1
00:00:00,320 --> 00:00:02,920
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,760 --> 00:00:06,320
الحمدلله ربّ العالمين

3
00:00:06,600 --> 00:00:10,680
و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين.

4
00:00:21,960 --> 00:00:25,400
Əzizlərim, çox xoş gəlmisiz.

5
00:00:27,160 --> 00:00:33,840
Bugünkü görüşümüz mənim üçün çox xoş və arzulanan bir görüşdür.

6
00:00:35,960 --> 00:00:44,320
Belə dinamik, yüksək əhval-ruhiyyəli, belə gözəl fikirlər səsləndirən,

7
00:00:45,480 --> 00:00:51,600
bu cür kəsərli fikirləri olan, belə gözəl çıxışlar edən gənclərin iştirakı,

8
00:00:51,800 --> 00:01:01,720
doğurdan da, bugünkü görüşümüzə bir şirinlik qatdı; inşallah, bu gün mənim üçün yaddaqalan bir gün olacaq.

9
00:01:05,720 --> 00:01:12,920
Əvvəla, rəcəb ayı barədə bir iki kəlmə deyək.

10
00:01:16,560 --> 00:01:25,080
Hər bir insanın qəlbinin bir incə teli,

11
00:01:26,760 --> 00:01:36,960
varlığının bir mənəvi tərəfi var. İnsan varlığının bir çox müxtəlif tərəfləri var: instinktlər var, meyillər var, ehtiyaclar var.

12
00:01:37,200 --> 00:01:46,120
Hər bir insanda bütün insanlarda olan bu kimi cəhətlərdən biri də mənəviyyat aspektidir.

13
00:01:48,280 --> 00:02:02,800
Bu, çox incə bir cəhətdir və gənclik illərində onun zərifliyi, şəffaflığı və saflığı daha çox özünü göstərir.

14
00:02:04,080 --> 00:02:14,240
Əgər biz bəşər övladları bu aspekti özümüzdə gücləndirə bilsək,

15
00:02:15,080 --> 00:02:20,840
o, bizim digər aspektlərimizi düzgün istiqamətləndirər.

16
00:02:22,040 --> 00:02:36,960
Bu o demək deyil ki, mənəviyyat aspekti instinktlərin, ehtiyacların, ağlın və rassional yanaşmanın qarşısını  alsın;  yox,

17
00:02:38,720 --> 00:02:46,080
bütün bunlar öz yerində, amma mənəviyyat aspekti insan varlığında

18
00:02:46,560 --> 00:02:56,040
qorunanda, güclənəndə bütün digər aspektləri düzgün istiqamətləndirir.

19
00:02:57,960 --> 00:03:02,440
Həyatda gördüyümüz xəbis,

20
00:03:03,520 --> 00:03:10,760
zalım, qaniçən, pulpərəst, şəhvətpərəst, qarunqulu – bir sözlə,

21
00:03:12,480 --> 00:03:21,880
varlığında maddi aspektlərin üstünlük qazandığı insanlar o şəxslərdir ki, özlərində o mənəviyyat aspektini

22
00:03:22,200 --> 00:03:32,880
inkişaf etdirməyiblər, tədricən bu cəhət onlarda zəifləyərək aradan gedib.

23
00:03:34,120 --> 00:03:41,320
Mən siz gənclərə demək istəyirəm ki, özünüzdə bu mənəviyyat aspektini gücləndirmək üçün

24
00:03:42,600 --> 00:03:47,360
rəcəb ayından istifadə edin, bəhrələnin.

25
00:03:49,160 --> 00:04:00,400
Rəcəb ayından sonra şaban ayı, ardınca isə ramazan – mənəviyyat baharı gəlir.

26
00:04:02,720 --> 00:04:14,880
Sizlər də – cənab Hacı Əliəkbərinin də qeyd etdiyi kimi – insanlığın baharının təcəssümüsünüz, belə ki ömrünüzün baharını yaşayırsınız;

27
00:04:16,560 --> 00:04:21,120
bu mənəviyyat baharından bacardığınız qədər istifadə edin.

28
00:04:22,440 --> 00:04:32,080
Allahı xatırlamaq, Allahın adını dilə gətirmək, bu ay üçün tövsiyə olunmuş dualar, onların məzmununa diqqət yetirmək,

29
00:04:33,080 --> 00:04:42,320
Quran oxumaq, vaxtın başlanğıcında namaz qılmaq, günahdan çəkinmək, gözəl əxlaq –

30
00:04:42,880 --> 00:04:48,360
bütün bunlar bu ayın bizim hamımız üçün yaratdığı böyük fürsətlərdir,

31
00:04:49,680 --> 00:04:56,840
amma siz gənclər bu fürsətlərdən daha yaxşı istifadə edə bilərsiniz;

32
00:04:57,680 --> 00:05:02,600
eynilə maddi fürsətlər kimi. Təsəvvür edin ki, bir meydandır;

33
00:05:03,080 --> 00:05:06,960
meydanın o başında finiş xətti çəkilib, bir mükafat da müəyyən olunub,

34
00:05:07,360 --> 00:05:15,400
mənə və sizə deyirlər ki, hansınız o xəttə tez çatsa, mükafatı qazanacaq. Kim tez çatar?

35
00:05:17,240 --> 00:05:24,800
Aydındır ki, siz gəncsiniz, güclüsünüz, həvəslisiniz, mən özümə gəlib yerimdən tərpənincə siz ora çatıb mükafatı qazanacaqsınız.

36
00:05:25,640 --> 00:05:29,320
Mənəviyyat da eynilə bu cürdür; bunu bilin.

37
00:05:31,440 --> 00:05:41,480
Mənəviyyatda da sizlər daha tez, daha asan, daha sürətli və daha həzverici bir şəkildə öz məqsədinizə çata bilərsiniz.

38
00:05:44,080 --> 00:05:54,120
Sizin gördüyünüz bu adamlar, bizim vaxtımızda  olan, misal üçün, mərhum Ayətullah Behcət kimi insanlar –

39
00:05:54,720 --> 00:06:02,160
nurani bir insan idi; qoca və çox nurani –

40
00:06:02,440 --> 00:06:08,760
onlar cavanlıqdan, yəni sizin yaşınızda olduqları vaxtdan öz mənəviyyatına diqqətli yanaşmış adamlar idi.

41
00:06:10,240 --> 00:06:15,480
Bu şeylərə daha gec önəm verməyə başlamış insanların isə mənəvi uğurları daha azdır.

42
00:06:17,080 --> 00:06:25,480
Bunları heç düşünməyənlər isə o nuranilikdən, o saflıqdan, o şəffaflıqdan məhrum qalır,

43
00:06:26,000 --> 00:06:31,840
əksər insanlar kimi olurlar. Bu, mənim  birinci qeydim.

44
00:06:32,120 --> 00:06:38,120
Siz gənclərə deyiləsi sözüm çoxdur – siz  özünüz özünüzə  yeniyetmə deyirsiniz,

45
00:06:38,280 --> 00:06:44,280
mənsə sizin hamınızı gənc adlandırıram –

46
00:06:46,920 --> 00:06:52,560
müxtəlif mövzularda sizə deyəsi cürbəcür sözlərim var.

47
00:06:54,400 --> 00:07:02,000
Axı necə olursa-olsun, siz bir baxımdan mənim qardaş və bacılarım,

48
00:07:03,560 --> 00:07:07,480
bir baxımdan övladlarım,

49
00:07:10,000 --> 00:07:18,040
bir baxımdan da nəvələrim hesab olunursunuz; əzizlərimsiniz;

50
00:07:18,680 --> 00:07:27,320
həm bu gün burda iştirak edənlər, həm sizin təmsil etdiyiniz təşkilatların üzvü olan

51
00:07:28,120 --> 00:07:38,440
bir neçə min şagird, həm də bütövlükdə ölkəmizin 12 milyonluq şagird ordusu – o əziz gəncimizin söylədiyi kimi –

52
00:07:40,360 --> 00:07:48,480
sizin hamınıza mənim münasibətim bü cürdür. Bəli, sizə deyəsi sözüm çoxdur,

53
00:07:50,720 --> 00:08:00,480
amma bu gün mən şagird təşkilatlarından, eləcə də Şagird Təşkilatları Assosiasiyasından

54
00:08:01,320 --> 00:08:09,120
bir istəyimi ehtiva edəcək əsas bir məsələyə toxunmaq istəyirəm. Giriş olaraq bunu deyim:

55
00:08:09,360 --> 00:08:21,480
biz imperializm cəbhəsi və onun uzantılarından ibarət bir düşmən cəbhəsi ilə çarpışma vəziyyətindəyik; bu, məlumdur.

56
00:08:22,400 --> 00:08:29,680
Onun mehvəri Amerika və sionizm, uzantıları,

57
00:08:30,040 --> 00:08:37,720
tör-töküntüləri isə gördüyünüz bu dövlətlər və yarımdövlətlərdir;

58
00:08:38,480 --> 00:08:45,680
biz bunlarla qarşıdurma vəziyyətindəyik; İslam İnqilabı və İslam dövləti bunlarla çarpışır.

59
00:08:47,920 --> 00:09:00,040
Bu çarpışma nə üstündədir? Və ya başqa sözlə desək, bizim imperializmlə olan bu qarşıdurmamız hansı müstəvilərdə gedir?

60
00:09:01,240 --> 00:09:11,720
Əgər onlarla qarşıdurma vəziyyətində olduğumuz sferaları sadalamaq istəsək,

61
00:09:11,720 --> 00:09:16,920
mən elə bu dəqiqə bir on dənəsinin adını çəkə bilərəm;

62
00:09:17,640 --> 00:09:20,840
oturub dərindən düşünsək, araşdırma aparsaq, bundan da çox olar;

63
00:09:21,080 --> 00:09:27,680
bizim imperializmlə qarşı-qarşıya gəldiyimiz məqamlar iyirmidən, otuzdan da çoxdur.

64
00:09:28,400 --> 00:09:36,080
Misal üçün, onlardan biri ölkənin müstəqilliyi məsələsidir –

65
00:09:36,360 --> 00:09:41,960
iqtisadi müstəqilliyi, siyasi müstəqilliyi, mədəni müstəqilliyi–

66
00:09:42,200 --> 00:09:46,440
bizim imperializmlə qarşıdurmada olduğumuz sferalardan biri budur.

67
00:09:47,760 --> 00:09:54,560
Başqalarının haqqına əl uzatmaq imperializmin, imperialist dövlətlərin xarakterik cəhətidir;

68
00:09:55,720 --> 00:10:02,640
istər 17-ci, 19-cu əsrlərə aid olan

69
00:10:04,120 --> 00:10:13,720
və ta 20-ci əsrə qədər  davam etmiş müstəmləkəçilik dövründə olsun, istərsə də sonralar tətbiq etməyə başladıqları

70
00:10:13,960 --> 00:10:22,120
və indiyə qədər də günü-gündən sayını və növünü artırdıqları cürbəcür yeni, modern metodlar. Məqsədləri əliuzunluq etməkdir;

71
00:10:22,600 --> 00:10:31,040
xalqların mənafeyinə, ölkələrə əl uzatmaq, öz ağalığını və mütləq nüfuzunu təmin etməkdir.

72
00:10:31,960 --> 00:10:39,600
İmperializmin məqsədi budur. Hansısa ölkə onların bu məqsədinə qarşı çıxmaq,

73
00:10:39,600 --> 00:10:47,080
öz müstəqilliyini – istər mədəni, istər siyasi, istərsə də iqtisadi müstəqilliyini – müdafiə etmək istəyəndə də,

74
00:10:47,240 --> 00:10:53,680
təbii ki, maraqlar toqquşur, qarşıdurma yaranır; bizim imperializimlə qarşıdurma vəziyyətində olduğumuz müstəvilərdən biri budur.

75
00:10:54,120 --> 00:11:03,720
Digər bir qarşıdurma müstəvisi isə inkişafdır, tərəqqidir.

76
00:11:04,760 --> 00:11:17,640
Əgər dünya ölkələrinə ehtiyacsız olduğunu nümayış etdirmiş, onları vecinə almamış,

77
00:11:17,640 --> 00:11:23,760
onlardan asılı olmayan, onlara arxalanmayan – bu tip xüsusiyyətlərə malik İran ölkəsi

78
00:11:24,080 --> 00:11:28,040
tərəqqi və yüksəlişə nail olsa, bu, nümunəvi bir inkişaf modeli olar;

79
00:11:28,680 --> 00:11:34,240
yəni başqa ölkələr, başqa xalqlar üçün örnək olar.

80
00:11:34,680 --> 00:11:42,120
Bu inkişaf məsələsi bizimlə imperializm arasında savaşa səbəb olan müstəvilərdən biridir.

81
00:11:42,640 --> 00:11:50,240
Biz belə bir inkişafa nail olmaq istəyirik, onlarsa bizim buna nail olmağımızı istəmirlər.

82
00:11:51,800 --> 00:12:05,320
Nüvə məsələsində imperialist dövlətləri səf çəkib bizim qarşımızda durmağa vadar edən motivlərdən biri də

83
00:12:05,560 --> 00:12:09,560
elə bu idi; düzdür, başqa bəhanələr gətirirlər,

84
00:12:10,840 --> 00:12:18,000
amma bir neçə əsas motivləri var idi. Biri bu idi ki, hansısa ölkə

85
00:12:18,360 --> 00:12:24,800
Amerika, İngiltərə və ya başqa bir güclü dövlətə söykənmədən,

86
00:12:25,800 --> 00:12:32,440
özü nüvə texnologiyaları kimi fövqəladə dərəcədə həssas bir sferada uğurlar qazana bilmişdi;

87
00:12:33,960 --> 00:12:40,200
bu, onlar üçün olduqca önəmli və təhlükəli idi, belə bir şeyin baş verməsini istəmirdilər.

88
00:12:41,560 --> 00:12:48,600
Və mən əminəm ki, əgər biz bunlara üz versək, bunlar sabah

89
00:12:50,120 --> 00:12:59,800
biotexnologiya, nanotexnologiya və sair müxtəlif elm sahələrinə görə də oyun çıxarıb problem yaradacaqlar.

90
00:13:02,200 --> 00:13:07,600
Elmi, iqtisadi, mədəni cəhətdən inkişaf

91
00:13:08,520 --> 00:13:16,720
İslam Respublikası ilə imperializm arasında fikir ayrılığı və qarşıdurma yaradan mövzulardan biridir.

92
00:13:19,000 --> 00:13:26,080
Belə fikir ayrılığına yol açan mövzulardan biri də

93
00:13:26,320 --> 00:13:34,160
İslam Respublikasının regionda və dünyada qüdrətli varlığı məsələsidir;

94
00:13:36,480 --> 00:13:42,640
bu qüdrətli iştirak imperializmin planlarına əngəl olur.

95
00:13:42,960 --> 00:13:49,640
Hazırda Amerikanın Qərbi Asiya regionu üçün öz planı var (onlar özləri bu regionu Orta Şərq adlandırırlar,

96
00:13:50,000 --> 00:13:53,920
amma mən təkidlə vurğulayıram ki, biz bu ifadəni işlətməməliyik;

97
00:13:56,120 --> 00:13:59,880
buna dəlillərim də var, bir vaxtlar  demişəm);

98
00:14:01,520 --> 00:14:10,120
onların ötən 10-12 ildə “Böyük Orta Şərq”, “Yeni Orta Şərq” adları altında

99
00:14:11,720 --> 00:14:22,120
öz planlarını həyata keçirdiyinin siz də şahidi olmusunuz.

100
00:14:23,160 --> 00:14:26,840
Bu planlar onların müəyyən işlərə start verməsinə yol açıb,

101
00:14:27,120 --> 00:14:31,960
amma İslam Respublikasının qüdrətli iştirakı onların işlərinin irəliləməsinə əngəl olur.

102
00:14:32,400 --> 00:14:37,080
İxtilaf və qarşıdurmaya səbəb olan mövzulardan biri də budur.

103
00:14:37,920 --> 00:14:45,400
Digər belə bir mövzu isə Fələstindir; digər biri müqavimət mövzusudur;

104
00:14:47,480 --> 00:14:53,640
digər bir ixtilaf müstəvisi Qərb mədəniyyətinin, Qərbə xas həyat tərzinin genişləndirilməsidir

105
00:14:54,120 --> 00:15:06,400
belə ki hansısa ölkədə qərblilərin, yaxud amerikalıların qəbul etdiyi və rəvac verdiyi həyat tərzi genişlənərsə,

106
00:15:06,520 --> 00:15:18,240
həmin ölkənin ziyalıları Amerika, Qərb və ya qarşılarındakı hər hansı bir dövlətin siyasətləri qarşısında dilsiz-ağızsız qoyuna çevrilir;

107
00:15:19,680 --> 00:15:27,440
onlar məhz belə bir vəziyyətin yaranmasında israrlıdırlar, İslam Respublikası isə bunun qarşısını almaq istəyir).

108
00:15:28,280 --> 00:15:34,160
Mən imperializmlə bizim ölkəmiz arasında qarşıdurmaya səbəb olan məsələlərdən yalnız bir neçəsini sadaladım; bayaq qeyd etdim ki,

109
00:15:34,520 --> 00:15:39,480
yadımda olanları demək lazım olsa, dalbadal bir 10 dənəsini saymaq olar,

110
00:15:40,200 --> 00:15:49,920
amma oturub ətraflı fikirləşsək – siz fikirləşsəniz, biz fikirləşsək – 10, 20, 30, bəlkə, bundan da çox olar.

111
00:15:51,520 --> 00:15:54,760
İndi gəlib çatdıq mənim nəzərdə tutduğum əsas məsələyə.

112
00:15:54,960 --> 00:16:09,120
İslam Respublikası ilə imperialistlər arasında qarşıdurmaya səbəb olan mövzulardan biri də gənclərdir; gənclər mövzusudur.

113
00:16:09,760 --> 00:16:22,600
Bu gün bu gənclər mövzusu üstündə İslam Respublikası ilə Amerika, onun müttəfiqləri

114
00:16:23,080 --> 00:16:30,320
və sionistlər arasında olduqca genişmiqyaslı, gizli xarakterli bir yumşaq müharibə gedir.

115
00:16:32,040 --> 00:16:39,000
Bir neçə il öncə mən tələbə gənclərimizə xitabən demişdim  ki, “Siz yumşaq müharibənin zabitlərisiniz”;

116
00:16:40,040 --> 00:16:48,520
elə siz də beləsiniz, siz də yumşaq müharibənin zabitlərisiniz.

117
00:16:49,040 --> 00:16:56,320
Gənc bir adamda stimul və özünəinam varsa,

118
00:16:56,920 --> 00:17:04,120
düşüncə gücü və cəsarət varsa, deməli, o zabitdir –

119
00:17:04,280 --> 00:17:17,880
yumşaq müharibənin, yumşaq savaşın zabiti – bu, gənclərə xas olan bir xüsusiyyətdir.

120
00:17:18,240 --> 00:17:27,440
İndi siz gözünüzün önünə İslam Respublikası üçün

121
00:17:27,840 --> 00:17:34,520
arzuolunan şəxsi keyfiyyətlərə malik bir zabitlə İslam Respublikasının düşməni üçün arzuolunan şəxsi keyfiyyətlərə malik olan bir zabit gətirin;

122
00:17:35,040 --> 00:17:39,720
bunları müqayisə edin, görün nə çıxır;

123
00:17:40,760 --> 00:17:46,160
hələ biz top-tüfəngli savaşlardan daha təhlükəli olan yumşaq müharibədən danışırıq;

124
00:17:47,160 --> 00:17:54,920
bəzən bizi hərbi hücum, bombardman və sair bu kimi şeylərlə də hədələyirlər, amma böyük qələt edirlər;

125
00:17:55,280 --> 00:18:02,640
elə deyil, bunu etmələri üçün zəmin yoxdur, buna cürət də etməzlər, etsələr belə, ağızlarının payını alarlar.

126
00:18:25,080 --> 00:18:35,440
Yumşaq müharibə isə var; elə bu dəqiqə də yumşaq müharibə gedir, qarşı tərəf hücumlar etməklə məşğuldur;

127
00:18:37,000 --> 00:18:46,520
biz də bu tərəfdən məşğuluq; indi biz hücum edirik, yoxsa müdafiə olunuruq – bu, başqa mövzudur

128
00:18:47,680 --> 00:18:52,720
və mən bu fikirdəyəm ki, bu tərəf də müdafiə olunmaq yerinə hücuma keçməli,

129
00:18:53,560 --> 00:18:58,000
eyni zamanda öz müdafiə mərkəzlərini də qoruyub saxlamalıdır.

130
00:18:59,240 --> 00:19:07,440
Deməli, ortada bir savaş var; siz bu yumşaq müharibəni odlu-alovlu müharibələrlə, top-tüfəngli cəbhələrlə müqayisə edin;

131
00:19:07,880 --> 00:19:18,360
eynilə, misal üçün, bu gün İraq, Suriya, Yəmən və digər yerlərdə hökm sürən müharibə vəziyyətini təsəvvürünüzə gətirin;

132
00:19:19,200 --> 00:19:23,320
bu gün dünyada gedən savaşları, yaxud bir vaxtlar İranda 8 il sürmüş Müqəddəs Müdafiəni düşünün.

133
00:19:24,120 --> 00:19:33,280
Öz qərargahında, yaxud səngərdə oturmuş bir zabiti gözünüzün önünə gətirin; bu zabit iki cür ola bilər;

134
00:19:36,560 --> 00:19:43,280
onu iki cür xarakterizə etmək olar:

135
00:19:44,560 --> 00:19:55,600
bu zabit qətiyyətli, sayıq,

136
00:19:58,360 --> 00:20:05,880
qəlbi ümid və stimul dolu, çalışqan, fərasətli,

137
00:20:09,640 --> 00:20:19,120
öz fikrini irəli sürməyi bacaran, cəsur və fədakar biri ola bilər.

138
00:20:19,240 --> 00:20:30,560
Əgər qərargahda, yaxud səngərdə oturan zabit belə birisidirsə,

139
00:20:31,320 --> 00:20:35,120
o döyüş üçün yaxşı bir nəticə gözləmək olar.

140
00:20:35,840 --> 00:20:42,680
Bu variantda zabit şücaətli, rəşadətli, düşünən, imanlı, optimist,

141
00:20:43,040 --> 00:20:48,480
qərar verməyi bacaran, stimullu bir döyüşçüdür – bu, bir cür zabitdir.

142
00:20:50,480 --> 00:20:56,320
Amma həmin zabiti tamam başqa bir formada, başqa səciyyəvi xüsusiyyətlərlə də təsəvvür etmək olar.

143
00:20:56,480 --> 00:21:05,760
Təsəvvür edin ki, o, pessimist bir insandır; yəni döyüşməyin faydasız olduğunu düşünür;

144
00:21:06,440 --> 00:21:12,040
öz-özünə deyir ki, “nahaq dayanmışıq, xeyri yoxdur”; ümidsiz biridir.

145
00:21:14,400 --> 00:21:24,440
Və ya asanlıqla təslim olmağa, boyun əyməyə meyilli bir insandır, savaşmağa, müqavimət göstərməyə halı yoxdur;

146
00:21:24,800 --> 00:21:34,880
ola bilsin, bir qədər müqavimət göstərər, amma təzyiqlər, güc bir az çoxalan kimi təslim olacaq; psixologiyası budur.

147
00:21:36,480 --> 00:21:46,560
Yaxud tez aldanan bir adamdır; düşmənin aldadıcı təbəssümünə etimad edir

148
00:21:47,200 --> 00:21:53,840
və ya ümumiyyətlə düşmənin yalanını anlamır.

149
00:21:54,520 --> 00:22:00,000
Müharibə isə yalan və hiylə ilə doludur; bütün müharibələr belədir:

150
00:22:00,400 --> 00:22:02,640
“Müharibə hiylədən ibarətdir”.

151
00:22:04,320 --> 00:22:12,240
Elə top-tüfəngli müharibələrdə də güclü və bacarıqlı bir komandirin görə biləcəyi ən əsas işlərdən biri

152
00:22:12,400 --> 00:22:15,760
hansısa manevrlə, hansısa hərəkətlə düşməni aldatmaqdır;

153
00:22:15,880 --> 00:22:22,360
düşmən elə bilsin ki, o, o yandan hücuma keçmək istəyir, diqqəti o tərəfə yayınsın, o da arxadan hücum etsin.

154
00:22:23,760 --> 00:22:35,120
İndi təsəvvür edin ki, bu zabit tez aldanan bir insandır. Düşmənin yalanlarının mahiyyətini anlamır, yalan olduğunu müəyyənləşdirə bilmir.

155
00:22:36,120 --> 00:22:44,760
Və ya ümumiyyətlə tənbəl, halsız biridir; yatıb-dincəlmək istəyir.

156
00:22:45,640 --> 00:22:56,200
Yaxud nəyəsə öyrəncəlidir, hər hansı bir asılılığı var; şəhvətpərəstdir, narkotik maddələrdən və ya bu son vaxtlar dəb düşmüş

157
00:22:57,160 --> 00:23:02,920
kompyüter oyunlarından asılılığı var eşitdiyimə görə, bəzi insanlarda o oyunlara qarşı asılılıq yaranır);

158
00:23:05,160 --> 00:23:12,760
özünün və gözünü ona dikmiş başqa insanların müqəddəratını düşünmür, taleyinə etinasız yanaşır.

159
00:23:15,280 --> 00:23:26,200
Yaxud instinktlərinə düşkündür; misal üçün, təsəvvür edin ki, həmin o zabitin başı səngərdə öz maddi instinktlərini,

160
00:23:27,800 --> 00:23:33,560
heyvani tələbatını təmin etməyə qarışıb; yeyib-içməklə məşğuldur.

161
00:23:34,240 --> 00:23:44,960
Deməli, o zabit bu cür də ola bilər, bu kimi xüsusiyyətlərə də malik ola bilər. O zaman həmin döyüşün nəticəsi nə olacaq? Məlumdur.

162
00:23:46,960 --> 00:23:57,800
Deməli, yumşaq müharibənin zabitlərinin şəxsi keyfiyyətləri 2 cür ola bilər.

163
00:23:58,480 --> 00:24:03,840
Bizimlə düşmənlərimiz arasında kəskin fikir ayrılığına yol açan məqamlardan biri budur.

164
00:24:04,320 --> 00:24:16,440
Düşmən yumşaq müharibədə bizim zabitlərimiz olan gənclərimizin bir cür olmasını istəyir, İslam Respublikası isə onları başqa bir formada görmək arzusundadır.

165
00:24:19,240 --> 00:24:25,800
İslam Respublikasında dindarlığa, saf əxlaq və mənəviyyata, maddi instinktlərə

166
00:24:26,680 --> 00:24:45,080
ifrat dərəcədə düşkünlükdən çəkinməyə bu qədər önəm verilməsini fanatizmlə, onlar demişkən, dar düşüncəlilik, mürtəcelik və sairlə əlaqələndirmək lazım deyil;

167
00:24:46,280 --> 00:24:58,320
yox, bu, bir tərbiyə metodudur, yumşaq müharibənin zabit və komandirlərinin bəyənilən xüsusiyyətlərinə əsaslanan cəhətlərdir.

168
00:25:00,640 --> 00:25:07,080
Bizim Amerika ilə problemlərimizdən biri budur.

169
00:25:07,280 --> 00:25:14,960
Amerikalılar bizim gənclərimizdə o şücaətin, o optimizmin,

170
00:25:15,360 --> 00:25:22,280
o stimulun, o dinamizmin, o fiziki güc və bacarığın,

171
00:25:22,480 --> 00:25:29,160
o düşüncə qabiliyyətinin olmağını istəmir, onların düşmənə nikbin,

172
00:25:29,400 --> 00:25:37,960
öz komandanlıq vəzifəsinə və arxa cəbhəyə isə bədbin yanaşmasını istəyir; düşmən bizim gənclərimizi bu cür bəyənir.

173
00:25:39,960 --> 00:25:51,720
Onun radio, televiziya və internet vasitəsilə apardığı, bizim gənclərimizə ünvanlanan bütün təbliğatın

174
00:25:52,560 --> 00:26:03,960
və gördüyü bütün cürbəcür işlərin məqsədi budur; İran gəncini elə bir ünsürə çevirmək istəyirlər;

175
00:26:04,240 --> 00:26:13,400
nə doğru-dürüst imanı, nə elə bir şücaəti, nə stimulu, nə də ümidi olan bir ünsürə;

176
00:26:14,200 --> 00:26:18,840
buna çevirmək istəyirlər. İslam Respublikası isə bunun tam əksini istəyir;

177
00:26:19,960 --> 00:26:25,800
İran gəncinin fəal və effektiv olmağını arzu edir.

178
00:26:26,440 --> 00:26:34,760
Mənim əzizlərim, mənim balalarım, mənim sizdən istədiyim budur:

179
00:26:34,760 --> 00:26:42,600
siz öz yaşıdlarınızın – sizinlə həmyaşıd olan orta məktəb şagirdlərinin –

180
00:26:43,360 --> 00:26:49,960
o doğru, bəyənilən xüsusiyyətlərə uyğun yetişdirilməsində rol oynamalı,

181
00:26:50,200 --> 00:27:01,960
onların məhz bu cür olmasına yardım etməlisiniz; islami təşkilatların vəzifəsi budur.

182
00:27:04,080 --> 00:27:15,760
Təbii, bu yalnız o zaman mümkün ola bilər ki, siz öz təşkilatınızı uğurla qurub, özünütərbiyə yolunda uğurla addımlayasınız.

183
00:27:15,960 --> 00:27:26,600
Əlhəmdulillah, bayaq cənab Hacı Əliəkbərinin də qeyd etdiyi kimi, islami təşkilatlarda vəziyyət bir çox hallarda məhz elə bu cürdür; onun məruzəsi məni, doğrudan da, sevindirdi;

184
00:27:27,520 --> 00:27:37,320
az-çox xəbərdar idim, məlumatım da var idi, amma o, bu gün burda açıq-aydın söylədi.

185
00:27:39,120 --> 00:27:44,360
Həm özünüzü, həm də başqalarını tərbiyə edin.

186
00:27:45,600 --> 00:27:49,680
Özü də bu təkcə sizə aid deyil;

187
00:27:49,680 --> 00:27:56,760
siz müsəlman şagird təşkilatlarısınız, müsəlman tələbə təşkilatları da eyni vəzifəni yerinə yetirir.

188
00:27:58,200 --> 00:28:04,320
İstənilən yerdə, istənilən islami təşkilat – istər şagird təşkilatı olsun, istərsə də tələbə təşkilatı –

189
00:28:04,960 --> 00:28:12,360
İran gənclərini qeyd etdiyim səciyyəvi keyfiyyətlərlə, qeyd etdiyim formada yetişdirmək əvəzinə,

190
00:28:12,520 --> 00:28:21,320
əksinə davranır, yaxud bu işdə səhlənkarlığa yol verirsə, bu o deməkdir ki, daşıdığı vəzifəyə zidd hərəkət edir;

191
00:28:22,520 --> 00:28:32,040
Allah-taalanın ondan istədiyinin əksinə davranır. “Məkarimül-əxlaq” duasında

192
00:28:32,640 --> 00:28:36,880
insan Allahdan onlarla şey istəyir; hansılar ki, kifayət qədər önəmlidir də; o cümlədən deyirik:

193
00:28:36,680 --> 00:28:41,320
وَ استَعمِلني لِما تَسأَلُني غَدًا عَنه

194
00:28:41,600 --> 00:28:53,760
“Məni sabah – Qiyamət günü haqqında sorğu-sual edəcəyin işlərə məşğul et” ; məsuliyyət daşıyırıq; hər kəs məsuliyyət daşıyır.

195
00:28:54,880 --> 00:29:02,400
Siz gəncsiniz, biz qocayıq, amma hamımızın öhdəsinə məsuliyyət düşür; qocalar kimi, gənclər də məsuliyyət daşıyır, fərqi yoxdur.

196
00:29:06,000 --> 00:29:16,400
Siz, assosiasiyanız çalışmalısınız ki, əvvəla, auditoriyanızı

197
00:29:16,960 --> 00:29:21,600
kəmiyyət baxımından bacardığınız qədər genişləndirəsiniz;

198
00:29:23,080 --> 00:29:33,400
mən demirəm ki, təşkilatların sayını artırın, demək istədiyim odur ki, təşkilatlarınızın təbliğat dairəsini, yaşıdlarınız üzərində təsir dairəsini genişləndirin.

199
00:29:34,280 --> 00:29:38,720
Ola bilsin, qarşınızdakı insan heç təşkilatınızın üzvü olmaya, üzv olmaq istəməyə,

200
00:29:39,160 --> 00:29:50,000
eybi yoxdur, amma islami təşkilatlar elə etməlidir ki, özlərinə daha geniş auditoriyalar qazansınlar, daha geniş auditoriyalara

201
00:29:51,080 --> 00:29:56,880
təsir göstərmək imkanı əldə etsinlər və həmin təsir bayaq qeyd etdiyimdən,

202
00:29:57,720 --> 00:30:08,920
yəni müsəlman gəncin şəxsiyyətini, kimliyini formalaşdırmaqdan ibarət olsun; İslam Respublikasının istədiyi formada,

203
00:30:09,080 --> 00:30:16,680
İslam Respublikasının səciyyələndirdiyi şəkildə; Amerikanın və sionist kapitalistlərin səciyyələndirdiyi şəkildə yox.

204
00:30:17,040 --> 00:30:21,400
Bu, bir vəzifədir, bu işi yerinə yetirməyə çalışmaq lazımdır.

205
00:30:24,360 --> 00:30:31,800
Sizin assosiasiyanın həyata keçirdiyi tədbirlərdən xəbərim var; mənə hesabat da təqdim ediblər;

206
00:30:32,240 --> 00:30:37,840
baxmışam da; yaxşı da hesabatdır; həyata keçirilən tədbirlər də çox yaxşıdır,

207
00:30:39,040 --> 00:30:47,600
amma günü-gündən daha da gücləndirməlisiniz; bu tədbirləri kəmiyyət və keyfiyyət baxımından günü-gündən daha da artırmaq lazımdır.

208
00:30:47,920 --> 00:30:59,920
Ölkənin sizə ehtiyacı var; ölkənin bu gün ölkəmizdə olan milyonlarla şagird və tələbəyə kəskin ehtiyacı var.

209
00:31:00,560 --> 00:31:11,880
Bizim mömin, sədaqətli, optimist, yüksək ruhlu, fəal, təşəbbüskar gənclərə ehtiyacımız var,

210
00:31:12,000 --> 00:31:15,320
ölkənin ehtiyacı var, ölkənin gələcəyinin ehtiyacı var.

211
00:31:17,480 --> 00:31:22,040
Düzdür, İslam Respublikasının artıq 37 yaşı var

212
00:31:22,320 --> 00:31:28,120
və düşmən bütün səylərinə baxmayaraq, bu 37 ildə heç bir qələt edə bilməyib; bu doğrudur,

213
00:31:29,520 --> 00:31:35,760
amma şair demişkən: “Düşməni həqir və biçarə saymaq olmaz” ; daha uzun müddət üçün nəzərdə tutduqları planlar var.

214
00:31:36,640 --> 00:31:44,200
Necə ki biz 50 il bundan sonra haqqında danışırıq – məsələn, mən 3-4 il bundan əvvəl demişdim  ki,

215
00:31:44,480 --> 00:31:49,240
50 il sonra üçün elm sahəsi ilə bağlı planlarımız bunlardır –

216
00:31:49,680 --> 00:31:55,880
yəni necə ki biz gələcək 50 ili düşünürük, onlar da 50 il bundan sonranı düşünür.

217
00:31:57,720 --> 00:32:08,280
Onların da məqsədi var, bu hərəkatın ardıcıl, davamlı olmasını əngəlləmək haqda düşünürlər; belə ki bu hərəkat təkcə İranla məhdudlaşmayıb, təkcə İranda qalmayıb,

218
00:32:09,160 --> 00:32:14,800
davamlı olub və müxtəlif yerlərdə, müxtəlif formalarda genişlənib.

219
00:32:15,040 --> 00:32:22,720
Biz isə buna imkan verməməliyik. Kim imkan verməməlidir?

220
00:32:24,080 --> 00:32:40,400
Siz; siz gənclər; gələcək sizindir. Həm sözün həqiqi mənasında özünüzü bir şəxsiyyət kimi formalaşdırın, həm də sabitqədəm olun.

221
00:32:42,400 --> 00:32:55,160
Sabah universitetə gedəcəksiniz, universitet tələbəsi olmağınız sizdə o dini, inqilabi şəxsiyyəti daha da gücləndirməlidir, zəiflətməməlidir.

222
00:32:55,720 --> 00:33:03,920
Bəzi insanlar belədir; ali məktəbə gedənə qədər bir cür olurlar, universitetə gedəndən  sonra tamam dəyişirlər!

223
00:33:04,840 --> 00:33:11,080
Belə olmamalıdır, bu psixologiya, bu ruhiyyə daha da güclənməlidir. Gedəcəyiniz universitetlər də müsəlman universitetidir,

224
00:33:11,800 --> 00:33:19,720
universitetlər də İslamındır, inqilabındır, bu inqilabçı xalqındır.

225
00:33:21,560 --> 00:33:28,640
Bu mahiyyət, bu kimlik davam etdirilməli, qalıcı olmalıdır; sabitqədəm olun. Sabitqədəm olmaq çox önəmlidir.

226
00:33:30,160 --> 00:33:34,440
Aranızdakı əlaqə də kəsilməsin.

227
00:33:34,840 --> 00:33:43,640
Müsəlman gənclər təşkilatları arasında hazırda mövcud olan əlaqə kəsilməməlidir. Çalışın bu əlaqənizi qoruyub saxlayasınız.

228
00:33:44,560 --> 00:33:54,800
Bu mübarək zənciri, aranızdakı bu əlaqəni qoruyun; həm indi, həm də orta məktəb yolunu başa vurub

229
00:33:55,120 --> 00:34:02,200
tələbəlik yoluna qədəm qoyandan sonra və ya olduğunuz hər bir yerdə.

230
00:34:02,600 --> 00:34:07,560
“Haqqı və səbri tövsiyə edənlər”  – ayəsinin bir nümunəsi olun.

231
00:34:07,800 --> 00:34:17,760
Bir-birini qoruyub yaşatmağa çalışın; eynilə alpinistlərin təhlükəli yüksəkliklərdə

232
00:34:18,800 --> 00:34:30,280
kəndirlə bir-birini kəmərlərinə bağladıqları kimi; beləcə dağın başına çatana qədər birinin ayağı sürüşsə də, aşağı yıxılmır;

233
00:34:33,080 --> 00:34:38,200
bir-birinə kəndirlə bağlı olduqları üçün biri sürüşsə də,

234
00:34:38,320 --> 00:34:45,480
o birilər onu tutub yuxarı çəkir; bağlılıq, əlaqə bax belə bir şeydir.

235
00:34:46,800 --> 00:34:50,240
تَواصَوا بِالحَقِ‌ّ وَ تَواصَوا بِالصَّبر

236
00:34:50,480 --> 00:34:55,600
Bir-birinizə həm haqq yolla getməyi, həm də səbirli olmağı

237
00:34:55,840 --> 00:35:01,560
tövsiyə edin. Səbir – dözümlülük, mübarizlik, sabitqədəmlik,

238
00:35:03,080 --> 00:35:15,080
xoşagəlməz hadisələrlə qarşılaşarkən doğru yoldan sapmamaq, qorxmamaq, tərəddüd  etməmək deməkdir. Mənim sizə demək istədiklərim bax bunlar idi.

239
00:35:18,640 --> 00:35:22,400
Əlbəttə ki, rəsmilərin də öhdəsinə müəyyən vəzifələr düşür.

240
00:35:22,640 --> 00:35:29,800
Sevindirici haldır ki, bu gün Təhsil və Tərbiyə Nazirliyinin başında dindar, imanlı insanlar durur. Bu, bir fürsətdir,

241
00:35:30,680 --> 00:35:42,000
ondan istifadə etmək lazımdır. Hər hansı bir kollektivin rəhbərliyi dindar, imanlı olduqda

242
00:35:42,240 --> 00:35:52,800
bir çox yaxşı işlər görmək imkanı yaranır;  o uşaqlar, mənim o gözəl balalarım, o oğlanla qız

243
00:35:53,160 --> 00:35:59,880
çox gözəl danışdılar; yəni onlar, həqiqətən də, çox düzgün məqamlara toxundular

244
00:36:00,520 --> 00:36:07,280
və mən həm öz idarəmizə, həm də Təhsil və Tərbiyə Nazirliyinə tövsiyə edirəm ki, onların dediyi məqamları

245
00:36:07,520 --> 00:36:11,920
qeyd etsinlər, diqqət yetirsinlər, araşdırsınlar, önə çəksinlər.

246
00:36:12,080 --> 00:36:21,440
Mənim demək istədiyim budur ki, əvvəla təkcə müsəlman gənclər təşkilatlarının yox,

247
00:36:21,800 --> 00:36:32,320
bütün şagirdlərin inqilabi işlərlə məşğul olması üçün asudə vaxt yaratmaq lazımdır.

248
00:36:34,280 --> 00:36:42,000
Təlim və tərbiyənin, ən çox da təlimin metodları elə olmalıdır ki,

249
00:36:42,440 --> 00:36:51,880
şagird gənclərimizin bütün vaxtı, gücü,

250
00:36:52,920 --> 00:37:02,440
istedadı, fiziki və intellektual gücü sırf kitab-dəftərə sərf olunmasın;

251
00:37:03,320 --> 00:37:11,720
bəzən belə olur; görürsən ki, şagirdin bütün fiziki və intellektual gücü, psixologiyasının və əsəblərinin potensialı

252
00:37:11,960 --> 00:37:22,440
kitablara sərf olunur; nə əyləncə üçün, nə idman üçün, nə də inqilabi işlər üçün

253
00:37:22,440 --> 00:37:29,640
asudə vaxtı qalır; bu, bir nöqsandır; elə etsinlər ki, şagirdlərimizin boş vaxtı da qalsın.

254
00:37:29,640 --> 00:37:35,520
Əlbəttə ki, bu, bir-iki günün işi deyil, bunun üçün xüsusi proqram olmalıdır.

255
00:37:36,560 --> 00:37:42,000
Ola bilsin, bugünə-sabaha alınmaz, amma bu istiqamətdə iş görülməlidir.

256
00:37:43,360 --> 00:37:46,960
Uşaqlar inqilabi ruhda yetişdirilməlidir,

257
00:37:47,960 --> 00:37:55,640
ona görə də onlara inqilabi işlər, inqilabi fikirlər üçün boş vaxt imkanı yaratmaq lazımdır; bu, bir.

258
00:37:55,840 --> 00:38:04,120
İkincisi, etibarlı şagird təşkilatlarının fəaliyyəti üçün şərait yaradılmalıdır;

259
00:38:04,240 --> 00:38:10,600
eynilə bu müsəlman şagird təşkilatları kimi, bu assosiasiya kimi; bunlar bir təşkilatdır;

260
00:38:11,040 --> 00:38:17,080
yaxud bəsic – şagird bəsici; təşkilatdır;

261
00:38:17,720 --> 00:38:24,560
etimada layiq və dindar bir təşkilat. Bunlara meydan verilsin, meydan verilsin ki, işləsinlər; şərait yaradılsın,

262
00:38:25,080 --> 00:38:32,760
imkanlar yaradılsın – bu gənclərin də burda qeyd etdiyi kimi – maddi imkanlar, mənəvi imkanlar;

263
00:38:34,280 --> 00:38:39,560
bunlara meydan versinlər, qədrlərini bilsinlər.

264
00:38:40,120 --> 00:38:47,480
Sizdə olan bu stimulu pul,

265
00:38:47,640 --> 00:38:52,360
təbliğat və sairlə də yaratmaq istəsəydik, heç vaxt mümkün olmazdı;

266
00:38:52,560 --> 00:38:57,480
“Yer üzünün bütün sərvətini xərcləsəydin belə, onların qəlbləri arasında ülfət yarada bilməzdin”.

267
00:38:57,680 --> 00:39:04,120
Mən də burda deyirəm: əgər bütün sərvətimizi də xərcləsəydik, bu qədər stimul,

268
00:39:04,320 --> 00:39:09,000
bacarıq, şövq və marağı bir yerə toplaya bilməzdik.

269
00:39:09,440 --> 00:39:20,520
Bu, daxildən qaynayıb daşan bir şeydir; bunu Allah edib; qəlblər Allahın əlindədir; mənim də, sizin də qəlbimiz Allahın əlindədir.

270
00:39:22,080 --> 00:39:28,200
Bunun qədrini bilməliyik. İndi bu uşaqlar meydana atılıblar; gənclərimiz –

271
00:39:28,440 --> 00:39:33,920
istər Müsəlman Tələbə Təşkilatları Assosiasiyasında olsun, istər bəsicdə və sairdə –

272
00:39:35,000 --> 00:39:42,120
gəlib meydana giriblər, Allah naminə, inqilab üçün, ölkə üçün hansısa işlər görmək istəyirlər;

273
00:39:42,680 --> 00:39:52,440
onlara meydan vermək, maddi və mənəvi dəstək olmaq lazımdır.

274
00:39:53,880 --> 00:40:06,240
Üçüncü məqam: bəzi məktəblərdə inqilabi işlərə qarşı çıxırlar; o iki əziz gəncimiz də

275
00:40:06,360 --> 00:40:13,200
burda qeyd etdilər, mən də eşitmişdim, məlumatım var idi.

276
00:40:13,960 --> 00:40:18,840
Tutalım, uşaqlar 22 bəhmən üçün – məsələn deyirəm –

277
00:40:19,240 --> 00:40:22,880
proqram hazırlamaq istəyirlər,

278
00:40:23,120 --> 00:40:30,040
məktəb rəhbərliyi isə onlara kömək etmək əvəzinə, əngəllər yaradır; bəzən hətta rəsmən qarşısı alınır;

279
00:40:30,880 --> 00:40:36,200
yox, bu kimi tendensiyalara qarşı mübarizə aparılmalıdır.

280
00:40:36,520 --> 00:40:42,880
Uşaqlar dərslərini oxumalıdır, lap yaxşı, oxusunlar; mən də dərs oxumağın tərəfdarıyam,

281
00:40:43,600 --> 00:40:48,440
bilirsiniz, amma dərslə yanaşı inqilabi işlər də görülməlidir.

282
00:40:50,400 --> 00:40:54,960
Əzizlərim! Ölkəmizin gəncləri insanda ümid doğurur;

283
00:40:55,560 --> 00:41:01,000
gəncliyimiz ümidvericidir; belə deyil ki, mənim az sayda gənclərin

284
00:41:01,360 --> 00:41:08,240
yanlış yollara getdiyindən, pis işlər gördüyündən xəbərim yoxdur; yox, onlardan da xəbərim var,

285
00:41:08,440 --> 00:41:17,800
amma ölkəmizin gəncliyinə ümumilikdə nəzər salanda Allah-taalaya şükürlər edirəm.

286
00:41:18,600 --> 00:41:22,880
Onları azdırmaq üçün bu qədər amillərin, bu qədər böyük marağın,

287
00:41:23,080 --> 00:41:28,520
əsas diqqətini məhz gənclərin üzərində cəmləmiş

288
00:41:28,680 --> 00:41:34,360
belə geniş düşmən cəbhəsinin mövcud olduğuna baxmayaraq, bizim mömin, dindar, inqilabi ideyaların daşıyıcısı olan,

289
00:41:35,160 --> 00:41:47,480
təvəssül edən, mənəviyyata təşnə və aşiq olan möhtəşəm bir gənclər ictimaiyyətimiz var. Bu, balaca bir şey deyil, çox böyük, önəmli bir məsələdir.

290
00:41:48,360 --> 00:41:56,080
Gənclərimizdən bir qrupu Quranla məşğul olur, bir qrupu etikafı sevir, bir qrupu Ərbəində piyada İmam Hüseyn (ə) məqbərəsinə getməyin həvəskarıdır,

291
00:41:57,600 --> 00:42:05,200
bir qrupu inqilabi meydanlarda çıxış etməyi, inqilabın zahiri atributları üzərində möhkəm durduğunu nümayiş etdirməyi xoşlayır.

292
00:42:05,400 --> 00:42:10,440
Bu, çox möhtəşəm, çox dəyərli bir şeydir. Düşmən bütün bunların əleyhinədir.

293
00:42:11,720 --> 00:42:20,880
Sizə onu da deyim ki, İslam Respublikasının düşməni bu günə qədər həmişə məğlub olub;

294
00:42:21,120 --> 00:42:27,320
buna heç bir şübhə yoxdur; bunu bilin. İndiyə qədər məğlub olub, mən bunu dönə-dönə demişəm,

295
00:42:27,680 --> 00:42:33,120
sübutu da göz qabağındadır; arqumenti açıq-aydındır,

296
00:42:33,240 --> 00:42:36,760
başa düşülməyəsi, qaranlıq, dolaşıq deyil.

297
00:42:36,800 --> 00:42:41,600
Sübutu odur ki, bu inqilab yarandığı,

298
00:42:41,680 --> 00:42:48,240
İslam dövləti qurulduğu zaman onlar ilk gündən bu rejimi yer üzündən silməyi qərara almışdılar;

299
00:42:49,240 --> 00:42:54,440
ən azından inkişafına əngəl olmalı idilər. Aradan 37 il keçib,

300
00:42:54,640 --> 00:43:01,400
bu dövlət günü-gündən inkişaf edərək çiçəklənib, güclənib, bu ağacın gövdəsi yoğunlaşıb,

301
00:43:01,760 --> 00:43:05,640
qol-budaq atıb, düşmən isə heç bir qələt edə bilməyib.

302
00:43:27,000 --> 00:43:32,720
Deməli, indiyə qədər heç nə edə bilməyiblər; özü də təkcə bizdə deyil;

303
00:43:32,760 --> 00:43:39,680
baxın, İslam dünyasında, Livan və Fələstində

304
00:43:40,240 --> 00:43:47,600
mübariz gənclərin əleyhinə nələr etdilər; nəyə nail ola bildilər?

305
00:43:49,360 --> 00:43:58,360
Livanda Hizbullaha qarşı təbliğatla, eləcə də əməli tədbirlərlə nə qədər fəaliyyət göstərdilər,

306
00:43:58,520 --> 00:44:06,360
hədələdilər, təhdidlərini reallaşdırdılar. Buna baxmayaraq, Hizbullar

307
00:44:06,880 --> 00:44:11,640
öz rəşadətli varlığını İslam dünyasında nümayiş etdirir.

308
00:44:12,000 --> 00:44:21,120
İndi tutaq ki, hansısa xaricdən asılı, korrupsion, içi puç, simasız dövlət

309
00:44:22,280 --> 00:44:32,280
neftdən gələn dollarlar hesabına hansısa bəyanatında, məsələn, Hizbullahı ittiham edir. Cəhənnəmə etsin! Nə əhəmiyyəti var?!

310
00:44:32,840 --> 00:44:44,160
Hizbullah orda günəş kimi parlayır. Hizbullah İslam dünyasının qürur mənbəyidir.

311
00:44:45,600 --> 00:44:51,400
Livandakı Hizbullah partiyası, hizbullahçı gənclər bütün İslam dünyasının iftixarıdır.

312
00:44:51,800 --> 00:45:00,880
Onlar 3 ərəb ölkəsinin ordusunun 2-3 döyüşdə görə bilmədiyi bir işi görüblər;

313
00:45:01,440 --> 00:45:09,960
onlar İsraili məğlub ediblər. Onların İsrailə yaşatdığı o məğlubiyyətdən əvvəl

314
00:45:10,600 --> 00:45:20,080
ən azı 2 döyüşdə – birinci döyüşdə ölkələr hamısı gücünü birləşdirməmişdi, amma ikinci döyüşdə

315
00:45:20,440 --> 00:45:28,720
Misir, İordaniya və Suriya İsrailə qarşı hərbi qüvvə çıxarmış və məğlub olmuşdular –

316
00:45:30,040 --> 00:45:38,960
3 ölkənin qoşunu – özü də Misir, Suriya, İrodaniya kimi güclü ordusu olan ölkələr –

317
00:45:40,080 --> 00:45:49,360
sionist rejiminə qarşı qoşun çəkdi, amma müharibəni uduzdu.

318
00:45:49,560 --> 00:45:59,520
Hizbullah isə həmin o İsrail rejimini – hələ bir qədər də gücləndikdən sonra – 33 gün ərzində məğlub etdi. Bu, balaca bir şeydirmi?

319
00:46:00,800 --> 00:46:10,920
Önəmsiz bir faktdırmı? “Onlar İslam dünyasının fəxridir” desək, yanlış olarmı?

320
00:46:11,480 --> 00:46:18,120
Hardasa bir tör-töküntü onları qınayırsa da, qoy qınasın, nə önəmi var?

321
00:46:21,080 --> 00:46:25,680
Həqiqət getdikcə genişlənməkdə, yüksəlməkdədir.

322
00:46:26,960 --> 00:46:34,960
Həqiqət öz yolunda hansısa çətinliklərlə üzləşə bilər, amma sonda qələbə qazanacaq.

323
00:46:35,840 --> 00:46:39,840
Quran buyurur: فَاَمَّا الزَّبَدُ فَيَذهَبُ جُفآء

324
00:46:40,400 --> 00:46:50,760
Suyun üstündəki köpük zahirən diqqət çəkir; çayın üzərinə baxanda

325
00:46:51,240 --> 00:47:00,280
su qaynayıb bir-birinə toxunduğu zaman çoxlu köpük görünür, amma bu köpük qalıcı deyil.

326
00:47:01,400 --> 00:47:04,360
فَاَمَّا الزَّبَدُ فَيَذهَبُ جُفآء

327
00:47:04,680 --> 00:47:08,840
O köpük çıxıb gedir, məhv olur.

328
00:47:09,120 --> 00:47:12,840
وَ اَمّا مايَنفَعُ النّاسَ فَيمکُثُ  فِي الاَرض

329
00:47:13,520 --> 00:47:23,480
Xeyirli olan, insanların həyatı üçün əhəmiyyətli olan, yəni o saf, axar su isə qalır.

330
00:47:24,960 --> 00:47:31,480
Həqiqət də belədir, həqiqət qələbə qazanacaq,

331
00:47:31,600 --> 00:47:39,000
həqiqət öz hədəflərinə çatacaq. Bəli, yolunda problemlər, çətinliklər olur.

332
00:47:40,120 --> 00:47:52,840
Şərti budur ki, o problemlər qarşısında təslim olmasın; haqqın əsgəri, haqqın zabiti, haqq yolun yolçusu bu problemlər qarşısında özünü itirməsin.

333
00:47:53,000 --> 00:48:01,000
Özünü itirməyib çətinliklər qarşısında dözdüsə, nəticə əldə edəcək;

334
00:48:02,280 --> 00:48:06,880
necə ki əldə edib də; istər ilkin İslam dövründə,

335
00:48:07,120 --> 00:48:13,640
istər müqavimətin olduğu hər bir dövrdə, istərsə də maddiyyatın üstünlüyü dövrü olan müasir dövrümüzdə.

336
00:48:13,760 --> 00:48:20,200
Əzizlərim, həqiqət sizə aiddir, siz haqq yolun yolçususunuz. Gələcək sizindir.

337
00:48:20,680 --> 00:48:29,440
İnşallah, elə bir gün gələcək ki, sizin mübarizliyinizin bərəkəti sayəsində  bu çətinliklər də azalacaq,

338
00:48:29,760 --> 00:48:36,200
getdikcə azalıb tədricən aradan gedəcək və inşallah, siz zirvədə olacaqsınız.

339
00:48:56,920 --> 00:49:02,840
Bu gün bura gəlməmiş uşaqlara mənim salamımı çatdırın.

340
00:49:03,200 --> 00:49:08,880
Dedilər ki, bu görüş hər il keçirilsin. İndi dəqiq tarixi nə vaxt olar,

341
00:49:09,200 --> 00:49:14,040
bilmirəm, amma mənim sözüm yoxdur, sizi nə qədər tez-tez görsək, bizim üçün də yaxşıdır.

342
00:49:14,480 --> 00:49:17,280
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.