:41:20,220 --> 00:41:27,570
Bəziləri daxildəki xırda problemləri əldə bayraq edib xarici düşməni yaddan çıxarırlar,

321
00:41:27,620 --> 00:41:36,450
Amerikanı yaddan çıxarırlar. İmamın (r.ə) dönə-dönə:

322
00:41:36,450 --> 00:41:42,400
“Səsiniz çıxdığı qədər Amerikaya bağırın”

323
00:41:43,740 --> 00:41:49,710
– deməsi də bu mənadadır ki, “bir-birinizə az bağırın”. Demirəm tənqid etməyək,

324
00:41:49,820 --> 00:41:54,680
yox; nəticə etibarilə azad cəmiyyətdə yaşayırıq, insanlar azad şəkildə düşünür,

325
00:41:54,880 --> 00:41:59,140
hər kəsin tənqid etmək hüququ var, həm də tənqid inkişafa yol açır,

326
00:41:59,820 --> 00:42:06,510
amma əsas düşməni ikinci dərəcəli düşmənlərlə, eləcə də

327
00:42:06,710 --> 00:42:13,820
aramızda fikir ayrılığı olan, lakin düşmən olmadığımız dostlarla səhv salmamalıyıq;

328
00:42:14,910 --> 00:42:17,600
əsas düşmən başqa yerdədir.

329
00:42:19,140 --> 00:42:24,280
Əsas düşmən o düşməndir ki, var gücü ilə

330
00:42:24,450 --> 00:42:31,140
İran xalqının qazandığı möhtəşəm nailiyyəti onun əlindən almağa çalışır.

331
00:42:32,000 --> 00:42:38,820
Bu nailiyyət xalqın ictimasi-siyasi proseslərdə iştirakından, xalqın hakimiyyətindən,

332
00:42:40,400 --> 00:42:46,940
islami ideyaların, Quran təlimlərinin əhali arasında geniş yayılaraq özünə yer tapmasından ibarətdir.

333
00:42:47,370 --> 00:42:55,110
Bizi inkişafa çatdıran o böyük nailiyyət budur. İndiyə qədər də bir çox uğurlar əldə etmişik,

334
00:42:55,450 --> 00:42:59,000
bundan sonra da məhz bu nailiyyət bizi ideallarımıza çatdıracaq.

335
00:43:00,600 --> 00:43:02,940
Bunu xalqın əlindən almaq istəyirlər,

336
00:43:03,770 --> 00:43:09,220
zalım, xalqın iradəsinə zidd olaraq hakimiyyətə gətirilmiş,

337
00:43:10,540 --> 00:43:16,800
Qərbə meyilli, Qərbin dediyi ilə oturub-duran,

338
00:43:18,220 --> 00:43:22,370
Qərbdən çəkinən bir hökumət qurmaq istəyirlər, məqsədləri budur.

339
00:43:22,570 --> 00:43:27,600
Bunu yaddan çıxarmamalı, bu düşməni daim diqqətdə saxlamalıyıq.

340
00:43:28,220 --> 00:43:33,080
Mənim gənclərə tövsiyəm budur ki, əvvəla,

341
00:43:33,250 --> 00:43:38,000
tələbə və şagirdlərimiz yaxşı oxusunlar, təhsilə önəm versinlər.

342
00:43:38,800 --> 00:43:42,170
Elm güc-qüdrət əldə etmək üçün lazım olan vasitələrdən biridir.

343
00:43:42,370 --> 00:43:47,800
Milli iqtidarın vacib elementlərindən biri də elmdir.

344
00:43:50,880 --> 00:43:52,970
Elmin dalınca getsinlər,

345
00:43:53,420 --> 00:44:00,450
ictimai hədəfləri şəxsi istəklərdən yüksək tutsunlar.

346
00:44:01,800 --> 00:44:10,800
Hazırkı vəziyyətə, yaxın keçmişdə baş vermiş hadisələrə qarşı daha da gözüaçıq olsunlar,

347
00:44:12,200 --> 00:44:19,740
dünyanın hazırkı arenasını müşahidə etməyi bacarsınlar.

348
00:44:19,880 --> 00:44:24,200
Bu gün dünya arenasında vəziyyət bu cürdür:

349
00:44:24,650 --> 00:44:33,910
bir tərəfdə əlində hər cür maddi imkanı olan,

350
00:44:34,770 --> 00:44:41,000
zəhmi, heybəti ilə hamını qorxudub

351
00:44:41,110 --> 00:44:46,080
qarşısında əzən imperialist dövlətlər durur; bunlar bir tərəfdə qütbləşib.

352
00:44:47,310 --> 00:44:53,540
qarşısında əzən imperialist dövlətlər durur; bunlar bir tərəfdə qütbləşib.

353
00:44:53,680 --> 00:45:02,000
Bunlar arasında elə bir ölkə də var ki, qətiyyətlə, uca səslə bu vəziyyətə etirazını bildirir

354
00:45:02,000 --> 00:45:08,080
– bu, İslam Respublikasıdır. Bu gün İslam Respublikası

355
00:45:08,710 --> 00:45:17,850
çəkinmədən, uca səslə, düşmənin təhdidlərindən qorxmadan, düşməndən ehtiyatlanmadan

356
00:45:18,050 --> 00:45:24,680
zülmə, imperializmə, istismara, hegemonluğa qarşı fəryad qoparır

357
00:45:25,080 --> 00:45:30,400
və xalqlar bunu eşidir, bu onlara öz təsirini göstərir.

358
00:45:30,570 --> 00:45:35,970
Sizə deyim, İran xalqının hərəkatı xalqlara təsir edir,

359
00:45:36,850 --> 00:45:41,340
dünyada bunun şahidiyik. Bu, özəliklə də, İslam dünyasında müşahidə olunur.

360
00:45:42,880 --> 00:45:51,970
İran xalqına, İslam İnqilabının liderlərinə, şəxsən dahi İmam Xomeyniyə (r.ə)

361
00:45:52,280 --> 00:45:57,540
başqa heç kəsə olmayan qədər hörmətlə yanaşır, uca tuturlar.

362
00:45:57,650 --> 00:46:03,770
Bu ona görədir ki, xalqımızın uca, qətiyyətli səsi onlara çatır; bu uca səsi əldən verməyin.

363
00:46:28,450 --> 00:46:34,910
Onu da bilin ki, sizin bu şüarınızın, İran xalqının bu “Amerikaya ölüm!” hayqırtısının

364
00:46:36,220 --> 00:46:44,880
güclü və məntiqli bir əsası var;

365
00:46:45,620 --> 00:46:47,710
rasional əsası var.

366
00:46:47,910 --> 00:46:52,740
Bu da aydındır ki, “Amerikaya ölüm!” deyərkən biz amerikan xalqına ölüm arzulamırıq;

367
00:46:52,850 --> 00:46:57,540
amerikan xalqı da digər xalqlar kimidir. Yəni Amerikanın siyasətlərinin,

368
00:46:58,050 --> 00:47:04,050
Amerika imperializminin məhvini arzu edirik. “Amerikaya ölüm!” şüarının mənası budur və bu şüarın məntiqi əsası var.

369
00:47:05,310 --> 00:47:13,220
Bunu bizim konstitusiyamız deyir, dərin, prinsipial və məntiqi düşüncəmiz deyir.

370
00:47:15,340 --> 00:47:21,400
Bu ideyanı hansı xalqa izah edib açıqlasan, onu bəyənər, alqışlayar və qəbul edər.

371
00:47:23,800 --> 00:47:29,050
Allaha şükürlər olsun ki, İslam Respublikası öz yolunu tutub və irəli getməkdədir.

372
00:47:29,710 --> 00:47:38,340
Mən qətiyyən şübhə etmirəm ki, siz əziz gənclər

373
00:47:38,970 --> 00:47:45,820
İslam Respublikasının ölkəmizdə rəhbər tutduğu uca amalların çoxunun

374
00:47:46,170 --> 00:47:50,140
reallaşdığı günlərin şahidi olacaqsınız.

375
00:47:51,710 --> 00:47:54,340
Heç bir şübhəm yoxdur ki, gələcək məhz bu cür olacaq,

376
00:47:55,200 --> 00:47:58,820
inşallah, siz ölkənizdə böyük quruculuq işləri həyata keçirməyə müvəffəq olacaq,

377
00:47:59,400 --> 00:48:03,620
başqa xalqlara ilham verməyi bacaracaq,

378
00:48:04,220 --> 00:48:16,110
xalqlara dəhşət yaşadan bu monstrları, Allahın köməyi ilə,

379
00:48:16,480 --> 00:48:24,680
yenəcək, inşallah, xalqları bunların qorxu və dəhşətinin kölgəsi altında yaşamaqdan xilas edəcəksiniz.

380
00:48:24,680 --> 00:48:31,880
Allahın köməyi ilə, siz gənclər bunu mütləq görəcəksiniz, bir şərtlə ki, tutduğunuz yola davam edəsiniz,

381
00:48:31,880 --> 00:48:42,820
bir şərtlə ki, iman və optimizlə iş görəsiniz və gözüaçıq olasınız, gözüaçıqlığınızı əldən verməyəsiniz,

382
00:48:43,280 --> 00:48:46,650
ölkədə gedən müxtəlif proseslərə yanaşmada

383
00:48:47,480 --> 00:48:51,850
əsas meyar və prinsipləri rəhbər tutasınız –

384
00:48:52,250 --> 00:48:59,280
bir çox məsələlər var, sonrakı görüşlərimizdə onlara da toxunarıq –

385
00:48:59,600 --> 00:49:03,710
inşallah, bu, doğru yolu tutub irəli getməkdə sizə yardımçı olacaq.

386
00:49:03,940 --> 00:49:10,620
Allaha dualar edirik ki, əziz şəhidlərimizi Məhşər meydanına Peyğəmbərlə birgə gətirsin;

387
00:49:11,140 --> 00:49:15,080
dahi liderimiz İmam Xomeynini övliyaları ilə birgə məhşur etsin.

388
00:49:16,200 --> 00:49:21,140
Əziz gənclərimizi, inşallah, günü-gündən uca amallarına daha da yaxınlaşdırsın,

389
00:49:21,570 --> 00:49:27,050
onlara bu yolda daha böyük uğur və qələbələr nəsib etsin.

390
00:49:28,020 --> 00:49:31,050
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.