1
00:00:04,940 --> 00:00:07,110
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:07,220 --> 00:00:09,450
الحمدلله ربّ العالمين

3
00:00:10,570 --> 00:00:16,140
و الصّلاة و السّلام على سيّدنا و نبيّنا ابى‌القاسم المصطفى محمّد

4
00:00:25,480 --> 00:00:29,400
و على آله الطّيبين الطّاهرين المعصومين

5
00:00:30,200 --> 00:00:33,280
سيّما بقيّةالله فى الارضين

6
00:00:35,650 --> 00:00:43,850
Əziz qardaşlar, möhtərəm imam-cümələr,

7
00:00:45,480 --> 00:00:51,370
İslam İnqilabının ölkənin dörd bir yanında mədəni, mənəvi bir missiya ilə

8
00:00:53,480 --> 00:01:01,480
fəaliyyət göstərən məmurları, sizinlə olan bu görüşlər mənim üçün olduqca maraqlı və arzuolunandır.

9
00:01:04,140 --> 00:01:12,820
Kaş sizin hər birinizlə ayrılıqda oturub söhbət etmək imkanımız olaydı!

10
00:01:13,510 --> 00:01:25,940
Əfsuslar olsun ki, həm vaxt məhdudiyyəti, həm də belə effektli işlər üçün kifayət qədər güc və imkanımın olmamağı

11
00:01:26,680 --> 00:01:35,880
mənim sizin hər birinizlə ayrılıqda oturub söhbət etməyə, məsələləri sizdən eşitməyə

12
00:01:35,880 --> 00:01:38,510
müvəffəq olmağıma mane olur.

13
00:01:40,310 --> 00:01:48,510
Çox istərdim ki, hərdən sizin cümə namazlarında söylədiyiniz xütbələri dinləyəm.

14
00:01:48,820 --> 00:01:52,770
Əvvəllər bəzi rayonlara gedəndə

15
00:01:52,940 --> 00:02:04,880
oranın cümə xütbələrini radiodan dinləməyə çox həvəs göstərirdim;

16
00:02:04,880 --> 00:02:12,370
indi daha səfərlərimiz də azaldığı üçün bu mənə daha az müyəssər olur.

17
00:02:12,540 --> 00:02:15,850
Hər halda, bugünkü görüşümüz mənim üçün çox dəyərlidir;

18
00:02:16,770 --> 00:02:21,570
sizlərlə görüşdük, cənab Təqəvinin etdiyi geniş, ətraflı

19
00:02:22,340 --> 00:02:25,770
və faydalı məruzəni eşitdik.

20
00:02:28,740 --> 00:02:33,880
Bu görüşdə mən iki məqama toxunmaq istəyirəm:

21
00:02:36,110 --> 00:02:42,080
bunlardan biri bizi də, sizi də maraqlandıran

22
00:02:44,800 --> 00:02:53,740
və olduqca böyük əhəmiyyət kəsb edən cümə namazları mövzusudur,

23
00:02:55,540 --> 00:03:03,770
ikincisi isə qarşıda gələn seçkilərlə bağlıdır, bu barədə qısaca danışacağam.

24
00:03:06,450 --> 00:03:10,880
Bu iki məsələnin hər biri ilə bağlı bir neçə cümlə deyəcəyəm.

25
00:03:14,080 --> 00:03:23,450
Cümə namazı barədə bunu deyim ki, cümə namazı bir qərargahdır;

26
00:03:23,880 --> 00:03:34,140
iman, təqva, bəsirət, gözüaçıqlıq, əxlaq qərargahı.

27
00:03:36,600 --> 00:03:43,450
“Qərargah” sözü müharibə, döyüş

28
00:03:43,710 --> 00:03:51,420
və bu kimi şeylərlə bağlı bir termindir, amma cümə namazı barədə bu ifadənin işlədilməsi bizi qorxutmamalıdır.

29
00:03:54,110 --> 00:03:58,740
Çünki ortada bir qarşıdurma var, zorla boynumuza qoyublar,

30
00:03:59,480 --> 00:04:03,480
biz müharibə şəraitindəyik, intəhası bu, top-tüfəngli bir müharibə deyil,

31
00:04:05,280 --> 00:04:12,250
insanlarımızın imanını hədəfə alan, mənəvi, ideoloji, siyasi bir müharibədir.

32
00:04:14,740 --> 00:04:22,340
Biz bu müharibəyə zorla təhrik olunmuşuq; eynilə Müqəddəs Müdafiə dövründə 8 il müharibəyə cəlb edildiyimiz kimi.

33
00:04:22,340 --> 00:04:30,200
Bizim öz qonşumuzla savaşmaq kimi bir niyyətimiz yox idi, zorla boynumuza qoydular, üstümüzə hücum etdilər.

34
00:04:31,340 --> 00:04:33,800
Biz heç vaxt ilk olaraq hücum etmirik;

35
00:04:34,400 --> 00:04:42,170
hətta müdafiə olunmaq lazım olmayan yerdə müdafiə tədbirləri də görmürük.

36
00:04:42,770 --> 00:04:53,050
“Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürməkdən ötrü sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram”. (“Maidə” surəsi, 28-ci ayə)

37
00:04:53,280 --> 00:05:00,450
Biz beləyik. Özünü müdafiə etmək lazım olan yerdə isə, niyə, dərhal müdafiəyə qalxırıq.

38
00:05:01,280 --> 00:05:08,600
Allaha şükür, İran xalqı, inqilabi qüvvələr,

39
00:05:09,820 --> 00:05:21,000
dahi və əziz liderimiz mərhum İmam Xomeyni – hansı ki, əlhəmdulillah, adı, xatirəsi, yolu bu gün də yaşayır –

40
00:05:22,220 --> 00:05:28,650
müdafiə sahəsində güclü və bacarıqlı olduqlarını nümayiş etdiriblər.

41
00:05:29,540 --> 00:05:36,940
Biz belə bir qarşıdurma vəziyyətindəyik, belə bir cihad şəraitindəyik.

42
00:05:37,970 --> 00:05:44,540
Xalqımızın imanına, gözüaçıqlığına,

43
00:05:45,600 --> 00:05:51,710
təqvamıza, əxlaqımıza hücumlar edirlər,

44
00:05:52,250 --> 00:05:59,880
aramızda mənəviyyatımıza zərər verəcək cürbəcür təhlükəli viruslar yayırlar.

45
00:06:00,140 --> 00:06:03,740
Belə olan halda bəs biz nə etməliyik? Müdafiə olunmalıyıq.

46
00:06:05,000 --> 00:06:09,400
Bunun üçün isə eynilə müharibə meydanında olduğu kimi, vahid bir mərkəz, qərargah olmalıdır.

47
00:06:09,820 --> 00:06:13,850
Cümə namazı belə qərargahların ən əhəmiyyətli olanlarından biridir;

48
00:06:14,570 --> 00:06:17,800
iman qərargahıdır, təqva qərargahıdır.

49
00:06:19,000 --> 00:06:22,480
Cümə namazına bu gözlə baxmaq lazımdır.

50
00:06:23,910 --> 00:06:32,710
Sizlər də bu qərargahın komandanlarısınız. Müharibə meydanlarında hər bir qərargahın öz komandiri olur.

51
00:06:33,200 --> 00:06:40,480
Cümə namazı qərargahlarının komandirləri də sizsiniz.

52
00:06:43,600 --> 00:06:53,710
Bu qərargahda ən önəmli hədəf həqiqətləri açıqlamaqdır, aydınlıq gətirməkdir.

53
00:06:55,140 --> 00:07:05,540
Allahın göndərdiyi bütün peyğəmbərlərin də ən başlıca məqsədi həqiqətləri açıqlamaq, aydınlatmaq olmuşdur.

54
00:07:06,620 --> 00:07:11,710
Çünki insanları doğru yoldan azdıran bu olur ki,

55
00:07:12,140 --> 00:07:18,570
onlar həqiqətləri bilmirlər; əsasən belə olur.

56
00:07:18,850 --> 00:07:22,880
Düzdür, elələri də var ki, həqiqəti bilir, lakin inkar edirlər,

57
00:07:23,050 --> 00:07:30,170
amma əksəriyyət etibarilə sapmalar həqiqəti bilməməkdən qaynaqlanır.

58
00:07:31,200 --> 00:07:35,850
İlahi peyğəmbərlər də həqiqəti bəyan etmək, açıqlamaq,

59
00:07:36,080 --> 00:07:45,110
aşkara çıxarmaq, insanlar üçün dəlil-sübutu sona qədər tamamlamaq missiyası ilə gəlmişlər. Aydınlıq gətirmək, açıqlamaq məsələsi belədir.

60
00:07:47,050 --> 00:07:49,280
– “Alimlər peyğəmbərlərin varisləridir”.

61
00:07:49,510 --> 00:07:56,880
Siz peyğəmbərlərin varislərisiniz; o cümlədən bu məsələdə – həqiqətləri açıqlamaq məsələsində.

62
00:07:58,200 --> 00:08:08,880
Adından da göründüyü kimi, cümə namazı insanların bir araya gəldiyi, toplaşdığı bir yerdir.

63
00:08:09,850 --> 00:08:14,250
Bunun özü də həqiqətlərin açıqlanması üçün böyük bir fürsətdir.

64
00:08:14,620 --> 00:08:20,050
Bəzən insan onun-bunun qapısına getməyə,

65
00:08:21,020 --> 00:08:25,400
yaxud qeyri-müstəqim yollardan istifadə etməyə məcbur qalır.

66
00:08:26,110 --> 00:08:30,650
Müasir dövrdə geniş yayılmış kommunikasiya vasitələri də, düzdür, genişdir –

67
00:08:30,940 --> 00:08:37,570
internet, sosial şəbəkələr və sair əhatəlidir –

68
00:08:37,800 --> 00:08:46,280
amma üz-üzə oturmaq, göz-gözə baxmaq, danışanın

69
00:08:46,800 --> 00:08:52,620
və auditoriyanın nəfəsini, həmin an orada olduğunu hiss etmək başqa bir şeydir.

70
00:08:53,910 --> 00:08:57,510
Kütlə, bir yerə toplaşmaq başqa bir şeydir.

71
00:08:58,600 --> 00:09:07,400
Hansısa sözü, mesajı bir neçə min nəfər internet və ya sms vasitəsilə ala bilər,

72
00:09:08,110 --> 00:09:13,770
amma həmin insanların bir araya gəlib

73
00:09:14,080 --> 00:09:17,740
bir nəfərin söhbətini dinləməsi fərqli bir şeydir.

74
00:09:18,680 --> 00:09:26,770
Üzbəüz oturub bir-birinin gözlərinə baxmaq qeyri-adi bir təsirə malikdir və bu, siz imam-cümələrə müyəssər olan bir şeydir.

75
00:09:27,740 --> 00:09:33,850
Cümə namazı bir araya gəlmək üçün bir fürsətdir, kütlənin yarandığı bir məkandır.

76
00:09:34,540 --> 00:09:44,570
Cümə namazlarında insanlar bir yerə toplaşır, burada onlar bir-biri ilə fikirlərini bölüşə bilərlər, birgə qərar verə bilərlər,

77
00:09:45,170 --> 00:09:49,850
birlikdə hansısa addımı ata bilərlər; bütün bunlar çox əhəmiyyətlidir.

78
00:09:51,170 --> 00:09:54,370
Dinə yad olan insanlar –

79
00:09:54,450 --> 00:10:03,110
istər əcnəbilər, istərsə də elə ölkəmizdə bu imkanlardan yararlanmayan bəzi bədbəxt ünsürlər –

80
00:10:03,280 --> 00:10:11,850
insanları bir araya toplaya, onlarla söhbət edə, fikir mübadiləsi apara bilmədikləri, bunun üçün əllərində heç bir vasitə olmadığı üçün

81
00:10:11,850 --> 00:10:14,450
həsrət çəkir, heyfslənirlər.

82
00:10:14,800 --> 00:10:20,170
Təzəlikcə müxtəlif adlar altında bu tip tədbirlər keçirmək istəyirlər, amma alınmır.

83
00:10:20,370 --> 00:10:28,940
Elə isə cümə namazı hər bir şəhərin mədəniyyətinin döyünən ürəyidir.

84
00:10:30,540 --> 00:10:34,370
Hər bir şəhərin mədəni mərkəzi cümə namazıdır.

85
00:10:35,110 --> 00:10:41,340
Əlbəttə, bunun da müəyyən şərtləri var, qeyd edəcəyəm.

86
00:10:43,050 --> 00:10:47,220
Elə yer var ki, orada istiqamətləndirmə işi aparılır.

87
00:10:47,740 --> 00:10:54,170
Mən altını cızaraq qeyd edirəm ki, bu, sırf siyasi cəhətdən istiqamətləndirmə deyil,

88
00:10:55,280 --> 00:11:01,680
həm siyasi, həm də mədəni cəhətdən istiqamətləndirmədir.

89
00:11:03,770 --> 00:11:11,650
Elə düşünməyək ki, misal üçün, günümüzdə aktual və həm də problemli olan hansısa siyasi məsələ barədə

90
00:11:12,280 --> 00:11:20,400
car çəkib danışdıq, fikirlərimizi ifadəli bir tərzdə açıqladıqsa, iş bitdi. Yox,

91
00:11:21,620 --> 00:11:31,050
mən insanları mədəni cəhətdən istiqamətləndirməyi siyasi cəhətdən istiqamətləndirməkdən daha vacib hesab edirəm.

92
00:11:31,170 --> 00:11:36,680
Siyasi cəhətdən istiqamətləndirmə də çox lazımlı bir şeydir və buna etinasız yanaşmaq olmaz,

93
00:11:37,540 --> 00:11:42,420
amma mədəni istiqamətləndirmə, insanların mədəniyyəti, əxlaqı daha önəmlidir.

94
00:11:46,170 --> 00:11:51,340
Misal üçün, bizim bir neçə il əvvəl

95
00:11:51,680 --> 00:11:58,570
irəli sürdüyümüz həyat tərzi məsələsi önəmli məsələlərdən biridir.

96
00:11:59,310 --> 00:12:05,420
Həyat tərzi çoxşaxəli bir mövzudur; İran xalqı

97
00:12:05,970 --> 00:12:13,020
və İslam dininin düşmənlərinin ən başlıca hədəflərindən biri də müsəlmanların həyat tərzini dəyişib

98
00:12:13,220 --> 00:12:20,820
özlərininkinə bənzətməkdir. Həyatın reallıqları insanın düşüncəsinə təsir göstərir,

99
00:12:22,740 --> 00:12:27,850
gündəlik həyatdakı davranışları insanın qəlbində, ruhunda –

100
00:12:27,850 --> 00:12:32,020
həm öz ruhunda, həm də ünsiyyətdə olduğu insanların ruhunda – təsir buraxır;

101
00:12:32,710 --> 00:12:34,480
onlar bax bunu dəyişmək istəyirlər.

102
00:12:35,000 --> 00:12:41,600
İslam biz müsəlmanlar üçün müəyyən həyat tərzi gətirmişdir. Məsələn, etika, ədəb-ərkan.

103
00:12:42,000 --> 00:12:45,420
Etika önəmli məsələlərdən biridir.

104
00:12:46,080 --> 00:12:54,910
Avropalılar adi ünsiyyətdə ədəb-ərkana o qədər də əhəmiyyət vermirlər.

105
00:12:54,910 --> 00:12:59,650
Biz iranlılar isə qədimdən danışığımızda,

106
00:12:59,800 --> 00:13:08,000
rəftarımızda ədəb-ərkanı gözləməyimizlə, qarşı tərəfə hörmət qoymağımızla tanınmışıq.

107
00:13:09,370 --> 00:13:14,080
Onlar bunu dəyişmək istəyirlər və təəssüflər olsun ki, müəyyən məqamlarda buna nail ola biliblər də.

108
00:13:14,220 --> 00:13:20,050
Tutalım, siz birinə müxalifsiniz,

109
00:13:20,600 --> 00:13:23,680
onun haqqında fikir bildirmək istəyirsiniz, bu məqamda iki cür danışa bilərsiniz:

110
00:13:24,170 --> 00:13:29,220
etikanı gözləmədən, hörmətsiz, qaba tərzdə də danışmaq olar,

111
00:13:29,970 --> 00:13:32,170
nəzakətlə, ədəb-ərkanla da.

112
00:13:33,540 --> 00:13:40,650
Baxın, Quranda əksər hallarda fasiqlərdən, kafirlərdən,

113
00:13:40,800 --> 00:13:47,170
şər əməlli qövmlərin ən pislərindən söz düşəndə buyurulur:

114
00:13:47,280 --> 00:13:49,940
“Lakin onların çoxu bilməz”. ( “Ənam” surəsi, 37-ci ayə)

115
00:13:50,600 --> 00:13:56,850
Demir ki, “hamısı”; axı onların arasında bir azlıq da olsa düşünənlər, bilənlər var.

116
00:13:58,170 --> 00:14:03,740
Baxın, Qurani-Kərim onların haqqını gözləyərək “çoxu” deyə buyurur.

117
00:14:05,800 --> 00:14:18,510
Həyat tərzi, müsbət ənənə və vərdişlər baxımından diqqətəlayiq məsələlərdən biri də,

118
00:14:18,650 --> 00:14:27,020
misal üçün, kitab mütaliəsidir. Düzdür, bu gün edilən məruzədə bu mövzuya bir qədər toxunuldu,

119
00:14:27,140 --> 00:14:33,280
ancaq mən yenə də qeyd etmək istəyirəm ki, bizim əhalini, gəncləri kitab mütaliəsinə təşviq etməyimiz olduqca önəmlidir.

120
00:14:33,650 --> 00:14:37,510
Kitab oxumaq çox əhəmiyyətlidir; yaxşı kitabları da insanlara tanıtmaq lazımdır.

121
00:14:37,820 --> 00:14:44,620
Hətta mən belə güman edirəm, düşünürəm ki, cümə namazlarının qılındığı məkanlarda

122
00:14:45,400 --> 00:14:47,510
yaxşı, oxunaqlı,

123
00:14:48,340 --> 00:14:52,820
aktual kitabların sərgisi də təşkil olunmalıdır –

124
00:14:53,110 --> 00:15:01,800
əlbəttə ki, rəhbər işçilər bu məsələnin müxtəlif tərəflərini nəzərdən keçirməlidirlər –

125
00:15:02,170 --> 00:15:08,250
qoy insanlar gəlsin, kitabları görsün, nəşrlərlə tanış olsun, istəsələr oradan, yaxud başqa bir yerdən əldə etsinlər.

126
00:15:09,050 --> 00:15:17,510
İnsanları kitab oxumağa, rəsmiləri yeni kitabların nəşrinə vadar etmək lazımdır,

127
00:15:17,940 --> 00:15:26,020
bunlar lazımlı şeylərdir. Önəmli məsələlərdən biri də budur.

128
00:15:26,020 --> 00:15:33,680
Cümə namazı ilə bağlı digər bir mühüm məsələ ölkənin gənc ictimaiyyətinin bura cəlb edilməsidir.

129
00:15:34,200 --> 00:15:47,310
Hazırda ölkəmizdə gənc əhalinin say nisbəti əvvəlkindən – 60-cı illərin axırları 70-ci illərin əvvəllərindən – bir qədər aşağı olsa da,

130
00:15:47,650 --> 00:15:53,370
Allaha şükürlər olsun ki, cəmiyyətimiz gənc bir cəmiyyətdir, cavanlarımız çoxdur.

131
00:15:53,820 --> 00:15:57,110
Onları cümə namazlarına cəlb etmək lazımdır,

132
00:15:57,510 --> 00:16:01,220
bu isə elə “gənclər, cümə namazlarına gəlin,

133
00:16:01,220 --> 00:16:07,170
cümə namazlarına həvəs göstərin” deməklə mümkün olan bir iş deyil.

134
00:16:07,400 --> 00:16:11,540
Gəncləri qəlblə, dərklə cümə namazlarına çəkib gətirmək lazımdır.

135
00:16:11,680 --> 00:16:20,250
Onları cümə namazlarına cəlb edə biləcək şeylərdən biri güclü, əsaslı sözlər, fikirlər deməkdir.

136
00:16:20,540 --> 00:16:25,800
İstər siyasət, istərsə də mədəniyyət mövzusunda söylənən zəif fikir

137
00:16:26,620 --> 00:16:32,510
orada olan insanları – bir qrup adam var ki, adət ediblər, adət olaraq namaza gəlirlər –

138
00:16:32,710 --> 00:16:44,620
minbərdən söz eşitmək istəyən gəncləri cəlb etməyəcək. Təzə söz demək lazımdır. Şair demiş:

139
00:16:45,540 --> 00:16:49,140
– “Təzə söz de, çünki təzədə həmişə bir şirinlik olur”.

140
00:16:49,510 --> 00:16:57,710
Təzə söz deyəndə mən bidət gətirəcək, “Bidətdir” – deyə iradlara səbəb olacaq fikirləri nəzərdə tutmuram, yox. Təzə söz odur ki,

141
00:16:58,250 --> 00:17:03,740
oturub dərindən fikirləşin, düşünün, araşdırma aparın,

142
00:17:04,170 --> 00:17:09,770
gənclər üçün yeni və cəlbedici fikirlər tapın. Bax onda cavanlar gələcək;

143
00:17:10,020 --> 00:17:17,800
gəlib namazlarda iştirak edəcək. Sizin onları çağırmağınıza ehtiyac olmadan, özləri gələcəklər.

144
00:17:18,280 --> 00:17:28,000
Əziz qardaşlar! Gəncləri cəlb edən şeylərdən biri də səmimiyyət hiss etmələridir.

145
00:17:28,710 --> 00:17:38,020
Gənclər emosional olur, qəlbinin, emosiyalarının yönəltdiyi istiqamətə gedərək bir çox işlər görür.

146
00:17:38,450 --> 00:17:45,220
Səmimiyyət, mehribanlıq, dürüstlük hiss etsələr, gələcəklər.

147
00:17:45,310 --> 00:17:49,480
Yox əgər əksinə – bizdə təkəbbür hiss etsələr,

148
00:17:50,510 --> 00:17:54,310
lovğalıq hiss etsələr, özümüzü göstərmək istədiyimizi sezsələr, gəlməyəcəklər.

149
00:17:55,770 --> 00:18:00,680
Bu şeyləri təmin etmək lazımdır, onda cavanlar gələcək. Gənclər cümə namazlarına gəlirsə,

150
00:18:01,420 --> 00:18:08,200
bu o deməkdir ki, siz əslində ölkənin hərəkətverici qüvvəsini, avanqardlarını mənəvi cəhətdən qidalandırırsınız.

151
00:18:09,110 --> 00:18:14,450
Gənclər ölkənin avanqard qüvvəsidir. Onlar cümə namazlarına gəlirsə, siz onları mənən qidalandırırsınız.

152
00:18:15,450 --> 00:18:23,340
Bu fikrin davamı olaraq demək istəyirəm ki, zənnimcə, imam-cümələrlə bağlı mühüm məsələlərdən biri də

153
00:18:23,540 --> 00:18:29,940
onların insanlarla administrativ tərzdə yox, sadə bir ruhani tələbə tərzində davranmasıdır.

154
00:18:30,080 --> 00:18:37,510
İmam-cümə institutu dini, ruhani bir institutdur,

155
00:18:38,710 --> 00:18:43,250
administrativ təsisat deyil, ona idarəçilik xarakteri vermək lazım deyil.

156
00:18:44,710 --> 00:18:52,400
Cümə namazında amiranə, idarəçi davranış yox,

157
00:18:52,800 --> 00:18:58,310
dindar insana, ruhani xadimə münasib davranış effekt verir.

158
00:18:58,770 --> 00:19:04,420
İnsanlara rəsmiyyətçi tərzdə yox, ruhani-mənəvi tərzdə yanaşmaq lazımdır;

159
00:19:04,540 --> 00:19:12,480
bir ata kimi, qardaş kimi, səmimi münasibət göstərmək lazımdır. Ruhaniyə yaraşan münasibət budur.

160
00:19:15,310 --> 00:19:20,000
Digər bir məsələ isə haqqı nəzərə almaqdır.

161
00:19:20,170 --> 00:19:28,540
Bəzən görürsən ki, nisbətən böyük kütlə qarşısında minbərdən çıxış edən ruhanilər

162
00:19:29,000 --> 00:19:36,220
danışarkən həmin auditoriyanın istəyini nəzərə alırlar;

163
00:19:36,940 --> 00:19:41,570
ora toplaşanlar necə istəyirsə, o cür danışırlar; bu, yanlışdır.

164
00:19:41,770 --> 00:19:43,680
Belə hallar inqilabdan əvvəl də var idi.

165
00:19:44,340 --> 00:19:52,970
Güclü natiqlər, məsələn, yeni söz söyləyən,

166
00:19:53,880 --> 00:19:59,170
dini məfkurə mövzusunda çıxış edən insanlar arasında elələri var idi ki, kütləyə nəyin xoş gəldiyinə baxırdılar.

167
00:20:00,000 --> 00:20:05,340
Müəyyən mövzu auditoriyaya xoş gəlirdisə, yanlış belə olsa, o barədə danışırdılar.

168
00:20:05,450 --> 00:20:11,600
Belə etməyin, bu, yanlışdır. Dinləyiciyə xoş gəlməsə belə,

169
00:20:12,020 --> 00:20:16,620
yalnız doğru olanı deyin;

170
00:20:16,800 --> 00:20:23,220
özü də sözü arqumentlərlə əsaslandıraraq, elə yumşaq və ürəyəyatan bir tərzdə demək olar ki,

171
00:20:23,620 --> 00:20:30,680
ürəyincə olmayan, ola bilsin, ona xoş gəlməyəcək bir söz də

172
00:20:30,820 --> 00:20:34,510
eşidənin ürəyinə yatar.

173
00:20:34,880 --> 00:20:39,110
Daha bir mühüm məqam isə imam-cümələrə hörmətlə yanaşılması məsələsidir.

174
00:20:39,310 --> 00:20:44,600
İmam-cümələr həm özləri özlərinə hörmət qoymalıdır, həm əhali onlara hörmətlə yanaşmalıdır,

175
00:20:45,020 --> 00:20:48,850
həm də Tehrandakı mərkəzi idarə onların hörmətini gözləməlidir.

176
00:20:49,170 --> 00:20:55,940
Hörmətlə yanaşmaq deyəndə mən hansısa təşrifat qaydalarını nəzərdə tutmur, kiminsə ayağının altına qırmızı xalça atılsın demirəm.

177
00:20:56,370 --> 00:20:58,850
Hörmət qoymaq deyəndə mən qədrini bilməyi nəzərdə tuturam.

178
00:20:59,220 --> 00:21:07,850
Məsələn, siz özünüz bir imam-cümə olaraq öz qədrinizi biləsiniz, özünüzə hörmətlə yanaşasınız;

179
00:21:08,000 --> 00:21:14,140
o mənada ki, özünüzü insanı günaha, çirkinliklərə bulaşdıran şeylərdən qoruyasınız.

180
00:21:14,540 --> 00:21:20,880
Bütün bunlar diqqət yetirilməli olan, mühüm məsələlərdir.

181
00:21:21,020 --> 00:21:32,480
Hər bir halda, ölkəmizdə imam-cümələrin olması, cümə namazlarının həyata keçirilməsi, həqiqətən də, böyük bir fürsətdir, böyük bir nailiyyətdir.

182
00:21:35,050 --> 00:21:42,000
Bəzi müsəlman ölkələrində belə qəbul olunub ki,

183
00:21:42,280 --> 00:21:46,540
administrativ qurumlar cümə namazlarının xütbələrini yazılı şəkildə imam-cümələrə təqdim edir,

184
00:21:46,680 --> 00:21:51,970
onlar da gedib minbərdən həmin kağızı oxuyur.

185
00:21:52,710 --> 00:21:57,340
Mənim fikirmcə, bu, cümə namazı deyil; bu, cümə namazında xütbə söyləmək deyil.

186
00:21:57,880 --> 00:22:05,200
Bu artıq hansısa idarənin təlimatını oxumaqdır. Dini işlərlə məşğul olan hansısa idarə

187
00:22:05,370 --> 00:22:09,740
nə isə yazıb deyir “al bunu, get oxu”, o da gedib oxuyur.

188
00:22:10,970 --> 00:22:15,820
Cümə namazında xütbə söyləmək bu deyil; cümə xütbəsi

189
00:22:16,020 --> 00:22:23,540
imam-cümənin düşünən beyninin məhsulu olmalı, yanar qəlbindən çağlayaraq

190
00:22:24,080 --> 00:22:33,650
dilinə axmalı, kütlənin ehtiyacına cavab verməli və bəlağətli bir dillə namaza gələn insanlara ötürülməlidir.

191
00:22:34,000 --> 00:22:41,020
Hər dövrün öz boşluğu, öz ehtiyacı olur, həmin ehtiyacı bilmək lazımdır.

192
00:22:43,800 --> 00:22:49,800
Həmin ehtiyacı yox edəcək nə isə, onu bilmək lazımdır;

193
00:22:50,280 --> 00:22:58,050
dinləyicinin düşüncəsinə dərman, zehninə qida olub ideoloji ehtiyaclarını rəf edəcək,

194
00:22:58,050 --> 00:23:05,200
onu doyuracaq şeyin nə olduğunu bilmək və həmin fikirləri gözəl bir ifadə, bəyan tərzi ilə ona çatdırmaq lazımdır.

195
00:23:05,370 --> 00:23:14,280
Məncə, bu, imam-cümələrin işində lazımlı bir məqamdır.

196
00:23:14,510 --> 00:23:21,480
İstənilən halda, biz ölkəmizdə qılınan cümə namazlarının qədrini bilir, buna görə Uca Yaradana, həqiqətən, şükür edirik.

197
00:23:22,340 --> 00:23:28,880
Bir dəfə imam-cümələrlə birlikdə İmam Xomeyninin (r.ə) yanına getmişdik;

198
00:23:29,480 --> 00:23:39,480
cümə namazlarının yenicə təşkil olunduğu ilk illər idi, İmam mənə də Tehranın imam-cüməsi olmaq iftixarını layiq görmüşdü;

199
00:23:40,020 --> 00:23:45,340
imam-cümələrlə birlikdə onun yanına getmişdik. Mən söhbət edirdim,

200
00:23:45,480 --> 00:23:53,310
ürəyimdən bir cümlə gəldi, dedim, Uca Yaradan

201
00:23:54,850 --> 00:23:58,370
bəndələrinə Qədr gecəsini bəxş edib,

202
00:23:58,540 --> 00:24:00,620
məsum imamlardan (ə) da “İnna ənzəlna” surəsinin təfsiri ilə bağlı belə nəql olunur ki,

203
00:24:00,620 --> 00:24:08,280
Bəni-Üməyyənin hakimiyyəti dövründə min ay ötüb, amma insanlar üçün Qədr gecəsi olmayıb –

204
00:24:10,850 --> 00:24:18,370
Bəni-Üməyyə min ay hakimiyyətdə qalıb, həmin müddətdə Qədr gecəsi olmayıb, insanlar Qədr gecəsindən məhrum qalıblar;

205
00:24:19,200 --> 00:24:28,080
rəvayətlərimizdə bu var – eynilə şah diktaturasının hakimiyyəti dövründə də biz cümə namazlarından məhrum olmuşuq.

206
00:24:28,570 --> 00:24:35,820
Bəzi şəhərlərdə köhnə qayda ilə

207
00:24:36,310 --> 00:24:41,650
hakimiyyət nümayəndələri bir nəfəri təyin edirdilər, cümə namazları keçirilirdi. Əlbəttə, Məşhəd kimi bəzi şəhərlərdə

208
00:24:42,340 --> 00:24:48,080
hakimiyyətlə heç bir əlaqəsi olmayan, çox hörmətli, böyük imam-cümələr də var idi – mərhum Hacı Şeyx Qulamhüseyn Təbrizi kimi;

209
00:24:48,080 --> 00:24:54,570
o həm çox böyük alim, həm də həddən artıq təqvalı, zahid bir insan idi. Belə imam-cümələrimiz də var idi,

210
00:24:55,080 --> 00:25:00,970
amma əksər şəhərlərdə imam-cümələr şah diktaturası tərəfindən təyin olunurdu.

211
00:25:00,970 --> 00:25:03,340
İnsanlar da cümə namazlarına getmir, heç bir maraq göstərmirdilər.

212
00:25:03,970 --> 00:25:07,970
Diktatura hökumətinin keçirdiyi cümə namazı

213
00:25:07,970 --> 00:25:11,200
insanlar üçün maraqlı, cəlbedici olmadığına görə onlar da getmirdilər.

214
00:25:11,710 --> 00:25:16,000
Mən orda demişdim ki, biz uzun illər boyu cümə namazlarından məhrum olmuşduq,

215
00:25:16,000 --> 00:25:20,910
siz isə bizə, İran xalqına bunu bəxş etdiniz. Doğrudan da, böyük bir nemətdir.

216
00:25:21,340 --> 00:25:24,650
İmam-cümələr barədə bu qədər.

217
00:25:25,220 --> 00:25:32,000
Seçki məsələsinə gəlincə. Düzdür, seçkilərə hələ var –

218
00:25:32,770 --> 00:25:38,880
hələ 40-50 gün qalıb –

219
00:25:39,000 --> 00:25:42,970
bu barədə camaatımıza nələrsə demək üçün bizim də hələ vaxtımız var.

220
00:25:43,450 --> 00:25:51,220
Mən özüm seçkidən 2 il, 1 il əvvəl ölkədə seçki atmosferi yaratmağın əleyhinəyəm;

221
00:25:51,220 --> 00:25:54,680
mən əleyhinəyəm,

222
00:25:54,680 --> 00:25:58,220
amma çoxları bunu edir; bu, yanlışdır.

223
00:25:58,800 --> 00:26:03,970
Seçki ab-havası yarananda, bunun tələbinə uyğun olaraq,

224
00:26:04,080 --> 00:26:08,200
rəqabət, konflikt – dildə də olsa –

225
00:26:08,880 --> 00:26:18,850
bir-birinin ünvanına cürbəcür və çox zaman yaraşmayan, çirkin sözlər demək başlayır.

226
00:26:19,080 --> 00:26:26,850
Seçki ab-havası insanı cəmiyyətdəki həqiqətlərdən və cəmiyyətin əsl problemlərindən yayındırır.

227
00:26:28,450 --> 00:26:31,310
Bu, yaxşı bir iş deyil

228
00:26:31,310 --> 00:26:36,650
və mən vaxtından qabaq seçki haqda danışmağı heç vaxt uyğun görməmişəm.

229
00:26:36,650 --> 00:26:42,740
Amma hazırda, demək olar ki, artıq seçki etapına girmişik və müəyyən məsələlərə toxunmaq yerinə düşər.

230
00:26:43,050 --> 00:26:49,310
Əvvəla, seçkilər özü çox əhəmiyyətlidir; bu, böyük bir nemətdir.

231
00:26:49,420 --> 00:26:52,050
Cümə namazı haqda olduğu kimi,

232
00:26:52,570 --> 00:26:57,770
seçki haqda da bunu deyirəm ki, seçkilər, doğrudan da, böyük bir nemətdir.

233
00:26:59,370 --> 00:27:05,340
Bu da dahi liderimiz İmam Xomeyninin (r.ə) müdrik və uzaqgörən yanaşmasının bərəkətlərindəndir.

234
00:27:05,680 --> 00:27:10,250
O dövrdə elə insanlar var idi ki, İslam hökuməti olan yerdə

235
00:27:10,370 --> 00:27:17,170
seçkiyə ehtiyac olmadığını düşünürdülər. İmam isə dedi ki, yox, seçki olmalıdır, öz təsirini göstərməlidir,

236
00:27:17,280 --> 00:27:24,310
xalq qərar verməli, seçim etməli, xalqın istədiyi olmalıdır.

237
00:27:24,510 --> 00:27:32,020
Bu siyasətin nəticəsi isə o oldu ki, xalq inqilabın arxasında durdu, meydanlarda qalaraq proseslərdə iştirak etdi

238
00:27:32,170 --> 00:27:37,250
və Allaha şükürlər olsun ki, bu gün də meydanlardadır. Çünki seçim edən,

239
00:27:37,340 --> 00:27:41,400
qərar verən xalq özüdür. Seçkilər böyük bir nemətdir.

240
00:27:41,970 --> 00:27:45,140
Allaha şükürlər olsun ki, İslam Respublikasında seçkilər var.

241
00:27:45,510 --> 00:27:50,680
Ölkəmizdə bu qədər seçki baş tutub, amma yenə də düşmənlərimiz dövlətimizi

242
00:27:50,680 --> 00:27:58,050
diktatura adlandırmaqdan çəkinmirlər. Regionun diktatorları elə öz dostlarıdır,

243
00:27:58,510 --> 00:28:07,170
xalqları talamaqda, yağmalamaqda şərikdirlər, birgə payları var – həmin dövlətləri özünüz də görürsünüz,

244
00:28:07,740 --> 00:28:11,650
tanıyırsınız, bilirsiniz – bununla belə, onlara bir şey demirlər,

245
00:28:11,910 --> 00:28:13,940
İslam Respublikasını ittiham edirlər.

246
00:28:14,050 --> 00:28:20,340
Əgər ölkəmizdə seçkilər olmasaydı, bu artıq ittiham yox, reallıq olardı;

247
00:28:20,600 --> 00:28:27,310
yəni xalqın bu hüququ, doğrudan da, əlindən alınmış olsaydı, düşmən bu dediyində haqlı olardı.

248
00:28:27,400 --> 00:28:33,050
Amma Allaha şükürlər olsun ki, xalqa bu hüquq verilib, seçkilər var, əlhəmdulillah, azaddır da.

249
00:28:35,880 --> 00:28:44,680
Seçkinin mövcudluğu həm ölkə daxilində əhaliyə bir qürur, heysiyyət hissi, müstəqillik ab-havası yaşadır,

250
00:28:45,020 --> 00:28:48,220
insanlar hər şeyin sahibi olduqlarını hiss edirlər – və əslində də elə belədir;

251
00:28:48,600 --> 00:28:53,970
ölkənin yiyəsi xalqdır, özləri qərar verir, özləri addım atırlar;

252
00:28:54,110 --> 00:28:59,250
həm icraedici hakimiyyətdə, həm parlamentdə, həm dolayısı ilə Rəhbərliyin timsalında

253
00:28:59,740 --> 00:29:03,370
və digər seçkili orqanlarda –

254
00:29:04,280 --> 00:29:07,770
həm də xaricdə ölkəmizə nüfuz və etibar qazandırır;

255
00:29:08,020 --> 00:29:14,370
dünya arenasında seçkilər, həqiqətən də, nüfuz və etibar mənbəyidir.

256
00:29:14,450 --> 00:29:20,940
Odur ki seçkilər özü-özlüyündə olduqca əhəmiyyətli bir iş, böyük bir nemətdir.

257
00:29:21,940 --> 00:29:29,710
Seçkini pozmaq lazım deyil. Bəzi insanların xoşu gəlir, elə bil, vərdiş ediblər ki,

258
00:29:30,140 --> 00:29:41,480
seçki yaxınlaşan kimi hay-küy salıb seçkilərin şəffaf olmayacağını deyirlər; adət ediblər.

259
00:29:41,770 --> 00:29:46,000
Bu çox pis bir adətdir, mərəzdir.

260
00:29:46,650 --> 00:29:49,480
Belə söhbətlərə nə ehtiyac var? Seçkilər sağlam atmosferdə keçir.

261
00:29:50,020 --> 00:29:55,140
İstənilən seçkidə haradasa müəyyən nöqsanlar ola bilər,

262
00:29:55,250 --> 00:29:57,650
bu, mümkündür, belə şeylər həmişə olur.

263
00:29:57,800 --> 00:30:05,080
Bizim öz işlərimizdə – şəxsi və ya ümumi işlərimizdə, gördüyümüz hansısa xüsusi işdə də nöqsanlar ola bilər,

264
00:30:05,080 --> 00:30:11,220
amma seçkinin nəticələrini dəyişə biləcək həddə nöqsan və qanun pozuntuları birmənalı şəkildə yoxdur.

265
00:30:11,710 --> 00:30:15,400
Təşkilatlanmış surətdə pozuntu əsla yoxdur.

266
00:30:16,170 --> 00:30:24,200
Seçkiyə cavabdeh olan hökumət və ya qeyri-hökumət rəsmilərinin qanuna riayət etməməsi kimi bir hal qətiyyən ola bilməz.

267
00:30:24,400 --> 00:30:27,020
İnqilabın əvvəlindən bu günə qədər də bu, elə belə olub;

268
00:30:27,910 --> 00:30:34,000
rəsmilər, bu arada iş başında olmuş bütün hökumətlər seçkinin təşkilinə məsuliyyətlə yanaşıblar.

269
00:30:34,200 --> 00:30:39,140
Bu müddət ərzində gəlib-getmiş hökumətlər arasında

270
00:30:39,400 --> 00:30:44,570
siyasi təmayül baxımından bir-birindən 180 dərəcə fərqlənənlər olub, amma seçkilərə qarşı

271
00:30:44,680 --> 00:30:47,220
hamısı dürüst münasibət göstəriblər.

272
00:30:47,480 --> 00:30:52,370
Seçkidə saxtalaşdırma, xəyanət olduğunu heç kəs iddia etməməlidir.

273
00:30:52,620 --> 00:30:57,000
Bir vaxtlar – deyəsən, bunu daha əvvəl də söyləmişəm –

274
00:30:57,310 --> 00:31:02,220
müəyyən dövrdə Tehranda baş tutmuş seçki ilə bağlı xeyli qalmaqal, söz-söhbət oldu,

275
00:31:02,740 --> 00:31:10,880
həmin seçkinin nəticələrinin ləğv edilməsinə çox təkid edildi, bu barədə çox danışıldı. Mən isə söylədim ki, araşdırma aparılmalıdır;

276
00:31:11,820 --> 00:31:18,200
Tehranda 2-3 milyon insan gəlib seçkiyə qatılıb, səs verib, onların hamısının səsini bütövlüklə ləğv edək?

277
00:31:18,200 --> 00:31:21,050
Bu nə deməkdir? Araşdırma aparmaq, nəyin necə olduğuna baxmaq lazımdır.

278
00:31:21,450 --> 00:31:25,220
Araşdırdıq, məlum oldu ki, heç elə deyilmiş. Ətraflı şəkildə araşdırdıq;

279
00:31:25,770 --> 00:31:33,370
o vaxt mən Keşikçi Şuraya açıq şəkildə yazıb bildirdim ki, seçkiyə toxunulmamalıdır.

280
00:31:33,540 --> 00:31:42,450
Yəni seçki xalqın haqqı, xalqın malıdır və biz onu, nə bilim, “elədir”, “belədir”

281
00:31:42,800 --> 00:31:47,710
deyə ittiham edə bilmərik. Xeyr, seçki sağlamdır, şəffafdır,

282
00:31:47,820 --> 00:31:52,770
həmişə şəffaf olub, indi də, Allahın köməyi ilə, elə belə olacaq.

283
00:31:53,170 --> 00:32:03,480
Müəyyən edilmiş qanunlar, normalar, seçkinin sağlam keçməsini təmin etmək, nöqsanlara nəzarət etmək vəzifələrini həyata keçirən insanların varlığı

284
00:32:03,620 --> 00:32:09,080
seçkidə hansısa pozuntu hallarının olmasına imkan verməyəcək. Bu, birincisi.

285
00:32:09,880 --> 00:32:16,220
Dedik ki, seçki “həqqün-nas”dır – qul haqqıdır. Bu qul haqqı çox mühüm bir məsələdir.

286
00:32:16,400 --> 00:32:22,000
Bəli, dillərdə bu söz çox gəzir, daim təkrar edirlər ki, “filankəs deyib seçki qul haqqıdır,

287
00:32:22,170 --> 00:32:28,280
seçkinin qul haqqı olduğunu bilməliyik” və sair. Amma bu məsələnin dərinliyinə varmaq lazımdır.

288
00:32:28,710 --> 00:32:34,200
Qul haqqı təkcə o demək deyil ki, seçki məntəqəsində oturan adam

289
00:32:34,340 --> 00:32:42,970
buna riyaət etməlidir, tutalım, bülletenləri səhv oxumamalı və ya artırıb-azaltmamalıdır;

290
00:32:43,140 --> 00:32:47,340
düzdür, bu da qul haqqının göstəricilərindən biridir,

291
00:32:48,800 --> 00:32:51,540
amma başqa bir məsələ də var ki, o da namizədliyini irəli sürən insanların haqqıdır.

292
00:32:51,850 --> 00:32:57,480
Qul haqqını qorumağın digər bir məqamı gəlib bu meydana qoşulan,

293
00:32:57,620 --> 00:33:04,510
namizədliyini irəli sürən şəxslərin haqqıdır:

294
00:33:04,740 --> 00:33:13,820
əgər yaxşı, layiqli insanlardırsa, rədd etməməli, şərait yaratmalıyıq.

295
00:33:14,800 --> 00:33:20,420
Eynilə əksinə: yaxşı, layiqli bir insan deyilsə, ona yol açmamalıyıq.

296
00:33:21,740 --> 00:33:28,000
Əgər müəyyən qurumda – istər bu, Xubriqan Məclisi olsun, istər İslami Şura Məclisi,

297
00:33:28,600 --> 00:33:34,050
istərsə də digər bir seçkili orqan –

298
00:33:34,170 --> 00:33:38,080
qanunla orada təmsil olunmağa layiq olmayan biri oturur və onun o yerə gedib çıxmasına

299
00:33:38,080 --> 00:33:42,000
biz öz səhlənkarlığımızla, diqqətsizliyimizlə, çatışmazlıqlara göz yummağımızla,

300
00:33:42,510 --> 00:33:46,170
qanuni meyarlara riayət etməməyimizlə şərait yaratmış oluruqsa, bu da qul haqqını tapdalamaq,

301
00:33:46,250 --> 00:33:50,050
insanların haqqını pozmaq deməkdir; bu da “həqqün-nas”a ziddir.

302
00:34:14,200 --> 00:34:19,850
Seçkinin qul haqqı olmağının digər bir aspekti əmanəti qorumaqdır.

303
00:34:20,910 --> 00:34:27,680
Səsvermə bülletenlərinə əli çatan, səsləri sayan,

304
00:34:27,820 --> 00:34:33,850
qeydiyyata alan, bu barədə hesabat verən, yekun nəticəni hesablayan,

305
00:34:34,310 --> 00:34:40,050
xülasə, seçki məntəqələrinin idarəçiliyi əlində olan şəxslər bu əmanəti mükəmməl surətdə qorumalıdırlar;

306
00:34:40,280 --> 00:34:50,020
yəni bu məsələdə azacıq nöqsana yol vermək əmanətə xəyanət etmək deməkdir.

307
00:34:50,570 --> 00:34:59,050
Qul haqqı olaraq seçkilərin digər bir aspekti seçkinin qanuni nəticələrini qəbul etməkdir.

308
00:34:59,340 --> 00:35:05,620
Yəni müəyyən nəticə əldə edildikdən və rəsmi qurumlar bunu təsdiq etdikdən sonra

309
00:35:05,880 --> 00:35:10,850
həmin nəticələri qəbul etmək qul haqqına riayət etmək deməkdir; 1388-ci ildə yol verilmiş hərəkətlərdən fərqli olaraq.

310
00:35:11,220 --> 00:35:17,650
1388-ci ildə seçkini inkar edib ortaya çox çirkin bir söhbət atdılar ki,

311
00:35:18,340 --> 00:35:22,510
guya saxtalaşdırma olub və nəticələr ləğv edilməlidir.

312
00:35:22,510 --> 00:35:26,220
Yaxşı, gəlin baxaq o seçkidə nə qədər adam iştirak etmişdi? 40 milyon nəfər!

313
00:35:27,140 --> 00:35:32,250
Bir seçkidə 40 milyon nəfər iştirak etmiş

314
00:35:33,510 --> 00:35:39,080
və müxtəlif namizədlərə səs vermişdi;

315
00:35:39,650 --> 00:35:44,880
bu cənablar isə saxtalaşdırmadan danışır. Əlbəttə ki, mən onlarla dil tapmaq üçün çox çalışdım –

316
00:35:44,880 --> 00:35:48,220
bir çox tədbirlər görüldü, bu barədə uzun-uzadı danışmaq olar –

317
00:35:48,820 --> 00:35:54,710
dil tapmağa cəhd göstərdik, danışdıq, dedik gəlin, etirazınızı bildirin, nə qədər seçki məntəqəsində istəyirsinizsə,

318
00:35:54,800 --> 00:36:00,200
səslərə yenidən baxılsın. Əhəmiyyət vermədilər, qulaq asmadılar;

319
00:36:00,370 --> 00:36:05,770
çünki bu kimi haqq sözlərlə razılaşmaq niyyətində deyildilər. Haqq sözə tabe olmadılar,

320
00:36:06,110 --> 00:36:08,080
nəticədə də ölkəyə çoxlu ziyan vurdular.

321
00:36:08,570 --> 00:36:15,510
Mən hələ də bilmirəm ki, 1388-ci ildə ölkəmizə dəyən ziyan

322
00:36:15,710 --> 00:36:19,910
nə vaxt kompensasiya ediləcək. Həqiqətən, bilmirəm. Hələ də kompensasiya edilməyib.

323
00:36:20,310 --> 00:36:23,910
Seçkinin nəticələrini hər kəs qəbul etməlidir; qul haqqı baxımından bu da önəmli məsələlərdən biridir.

324
00:36:24,140 --> 00:36:30,280
Namizədlərin siyahısı irəli sürülərkən də qul haqqına riayət edilməlidir.

325
00:36:30,480 --> 00:36:35,770
Həmin siyahıları irəli sürən, təqdim edən insanlar,

326
00:36:36,540 --> 00:36:40,540
doğrudan da, qul haqqını gözləməlidir.

327
00:36:41,250 --> 00:36:46,710
Tanışlıq, siyasi cinah tərəfdaşlığı və bu kimi şeylərə yol verməməli,

328
00:36:46,710 --> 00:36:51,310
kimin doğrudan da layiqli olduğuna baxmalıdırlar.

329
00:36:51,910 --> 00:36:56,280
Yalnız layiqli namizədləri seçib camaata təqdim etməlidirlər.

330
00:36:56,510 --> 00:37:01,740
Qul haqqının bir hissəsi, bir aspekti də budur.

331
00:37:02,250 --> 00:37:06,770
Seçkidə qul haqlarını gözləməyin daha bir məqamı isə budur ki,

332
00:37:07,170 --> 00:37:12,340
insanlar həqiqətən etimada layiq olan bloklara etimad göstərməlidirlər.

333
00:37:12,970 --> 00:37:16,880
Elələri var ki, onlara inanmaq olmaz:

334
00:37:18,020 --> 00:37:21,420
“... yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi...” (“Ənam” surəsi, 71-ci ayədən)

335
00:37:22,850 --> 00:37:33,400
Seçkidə irəli durub namizədlərinin siyahısını təqdim edənlər bunu heç də həmişə səmimiyyət, dürüstlük, İslam İnqilabına bağlılq –

336
00:37:33,970 --> 00:37:35,820
əsas inqilabdır –

337
00:37:36,310 --> 00:37:41,310
inqilaba sadiqlik hisslərindən çıxış edərək etmirlər.

338
00:37:41,420 --> 00:37:49,420
Yox, başqa, bəzən çirkin məqsədlərlə də namizədlər irəli sürülə bilər.

339
00:37:49,540 --> 00:37:59,050
İnsanlarımız buna diqqət yetirməli, baxmalıdırlar ki, bu və ya digər namizədlərin siyahısı haradan irəli sürülür,

340
00:37:59,200 --> 00:38:02,000
onları kim irəli sürür.

341
00:38:02,480 --> 00:38:09,770
Yalnız inama, etimada layiq olanları seçməlidirlər.

342
00:38:09,910 --> 00:38:16,310
Bu da mühüm məqamlardandır. Odur ki qeyd etdiyimiz qul haqları məsələsinin bu kimi aspektləri var –

343
00:38:16,310 --> 00:38:19,310
başqa aspektləri də var, amma indi onlar haqda ətraflı danışmaq istəmirəm –

344
00:38:19,540 --> 00:38:21,850
və bu mənada seçkilər, doğrudan da, qul haqqıdır.

345
00:38:22,110 --> 00:38:27,650
Seçki ilə bağlı digər bir mühüm məsələ əhalinin maksimum iştirakı məsələsidir.

346
00:38:27,800 --> 00:38:35,600
İnşallah, Allah ömür versə, seçkiyə qədər mən bu barədə yenə də danışacağam.

347
00:38:35,850 --> 00:38:41,570
Seçkilərdə nə qədər çox insan iştirak etsə, dövlətimiz bir o qədər möhkəmlənər,

348
00:38:41,770 --> 00:38:44,420
ölkəmizin nüfuzu bir o qədər artar.

349
00:38:45,080 --> 00:38:50,280
Seçkilərdə nə qədər çox insan iştirak etsə, dövlətimizin nüfuzu bir o qədər artar.

350
00:38:51,080 --> 00:38:56,540
Çünki bu dövlət xalqa aiddir; bu bir reallıqdır ki,

351
00:38:57,110 --> 00:39:01,820
ölkəmizdə hakimiyyət xalqın emosiyalarına, hisslərinə, seçiminə və istəyinə əsaslanır.

352
00:39:02,480 --> 00:39:09,910
Mən əhalinin seçkidə maksimum iştirakı haqda əvvəllər də bu fikirdə olmuşam,

353
00:39:09,910 --> 00:39:16,770
həmişə bu məsələni vurğulamışam, bu dəfə də bunun üzərində israr edirəm və inşallah, irəlidə hələ bu barədə daha çox danışacağam.

354
00:39:17,370 --> 00:39:22,620
Diqqət yetirilməli olan daha bir mühüm məsələ isə düşmənin yol tapıb ölkəyə nüfuz etməsi məsələsidir.

355
00:39:23,400 --> 00:39:31,570
Nüvə razılaşmasının əldə olunduğu mərhələdə və ondan sonra bu barədə danışmışıq;

356
00:39:32,370 --> 00:39:36,650
bu, çox qəribə və əhəmiyyətli bir məsələdir.

357
00:39:39,480 --> 00:39:46,510
Müxtəlif proseslər haqda məlumatlı olan şəxslər

358
00:39:46,680 --> 00:39:53,880
yaxşı bilir ki, düşmənlər yol tapıb İran xalqının iradə, düşüncə

359
00:39:53,970 --> 00:40:06,170
və qətiyyətinin möhkəm hasarını keçmək məqsədilə ölkə üçün nə tələlər qurublar və ya qurmaq istəyirlər;

360
00:40:07,020 --> 00:40:14,170
cürbəcür metodlar, məkrli planlar, siyasətlər işlədir, tədbir tökürlər. Hazırda da bu proses gedir.

361
00:40:14,170 --> 00:40:19,420
Xalqımız seçki məsələsində son dərəcə diqqətli olmalıdır.

362
00:40:20,020 --> 00:40:27,480
İslami Şura Məclisinə, Xubriqan Məclisinə,

363
00:40:27,480 --> 00:40:35,820
yaxud hakimiyyətin digər bir aparıcı strukturuna, fərz edək, düşmən bir ünsür yol tapıb keçərsə,

364
00:40:36,570 --> 00:40:42,080
termit kimi onu içindən gəmirib əsaslarını zəiflədəcək, çökdürəcək;

365
00:40:42,510 --> 00:40:48,820
məsələ belədir. Düşmənin nüfuz etməsi çox əhəmiyyətlidir; inşallah, bu barədə danışacağam.

366
00:40:48,820 --> 00:40:54,510
Əlbəttə ki, bu sahədə maarifləndirmə işi aparmaq lazımdır:

367
00:40:55,110 --> 00:41:03,340
kimisə günahlandırmadan, ittiham etmədən, konkret nümunə göstərmədən

368
00:41:04,200 --> 00:41:11,650
xalqı maarifləndirmək lazımlı bir şeydir. Baxın, Qurani-Kərim müxaliflərə,

369
00:41:12,400 --> 00:41:18,970
o dövrün yəhudilərinə xitabən, onlara irad tutaraq belə deyir:

370
00:41:18,970 --> 00:41:24,650
“Nə üçün bilə-bilə haqqa yalan donu geydirir və doğrunu gizlədirsiniz?” (“Ali-İmran” surəsi, 71-ci ayə)

371
00:41:26,800 --> 00:41:37,680
Quranın onlara tutduğu ən böyük iradlardan biri budur ki, “siz haqla batili qarışdırır, səhv salırsınız”.

372
00:41:37,940 --> 00:41:44,880
«لبس» – “səhv” mənasındadır, «تَلبِسونَ» – səhv salırsınız, haqla batili qarışdırırsınız deməkdir.

373
00:41:45,050 --> 00:41:53,680
– haqqı gizlədirsiniz. Həqiqəti açıqlamaq, bəyan etmək lazımdır və bu da bizim vəzifəmizdir.

374
00:41:54,820 --> 00:42:01,450
Əziz qardaşlar! Bu gün olduqca həssas bir dövrdür, son dərəcə həssas bir mərhələni yaşayırıq.

375
00:42:03,250 --> 00:42:15,310
İslam İnqilabına qarşı genişmiqyaslı bir cəbhə, ardıcıl iş aparan bir aparat fəaliyyətdədir.

376
00:42:15,910 --> 00:42:21,370
Pul xərcləyir, silah tədarük edir, çirkin planlar qururlar;

377
00:42:21,740 --> 00:42:27,170
öz sözləri ilə desək, beyin mərkəzləri var, daim işləyir.

378
00:42:28,420 --> 00:42:33,000
Səbəb isə odur ki, təhlükə hiss edirlər. Haqlıdırlar da,

379
00:42:33,250 --> 00:42:35,000
doğrudan da, təhlükə hiss etməlidirlər,

380
00:42:35,170 --> 00:42:43,050
çünki islami məfkurə İran İslam Respublikasının hüdudlarını aşıb,

381
00:42:43,940 --> 00:42:49,140
yayılıb. Özü yayılıb. Mən dəfələrlə buna misal çəkmişəm, demişəm ki, bu, xoş bir rayihəyə,

382
00:42:49,370 --> 00:42:55,600
ürəkaçan səhər mehinə, qızılgül ətrinə bənzəyir. Qızılgülün ətrini bağda tutub saxlaya bilməzsən ki!

383
00:42:56,110 --> 00:42:59,110
Gəlir, ətrafa yayılır.

384
00:42:59,620 --> 00:43:04,310
İnqilabi ideyalar,

385
00:43:04,740 --> 00:43:14,220
əsl İslam məfkurəsi, təkcə danışan,

386
00:43:14,370 --> 00:43:21,770
müqəddəs bir şey kimi üzdə hörməti olan,

387
00:43:21,880 --> 00:43:29,940
lakin təlimlərinə qətiyyən əməl edilməyən İslam yox, hakimiyyətdə olan, cəmiyyətin quruculuğuna, cəmiyyətin nizamına təsir göstərə bilən İslam da belədir.

388
00:43:30,400 --> 00:43:36,480
Bu gün bu məfkurə İslam dünyasında yayılıb

389
00:43:37,400 --> 00:43:44,310
və yerlərdə güclü, sınaqdan çıxmış insanlar yetişdirib.

390
00:43:44,570 --> 00:43:49,310
Buna görə də onlar təhlükə hiss edirlər. Özləri də bu nəhəng

391
00:43:50,280 --> 00:43:55,110
və genişmiqyaslı islami hərəkatın ocağının İran İslam Respublikası olduğunu,

392
00:43:55,340 --> 00:44:01,000
buranı siyasi-ideoloji cəhətdən bombardman etmək lazım olduğunu düşünür və bunu həyata keçirirlər.

393
00:44:01,450 --> 00:44:05,540
Cürbəcür işlər görürlər: pul xərcləyirlər, planlar qururlar,

394
00:44:05,740 --> 00:44:13,370
müxtəlif səviyyədə diplomatik görüşlər keçirirlər ki, “İslam Respublikası ilə, müsəlman İranı ilə nə edək?”

395
00:44:13,970 --> 00:44:19,080
İmkanları çatan hər işi də görürlər – xəbərimiz var;

396
00:44:19,740 --> 00:44:24,310
yəni bu dediklərim təhlil deyil, dəqiq informasiyadır –

397
00:44:24,770 --> 00:44:34,850
daxili provokasiyalara əl atır, etnik qrupları təhrik edir, pullar xərcləyir, əxlaqsızlığı yaymağa çalışırlar.

398
00:44:34,940 --> 00:44:40,740
Yol tapıb ölkəyə nüfuz edə bilmək üçün cürbəcür işlərə əl atırlar.

399
00:44:40,910 --> 00:44:47,220
Buna diqqət yetirmək lazımdır, bu olduqca əhəmiyyətlidir.

400
00:44:47,420 --> 00:44:52,480
Amerikalılar ölkəmizdə baş tutacaq seçkilərə tamah gözünü dikib;

401
00:44:52,740 --> 00:44:58,650
onlar İranda dəyişikliklərin olmasını istəyir. Bunu biz də istəyirik.

402
00:44:58,910 --> 00:45:04,910
Mən dəfələrlə demişəm ki, cəmiyyət durğun vəziyyətdə qala bilməz,

403
00:45:04,910 --> 00:45:07,940
irəli getməli, dəyişməli, dəyişikliklərə nail olmalıyıq.

404
00:45:07,940 --> 00:45:12,600
İntəhası bizim arzuladığımız dəyişikliklər mükəmməl formada islamlaşmaya aparan dəyişikliklərdir.

405
00:45:12,740 --> 00:45:18,540
Bu gün bizim adımız müsəlman dövləti olsa da, tam islamlaşmağımıza hələ çox var.

406
00:45:18,680 --> 00:45:23,140
Peyğəmbəri-Əkrəmin (s) İslam cəmiyyəti üçün müəyyən etdiyi,

407
00:45:23,480 --> 00:45:28,820
nəzərdə tutduğu hədəflərə günü-gündən daha da yaxınlaşmaq üçün

408
00:45:35,910 --> 00:45:40,310
daim, ardıcıl şəkildə irəli getməliyik; çalışıb-vuruşmalıyıq.

409
00:45:40,310 --> 00:45:44,850
Dəyişikliklərin vacib olduğuna biz də inanırıq, amma onların arzuladığı dəyişikliklər bizimkilərə ziddir.

410
00:45:45,310 --> 00:45:51,600
Onların İran üçün istədiyi dəyişikliklər budur ki, biz qarşıya qoyduğumuz hədəflərdən durmadan uzaqlaşaq;

411
00:45:52,110 --> 00:45:56,510
nə qədər yaxınlaşmışıqsa, bir o qədər uzaqlaşaq, daim geri gedək

412
00:45:56,680 --> 00:45:58,420
və onların istədiyi səmtə yönələk.

413
00:45:58,570 --> 00:46:03,250
Ölkəmizin daxilində gedən bütün proseslərə tamah gözünü dikiblər;

414
00:46:03,250 --> 00:46:10,140
burda iki nəfər üzdə olan, tanınmış adamın bir-biri ilə fikir ayrılığı olanda o saat tamahlanırlar;

415
00:46:10,420 --> 00:46:15,220
o cümlədən seçkilərə də; seçkilərə də tamah gözünü dikiblər.

416
00:46:15,710 --> 00:46:20,600
İran xalqı düşmənə rəğmən,

417
00:46:21,510 --> 00:46:26,940
istər qarşıda gələn seçkilərdə, istərsə də digər əhəmiyyətli ictimai proseslərdə

418
00:46:27,050 --> 00:46:32,140
düşmənin istədiyinin tam əksinə hərəkət edərək onun ağızından vurmalıdır.

419
00:46:55,940 --> 00:47:01,370
Yaxşı, hələlik bu qədər bəsdir; inşallah, ömür vəfa etsə,

420
00:47:01,880 --> 00:47:07,220
fürsət olsa, güc və imkanımız çatsa, hələ seçki barədə

421
00:47:07,710 --> 00:47:11,220
əziz xalqımıza deyiləsi sözlərim var, bu barədə yenə də danışacağam.

422
00:47:11,650 --> 00:47:15,710
Ümidvarıq, Allah-taala bizi namazqılanlardan sayar.

423
00:47:16,910 --> 00:47:19,970
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.