1
00:00:04,370 --> 00:00:06,600
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:07,220 --> 00:00:10,020
الحمدلله ربّ العالمين

3
00:00:11,540 --> 00:00:17,400
و الصّلاة و السّلام على سيّدنا و نبيّنا ابى‌القاسم المصطفى محمّد

4
00:00:26,110 --> 00:00:30,400
و على آله الاطيبين الاطهرين المنتجبين

5
00:00:30,800 --> 00:00:34,650
سيّما بقيّةالله فى الارضين

6
00:00:36,850 --> 00:00:41,480
Əziz qumlular, qardaşlar, bacılar, çox xoş gəlmisiniz!

7
00:00:42,050 --> 00:00:55,740
Qum əhalisinin əzmi, təpəri sayəsində Qumun adı tarixə öncüllüyü, avanqardlığı ilə yazılıb.

8
00:00:58,850 --> 00:01:06,620
O gündən bu günə nə qədər vaxt keçsə də,

9
00:01:08,570 --> 00:01:20,540
əziz qumluların göstərdiyi təcrübə, burada baş verən hadisələr bu mənanı yaşatmış və daha da gücləndirmişdir.

10
00:01:21,970 --> 00:01:30,370
Allaha şükürlər olsun ki, Qum inqilabın ocağıdır, inqilabın mərkəzidir, inqilabın baş qaldırdığı

11
00:01:30,510 --> 00:01:38,220
və inşallah ki, davam edərək günü-gündən gücləndiyi bir yerdir.

12
00:01:40,370 --> 00:01:47,880
Çox xoş gəlmisiniz; inşallah, Allah-taala hamınızın əcrini verər.

13
00:01:49,140 --> 00:01:55,000
Gözəl bir surud oxundu; bunu da deyim ki, surudun o geri qayıdış üçün olan müraciət hissəsi

14
00:01:55,420 --> 00:02:02,710
yalnız və yalnız İmam Mehdi Sahibəz-zamanA (Ruhlarımız ona fəda olsun!) xitab olmalıdır; başqa heç kəsə.

15
00:02:04,310 --> 00:02:13,480
Gəlin bütün ixlasımızı, bütün fədakarlığımızı, bütün sevgimizi

16
00:02:14,450 --> 00:02:21,450
və bütün qəlbimizi o böyük İmama təqdim etməyə adət edək.

17
00:02:24,650 --> 00:02:33,680
O müqəddəs şəxsə edilən dua onun da dua edən şəxsə duaçı olmasına səbəb olur. Rəvayətlərimizdə də bu var.

18
00:02:36,820 --> 00:02:50,850
Bu gün siz bura 19 dey münasibətilə yığışmısınız, bu isti və səmimi görüş bu münasibətlədir.

19
00:02:51,450 --> 00:02:59,850
19 dey haqda çox sözlər deyilib; bu illər ərzində mən də danışmışam, başqa danışanlar da olub.

20
00:03:01,050 --> 00:03:09,710
Bəzi sözlər də var ki, hər dəfə təkrarlanır, yeni deyil,

21
00:03:11,540 --> 00:03:19,020
lakin bütün bunlara baxmayaraq, 19 dey hadisəsi köhnələsi bir hadisə deyil.

22
00:03:20,620 --> 00:03:27,880
Bizim daha əvvəl dediyimiz hansısa fikirləri təkrar etməyimiz

23
00:03:28,020 --> 00:03:35,220
bu hadisəyə köhnəlmiş bir hadisə kimi baxılmasına səbəb olmur;

24
00:03:35,970 --> 00:03:40,970
eynilə Aşura kimi. Mən 19 deyi

25
00:03:41,910 --> 00:03:52,770
başqa hadisələrlə müqayisə etmək istəmirəm, amma bənzətmək lazım gələrsə, bu hadisə eynilə Aşuraya bənzəyir.

26
00:03:53,370 --> 00:04:02,740
1200-1300 ildir ki, Aşura haqda danışılır, təkrar olunur,

27
00:04:02,910 --> 00:04:12,570
bütün fikirlər dönə-dönə dilə gətirilir, amma o hadisə köhnəlmir.

28
00:04:14,400 --> 00:04:21,400
Aşura hadisəsi hər gün gördüyümüz, amma bizim üçün

29
00:04:22,740 --> 00:04:29,280
heç bir zaman köhnəlməyən parlaq günəş kimidir:

30
00:04:30,740 --> 00:04:41,680
hər il, hər ay, hər saat bizim cəmiyyətimizin, eləcə də digər müsəlman toplumlarının həyatına işıq saçır,

31
00:04:42,880 --> 00:04:48,650
nur çiləyir, insanlara enerji və güc verir. 19 dey hadisəsi də belədir;

32
00:04:49,450 --> 00:04:53,710
Aşura hadisəsi kimi bir hadisədir.

33
00:04:58,970 --> 00:05:05,050
Səbəbi isə budur ki, 19 deydə çox böyük bir iş həyata keçirilib.

34
00:05:07,420 --> 00:05:15,850
Bu elə bir iş idi ki, hansı xalqda, hansı cəmiyyətdə onun analoquna rast gəlinsə,

35
00:05:17,200 --> 00:05:21,140
nəticələri heyrətamiz olar.

36
00:05:21,800 --> 00:05:26,540
Düzdür, İran xalqı arasında bunun üçün münasib zəmin var idi;

37
00:05:27,050 --> 00:05:32,280
hazır zəmin olmadan heç bir iş istənilən nəticəni verə bilməz.

38
00:05:33,370 --> 00:05:40,820
Mübarizə illərində İmamın etdiyi çıxışlar, inqilabi qüvvələrin apardığı mübarizə,

39
00:05:41,200 --> 00:05:48,570
ölkənin dörd bir yanında inqilabi ideyaların insanlara açıqlanması və yayılması,

40
00:05:50,680 --> 00:05:59,770
bundan əlavə, ruhanilərin, mərcə-təqlidlərin hələ əsrlər öncədən

41
00:05:59,770 --> 00:06:05,220
camaat arasında qazandığı yüksək mövqe – bütün bunlar zəmin idi,

42
00:06:06,000 --> 00:06:16,820
amma bu zəmin üzərində hərəkətə keçmək üçün bir düyməyə basılmasına ehtiyac var idi; o düyməni isə qumlular basdı.

43
00:06:18,510 --> 00:06:30,280
Böyük bir iş gördülər; İmamın və inqilabın müdafiəsinə qalxaraq meydana atıldılar. Meydan da adi bir meydan deyildi;

44
00:06:30,450 --> 00:06:39,940
güllə-baran var idi, dəhşət var idi, boğub susdurmaq var idi. Qorxmadan, tam şücaətlə,

45
00:06:40,680 --> 00:06:53,510
vaxtında dərk edərək – bir daha vurğulamaq istəyirəm: öhdəsinə düşən vəzifəni vaxtında,

46
00:06:53,740 --> 00:07:00,020
gecikmədən dərk edərək – meydana atıldılar.

47
00:07:00,770 --> 00:07:08,340
19 dey şəhidlərinin nahaq axıdılmış qanı, qumluların şücaəti,

48
00:07:09,000 --> 00:07:20,800
vaxtında proseslərə qoşulması, öhdəsinə düşən vəzifəni lazımi anda dərk etməsi öz işini gördü.

49
00:07:21,400 --> 00:07:31,710
Əslində, bu, “başla” düyməsinə basmaq demək idi, bununla xalq ayağa qalxdı, ölkədə mövcud olan o münasib zəmin hərəkətə keçdi.

50
00:07:32,020 --> 00:07:40,740
Odur ki qumlular unudulmaz bir iş həyata keçiriblər.

51
00:07:41,420 --> 00:07:48,770
Mən tarixi danışmaq istəmirəm. Günümüzün öz problemləri var,

52
00:07:49,250 --> 00:07:55,480
bu gün biz sabahkı gün üçün öhdəmizə hansı vəzifələrin düşdüyünə baxmalıyıq. Lap yaxşı, inqilab qələbə çaldı;

53
00:07:56,450 --> 00:08:04,910
inqilabın qələbəsi o zaman dünyada işlək olan hesablamalara görə qeyri-mümkün idi.

54
00:08:06,080 --> 00:08:18,740
Heç kəs inanmazdı ki, imperialist güclərin bu qədər həssaslıqla yanaşdığı İran kimi bir ölkədə

55
00:08:19,110 --> 00:08:26,370
– bura sionistlərin sanatoriyası, amerikalı müşavirlərin istirahət yeri idi;

56
00:08:27,310 --> 00:08:35,250
yadellilər burda özlərini rahatlıq və sakitlik içində hiss edirdilər;

57
00:08:36,770 --> 00:08:44,370
19 deydən təxminən 10 gün əvvəl Amerika prezidenti Tehranda çıxış edərək

58
00:08:45,080 --> 00:08:52,000
demişdi ki, İran sabitliyin hökm sürdüyü bir adadır; ölkəyə bu gözlə baxırdılar –

59
00:08:53,250 --> 00:09:01,140
belə bir yerdə, belə bir ölkədə, xalqa qarşı davranışında heç nədən çəkinməyən

60
00:09:01,910 --> 00:09:05,620
belə bir boğucu diktaturanın hakimiyyəti,

61
00:09:06,170 --> 00:09:11,200
üstəlik Amerikanın ağır kölgəsinin mövcudluğu şəraitində

62
00:09:11,540 --> 00:09:21,370
din, xalqın dini ideologiyası, imanı əsasında, xalqın əli ilə,

63
00:09:21,850 --> 00:09:26,370
nümunəvi bir ruhaninin, mərcə-təqlidin rəhbərliyi ilə

64
00:09:26,480 --> 00:09:34,400
inqilab qələbə çala bilər; qəbul edilmiş meyarlara görə, bu, qeyri-mümkün idi.

65
00:09:34,680 --> 00:09:43,340
Elə buna görə də dünyanın heç bir kəşfiyyat orqanı bunun baş verəcəyini ehtimal edə bilməmişdi;

66
00:09:44,140 --> 00:09:48,620
çünki standart hesablamalarla heç cür uyğun gəlmirdi.

67
00:09:49,400 --> 00:09:57,050
Belə bir ölkədə belə bir inqiab baş versin, uğur da qazansın –

68
00:09:57,170 --> 00:10:03,200
az sonra inqilabın qələbəsini ölkədə baş vermiş bəzi digər hadisələrlə də müqayisə edəcəyəm –

69
00:10:04,310 --> 00:10:10,420
nəticədə yeni bir hökumət quruluşu yaransın, rejim formalaşsın, İslam Respublikasının bünövrəsi qoyulsun

70
00:10:10,940 --> 00:10:17,850
və bu quruluş olduğu kimi qalsın, günü-gündən daha güclənsin, kök buraxıb qol-budaq atsın –

71
00:10:18,370 --> 00:10:25,800
heç bir maddi meyar, heç bir maddi hesablama bunu qəbul etmirdi;

72
00:10:26,510 --> 00:10:33,080
mümkün bilmirdi, amma oldu. Belə bir şeyin baş verməsi onu göstərir ki,

73
00:10:33,080 --> 00:10:38,400
bu dünyada, bu yaradılış aləmində yalnız maddiyatı əsas götürən

74
00:10:38,880 --> 00:10:44,850
insanların xəbərdar olmadığı, görə bilmədiyi qanunlar hökm sürür:

75
00:10:47,020 --> 00:10:51,370
“Bu, Allahın daha öncə gəlib-getmişlər arasında da hökm sürmüş sünnəsidir (qayda-qanunudur”. (“Əhzab” surəsi, 38-ci ayədən)

76
00:10:53,400 --> 00:10:57,710
Başqa bir yerdə: “Allahın sünnəsi əvvəldən belədir”. (“Fəth” surəsi, 23-cü ayədən)

77
00:10:59,170 --> 00:11:06,140
“İlahi sünnə” dedikdə Allah-taalanın müəyyən etdiyi qayda-qanunlar nəzərdə tutulur. Varlıq aləmində,

78
00:11:07,600 --> 00:11:11,140
başdan-başa bu nəhəng dünyada

79
00:11:12,170 --> 00:11:18,110
müəyyən qayda-qanun var. Təbiət qanunları kimi: cazibə qanunu,

80
00:11:19,140 --> 00:11:29,510
ayın, günəşin, ulduzların hərəkəti ilə bağlı qanunlar, sutka ərzində gecə-gündüzün bir-birini əvəz etməsi kimi;

81
00:11:29,600 --> 00:11:32,050
bütün bunlar qanundur, təbiətin qanunlarıdır.

82
00:11:32,170 --> 00:11:37,400
Eynilə insan cəmiyyətində də müəyyən qayda və qanunlar var.

83
00:11:37,570 --> 00:11:47,710
Materialistlər zəif görən gözləri ilə bu qanunları görüb dərk edə bilməz, amma onlar var.

84
00:11:49,940 --> 00:11:57,620
Biz bu qanunlar üçün öz əllərimizlə zəmin hazırladığımız zaman isə

85
00:11:57,620 --> 00:12:01,570
Allah-taala onların həyata keçməsinə hökm verir.

86
00:12:03,340 --> 00:12:10,110
Alov yanmağa qadirdir, amma onun üçün zəmin hazırlamalı, ocaq qalamalı,

87
00:12:10,600 --> 00:12:15,200
odun üstünə quru maddələr yığmalısan ki, alovlansın.

88
00:12:16,340 --> 00:12:20,820
Siz zəmin hazırlayın, təbiət qanunları öz işini görəcək;

89
00:12:20,880 --> 00:12:26,250
zəmin hazırlamaq lazımdır. İran xalqı bu zəmini hazırlamışdı.

90
00:12:28,740 --> 00:12:36,020
Bu sözləri böyüklərimizdən də eşitmişik, Quranda da dəfələrlə deyilir, imamların (ə),

91
00:12:36,140 --> 00:12:40,200
Allahın rəsulunun (s) da deyimlərində bunlar var.

92
00:12:40,200 --> 00:12:50,800
فَلَمّا رَأَى اللهُ صِدقَنا اَنزَلَ بِعَدُوِّنَا الکَبتَ وَ اَنزَلَ عَلَينا النَّصر

93
00:12:51,540 --> 00:13:00,310
– bunu Əmirəl-möminin “Nəhcül-bəlağə”də buyurur: “Dürüst niyyətlə meydana girin, mübarizə aparın,

94
00:13:00,820 --> 00:13:05,710
Uca Yaradan düşməninizi əzib, sizə qələbəni nəsib edəcək”.

95
00:13:05,710 --> 00:13:12,250
Bu, ümumi bir prinsipdir, qanundur və bu qanun İslam İnqilabında gerçəkləşdi;

96
00:13:12,600 --> 00:13:17,940
xalq sədaqətlə meydana daxil olub mübarizə apardı.

97
00:13:18,740 --> 00:13:23,800
Yaxşı, gəlin elə buradaca özümüz üçün belə bir nəticə çıxaraq ki,

98
00:13:24,480 --> 00:13:29,420
bizim qarşımızda genişmiqyaslı bir düşmən cəbhəsi var:

99
00:13:30,140 --> 00:13:44,820
İsrail rejiminin başında duranlardan tutmuş Amerikanın dövlət adamlarına,

100
00:13:45,420 --> 00:13:55,910
dünya imperializminin digər havadarlarına və əlaltılarına, təkfirçi ünsürlərə, İŞİD-ə qədər

101
00:13:56,370 --> 00:14:04,280
Baxın, nə qədər nəhəng bir cəbhədir! Çox geniş və müxtəlif tərkiblidir.

102
00:14:04,680 --> 00:14:09,000
Bunlar hamısı İslam Respublikası quruluşunun düşmənləridir. Demək, qarşımızda konkret olaraq bir cəbhə var.

103
00:14:09,650 --> 00:14:15,200
Özü də bir çox işlər görə bilərlər: təbliğat hücumları edirlər,

104
00:14:15,540 --> 00:14:19,540
dünya mediası bütünlüklə bunların əlindədir,

105
00:14:19,800 --> 00:14:25,370
İslam Respublikası əleyhinə ürəkləri istəyəni yayırlar.

106
00:14:26,420 --> 00:14:31,020
İqtisadi rıçaqlar əllərindədir, siyasi güclər əllərindədir,

107
00:14:31,540 --> 00:14:35,850
təhlükəsizlik sistemləri əllərindədir, kəşfiyyat xidmətləri onlara aiddir.

108
00:14:36,200 --> 00:14:39,280
Və onlar İslam Respublikası ilə üz-üzə durub.

109
00:14:39,650 --> 00:14:45,050
Bəziləri bu cəbhəyə baxanda qorxur, ona görə ki

110
00:14:46,740 --> 00:14:56,420
açar sözlərdən olan mühüm bir şeyi – “ilahi sünnə” məsələsini yaddan çıxarırlar.

111
00:14:56,970 --> 00:15:04,680
Axı inqilabın özünə qarşı da elə bu cür, hələ bundan da artıq düşmənçiliklər var idi; amma inqilab qələbə çaldı.

112
00:15:06,020 --> 00:15:09,820
Eyni ədavət bu gün də var,

113
00:15:09,970 --> 00:15:16,740
bu gün də siz onun tələblərinə uyğun davransanız, qalib olacaqsınız; oyan-buyanı yoxdur.

114
00:15:18,600 --> 00:15:23,250
فَلَمّا رَأَى اللهُ صِدقَنا اَنزَلَ بِعَدُوِّنا الکَبت

115
00:15:23,370 --> 00:15:25,110
Bu, müasir dövrümüz üçün də keçərlidir.

116
00:15:26,340 --> 00:15:29,710
Mən də, siz də dürüst niyyətlə işə girişib

117
00:15:29,820 --> 00:15:37,280
lazımi şərtlərə əməl etsək, müqavimət göstərsək, gözüaçıq olsaq, vaxtında hərəkətə keçsək,

118
00:15:38,050 --> 00:15:41,250
düzgün danışsaq, düzgün davransaq,

119
00:15:41,650 --> 00:15:46,940
səmimiyyətlə meydana atılsaq, Əmirəl-möminin də buyurduğu kimi,

120
00:15:47,050 --> 00:15:50,540
اَنزَلَ بِعَدُوِّنا الکَبتَ وَ اَنزَلَ عَلَينا النَّصر

121
00:15:51,650 --> 00:15:58,170
– qələbə bizim olacaq, məğlubiyyət, əzilmək isə düşmənin payına düşəcək.

122
00:15:59,370 --> 00:16:08,620
Deməli, bura qədər inqilab başlıca və aydın bir məqam kimi,

123
00:16:08,880 --> 00:16:13,250
bizim gələcəyimiz üçün də böyük bir ibrət dərsidir.

124
00:16:15,510 --> 00:16:27,200
Amma qeyd etdik ki, bu inqilabı başqa hadisələrlə də müqayisə edəcəyik;

125
00:16:30,250 --> 00:16:36,220
inqilabı elə ölkəmizdə baş vermiş – eynilə də dünyadakı – digər hadisələrlə müqayisə etdikdə

126
00:16:36,370 --> 00:16:38,080
görürük ki, bu, misilsiz bir hadisədir.

127
00:16:38,480 --> 00:16:46,970
Əgər mən mövzunu açıb digər böyük inqilablarla müqayisə aparmaq istəsəm, uzun çəkəcək.

128
00:16:47,200 --> 00:16:52,310
Bu barədə əvvəllər də bir qədər danışmışam, amma gəlin elə ölkəmizin daxilində baş vermiş bəzi hadisələri götürək.

129
00:16:52,450 --> 00:17:01,850
Misal üçün, İslam İnqilabı ilə ölkənin tarixində böyük bir hadisə olan neft sənayesinin milliləşdirilməsi arasında müqayisə aparaq.

130
00:17:02,200 --> 00:17:08,800
Ölkənin tarixində böyük bir hadisə olub. Orda da xalq meydanda idi, həmin proseslərdə də xalq iştirak edirdi,

131
00:17:11,340 --> 00:17:20,080
belə ki onu da “xalq hərəkatı” adlandırırlar, siyasətçilərin dilində “xalq hərəkatı” kimi məşhurdur.

132
00:17:20,450 --> 00:17:24,340
Həmin milli hərəkatın istədiyi nə idi? Minimal bir şey idi;

133
00:17:25,220 --> 00:17:30,800
onlar tam, hərtərəfli iqtisadi və siyasi müstəqillik istəmirdilər.

134
00:17:31,020 --> 00:17:36,880
Neftimiz bütövlüklə ingilislərin ixtiyarında idi,

135
00:17:37,280 --> 00:17:41,400
neft sənayesinin milliləşdirilməsi uğrunda aparılan hərəkatın da istədiyi bu idi ki,

136
00:17:41,400 --> 00:17:45,820
neft ingilislərin əlindən alınsın, öz əlimizdə olsun.

137
00:17:46,080 --> 00:17:52,970
O qədər də çox şey istəmirdilər; əlbəttə, önəmli bir məsələ idi, amma tam müstəqillik deyildi.

138
00:17:53,050 --> 00:18:00,400
O zaman da xalq meydanlara çıxdı, müəyyən hadisələr də baş verdi,

139
00:18:01,420 --> 00:18:09,000
amma hərəkat bütövlükdə 2-3 ildən artıq çəkmədi. İki-üç ildən artıq davam etmədi!

140
00:18:09,680 --> 00:18:14,000
Düşmən onu boğa bildi, varlığını davam etdirmədi.

141
00:18:16,020 --> 00:18:23,200
Həmin hərəkat yatırılandan sonra isə neftin vəziyyəti əvvəlkindən də betər oldu.

142
00:18:24,450 --> 00:18:33,200
Yəni 28 mordad hadisələrindən sonra ölkədə yaratdıqları konsorsiumun vəziyyəti

143
00:18:33,650 --> 00:18:38,340
əvvəlkindən çox pis idi:

144
00:18:38,650 --> 00:18:44,420
əvvəllər ancaq İngiltərənin əlində idisə, indi İngiltərə və Amerikanın əlinə keçmişdi!

145
00:18:44,680 --> 00:18:51,250
Neft qəti və dəyişməz surətdə düşmənlərin ixtiyarında idi; axıra qədər də belə oldu,

146
00:18:51,620 --> 00:18:54,820
bu vəziyyət inqilaba qədər davam etdi.

147
00:18:56,020 --> 00:19:04,540
Amma baxın, İslam İnqilabının qarşıya qoyduğu məsələ təkcə neft məsələsi deyildi, tam müstəqillik məsələsi idi;

148
00:19:04,540 --> 00:19:12,400
siyasi, iqtisadi, mədəni cəhətdən müstəqillik. İnqilab meydanlara bu şüarlarla gəldi.

149
00:19:13,250 --> 00:19:17,600
İslam İnqilabını neft sənayesinin milliləşdirilməsi hərəkatı ilə müqayisə etmək mümkün deyil, amma bunu qeyd etmək lazımdır ki, o hərəkat duruş gətirə bilmədi,

150
00:19:17,770 --> 00:19:31,080
bu hərəkat, bu inqilab isə həm uğur qazandı, həm də qalıcı oldu, yaşadı.

151
00:19:32,280 --> 00:19:39,970
Digər bir hadisə – Məşrutə hərəkatı; İslam İnqilabını Məşrutə hərəkatı ilə müqayisə edək.

152
00:19:39,970 --> 00:19:43,570
Doğrudur, Məşrutə də bu ölkədə mühüm bir hadisə idi,

153
00:19:44,450 --> 00:19:50,570
amma gəlin baxaq, bu hərəkatın, Məşrutə inqilabının qarşıya qoyduğu tələblər nədən ibarət idi?

154
00:19:50,680 --> 00:19:59,910
Monarxiya diktaturasının mütləq hakimiyyətini məhdudlaşdırmaqdan;

155
00:20:00,770 --> 00:20:05,280
padşah qalsın, o lazımlı-lazımsız əmrlərini, fərmanlarını versin,

156
00:20:05,280 --> 00:20:12,820
intəhası şahın ixtiyarında olan mütləq hakimiyyət məhdudlaşsın;

157
00:20:12,940 --> 00:20:18,140
misal üçün, bir parlament təşkil olunsun – məşrutəçilərin istədiyi bu idi.

158
00:20:18,510 --> 00:20:27,420
Camaatın da xeyli hissəsi meydanlara çıxmışdı – cürbəcür təbəqələrdən olan insanlar – öldürülənlər, şəhid olanlar olmuşdu,

159
00:20:27,800 --> 00:20:33,570
amma sonda düşmən həmin hərəkatı cilovlayaraq ələ aldı

160
00:20:33,620 --> 00:20:40,620
və əslində onu məhv etdi.

161
00:20:40,940 --> 00:20:48,710
Məşrutə hərəkatının yatırılmasından sonra diktatura daha da şiddətləndi!

162
00:20:49,510 --> 00:20:57,200
Yəni Konstitusiyanın verilməsi haqda fərman imzalandıqdan 15 il sonra Rza xan hakimiyyətə gəldi.

163
00:20:57,770 --> 00:21:04,740
Həmin Rza xan ki, onun dövründə hökm sürən diktatura əvvəlki şahların heç birinin dövrü ilə müqayisə oluna bilməzdi:

164
00:21:05,740 --> 00:21:13,620
zalım, alçaldıcı, xalqa hərtərəfli düşmən; üstəlik xaricilərə də nökər.

165
00:21:14,480 --> 00:21:19,970
O birilər istibdadçı olsalar da, əcnəbilərə bir bu qədər boyun əymirdilər.

166
00:21:20,370 --> 00:21:26,880
Rza xan isə əcnəbilərin göstərişi ilə gəlmişdi, əcnəbilərin göstərişi ilə də getdi.

167
00:21:27,480 --> 00:21:34,770
Arada istədi bir əl-ayaq ata, başına bir qapaz vurdular, qurtardı, çıxdı getdi.

168
00:21:35,600 --> 00:21:45,110
Deməli, minimum bir şey istədiyinə baxmayaraq, Məşrutə hərəkatı da öz işini davam etdirə bilmədi, yaşamadı, məhv olub aradan getdi.

169
00:21:45,600 --> 00:21:54,570
Bəs İslam İnqilabı? İslam İnqilabı “şahların hakimiyyəti məhdudlaşsın” demədi;

170
00:21:54,570 --> 00:21:59,370
İslam İnqilabı dedi ki, ümumiyyətlə monarxiya nədir? Monarxiyanın nə mənası var?

171
00:21:59,740 --> 00:22:04,400
Xalq yaşayır, bu torpaq, bu diyar onundur,

172
00:22:05,680 --> 00:22:13,570
nəyə görə kimsə bir nəfər gəlib camaata ağalıq etməli, insanlar onun əmrləri əsasında yaşamalıdır?

173
00:22:13,570 --> 00:22:19,250
İnqilab ümumiyyətlə şahlıq quruluşunun özünü, mütləq monarxiya rejiminin hakimiyyətini ortadan qaldırdı.

174
00:22:20,370 --> 00:22:27,600
Amma bu inqilab həm də yaşadı; baxın, bunun da öz səbəbləri var,

175
00:22:28,170 --> 00:22:37,540
onları təhlil etmək lazımdır. Nəyə görə neft sənayesinin milliləşdirilməsi uğrunda hərəkatda da xalq iştirak etdiyinə –

176
00:22:37,540 --> 00:22:42,420
əlbəttə ki, İslam İnqilabı qədər olmasa da, həmin hərəkata da çoxlu sayda insan qatılmışdı

177
00:22:42,650 --> 00:22:47,250
– minimum tələblər irəli sürüldüyünə baxmayaraq, o yaşaya bilmədi,

178
00:22:49,450 --> 00:22:55,110
İslam İnqilabı isə maksimum müstəqillik tələb etdiyinə baxmayaraq, qaldı, yaşadı?

179
00:22:56,600 --> 00:23:02,770
Nəyə görə monarxiya hakimiyyətinin müəyyən qədər məhdudlaşdırılması kimi minimal bir tələblə çıxış edən

180
00:23:02,970 --> 00:23:08,080
Məşrutə hərəkatının qalıb varlığını davam etdirməyə gücü çatmadı,

181
00:23:09,250 --> 00:23:15,540
amma ölkədə monarxiya quruluşunun kökünün tamamilə kəsilməsi kimi

182
00:23:15,740 --> 00:23:24,220
maksimal bir tələblə çıxış edən İslam İnqilabı uğur qazandı və qalıcı oldu?

183
00:23:24,800 --> 00:23:31,510
Bütün bunları bilmək üçün prosesləri təhlil etmək lazımdır. Mən bilirəm,

184
00:23:32,970 --> 00:23:41,850
siz gənclər də gedin təhlil edin; qoy gənclər oturub düşünsün, hadisələri analiz etsin, burda nəyin həlledici rol oynadığına baxsınlar.

185
00:23:42,850 --> 00:23:53,050
Hansı amil təsir göstərib ki, o hərəkatlar davam edərək

186
00:23:53,170 --> 00:23:59,510
son hədəfinə çata bilməyib, İslam İnqilabı isə qüdrətlə duruş gətirməyə

187
00:23:59,650 --> 00:24:07,050
müvəffəq olub? Buna səbəb nə olub? Qoy gənclərimiz oturub bütün bunları təhlil etsin.

188
00:24:07,370 --> 00:24:12,280
Əgər biz bu hadisələri düzgün təhlil edə bilsək,

189
00:24:13,220 --> 00:24:22,280
o zaman bəzilərinin camaatın ürəyinə səpdiyi qorxu və ümidsizlik toxumları

190
00:24:22,280 --> 00:24:26,850
tamamilə çürüyüb məhv olacaq.

191
00:24:28,600 --> 00:24:34,170
Düzgün dərk edə bilsək, bu ölkənin gələcək yolu tamamilə aydın olacaq.

192
00:24:57,770 --> 00:25:06,370
Bir ictimai hadisə üçün qalıcı olmaq, varlığını davam etdirmək olduqca önəmli bir amildir.

193
00:25:07,220 --> 00:25:12,650
Bəli, dünyada bəzən çox böyük hadisələr baş verir, amma

194
00:25:13,450 --> 00:25:18,680
düşmən onların cilovunu əlinə alır, məhv edib tarixdən silir.

195
00:25:19,450 --> 00:25:23,570
Bir inqilabın yaşayıb davam etməsi çox mühümdür.

196
00:25:23,710 --> 00:25:31,680
Əlbəttə ki, bunlar geniş söhbətlərin mövzusudur və gənclər bu sahədə bir qədər araşdırma aparmalıdır.

197
00:25:32,020 --> 00:25:38,570
Götürək elə Böyük Fransa İnqilabı adı ilə tanınan məşhur Fransa inqilabını;

198
00:25:39,020 --> 00:25:47,280
bəli, bu, doğrudan da, bir inqilab olub; xalqın fəal iştirakı ilə gedən, hərtərəfli və mükəmməl bir inqilab.

199
00:25:47,280 --> 00:25:53,510
Yaşanan bir çox acı olaylardan sonra nəhayət bu inqilab qələbə çalıb,

200
00:25:53,740 --> 00:25:59,910
amma heç 15 il də yaşamayıb.

201
00:26:00,420 --> 00:26:07,220
Bu, imperatorluğun əleyhinə edilən bir inqilab idi, amma onun başladığı dövrdən heç 15 il keçməmiş

202
00:26:07,420 --> 00:26:13,170
Napaleonun imperatorluğu başlayıb; tam və mütləq bir monarxiya.

203
00:26:13,850 --> 00:26:18,820
Sonradan isə bu inqilab tamamilə unudulub!

204
00:26:19,650 --> 00:26:25,020
İnqilabla taxtdan endirilmiş, hakimiyyətdən getmiş şəxslər geri dönərək

205
00:26:25,220 --> 00:26:28,450
taxta çıxıb və uzun illər hökmranlıq edib.

206
00:26:28,620 --> 00:26:32,910
Sonralar camaat yenidən bir hay-küy salıb, qiyam edib, nəticəsi yenə eyni olub.

207
00:26:33,050 --> 00:26:46,650
Fransada təxminən 100 il bu keşməkeşlər davam edib,

208
00:26:46,650 --> 00:26:53,910
ən nəhayət 90, 100 ildən sonra Böyük Fransa İnqilabının arzuladığı

209
00:26:54,140 --> 00:27:00,940
respublika qurulub. Fransa İnqilabını yaşada bilməyiblər.

210
00:27:01,880 --> 00:27:05,710
Sosialist İnqilabı da bir başqa cür; o da eynilə.

211
00:27:06,600 --> 00:27:11,420
Bir inqilabın qalıcı ola bilməsi, özünü qoruya bilməsi,

212
00:27:12,280 --> 00:27:17,850
düşmənləri ilə pəncələşib onlara qalib gələ bilməsi

213
00:27:18,050 --> 00:27:25,800
çox mühüm bir məsələdir; bizim inqilabımız bunu edə bilmiş yeganə inqilabdır

214
00:27:26,170 --> 00:27:28,510
və bundan sonra da belə olmalıdır.

215
00:27:28,540 --> 00:27:35,600
Sizə deyim ki, hazırda imperializm dünyasının

216
00:27:35,820 --> 00:27:40,000
bütün siyasi beyin mərkəzləri – istər Amerikada,

217
00:27:40,570 --> 00:27:46,740
istərsə də bəzi digər imperialist dövlətlərində – bütün diqqətini

218
00:27:47,080 --> 00:27:54,280
bu irigövdəli ağacı kökündən qoparmaq, aşırmaq üçün nə etmək lazım olduğunu düşünməyə yönəldib

219
00:27:54,770 --> 00:28:00,570
– bir vaxtlar hələ körpə fidan olanda da bunu etmək istəmişdilər, amma bacarmamışdılar

220
00:28:01,310 --> 00:28:07,400
– bütün güc və əzmlərini bu məqsəd üzərində cəmləşdiriblər.

221
00:28:07,600 --> 00:28:11,110
Bizim aldığımız xəbərlər, onların təhlilləri haqda məlumatları

222
00:28:11,200 --> 00:28:15,340
bizə çatdıran insanlardan əldə etdiyimiz məlumatlar bunu göstərir ki,

223
00:28:15,710 --> 00:28:20,710
onlar daim bu inqilabı məhv edib aradan götürməyin yolları üzərində düşünür.

224
00:28:20,770 --> 00:28:26,080
Bu inqilab isə Allahın köməyi, siz xalqın əzmi sayəsində

225
00:28:26,480 --> 00:28:30,420
elə başını aşağı salıb öz işini görür, irəli gedir;

226
00:28:31,450 --> 00:28:35,940
günü-gündən daha da güclənir, inkişaf edir.

227
00:28:37,620 --> 00:28:42,280
Onların bütün səyləri bir yol tapıb İslam İnqilabının bu qalıcılığını yox etməyə yönəlib.

228
00:28:42,420 --> 00:28:47,340
Odur ki biz var gücümüzlə bu qalıcılıq xüsusiyyətini daha da artırmağa köklənməliyik.

229
00:28:49,800 --> 00:28:54,600
Elə inqilabın əvvəlindən bəri daim onu yox etmək haqda düşünüblər:

230
00:28:54,910 --> 00:28:57,420
zorla təhrik olunduğumuz müharibə də,

231
00:28:57,710 --> 00:29:01,910
ölkənin müxtəlif yerlərində baş qaldıran etnik konfliktlər də,

232
00:29:02,250 --> 00:29:04,540
iqtisadi blokada da,

233
00:29:04,680 --> 00:29:11,710
bu son illərdə tətbiq etdikləri ağır sanksiyalar da,

234
00:29:13,220 --> 00:29:19,910
ölkəmizin şərqində və qərbində təşkil olunan təkfirçi qruplar da –

235
00:29:20,450 --> 00:29:25,420
hamısı ona görə idi ki, inqilabı aradan götürsünlər,

236
00:29:25,680 --> 00:29:29,620
onlara bu qədər təəccüblü,

237
00:29:30,570 --> 00:29:36,250
ağır və dözülməz gələn bu qalıcılığı yox etsinlər; bütün səyləri buna yönəlib.

238
00:29:36,940 --> 00:29:42,110
Özü də hər gün təzə bir plan fikirləşirlər; 1388-ci ildə baş vermiş işlər də

239
00:29:42,310 --> 00:29:46,570
təzə təşəbbüslərdən idi, Amerikanın planı idi.

240
00:29:47,510 --> 00:29:52,250
Əlbəttə, bu plan ancaq bizə aid deyildi, bir neçə başqa yerdə də təcrübədən keçirmişdilər.

241
00:29:53,170 --> 00:30:00,420
O təcrübəni bir neçə başqa ölkədə sınaqdan çıxarandan sonra gəlmişdilər ki, bizim ölkəyə də tətbiq etsinlər,

242
00:30:00,600 --> 00:30:08,970
amma paylarını aldılar. Həmin plan bundan ibarətdir:

243
00:30:09,420 --> 00:30:16,310
tutalım, seçkilərin olduğu və hakimiyyət başında, misal üçün,

244
00:30:16,710 --> 00:30:20,940
Amerikaya xoş gəlməyən,

245
00:30:21,220 --> 00:30:26,420
Amerikanın mənafeyini onların ürəyi istəyən kimi təmin etməyən bir dövlətin durduği bir ölkədə

246
00:30:26,420 --> 00:30:31,370
seçki keçirilib, həmin dövlət səs çoxluğu qazanıb;

247
00:30:32,250 --> 00:30:40,710
bunlar gəlib seçki bəhanəsi ilə, səs çoxluğu qazanmamış o azlığı küçələrə, meydanlara çıxarır.

248
00:30:41,450 --> 00:30:51,570
Bu azlığın gözə girməsi, yaxşıca nəzərə çarpması üçün bir rəng də seçirlər:

249
00:30:52,620 --> 00:31:00,570
bənövşəyi, qırmızı, yaşıl və sair – bizə çatan yaşıl idi,

250
00:31:03,110 --> 00:31:10,250
ondan qabaq başqa yerlərdə qırmızı, narıncı və sair rəngləri tətbiq etmişdilər –

251
00:31:10,940 --> 00:31:16,880
məqsəd isə səs çoxluğu toplamamış azlığı bu hiylə ilə küçələrə çəkib çıxarmaqdır.

252
00:31:17,570 --> 00:31:22,540
Xalqın nümayəndələridir, vətəndaşlardır da;

253
00:31:23,050 --> 00:31:30,000
– doğrudan da, elə xalqdır, intəhası dəstəklədikləri namizəd səs çoxluğu toplamamış vətəndaşlardır;

254
00:31:30,110 --> 00:31:36,370
xalqın nümayəndəsi olduqlarına heç kimin şübhəsi yoxdur –

255
00:31:36,910 --> 00:31:41,050
bunlar da ardı-arası kəsilmədən kömək etsinlər, lazım gəlsə pul versinlər, siyasi dəstək versinlər,

256
00:31:41,110 --> 00:31:46,800
yeri gəlsə hətta əllərinə silah versinlər, təki seçkinin nəticələri pozulsun, ləğv olunsun.

257
00:31:46,800 --> 00:31:50,850
Bunu bir neçə ölkədə reallaşdırmışdılar, uğurlu da olmuşdu.

258
00:31:52,050 --> 00:31:59,480
Gəldilər ki, burda da tətbiq etsinlər, bacarmadılar; burda da eyni məsələ idi.

259
00:31:59,480 --> 00:32:06,140
Əlbəttə, bu hadisələr baş verdiyi zaman dostlarımız mənə dönə-dönə tövsiyə etdilər ki,

260
00:32:06,400 --> 00:32:12,510
rəngli inqilab adı çəkməyim; mən də məsləhətə önəm verən biri olduğuma görə –

261
00:32:12,880 --> 00:32:17,680
məsləhət verənlər də düşünən, ağıllı insnalardır da – rəngli inqilab söhbətini etmədim,

262
00:32:17,850 --> 00:32:26,340
amma bu, rəngli inqilab idi; əslində bu, rəngli çevriliş idi, uğursuz bir rəngli çevriliş.

263
00:32:27,250 --> 00:32:34,200
Bax bu, çox əhəmiyyətlidir; başqa ölkələrdə – dörd-beş ölkədə –

264
00:32:34,620 --> 00:32:40,020
amerikalıların pulu, əllərində olan imkanlar sayəsində reallaşmış və uğurlu olmuş bu təzahür

265
00:32:40,140 --> 00:32:45,420
İslam Respublikasında uğur qazanmadı; baxmayaraq ki, dəstək verənlər də olmuşdu.

266
00:32:46,510 --> 00:32:53,740
O hadisələrdən bir az əvvəl ABŞ prezidenti mənə məktub yazmışdı –

267
00:32:53,940 --> 00:33:04,850
ikinci məktubunu – məktub başdan-ayağa mənimlə və İslam Respublikası ilə həmfikir olduğunu ifadə edən bəyanatlarla dolu idi.

268
00:33:04,850 --> 00:33:09,140
Mən də həmin məktubu cavablandırmağı düşünürdüm, cavabsız qoymaq istəmirdim.

269
00:33:10,340 --> 00:33:16,340
Amma sonradan həmin hadisələr baş verdiyi zaman o, dərhal

270
00:33:16,740 --> 00:33:23,910
dövlətə, inqilaba, İslam Respublikasının adındakı İslam sözünə qarşı çıxaraq

271
00:33:24,880 --> 00:33:35,020
Tehran küçələrinə tökülmüş insanların xeyrinə mövqe tutdu və bunlar etirazçıların gördüyü bütün işləri dəstəklədilər;

272
00:33:36,020 --> 00:33:38,910
əlbəttə, bundan artığını da etmək istəyirdilər, amma bacarmadılar.

273
00:33:39,110 --> 00:33:43,740
Hələ indi də hazırkı Amerika prezidentinin bəzi müxalifləri

274
00:33:43,740 --> 00:33:52,370
onu 1388-ci ildə baş vermiş hadisələr zamanı İslam Respublikası əleyhinə çıxış edən iğtişaşçıları lazımınca dəstəkləmədiyinə görə günahlandırırlar;

275
00:33:52,880 --> 00:33:59,170
amma niyə, dəstəkləmişdi, intəhası İran xalqı vaxtında hərəkətə keçdi,

276
00:33:59,340 --> 00:34:06,110
zamanında proseslərə müdaxilə etdi, düzgün olan işi gördü.

277
00:34:06,250 --> 00:34:09,250
Demək istədiyim odur ki, bu qalıcılıq mühüm bir məsələdir;

278
00:34:09,450 --> 00:34:16,170
bu xüsusiyyəti konkret bir hədəf kimi nəzərdə tutmaq,

279
00:34:17,650 --> 00:34:22,850
onu necə təmin etməli olduğumuz haqda düşünmək lazımdır.

280
00:34:23,420 --> 00:34:28,170
Baxın görün İslam İnqilabını qalıcı, həmişəyaşar edən amillər hansıdır.

281
00:34:28,770 --> 00:34:34,600
O amilləri biz hamımız – ayrı-ayrılıqda hər birimiz təmin etməliyik.

282
00:34:35,540 --> 00:34:42,620
Əlbəttə, mən onu da dedim ki, bu təhlilləri etmək siz gənclərin öhdəsinə düşür.

283
00:34:44,340 --> 00:34:52,250
Nüvə danışıqlarından sonrakı dövrü amerikalılar özləri “İrana qarşı sərt münasibət dövrü” adlandırıblar,

284
00:34:52,480 --> 00:34:57,480
“Sərt davranmalıyıq” – deyirlər;

285
00:34:57,800 --> 00:35:03,370
olsun, indiyə qədər olduğundan da sərt davranmayacaqlar ki!

286
00:35:04,370 --> 00:35:15,170
İran gəncləri, İran xalqı,ölkəmizin rəsmiləri sayıq və məlumatlı surətdə, optimist ruh

287
00:35:15,800 --> 00:35:23,910
və ehtişamla, Allaha təvəkkül edərək, çoxsaylı güclü cəhətlərinə arxalanaraq

288
00:35:24,480 --> 00:35:29,620
düşmənin qarşısında durmalıdır; bu, çox əhəmiyyətlidir.

289
00:35:30,370 --> 00:35:37,340
Hər anın öz vəzifəsi var, o vəzifənin nə olduğunu bilmək və yerinə yetirmək lazımdır.

290
00:35:38,910 --> 00:35:43,970
Yaxşı, bu mövzuda söhbətimiz bir qədər uzandı.

291
00:35:44,450 --> 00:35:49,170
Keçək seçki məsələsinə; mühüm işlərdən biri də seçkidir.

292
00:35:49,940 --> 00:35:58,080
Seçkilər, əslində, İran xalqına yeni bir nəfəs vermək deməkdir;

293
00:35:58,710 --> 00:36:03,050
seçki ilə İran xalqı yeni nəfəs almış olur. Bu, seçkilər üçün təbii, xarakterik olan bir xüsusiyyətdir.

294
00:36:06,140 --> 00:36:14,050
Xalqımızın nümayəndələrinin bir-bir gəlib seçkiyə qatılmağı, səsvermədə iştirak etməyi,

295
00:36:14,200 --> 00:36:17,880
“Məncə, filan vəzifəni filankəs tutmalıdır” – deməyi –

296
00:36:17,880 --> 00:36:24,310
istər bu, ölkə prezidentliyi olsun, istər parlament, istərsə də Xubriqan Məclisi;

297
00:36:24,710 --> 00:36:32,080
bunların hər biri ayrı-ayrılıqda böyük əhəmiyyətə malikdir –

298
00:36:33,140 --> 00:36:37,480
xalqın hər bir nümayəndəsinin özündə bu məsuliyyəti hiss etməyi

299
00:36:37,480 --> 00:36:44,680
özü-özlüyündə İslam İnqilabını qoruyan və yaşadan amillərdən biridir.

300
00:36:45,370 --> 00:36:50,710
Xalqın ictimai-siyasi proseslərdə iştirakı düşmənin arzusunu ürəyində qoyan amillərdən biridir.

301
00:36:52,340 --> 00:36:57,280
Elə buna görə də biz əhalinin hamılıqla seçkidə iştirak etməli olduğunu

302
00:36:57,710 --> 00:37:00,970
dönə-dönə vurğulayır, buna israr edirik,

303
00:37:00,970 --> 00:37:07,480
mən bundan əvvəl dəfələrlə – artıq yadımda da deyil neçə dəfə – vurğulamışam ki,

304
00:37:07,970 --> 00:37:13,800
hətta hakim rejimi qəbul etməyən insanlar da ölkəni,

305
00:37:14,600 --> 00:37:18,480
ölkənin nüfuz və etibarını qorumaq üçün gəlib seçkidə iştirak etsinlər.

306
00:37:20,110 --> 00:37:23,600
Ola bilsin, kimsə məni qəbul etmir, eybi yoxdur,

307
00:37:23,940 --> 00:37:32,970
seçki Rəhbərlik Məqamının deyil ki, İran İslam dövlətinindir, İslam Respublikası quruluşunundur.

308
00:37:33,650 --> 00:37:37,000
Hər kəs gəlib seçkidə iştirak etməlidir;

309
00:37:38,770 --> 00:37:46,450
bu ona səbəb olacaq ki, İslam Respublikası quruluşu güclənsin, möhkəmliyi və qalıcılığı təmin olunsun,

310
00:37:46,770 --> 00:37:55,050
ölkə tam təhlükəsizlik içində olsun – əlhəmdulillah, bu gün vəziyyət elə bu cürdür –

311
00:37:55,600 --> 00:38:03,970
bu, ona səbəb olacaq ki, İran xalqı başqa xalqların gözündə nüfuz qazansın, etibarı yüksəlsin,

312
00:38:04,600 --> 00:38:12,880
xalqımız düşmənlərin gözündə ehtişam qazansın; seçkilər budur.

313
00:38:13,800 --> 00:38:24,740
Odur ki seçkidə əsas məsələ seçicilərin seçki məntəqələrinə gəlib səs verməsidir.

314
00:38:25,370 --> 00:38:35,650
Seçkidə hamı iştirak etməlidir; seçicilərin seçkidə iştirakı İran İslam Respublikasının, İslamın,

315
00:38:36,770 --> 00:38:42,510
İran xalqının, ölkənin nüfuzu deməkdir. Bu, birinci məsələ.

316
00:38:42,740 --> 00:38:45,800
İkinci məsələ isə düzgün seçim etməkdir.

317
00:38:46,930 --> 00:38:52,130
Siyasi düşüncələr, siyasi meyillər müxtəlif ola bilər, bunun eybi yoxdur,

318
00:38:52,270 --> 00:38:57,500
amma hamı çalışmalıdır ki, düzgün seçim etsin. Biz əlimizdən gələni edək,

319
00:38:57,650 --> 00:39:01,900
ola bilsin bu səyimiz nəticəsini versin, seçimimiz düzgün olsun,

320
00:39:01,990 --> 00:39:07,300
ola da bilsin ki, səyimiz nəticə verməsin, düzgüm seçim etməyək, eybi yoxdur.

321
00:39:08,220 --> 00:39:12,160
Allah-taala qəbul edəcək, çünki öhdəmizə düşən işi görmüş,

322
00:39:12,300 --> 00:39:15,270
bacardığımızı etmiş, əlimizdən gələni əsirgəməmişik.

323
00:39:16,820 --> 00:39:22,420
Misal üçün, hazırda qarşımızda iki seçki var: parlamentə və Xubriqan Məclisinə.

324
00:39:23,650 --> 00:39:27,100
Parlament çox əhəmiyyətlidir:

325
00:39:27,360 --> 00:39:34,250
həm qanunvericilik baxımından, həm hökumətlərin fəaliyyəti üçün rels atmaq baxımından –

326
00:39:34,670 --> 00:39:41,530
bu qatarın irəli gedib hədəflərinə çatması üçün relsləri parlament atır –

327
00:39:42,930 --> 00:39:47,160
həm də beynəlxalq məsələlər baxımından.

328
00:39:47,390 --> 00:39:51,930
Gördüyünüz kimi, Allaha şükürlər olsun ki, hazırkı parlamentimiz

329
00:39:52,020 --> 00:39:57,560
beynəlxalq proseslərə münasibətdə çox yaxşı mövqe tutur, bu, ölkə üçün çox dəyərlidir.

330
00:39:58,850 --> 00:40:05,760
Bu hara, beynəlxalq düşmənlərin,

331
00:40:06,250 --> 00:40:13,190
vahid düşmən cəbhəsinin qarşısında onların sözünü təkrar edən bir parlament hara?

332
00:40:15,020 --> 00:40:16,730
Bu ikisi çox fərqli şeylərdir;

333
00:40:18,250 --> 00:40:23,450
biri var istər nüvə məsələsində, istərsə də digər cürbəcür məsələlərdə

334
00:40:23,930 --> 00:40:32,420
düşmənin dediyini təkrar edən bir parlamentimiz olsun, biri də var müstəqil,

335
00:40:32,820 --> 00:40:38,990
azad, cəsarətli, xalqın irəli sürdüyü şüarları irəli sürən,

336
00:40:38,990 --> 00:40:45,050
xalqın istədiyi kimi mövqe tutan bir milli məclisimiz; bu, çox əhəmiyyətlidir.

337
00:40:46,500 --> 00:40:51,760
Odur ki İslami Şura Məclisi həm ölkənin daxili məsələləri,

338
00:40:51,760 --> 00:40:56,990
həm də beynəlxalq nüfuz və etibarı baxımından çox böyük əhəmiyyətə malikdir

339
00:40:57,330 --> 00:41:04,820
və deputatların ayrı-ayrılıqda hər birinin bu işdə rolu var.

340
00:41:05,130 --> 00:41:10,360
Səs vermək istəyirsiniz, baxırsınız ki, filan şəhərdən bir nümayəndə var,

341
00:41:10,360 --> 00:41:17,190
filan şəhərdən – tutalım, filan ostandan – on nümayəndə var;

342
00:41:18,650 --> 00:41:24,850
onların hər birinin parlamentdə öz rolu, fəaliyyəti var,

343
00:41:26,650 --> 00:41:32,650
insan əminliklə bir fikrə gəlib seçim etməlidir. Mənim fikrimcə,

344
00:41:33,450 --> 00:41:37,560
namizədləri bircə-bircə tanımaya bilərik –

345
00:41:37,670 --> 00:41:43,070
mən özüm də səs verməyim üçün o siyahıları gətirəndə

346
00:41:43,190 --> 00:41:46,020
ordakı insanlardan bəzilərini tanımıram,

347
00:41:47,020 --> 00:41:52,590
amma onların namizədliyini irəli sürmüş insanlara etibar edirəm;

348
00:41:52,790 --> 00:41:57,590
baxıram görüm o siyahını irəli sürənlər kimdir.

349
00:41:57,760 --> 00:42:03,420
Əgər dindar, mömin, inqilabı dəstəkləyən adamlardırsa,

350
00:42:03,420 --> 00:42:06,650
sözlərinə etimad edib, təqdim etdikləri siyahıya səs verirəm.

351
00:42:07,850 --> 00:42:13,620
Əgər görsəm ki, yox, o siyahını irəli sürənlər inqilaba,

352
00:42:13,760 --> 00:42:19,530
dinə, ölkənin müstəqilliyinə bir o qədər də önəm verməyən,

353
00:42:19,530 --> 00:42:26,620
Amerika və başqalarının ağzına baxan insanlardır, dediklərinə etimad etmirəm.

354
00:42:27,820 --> 00:42:34,390
Məncə, bu, çox yaxşı yoldur: parlament və ya Xubriqan Məclisinə

355
00:42:34,730 --> 00:42:41,500
namizədlərin siyahısını bizə təqdim edənlərin kim olduğuna baxaq,

356
00:42:42,390 --> 00:42:51,900
dindarlığına, din-imana bağlılığına doğrudan da inandığımız insanlara etimad edək;

357
00:42:51,900 --> 00:42:56,020
bilək ki, doğrudan da, dindardırlar, inqilaba sadiqdirlər, düzgün kursda,

358
00:42:56,220 --> 00:43:00,390
İmam Xomeyninin yolundadırlar, İmamı, doğrudan da, qəbul edirlər; yolu budur ki, bunları bilək.

359
00:43:01,020 --> 00:43:07,420
Əgər insanlarımız bu cür davranıb bu şəkildə araşdırma aparsalar, öhdələrinə düşən işi yerinə yetirmiş olarlar,

360
00:43:07,590 --> 00:43:14,300
Allah-taala da savablarını verər; lap əgər müəyyən məqamda səhvə yol vermiş olsalar belə.

361
00:43:14,560 --> 00:43:19,620
Misal üçün, mən filankəsin yaxşı adam olduğunu düşünüb ona səs vermişəm,

362
00:43:19,620 --> 00:43:24,220
birdən layiqli olmasa belə, mən əlimdən gələni etmişəm

363
00:43:24,530 --> 00:43:27,960
və Allah-taala əcrimi verəcək.

364
00:43:29,300 --> 00:43:32,220
Xubriqan Məclisi də çox əhəmiyyətlidir.

365
00:43:32,450 --> 00:43:41,270
Belə baxanda – kənardan nəzər salsaq –

366
00:43:41,530 --> 00:43:43,670
Xubriqan Məclisinin üzvləri ildə iki dəfə gəlib bir yerə yığşırlar,

367
00:43:43,670 --> 00:43:48,100
oturub siyasi və ya qeyri-siyasi söhbətlər aparırlar, sonra da dağılışıb çıxıb gedirlər;

368
00:43:48,960 --> 00:43:51,820
amma Xubriqan Məclisinə bu gözlə baxmaq lazım deyil.

369
00:43:52,130 --> 00:43:56,160
Xubriqan Məclisi Rəhbəri seçir; zarafat deyil.

370
00:43:57,390 --> 00:44:04,190
Hazırkı Rəhbər bu postdan kənarlaşanda, yaxud dünyadan gedəndə

371
00:44:04,930 --> 00:44:10,390
yeni Rəhbəri bunlar seçməlidir. Kimi seçəcəklər?

372
00:44:10,560 --> 00:44:16,190
Elə bir insanı seçəcəklərmi ki, düşmənin hücumları qarşısında möhkəm dura bilsin,

373
00:44:16,470 --> 00:44:21,450
Allaha təvəkkül etsin, şücaət nümayiş etdirsin, İmam Xomeyninin yolunu davam etdirsin?

374
00:44:21,790 --> 00:44:27,070
Beləsini seçəcəklər, yoxsa tamam başqa cür bir insanı?

375
00:44:27,820 --> 00:44:33,990
Bax bu, olduqca əhəmiyyətli bir məsələdir. Sizin Xubriqan Məclisinə seçmək istədiyiniz şəxs

376
00:44:34,300 --> 00:44:42,330
əslində gələcəkdə inqilabın hərəkət kursuna təsir edən biri olacaq;

377
00:44:43,620 --> 00:44:50,790
bu, çox əhəmiyyətlidir, xırda bir məsələ deyil. Ona görə də araşdırma aparmaq, əmin olmaq lazımdır.

378
00:44:52,360 --> 00:44:59,330
Odur ki seçkilərin özü, seçkidə iştirak mühüm,

379
00:44:59,560 --> 00:45:05,870
prinsipial bir məsələdir, eyni zamanda ən layiqli namizədin seçilməsi də

380
00:45:06,760 --> 00:45:10,760
diqqət yetirilməli olan önəmli bir məqamdır.

381
00:45:10,960 --> 00:45:14,730
İnqilaba sadiqliyin, inqilabı həqiqətən dəstəkləməyin meyarları da çox önəmlidir;

382
00:45:15,160 --> 00:45:24,300
yəni bu meyarların nədən ibarət olduğunu bilmək, inqilaba sadiqliyin göstəricilərini düzgün nəzərdən keçirmək,

383
00:45:24,420 --> 00:45:30,330
müəyyənləşdirmək, bizdən daha yaxşı bilən insanlardan bu barədə soruşmaq lazımdır.

384
00:45:31,760 --> 00:45:38,070
Bütün bunlar təmin olunsa, inqilab, heç şübhəsiz, həmişə davam edəcək, qalıcı olacaq.

385
00:45:39,850 --> 00:45:44,960
Bu vəziəflərə əməl etməyin iki tərəfi var:

386
00:45:45,160 --> 00:45:49,450
biri – qeyd etdiyim kimi – inqilabın qalıcılığıdır.

387
00:45:50,730 --> 00:45:57,330
Məlumdur ki, bizim həm itirdiklərimiz – sıralarımızı tərk edənlər, həm də qazandıqlarımız – sıralarımıza yeni-yeni qoşulanlar olur; mən bunu dəfələrlə demişəm.

388
00:45:57,960 --> 00:46:03,790
Elə insanlar olur ki, bir vaxtlar inqilabı dəstəklədiklərinə baxmayaraq, sonradan hansısa xoşagəlməz olay ucbatından

389
00:46:04,050 --> 00:46:07,250
haqq-nahaq inqilabdan üz döndərirlər.

390
00:46:07,420 --> 00:46:11,760
Elələri var ki, gözləmədikləri bir iş baş verir –

391
00:46:11,760 --> 00:46:17,360
tutalım, haqlı olduqları halda, haradasa onlara qarşı zülmə yol verilir –

392
00:46:17,590 --> 00:46:23,360
və bu, onların inqilabdan üz çevirmələrinə səbəb olur. Bax bu nahaq işdir.

393
00:46:24,160 --> 00:46:32,300
Şəxsi, ailə məsələləri və yaxud digər problemlər ucbatından

394
00:46:32,730 --> 00:46:36,760
inqilabdan üz çevirənlər də olur. Bu, bizim itkilərimizdir; inqilabın sıralarından ayrılanlardır.

395
00:46:36,930 --> 00:46:41,960
Bütün inqilablarda, bütün ictimai hərəkatlarda bu cür itkilər, yarpaq tökümü olur,

396
00:46:42,500 --> 00:46:45,930
amma bununla yanaşı, yeni cücərtilər, sıralarına yeni qoşulanlar da olur.

397
00:46:46,450 --> 00:46:52,620
Mənim bu barədə məlumatım heç də az deyil, bir çox yerlərdən xəbərim var.

398
00:46:53,420 --> 00:46:59,420
Baxanda görürəm ki, cücərtilər itkilərdən daha çoxdur. Bu qədər mömin gənc,

399
00:47:00,500 --> 00:47:07,470
bu qədər ali təhsilli mömin, prosesləri analiz etməyi bacaran möminlər,

400
00:47:08,130 --> 00:47:16,190
elm və texnologiya sferasında effektiv fəaliyyət göstərən bu qədər insan, hamısı da mömin –

401
00:47:16,790 --> 00:47:18,930
bütün bunlar inqilabın cücərtiləri, qazancıdır.

402
00:47:20,070 --> 00:47:27,620
Vaxt var idi ölkəmizdə universitetlərdə dərs deyə biləcək insanların sayı

403
00:47:27,790 --> 00:47:32,390
5 mindən artıq deyildi və bu, ölkə üçün problemə çevrilmişdi. İnqilabın əvvəllərində vəziyyətimiz belə idi;

404
00:47:32,500 --> 00:47:41,360
savadlı adamların bir qrupu çıxıb getmişdi, bir qrup bizə sarı gəlmirdi, bir qrupunun da ali məktəblərdə dərs deməyə səlahiyyəti çatmırdı.

405
00:47:42,160 --> 00:47:50,670
Bu gün isə universitetlərimizdə on minlərlə professor və müəllim çalışır; mömin,

406
00:47:51,590 --> 00:48:00,100
inqilaba, həqiqətən də, sadiq olan, bütün varlığı ilə inanan professorlar.

407
00:48:00,990 --> 00:48:06,300
Bu, xırda, əhəmiyyətsiz bir şey deyil, onları inqilab yetişdirib.

408
00:48:06,500 --> 00:48:15,670
Bu qədər mömin yazarımız, incəsənət xadimlərimiz, alimlərimiz, texnoloji mütəxəssislərimiz, maarifçilərimiz, natiqlərimiz var;

409
00:48:16,500 --> 00:48:22,270
cürbəcür sferalarda, daxili və xarici məsələlərdə. Bunlar inqilabın cücərtiləridir,

410
00:48:22,820 --> 00:48:28,270
təzə-tər, hazır cücərtiləri; bu, olduqca dəyərli bir faktdır.

411
00:48:29,190 --> 00:48:34,670
Odur ki əgər biz inqilabla bağlı öhdəmizə düşən vəzifələri yerinə yetirsək,

412
00:48:35,130 --> 00:48:42,270
bu, elə inqilabın cücərtilərinin qalıcılığı, varlığını davam etdirməsi, daha da çoxalması deməkdir.

413
00:48:42,530 --> 00:48:47,590
İkincisi insanın qəlbinə çökən rahatlıq, arxayınlıqdır.

414
00:48:48,390 --> 00:48:52,900
Qurani-Kərimdə Allah-taala Peyəmbərə (s) beyət barədə buyurur:

415
00:48:52,900 --> 00:49:02,420
“And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu, onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (Öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, mənəvi qüvvə) göndərdi”. (“Fəth” surəsi, 18-ci ayədən)

416
00:49:04,360 --> 00:49:13,870
Peyğəmbərə beyət edənlərin səmimi-qəlbdən etdiyi beyət –

417
00:49:14,670 --> 00:49:19,020
Allah-taala onların qəlbində nələrin olduğunu bilirdi –

418
00:49:19,020 --> 00:49:24,360
Yaradanın onların qəlbinə rahatlıq və arxayınlıq nazil etməsinə səbəb olmuşdur.

419
00:49:26,300 --> 00:49:32,220
Qəlblərə arxayınlıq, rahatlıq nazil olanda narahatlıqlar yox olub gedir, nigaranlıqlara son qoyulur,

420
00:49:32,530 --> 00:49:35,470
ümidsizlik aradan qalxır.

421
00:49:36,020 --> 00:49:42,250
Bu gün düşmənlərimizin ən çox önəm verdiyi işlərdən biri xalqımıza ümidsizlik aşılamaq, insanlarımızı pessimist ruhda kökləməkdir.

422
00:49:43,420 --> 00:49:51,020
Müxtəlif sferalarda gəncləri, yaşlıları, keçmiş inqilabçıları ümidsizliyə sövq etməyə çalışırlar.

423
00:49:51,590 --> 00:49:55,930
Allah-taalanın bəxş etdiyi bu rahatlıq və arxayınlıq isə insana ümid bəxş edir.

424
00:49:57,160 --> 00:49:59,160
Peyğəmbərə beyət etmək buna yol açır.

425
00:49:59,160 --> 00:50:03,390
Bu gün siz də inqilaba beyət edəndə,

426
00:50:03,500 --> 00:50:07,900
əvvəlki beyətinizi bir daha təsdiqləyəndə, yeniləyəndə Peyğəmbərə beyət etmiş olursunuz.

427
00:50:09,160 --> 00:50:12,990
Bu gün İmam Xomeyniyə beyət edən şəxs Peyğəmbərə beyət etmişdir.

428
00:50:22,300 --> 00:50:31,900
Siz İmamın inqilabi kursunu qoruyub yaşadanda, onu köhnəlməyə,

429
00:50:32,270 --> 00:50:38,330
aktuallığını itirməyə qoymayanda, əslində, Peyğəmbərə beyət etmiş olursunuz.

430
00:50:38,500 --> 00:50:41,530
Peyğəmbərə beyət edəndə isə:

431
00:50:41,670 --> 00:50:46,790
“Allah Öz Peyəmbərinə və möminlərə arxayınlıq nazil etdi ...” (“Tövbə” surəsi, 26-cı ayədən) – bu, başqa bir ayədədir,

432
00:50:47,270 --> 00:50:50,220
həmin ayədə isə belədir: فَاَنزَلَ السَّکينةَ عَلَيهِم

433
00:50:51,130 --> 00:50:56,270
– “Allah-taala qəlbinizə rahatlıq və arxayınlıq bəxş edəcək”. Qəlbiniz rahat,

434
00:50:56,470 --> 00:51:01,220
xatircəm olanda isə düşmənlə üzləşərkən

435
00:51:01,620 --> 00:51:06,670
çaşıb qalmayacaqsınız, ümidsizliyə qapılmayacaqsınız, tərəddüd keçirməyəcəksiniz;

436
00:51:07,070 --> 00:51:12,070
bu gün bu mənəvi rahatlıq, arxayınlıq sayəsində

437
00:51:12,160 --> 00:51:17,670
İran xalqının Amerikaya və onun məkrli planlarına qalib gələcəyinə əmin olmaq olar.

438
00:51:41,220 --> 00:51:44,990
İnşallah, Uca Yaradan sizin hamınıza uğurlar nəsib etsin;

439
00:51:45,300 --> 00:51:49,270
bu yolda hamımızı sabitqədəm etsin;

440
00:51:49,390 --> 00:51:57,560
bizi inqilabın qalıcılığı uğrunda çalışıb-vuruşan,

441
00:51:57,670 --> 00:52:01,670
bu yolda canını belə əsirgəməyən əsgərlərdən etsin.

442
00:52:01,900 --> 00:52:08,530
Pərvərdigara! Məhəmməd (s) və Ali-Məhəmməd (ə) xatirinə, öz lütf və rəhmətini bu xalqa nazil et.

443
00:52:10,020 --> 00:52:12,850
İmam Xomeyninin (r.ə) pak ruhunu bizdən yana şad et;

444
00:52:13,650 --> 00:52:18,300
İmam Mehdi Sahibəz-zamanın qəlbini (Ruhlarımız ona fəda olsun!) biz sarıdan sevindir.

445
00:52:19,670 --> 00:52:22,190
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.