1
00:00:06,400 --> 00:00:08,800
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:09,540 --> 00:00:12,880
يا مقلّب القلوب و الأبصار

3
00:00:13,620 --> 00:00:16,850
يا مدبّر اللّيل و النّهار

4
00:00:17,370 --> 00:00:21,000
يا محوّل الحول و الأحوال

5
00:00:21,620 --> 00:00:25,880
حوّل حالنا الي احسن الحال

6
00:00:29,600 --> 00:00:34,220
السّلام علي الصّدّيقة الطّاهرة، فاطمة المرضيّه

7
00:00:35,000 --> 00:00:38,400
بنت رسول الله، صلّي الله عليه و آله

8
00:00:40,140 --> 00:00:48,710
السّلام علي وليّ الله الأعظم، ارواحنا فداه و عجّل الله فرجه

9
00:00:51,370 --> 00:00:57,970
Novruz bayramı münasibətilə dünyanın hər bir yerində yaşayan

10
00:00:58,540 --> 00:01:05,420
bütün İran ailələrini, iranlıları təbrik edirəm. Əziz həmvətənlər, bayramınız mübarək olsun.

11
00:01:08,970 --> 00:01:15,600
Xüsusilə də əziz şəhidlərimizin ailələrini, əlil və veteranlarımızı,

12
00:01:15,680 --> 00:01:23,800
onların möhtərəm ailə üzvlərini və Müqəddəs Müdafiə savaşında fədakarlıq göstərmiş hər kəsi təbrik edir,

13
00:01:24,000 --> 00:01:31,450
şəhidlərimizin və dahi liderimiz İmam Xomeyninin (r.ə) xatirəsini ehtiramla yad edirəm.

14
00:01:34,600 --> 00:01:42,650
Qədəm qoyduğumuz il – 1395-ci il – həm əvvəlində, həm də sonunda

15
00:01:43,400 --> 00:01:48,570
Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək adı ilə bərəkət qazanacaqdır.

16
00:01:49,140 --> 00:01:57,310
Hicri-qəməri təqviminə müvafiq olaraq, bu ilin həm əvvəlində, həm də sonunda o böyük şəxsiyyətin mövludunu qeyd edəcəyik.

17
00:01:58,110 --> 00:02:06,000
Odur ki, ümidvaram, Həzrət Fatimeyi-Zəhranın (s.ə) bərəkəti sayəsində 1395-ci il

18
00:02:06,540 --> 00:02:14,910
İran xalqı üçün bərəkətli bir il olacaq, o böyük qadının mənəviyyatından, həyatından, təlim və göstərişlərindən

19
00:02:15,110 --> 00:02:19,850
dərs götürəcək, bəhrələnəcəyik.

20
00:02:22,400 --> 00:02:29,170
Başa vurduğumuz 1394-cü il də bütün başqa illər kimi

21
00:02:30,170 --> 00:02:38,510
acılı-şirinli, enişli-yoxuşlu idi; bu, insan həyatı üçün xarakterik, təbii olan bir şeydir;

22
00:02:40,850 --> 00:02:51,680
Mina hadisəsinin acısından tutmuş 22 bəhmən yürüşünün, 7 isfənd seçkilərinin şirinliyinə qədər;

23
00:02:52,910 --> 00:03:01,370
nüvə danışıqları və Birgə Kompleks Tədbirlər Planının imzalanması fonunda qazandığımız təcrübə, yeni doğan ümidlər, paralel olaraq ortaya çıxan nigarançılıqlar –

24
00:03:02,510 --> 00:03:08,280
bütün bunlar geridə qoyduğumuz ilin gətirdiyi hadisələr sırasında idi; bütün başqa illər də belədir.

25
00:03:08,600 --> 00:03:17,200
İnsan ömrünün illəri, günləri qarşıya həm fürsətlər, həm də təhlükələr çıxarır.

26
00:03:18,140 --> 00:03:23,880
Bizim hünərimiz bu olmalıdır ki, fürsətlərdən istifadə edə bilək,

27
00:03:24,570 --> 00:03:28,250
təhlükələri də fürsətə çevirək.

28
00:03:31,170 --> 00:03:34,940
Qarşımızda 1395-ci il durur.

29
00:03:37,080 --> 00:03:42,910
Hər zaman olduğu kimi, bu ildə də həm fürsətlər, həm də təhdidlər olacaq.

30
00:03:43,140 --> 00:03:51,280
Hamımız çalışmalıyıq ki, həmin fürsətlərdən sözün həqiqi mənasında istifadə edə bilək

31
00:03:52,280 --> 00:03:59,940
və yeni ilin əvvəlindən sonuna qədər ölkəmizdə göz önündə olan, hiss olunan dəyişikliklər müşahidə olunsun.

32
00:04:02,420 --> 00:04:07,140
1395-ci illə bağlı ümidlər də çoxdur.

33
00:04:07,850 --> 00:04:14,280
Ölkədəki vəziyyətə ümimilikdə bir nəzər saldıqda insanda müəyyən ümidlər yaranır.

34
00:04:14,450 --> 00:04:21,200
Əlbəttə, bu ümidlərin gerçəkləşməsi üçün çalışmaq, gecə-gündüz işləmək,

35
00:04:22,510 --> 00:04:26,140
durmadan çalışıb-vuruşmaq lazımdır.

36
00:04:27,510 --> 00:04:36,000
Əsas məsələ odur ki, İran xalqı özünü

37
00:04:36,000 --> 00:04:43,970
düşmənləri sarıdan gələn təhlükələrdən, onların düşmənçiliyi nəticəsində ala biləcəyi zərbələrin riskindən sığortalaya bilsin.

38
00:04:44,680 --> 00:04:53,940
Biz elə etməliyik ki, düşmənlərin təhdidləri qarşısında riskli bir vəziyyətdə qalmayaq; zərbə almaq riskimizi sıfra endirməliyik.

39
00:04:54,820 --> 00:05:02,170
Düşünürəm ki, iqtisadiyyat məsələsi ilkin prioritet kəsb edir;

40
00:05:02,450 --> 00:05:09,480
yəni ölkənin prioritet məsələlərinə nəzər salanda görürsən ki, hamısından təcili olanı,

41
00:05:10,000 --> 00:05:13,220
ən yaxın zamanda həllini gözləyəni iqtisadiyyat məsələsidir.

42
00:05:13,770 --> 00:05:21,110
Əgər Allahın köməyi ilə həm xalqımız, həm də dövlətimiz, müxtəlif rəsmilər

43
00:05:21,540 --> 00:05:29,770
iqtisadiyyat sferasında düzgün, yerində və əsaslı işlər görə bilsələr,

44
00:05:30,370 --> 00:05:36,540
ümidlər böyükdür ki, bu, digər məsələlərə – misal üçün, ictimai problemlərin, sosial bəlaların çözümünə, əxlaqi

45
00:05:36,880 --> 00:05:40,220
və mədəni məsələlərə də öz təsirini göstərəcək.

46
00:05:41,650 --> 00:05:50,770
İqtisadiyyat sferasında isə ən əsas və önəmli olan məsələ daxili istehsaldır;

47
00:05:51,170 --> 00:05:55,450
məşğulluğun təmin edilməsi, işsizliyin aradan qaldırılmasıdır;

48
00:05:56,020 --> 00:06:01,650
iqtisadiyyatda dinamikliyin, rövnəqlənmənin yaradılması, durğunluğa qarşı mübarizədir;

49
00:06:02,450 --> 00:06:04,820
bütün bunlar xalqımızın, əhalimizin düçar olduğu problem və çətinliklərdir,

50
00:06:05,110 --> 00:06:10,600
insanlar bu çətinlikləri öz yaşamında hiss edir və onların həllini tələb edir.

51
00:06:11,200 --> 00:06:16,140
Statistik rəqəmlər, rəsmilərin öz hesabatları da

52
00:06:16,400 --> 00:06:24,340
göstərir ki, xalqın bu tələbləri, bu istəkləri haqlı və yerində olan tələblərdir.

53
00:06:24,820 --> 00:06:33,800
Əgər biz durğunluq, daxili istehsal, işsizlik kimi

54
00:06:34,310 --> 00:06:40,400
problemləri həll etmək, bahalaşmanın qarşısını almaq istəyiriksə,

55
00:06:40,820 --> 00:06:50,170
bütün bunların əlacı müqavimət iqtisadiyyatında, ölkə iqtisadiyyatına müqavimət qabiliyyəti qazandırmaqdadır.

56
00:06:50,910 --> 00:06:54,280
Müqavimət iqtisadiyyatı bütün bu problemlərin həllini özündə ehtiva edir.

57
00:06:54,820 --> 00:07:01,000
Müqavimət iqtisadiyyatı sayəsində işsizliklə də mübarizə aparmaq olar,

58
00:07:01,370 --> 00:07:05,650
durğunluqla da mübarizə aparmaq olar, inflyasiyanı da cilovlamaq olar,

59
00:07:06,020 --> 00:07:10,820
düşmənin təhdidlərinə qarşı da mübarizə aparmaq olar,

60
00:07:10,940 --> 00:07:18,140
ölkə üçün bir çox yeni fürsətlər yaratmaq və bu fürsətlərdən istifadə etmək olar;

61
00:07:18,540 --> 00:07:22,800
şərti isə budur ki, müqavimət iqtisadiyyatı yolunda işləyib çalışaq.

62
00:07:23,540 --> 00:07:29,850
Hökumət kabinetindəki dostlarımızın mənə təqdim etdiyi hesabatlar göstərir ki, genişmiqyaslı işlər görülüb;

63
00:07:29,850 --> 00:07:32,450
intəhası bunlar müqəddimə xarakterli işlərdir;

64
00:07:32,970 --> 00:07:40,050
müxtəlif strukturlara tapşırıq və təlimatların göndərilməsi istiqamətində atılan addımlardır və yalnız müqəddimə sayıla bilər.

65
00:07:40,370 --> 00:07:44,850
Bu tədbirləri davam etdirərək əməli işlər görmək,

66
00:07:45,220 --> 00:07:52,480
həyata keçirilən işlərin göz önündə olan nəticələrini camaata göstərmək lazımdır.

67
00:07:52,800 --> 00:07:58,970
Bizim vəzifəmiz məhz budur. İnşallah, çıxışımda

68
00:07:59,370 --> 00:08:02,480
əziz xalqımıza bu barədə ətraflı danışacağam.

69
00:08:03,080 --> 00:08:09,080
Odur ki “Müqavimət iqtisadiyyatı; əməli tədbirlər” şüarını,

70
00:08:09,310 --> 00:08:17,140
mən yeni ilin şüarı olaraq seçirəm.

71
00:08:18,510 --> 00:08:27,250
Bizi ehtiyac duyduğumuz məsələlərə doğru aparan aydın və birbaşa yol məhz budur.

72
00:08:27,340 --> 00:08:34,000
Əlbəttə, mən bu bir il ərzində həyata keçiriləcək işlərin ölkədəki bütün problemləri həll edəcəyini gözləmirəm,

73
00:08:34,340 --> 00:08:42,310
amma əminəm ki, əgər konkret fəaliyyət proqramları əsasında, düzgün əməli tədbirlər həyata keçirilərsə,

74
00:08:42,450 --> 00:08:47,970
bu ilin sonunda biz onların müsbət nəticələrini hökmən müşahidə edəcəyik.

75
00:08:48,250 --> 00:08:53,050
Bu yolda çalışmış və çalışan hər kəsə də təşəkkürümü bildirirəm.

76
00:08:53,310 --> 00:08:57,600
Bir daha xalqımızı salamlayır və təbrik edir,

77
00:08:57,850 --> 00:09:00,480
Məhəmməd (s) və Ali-Məhəmmədə (ə),

78
00:09:00,820 --> 00:09:06,680
Həzrət Mehdi Sahibəzzamana (Ona Allahın salamı olsun; ruhlarımız ona fəda olsun!) salavat göndərirəm.

79
00:09:06,820 --> 00:09:10,340
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.