1
00:00:09,970 --> 00:00:12,310
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:12,420 --> 00:00:15,050
و الحمد لله ربّ العالمين

3
00:00:19,140 --> 00:00:22,820
و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

4
00:00:33,420 --> 00:00:37,510
Əziz qardaşlar, bacılar, çox xoş gəlmisiniz!

5
00:00:39,420 --> 00:00:47,340
Çox önəmli bir işin zəhmətini çəkən insanların

6
00:00:48,280 --> 00:00:53,820
iştirak etdiyi bu səmimi, istiqanlı toplum,

7
00:00:54,400 --> 00:00:57,200
doğrudan da, mübarək bir toplumdur.

8
00:00:57,570 --> 00:01:07,650
Ümidvaram ki, inşallah, Uca Yaradan sizin hamınıza, ayrı-ayrılıqda hər birinizə Öz lütf və mərhəmət nəzəri ilə

9
00:01:07,740 --> 00:01:19,050
diqqət göstərəcək və öhdənizə düşən bu böyük işi yerinə yetirməkdə –

10
00:01:21,020 --> 00:01:29,310
cənab Cənnətinin ürək sözlərində də müəyyən qədər buna toxunuldu –

11
00:01:30,540 --> 00:01:35,910
inşallah, sizə yardımçı olacaq, qolunuza qüvvət verəcək.

12
00:01:38,420 --> 00:01:42,250
İmam Əskərinin (ə) mövludu münasibətilə də sizi təbrik edirəm;

13
00:01:44,280 --> 00:01:52,850
imamımızın, rəhbərimizin, ağamızın və öndərimizin (Ruhlarımız ona fəda olsun!) böyük atası.

14
00:01:55,510 --> 00:02:02,510
Həmçinin sizi bəhmən ayının başlaması münasibətilə də təbrik edirəm;

15
00:02:03,220 --> 00:02:13,110
bəhmən ayı bizə iftixar qazandırmış bir aydır, İran xalqının tarixində nəhəng bir dəyişikliyin baş verdiyi aydır,

16
00:02:15,370 --> 00:02:25,450
böyük olaylar ayıdır; inşallah, bu ayla, bu ayda baş vermiş hadisələrlə qürur duymağı,

17
00:02:25,570 --> 00:02:31,650
iftixar hissi keçirməyi özümüz üçün ləyaqət bilək.

18
00:02:34,650 --> 00:02:39,370
Seçki ilə bağlı bir-iki kəlmə demək istəyirəm.

19
00:02:40,800 --> 00:02:50,910
Cənab Cənnəti də – Allah onu qorusun, varlığını və nailiyyətlərini davamlı etsin –

20
00:02:51,480 --> 00:03:01,540
çox hörmətli və zəhmətkeş bir insan olan Daxili İşlər Nazirimiz cənab Rəhmanifəzli də müəyyən məqamlara toxundular.

21
00:03:01,940 --> 00:03:09,480
Onların qeyd etdiyi məsələlər hamısı çox yaxşı, dəqiq və önəmli idi.

22
00:03:09,820 --> 00:03:12,800
Mən də bir neçə cümlə deyəcəyəm –

23
00:03:14,370 --> 00:03:22,450
bu barədə bundan əvvəl də danışmışıq, ömür vəfa etsə, bundan sonra da hələ vaxt var, deyəcəyik –

24
00:03:22,800 --> 00:03:30,140
sonda əgər vaxtımız olsa, bir neçə cümlə də bu son məsələ –

25
00:03:30,140 --> 00:03:36,200
əldə edilmiş razılaşma, Birgə Kompleks Tədbirlər Planı haqda qeyd edəcəyəm.

26
00:03:39,170 --> 00:03:45,250
Seçki məsələsində bir şeyə diqqət yetirək ki, seçkilər bir rəqabətdir,

27
00:03:45,540 --> 00:03:51,710
ölkə vətəndaşları arasında keçirilən ümummilli bir marafondur.

28
00:03:53,710 --> 00:04:02,220
Bu müsabiqə yaxşı, yüksək səviyyədə və sağlam atmosferdə keçirilsə,

29
00:04:03,420 --> 00:04:11,280
iştirakçı komandalar arasından hansının qalib gəlməyindən asılı olmayaraq, qələbə iftixarı federasiyaya aid olacaq.

30
00:04:12,280 --> 00:04:18,800
Belə olur da; idmanda komandalar yaxşı oynayanda

31
00:04:20,450 --> 00:04:26,420
A, B, yaxud C komandasının qələbə çalmasından asılı olmayaraq,

32
00:04:26,770 --> 00:04:34,820
federasiya onların güclü və sağlam oyunu ilə öyünür. Seçkilər də eynilə belədir;

33
00:04:36,370 --> 00:04:47,110
İran xalqı güclü bir şəkildə, yüksək səviyyədə, əzm və qətiyyətlə meydana girib

34
00:04:48,940 --> 00:04:56,710
seçki qutularını öz səsləri və əzmi ilə doldursa,

35
00:04:59,200 --> 00:05:05,770
bununla öyünən İran olacaq, İslam Respublikası olacaq, dövlətimiz iftixar duyacaq;

36
00:05:06,850 --> 00:05:16,370
kim udub, kim uduzsa da. Əslində, bu məsələdə xalq üçün udub-uduzmaq yoxdur;

37
00:05:16,650 --> 00:05:23,680
istənilən halda qalib çıxan xalqımızdır. Seçki ilə bağlı mühüm məqamlardan biri budur.

38
00:05:27,250 --> 00:05:33,080
Yaxşı, bəs sağlam mühitdə keçən yarış, sağlam rəqabət nədir?

39
00:05:35,050 --> 00:05:41,280
Sağlam rəqabət budur ki, hamı yaxşı oynasın, hamı lazımınca davransın.

40
00:05:41,510 --> 00:05:48,450
Bunun birinci şərti isə, qeyd etdiyimiz kimi, kütləvi surətdə, hamılıqla iştirakdır; hamı seçkilərə gəlməlidir.

41
00:05:50,000 --> 00:05:55,020
Mən bundan əvvəlki söhbətimdə də üzümü əhalimizə tutaraq demişdim ki,

42
00:05:56,110 --> 00:06:02,880
ola bilsin, hətta kimlərinsə İslam Respublikası rejimi ilə problemi var;

43
00:06:03,620 --> 00:06:07,400
ölkənin təhlükəsizliyi ilə də problemləri yoxdur ki,

44
00:06:08,680 --> 00:06:13,110
ölkənin iqtidarı ilə də problemləri yoxdur ki?!

45
00:06:14,800 --> 00:06:23,140
Bu gün ölkənin təhlükəsizliyini qoruyan bu rejimdir, ölkənin inkişafını sürətləndirən bu rejimdir,

46
00:06:24,280 --> 00:06:32,800
xalqa nüfuz qazandıran bu rejimdir. Bunları ki inkar etmək mümkün deyil, bunlar ki xoşlarına gəlir?!

47
00:06:34,370 --> 00:06:40,940
Elə isə İrana və İran insanına nüfuz və başucalığı qazandırmaq,

48
00:06:42,310 --> 00:06:46,340
milli təhlükəsizliyin davamlılığını təmin etmək,

49
00:06:47,770 --> 00:06:54,200
Allaha şükürlər olsun ki, İslam İnqilabının əvvəllərindən başlayıb bu günə qədər davam edən inkişafımızı

50
00:06:54,420 --> 00:07:00,480
qarant altına almaq üçün bu meydana qoşulsunlar; məhz bunların naminə seçkiyə qatılmaq lazımdır. Hamı seçkidə iştirak etməlidir.

51
00:07:02,710 --> 00:07:11,940
Əlbəttə, məhz Allahın razılığı naminə, şəri vəzifəsini yerinə yetirmək üçün seçkiyə qatılan insanlar

52
00:07:12,110 --> 00:07:19,910
savab qazanmaqdan əlavə, başqa bir böyük nailiyyət də əldə edirlər ki,

53
00:07:20,080 --> 00:07:32,140
bu da Allahın razılığıdır, Yaradanın rizasıdır. Birinci şərt budur:

54
00:07:32,140 --> 00:07:38,620
hamı seçkiyə qatılsın və bunu yüksək, optimist ruhiyyə ilə etsin. Mən sizə deyim ki, elə belə də olur.

55
00:07:40,600 --> 00:07:46,450
Xalqımızı ki biz o cür görmüşük, o gözüaçıqlıq və sayıqlığı ki bu xalq nümayiş etdirib,

56
00:07:47,200 --> 00:07:55,770
Allahın köməyi ilə, Allahın izni ilə, Allahın mənəvi dəstəyi ilə, inşallah, əziz xalqımız seçkidə yüksək səviyyədə iştirak edəcək.

57
00:07:57,910 --> 00:08:05,970
Bir qrup adam belə plan qurub ki, seçkiyə gəlməməklə,

58
00:08:06,140 --> 00:08:13,200
seçkini baykot etməklə və ya zəiflətməklə – bu barədə də az sonra danışacağam –

59
00:08:14,020 --> 00:08:20,420
İslam Respublikasını pis vəziyyətdə qoysunlar; belə bir tələ qurublar.

60
00:08:21,420 --> 00:08:28,620
Lakin xalqımız belə yaramaz planlar, tələlər qarşısında

61
00:08:29,370 --> 00:08:33,600
bu işin öhdəsindən layiqincə gələ bildiyini göstərib, bu gün də göstərəcək.

62
00:08:58,600 --> 00:09:07,400
Bu, mənim qeyd etmək istədiyim birinci məsələ; hansı ki bütün dövrlərdə seçki ilə bağlı ən vacib xatırlatmam bu olub, indi də budur:

63
00:09:07,600 --> 00:09:11,340
xalqın hamılıqla və yüksək ruhlu iştirakı.

64
00:09:12,080 --> 00:09:22,140
Seçkinin, bu rəqabətin sağlamlığını təmin edən, qarant altına alan ikinci məsələ

65
00:09:22,570 --> 00:09:31,940
budur ki, insanlar seçkidə sayıq və məlumatlı surətdə, düşünüb götür-qoy edərək iştirak etməli və ən layiqli namizədlərə səs verməlidirlər.

66
00:09:32,650 --> 00:09:41,250
Elə insanları seçməlidirlər ki, onlar gedib o vəzifə kreslosunda oturanda – hansı qurumda olursa-olsun;

67
00:09:42,110 --> 00:09:49,220
istər Xubriqan Məclisi,

68
00:09:49,650 --> 00:09:57,800
istər parlament, istərsə də ölkə prezidentliyi –

69
00:09:58,200 --> 00:10:05,220
ölkəni problem və bəlalardan qoruya bilsinlər,

70
00:10:07,450 --> 00:10:17,000
özlərini bütünlüklə xalqın mənafeyinə xidmətə həsr etsinlər, ölkəni düşmənə satmasınlar,

71
00:10:18,620 --> 00:10:25,420
ona-buna üzgördülük edib ölkənin mənafeyini ayaq altına atmasınlar;

72
00:10:25,510 --> 00:10:29,250
belə insanları seçmək lazımdır. Bax bu, yaxşı bir seçki olar.

73
00:10:31,250 --> 00:10:36,400
Bəli, mən demişəm, bir daha deyirəm ki,

74
00:10:37,080 --> 00:10:42,970
hətta hakim rejimi qəbul etməyən şəxslər belə, gəlib seçkidə iştirak etməli, səs verməlidirlər,

75
00:10:43,220 --> 00:10:48,800
amma bu o demək deyil ki, onlar da rejimi qəbul etməyən birini parlamentə göndərmək istəsinlər.

76
00:10:50,140 --> 00:10:58,250
Dünyanın heç bir yerində belə şey yoxdur ki, hakim rejimi qəbul etməyən insanların seçkiyə qatılmasına müsbət yanaşılsın, onlar da desin ki,

77
00:10:58,310 --> 00:11:04,880
“lap yaxşı, onda qoyun mən də özüm kimi rejimi qəbul etməyən birinə səs verim”; bunun mənası yoxdur.

78
00:11:05,080 --> 00:11:10,250
Dünyanın heç bir yerində bilavasitə hakim rejimin özünü qəbul etməyən insanlar üçün

79
00:11:10,820 --> 00:11:16,600
mühüm qərarların qəbul olunduğu hökumət strukturlarına yaşıl işıq yandırmırlar.

80
00:11:17,480 --> 00:11:22,710
Hətta elə yerlər var ki, cüzi bir ittihamla insanları seçkidən kənarlaşdırırlar.

81
00:11:22,970 --> 00:11:29,820
Elə bu gün özünü azadlıq və sairənin simvolu kimi təqdim edən Amerikanın özündə

82
00:11:29,820 --> 00:11:34,620
bəzi sadəlövh insanlar da buna inanıb bu fikri yayır

83
00:11:35,220 --> 00:11:42,740
dünyada solçu cərəyanın mövcud olduğu dövrdə – əlbəttə ki, indi bu, artıq aktual deyil

84
00:11:43,680 --> 00:11:52,020
– səsləndirdiyi fikirlərdə, misal üçün, sosializm iqtisadiyyatı ideyalarına azacıq meyil hiss olunduğuna görə

85
00:11:52,450 --> 00:11:59,050
insanları ittiham edərək qətiyyətlə rədd edir, kənarlaşdırırdılar.

86
00:12:01,450 --> 00:12:07,850
O insanlar kommunist deyildi, kommunizmə inanmırdı, sosialist ideologiyanın da daşıyıcı deyildi,

87
00:12:08,250 --> 00:12:15,220
buna baxmayaraq, iqtisadi məsələlərlə bağlı fikirlərində sosializmə sarı cüzi bir xətt özünü göstərdiyi üçün uzaqlaşdırılırdılar;

88
00:12:15,940 --> 00:12:20,910
elə bir yerdə ki, orada azadlıqdan, demokratiyadan və daha nələrdən danışılır,

89
00:12:21,800 --> 00:12:27,340
bizə etiraz edirlər ki, “sizdə niyə Keşikçi Şura kimi bir qurum var?” Utanmazlar!

90
00:12:30,850 --> 00:12:38,340
Odur ki bizim parlamentdə yalnız hakim rejimi, ölkənin mənafeyini,

91
00:12:38,450 --> 00:12:45,940
ölkənin əsas prinsip və dəyərlərini dəstəkləyən, təmin etməyə,

92
00:12:45,940 --> 00:12:50,820
daha da gücləndirməyə çalışan insanların təmsil olunmasını istəməyimiz bütövlükdə xalqın haqqıdır.

93
00:12:51,770 --> 00:12:58,710
Seçkiyə, seçkinin sağlam şəraitdə baş tutmasına bu da öz təsirini göstərir.

94
00:12:59,820 --> 00:13:03,510
Daha bir mühüm məqam var: qanuna hamı tabe olmalıdır.

95
00:13:03,650 --> 00:13:10,370
Çıxış edən möhtərəm cənablar: həm cənab Cənnəti (Allah onu qorusun!),

96
00:13:10,510 --> 00:13:17,600
həm cənab Rəhmanifəzli qanunun aliliyi məsələsini vurğuladılar, bu, mənim çox xoşuma gəldi. Mən bunu daim tövsiyə edirəm,

97
00:13:18,910 --> 00:13:24,850
seçki orqanlarının rəsmilərinin diqqətinə daim bunu çatdırır,

98
00:13:25,310 --> 00:13:32,370
vurğulayıram ki, ayağınızı cızıqdan kənara qoymayın. Həmin cızıq isə qanundur;

99
00:13:32,880 --> 00:13:35,680
qanun. Qanunun tələblərinə riayət etmək lazımdır.

100
00:13:35,910 --> 00:13:42,420
Hüquqi qurumlara qarşı hörmətsizliyə yol verilməməlidir; buna diqqət yetirin.

101
00:13:44,110 --> 00:13:55,620
Müəyyən vəzifə daşıyan bir hüquqi quruma əsassız böhtanlar atılmamalı, yaxud təhqirlərə yol verilməməlidir.

102
00:13:55,850 --> 00:13:59,220
Hüquqi qurum hüquqi funksiya daşıyır; o demək deyil ki, səhvə yol verə bilməz;

103
00:13:59,480 --> 00:14:08,170
hər kəs kimi, nöqsan və səhvlərlə dolu olan bu həqir bəndənin özü kimi, hər bir hüquqi qurum da səhvə yol verə bilər,

104
00:14:08,970 --> 00:14:16,650
amma bu o demək deyil ki, biz həmin qurumu təhqir edə,

105
00:14:16,970 --> 00:14:23,170
ictimaiyyət arasında, apardığımız təbliğatda, çıxışlarımızda aşağılaya bilərik. Yox,

106
00:14:23,770 --> 00:14:27,600
buna yol verilsə, hərc-mərclik baş alıb gedəcək.

107
00:14:27,940 --> 00:14:34,020
Sənin siyasi düşüncən bir cürdür, filan hüquqi strukturu təhqir edəsən,

108
00:14:34,200 --> 00:14:38,820
başqasının siyasi əqidəsi bir başqadır, sənin bağlı olduğun

109
00:14:39,140 --> 00:14:44,600
hüquqi qurumu təhqir edə; bu yaxşıdır? Belə şeylərə başlamaq lazım deyil.

110
00:14:46,710 --> 00:14:53,340
İctimaiyyət arasında “Məlum deyil nə olacaq”, “Nə bilirik nə olacaq” kimi fikirlərlə narahatlıq, çaşqınlıq yaratmaq da lazım deyil.

111
00:14:54,600 --> 00:14:58,540
Bu, çox yanlış bir hərəkətdir. Mən bu barədə əvvəllər də xəbərdarlıq etmişəm;

112
00:14:59,280 --> 00:15:04,020
qoyun camaat həvəslə, zövqlə, sevinclə seçkiyə getsin;

113
00:15:04,110 --> 00:15:08,480
necə ki elə reallıq da belədir, camaat bu əhval-ruhiyyədədir.

114
00:15:10,250 --> 00:15:16,820
İctimaiyyətdə təşviş yaratmaq çox səhv bir hərəkətdir; xalqı seçkiyə qarşı pessimist ruha kökləməsinlər.

115
00:15:18,110 --> 00:15:23,020
Namizədlər də bir-birini təhqir etməməlidir;

116
00:15:23,370 --> 00:15:29,880
tutalım, biri namizəddir, özünü hər cəhətdən çox layiqli namizəd hesab edir

117
00:15:30,140 --> 00:15:34,570
lap yaxşı, nə qədər istəyir, özünü tərifləsin,

118
00:15:35,970 --> 00:15:40,400
amma rəqiblərini təhqir etməsin, rəqiblərinə böhtan atmasın,

119
00:15:40,540 --> 00:15:47,820
onların qeybətini etməsin. “Böhtan” kiminsə haqqında reallığa zidd olan şeyləri dilə gətirib danışmaqdır,

120
00:15:48,080 --> 00:15:54,710
qeybət isə kimdəsə, həqiqətən də, olan eyibləri açıb-tökməkdir; qeybət etmək də lazım deyil.

121
00:15:57,710 --> 00:16:05,850
Demək, bu da seçkinin sağlam şəraitdə baş tutması üçün bir meyardır, vəzifədir.

122
00:16:06,020 --> 00:16:12,220
Namizədlər seçicilərlə görüşəndə imkan dairəsi, gücü,

123
00:16:12,370 --> 00:16:20,140
səlahiyyəti çərçivəsində olan şeylərdən danışsınlar; xalq da baxsın, xoşu gəlsə, o adama səs versin,

124
00:16:20,140 --> 00:16:23,080
xoşu gəlməsə, verməsin; bax bu, sağlam seçki olar.

125
00:16:23,220 --> 00:16:29,110
Namizədlər insanlara qeyri-real vədlər verməməlidir; bəzi namizədlər

126
00:16:29,450 --> 00:16:33,710
seçicilərə elə vədlər verir ki, həmin işin əllərindən gəlməyəcəyini özləri də bilirlər.

127
00:16:34,020 --> 00:16:37,680
O vədi yerinə yetirə bilməyəcəksənsə, xalqa niyə söz verirsən?

128
00:16:37,850 --> 00:16:42,800
Reallaşmayacağını yaxşı bildiyin bir şeylə camaatı niyə ümidləndirirsən?

129
00:16:43,220 --> 00:16:46,000
Bəzən də qeyri-qanuni vədlər verirlər!

130
00:16:46,170 --> 00:16:50,540
“Filan işi görəcəyik!” – deyirlər, halbuki bunun qanuna zidd olduğunu bilirlər;

131
00:16:50,540 --> 00:16:53,650
ya Konstitusiyaya ziddir, ya adi qanunvericiliyə.

132
00:16:54,480 --> 00:16:59,910
Bu kimi vədlər də verməsinlər; qanunsuz şüarlar səsləndirməsinlər.

133
00:17:00,310 --> 00:17:08,450
Camaatla dürüst davranmaq lazımdır; bizim insanlarımız hamısı

134
00:17:08,680 --> 00:17:12,820
dürüstlüyü hiss edir, anlayır.

135
00:17:14,020 --> 00:17:20,820
Biz dürüst davranmırıqsa, kimlərsə bir hovurluq, bir anlıq

136
00:17:21,110 --> 00:17:27,170
çaşa bilər, amma sonra həqiqət aydınlaşacaq.

137
00:17:28,250 --> 00:17:33,280
Camaatla dürüst davranmaq, onlara düzünü demək lazımdır.

138
00:17:35,170 --> 00:17:43,000
Sağlam seçkinin mütləq etik qaydalarından biri də budur.

139
00:17:43,800 --> 00:17:51,710
Bəzilərində belə bir adət də yaranıb ki, elə durmadan: “Radikallar, radikallar”, – deyə təkrarlayırlar;

140
00:17:52,200 --> 00:17:59,140
radikallıq və passivlik – ifrat və təfrit – hər ikisi pisdir, bunu hər kəs bilir,

141
00:17:59,710 --> 00:18:03,650
amma radikallıq nədir, passivlik nədir,

142
00:18:04,140 --> 00:18:08,600
bu ikisi arasında orta xətt hansıdır – bunlar o qədər də aydın,

143
00:18:08,800 --> 00:18:13,570
dəqiq müəyyən olunmuş məsələlər deyil, burada izaha, ehtiyac var.

144
00:18:14,880 --> 00:18:20,020
Bunu ona görə deyirəm ki, bizə bir çox xəbərlər gəlib çatır;

145
00:18:20,450 --> 00:18:25,570
qəzetlərə, mətbuatda gedən cürbəcür yazılara da baxanda görürsən ki,

146
00:18:25,770 --> 00:18:31,510
bəziləri “radikallar” deyəndə mömin, islamçı cərəyanı nəzərdə tuturlar. Xeyr,

147
00:18:32,650 --> 00:18:39,770
mömin, inqilabi cərəyanı, Allah yolunda çalışıb-vuruşmağa hazır olan gəncləri radikallıqda ittiham etməyin.

148
00:18:40,000 --> 00:18:46,600
Onlar hər an bütün varlığı ilə, saf niyyətlə meydanlara atılmağa hazır olan insanlardır;

149
00:18:46,710 --> 00:18:53,850
sərhədlərimizi, milli heysiyyətimizi müdafiə etmək,

150
00:18:54,280 --> 00:18:59,370
canından, qanından keçmək lazım gəldiyi yerdə də meydana atılan məhz onlar olur.

151
00:19:22,450 --> 00:19:28,940
Hansısa xoşagəlməz, qəbuledilməz olaya görə –

152
00:19:29,110 --> 00:19:36,400
Ərəbistan səfirliyinə edilən hücum kimi; əlbəttə, bu, çox pis bir hərəkət idi,

153
00:19:37,220 --> 00:19:45,910
yanlış idi, kim tərəfindən həyata keçirildiyinə baxmayaraq, səhv bir iş idi – Bu gənclər

154
00:19:46,600 --> 00:19:55,880
həm inqilabi ideyaların daşıyıcısıdırlar – belə ki mən onlarla həm yaxından, həm də uzaqdan kifayət qədər ünsiyyətdə oluram –

155
00:19:56,280 --> 00:20:03,650
– həm də əksər hallarda dərk, düşüncə səviyyələri, təhlil qabiliyyətləri yaşca onlardan böyük olan bəzi insanlardan daha üstündür,

156
00:20:03,910 --> 00:20:08,820
daha yaxşı anlayır, daha yaxşı təhlil edir, məsələlərin mahiyyətini daha yaxşı müəyyənləşdirirlər,

157
00:20:09,400 --> 00:20:14,250
inqilabın, İslamın aşiqidirlər.

158
00:20:14,940 --> 00:20:22,420
Mömin insanları, inqilabi ideyaların daşıyıcısı olan gəncləri haradasa hansısa pis, xoşagəlməz olay baş verib deyə sıxışdırmaq, zəiflətmək olmaz.

159
00:20:22,770 --> 00:20:29,600
Bəli, Ərəbistan səfirliyinə edilən hücum pis, yanlış bir hərəkət idi – bu ki heç – bir neçə il öncə İngiltərə səfirliyinə edilən hücum da

160
00:20:30,310 --> 00:20:36,200
mənim acığıma gəlmişdi. Bu kimi əməllər əsla qəbuledilməzdir,

161
00:20:36,370 --> 00:20:42,220
Bu kimi əməllər əsla qəbuledilməzdir, olduqca pis hallardır, ölkənin, İslamın, hər kəsin ziyanınadır,

162
00:20:42,940 --> 00:20:49,340
amma bütün bunları bizim inqilabçı gənclərimizə təzyiq göstərmək üçün əldə bəhanə etmək lazım deyil.

163
00:20:51,110 --> 00:20:54,880
Bu da mühüm məsələlərdən biridir.

164
00:20:55,110 --> 00:21:02,340
Odur ki, cənab Cənnətinin də tamamilə doğru olaraq qeyd etdiyi kimi, seçkilər böyük bir nemət və şansdır;

165
00:21:03,310 --> 00:21:06,880
bu böyük nemətə görə şükür etmək lazımdır.

166
00:21:07,620 --> 00:21:12,740
Şükrü isə bundan ibarətdir ki, biz hamımız hansı mövqedə olmağımızdan asılı olmayaraq

167
00:21:13,200 --> 00:21:21,540
seçkini layiqincə, sağlam şəkildə keçirməyə çalışaq, davranışlarımızla, səsləndirdiyimiz fikirlərlə,

168
00:21:21,910 --> 00:21:27,770
düşünülməmiş söhbətlərlə – kənar-bucaqda bəzən belə şeylər eşitmək olur –

169
00:21:28,220 --> 00:21:37,400
bu böyük əməlin, bu böyük hərəkatın, bu böyük iftixarın korlanmasına imkan verməyək;

170
00:21:37,710 --> 00:21:41,050
diqqətimiz bunda olsun; çox böyük bir hadisədir.

171
00:21:41,600 --> 00:21:48,970
Sizlər də bu böyük işin təşkilinə cavabdeh olan, onu həyata keçirən rəhbər işçilərsiniz; bəli, zəhməti çoxdur,

172
00:21:49,710 --> 00:21:56,340
problemləri çoxdur, gözləntilər çoxdur, bəzən

173
00:21:56,910 --> 00:22:00,600
hansı vəzifəni tutmağınızdan asılı olmayaraq əsassız ittihamlara da tuş gəlirsiniz;

174
00:22:00,800 --> 00:22:04,540
istər seçkinin həyata keçirildiyi orqanlar olsun, istər nəzarət strukturları,

175
00:22:04,650 --> 00:22:10,800
istər DİN, istərsə də Keşikçi Şurada.

176
00:22:10,970 --> 00:22:17,080
Bütün bunlar var, amma bilin ki, Allah dərgahında əcriniz həddən artıq çoxdur, çünki bu iş çox böyük bir işdir.

177
00:22:17,250 --> 00:22:23,020
Böyük bir işlə məşğul olduğunuza görə də – əgər inşallah, niyyətiniz Allaha bağlıdırsa,

178
00:22:23,110 --> 00:22:29,110
dini, inqilabi vəzifənizi yerinə yetirmək niyyəti ilə bunu edirsinizsə – Allah-taalanın dərgahında əcriniz böyükdür.

179
00:22:29,250 --> 00:22:36,220
Odur ki bu işin ağırlığından, bu yolun çətinliyindən qorxmayın

180
00:22:36,340 --> 00:22:40,200
və öhdənizə düşən işi ən yüksək səviyyədə yerinə yetirin. Bu, seçki barədə.

181
00:22:42,740 --> 00:22:49,450
Birgə Kompleks Tədbirlər Planına gəlincə; bu da bir hadisə idi; böyük və önəmli də bir hadisə idi.

182
00:22:50,650 --> 00:22:58,850
İnsafən, çox zəhmət çəkdilər. Düzdür, bütün istədiklərimizə nail olunmadı,

183
00:22:59,850 --> 00:23:05,650
amma İslam Respublikasının şərtlərindən nə qədəri təmin olunubsa da, insafla demək lazımdır ki,

184
00:23:06,910 --> 00:23:13,600
bunda əziz qardaşlarımız – möhtərəm Xarici İşlər Naziri, danışıqlarda təmsil olunan komanda

185
00:23:13,740 --> 00:23:19,510
və şəxsən ölkə başçısı çox zəhmət çəkiblər. Mən görürdüm:

186
00:23:20,680 --> 00:23:27,740
daim gərgin işləyirdilər, düşünürdülər, prosesləri izləyirdilər,

187
00:23:27,970 --> 00:23:34,280
uzun-uzadı iclaslar keçirirdilər, narahatlıq, yuxusuzluq və sair içində idilər. İnşallah, Allah-taala onların hamısının əcrini verər,

188
00:23:34,850 --> 00:23:41,000
gördükləri iş Uca Yaradan tərəfindən təqdir olunar, qiymətləndirilər; bu, öz yerində.

189
00:23:41,110 --> 00:23:50,850
Lakin bir qrup adam məsələni belə qələmə verməyə çalışır ki, guya bu gün üçün qazanılmış nailiyyətlər,

190
00:23:51,400 --> 00:23:56,970
məsələn, sanksiyaların ortadan qaldırılması Amerikanın jestidir, lütfkarlığının nəticəsidir; halbuki belə deyil.

191
00:23:58,170 --> 00:24:05,800
Bir qrur adam fürsətdən istifadə edib, mənfur imperializmi gözəl, xoşagələn simada təqdim etməyə çalışır;

192
00:24:06,480 --> 00:24:11,570
bu çox təhlükəlidir. Nə jest?

193
00:24:12,800 --> 00:24:16,710
Tutalım siz zəhmət çəkib, pul yığıb bir ev almısınız;

194
00:24:17,200 --> 00:24:24,250
məhəllənin qoçusu gəlib evinizin açarlarını zorla sizdən alır, misal üçün, evinizin yarısını ələ keçirir

195
00:24:24,910 --> 00:24:29,340
və sizə təzyiq göstərir. Daha sonra siz çalışıb, zəhmət çəkib,

196
00:24:30,170 --> 00:24:36,770
ağlınızı işlədib, güc sərf edib, əliniz çatan hər vasitədən istifadə etməklə, bir az təbliğat aparmaqla

197
00:24:37,420 --> 00:24:44,220
buna nail olursunuz ki, həmin qoçu evinizin 2 otağını özündə saxlasa da, qalanını sizə qaytarır.

198
00:24:44,940 --> 00:24:55,880
İndi onun qəsb etdiyi evin bir hissəsini boşaltmağı jestdir, minnətdir? Amerikalıların etdiyi buna oxşayır.

199
00:24:56,620 --> 00:25:06,020
Biz nüvə enerjisi sahəsində öz güc və imkanlarımız, alimlərimizin zəkası,

200
00:25:06,510 --> 00:25:11,680
dövlətimizin başına keçmiş müxtəlif hökumətlərin dəstəyi hesabına inkişaf etmişik,

201
00:25:11,800 --> 00:25:16,310
bu yolda 6 şəhid vermişik və bu gün olduğumuz mövqeyə gəlib çatmışıq; zarafatdır?

202
00:25:18,370 --> 00:25:25,800
Elə etmişik ki, bir vaxtlar bu ölkədə hətta bir sentrifuqanın fəaliyyət göstərməsinə belə razı olmayan düşmən

203
00:25:26,170 --> 00:25:29,620
indi mövcud reallıqlara görə

204
00:25:30,020 --> 00:25:34,020
ölkəmizdə bir neçə min sentrifuqanın işləməyini həzm etməyə məcbur olub.

205
00:25:34,880 --> 00:25:42,880
Bu, onlar tərəfindən jest deyil; bu, İran xalqının, İran alimlərinin zəhmətinin nəticəsidir.

206
00:25:44,450 --> 00:25:50,280
Onlar xalqı əsəbiləşdirib küçələrə çıxarmaq məqsədilə sanksiyalar tətbiq etmişdilər.

207
00:25:50,540 --> 00:25:52,800
Mən bunu bir neçə il əvvəl söylədim,

208
00:25:53,620 --> 00:25:59,140
bəzi adamlar dedilər ki, təhlildir; düzdür, o zaman, bəlkə də, təhlil idi, amma bu gün dəqiq informasiyadır.

209
00:26:00,280 --> 00:26:11,880
Özləri də deyiblər; onlardan bir neçə nəfər müxtəlif çıxışlarında söyləyib ki, məqsədimiz

210
00:26:12,000 --> 00:26:17,450
camaatı özündən çıxarmaq, İslam Respublikası rejimi, İslam dövləti əleyhinə kökləməkdir.

211
00:26:17,850 --> 00:26:22,200
Camaatı küçələrə çəkib çıxarmaq istəyirdilər; amma xalqımız möhkəm durdu

212
00:26:22,680 --> 00:26:32,880
və onun bu müqaviməti, bu mübarizliyi həyata keçirilən siyasi-diplomatik işlərin, baş tutan danışıqların və sairin dayağı oldu.

213
00:26:35,000 --> 00:26:40,340
Düşmən məcbur oldu; hansı həddə geri çəkildisə,

214
00:26:40,880 --> 00:26:44,850
bu, xalqın öz gücünü, iqtidarını nümayiş etdirməsinin nəticəsi idi.

215
00:26:45,020 --> 00:26:49,820
İslam Respublikası nəyə qadir olduğunu, qürur və heysiyyətini göstərdi.

216
00:26:52,000 --> 00:27:01,770
Əlbəttə, şəxsən mən düşünürəm ki, biz bundan yaxşısını da edə bilərdik,

217
00:27:01,970 --> 00:27:10,800
intəhası əlimizdə olan imkanlar, vaxtımız, gücümüz bu qədərinə şərait yaratdı.

218
00:27:11,310 --> 00:27:17,800
Amma elə bu gün üçün əldə edilmiş nailiyyətlər də az deyil,

219
00:27:17,970 --> 00:27:24,510
mühüm, diqqətəlayiq bir iş həyata keçirilib və bu, xalqın dəstəyi, milli iqtidar,

220
00:27:26,020 --> 00:27:35,420
İslam Respublikasının xalqla, camaatla yaxından, sıx bağlılığı sayəsində mümkün olub.

221
00:27:37,620 --> 00:27:46,540
Onu da deyim ki, nüvə məsələsində imperializmin –

222
00:27:47,080 --> 00:27:52,250
əsasən də Amerikanın; o böyük büt Amerikadır,

223
00:27:53,420 --> 00:27:57,310
məsələyə qoşulan digər Avropa dövlətləri isə

224
00:27:57,480 --> 00:28:01,850
ətrafındakı kiçik bütlərdir –

225
00:28:03,370 --> 00:28:09,140
bizimlə davası təkcə nüvəyə görə deyildi; yoxsa

226
00:28:09,680 --> 00:28:16,850
and içərəm ki, onlar İslam Respublikasının nüvə silahı əldə etmək niyyətində olmadığını çox gözəl bilirlər;

227
00:28:17,620 --> 00:28:23,970
bu o qədər dəqiqdir ki, çəkinmədən and da içmək olar. Məsələ başqa idi.

228
00:28:24,140 --> 00:28:30,250
Bu, İran xalqına təzyiq göstərmək,

229
00:28:31,800 --> 00:28:37,800
İran xalqının onu hədəflərinə aparan inqilabi hərəkatını durdurmaq,

230
00:28:40,340 --> 00:28:51,710
İslam Respublikasının regionda və dünyada günü-gündən genişlənməkdə olan nüfuz dairəsini məhdudlaşdırmaq üçün nəzərdə tutulan kompleks planın kiçik bir hissəsi idi;

231
00:28:52,220 --> 00:28:59,880
bu, bir reallıqdır. Biz bunu konkret məqsəd kimi şüurlu şəkildə izləmirik, təbii olaraq belə alınır;

232
00:29:00,000 --> 00:29:08,850
yeni fikirdir, maraqlıdır, cəlbedicidir, pak qəlblərə, dürüst niyyətlərə xoş gəlir,

233
00:29:08,970 --> 00:29:15,400
elə buna görə də İslam Respublikasının nüfuzu, etibarı getdikcə artır; onlar da bunu görür, dərk edir.

234
00:29:17,370 --> 00:29:19,820
Onların məqsədi bu prosesi dayandırmaqdır;

235
00:29:19,940 --> 00:29:30,650
xalqlara qəbul etdirmək istəyirlər ki, İslam Respublikası da dinə əsaslanan

236
00:29:31,510 --> 00:29:37,940
bir hökumət rejimi qurub onu idarə edə, yaşada bilmədi. Bunu göstərmək istəyirlər, hədəfləri budur.

237
00:29:39,220 --> 00:29:45,600
Bunu hamı anlamalıdır – xalqımız da, rəsmilərimiz də anlamalıdır.

238
00:29:45,820 --> 00:29:53,370
Amerika zor və yalan təbliğat gücünə öz işini aparmaq istəyir;

239
00:29:53,480 --> 00:29:58,140
onun bu davranışlarına müqavimət göstərmək lazımdır.

240
00:30:19,000 --> 00:30:29,800
Elə indi də bütün rəsmilər – həm hökumət rəsmiləri, həm də mənim tövsiyə etdiyim Nəzarət Şurasında təmsil olunan şəxslər –

241
00:30:30,000 --> 00:30:39,420
qarşı tərəfin hiylələrindən ehtiyatlı olsunlar; çünki qarşı tərəf hiyləgərdir, saxtakardır.

242
00:30:41,200 --> 00:30:48,110
Onun təbəssümünə, taxdığı maskaya inanmaq olmaz.

243
00:30:48,420 --> 00:30:55,800
Sizə deyim ki, Reyqan, Buş dövrünün Amerikası ilə

244
00:30:55,800 --> 00:31:00,820
bugünkü Amerika arasında heç bir fərq yoxdur, qətiyyən fərqlənmir.

245
00:31:01,970 --> 00:31:08,400
Bir vaxtlar – Reyqan dövründə Amerika

246
00:31:10,250 --> 00:31:16,050
Fars Körfəzi yaxınlığındakı bölgələrimizi kin və qəzəbi üzündən lazım bilib bombaladığı kimi,

247
00:31:16,370 --> 00:31:20,080
əgər bu gün də əllərindən gəlsə, eyni işi görərlər. Amerika əsla dəyişməyib;

248
00:31:20,200 --> 00:31:27,800
onun İslam dini və İslam Respublikasına qarşı siyasəti dəyişməz olaraq qalıb.

249
00:31:28,340 --> 00:31:34,250
Əlbəttə, işlətdikləri metodlar fərqlidir: biri bir metoddan istifadə edir, o biri başqa bir metod işlədir,

250
00:31:34,370 --> 00:31:38,740
amma hədəfləri birdir, eynidir; buna hamı diqqət yetirməlidir.

251
00:31:38,940 --> 00:31:43,600
Çünki hiyləgərdirlər, hiylə işlədirlər; onların hiyləsindən ehtiyatlı olmaq lazımdır.

252
00:31:44,340 --> 00:31:49,310
Diqqətli olmaq lazımdır ki, onların atdığı addımlar

253
00:31:49,910 --> 00:31:55,570
sözün əsl mənasında götürdükləri öhdəliklərlə uyğun olsun.

254
00:31:56,820 --> 00:32:01,340
Qarşı tərəfin saxtakarlığına, hiyləgərliyinə etinasız yanaşmaq olmaz.

255
00:32:01,570 --> 00:32:06,910
Ondan hansısa hiylə hiss edən kimi,

256
00:32:07,310 --> 00:32:12,480
qarşılığında adekvat cavab vermək lazımdır;

257
00:32:12,570 --> 00:32:21,680
yəni əgər qarşı tərəf götürdüyü hansısa öhdəliyi pozdusa, bu tərəf də öhdəliyini pozmalı, reaksiya verməlidir.

258
00:32:22,970 --> 00:32:34,170
Keşikçi Korpusda xidmət edən dəyərli gənclərimizin dənizdə gördüyü iş,

259
00:32:35,340 --> 00:32:41,250
düşmənin təcavüzü qarşısında öz qürur və heysiyyətini, qüdrətini nümayiş etdirmələri çox doğru bir addım idi;

260
00:32:41,400 --> 00:32:46,540
indiyə qədər fürsət tapıb onlara təşəkkür edə bilməmişdim; mən onlara, doğrudan da, minnətdaram.

261
00:32:47,140 --> 00:32:54,570
Düşmən bizim su sərhədlərimizi pozub, onlar da gedib düşmən hərbçilərini mühasirəyə alıblar.

262
00:32:55,170 --> 00:33:03,340
Mən istərdim ki, siyasətçilərimiz də bütün beynəlxalq sferalarda bu şəkildə davransınlar:

263
00:33:03,570 --> 00:33:08,910
düşmənin təcavüzündən ehtiyatlı olsunlar, müəyyən olunmuş hüdudları,

264
00:33:08,910 --> 00:33:13,800
qırmızı xətləri harada keçdiklərinə baxsınlar və bunun qarşısını qüdrətlə alsınlar.

265
00:33:14,650 --> 00:33:20,170
Mənim dəfələrlə vurğuladığım daha bir məsələ var: sanksiyaların götürülməyi ilə

266
00:33:21,910 --> 00:33:32,480
ölkənin iqtisadi problemləri həllini tapacaqmı? Bununla xalqın məişət problemləri həll olunacaq, süfrəsinə bolluq gələcəkmi?

267
00:33:32,910 --> 00:33:37,220
Xeyr, yaxşı idarəetmə lazımdır, fəaliyyət proqramları lazımdır.

268
00:33:38,650 --> 00:33:46,110
Mən hazırkı hökumətin vaxtında da, əvvəlki hökumətin dövründə də – hansı ki məhz o zaman sanksiyaların bir qismi başladı,

269
00:33:46,910 --> 00:33:55,800
müəyyən qisminin də zamanla tətbiq olunacağı məlum oldu –

270
00:33:56,110 --> 00:34:04,140
demişəm ki, ölkənin iqtisadi problemlərinin

271
00:34:04,220 --> 00:34:11,280
20, 30, 40 faizi sanksiyalarla bağlı ola bilər, qalanı bizim idarəetmə bacarığımızdan asılıdır.

272
00:34:11,970 --> 00:34:18,480
Biz işləri düzgün təşkil etməli, lazımi addımları atmalıyıq. Düzgün idarəetmənin yolu isə müqavimət iqtisadiyyatıdır.

273
00:34:19,910 --> 00:34:25,280
Müqavimət iqtisadiyyatını hamı alqışladı, dəstəklədi,

274
00:34:26,710 --> 00:34:33,080
icrası üçün proqramlar hazırladılar – sevindirici haldır ki, dövlət strukturlarının, hökumətdə təmsil olunan dostlarımızın

275
00:34:34,000 --> 00:34:38,310
müqavimət iqtisadiyyatının reallaşdırılması üçün əldə proqramları var – bu proqramları ciddi surətdə həyata keçirmək,

276
00:34:38,510 --> 00:34:42,080
ölkə iqtisadiyyatına müqavimət qabiliyyəti qazandırmaq lazımdır;

277
00:34:42,370 --> 00:34:47,910
yoxsa ki biz elə gözümüzü yadların əlinə diksək,

278
00:34:48,650 --> 00:34:55,000
nə qərar qəbul edəcəklərini gözləsək, heç yerə gedib çıxa bilmərik. Bu gün neftimizin qiymətini, təxminən, 1/5-ə endiriblər.

279
00:34:55,850 --> 00:35:04,910
İqtisadiyyatımızın əsas gəlir mənbəyi olan neftin qiymətini, təəssüflər olsun ki, real qiymətinin təxminən 1/5-nə salıblar.

280
00:35:06,110 --> 00:35:11,310
Hələ o 100, 110, 120 dollar da neftin real dəyəri deyildi;

281
00:35:11,400 --> 00:35:16,170
neftin real dəyəri bundan da artıqdır – bunu da mən əvvəllər demişəm  –

282
00:35:16,620 --> 00:35:22,850
amma o qiyməti də təqribən 1/4-inə, 1/5-inə endiriblər.

283
00:35:23,110 --> 00:35:26,650
Gözünü düşmənin əlinə diksən, böhranlar çox olacaq.

284
00:35:26,650 --> 00:35:32,650
Bunlar qaçılmaz böhranlardır, qarşısını almaq üçün heç nə etmək mümkün deyil.

285
00:35:32,740 --> 00:35:42,420
Biz ölkəmizin iqtisadiyyatını elə bir vəziyyətə gətirməliyik ki, bu böhranlar, bu təkanlar qarşısında duruş gətirə bilsin, onların təsirindən sarsılmasın.

286
00:35:43,770 --> 00:35:52,370
Hazırda ölkəmizə cürbəcür nümayəndə heyətləri gedib-gəlir, rəsmilərimiz sayıq olmalıdır;

287
00:35:53,740 --> 00:36:02,080
belə olmasın ki, gələn xarici şirkətlərlə ticarət, sənaye

288
00:36:02,220 --> 00:36:11,940
və iqtisadiyyat sferalarında imzalanan müqavilələr daxili sənayeyə,

289
00:36:12,200 --> 00:36:15,420
daxildə gedən işlərə, ölkənin kənd təsərrüfatına ziyan vursun.

290
00:36:15,940 --> 00:36:24,570
Əlbəttə, mən bunu xüsusi iclaslarda hökumət rəsmilərinə də demişəm, xəbərdarlıq etmişəm ki, diqqətli olsunlar.

291
00:36:24,650 --> 00:36:30,650
Yəni ölkə öz ayaqları üzərində durmalıdır. Biz əhalisinin sayı çox olan –

292
00:36:30,650 --> 00:36:35,280
80 milyonuq; balaca rəqəm deyil –

293
00:36:36,600 --> 00:36:41,620
güclü bir xalqıq, ölkəmizdə on milyonlarla ali təhsilli gənc var.

294
00:36:41,850 --> 00:36:50,600
Bütün sferalarda bilikli və bacarıqlı insanlarımız var;

295
00:36:51,200 --> 00:36:59,620
bundan başqa, yeraltı resurslarımız, heyrətamiz iqlim müxtəlifliyimiz –

296
00:37:00,020 --> 00:37:03,140
bütün bunlar əlverişli imkandır, şansdır.

297
00:37:04,420 --> 00:37:09,680
Biz öz ayaqlarımız üzərində durmalı, başqalarına arxalanmamalıyıq.

298
00:37:10,450 --> 00:37:21,370
Düşmən düşməndir, qurduğu planlar xalqların ziyanınadır; regionumuzdakı vəziyyəti görürsünüz.

299
00:37:21,510 --> 00:37:26,600
Xatırlayarsınız, bir neçə il əvvəl amerikalılar “yeni bir Orta Şərq” haqda danışırdılar.

300
00:37:27,820 --> 00:37:36,020
O zaman biz bu ad altında nə etmək istədiklərini doğru-dürüst anlaya bilməmişdik.

301
00:37:36,220 --> 00:37:43,340
İndi başa düşürük ki, həmin o “yeni Orta Şərq” nə imiş: müharibə, terror,

302
00:37:43,850 --> 00:37:49,370
fanatizm, irtica ilə dolu, başı daxili müharibələrə qarışmış bir Orta Şərqi nəzərdə tuturmuşlar;

303
00:37:49,540 --> 00:37:54,220
Suriyada müharibədir, İraqda müharibədir, Liviyada müharibədir,

304
00:37:55,080 --> 00:38:01,680
bütün bu ölkələrdə terror geniş yayılıb, Türkiyə və başqa ölkələri də terror cənginə alıb.

305
00:38:02,620 --> 00:38:07,400
“Yeni Orta Şərq” budur; onlar buna nail olmaq niyyətində idilər.

306
00:38:08,620 --> 00:38:16,370
Düzdür, boyunlarına almırlar, amma insanın gözü var, ağlı var, hər şeyi görür, dərk edir.

307
00:38:16,740 --> 00:38:24,880
Sünni-şiə konfliktləri yaratdılar, ölkələrin daxilində cürbəcür ünsürləri silahlandırıb dövlətlərin və xalqların canına saldılar –

308
00:38:26,000 --> 00:38:31,820
onların “yeni Orta Şərqi” budur. Amerikanı hamı tanısın.

309
00:38:34,400 --> 00:38:43,800
Allaha şükürlər olsun ki, ölkəmiz əhalisinin dindarlığı, gözüaçıqlığı, İslam İnqilabına bağlılığının bərəkəti sayəsində

310
00:38:44,650 --> 00:38:54,710
xalqın qatı düşmənlərinin ciddi hücumlarından müəyyən qədər toxunulmazlığını qoruya bilib.

311
00:38:54,800 --> 00:39:01,510
Düzdür, ziyan vurublar, müəyyən işlər görüblər, amma əsaslı zərbə endirə bilməyiblər

312
00:39:01,710 --> 00:39:05,340
və Allahın köməyi ilə, bundan sonra da endirə bilməyəcəklər.

313
00:39:05,820 --> 00:39:14,770
Və Allahın köməyi ilə, İran xalqı imperializmin bütün siyasətlərinə qalib gəlib

314
00:39:14,770 --> 00:39:18,910
öz arzularına çatdığı günü, inşallah, görəcək.

315
00:39:20,400 --> 00:39:31,450
İnşallah, xalqımız İslam İnqilabının qarşıya qoyduğu bütün hədəf və amalların gerçəkləşməsinin şirinliyini dadacaq.

316
00:39:31,570 --> 00:39:36,770
Bunun üçün hamımız çalışmalıyıq, ixlasla çalışmalıyıq,

317
00:39:36,970 --> 00:39:40,800
əl-ələ verməliyik, bir-birinə qarşı mehriban olmalıyıq.

318
00:39:41,570 --> 00:39:45,080
Çiyin-çiyinə durmalıyıq, dil tapıb yola getməliyik, birlikdə işləməliyik,

319
00:39:45,370 --> 00:39:49,250
hədəflərimizi, uca amallarımızı yaddan çıxarmamalıyıq,

320
00:39:49,420 --> 00:39:52,970
bütün meydanlarda səmimiyyətlə addımlamalıyıq.

321
00:39:53,170 --> 00:39:57,710
Allah-taala İran xalqı ilədir və inşallah, qələbə İran xalqının olacaq.

322
00:39:57,880 --> 00:40:01,050
Uca Yaradan hamınıza dəstək olsun, uğurlar nəsib etsin, inşallah.

323
00:40:01,170 --> 00:40:06,620
Allah-taala əziz şəhidlərimizi və dahi öndərimizi Qiyamət günü məhşər meydanına Peyğəmbərlə birgə gətirsin, inşallah.

324
00:40:06,740 --> 00:40:08,970
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.