1
00:00:05,080 --> 00:00:07,650
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:08,370 --> 00:00:11,340
و الحمدلله ربّ العالمين

3
00:00:12,540 --> 00:00:17,400
و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين.

4
00:00:28,080 --> 00:00:31,140
Əzizlərim,

5
00:00:33,000 --> 00:00:38,820
əziz qardaşlar, əziz bacılar, hörmətli ailələr, çox xoş gəlmisiniz!

6
00:00:41,400 --> 00:00:50,940
Sizin simanızda daxilinizdəki iman, əzm və iradədən xəbər verən bir qətiyyət var

7
00:00:54,420 --> 00:00:59,480
bütün bunlar xalqın böyük sərvətidir

8
00:01:01,820 --> 00:01:10,000
– həm bu mömin insanlar, həm də onların yenilməz əzmi, möhkəm iradəsi.

9
00:01:13,420 --> 00:01:18,650
Heç bir ölkə üçün

10
00:01:20,020 --> 00:01:29,680
layiqli və effektiv insan sərmayəsindən daha böyük bir sərvət təsəvvür edilə bilməz.

11
00:01:32,770 --> 00:01:48,400
Yaşadığımız bu günlər də mühüm əhəmiyyət kəsb edir – həm “Mübahilə” kimi möhtəşəm bir hadisənin

12
00:01:48,740 --> 00:01:57,080
və “Həl-Əta” surəsinin nazil olmasının ildönümüdür, həm Məhərrəm ayı yaxınlaşır,

13
00:01:59,940 --> 00:02:11,880
həm də regiondakı vəziyyət, bölgədə gedən proseslərin həssaslığı baxımından

14
00:02:13,600 --> 00:02:18,620
əhəmiyyətli günlərdir; mühüm bir etapdır.

15
00:02:21,800 --> 00:02:31,200
Keşikçi korpusun Dəniz Qüvvələri ilə bağlı qeyd ediləsi mühüm məqam bundan ibarətdir ki,

16
00:02:31,450 --> 00:02:38,480
bu qüvvələrin simasında donanmamızda inqilabın övladları, inqilabi ideyaların daşıyıcısı olan bir şəxsi heyət təmsil olunur.

17
00:02:41,250 --> 00:02:45,740
Bu, çox mühüm və başlıca bir məqamdır.

18
00:02:48,680 --> 00:02:57,310
Təhlükəsizlik bir xalqın bütün sferalarda inkişafının əsas infrastrukturudur.

19
00:02:57,910 --> 00:03:02,970
Təhlükəsizlik olmasa, nə iqtisadiyyat olar, nə mədəniyyət olar,

20
00:03:04,020 --> 00:03:10,450
nə də cəmiyyətin üzvü olan insanların fərdi və ümumi səadəti təmin olunar.

21
00:03:12,710 --> 00:03:21,400
Su sərhədləri olan ölkələr üçün isə bu sərhədlərin təhlükəsizliyi müəyyən cəhətlərdən daha da əhəmiyyətlidir.

22
00:03:21,910 --> 00:03:28,020
Çünki dəniz suları ümumi xarakterli bir beynəlxalq kommunikasiya vasitəsidir.

23
00:03:29,020 --> 00:03:44,880
Dəniz sularında müxtəlif dövlətlərin, müxtəlif xalqların iştirak etməsi müstəsna bir hadisə hesab olunmur,

24
00:03:45,770 --> 00:03:54,940
geniş yayılmış bir məsələdir. Dənizlə qonşuluğu olan, dənizə sahilləri açılan bir ölkə

25
00:03:56,020 --> 00:04:03,740
yaxınlığındakı dənizdə təhlükəsizliyi təmin edə bilməzsə,

26
00:04:04,450 --> 00:04:10,710
əslində bu o deməkdir ki, həmin ölkə öz daxili təhlükəsizliyinin əsas dayaqlarını möhkəmlədə bilməmişdir.

27
00:04:11,280 --> 00:04:14,450
Odur ki dəniz sularının təhlükəsizliyi olduqca əhəmiyyətlidir.

28
00:04:14,880 --> 00:04:25,170
Əlhəmdulillah, Keşikçi Korpusun sıralarında xidmət edən inqilabçı gənclərimiz bu sahədə işləyiblər,

29
00:04:25,510 --> 00:04:29,170
dəyərli və diqqətəlayiq işlər həyata keçiriblər.

30
00:04:30,910 --> 00:04:39,800
İnqilabdan sonrakı həssas dövrü dəyərləndirərəkən bütün bunları nəzərdən qaçırmaq olmaz.

31
00:04:41,940 --> 00:04:50,220
Elə bu ailələrin ölkənin cənub bölgələrində yaşaması da

32
00:04:51,510 --> 00:04:55,480
cihad ruhu ilə görülən böyük işlərdən biridir.

33
00:04:55,770 --> 00:05:01,140
Mən bunu elə sizin çox hörmətli ailə üzvlərinizin qarşısında qeyd etməyi özümə borc bilirəm.

34
00:05:01,570 --> 00:05:10,850
Keşikçi Korpusun Dəniz Qüvvələrinin Bəndər-Abbasda, dəniz sahillərində,

35
00:05:11,650 --> 00:05:18,940
bu çətin bölgələrdə yerləşdirilməsi və ailələrinin də həmin yerlərə gedərək

36
00:05:19,310 --> 00:05:24,450
o çətinliklərə qatlaşması olduqca dəyərlidir.

37
00:05:25,910 --> 00:05:29,710
Bu, üstündən asanlıqla keçiləcək bir məsələ deyil.

38
00:05:32,510 --> 00:05:42,020
Cənub regionunun özü, Buşəhr, Bəndər-Abbas ostanları,

39
00:05:43,400 --> 00:05:48,280
daim dənizdən baş verə biləcək təhlükəli insidentlərlə üz-üzə olan bu bölgələr

40
00:05:48,680 --> 00:05:53,540
inqilab illəri boyunca bir sıra sınaqlardan layiqincə çıxıb.

41
00:05:54,970 --> 00:06:03,200
Düzdür, əvvəlcə sularda inqilabın iştirakı bir o qədər də hiss olunmurdu,

42
00:06:05,540 --> 00:06:14,370
amma sonradan inqilabın övladlarının, inqilabın yetirmələrinin, inqilabi ideyaların daşıyıcısı olan gənclərin

43
00:06:15,370 --> 00:06:23,820
bu bölgələrə ayağı açıldı və vəziyyət dəyişdi.

44
00:06:27,250 --> 00:06:32,940
Münasib zəmin hazır olduqdan sonra bu bölgənin əhalisi, gəncləri,

45
00:06:33,050 --> 00:06:42,620
güclü stimula malik insanlar hamısı düzgün kursa yönəldi.

46
00:06:43,510 --> 00:06:53,310
Bundan sonra, məsələn, Buşəhr bölgəsində şəhid Nadir Mehdəvi kimi böyük, görkəmli bir şəhidimiz oldu.

47
00:06:55,910 --> 00:07:08,220
Şəhidlik, cihad və bu kimi məsələlərə ürəkdən inanan insanların nəzərində bu cür insanlar,

48
00:07:09,000 --> 00:07:16,800
Nadir Mehdəvi və onun silahdaşları kimi parlaq simalar,

49
00:07:17,480 --> 00:07:25,050
o böyük işləri həyata keçirmiş şəxslər düşmənin gözünün odunu alıblar;

50
00:07:27,400 --> 00:07:36,250
İran xalqına nüfuz və başucalığı gətiriblər, İslam dövlətinin və İslam Respublikasının qüdrətini düşmənin üzünə vurublar.

51
00:07:37,400 --> 00:07:40,000
Onların xatirəsini daim yaşatmaq lazımdır.

52
00:07:41,570 --> 00:07:50,740
Yazılı və şifahi tariximizdə onların adını və xatirəsini daim qabartmaq, önə keçirmək lazımdır.

53
00:07:51,020 --> 00:07:57,200
Həmçinin düşmənin məkrli niyyətindən də daim xəbərdar olmaq lazımdır.

54
00:07:59,600 --> 00:08:12,450
Fars Körfəzi məntəqəsində o uğursuz və məşum varlığı,

55
00:08:12,570 --> 00:08:21,220
yəni Səddam Hüseyni himayə və müdafiə edənlərin, o insan haqları iddiasında olanların hamısı

56
00:08:23,110 --> 00:08:29,740
– hansılar ki sonralar özləri əlbir olub Səddamın əleyhinə çıxdılar,

57
00:08:29,910 --> 00:08:35,420
halbuki uzun illər boyu İslam Respublikası əleyhinə Səddama dəstək vermişdilər

58
00:08:35,740 --> 00:08:41,400
– hamısının əlləşib-vuruşduğu buna görə idi ki, Fars Körfəzini İslam Respublikası üçün təhlükəli bir bölgəyə çevirsinlər.

59
00:08:43,250 --> 00:08:47,400
Bu, Fars Körfəzi regionunun təhlükəsizliyinin nə qədər əhəmiyyətli olduğundan xəbər verir.

60
00:08:48,450 --> 00:08:58,050
Görün bu regionun təhlükəsizliyi nə qədər önəmlidir ki, onların bütün düşmənçiliyi sözügedən dəniz bölgəsində

61
00:08:58,200 --> 00:09:06,250
– Fars Körfəzi və Oman dənizində ən çox sahilləri olan İran üçün

62
00:09:07,480 --> 00:09:13,680
bu regionda təhlükəsizliyi pozmağa yönəlmişdi.

63
00:09:14,970 --> 00:09:23,570
İnqilabçı gənclərin, Keşikçi Korpusun, korpusun Dəniz Qüvvələrinin iştirakı,

64
00:09:23,970 --> 00:09:35,400
bu hərbi birləşmənin təşkil edilməsi və işə qoşulması bu bölgədə suların onların özü üçün təhlükəli bir vəziyyətə gəlməsinə səbəb oldu.

65
00:09:37,600 --> 00:09:45,540
Gəmilərinə ziyan dəydi, helikopterlərinə ziyan dəydi, neft tankerlərinə ziyan dəydi.

66
00:09:47,510 --> 00:09:57,170
Anladılar ki, İslam Respublikası müqəddəratı ilə istədikləri kimi oynaya biləcəkləri bir varlıq deyil.

67
00:09:58,570 --> 00:10:03,110
Bu, İslam Respublikası quruluşunun mənəvi gücüdür.

68
00:10:06,310 --> 00:10:09,310
Quran bizə belə əmr edir:

69
00:10:09,450 --> 00:10:20,770
وَ اَعِدّوا لَهُم مَّا اسْتَطَعتُم مِّن قُوَّةٍ وَ مِن رِّباطِ الخَيلِ تُرهِبونَ بِه‌ عَدُوَّ اللهِ وَ عَدُوَّکُم

70
00:10:23,770 --> 00:10:35,850
– Sizin iştirakınız, halınız-hərəkətiniz elə olmalıdır ki, düşməni qorxuya salsın, çəkindirsin.

71
00:10:36,910 --> 00:10:45,800
Düşmən, təbii ki, təcavüzkardır. Dünyaya hökranlıq etməyə can atanların xarakteri budur: təcavüz etmək, irəli getmək,

72
00:10:46,170 --> 00:10:51,220
öz hakimiyyətini qurmaq, pəncəsini atmaq; bu, onların təbiətindədir.

73
00:10:53,170 --> 00:10:58,250
Əgər sizin səngərləriniz möhkəm olmasa, haradasa bir boşluq olsa, yol tapıb keçəcəklər.

74
00:10:59,600 --> 00:11:04,140
Elə etməlisiniz ki, düşmən yol tapıb nüfuz edə bilməyəcəyini hiss etsin.

75
00:11:05,710 --> 00:11:12,680
Ölkənin cənubunda inqilab cəbhəsinin formalaşdırılması,

76
00:11:13,280 --> 00:11:19,420
Keşikçi Korpusun Dəniz Qüvvələrinin

77
00:11:21,400 --> 00:11:31,280
və sahil ostanlarından olan balalarımızın – bu şücaətli, dünyaya könül bağlamamış gənclərimizin timsalında inqilabi qüvvələrin bu bölgədə iştirakı

78
00:11:33,620 --> 00:11:39,910
Quranın həmin məqsədinin reallaşmasına şərait yaratdı:

79
00:11:39,910 --> 00:11:42,600
تُرهِبونَ بِه‌ عَدُوَّ اللهِ وَ عَدُوَّکُم

80
00:11:42,770 --> 00:11:46,570
Bu, həmişə davam etdirilməlidir.

81
00:11:48,770 --> 00:11:57,200
Dəfələrlə demişik ki, biz heç vaxt müharibəyə ilk olaraq addım atan tərəf olmayacağıq; buna öz səbəb və arqumentlərimiz də var.

82
00:11:58,480 --> 00:12:01,650
Heç bir müharibəni ilk olaraq biz başlamayacağıq,

83
00:12:03,970 --> 00:12:07,820
amma düşməndən də müharibəyə başlamaq cəsarətini almaq lazımdır;

84
00:12:10,970 --> 00:12:16,280
düşməni tanımaq, xarakterinə bələd olmaq lazımdır.

85
00:12:17,770 --> 00:12:25,200
Bu gün imperialistlər bu regionda

86
00:12:25,820 --> 00:12:30,540
təhlükəli hədəflər izləyir.

87
00:12:32,050 --> 00:12:37,570
Bunlar xalqların müqəddəratına təsir edə biləcək hədəflərdir.

88
00:12:37,770 --> 00:12:47,420
İstifadə etdikləri vasitələr də olduqca təhlükəli, qeyri-humanist, vəhşicəsinə vasitələrdir.

89
00:12:49,170 --> 00:12:55,620
Yəni günahsız insanların məhvinə səbəb olacaq metodlardan istifadə etməkdən qətiyyən çəkinmirlər.

90
00:12:55,800 --> 00:13:05,820
Baxın görün ölkəmizin qərb bölgəsində – İraqda, Suriyada, şərq bölgəmizdə

91
00:13:06,620 --> 00:13:12,770
– Əfqanıstanda, Pakistanda nələr edirlər? Qətiyyən çəkinmirlər,

92
00:13:12,880 --> 00:13:19,600
yəni insan həyatının onlar üçün heç bir dəyəri yoxdur.

93
00:13:19,820 --> 00:13:27,880
İnsan haqları, mülki əhalinin hüquqları və bu kimi puç,

94
00:13:28,000 --> 00:13:33,680
formal iddialarının hamısı reallığa ziddir. Buna sübut da elə gördükləriniz, şahidi olduqlarınızdır:

95
00:13:35,220 --> 00:13:42,540
xəstəxanalara raketlə hücum edib bombalayır, onlarla xəstəni qətlə yetirir,

96
00:13:42,540 --> 00:13:50,220
sonra da: “Bağışlayın, səhvən olub!” – deyirlər. Hərdən də heç o “bağışlayın”ı da demirlər.

97
00:13:53,420 --> 00:13:59,650
Qəzzada, Yəməndə, Suriyada, İraqda, Bəhreyndə

98
00:13:59,650 --> 00:14:09,650
elə faciələr baş verir ki, insan onları törədənlərin

99
00:14:09,880 --> 00:14:17,370
nə qədər rəhmsiz, daşürəkli olduğuna heyrətlənir. Bunu necə edə bilirlər?

100
00:14:19,510 --> 00:14:26,370
İnsanı qəfəsin içinə salıb, diri-diri od vurub yandırırlar!

101
00:14:28,400 --> 00:14:31,370
İnsan haqları ilə məşğul olan qurumlar da oturub tamaşa edir.

102
00:14:31,820 --> 00:14:35,970
Halbuki bir çalaya itdən-pişikdən düşsə,

103
00:14:36,540 --> 00:14:41,540
onu ordan sağ-salamat çıxarmaq üçün bütün imkanlarını səfərbər edirlər;

104
00:14:41,680 --> 00:14:44,850
demək istəyirlər ki, “biz canlı varlıqların tərəfdarıyıq”.

105
00:14:46,800 --> 00:14:51,310
Dünyanı təhdid edən ən böyük təhlükə bu riyakarlıqdır, yalanlardır,

106
00:14:51,820 --> 00:14:55,450
bu ikiüzlülükdür. Düşmən bu cürdür.

107
00:14:58,020 --> 00:15:02,680
Məqsədi bu regionda öz hədəflərini həyata keçirməkdir.

108
00:15:02,850 --> 00:15:07,800
Əlbəttə ki, İslam Respublikası Allahın yardımı və dəstəyi sayəsində

109
00:15:07,910 --> 00:15:14,310
nəinki yalnız düşmənin öz ölkəsinə nüfuz etməsinin qarşısını alır,

110
00:15:14,740 --> 00:15:21,770
hətta düşmənin planlarının regionda işə düşməsinə də önəmli dərəcədə əngəl olur.

111
00:15:22,620 --> 00:15:25,770
Bu, Allahın nəsib etdiyi bir mənəvi uğurdur, Allahın qüdrəti

112
00:15:25,770 --> 00:15:30,620
və siz gənclərin əzm və iradəsinin bərəkəti sayəsində müyəssər olan bir şeydir.

113
00:15:33,250 --> 00:15:47,140
İslam Respublikasının iqtidarı, iştirakı müdaxilə etməli olduğu məqamda etdiyi müdaxilə sayəsində

114
00:15:47,250 --> 00:15:53,600
onların bir çox planları uğursuzluğa dümar olub, nəticəsiz qalıb.

115
00:15:54,820 --> 00:16:03,170
Elə buna görə də onların ədavəti ən çox İslam dövləti üzərində cəmlənib,

116
00:16:03,600 --> 00:16:09,540
əllərindən gələni edirlər. Bu müzakirələrdən, danışıqlardan dəm vurmaları da yol tapıb ölkəyə nüfuz etmək üçündür.

117
00:16:10,140 --> 00:16:19,050
Ölkədə bir qrup insan var ki, danışıqlar məsələsinə, müzakirə mövzusuna səthi yanaşır,

118
00:16:19,820 --> 00:16:25,250
primitiv düşünür, mövzunun əsas mahiyyətini anlamırlar.

119
00:16:26,510 --> 00:16:32,480
İndi bəziləri var ki, laqeyddirlər – cəmiyyətdə laqeyd, etinasız bir kəsim var;

120
00:16:32,850 --> 00:16:36,200
nə baş verirsə-versin, onlar üçün heç bir əhəmiyyəti yoxdur:

121
00:16:36,510 --> 00:16:42,310
ölkənin mənafeyi əldən getsin, milli mənafe məhv olsun

122
00:16:43,570 --> 00:16:49,450
– onlarla işimiz yoxdur, amma bəziləri var ki, laqeyd də deyillər, intəhası səthi yanaşırlar,

123
00:16:49,820 --> 00:16:53,850
məsələlərin dərinliyinə varmırlar. Danışıqlardan söhbət düşən kimi deyirlər:

124
00:16:54,280 --> 00:16:57,600
“Ağa, siz nə üçün Ameria ilə danışıqların əleyhinəsiniz?

125
00:16:57,600 --> 00:17:03,340
Axı Əmirəl-möminin (ə) də filankəslə danışıqlar aparıb, İmam Hüseyn (ə) də danışıqlara gedib”.

126
00:17:03,420 --> 00:17:07,050
Belə fikirlər həmin insanların primitiv düşündüyündən,

127
00:17:08,310 --> 00:17:12,480
məsələlərin dərinliyinə varmamağından xəbər verir.

128
00:17:13,570 --> 00:17:17,710
Ölkədə gedən prosesləri bu şəkildə təhlil etmək olmaz;

129
00:17:20,420 --> 00:17:30,140
belə primitiv, avam yanaşma ilə ölkənin mənafeyini müəyyən etmək mümkün deyil.

130
00:17:30,310 --> 00:17:40,370
Əvvəla, Əmirəl-möminin (ə) Zübeyrlə, yaxud İmam Hüseyn (ə) İbn Sədlə danışarkən ona öyüd-nəsihət verib,

131
00:17:41,080 --> 00:17:45,880
Bugünkü anlamında danışıqlara getmək alver, müamilə kimi başa düşülür

132
00:17:46,420 --> 00:17:48,510
– yəni bir şey ver, başqa bir şey al.

133
00:17:48,880 --> 00:17:53,680
İmam Əli (ə) Zübeyrlə bu şəkildə alver edib ki, filan şeyi ver, filan şeyi al?

134
00:17:54,080 --> 00:18:01,480
İmam Hüseyn (ə) İbn Sədlə bu şəkildə alver edib ki, filan şeyi ver, filan şeyi al? O Həzrətin belə bir məqsədi olub?

135
00:18:02,620 --> 00:18:08,740
Siz tarixi bu cür anlayırsınız? İmamların həyatını bu şəkildə təhlil edirsiniz?

136
00:18:10,540 --> 00:18:14,910
İmam Hüseyn (ə) gedib həmin adamı çəkindirib, nəsihət verib, deyib Allahdan qorx.

137
00:18:16,200 --> 00:18:24,820
Əmirəl-möminin (ə) Zübeyrə nəsihət verib, Peyğəmbər (s) dövrü ilə bağlı xatirələri onun yadına salıb, “Alahdan qorx!” – deyib.

138
00:18:25,420 --> 00:18:30,280
Yeri gəlmişkən, təsiri də olub, Zübeyr müharibədən çəkinib.

139
00:18:31,570 --> 00:18:35,140
Danışıqlar bu demək deyil.

140
00:18:35,910 --> 00:18:43,020
Bizim Şeytanın böyüyü olan Amerika ilə danışıqlara getməli olduğumuzu əsaslandırmaq üçün

141
00:18:43,170 --> 00:18:48,510
dövrün reallığını dərk etməyən, bir qrup primitiv düşüncəli, avam insan

142
00:18:51,050 --> 00:18:58,250
qəzetlərdə, internet saytlarında məqalələr yazır,

143
00:18:58,540 --> 00:19:08,170
çıxışlar edir, Əmirəl-möminini misal çəkir ki, nəyə görə o Həzrət Zübeyrlə danışıqlara getdi, amma siz Amerika ilə danışığa getmirsiniz?

144
00:19:08,370 --> 00:19:15,600
Yəni məsələni dərk etməkdə bu həddə səhvə yol verirlər. Axı o həzrətlərin etdiyi bugünkü mənasında danışıqlar olmayıb.

145
00:19:17,850 --> 00:19:24,450
İkincisi, biz elə bugünkü mənasında da danışıqlara getməyin əleyhinə deyilik;

146
00:19:24,650 --> 00:19:27,140
hazırda biz bütün dünya ilə danışıqlar aparırıq.

147
00:19:28,620 --> 00:19:34,540
Avropa dövlətləri ilə danışıqlar aparırıq, Latın Amerikası ölkələri ilə danışıqlarımız var.

148
00:19:34,710 --> 00:19:40,250
Bütün bunlar danışıqdır, müzakirədir. Bizim kiminləsə danışıqlara getməkdə problemimiz yoxdur.

149
00:19:40,420 --> 00:19:47,200
“Amerika ilə danışıqlara getməyəcəyik” deyiriksə, bu o demək deyil ki, ümumiyyətlə danışıqlara getməyin özünün əleyhinəyik; yox,

150
00:19:47,420 --> 00:19:50,020
Amerika ilə danışıqlara getməyin əleyhinəyik.

151
00:19:51,480 --> 00:19:59,510
Bunun bir səbəbi, niyəsi var və ağıllı insan həmin səbəbi dərk etməlidir.

152
00:20:01,940 --> 00:20:08,940
Yoxsa elə danışıqlara getdiyimiz başqa ölkələrin də hamısı bizim yolumuzda yaxasını yırtan dostumuz deyillər ki

153
00:20:09,540 --> 00:20:12,650
– bəziləri düşməndir, bəziləri neytraldır,

154
00:20:13,140 --> 00:20:15,770
onlarla danışıqlar aparırıq, heç bir problemimiz də yoxdur

155
00:20:16,820 --> 00:20:22,600
– amma Amerikanın İran İslam Respublikası ilə danışıqlar aparması ölkəyə nüfuz etmək deməkdir.

156
00:20:24,480 --> 00:20:27,910
Amerikalıların danışıqlara verdiyi tərif budur,

157
00:20:28,940 --> 00:20:32,770
müzakirələr aparmaqla öz iradələrini diktə etmək üçün ölkəmizə yol açmaq istəyirlər.

158
00:20:34,850 --> 00:20:41,400
Bu gün dünyanın nəhəng təbliğat maşını Amerikanın əlindədir.

159
00:20:44,280 --> 00:20:53,280
Bu gün bəşəriyyətə, mənəviyyata qatı düşmən olan sionist cərəyanı

160
00:20:54,420 --> 00:21:02,000
Amerika ilə əlbir-dilbirdir, bir-birinə havadarlıq edirlər.

161
00:21:03,340 --> 00:21:09,680
Onlarla danışıqlara getmək həm iqtisadi,

162
00:21:09,800 --> 00:21:19,200
həm mədəni, həm siyasi, həm də təhlükəsizlik sferalarında öıkəyə nüfuz edə bilmələri üçün yolu açmaq deməkdir.

163
00:21:21,650 --> 00:21:26,740
Elə nüvə enerjisi ilə bağlı danışıqlar əsnasında da

164
00:21:26,970 --> 00:21:32,020
tapdıqları hər fürsətdə, əllərinə meydan keçən kimi öz mənafeyini yeritməyə çalışır,

165
00:21:32,110 --> 00:21:36,400
əlbəttə, Allaha şükürlər olsun ki, İran tərəfdən çıxış edən diplomatlar diqqətli idi,

166
00:21:36,710 --> 00:21:42,370
amma yenə də onlar müəyyən məqamlarda buna fürsət tapırdılar.

167
00:21:42,850 --> 00:21:49,220
öz mənafeyini yeritməyə çalışır, milli mənafeyə zərər verəcək bir hərəkət edirdilər;

168
00:21:50,510 --> 00:21:52,740
Qadağan olunan, yolverilməz olan danışıqlar bax budur.

169
00:21:54,370 --> 00:22:01,200
Amerika ilə danışıqlar saysız-hesabsız zərərləri olduğuna

170
00:22:01,600 --> 00:22:05,000
və qətiyyən heç bir xeyri olmadığına görə qadağandır.

171
00:22:06,540 --> 00:22:13,450
Bu, əlində nə belə imkanları, nə də belə bir niyyəti olmayan filan dövlətlə danışıqlara getməkdən fərqlənir.

172
00:22:13,850 --> 00:22:17,050
Bu ikisi fərqli şeylərdir; bunu dərk etmirlər.

173
00:22:17,800 --> 00:22:26,880
Ölkənin hazırkı problemi, təəssüflər olsun ki,

174
00:22:27,200 --> 00:22:36,540
bəzən etinasız, bəzən isə primitiv düşüncəli insanların varlığıdır; əlbəttə ki, onlar azlığı təşkil edir, sayları azdır.

175
00:22:37,480 --> 00:22:46,880
Ölkə əhalisinin möhtəşəm bir kütləsini təmsil edən, inqilabi ideyaların daşıyıcısı olan, gözüaçıq, məlumatlı toplum qarşısında bir şey deyillər, amma həddən artıq fəaldırlar:

176
00:22:48,280 --> 00:22:52,620
yazırlar, danışırlar, təkrar edilər; dönə-dönə təkrar edirlər!

177
00:22:53,940 --> 00:22:56,050
Düşmən də bunlara kömək edir.

178
00:22:57,280 --> 00:23:04,170
Bu gün İslam Respublikasının düşmənlərinin fəaliyyətində əsas istiqamətlərdən biri

179
00:23:04,420 --> 00:23:11,200
- əlbəttə ki, bizim bütün bunlardan xəbərimiz var, nə etdiklərinə diqqət yetiririk,

180
00:23:11,310 --> 00:23:19,540
rəsmilərimizin hesablamalarını dəyişdirmək,

181
00:23:19,850 --> 00:23:22,170
camaatın düşüncəsini istədikləri kimi idarə etmək, gənclərimizin beyninə bu şeyləri yerləşdirməkdir.

182
00:23:22,370 --> 00:23:34,420
..........................................

183
00:23:35,050 --> 00:23:38,310
Əsas hədəf də gənclərdir.

184
00:23:38,880 --> 00:23:44,880
Belə bir vəziyyətdə ölkəmizin gəncliyi son dərəcə sayıq olmalıdır. Əlhəmdulillah, sayıqdır da.

185
00:23:44,880 --> 00:23:51,940
Həm universitetlərimiz sayıqdır, həm Silahlı qüvvələrimiz sayıqdır, həm hərbi qurumlarımız

186
00:23:51,940 --> 00:23:57,170
– həm Ordu, həm Keşikçi Korpus, həm Bəsic, həm də Polis Qüvvələri – əlhəmdulillah, iş başındadır.

187
00:23:57,740 --> 00:24:00,680
Mənim bu sarıdan heç bir nigarançılığım yoxdur.

188
00:24:02,080 --> 00:24:08,740
Sizə – inqilabın övladlarına,

189
00:24:09,770 --> 00:24:18,650
əlhəmdulillah, ölkənin mühüm məsələlərindən biri olan dəniz sularının təhlükəsizliyinə cavabdeh olan, bu shaədə fəaliyyət göstərən

190
00:24:19,310 --> 00:24:26,250
inqilabçı gənclərə də müraciətimin canı budur ki, gördüyünüz işin bu gün nə qədər böyük əhəmiyyət kəsb etdiyini bilin, anlayın.

191
00:24:28,200 --> 00:24:36,940
Mübahilə zamanı iman və küfr hər ikisi bütövlüklə qarşı-qarşıya durduğu kimi,

192
00:24:36,940 --> 00:24:42,280
bu gün də İslam Respublikasındakı iman küfr qarşısında bütövlüklə durub.

193
00:24:43,170 --> 00:24:52,370
Peyğəmbəri-Əkrəmin (s) və ailəsinin mənəviyyatı, saflığı, mənəvi gücü

194
00:24:53,080 --> 00:24:56,310
düşməni meydandan kənarlaşdırmağa müvəffəq olduğu kimi,

195
00:24:56,540 --> 00:25:00,880
Allahın yardımı və mənəvi dəstəyi sayəsində, İran xalqı da

196
00:25:00,970 --> 00:25:04,620
öz gücü və mənəviyyatı ilə düşmənini meydandan uzaqlaşdıracaq.

197
00:25:28,020 --> 00:25:33,400
Keşikçi Korpusun sularda rolu mühümdür,

198
00:25:35,200 --> 00:25:41,970
cənub bölgəsində – Buşəhr ostanında və digər sahil ostanlarında yaşayan gənclərin

199
00:25:42,370 --> 00:25:47,540
həyata keçirdiyi işlər mühüm rola malikdir.

200
00:25:47,970 --> 00:25:54,370
Cənub bölgələrinin gəncləri, doğrudan da, sınaqdan çıxıblar, üzüağ çıxıblar

201
00:25:57,570 --> 00:26:02,820
və öz ölkəsinin,

202
00:26:02,940 --> 00:26:07,480
inqilabının, dövlətçiliyinin heysiyyətini sözün əsl mənasında qorumağı bacardıqlarını nümayiş etdiriblər.

203
00:26:08,820 --> 00:26:18,370
Həmin bölgələrdə məskunlaşıb yaşamağı qəbul etmiş əziz

204
00:26:18,880 --> 00:26:24,450
və dəyərli hərbçi ailələrinin rolu olduqca əhəmiyyətlidir.

205
00:26:25,970 --> 00:26:33,880
Əgər ailələr evin kişisi ilə həmrəy olub ona dəstək olmasa, işlər irəli getməz.

206
00:26:34,020 --> 00:26:40,080
Sevindirici haldır ki, bu gün ölkəmizin qadınları, ölkəmizin xanımları

207
00:26:41,800 --> 00:26:52,110
çox işıqlı, səmimi stimullara malikdirlər, gözüaçıqdırlar.

208
00:26:54,110 --> 00:26:57,280
Elə müharibə dövründə də həmişə belə olub.

209
00:26:58,800 --> 00:27:05,020
Vaxtaşırı mənə şəhid ailələri ilə oturub həmsöhbət olmaq nəsib olur.

210
00:27:05,310 --> 00:27:16,710
Demək olar ki, yüksək-əhval ruhiyyə, stimul baxımından əksər hallarda şəhid anaları şəhid atalarını üstələməsələr də, heç onlardan geri də qalmırlar

211
00:27:17,570 --> 00:27:23,480
və çox vaxt atalardan da gözüaçıq, güclü stimula malikdirlər.

212
00:27:24,080 --> 00:27:32,050
Bunlar bizim cəmiyyətimizin qadınlarıdır; bu, ölkəmiz üçün böyük bir dəyər hesab olunur.

213
00:27:33,310 --> 00:27:39,420
Demək istədiyim budur ki, hazırlığınızı artırın;

214
00:27:39,710 --> 00:27:44,800
həm elmi hazırlığınızı, yəni elm, elmi tədqiqatlar sahəsində,

215
00:27:44,800 --> 00:27:49,600
həm də texniki hazırlığınızı, yəni hərbi texnika baxımından.

216
00:27:52,570 --> 00:27:57,250
Cənab generalın  da qeyd etdiyi kimi,

217
00:27:57,650 --> 00:28:04,510
düşmənlər Keşikçi Korpusun ortaya çıxardığı hərbi texnika qarşısında

218
00:28:04,600 --> 00:28:08,970
öz hərbi strategiyalarını dəyişmək barədə düşünməyə başlayıblar.

219
00:28:10,110 --> 00:28:23,680
Yəni Keşikçi Korpusun dəniz sularında təşəbbüskar iştirakı onları çarəsiz qoyaraq

220
00:28:24,140 --> 00:28:26,710
ös strategiyalarını dəyişməyə məcbur edib.

221
00:28:29,480 --> 00:28:33,340
Odur ki sizin təşəbbüsləriniz, sizin hərbi texnika sahəsində tətbiq etdiyiniz yeniliklər, gətirdiyiniz innovasiyalar

222
00:28:34,400 --> 00:28:48,280
düşmənin elmi nailiyyətlərinin, yeni hərbi texnikalarının və hərbi iştirakının səviyyəsinə uyğun olaraq yüksəldilməlidir. Və bu mümkündür də.

223
00:28:48,740 --> 00:28:53,770
İnsan beyninin yarada biləcəyi innovasiyalar bitib-tükənməzdir.

224
00:28:55,280 --> 00:29:03,020
Misal üçün, nə vaxtsa Keşikçi Korpus itisürətli hücum katerləri əldə etmək fikrinə düşdüyü kimi,

225
00:29:03,620 --> 00:29:11,510
bundan da yaxşı, bundan da səviyyəli, budnan da güclü yeni texnikalar barədə düşünə və onları ərsəyə gətirə bilər.

226
00:29:11,970 --> 00:29:18,220
Daim bu barədə düşünün, üstünlüyü əldə saxlamağa çalışın.

227
00:29:18,540 --> 00:29:22,620
Meyarınız da  تُرهِبونَ بِه‌ عَدُوَّ الله – düşməni qorxutmaq olsun.

228
00:29:23,110 --> 00:29:26,710
Düşmənlər qorxmasa, hücuma keçəcək.

229
00:29:27,480 --> 00:29:36,220
Qorxusu olmasa, üstünüzə hücum etməyə cürətlənəcək. Bu da mənim ikinci tövsiyəm.

230
00:29:36,220 --> 00:29:43,020
Üçüncü tövsiyəm əməkdaşlıqdır. Allaha şükürlər olsun ki, bu gün Ordunun Dəniz Qüvvələri

231
00:29:43,450 --> 00:29:50,710
inqilabdan əvvəlki ilə yerdən göyə qədər fərqlənir, tam dəyişib.

232
00:29:52,820 --> 00:29:58,280
Mən o vaxtkı Dəniz Qüvvələrinə də ən xırda detalları ilə bələd idim,

233
00:29:58,820 --> 00:30:04,710
indikində də vəziyyətin necə olduğunu bilirəm; mömin, işləməyə hazır olan uşaqlardır.

234
00:30:06,050 --> 00:30:09,250
Çiyin-çiyinə verin, həmrəy olun,

235
00:30:11,400 --> 00:30:16,940
bir-birinizə kömək edin, bir-birinin təcrübəsindən istifadə edin.

236
00:30:18,600 --> 00:30:24,710
Bu səmərəli əməkdaşlıq işinizə kömək edəcək, milli sərvəti artıracaq.

237
00:30:25,940 --> 00:30:30,880
Mənim sizə demək istədiklərim bunlardır. Bilin ki, Uca Yaradan arxanızdadır.

238
00:30:31,020 --> 00:30:32,370
– “Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz,

239
00:30:32,600 --> 00:30:34,970
O da sizə kömək göstərər”. Buna əsla şübhəniz olmasın.

240
00:30:36,110 --> 00:30:42,970
Bizim çalışıb-vuruşduğumuz onun üçün olmalıdır ki, Allaha, Onun dininə yardımı təmin edək; Allaha kömək edək.

241
00:30:43,280 --> 00:30:48,200
Əgər bizim niyyətimiz, əməlimiz, işimiz

242
00:30:48,880 --> 00:30:57,080
bu “تَنصُرُوا اللهَ” – Allaha yardım prinsipi ilə uyğunlaşsa, ardınca, mütləq, “يَنصُرکم” gələcək, Allah da bizə Öz yardımını edəcək. Allahın verdiyi vədlər danılmazdır.

243
00:30:59,420 --> 00:31:03,000
Bu işinizi, bu fəaliyyətlərinizi,

244
00:31:03,000 --> 00:31:07,620
bu ciddiyyətinizi davam etdirin; sizindir.

245
00:31:07,620 --> 00:31:16,910
İslamın və müsəlmanların düşmənləri Qərbi Asiya regionunda da,

246
00:31:17,910 --> 00:31:24,280
digər regionlarda da məğlub olacaq. Həm hərbi və təhlükəsizlik sahəsində,

247
00:31:24,510 --> 00:31:30,820
həm də Allahın köməyi ilə, iqtisadiyyat və mədəniyyət sferasında məğlubiyyətlə üzləşəcəklər; bir şərtlə ki biz işləyək.

248
00:31:31,000 --> 00:31:38,540
Əgər biz hər an işə keçməyə hazır olsaq, sözün əsl mənasında

249
00:31:38,540 --> 00:31:45,650
və doğru-düzgün iştirak etsək, işləsək, heç şübhəsiz, düşmən məğlub olacaq. Buna qətiyyən şübhə ola bilməz.

250
00:31:48,370 --> 00:31:51,880
Uca Yaradandan sizin hamınıza uğur və mənəvi dəstək diləyirəm,

251
00:31:52,020 --> 00:31:59,820
Allah-taalaya dualar edirəm ki, siz əziz gənclərimizi günü-gündən daha da xoşbəxt etsin,

252
00:32:00,250 --> 00:32:03,850
İran xalqının inkişaf və yüksəlişini artırsın.

253
00:32:05,110 --> 00:32:10,650
Dahi İmam Xomeyninin (r.ə) pak ruhuna, İslam İnqilabının əziz şəhidlərinin ruhuna,

254
00:32:10,770 --> 00:32:19,000
Keşikçi Korpusun və korpusun Dəniz Qüvvələrinin sıralarından şəhid olmuş bütün döyüşçülərin ruhlarına, inşallah, dərgahında ali dərəcələr nəsib etsin.

255
00:32:19,570 --> 00:32:22,200
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.