1
00:00:05,800 --> 00:00:08,280
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:09,320 --> 00:00:12,400
Həmd olsun aləmlərin Rəbbi olan Allaha.

3
00:00:15,320 --> 00:00:22,040
Salavat və salam olsun ağamız və peyğəmbərimiz Əbülqasim Müstəfa Mühəmmədə,

4
00:00:30,720 --> 00:00:34,480
onun pak-pakizə, nəcib,

5
00:00:39,360 --> 00:00:42,320
hidayətedici və hidayət olunmuş, məsum övladlarına.

6
00:00:44,120 --> 00:00:49,440
Allahım, salam olsun Fatiməyə, onun atasına, həyat yoldaşına, iki öğluna.

7
00:00:50,840 --> 00:00:56,320
Sənin salavatın, sənin mələklərinin və dostlarının salavatı olsun onlara.

8
00:00:57,280 --> 00:01:02,640
Mübarək bayram günü münasibətilə sizi təbrik edir

9
00:01:04,560 --> 00:01:16,880
və proqram təşkil etmiş əziz qardaşlara təşəkkür edirəm. Həqiqətən, faydalandıq və həzz aldıq.

10
00:01:19,560 --> 00:01:27,960
Mərasimin sonunda ifa edilən və cənab Sazgar tərəfindən

11
00:01:29,600 --> 00:01:40,880
bəstələnən dini nəğmə də hər il bu mərasim üçün gözəl sonluq olur. Bu il də mərasim çox gözəl şəkildə icra edildi:

12
00:01:43,160 --> 00:01:51,440
gözəl məzmun, gözəl məna, dərs, təlim və xatırlatma oldu.

13
00:01:55,600 --> 00:02:05,400
Əziz qardaşların iştirak etdiyi bu gözəl mərasimdə (əlbəttə, burada dəyərli bacılar da var)

14
00:02:07,160 --> 00:02:14,160
mənim müraciətim daha çox sizə -

15
00:02:15,320 --> 00:02:28,880
Şəhidlər Sərvərini (s.ə) və Əhli-beyti (ə.s) mədh edib xatırlatmaq iftixarına nail olmuş qardaşlara ünvanlanıb.

16
00:02:31,760 --> 00:02:49,600
Allaha həmd olsun ki, bu arada məddahların xüsusilə, cavanların sayı tələb edilən səviyyədədir, çoxdur və yaxşıdır.

17
00:02:51,960 --> 00:02:56,160
Bəzi yerlərdə keyfiyyət də, həqiqətən, yaxşıdır.

18
00:02:57,960 --> 00:03:06,920
Məddahlıq məsələsi bizim ölkəmizə xas olan bir fenomendir,

19
00:03:08,680 --> 00:03:14,960
heç bir başqa yerdə bunun bənzəri yoxdur.

20
00:03:16,000 --> 00:03:28,280
Əlbəttə, şiə cəmiyyətinin özünəməxsus cəhətləri, digər islami və qeyri-islami cəmiyyətlərdə mövcud olmayan

21
00:03:30,400 --> 00:03:40,800
xüsusi cəhətlər növbənövdür. Məsələn, əzadarlığın özü və ya Əhli-beytin (ə.s) müsibətlərini yada salmaq –

22
00:03:41,320 --> 00:03:50,920
adətən, bu, moizə, nəsihət, maarifləndirici biliklərin və günün məsələlərinin, hər dövrün tələblərinə uyğun olan

23
00:03:51,640 --> 00:03:58,200
müxtəlif mətləblərin çatdırılması ilə yanaşı baş verir. Bunlar şiənin özünəməxsus cəhətlərinin bir parçasıdır

24
00:03:59,200 --> 00:04:07,800
və imamların (ə.s) dövründən bu günə kimi davam etməkdədir. Başqa yerlərdə bunlar yoxdur

25
00:04:08,600 --> 00:04:16,040
və onlar bu yoxluğu hiss edirlər. Bu yoxluğu başqa yerlərdə duyur və bir yolla onu doldurmağa çalışırlar, amma alınmır.

26
00:04:18,480 --> 00:04:38,880
Mədh, müsibət, mərsiyə, xatırlatma və sair mövzularda məddahlıq və nəğmə qoşmaq fenomeni də özünəməxsusluqlardan biridir.

27
00:04:39,120 --> 00:04:45,520
Bunlar da başqa yerlərdə yoxdur, bu formada, bu ümumilikdə, istər say,

28
00:04:46,160 --> 00:04:53,400
istərsə də məna, məfhum və sairə baxımından bu genişlikdə mövcud deyil.

29
00:04:56,000 --> 00:05:04,960
Bu fenomen elmi miqyasa maikdir. Yəni yeri var ki,

30
00:05:06,360 --> 00:05:15,520
tələbələrimiz, müəllimlərimiz, tədqiqatçılarımız əyləşib bu fenomen üzərində düşünsünlər, işləsinlər.

31
00:05:16,320 --> 00:05:29,160
Həm onu izah və təhlil etsinlər, həm də onu inkişaf etdirməyin elmi yollarını bizə göstərsinlər və öyrətsinlər.

32
00:05:29,600 --> 00:05:36,920
Biz əslində bu fenomeni diqqətdən kənarda qoymuşuq, halbuki bu, çox mühüm fenomendir.

33
00:05:39,080 --> 00:05:43,960
Allaha həmd olsun,

34
00:05:43,960 --> 00:05:50,680
keçən otuz ildən artıq bir dövrdə bu günkü kimi hər il

35
00:05:51,320 --> 00:05:59,080
məddah qardaşlarımızla birlikdə bu mərasimi təşkil etmək imkanımız olmuşdur.

36
00:06:00,000 --> 00:06:07,520
Sizin aranızda yaşı bu mərasimlərin yaşından az olanlar da az olmaz.

37
00:06:08,040 --> 00:06:12,960
Otuz neçə ildir ki, bu mərasimlər keçirilir.

38
00:06:15,760 --> 00:06:22,200
Bu fenomen haqqında bir qədər söhbət etməyimiz üçün gözəl imkan yaranıb.

39
00:06:23,680 --> 00:06:30,480
İnsanların adət üzrə bu sözləri dediklərinə görə yox,

40
00:06:30,760 --> 00:06:38,720
həqiqəti deməliyik ki, biz Həzrət Zəhranın (s.ə) əzəmətli məqamı haqqında,

41
00:06:39,880 --> 00:06:45,560
bu böyük şəxsiyyətin və onunla yanaşı məsum imamların

42
00:06:46,680 --> 00:06:53,440
nurlu həqiqəti barədə danışmağa acizik.

43
00:06:54,640 --> 00:07:04,040
Bizim dilimiz, ifadə qabiliyyətimiz, şüurumuz bu mövzularda söhbət edə bilmək səviyyəsindən aşağıdır.

44
00:07:05,880 --> 00:07:12,200
“Allah sizi nur şəklində yaratdı və öz ərşinə düzdü”.

45
00:07:13,360 --> 00:07:22,840
Məsum imamların (ə.s) nurları haqqında deyilən budur. Biz daha özümüzdən nə söyləyə bilərik?

46
00:07:24,200 --> 00:07:30,200
Lakin bu böyük şəxsiyyətlərin həyatı, davranışı,

47
00:07:30,520 --> 00:07:38,320
onların bir bəşər övladı kimi bizə nümunə olmaları barədə deyiləsi söz çoxdur.

48
00:07:39,240 --> 00:07:47,680
Bu barədə çox danışılıb. Bəzi qardaşlar da bugünkü şeirlərində buna işarə vurdular.

49
00:07:48,320 --> 00:07:53,040
Danışmaq imkanı genişdir. Bu mövzuda bir neçə cümlə deyəcəyəm.

50
00:07:54,840 --> 00:08:00,320
Biz həzrət Zəhranın (s.ə) şəxsiyyətinə ikinci baxış bucağından,

51
00:08:01,000 --> 00:08:07,280
yəni ülgü olmaq baxımından nəzər salmalıyıq.

52
00:08:07,720 --> 00:08:15,720
Uca Allah Quranda iki qadını möminlərə və iki qadını da kafirlərə ülgü olmaq baxımından nümunə gətirmişdir:

53
00:08:16,360 --> 00:08:20,920
“Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi”.

54
00:08:23,200 --> 00:08:28,680
Sonrakı ayədə isə “İmranın qızı Məryəm”i

55
00:08:28,680 --> 00:08:42,160
misal çəkərək, möminlərə - yalnız mömin qadınlara yox, kişi və qadınlara – iki nümunə göstərmişdir.

56
00:08:43,520 --> 00:08:51,040
Bu böyük şəxsiyyətlərə həmin baxış tərzi ilə, yəni nümunə kimi baxmaq və onlardan dərs almaq olar.

57
00:08:51,040 --> 00:08:55,760
Fatimeyi-Zəhra (s.ə) siddiq və siddiqələrin (doğrucul kişi və qadınların) içində

58
00:08:57,120 --> 00:09:08,280
Siddiqeyi-kübradır, yəni bu böyük şəxsiyyət ən böyük siddiqədir.

59
00:09:08,480 --> 00:09:16,720
İndi ki istəyirik ondan dərs alaq, gərək qadınlar da dərs alsınlar, kişilər də. Hamı dərs alsın – alim də, cahil də.

60
00:09:17,120 --> 00:09:21,880
Görək bu böyük şəxsiyyət barəsində məsum imamların kəlamlarında

61
00:09:22,200 --> 00:09:25,960
buyurulan təriflərdə nə deyilir.

62
00:09:26,320 --> 00:09:35,000
İmam Rzanın (ə.s) ziyarətində növbə həzrət Zəhraya çatanda salavat məqsədi ilə (bu ziyarət elə başdan-başa salavatdan ibarətdir) buyurur:

63
00:09:36,280 --> 00:09:40,160
“Allahım, salavatın olsun sənin peyğəmbərinin qızı Fatiməyə”.

64
00:09:41,080 --> 00:09:51,240
Bu, bir xüsusiyyətdir. Bu xüsusiyyət çox mühümdür. Əlbəttə, özünü bənzədəsi misal deyil. Hamı Peyğəmbər qızı ola bilməz.

65
00:09:51,960 --> 00:10:03,120
Peyğəmbərin qızı olmaq formasında o həzrətə bağlılıq məqamın ucalığının göstəricisidir.

66
00:10:04,920 --> 00:10:13,040
“Sənin dostunun həyat yoldaşına”. Bu da ikinci xüsusiyyətdir. Əlbəttə, bu xüsusiyyət də əl çatası deyil

67
00:10:13,720 --> 00:10:17,560
və hamı Allahın dostunun həyat yoldaşı ola bilməz.

68
00:10:18,880 --> 00:10:27,440
Bu cəhət də o böyük şəxsiyyətin məqamının ucalığını, şən və cəlalının ucalığını göstərir.

69
00:10:29,160 --> 00:10:34,160
“Cənnət əhlinin gənclərinin ağası iki qoşa nəvə Həsənlə Hüseynin anasına”.

70
00:10:34,600 --> 00:10:42,000
Bu xüsusiyyətin faydalı cəhəti əvvəlki iki sifətinkindən daha artıqdır –

71
00:10:43,280 --> 00:10:54,120
iki nəvəni tərbiyə etmək kimi faydalı cəhət. O iki nəvə ki, cənnət əhlinin gənclərinin ağalarıdır. Onların anası həmin bu böyük şəxsiyyətdir.

72
00:10:55,160 --> 00:11:01,600
Bu ananın pak qucağı onları tərbiyə etməyə qadirdir.

73
00:11:02,880 --> 00:11:10,960
Bu, bizə ülgü və nümunə kimi təqdim edilə bilən məsələdir.

74
00:11:11,160 --> 00:11:20,400
Daha sonra buyurur: “Əl-Tührətit-Tahirətil-Mütəhhərətit-Təqiyyətin-Nəqiyyətir-Rəziyyətiz-Zəkiyyə”.

75
00:11:22,360 --> 00:11:31,720
Bunların hamısı faydalı cəhətlərdir. Paklıq üç sözlə bəyan edilib. Bu üç söz – tühr, tahir və mütəhhər –

76
00:11:32,760 --> 00:11:39,280
məna baxımından fərqlərə malikdir. Əlbətə, bu üç ifadənin hər birində paklığa və pakizəliyə işarə var:

77
00:11:39,960 --> 00:11:48,880
ruhun paklığı, qəlbin paklığı, beyinin paklığı, əxlaqın paklığı, yaşayışın başdan-başa paklığı.

78
00:11:49,920 --> 00:11:58,240
Bəli, bu, faydalı cəhətdir, bu, bizim üçün dərsdir.

79
00:11:58,720 --> 00:12:08,800
Gərək özümüzü paklaşdırmağa çalışaq, gərək özümüzü paklaşdıraq.

80
00:12:10,280 --> 00:12:15,160
Batini paklıq olmadan məqama çatmaq olmaz,

81
00:12:15,920 --> 00:12:23,840
bu böyük şəxsiyyətlərin vilayət həriminə də yetişmək olmaz. Batinin pak olması lazımdır.

82
00:12:25,040 --> 00:12:32,200
Batinin paklığı təqva ilədir, vərə ilədir, diqqət etməklədir.

83
00:12:33,160 --> 00:12:40,080
Daimi diqqət, özünə daimi nəzarət paklıq yaradır.

84
00:12:40,640 --> 00:12:50,560
Əlbəttə, insanın xəta etməsi mümkündür, ola bilər ki, bizi qara ləkələr bürüsün,

85
00:12:51,160 --> 00:12:58,640
amma bu qara ləkələri təmizləməyin yolunu da Allah bizə göstərib və öyrədib: tövbə, istiğfar.

86
00:12:59,440 --> 00:13:06,920
İstiğfar edək. İstiğfar üzr istəməkdir. “Əstəğfirullah”, yəni “ilahi, üzr istəyirəm”.

87
00:13:07,280 --> 00:13:12,200
Həqiqi şəkildə, ürəkdən, qəlbimizin dərinliyindən Allahdan üzr diləyək.

88
00:13:12,520 --> 00:13:18,200
Bu, istiğfardır. Bu, həmin qaranı, həmin ləkəni təmizləyir.

89
00:13:19,840 --> 00:13:26,120
“Ət-Tührətit-Tahirətil-Mütəhhərə”. “Ət-Təqiyyə” – həmin təqvadır.

90
00:13:26,600 --> 00:13:39,960
“Ən-Nəqiyyə” – həmin batini və qəlbi təmizlik, pakizəlikdir.

91
00:13:40,280 --> 00:13:43,480
Bunlar Fatimeyi-Zəhranın (s.ə) xüsusiyyətləridir.

92
00:13:43,640 --> 00:13:52,880
Biz bunları nümunə kimi, ülgü kimi nəzərdə tutmalı və özümüzü ona yaxınlaşdırmalıyıq.

93
00:13:53,200 --> 00:14:00,320
Siz bir məddah kimi Fatimeyi-Zəhranın (s.ə) barəsində söhbət etmək istəyən zaman

94
00:14:00,680 --> 00:14:07,760
gərək bunları öz ifadələrinizə, öz şeirlərinizə, mədhiyyələrinizə yerləşdirəsiniz.

95
00:14:08,880 --> 00:14:17,120
İmamların (ə.s) və Fatimeyi-Zəhranın (s.ə) mənəvi məqamlarından danışılan zaman

96
00:14:17,320 --> 00:14:26,800
dinləyən ürək işıqlanır. Siz bu mənəvi məqamlardan oxuyanda insanın qəlbi işıqlanır,

97
00:14:28,240 --> 00:14:32,560
insan aramlıq halı qazanır, xüzu halı əldə edir.

98
00:14:33,000 --> 00:14:37,960
Bu, çox yaxşıdır. Bunlar öz yerində qorunmalıdır və lazımdır, amma kifayət deyil.

99
00:14:38,880 --> 00:14:44,720
İndi ki hüzur halı əldə olundu, qəlbiniz işıqlandı, gərək dərs alaq.

100
00:14:44,880 --> 00:14:52,160
Dərs də bu faydalı cümlələrdədir. Yəni gərək hər bir minbər məclisinə -

101
00:14:52,400 --> 00:14:59,200
istər Fatimiyyə günlərində, istər aşurada, istərsə də başqa vaxtlarda –

102
00:14:59,680 --> 00:15:12,040
imamlardan (ə.s) alınan dərslər, insan olmaq dərsi, kamil olmaq dərsi, Allaha yaxınlaşmaq dərsi yerləşdirilsin.

103
00:15:12,200 --> 00:15:19,280
Biz dərs almalı, öyrənməliyik. Məhəbbət təklikdə kifayət etməz.

104
00:15:19,800 --> 00:15:26,440
Əlbəttə, məhəbbət təsirlidir, amma kifayət deyil. Vilayət lazımdır.

105
00:15:26,640 --> 00:15:34,360
Vilayət – təvəlla etməkdir, arxasınca getməkdir, onların ətəyindən yapışmaqdır.

106
00:15:35,760 --> 00:15:42,280
İnsan onların getdikləri yolu getməlidir; bu lazımdır.

107
00:15:42,640 --> 00:15:52,520
Fikrimcə, bu, məddahlıq işində, xüsusilə, müqəddəslərin fəzilətləri barəsində danışanlar,

108
00:15:52,840 --> 00:15:58,560
şeir qoşan şairlər tərəfindən diqqət mərkəzində saxlanmalı olan bir nüansdır.

109
00:15:59,840 --> 00:16:07,600
Bəzən adam görür ki, heç bir rəvayətdə və məsumun heç bir cümləsində

110
00:16:08,280 --> 00:16:16,960
mövcud olmayan fəzilətləri xatırladırlar. Əslində bu, heç fəzilət də deyil.

111
00:16:18,120 --> 00:16:28,040
“Sənin üzünü Ayla müqayisə edən səhv edib” ifadəsində əslində sənin qiymətini əskildib.

112
00:16:29,840 --> 00:16:40,560
Aya bənzətmək, Günəşə oxşatmaq bənzədilən həmin şəxsə dəyər gətirən iş deyil.

113
00:16:42,880 --> 00:16:49,520
Hələ bunlar mənəvi məqamları, ilahi məqamları məna əhlinin

114
00:16:49,960 --> 00:16:57,960
gözünü qamaşdıracaq dərəcədə böyük şəxsiyyətlər olsa necə? Bizim elə gözümüz də yoxdur ki, onların məqamını görüb anlamaq istəyək.

115
00:16:59,840 --> 00:17:10,160
Bəzən o qədər çox danışılır ki, heç nə anlaşılmır və dinləyici faydalana bilmir.

116
00:17:10,840 --> 00:17:17,920
Mənim siz əziz qardaşlara ilk sözüm budur ki, bu böyük şəxsiyyətlərin –

117
00:17:17,920 --> 00:17:26,000
istər Həzrət Zəhranın (s.ə), istərsə də hidayət imamlarının (ə.s) – mədhi zamanı

118
00:17:26,880 --> 00:17:35,200
onların həyatındakı faydalı mövzulardan istifadə edilsin.

119
00:17:37,000 --> 00:17:42,440
İkinci nüans xoşbəxtlikdən bu gün məddahlar arasında

120
00:17:42,920 --> 00:17:47,920
xeyli dərəsədə yayılmış olan günün cari məsələlərinə diqqət yetirmək amilidir.

121
00:17:48,200 --> 00:17:59,600
Bu gün də burada edilən çıxışların müxtəlif bölümlərində müqəddəs məkanların müdafiəçiləri, günün aktual məsələləri barədə eşitdiniz.

122
00:17:59,600 --> 00:18:03,840
Bunlar çox əhəmiyyətli məsələlərdir. Bunlar əsas məsələlərdir.

123
00:18:04,720 --> 00:18:10,880
Elə düşünməməliyik ki, bunlar bizm dindarlıq əhatəmizin xaricindədir.

124
00:18:10,880 --> 00:18:21,160
Siz baxın, aləmin məxluqatının ağası, Allahın ondan üstün

125
00:18:21,840 --> 00:18:25,400
heç bir varlıq yaratmadığı,

126
00:18:25,800 --> 00:18:32,800
bizim bu gün mənsub olduğumuzu iddia etdiyimiz dini və İslamı gətirmiş

127
00:18:33,440 --> 00:18:41,640
möhtərəm Peyğəmbər öz ölkəsinin cari məsələləri barəsində - o dövrdə həmin ölkə kiçik bir ölkə idi –

128
00:18:42,080 --> 00:18:46,360
nə qədər çalışıb-vuruşur, nə qədər zəhmət çəkirdi.

129
00:18:48,760 --> 00:18:57,920
Möhtərəm Peyğəmbər yalnız namaz, oruc, Allaha yönəlmək, ibadət və gecə namazının hökmlərini camaata öyrətmək üçün məsciddə oturmurdu.

130
00:18:58,440 --> 00:19:06,040
Xeyir, həmin məsciddə camaatı toplayır, onları cihada, vəhdətə dəvət edir,

131
00:19:06,040 --> 00:19:12,960
düşmən qarşısında agah olmağa çağırırdı. Bu sözlər bu gün mənə və sizə ünvanlanır.

132
00:19:14,120 --> 00:19:18,760
Gündəlik məsələlər göz yumulası məsələlər deyil.

133
00:19:19,840 --> 00:19:29,560
Baxın, dünyada bir sistem mövcuddur: imperializm sistemi, qoluzorluluq sistemi, zülm sistemi. Əlbəttə, ta qədimlərdən həmin sistemlər

134
00:19:30,400 --> 00:19:38,960
mövcud olub, nəhayət, bu gün modernləşib, yeni vasitələrlə silahlanıb.

135
00:19:39,600 --> 00:19:50,960
Üstün qüvvələr millətlərə güc diktə edir. Bu güc diktəsinin həddi-hüdudu yoxdur. Əgər mal-dövlətləri varsa,

136
00:19:51,400 --> 00:19:55,360
əllərindən alırlar. Əgər qabiliyyəti olan insan resursları varsa, onları oğurlayırlar.

137
00:19:55,600 --> 00:20:01,240
Əgər onları hədələyən

138
00:20:01,560 --> 00:20:07,320
və rəqib yaradacaq istedadları varsa, bu istedadı boğurlar. Zor diktəsinin növləri və qisimləri var.

139
00:20:09,200 --> 00:20:18,440
Bu gün dünyada bu zor diktəsi mövcuddur: ümumdünya beynəlxalq sistemi adı qoyulmuş dünya cəmiyyəti.

140
00:20:19,360 --> 00:20:26,240
Əslində isə zor diktəsi sistemi. Dünya cəmiyyətindən məqsəd dünya dövlətləri və millətləri deyil.

141
00:20:26,440 --> 00:20:36,760
Dünya dövlətləri və millətləri özünü dünya cəmiyyəti adlandıran bu bir neçə üstün dünya gücündən narazıdır.

142
00:20:37,000 --> 00:20:48,440
Dünya cəmiyyəti elə o şəxslərdir ki, onların fəaliyyətinin əsasında bütün millətlərə, bütün ölkələrə zor diktəsi durur.

143
00:20:49,040 --> 00:20:58,880
İslam Respublikasında yaşayan bizlər həm İslam Respublikası quruluşundan əvvəl, tağut rejimi zamanında

144
00:20:58,880 --> 00:21:06,000
onun nümunəsini bir şəkildə görürdük, həm də İslam Respublikası quruluşu təşkil edildikdən sonra onun nümunəsini başqa bir şəkildə görürük.

145
00:21:06,400 --> 00:21:12,520
Bu gün dünyada bu formada bir sistem mövcuddur. Bu sistemdən narazı olanlar da çoxdur.

146
00:21:13,320 --> 00:21:20,880
Millətlərin çox hissəsi narazıdır. Amma millətlərin əlindən bir iş gəlmir, millətlərin səsini heç kim eşitmir.

147
00:21:21,440 --> 00:21:26,960
Nə əllərində o cür vasitələr var, nə də ümumiyyətlə onların sözü hesaba alınır.

148
00:21:27,120 --> 00:21:35,080
Tutaq ki, məsələn, on min nəfər bir elektron şəbəkədə

149
00:21:35,520 --> 00:21:41,280
və ya bu kimi yerlərdə toplanıb söz desin

150
00:21:42,000 --> 00:21:44,760
və ya küçədə bir yerə toplaşıb mitinq keçirsin. Nə olsun ki?

151
00:21:45,080 --> 00:21:54,360
Bundan 15-16 il əvvəl Amerikanın İraqa hücumu zamanı Parisin və bəzi başqa Avropa ölkələrinin

152
00:21:54,880 --> 00:22:01,160
bütün küçələrində Amerika ilə müxalifət məqsədi ilə mitinqlər keçirildi. Nə təsiri oldu?

153
00:22:01,880 --> 00:22:05,200
Millətlər özlüyündə bir iş görə bilməzlər.

154
00:22:05,360 --> 00:22:14,040
Əgər dövlətlər öz millətlərinə dayaq olsalar, söz deyə bilərlər və bu söz dünyaya yayılar.

155
00:22:14,360 --> 00:22:20,640
Belə bir dövlət də dünyada yoxdur. Dövlətlər var, amma qorxurlar. Narazıdırlar, ancaq çəkinirlər.

156
00:22:21,520 --> 00:22:26,800
Deyəsən, ilin əvvəlində etdiyim çıxışda söyləmişdim ki,

157
00:22:27,360 --> 00:22:34,600
tağut rejiminin başçıları da çox vaxtı Amerikanın işlərindən narahat idilər.

158
00:22:34,800 --> 00:22:41,680
Onlardan qalan xatirələrə adam baxanda görür ki, bəzi yerlərdə çox narazıdırlar,

159
00:22:42,040 --> 00:22:47,400
gizlində onların dalınca da danışırlar, amma onlara qarşı çıxmağa cürət etmirlər.

160
00:22:47,960 --> 00:22:54,720
Dövlət olaraq, siyasi institut olaraq və cəmiyyəti idarə edən qrum olaraq buna cürət etmirlər.

161
00:22:54,880 --> 00:23:01,160
Bu gün dünyada vəziyyət belədir. Çoxları narazıdır, amma etirazlarını bildirməyə cürət etmirlər.

162
00:23:01,960 --> 00:23:13,360
Bu qarışıq dünyada, bir-birinə qarışmış bu zülm və zor cəngəlliyində

163
00:23:13,800 --> 00:23:18,920
bir sistem yarandı. Onun dayaqları bu gün

164
00:23:19,200 --> 00:23:25,040
dünyada hakim olan sistemin əsaslandığı dayaqlarla -

165
00:23:25,400 --> 00:23:29,320
zülmə, istismara,

166
00:23:29,640 --> 00:23:36,560
militarizmə, fəsada tam ziddir. Bu quruluş İslam Repsublikası quruluşudur.

167
00:24:20,480 --> 00:24:29,720
Bu quruluş İslam, din, saf islami düşüncə əsasında yarandı

168
00:24:29,920 --> 00:24:34,760
və əvvəldən bu quruluşun başında elə bir dəstə dayandı ki,

169
00:24:34,960 --> 00:24:40,960
onlar böyük güclərdən qorxmayan təbiətə malikdirlər. Bunlar ruhanilərdir.

170
00:24:41,640 --> 00:24:49,360
Bunu deyən bugünkü Qərb təhlilçiləri və sosioloqların özüdür. İnqilabın əvvəlindən bunu deyirlər.

171
00:24:49,760 --> 00:24:53,600
Deyirlər ki, bu axundlar bizdən qorxmurlar.

172
00:24:54,320 --> 00:24:58,320
Əlbəttə, bəziləri düşmən qüvvələrə bağlı ola bilərdilər və bu gün də ola bilərlər.

173
00:24:58,600 --> 00:25:05,640
Amma şiə cəmiyyətindəki ruhani quruluşunun təbiəti belədir.

174
00:25:05,800 --> 00:25:13,080
İndi iş belə gətirib ki, onlar bu quruluşun başında durublar. Camaat da onlarla həmkarlıq edir.

175
00:25:13,960 --> 00:25:19,720
Əvvəla, camaat istedadlı camaatdır. İkincisi, onların arasında cavanlar çoxdur.

176
00:25:20,040 --> 00:25:26,440
Bizim cəmiyyətimiz İnqilabın əvvəlindəki 35 milyon nəfərdən indi təqribən 80 milyon nəfərə çatıb.

177
00:25:26,680 --> 00:25:32,400
Yəni cəmiyyət birdən-birə artıb. Xalqın əleyhinə işləsələr də, yenə xalqın

178
00:25:32,920 --> 00:25:38,960
istedadı çoxdur, xalq şücaətlidir, qorxmazdır.

179
00:25:39,480 --> 00:25:46,520
Bir ölkənin camaatı bu cür düşünürsə,

180
00:25:46,800 --> 00:25:56,160
hökumət başçıları da heç bir dünya gücündən qorxmazlar. Bu, imperializm üçün başlıca qorxudur,

181
00:25:57,000 --> 00:26:03,840
çox böyük təhlükədir. Buna görə də onun əleyhinə cəbhə təşkil edilir;

182
00:26:03,840 --> 00:26:11,560
necə ki, indi İslam Respublikasının əleyhinə cəbhə təşkil edilib. Hətta nəinki indi, İnqilabın əvvəlindən cəbhə qurulmuş,

183
00:26:12,680 --> 00:26:19,880
düşmən cəbhəsi yaranmışdı. O zamanlar Sovet İttifaqı ilə Amerika iki rəqib tərəf idi.

184
00:26:20,200 --> 00:26:23,840
Əgər onlar tutaq ki, yüz məsələdə bir-biri ilə fikir ayrılığına malik idilərsə,

185
00:26:24,160 --> 00:26:31,800
İslam Respublikası məsələsində və İslam Respublikası ilə düşmənçilik məsələsində həmfikir və həmkar idilər.

186
00:26:33,000 --> 00:26:39,720
Yəni belə bir quruluşla düşmənçilik etmək imperializmin təbiətindədir.

187
00:26:39,720 --> 00:26:46,800
O zaman bir cəbhə təşkil etdilər və bu cəbhə indi də mövcuddur, növbənöv üslublardan istifadə edir.

188
00:26:47,000 --> 00:26:52,640
Təsəvvür edin ki, iyirmi il bundan əvvəl internet yox idi, amma indi var.

189
00:26:54,120 --> 00:26:57,880
Texnika günbəgün inkişaf edir.

190
00:26:58,600 --> 00:27:07,480
İslam Respublikasının əleyhinə ən qabaqcıl texnikalardan, ən geniş və sürətli vasitələrdən istifadə edirlər.

191
00:27:07,640 --> 00:27:13,120
İslam Respublikası da hər cür vasitədən istifadə etməyə özünü hazırlamalıdır.

192
00:27:14,400 --> 00:27:17,040
Düşmən diplomatik vasitələrdən yararlanır.

193
00:27:17,400 --> 00:27:25,640
Diplomatiya, siyasi danışıqlar, siyasi müzakirələr, siyasi mübadilələr bu vasitələrdəndir.

194
00:27:26,080 --> 00:27:35,040
Onlar bu vasitələrdən istifadə edirlər. Mən də siyasi danışıqların əleyhinə deyiləm; əlbəttə, hamısının yox,

195
00:27:36,280 --> 00:27:45,720
burada istisnalar var. Mən ümumdünya problemləri müstəvisində siyasi danışıqların tərəfdarıyam.

196
00:27:45,840 --> 00:27:52,480
Prezident olduğum dövrdən bu mövzuda fikir bildirirəm və yenə həmin mövqeyi izləyirəm.

197
00:27:52,480 --> 00:27:59,640
Vəziyyəti elə təqdim etməsinlər ki, guya biz danışıq aparmağın və ya buna oxşar vasitələrin əleyhinəyik. Xeyir,

198
00:27:59,960 --> 00:28:07,240
biz onlardan daha artıq dərəcədə tərəfdarıq, həm də bir çox məsələlərdə bu işlərə onlardan daha artıq bələdik.

199
00:28:08,080 --> 00:28:17,080
Bunu da bilirik ki, necə hərəkət etmək lazımdır. Düşmən siyasi danışıqlardan da istifadə edir. Bunu diqqət mərkəzində saxlamalıyıq.

200
00:28:17,080 --> 00:28:22,800
Düşmən danışıqlardan istifadə edir, iqtisadi mübadilələrdən istifadə edir,

201
00:28:23,040 --> 00:28:32,840
embarqodan istifadə edir, müharibə və döyüş hədəsindən istifadə edir.

202
00:28:33,680 --> 00:28:38,400
Bütün bunların qarşısında müdafiə gücünə sahib olmaq lazımdır.

203
00:28:40,240 --> 00:28:48,640
İndi bəziləri gəlib desələr ki, “sabahkı dünya müzakirə dünyasıdır, raket dünyası deyil”,

204
00:28:49,520 --> 00:29:00,040
əgər bu söz bilməməzlik üzündən deyilsə, eybi yox, bilməməzlikdən olub.

205
00:29:00,200 --> 00:29:06,080
Amma əgər bilərəkdən deyilsə, xəyanətdir. Belə bir şey mümkündürmü?

206
00:29:28,520 --> 00:29:37,520
Əgər İslam Respublikası quruluşu elm ardınca getsə, texnologiya ardınca getsə,

207
00:29:37,720 --> 00:29:46,440
siyasi müzakirə ardınca getsə, ticarət və iqtisadiyyatla bağlı növbənöv tədbirlərin ardınca getsə - əlbəttə, bunların hamısı lazımdır -

208
00:29:46,600 --> 00:29:54,000
amma müdafiə qüdrətinə malik olmasa, özünü qorumaq bacarığına sahib olmasa,

209
00:29:54,960 --> 00:30:03,200
hər yoldan ötən, hər xırda dövlət onu hədələyəcək ki,

210
00:30:04,560 --> 00:30:09,800
əgər filan işi etməsən, raket atacağıq.

211
00:30:10,040 --> 00:30:15,760
Əgər sizin müdafiə imkanınız olmasa, geri çəkilməyə məcbur olacaqsınız.

212
00:30:17,320 --> 00:30:23,960
Gördüyünüz bağırtı ilə danışan, hərbə-zorba gələn,

213
00:30:24,760 --> 00:30:29,160
səhv edən, pis sözlər danışan və zorla diktə edən

214
00:30:29,160 --> 00:30:33,600
dünya güclərinin hamısı daha çox malik olduqları silahlara arxalanır.

215
00:30:34,240 --> 00:30:37,880
Biz onların qarşısına əliboş çıxaqmı?

216
00:30:39,440 --> 00:30:44,400
Öz raket texnologiyalarını nümayiş etdirən ordu

217
00:30:44,840 --> 00:30:52,400
yalnız iranlıların iftixar və qürur mənbəyi deyil.

218
00:30:52,560 --> 00:31:03,600
Ordunun raketləri bu qədər diqqət və gözəlliklə sınaqdan keçiriləndə

219
00:31:04,040 --> 00:31:12,040
yan-dövrəmizdə olan və ürəyi Amerikanın, sionist rejimin əlindən qan ağlayan bir çox azadlıqsevər millətlər də sevinir.

220
00:31:12,640 --> 00:31:16,360
Biz onları dağıdaq və deyək ki,

221
00:31:16,600 --> 00:31:21,320
bu gün artıq raket vaxtı keçib? Xeyr, raket zamanı keçməyib!

222
00:31:22,320 --> 00:31:30,200
Düşmən daim özünü zəmanəyə uyğunlaşdırmaqla, hazırlaşmaqla məşğuldur.

223
00:31:31,440 --> 00:31:36,560
Biz sadəlövhcəsinə arxaya çəkilib “yox” deyəkmi?

224
00:31:36,560 --> 00:31:45,480
Necə ki, İnqilabın ilk vaxtlarında bizim F-14-lərimizi satmaq, geri qaytarmaq istəyəndə mən icazə vermədim.

225
00:31:46,480 --> 00:31:53,920
Xəbər tutdum ki, o zamanın müvəqqəti dövlət başçılarından biri

226
00:31:54,160 --> 00:31:59,400
deyib: “Tağut rejiminin aldığı bu F-14-lər bizim dərdimizə yaramaz.

227
00:31:59,720 --> 00:32:03,920
Bəs bu F-14-ləri neyləyək? Geri qaytaraq”.

228
00:32:04,440 --> 00:32:09,080
O zaman biz öz mövqeyimizdə durduq, səs-küy saldıq, danışıqlara getdik,

229
00:32:09,080 --> 00:32:13,040
əks tərəflə üz-üzə gəldik. Bu işi görməyə cürət etmədilər. İstəyirdilər ki, geri qaytarsınlar.

230
00:32:13,440 --> 00:32:19,800
Bir müddət ötdü, İran-İraq müharibəsi meydana çıxdı,

231
00:32:20,080 --> 00:32:26,520
bizə hücum etdilər. O zaman məlum oldu ki, əlimizdə olan həmin vasitələrə,

232
00:32:26,880 --> 00:32:33,680
həmin F-14-lərə, F-4-lərə və sairəyə nə qədər ehtiyaclıyıq. Bu gün də bəziləri həmin havanı oxuyurlar ki,

233
00:32:34,360 --> 00:32:41,760
“raket nədir, raketlərlə neyləyəcəyik? Zəmanə raket zəmanəsi deyil”. Bəs nə zəmanəsidir?

234
00:32:42,320 --> 00:32:50,600
Bu gün hər şeyin zəmanəsidir. Müzakirənin də zamanıdır. Gərək danışıqlarda da güclü olasan,

235
00:32:51,080 --> 00:32:55,040
elə danışıq aparasan ki, sonra bizi aldatmasınlar.

236
00:32:56,600 --> 00:33:02,040
Biz danışıqlar aparaq, bunu kağızlara köçürək, yazaq, imzalayaq,

237
00:33:02,560 --> 00:33:10,960
sonra onlar üzdə elə bir iş görsünlər ki, axırda embarqo aradan qaldırılmasın, ticarət öz yoluna düşməsin!

238
00:33:11,600 --> 00:33:18,200
Görünür ki, burada bir problem var. Biz qoymamalıyıq ki, bu problemlər yaransın.

239
00:33:18,760 --> 00:33:28,160
Gərək o sahələrdə də özümüzü gücləndirək. Ölkədaxili iqtisadiyyatda da həmçinin. Biz “əməli tədbirlər” dedik.

240
00:33:29,120 --> 00:33:37,280
Danışmaq yetər. “İki yüz dəfə danışmaq yarım hərəkətin tayı olmaz”.

241
00:33:37,800 --> 00:33:44,560
Çox təkrar edəndə və ardıcıl “müqavimət iqtisadiyyatı” deyəndə söz kəsərdən düşür.

242
00:33:45,080 --> 00:33:53,000
Yəni bir şey çox təkrar olanda yorğunluq yaradır. Əməl edək. Məqsədim budur ki, ölkənin ehtiyacı vardır.

243
00:33:53,000 --> 00:33:57,080
Bunlar məsələnin yalnız bir tərəfidir.

244
00:33:57,960 --> 00:34:04,080
Xalqın inamını sarsıtmaq üçün düşmənin gördüyü işlər və etdiyi səylər də məsələnin başqa tərəfidir.

245
00:34:04,680 --> 00:34:12,360
O zaman burada siz rol oynayırsınız, çox mühüm bir rol.

246
00:34:13,360 --> 00:34:18,480
Sizin hərəmi qoruyanları müdafiə etməyiniz də çox dəyərli işdir.

247
00:34:18,840 --> 00:34:25,680
Oxunan şeirlər, danışılan sözlər – bunlar çox qiymətlidir, bunda şübhə yoxdur.

248
00:34:26,120 --> 00:34:35,720
Necə ki, müqəddəs müdafiə dövründə deyilən şeirlər, oxunan nəğmələr xeyli təsirə malik idi.

249
00:34:36,360 --> 00:34:44,640
Şübhəsiz, bu gün də o cür təsirə malikdir. Bununla yanaşı, daha bir məsələ də var ki, onun əhəmiyyəti əgər çox deyilsə, az da deyil.

250
00:34:45,000 --> 00:34:48,200
Bu, gənclərin inamını möhkəmlətmək məsələsidir.

251
00:34:49,240 --> 00:34:55,520
Düşmən inamı sarsıtmaq istəyir – İslama inamı,

252
00:34:56,160 --> 00:35:00,440
İslam quruluşunun faydalı olmasına inamı,

253
00:35:02,560 --> 00:35:10,200
İslam quruluşunun davam etmə imkanına olan inamı.

254
00:35:10,520 --> 00:35:15,840
Düşmən aşkar həqiqətlərin əleyhinə də iş görür, təbliğat aparır.

255
00:35:16,160 --> 00:35:24,880
Bəzən aydın olan bir məsələnin əleyhinə qalxır və fırıldaqla, yalanla,

256
00:35:25,360 --> 00:35:28,520
gözbağlıcalıqla öz dediyini sübuta yetirmək istəyir.

257
00:35:28,720 --> 00:35:37,080
İslam quruluşu yarandığı gündən bu günə kimi daim ağır hücumlara tuş gəlib –

258
00:35:37,480 --> 00:35:44,760
ağır hərbi, ideoloji hücumlar, embarqo və s.

259
00:35:44,960 --> 00:35:53,360
Eyni zamanda, İslam quruluşu bu 37 ildə inkişaf etdi, bur gün olmadı ki, inkişafdan qalsın.

260
00:35:54,360 --> 00:36:01,280
Hər cəhətdən inkişaf etdi, hər baxımdan güc qazandı, əzəmət qazandı.

261
00:36:01,680 --> 00:36:09,240
Bu gün düşmən baxıb görür ki, İnqilabın əvvəlində yaranmış o zəif və nazik fidan

262
00:36:09,240 --> 00:36:13,600
bu gün qollu-budaqlı bir ağaca çevrilib.

263
00:36:13,600 --> 00:36:18,440
“O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər”.

264
00:36:19,480 --> 00:36:27,720
Bunu gözləri ilə görürlər. Bu qədər yaşamaq,

265
00:36:27,960 --> 00:36:36,560
inkişaf etmək və güclənmək bacarığına sahib olan bir quruluş

266
00:36:36,960 --> 00:36:41,160
bundan sonra da bu cür güclü olacaq, günbəgün qüvvətlənəcək.

267
00:36:41,520 --> 00:36:47,920
Gələcək perspektivlər üçün nəzərdə tutduğumuz bu kimi məsələlər xəyal deyil, reallıqdır.

268
00:36:48,320 --> 00:36:55,280
Mən üç-dörd il bundan əvvəl tələbə gənclərə və elm insanlarına demişdim:

269
00:36:55,520 --> 00:36:58,920
“Siz gərək elə edəsiniz ki, əlli ildən sonra

270
00:36:59,200 --> 00:37:07,880
kim zəmanənin elmi nailiyyətlərini bilmək istəsə, fars dilini öyrənməyə məcbur olsun”.

271
00:37:10,120 --> 00:37:14,120
Bu, ola bilər, bu, mümkündür. Necə ki, bu on-on beş il ərzində

272
00:37:14,800 --> 00:37:19,240
dediyimiz elmi hərəkət və elmi inkişaf baş verdi.

273
00:37:19,720 --> 00:37:24,720
Gənclər çalışsalar, səy və iradə sahibi olanlar çalışsalar,

274
00:37:25,600 --> 00:37:30,400
bütün çətin işlər asan olar. Biz irəliləyə bilərik.

275
00:37:30,400 --> 00:37:38,040
Eyni zamanda düşmən gənclərimizin inamına təsir göstərməyə çalışır: “Bunun nə faydası var, alınmayacaq, xeyri yoxdur”.

276
00:37:39,120 --> 00:37:48,480
Bunlar düşmənim psixoloji müharibə apardığı meydanlardır və siz məddah olaraq bu meydanlarda təsir göstərə bilərsiniz,

277
00:37:49,320 --> 00:37:53,000
gənci ideoloji bünövrə baxımından qüvvətləndirə bilərsiniz.

278
00:37:53,480 --> 00:37:57,640
Mən hərdən bəzi məddah məclislərinə etiraz edirəm.

279
00:37:57,880 --> 00:38:04,080
Tutaq ki, mühərrəm ongünlüyündə adam görür ki -

280
00:38:04,080 --> 00:38:08,280
bəzən mənə şəkillər gətirib göstərirlər, indi bu vasitələr çoxalıb,

281
00:38:08,720 --> 00:38:12,000
Əlbəttə, məndə bunlar yoxdur, amma hərdən bu şəkilləri

282
00:38:12,760 --> 00:38:21,000
və sairəni gətirib mənə göstərirlər - məsələn, bir məclisdə hamı tullanıb-düşür.

283
00:38:21,400 --> 00:38:26,160
Yaxşı, bunun nə xeyri var? Bunun hansı təsiri var? Bunun harası əzadarlıqdır?

284
00:38:26,560 --> 00:38:32,000
Mənim etirazım gənclərin emosionallığından narahat olduğuma görə deyil. Gənc emosionaldır,

285
00:38:33,120 --> 00:38:38,480
gənc enerji mənbəyidir, həmişə istəyir ki, enerjisini xərcləsin.

286
00:38:38,880 --> 00:38:44,160
Mən ona görə deyirəm ki, yer üzünün bu böyük vəzifələri kənarda qalmasın.

287
00:38:44,720 --> 00:38:52,040
Beş min ya on min gənc bir yerə toplaşıb

288
00:38:52,920 --> 00:39:03,440
ürəklərini sizin ixtiyarınıza verəndə, siz uca, ustalıqla hazırlanmış, dərin mənalı bir çıxışla

289
00:39:03,640 --> 00:39:10,760
onları öz işlərinin arxasınca əzmlə gedən faydalı insanlara çevirə bilərsiniz.

290
00:39:10,960 --> 00:39:22,240
Eləcə də, onları arzusuz, düşüncəsiz, ümidsiz, mənəvi baxımdan yoxsul insanlara çevirə bilərsiniz.

291
00:39:22,800 --> 00:39:30,960
Bu işi də görmək olar. Siz bu imkandan istifadə edin və həmin birinci maddəni seçin. Mənim sözüm budur.

292
00:39:31,920 --> 00:39:40,280
Məddahlıq – dünya varlıqlarının ən üstünlərinin tərifidir.

293
00:39:41,000 --> 00:39:46,480
Onun mövzusu - dünya varlıqlarının ən üstünləri olan

294
00:39:46,880 --> 00:39:52,960
Əhli-beytin (ə.s) tərifidir. Ona görə də məddahlığın hörməti ucadır.

295
00:39:53,920 --> 00:40:04,120
Məddahlığın real mənası bundan ibarətdir. Amma siz baxın, görün, məsələn, Dibil Xüzai kimi şair

296
00:40:04,840 --> 00:40:08,640
“Mədarisi-ayat” qəsidəsində nə deyir?

297
00:40:08,920 --> 00:40:17,040
“Mədarisi-ayat” həmin qəsidədir ki, Həzrət İmam Rza (ə.s) bu qəsidəyə görə müəllifi ruhlandırmış

298
00:40:17,400 --> 00:40:24,240
və ona öz libasını bağışlamış, mükafat vermişdi. Bu, elə bir qəsidədir ki, əslində Abbasilər sülaləsinin taxt-tacını,

299
00:40:24,440 --> 00:40:31,080
Abbasilərin varlıq səbəbini sual altına alır və onları məhkum edir. Yəni sırf siyasidir.

300
00:40:31,440 --> 00:40:38,480
Belə deyil ki, sırf rövzəxanlıq və sırf mərsiyəxanlıq olmalıdır. Xeyir, mərsiyəxanlıq da lazımdır.

301
00:40:39,040 --> 00:40:47,160
Amma məhz mərsiyəxanlıqla yanaşı qərar tutan məsələ imamların (ə.s) diqqətini qazanıb.

302
00:40:48,440 --> 00:40:57,200
Dibilin qəsidəsi, Kümeytin qəsidəsi,

303
00:40:58,000 --> 00:41:06,120
o zamanın şairlərinin söylədikləri digər qəsidələr. Başqaları da bunları oxuyur və ifa edirdilər, necə ki, indi siz gözəl səslə oxuyursunuz.

304
00:41:06,480 --> 00:41:12,280
İstər şairin özü, istərsə də başqası gəlib qəsidəni camaat üçün oxuyurdu.

305
00:41:12,760 --> 00:41:19,840
Kütləvi təbliğat vasitələri bundan ibarət idi. Bu gün siz də bundan istifadə edə bilərsiniz,

306
00:41:20,320 --> 00:41:26,040
kütləvi təbliğat vasitələrindən yararlana

307
00:41:26,560 --> 00:41:32,440
və camaatı hidayət edə bilərsiniz. Mənim fikrimcə, bu, çox mühüm işdir.

308
00:41:33,240 --> 00:41:41,480
Məlum sözdür ki, deyirlər: “Hər elmin şərəfi o elmin mövzusuna bağlıdır”.

309
00:41:42,720 --> 00:41:48,720
Mövzusu daha şərəfli olan elmin özü də şərəflidir.

310
00:41:49,320 --> 00:41:56,320
Əgər bu fikri elmdən peşələrə inikas etdirsək,

311
00:41:56,800 --> 00:42:07,600
sizin peşənizin mövzusu, işiniz, səyləriniz Əhli-beyti (ə.s) mədh etmək,

312
00:42:07,800 --> 00:42:15,920
dinləyicilərin bəsirətini artırmaq və onları ayıltmaqdır. Bu, hər şeydən üstündür, çox dəyərlidir. Bu dəyərdən istifadə edin.

313
00:42:16,920 --> 00:42:21,440
Allaha həmd olsun ki, məddah toplumu da çoxdur.

314
00:42:22,000 --> 00:42:28,440
Bu gün bura təşrif gətirmiş toplum diqqətəlayiq toplumdur. Amma bütün ölkədəki

315
00:42:28,840 --> 00:42:32,560
məddah ifaçıların sayı bundan daha artıqdır.

316
00:42:33,280 --> 00:42:40,000
Allaha həmd olsun ki, bu say hər yerdə çoxdur. Elə adamlar var ki, bu işi sevirlər

317
00:42:41,760 --> 00:42:48,960
və bu işlə məşğuldurlar. Hər halda, bu, çox mühüm bir missiyadır.

318
00:42:49,200 --> 00:42:57,120
Bu missiyaya əhəmiyyət verməlisiniz. Əlbəttə, burada şairlər də mühüm rol ifa edirlər,

319
00:42:57,520 --> 00:43:04,680
şeir yazan şairlər mühüm rol oynayırlar.

320
00:43:05,280 --> 00:43:09,880
Gözəl şəkildə ifa edilməyən şeirin təsiri azdır.

321
00:43:09,880 --> 00:43:16,400
Siz gözəl şəkildə, yüksək səviyyədə ifa etsəniz, o zaman dinləyicidə təsir buraxar.

322
00:43:16,800 --> 00:43:23,520
Ümid edirəm, Uca Allah sizə yardım edəcək, bizə də yardım göstərəcək ki,

323
00:43:23,920 --> 00:43:30,920
əvvəlcə öz vəzifəmizi təyin edə bilək, sonra inşallah, onu həyata keçirək.

324
00:43:31,080 --> 00:43:32,840
Allahın salamı, rəhməti və  bərəkəti üzərinizə olsun.