1
00:00:14,850 --> 00:00:17,140
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:20,000 --> 00:00:24,880
Çəharmahal və Bəxtiyari ostanı ilə bağlı mənim çox gözəl xatirələrim var.

3
00:00:28,600 --> 00:00:36,420
Prezident olduğum dövrdə – 60-cı illərdə – bir dəfə

4
00:00:38,280 --> 00:00:52,340
əhalini cəbhədə iştiraka cürətləndirmək, bu sahədə təşviqat aparmaq üçün Şəhrikürdə getmişdim.

5
00:00:52,800 --> 00:00:59,650
Bu, bir ostan səfəri idi; o vaxt bir çox ostanlara gedirdik, o cümlədən Şəhrikürdə də getmişdik.

6
00:01:01,680 --> 00:01:06,710
Doğrudur, getdiyimiz hər yerdə insanlar toplaşır, səsimizə səs verirdilər,

7
00:01:06,850 --> 00:01:11,740
amma Şəhrikürd mənim xatirəmdə daha izdihamlı, daha canlı bir kütlə ilə qalıb.

8
00:01:12,310 --> 00:01:16,310
Hava da soyuq idi – oralar elə soyuq olur –

9
00:01:17,770 --> 00:01:25,170
mənim çıxış etdiyim tribunanı iki küçənin şaxələndiyi yerdə qurmuşdular.

10
00:01:25,600 --> 00:01:30,340
Mən baxıb gördüm ki, göz işlədikcə

11
00:01:31,170 --> 00:01:39,620
hər iki küçədə həmin bölgəyə xas paltarlar geymiş, əllərində cürbəcür bayraqlar tutmuş insanlar var.

12
00:01:40,250 --> 00:01:49,910
Bu insanların orada təkcə fiziki cəhətdən yox, ürəkdən, bütün səmimiyyəti ilə iştirak etdiyini duymaq olurdu.

13
00:01:51,650 --> 00:01:58,600
Bu səmimiyət o qədər bariz, insanların stimul və həvəsi o qədər aşkar və aydın idi ki,

14
00:01:59,250 --> 00:02:07,400
həmin kütləyə bircə dəfə nəzər salmaqla o bölgə, oranın insanları haqda bir çox şeyləri anlamaq olurdu.

15
00:02:09,450 --> 00:02:11,480
Həmin günü mən heç vaxt unutmuram, həmişə yaddaşımdadır.

16
00:02:11,620 --> 00:02:18,710
Əlbəttə, ondan əvvəl də, sonra da Şəhrikürdə getdiyim olub, insanlarla, kütlələrlə qarşılaşmışam,

17
00:02:19,020 --> 00:02:25,310
amma həmin səfər çox qəribə bir səfər idi və mənim zehnimdə heyrətamiz bir təsir buraxıb.

18
00:02:25,600 --> 00:02:34,800
Bir dəfə də ondan əvvəl “Qəməri-Bəni-Haşim” briqadası ilə görüşmək üçün Şəhrikürdə getmişdim,

19
00:02:35,080 --> 00:02:42,110
briqadanın mərkəzi qərargahında oldum; o da heç vaxt yadımdan çıxmır.

20
00:02:42,110 --> 00:02:46,600
Mən bir çox yerlərdə korpusun uşaqlarının mərkəzi qərargahında olurdum,

21
00:02:47,250 --> 00:02:51,080
gedib otururduq, söhbətləşirdik, müzakirələr edirdik.

22
00:02:51,800 --> 00:03:01,250
Bu mərkəzlər arasında müəyyən yerlər bəzən hansısa xüsusiyyətləri ilə insanın yaddaşına yazılırdı.

23
00:03:01,250 --> 00:03:06,880
Mənim xatirimdən silinməyən bu cür yerlərdən biri də Şəhrikürddəki “Qəməri-Bəni-Haşim” briqadası olmuşdu.

24
00:03:07,400 --> 00:03:13,400
Ora getdik; ixlaslı, mömin, yoxsul vəziyyətdə

25
00:03:14,340 --> 00:03:25,850
(onların olduğu yerdə maddi imkanlar çox məhdud idi, amma buna baxmayaraq, çox güclü stimula malik idilər).

26
00:03:26,420 --> 00:03:33,850
Getdik, saatlarla – indi dəqiq yadımda deyil, neçə saatsa – birlikdə olduq, birlikdə nahar da etdik

27
00:03:34,250 --> 00:03:41,800
və yadımdadır ki, mən ordan çox böyük razılıq hissi ilə çıxmışdım.

28
00:03:42,800 --> 00:03:48,910
Çıxış edənlərin qeyd etdiyi məsələlər – ostanın elmi, siyasi, hərbi keçmişi və bu kimi mövzular da

29
00:03:48,910 --> 00:03:53,820
tamamilə doğrudur və hamısı dəyərdir.

30
00:03:53,940 --> 00:04:06,310
Cənab Nekunamın Çəharmahal və Bəxtiyari əhalisinin Bəxtiyardan narazılıq bildirmək üçün

31
00:04:06,680 --> 00:04:16,480
Tehrana gəlməsi ilə bağlı qeyd etdiyi məqam da çox önəmlidir . Şiraz, Məşhəd, Təbriz camaatı da gəlib Bəxtiyardan narazılıq bildirə bilərdi,

32
00:04:16,800 --> 00:04:25,020
amma Bəxtiyari camaatının gəlib bəxtiyarilərdən olan və İslam İnqilabına, İmam Xomeyniyə (r.ə) qarşı çıxan

33
00:04:25,570 --> 00:04:31,650
bir siyasi liderdən narazılıq bildirməsi bundan çox fərqlənirdi. Bu, mühüm bir məqam idi.

34
00:04:32,510 --> 00:04:41,080
Cənab Nekunam bunu da qeyd etdi ki, insanlar həmin günün əlamətdar bir gün kimi təqvimə salınmasını istəyir; haqlı istəkdir, doğrudan da, yeri var.

35
00:04:42,910 --> 00:04:51,110
Çünki qəbilələr arasında qohumluq münasibətləri, tayfa bağlılıqları xırda bir məsələ deyil, çox böyük önəm daşıyır.

36
00:04:52,820 --> 00:04:58,510
Bunlar o insanlardır ki, məşrutə məsələsində qalxıb Şəhrikürddən

37
00:04:58,800 --> 00:05:06,740
– o zaman Dehikürd adlanırdı – İsfahana gəldilər, İsfahanı tutdular, Tehrana gəlib orada böyük işlər gördülər.

38
00:05:07,450 --> 00:05:10,820
Onar bütün bunları daha çox aralarındakı yerlilik, qohumluq bağlarından güc alaraq həyata keçirirdilər.

39
00:05:11,370 --> 00:05:19,540
Yəni qəbilə, tayfa münasibətlərinin bu insanlara önəmli təsiri var idi, onları hərəkətə keçməyə, qalxıb o yerlərə getməyə sövq edirdi.

40
00:05:21,000 --> 00:05:27,110
Lakin söhbət dindən, inqilabdan,

41
00:05:27,310 --> 00:05:31,600
İmam Xomeynidən (r.ə) gedəndə o bağlar, o münasibətlər tamamilə arxa plana keçir,

42
00:05:31,820 --> 00:05:35,480
təsirini itirərək bütünlüklə yox olur. Bu, çox mühüm bir şeydir.

43
00:05:37,080 --> 00:05:44,400
Odur ki sizin şəhidlərin xatirəsinə təşkil etdiyiniz bu anım tədbirləri çox yerində və vaxtında görülən bir işdir.

44
00:05:45,050 --> 00:05:55,200
Bir məqama diqqət yetirin: biz elan olunmamış bir mədəni,

45
00:05:55,540 --> 00:06:04,220
siyasi və ideoloji hücumla qarşı-qarşıyayıq.

46
00:06:06,200 --> 00:06:13,310
Yəni indi mən burda danışıram, siz, əlbəttə ki, mənim dediklərimi qəbul edirsiniz,

47
00:06:13,970 --> 00:06:19,480
amma baş verənlərdən xəbəriniz yoxdur. Mənim nə baş verdiyindən xəbərim var;

48
00:06:20,000 --> 00:06:26,710
görürəm nələr olur. Düşmənin siyasi

49
00:06:27,450 --> 00:06:35,570
və mədəni ordusu bizim dini və siyasi ideologiyamızı zəiflətmək,

50
00:06:35,910 --> 00:06:42,770
ölkə daxilində narazılığı artırmaq, gəncləri,

51
00:06:43,340 --> 00:06:50,740
xüsusilə də müxtəlif sahələrdə fəal olan, təsirə malik olan gəncləri

52
00:06:51,740 --> 00:07:05,820
öz məqsədləri naminə özlərinə tərəf çəkmək üçün mümkün olan, əli çatan bütün vasitələrlə bizə hücumlar edir; işləyirlər.

53
00:07:07,850 --> 00:07:12,570
Düzdür, onların bu səylərinin qarşılığında müəyyən işlər görülür. Dindar uşaqlar,

54
00:07:13,050 --> 00:07:18,740
mömin insanlar, məsuliyyətini dərk edən rəsmilər çox yaxşı işlər həyata keçirir,

55
00:07:18,740 --> 00:07:22,970
amma ölkədə bundan da artıq işlər görülməlidir.

56
00:07:23,110 --> 00:07:27,570
Mühüm və vacib məqamlardan biri də

57
00:07:27,880 --> 00:07:31,000
cihad, şəhidlik, şəhidlər,

58
00:07:31,420 --> 00:07:39,910
şəhid ailələri, Allaha xatir səbir, Allahı nəzərə almaq kimi dəyərli məfhumların aktuallığını qoruyub saxlamaqdır.

59
00:07:40,420 --> 00:07:47,650
Əlbəttə, zahirdə hansısa işlər görməklə bu məqsədlərdən bəzilərinə nail olmaq mümkündür;

60
00:07:47,880 --> 00:07:55,140
mən şəhidlərin xatirəsinə plakatların yazılması, heykəllərin, büstlərin qoyulması, küçələrə şəhidlərin adının verilməsi və sair bu kimi işlərin əleyhinə deyiləm

61
00:07:55,140 --> 00:08:00,600
– bunlar hamısı yaxşıdır, lazımlıdır, yaxşıdan da yaxşıdır, lakin bunlar əsla kifayət deyil.

62
00:08:01,170 --> 00:08:06,200
Bunlar əslində görülməli olan işlərin çox kiçik bir hissəsidir.

63
00:08:06,680 --> 00:08:13,250
Hər bir işi dərindən görməyə çalışın; çalışın düşüncələrə təsir göstərəsiniz,

64
00:08:13,650 --> 00:08:18,450
öz düzgün fikirlərinizlə qarşınızdakı insanı düşündürən sualları cavablandırasınız, onu zehni cəhətdən qane edəsiniz.

65
00:08:19,020 --> 00:08:28,310
Bunun üçün düşünmək, beynini işə salmaq lazımdır. Fikir adamları, dərindən düşünməyə qadir olan,

66
00:08:28,770 --> 00:08:39,140
məsələləri dərk edən insanlar sənət adamları ilə, təqdimat etməyi, təbliğat aparmağı bacaran insanlarla

67
00:08:39,510 --> 00:08:45,480
– nəqqaşlar, şairlər, film-meykerlər, yazıçılar və sairlə birlikdə

68
00:08:45,710 --> 00:08:51,970
əl-ələ verib ortaya elə bir məhsul çıxarmalı, elə bir iş ərsəyə gətirməlidirlər ki,

69
00:08:52,110 --> 00:08:59,400
auditoriyanın düşüncəsinə təsir göstərsin. Yəni hazırda icra olunan məkrli planı

70
00:08:59,540 --> 00:09:04,310
– layihəsi hazırlanan yox, icra olunan; layihəsi çox əvvəl hazırlanıb

71
00:09:04,600 --> 00:09:08,570
və indi ölkəmizdə həyata keçirilir – onu neytrallaşdırsın.

72
00:09:09,250 --> 00:09:14,480
Bu həm hökumət qurumlarında çalışan insanların, həm mömin əhalinin,

73
00:09:14,910 --> 00:09:20,910
həm yüksək ranqlı rəsmilərin, həm də sıravi rəhbər işçilərin öhdəsinə düşən bir işdir. Vəzifə məsuliyyəti daşıyan, özündə məsuliyyət hiss edən hər kəs bu sahədə fəaliyyət göstərməlidir.

74
00:09:21,370 --> 00:09:29,770
İşin bir qolu da elə sizin gördüyünüz işdir; yəni şəhidlik anlayışının, şəhidliyin, şəhidin dəyərinin uca tutulması, aktuallığının qorunub saxlanmasıdır.

75
00:09:30,050 --> 00:09:33,540
Bu istiqamətdə işləyin, inşallah, Allah-taala da sizə yardımçı olacaq.

76
00:09:34,310 --> 00:09:36,400
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.