1
00:00:06,280 --> 00:00:08,710
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:08,850 --> 00:00:10,800
و الحمد لله ربّ العالمين

3
00:00:10,800 --> 00:00:14,200
و صلّي الله علي سيّدنا محمّد و آله الطّاهرين‌

4
00:00:24,000 --> 00:00:26,910
Əziz qardaşlar! Xoş gəlmisiniz.

5
00:00:28,280 --> 00:00:37,850
Mən çox şadam ki, hər ilin 19 bəhmən günü

6
00:00:39,220 --> 00:00:46,850
siz əzizlərimlə – İİR Ordusunun Hərbi Hava Qüvvələrinin zabitləri ilə

7
00:00:47,620 --> 00:00:53,400
görüşmək üçün bir vasitə, bir bəhanə olur.

8
00:00:54,200 --> 00:01:04,280
Əlhəmdulillah, hər il Ordunun Hərbi Hava Qüvvələrinin gözəl, rəngarəng bağçasından

9
00:01:04,370 --> 00:01:13,370
bir dəstə gül burda iştirak edir və onlarla bir-iki kəlmə söhbət etmək fürsətimiz olur.

10
00:01:15,770 --> 00:01:24,020
Bu gün çox mühüm bir əlamətdar gündür. Çünki 19 bəhmən günü

11
00:01:25,340 --> 00:01:40,020
o vaxtın ordusunun Hərbi Hava Qüvvələri İmamın yanına gəlib İslam İnqilabına qoşulduqlarını bildirəndə –

12
00:01:40,910 --> 00:01:49,510
o vaxt da onlar bir nümunə idi; xalvardan bir ovuc, bütöv bir bağçadan bir dəstə gül idi –

13
00:01:50,170 --> 00:01:55,200
əslində, ölkədə balans dəyişdi,

14
00:01:56,620 --> 00:02:03,020
ictimaiyyətin düşüncəsinə hakim olan balans tamamilə fərqli bir vəziyyət aldı.

15
00:02:05,000 --> 00:02:18,880
Məlum oldu ki, yüksək rütbəli zabitləri o dövrün şah sarayından asılı olan ordu ilə xalqa qarşı edilən təhdidlər

16
00:02:19,050 --> 00:02:26,680
əslində fantaziyadır, həqiqətəuyğun deyil; hansı ki saray özü də, onun amerikalı havadarları da bunu israrla önə çəkir,

17
00:02:27,250 --> 00:02:36,110
camaatı ordu ilə qorxutmağa çalışırdılar. O zaman mən bütün bu proseslərin canlı şahidi olmuşam,

18
00:02:36,110 --> 00:02:42,310
insanları, onlarda olan stimulu, şövqü yaxından görmüşəm;

19
00:02:44,570 --> 00:02:53,740
bu, bir hadisə idi və heyrətamiz bir hadisə idi. Bu hadisəni əlamətdar bir gün kimi qeyd etmək lazımdır.

20
00:02:55,480 --> 00:03:05,220
Məna yükü ilə dolu bu effektli hadisənin tariximizdən, zehinlərimizdən silinməsinə imkan vermək olmaz.

21
00:03:08,200 --> 00:03:16,370
Tarixdə baş verən mühüm, güclü təsirə malik olmuş hadisələr sırf xatirə olaraq qalmamalıdır;

22
00:03:17,110 --> 00:03:21,250
bunlar əslində bir ibrət dərsidir, qaranlıqda insanlara bələdçilik edən ulduzdur.

23
00:03:22,220 --> 00:03:27,310
Hərbi Hava Qüvvələrinin o dövrdə atdığı o addım, sanki,

24
00:03:27,940 --> 00:03:36,450
hazırda bu kollektivdə xidmət edən və eyni zamanda gələcəkdə də xidmət edəcək bütün hərbçilərə doğru yola bələdçilik edən bir ulduzdur.

25
00:03:37,740 --> 00:03:45,340
Əlhəmdulillah, HHQ o hadisədən sonra da

26
00:03:45,600 --> 00:03:50,020
düzgün və gözəl bir kursla irəlilədiyini göstərdi; bu, doğrudan da, belədir.

27
00:03:50,310 --> 00:03:56,880
Mən ordu ilə, silahlı qüvvələrlə, onların iştirakı ilə baş vermiş müxtəlif proseslərlə

28
00:03:57,370 --> 00:04:02,450
uzun illər boyu yaxından təmasda olmuş bir insan kimi

29
00:04:03,310 --> 00:04:11,220
qətiyyətlə şahidlik edə bilərəm ki, İİR-də Hərbi Hava Qüvvələri

30
00:04:12,110 --> 00:04:16,850
sözün həqiqi mənasında çox parlaq fəaliyyət nümayiş etdirib:

31
00:04:17,820 --> 00:04:24,140
həm hərbi əməliyyatlarda, həm müdafiə sahəsində, həm daxili strukturun formalaşdırılmasında,

32
00:04:24,400 --> 00:04:30,110
həm də hərbi texnika və silahların tədarükündə.

33
00:04:30,310 --> 00:04:37,650
Artıq uzun illərdir ki, bizə kənardan heç bir şey satılmayıb – ən azından, önəmli sayıla biləcək bir şey almamışıq –

34
00:04:38,340 --> 00:04:46,220
buna baxmayaraq, HHQ öz ayaqları üzərində durmağı bacarıb; inşallah, bundan sonra da ayaqda qalacaq

35
00:04:46,800 --> 00:04:49,770
və günü-gündən daha da güclənəcək.

36
00:04:51,510 --> 00:05:02,280
Məsələnin digər bir önəmli cəhəti bundan ibarətdir ki, xalqımız HHQ-nin 1356-cı ilin 19 bəhmən günü

37
00:05:02,420 --> 00:05:10,020
atdığı addıma dərhal cavab vermişdi.

38
00:05:10,850 --> 00:05:19,000
Bunun özü də bir ibrət dərsidir; yəni bəhmən ayının 21 və ya 22-si gecə

39
00:05:19,910 --> 00:05:29,280
HHQ-nin iqamətgahı qvardiya ordusu tərəfindən təhlükəyə məruz qalanda –

40
00:05:30,420 --> 00:05:42,650
hücum etmişdilər; özləri demişkən, “itaətsiz” HHQ-ni tənbeh etmək istəyirdilər –

41
00:05:43,680 --> 00:05:48,400
xalq HHQ-nin köməyinə tələsmişdi.

42
00:05:48,940 --> 00:05:59,570
Baxın, dərhal reaksiya verilir; yəni hər hansı bir hərbi strukturun xalqla birlikdə olmağı,

43
00:06:00,280 --> 00:06:04,880
xalqa xidmət etməyi, xalqa bağlılığı xalq tərəfindən dərhal cavablandırılır,

44
00:06:05,200 --> 00:06:09,340
xalq onun arxasında durur. Bir hərbi qüvvənin

45
00:06:10,140 --> 00:06:16,740
xalqa söykənib-söykənməməyində çox fərq var; fərqi böyükdür.

46
00:06:18,050 --> 00:06:24,110
O zaman HHQ atdığı addımın nəticəsini dərhal gördü.

47
00:06:24,200 --> 00:06:29,310
Heç yadımdan çıxmaz, həmin gün gecə yarı – 21-i, ya 22-si gecəsi idi;

48
00:06:29,370 --> 00:06:38,710
biz gecələri İran küçəsində bir mənzilə gedir və səhərə qədər növbə ilə bir-bir oyaq qalıb gözləyirdik –

49
00:06:39,050 --> 00:06:47,020
mən eşitdim ki, İran küçəsində bir neçə nəfər camaatı Qələbə küçəsinə –

50
00:06:47,480 --> 00:06:54,340
qvardiya diviziyasının hücumuna məruz qalmış HHQ-yə kömək etməyə çağırır;

51
00:06:54,710 --> 00:07:03,770
bunu mən öz gözlərimlə görmüşəm. Yəni orda bir qrup adam HHQ-yə köməyə getmişdi,

52
00:07:04,340 --> 00:07:09,480
HHQ-yə köməyə getmişdi, bir başqaları da şəhərin canına düşüb

53
00:07:09,880 --> 00:07:17,340
insanları çağırır, “Gəlin HHQ-yə kömək edin” – deyirdi; mənim olduğum bölgə

54
00:07:17,400 --> 00:07:22,050
İran küçəsi idi, söz yox ki, başqa yerlərə də getmişdilər.

55
00:07:22,170 --> 00:07:27,480
İnsanlar da köməyə tələsir, gedir, yardım edirdilər. Bu da önəmli bir məqamdır;

56
00:07:27,650 --> 00:07:30,880
yəni əgər siz xalqla birlikdəsinizsə, xalq da sizin arxanızda duracaq.

57
00:07:31,050 --> 00:07:38,020
Arxasında xalq duran bir ordunun isə düşmənlə üz-üzə gəlməkdən heç bir qorxu-ürküsü ola bilməz.

58
00:07:38,250 --> 00:07:43,770
Allaha şükürlər olsun ki, bugünkü HHQ ilə o vaxtkı

59
00:07:43,880 --> 00:07:47,370
və inqilabdan öncəki HHQ arasında yerdən göyə qədər fərq var.

60
00:07:49,450 --> 00:07:57,540
Heç deməsinlər ki, inqilabdan öncə HHQ-nin ixtiyarında, nə bilim,

61
00:07:58,080 --> 00:08:04,000
haranın istehsalı olan, yeni təyyarələr var idi, indi isə yoxdur. Düzdür,

62
00:08:04,540 --> 00:08:11,680
o vaxt HHQ üzdən bərq vurub parıldayırdı, amma içi puç idi;

63
00:08:12,250 --> 00:08:17,050
bu gün isə, ola bilsin ki, o vaxtkı qədər gözqamaşdıran parıltısı yoxdur, amma möhkəmdir,

64
00:08:17,200 --> 00:08:25,080
sarsılmazdır, öz daxilindən güc alaraq inkişaf edib. Bu gün siz yalnız özünüzə arxalanırsınız.

65
00:08:25,680 --> 00:08:31,140
Möhtərəm komandanınızın verdiyi hesabatda da eşitdiniz, detalları özünüz düzəldirsiniz,

66
00:08:31,480 --> 00:08:34,340
texnikanı özünüz düzəldirsiniz, bütün maddi-texniki imkanları özünüz istehsal edirsiniz,

67
00:08:34,450 --> 00:08:39,710
özünüz öz məsləhət bildiyiniz kimi hərəkət edirsiniz. O vaxt isə belə deyildi.

68
00:08:40,540 --> 00:08:47,970
Bəli, haqq-hesab eləmədən

69
00:08:48,250 --> 00:08:55,910
pulu alıb sovurur, əvəzində texnikanı HHQ-yə istədikləri qiymətə satırdılar; indi hökumət rəsmiləri

70
00:08:56,310 --> 00:09:02,170
pulun o vaxtkı kimi haqq-hesabsız verilməsinin qarşısını alıblar.

71
00:09:04,340 --> 00:09:08,770
Əlbəttə, inqilabdan sonra da təzə alınmış “F 14”-ləri geri qaytarmaq istəyənlər oldu,

72
00:09:09,110 --> 00:09:19,480
amma Allahın köməyi ilə, imkan vermədik; istəyirdilər geri qaytarsınlar ki, HHQ-də o texnika da olmasın.

73
00:09:20,450 --> 00:09:26,000
Bu gün HHQ güclüdür, təşəbbüskardır,

74
00:09:26,880 --> 00:09:32,570
əlində olan imkanlar o vaxtkı ilə heç müqayisə oluna bilməz; və günü-gündən də daha da güclənməlidir.

75
00:09:33,310 --> 00:09:41,820
Bir xalqı düşmən təhdid edirsə,

76
00:09:41,940 --> 00:09:47,420
hakimiyyətin vəzifəsi ilk növbədə o xalqın təhlükəsizliyini qorumaqdır.

77
00:09:49,020 --> 00:09:56,820
Hakimiyyətin birinci vəzifəsi ölkənin, xalqın təhlükəsizliyini qorumaqdır.

78
00:09:57,450 --> 00:10:04,680
Təhlükəsizlik isə müxtəlif yollarla qorunur; bunlardan biri hərbi yoldur, hərbi cəhətdən güclənməkdir.

79
00:10:06,170 --> 00:10:14,940
Bu gün dayanıqlı təhlükəsizliyi qarant altına ala biləcək istənilən maddi-texniki vasitə

80
00:10:15,200 --> 00:10:23,480
sizin ixtiyarınızda olmalıdır. Bəzilərini özümüz düzəldirik, bəzilərini alırıq,

81
00:10:23,710 --> 00:10:34,740
olanları da qoruyub saxlamalıyıq. HHQ günü-gündən daha da irəli getməlidir; yəni heç bir hədlə kifayətlənib qane olmamalıdır.

82
00:10:35,570 --> 00:10:44,770
Çalışın dövlətlə, möhtəşəm bir selə bənzəyən xalq kütləsi ilə olan bağlılığınızı

83
00:10:45,050 --> 00:10:52,510
bacardıqca möhkəmləndirin; özünüz görürsünüz, xalqımız aradan 37 il keçdiyinə baxmayaraq, dövlətin,

84
00:10:52,800 --> 00:10:56,600
inqilabın arxasında necə durub.

85
00:10:58,280 --> 00:11:03,510
Silahlı qüvvələrin onunla, onun yanında olduğunu, önündə gedərək

86
00:11:04,220 --> 00:11:08,650
onu qoruduğunu görmək xalqı daha da həvəsləndirir, ürəkləndirir.

87
00:11:09,000 --> 00:11:14,510
Silahlı qüvvələr də xalqın onun arxasında olduğunu, onun tərəfini tutduğunu görəndə

88
00:11:14,800 --> 00:11:18,170
işə daha da həvəslənir. Bu bir neçə cümlə HHQ barədə idi.

89
00:11:20,200 --> 00:11:28,400
Qarşıda bizi iki bayram gözləyir: biri 3 gündən sonra qeyd edəcəyimiz 22 bəhmən –

90
00:11:29,740 --> 00:11:38,680
inqilab bayramı, o biri isə seçkilər. Əslində, seçki də bir bayramdır.

91
00:11:40,600 --> 00:11:50,880
Bu iki bayramı əziz tutmalıyıq. Bunlar ikisi də bizim üçün dolğun məna və məzmun kəsb edən bayramlardır.

92
00:11:52,280 --> 00:11:58,250
İnqilab bayramı olan birinci bayrama – 22 bəhmən gününə gəlincə,

93
00:11:58,770 --> 00:12:08,310
ötən 37 il ərzində xalqımız həmişə bu günü əsl bayram kimi qeyd edib.

94
00:12:08,310 --> 00:12:17,080
Bayram deyəndə hər il təkrar olunan əlamətdar bir gün nəzərdə tutulur. [Fars dilində] “eyd” – bayram sözünün kökü də “əud” – adət etmək, vərdiş etmək mənasındadır.

95
00:12:17,540 --> 00:12:23,620
Yəni müəyyən əlamətdar hadisə ilə bağlı bir günü hər il təkrar olaraq qeyd edirik; sevinclə, şadyanalıqla qeyd edirik.

96
00:12:23,770 --> 00:12:30,600
Bu illlər ərzində xalqımız da inqilabın qələbəsi günü kimi müəyyən olunmuş 22 bəhmən gününü hər il ardıcıl olaraq belə şadyanalıqla,

97
00:12:30,740 --> 00:12:38,110
qüdrət və qüvvətlə qeyd edib. Bu həm İranda, həm də bütün dünyada misilsiz olan bir təzahürdür.

98
00:12:38,310 --> 00:12:45,420
Yəni inqilab edən ölkələr olub, amma dünyanın heç bir yerində inqilabın ildönümü ölkənin dörd bir yanında xalq kütlələrinin

99
00:12:45,740 --> 00:12:51,280
belə fəal, genişmiqyaslı və möhtəşəm iştirakı şəraitində qeyd olunmayıb.

100
00:12:51,910 --> 00:12:58,080
Mənim bu dediklərim reallıqdır, konkret məlumatlara əsaslanır;

101
00:12:58,540 --> 00:13:02,000
ehtimal və ya təhlil deyil, reallıq belədir.

102
00:13:03,480 --> 00:13:07,770
İnqilab etmiş ölkələrdə inqilabın ildönümünü qeyd edirlər:

103
00:13:08,110 --> 00:13:12,480
bir qrup adam çıxıb tribunada durur, o birilər də gəlib onların önündə parad keçirir,

104
00:13:12,600 --> 00:13:17,110
bu da olur inqilabın ildönümü; camaat da hərə öz işi ilə məşğuldur.

105
00:13:18,370 --> 00:13:28,110
Bizim ölkəmizdə isə inqilabın ildönümü əsasən elə xalq tərəfindən qeyd olunur, əziz tutulur, qorunur.

106
00:13:29,000 --> 00:13:38,400
Məhz xalq soyuq havada, yolların sürüşkən olduğuna baxmayaraq,

107
00:13:38,770 --> 00:13:46,220
yağışda-qarda, hər cür çətin iqlim şəraitində bu meydana gəlir

108
00:13:46,710 --> 00:13:53,080
və özünü göstərir; xalqın iştirakı var. Bu, bitməyəcək bir silsilədir.

109
00:13:54,370 --> 00:14:02,080
Bu il 22 bəhməndə iştirak edən insanların, bəlkə də, yarısı heç

110
00:14:02,200 --> 00:14:08,020
1357-ci ilin 22 bəhmənini görməyib, buna heç yaşları da çatmır;

111
00:14:08,020 --> 00:14:13,170
1357-ci ilin 22 bəhmənindən sonra dünyaya gəliblər, amma yenə də iştirak edirlər.

112
00:14:13,400 --> 00:14:23,000
Əslində bu, inqilabın yenidən həyata keçirilməsi deməkdir. Çünki bizim inqilabımız top-tüfənglə, bu kimi şeylərlə həyata keçirilən bir inqilab deyildi,

113
00:14:23,110 --> 00:14:33,310
insanların küçələrdə öz fiziki varlığı ilə iştirak edərək həyata keçirdikləri bir inqilab idi.

114
00:14:33,400 --> 00:14:41,220
İnsanlar nəinki təkcə istək və arzuları, iradələri, hiss və emosiyaları ilə, həm də cismi, fiziki varlığı ilə meydanlarda idi. Çətin idi də;

115
00:14:42,080 --> 00:14:45,680
qarşılarında silah var idi, ölüm var idi,

116
00:14:46,080 --> 00:14:52,540
cürbəcür təhlükələr var idi; bütün bu təhlükələrə qatlaşıb küçələrə çıxmışdılar.

117
00:14:53,940 --> 00:14:58,800
Bu polad kimi əyilməz iradənin möhkəmliyi

118
00:14:59,310 --> 00:15:07,850
ölkədə heç bir dayağı olmayan, xaricdən asılı, çürük Pəhləvi rejiminin kökünü kəsdi;

119
00:15:08,140 --> 00:15:16,200
yəni xalqın iradəsi, əzmi, sevgisi və mənəvi dayağı ilə yanaşı, küçələrdə,

120
00:15:16,480 --> 00:15:21,450
proseslərdə fiziki varlığı; bunlar xalqın iştirakının nişanəsidir.

121
00:15:22,510 --> 00:15:25,710
Xalqımız ötən 37 il ərzində bu iştirakı qoruyub,

122
00:15:25,970 --> 00:15:28,820
Allahın köməyi ilə, bu il də görəcəksiniz ki,

123
00:15:29,140 --> 00:15:36,970
camaatımız küçə və meydanlarda düşmənin belini qıran, gözqamaşdıran bir şəkildə iştirak edəcək.

124
00:15:59,740 --> 00:16:03,820
Bu xatirənin köhnəlməsinə imkan vermək olmaz;

125
00:16:04,310 --> 00:16:11,650
bu böyük, möhtəşəm hadisənin yaddaşlardan silinməsinə imkan verilməməlidir.

126
00:16:12,540 --> 00:16:18,370
İnqilab bu gün də var, davam edir, biz hələ bu yolun yarısındayıq.

127
00:16:19,450 --> 00:16:25,600
Əzizlərim! Baxın, inqilab birdəfəyə baş verən bir hadisə deyil.

128
00:16:26,000 --> 00:16:32,850
İnqilab bir dəyişiklikdir, dəyişikliklər isə tədricən həyata keçir.

129
00:16:32,940 --> 00:16:39,200
Bəli, əvvəlcə inqilabi hərəkat olmalıdır, inqilabi quruluş təşkil olunmalıdır,

130
00:16:40,370 --> 00:16:45,420
amma bu inqilab öz əsaslarını möhkəmlədib

131
00:16:45,650 --> 00:16:52,200
hədəflərini reallaşdırmayınca hələ davam etməkdədir; bunlar tədricən, zaman ötdükcə baş verir.

132
00:16:53,110 --> 00:16:59,910
O hədəflər unudular, o hadisə yaddan çıxarsa,

133
00:17:00,450 --> 00:17:06,250
üzdə inqilab etmiş ölkələrin əksəriyyətində gördüyümüz vəziyyət olar.

134
00:17:06,620 --> 00:17:09,220
Bəzi inqilablar var ki, elə beşiyindəcə boğulub –

135
00:17:09,680 --> 00:17:14,600
elə bizim öz dövrümüzdə, son bir neçə ildə baş vermiş inqilablar kimi;

136
00:17:15,370 --> 00:17:17,710
onlar, doğrudan da, beşiyindəcə boğuldu –

137
00:17:18,340 --> 00:17:23,200
bəziləri isə dünyaya gələndən sonra gənc ikən məhv edilib.

138
00:17:23,710 --> 00:17:29,910
Səbəb isə az öncə dediyimdir; səbəb elan olunmuş hədəflərdən yayınmaqdır.

139
00:17:30,770 --> 00:17:34,970
O hədəflər qorunmalıdır; sosial ədalət,

140
00:17:35,220 --> 00:17:44,020
islami həyat tərzinin sözün əsl mənasında gerçəkləşməsi (hansı ki dünya və axirətdə başıucalıq məhz islami həyat tərzindədir),

141
00:17:46,250 --> 00:17:49,310
elm, ədalət, əxlaq,

142
00:17:49,620 --> 00:17:55,570
heysiyyət və inkişafın paralel surətdə mövcud olduğu

143
00:17:56,370 --> 00:18:02,170
bir müsəlman toplumunun formalaşdırılması – hədəf bunlardır.

144
00:18:02,400 --> 00:18:07,450
Biz hələ ki bu hədəflərə çatmamışıq, yarıyoldayıq.

145
00:18:09,220 --> 00:18:15,140
İnqilab hadisəsi, onun mahiyyəti

146
00:18:16,110 --> 00:18:21,940
daim bizim qəlblərimizdə və zehnimizdə yaşamalıdır; qalmalıdır.

147
00:18:22,680 --> 00:18:26,970
Yeri gəlmişkən, elə düşmən cəbhəsi də daha çox bu məqama önəm verir.

148
00:18:27,510 --> 00:18:36,340
Xarici xəbərlərdə özünüz görürsünüz, hansısa Amerika rəsmisi deyir ki,

149
00:18:36,340 --> 00:18:43,050
“biz İslam Respublikasının öz hakim rejimini dəyişməsini istəmirik,

150
00:18:43,050 --> 00:18:47,620
davranışını dəyişməsini istəyirik”; belə deyirlər də, eşitmiş olarsınız.

151
00:18:48,450 --> 00:18:51,110
“Davranışın dəyişməyi” deyəndə onlar bax elə bunu nəzərdə tuturlar.

152
00:18:52,340 --> 00:18:58,680
Demək istəyirlər ki, indiyə qədər İslam Respublikası inqilaba uyğun davranıb, inqilabi yanaşma əsasında davranıb,

153
00:18:59,200 --> 00:19:03,050
inqilaba xidmət edib, bunu dəyişmək istəyirik.

154
00:19:03,820 --> 00:19:09,080
Bir neçə ay bundan əvvəl mən öz diplomatlarımızla görüşdə  də dedim ki,

155
00:19:09,370 --> 00:19:14,650
İslam Respublikasının adı bunları bir o qədər də qorxutmur;

156
00:19:15,310 --> 00:19:21,600
heç İslam Respublikasının başında əmmaməli bir prezidentin durmağı da.

157
00:19:22,080 --> 00:19:28,540
İslam Respublikası öz mahiyyətini,

158
00:19:29,310 --> 00:19:35,050
islamçılığını, inqilabi ideologiyasını itirsə, bunlar onunla çox yaxşı dil taparlar.

159
00:19:35,880 --> 00:19:41,280
Onların düşmənçiliyi İslam Respublikasının mahiyyəti ilədir;

160
00:19:41,370 --> 00:19:46,450
düşmən cəbhəsi belədir. Bütün səyləri

161
00:19:47,220 --> 00:19:53,710
İslam Respublikasının dini-ilahi hədəflərə, ona qüdrət və heysiyyət qazandıran

162
00:19:54,340 --> 00:20:00,970
hədəflərə doğru irəliləyişini yox etməyə yönəlib;

163
00:20:01,880 --> 00:20:08,740
bu ölkədə öz ağalığını yenidən bərpa etmək niyyətindədir.

164
00:20:09,000 --> 00:20:15,000
Biz uzun illər boyu düşmənin ağalığı altında yaşamışıq; hər dövrdə bir cür;

165
00:20:16,080 --> 00:20:19,250
Qacar dövründə bir cür, Pəhləvi dövründə bir cür.

166
00:20:19,450 --> 00:20:26,800
Qacar dövründə iki düşmənin ağalığı altında idik: İngiltərə və o dövrün Rusiyası.

167
00:20:27,680 --> 00:20:32,310
O vaxt hələ Sovet İttifaqı da yox idi. Biri bir imtiyaz əldə edirdi,

168
00:20:32,420 --> 00:20:38,170
o biri gəlib deyirdi ki, ona imtiyaz vermisiniz, mənə də verin; bu da imtiyaz alırdı.

169
00:20:39,310 --> 00:20:45,310
Ölkədə iki böyük dövlət arasında hansısa imtiyazlar əldə etmək uğrunda yarış gedirdi.

170
00:20:45,600 --> 00:20:53,110
Ölkədə hakimiyyətdə olan o şərəfsizlər də xalqı və onun hədəflərini bunlara qurban etmişdilər.

171
00:20:53,110 --> 00:20:57,710
O vaxt İranın əhalisi heç 15-20 milyondan artıq deyildi;

172
00:20:59,680 --> 00:21:04,650
bu xalqın hər şeyini onlar qurban verdilər. Onların vaxtında bu cür,

173
00:21:05,050 --> 00:21:09,820
Pəhləvi hakimiyyəti dövründə də bir başqa cür; əlbəttə ki, daha betər bir formada;

174
00:21:10,420 --> 00:21:17,940
yəni onların hədəflərinə xidmət etdilər, ölkəni onlar üçün açıb ortaya qoydular.

175
00:21:17,940 --> 00:21:28,000
İran və İslam mədəniyyəti xalqı müqavimətə təşviq edə biləcəyinə görə

176
00:21:28,600 --> 00:21:30,850
bu mədəniyyəti dəyişdilər.

177
00:21:31,480 --> 00:21:39,050
Tənbəki olayında xarici şirkətin ağzından vurmağa müvəffəq olmuş o ruhiyyəni,

178
00:21:40,910 --> 00:21:46,710
məşrutə məsələsində xalqı meydana çəkib gətirə bilmiş o stimulu

179
00:21:47,000 --> 00:21:54,000
Pəhləvi dövründə məhv etməyə çalışdılar; büyün səylərini buna yönəltmişdilər.

180
00:21:54,910 --> 00:22:01,340
Rza xan və Məhəmmədrza da onlara xidmət edirdi, istədiklərini həyata keçirirdilər.

181
00:22:01,940 --> 00:22:08,080
Əlbəttə, özlərinin də bir ideologiyası yox idi, əqidəsiz adamlar idi, amma onlar nə tapşırıq verirdilərsə, yerinə yetirirdilər.

182
00:22:08,680 --> 00:22:12,600
Uzun illər boyu ölkəmizdə vəziyyət bu cür olub.

183
00:22:12,800 --> 00:22:19,080
Bu ölkə öz müsəlman mayası, İran insanının istedadı,

184
00:22:20,570 --> 00:22:25,740
İran toplumunun qonşuluqda və dünyada yaşayan

185
00:22:26,220 --> 00:22:33,080
bir çox toplumlarda rast gəlinməyən spesifik üstünlükləri,

186
00:22:33,680 --> 00:22:39,510
dahi İmam Xomeyni kimi müstəsna və qeyri-adi bir liderin önə çıxması sayəsində

187
00:22:40,280 --> 00:22:46,680
bu qədər təzyiqlərin yükü altından xilas olmağı,

188
00:22:47,850 --> 00:22:53,280
öz sözünü deməyi, öz işini həyata keçirməyi, öz addımını atmağı bacarıb. Bax bunu yox etmək istəyirlər;

189
00:22:53,510 --> 00:22:56,710
bu gün düşmən cəbhəsinin niyyəti budur.

190
00:22:58,340 --> 00:23:06,800
Düzdür, bu gün düşmən hərdən hay-küy salıb İrana qarşı hərbi əməliyyatlardan da danışır

191
00:23:07,000 --> 00:23:15,170
– ola da bilər; biz bunu çox zəif ehtimal hesab etsək də, qeyri-mümkün hesab etmirik –

192
00:23:15,510 --> 00:23:20,570
amma hazırda onun əsas fəaliyyəti yumşaq müharibəyə yönəlib.

193
00:23:21,600 --> 00:23:30,220
Yumşaq müharibənin məqsədi isə bir ölkədən ona qüdrət qazandıran amilləri almaq, ölkəni həmin amillərdən məhrum etməkdir.

194
00:23:31,800 --> 00:23:38,220
İslam Respublikası və İran xalqından onları qüdrətli edən amilləri alıb

195
00:23:38,940 --> 00:23:43,280
xalqımızı zəif, zəlil, itaətkar bir xalqa çevirmək istəyirlər;

196
00:23:43,770 --> 00:23:48,340
məqsədləri budur.

197
00:23:49,400 --> 00:23:55,510
Bir xalqı itaətkar hala gətirəndən sonra isə artıq odlu-alovlu müharibələrə heç ehtiyac da qalmır.

198
00:23:55,820 --> 00:24:02,370
O zaman lap birdən lazım gəlsə də, heç bir narahatlıq keçirmədən müharibəyə başlaya bilərlər; halbuki indi buna cürət etmirlər.

199
00:24:02,850 --> 00:24:08,220
Allah eləməmiş, bir gün İran xalqı zəifləyəndən,

200
00:24:08,510 --> 00:24:13,450
onu qüdrətli edən amilləri əldən verəndən sonra bu iş onlar üçün çox asan olacaq.

201
00:24:15,050 --> 00:24:26,600
İnqilabın şüurlarda yenidən dirçəldilməsi, əməldə, sözdə, davranışlarda, verilən qərarlarda,

202
00:24:26,800 --> 00:24:34,420
qəbul edilən qanunlarda inqilabi məfkurənin, inqilabi tendensiyanın göz bəbəyi kimi qorunması –

203
00:24:35,020 --> 00:24:41,310
bax bunlar o dəhşətli vəziyyətin yaranmasının qarşısını ala,

204
00:24:41,510 --> 00:24:47,910
xalqı öz möhkəm və dəyişməz kursu ilə irəli apara bilər.

205
00:24:48,540 --> 00:24:53,540
İnqilab bayramı barədə bu qədər. İnşallah,

206
00:24:54,020 --> 00:25:02,310
Allahın köməyi ilə, 22 bəhmən günü xalqımız küçələrdə, müxtəlif arenalarda

207
00:25:02,680 --> 00:25:09,970
düşməni məyus edəcək bir şəkildə iştirak edəcək. İndi isə seçki bayramı barədə; seçki də bir bayramdır.

208
00:25:11,450 --> 00:25:15,940
Mən bundan qabaq seçki barədə bir qədər danışmışam,

209
00:25:16,770 --> 00:25:23,420
bu mövzuda deyiləsi sözlər də çoxdur. İslam Respublikası üçün seçkilər

210
00:25:24,110 --> 00:25:27,540
sanki canlı bir orqanizmə köçürülən təzə qan kimidir;

211
00:25:28,110 --> 00:25:33,370
xalqın gücünü, qüvvəsini təzələyir.

212
00:25:34,710 --> 00:25:40,450
Hakimiyyətdə zaman-zaman müəyyən qruplar iş başına gəlir, müəyyən işlər görür;

213
00:25:41,370 --> 00:25:46,740
görüləsi işlərdən bir hissəsini həyata keçirə bilir, bir hissəsini həyata keçirməyə müvəffəq olmur, bəziləri işləyə bilir, bəziləri işləyə bilmir.

214
00:25:48,170 --> 00:25:54,420
Xalqa belə bir hüquq verilib ki, müəyyən olunmuş mərhələdən sonra –

215
00:25:54,970 --> 00:26:01,800
parlament, prezident və sair üçün 4 il, Xubrian Məclisi üçün bundan bir qədər artıq vaxt keçdikdən sonra –

216
00:26:03,020 --> 00:26:12,420
gəlib hansı vəzifənin kimə həvalə olunacağı, kimin gedəcəyi barədə qərar versin. Seçkinin mənası budur;

217
00:26:13,200 --> 00:26:22,510
ölkəyə, xalqa, əhaliyə yeni ruh, yeni nəfəs bəxş etmək, damarlarına təzə qan axıtmaqdır; seçki budur.

218
00:26:23,420 --> 00:26:28,170
Elə buna görə də mən seçkilərdə hamının iştirak etməsi üzərində bu qədər israrla dururam.

219
00:26:28,310 --> 00:26:35,710
Seçkilərə kütləvi surətdə hamı qatılanda ölkə nüfuz qazanır,

220
00:26:35,850 --> 00:26:43,620
İslam Respublikası nüfuz əldə edir, ölkə sığortalanır,

221
00:26:44,880 --> 00:26:55,370
İslam Respublikası sığortalanır. Seçkilər o ali ideallara yenidən beyət etmək, ehtiram və sadiqlik ifadə etmək deməkdir;

222
00:26:56,000 --> 00:27:05,600
seçkinin mənası budur. Odur ki bu böyük hadisədə iştirak etmək hər bir kəsin vacib vəzifəsidir.

223
00:27:28,820 --> 00:27:37,770
İnqilabın əvvəlindən bu günə qədər başda Amerika olmaqla düşmən cəbhəsinin daimi hədəflərindən biri də

224
00:27:38,910 --> 00:27:53,450
xalqla dövlət arasında təhlükəli bir qütbləşmə yaratmaq olmuşdur;

225
00:27:53,680 --> 00:28:00,080
hansı ki bu, İslam Respublikasının əsaslarına – yəni xalqla dövlət arasında

226
00:28:00,420 --> 00:28:07,880
sıx bağlılıq prinsipinə tamamilə ziddir.

227
00:28:08,450 --> 00:28:14,820
Onlar həmişə xalqla dövlət arasında belə bir uçurum yaratmaq istəyiblər; əlbəttə ki, buna müvəffəq ola bilməyiblər.

228
00:28:15,020 --> 00:28:22,620
Bu işdə düşmənin ümidini qıran amillərdən biri də seçkilərdir;

229
00:28:22,940 --> 00:28:27,970
yəni seçkilər xalqla dövlət arasındakı sıx bağlılığı nümayiş etdirir

230
00:28:28,250 --> 00:28:33,000
və düşmənin böyük maraq göstərdiyi o qütbləşməni tamamilə yox edir.

231
00:28:34,650 --> 00:28:41,420
Buna əsasən, seçkilər  اِن تَنصُرُوا الله ayəsinin real nümunəsidir.

232
00:28:42,020 --> 00:28:45,220
Quran deyir: اِن تَنصُرُوا اللهَ يَنصُرکُم

233
00:28:45,850 --> 00:28:50,770
“Siz Allaha kömək etsəniz, Allah-taala da sizə kömək edəcək”.

234
00:28:51,370 --> 00:28:54,220
Allah-taalaya kömək etmək nədir? Necə olur?

235
00:28:54,650 --> 00:29:02,170
Allah-taalaya kömək etmək Onun şəri qanunlarda əksini tapan iradəsinin yer üzündə reallaşmasına çalışmaqdır.

236
00:29:02,400 --> 00:29:05,200
İslam Respublikası bu köməyin ən böyük nümunəsidir.

237
00:29:06,280 --> 00:29:12,540
İslam Respublikasına bu və ya digər şəkildə kömək edən hər kəs

238
00:29:13,020 --> 00:29:20,250
Allaha kömək etmişdir. O zaman onun bu hərəkətinin cavabı nə olur? يَنصُرکُم – Allah-taala da sizə kömək edir.

239
00:29:21,020 --> 00:29:27,510
Məgər belə olmayıbmı? Allah-taala bu köməyin cavabını inqilabın elə ilk günlərindən verməyibmi? Sınaqlar olmayıbmı?

240
00:29:29,340 --> 00:29:34,370
İnqilabın əvvəlindən bu günə qədər bizimlə kimlər qarşı-qarşıya gəlib?

241
00:29:34,600 --> 00:29:43,570
Qoy hər kəs bu mövzuya, doğrudan da, bir diqqətlə yanaşsın; əlbəttə ki, mütəfəkkirlər, mütəxəssislər bunu edir.

242
00:29:43,740 --> 00:29:55,940
İnqilabın əvvəlindən dünyanın bir nömrəli maddi gücləri İslam Respublikası ilə kəllə-kəlləyə gəlib, amma heç bir şey edə bilməyib.

243
00:29:57,000 --> 00:30:05,540
Bu, inqilablar üçün səciyyəvi bir haldır ki, hansı ölkədə inqilab baş versə, orada bir müddət qarışıqlıq, nizamsızlıq yaşanır.

244
00:30:05,650 --> 00:30:13,620
Bunlar ölkədə qarışıqlıq yaşanan o ilk günlərdə ölkəni bölməyə çalışdılar; çevriliş etməyə cəhd göstərdilər, amma olmadı.

245
00:30:13,820 --> 00:30:19,940
Bu ölkəni məcburən müharibəyə təhrik etdilər və 8 il müharibə aparmağa vadar etdilər.

246
00:30:20,510 --> 00:30:23,110
Elə ilk günlərdən sanksiyalar tətbiq etdilər;

247
00:30:24,280 --> 00:30:32,220
bu gün gördüyünüz sanksiyalar əvvəlkilərin davamıdır və əlbəttə ki, günü-gündən daha da şiddətləndiriblər.

248
00:30:33,050 --> 00:30:36,220
Yaxşı, bütün bunlara hansı ölkə dözə bilərdi?

249
00:30:37,000 --> 00:30:43,420
Bu qədər təhdid qarşısında hansı ölkə müqavimət göstərə bilərdi?

250
00:30:43,940 --> 00:30:50,020
İslam Respublikası və İran İslam dövləti isə duruş gətirdi, müqavimət göstərdi,

251
00:30:50,280 --> 00:30:54,080
özünü nəinki təkcə qorudu, həm də gücləndirdi.

252
00:30:54,310 --> 00:31:00,540
Bu gün İslam Respublikasının güc-qüdrəti ilk günlərdəki ilə müqayisə oluna bilməz;

253
00:31:01,370 --> 00:31:06,820
regional, müəyyən məsələlərdə isə qlobal əhəmiyyətli bir gücdür;

254
00:31:07,770 --> 00:31:13,570
sizin ölkəniz müəyyən məsələlərdə qlobal miqyasda əhəmiyyət daşıyır, dünyanın böyük dövlətləri sırasındadır.

255
00:31:14,480 --> 00:31:18,480
Bəzi qlobal məsələlərdə rəyi, mövqeyi

256
00:31:19,000 --> 00:31:25,770
dünyanın birinci dərəcəli dövlətlərindən daha effektlidir; bu gün vəziyət bu cürdür,

257
00:31:26,910 --> 00:31:31,080
İran belə bir gücə çevrilib. Yəni Allahın köməyi gəlib;

258
00:31:31,450 --> 00:31:38,340
sizin Allaha etdiyiniz kömək ardınca Allahın köməyini gətirib, Allah-taala sizə Öz yardımını edib.

259
00:31:39,310 --> 00:31:45,110
Allah-taala kömək etməsəydi, bunlar olmazdı. Allaha edilən bu köməyi davam etdirmək lazımdır.

260
00:31:46,420 --> 00:31:50,480
Əhalinin seçkidə iştirakı da bu köməyin nümunələrindən biridir.

261
00:31:50,570 --> 00:31:57,250
Əlbəttə ki, mənim seçki barədə danışası sözüm çoxdur.

262
00:31:57,650 --> 00:32:04,600
Bu günlərdə ictimaiyyətdə təşviş yaradan, insanların qəlbinə şübhə toxumu səpən

263
00:32:04,680 --> 00:32:11,570
bəzi fikirlər də səsləndirilir, bəzi söz-söhbətlər gəzir; bunlar yanlış,

264
00:32:11,740 --> 00:32:18,570
layiq olmayan, məsələlərə Allahı nəzərə almadan, sırf siyasi nöqteyi-nəzərdən

265
00:32:18,740 --> 00:32:23,110
yanaşmaqdan irəli gələn söz-söhbətlərdir; bu günlərdə bəzən belə şeyləri eşidirik.

266
00:32:23,110 --> 00:32:28,910
Amma mən hazırda o mövzulara girmək, həmin söz-söhbətlərə münasibət bildirmək istəmirəm. Mənim demək istədiyim budur:

267
00:32:29,110 --> 00:32:38,540
xalqımız bilməlidir ki, onun nüfuzu, başucalığı, iftixarı, düşmən cəbhəsi qarşısında müqaviməti

268
00:32:39,080 --> 00:32:46,710
öhdəsinə düşən inqilabi vəzifəni layiqincə yerinə yetirməyindən asılıdır, həmin vəzifələr içərisində ən əhəmiyyətli olanlarından biri isə seçkilərdir.

269
00:32:47,340 --> 00:32:48,710
Üzümü xalqımıza tutub demək istədiyim budur.

270
00:32:49,310 --> 00:32:52,940
Seçki ilə bağlı rəsmilərimizə də bir müraciətim var.

271
00:32:53,280 --> 00:32:59,170
Bəli, rəsmilər, dövlət rəsmilərimiz, doğrudan da, çox zəhmət çəkirlər, çalışırlar.

272
00:32:59,540 --> 00:33:05,620
Həm seçkinin keçirilməsi üçün, həm də digər məsələlər üzərində işləyir, zəhmət çəkirlər.

273
00:33:05,940 --> 00:33:13,650
Demək istədiyim budur ki, qəzet-təbliğat xarakterli məsələlər rəsmiləri

274
00:33:14,000 --> 00:33:24,620
əsas, davamlı, ardı gələn məsələlərdən yayındırmasın. Seçki çox əhəmiyyətli bir məsələdir;

275
00:33:25,220 --> 00:33:30,050
qeyd etdiyim və qeyd edəcəyim kimi, son dərəcə əhəmiyyətlidir,

276
00:33:30,220 --> 00:33:37,310
amma seçki yalnız müəyyən mərhələyə aid olan, müvəqqəti bir məsələdir, bu mərhələ sona çatır,

277
00:33:38,450 --> 00:33:48,880
ortada qalan isə ölkənin əsas məsələləri olur. Həmin məsələlərdən biri də ölkə iqtisadiyyatıdır;

278
00:33:50,280 --> 00:33:55,970
düşmənin iqtisadiyyat vasitəsilə

279
00:33:56,570 --> 00:34:00,570
ölkəyə təzyiq göstərə bilməməsi,

280
00:34:01,310 --> 00:34:10,000
öz iradə və istəklərini diktə edə bilməməsi üçün kompleks tədbirlər yolu ilə ölkəyə iqtisadiyyat sferasında müqavimət qabiliyyəti qazandırmaqdır.

281
00:34:11,600 --> 00:34:18,710
Əgər biz neftdən asılı olmasaq, öz daxili istehsalımızı gücləndirsək,

282
00:34:19,250 --> 00:34:26,280
neftin qiyməti yüz dollardan iyirmi neçə dollara düşəndə əl-ayağımız əsməz.

283
00:34:28,140 --> 00:34:34,650
Əgər biz daxili istehsalı rövnəqləndirə bilsək, durğunluğu aradan qaldırsaq,

284
00:34:34,910 --> 00:34:43,420
düşmən hansısa məhsulun idxalını məhdudlaşdıranda, ona qadağa qoyanda qaşqabağımızı töküb kefimizi pozmarıq.

285
00:34:44,050 --> 00:34:47,850
Daxili iqtisadiyyatı gücləndirmək lazımdır.

286
00:34:48,570 --> 00:34:54,940
Ölkəmiz böyük bir ölkədir; biz 4 mövsümü yaşayan, böyük bir ölkəyik,

287
00:34:56,400 --> 00:35:02,570
ölkəmizin zəngin potensialı var və ən önəmli potensialımız da insan kapitalımızdır;

288
00:35:03,400 --> 00:35:09,370
istedadlı, effektli, gənc, stimullu insan kapitalı.

289
00:35:11,820 --> 00:35:17,910
Dünya ölkələri arasında ali təhsilli insanların sayına görə ən yüksək göstəricilərdən biri bizə aiddir;

290
00:35:18,770 --> 00:35:23,620
mütəxəssislərin sayına görə ən yüksək yerlərdən biri bizimdir;

291
00:35:24,370 --> 00:35:30,600
bir çox elm sahələrində dünyanın öndə gedən 5-6 ölkəsi sırasındayıq.

292
00:35:31,140 --> 00:35:34,340
Bu insan potensialı balaca bir şey deyil,

293
00:35:34,800 --> 00:35:41,370
bir ölkənin inkişafı üçün ən yüksək resursdur. Deməli, bu geniş ərazili məmləkət,

294
00:35:42,220 --> 00:35:48,110
bu fəsil dəyişikliyi, ölkənin ayrı-ayrı bölgələrindəki bu iqlim müxtəlifliyi,

295
00:35:49,340 --> 00:35:53,110
ölkədə mövcud olan bu böyük resurslar –

296
00:35:53,570 --> 00:36:00,140
bütün bunlar bizə öz iqtisadiyyatımızı dayanıqlı vəziyyətə gətirmək qabiliyyəti qazandıran imkanlardır.

297
00:36:00,310 --> 00:36:06,080
Siz öz iqtisadiyyatınıza daxildən müqavimət gücü versəniz, başqaları

298
00:36:06,280 --> 00:36:14,050
sizə sanksiyalar tətbiq etmək əvəzinə, gəlib sizə minnətçi olacaqlar;

299
00:36:14,740 --> 00:36:21,850
sizin iqtisadi sanksiyalardan, iqtisadi qadağalardan heç kefinizi də pozmadığınızı,

300
00:36:22,850 --> 00:36:29,400
geri çəkilmədiyinizi, məğlubiyyəti qəbul etməyə məcbur olmadığınızı görəndə

301
00:36:30,140 --> 00:36:35,650
daha qələt edib sizə sanksiya qoymayacaqlar. Başa düşəcəklər ki, bunun heç bir faydası yoxdur.

302
00:36:36,620 --> 00:36:45,170
Əsas məsələ budur. Elə buna görə də mən dönə-dönə “müqavimət iqtisadiyyatı” deyib dururam.

303
00:36:45,570 --> 00:36:53,310
Mən hələ 10-12 il bundan öncədən yüksək səslə deyirəm ki,

304
00:36:54,190 --> 00:36:58,880
əgər biz ölkə iqtisadiyyatına daxildən müqavimət gücü qazandırsaq,

305
00:36:59,480 --> 00:37:04,300
düşməndən qaynaqlanan çətinliklərin böyük bir hissəsi aradan qalxacaq,

306
00:37:05,850 --> 00:37:14,000
işsizlərimiz üçün, gənclərimiz üçün, işsizlikdən və durğunluqdan irəli gələn

307
00:37:14,110 --> 00:37:21,050
bir çox sosial problemlərin aradan qaldırılması üçün konkret həll yolları tapılacaq.

308
00:37:21,690 --> 00:37:26,220
Mənim möhtərəm ölkə rəsmilərimizə tövsiyəm bundan ibarətdir ki,

309
00:37:26,800 --> 00:37:32,490
seçki ilə bağlı mətbuatda yer alan qalmaqallar onların başını qatmasın, onları məşğul etməsin;

310
00:37:34,110 --> 00:37:42,320
iqtisadiyyat haqda düşünsünlər. Resursları lazım olan səmtə –

311
00:37:42,320 --> 00:37:46,240
yəni istehsala istiqamətləndirsinlər; istər sənaye istehsalı olsun, istərsə də kənd təsərrüfatı.

312
00:37:48,140 --> 00:37:52,640
Bu böyüklükdə, bu möhtəşəmlikdə, bu qədər növbənöv, çeşidbəçeşid məhsulları olan bir ölkədə

313
00:37:52,910 --> 00:38:01,210
insan xaricdən idxal olunmuş meyvələri görəndə – indi mən qəzetlərdə görürəm,

314
00:38:01,760 --> 00:38:09,580
siz isə küçə-bazarda – xəcalət çəkir!

315
00:38:10,540 --> 00:38:17,480
Öz potağalımız, almamız ağacda qalır, biz gedib xaricdən meyvə gətirək?!

316
00:38:18,910 --> 00:38:21,930
Bunları düşünmək, bunların üzərində işləmək lazımdır.

317
00:38:22,320 --> 00:38:31,020
Ölkəni daha artıq asılılığa, idxala yox, daxili istehsala yönəltsinlər.

318
00:38:32,430 --> 00:38:38,250
Yoxsa ortaya seçki kimi bir məsələ çıxan kimi hamının diqqəti dağıla,

319
00:38:38,620 --> 00:38:42,330
hamı başını ona qata, belə olmaz. Seçki ötəri bir məsələdir;

320
00:38:42,860 --> 00:38:47,480
onun haqqında kim düşünməlidirsə düşünür, kim nə etməlidirsə edir.

321
00:38:47,900 --> 00:38:52,120
Ölkə rəsmiləri beyinlərini bu şeylərlə məşğul etməsinlər.

322
00:38:52,440 --> 00:38:58,000
Mən bunu əziz xalqımıza da,

323
00:38:58,360 --> 00:39:04,640
möhtərəm rəsmilərimizə də deyirəm: biz bütün siyasətlərimizdə, bütün davranışlarımızda

324
00:39:04,910 --> 00:39:11,160
qarşımızda geniş bir düşmən cəbhəsinin olduğunu nəzərə almalıyıq;

325
00:39:12,030 --> 00:39:14,860
bütün diqqətimizi buna yönəltməliyik.

326
00:39:15,390 --> 00:39:21,440
Xalq düşmənin varlığını nəzərdən qaçıran heç bir şəxsi, heç bir strukturu təqdir etməz,

327
00:39:21,440 --> 00:39:27,930
“Bunların hamı ilə arası yaxşıdır” –deyə alqışlamaz.

328
00:39:28,240 --> 00:39:32,600
Düşmən üzünə gülümsəyir, sən də gülümsəyirsən,

329
00:39:33,160 --> 00:39:36,300
olsun, amma diqqətli ol, bax gör o gülüşün arxasında nə var!

330
00:39:38,410 --> 00:39:43,470
Düşmənçilikləri unutmaq, düşməni yaddan çıxarmaq olmaz.

331
00:39:43,560 --> 00:39:47,070
Bizim qarşımızda bir düşmən cəbhəsi var.

332
00:39:47,150 --> 00:39:54,170
Bu gün biz təhlükəsizlik məsələmizdə, iqtisadiyyat məsələmizdə, məişətimizdə, mədəniyyətimizdə,

333
00:39:54,860 --> 00:40:02,190
gənclərin məsələsində, sosial problemlərdə bu düşmənin rolunun nədən ibarət olduğuna baxmalı,

334
00:40:02,810 --> 00:40:10,030
bütün sferalarda buna əsasən siyasət yürütməli, qanunvericiliyimizi bu əsaslar üzərində qurmalı,

335
00:40:10,860 --> 00:40:15,470
hər bir davranışımızda və danışığımızda bunu əsas götürməliyik.

336
00:40:16,570 --> 00:40:23,340
Düşməndən bixəbər olmaq başucalığı gətirən bir şey deyil; bilməliyik ki, düşmən var.

337
00:40:24,040 --> 00:40:28,120
Bəziləri etiraz edir ki, “niyə durmadan “düşmən, düşmən” deyirsiniz?”;

338
00:40:28,560 --> 00:40:31,040
yaxşı, axı deməsək, düşmənimiz olduğu yadımızdan çıxar,

339
00:40:31,130 --> 00:40:34,700
onda da düşmən gəlib biz dünyadan bixəbər ikən istədiyini edər.

340
00:40:35,310 --> 00:40:41,320
Həm düşməni tanımaq lazımdır, həm onun düşmənçiliklərinə bələd olmaq lazımdır,

341
00:40:42,350 --> 00:40:46,400
həm də Sədi demişkən – Sədinin təxminən bu mövzuda bir beyti var:

342
00:40:46,570 --> 00:40:53,280
düşmənin əlindən heç nə gəlməyəndə özünü dost kimi göstərər,

343
00:40:55,040 --> 00:41:01,530
düşmən özünü dost kimi göstərəndə isə heç bir düşmənin edə bilməyəcəyi işləri görər  –

344
00:41:01,630 --> 00:41:04,860
yəni düşmənin dost cildinə girib vura biləcəyi zərbələrdən ehtiyatlı olmaq lazımdır.

345
00:41:05,280 --> 00:41:12,110
Biz hamımız bu şeylərə diqqət yetirməliyik.

346
00:41:12,140 --> 00:41:20,120
Düzdür, əlhəmdulillah, ölkə rəsmilərimiz çox yaxşı işləyir, insafla demək lazımdır ki, çalışır, əllərindən gələni edirlər,

347
00:41:20,640 --> 00:41:28,880
intəhası daha da diqqətli və ehtiyatlı olmaq lazımdır. Çünki bu, yaramaz,

348
00:41:29,070 --> 00:41:31,530
üzlü və həyasız bir düşməndir.

349
00:41:31,820 --> 00:41:37,360
Bu gün Amerika dünya ictimaiyyətinin ən elementar suallarını belə cavablandırmır.

350
00:41:37,450 --> 00:41:41,870
Dünya ictimaiyyəti Amerikaya sual verir ki,

351
00:41:42,110 --> 00:41:49,790
sizin bir ölkənin artıq 10-11 aydır Yəməni bombaladığından, şəhərləri məhv etdiyindən xəbəriniz var?

352
00:41:49,900 --> 00:41:56,560
Bu barədə məlumatınız var, ya yox? Əgər məlumatınız varsa, nəyə görə onu müdafiə edirsiniz?

353
00:41:57,610 --> 00:42:08,190
Əgər məlumatınız varsa, nəyə görə etiraz etmirsiniz? Əgər bilir və bunu cinayət hesab edirsinizsə,

354
00:42:08,270 --> 00:42:12,670
nəyə görə yanacaq daşıyan təyyarələriniz onlara kömək edir?

355
00:42:13,180 --> 00:42:17,130
Nə üçün kömək edirsiniz? Nə üçün dəstəkləyirsiniz?

356
00:42:17,690 --> 00:42:21,070
Siz ki insan haqlarından dəm vurursunuz, buyurun, cavab verin.

357
00:42:22,620 --> 00:42:28,330
Minlərlə dinc əhalinin, minlərlə uşaq və qadının, evlərdə,

358
00:42:28,330 --> 00:42:37,560
xəstəxanalarda, məktəblərdə, tamamilə müdafiəsiz vəziyyətdə qətlə yetirilməyi terror deyilmi?

359
00:42:39,420 --> 00:42:48,380
Bu, dövlət terrorunun ən həyasız və qəddar bir forması deyilmi? Bunu nə üçün himayə edirsiniz?

360
00:42:48,920 --> 00:42:50,440
Amerikalılar bu suallara cavab vermirlər;

361
00:42:50,440 --> 00:42:57,740
saf-saf dünya ictimaiyyətinin gözünün içinə baxıb insan haqlarının tərəfdarı olduqlarını iddia edirlər.

362
00:42:59,780 --> 00:43:05,000
Hələ bu Yəməndir; son bir ilin məsələsidir;

363
00:43:05,340 --> 00:43:13,440
o tərəfdən 60-65 ildir ki davam edən Fələstin məsələsi var.

364
00:43:14,080 --> 00:43:19,100
Görürsünüz ki, Fələstin xalqına nələr edirlər, evlərini necə xaraba qoyurlar,

365
00:43:19,300 --> 00:43:26,480
əkin yerlərini məhv edirlər, yaşayış məskənləri salıb

366
00:43:27,400 --> 00:43:34,880
silah gücünə yəhudiləri orda necə məskunlaşdırır, silahla da saxlayırlar.

367
00:43:35,000 --> 00:43:38,360
Bunları görürsünüz, bəs nə üçün onları müdafiə edirsiniz? Nə üçün pul verirsiniz?

368
00:43:38,580 --> 00:43:48,780
Nəyə görə Amerikadakı, öz təbirinizcə desəm, yəhudi lobbisi qarşısında həmişə çəkinir,

369
00:43:49,760 --> 00:43:55,960
yaltaqlıq edirsiniz? Nə üçün? Bunlar dünya ictimaiyyətinin ən sadə suallarıdır.

370
00:43:56,240 --> 00:43:59,300
Bunlardan bir kəlməsinə də cavab vermirlər.

371
00:44:01,200 --> 00:44:06,900
Sonra da dostluq iddiası edirlər, insan haqlarının tərəfdarı olduqlarını deyirlər,

372
00:44:06,900 --> 00:44:12,900
demokratiya iddiası edirlər. Regionumuzda Amerikanın müttəfiqi olan ölkələrdə

373
00:44:12,900 --> 00:44:20,360
seçkinin heç adını da çəkmək olmur, seçki adlı bir şeydən heç xəbərləri də yoxdur,

374
00:44:20,480 --> 00:44:29,800
ümumiyyətlə seçkinin nə olduğunu anlamırlar, demokratiyanın tərəfdarı olan Amerika isə onlarla qardaşlıq müqaviləsi bağlayıb;

375
00:44:30,240 --> 00:44:32,120
özü də necə! Əlbəttə ki, onları hər cür müdafiə də edir.

376
00:44:32,460 --> 00:44:37,120
Bizim düşmənimiz belə bir düşməndir; Amerika belə bir varlıqdır.

377
00:44:37,780 --> 00:44:42,420
Əlbəttə, mən dəfələrlə qeyd etmişəm ki, bunları deyərkən biz Amerikada hakimiyyətdə olan administrasiyanı,

378
00:44:42,580 --> 00:44:46,720
Amerika hökumətini nəzərdə tuturuq, Amerika xalqı ilə heç bir işimiz yoxdur.

379
00:44:47,720 --> 00:44:50,200
Amerika hökuməti belə bir hökumətdir.

380
00:44:50,640 --> 00:44:57,000
Ən xoşagəlməz işləri həyasızcasına görür, sonra da dünya ictimaiyyətinin üzünə gülür,

381
00:44:58,140 --> 00:45:04,280
heç o suallarına da cavab vermir! Yaxşı, əgər doğrudan da veriləcək bir cavabları varsa, qoy dünya ictimaiyyətinə cavab versinlər.

382
00:45:05,200 --> 00:45:09,400
Qarşısında belə bir düşməni olan ölkə həmişə diqqətli olmalıdır;

383
00:45:10,060 --> 00:45:12,040
İran xalqı diqqətini toplamalıdır.

384
00:45:12,880 --> 00:45:18,600
Allahın köməyi ilə, xalqımız həmişə diqqətlidir və diqqətli olub.

385
00:45:19,220 --> 00:45:24,820
Elə xalqın bu möhtəşəm hərəkatı da indiyə qədər

386
00:45:24,980 --> 00:45:31,500
bu hiyləgər, qədar və yaramaz düşmənin məkrli planlarını puça çıxara bilib

387
00:45:31,680 --> 00:45:35,600
və Allahın köməyi ilə, bundan sonra da bu düşməni xar edəcək.

388
00:45:57,820 --> 00:46:04,340
Əzizlərim! Daşıdığınız vəzifə məsuliyyətinin qədrini bilin, gəncliyinizin qədrini bilin.

389
00:46:05,200 --> 00:46:12,240
Siz gəncsiniz, həvəslisiniz, vəzifəniz də var, işləyə bilərsiniz;

390
00:46:12,660 --> 00:46:17,520
belə bir atmosferdə, belə bir mühitdə işləmək ibadətdir.

391
00:46:17,960 --> 00:46:24,860
Allah naminə, saf niyyətlə, ölkəmizi,

392
00:46:25,160 --> 00:46:31,460
ordumuzu və Hərbi Hava Qüvvələrimizi bu hədəflərə doğru irəli aparmaq üçün işləyin.

393
00:46:31,680 --> 00:46:38,500
Nə qədər çox işləsəniz, Allah-taala da ömrünüzə və zəhmətinizə bir o qədər çox bərəkət verəcək.

394
00:46:38,720 --> 00:46:44,160
Ümidvaram ki, inşallah, İmam Xomeyninin (r.ə) pak ruhu, şəhidlərimizin,

395
00:46:44,500 --> 00:46:48,920
xüsusilə də İİR Ordusu HHQ-nin sıralarından şəhid olmuş hərbçilərin

396
00:46:49,180 --> 00:46:52,200
pak ruhları sizin və bizim hamımızdan razı qalacaq.

397
00:46:52,560 --> 00:46:54,800
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.