1
00:00:05,200 --> 00:00:07,420
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:08,340 --> 00:00:10,620
الحمدلله ربّ العالمين

3
00:00:11,020 --> 00:00:14,280
و صلّي الله علي محمّد و آله الطّاهرين

4
00:00:22,680 --> 00:00:26,140
Əziz bacı və qardaşlar, xoş gəlmisiniz!

5
00:00:27,310 --> 00:00:33,680
Elm adamları, alimlər, universitetlərin ictimaiyyəti ilə keçirilən bu görüşlər

6
00:00:34,820 --> 00:00:41,740
mənim üçün ən xoş, ürəyəyatan görüşlərdəndir.

7
00:00:43,170 --> 00:00:51,540
İki möhtərəm nazirimizin çıxışlarına da diqqətlə qulaq asdım və eşitdiklərimin mənim üçün çox faydası oldu.

8
00:00:52,650 --> 00:01:00,680
Ümidvaram ki, Allah-taala bizə bu cür iclas və görüşlərdən,

9
00:01:00,680 --> 00:01:08,770
çıxışlardan ölkəmiz üçün fayda əldə etməyi nəsib edər;

10
00:01:10,000 --> 00:01:15,370
sırf deyib-eşitmək olmaz, sözdə qalmaz.

11
00:01:18,620 --> 00:01:24,540
Elmin, universitetlərin əhəmiyyəti barədə çox danışmışıq;

12
00:01:24,800 --> 00:01:34,050
mən də danışmışam, başqaları da danışıb. Sevindirici haldır ki, illərdir elmin

13
00:01:34,220 --> 00:01:39,280
və təbii olaraq, universitetlərin əhəmiyyətindən çox danışılır.

14
00:01:40,770 --> 00:01:45,910
Cənab Doktor Haşiminin də bayaq vurğuladığı kimi,

15
00:01:46,510 --> 00:01:55,170
bir vaxtlar biz ölkədə elmin əhəmiyyətinin, elmi işlərlə məşğul olmağın zəruriliyinin

16
00:01:55,970 --> 00:02:03,420
diskursa çevrilməsini arzulayırdıq və hazırda, demək olar ki, vəziyyət elə bu cürdür; buna görə Allaha şükür etməliyik.

17
00:02:05,340 --> 00:02:11,620
Elm bir xalqı qüdrət və tərəqqiyə aparan ən mühüm vasitədir;

18
00:02:14,600 --> 00:02:19,110
bu, birmənalıdır, həqiqətən də, belədir.

19
00:02:21,250 --> 00:02:29,940
Hər bir xalqa qüdrət, nüfuz və tərəqqi qazandıran ən mühüm amil elmdir.

20
00:02:32,740 --> 00:02:43,570
Universitetlər isə ölkənin gələcək rəhbər kadrlarını yetişdirən ən mühüm mərkəzdir.

21
00:02:44,970 --> 00:02:55,800
Bundan da əhəmiyyətli nə ola bilər? Bu gün siz gələcəkdə ölkəni idarə edəcək rəhbər kadrları yetişdirməkdəsiniz.

22
00:02:57,420 --> 00:03:07,000
Əgər yaxşı yetişdirsəniz – inşallah ki, elə bu cürdür – ölkənin gələcəyi də yaxşı idarə olunacaq,

23
00:03:09,510 --> 00:03:15,200
əgər yaxşı yetişdirə bilməsək, səhlənkarlıq etsək,

24
00:03:16,170 --> 00:03:21,340
bu, təbii olaraq, ölkənin gələcəyinə təsir göstərəcək.

25
00:03:22,480 --> 00:03:27,680
Yəni universitetlər bu qədər əhəmiyyətlidir.

26
00:03:31,400 --> 00:03:37,880
Əlbəttə, hazırkı modeli ilə universitetlər Qərbə aid bir təzahürdür – bunu hamımız bilirik –

27
00:03:38,850 --> 00:03:47,940
lakin görkəmli elm adamlarının, dahi şəxsiyyətlərin yetişdirilməsi baxımından universitetlər əsla Qərbə aid bir təsisat deyil.

28
00:03:48,170 --> 00:03:51,620
Bizim ölkədə bunun min illik kökləri vardır.

29
00:03:53,970 --> 00:03:58,680
Düzdür, hazırkı model Qərbdən əxz edilib,

30
00:03:59,280 --> 00:04:07,400
amma bu ölkədə İbn Sinalar,

31
00:04:08,510 --> 00:04:19,420
Farabilər, Məhəmməd Zəkəriyya Razilər, Xarəzmilər yetişdirən mədrəsələr olub.

32
00:04:21,200 --> 00:04:25,080
Bunlar hamısı tanınmış, görkəmli simalardır,

33
00:04:25,220 --> 00:04:38,340
onlardan əlavə, hələ bu ölkənin yetirməsi olan, məşhurluq qazanmamış

34
00:04:38,940 --> 00:04:50,400
minlərlə həkim, mühəndis, ixtiraçı, ədib, filosof və arif var.

35
00:04:53,000 --> 00:04:57,000
Mən Corc Sartondan bir cümlə misal çəkmək istəyirəm –

36
00:04:57,910 --> 00:05:05,280
başqalarından misal çəkəndə özümüzünkülərdən daha inandırıcı görünür,

37
00:05:06,000 --> 00:05:13,370
ona görə deyirəm, yoxsa ki, qərblilərin, avropalıların dediklərindən misal gətirmək məndə adət deyil –

38
00:05:14,510 --> 00:05:20,600
“Elmin tarixi” adlı məşhur kitabın müəllifi olan bu Corc Sarton – o kitab tərcümə də olunub, çap da olunub; əminəm ki, hamınız da görmüsünüz –

39
00:05:21,280 --> 00:05:29,850
deyir: “Bu sivilizasiyada iranlı alim və mütəfəkkirlər ən önəmli rola, paya malikdirlər

40
00:05:32,450 --> 00:05:40,910
və əgər İran ziyalılarının əsərlərini bu məcmudan çıxarsaq,

41
00:05:41,340 --> 00:05:50,710
onu ən yaxşı hissəsindən məhrum etmiş olarıq”. Bu, elmin tarixini tədqiq etmiş bir insanın fikirləridir.

42
00:05:53,050 --> 00:06:01,910
Başqa birindən də bir misal çəkim – yadımda qalanı deyəcəyəm, çoxdan oxuduğuma görə

43
00:06:03,170 --> 00:06:08,050
sözlərini tam dəqiqliklə çatdıra bilməyəcəm – Pyer Russo;

44
00:06:08,940 --> 00:06:13,510
o da elmin tarixini yazıb, həmin əsər də illərdir ki fars dilinə tərcümə olunub,

45
00:06:13,740 --> 00:06:18,880
əldə var. Mən onu illər öncə görmüşəm, deyim ki, qayıdıb ikinci dəfə də baxmaq istəyirdim,

46
00:06:18,940 --> 00:06:23,280
amma doğrusu, fürsət tapmadım; amma adını yazıb götürmüşdüm.

47
00:06:23,280 --> 00:06:29,140
Yadımdadır ki, bu sözü harada dediyini bir kənara qeyd etmişdim;

48
00:06:29,820 --> 00:06:32,000
elə “Elmlər tarixi” kitabındadır.

49
00:06:33,340 --> 00:06:46,650
Russo orta əsrlərdə avropalı – italyan, ya tutalım, fransız bir tacirin

50
00:06:47,310 --> 00:06:52,770
o dövrün elm adamlarından biri ilə məsləhətləşdiyi barədə yazır.

51
00:06:54,910 --> 00:07:00,220
Tacir deyir ki, istəyirəm övladımı qoyam dərs oxusun, savadlı olsun.

52
00:07:01,420 --> 00:07:08,910
Hansı ölkəyə, hansı universitetə qoyum? Həmin adam deyir ki, əgər

53
00:07:10,170 --> 00:07:16,820
4 əsas riyazi əməli öyrənməyi ilə kifayətlənəcəksənə,

54
00:07:17,020 --> 00:07:22,400
fərqi yoxdur, Avropanın hansı məktəbinə istəyirsənsə, qoy getsin.

55
00:07:24,080 --> 00:07:29,710
Əgər bundan artığını istəyirsənsə, Əndəlusa getməlidir. Həmin dövrdə Əndəlus müsəlmanların əlində idi.

56
00:07:31,540 --> 00:07:39,220
İslam elminin tarixi də budur. O birinci dediyim İrana aid idi, bu da İslama aiddir.

57
00:07:40,970 --> 00:07:46,310
Yəni istər İslam mühiti olsun, istərsə də İran mühiti –

58
00:07:47,110 --> 00:07:50,200
bizim belə bir tariximiz, belə bir mirasımız var.

59
00:07:50,850 --> 00:08:00,740
Əlbəttə, onu da deyim ki – millətçiliyə, şovinizmə yozulmasın –

60
00:08:01,340 --> 00:08:10,600
İslam dövlətləri arasında elmin, fəlsəfi fikrin zirvəsi yenə də İrandır.

61
00:08:11,850 --> 00:08:21,450
Başqa heç bir yerdə, misal üçün, filosof Kindi və bu qəbildən olan dahi simalar kimi

62
00:08:21,710 --> 00:08:30,770
görkəmli şəxsiyyətlər yoxdur; İranda isə belə parlaq simalar çox olub.

63
00:08:30,970 --> 00:08:37,510
Yəni İslamda elmin tarixindən danışırıqsa, yenə də onun zirvəsi İrana aiddir.

64
00:08:38,020 --> 00:08:43,050
Bu, bizim tariximizdir, bizim mirasımızdır, bizim keçmişimizdir.

65
00:08:46,020 --> 00:08:56,710
Qacar və Pəhləvi dövrlərinin də tarixi məlumdur, aydındır.

66
00:08:56,710 --> 00:09:06,200
Əlbəttə, mən çox təəssüf edirəm ki, savadlı, kitab oxuyan insanlarımızın

67
00:09:06,540 --> 00:09:11,110
yaxın, müasir tariximiz haqda –

68
00:09:11,940 --> 00:09:15,620
istər Qacar dövrü olsun, istərsə də Pəhləvi –

69
00:09:16,400 --> 00:09:21,940
məlumatı azdır, bilgiləri çox məhduddur, geniş deyil; bir qayda olaraq detalları bilmirlər.

70
00:09:22,280 --> 00:09:30,680
Qacar dövrünün ortalarından bu yana, Pəhləvi dövrünə qədər –

71
00:09:30,680 --> 00:09:38,400
hansı ki bu, artıq son idi – dünyada elmin çiçəkləndiyi bir vaxtda özəl səbəblər ucbatından

72
00:09:38,800 --> 00:09:43,220
bu mənəvi mirasdan düzgün istifadə edilməyib.

73
00:09:44,940 --> 00:09:52,250
Bilirsiniz ki, çağdaş dövr, yəni bu son yüzillik

74
00:09:52,250 --> 00:09:56,850
dünyada elmin inkişaf etdiyi, çiçəkləndiyi dövrdür

75
00:09:57,600 --> 00:10:04,820
və az-çox nailiyyətlər qazanmış, müəyyən inkişaf mərhələsinə çatmış ölkələr həmin uğurları bu son 100, 120 ildə əldə ediblər.

76
00:10:05,050 --> 00:10:12,020
Biz həmin dövrdə – belə ki elə ölkəmizdəki universitetlərin də səksən neçə yaşı var –

77
00:10:12,850 --> 00:10:22,000
Qərb, Avropa modelli universitetləri ölkəyə gətirərkən o mirasdan istifadə edə bilərdik;

78
00:10:22,220 --> 00:10:29,680
o ruhiyyədən, istedaddan, ölkəmizdə mövcud olan zəmin və potensialdan, şəraitdən istifadə edə,

79
00:10:30,880 --> 00:10:37,600
universiteti milliləşdirə, özümüzünküləşdirə bilərdik.

80
00:10:38,000 --> 00:10:40,370
Bunu edə bilərdik, amma

81
00:10:40,620 --> 00:10:46,540
Qacar və Pəhləvi hökumətləri ilə bağlı müəyyən səbəblər ucbatından etmədik.

82
00:10:49,800 --> 00:11:01,600
Yəni Qərb elmi ölkəyə gətirildiyi zaman o ali mirasdan istifadə edilməyib.

83
00:11:03,140 --> 00:11:11,020
Bu gün ölkəmizdə, universitetlərimizdə, elmi dairələrimizdə

84
00:11:12,020 --> 00:11:21,080
kreativlik, özünəinam, özünəgüvən ruhu var, öz sözü olmaq, öz sözünü demək var,

85
00:11:21,450 --> 00:11:27,540
dünya səviyyəsində istinad edilə biləcək fundamental məqalələr yazılır.

86
00:11:27,540 --> 00:11:31,510
Bu gün ölkəmizdə bu sadaladıqlarımızdan çoxdur, o zaman isə yox idi.

87
00:11:33,400 --> 00:11:40,850
O dövrdə biz öz elmi mirasımızdakı əxlaqi dəyərlərdən, elmi bazadan,

88
00:11:41,820 --> 00:11:54,050
öz elmi dairələrimizin mənəvi-əxlaqi mirasından istifadə edə bilməmişik.

89
00:11:54,140 --> 00:12:00,480
Bu barədə çox şey danışmaq olar, amma mən bu mövzulara girib

90
00:12:01,400 --> 00:12:09,450
keçmişdə elmi dairələrimizdə hansı etik normaların olduğu,

91
00:12:09,570 --> 00:12:15,340
sonradan Qərb üslubu ölkəyə gələndən sonra həmin normaların necə dəyişdiyi haqda danışmaq istəmirəm.

92
00:12:17,540 --> 00:12:24,540
Keçmişdə şagird müəllimin qarşısında dizləri üstə oturardı,

93
00:12:25,020 --> 00:12:33,000
müəllimini təhqir etməzdi. Baxmayaraq ki, tədris prosesində, elmi dairələrdə azadlıq var idi;

94
00:12:33,140 --> 00:12:37,340
indi də teoloji mərkəzlərdə bu cürdür. Bizim dərslərimizdə

95
00:12:38,200 --> 00:12:43,370
iştirak edən bütün tələbələrin irad tutmaq haqqı var və tuturlar da,

96
00:12:43,570 --> 00:12:48,910
hay-küy salırlar, danışırlar; eybi də yoxdur, heç kəs bunu nöqsan tutmur.

97
00:12:49,820 --> 00:12:53,110
Müəllimin də vəzifəsi budur ki, nəzakətlə cavab versin.

98
00:12:54,220 --> 00:13:01,850
Keçmişdə də belə olub, amma eyni zamanda şagird də müəllimi qarşısında itaəkar olub.

99
00:13:02,910 --> 00:13:09,250
Qədimdə bizim akademik dairələrimizdə, elmi məkanlarımızda bu cür etik qaydalar olub.

100
00:13:10,250 --> 00:13:17,110
Müasir dövrdə isə istər orta məktəblərdə, istərsə də universitetlərdə

101
00:13:17,710 --> 00:13:22,280
şagirdi tərəfindən döyülən müəllimlərin,

102
00:13:22,910 --> 00:13:30,510
yaxud tələbəsi tərəfindən bıçaqlanan, hətta bəzən öldürülən universitet müəllimlərinin də sayı az deyil;

103
00:13:31,650 --> 00:13:34,680
yəni elmi əxlaq tamamilə dəyişib.

104
00:13:36,680 --> 00:13:43,220
Müasir universitetlərə nə bizim elmi mirasımız,

105
00:13:44,310 --> 00:13:50,740
nə də köhnə elmi mühitimizin, elm mərkəzlərimizin etik qaydaları ötürülüb.

106
00:13:51,110 --> 00:13:52,650
Universitetlər bu cür fərqli bir şəkildə formalaşıb.

107
00:13:52,820 --> 00:13:58,620
Qərblilərin bizim universtitetlərimizlə bağlı müəyyən planları var.

108
00:13:59,000 --> 00:14:04,600
Mənim bu dediklərim əsaslı məlumatlara, təhlillərə söykənir,

109
00:14:04,710 --> 00:14:11,680
nitq xatirinə deyilən, minbər üçün hazırlanmış sözlər deyil; xeyr, araşdırmalara əsaslanır.

110
00:14:12,000 --> 00:14:17,420
Sosioloji, yaxud xarici siyasətlə bağlı araşdırmalar aparan, ictimai məsələləri

111
00:14:17,420 --> 00:14:20,510
araşdıran mütəxəssislər bunu hərtərəfli tədqiq ediblər.

112
00:14:20,680 --> 00:14:25,600
Qərblilər “üçüncü dünya” adlandırdıqları ölkələr üçün

113
00:14:25,970 --> 00:14:33,370
belə bir plan cızıblar: gələcəkdə həmin ölkələrdə

114
00:14:33,400 --> 00:14:42,050
rəhbər vəzifələr tutmaları üçün özlərinin əxlaqına, həyat tərzinə, üslubuna uyğun insanlar yetişdirmək.

115
00:14:42,940 --> 00:14:48,820
Onların planı bu olub. Bizim universitetlərimiz üçün də belə bir planları olub;

116
00:14:49,710 --> 00:15:01,450
yəni universitetlərimiz ölkəmizdə onların istəklərinin reallaşmasına aparan bir körpü rolu oynamalı idi.

117
00:15:01,740 --> 00:15:05,250
Bəli, onların fikri bu idi, amma baş tutmadı.

118
00:15:06,600 --> 00:15:13,080
Universitetlərimiz faktiki olaraq Qərbin hədəflərinə xidmət etmədi.

119
00:15:13,970 --> 00:15:19,400
Bu, ölkəmiz üçün çox böyük əhəmiyyətə malik, diqqətəlayiq cəhətlərdən biridir.

120
00:15:22,020 --> 00:15:28,970
Onlar istəyirdilər ki, ölkəmizdəki universitetlər Qərb təfəkkürünün, Qərbə xas həyat tərzinin nasosxanasına çevrilsin.

121
00:15:29,710 --> 00:15:34,140
Düzdür, müəyyən yerlərdə buna müəyyən qədər nail ola bilmişdilər də, buna şübhə yoxdur –

122
00:15:35,850 --> 00:15:43,110
rəhbər vəzifələrdə çalışanlar; xüsusilə də universitetlərin yeni-yeni təsis olunmağa başladığı Rza xan zamanında;

123
00:15:43,600 --> 00:15:51,400
onlar təpədən dırnağa Qərbə, Qərb mədəniyyətinə vurğun idilər; yəqin ki, onların haqqında eşitmisiniz –

124
00:15:52,570 --> 00:16:01,420
amma sonda uğur qazana bilmədilər. Çünki iranlı kimliyi öz işini gördü.

125
00:16:02,420 --> 00:16:06,680
Tarixə nəzər salsaq, görərik ki, iranlı kimliyi heyrətamiz dərəcədə qəribə bir şeydir.

126
00:16:07,740 --> 00:16:14,880
İrana hücum etmiş bütün xalqların dili, mədəniyyəti, etik normaları bir müddət sonra

127
00:16:16,310 --> 00:16:23,940
bu və ya digər şəkildə həll olub, əriyib. Bircə İslam istisnadır;

128
00:16:24,170 --> 00:16:34,820
İslam İrana gəlib, amma əriyib itməyib, qalıb, İran insanı İslamı bütün varlığı və səmimiyyəti ilə qəbul edib.

129
00:16:35,220 --> 00:16:45,310
Müsəlman ərəblərin hücumuna məruz qalmış başqa ölkələrə baxanda isə görürük ki, onların ayağı hara dəyibsə, oranın camaatının dili dəyişib:

130
00:16:45,740 --> 00:16:55,940
Misir dilini dəyişib, Fələstin dilini dəyişib, Şam dilini dəyişib; ərəb dilini götürüblər.

131
00:16:56,400 --> 00:17:03,110
İran isə dilini dəyişməyib, farsdilli olaraq qalıb; yəni bu, İrana xas bir qəribəlikdir.

132
00:17:03,110 --> 00:17:05,820
Bu, bizim ölkənin özünəməxsus cəhətidir.

133
00:17:07,540 --> 00:17:12,600
Həmin məsələdə də belə olub; iranlı kimliyi öz işini görüb.

134
00:17:12,880 --> 00:17:21,880
Birincisi, universitetlərdə dinin zahiri atributlarını qoruyan şəxslər olub;

135
00:17:22,400 --> 00:17:27,800
baxmayaraq ki, qarşı tərəf buna kəskin reaksiya verirdi;

136
00:17:28,050 --> 00:17:31,770
yəni Rza xan dinin zahiri atributlarını qətiyyən qəbul etmirdi.

137
00:17:31,850 --> 00:17:34,710
İranda universitetləri ilk dəfə təsis edənlər də

138
00:17:34,970 --> 00:17:37,740
– indi mən burda kimlərinsə adını çəkmək istəmirəm –

139
00:17:39,450 --> 00:17:41,280
eynilə Rza xan kimi idilər

140
00:17:41,280 --> 00:17:46,280
əslində bu fikirləri Rza xanın beyninə yeridən də daha çox elə onlar idi.

141
00:17:47,140 --> 00:17:51,140
Onlar heç cür istəmirdilər ki, universitetlərdə kimsə namaz qılsın,

142
00:17:51,140 --> 00:17:55,510
kimsə Allahın adını çəksin. Lakin bu, baş verdi.

143
00:17:56,370 --> 00:18:01,680
Qeyd olunduğu kimi, islami təşkilatlar yarandı,

144
00:18:02,680 --> 00:18:07,420
bir sıra inanclı müsəlmanlar universitetlərdə professor dərəcəsi aldılar,

145
00:18:07,850 --> 00:18:16,220
dini yaydılar, dinə zidd fikirlər qarsında dayandılar; yəni burdan başladı.

146
00:18:16,420 --> 00:18:22,340
Getdikcə universitetlərdə bu dini əqidə, iman əhval-ruhiyyəsi gücləndi

147
00:18:22,450 --> 00:18:27,170
və proseslərin axarı 41-ci ildə islami hərəkata gətirib çıxardı.

148
00:18:28,340 --> 00:18:37,050
O zaman universitetlər cəmiyyətdə iman, dini ideologiya atmosferinin yaranması baxımından çox böyük addımlar atdı;

149
00:18:37,310 --> 00:18:39,480
baxmayaraq ki, o dövrdə kommunistlər də var idi.

150
00:18:40,620 --> 00:18:45,940
Həmin dövrdə universitetlərdə kommunistlər, marksistlər çox fəal idi.

151
00:18:46,450 --> 00:18:54,050
Məşhədlə sıx əlaqədə olduğum üçün mən bunların yaxından şahidi olurdum, digər yerlərdə də –

152
00:18:54,050 --> 00:18:59,450
Tehrana və bəzi başqa yerlərə səfərlərimiz olurdu, tələbələrlə münasibətdə olurduq –

153
00:19:00,050 --> 00:19:05,970
marksist ideolgiyanın olduğunu görürdüm.

154
00:19:06,400 --> 00:19:14,110
Qəribə burasıdır ki, universitetlərdə marksistlər

155
00:19:14,110 --> 00:19:24,620
getdikcə artan islami məfkurəyə qarşı mübarizədə hakim rejimlə həmkarlıq edirdilər!

156
00:19:26,570 --> 00:19:29,940
Kitabları çap olunur, azad şəkildə satılırdı.

157
00:19:31,800 --> 00:19:38,400
Halbuki müsəlman inqilabçılar, müsəlman gənclər

158
00:19:38,710 --> 00:19:42,250
ehtiyac duyduqları kitabları çox çətinliklə əldə edirdilər – istər əlbəttə ki, az da olsa,

159
00:19:42,250 --> 00:19:45,310
özlərinin istehsal etdiyi kitabları, istərsə də oxumaq istədiklərini –

160
00:19:46,540 --> 00:19:56,080
həmin kitablara qarşı kəskin mübarizə aparılırdı.

161
00:19:57,600 --> 00:20:04,910
İslami hərəkatın getdiyi dövrdə Pəhləvi rejimi

162
00:20:05,140 --> 00:20:13,400
faktiki olaraq bütün diqqətini bu hərəkat əleyhinə mübarizəyə yönəltmişdi.

163
00:20:13,910 --> 00:20:18,250
Solçular, marksistlər və bu qəbildən olanlarla isə dözümlü, yumşaq davranırdılar;

164
00:20:18,400 --> 00:20:23,800
onlar da bu münasibəti cavabsız qoymurdu. Çoxu gedib Fərəh Pəhləvinin kabinetinə üzv olmuşdu!

165
00:20:23,940 --> 00:20:30,970
Bir çoxları gedib “Səda və sima”ya, televiziya və radioya üzv olmuşdu,

166
00:20:31,600 --> 00:20:39,000
onlarla həmkarlıq edirdi. 30-cu illərin qatı solçuları 40-cı illərdə hakim rejimin tərəfdaşlarına çevrilmişdi!

167
00:20:39,220 --> 00:20:47,080
Lakin buna baxmayaraq, universitetlərin islami məfkurəyə yaxınlaşma prosesi günü-gündən daha da dayanıqlı oldu, gücləndi, dərinləşdi.

168
00:20:47,170 --> 00:20:48,340
İnqilab dövrünə gəlib çatdıq.

169
00:20:48,480 --> 00:20:58,710
Bu hərəkat, əlbəttə ki, konkret ideoloji əsaslara, məfkurəyə malik bir dini müqavimət hərəkatı idi.

170
00:20:59,940 --> 00:21:07,020
O zaman universitetlərdə tələbələr arasında yayılan ideya və fikirlərə misal olaraq, mərhum Mütəhhərinin fikirlərini qeyd etmək olar.

171
00:21:09,140 --> 00:21:16,110
1358-ci ildə qələbə çalan İslam İnqilabı dünyanı lərzəyə gətirdi;

172
00:21:17,110 --> 00:21:19,480
bu, mübaliğəsiz olaraq məhz belədir.

173
00:21:19,710 --> 00:21:25,910
Yəni doğrudan da, İslam dininin bir inqilabla qələbə çalması

174
00:21:26,850 --> 00:21:32,340
və İslama əsaslanan bir hökumət rejiminin qurulması ümumiyyətlə dünyanı –

175
00:21:34,140 --> 00:21:41,110
qərbi, şərqi lərzəyə gətirmişdi. Aydındır ki, bu, universitetlərə də öz təsirini göstərməli idi və göstərdi də.

176
00:21:42,140 --> 00:21:50,020
Universitet ictimaiyyəti içərisində bir çox insanlar – istər müəllimlər, istərsə də tələbələr –

177
00:21:50,080 --> 00:21:55,940
inqilabın ən sadiq və fədakar silahdaşlarından oldu.

178
00:21:56,220 --> 00:22:01,200
Bu da ölkəmizdəki universitetlərin tarixi keçmişinin bir hissəsidir,

179
00:22:01,340 --> 00:22:12,940
həmin etapı heç vaxt yaddan çıxarmamalıyıq. Bu, bizim keçmişimizdir.

180
00:22:14,310 --> 00:22:18,970
Həmin günlərdən artıq 38 il keçir, bu vaxt ərzində biz çoxlu eniş-yoxuşlarla üzləşmişik,

181
00:22:20,370 --> 00:22:24,570
çox işlər görülüb, universitetlərimizin irəlilədiyi də olub, gerilədiyi də.

182
00:22:25,310 --> 00:22:31,450
Müəyyən etapda universitetlərə müxtəlif cərəyanlar hakim kəsilib,

183
00:22:33,200 --> 00:22:36,000
universitetlərin yolu enişli-yoxuşlu olub.

184
00:22:36,800 --> 00:22:43,680
Amma bu təbiidir; yəni dərindən fikirləşəndə,

185
00:22:44,310 --> 00:22:52,710
İslam dininin hakimiyyəti bərqərar olunsa belə, islamçıların öz arasında

186
00:22:52,710 --> 00:22:57,080
müxtəlif siyasi kurs və tendensiyaların yaranması və bunun nəticəsində

187
00:22:58,170 --> 00:23:04,310
universitetlərdə müəyyən təlatümlərin yaşanması heç də gözlənilməyən bir şey deyil.

188
00:23:04,680 --> 00:23:12,400
Əlbəttə, bu dövrdə universitetlərdə müxalif fikirlilərin, hətta marksistlərin də fəallaşdığı vaxtlar olub.

189
00:23:13,420 --> 00:23:21,200
Mən çox kitab oxuduğumdan – əlimə düşən kitabları oturub oxuyuram –

190
00:23:21,770 --> 00:23:28,770
bəzi kitablarda belə faktlara rast gəlmişəm ki,

191
00:23:29,200 --> 00:23:35,540
universitetlərin daxilində marksizm ideyalarını yenidən dirçəltmək istəyənlər olub.

192
00:23:35,540 --> 00:23:38,680
Özü də nə vaxt? Sovetlərin süqutundan sonra;

193
00:23:39,650 --> 00:23:44,280
dünyada marksistlərin, marksist hökumətlərin süqutundan sonra!

194
00:23:44,680 --> 00:23:50,540
Baş tutmayıb, universitetlər bunu qəbul etməyib.

195
00:23:52,540 --> 00:24:02,480
Hər halda, bu 37 ildə universitetlərimiz müxtəlif mərhələlərdən, müxtəlif dövrlərdən keçib

196
00:24:03,570 --> 00:24:06,710
və bu gün gördüyümüz vəziyyətdədir.

197
00:24:07,850 --> 00:24:14,200
Bəs biz nə etməliyik ki, universitetlərimizin bu tarixi keçmişini,

198
00:24:15,770 --> 00:24:21,680
malik olduğu tarixi zəmini, mirası,

199
00:24:23,020 --> 00:24:31,800
gözəl təcrübəni, inqilab dövründə sınaqlardan,

200
00:24:33,480 --> 00:24:40,020
üzləşdiyi problemlərdən üzüağ çıxmasını paralel surətdə nəzərdən keçirərək

201
00:24:40,170 --> 00:24:53,570
bütün bunlardan yeni İslam sivilizasiyasını yaratmaq üçün bəhrələnə bilək? Çünki artıq hədəf budur;

202
00:24:54,680 --> 00:24:59,600
hədəfimiz cəmiyyəti İslamda nəzərdə tutulan

203
00:25:00,200 --> 00:25:09,480
ideal topluma çevirəcək bir islami hakimiyyət qurmaqdır.

204
00:25:09,770 --> 00:25:15,940
Biz artıq bunun arxasıncayıq; biz istəyirik ki, ölkəmiz – hələ ki, ilk növbədə öz ölkəmiz;

205
00:25:16,080 --> 00:25:20,710
hələlik başqa ölkələrdən, qlobal və beynəlxalq məsələlərdən danışmırıq –

206
00:25:22,080 --> 00:25:34,420
İslamda ideal hesab olunan meyarlara çatsın.

207
00:25:34,800 --> 00:25:43,000
Bu meyarlar hər bir düşünən insan üçün təqdirəlayiqdir, arzuolunandır;

208
00:25:43,110 --> 00:25:46,310
yəni oturub düşünən, araşdıran hər kəs

209
00:25:47,650 --> 00:25:52,170
İslam dinində ideal olan o ictimai modeldən həzz alar:

210
00:25:52,680 --> 00:25:58,910
burada həm elm, həm tərəqqi, həm nüfuz, həm qüdrət,

211
00:25:59,540 --> 00:26:11,850
həm dünyadakı təlatümlərə qarşı müqavimət gücü, həm də sərvət var; belə bir mənzərədir.

212
00:26:11,850 --> 00:26:16,340
Biz bunu yeni İslam sivilizasiyası adlandırırıq və ölkəmizin bu məqama yetişməsini istəyirik.

213
00:26:16,600 --> 00:26:20,740
Bəs universitetlər bu prosesdə nə kimi rol oynaya bilər, hansı işləri görməlidir?

214
00:26:24,540 --> 00:26:32,800
Birincisi, universitetlərin bu işdə özünəməxsus rol oynaması vacibdir. İkincisi, sual verdik ki, nə etmək lazımdır?

215
00:26:33,250 --> 00:26:37,820
Həmin ideal mövqeyə çata bilmək üçün biz nə etməliyik?

216
00:26:38,080 --> 00:26:45,600
Əlbəttə ki, bu məsələ mənim bugünkü söhbətimin mövzusundan kənardır. Çünki bu mövzunu bir iclasla, bir çıxışla əhatə etmək mümkün deyil;

217
00:26:46,400 --> 00:26:50,170
geniş araşdırma tələb edir.

218
00:26:52,170 --> 00:26:58,310
Mən ancaq bunu qeyd etmək istəyirəm ki, universitetlərimiz bunun üzərində düşünsün,

219
00:26:59,340 --> 00:27:08,370
ölkənin ali təhsil sisteminin rəsmiləri, universitet rektorları olaraq siz bu məsələ üzərində düşünün,

220
00:27:09,910 --> 00:27:14,310
bu əsaslar üzərində universitetlərin qarşısına vəzifələr qoyun,

221
00:27:14,650 --> 00:27:21,140
fəaliyyət proqramlarını bu əsasda qurun ki, az öncə qeyd etdiyim tarixi keçmişə,

222
00:27:21,140 --> 00:27:24,370
dərin tarixi köklərə malik,

223
00:27:25,020 --> 00:27:28,510
inqilab dövründə üzləşdiyi böyük sınaqlardan

224
00:27:28,600 --> 00:27:37,800
yüksək səviyyədə çıxmış universitetlərimiz yeni İslam sivilizasiyasının,

225
00:27:37,910 --> 00:27:44,740
elə bir toplumun, elə bir İranın formalaşdırılmasında hansı rolu oynaya bilər? Bunun üzərində düşünməlisiniz;

226
00:27:44,740 --> 00:27:48,480
yəni bütün işləri bu məcrada aparmalısınız.

227
00:27:49,110 --> 00:27:53,540
Mən yalnız müəyyən məqamları qeyd edirəm. Əlbəttə, çıxış edən rəsmilərimizin,

228
00:27:54,880 --> 00:27:58,400
xüsusilə də cənab doktor Fərhadinin verdiyi hesabatdan

229
00:27:59,800 --> 00:28:06,680
belə nəticəyə gəlmək olar ki,

230
00:28:07,310 --> 00:28:11,620
bizim istəklərimiz, arzularımız universitetlərdə reallaşıb.

231
00:28:11,910 --> 00:28:17,970
Yaxşı, çox yaxşıdır. Bütün bunlar ciddi səylər göstərildiyindən xəbər verir, intəhası ortada olan nəticələrə baxmaq lazımdır.

232
00:28:19,340 --> 00:28:26,650
Bu hesabat məsələlərində mən tədricən təcrübə toplamışam və bu qənaətə gəlmişəm ki,

233
00:28:28,650 --> 00:28:44,680
reallıqda məlumatlar sırf mənə və ya digər yüksək vəzifəli şəxslərə verilən hesabatlarda olduğu kimi deyil.

234
00:28:45,020 --> 00:28:49,680
Müəyyən kənar məsələlər var ki, hərdən hesabatların məzmununu dəyişir.

235
00:28:51,050 --> 00:28:57,020
Əgər biz əsl reallıqları bilmək istəyiriksə, gedib bilavasitə ortada olan işə baxmalıyıq.

236
00:28:57,880 --> 00:29:04,480
Yəni məsələn, cənab doktor Fərhadi elmi işlər,

237
00:29:04,740 --> 00:29:12,620
araşdırmalar, texnoparklar, dini-mənəvi dəyərlər və sairlə bağlı hesabat verdi.

238
00:29:13,620 --> 00:29:16,170
Amma gedib işlərin gedişi ilə yerində tanış olmaq,

239
00:29:16,340 --> 00:29:24,080
bu arzuların, hesabatlarda əksini tapan məlumatların nə qədər hissəsinin doğrudan da reallaşdığına baxmaq lazımdır. Mühüm olan budur.

240
00:29:27,280 --> 00:29:34,910
Hərdən elə hesabatlarla üzləşirik ki, bu istəklərin bəzisinin reallaşdığı insanda şübhə doğurur.

241
00:29:35,800 --> 00:29:42,280
Bu mühüm məqama fikir vermək lazımdır. Mən daha çox bu məqam üzərində durmaq istəyirəm.

242
00:29:43,400 --> 00:29:47,540
Cənab Fərhadinin, yaxud doktor Haşiminin dedikləri

243
00:29:47,910 --> 00:29:51,540
lazımlı, reallaşmalı olan şeylərdir,

244
00:29:53,310 --> 00:29:57,940
lakin sırf “etmək istəyirik”, “göstəriş vermişik”, yaxud

245
00:29:58,600 --> 00:30:02,080
“filan işlərin görüldyü haqda hesabat verilib” deyilməsi kifayət etmir.

246
00:30:03,740 --> 00:30:08,680
Bu cür hesabatlara sevinib otursaq, bir də göz açıb görəcəyik ki,

247
00:30:08,880 --> 00:30:15,740
arzuladıqlarımız reallıqdan çox-çox uzaqlaşıb. Bunu vurğulamaq istərdim.

248
00:30:15,850 --> 00:30:19,110
Mən söhbətimi iki istiqamətdə davam etdirmək istəyirəm:

249
00:30:19,510 --> 00:30:28,620
bunlardan biri elmlə, elmi inkişaf, həyata keçirilən elmi işlərlə, digəri isə mənəvi-əxlaqi dəyərlər,

250
00:30:28,740 --> 00:30:35,850
başqa sözlə insan sərmayəsinin, kadr potensialının yetişdiriməsi ilə bağlıdır. Bildiyimiz kimi, kadr potensialı çox mühümdür.

251
00:30:37,340 --> 00:30:42,620
Hazırkı görüşdə iştirak edən dostlarımızdan – bu sahənin mütəxəssisi olan insanlardan biri

252
00:30:43,050 --> 00:30:51,280
dünən mənə deyirdi ki, biz hazırlıqlı kadr potensialı baxımındna dünyanın ilk 4-5 ölkəsi sırasındayıq.

253
00:30:53,400 --> 00:30:58,820
Yəni əhalisi 2, bəzən də 3 dəfə bizdən çox olan ölkələrdə

254
00:30:59,280 --> 00:31:05,280
bizdə olduğu qədər təhsilli kadrlar, oxumuş insanlar yoxdur;

255
00:31:05,740 --> 00:31:11,310
o dedi ki, bizdə belə kadrların sayı 30 milyona çatır (ola bilsin ki, ədədlərdə yuxarı-aşağı bir qədər fərq olsun).

256
00:31:12,310 --> 00:31:16,420
Bu, önəmli bir faktdır; çox əhəmiyyətlidir.

257
00:31:17,110 --> 00:31:24,280
Biz bu kadr potensialını necə istiqamətləndirmək fikrindəyik? İstiqamətləndirmə mühüm şərtdir.

258
00:31:25,910 --> 00:31:34,110
Elm inkişaf etdiyinə baxmayaraq, səhv istiqamətlənərsə, bugünkü alimlər,

259
00:31:35,050 --> 00:31:44,680
elmi tədqiqatçılar, elmi inkişaf dünyasında dünən və bu gün gördüklərimiz olacaq.

260
00:31:44,820 --> 00:31:52,080
Baxın, müstəmləkəçilik Asiya, Afrika

261
00:31:52,200 --> 00:32:01,850
və Latın Amerikası ölkələrinin üzərinə çökmüş böyük bir bəla idi; eybəcər bir şey idi.

262
00:32:03,850 --> 00:32:09,050
Onu nə meydana gətirmişdi? Elm.

263
00:32:13,200 --> 00:32:22,570
Avropa ölkələri hansısa ölkələrdən bir-iki gün tez,

264
00:32:23,000 --> 00:32:29,510
misal üçün, avtomat silah əldə etməyə nail olmuşdular deyə,

265
00:32:30,250 --> 00:32:37,420
bunun sayəsində də İngiltərə kimi – məsələn, uzaq bir adada yerləşən bir dövlət –

266
00:32:37,850 --> 00:32:42,910
Hindistan kimi böyük bir ölkədə ağalığı ələ keçirməyə müvəffəq olmuşdu.

267
00:32:43,250 --> 00:32:51,140
Gedin “Dünya tarixi” kitabına bir baxın – Nehrunun kitabdır  – görün Hindistanın başına nələr gəlib;

268
00:32:51,540 --> 00:32:55,970
əlbəttə, təkcə o kitab deyil, bu mövzuda bir çox kitablar var.

269
00:32:58,000 --> 00:33:09,650
Götürək elə bu gün Myanma adlanan Birmanı; ora sərvət, var-dövlət mərkəzidir.

270
00:33:10,820 --> 00:33:18,250
Əlində bir tüfəngi və güllə darağı olan bir ingilis

271
00:33:19,050 --> 00:33:25,770
onlarla adamı əsir götürüb qul kimi işlədirdi, nəfəs çəkməyə də cürət etmirdilər.

272
00:33:27,680 --> 00:33:35,600
Orda böyük kauçuk ağacları, cürbəcür qiymətli ağac növləri olub,

273
00:33:36,650 --> 00:33:40,880
bütün bunları talayıb aparıblar; tarixi mənbələrdə var.

274
00:33:40,880 --> 00:33:50,680
Dediyim kimi, təəssüflər olsun ki, kitab oxuyan insanlarımız müasir tarixə çox az diqqət yetirirlər.

275
00:33:51,250 --> 00:33:57,000
Oxuyun görün müstəmləkəçilik ucbatından Hindistanda nələr törədilib, Birmada nələr baş verib,

276
00:33:57,620 --> 00:34:05,600
Afrika, Latın Amerikası regionlarında nələr baş verib,

277
00:34:06,450 --> 00:34:13,650
Əlcəzair, Tunis və sairdə həmin o üzdə yaxşı,

278
00:34:14,200 --> 00:34:21,140
intizamlı, ədəbli görünən Fransanın müstəmləkə ağalığı nələr edib.

279
00:34:21,340 --> 00:34:25,020
Yaxşı bəs bu müstəmləkənin özünü araya-ərsəyə gətirən nə olmuşdu? Elm.

280
00:34:25,910 --> 00:34:28,480
Elmə düzgün istiqamət verilməyəndə dönüb olur müstəmləkəçilik.

281
00:34:30,450 --> 00:34:36,820
Elmin vasitəsilə milyonlarla insanın atasını yandırıblar.

282
00:34:37,910 --> 00:34:45,600
Düzgün istiqamət verilməmiş, əxlaqi-mənəvi məntiqi olmayan elmin axırı budur.

283
00:34:49,280 --> 00:34:54,800
Biz öz elmi sistemimizi idarə etməliyik;

284
00:34:55,020 --> 00:34:59,080
özümüzü idarə etməli, istiqamətləndirməli, diqqətli olmalıyıq ki,

285
00:34:59,220 --> 00:35:05,280
elmimiz o səmtə yönəlməsin. Elm səhv yola düşəndə olur atom bombası.

286
00:35:05,620 --> 00:35:12,800
Hazırda bu yer kürəsini on dəfələrlə yerlə-yeksan – “kunfəyəkun” edə bilərlər.

287
00:35:13,800 --> 00:35:18,970
Yəni Amerika, Rusiya və bəzi digər ölkələrin ixtiyarında olan atom bombaları ilə

288
00:35:18,970 --> 00:35:25,310
Quranda qiyamətdə baş verəcəyi nəql olunan hadisələri

289
00:35:25,880 --> 00:35:29,250
törətmək, reallaşdırmaq olar.

290
00:35:30,110 --> 00:35:37,600
Bu isə bəşəriyyət, sivilizasiya, insanlıq, maddi və mənəvi dünyamız üçün böyük bir təhlükədir.

291
00:35:38,170 --> 00:35:42,170
Bütün bunları törətmək üçün şərait yaradan isə elmdir, elm bəzən bu cür olur.

292
00:35:44,050 --> 00:35:49,740
Odur ki biz öz elmi inkişaf sistemimizə diqqət və ehtiyatla yanaşmalı

293
00:35:50,310 --> 00:35:54,940
və elm üçün yeni bir yol, cığır açmalıyıq. O yol nədən ibarətdir?

294
00:35:55,280 --> 00:36:01,250
O yol elmi inkişafla yanaşı gedən mənəvi-əxlaqi quruculuqdan ibarətdir.

295
00:36:01,910 --> 00:36:05,910
Elə buna görə də mən paralel olaraq bir qədər elmi inkişaf

296
00:36:06,340 --> 00:36:13,020
və bir qədər də əxlaqi məsələlər, insan sərmayəsinin mənəvi-əxlaqi quruculuğu istiqamətində danışmaq istəyirəm.

297
00:36:16,680 --> 00:36:22,220
Elmi inkişafla bağlı məsələlərə gəlincə, mən burda bir neçə məqamı qeyd etmişəm;

298
00:36:22,220 --> 00:36:28,310
əlbəttə ki, bu barədə əvvəllər də danışmışam, bu məqamları dəfələrlə qeyd etmişəm,

299
00:36:28,450 --> 00:36:32,340
səhv etmirəmsə, çıxış edən cənablar da toxundular, amma mən yenə də onların altını cızmaq istərdim.

300
00:36:32,880 --> 00:36:37,850
Çünki bunların qeyd edilməsinə və reallaşmasına ehtiyac olduğunu hiss edirəm.

301
00:36:38,340 --> 00:36:47,420
Bunlardan biri xeyirli elm məsələsidir.

302
00:36:47,940 --> 00:36:53,020
Biz elmin elə sahələrinin dalınca getməliyik ki,

303
00:36:53,370 --> 00:37:00,570
ölkəmiz üçün xeyirli, lazımlı olsun; özü də təkcə bu günü üçün yox, bəlkə 10 il, 20 il sonrası üçün.

304
00:37:01,650 --> 00:37:05,480
Ola bilsin, 20 il sonra bizim elə bir ehtiyacımız olacaq ki,

305
00:37:06,020 --> 00:37:10,050
həmin sahədə elmi araşdırmalara bu gündən başlamaq lazımdır.

306
00:37:10,710 --> 00:37:15,050
Bu gün tədqiqatlara başlamasaq, bu gün özümüzü hazırlamasaq,

307
00:37:15,400 --> 00:37:18,570
lazım olanda əliboş qalacağıq.

308
00:37:19,000 --> 00:37:25,140
Bu günün və gələcəyin ehtiyacları bu şəkildə dəyərləndirilməlidir.

309
00:37:26,020 --> 00:37:33,820
Universitetə qəbul olunarkən, hər hansı bir elm sahəsini öyrənərkən, mənimsəyərkən

310
00:37:34,340 --> 00:37:37,800
onun nə qədər xeyirli olduğunu, ölkənin o elmə olan ehtiyacını nəzərə almalıyıq.

311
00:37:38,340 --> 00:37:46,650
Mənə məlumat verirlər ki, o haqqında danışılan elmi məqalələrin əksəriyyəti –

312
00:37:47,480 --> 00:37:56,280
sayları da kifayət qədər çoxdur – ölkənin heç bir işinə yaramır.

313
00:37:56,620 --> 00:38:02,740
Yəni məqalə müəllifləri hansısa araşdırma işi aparıb, amma bunun ölkəyə heç bir xeyri yoxdur;

314
00:38:03,570 --> 00:38:06,080
ya heç kəsə xeyri yoxdur,

315
00:38:06,370 --> 00:38:13,340
ya da ancaq o məqaləni bu və ya digər şəkildə sifariş vermiş hansısa xarici şirkətə xeyri var.

316
00:38:14,020 --> 00:38:17,970
Ola bilsin, heç məqalə müəllifinin özü də yazdığı məqalənin sifarişçisinin kim olduğunu bilmir!

317
00:38:18,740 --> 00:38:22,200
O şirkətin xeyrinədir. Bunun heç bir faydası yoxdur.

318
00:38:23,710 --> 00:38:31,140
Hətta doktorluq işləri – mənə çatan məlumatlara görə; mən israrla demək istəmirəm ki,

319
00:38:31,800 --> 00:38:39,620
məhz elə bu cürdür – mənə məlumat veriblər ki, ən nikbin yanaşma ilə,

320
00:38:39,850 --> 00:38:46,510
doktorluq işlərinin cəmi 10 faizi ölkədəki problemlərin həlli üçün yararlıdır.

321
00:38:47,370 --> 00:38:52,850
Axı doktorluq işləri dəyərli bir ehtiyatdır, xəzinədir;

322
00:38:53,340 --> 00:38:58,340
tələbələrin yazdığı buraxılış işləri, doğrudan da, ölkə üçün zəngin bir xəzinə, ehtiyat olmalıdır.

323
00:39:00,080 --> 00:39:06,740
Bu işlər hansı mövzuda olmalıdır ki, ölkə üçün faydalı olsun? Birinci məsələ budur.

324
00:39:07,880 --> 00:39:12,140
Faydalı elm məsələsi rəvayətlərimizdə də vurğulanıb.

325
00:39:14,050 --> 00:39:21,510
Müəllimlər özləri də ramazan ayında keçirdiyimiz görüşlərdə –

326
00:39:21,970 --> 00:39:27,850
bir qayda olaraq, hər il universitet müəllimlərimizlə görüşümüz olur,

327
00:39:27,850 --> 00:39:30,050
gəlirlər, çıxışlar edirlər –

328
00:39:30,340 --> 00:39:33,850
bəzi tədqiqat işlərinin

329
00:39:34,370 --> 00:39:40,310
ölkəyə heç bir xeyri olmadığı barədə xəbərdarlıq edirdilər; yadımdadır, bir neçəsi bu məsələyə toxunmuşdu.

330
00:39:40,420 --> 00:39:42,020
Mən də bunu dəfələrlə demişəm.

331
00:39:42,680 --> 00:39:49,940
Demək, birinci məsələ budur ki, elm həm ölkənin bugünkü,

332
00:39:51,280 --> 00:39:58,820
həm də gələcək ehtiyaclarını təmin etməlidir. Həmin o gələcək ehtiyaclar barədə ehtimallar irəli sürün, hesablama aparın, görün sabah ölkəyə nə lazım ola bilər.

333
00:40:00,450 --> 00:40:05,420
Bir neçə il – 3, 4, 5 il bundan əvvəl

334
00:40:05,510 --> 00:40:08,570
nüvə enerjisi barədə söz düşəndə bəziləri deyirdilər:

335
00:40:08,970 --> 00:40:12,280
“Bizim ki bu qədər neftimiz var, nəyimizə lazımdır?” Təsadüfə baxın ki, bunu amerikalılar da demişdilər!

336
00:40:12,620 --> 00:40:18,450
Amerikalılar da deyirdilər ki, “İranın bu qədər nefti var, nüvə enerjisini nə edir?”

337
00:40:19,910 --> 00:40:26,650
Mən dedim ki, yaxşı, bu gün biz nüvə enerjisi sahəsində əlimizi ağdan-qaraya vurmayaq,

338
00:40:26,880 --> 00:40:34,280
bəs sabah neftimiz qurtaranda gedib nüvə enerjisini ondan-bundan dilənəcəyik?

339
00:40:34,680 --> 00:40:42,220
Elədir də! Onlarda olsa, bizdə olmasa, o şeyə ehtiyacımız olsa, atamızı yandırarlar.

340
00:40:42,710 --> 00:40:45,450
Gördünüz o 20 faizə görə nələr etdilər?

341
00:40:48,020 --> 00:40:54,740
Bizə Tehran reaktoru üçün – radio-dərman preparatları istehsal edən

342
00:40:55,880 --> 00:41:02,540
o kiçik reaktor üçün – 20 faiz zənginləşdirilmiş uran lazım idi –

343
00:41:02,740 --> 00:41:06,620
qurtarırdı, demişdilər ki, bir neçə aya bitəcək –

344
00:41:08,420 --> 00:41:13,570
qərblilər elə özlərini çəkdilər, bir cildə düşdülər, elə şərtlər qoydular ki!

345
00:41:14,450 --> 00:41:19,480
Doğrudan da, alçaldıcı idi.

346
00:41:20,080 --> 00:41:25,510
Məncə, 89-90-cı illər idi.

347
00:41:26,620 --> 00:41:28,940
Əlbəttə ki, axırı bizim xeyrimizə qurtardı;

348
00:41:29,140 --> 00:41:37,080
yəni gənclərimiz onların 20 faiz zənginləşdirilmiş uranı bizə pulla satmaq üçün – satacaqdılar, pulunu alacaqdılar –

349
00:41:37,850 --> 00:41:41,740
o cür naz etdiklərini, bizə o cür əziyyət verdiklərini görəndə

350
00:41:42,020 --> 00:41:44,710
bunu özləri istehsal etmək fikrinə düşdülər.

351
00:41:44,910 --> 00:41:52,000
Getdilər zəhmət çəkdilər, özlərini öldürdülər, 20 faiz zənginləşdirilmiş uranı özləri istehsal etdilər.

352
00:41:55,000 --> 00:41:57,200
Əsas əziyyəti də 20 faizə qədərdir;

353
00:41:57,420 --> 00:42:05,910
yəni uranın zənginləşdirilməsində xam uranın 20 faizə qədər zənginləşdirilməsinə qədər çətin, üzüyoxuşa gedən bir yoldur.

354
00:42:06,050 --> 00:42:09,650
20 faizdən 99 faizə qədər isə, elə bil ki, dümdüz yolla gedirsən.

355
00:42:10,080 --> 00:42:12,600
Yəni 20 faizə çatandan sonra

356
00:42:13,820 --> 00:42:18,020
50, 80, 90 faizə çatmaq asandır.

357
00:42:18,220 --> 00:42:22,400
Onlar da elə buna görə əl-ayağa düşdülər. Gözləri götürmürdü;

358
00:42:22,620 --> 00:42:26,940
istəyirdilər özləri bizə pulla satsınlar ki, biz istehsal etmək fikrinə düşməyək.

359
00:42:27,970 --> 00:42:33,770
O vaxt mən demişdim ki, əgər bizdə olan bu neft onlarda olsaydı,

360
00:42:33,850 --> 00:42:38,000
bizim neftə ehtiyacımız olsaydı, nefti bizə butulka-butulka satardılar.

361
00:42:39,200 --> 00:42:44,740
Bizsə barellərlə, tonlarla satırıq; tonu filan qədərə, tonu filan qiymətə.

362
00:42:45,250 --> 00:42:47,450
Əgər bizə lazım olan bir şey olsaydı,

363
00:42:47,450 --> 00:42:54,110
onlar bu qara nefti də bizə butulka-butulka satardılar; elədir.

364
00:42:54,800 --> 00:43:01,310
Bəs yaxşı, bir gün bizim neftimiz olmayanda, yaxud neftin satışında bir problem yarananda nüvə enerjisinə ehtiyacımız olsa –

365
00:43:02,510 --> 00:43:06,480
tutalım, məsələn, neftin qiyməti o qədər ucuzlaşıb ki,

366
00:43:07,080 --> 00:43:15,910
heç hasilat xərcinə, hasilat üçün çəkilən zəhmətə dəymir; elə hazırda da belə bir vəziyyət yaranıb; özünüz görürsünüz ki, necə asanlıqla ucuzlaşır –

367
00:43:16,170 --> 00:43:19,280
onda nə etməliyik? Neftdən gözümüzü çəkməliyik.

368
00:43:20,000 --> 00:43:25,450
Belə bir gündə nüvə enerjisinə ehtiyacımız olacaq. Haradan gətirməliyik? Kim bizə verməlidir?

369
00:43:25,940 --> 00:43:33,170
10 il, 5 il, 15 il sonra belə bir vəziyyət yarana bilər. Bu barədə indidən fikirləşmək lazımdır.

370
00:43:36,110 --> 00:43:42,050
Bu cür şeylərə daim diqqət yetirilməlidir, yəni bu günün və gələcəyin ehtiyacları dəyərləndirilməlidir;

371
00:43:42,650 --> 00:43:49,570
onda olar faydalı elm; bu ehtiyacların aradan qaldırılması üçün faydalı ola biləcək elm.

372
00:43:50,910 --> 00:43:53,680
Mənim qeyd etməyi lazım bildiyim məqamlardan biri bu idi.

373
00:43:53,910 --> 00:43:56,170
Digər bir məqam inkişaf tempi məsələsidir.

374
00:43:56,740 --> 00:44:03,600
Qeyd olundu ki, aparıcı elmi mərkəzlər bu gün elmi inkişafına görə İranın dünya üzrə 19-cu, 17-ci yerdə olduğunu deyirlər.

375
00:44:03,820 --> 00:44:12,310
Bu, doğrudur, biz elm sahəsində irəli getməkdəyik.

376
00:44:12,420 --> 00:44:18,200
Bundan çox da qürur duyuruq, biri bu faktı inkar edəndə kefimiz pozulur.

377
00:44:18,620 --> 00:44:23,770
Bu yerdə haşiyəyə çıxıb bir şey deyim:

378
00:44:24,600 --> 00:44:28,340
təəssüf ki, bəzi universitet müəllimləri özləri gedib tələbələr qarşısında

379
00:44:28,650 --> 00:44:33,540
belə fikirlər söylərirlər ki, guya haqqında danışılan elmi nailiyyətlər yalandır!

380
00:44:33,940 --> 00:44:35,770
Yalan olan nədir?

381
00:44:37,620 --> 00:44:47,940
İsrailin elmi tədqiqatlar mərkəzi İranın elmi inkişafından narahatlıq ifadə edir,

382
00:44:48,140 --> 00:44:50,910
bu xəbər bütün dünyaya da yayılıb; daha bunu ki biz demirik,

383
00:44:51,570 --> 00:44:58,200
sizin inandığınız İsrail rejmi deyir, heç olmasa onun sözünə inanın.

384
00:44:59,600 --> 00:45:04,600
Gedib auditoriyalarda deyirlər ki, “yox, bu deyilən elmi nailiyyətlər həqiqətə uyğun deyil”. Xeyr,

385
00:45:04,680 --> 00:45:09,970
elmi inkişaf, nailiyyətlər, heç şübhəsiz, var, sürət tempi də yaxşıdır,

386
00:45:09,970 --> 00:45:16,340
intəhası bugünkü elmi inkişaf səviyyəmizə baxmayaraq, biz yenə də geriyik!

387
00:45:17,220 --> 00:45:23,570
Özümüz bunu daim yadda saxlamalıyıq; biz çox geriyik!

388
00:45:24,310 --> 00:45:31,080
Bizi illərlə qəsdən geri saxlayıblar.

389
00:45:32,710 --> 00:45:43,800
Bax bu gün Amerikada olan yeni texnologiyaların istehsalına 130-140 ildir ki start verilib;

390
00:45:45,080 --> 00:45:55,600
1860-cı ildən başlayaraq 64-65-ci illərə qədər davam etmiş vətəndaş müharibələri başa çatandan sonra.

391
00:45:55,600 --> 00:46:00,340
O vaxta qədər amerikalılar hər şeyi Avropadan gətiriblər,

392
00:46:01,770 --> 00:46:08,140
o zamandan etibarən isə öz ayaqları üstündə durmağa, yeni texnologiyaların istehsalına başlayıblar.

393
00:46:08,280 --> 00:46:14,940
Deməli, 150 il bizdən irəlidirlər; 130-140 il bizdən qabaqdadırlar!

394
00:46:16,200 --> 00:46:24,250
Elm də belədir ki, bir addım irəli atanda, ikinci addımın daha da sürətlənir.

395
00:46:24,510 --> 00:46:34,800
Mən dəfələrlə misal çəkmişəm, demişəm: elə bilin ki, iki nəfər birlikdə yol gedirsiniz, o biri təsadüfən bir velosiped tapır;

396
00:46:35,540 --> 00:46:39,540
təbii ki, irəli keçib sizi müəyyən qədər geridə qoyacaq.

397
00:46:40,420 --> 00:46:49,680
Daha sonra o, həmin velosipedlə gedib bir maşına, siz isə gəlib velosipedə çatırsınız.

398
00:46:50,650 --> 00:46:54,170
Siz velosipedə çatanda o artıq maşına minmiş olur,

399
00:46:54,170 --> 00:46:56,820
maşınınsa sürəti velosipeddən ikiqat artıqdır.

400
00:46:57,650 --> 00:47:02,280
Bu minvalla o, hər dəfə sizdən qabağa düşür, sürətini günbəgün ardıcıl olaraq artırır

401
00:47:02,480 --> 00:47:06,680
və aranızdakı məsafə də günü-gündən çoxalır. Bizim də aramızda bu məsafə var.

402
00:47:06,680 --> 00:47:11,450
Biz elmi inkişafın sürət tempinə həddən artıq əhəmiyyət verməliyik.

403
00:47:12,680 --> 00:47:17,910
Dünya ictimaiyyətinin diqqətini bizə cəlb edən də elə bu olmuşdu;

404
00:47:18,540 --> 00:47:24,170
demişdilər ki, İslam Respublikasının elmdə sürəti – yəni elmi inkişaf tempi –

405
00:47:24,170 --> 00:47:30,940
dünya üzrə orta göstəricidən 13 dəfə çoxdur. 13 dəfə! Həqiqətən də, belə idi;

406
00:47:31,510 --> 00:47:36,480
düzdür, indi nə qədər olduğunu bilmirəm, 3-4 il əvvəl belə idi.

407
00:47:37,710 --> 00:47:43,740
Bunu deyən beynəlxalq mərkəzlər idi, biz deyildik.

408
00:47:45,140 --> 00:47:47,400
Bu sürət tempini qoruyub saxlamalıyıq.

409
00:47:47,570 --> 00:47:53,940
Əgər ölkəmizdə elmin inkşafı yavaşısa, bu sürət azalsa, məlum deyil nə olar;

410
00:47:54,340 --> 00:47:59,170
geri qalarıq. Odur ki elmi inkişafın sürət tempi də çox əhəmiyyətli bir məsələdir.

411
00:47:59,880 --> 00:48:05,880
Digər bir mühüm məsələ elmi tədqiqatlardır; elmi tədqiqatlar, elmi araşdırmalar çox əhəmiyyətlidir.

412
00:48:05,880 --> 00:48:12,170
Əlbəttə ki, bizim elmi tədqiqat mərkəzlərimiz var, yaxşı da işləyirlər, amma universitetlər özləri elmi araşdırmalara önəm verməlidir.

413
00:48:13,910 --> 00:48:24,480
Öz nəzdində elmi tədqiqat institutları, araşdırma mərkəzləri yaratmalı, özləri elmi tədqiqatların mehvəri olmalıdır.

414
00:48:24,480 --> 00:48:29,080
Eybi yoxdur, qoy kənarda da tədqiqat institutları, araşdırma mərkəzləri olsun,

415
00:48:29,620 --> 00:48:35,080
amma universitetlər özləri də elmi araşdırmalara əsas mehvər kimi ciddi önəm versin.

416
00:48:35,600 --> 00:48:40,140
Mühüm məqamlardan biri də budur. Kompleks elmi plan da önəmli mövzulardan biridir.

417
00:48:40,370 --> 00:48:44,650
Düzdür, bir çox eniş-yoxuşlardan sonra kompleks elmi plan təsdiq olunub,

418
00:48:45,110 --> 00:48:48,740
ictimaiyyətə açıqlanıb və icrasına start verilib,

419
00:48:48,740 --> 00:48:56,110
amma biz bu sənədi ən əsas detalları ilə həyata keçirməliyik.

420
00:48:56,940 --> 00:49:02,340
Bu elə bir şeydir ki, işlərin gedişini yerində, praktikada izləməsən,

421
00:49:02,540 --> 00:49:06,340
kompleks elmi planın nə dərəcədə icra olunduğunu bilə bilməzsən.

422
00:49:07,600 --> 00:49:10,170
Hansı ixtisas sahələri prioritet təşkil edir?

423
00:49:11,220 --> 00:49:17,480
Prioritet olan ixtisas sahələrində nə qədər tələbə lazımdır?

424
00:49:17,650 --> 00:49:19,820
və prioritet olmayan ixtisas sahələrində nə qədər tələbə lazımdır?

425
00:49:19,940 --> 00:49:22,770
Kompleks elmi plan bütün bunları bizim üçün müəyyənləşdirməlidir.

426
00:49:24,770 --> 00:49:36,340
Ölkənin ayrı-ayrı regionlarında hansı ixtisaslara ehtiyac olduğu müəyyən edilməlidir.

427
00:49:36,510 --> 00:49:41,650
Təbii ki, bunun üçün Elmlər Nazirliyi ölkədə ərazi üzrə planlama aparmalıdır.

428
00:49:42,200 --> 00:49:47,400
Elmlər Nazirliyinin qarşısında ölkənin regionlar üzrə planı olmalıdır ki,

429
00:49:47,940 --> 00:49:53,540
harada hansı universitetin nəyə ehtiyacı olduğunu bilsin.

430
00:49:54,000 --> 00:49:57,170
Burada məruzə ilə çıxış edən dostlarımız, möhtərəm nazirlərimiz

431
00:49:57,450 --> 00:50:03,820
ayrı-ayrı bölgələr üzrə təyinatla universitetlərin qarşısına müəyyən vəzifələr qoyulmasından danışdılar. Bu, çox yaxşı bir fikirdir.

432
00:50:04,620 --> 00:50:09,250
Mən təkid edirəm ki, bunu, mütləq, həyata keçirəsiniz; intəhası bu işin reallaşdırılması üçün ön hazırlıqlara ehtiyac var.

433
00:50:09,800 --> 00:50:13,570
Amma bu və ya digər universitetə hansısa uzaq və ya yaxın rayona,

434
00:50:13,770 --> 00:50:17,680
yaxud hansısa ostan mərkəzinə necə təyinat vermək olar?

435
00:50:18,140 --> 00:50:23,620
Bu kimi məsələlərin detallarını bizə kompleks elmi plan açıqlamalıdır.

436
00:50:24,420 --> 00:50:33,880
Bir məsələyə də toxunaq: ali təhsilin keyfiyyəti.

437
00:50:34,740 --> 00:50:42,420
Bizim kəmiyyət baxımından nailiyyətlərimiz çox olub, amma keyfiyyət baxımından nöqsanlar var.

438
00:50:44,340 --> 00:50:47,970
Konkret keyfiyyət meyarı müəyyən edilməlidir.

439
00:50:48,820 --> 00:50:55,480
Əlbəttə ki, dünya üzrə keyfiyyət meyarları var, amma onlar bizim ehtiyaclarımızla yüzdə-yüz üst-üstə düşmür.

440
00:50:56,050 --> 00:50:57,800
Bəzi meyarları yaxşıdır,

441
00:50:58,450 --> 00:51:04,250
bəziləri isə bizim ehtiyaclarımıza, yaxud ölkəmizdəki reallıqlara uyğun deyil.

442
00:51:04,250 --> 00:51:11,740
Elmlər Nazirliyinin rəsmiləri özləri oturub ali təhilsin keyfiyyətinin yüksəldilməsi üçün meyarlar müəyyən etməlidirlər.

443
00:51:12,310 --> 00:51:17,540
Növbəti bir məsələ – mən bütün bu məqamlara qısaca da olsa toxunmağa məcburam –

444
00:51:17,540 --> 00:51:20,510
ali təhsilini başa vuran məzunların məşğulluğu.

445
00:51:21,080 --> 00:51:28,680
Məzunları işlə təmin etməyin yollarından biri universitetlərlə sənaye müəssisələri arasında əlaqə qurulmasıdır.

446
00:51:29,480 --> 00:51:35,080
Universitetlərlə sənaye müəssisələri sıx əlaqədə olmalıdır. Bu həm sənaye, həm də universitetlər üçün yaxşıdır.

447
00:51:35,420 --> 00:51:40,000
Universitetlərin özündə də həm rəhbərlik, həm də tələbələr üçün yaxşıdır.

448
00:51:41,570 --> 00:51:44,050
Ölkəmizdə bu hələ reallaşdırılmayıb.

449
00:51:44,050 --> 00:51:48,970
Görülən işlər haqda mənim məlumatım var, cənab Dr. Fərhadi də bəzilərini dedi.

450
00:51:49,200 --> 00:51:56,370
Misal üçün, müdafiə sahəsində – mən bu sahə ilə birbaşa əlaqədə olduğuma görə xəbərim var –

451
00:51:56,570 --> 00:52:01,450
müdafiə məsələləri ilə bağlı müxtəlif universitetlərlə çox yaxşı əməkdaşlıq mövcuddur,

452
00:52:01,450 --> 00:52:07,620
müqavilələr imzalayıblar, yaxşı işlər həyata keçirirlər, amma bunlar kifayət deyil.

453
00:52:08,570 --> 00:52:14,140
Mən görməmişəm, eşitmişəm ki, inkişaf etmiş ölkələrdə

454
00:52:14,400 --> 00:52:22,220
tələbələrin diplom müdafiəsində sənaye müəssisələrinin sahibləri gəlib iştirak edir, müdafiəni dinləyir.

455
00:52:22,420 --> 00:52:27,600
Elə müdafiə etdiyi gün tələbə ilə müqavilə imzalayırlar;

456
00:52:28,170 --> 00:52:36,770
yəni əmək fəaliyyətinə başlamağa hazır olan universitet məzunlarını bu cür qapıb aparırlar.

457
00:52:37,280 --> 00:52:40,140
Bizdə də sənaye sektoru buna diqqət yetirməlidir.

458
00:52:40,220 --> 00:52:45,450
Bunun üçün isə işləmək lazımdır; nazirlərimiz bu istiqamətdə iş görməlidir.

459
00:52:45,600 --> 00:52:51,000
Oturub düşünsünlər, sənaye və istehsalatın, dövlət və özəl sektorların rəsmiləri ilə

460
00:52:51,570 --> 00:52:58,050
elə bir iş ortaya çıxarsınlar ki, ölkənin universitetləri ilə sənaye müəssisələri arasında, doğrudan da, sözün həqiqi mənasında,

461
00:52:59,080 --> 00:53:03,450
kompleks surətdə bir əməkdaşlıq olsun. Təkcə sənaye də deyil;

462
00:53:03,680 --> 00:53:10,450
dövlət və özəl sektorun cürbəcür menecment sahələri universitetlərin elmi araşdırmalarına ehtiyac duyur.

463
00:53:10,650 --> 00:53:16,480
Bu iş hər yerdə görülməlidir. Bu da əhəmiyyətli məsələlərdən biridir.

464
00:53:16,620 --> 00:53:21,370
Digər bir mühüm məsələ müqavimət iqtisadiyyatının reallaşdırılmasında rol oynamaqdır.

465
00:53:22,110 --> 00:53:27,080
Müqavimət iqtisadiyyatı isə elmi biliklərə əsaslanan iqtisadiyyat üzərində qurulmalıdır.

466
00:53:27,450 --> 00:53:34,050
Əlbəttə, bu barədə də mən də çox danışmışam, dostlarımız da müəyyən məsələləri vurğulayıblar,

467
00:53:34,200 --> 00:53:40,940
başqaları da fikir söyləyib, lakin reallıqda görülməli olan işlər hələ görülməyib,

468
00:53:41,340 --> 00:53:46,510
mən bunu sizə əminliklə deyə bilərəm;

469
00:53:46,620 --> 00:53:52,420
dövlət rəsmilərinin müqavimət iqtisadiyyatının icrası proqramları ilə bağlı hesabatlarını elə təzəlikcə almışam, cəmi bir neçə gündür!

470
00:53:53,250 --> 00:53:59,710
Yəni müqavimət iqtisadiyyatı sahəsində faktiki olaraq həyata keçirilməli olan işlərdən hələ uzağıq.

471
00:54:00,200 --> 00:54:03,770
Siz də universitetlərdə bu işdə özünüzəməxsus rol oynamağa çalışın;

472
00:54:04,000 --> 00:54:10,650
yəni sözün həqiqi mənasında, öhdənizə düşən vəzifə payını özünüz üçün müəyyənləşdirin və onu sözün həqiqi mənasında yerinə yetirməyə çalışın.

473
00:54:10,910 --> 00:54:14,940
Bu dediklərim elmlə bağlı məsələlər idi. Əlbəttə, cürbəcür başqa məsələlər də var,

474
00:54:14,940 --> 00:54:21,400
bu şeyləri mən də dəfələrlə qeyd etmişəm, siz özünüz də bilirsiniz, amma yenə də təkrar etməyimiz yaxşıdır.

475
00:54:21,970 --> 00:54:25,020
İkinci bir məsələ isə universitetlərdə aparılan mədəni işlərdir.

476
00:54:25,280 --> 00:54:35,400
Bəziləri universitetlərdə aparılmalı olan mədəni işləri cürbəcür konsertlər, ekskursiyalar təşkil etməklə səhv salıblar;

477
00:54:36,420 --> 00:54:40,170
elə bilirlər, mədəni iş budur. Deyirlər, tələbələr yüksək əhval-ruhiyyədə olmalıdır!

478
00:54:44,680 --> 00:54:53,480
Yüksək əhval-ruhiyyə hər bir mühit üçün yaxşı bir şeydir, amma baxır necə? Nəyin bahasına?

479
00:54:55,480 --> 00:55:03,540
O oğlanlı-qızlı qarışıq ekskursiyalardan biz çox yararlanmışıq, ya qərblilər?

480
00:55:05,250 --> 00:55:12,400
Vaxt var idi, bizə deyirdilər ki, Avropada – o vaxt Avropanı önə çəkirdilər –

481
00:55:12,740 --> 00:55:16,940
hicab yoxdur, qadın kişi qarışıqdır,

482
00:55:17,570 --> 00:55:22,000
ona görə də orada, təbii ki, insanlar öz cinsi hisslərini, istəklərini kontrol edə bilirlər.

483
00:55:22,200 --> 00:55:24,420
Yaxşı, indi baxın görün belədirmi?

484
00:55:26,910 --> 00:55:30,370
Cinsi istəklər kontrol olunur, yoxsa təhrik olunur?

485
00:55:31,110 --> 00:55:38,450
Bu gün Amerika və Avropada cinsi zəmində o qədər cinayətlər baş verir;

486
00:55:40,080 --> 00:55:47,850
daha əks cinslə də kifayətlənmirlər! Hələ bundan da betər olacaq.

487
00:55:48,940 --> 00:55:54,510
İslam dini insanı tanıdığına görə hicabı əmr edib,

488
00:55:55,680 --> 00:55:59,170
naməhrəm kişilərlə qadınların bir-birinə qarışmasını qadağan edib.

489
00:56:00,250 --> 00:56:05,510
İslam bizi tanıyır; insan Allah-taalaya aiddir, O, bizim yaradanımızdır.

490
00:56:07,140 --> 00:56:14,140
Qızlı-oğlanlı qarışıq ekskursiyalar nədir? Dağlara ekskursiya, birlikdə düşərgədə qalmaq; hətta bəzən ölkədən xaricdə!

491
00:56:15,020 --> 00:56:21,110
Yox, mədəni işlərin mahiyyəti bambaşqadır, mədəni işlər tam başqa bir şeydir.

492
00:56:22,000 --> 00:56:25,910
Universitetlərdə mədəniyyət məsələlərinə cavabdeh olan rəsmilər nə etdiklərinə diqqət yetirsinlər.

493
00:56:26,910 --> 00:56:36,110
Universitetlərdə aparılan mədəni işlər elə olmalıdır ki, mömin, gözəl əxlaqlı,

494
00:56:37,820 --> 00:56:43,710
inqilabi ideyaların daşıyıcısı olan insanlar yetişdirilsin. Mədəni işlər bu tələbləri təmin etməlidir.

495
00:56:45,050 --> 00:56:52,250
Mədəni işlər tam olaraq odur ki, gənclərimizin inqilabçı kimi yetişməsinə səbəb olsun.

496
00:56:52,510 --> 00:56:57,820
Bu ölkədə bir inqilab olub, o inqilaba sadiq qalmaq lazımdır;

497
00:56:57,970 --> 00:57:06,250
biz bu inqilabın əsas ideyalarını öz həyat prinsiplərimizə çevirməliyik ki, irəli gedə bilək.

498
00:57:07,420 --> 00:57:16,110
Universitetlərdə aparılan mədəni işlər gənclərimizi ideallara sadiq, ölkəsini sevən – öz ölkələrini həqiqətən də sevsinlər – dövlətini sevən,

499
00:57:18,020 --> 00:57:22,400
dini və siyasi cəhətdən uzaqgörən ruhda yetişdirməlidir.

500
00:57:23,480 --> 00:57:31,540
Gənclərimizin dini və siyasi yanaşması dərin olmalıdır ki,

501
00:57:32,510 --> 00:57:36,000
hər xırda şübhəyə görə büdrəməsinlər,

502
00:57:37,170 --> 00:57:40,400
yaxud siyasi məsələlərdə çaşmasınlar.

503
00:57:41,480 --> 00:57:49,740
1388-ci ildə baş vermiş olaylar zamanı çoxlarının ayağı büdrədi;

504
00:57:49,970 --> 00:57:55,510
pis adamlar deyildilər, amma gözüaçıq olmadıqlarına görə büdrədilər.

505
00:57:56,570 --> 00:58:03,800
Bax, görürsünüz ki, biri deyir: “Seçki bəhanədir, hökumət formaldır”, nə edəcəksiniz?

506
00:58:04,480 --> 00:58:14,340
Bu hökumətin legitimliyinə inanan, bu dövlət, onun müdafiəsi üçün canından belə keçməyə hazır olan siz

507
00:58:14,650 --> 00:58:21,910
bir qrup şəxsin bu kimi şüarlar səsləndirdiyini görəndə nə etməlisiniz? Bu, gözüaçıq olmamaqdan irəli gəlir,

508
00:58:22,570 --> 00:58:28,110
lazım olan anda öhdəsinə düşən vəzifəni dərk etməməkdən irəli gəlir.

509
00:58:30,620 --> 00:58:39,420
Özünəinamlı, stimullu, ümid və optimizm dolu insanlar yetişdirmək lazımdır.

510
00:58:40,620 --> 00:58:46,110
Yaxşı deyiblər ki, ruhdan düşmək insan üçün ən böyük zərərdir.

511
00:58:47,020 --> 00:58:50,310
Gənclərimiz ruhdan düşməməli, ölkənin gələcəyinə optimist baxmalıdır.

512
00:58:50,480 --> 00:58:55,680
Elə ümid etməyin yeri də var, məyus olmağın yeri yoxdur. Bu qədər imkan və potensialımız var!

513
00:58:56,140 --> 00:59:03,480
O gün mən hökumət nümayəndələri ilə görüşdə də dedim  – 1-2 ay bundan əvvəl – yoldaşlar da hamısı təsdiqlədilər;

514
00:59:03,710 --> 00:59:09,600
dedim, o ki deyirlər, tutalım, filan Avropa ölkəsinin inkişafı

515
00:59:11,280 --> 00:59:17,450
1.5 və ya 1 faizdir – yeri gəlsə, bu heç heyrətamiz bir göstərici də deyil –

516
00:59:17,740 --> 00:59:22,000
biz isə 8, 9 faizlik inkişaf gözləyirik,

517
00:59:22,310 --> 00:59:28,600
bu ona görədir ki, onlar bütün imkan və resurslarından artıq istifadə ediblər, istifadəsiz qalan resursları yoxdur,

518
00:59:29,170 --> 00:59:34,170
bizim resurslarımız isə istifadəsiz yatıb qalıb; biz 10 faizlik inkişafa da nail ola bilərik.

519
00:59:34,420 --> 00:59:38,680
Bu resurslar doldurulmalıdır; bu resurslardan istifadə olunmalıdır.

520
00:59:39,170 --> 00:59:45,020
Yaxşı, bu qədər imkan və potensialı olan bir ölkədə optimist olmağın, gələcəyə ümidlə baxmağın yeri yoxdurmu?

521
00:59:45,850 --> 00:59:50,570
Ölkənin reallıqlarını düzgün dərk edən insanlar yetişdirmək lazımdır; ölkənin hazırda nə durumda olduğunu bilən insanlar.

522
00:59:50,910 --> 00:59:55,970
Bütün dünya – dostlarımız bir cür, düşmənlərimiz bir cür – deyir ki,

523
00:59:57,000 --> 01:00:01,140
İslam Respublikası güclü ölkədir,

524
01:00:01,570 --> 01:00:07,770
bu cənablar isə ölkənin daxilində gedib orda-burda çıxış edirlər, deyirlər ki, “biz heç kimik, biz heç nəyik,

525
01:00:08,080 --> 01:00:16,170
biz təcrid ounmuşuq!” Yetərsizlik kompleksi yaşayırlar; yaxşı, çatışmazlığı xalqda niyə görürlər, özlərində görsünlər də!

526
01:00:16,170 --> 01:00:19,710
İslam Respublikası quruluşunu və ölkəni niyə yetərsiz görürlər?

527
01:00:20,200 --> 01:00:26,220
Bu yetərsizlik kompleksi, özünü həqir, alçaq görmək çox təhlükəli bir şeydir.

528
01:00:28,280 --> 01:00:32,170
Bütün dünya sənin ölkənin dəyərli, güclü bir ölkə olduğunu deyə,

529
01:00:33,020 --> 01:00:37,110
gileylənə, narahatlıq keçirə ki, İran nüfuz qazanıb, hər yeri tutub,

530
01:00:37,510 --> 01:00:41,600
sən ölkənin içində hansısa qəzetdə, etdiyin çıxışda,

531
01:00:41,600 --> 01:00:48,850
yaxud hansısa universitetdə tələbələrin qarşısında deyəsən ki, yox, biz heç kimik, biz heç nəyik?!

532
01:00:51,310 --> 01:00:53,540
Müstəqilliyi uca tutan insanlar yetişdirmək lazımdır;

533
01:00:54,510 --> 01:00:59,620
ideoloji müstəqilliyi, siyasi müstəqilliyi, mədəni müstəqilliyi, iqtisadi müstəqilliyi.

534
01:00:59,850 --> 01:01:10,420
Mədəni-təbliğat işləri vasitəsilə tərbiyə edilən gənc ölkənin müstəqilliyini uca tutmalıdır;

535
01:01:11,970 --> 01:01:17,880
inqilabın və dövlətin əsaslarını, İslam mədəniyyətini uca tutmalı, yüksək əhval-ruhiyyədə və optimist olmalıdır.

536
01:01:18,140 --> 01:01:26,310
Mədəni iş budur. Amma bu, asan bir iş deyil, çox çətindir. Bunun üçün konkret fəaliyyət proqramları hazırlamaq lazımdır.

537
01:01:27,910 --> 01:01:33,970
Bəzi universitetlərdən mənə gəlib çatan xəbərlər isə vəziyyətin heç də belə olmadığını göstərir.

538
01:01:34,400 --> 01:01:41,910
Elə edin ki, meydan inqilabi ideyaların daşıyıcısı olan, stimullu, optimist,

539
01:01:42,140 --> 01:01:49,800
özünəinamlı, dindar gənclərin əlinə keçsin.

540
01:01:50,220 --> 01:01:52,400
Sizin öhdənizə düşən ən böyük vəzifələrdən biri budur:

541
01:01:52,400 --> 01:01:58,400
elə edin ki, birinci sözü o mömin, inqilabı

542
01:01:58,620 --> 01:02:04,480
və İslamı uca tutan tələbə kollektivləri desin,

543
01:02:04,600 --> 01:02:08,420
meydan daha çox onların əlində olsun; sizin vacib vəzifələrinizdən biri də budur.

544
01:02:08,650 --> 01:02:13,970
Bir sözlə, əziz universitet müəllimləri, qardaşlar, bacılar, diqqətli olun!

545
01:02:14,310 --> 01:02:23,820
Mən universitetlərlə yaxından maraqlanıram; lap çoxdan həm universitetlərin əhəmiyyətinə inanıram, həm də onların problemləri ilə maraqlanıram.

546
01:02:24,050 --> 01:02:29,620
Bilin ki, bu gün universitetlər və tələbələr ən böyük məkrli planların hədəfidir;

547
01:02:33,250 --> 01:02:39,480
onlar qorxur ki, bizim inqilabi ruhiyyəli,

548
01:02:39,480 --> 01:02:43,740
fəal mövqe ilə meydana atılan,

549
01:02:43,940 --> 01:02:50,880
düşmənlərin çəkdiyi qırmızı xətləri pozub irəli gedən, ölkəsini irəli aparan,

550
01:02:51,080 --> 01:03:00,140
elmin bayrağını ucaldan, cəmiyyətdə inqilabi şüarları qabardan müəllim və tələbələr yetişdirən universitetlərimiz olar.

551
01:03:01,250 --> 01:03:05,650
Bunun baş verməməsi üçün durmadan plan cızırlar, pullar xərcləyirlər.

552
01:03:06,020 --> 01:03:12,650
Düşmənlər gələcək üçün işğalçılıq planları qururlar. O köhnə müstəmləkəçilik metodları indi daha işə yaramır;

553
01:03:13,140 --> 01:03:21,020
“yeni müstəmləkəçilik” adlandırdıqları variant da artıq yavaş-yavaş köhnəlib.

554
01:03:21,570 --> 01:03:25,680
Bu gün onlara bu lazımdır ki, ayrı-ayrı ölkələrdə

555
01:03:25,970 --> 01:03:32,220
fəal, zəkalı, savadlı insanların təfəkkürünü

556
01:03:32,740 --> 01:03:37,140
onların hədəflərini reallaşdıracaq bir şəkildə dəyişsinlər; bunun arxasıncadırlar. Buna sərmayə qoyur,

557
01:03:37,680 --> 01:03:45,850
pullar xərcləyirlər. Bu narahatedici məqama diqqət yetirmək lazımdır.

558
01:03:46,020 --> 01:03:51,570
Dini-inqilabi dəyərlərə önəm verən çox gözəl universitet müəllimlərimiz var;

559
01:03:51,850 --> 01:04:00,220
sevindirici haldır ki, bizdə mömin, inqilabi ideyaların daşıyıcısı olan, inqilabi məsuliyyətini dərk edən minlərlə professor var.

560
01:04:01,080 --> 01:04:04,910
Əvvəllər də var idi, Müqəddəs Müdafiə dövründə də varımız idi,

561
01:04:04,910 --> 01:04:11,400
bu gün isə, əlhəmdulillah, mömin və inqilabçı professorlarımız o vaxtkından qat-qat artıqdır.

562
01:04:11,400 --> 01:04:14,020
Onların qədrini bilmək lazımdır.

563
01:04:14,510 --> 01:04:20,940
Ümidvaram ki, Allah-taala bizə bu işləri həyata keçirmək üçün mənəvi dəstək olacaq.

564
01:04:23,200 --> 01:04:28,310
Artıq vaxtımız bitir; bu gün mən də çox danışdım,

565
01:04:28,540 --> 01:04:35,600
siz də məni çox yaxşı dinlədiniz. Auditoriya canla-başla qulaq asanda –

566
01:04:36,080 --> 01:04:44,450
hiss etdim ki, əlhəmdulillah, siz hamınız məni canla-başla dinlədiniz – adam danışmaq istəyir.

567
01:04:44,450 --> 01:04:49,420
Mən burda özüm üçün çox qeydlər götürmüşdüm, hamısını demədim, intəhası daha vaxtımız yoxdur.

568
01:04:49,680 --> 01:04:54,650
Allah-taaladan arzum budur ki, sizin hamınıza uğurlar nəsib etsin,

569
01:04:54,880 --> 01:04:57,310
sizə öz mənəvi dəstəyini nazil etsin.

570
01:04:57,680 --> 01:05:00,220
İnşallah, bu gün daşıdığınız vəzifə məsuliyyəti –

571
01:05:00,220 --> 01:05:04,940
istər hansısa universitetin rektoru olaraq, istər müəllim kimi,

572
01:05:04,940 --> 01:05:11,540
istər nazirliklərin ayrı-ayrı komitələrində, istər Ali Mədəni İnqilab Şurasında, istər parlamentdə,

573
01:05:12,050 --> 01:05:17,170
istər nümayəndəliklərdə – hər birinizin çiyinlərinə düşən çoxsaylı və müxtəlif məsuliyyətlərin yükü

574
01:05:17,370 --> 01:05:21,370
Allah dərgahında sizə başucalığı gətirər.

575
01:05:21,680 --> 01:05:23,940
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.