1
00:00:00,200 --> 00:00:02,620
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:04,180 --> 00:00:07,400
الحمد لله ربّ العالمين

3
00:00:09,540 --> 00:00:14,340
و الصّلاة و السّلام علي سيّدنا محمّدٍ و آله الطّاهرين

4
00:00:24,420 --> 00:00:29,880
Əziz qardaşlar, bacılar, hamınıza xoş gəlmisiniz deyirəm;

5
00:00:31,800 --> 00:00:37,220
Bu uzun yolu qət edib gələrək

6
00:00:38,800 --> 00:00:46,250
bu gün hüseyniyəmizi iman

7
00:00:47,740 --> 00:00:53,250
və sizə xas ruh yüksəkliyi, həvəs, stimul atmosferi ilə rayihələndirdiniz.

8
00:00:56,220 --> 00:01:00,710
xüsusilə də dəyərli şəhid ailələrini,

9
00:01:01,600 --> 00:01:09,340
din alimlərini, hörmətli rəsmiləri, əhalini, əziz gəncləri salamlayıram.

10
00:01:09,850 --> 00:01:18,910
Əslində, mənim bu salamım bütün Təbriz və Azərbaycan əhalisinə ünvanlanır.

11
00:01:20,910 --> 00:01:30,140
Hər ilin 29 bəhmən günü bizim üçün –

12
00:01:31,000 --> 00:01:38,540
yəni bu həqir bəndə üçün – çox xoş, arzuolunan bir gündür;

13
00:01:41,020 --> 00:01:49,540
əziz Azərbaycan əhalisindən, Təbriz camaatından həmişə gördüyümüz,

14
00:01:50,110 --> 00:01:59,940
hiss etdiyimiz, bələd olduğumuz hiss və emosiyaları bir daha yaxından duyur, yada salırıq;

15
00:02:00,250 --> 00:02:08,110
yəni o ruh yüksəkliyini, dinamikanı, stimulu, imanı, sayıqlığı.

16
00:02:09,910 --> 00:02:18,480
Xalq kütləsi üçün ən gözəl və təqdirəlayiq keyfiyyətlərdən biri də

17
00:02:18,570 --> 00:02:26,770
sayıqlıq, uzaqgörənlik, sabitqədəmlik, fəaliyyətində təşəbbüskarlıq,

18
00:02:27,820 --> 00:02:36,200
doğru yolun hansı olduğunu bilmək, bu yolda qarşılaşa biləcəyi təhlükələrdən qorxmadan irəli getməkdir.

19
00:02:36,340 --> 00:02:43,450
Hansı ki sizdə – dəyərli Azərbaycan, Təbriz əhalisində bunların hamısı var,

20
00:02:43,620 --> 00:02:49,000
dəfələrlə görmüşük, şahidi olmuşuq; Allaha şükürlər olsun.

21
00:02:50,420 --> 00:03:02,050
Mən bu ruh yüksəkliyini, emosionallığı,

22
00:03:02,170 --> 00:03:09,340
dərin və coşğun imandan xəbər verən bu çıxışları görəndə, doğrudan da, Allaha şükürlər edirəm,

23
00:03:09,740 --> 00:03:14,820
Allah-taalaya minnətdarlıq hissi keçirirəm. Bunlar Allahın yardımının nişanələridir.

24
00:03:15,200 --> 00:03:21,880
Allah-taala Quranda Öz peyğəmbərinə buyurur:

25
00:03:22,200 --> 00:03:25,800
هُوَ الَّذي اَيَّدَکَ بِنَصرِه‌ وَ بِالمُؤمِنين

26
00:03:26,250 --> 00:03:36,020
– Allah-taala səni Öz yardımı, möminlərin əzmi, iradəsi və güclü qolları,

27
00:03:36,020 --> 00:03:44,140
möhkəm addımları ilə dəstəklədi. Möminlərin rolu bax budur.

28
00:03:44,800 --> 00:03:51,220
Allah-taalanın Quranda buyurduğu kimi, siz gənclərin, qəlbi stimul

29
00:03:51,680 --> 00:03:55,940
və ruh yüksəkliyi ilə dolu siz əziz camaatımızın rolu bax belə böyükdür.

30
00:03:58,420 --> 00:04:05,370
29 bəhmən günü unudulmaz bir gündür;

31
00:04:06,940 --> 00:04:12,450
əlbəttə ki, Təbriz və Azərbaycan əhalisinin

32
00:04:13,200 --> 00:04:17,600
adı ilə bağlı olan unudulmaz günlər çoxdur,

33
00:04:18,420 --> 00:04:21,770
təkcə 29 bəhmən günü deyil.

34
00:04:22,310 --> 00:04:28,680
Müasir tariximizdə, yaxın tariximizdə, Məşrutə dövründə,

35
00:04:28,680 --> 00:04:37,340
ondan əvvəl və sonra, şərh ediləcəyi, açıqlanacağı təqdirdə

36
00:04:38,020 --> 00:04:43,940
hər bir xalq üçün qürur və iftixar mənbəyi ola biləcək günlər çoxdur;

37
00:04:45,020 --> 00:04:50,250
onlar hamısı sizin – təbrizlilərin, azərbaycanlıların adı ilə bağlıdır.

38
00:04:52,710 --> 00:05:00,480
Əlbəttə ki, bu sahə az işlənib; o böyük xalq hərəkatları

39
00:05:00,970 --> 00:05:10,970
müxtəlif incəsənət sahələrinin dili ilə, mədəni-təbliğat işləri vasitəsilə açılmalı, danışılmalı, təkrarlanmalıdır.

40
00:05:11,970 --> 00:05:15,620
İnsafla deməliyik ki, bu sahədə bir az çatışmazlıq var, az işlənib.

41
00:05:16,020 --> 00:05:20,680
Buna baxmayaraq, 29 bəhmən o qədər canlı bir tarixdir ki,

42
00:05:21,250 --> 00:05:26,420
nə qədər az işlənsə də, effekti, parlaqlığı azalmır;

43
00:05:26,680 --> 00:05:30,020
əksinə, deyə bilərik ki, günü-gündən daha da artır.

44
00:05:48,170 --> 00:05:56,770
29 bəhmən günü Təbriz əhalisi

45
00:05:58,140 --> 00:06:09,110
xalqın oyanışında, İran xalqının möhtəşəm hərəkatında müstəsna rol oynamış bir addım atıb.

46
00:06:12,200 --> 00:06:21,310
Allaha şükürlər olsun ki, Azərbaycan əhalisi ondan sonra da öz hərəkatını dayandırmayıb;

47
00:06:22,400 --> 00:06:32,800
uzun illər boyu – 56-cı ildən bu günə qədər 38-39 il ötüb;

48
00:06:34,770 --> 00:06:45,110
bütün bu vaxt ərzində – bu camaat həmişə cihad, mübarizə, müqavimət və fəaliyyətin ön sıralarında olub;

49
00:06:45,400 --> 00:06:52,220
bu, bir dəyərdir; xalqımızın bu şeyə ehtiyacı var;

50
00:06:53,940 --> 00:06:59,600
ölkəmizin gələcəyi bundan asılıdır.

51
00:07:00,850 --> 00:07:05,880
Bu, 22 bəhmənə də aiddir;

52
00:07:06,680 --> 00:07:18,400
22 bəhmən il-ildən, günü-gündən daha canlı, parlaq və qabarıq formada qeyd edilməlidir; ölkəmizin buna ehtiyacı var.

53
00:07:19,480 --> 00:07:28,050
Və mən bu ilin 22 bəhmən günü yazdığı qəhrəmanlıq tarixinə görə

54
00:07:28,770 --> 00:07:34,400
böyük İran xalqına dərin təşəkkür etməyi özümə borc bilirəm.

55
00:07:35,280 --> 00:07:43,050
Yürüşlərdə iştirak edən xalq kütlələrinin təxmini –

56
00:07:43,250 --> 00:07:54,480
təxmini, amma reallığa yaxın – statistiksını aparan mərkəzlərin mənə çatdırdığı məlumata görə, bu il ölkənin bütün şəhərlərində

57
00:07:55,480 --> 00:07:59,850
yürüşlərdə əhalinin sayı ötən ildən xeyli çox olub;

58
00:08:00,620 --> 00:08:07,250
elə sizin Təbrizdə ötən ilkindən bir faiz çox insan iştirak edib;

59
00:08:07,740 --> 00:08:15,200
eynilə bəzi digər şəhərlərdə də; bu məlumatları aparıcı rəsmi mərkəzlər

60
00:08:16,000 --> 00:08:20,000
hazırlayıb bizə ötürüblər. Bu, çox önəmlidir,

61
00:08:20,970 --> 00:08:25,820
çox dəyərlidir; bu onu göstərir ki,

62
00:08:26,220 --> 00:08:31,910
xalqın sarsılmaz əzmində azacıq belə olsun boşluq yaranmayıb.

63
00:08:56,050 --> 00:09:05,540
Özü də elə bir dövrdə ki, dünayaya ağalıq edən super-güclər,

64
00:09:06,050 --> 00:09:12,800
dünyanın İslam dövləti əleyhinə köklənmiş zalım və imperialist dövlətləri

65
00:09:13,220 --> 00:09:16,510
İslam İnqilabını xalqa unutdurmaq –

66
00:09:17,970 --> 00:09:27,310
ya tamamilə unutdurmaq, ya da zəiflətmək, xalqın məkfurəsində arxa plana keçirmək üçün əllərindən gələni edirlər.

67
00:09:27,910 --> 00:09:35,250
Bu gün dünyanın böyük dövlətləri ciddi surətdə buna çalışır,

68
00:09:35,450 --> 00:09:40,140
İran xalqı isə belə bir şəraitdə onların istədiyinin tam əksinə

69
00:09:40,250 --> 00:09:47,650
hərəkət edərək bu mərasimi hər il olduğundan daha böyük coşğu və izdihamla keçirir.

70
00:09:48,970 --> 00:09:57,540
İnqilab bayramın mübarək olsun, əziz xalqımız! Allaha şükürlər olsun ki, mübarək də oldu.

71
00:09:58,200 --> 00:10:03,220
22 bəhmən bayramı ölkənin dörd bir yanında ümumxalq miqyasda qeyd edilən bir bayram idi.

72
00:10:04,910 --> 00:10:10,850
Hələ 22 bəhməndən əvvəl mən demişdim ki , qarşıdan iki bayram gəlir:

73
00:10:11,000 --> 00:10:16,250
biri 22 bəhmən günü qeyd edəcəyimiz inqilab bayramı, o biri isə seçki bayramı;

74
00:10:16,880 --> 00:10:25,940
seçki də ölkəmiz üçün böyük bir bayramdır. Seçki haqda çox danışmışıq.

75
00:10:26,110 --> 00:10:35,850
Təkcə gələn həftə baş tutacaq seçkilər barədə yox, bu müddət ərzində ölkədə

76
00:10:35,970 --> 00:10:44,170
keçirilən bütün seçkilərdə nə lazımsa demişik, yenə də nə lazımsa deyəcəyik, danışacağıq.

77
00:10:44,450 --> 00:10:49,540
Mən həqiqətləri deməkdən heç vaxt yorulmayacağam

78
00:10:49,970 --> 00:10:53,650
və inşallah, nəyi demək lazımdırsa, xalqımıza deyəcəyəm.

79
00:10:56,050 --> 00:11:03,850
İslam İnqilabı İran xalqının təhqir olunduğu bir dövrə son qoydu;

80
00:11:04,170 --> 00:11:11,280
əvvəllər İran xalqı yadellilər, böyük dövlətlər tərəfindən təhqir olunurdu;

81
00:11:11,910 --> 00:11:18,020
elmi cəhətdən təhqir olunurdu, siyasi cəhətdən təhqir olunurdu, sosial cəhətdən təhqir olunurdu.

82
00:11:20,740 --> 00:11:30,220
Ölkədə at oynadan dövlətlər, əsas etibarilə də Amerika son illərdə istədiklərini

83
00:11:30,370 --> 00:11:39,080
Pəhləvi rejiminə diktə edir, onlar da deyilənləri eynilə yerinə yetirirdilər;

84
00:11:39,770 --> 00:11:44,850
Amerikadan əvvəl də ölkədə bu rol İngilislərə aid idi.

85
00:11:46,880 --> 00:11:55,170
İslam İnqilabı gəldi, bu dözülməz təhqiri aradan qaldırdı,

86
00:11:55,340 --> 00:12:01,280
ölkəyə və xalqa qürur, heysiyyət qazandırdı, müstəqillik bəxş etdi,

87
00:12:03,110 --> 00:12:09,910
bu xalqın insani dəyərini təsbit etdi. Bir xalq öz kimliyini hiss edəndə isə

88
00:12:10,170 --> 00:12:15,400
onun arasında istedadlar çiçəklənir və çiçəkləndi də;

89
00:12:16,080 --> 00:12:19,710
istedadlar çiçəkləndi, ölkəmiz inkişaf etdi.

90
00:12:21,910 --> 00:12:27,220
Bu gün ölkəmiz dünyanın ən nüfuzlu ölkələri sırasındadır;

91
00:12:27,450 --> 00:12:33,340
İran xalqı nəinki dostlarının, hətta düşmənlərinin də gözündə

92
00:12:34,140 --> 00:12:38,050
dünyanın ən hörmətli xalqlarındandır.

93
00:12:39,540 --> 00:12:42,570
Bu isə düşmənlərimiz üçün dözülməzdir.

94
00:12:43,650 --> 00:12:48,710
Bu, bir vaxtlar ölkəmizi özünə arxa baxça hesab edən Amerika

95
00:12:49,080 --> 00:12:53,880
və nə vaxtsa buranı özünə sanatoriya hesab edən İsrail üçün dözülməzdir;

96
00:12:54,340 --> 00:13:01,940
o vaxt onlar bura istirahətə gəlirdilər. Bu onlar üçün dözülməzdir.

97
00:13:02,970 --> 00:13:09,020
İran xalqının düşmənləri üçün bir xalqın ayağa qalxıb

98
00:13:09,540 --> 00:13:18,600
imperializm əleyhinə mövqeyini açıq-açığına, heç kimi və heç nəyi nəzərə almadan, qətiyyətlə bəyan etməsi,

99
00:13:19,540 --> 00:13:27,220
başqa xalqları da buna ürəkləndirməsi dözülməzdir,

100
00:13:27,510 --> 00:13:34,600
buna görə də əllərindən gələni edirlər. Düşmənin bu səyləri nə vaxta qədər davam edəcək?

101
00:13:35,020 --> 00:13:41,710
O vaxta qədər ki, siz – İran xalqı onları məyus edə biləcək qədər güclənəcəksiniz.

102
00:14:06,450 --> 00:14:16,400
Düşmən sizin belə bir mərhələyə çatmağınıza əngəl olmaq üçün əlindən gələni edir.

103
00:14:17,080 --> 00:14:24,310
Nüvə məsələsi ətrafında qopardıqları bütün mərəkə – özünüz də gördünüz –

104
00:14:25,280 --> 00:14:31,000
insan haqları barədə dedikləri bütün sözlər, etdikləri təhdidlər, indiyə qədər tətbiq etdikləri

105
00:14:32,280 --> 00:14:35,800
və bundan sonra üçün də bizi təhdid etdikləri sanksiyalar

106
00:14:36,170 --> 00:14:44,280
sürətli templə irəlilədiyi yolda İran xalqının hərəkətini

107
00:14:45,000 --> 00:14:48,600
yavaşıtmaq və onu durdurmaq üçündür.

108
00:14:50,820 --> 00:14:58,680
Əlbəttə ki, İran xalqı belə şeylərlə azalmayacaq, zəifləməyəcək bir stimula malikdir.

109
00:14:59,450 --> 00:15:01,710
Qarşıda bizi seçkilər gözləyir;

110
00:15:01,940 --> 00:15:07,620
mən müşahidə etdiyim, hiss etdiyim şeyləri

111
00:15:08,140 --> 00:15:10,850
əziz xalqımla bölüşməyi vacib hesab edirəm.

112
00:15:11,020 --> 00:15:17,970
Bəzi şeyləri rəsmilərin diqqətinə çatdırmalıyam və çatdırıram da,

113
00:15:18,820 --> 00:15:25,850
bəzi şeylərə isə bütövlükdə camaatımız, ictimaiyyətimiz diqqət yetirməlidir

114
00:15:26,000 --> 00:15:29,820
və mən onları xalqımız üçün qeyd etməyi özümə borc bilirəm:

115
00:15:31,000 --> 00:15:41,680
düşmən ictimaiyyətimizin fikrini öz çirkin hədəf və niyyətlərindən yayındırmaq məqsədi güdür.

116
00:15:42,800 --> 00:15:49,050
Müəyyən planlar cızır, müxtəlif yerlərdə onların ayrı-ayrı detallarını işləyib hazırlayır ki,

117
00:15:49,420 --> 00:15:53,910
vaxtı gələndə o detalları bir araya gətirib birləşdirsin

118
00:15:54,820 --> 00:16:00,250
və əsl planlarını reallaşdırsın. Biz buna imkan verməməliyik.

119
00:16:01,080 --> 00:16:04,450
Bunu kim etməlidir? Xalq.

120
00:16:06,080 --> 00:16:09,400
Ölkə sizindir, ölkə xalqındır,

121
00:16:09,710 --> 00:16:14,970
ölkənin yiyəsi əziz xalqımızdır; o, imkan verməməlidir;

122
00:16:15,200 --> 00:16:21,280
intəhası mənim kimi həqir bəndələrin vəzifəsi də əziz xalqımıza xəbərdarlıq etməkdir.

123
00:16:21,400 --> 00:16:29,370
Mən düşmənlərin ölkəmizdə baş tutacaq seçkilərlə bağlı iş apardığını görürəm;

124
00:16:29,600 --> 00:16:35,820
istəyirlər ki, seçki onların istədiyi formada keçsin.

125
00:16:36,340 --> 00:16:41,510
Əlbəttə ki, qəlblərinin dərinliyində çox istərdilər ki, ölkəmizdə heç seçki olmasın.

126
00:16:42,450 --> 00:16:47,510
Bir vaxtlar – bir neçə il bundan əvvəl də

127
00:16:48,200 --> 00:16:52,400
çalışdılar elə etsinlər ki, seçki baş tutmasın;

128
00:16:52,710 --> 00:16:58,600
Allah-taala imkan vermədi; ondan bəri ümidlərini üzüblər, bilirlər ki,

129
00:16:59,250 --> 00:17:05,340
ölkədə seçkini durdurmaq səyləri heç bir nəticə verməyəcək,

130
00:17:05,600 --> 00:17:11,250
ona görə də bir yol tapıb seçkiyə təsir göstərməyə,

131
00:17:13,220 --> 00:17:20,340
hər hansı bir yolla seçkini korlamağa çalışırlar. Xalqımız sayıq olmalı

132
00:17:20,480 --> 00:17:23,770
və onların istədiyinin tam tərsini etməldir.

133
00:17:24,620 --> 00:17:31,370
Bu gün onların ciddi surətdə nail olmağa çalışdığı işlərdən biri də

134
00:17:31,770 --> 00:17:35,220
Keşikçi Şuranın işini pozmaqdır.

135
00:17:36,250 --> 00:17:41,970
Əziz qardaş və bacılar, baxın, Keşikçi Şuranın işinin pozulması çox əhəmiyyətlidir.

136
00:17:42,170 --> 00:17:48,650
Amerikalılar inqilabın əvvəlindən bu yana ölkədə,

137
00:17:48,880 --> 00:17:55,420
İslam Respublikasında bir neçə məqamın kəskin şəkildə əleyhinə olublar ki, onlardan da biri Keşikçi Şuradır.

138
00:17:57,940 --> 00:18:04,620
Keşikçi Şura məsələsini ortadan yığışdırmaq üçün çox çalışdılar, çapaladılar, ölkə daxilindəki bəzi məlumatsız,

139
00:18:05,620 --> 00:18:13,170
diqqətsiz insanlardan da sui-istifadə etdilər, amma əlbəttə ki, bacarmadılar

140
00:18:13,680 --> 00:18:23,280
və bu gün də bacarmırlar; indi də Keşikçi Şuranın çıxardığı qərarların üzərinə şübhə kölgəsi salmaq istəyirlər. Bunu etməyin mənası nədir?

141
00:18:24,000 --> 00:18:27,310
Əziz gənclərimiz buna ciddi diqqət yetirsinlər;

142
00:18:28,340 --> 00:18:33,140
Keşikçi Şuranın qərarları sual altına salınır,

143
00:18:33,880 --> 00:18:37,940
onların qeyri-qanuni olduğu iddia edilirsə, bu nə deməkdir?

144
00:18:38,050 --> 00:18:43,570
Bu o deməkdir ki, qarşıda gələn seçkilər də qanunsuzdur;

145
00:18:45,910 --> 00:18:51,310
bəs seçki qanunsuzdursa, qanuna ziddirsə, bu nə deməkdir?

146
00:18:51,310 --> 00:18:59,770
Bu o deməkdir ki, həmin seçki nəticəsində formalaşan parlament də qanunsuzdur.

147
00:19:04,110 --> 00:19:09,080
Parlamentin qanunsuz olması isə o deməkdir ki, 4 il ərzində

148
00:19:09,620 --> 00:19:14,450
o parlamentdən gəlib keçən bütün qanunlar etibarsız sayılacaq;

149
00:19:14,940 --> 00:19:22,170
yəni bu, 4 il müddətində ölkəyə parlament və qanun boşluğu yaşatmaq deməkdir.

150
00:19:23,370 --> 00:19:30,680
Keşikçi Şuranın işini pozmağın mənası budur və düşmən də elə bunu istəyir.

151
00:19:32,340 --> 00:19:37,200
Əlbəttə ki, ölkə daxilində düşmənin səsinə səs verənlərin çoxu

152
00:19:37,650 --> 00:19:43,540
nə etdiyinin fərqinə varmır. Mən heç kəsi xəyanətdə ittiham etmirəm;

153
00:19:44,710 --> 00:19:50,850
fərqinə varmırlar, anlamırlar, amma məsələnin mahiyyəti budur.

154
00:19:52,740 --> 00:20:00,000
Keşikçi Şuraya qarşı yönələn təxribatlar, Keşikçi Şuranın işinə şübhə kölgəsi salmaq,

155
00:20:01,140 --> 00:20:05,770
şura tərəfindən qəbul edilmiş qərarların qanuna zidd olduğunu söyləmək

156
00:20:06,400 --> 00:20:12,650
əslində Keşikçi Şuranın işini pozmaq deyil, seçkini pozmaqdır, parlamenti pozmaqdır,

157
00:20:13,140 --> 00:20:19,540
parlamentdə həyata keçiriləcək 4 illik qanunvericilik fəaliyyətini pozmaqdır; bunu istəyirlər.

158
00:20:22,200 --> 00:20:26,250
Görün necə məharətlə plan qurublar.

159
00:20:27,400 --> 00:20:32,110
Mən bunu ictimaiyyətə çatdırmalıyam; ictimaiyyət bunu bilməldir.

160
00:20:34,220 --> 00:20:38,220
Keşikçi Şuranın əleyhinə danışan insanlar

161
00:20:39,540 --> 00:20:45,600
nə etdiklərini özləri də anlamırlar, fərqində deyillər, amma gördükləri işin mahiyyəti bundan ibarətdir.

162
00:20:48,880 --> 00:20:57,770
Düşmən bütün səylərini İslam Respublikasını dinə əsaslanan xalq hakimiyyətindən –

163
00:20:58,110 --> 00:21:03,910
– bu misilsiz, yeni,

164
00:21:05,220 --> 00:21:14,340
müsəlman xalqları üçün cəlbedici olan təzahürdən məhrum etməyə yönəldib; bunun üçün çalışır.

165
00:21:16,050 --> 00:21:21,820
Əgər bacarsaydılar, seçkiləri dayandırardılar, amma bunu bacarmadılar və bacarmayacaqlar da;

166
00:21:22,400 --> 00:21:33,310
əllərindən gəlsəydi, Keşikçi Şuranı ortadan götürər və ya onun nəzarət funksiyasını ləğv edərdilər, amma bunu da edə bilmədilər.

167
00:21:34,140 --> 00:21:40,310
Bütün bunlara müvəffəq olmadıqlarına görə indi bu yollara əl atırlar, bu yollardan istifadə etməyə cəhd göstərirlər; buna görə də diqqətli olmalıyıq.

168
00:21:40,540 --> 00:21:49,970
Parlament çox əhəmiyyətlidir; İslami Şura Məclisi olduqca əhəmiyyətli bir mövqeyə malikdir.

169
00:21:50,420 --> 00:21:57,050
Nəyə görə? Çünki hökumətin hərəkət etməsi üçün relslər salan parlamentdir.

170
00:21:57,310 --> 00:22:01,400
Təsəvvür edin ki, hökumət

171
00:22:02,620 --> 00:22:11,510
relslər üzərində hərəkət edən qatardır; o relsləri parlament öz qanunları ilə salır.

172
00:22:13,340 --> 00:22:19,140
Əlbəttə ki, qanunların ərsəyə gəlməsində parlament və hökumət birgə çalışır:

173
00:22:19,420 --> 00:22:27,820
hökumət qanun layihəsini təqdim edir, parlament də onu götür-qoy edir, lazımi düzəlişlər edir və təsdiqləyir.

174
00:22:27,820 --> 00:22:34,170
Relslər atılır və hökumət də onların üzərində hərəkət etməlidir.

175
00:22:37,450 --> 00:22:47,250
Parlament xalqın rifahı, sosial ədalət, iqtisadi problemlərin həlli,

176
00:22:47,450 --> 00:22:56,450
elmi inkişaf, texnoloji tərəqqi, milli qürur və istiqlaliyyət üçün çalışarsa,

177
00:22:56,940 --> 00:23:03,310
onun saldığı relslər də bu hədəflərə aparacaq;

178
00:23:04,820 --> 00:23:11,710
yox əgər parlament Qərbdən, Amerikadan qorxub-çəkinər,

179
00:23:14,080 --> 00:23:19,280
dəbdəbəli həyat marağının güclü təsiri altında olarsa,

180
00:23:20,540 --> 00:23:26,170
onun atdığı relslər də bu istiqamətə yönələcək; ölkəni bədbəxt edəcək.

181
00:23:27,850 --> 00:23:33,800
Parlamentin əhəmiyyəti bunlardan ibarətdir; bunlar xırda məsələlərdirmi?

182
00:23:35,850 --> 00:23:42,940
İmam Xomeyninin (r.ə) buyurduğu kimi, parlamentin əhəmiyyəti onun bütün işlərin başında durmasındadır.

183
00:23:43,050 --> 00:23:48,450
“İşlərin başında durmaq” deyəndə bu o demək deyil ki,

184
00:23:48,770 --> 00:23:52,970
parlament və ya deputatlar işlərin icrasının bütün mərhələlərində önəmli rol oynayır; yox,

185
00:23:53,600 --> 00:23:58,250
işlərin icrası mərhələsində parlamentin qətiyyən heç bir rolu yoxdur.

186
00:23:58,420 --> 00:24:04,020
İşlərin icrasını həyata keçirən böyük bir struktur – hökumət var,

187
00:24:04,970 --> 00:24:11,880
buna baxmayaraq, parlament hərəkət kursunu müəyyən edir, gediləcək yolu müəyyənləşdirir.

188
00:24:12,400 --> 00:24:20,000
Hökumət bu yolla qanuna müvafiq surətdə getməlidir;

189
00:24:20,000 --> 00:24:25,370
bu relslərin üzərində irəliləməlidir. Yaxşı, bəs o relsləri kim salacaq?

190
00:24:25,850 --> 00:24:32,140
Bu iş kimə həvalə olunacaq? O relslər hansı istiqamətdə atılacaq?

191
00:24:34,510 --> 00:24:40,800
Parlamentin və deputatların əhəmiyyəti bu məqamda aydın olur.

192
00:24:43,340 --> 00:24:50,510
Əlbəttə ki, düşmən də elə buna görə hər işə əl atır. Parlament barədə bu qədər.

193
00:24:50,820 --> 00:25:01,370
Xubriqan Məclisi isə əsas, prinispial, infrastruktur əhəmiyyəti baxımından parlamentdən də önəmlidir.

194
00:25:02,420 --> 00:25:06,370
Bu qurumun ölkənin cari məsələləri ilə işi yoxdur,

195
00:25:07,310 --> 00:25:10,140
amma Ali Rəhbəri təyin edir.

196
00:25:11,250 --> 00:25:19,650
Kimin Ali Rəhbər olacağı, ölkənin başlıca siyasətlərini və önəmli qərarlarını kimin müəyyən edəcəyi

197
00:25:20,200 --> 00:25:24,250
Xubriqan Məclisində kimlərin təmsil olunmasından asılıdır.

198
00:25:26,370 --> 00:25:33,880
Xubriqan Məclisi lazım gəldiyi zaman Ali Rəhbəri müəyyən edən bir qurumdur;

199
00:25:34,480 --> 00:25:41,420
onun üzvləri İslam İnqilabına ürəkdən bağlı, xalqını sevən,

200
00:25:43,850 --> 00:25:53,370
düşmənin məkrli planlarından xəbərdar olan, düşmən qarşısında mətin və mübariz insanlar olarsa,

201
00:25:54,020 --> 00:25:58,680
bir cür, yox əgər Allah eləməmiş, bu keyfiyyətlərə malik olmayan insanlar olarsa, bir başqa cür davranacaqlar.

202
00:26:00,570 --> 00:26:04,250
Elə buna görə də hazırda düşmən Xubriqan Məclisi ilə də bağlı həssaslıq göstərir.

203
00:26:04,570 --> 00:26:11,450
İngiltərə radiosu Tehran camaatına

204
00:26:11,680 --> 00:26:17,770
təlimat verir ki, filankəsə səs verin, filankəsə səs verməyin! Bu nə deməkdir?

205
00:26:18,140 --> 00:26:24,220
İngilislər İrana müdaxilə etmək üçün darıxıb.

206
00:26:24,310 --> 00:26:31,940
Vaxt var idi, ölkənin padşahı mühüm bir qərar qəbul etmək istəyəndə

207
00:26:32,400 --> 00:26:38,170
İngiltərə səfirini çağırıb ondan soruşurdu ki, “bunu edim, etməyim?”

208
00:26:39,650 --> 00:26:43,400
Bir vaxtlar ingilislər ölkənin işlərinə bu dərəcədə müdaxilə edirdilər.

209
00:26:43,740 --> 00:26:47,080
Sonra da Amerika, bir müddət isə hər ikisi;

210
00:26:49,280 --> 00:26:52,370
bu gün həmin əllər kəsilib;

211
00:26:53,280 --> 00:26:57,140
bu gün inqilabın, xalqın sayıqlığının bərəkəti sayəsində

212
00:26:57,250 --> 00:27:01,400
bu müdaxilələrin qarşısı alınıb.

213
00:27:02,220 --> 00:27:07,820
İndi yenə darıxıblar, radio ilə camaata təlimat verirlər ki,

214
00:27:07,940 --> 00:27:10,710
filankəsə səs verin, filankəsə verməyin.

215
00:27:24,570 --> 00:27:30,770
Elə buna görə mən deyirəm ki, camaatımız seçkidə gözüaçıq,

216
00:27:30,970 --> 00:27:35,480
məlumatlı olsun, bilərək hərəkət etsin;

217
00:27:35,600 --> 00:27:38,020
düşmənin nə istədiyini bilsin;

218
00:27:38,140 --> 00:27:42,340
aydındır ki, düşmənin nə istədiyini biləndə siz onun istədiyinin əksini edəcəksiniz.

219
00:27:42,510 --> 00:27:48,510
Bu seçkilərin əhəmiyyəti ondadır ki,

220
00:27:49,050 --> 00:27:54,850
bir neçə gün əvvəl – 22 bəhməndə baş tutan yürüş kimi,

221
00:27:55,310 --> 00:27:58,620
bu seçki də İran xalqının oyanışının,

222
00:27:58,820 --> 00:28:06,340
İslam İnqilabı və İslam Respublikasının arxasında durduğunun,

223
00:28:07,340 --> 00:28:11,000
ölkənin suverenliyini, öz milli qürurunu

224
00:28:11,540 --> 00:28:15,420
müdafiə etdiyinin təcəssümüdür.

225
00:28:16,110 --> 00:28:21,570
Elə buna görə də mən bütün İran xalqına səslənib deyirəm ki, seçkiyə qatılın,

226
00:28:21,650 --> 00:28:28,710
iştirak edin, fikrinizi bildirin. Seçki önəmli bir məsələdir.

227
00:28:30,020 --> 00:28:34,020
Düşmənlərimiz heç nədən utanan, çəkinən deyil;

228
00:28:35,310 --> 00:28:47,140
başlarında da Qərb dövlətlərinə, xüsusilə də Amerikaya ağalıq edən,

229
00:28:47,200 --> 00:28:59,770
təhlükəli, insanlıqdan uzaq sionist şəbəkəsi durur.

230
00:29:00,710 --> 00:29:05,680
İsrail rejimi yox sionist şəbəkəsi;

231
00:29:06,310 --> 00:29:12,250
İsrail rejiminin özü bütöv Amerika imperializminin kiçik bir hissəsidir.

232
00:29:12,420 --> 00:29:19,510
Təəssüflər olsun ki, bu gün dünyanın bir nömrəli biznesmenlərindən,

233
00:29:20,050 --> 00:29:24,220
kapitalistlərindən ibarət, dünyanın təbliğatı, bankları əlində olan bu  şəbəkə

234
00:29:26,110 --> 00:29:30,650
bir çox ölkələrə ağalıq edir;

235
00:29:31,200 --> 00:29:35,710
Amerikaya ağalıq edirlər, Amerikanın siyasətinə ağalıq edirlər,

236
00:29:36,220 --> 00:29:40,110
Avropa dövlətlərinin çoxuna ağalıq edirlər;

237
00:29:41,620 --> 00:29:44,820
onların qarşısında sayıq olmaq lazımdır.

238
00:29:46,650 --> 00:29:53,400
Amerikalılar onların düşündüyü, onların istədiyi kimi hərəkət edirlər.

239
00:29:55,050 --> 00:30:01,250
O nüvə məsələsindən, nüvə danışıqlarından sonra –

240
00:30:02,050 --> 00:30:09,510
yaxşı, müəyyən məqamlar deyildi, danışıldı və bu uzun proses həyata keçdi –

241
00:30:09,620 --> 00:30:16,600
iki gün bundan əvvəl yenə də

242
00:30:19,140 --> 00:30:24,050
bir Amerika rəsmisi deyir: “Biz elə edəcəyik ki, dünyanın böyük sərmayədarları,

243
00:30:24,110 --> 00:30:29,620
investorları gedib İrana sərmayə qoymağa ürək etməsinlər”.

244
00:30:30,800 --> 00:30:34,140
Düşmənçiliyi görürsünüz?! Bax Amerika budur.

245
00:30:34,570 --> 00:30:41,910
Bu danışıqların baş tutmasına çalışan insanların bir məqsədi də –  insafən, çox da çalışdılar, zəhmət çəkdilər;

246
00:30:42,170 --> 00:30:47,510
danışıqları həyata keçirmiş rəsmilər, doğrudan da, zəhmət çəkdilər,

247
00:30:47,710 --> 00:30:52,200
tər tökdülər, həqiqətən buna vaxt sərf etdilər

248
00:30:52,850 --> 00:31:00,710
– xarici investisiya ilə ölkədə iqtisadi problemlərin həllinə nail olmaq idi.

249
00:31:01,510 --> 00:31:05,050
bu gün isə Amerika bunun qarşısını alır.

250
00:31:06,000 --> 00:31:13,340
İndiyə qədər bir neçə dəfə demişdilər; dünən, srağagün, 3 gün bundan əvvəl daha biri yenə də

251
00:31:13,370 --> 00:31:19,710
deyib ki, “elə edəcəyik, investorlar İrana sərmayə qoymağa ürək eləməsin”.

252
00:31:33,220 --> 00:31:39,600
Elə buna görə mən dönə-dönə deyirəm ki, Amerikaya inanmaq olmaz;

253
00:31:42,340 --> 00:31:45,570
buna görə deyirəm ki, bunlar etimada layiq deyil.

254
00:31:45,850 --> 00:31:54,800
Amerika siyasətçiləri etiraz edir ki, nəyə görə İranda keçirilən yürüşlərdə, toplantılarda

255
00:31:55,020 --> 00:31:58,710
kütlə “Amerikaya ölüm!” şüarları səsləndirir?

256
00:31:59,740 --> 00:32:04,800
Yaxşı, siz özünüz belə edirsinizsə, daha İran xalqının nə deməyini istəyirsiniz?

257
00:32:07,600 --> 00:32:13,280
Keçmişiniz odur, dünəniniz odur, bugünkü davranışlarınız da göz qabağındadır.

258
00:32:15,140 --> 00:32:19,310
Sizin düşmənçiliyiniz heç gizli, üstüörtülü də deyil.

259
00:32:19,510 --> 00:32:24,710
Düzdür, özəl görüşlərdə gülümsəyir, əl uzadıb görüşür,

260
00:32:25,110 --> 00:32:30,140
yağlı sözlər deyir, xoş danışırlar;

261
00:32:30,140 --> 00:32:33,540
amma bu, özəl diplomatik görüşlərə xas olan bir şeydir;

262
00:32:33,620 --> 00:32:40,220
heç bir əhəmiyyəti yoxdur, dəyəri yoxdur, reallığa heç bir təsir göstərmir.

263
00:32:41,970 --> 00:32:47,480
Reallıq budur ki, müqavilə bağlayıblar, danışıqlar aparıblar,

264
00:32:48,170 --> 00:32:54,850
2 il çək-çevir edib çənə döyüblər, məsələ tamamlanandan sonra indi deyirlər ki, “biz imkan verməyəcəyik”;

265
00:32:55,620 --> 00:32:59,450
xarici investorların qorxub geri çəkilməsi,

266
00:32:59,970 --> 00:33:05,450
yaxına gəlməməsi üçün yeni sanksiyalar qoymaq istədikləri ilə təhdid edirlər.

267
00:33:06,170 --> 00:33:09,970
Hələ bir bunu açıq-açığına deyirlər də! Amerika budur;

268
00:33:11,370 --> 00:33:15,880
belə bir düşmənin qarşısında gözünü yumub

269
00:33:17,420 --> 00:33:20,370
hər şeyi yaxşılığa yozmaq olmaz.

270
00:33:23,110 --> 00:33:31,850
Onlar əhdinə vəfasızdır, etimada layiq deyil.

271
00:33:33,970 --> 00:33:39,540
Əziz İran xalqı! Sizin qarşınızdakı düşmən belə bir ünsürdür;

272
00:33:41,310 --> 00:33:45,020
ayıq-sayıq olmaq lazımdır.

273
00:33:47,250 --> 00:33:51,650
Bizə yersiz başağrısı lazım deyil;

274
00:33:52,050 --> 00:33:56,820
bəziləri heç də deməsinlər ki, “siz elə həmişə Amerikanı düşmənçiliyə təhrik edir, məcbur edirsiniz”.

275
00:33:56,820 --> 00:34:02,200
Yox, Amerikanı təhrik etməyə lüzum yoxdur, Amerika elə düşməndir.

276
00:34:02,310 --> 00:34:06,510
Amerika bir vaxtlar İrana yiyəlik edib,

277
00:34:07,050 --> 00:34:10,250
inqilab gəlib və bu ölkəni onun əlindən alıb;

278
00:34:11,970 --> 00:34:18,400
indi də heç cür geri durmaq istəmir, təzədən ölkədə ağalıqlarını bərpa etməyə çalışırlar. Amerika budur.

279
00:34:34,370 --> 00:34:41,140
Ölkənin əlacı isə xalqın sayıqlığında,

280
00:34:42,250 --> 00:34:45,910
əhalinin dini inancından qaynaqlanan stimulun qorunub saxlanmasında,

281
00:34:46,200 --> 00:34:56,850
mömin və stimullu gənclərin işə cəlb edilməsində və ölkənin daxildən gücləndirilməsindədir; yeganə yol budur.

282
00:34:57,540 --> 00:35:01,140
İran xalqı daxildən güclənməlidir;

283
00:35:01,970 --> 00:35:06,020
iqtisadiyyatı güclü olmalı, elmi güclü olmalı,

284
00:35:07,200 --> 00:35:10,420
administrativ orqanları güclü olmalı

285
00:35:11,480 --> 00:35:18,140
və bütün bunlardan daha önəmlisi, imanı günü-gündən daha da güclənməlidir. Çıxış yolu budur;

286
00:35:19,450 --> 00:35:23,650
İran xalqı da bu günə qədər məhz bu yolla gedib.

287
00:35:24,020 --> 00:35:31,570
Müəyyən düşmənlər bu inqilabı hələ nazik gövdəli bir fidan olduğu zaman

288
00:35:31,880 --> 00:35:36,400
kökündən qoparıb atmaq, məhv etmək istəyirdilər, amma bacarmadılar,

289
00:35:36,620 --> 00:35:41,510
bu gün o nazik çubuğa bənzəyən fidan irigövdəli bir ağaca çevrilib:

290
00:35:43,620 --> 00:35:47,850
“... kökü yerdə olub budaqları göyə ucalan gözəl bir ağac kimidir.

291
00:35:48,450 --> 00:35:52,420
O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər”. (“İbrahim” surəsi, 24-25-ci ayələr)

292
00:35:53,400 --> 00:36:00,800
Bu gün inqilab budur. Bu gün düşmən qələt edib onu yıxmaq fikrinə düşər.

293
00:36:24,340 --> 00:36:30,310
Xalqımız öz birliyini qorusun, bölünməzliyini qorusun,

294
00:36:31,080 --> 00:36:38,710
İslam İnqilabını, onun əsas prinsiplərini, ideallarını müdafiə etməkdə həmrəyliyini qorusun;

295
00:36:39,770 --> 00:36:47,050
bu ölkənin müqəddəratına biganə olmayan möhtərəm rəsmilər

296
00:36:47,600 --> 00:36:54,450
xalq üçün Allah naminə, Allahın razılığını qazanmaq xatirinə işləsinlər;

297
00:36:54,680 --> 00:36:59,710
daxili güc və potensiala inanıb arxalansınlar.

298
00:37:01,370 --> 00:37:09,420
Əlbəttə, biz demişik ki, müqavimət iqtisadiyyatı daxildən güc alıb inkişaf edir və xarici əlaqələrə açıqdır.

299
00:37:09,420 --> 00:37:17,080
Mən heç vaxt deməmişəm ki, ölkənin ətrafına hasar çəkək,

300
00:37:18,200 --> 00:37:21,110
amma bu daxildən güc alıb inkişaf etmək məsələsini də unutmayın.

301
00:37:23,000 --> 00:37:31,880
Milli iqtisadiyyatımız daxildən coşub daşmasa, heç bir yerə gedib çıxa bilməyəcək.

302
00:37:32,680 --> 00:37:41,310
Doğrudur, iqtisadiyyat sahəsində dünya ölkələri ilə əməkdaşlıq çox yaxşıdır, amma bu, ağıllı bir əməkdaşlıq olmalı,

303
00:37:42,110 --> 00:37:48,200
iqtisadiyyatın daxildən inkişafını təmin etməlidir.

304
00:37:49,680 --> 00:37:54,570
Yolu isə budur ki, xalqımız, rəsmilərimiz möhkəm durub

305
00:37:54,570 --> 00:37:57,680
sayıq, məlumatlı şəkildə hərəkət etsin.

306
00:37:57,880 --> 00:38:02,000
Əziz gənclər! Allahın lütfü və dəstəyi sayəsində

307
00:38:02,600 --> 00:38:07,110
siz o günü görəcəksiniz ki, Amerika,

308
00:38:07,480 --> 00:38:11,970
Amerikanın bütün müttəfiqləri

309
00:38:12,280 --> 00:38:16,000
İran İslam Respublikasının qarşısında heç bir qələt edə bilməyəcək.

310
00:38:40,020 --> 00:38:45,800
Ya Rəbbi! Bu əziz xalqa Öz rəhmət və lütfünü nazil et.

311
00:38:47,050 --> 00:38:53,310
Pərvərdigara! Bu ölkədəki stimulu, imanı və böyük mənəvi şövqü

312
00:38:53,510 --> 00:38:57,020
günü-gündən daha da artır.

313
00:38:58,600 --> 00:39:01,820
Əziz qardaş və bacılar, sizə təşəkkürümü bildirirəm.

314
00:39:02,050 --> 00:39:08,000
Bütün Azərbaycan və Təbriz əhalisinə də salamlarımı çatdırıram;

315
00:39:08,250 --> 00:39:09,570
məndən də salam yetirin.