1
00:00:04,820 --> 00:00:07,000
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:07,450 --> 00:00:10,310
و الحمد لله ربّ العالمين

3
00:00:12,540 --> 00:00:17,400
و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

4
00:00:24,570 --> 00:00:35,820
Əziz və dəyərli görüş iştirakçıları, ölkə rəsmiləri,

5
00:00:37,420 --> 00:00:53,220
Vəhdət Konfransında iştirak edən qonaqlar, müsəlman ölkələrinin möhtərəm səfirləri,

6
00:00:55,420 --> 00:01:05,000
hamınızı əzəmətli İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) və onun  dahi şəxsiyyətli övladı İmam Sadiqin (ə) mövludu münasibətilə təbrik edirəm.

7
00:01:07,910 --> 00:01:14,400
Həmçinin bütün İran xalqını və ümumilikdə İslam ümmətini,

8
00:01:16,650 --> 00:01:24,970
dünyanın bütün azadlıqsevər insanlarını, əxlaqa, mənəviyyata,

9
00:01:27,620 --> 00:01:35,340
əxlaq və mənəviyyat uğrunda çalışıb-vuruşub əziyyətə qatlaşmağa dəyər verən hər kəsi təbrik edirəm.

10
00:01:38,420 --> 00:01:42,880
Peyğəmbəri-Əkrəmin (s) dünyaya gəlişi,

11
00:01:52,140 --> 00:02:04,050
həmçinin o dahi insanın peyğəmbərlik missiyası üçün seçilməsi həmin dövrdə dünyanın cansız bədəninə  üfürülən yeni ruh kimi idi.

12
00:02:08,650 --> 00:02:20,280
O zaman dünya zahirən canlı idi: şahlıqlar, hökumətlər var idi, insanlar işləyir, fəaliyyət göstərirdilər,

13
00:02:22,000 --> 00:02:28,880
amma həmin dünyada insanlıq, mənəviyyat ölmüşdü.

14
00:02:32,820 --> 00:02:45,080
Ortada yalnız zülm, əzab-əziyyət, diskriminasiya və qəddarlıq var idi, mənəviyyat, gözəl insani keyfiyyətlər ölmüşdü.

15
00:02:48,340 --> 00:02:56,540
Rəsuli-Əkrəm (s) özü və onun çağırışı o dövrün dünyasına yeni nəfəs verdi.

16
00:02:58,340 --> 00:03:09,420
Mənim “özü və çağırışı” deməyimin səbəbi budur ki, Peyğəmbər (s) özü də İslamın təcəssümü idi.

17
00:03:11,740 --> 00:03:18,370
Həzrət Peyğəmbərin (s) xanımının belə buyurduğu nəql olunur:

18
00:03:18,540 --> 00:03:21,250
– “O, təcəssüm etmiş Quran idi”.

19
00:03:23,600 --> 00:03:36,140
Peyğəmbər (s) və onun gətirdiyi din o dövrün dünyasına yeni ruh bəxş etmişdi.

20
00:03:37,220 --> 00:03:43,310
“Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin”. (“Ənfal” surəsi, 24-cü ayədən)

21
00:03:45,110 --> 00:03:59,820
Onun dini həmin dövrün adamları, zülm və mənəvi bəlalar içində çalxalanan, ölü dünyası üçün həyat, diriliş demək idi.

22
00:04:03,850 --> 00:04:09,770
Bu gün biz bu mərasimi qeyd edir, tədbir keçiririk.

23
00:04:11,340 --> 00:04:24,450
Doğrudur, bir araya gəlib dildə ehtiram ifadə etmək gözəl, bəyənilən bir işdir,

24
00:04:24,650 --> 00:04:34,420
amma İslamın və Peyğəmbərin (s) ardıcılları olduğumuzu iddia edən bizlərdən gözlənən təkcə bu deyil;

25
00:04:34,650 --> 00:04:44,510
bu, kifayət deyil. Bizim də məqsədimiz bugünün cürbəcür bəla və mərəzlərə düçar olmuş, ölü dünyasına

26
00:04:44,770 --> 00:04:49,110
yeni ruh, yeni nəfəs bəxş etmək olmalıdır.

27
00:04:50,080 --> 00:05:00,140
Bu gün də dünya zülm, qəddarlıq və diskriminasiya ilə çalxalanır.

28
00:05:03,970 --> 00:05:12,220
Mənəviyyatın məhvi bu gün də bəşər övladının ən böyük müsibətidir.

29
00:05:14,340 --> 00:05:21,170
Mənəviyyat, ali insani keyfiyyətlər maddi güclərin ixtiyarında olan cürbəcür vasitələrlə əzilərək məhv edilir:

30
00:05:21,800 --> 00:05:28,400
ədalət əzilir, əxlaq və insanlıq əzilir,

31
00:05:31,820 --> 00:05:42,970
insanlığın qanı heç bir şeydən qorxub-çəkinməyən hakimlər tərəfindən axıdılır.

32
00:05:45,770 --> 00:05:55,250
Xalqlar dövlətlər tərəfindən soyulub qarət edildiklərinə görə acından ölür.

33
00:05:57,850 --> 00:05:59,940
Bu gün dünyada vəziyyət belədir.

34
00:06:02,310 --> 00:06:10,170
Bu, eynilə İslamın zühurundan öncəki cahiliyyət dünyasına bənzəyir; bu da cahiliyyətdir.

35
00:06:11,910 --> 00:06:26,710
Bu gün İslam dünyasının vəzifəsi təkcə Həzrət Peyğəmbərin (s) doğum və ya besət günlərini bayram etmək deyil;

36
00:06:27,370 --> 00:06:32,310
ümmətin əsas vəzifəsi ilə müqayisədə bu, çox kiçik və əhəmiyyətsiz bir işdir.

37
00:06:34,080 --> 00:06:41,740
Bu gün İslam ümmətinin vəzifəsi eynilə İslamın və Peyğəmbərin (s) özü kimi

38
00:06:43,310 --> 00:06:53,740
bu dünyaya yeni ruh bəxş etmək, yeni bir atmosfer yaratmaq, yeni bir yol açmaqdır.

39
00:06:55,650 --> 00:07:03,850
Səbirsizliklə intizarında olduğum bu təzahürü mən “yeni İslam sivilizasiyası” adlandırıram.

40
00:07:05,450 --> 00:07:13,170
Bizim istək və məramımız bəşəriyyət üçün yeni İslam sivilizasiyasının formalaşdırılması olmalıdır.

41
00:07:15,370 --> 00:07:26,480
Bu, dünyadakı super-güclərin bəşəriyyət üçün cızdığı və həyata keçirdiyi planlardan əsaslı şəkildə fərqlənir.

42
00:07:27,050 --> 00:07:35,600
Bu, müxtəlif ölkələrdə hakimiyyəti ələ keçirmək, xalqların hüquqlarını tapdalamaq,

43
00:07:37,000 --> 00:07:43,800
öz əxlaq və mədəniyyətini zorla başqa xalqlara sırımaq demək deyil.

44
00:07:44,170 --> 00:07:50,570
Bu, xalqların öz ixtiyarı, öz seçimi, öz müəyyənləşdirməsi əsasında

45
00:07:52,020 --> 00:08:01,050
doğru yolu seçməsi üçün Allah-taalanın göndərdiyi bir hədiyyəni onlara təqdim etmək deməkdir.

46
00:08:01,250 --> 00:08:08,200
Bu gün dünyanın böyük dövlətlərinin xalqları çəkdiyi yol

47
00:08:08,310 --> 00:08:16,800
yanlış və azdırıcı bir yoldur. Bu gün bizim vəzifəmiz budur.

48
00:08:18,970 --> 00:08:31,020
Bir vaxtlar avropalılar müsəlmanların elm

49
00:08:31,170 --> 00:08:42,310
və fəlsəfəsindən istifadə edərək özləri üçün bir sivilizasiya qurmağı bacardılar.

50
00:08:42,710 --> 00:08:45,620
Əlbəttə ki, bu, maddiyyata can atan bir sivilizasiya idi.

51
00:08:47,200 --> 00:08:59,220
16-17-ci əsrdən başlayaraq avropalılar yeni bir sivilizasiyanın təməlini qoymağa başladılar

52
00:09:00,420 --> 00:09:10,420
və onların bu sivilizasiyası maddiyyata əsaslandığı üçün çəkinmədən cürbəcür vasitələrdən istifadə etdilər.

53
00:09:10,710 --> 00:09:17,820
Bir yandan işğalçılığa, xalqları öz ağalığı altına keçirib

54
00:09:19,450 --> 00:09:25,680
talan etməyə üz qoydular,

55
00:09:27,570 --> 00:09:35,600
digər tərəfdən isə özlərini daxildən  elm, texnologiya və təcrübə ilə gücləndirərək

56
00:09:36,710 --> 00:09:43,110
bu sivilizasiyanı bütün bəşəriyyətə hakim etdilər.

57
00:09:43,110 --> 00:09:50,220
Avropalılar bu işi 4-5 əsr ərzində davam etdirmişlər.

58
00:09:53,170 --> 00:09:57,020
Onların dünyaya təqdim etdiyi bu sivilizasiya

59
00:09:57,880 --> 00:10:09,940
insanların ixtiyarına bir çox gözəl texnoloji nailiyyətlər, sürətli, rahat və komfortlu həyat üçün lazım olan müxtəlif vasitələr verdi,

60
00:10:10,310 --> 00:10:15,570
amma onların xoşbəxtliyini təmin etmədi, ədaləti bərqərar etmədi.

61
00:10:15,770 --> 00:10:21,850
Əksinə, ədalətin təpəsindən döydü,

62
00:10:22,140 --> 00:10:26,340
xalqları əsir və yoxsul etdi, alçaltdı.

63
00:10:26,510 --> 00:10:32,880
Öz içində də paradokslara düçar oldu, əxlaqi cəhətdən çürüdü,

64
00:10:33,080 --> 00:10:38,940
mənəvi cəhətdən puç və heç oldu.

65
00:10:40,000 --> 00:10:45,250
Bu gün qərblilər özləri də bunu etiraf edir.

66
00:10:45,740 --> 00:10:50,820
Tanınmış bir Qərb siyasətçisi mənə demişdi ki,

67
00:10:51,080 --> 00:10:56,820
bizim dünyamız puçdur, boşdur və biz bunu hiss edirik. Düz də deyir;

68
00:10:59,370 --> 00:11:09,480
bu sivilizasiya zahirən parıltılıdır, göz qamaşdırır, amma mahiyyəti baxımından bəşəriyyət üçün təhlükəlidir.

69
00:11:10,910 --> 00:11:15,480
Bu gün artıq Qərb sivilizasiyasında paradokslar özünü büruzə verir –

70
00:11:15,820 --> 00:11:23,850
Amerikada bir cür, Avropada bir cür, dünyanın dörd bir yanında bunların ağalığı altında olan regionlarda da bir başqa cür.

71
00:11:25,940 --> 00:11:30,940
Bu gün bizim növbəmizdir, bu gün İslamın növbəsidir.

72
00:11:32,740 --> 00:11:36,620
“Biz bu günləri (hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ...” (“Ali-İmran” surəsi, 140-cı ayədən)

73
00:11:41,020 --> 00:11:51,450
Bu gün artıq müsəlmanların növbəsidir ki, əzm və təpər nümayiş etdirərək yeni İslam sivilizasiyasının bünövrəsini qoysunlar.

74
00:11:52,340 --> 00:11:58,740
Bir vaxtlar avropalılar müsəlmanların elmi biliklərindən,

75
00:11:59,480 --> 00:12:05,850
təcrübəsindən, fəlsəfəsindən istifadə etdikləri kimi,

76
00:12:06,340 --> 00:12:11,510
biz də bu gün İslam sivilizasiyasını yenidən ayağa qaldırmaq üçün

77
00:12:11,680 --> 00:12:15,480
dünya elmindən, müasir dünyada mövcud olan

78
00:12:15,880 --> 00:12:20,480
texnoloji vasitələrdən istifadə edirik,

79
00:12:20,850 --> 00:12:28,540
intəhası biz bunu İslamın ruhuna, mənəviyyata uyğun şəkildə edirik.

80
00:12:30,880 --> 00:12:39,450
Mən bu sözlərimi əsas etibarilə din alimlərinə, həqiqi ziyalılara ünvanlayıram,

81
00:12:40,680 --> 00:12:46,050
siyasətçilərə artıq o qədər də ümidim yoxdur.

82
00:12:47,400 --> 00:12:56,110
Əvvəllər elə bilirdik ki, İslam dünyasının siyasətçiləri bu istiqamətdə hansısa işlər görüb yardım edə bilər,

83
00:12:56,220 --> 00:12:58,940
amma təəssüflər olsun ki, hazırda bu ümid zəifləyib.

84
00:13:00,740 --> 00:13:07,170
Bu gün bizim ümidimiz İslam dünyasındakı din alimlərinə,

85
00:13:08,020 --> 00:13:15,220
eləcə də Qərbi özünə qiblə bilməyən həqiqi ziyalılaradır;

86
00:13:15,800 --> 00:13:27,000
ümid onlaradır və bu, tamamilə realdır. və bu, tamamilə realdır. Heç də deməsinlər ki, bu, mümkün olan iş deyil.

87
00:13:28,680 --> 00:13:37,400
Bu işin həyata keçməsi mümkündür, realdır. İslam dünyasının əlində bir çox imkanlar var:

88
00:13:38,220 --> 00:13:46,650
yaxşı demoqrafik göstəricilərimiz var, ərazilərimiz var, əlverişli coğrafi mövqeyə malikik,

89
00:13:47,450 --> 00:13:51,800
İslam dünyası olaraq bir çox təbii resurslara sahibik.

90
00:13:52,200 --> 00:13:58,310
İslam dünyasının elə bir yaxşı və istedadlı insan potensialı var ki,

91
00:13:59,650 --> 00:14:06,770
əgər onu müstəqil İslam təlimləri ilə yetişdirsək,

92
00:14:07,680 --> 00:14:16,510
elm, siyasət, texnologiya və bir çox sosial sferalarda

93
00:14:17,970 --> 00:14:29,770
ortaya parlaq yaradıcılıq məhsulu qoya bilər.

94
00:14:31,200 --> 00:14:34,970
İslam Respublikası İslam dünyası üçün bir nümunədir,

95
00:14:35,220 --> 00:14:43,220
sınaq, təcrübə ərazisidir.

96
00:14:44,970 --> 00:14:50,510
İslam dini ölkəmizdə hakimiyyətə gəlməmişdən əvvəl

97
00:14:50,600 --> 00:14:57,420
biz sözün tam mənasında geridə qalmış bir xalq idik, xaricdən asılı idik.

98
00:14:58,910 --> 00:15:03,740
Elmi cəhətdən geri qalmışdıq, siyasi cəhətdən geri qalmışdıq,

99
00:15:03,740 --> 00:15:10,820
sosial cəhətdən geri qalmışdıq, siyasət dünyasından təcrid olunmuşduq.

100
00:15:12,740 --> 00:15:23,970
Bu gün isə artıq düşmənlərimiz də İslam Respublikasının nailiyyətlərini etiraf etməyə məcburdur.

101
00:15:24,200 --> 00:15:32,450
Bu gün İslam İnqilabının qələbəsindən 35 il keçir

102
00:15:32,910 --> 00:15:37,680
və biz elm və texnologiyada,

103
00:15:38,080 --> 00:15:48,910
dünyadakı ən müasir elmi biliklərdə əldə etdiyimiz nailiyyətlər baxımından inkişaf etmiş ölkələrin sırasındayıq.

104
00:15:49,080 --> 00:15:55,170
Tam olaraq reallığı əks etdirdiyi sübuta yetirilmiş statistik məlumatlara əsasən,

105
00:15:55,600 --> 00:15:58,080
biz bir siyahıda 7-ci,

106
00:15:58,080 --> 00:16:01,820
digərində 6-cı, bir başqasında isə 5-ci yeri tuturuq.

107
00:16:04,770 --> 00:16:14,620
İran xalqı İslamın bərəkəti sayəsində öz kimliyini, şəxsiyyətini təsdiq və nümayiş etdirə bilib. Bunu İslam dünyasında genişləndirmək mümkündür;

108
00:16:15,080 --> 00:16:26,220
şərti isə budur ki, super-güclərin ağır və məşum kölgəsi ölkələrin başı üzərində olmaya. Bu,birinci şərtdir.

109
00:16:28,600 --> 00:16:33,510
Əlbəttə ki, bu hansısa zəhmət əziyyət bahasına başa gələn bir işdir,bədəlini, bahasını ödəmədən heç bir böyük işi həyata keçirmək mümkün deyil.

110
00:16:34,740 --> 00:16:40,050
Çox böyük və önəmli simaların iştirak etdiyi bugünkü məclisdə

111
00:16:40,510 --> 00:16:45,420
mən bunu demək istəyirəm ki,

112
00:16:46,080 --> 00:16:50,400
İslam ümməti cihad əzmi ilə,

113
00:16:50,800 --> 00:17:02,970
ciddi surətdə çalışaraq müasir dövrə uyğun bir İslam sivilizasiyasının layihəsini cıza, təməlini qoya,

114
00:17:03,200 --> 00:17:08,200
bu işi müsbət nəticələrə aparıb çatdıra və bəşəriyyətə təqdim edə bilər.

115
00:17:08,370 --> 00:17:13,110
Biz zorla heç kimi İslama dəvət edən deyilik;

116
00:17:13,910 --> 00:17:22,140
zorla heç bir ölkəni İslam dünyasının hakimiyyətinə tabe edən deyilik.

117
00:17:22,310 --> 00:17:28,940
Biz avropalılar kimi, Amerika kimi etməyəcəyik.

118
00:17:30,650 --> 00:17:42,400
Avropalılar Atlantik okeanının kənarındakı bir adadan çıxıb Hind okeanına qədər gedərək

119
00:17:42,570 --> 00:17:50,940
Hindistan kimi böyük bir ölkəni, eləcə də ətrafındakı bir neçə ölkəni zorla işğal ediblər,

120
00:17:51,400 --> 00:18:00,170
talayıblar, özləri varlanıblar, onları isə quru yurdda qoyublar; bu cür qabağa gediblər.

121
00:18:02,250 --> 00:18:10,080
Elə bu gün də dünyada eyni əməlləri başqa metodlarla, üsullarla  davam etdirirlər.

122
00:18:10,280 --> 00:18:17,200
Başqalarının pulu, sərmayəsi, sərvəti, başqalarının əməyinin məhsulu ilə

123
00:18:18,480 --> 00:18:25,880
öz inkişafını, tərəqqisini təmin edir, zahirdə özlərini bəzəyirlər.

124
00:18:25,880 --> 00:18:30,310
Əlbəttə ki, içəridən dağılırlar; batinləri çürüyüb gedir.

125
00:18:30,940 --> 00:18:35,910
Qeyd etdiyim kimi, getdikcə daha çox puç olurlar

126
00:18:38,650 --> 00:18:47,480
Siz müsəlmanların əldə edəcəyiniz bir nailiyyət düşmənlərinizi heç də sevindirmir.

127
00:18:50,310 --> 00:19:02,340
Sizə müsibət gətirəcək bir şeysə onları sevindirir, məmnun edir.

128
00:19:05,020 --> 00:19:17,510
“Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, bir zərər toxunanda isə ona sevinirlər”. (“Ali-İmran” surəsi, 120-ci ayədən)

129
00:19:17,970 --> 00:19:26,000
Belədirlər, bunu Quran deyir. Biz gözümüzü onlara dikməməliyik,

130
00:19:26,650 --> 00:19:32,340
onların əlinə baxmamalıyıq, özümüzü onların təbəssümündən və ya üz turşutmasından asılı bilməməliyik.

131
00:19:32,770 --> 00:19:36,510
Öz yolumuzu tapıb hərəkət etməli, irəli getməliyik.

132
00:19:36,910 --> 00:19:41,420
Bu, bizim və İslam dünyasındakı hər kəsin vəzifəsidir.

133
00:19:45,200 --> 00:19:51,280
Düşmənin istifadə etdiyi üsullardan biri də bizim aramızda konflikt yaratmaqdır.

134
00:19:52,740 --> 00:20:00,940
Mən bu məsələni israrla vurğulayır, altını cızıram. Qardaşlar, bacılar,

135
00:20:03,170 --> 00:20:10,510
İslam dünyasında mənim bu sözümü eşidən bütün müsəlmanlar!

136
00:20:10,800 --> 00:20:20,200
Amerikalıların dilinə “sünni-şiə” söhbəti düşən gün  biz narahat olmağa başladıq;

137
00:20:20,420 --> 00:20:28,680
başı çıxan adamlar hamısı narahat olmağa başladı. Sünni-şiə məsələsinin Amerikaya nə dəxli var?

138
00:20:31,080 --> 00:20:38,600
Yəhudi əsilli filan sionist Amerika siyasətçisinin –

139
00:20:39,510 --> 00:20:46,310
hansından ki İslama və müsəlmanlara qarşı şərdən, pislikdən başqa heç bir şey baş verə bilməz –

140
00:20:46,710 --> 00:20:52,880
nə işinə qalıb ki, gəlib sünni ilə şiə arasında arbitrlik eləsin,

141
00:20:54,080 --> 00:20:57,770
sünni haqqında bir, şiə haqqında başqa bir şey desin?

142
00:21:00,310 --> 00:21:13,800
Amerikalıların dilinə “sünni-şiə” söhbəti düşən vaxtdan

143
00:21:14,140 --> 00:21:17,910
burda vəziyyəti başa düşən, diqqətli insanlar narahatlıq keçirməyə başladılar.

144
00:21:18,220 --> 00:21:25,910
Başa düşdülər ki, nə isə təzə bir iş baş verməkdədir.

145
00:21:26,910 --> 00:21:32,940
Sünni və şiələr arasında qəsdən salınan davaların tarixi keçmişi var; ingilislər bu işdə mahirdir.

146
00:21:33,110 --> 00:21:42,620
Keçmişdə ingilislərin əli ilə – istər burda, istər keçmiş Osmanlı dövlətində,

147
00:21:43,050 --> 00:21:53,400
istərsə də ərəb dövlətlərində – sünni və şiələr arasında dava-dalaş, konflikt, kin-küdurət yaradılması,

148
00:21:53,600 --> 00:21:59,250
bu ikisinin bir-birinin canına salınması barədə əlimizdə bir çox faktlar, məlumatlar var.

149
00:22:00,420 --> 00:22:08,110
Bu gün amerikalıların bu sahədə həyata keçirdiyi planlar isə daha təhlükəlidir.

150
00:22:10,740 --> 00:22:18,450
Onların İslam dünyası içərisində bu və ya digər firqənin tərəfini tutması

151
00:22:19,200 --> 00:22:25,450
bizi sevindirməlidirmi?

152
00:22:25,450 --> 00:22:35,140
Bizim tərəfimizi tutanda biz bundan məmnun qalmalıyıqmı? Xeyr, əksinə, bu bizi kədərləndirməlidir; o barədə düşünməliyik ki, bizdə hansı zəif cəhəti görüblər,

153
00:22:36,020 --> 00:22:43,340
hansı zəif cəhətimizdən istifadə etmək istəyirlər, nə məqsədlə bizimlə tərəfdaşlıq ifadə edirlər.

154
00:22:43,420 --> 00:22:49,420
Bunlar birbaşa İslamın özünün əleyhinədirlər;

155
00:22:50,140 --> 00:23:00,600
reallıq budur ki, Amerikada 11 sentyabr hadisəsi baş verdiyi,

156
00:23:02,250 --> 00:23:09,970
Nyu-Yorkda o qüllələr partladıldığı zaman ABŞ-ın o vaxtkı prezidenti:

157
00:23:11,800 --> 00:23:21,800
“Bu, səlib müharibəsidir” – demişdi; və o, haqlı idi; pis bir adam idi, amma o sözü doğru idi:

158
00:23:23,340 --> 00:23:33,480
dava İslamla imperializm arasında gedir. Əlbəttə, o, “xristianlıq və səlib müharibəsi” demişdi,

159
00:23:34,940 --> 00:23:41,000
amma burasını yalan deyirdi; xristianlar İslam dünyasında tam təhlükəsizlik şəraitində yaşayırdılar,

160
00:23:41,170 --> 00:23:47,020
elə bu gün də bizim ölkəmizdə də, bəzi başqa ölkələrdə də vəziyyət eynidir.

161
00:23:48,970 --> 00:23:58,050
O, imperializmlə, dünyaya ağalıq edən qüvvələrlə İslam dini arasında müharibəni nəzərdə tuturdu; bax bu, doğru idi; bu söz tam doğru idi.

162
00:23:58,910 --> 00:24:06,200
Bu gün Amerikada hakimiyyətdə olan cənabların

163
00:24:06,970 --> 00:24:13,200
“biz İslama qarşı çıxmırıq”, “İslamın filan məzhəbinin əleyhinəyik”,

164
00:24:13,340 --> 00:24:21,570
“filan məzhəbə qarşıyıq” kimi sözləri yalandır, yalan deyirlər, riyakarlıq, ikiüzlülük edirlər.

165
00:24:22,050 --> 00:24:31,970
Bunlar da birbaşa İslamın əleyhinədirlər; yolu da müsəlmanlar arasına dava, konflikt salmaqda tapıblar.

166
00:24:32,450 --> 00:24:40,800
Vaxt var idi bu konfliktlər “paniranizm”, “pantürkizm”, “panərəbizm”

167
00:24:41,050 --> 00:24:46,770
ideyaları şəklində ortaya atılırdı, bir o qədər effektiv də olmurdu;

168
00:24:47,420 --> 00:24:54,680
bu gün isə məzhəb adı altında konflikt yaradıb gəncləri bir-birinin canına salmaq istəyirlər.

169
00:24:55,740 --> 00:25:03,220
Sonda da nəticə bu olur ki, Amerikadan asılı qüvvələrin pulu,

170
00:25:03,940 --> 00:25:13,910
Amerikanın siyasi dəstəyi, Amerikanın müttəfiqlərinin tərəfdaşlığı ilə İŞİD

171
00:25:15,570 --> 00:25:24,400
və bu kimi terrorçu qruplar yaranaraq genişlənmək imkanı əldə edir

172
00:25:24,400 --> 00:25:30,080
və İslam dünyasında bu gün şahidi olduğumuz faciələri törədir; nəticə bu olur.

173
00:25:31,570 --> 00:25:38,280
Bunlar: “Biz şiəliyin əleyhinəyik, sünniliyi dəstəkləyirik” – deyərkən yalan deyirlər. Xeyr, belə deyil.

174
00:25:39,340 --> 00:25:46,680
Fələstinlilər şiədir, ya sünni? Fələstinlilərə niyə bu qədər mənfi yanaşırlar?

175
00:25:46,880 --> 00:25:54,820
Nəyə görə fələstin xalqına qarşı törədilən cinayətləri mütləq surətdə qınamırlar?

176
00:25:54,940 --> 00:25:57,370
Qəzza nə qədər əzilib?

177
00:25:59,370 --> 00:26:05,140
İordan çayının qərb sahillərindəki torpaqlar nə qədər təzyiqlərə məruz qalıb

178
00:26:05,140 --> 00:26:12,250
və elə bu gün də qalmaqdadır? Onlar ki şiə deyil, sünnidir.

179
00:26:14,600 --> 00:26:18,800
Amerikalılar üçün məsələ sünni-şiə məsələsi deyil.

180
00:26:19,910 --> 00:26:30,050
Onlar İslam dini, İslam hökmləri, bu dinin qoyduğu qayda-qanun əsasında yaşamaq istəyən

181
00:26:30,370 --> 00:26:37,800
və bunun uğrunda mübarizə aparan, bu yolda irəliləyən hər bir müsəlmanı özlərinə düşmən hesab edir.

182
00:26:38,250 --> 00:26:43,370
ABŞ siyasətçilərindən birindən müsahibə alıblar;

183
00:26:43,940 --> 00:26:49,420
müxbir soruşur ki, “Amerikanın düşməni kimdir?”,

184
00:26:49,770 --> 00:26:53,250
o da cavab verir ki, “Amerikanın düşməni terror deyil,

185
00:26:54,110 --> 00:27:05,820
Amerikanın düşməni müsəlmanlar da deyil, Amerikanın düşməni islamçılardır”; islamçılar.

186
00:27:07,800 --> 00:27:15,370
Yəni o vaxta qədər ki, bir müsəlman başını aşağı salıb yolunu gedib-gəlir,

187
00:27:16,850 --> 00:27:22,220
İslama qarşı heç bir stimul nümayiş etdirmir, ona qarşı düşmənçilik hiss etmirlər.

188
00:27:22,400 --> 00:27:33,510
Ortaya islamçılıq, İslama, İslamın hakimiyyətinə qarşı məsuliyyət və bağlılıq söhbəti gələndə,

189
00:27:33,620 --> 00:27:39,880
müsəlman sivilizasiyasının qurulması məsələsi irəli çəkiləndə isə  düşmənçilik başlayır;

190
00:27:41,080 --> 00:27:44,680
düzünü deyib, onun düşməni islamçılardır.

191
00:27:46,140 --> 00:27:53,600
Elə buna görə də İslam dünyasında islami oyanış baş verəndə, özünüz görürsünüz, necə təşvişə düşür,

192
00:27:54,020 --> 00:27:58,880
hərəkətə keçir, bu oyanışı boğmaq, yox etmək üçün necə çalışırlar;

193
00:28:00,020 --> 00:28:03,680
bəzi yerlərdə buna müəyyən qədər müvəffəq də olurlar. Əlbəttə, sizə bunu da deyim ki,

194
00:28:04,000 --> 00:28:06,620
islami oyanış məhv edilməsi mümkün olan bir şey deyil.

195
00:28:06,850 --> 00:28:14,220
İnşallah, Allahın yardımı və dəstəyi, Allahın mərhəməti sayəsində islami oyanış öz hədəflərinə çatacaq.

196
00:28:36,620 --> 00:28:42,310
Onların məqsədi müsəlmanlar arasında qardaş qırğını salmaqdır

197
00:28:44,080 --> 00:28:47,170
və təəssüflər olsun ki, buna müəyyən qədər nail ola biliblər də.

198
00:28:47,710 --> 00:28:52,170
Müsəlman ölkələrini bir-birinin ardınca viran qoyurlar –

199
00:28:52,450 --> 00:28:57,800
Suriyanı viran qoyublar, Yəməni dağıdıblar, Liviyanı dağıdıblar –

200
00:28:59,940 --> 00:29:09,250
bu ölkələrin infrastrukturunu məhv edirlər. Nəyə görə? Nəyə görə biz bu məkrli plana tabe olmalıyıq?

201
00:29:11,370 --> 00:29:20,170
Nəyə görə onların əsl məqsədi bizə qaranlıq qalmalıdır, bundan bixəbər olmalıyıq? Gözüaçıq olmaq lazımdır;

202
00:29:22,310 --> 00:29:31,820
bu yolda uğur qazanmaq istəyiriksə, gözüaçıq olmalıyıq. Əmirəl-möminin (ə) buyurur:

203
00:29:31,820 --> 00:29:38,020
لا وَ لا يَحمِلُ هذَا العَلَمَ اِلاّ اَهلُ البَصَرِ وَ الصَّبر

204
00:29:38,310 --> 00:29:42,710
Gözüaçıq olmaq lazımdır, bu yolda səbirli olmaq lazımdır.

205
00:29:45,680 --> 00:29:51,400
“Əgər səbir edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz”. (“Ali-İmran” surəsi, 120-ci ayədən)

206
00:29:52,200 --> 00:30:00,910
Səbir və gözüaçıqlıqla davransaq, möhkəm olsaq, onların planları heç bir effekt verməyəcək.

207
00:30:01,170 --> 00:30:07,620
Yox əgər biz də onların dediyini təkrar edib, onlar kimi hərəkət etsək, onda nəticəsi mənfi olacaq.

208
00:30:08,140 --> 00:30:12,310
Bəhreyndə müsəlmanlara nəyə görə bu cür təzyiqlər göstərirlər?

209
00:30:14,080 --> 00:30:21,710
Nigeriyada əməlisaleh, mömin bir şeyxi

210
00:30:23,340 --> 00:30:33,080
nəyə görə o cür faciəli şəkildə öldürür, yaxın ətrafından 1000-ə yaxın insanı da qətlə yetirir,

211
00:30:33,080 --> 00:30:39,200
2 il içində o adamın 6 övladını şəhid edirlər?

212
00:30:40,420 --> 00:30:45,620
İslam dünyası bütün bu faciələr qarşısında nəyə görə susur?

213
00:30:48,510 --> 00:30:58,650
Müsəlman aləmi 1 ilə yaxındır ki, Yəmənin gecə-gündüz bombardman edilməsinə nəyə görə dözür?

214
00:31:00,910 --> 00:31:09,050
1 ilə yaxındır – 10 aydan bir qədər artıqdır ki – Yəmən əhalisinin ev-eşiyi, xəstəxanaları,

215
00:31:09,170 --> 00:31:19,600
məktəbləri, küçələri, kişili-qadınlı günahsız insanlar aviazərbələr altındadır, nəyə görə?

216
00:31:19,970 --> 00:31:27,710
Bu, İslam dünyasının xeyrinədirmi? Suriya bir cür, İraq bir cür.

217
00:31:30,600 --> 00:31:33,340
Onların hədəfləri təhlükəli hədəflərdir,

218
00:31:33,770 --> 00:31:44,000
onların hədəfləri, özləri demişkən, xüsusi beyin mərkəzlərində planlaşdırılır. Biz sayıq olmalıyıq.

219
00:31:44,400 --> 00:31:51,080
Qeyd etdiyim kimi, bütün ümidlər İslam alimlərinə

220
00:31:51,310 --> 00:31:57,400
və İslam dünyasının həqiqi ziyalılarına bağlıdır, bütün vəzifə və məsuliyyət onların öhdəsinə düşür.

221
00:31:57,850 --> 00:32:04,200
Onlar öz ölkələrində əhali ilə də, siyasətçilərlə də söhbətlər aparmalıdırlar –

222
00:32:05,110 --> 00:32:09,850
İslam dünyasındakı bəzi siyasətçilərin vicdanı oyaqdır,

223
00:32:10,050 --> 00:32:17,450
mən bunu yaxından görüb hiss etmişəm – onlar mühüm rol oynaya bilər.

224
00:32:18,080 --> 00:32:27,940
Bu məclisdə mənim sizə demək istədiyim əsas fikir budur: gəlin biz Həzrət Peyğəmbərin (s) mövludunu yada salıb qeyd etməkdən belə bir formada bəhrələnək ki,

225
00:32:28,110 --> 00:32:35,080
İslam dininin yer üzünə gəldiyi ilk gündən həyata keçirdiyi işi – yəni o dövrün ölü, cansız dünyasına yeni həyat bəxş etmək işini

226
00:32:35,310 --> 00:32:41,620
qarşımıza məqsəd qoyaq, bütün əzmimizi bu hədəfə kökləyək.

227
00:32:42,370 --> 00:32:50,850
Bunun üçünsə ağıl, müdriklik, dərindən düşünmək, tədbirli və gözüaçıq olmaq, düşməni tanımaq  lazımdır.

228
00:32:51,200 --> 00:32:57,740
Düşməni tanıyaq, hiyləgər planlarına bələd olaq, düşmənə aldanmayaq.

229
00:32:59,450 --> 00:33:02,600
Belə olarsa, Allah-taala da bizə kömək etməli,

230
00:33:03,000 --> 00:33:08,020
bizi Öz doğru yoluna – “sirati-müstəqim”inə istiqamətləndirməli, addımlarımızı möhkəmlətməlidir.

231
00:33:09,680 --> 00:33:14,250
Ərəb şairi doğru deyib:

232
00:33:14,340 --> 00:33:26,820
لدَّهرُ يَقظان وَ الأَحداثُ لم يَنَم‌ فَما رُقادُکُم يا أَفضَلَ الأُمَم

233
00:33:27,770 --> 00:33:41,170
Güc, sərvət və zorakılıq dünyası ixtiyarında olan bütün imkanlarla sizi hədəfə alıbsa,

234
00:33:41,480 --> 00:33:46,020
bir anlıq belə olsun mürgüləməyə, yuxuya keçməyə haqqınız yoxdur.

235
00:33:46,480 --> 00:33:53,000
Pərvərdigara! Bizə bu “sirati-müstəqim”də İslamın

236
00:33:53,820 --> 00:33:58,250
və dünyanın bəyəndiyi kimi irəliləməyi nəsib et.

237
00:33:59,620 --> 00:34:02,140
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.