1
00:00:09,940 --> 00:00:12,200
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:15,340 --> 00:00:18,680
الحمد لله ربّ العالمين

3
00:00:20,200 --> 00:00:27,850
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم محمّد

4
00:00:37,800 --> 00:00:42,480
و علي آله الاطيبين الاطهرين المنتجبين

5
00:00:45,370 --> 00:00:48,770
لهداة المهديين المعصومين

6
00:00:50,280 --> 00:00:54,540
سيّما بقية الله في الارضين

7
00:00:59,680 --> 00:01:03,600
اللّهمّ صلّ علي فاطمة بنت محمّد

8
00:01:05,770 --> 00:01:09,740
اللّهمّ صلّ علي فاطمة بنت رسولک

9
00:01:10,770 --> 00:01:17,570
و زوجة وليّک الطّهرة الطّاهرة المطهّرة

10
00:01:19,940 --> 00:01:30,000
التّقيّة النّقيّة الزّکيّة سيّدة نساء اهل الجنّة اجمعين

11
00:01:36,310 --> 00:01:41,020
اللّهمّ صلّ علي وليّک عليّ بن موسي‌

12
00:01:44,400 --> 00:01:49,340
صلاةً دائمةً بِدَوام مُلکِکَ و سُلطانِک

13
00:01:52,280 --> 00:01:56,620
اللّهمّ سَلِّم علي وَليّک عليّ بن موسي‌

14
00:01:58,480 --> 00:02:05,540
سلاماً دائماً بِدَوام مَجدِک و عظمتک و کبريائک

15
00:02:13,360 --> 00:02:29,200
Allah taalaya şükürlər olsun ki, hicri şəmsi ilinin başlanğıcında

16
00:02:32,120 --> 00:02:45,160
siz əziz Məşhəd əhalisi, ziyarətçilərlə

17
00:02:46,040 --> 00:02:59,880
və ölkənin digər yerlərindən bu müqəddəs vilayətə ziyarətə gəlmiş insanlarala bir daha görüşmək fürsətini mənə nəsib etdi.

18
00:03:00,440 --> 00:03:12,320
Əvvəla yeni il münasibəti ilə bütün qardaş və bacıları yenidən təbrik edirəm.

19
00:03:13,200 --> 00:03:19,680
Bu ilin özünəməxsusluğu bundan ibarətdir ki,

20
00:03:21,240 --> 00:03:32,320
həm ilin başlanğıcı, həm də ilin sonu yenidən – hicri qəməri təqviminə əsasən –

21
00:03:32,680 --> 00:03:45,600
möhtərəm Həzrəti-Fatimeyi-Zəhranın (s)

22
00:03:46,920 --> 00:03:53,080
doğum günü ilə üst-üstə düşərək sona çatacaqdır.

23
00:03:55,880 --> 00:04:08,880
Allah taaladan istəyim budur ki, iki dünya xanımı

24
00:04:08,880 --> 00:04:15,680
Həzrəti-Fatimeyi-Zəhranın(s) hörmətinə xatır

25
00:04:16,800 --> 00:04:27,600
bu ili həm İran xalqına, həm dünya müsəlmanlaına

26
00:04:28,480 --> 00:04:40,240
həm də Əhli – beyt aşiqləri üçün bərəkətli etsin. Və bu mübarək mövludun bərəkətindən

27
00:04:40,240 --> 00:04:45,320
inşaallah hamı istifadə edərək yararlansın.

28
00:04:46,800 --> 00:04:58,600
Bu ilki səfərimdə və bu görüşdə yoxluğunu hiss etdiyim yeganə şəxs –

29
00:04:59,400 --> 00:05:04,880
alim, mücahid, mübariz və bu müqəddəs məqbərənin

30
00:05:05,520 --> 00:05:18,280
ixlaslı qulluqçusu olan - əziz qardaşım cənab Təbəsinin yoxluğudur.

31
00:05:20,360 --> 00:05:26,480
Onun varlığı bizim üçün bir nemət idi;

32
00:05:28,040 --> 00:05:32,840
o, İslam İnqilabının öncüllərindən hesab olunurdu

33
00:05:35,160 --> 00:05:48,120
və yoxluğu onu tanıyan hər bir insan üçün sözün həqiqi mənasında böyük bir itkidir.

34
00:05:49,560 --> 00:06:00,360
Allah taaladan istəyim budur ki, onun pak ruhunu

35
00:06:01,280 --> 00:06:10,400
Həzrəti-Əbulhəsən Rzanın (ə) lütfünün kölgəsində rahatlıq bəxş etsin, ona öz rəhmət və mərhəmətini nəsib etsin.

36
00:06:13,960 --> 00:06:23,120
Bu günkü söhbətimi bu ilin şüarının seçimi ilə başlayıram

37
00:06:27,240 --> 00:06:39,080
və davamında da buraya toplaşan siz əziz qardaş və bacılar

38
00:06:41,040 --> 00:06:49,240
və bu söhbəti sonradan eşidəcək insanlar üçün inşaallah bəzi izahatlar verəcəyəm.

39
00:06:52,040 --> 00:07:02,360
Söhbətimin güclü arqumentlər, dərin məntiq əsasında qurmaq istəyirəm.

40
00:07:04,400 --> 00:07:16,320
Çünki hazırda şüar xarakterli söhbətlər, fikirlər xalqımızın düşüncəsində özünə bir o qədər də yer tuta bilmir.

41
00:07:17,680 --> 00:07:25,320
Xalqımız, gənclər, ictimaiyyətin hər bir üzvü düşüncə sahibidir

42
00:07:26,960 --> 00:07:34,720
və ətrafdakı hadisələrə dəlil və məntiq prizmasından yanaşırlar.

43
00:07:36,960 --> 00:07:46,560
Buna görə də mən fikirlərimi əziz xalqımın düşüncəsinə uyğun olaraq,

44
00:07:48,840 --> 00:07:54,120
məntiqə əsaslanaraq izah edəcəyəm.

45
00:07:57,880 --> 00:08:09,400
Bu ilin şüarını iqtisadiyyatla bağlı seçməyimin səbəbi də

46
00:08:10,760 --> 00:08:19,320
ölkənin ümumi vəziyyətinə nəzər salmağım, prosesləri ümumilikdə analiz etməyimdir.

47
00:08:22,240 --> 00:08:40,680
Bəlkə də, bəzi insanlar mənim bu ilin şüarını seçərkən mədəni,

48
00:08:41,520 --> 00:08:53,320
yaxud əxlaqi mövzulara üstünlük verəcəyimi düşünüblər, lakin mən ölkədəki məsələləri ümumilikdə diqqətə alaraq,

49
00:08:55,240 --> 00:09:03,840
bundan öncəki bir neçə ildə olduğu kimi, bu il də

50
00:09:05,200 --> 00:09:17,400
yeni ilin ölkədə, ictimaiyyət arasında bir diskurs şəklində yayılmalı olan şüarını

51
00:09:18,080 --> 00:09:24,000
iqtisadiyyatla bağlı seçdim. Bu barədə ətraflı danışacağam

52
00:09:25,160 --> 00:09:38,800
və istəyirəm ki, əziz gənclərimiz də məndən eşitdiklərini analiz edərək üzərində fikirləşsinlər.

53
00:09:41,600 --> 00:09:55,080
Hazırda imperialistlərin, xüsusilə də Amerikanın yürütdüyü siyasət

54
00:09:56,520 --> 00:10:07,040
xalqımızın beyninə xüsusi bir düşüncənin yeridilməsini tələb edir;

55
00:10:07,400 --> 00:10:19,840
bu düşüncə öncə ictimaiyyətin ziyalılarının, daha sonra isə tədricən

56
00:10:21,000 --> 00:10:28,280
bütövlükdə toplumun zehninə aşılanmalıdır.

57
00:10:31,200 --> 00:10:40,200
Onların nəzərdə tutduqları siyasət, İran xalqında

58
00:10:41,400 --> 00:10:50,880
bir dilemma qarşısında olduğu, bundan başqa çıxış yolunun olmadığı təsəvvürünü yaratmaqdan ibarətdir.

59
00:10:52,760 --> 00:11:00,320
Həmin dilemma isə budur: İran xalqı ya Amerika ilə razılaşmalı

60
00:11:02,120 --> 00:11:10,160
ya da Amerikanın təzyiqlərinə və onun yaratdığı problemlərə həmişəlik dözməlidir;

61
00:11:11,520 --> 00:11:18,160
bu ikisindən birini seçməlidir; onların istədikləri budur.

62
00:11:18,680 --> 00:11:26,400
Sözsüz ki, Amerika ilə anlaşmaq başqa hər hansı bir ölkə ilə anlaşmaq kimi deyil.

63
00:11:27,280 --> 00:11:38,200
Çünki Amerika dövləti böyük maddi sərvətə, geniş təbliğat sisteminə,

64
00:11:38,640 --> 00:11:44,760
təhlükəli silahlara və bir çox imkanlara malikdir,

65
00:11:45,000 --> 00:11:56,320
Amerika ilə razılaşmaq, bu dövlətin bir sıra məcburiyyətlərini çarəsizlikdən qəbul etmək anlamına gəlir.

66
00:11:58,960 --> 00:12:07,080
Amerika ilə anlaşmanının mahiyyəti bundan ibarətdir və bu siyasəti hər bir ölkəyə tətbiq edirlər.

67
00:12:08,480 --> 00:12:15,640
Digər ölkələr üçün Amerika ilə razılaşmağın mənası budur ki,

68
00:12:16,840 --> 00:12:24,440
qarşı tərəf (Amerika) hansısa bir məsələdə onların xeyrinə lazımı güzəştə getmədən,

69
00:12:25,440 --> 00:12:39,360
həmin ölkələr müqabil tərəfin xeyrinə öz mövqeyindən geri çəkilsin.

70
00:12:41,440 --> 00:12:50,360
Elə sonuncu nüvə razılaşmasında da - bu razılaşmanı təsdiqlədiyimizə,

71
00:12:51,720 --> 00:13:04,000
danışıqlarda iştirak edən rəsmiləri də qəbul etdiyimizə, onların etimada layiq insanlar olduğunu elan etdiyimizə baxmayaraq – burada da məsələ eynilə belə idi.

72
00:13:05,320 --> 00:13:21,400
Möhtərəm Xarici İşlər Naziri müəyyən məqamlarda mənə bildirdi ki, məsələn, anlaşmada bu yeri, ya da bu qırmızı xətti biz artıq qoruya bilmədik.

73
00:13:22,280 --> 00:13:32,000
Bunun mənası elə budur; yəni qarşı tərəf Amerika kimi –

74
00:13:32,920 --> 00:13:38,680
təbliğat vasitələrinə, geniş imkanlara, sərvətə, aktiv diplomatiyaya,

75
00:13:39,560 --> 00:13:47,400
müxtəlif qlobal siyası faktorlara malik, ölkələri təzyiq altında saxlayan bir dövlətlə üz-üzə gələndə,

76
00:13:48,960 --> 00:14:02,080
onunla anlaşmaya gedəndə qarşı tərəf israrlı olduğu bəzi məsələlərdə güzəştə getmək məcburiyyətində qalır.

77
00:14:05,520 --> 00:14:16,320
Amerikanın yürütdüyü siyasətə əsasən, bu, xalqımızın zehninə

78
00:14:17,080 --> 00:14:26,200
labüd və qaçılmazmış kimi sırınmağa çalışan bir dilemmadır:

79
00:14:26,920 --> 00:14:37,080
ya Amerikanın bir çox istəklərinin qarşısında geri çəkilməli,

80
00:14:38,320 --> 00:14:48,080
ya da Amerikanın təzyiqlərinə, təhdidlərinə, ona müxalif çıxmaqdan doğan zərərlərə dözməli, qatlaşmalıyıq.

81
00:14:48,480 --> 00:14:58,320
Onlar ilk öncə bunu diskurs formasında ictimaiyyətin ziyalıları arasında,

82
00:14:58,520 --> 00:15:06,480
daha sonra isə tədricən xalq arasında yaymaq və toplumun düşüncəsinə aşılamaq niyyətindədirlər.

83
00:15:08,600 --> 00:15:19,080
Ölkə daxilində və xaricində artıq bu düçüncəni geniş surətdə,

84
00:15:21,120 --> 00:15:27,760
fəqli formalarda, müxtəlif çıxışlarla,

85
00:15:28,840 --> 00:15:34,680
sosial şəbəkələr vasitəsi ilə yaymaqdadırlar;

86
00:15:36,720 --> 00:15:44,400
bu fikri xalqımız arasında yaymaq üçün müəyyən insanlar da seçiblər.

87
00:15:44,600 --> 00:15:54,440
Qeyd etdiyim kimi bu düşüncəni daxildə də qəbul edən, qəbul etmiş

88
00:15:55,160 --> 00:15:58,640
və başqalarına da qəbul etdirməyə çalışan müəyyən qüvvələr vardır.

89
00:15:59,080 --> 00:16:03,160
Diqqətiniz məndə olsun,

90
00:16:04,080 --> 00:16:16,040
qarşı tərəfin nə demək istədiyini söyləyim, sonra həqiqət nəyi tələb edirsə, sonra həqiqət nəyi tələb edirsə, onu da deyəcəyəm.

91
00:16:16,240 --> 00:16:24,160
Qarşı tərəfin, yəni həmin təbliğat sturukturu, beyin və mərkəzi deyir:

92
00:16:24,960 --> 00:16:32,960
İran geniş iqtisadi potensiala malik bir ölkədir

93
00:16:33,640 --> 00:16:45,400
və onunla nüvə sahəsində anlaşma əldə etməkdə bizim məqsədimiz bu ölkənin həmin potensialdan istifadə edə bilməsinə şərait yaratmaqdır;

94
00:16:45,600 --> 00:16:52,960
bəli, bu razılaşma reallaşdı, amma bu, kifayət etmir, bir sıra başqa məsələlər də var ki,

95
00:16:54,080 --> 00:17:03,960
İran xalqı, dövləti, rəsmiləri onların həlli üçün qərarlar qəbul edib addım atmalıdır;

96
00:17:04,200 --> 00:17:11,240
məsələn, götürək elə bu gün Qərbi Asiya regionunda

97
00:17:11,440 --> 00:17:16,400
(yəni qərblilərin Yaxın Şərq adlandırdıqları regionda) gedən prosesləri;

98
00:17:17,880 --> 00:17:25,400
burada çoxlu münaqişələr, iğtişaşlar, narahatlıqlar var; bəli, bu problem bütün regiona aiddir

99
00:17:26,240 --> 00:17:31,480
və əgər siz də bu problemin ölkənizdən yan keçməsini istəyirsizsə

100
00:17:31,760 --> 00:17:36,840
bu münaqişələrin yatışmasına, durdurulmasına çalışmalısınız.

101
00:17:37,040 --> 00:17:42,960
Yaxşı, bəs bunun üçün nə etmək lazımdır? Amerika ilə əməkdaşlıq etmək, həmfikir olmaq, birgə iclaslar keçirərək müzakirələr aparmaq

102
00:17:43,640 --> 00:17:51,880
və Amerikanın istəyinə, yaxud onunla bağlanacaq bir razılaşmaya əsasən problemlərin həlli üçün bir model seçmək; bu, bir məsələ.

103
00:17:54,640 --> 00:18:02,960
və Amerikanın istəyinə, yaxud onunla bağlanacaq bir razılaşmaya əsasən problemlərin həlli üçün bir model seçmək; bu, bir məsələ.

104
00:18:04,840 --> 00:18:10,480
Onlar, mütləq, həll olunaraq tamamlanmalıdır. İndi fərz edin ki, həmin ixtilafların həlli üçün

105
00:18:11,880 --> 00:18:19,000
məsələn, əgər İran xalqı öz prinsiplərindən,

106
00:18:19,240 --> 00:18:23,080
“qırmızı xətt”lərindən əl çəkmək məcburiyyətində qalarsa belə bunu etməlidir;

107
00:18:24,880 --> 00:18:33,760
halbuki qarşı tərəf öz prinsip və dəyərlərində heç bir güzəştə getmir. Biz isə lazım gələrsə

108
00:18:34,000 --> 00:18:36,120
problemlərin çözülməsi üçün -

109
00:18:36,800 --> 00:18:42,800
məsələn ölkə iqtisadiyyatının güclü bir iqtisadiyyata çevrilməsi üçün – biz geri çəkilməli,

110
00:18:42,920 --> 00:18:48,320
güzəştə getməliyik ki, nəticədə ölkə öz potensialından istifadə edə bilsin. Onların demək istədikləri budur.

111
00:18:51,200 --> 00:19:00,400
Buna əsasən də nüvə məsələsində razılıq əldə olundu və bu razılaşmanı “Birgə Kompleks Tədbirlər Planı” adlandırdıq;

112
00:19:01,320 --> 00:19:10,560
amma belə çıxır ki, bununla yanaşı, bizim rahat şəkildə yaşaya bilməyimiz üçün başqa tədbir planları, məsələn,

113
00:19:10,920 --> 00:19:19,240
regiona aid bir BKTP, ölkə konstitusiyası ilə bağlı bir BKTP, beləcə 2-ci, 3-cü, 4-cü və sair BKTP-lər yaradılmalıdır.

114
00:19:19,440 --> 00:19:27,280
Bu bir məntiqdir, həmin mətiqi ziyalılar arasında yaydıqdan sonra

115
00:19:28,360 --> 00:19:37,440
onların vasitəsi ilə toplumun zehninə aşılamağa çalışırlar. Bəs bu sözün arxasında duran məna nədən ibarətdir?

116
00:19:39,320 --> 00:19:48,600
Bu sözün mənası odur ki, İslam Respublikası İslam dininin hökmlərinə və

117
00:19:49,280 --> 00:19:57,840
İslam Respublikası quruluşunun özünəməxsus, qabarıq xüsusiyyətlərinə əsasən

118
00:19:58,360 --> 00:20:04,880
rəhbər tutduğu prinsiplərdən, Fələstin məsələsindən əl çəkməli,

119
00:20:05,760 --> 00:20:11,960
regionda imperialist dövlətlərə qarşı gedən mübarizəni dəstəkləməkdən geri çəkilməli,

120
00:20:12,840 --> 00:20:19,760
məntəqənin Fələstin, Qəzza,

121
00:20:20,360 --> 00:20:29,520
Yəmən, Bəhreyn kimi müdafiəsiz xalqlarına siyasi dəstək göstərməməli, himayədarlıq etməməli

122
00:20:31,280 --> 00:20:37,360
və öz arzu və istəklərini balanslaşdırmaqla

123
00:20:38,160 --> 00:20:47,480
bir qədər qarşı tərəfin, yəni Amerikanın reallaşmasını istədiyi maraqlara yaxınlaşmalıdır.

124
00:21:04,960 --> 00:21:16,800
Bu sözün mənası odur ki, hazırda regionun bəzi ölkə və dövlətləri

125
00:21:19,320 --> 00:21:27,200
öz xalqlarının istək və tələblərinin, eləcə də İslam qanunlarının əksinə gedərək

126
00:21:27,600 --> 00:21:37,160
sionist rejimi ilə razılaşıb Fələstin məsələsini arxa planda saxladıqları kimi,

127
00:21:37,320 --> 00:21:42,040
İslam Respublikası da bu cür etməlidir;

128
00:21:44,240 --> 00:21:54,520
bu sözün mənası odur ki, bu gün bəzi ərəb dövlətləri həyasızcasına

129
00:21:55,880 --> 00:22:00,960
sionist düşmənə dostluq əlini uzatdıqları kimi,

130
00:22:01,760 --> 00:22:08,400
İslam dövləti də sionist düşmən ilə barışıb razılaşmalıdır.

131
00:22:10,920 --> 00:22:14,240
Əlbəttə, məsələ bunlarla bitmir;

132
00:22:15,400 --> 00:22:23,400
düşmənin siyasi analizində irəli sürülən iddiaların mənası

133
00:22:24,120 --> 00:22:31,840
budur ki, əgər Amerika istəyərsə, İslam dövləti hətta

134
00:22:32,240 --> 00:22:37,360
öz müdafiə mexanizmlərindən belə əl çəkməlidir.

135
00:22:37,840 --> 00:22:46,440
Özünüz də gördünüz ki, raket məsələsinə görə dünyada necə qalmaqal yaratdılar:

136
00:22:47,440 --> 00:22:53,280
İslam Respublikasının niyə raketi var? Niyə uzaqmənzilli raketi var?

137
00:22:53,760 --> 00:23:04,760
Niyə İslam Respubikasının hazırladığı raket hədəfi düzgün təyin edir və dəqiq nişan alır?

138
00:23:05,200 --> 00:23:10,640
Niyə sınaq təlimləri keçirdiniz? Niyə görə hərbi təlimlər keçirirsiniz? Niyə? Niyə? Niyə?

139
00:23:11,960 --> 00:23:23,560
Amerikalılar ölkələrindən kilometrlərlə uzaq olan Fars körfəzində

140
00:23:23,680 --> 00:23:33,800
vaxtaşırı region ölkələrindən biri ilə birgə hərbi təlim keçirirlər –

141
00:23:34,040 --> 00:23:37,000
halbuki onlar burada heç bir səlahiyyətə malik deyillər –

142
00:23:37,600 --> 00:23:47,280
İslam Respublikası öz evində, öz ərazisində, hava və su sərhədləri daxilində hərbi təlim keçirir,

143
00:23:47,520 --> 00:23:52,960
onlar da “niyə təlim keçirdiniz”, “niyə bu addımı atdınız”,

144
00:23:53,200 --> 00:23:58,160
“niyə dəniz qüvvələriniz (yaxud hərbi hava qüvvələriniz) bu işi gördü?” – deyə qalmaqal yaradırlar.

145
00:23:58,360 --> 00:24:07,360
Düşmənin apardığı təhlilin mənası budur ki, biz bütün bunlardan əl çəkməliyik.

146
00:24:09,520 --> 00:24:16,520
Məsələ daha da ciddidir;

147
00:24:17,200 --> 00:24:25,840
tədricən onlar mövzunu bu istiqamətə çəkəcəklər ki, ümumiyyətlə  “Qüds” briqadası nə üçün təşkil olunub,

148
00:24:26,160 --> 00:24:37,480
Keşikçi Korpusunu nə üçün yaratmısınız, nəyə görə İslam Respublikasının daxili siyasəti

149
00:24:37,960 --> 00:24:46,160
konstitusiyaya əsasən İslam dini ilə uyğunlaşdırılmalıdır; məsələ bu yerlərə qədər gedib çatacaq.

150
00:24:47,240 --> 00:24:56,160
Siz düşmənə müqavimət göstərmək iqtidarında olduğunuz halda – bir az sonra bunu da şərh edəcəyəm –

151
00:24:56,960 --> 00:25:02,960
geri çəkilsəniz, düşmən üstünüzə doğru irəliləyəcəkdir; düşmən heç vaxt dayanmır.

152
00:25:03,640 --> 00:25:14,000
Yavaş-yavaş işi o yerə catdırıb deyəcəklər ki, “siz ki deyirsiniz İslam Respublikası, bu ölkədə parlament,

153
00:25:14,760 --> 00:25:22,520
ədliyyə strukturu İslam qanunlarına və şəriətinə əsasən yönləndirilməlidir, bunlar azadlıq prinsiplərinin ziddinədir

154
00:25:23,280 --> 00:25:28,240
və liberalizm dəyərləri bunları qəbul etmir”. Tədricən bura da çatacaqlar.

155
00:25:29,480 --> 00:25:36,200
Əgər düşmənin önündən geri çəkilsəniz, onlar üstümüzə doğru irəliləyərək deyəcəklər ki,

156
00:25:36,400 --> 00:25:43,760
Keşikçi Şuranın cəmiyyətdəki rolu nədən ibarətdir, Keşikçi Şura

157
00:25:44,360 --> 00:25:50,960
şəriətə zidd olan qanunları nəyə görə qəbul etmir? Söhbət bundan gedir.

158
00:25:50,960 --> 00:26:02,600
Dəfələrlə qeyd etdiyim kimi, bu, İslam Respublikasının mahiyyətinin dəyişilməsi deməkdir.

159
00:26:03,520 --> 00:26:07,640
Yəni İslam Respublikası özünü formal olaraq qoruya bilsə də,

160
00:26:08,640 --> 00:26:15,240
faktiki olaraq öz mahiyyətindən tamamilə məhrum olacaqdır. Düşmən də bunu istəyir.

161
00:26:16,120 --> 00:26:29,720
Düşmənsayağı aparılan ziyalıların düşüncəsinə,

162
00:26:30,200 --> 00:26:34,480
xalqın düşüncəsinə yeridilməyə çalışan bu təhlilin mənası odur ki,

163
00:26:35,160 --> 00:26:42,720
əgər İslam Respublikası və İran xalqı Amerika sarıdan gələn təhlükələrdən amanda qalmaq istəyirsə,

164
00:26:43,480 --> 00:26:49,640
İslam dövlətinin mahiyyətindən, İslam dinindən,

165
00:26:50,240 --> 00:26:55,800
dini təlimlərdən, öz milli təhlükəsizliyindən əl çəkməlidir.

166
00:26:57,720 --> 00:27:05,400
Bu təhlildə diqqətdən kənarda qalan

167
00:27:06,040 --> 00:27:12,240
bir neçə başqa mətləb də var ki, onlardan birinə toxunmaq istəyirəm.

168
00:27:12,960 --> 00:27:22,520
Belə ki bizim “5+1” ölkələri ilə nüvə danışıqları məsələsində amerikalılarla əldə etdiyimiz razılaşmada

169
00:27:23,680 --> 00:27:31,800
amerikalılar öz öhdəliklərinə əməl etmədilər

170
00:27:33,160 --> 00:27:36,320
və görülməsi lazım olan işləri görmədilər.

171
00:27:38,800 --> 00:27:47,240
Bəli, möhtərəm Xarici İşlər Nazirimizin dediyi kimi, kağız üzərində bir sıra işlər gördülər,

172
00:27:47,400 --> 00:27:57,280
amma saysız-hesabsız dolaşıq yollarla İslam Respublikasının  hədəflərinin reallaşmasını əngəllədilər.

173
00:27:58,960 --> 00:28:09,080
Bu gün başdan-başa bütün Qərb ölkələrinə, onların nəzarətdə saxladığı şirkətlərə baxın,

174
00:28:09,960 --> 00:28:14,640
bizim bank mübadilələrimiz problemlərlə üzləşir,

175
00:28:14,920 --> 00:28:20,280
banklarındakı əmanətlərimizi geri qaytarmaqda çətinliklərlə rastlaşırıq,

176
00:28:20,720 --> 00:28:27,880
banklar vasitəsi ilə görüləsi müxtəlif ticarət əməliyyatlarında maneələr yaradılır;

177
00:28:28,720 --> 00:28:32,760
araşdırma aparıb səbəbini soruşduqda

178
00:28:33,000 --> 00:28:35,480
məlum olur ki, amerikalılardan çəkinirlər.

179
00:28:36,240 --> 00:28:43,920
Amerikalılar sanksiyaları qaldıracaqlarını demişdilər, kağız üzərində qaldırdılar da,

180
00:28:44,760 --> 00:28:54,720
amma digər tərəfdən sanksiyaların qaldırılmasının öz təsirini tam olaraq göstərməməsi, gözlənilən nəticənin reallaşmaması üçün cürbəcür işlər görürlər.

181
00:29:17,400 --> 00:29:24,840
Buna görə də hansısa məsələ ilə bağlı

182
00:29:25,120 --> 00:29:31,080
amerikalılarla oturub müzakirələr edərək ortaq məxrəcə gəlməyin,

183
00:29:31,800 --> 00:29:36,640
yəni qarşılıqlı surətdə hansısa öhdəçiliklər götürməyin mümkünlüyünə inanan insanlar

184
00:29:37,240 --> 00:29:46,080
yaddan çıxarırlar ki, biz istər-istəməz bütün öhdəçiliklərimizi yerinə yetirməyə məcbur qalırıq,

185
00:29:46,240 --> 00:29:54,320
qarşı tərəf isə müxtəlif yollarla, cürbəcür metodlarla, hiylə ilə, saxtakarlıqla

186
00:29:55,680 --> 00:30:04,000
bu işdən boyun qaçırır, öhdəliklərinə əməl etmir.

187
00:30:04,240 --> 00:30:11,520
Bu gün biz bax belə bir vəziyyətin şahidiyik; yəni sırf zərərdir.

188
00:30:13,720 --> 00:30:19,160
Amma məsələ bununla da bitmir.

189
00:30:19,480 --> 00:30:29,160
Mən şah diktaturası haqqında anlayışı olmayan,

190
00:30:29,440 --> 00:30:32,880
diktatura dövrünü görməmiş,

191
00:30:34,120 --> 00:30:42,560
İslam İnqilabının qələbəsi ilə bu ölkədə hansı hadisələrin baş verdiyindən xəbərsiz olan əziz gənclərimizə

192
00:30:43,080 --> 00:30:48,320
bir neçə mətləbi şərh etməyi lazım bilirəm.

193
00:30:49,000 --> 00:30:55,160
Diqqət edin; bizim yaşadığımız bu regionda – Qərbi Asiyada –

194
00:30:55,800 --> 00:31:02,960
sizin əziz ölkəniz olan İran regionun gözüdür:

195
00:31:04,240 --> 00:31:12,200
məşhur ifadə ilə desək, strateji mövqeyi baxımından

196
00:31:12,520 --> 00:31:19,280
misilsiz bir ölkədir; zəngin neft və qaz resursları baxımından da

197
00:31:20,160 --> 00:31:27,920
bütün bu regionda, bir baxımdan da bütün dünyada üstündür;

198
00:31:29,520 --> 00:31:35,440
neft və qazdan başqa digər zəngin resursları da vardır.

199
00:31:36,400 --> 00:31:42,800
Zəngin tarixi irsi, istedadlı insan resursları ilə böyük bir dövlətdir.

200
00:31:43,080 --> 00:31:55,120
Bura regionun gözüdür və bu önəmli ərazi bir zamanlar tamamilə amerikalıların nəzarətində olub,

201
00:31:55,880 --> 00:32:03,640
amerikalılar bu ölkədə istədikləri hər bir işi görüblər:

202
00:32:04,840 --> 00:32:08,760
ölkəni qarət edir, sərvətini aparırdılar;

203
00:32:09,000 --> 00:32:17,720
istismarçı, müstəmləkəçi bir dövlətin zəif bir ölkədə gördüyü bütün işləri

204
00:32:17,720 --> 00:32:25,440
onlar da burada həyata keçirir, ölkəni öz əllərində, güclü pəncələri arasında  saxlayırdılar.

205
00:32:26,040 --> 00:32:31,680
Belə bir vaxtda İslam İnqilabı yetişərək bu ölkəni onların pəncəsindən dartıb aldı.

206
00:32:32,800 --> 00:32:38,120
Elə buna görə də İslam İnqilabına qarşı olan kin, nifrət Amerika siyasətinin canından çıxmır.

207
00:32:39,960 --> 00:32:47,480
Onların düşmənçiliyi yalnız həmin dominantlığı bu ölkədə

208
00:32:48,120 --> 00:32:56,320
yenidən bərpa edəcəkləri gün sona çatacaq; onların hədəfi budur, bu məqsədi reallaşdırmağın ardıncadırlar.

209
00:32:57,240 --> 00:33:05,200
Əlbəttə, siyasətçidirlər, diplomatdırlar, siyasi işlərdə peşəkardırlar

210
00:33:05,720 --> 00:33:12,920
və hansısa məqsədə çatmaq üçün bir yol olduğunu və həmin hədəfə doğru tədricən, özünəməxsus yollarla hərəkət etmək lazım olduğunu bilirlər;

211
00:33:13,080 --> 00:33:21,800
hal-hazırda da bu işi görməkdədirlər. Buna görə də biz gözümüzü dörd açmalı, diqqətli olmalıyıq.

212
00:33:23,880 --> 00:33:31,000
İslam Respublikası onların əlindən yalnız İranı çıxartmadı,

213
00:33:31,920 --> 00:33:41,680
göstərdiyi igidlik və dirəniş ruhiyyəsi ilə – az sonra bu barədə də danışacağam –

214
00:33:42,600 --> 00:33:46,800
başqa ölkələri də müqavimətə ruhlandırdı.

215
00:33:47,520 --> 00:33:55,440
Hazırda siz özünüz də regionun bir çox ölkələrində, hətta regiondan kənarda da

216
00:33:55,800 --> 00:33:59,680
“Amerikaya ölüm!” şüarının səsləndirildiyinin, Amerika bayrağının yandırılmasının şahidi olursunuz.

217
00:34:00,360 --> 00:34:06,240
İran xalqı onlara qarşı müqavimət göstərməyin mümkün olduğunu nümayiş etdirdi, başqa ölkələr də bunu öyrəndilər,

218
00:34:06,480 --> 00:34:09,120
indi artıq Amerika vəziyyətə nəzarəti itirib.

219
00:34:09,280 --> 00:34:15,120
Amerikalılar “Böyük Yaxın Şərq” yaratmaq istədiklərini elan etmişdilər –

220
00:34:15,280 --> 00:34:19,720
gah dedilər “Yeni Yaxın Şərq”, gah da dedilər “Böyük Yaxın Şərq” –

221
00:34:20,240 --> 00:34:28,200
hədəf Qərbi Asiyanın bu hissəsində, müsəlman dövlətlərinin mərkəzində

222
00:34:28,640 --> 00:34:35,880
qondarma İsrail sionist dövlətini regionun bütün işlərinə,

223
00:34:35,880 --> 00:34:42,040
iqtisadi, siyasi və mədəni proseslərə hakim etmək idi; məqsədləri bu idi.

224
00:34:43,160 --> 00:34:50,320
Baxın, “Böyük Yaxın Şərq” şüarını səsləndirənlər indi

225
00:34:50,640 --> 00:34:55,960
Suriya, Yəmən, İraq,

226
00:34:56,640 --> 00:35:02,080
Fələstin məsələlərində uğursuzluğa düçar olublar və bütün bunların səbəbkarı kimi İranı,

227
00:35:02,200 --> 00:35:09,360
İslam Respublikasını görürlər. Onların İslam Respulikası ilə düşmənçiliyi bax bu cürdür;

228
00:35:10,320 --> 00:35:15,600
İslam Respublikası ilə fikir ayrılıqları bir-iki məsələyə görə deyil,

229
00:35:16,080 --> 00:35:22,720
məsələ daha dərin və ciddidir. Keçmişdəki ağalıqlarını bərpa etmək ümidi ilə

230
00:35:23,920 --> 00:35:30,240
bu tərəfə doğru irəliləyərək gəlməkdədirlər.

231
00:35:30,560 --> 00:35:37,800
Əziz gənclərimiz zalım Pəhləvi rejimini görməyiblər. Mən siz əzizlərimə, gənclərə onu da deyim ki,

232
00:35:38,840 --> 00:35:48,800
bu 50-60 il ərzində – yəni Pəhləvi hakimiyyəti dövründə

233
00:35:49,240 --> 00:35:54,120
və ondan bir az əvvəl ölkəmizdə işlərin idarəçiliyi

234
00:35:55,000 --> 00:36:02,160
əvvəlcə ingilislərin, daha sonra isə amerikalıların əlində olub

235
00:36:03,480 --> 00:36:11,440
və onlar bu vaxt  ərzində ölkədə istədiklərini ediblər. Məsələn, Pəhləvi dövlətini, Rzaxanı hakimiyyətə gətirdilər,

236
00:36:12,080 --> 00:36:17,280
bir müddət sonra ondan narazı qaldıqları üçün hakimiyyətdən uzaqlaşdırıb,

237
00:36:17,480 --> 00:36:23,040
yerinə Məhəmmədrzanı qoydular. Yəni bu böyüklükdə, bu əzəmətdə olan bir ölkədə

238
00:36:23,560 --> 00:36:34,120
amerikalılar, yaxud ingilislər xalqın gözü önündə ölkənin başçısını rahatlıqla, öz maraq və istəklərinə əsasən hakimiyyətdən qaldırır,

239
00:36:34,360 --> 00:36:40,960
yerinə başqa birini gətirir, bu məsələni öz aralarında həll edirdilər. İranda belə bir vəziyyət yaratmışdılar.

240
00:36:41,080 --> 00:36:46,080
Yaxşı, bəs ölkəyə bu şəkildə hakim olmağa necə nail olmuşdular?

241
00:36:46,800 --> 00:36:50,160
Ölkədə sonrakı illər, hətta onilliklər boyu

242
00:36:50,480 --> 00:37:01,360
ağalıq etmək üçün əvvəlcə İngiltərə, daha sonra isə Amerika rejimi

243
00:37:02,320 --> 00:37:10,000
daxildə qazdıqları bir sıra səngərlərdən istifadə edirdi.

244
00:37:10,160 --> 00:37:17,520
İslam İnqilabı gəldi və öz gəncləri vasitəsi ilə həmin səngərləri dağıdaraq yox etdi.

245
00:37:18,320 --> 00:37:23,560
Əvəzində isə İslam İnqilabını,

246
00:37:23,560 --> 00:37:29,400
İslam Respublikasını, milli kimliyi qorumaq məqsədi ilə öz səngərlərini yaratdı.

247
00:37:29,800 --> 00:37:36,080
Onlar geri gəlib əvvəlki dağıdılmış səngərlərini bərpa etmək,

248
00:37:36,320 --> 00:37:44,240
inqilabın, inqilabçıların və gənclərimizin əli ilə qurulmuş səngərləri isə  dağıtmaq istəyirlər. Başlıca hədəfləri budur.

249
00:37:45,280 --> 00:37:55,720
Gəlin o səngərlərdən bir neçəsini sizin üçün sayım: müstəmləkəçi dövlətlərin –

250
00:37:56,120 --> 00:38:04,720
yəni öncə İngiltərə, sonra isə Amerikanın – ölkəmizdəki ən mühüm səngərlərindən biri onların əli ilə hakimiyyətə gətirilmiş

251
00:38:05,200 --> 00:38:09,280
diktator şah rejiminin özü idi. Hakimiyyətə kənar qüvvələrin əli ilə gətirilmiş şah diktaturası onların səngəri idi;

252
00:38:10,040 --> 00:38:15,680
məhz onun əli ilə ölkədə istədiklərini edir,

253
00:38:16,160 --> 00:38:23,120
iqtisadiyyatı, mədəniyyəti, siyasəti idarə edir, vəzifə postlarında istədikləri kimi yerdəyişmələr edir,

254
00:38:23,760 --> 00:38:32,360
hökumətin tutduğu mövqeyi istədikləri istiqamətə  yönəldir, bu ölkəni, bu dövləti öz meyil və istəklərinə uyğun olaraq oyan-buyana dartışdırırdılar.

255
00:38:32,720 --> 00:38:43,400
Qısası, diktator rejimin özü Amerika və İngiltərənin bu ölkədəki ən önəmli  səngəri idi.

256
00:38:43,680 --> 00:38:52,520
Bu, bir səngər. Bəli, İslam İnqilabı meydana gələrək bu səngəri məhv etdi, aradan götürdü;

257
00:38:54,040 --> 00:39:00,240
ölkədə monarxiya hökumətinin kökünü kəsdi, şahlıq üsuli-idarəsinin,

258
00:39:00,800 --> 00:39:05,840
bir şəxsin hakimiyyətinin yerinə xalq hakimiyyətini bərqərar etdi.

259
00:39:06,760 --> 00:39:16,800
Vaxt var idi, deyirdilər ki, ölkənin yiyəsi var, yaxşı bəs ölkənin yiyəsi kimdir? Əlahəzrət!

260
00:39:17,680 --> 00:39:23,360
Bu söz dönə-dönə dillərdə təkrar olunurdu: ölkənin yiyəsi var!

261
00:39:24,240 --> 00:39:28,600
Kimdir yiyəsi? Şah!

262
00:39:29,080 --> 00:39:45,920
Yəni əxlaqsız, ləyaqətsiz, əcnəbilərdən asılı, milli dəyərlərdən, demək olar ki, tamamilə məhrum olan bir fiqur ölkənin yiyəsi idi.

263
00:39:46,120 --> 00:39:53,240
Bəli, İslam İnqilabı meydana gələrək bu qəsbkar və yalançı “yiyə”ni hakimiyyətdən kənarlaşdırdı,

264
00:39:53,560 --> 00:40:00,640
ölkəni həqiqi sahibinə – hansı ki seçki təşkil edir, seçkidə istirak edir,

265
00:40:01,040 --> 00:40:05,960
tələb edir, təsdiqləyir, inkar edir – xalqa təslim etdi.

266
00:40:06,720 --> 00:40:14,480
İslam Respublikasının və İslam İnqilabının darmadağın etdiyi birinci səngər bu idi.

267
00:40:16,720 --> 00:40:24,320
Yalnız bu deyildi, başqa səngərlər də vardı. Digər psixoloji və real səngərlər də var idi.

268
00:40:24,960 --> 00:40:29,840
Onlardan bir-ikisini sizin üçün sadalayım.

269
00:40:30,680 --> 00:40:39,720
Həmin psixoloji amillərdən biri qorxu faktoru, super-güclər qarşısında fobiya idi. Ölkədə elə iş aparmışdılar ki,

270
00:40:40,600 --> 00:40:47,200
Amerika super-gücünə qarşı qorxu hissi bütün insanlara hakim kəsilmişdi.

271
00:40:48,080 --> 00:40:55,880
Qeyd etdim ki, ölkədə insanlara son onilliklərdə Amerikaya, ondan əvvəl də İngiltərəyə qarşı qorxu aşılanmışdı.

272
00:40:57,440 --> 00:41:05,480
Ölkədə hansı hadisə baş verirdisə, deyirdilər ki, həmin işdə ingilislərin barmağı var, yəni sözün həqiqi mənasında ingilisləri super-güc bilirdilər.

273
00:41:06,880 --> 00:41:18,080
Bu qorxu faktoru təkcə xalqa aid deyildi, hakim dairələr özləri də Amerikadan qorxur, çəkinirdilər.

274
00:41:18,680 --> 00:41:27,080
O dairələrdən olan insanların qələmə aldığı, inqilabdan sonra çap olunmuş xatirələrdən görünür ki,

275
00:41:27,240 --> 00:41:34,400
Məhəmmədrza və yaxınları da

276
00:41:34,960 --> 00:41:41,440
bəzən üzləşdikləri təhqirlərə, saymazlığa görə amerikalılara qəzəblənirmişlər,

277
00:41:41,560 --> 00:41:49,320
ancaq başqa çıxış yolları yox imiş, itaət etməyə məcbur imişlər, çəkindikləri üçün itaət göstərməyə məcbur imişlər, qorxurmuşlar.

278
00:41:51,600 --> 00:41:58,240
İslam İnqilabı meydana gələrək bu qorxu səngərini yox edir.

279
00:41:59,600 --> 00:42:14,200
Bu gün İslam Respublikasında gözüaçıq, məlumatlı, dini dəyərlərə sadiq olan bir nəfər belə görməzsiniz ki, Amerikadan qorxub çəkinsin.

280
00:42:37,360 --> 00:42:42,760
Xalq qorxu hissini bir kənara atıb. Millət nəinki Amerikaya,

281
00:42:43,480 --> 00:42:50,360
hətta bütövlükdə müstəmləkə cəbhəsinə qarşı qorxu hissini özündən kənarlaşdırıb.

282
00:42:51,320 --> 00:42:58,640
8 il çəkmiş Məcburi Müharibə dövründə – təəssüflər olsun ki, gənclərimiz

283
00:42:59,120 --> 00:43:12,840
tariximizin o qızıl səhifələrindən, nurlu dövrlərindən məlumatsızdır –

284
00:43:13,920 --> 00:43:19,200
ABŞ, NATO Səddama kömək edirdi,

285
00:43:19,840 --> 00:43:22,520
keçmiş Sovetlər Birliyi,

286
00:43:22,680 --> 00:43:31,160
tam mənasında ləyaqətsiz və iradəsiz mürtəce ərəb dövlətləri və başqaları Səddama kömək edirdi;

287
00:43:31,400 --> 00:43:39,840
hamı kömək edirdi. Yəni dünyanın şərqində və qərbində olan dövlətlər Səddamın lehinə, İslam Respublikasının əleyhinə vahid cəbhədə birləşmişdi.

288
00:43:40,240 --> 00:43:48,240
Amma bütün bunlara rəgmən, İslam Respublikası narahatçılıq keçirmədi, ruhdan düşmədi, duruş gətirdi və Allah-taalanın köməyi ilə

289
00:43:48,800 --> 00:43:59,920
bütün düşmənlərinə qələbə çaldı. 8 illik müharibə boyunca düşmən İran torpağının bir qarışını belə ala bilmədi.

290
00:44:00,600 --> 00:44:10,480
Xalq qorxu hissini bu cür məhv etmişdi. Bəli, mən qeyd etdim ki, mömin, məlumatlı,

291
00:44:11,040 --> 00:44:18,440
islami dəyərlərə sadiq insanlar Amerika kimi bir gücdən çəkinmir, amma ola bilsin ki, bu gün də qorxu hissi keçirənlər var,

292
00:44:18,760 --> 00:44:33,360
lakin bu qorxu məntiqsizdir. Məhəmmədrza kimilərinin Amerikadan qorxması məntiqli olsa da,

293
00:44:34,160 --> 00:44:40,600
indikilərin qorxusu məntiqsizdir. Çünki onların xalq kimi bir arxası, dayağı yox idi,

294
00:44:41,160 --> 00:44:45,680
bu gün isə İslam Respublikasının bu böyük millət kimi bir dayağı var!

295
00:45:08,440 --> 00:45:15,920
Düşmənin ölkəmizdə ağalıq etmək üçün hazırladığı səngərlərdən biri də

296
00:45:16,360 --> 00:45:24,920
də insanlara özünə inamsızlıq,

297
00:45:25,800 --> 00:45:38,240
bir xalq kimi özünə güvənməmək hissini aşılamaq idi. İnsanlarımız Qərb ölkələrinin möhtəşəmliyini görür,

298
00:45:39,040 --> 00:45:47,360
elmi-texniki nailiyyətlərini, gözqamaşdıran mədəniyyətini müşahidə edirdilər,

299
00:45:48,560 --> 00:45:53,360
öz ölkələrində isə bunların heç biri yox idi. İranda  bunlardan əsər-əlamət də yox idi, inkişafdan geri qalmışdı.

300
00:45:54,040 --> 00:46:01,520
Buna görə etimadsızlıq, inamsızlıq hissi keçirirdilər.

301
00:46:02,560 --> 00:46:10,240
Pəhləvi dönəmində hökumət adamlarından biri belə bir fikir səsləndirmişdi ki,

302
00:46:10,680 --> 00:46:17,560
“iranlı getsin lüləinini düzəltməklə məşğul olsun!” Siz lüləinin nə olduğunu bilməzsiz.

303
00:46:18,440 --> 00:46:24,920
Lüləin saxsıdan (metaldan yox) düzəldilmiş aftafaya deyərdilər.

304
00:46:25,440 --> 00:46:30,200
Keçmişdə aftafanı bir qayda olaraq saxsıdan düzəldərlərmiş.

305
00:46:30,320 --> 00:46:36,800
Həmin adam da deyirdi ki, iranlının bacarığı ancaq saxsıdan aftafa düzəltməyə yetir. İranlı hara, nə isə ixtira etmək hara?!

306
00:46:38,480 --> 00:46:40,360
O günlər xalqı aşağılayacaq belə sözlər danışırdılar.

307
00:46:41,080 --> 00:46:48,920
Həmin dövrün başqa bir tanınmış siması isə belə demişdi: “İnkişaf etmək, irəliləmək istəyən iranlı

308
00:46:49,360 --> 00:46:55,320
başdan-ayağa qərbli, avropalı olmalıdır.

309
00:46:55,560 --> 00:46:59,720
Hər bir məsələdə özünü onlara bənzətməlidir ki, bəlkə, inkişafa doğru bir addım ata bildi”.

310
00:47:00,320 --> 00:47:13,000
Yəni özünəinam məfhumu yox idi. İslam İnqilabı meydana gələrək bu inamsızlığı tamamilə özünəgüvən,

311
00:47:13,120 --> 00:47:23,640
milli kimliyə inama çevirdi. Bu gün iranlı gənc: “Biz bacararıq!” – deyir.

312
00:47:24,160 --> 00:47:33,160
Elmi inkişafın bir çox sahələrində – bü gün şükürlər olsun, reallaşmış inkişaf

313
00:47:33,360 --> 00:47:41,040
və qazanılan nailiyyətlərdən başqa – gənclərimiz bəzən elə yeni təkliflər irəli sürürlər ki,

314
00:47:41,240 --> 00:47:49,400
aidiyyati qurumlar həmin təklifləri reallaşdırmaqda çətinlik çəkir. İranlı gənc artıq özünə güvənir.

315
00:47:51,000 --> 00:47:58,280
Özünəinam olmadıqda inkişaf da olmaz. Özünəgüvən olduqda şüar:

316
00:47:58,840 --> 00:48:03,480
“Biz bacarırıq!” – olur, ardınca bacarıq gəlir,

317
00:48:04,280 --> 00:48:09,920
ölkə də qadir bir ölkəyə, xalq da bacarıqlı bir xalqa çevrilir. Bu gün biz bunları müşahidə edirik.

318
00:48:10,320 --> 00:48:21,560
Şah diktaturasının inqilabdan əvvəl 50 il sürmüş hakimiyyəti zamanı bu ölkədə universitetlər fəaliyyət göstərirdi.

319
00:48:21,360 --> 00:48:29,640
Həmin universitetlərdə həm məsuliyyətli və bir pedaqoq kimi yaxşı müəllimlər çalışır, həm də istedadlı tələbələr təhsil alırdılar –

320
00:48:29,880 --> 00:48:39,200
sayları günümüzdəkinə nisbətən az olsa da, həmin tələbələr də

321
00:48:39,640 --> 00:48:46,160
istedadlı İran gəncləri idi – amma bu müddət ərzində İranda nə bir elmi inkişaf,

322
00:48:46,600 --> 00:48:54,720
nə də ki yeni bir ixtira baş vermişdi. Niyə görə?

323
00:48:55,840 --> 00:49:00,160
Çünki bacaracaqlarına, öhdəsindən gələcəklərinə inamları yox idi;

324
00:49:00,440 --> 00:49:05,120
bu inamsızlığı xalqın zehninə yeritmişdilər.

325
00:49:06,160 --> 00:49:12,680
Hazırda isə ölkədə elmi, texnoloji sferalarda tez-tez yeniliklər baş verir.

326
00:49:14,720 --> 00:49:19,320
Bu nailiyyətləri görən düşmən, təbii ki, əsəbiləşir.

327
00:49:19,320 --> 00:49:24,760
Bu gün ölkəmiz elmin inkişaf etmiş bir çox sahələrinə tətbiq olunan sanksiyalara rəğmən,

328
00:49:24,760 --> 00:49:34,840
dünyanın 10 ölkəsindən biridir.

329
00:49:37,080 --> 00:49:42,400
Bu inkişafın daha çox nəzərəçarpan, xalqın

330
00:49:43,080 --> 00:49:49,880
və sizin gözünüz önündə olan göstəricliləri Keşikçi Korpusun, Ordunun və digər hərbi qüvvələrin ixtiyarında olan hərbi texnikadır.

331
00:49:50,880 --> 00:49:58,440
Bunlardan başqa, gənclərin nanotexnologiya və nüvə enerjisi kimi müxtəlif sahələrdə əldə etdiyi yeniliklər də

332
00:49:59,240 --> 00:50:09,200
özünəgüvənin nəticəsidir. Düşmənin İranda özü üçün qazdığı səngərlərdən biri xalqa özünəinamsızlığın təlqin edilməsi olmuşdursa,

333
00:50:09,520 --> 00:50:18,400
digər tərəfdən xalqa, onun gənclərinə ən böyük qələbələri qazandırmış səngər də özünəgüvən, “Biz bacararıq!” düşüncəsinin formalaşması olmuşdur.

334
00:50:19,480 --> 00:50:23,280
Bu da düşmənin səngərlərindən bir başqası idi.

335
00:50:24,960 --> 00:50:31,400
Düşmənin səngərlərindən daha birisi isə dini siyasətdən uzaq tutmaq idi.

336
00:50:31,560 --> 00:50:41,400
İnsanları dinin siyasət arenasında, ictimai quruluşda, cəmiyyətin hansı şəraitdə yaşamasında  heç bir rol oynamadığına inandırmışdılar.

337
00:50:42,000 --> 00:50:51,360
Bu düşüncəni hamıya təlqin etmişdilər. Dinlə əlaqəsi olmayanlar öz yerində, hətta dindarlar

338
00:50:52,040 --> 00:51:01,800
və bəzi din alimləri belə, İslamın siyasi məsələlərdə rol oynadığına inana bilmirdilər.

339
00:51:02,080 --> 00:51:11,960
Halbuki İslamın Yer üzünə gəlişi ilk başlanğıcdan siyasi xətlə müşayiət olunmuşdur.

340
00:51:11,960 --> 00:51:17,320
Peyğəmbərin (s) Mədinədə gördüyü ilk iş hökumət təşkil etmək olmuşdur.

341
00:51:26,600 --> 00:51:38,920
Ölkəmizdə isə beyinlərə tamamilə əks bir düşüncə yeritmişdilər və bu səngər vasitəsi ilə İslam rejiminin, ölkənin və xalqın əleyhinə fəaliyyət gostərirdilər.

342
00:51:39,160 --> 00:51:44,240
Meydana gələn İslam inqilabı isə bu səngəri məhv etdi.

343
00:51:44,600 --> 00:51:50,440
Hazırda nəinki təkcə din alimləri və teoloji mərkəzlər,

344
00:51:50,720 --> 00:52:00,280
hətta universitetlərdə təhsil alan gənclər, tələbələrimiz ölkənin əsas problemlərini Qurani-Kərim və İslam dini baxımından təhlil edir,

345
00:52:00,520 --> 00:52:04,840
araşdırır, bu istiqamətdə səylər göstərirlər.

346
00:52:06,000 --> 00:52:19,480
“Düşmən” deyərkən mən Amerika dövlətini nəzərdə tuturam; nəzakət naminə bunu gizlətmirəm də.

347
00:52:20,400 --> 00:52:26,240
Əlbəttə ki, onlar: “Biz sizin düşməniniz yox, dostunuzuq” – deyirlər.

348
00:52:26,440 --> 00:52:34,200
Bu məqsədlə də xalqımıza Novruz bayramı münasibəti ilə təbrik mesaji yollayır, guya ki, gənclərimizə ürəyiyananlıq edir,

349
00:52:34,800 --> 00:52:42,800
ya da Ağ Evdə (Novruz bayramı münasibəti ilə) “həftsin” süfrəsi açırlar. Amma bunlar uşaq başı aldatmaqdır,

350
00:52:43,560 --> 00:52:49,960
buna heç kəs inanmaz. O yandan da sanksiyaları qüvvədə saxlayırlar,

351
00:52:49,960 --> 00:52:58,000
o yandan da ABŞ Maliyyə Nazirliyi, özlərinin də etiraf etdiyi xüsusi metod və yollarla

352
00:52:58,520 --> 00:53:04,240
dünyanın iri şirkət, müəssisə və banklarının əməkdaşlıq üçün

353
00:53:04,640 --> 00:53:09,120
İslam Respublikasına yaxınlaşmasına mane olur;

354
00:53:09,440 --> 00:53:12,840
bir yandan bu işləri görürlər, sanksiya tətbiq edir,

355
00:53:13,760 --> 00:53:18,160
təhdid edirlər – bu da ki əsl düşmənçilikdir –

356
00:53:18,480 --> 00:53:22,960
bir yandan da Ağ Evdə “həft sin” süfrəsi açırlar,

357
00:53:23,200 --> 00:53:30,760
ya da xalqımıza ünvandıqları Novruz bayramı mesajında deyirlər ki, “biz iranlı gənclərin işsizlik problemini düşünürük!” Bunlara heç kəs inanmaz.

358
00:54:00,400 --> 00:54:05,400
Onlar bizim xalqı hələ tanımayıblar; İran xalqını tanımayıblar.

359
00:54:06,160 --> 00:54:16,440
İran xalqı düşüncə sahibidir, gözüaçıq xalqdır, düşmənlərini tanıyır, onların düşmənçilik mexanizmlərindən də xəbərdardır.

360
00:54:17,000 --> 00:54:24,720
Bəli, bizim Amerika xalqı ilə heç bir problemimiz yoxdur; bizim heç bir xalqla problemimiz yoxdur;

361
00:54:25,000 --> 00:54:31,080
bizim problemimiz yürüdülən siyasətlərlədir, siyasətçilərlədir; düşmən onlardır!

362
00:54:32,840 --> 00:54:41,480
Söhbətimi xülasələşdirim ki, sözümün canı diqqətdən yayınmasın.

363
00:54:41,720 --> 00:54:59,520
Bir sıra reallıqlar var: bu reallıqlardan biri ölkəmizdə geniş potensial və imkanların mövcud olmasıdır;

364
00:54:59,960 --> 00:55:04,800
həm təbii, həm insan resurslarımız, həm də beynəlxalq imkanlarımız var.

365
00:55:05,120 --> 00:55:14,640
Ölkəmiz bu imkanlarına görə daxildə müstəsna inkişaf potensialına sahibdir. Bu, bir reallıq.

366
00:55:36,760 --> 00:55:48,160
İslam Respublikası bu gün həm regional, həm də bəzi məsələlərdə beynəlxalq müstəvidə nüfuzlu bir gücə çevrilib;

367
00:55:48,320 --> 00:55:53,480
bu da mövcud olan digər bir reallıq. Buna görə də, gəlin öz qədrimizi,

368
00:55:53,640 --> 00:55:58,960
dəyərimizi, bu xalqın əzəmətinin qiymətini bilək.

369
00:55:59,440 --> 00:56:06,560
İkinci başqa bir reallıq budur ki, Amerika məlum məsələlərə görə bizimlə düşməndir;

370
00:56:07,400 --> 00:56:13,920
qeyd etdiyim kimi, “düşmən” deyərkən mən Amerika siyasətçilərini və onların yürütdüyü siyasəti nəzərdə tuturam.

371
00:56:14,440 --> 00:56:18,280
Nüvə anlaşmasında onlar öhdəçiliklərinə tam əməl etmədilər

372
00:56:20,640 --> 00:56:25,840
və bizi başqa sanksiyalarla təhdid etdilər. Dediyim kimi,

373
00:56:26,360 --> 00:56:31,360
ABŞ Maliyyə Naziri İslam Respublikasının

374
00:56:31,960 --> 00:56:40,520
nüvə anlaşmasının nəticəsindən faydalanmaması üçün durmadan ciddi şəkildə çalışır. Bəli, bunlar düşməncilikdir.

375
00:56:42,480 --> 00:56:49,360
Daim təhdid edirlər; daim bizi daha çox sanksiyalar tətbiq etməklə qorxudurlar.

376
00:56:50,800 --> 00:56:59,200
Bir neçə ay sonra ABŞ-da prezident seçkilərinə start veriləcək (7-8 ay sonra)

377
00:56:59,960 --> 00:57:04,400
və 9 ay sonra hazırkı administrasiya dəyişmiş olacaq.

378
00:57:06,400 --> 00:57:12,440
Hazırkı rəhbərliyin qəbul etdiyi minimal öhdəçilikləri

379
00:57:12,840 --> 00:57:18,720
sonradan hakimiyyətə gələcək hökumətin yerinə yetirib-yetirməyəcəyinə dair də heç bir zəmanət yoxdur.

380
00:57:18,720 --> 00:57:29,080
Hələ indidən Amerikanın prezidentliyinə namizədlər İran haqqında mənfi çıxışlar etməkdə öz aralarında, sanki, yarışa giriblər;

381
00:57:30,080 --> 00:57:32,960
daha düşmənçiliyin buynuzu-qulağı olmur ki!

382
00:57:34,640 --> 00:57:39,400
Mən “Amerika düşməndir” dedikdə bəziləri “niyə düşmən deyirsiniz”

383
00:57:39,640 --> 00:57:46,240
deyə narahatçılıq  keçirirlər; düşməndir də; bunlar düşmənçilikdir. Bu da başqa bir reallıq.

384
00:58:09,760 --> 00:58:21,080
Diqqət edin, unutmayın, mən xalq və dövlət arasında əl və söz birliyi olmalıdır demişdim; bunu yadınızdan çıxartmayın.

385
00:58:22,400 --> 00:58:28,680
Hamı çalışmalı və dövlətə kömək etməlidir.

386
00:58:28,680 --> 00:58:37,840
Kiminsə dövlətə düzgün istiqamət verəcək bir təklifi varsa, qoy etsin. Dövlətə kömək etmək lazımdır.

387
00:58:39,440 --> 00:58:53,120
Üçüncü reallıq isə bundan ibarətdir ki, zahirən qüdrətli görünən bu düşmənin ədavət vasitələri məhdud sayda deyil;

388
00:58:53,880 --> 00:59:01,800
onların aktiv şəkildə istifadə etdikləri bir neçə vasitə vardır: birincisi təbliğatdır –

389
00:59:02,480 --> 00:59:08,400
iranafobiya, ikincisi ölkəyə nüfuz etmək, üçüncüsü isə sanksiyaların tətbiqidir.

390
00:59:09,000 --> 00:59:16,920
Mən son bir neçə ayda dönə-dönə düşmənin ölkəyə nüfuz etməsi haqqında danışmışam, ona görə də bu haqda danışmayacağam;

391
00:59:17,640 --> 00:59:22,960
təbligat vasitəsi haqqında da söhbətlər çox olub. Odur ki sanksiya haqqında danışmaq istəyirəm.

392
00:59:23,240 --> 00:59:30,720
Düşmənin üç əsas təsirli vasitələrindən biri sanksiya tətbiq etməkdir.

393
00:59:33,760 --> 00:59:40,240
Düşmən ölkəmizin və xalqımızın sanksiyalara özü üçün bir zərbə, ziyan kimi baxdığını  hiss edib.

394
00:59:40,520 --> 00:59:45,600
Təəssüflər olsun ki, onda bu fikrin güclənməsinə biz özümüz də təsir göstərmişik.

395
00:59:45,920 --> 00:59:53,320
Müəyyən mərhələdə, haralardasa  “ay aman, sanksiyalar var”, “sanksiyalar var”,

396
00:59:54,120 --> 00:59:59,680
“sanksiyalar götürülməlidir”, “sanksiya qüvvədə qalarsa, zərərimizə nəticələnəcək” deməklə, bu kimi düşüncələr ilə sanksiyaların təsirini şişirtmişik;

397
01:00:00,320 --> 01:00:08,040
digər tərəfdən yenə də sanksiyaların qaldırılması məsələsini də “əgər sanksiyalar qaldırılarsa,

398
01:00:08,320 --> 01:00:15,200
belə olacaq, elə olacaq” yanaşması ilə məsələni böyütdük, şişirtdik; sanksiya qaldırıldı, heç bir hadisə də baş vermədi

399
01:00:15,920 --> 01:00:21,560
və əgər bu minvalla irəliləsək, yenə də heç bir hadisə baş verməyəcək. Amma düşmən sanksiya vasitəsi ilə

400
01:00:21,840 --> 01:00:29,440
İran xalqına təzyiq göstərə biləcəyini hiss etdi; düşmən bunu hiss etdi.

401
01:00:29,720 --> 01:00:36,760
Odur ki bu gün bizim qarşımızda duran məsələ əsas etibarilə sanksiya məsələsidir.

402
01:00:38,160 --> 01:00:45,880
Elə isə sanksiya ilə mübarizə aparmaq üçün nə etməliyik?

403
01:00:46,400 --> 01:00:54,440
Söhbətimin əvvəlində də dedim ki, düşmən bizə iki yol göstərir;

404
01:00:54,840 --> 01:01:00,800
deyir ki, ya Amerikaya təslim olmalı və onun hər istəyinə itaət göstərməlisiniz,

405
01:01:01,120 --> 01:01:06,320
ya da təzyiq və sanksiya davam etdiriləcək; bu dilemmadır, bunun da yanlış və yalan olduğunu dedim.

406
01:01:07,200 --> 01:01:14,120
Amma başqa bir dilemma da var: ya sanksiyadan qaynaqlanan problemlərə dözməli,

407
01:01:14,520 --> 01:01:18,520
ya da onlara qarşı “müqavimət iqtisadiyyatı” vasitəsi ilə mübarizə aparmalıyıq.

408
01:01:35,440 --> 01:01:46,400
Çox yaxşı, hazır olmağınız yaxşıdır. İntəhası bu proqram üçün təkcə hazır olmaq kifayət etmir;

409
01:01:47,040 --> 01:01:51,960
dedik ki, hərəkət etmək, əməli işlər görmək lazımdır.

410
01:01:53,040 --> 01:02:08,720
Əlbəttə, möhtərəm hökumət administrasiyası müqavimət iqtisadiyyatı sahəsində bir sıra işlər görüblər;

411
01:02:09,000 --> 01:02:15,840
mən demişdim ki, müqavimət iqtisadiyyatı üçün baş qərargah təşkil edilsin, təşkil olundu

412
01:02:16,440 --> 01:02:23,400
və qərargahın başına da möhtərəm prezidentin birinci müavini gətirildi; bir sıra işlər icra olunub, hesabatını da mənə təqdim ediblər;

413
01:02:23,960 --> 01:02:30,240
bu gün yeni il mesajı vasitəsi ilə əziz xalqımıza bu barədə demişəm.

414
01:02:31,000 --> 01:02:39,120
Lakin bunlar müqəddimə xarakteri daşıyır. Mənə məlumat veriblər ki, görülən işlər nəticəsində

415
01:02:39,240 --> 01:02:53,040
ticarət sektorunda canlanma müşahidə olunub, yəni qeyri-neft sektorunda ixracımız idxalımıza nisbətən daha çox olub; bu xəbər olduqca yaxşı xəbərdir;

416
01:02:54,000 --> 01:03:00,880
yaxud keçən illə müqayisədə idxalımız daha az olub; bunlar yaxşı xəbərlərdir,

417
01:03:01,040 --> 01:03:09,760
intəhası yetərli deyil və bununla iş bitmir; əsaslı işlər görülməlidir.

418
01:03:10,160 --> 01:03:14,720
Mən əməli tədbirlərin görülməsi baxımından vacib olan bəzi işləri qeydə almışam ki, onları da diqqətinizə çatdırıram.

419
01:03:15,160 --> 01:03:27,040
Birincisi, möhtərəm hökumət rəsmiləri ölkənin prioritet olan iqtisadi fəaliyyətlərini, iqtisadiyyat zəncirlərini təyin etməli

420
01:03:27,600 --> 01:03:36,760
və diqqətlərini onlara yönəltməlidirlər; ölkədəki bəzi iqtisadi fəaliyyətlər prioritet əhəmiyyət daşıyır,

421
01:03:37,200 --> 01:03:45,680
sanki, bir ana xətt rolunu oynayır ki, ondan da iqtisadiyyata, daxili istehsala çoxlu qapılar açılır;

422
01:03:45,920 --> 01:03:50,920
ona görə də diqqət onların üzərində cəmlənməlidir; onlar müəyyənləşdirilməli,

423
01:03:52,440 --> 01:04:00,480
yol xəritəsi təyin edilməli və hamının vəzifəsi aydınlaşmalıdır.

424
01:04:02,120 --> 01:04:09,720
Qeyd etdiyim əməli tədbirlər sahəsində diqqət olunası ikinci məsələ

425
01:04:10,200 --> 01:04:18,720
Mənə təqdim olunan hesabata əsasən, bu gün bizim istehsal imkanlarımızın 60%-i

426
01:04:19,720 --> 01:04:24,640
durğunluq vəziyyətindədir;

427
01:04:25,680 --> 01:04:31,520
bəziləri normadan aşağı işləyir, bəziləri isə tamamilə fəaliyyətsiz haldadır;

428
01:04:32,920 --> 01:04:37,880
biz daxili istehsalı canlandırmalı, rövnəqləndirməliyik. Əlbəttə, bunun da yolu vardır;

429
01:04:38,560 --> 01:04:44,000
bu yolu iqtisadçı ekspertlərin bir çoxu bilir.

430
01:04:44,480 --> 01:04:50,640
Mən möhtərəm hökumət rəsmilərinə tənqidçilərin iradlarını oxumağı, dinləməyi

431
01:04:51,000 --> 01:04:53,960
dönə-dönə tapşırmışam;

432
01:04:54,840 --> 01:05:03,040
bəzən çox yaxşı təkliflər irəli sürürlər; həmin təkliflər vasitəsilə ölkənin daxili istehsalını canlandırmaq, hərəkətə gətirmək mümkündür.

433
01:05:03,640 --> 01:05:08,760
Üçüncü məsələ: hər halda, bizim xarici ticarət əlaqələrimiz də var.

434
01:05:09,120 --> 01:05:12,920
İdxalımız var, ehtiyac duyduğumuz bəzi məhsulları xaricdən gətirməyə,

435
01:05:13,240 --> 01:05:16,680
almağa məcburuq, bunun da eybi yoxdur. Amma

436
01:05:17,280 --> 01:05:25,320
diqqətli olmalıyıq ki, bu ticarət əlaqələri daxili istehsalımızın gücünü zəiflətməsin.

437
01:05:26,560 --> 01:05:34,560
Məsələn, ölkəyə təyyarə idxal etmək istəyirik;

438
01:05:35,360 --> 01:05:41,560
mənə deyiblər – dövlət rəsmiləri özləri deyiblər –  ki,

439
01:05:42,200 --> 01:05:50,040
əgər bu məbləğin müəyyən faizi qədər pulu daxildə təyyarə istehsalı sənayesinə yatırsaq,

440
01:05:50,280 --> 01:05:57,520
xaricdən alacağımızdan daha çoxunu əldə edə bilərik və bu yolla daxili istehsal da inkişaf edər.

441
01:05:58,960 --> 01:06:06,040
Lazım olan bütün məhsulları xaricdən idxal etsək, bu ticarət və idxalın

442
01:06:06,320 --> 01:06:11,600
ölkənin daxili istehsalı üçün necə bir bəla ola biləcəyini düşünməsək, yanlış addım atmış olarıq.

443
01:06:11,960 --> 01:06:17,760
Odur ki, daxili istehsalın zəifləməməsi üçün xarici ticarətdə atdığımız addımlara diqqət etməliyik.

444
01:06:18,040 --> 01:06:25,880
Dördüncü: bizim xaricdə pullarımız var; məsələn, neft satmışıq, pulunu ödəməyiblər.

445
01:06:27,480 --> 01:06:34,480
Nüvə anlaşmasında bu pulların qaytarılması tələbi qoylub – məbləğin böyük bir qismi qaytarılmayıb,

446
01:06:35,440 --> 01:06:38,520
hansısa problemlər yaranıb;

447
01:06:39,520 --> 01:06:45,800
əlbəttə, bu məsələnin arxasında da  Amerikanın əli olduğu görünür; sözsüz ki, başqa səbəblər də var,

448
01:06:46,480 --> 01:06:51,720
amma bəzi ABŞ qurumlarının ləyaqətsiz davranışları da

449
01:06:52,320 --> 01:06:56,520
bu pulların ölkəmizə geri verilməməsində rol oynayır; hər halda, gec-tez qaytarılacaq –

450
01:06:57,200 --> 01:07:04,680
xaricdəki pullarımız qaytarıldığı zaman (bir neçə on milyardı artıq qaytarılıb)

451
01:07:05,640 --> 01:07:14,320
israf olunmasın, hədər getməsin.

452
01:07:15,440 --> 01:07:23,240
Bu, ölkəyə əlavə olaraq daxil olan və ölkənin, misal üçün, ilk növbədə istehsalat sahəsinin ehtiyac duyduğu vəsaitdir;

453
01:07:23,920 --> 01:07:31,320
ona görə də diqqətli olmalısınız ki, gələn pullar boş yerə,

454
01:07:32,640 --> 01:07:41,640
lazımsız məhsulların alışına, mənasız işlərə xərclənməsin, israf olmasın;

455
01:07:42,120 --> 01:07:50,760
yəni xarici banklardan və maliyyə mərkəzlərindən ölkəyə daxil olan maliyyə resursları düzgün idarə olunmalıdır.

456
01:07:51,280 --> 01:07:59,560
Beşinci təklif: iqtisadiyyatımızda mühüm və əhəmiyyətə malik sferalar vardır;

457
01:07:59,680 --> 01:08:05,000
məsələn, neft və qaz, yaxud

458
01:08:05,240 --> 01:08:14,880
avtomobil, təyyarə, qatar və gəmilər üçün mühərrik istehsalı kimi sahələr mövcuddur.

459
01:08:15,640 --> 01:08:21,440
İqtisadiyyatın bu mühüm və strateji sferalarına elmi innovasiyalar gətirilməlidir.

460
01:08:21,880 --> 01:08:24,880
Mənim həmişə vurğuladığım elmi əsaslı iqtisadiyyat da elə budur.

461
01:08:26,720 --> 01:08:34,560
Gənclərimiz, alimlərimiz innovasiyalara imza atmaq, ölkəmizdə texnologiyaların səviyyəsini

462
01:08:35,120 --> 01:08:43,840
yüksəltmək, inkişaf etdirmək iqtidarında olduqlarını göstəriblər.

463
01:08:44,480 --> 01:08:54,720
2000 km uzaqlıqdan yalnız bir neçə metr səhvlə

464
01:08:55,000 --> 01:09:03,880
hədəfi vura biləcək raketlər hazırlamaq kiçik bir işdir?

465
01:09:05,000 --> 01:09:13,080
Bunu etməyə qadir olan beyinlər, istedadlar digər müxtəlif sahələrdə də yeniliklər edə,

466
01:09:13,600 --> 01:09:23,480
məsələn, yanacağa qənaət edən yeni avtomobil mühərriki,

467
01:09:24,400 --> 01:09:29,360
yaxud fərqli formada bir qatar mühərriki də istehsal edə bilər.

468
01:09:30,440 --> 01:09:37,240
Hazırda ölkəmizdə iqtisadiyyat və istehsal sahəsində elə şirkətlərimiz var ki,

469
01:09:37,920 --> 01:09:46,840
məhsulları xaricdə istehsal olunan analoqundan daha yaxşı və ya onlara bərabərdir.

470
01:09:47,680 --> 01:09:57,880
Hazırda bu cür şirkətlərimiz var; onları gücləndirmək lazımdır. Odur ki daxili istehsalın mühüm sahələrinin

471
01:09:58,120 --> 01:10:03,480
yeni elmi nailiyyətlərə əsaslanması müqavimət iqtisadiyyatının əsas şərtlərindən biridir və hökmən həyata keçrilməlidir.

472
01:10:03,760 --> 01:10:13,200
Altıncı təklif: biz keçmişdə investisiya qoyduğumuz bəzi sahələrdən yararlanmalı, onlardan istifadə etməliyik.

473
01:10:13,480 --> 01:10:23,840
Biz AES-lərin tikintisinə, neft-kimya sektoruna bir vaxtlar yaxşı sərmayə yatırmışıq.

474
01:10:25,240 --> 01:10:33,400
Bu gün özümüzün də, başqa ölkələrin də bizim tikdiyimiz, ucuz başa gələn AES-lərə ehtiyacı var.

475
01:10:34,040 --> 01:10:40,280
Ona görə də biz daha ölkə daxilində AES tikmək üçün xaricdən avadanlıqlar almamalı, yaxud mütəxəssislər gətirməməliyik.

476
01:10:41,120 --> 01:10:47,680
Daxili istehsalın dirçəldilməsi üçün kapital yatırılıb, iş görülüb, zəhmət çəkilib, bu sahələr canlandırılmalı,

477
01:10:47,840 --> 01:10:51,400
onlardan istifadə olunmalıdır.

478
01:10:53,760 --> 01:11:03,640
Yeddinci təklif: bütün xarici sövdələşmələrdə texnologiyanın qarşılıqlı surətdə ötürülməsini şərt qoymalıyıq.

479
01:11:04,040 --> 01:11:12,840
Əlbəttə, hökümət rəsmiləri mənə məhz bu cür etdikləri haqqında məlumat veriblər. Ancaq mən israrla təkrar edirəm ki,

480
01:11:13,160 --> 01:11:24,560
bu məsələ diqqətdən kənarda qalmasın. Məsələn, hansısa texnoloji vasitəni, yaxud məhsulu almaq istəyirlərsə,

481
01:11:25,840 --> 01:11:38,080
onu hazır məhsul şəklində almasınlar, istehsal texnologiyası ilə birlikdə ökəyə gətirsinlər.

482
01:11:40,280 --> 01:11:44,600
Xarici sazişlərində bu məsələni ciddi surətdə diqqətdə saxlasınlar.

483
01:11:46,400 --> 01:11:52,720
Səkkizinci təklif: korrupsiya,

484
01:11:53,080 --> 01:12:00,880
inhisarçılıq və qaçaqmalçılıqla ciddi şəkildə mübarizə aparılmalıdır.

485
01:12:01,080 --> 01:12:07,400
Bunlar ölkə iqtisadiyyatına zərər vuran, əhalinin mənfi nəticəsini gördüyü mühüm problemlərdir.

486
01:12:08,800 --> 01:12:16,680
Biz iqtisadiyyatın müxtəlif sferalarında

487
01:12:17,200 --> 01:12:26,280
cürbəcür əyri yollarla tayfa monopoliyası qurub xüsusi imtiyazlardan yararlanan, yaxud maliyyə

488
01:12:26,560 --> 01:12:37,880
və iqtisadi məsələlərdə korrupsiyaya yol verən müəyyən dairələrə qarşı səhlənkarlığa yol versək, ölkəyə hökmən ziyan dəyəcək.

489
01:12:38,200 --> 01:12:48,880
Ona görə də səhlənkarlığa qətiyyən yol verilməməlidir. Əlbəttə, çıxışlarda, müsahibələrdə, qalmaqallarda, xüsusilə də siyasi xarakterli qalmaqallarda

490
01:12:49,040 --> 01:12:52,960
gəlişigözəl sözlər danışılır, amma bunların faydası yoxdur.

491
01:12:53,600 --> 01:13:01,440
Məsələn, iqtisadi cinayət törətmiş bir şəxs həbs olunur, onun özü və törətdiyi əməllər barəsində qəzetlərdə siyasi məqsədlərlə cürbəcür məqalələr yazılır, şəkilləri dərc olunur

492
01:13:02,480 --> 01:13:10,960
və sair; bu kimi əməllərin faydası yoxdur; min dəfə deməkdənsə, ayağa durub bir iş görmək yaxşıdır.

493
01:13:11,280 --> 01:13:21,280
Bu gün qarşıya çıxa biləcək korrupsiya hallarının qarşısını kəsmək, irəliləməsinə mane olmaq lazımdır.

494
01:13:21,400 --> 01:13:28,880
Qaçaqmalçılıq problemi də eyni ilə bü cürdür. Qaçaqmalçılıqla da sözün həqiqi mənasında mübarizə aparılmalıdır.

495
01:13:30,000 --> 01:13:43,800
Doqquzuncu təklif: enerjidən səmərəli istifadə məsələsi. Mən bir neçə il bundan əvvəl,

496
01:13:44,000 --> 01:13:48,920
ilin təhvil olması münasibətilə etdiyim çıxışda qeyd etmişdim ki,

497
01:13:49,440 --> 01:14:00,520
ekspertlərin dediyinə görə, əgər biz enerjinin səmərəliliyini yüksəldə bilsək,

498
01:14:01,120 --> 01:14:08,720
enerjiyə qənaət edə bilsək, büdcəyə yüz milyard dollar qənaət etmiş olarıq. Bu, heç də kiçik bir rəqəm deyil,

499
01:14:09,160 --> 01:14:12,320
olduqca böyük bir məbləğdir. Bu məsələyə ciddi yanaşın.

500
01:14:12,800 --> 01:14:19,160
Ölkədə müxtəlif sahələrdə çoxlu sayda işlər həyata keçirilir, onlardan bəzisi faydasız, bəziləri isə zərərlidir.

501
01:14:20,240 --> 01:14:27,280
Odur ki diqqəti bu kimi sferalara yönəltmək lazımdır. Bunlar icra olunarsa, məhz o zaman “Əməli tədbirlər” şüarı reallaşar; əməli tədbirlər görmək, hərəkət etmək elə bu işlərdir  –

502
01:14:27,640 --> 01:14:33,800
bu arada, “Enerjinin səmərəliliyinin yüksəldilməsi haqqında” qanun layihəsinin parlamentdə səsverməyə qoyulmasından da xəbərim var –

503
01:14:34,200 --> 01:14:51,720
rəsmilər araşdırsınlar, baxsınlar görsünlər, əgər bu məsələlər, həqiqətən də, deyildiyi kimidirsə, onlara diqqət yönəltsinlər, icrasına başlasınlar.

504
01:14:51,720 --> 01:14:58,600
Onuncu təklif: orta və kiçik sənaye sektoruna xüsusi diqqət yetirilsin.

505
01:14:59,520 --> 01:15:10,120
Hazırda ölkədə neçə min orta və kiçik fabrik və zavod var.

506
01:15:10,920 --> 01:15:17,040
Mənə təqdim olunan statistik məlumata əsasən, dediyim fabrik

507
01:15:17,400 --> 01:15:25,040
və zavodların 60%-nin çalışmadığı doğrudursa, bu, əsl zərərdir.

508
01:15:25,960 --> 01:15:30,840
Əhali arasında məşğulluğu təmin edən, dinamika yaradan,

509
01:15:31,200 --> 01:15:35,760
maddi gəlirləri aşağı olan təbəqənin rifahının yaxşılaşması üçün şərait yaradan məhz bu kiçik və orta sənaye müəssisələridir.

510
01:15:35,960 --> 01:15:42,200
Bu sahələr gücləndirilməli və inkişaf etdirilməlidir. Müqavimət iqtisadiyyatının

511
01:15:42,800 --> 01:15:49,200
reallaşması istiqamətində əməli tədbirlər həyata keçirmək üçün bu on təklifdən istifadə oluna bilər.

512
01:15:49,440 --> 01:15:55,800
Əlbəttə, rəsmilər bir sıra başqa işlərlə də bağlı araşdırmalar aparırlar.

513
01:15:56,120 --> 01:16:03,880
Mən də bu on məsələni təklif kimi irəli sürürəm.  Bu işlər həyata keçirilsə, bax bu, bir inqilabi cərəyan,

514
01:16:04,440 --> 01:16:11,000
inqilabi hərəkat, ölkəni problemlərdən xilas edəcək müqavimət iqtisadiyyatının gerçəkləşməsi olacaq,

515
01:16:11,520 --> 01:16:18,680
biz Amerikanın qarşısında davam gətirə biləcəyik və ölkəmizə tətbiq olunan sanksiyalar effektsiz qalacaq.

516
01:16:20,440 --> 01:16:26,920
Amerikanın bizə sanksiya tətbiq etməməsi üçün bizim öz dəyərlərimizdən, qırmızı xətlərimizdən

517
01:16:27,280 --> 01:16:32,160
və prinsiplərimizdən keçməyimizə ehtiyac qalmayacaq.

518
01:16:54,320 --> 01:17:01,840
Biz müqavimət iqtisadiyyatı siyasətinin reallaşmasını həm nəzəri, həm də praktik olaraq izləməklə

519
01:17:02,240 --> 01:17:09,480
ölkəyə toxunulmazlıq qazandıra bilərik;

520
01:17:09,720 --> 01:17:20,960
ölkəyə toxunulmazlıq qazandırdıqdan sonra isə sanksiyalar tətbiq olunsa belə, qorxudan əsmərik.

521
01:17:21,080 --> 01:17:27,680
Qoy lap sanksiyalar qoyulsun; ölkədə müqavimət iqtisadiyyatı həyata keçirilərsə, düşmənin embarqoları bir o qədər əhəmiyyətli nəticələr verməyəcək.

522
01:17:28,480 --> 01:17:32,960
İnqilaba, möminə layiq hərəkət bax bu olar!

523
01:17:33,240 --> 01:17:42,240
Bunlar reallaşandan sonra, ola bilsin, möhtərəm dövlət rəsmiləri gəlib 1395-ci ilin sonunda hesabat verəcəklər ki,

524
01:17:42,240 --> 01:17:50,640
neçə min zavodda, fabrikdə, aqrar və maldarlıq müəssisəsində işlər bərpa olunub.

525
01:17:51,120 --> 01:17:56,960
Bu barədə ictimaiyyətə də məlumat verəndə əhali işlərin nəticəsini öz gözü ilə görmüş olacaq,

526
01:17:57,960 --> 01:18:03,280
hiss edəcək və insanlarda inam, etibar yaranacaq.

527
01:18:03,480 --> 01:18:07,960
Sözsüz ki, əhali də dövlətə kömək etməlidir. Sizə onu deyim ki,

528
01:18:08,600 --> 01:18:13,320
camaat – istər siyasətçilər, istər iqtisadçılar, istərsə də sadə xalq olsun –

529
01:18:14,000 --> 01:18:20,000
hər kəs dövlətə yardım etməli, ölkə rəsmiləri ilə əməkdaşlıq etməlidir. Əlbəttə ki, bu işlər yalnız hökumət kabinetinə də aid deyil,

530
01:18:21,040 --> 01:18:29,120
işlərin irəliləməsi üçün hakimiyyətin hər üç qolu bir-biri ilə əməkdaşlıq etməlidir. Və camaat da onlara yardım etməlidir;

531
01:18:30,120 --> 01:18:36,960
bu kömək vacibdir, rəsmilər, xüsusilə icraedici hakimiyyət də məsələyə tam ciddiyyətlə yanaşmalıdır.

532
01:18:37,160 --> 01:18:43,600
Əgər bu hərəkatı reallaşdıra bilsək – qeyd etdiyim kimi, bu,

533
01:18:43,880 --> 01:18:49,360
bir inqilabi hərəkatdır – həm işlərin tempi sürətlənəcək, həm də uğurlar əldə olunacaq.

534
01:18:49,600 --> 01:18:54,440
Biz inqilab əzmi ilə işə girişdiyimiz hər bir sferada bunu müşahidə etmişik.

535
01:18:54,760 --> 01:19:05,560
Baxın! Olduqca həssas və strateji əhəmiyyət daşıyan nüvə sahəsində avanqardlıq etmiş şəhid alimlərimizin,

536
01:19:06,200 --> 01:19:13,760
öz elmi tədqiqatları ilə avanqard olmuş şəhid Tehrani Müqəddəmin, kök hüceyrələri sahəsində

537
01:19:14,240 --> 01:19:20,440
avanqard olan şəhid Kaziminin həyata keçirdiyi işlər böyük işlərdir.

538
01:19:20,920 --> 01:19:28,360
Mədəniyyət sferasında da bir sıra işləri ilə avanqardlıq etmiş şəhid Avininin, eləcə də bu son dövrlərdə mərhum Sələhşurun adlarını qeyd etmək lazımdır.

539
01:19:28,760 --> 01:19:35,200
Bu insanlar ölkədə həyata keçirilmiş inqilab əzmli işlərin liderləri olmuşlar.

540
01:19:35,200 --> 01:19:41,680
Bu şəxsləri ictimaiyyətə tanıtdırmaq, təblig etmək, onların dəyərini bilmək və adlarını uca tutmaq lazımdır. İnqilabi işlər bax budur!

541
01:19:41,840 --> 01:19:52,320
Mənim dönə-dönə “mömin, inqilabçı qüvvələrə hörmətlə yanaşın, onların hörmətini saxlayın” deməyim məhz buna görədir;

542
01:19:52,440 --> 01:19:56,320
bir işi inqilabi əhval-ruhiyyə ilə, inqilab əzmi ilə görürsənsə, mütləq, irəliləyəcək!

543
01:19:56,760 --> 01:20:00,440
Mən müqavimət iqtisadiyyatı haqqında danışdım;

544
01:20:00,640 --> 01:20:04,200
mədəniyyət sahəsi ilə bağlı da qısaca – bir iki cümlə demək istəyirəm.

545
01:20:04,440 --> 01:20:08,560
Mədəniyyət sahəsi ilə əlaqəli məsələlərin mənim üçün nə qədər mühüm olduğunu bilirsiz,

546
01:20:08,840 --> 01:20:13,480
mən bu sferaya aid olan işlərə böyük əhəmiyyət verirəm.

547
01:20:13,760 --> 01:20:20,360
Deyəsən, ya ötən il, ya da inişil yeni ilin gəlişi münasibəti ilə etdiyim çıxışda

548
01:20:20,960 --> 01:20:26,600
mən bir mövzuya toxunmuşdum, onu bu gün də qeyd etmək istəyirəm:

549
01:20:27,080 --> 01:20:33,040
mədəniyyət sahəsində könüllü xalq dərnəklərinin fəaliyyəti genişləndirilməlidir.

550
01:20:33,240 --> 01:20:41,720
Hazırda ölkənin müxtəlif regionlarında özü düşünən,

551
01:20:42,640 --> 01:20:48,760
yaradan, çalışan, mədəni tədbirlər keçirən minlərlə könüllü xalq dərnəyi var.

552
01:20:49,040 --> 01:20:54,920
Aidiyyatı qurumlar onlara dəstək olmalıdır.

553
01:20:55,360 --> 01:21:01,680
Mədəniyyət sahəsində çalışan rəsmi qurumlar

554
01:21:02,240 --> 01:21:12,680
nə İslam dinini, nə İnqilabı, nə İslam dövlətini, nə də islami dəyərləri qəbul etməyənlərə qucaq açmaqdansa,

555
01:21:13,120 --> 01:21:18,480
müsəlman balalarına, mömin cavanlara,

556
01:21:19,080 --> 01:21:23,200
inqilabçı və dindar gənclərə qucaq açsınlar;

557
01:21:24,160 --> 01:21:30,560
onlar işləyə bilərlər və hazırda da işləyirlər; dəyərli mədəni tədbirlər keçirirlər.

558
01:21:31,960 --> 01:21:38,360
İnqilabçı gənclərimiz bütün sferlarda çalışıb işləyə bilərlər.

559
01:21:38,640 --> 01:21:45,400
Əziz gənclər! Bu ölkə sizindir, gələcək sizindir, elə bu gün də sizə məxsusdur.

560
01:21:45,480 --> 01:21:52,720
Bunu bilin ki, əgər siz Allah-taalaya iman və təvəkküllə, özünüzə inamla meydana girsəniz,

561
01:21:53,320 --> 01:21:59,800
nə Amerika, nə də ondan da böyüyü sizin qarşınızda heç bir qələt edə bilməz!

562
01:22:21,560 --> 01:22:26,880
Pərvərdigara! Burada deyib-eşitdiklərimizin Sənə xatir və Sənin yolunda olmasına qərar ver!

563
01:22:28,200 --> 01:22:30,760
Öz böyüklüyünə xatir, bunları bizdən qəbul et.

564
01:22:31,320 --> 01:22:37,640
Pərvərdigara, Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) xatir, əziz şəhidlərimizin

565
01:22:38,720 --> 01:22:41,960
və öndərimiz İmam Xomeyninin (r.ə) pak ruhlarını bizdən razı et.

566
01:22:42,480 --> 01:22:49,560
Pərvərdigara! Bu millətə günbəgün artan hərtərəfli hörmət, nüfuz, qüdrət

567
01:22:49,800 --> 01:22:53,560
və bacarıq nəsib et.

568
01:22:54,520 --> 01:23:03,520
Pərvərdigara! Bizi İslam dininə, müsəlmanlara, bu xalqa və bu ölkəyə xidmət etməkdən məhrum etmə.

569
01:23:04,320 --> 01:23:11,000
Pərvərdigara! Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) xatir, nə dediksə, nə istədiksə,

570
01:23:11,280 --> 01:23:17,280
həmçinin dilə gətirmədiyimiz, amma ehtiyac duyduğumuzu bildiyin şeyləri bizə lütf et.

571
01:23:18,200 --> 01:23:27,480
Pərvərdigara! Əziz qardaşımız mərhum Təbəsinin (r.ə) pak ruhunu Məhşər meydanına imamlarla (ə) birgə gətir.

572
01:23:28,840 --> 01:23:32,480
Allahın salamı, rəhməti və  bərəkəti nəsibiniz olsun.