1
00:00:05,420 --> 00:00:08,130
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:08,530 --> 00:00:11,060
الحمد لله ربّ العالمين

3
00:00:12,310 --> 00:00:16,660
و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

4
00:00:16,970 --> 00:00:20,260
و لعنة الله علي اعدائهم اجمعين

5
00:00:21,600 --> 00:00:27,910
Möhtərəm cənablar, əziz qardaşlar, çox xoş gəlmisiniz!

6
00:00:29,730 --> 00:00:36,840
Əvvəla, Həzrət Siddiqeyi-Tahirənin (s.ə) şəhadəti ilə bağlı

7
00:00:39,280 --> 00:00:47,280
bu günlərlə əlaqədar o məktəbin şagirdləri olan siz qardaşlarımın hamısına başsağlığı verirəm.

8
00:00:48,930 --> 00:00:56,480
Bu barədə bir məqamı qeyd etmək istəyirəm: diqqət yetirmək lazımdır ki,

9
00:00:57,150 --> 00:01:07,150
Fatimiyyə günlərində o həzrətin təqdirəlayiq keyfiyyətləri, şəhadəti haqda danışarkən, bu mövzular ətrafında söhbətlər edərkən

10
00:01:07,640 --> 00:01:12,800
müsəlmanlar arasında kofliktə yol aça biləcək məsələlərə toxunulmasın.

11
00:01:15,420 --> 00:01:27,060
Bu gün qorxunc və məşum beynəlxalq siyasətlər

12
00:01:27,910 --> 00:01:33,330
siyasətlər çox ciddi bir şəkildə sünni və şiələr arasında konflikt salmaq məqsədini izləyir.

13
00:01:35,420 --> 00:01:38,130
Bu gün regionumuzda müharibələr var;

14
00:01:38,400 --> 00:01:42,970
sizə onu deyim ki, bu müharibələrin heç bir dini ideologiya ilə bağlı deyil;

15
00:01:44,310 --> 00:01:54,480
cürbəcür siyasi, etnik və sair bu kimi motivləri olan siyasi müharibələrdir və dinlə, məzhəblə heç bir əlaqəsi yoxdur.

16
00:01:55,680 --> 00:02:00,530
Lakin düşmən – yəni Amerika, yəni İsrail,

17
00:02:01,150 --> 00:02:10,080
yəni İngiltərə  bu savaşları, bu konfliktləri məzhəblərarası qarşıdurmaya çevirməyə çalışır;

18
00:02:10,440 --> 00:02:19,280
çünki onlar məzhəblərarası konfliktləri bu tezlik və asanlıqla yoluna qoymağın mümkün olmadığını bilirlər.

19
00:02:21,110 --> 00:02:30,750
Biz onların bu məqsədinin reallşamasına yardımçı olmamalıyıq.

20
00:02:31,370 --> 00:02:38,220
Bu gün bizim aramızda əhli-sünnədən olan elə qardaşlarımız var ki, Əhli-beytin (ə) ziyarətgahlarını müdafiə etmək üçün bizimlə çiyin-çiyinə döyüşür, öldürülür, şəhid verirlər.

21
00:02:40,260 --> 00:02:48,080
Mənim yanıma Əhli-beyt (ə) ziyarətgahlarını müdafiə edərkən şəhid olmuş insanların ailələri gəlmişdi, onların arasında sünni məzhəbli ailələlər də var idi.

22
00:02:49,370 --> 00:02:55,640
Bəs elə isə Həzrət Zeynəbin (ə),

23
00:02:55,770 --> 00:03:04,750
Həzrət Əmirəl-mömininin (ə) və ya Həzrət Seyyidüş-şühədanın qəbrini qorumaq üçün öz cavan balasını odun-alovun içinə göndərmiş,

24
00:03:05,150 --> 00:03:15,200
sonra da bizimlə görüşərkən təəssüflənmək, qəm-kədər ifadə etmək, gileylənmək yerinə,

25
00:03:15,730 --> 00:03:24,350
övladı bu yolda şəhid olduğuna görə iftixar hisləri keçirdiyini bildirən bir sünni qardaşımızı incitməliyikmi? Onu özümüzdən uzaqlaşdıracaq bir şəkildə davranmalıyıqmı?

26
00:03:25,280 --> 00:03:29,330
Bunlar çox önəmli, başlıca məqamlardır.

27
00:03:30,620 --> 00:03:38,620
Bu gün ruhani ictimaiyyətimizin önəmli prioritetlərindən biri də  bu olmalıdır ki,

28
00:03:39,020 --> 00:03:46,080
Amerikanın, sionistlərin böyük əzab-əziyyətlə reallaşdırmağa çalışdığı bir işi

29
00:03:46,440 --> 00:03:54,260
biz onlar üçün asanlıqla həyata keçirməyək; buna diqqət yetirin.

30
00:03:55,330 --> 00:04:03,330
Sistan və Bəlucestanda əhli-sünnə alimləri əhalini seçkiyə qatılmağa təşviq edirdilər;

31
00:04:04,530 --> 00:04:12,620
indi o təkfirçi qruplar seçkiyə kömək etdiklərinə, dəstək verdiklərinə görə həmin insanları hədələyir.

32
00:04:13,420 --> 00:04:19,510
Təkfirçi qruplar təkcə şiələrin düşməni deyil,

33
00:04:20,660 --> 00:04:26,710
bütövlükdə İslam dövlətinin, bu dövlətə kömək edən hər kəsin düşmənidir;

34
00:04:26,930 --> 00:04:32,800
bunlara diqqət yetirmək lazımdır. Əlbəttə, mən dəfələrlə demişəm ki, etik normalara,

35
00:04:33,110 --> 00:04:37,280
məsləhətə uyğun hesab olunan

36
00:04:38,080 --> 00:04:44,350
mühüm cəhətlərə riayət etmək şərtilə tarixi mövzularda danışmağın heç bir problemi yoxdur,

37
00:04:45,240 --> 00:04:54,750
lakin bu gün məzhəblərarası konfliktin, kin-küdurətin yaranmasına yol aça biləcək halların qarşısının alınması son dərəcə böyük diqqət yetirilməli olan vacib məsələlərdən biridir.

38
00:04:56,930 --> 00:05:11,640
Bugünkü iclasınız Xubriqan Məclisinin fəaliyyət müddəti ən uzun sürmüş çağırışının son iclasıdır.

39
00:05:13,600 --> 00:05:19,240
Bu illər ərzində – cənab Yəzdi qeyd etdi ki, 9 ilə yaxındır –

40
00:05:19,550 --> 00:05:29,280
Xubriqan Məclisinin hazırda fəaliyyətdə olan heyəti iclaslar keçirmiş, müəyyən işlər görmüş, mühüm məqamlara toxunmuş, müəyyən təsirə də malik olmuşdur.

41
00:05:30,310 --> 00:05:38,660
Dünyadan köçən insanlar da olub; səhv etmirəmsə – mənə verilən məlumata görə –

42
00:05:39,240 --> 00:05:45,910
bu illər ərzində Xubriqan Məclisinin üzvlərindən 17 nəfərə yaxını dünyasını dəyişib.

43
00:05:45,910 --> 00:05:51,770
Əlbəttə, məclisin işinə yeni başlayacaq çağırışında da eynilə belə olacaq; dünya belədir;

44
00:05:51,950 --> 00:06:06,260
bəziləri yolun sonundadır və bəqa aləminə doğru hərəkət etmək hər bir bəşər övladını daim gözləyən bir səfərdir;

45
00:06:06,440 --> 00:06:13,060
qüdrət sahibi olan Allahın təqdiri belədir. Biz də diqqətli olub,

46
00:06:13,240 --> 00:06:23,370
ötən çağırışda Xubriqan Məclisinin üzvləri sırasında olmuş, iştirak etmiş, zəhmət çəkmiş və dünyadan getmiş əziz qardaşlarımız üçün Allahdan bağışlanma diləməliyik.

47
00:06:24,480 --> 00:06:32,350
Mən xüsusilə mərhum cənab Tibsi

48
00:06:32,750 --> 00:06:40,440
və cənab Xuzəlini yad etmək istəyirəm (hər ikisinin məkanı Cənnət olsun); bu iki gözəl qardaşımız

49
00:06:40,710 --> 00:06:46,260
Xubriqan Məclisində sözün əsl mənasında

50
00:06:47,510 --> 00:06:58,400
bir şəriət eksperti mövqeyini qoruyub saxlamış və bu sınaqdan, həqiqətən də, çox gözəl çıxmış insanlar idi.

51
00:06:59,240 --> 00:07:07,150
Mərhum cənab Tibsinin (Allah ona rəhmət etsin) boğucu represiyalar dövründəki

52
00:07:07,370 --> 00:07:18,400
inqilabi mübarizə fəaliyyəti, sonradan da müqəddəs İmam Rza (ə) hərəmində, həmçinin ümumilikdə İslam İnqilabı ilə bağlı müxtəlif proseslərdə etdiyi xidmətlər sizlərdən çoxuna yaxşı məlumdur,

53
00:07:18,970 --> 00:07:25,060
intəhası onun şəxsiyyətinin bəzi qabarıq cəhətləri var ki, onları görməzliyə vurub qeyd etməmək, önə çəkməmək mümkün deyil;

54
00:07:25,510 --> 00:07:35,510
o böyük insana, o əziz qardaşımıza Allah rəhmət etsin. O, ən həssas dönəmlərdə

55
00:07:36,350 --> 00:07:43,330
öz inqilabi mövqeyini qəti və aydın şəkildə ortaya qoyur,

56
00:07:43,600 --> 00:07:50,170
qoruyur, bu mövqeyin üzərində qətiyyətlə durur və onu başqaları üçün açıqlayırdı.

57
00:07:50,970 --> 00:08:00,570
1388-ci ildə baş verən iğtişaşlar zamanı mərhum cənab Tibsi heç nəyi və heç kəsi nəzərə almadan,

58
00:08:01,240 --> 00:08:08,970
tanışlıq, üzgörənlik xatirinə ediləcək bütün güzəştləri bir kənara qoyaraq meydanda oldu; onun bu cür davranışının biz bir çox situasiyalarda şahidi olmuşduq;

59
00:08:10,220 --> 00:08:18,840
mömin, qətiyyətli, açıqsözlü bir insan idi.

60
00:08:19,640 --> 00:08:29,910
Bir insanın şəxsiyyətini qoruyub saxlayan, bir şəxsiyyət kimi onun bioqrafiyasında qalan şeylər bunlardır. İlahi haqq-hesab dəftərində də məhz bunlar qalır.

61
00:08:31,020 --> 00:08:42,350
Vəzifədə olduğu bütün dövr ərzində bu böyük və mömin insanın həyat tərzi dəyişmədi;

62
00:08:43,110 --> 00:08:50,040
o elə bizim inqilabdan öncə dəfələrlə getdiyimiz  həmin evdə dünyadan köçdü;

63
00:08:50,880 --> 00:09:02,570
həmin ev, həmin əşyalar. Bizlər mebel üzərində oturmağın nə olduğunu bilməyəndə onun evində mebel var idi;

64
00:09:03,330 --> 00:09:12,570
o 40-45 ilin mebeli bu gün də onun evində durur, həmin əşyalardan istifadə edirdilər.

65
00:09:13,280 --> 00:09:19,240
Yaşayışını yaxşılaşdırmamışdı, aristokratik həyat tərzinə can atmamışdı.

66
00:09:20,000 --> 00:09:22,880
Bütün bunlar camaata təsirini göstərir;

67
00:09:22,880 --> 00:09:26,000
onun əleyhinə təbliğatlar da çox aparılırdı,

68
00:09:26,350 --> 00:09:30,260
amma buna baxmayaraq, özünüz gördünüz ki, Məşhəd əhalisi onun dəfnində necə iştirak etdi, nəşinin arxasınca necə getdi.

69
00:09:30,970 --> 00:09:34,840
Cənab Tibsinin cənazə namazının qılındığı və nəşinin son mənzilə yola salındığı gün

70
00:09:35,240 --> 00:09:41,370
indiyə qədər Məşhəddə şahidi olduğumuz ən böyük yürüşlərə bənzəyirdi.

71
00:09:41,820 --> 00:09:49,110
Məscidin o böyüklükdə həyəti izdihamla dolub daşırdı, hamısı da Məşhəd camaatı –

72
00:09:49,330 --> 00:09:54,220
ziyarət vaxtı da deyildi ki, deyəsən zəvvarlar gəlib; yox, Məşhədin öz əhalisi idi –

73
00:09:54,660 --> 00:10:01,150
insanlar gəlib bu insana son borclarını verdilər,  qədirbilənlik ifadə etdilər. Dünyadan getmiş o əzizimizə Allah rəhmət etsin.

74
00:10:02,570 --> 00:10:12,930
Mərhum cənab Xuzəli də (Məkanı Cənnət olsun!) bir başqa cür və çox çətin bir sınaqdan çıxdı;

75
00:10:13,200 --> 00:10:16,620
öz sözünün üstündə durdu, inqilabın üzərində möhkəm dayandı.

76
00:10:17,020 --> 00:10:21,640
Söhbət yaxınlardan, qohum-əqrəbadan getdiyi bir yerdə

77
00:10:22,080 --> 00:10:29,910
tam qətiyyəti və şücaəti ilə öz mövqeyində qaldı. Mənim özümə dönə-dönə elə şeylər danışmışdı ki,

78
00:10:30,400 --> 00:10:38,170
onlar mənim qəlbimdə və yazıya aldığım xatirələrdə qalır, amma açıq-aşkar da bir çox şeylər deyib,

79
00:10:38,570 --> 00:10:48,570
başqaları eşidib. Bu insan inqilabın arxasında durdu. İnsanlara dəyər qazandıran,

80
00:10:49,420 --> 00:10:53,860
onların inqilabi hərəkatına məna verən məhz bu şeylərdir. Bu insanlara Allah rəhmət etsin.

81
00:10:53,860 --> 00:11:02,350
Ümidvaram ki, Allah-taala onları Öz rəhməti, öz Cənnəti ilə qarşılayacaq;

82
00:11:04,880 --> 00:11:20,480
کَاَنّي بِنَفسي واقِفَةٌ بَينَ يَديک فَقَد اَظَلَّها حُسنُ تَوَکُّلي عَلَيکَ فَقُلتَ ما اَنتَ اَهلُه‌ُ وَ تَغَمَّدتَني بِعَفوِک

83
00:11:20,930 --> 00:11:31,600
Ümidvaram ki, Uca Yaradan onları “Şəbaniyyə” minacatının bu fraqmetində haqqında söz açılan şəxslərdən hesab edəcək.

84
00:11:35,280 --> 00:11:44,170
Builki seçkilər çox dolğun mənalı və əhəmiyyətli idi.

85
00:11:44,710 --> 00:11:52,130
Bu seçkilərə qarşı bu qədər iş aparıldığına, üzərinə şübhə kölgəsi salmaq,

86
00:11:52,400 --> 00:12:00,080
dəyərini azaltmaq üçün bu qədər səy göstərildiyinə baxmayaraq,

87
00:12:02,880 --> 00:12:09,330
bu iki seçkidə 34 milyon insan iştirak etdi.

88
00:12:09,420 --> 00:12:17,110
Yəni faktiki olaraq, İran xalqı seçki qutularına 70 milyona yaxın səsvermə blankı saldı.

89
00:12:17,510 --> 00:12:24,400
Bu olduqca dəyərlidir, olduqca əhəmiyyətlidir; camaatımız, doğrudan da, özünü çox yüksək səviyyədə göstərdi.

90
00:12:25,150 --> 00:12:33,600
Səsvermə hüququna malik insanlardan 62 faizinin seçkidə iştirak etməsi

91
00:12:34,130 --> 00:12:42,530
digər ölkələrlə – özü də yalnız bəzi ölkələrlə yox, əksər ölkələrlə müqayisədə çox yüksək bir faiz göstəricisidir.

92
00:12:43,510 --> 00:12:52,260
Aldığım məlumata görə, son 10 ildə Amerikada əhalinin cürbəcür seçkilərdə –

93
00:12:52,710 --> 00:13:01,240
istər konqresə, istərsə də prezident seçkilərində iştirak göstəricisi heç 40 faizə çatmayıb.

94
00:13:03,680 --> 00:13:13,150
Xalqın bu iştirakı böyük məna kəsb edir; camaat sözün əsl mənasında

95
00:13:13,730 --> 00:13:24,840
İslam dövlətinə olan etimadını nümayiş etdirdi, bunu əməldə sübut etdi. Önəmli məqamlardan biri budur.

96
00:13:25,680 --> 00:13:34,660
Əlbəttə, hər bir seçkidə kimlərsə kifayət qədər səs toplayır, kimlərsə toplaya bilmir; bunun da cürbəcür səbəbləri var.

97
00:13:35,370 --> 00:13:45,770
Mən elə buradaca Xubriqan Məclisinin geridə qalan 9 illik fəaliyyəti dövründə bu məclisdə iştirak etmiş, zəhmət çəkmiş

98
00:13:46,130 --> 00:13:53,550
və növbəti çağırışda təmsil olunmayacaq şəxslərə təşəkkür etməyi lazım bilirəm. Əlbəttə, elə böyüklərimiz var ki,

99
00:13:54,350 --> 00:14:01,860
onların səs toplayıb-toplamamağı şəxsiyyətlərinin əzəmətinə heç bir xələl gətirmir.

100
00:14:02,970 --> 00:14:11,860
Elə şəxsiyyətlər var ki, onların Xubriqan Məclisində iştirak etməsindən daha çox, məclis özü onların burada itşirakından bəhrələnir.

101
00:14:12,620 --> 00:14:21,420
Misal üçün, cənab Yəzdi, cənab Misbah kimi; bunlar elə şəxsiyyətlərdir ki, Xubriqan Məclisində var olmaları ilə

102
00:14:21,420 --> 00:14:24,840
bu qurumun çəkisi, sanballılığı daha da artır.

103
00:14:25,550 --> 00:14:31,110
Xubriqan Məclisində təmsil olunmamaları ilə onlara heç bir şəkildə ziyan dəymir;

104
00:14:31,240 --> 00:14:36,220
bəli, onların olmamağı yalnız Xubriqan Məclisi üçün itkidir, xəsarətdir.

105
00:14:37,020 --> 00:14:48,130
İnsanların şəxsiyyətinin əzəməti onların mənəviyyatı, mənəvi mülkiyyəti, mənəvi sərmayəsi ilə ölçülür.

106
00:14:48,800 --> 00:14:58,530
Ümidvaram ki, Allah-taala yeni çağırışda Xubriqan Məclisində olacaq və daha öncə burada təmsil olunmamış üzvlərə

107
00:14:58,840 --> 00:15:02,400
və bütövlükdə bütün məclisə uğurlar nəsib edər, inşallah.

108
00:15:02,400 --> 00:15:08,930
Ölkəmizdə seçkilər – o cümlədən builki seçkilər – bir neçə özəlliyə malikdir ki,

109
00:15:09,110 --> 00:15:12,930
mən onlar arasında daha önəmli hesab etdiyim bir neçəsini qeyd etmək istərdim.

110
00:15:13,200 --> 00:15:18,310
Biri odur ki, əhali istər bu seçkilərdə,

111
00:15:18,440 --> 00:15:22,130
istərsə də ölkəmizdə keçirilən bütün digər seçkilərdə iştirak edib-etməməkdə azaddır, istədiyi kimi hərəkət edə bilir.

112
00:15:22,480 --> 00:15:29,600
Bəzi ölkələrdə bu cəhətdən məcburiyyət var; hətta Qərb ölkələrində – Avropada və ondan kənarda da məcburiyyət var;

113
00:15:29,820 --> 00:15:33,420
yəni insanlar seçkidə iştirak etmədikləri üçün xərcə düşürlər.

114
00:15:33,730 --> 00:15:39,510
Bizim ölkəmizdə isə seçkidə iştirak etmədiklərinə görə insanlar heç bir xərcə düşmür;

115
00:15:40,560 --> 00:15:46,720
azad surətdə, həvəslə, stimulla seçkiyə qatılırlar;

116
00:15:47,330 --> 00:15:53,130
özlərinin bir fikri olur, o fikri reallaşdırmaq üçün gedirlər. Bu, olduqca dəyərlidir.

117
00:15:54,030 --> 00:16:02,500
Ölkəmizdə keçirilən əksər seçkilərə xas olan və elə budəfəki seçkidə də açıq-aydın formada müşahidə olunan

118
00:16:02,660 --> 00:16:05,500
ikinci məqam fəal rəqabətdir.

119
00:16:05,860 --> 00:16:11,160
Seçkilərdə fəal rəqabət atmosferinin olmadığını iddia etməyə çalışanlar oldu, lakin bu, həqiqətə uyğun olan bir fikir deyildi,

120
00:16:11,160 --> 00:16:13,330
seçkidə rəqabət var idi.

121
00:16:13,760 --> 00:16:18,930
Müxtəlif siyasi cinahlar, müxtəlif şəxslər cürbəcür lozunqlarla,

122
00:16:19,400 --> 00:16:25,360
cürbəcür adlar altında, cürbəcür şüarlarla iştirak edib öz sözlərini dedilər;

123
00:16:25,460 --> 00:16:31,700
Xubriqan Məclisinə namizədlər Dövlət Teleradiosunun imkanlarından istifadə etdilər,

124
00:16:31,700 --> 00:16:38,660
parlamentə namizədlər şəhərlərdə öz təbliğat kompaniyalarını təşkil etdilər, bacardılqarı kimi iş apardılar.

125
00:16:39,230 --> 00:16:42,300
Odur ki seçki fəal rəqabət atmosferində keçən bir seçki idi

126
00:16:42,530 --> 00:16:48,000
və əldə olunan nəticə tam bir rəqabətin məhsuludur.

127
00:16:49,230 --> 00:16:53,860
Mühüm və diqqətəlayiq olan,

128
00:16:53,960 --> 00:17:00,530
ona görə Allaha, doğrudan da, şükür etməli olduğumuz digər bir xüsusiyyət seçkilərin asayiş dolu, təhlükəsiz bir atmosferdə keçməsidir;

129
00:17:00,960 --> 00:17:05,130
hətta müəyyən ixtilafların ortaya çıxma ehtimalı olan yerlərdə də;

130
00:17:05,130 --> 00:17:09,660
misal üçün etnik zəmində və ya iki şəhər arasında müəyyən ixtilaf, rəqabət yaşandığı yerlərdə;

131
00:17:09,860 --> 00:17:12,200
ölkəmizin hər yerində bu kimi faktlar var;

132
00:17:12,430 --> 00:17:17,260
heç bir yerdə xoşagəlməz bir hadisə baş vermədi.

133
00:17:17,360 --> 00:17:23,730
Böyük şəhərlərdə və sairdə ki, aydındır, ucqar bölgələrdə də belə idi.

134
00:17:24,200 --> 00:17:28,260
Seçki atmosferini poza,

135
00:17:28,460 --> 00:17:34,430
Allah eləməmiş, insanların can sağlığını xəsarət yetirə biləcək heç bir xoşagəlməz hadisə baş vermədi.

136
00:17:34,430 --> 00:17:37,560
Baxın görün bu gün ətrafımızda nələr baş verir:

137
00:17:37,800 --> 00:17:46,130
şərqimizdə, qərbimizdə, şimalımızda, cənubumuzda ölkələr ciddi asayiş pozuntusu yaşayır.

138
00:17:46,460 --> 00:17:51,230
Nəinki təkcə sakit şəraitdə, sağlam seçki keçirə bilmirlər,

139
00:17:51,230 --> 00:17:53,600
hətta sakit və sağlam həyatları belə yoxdur;

140
00:17:53,900 --> 00:17:57,100
evindən çıxan adam geri dönüb-dönməyəcəyini bilmir.

141
00:17:57,300 --> 00:18:02,000
Ətrafımızda olan ölkələrdə təhlükəsizlik, demək olar, bu dərəcədə pozulub.

142
00:18:02,430 --> 00:18:09,800
Ölkəmizdə isə, Allaha şükürlər olsun ki, belə bir möhtəşəm, yüksək seçici fəallığı ilə müşayiət olunan seçkilər baş tutur.

143
00:18:09,960 --> 00:18:15,600
Tehranda insanlar səhər saat 8-dən gecə saat 2-yə qədər səs verdi;

144
00:18:15,830 --> 00:18:21,660
mənə məlumat verdilər ki, Tehranın bəzi seçki məntəqələrində gecə 12-yə qədər yox,

145
00:18:21,660 --> 00:18:25,830
gecə yarı 2-yə qədər seçicilər gəlib səs verib gedirmiş;

146
00:18:26,200 --> 00:18:30,370
tam asayiş və təhlükəsizlik şəraitində. Bu, çox önəmli bir şeydir;

147
00:18:30,970 --> 00:18:37,320
bu, ölkəmizdə var olan, bir ölkə üçün ilahi nemət sayıla biləcək bir şeydir. Biz bunun qədrini bilməli,

148
00:18:39,370 --> 00:18:44,900
bizim üçün bu asayiş və təhlükəsizliyi təmin edə bilən insanlara –

149
00:18:45,020 --> 00:18:48,670
Daxili İşlər Nazirliyindən tutmuş Polis Qüvvələrinə, Keşikçi Korpusa, Bəsicə,

150
00:18:49,000 --> 00:18:54,120
bu sahədə effektiv təsirə malik olan hər kəsə – həqiqətən də, təşəkkür etməliyik.

151
00:18:55,570 --> 00:19:02,920
Bütün digər seçkilərimiz kimi, budəfəki seçkinin də digər bir özəlliyi onun sağlam, şəffaf bir atmosferdə keçməsi,

152
00:19:03,470 --> 00:19:05,900
əmanətə yüksək səviyyədə riayət olunması idi;

153
00:19:06,250 --> 00:19:14,600
yəni bu illər ərzində düşmənimizin daim təbliğ etdiyinin tam əksinə olaraq, sağlam bir seçki keçirildi;

154
00:19:14,700 --> 00:19:19,120
özü də adətən seçki ərəfəsində bu təbliğat daha da güclənir;

155
00:19:19,250 --> 00:19:27,370
“A kişi, saxtalaşdırırlar; birinin adını deyirlər, yerinə başqasını seçirlər” – belə söz-söhbətləri eşitmisiniz;

156
00:19:27,420 --> 00:19:33,050
daim xaricdə bir qrup adam bunları deyib, ölkə daxilində də bir qrup

157
00:19:33,250 --> 00:19:36,850
onların ağzından alıb təkrarlayıb.

158
00:19:36,950 --> 00:19:43,320
Buna baxmayaraq, əlhəmdulillah, seçki sağlam şəraitdə keçdi və həmişə də elə bu cür olub.

159
00:19:43,370 --> 00:19:48,670
Bu, nə vaxtsa 1388-ci il seçkiləri kimi

160
00:19:49,200 --> 00:19:54,050
möhtəşəm bir seçkinin nəticələrini etibarsız hesab edərək ölkəmizdə o ziyanlı və qorxunc fitnəni törətmiş şəxslərin

161
00:19:54,400 --> 00:20:01,550
iddialarının, hərəkətlərinin əsassız olduğunu göstərdi;

162
00:20:02,170 --> 00:20:07,570
belə ki onlar ölkəmizi seçkilərin qeyri-sağlam, qeyri-şəffaf olmasında ittiham etmişdilər;

163
00:20:07,650 --> 00:20:12,820
xeyr, seçkilər sağlam və şəffaf idi; bu gün də belədir, əvvəlki dövrlərdə də həmişə belə olub,

164
00:20:12,920 --> 00:20:17,770
1388-ci ildə də belə olub, 1384-cü ildə belə olub; ölkəmizdə seçkilər həmişə sağlam mühitdə keçib

165
00:20:17,770 --> 00:20:19,750
Bu kimi hallara heç vaxt yol verilməyib.

166
00:20:19,900 --> 00:20:24,670
Bəli, kənar-bucaqda, hansısa seçki məntəqəsində 10, 20, 100 səs oyan-buyan ola bilər;

167
00:20:25,050 --> 00:20:27,170
səhlənkarlıq ücbatından, yaxud qərəzlə,

168
00:20:27,420 --> 00:20:31,700
amma seçkilərin nəticəsinə təsir göstərə biləcək həddə

169
00:20:31,920 --> 00:20:35,550
və təşkilatlanmış surətdə hansısa saxtalaşdırma cəhdləri

170
00:20:36,100 --> 00:20:41,970
bizim ölkəmizdə qətiyyən yoxdur, heç vaxt olmayıb və ümidvaram, inşallah, bundan sonra da heç bir zaman olmayacaq.

171
00:20:42,920 --> 00:20:47,770
Bu dəfəki seçkidə çox aydın surətdə

172
00:20:48,600 --> 00:20:51,600
müşahidə olunan digər bir məqam

173
00:20:51,720 --> 00:20:56,020
səs toplamamış insanların tamamilə alicənab şəkildə davranması idi.

174
00:20:56,970 --> 00:21:03,050
Əgər səs toplamamış namizədlər etiraz etmək, dava-dalaş salmaq,

175
00:21:03,450 --> 00:21:10,670
şikayətlənmək, tribunalardan danışmaq fikrinə düşsəydilər, sakitlikdən əsər-əlamət qalmaz

176
00:21:10,670 --> 00:21:13,400
və təbii ki, asayiş pozulardı.

177
00:21:13,520 --> 00:21:22,970
Baxın, cənab Yəzdi bugünkü iclasınızın əvvəlində də qeyd etdi,

178
00:21:22,970 --> 00:21:28,520
bundan öncə də deyib, yeni seçilmiş namizədlərdən məmnunluğunu,

179
00:21:29,070 --> 00:21:35,120
razılığını ifadə edib, onları təbrik edib; bu çox dəyərli, çox möhtəşəm bir haldır;

180
00:21:36,320 --> 00:21:40,400
bunlar dəyərdir, bu dəyərlərin qədrini bilmək lazımdır;

181
00:21:41,250 --> 00:21:47,020
1388-ci ildə səs toplamadığına görə

182
00:21:47,200 --> 00:21:52,470
dava-dalaş salan, camaatı çəkib küçələrə çıxaran, işi küçə qarşıdurmalarına qədər gətirib çıxaran,

183
00:21:52,950 --> 00:21:59,350
ölkəyə maddi ziyan vuran, düşməni ürəkləndirən, tamaha salan insanların alicənablıqdan uzaq davranışlarından tam fərqli olaraq;

184
00:22:00,150 --> 00:22:03,900
bütün bunlar baş vermişdi.

185
00:22:05,670 --> 00:22:12,570
O fitnəni Allah-taala özü yatırdı, yoxsa onların törətdiyi heç də kiçik bir fitnə deyildi.

186
00:22:13,850 --> 00:22:16,520
Bəli, bu da digər bir xüsusiyyət.

187
00:22:16,700 --> 00:22:24,500
Seçkinin asayiş və təhlükəsizlik şəraitində keçməsində

188
00:22:24,600 --> 00:22:29,700
fəal iştirak etmiş qurumları sadalayarkən mən Milli Təhlükəsizlik Nazirliyinin adını çəkmədim, onlardan üzr istəyirəm.

189
00:22:29,700 --> 00:22:35,220
Bu qurum asayişin təmin olunmasında, baş verə biləcək müəyyən hadisələrin qarşısının alınmasında,

190
00:22:35,220 --> 00:22:38,850
doğrudan da, çox ciddi və effektiv iştirak edib.

191
00:22:40,520 --> 00:22:45,770
Söhbətimin bu hissəsini yekunlaşdırarkən onu da qeyd etməliyəm ki,

192
00:22:46,220 --> 00:22:53,250
bu seçkidə camaatımız İslam dövlətinə etimadını, bu hökumətin arxasında olduğunu sübut etdi,

193
00:22:53,750 --> 00:22:59,350
İslam Respublikasına tabe olduğunu,

194
00:22:59,500 --> 00:23:02,020
İslam Respublikasının qanunlarını qəbul etdiyini,

195
00:23:02,270 --> 00:23:06,020
bu qanunlara uyğun şəkildə hərəkət etdiyini göstərdi; bu olduqca dəyərlidir;

196
00:23:06,650 --> 00:23:12,200
düşmənlərimizin izlədiyi planların tam əksinədir.

197
00:23:12,200 --> 00:23:17,200
Düşmənlər ölkəmizdə bir tərəfdə hökumətin, dövlətin, digər tərəfdə isə xalqın durduğu bir qütbləşmə yaratmaq istəyirlər.

198
00:23:17,970 --> 00:23:24,670
Xalqımız isə dildə nəsə demək, danışmaq əvəzinə, bunun heç də belə olmadığını gəlib meydanda öz hərəkəti ilə göstərdi.

199
00:23:24,870 --> 00:23:32,550
Əlbəttə, ondan qabaq da o cür əzəmət, o cür ruh yüksəkliyi ilə baş tutan 22 bəhmən yürüşü olmuşdu;

200
00:23:33,700 --> 00:23:36,320
bizim camaatımız, doğrudan da, belədir.

201
00:23:36,600 --> 00:23:47,250
Bir sözlə, sevindirici haldır ki, düşmənin seçkiyə olan inam və etibarı itirmək üçün göstərdiyi səylər heç bir nəticə vermədi

202
00:23:47,420 --> 00:23:51,120
və seçkilər xalqın böyük inam və etibarı ilə müşayiət olunaraq baş tutdu.

203
00:23:52,150 --> 00:24:01,400
Burada bir məqam da var, o da bundan ibarətdir ki, bəziləri –

204
00:24:02,900 --> 00:24:09,120
qeyd etməliyəm ki, qəsdən, yaxud bilmədən

205
00:24:09,400 --> 00:24:13,900
düşmənin dəyirmanına su tökərək – bəzi iradları Keşikçi Şuraya yönəldir;

206
00:24:14,120 --> 00:24:18,400
mən belə insanlardan, doğrudan da, narazıyam.

207
00:24:18,550 --> 00:24:27,200
Keşikçi Şura öz işini tam ciddiyyətlə, böyük zəhmət çəkərək, əlindən gələni edərək yerinə yetirdi.

208
00:24:28,120 --> 00:24:33,470
Keşikçi Şuranın yerinə siz də olsaydınız, bundan artığını etməyəcəkdiniz.

209
00:24:34,420 --> 00:24:41,450
Keşikçi Şura, cənab Şahrudinin də bayaq qeyd etdiyi kimi, 20 gün ərzində

210
00:24:42,050 --> 00:24:46,320
12 min müraciətə baxmalı idi. Bəli, bu, qanunvericiliklə bağlı bir nöqsandır

211
00:24:46,850 --> 00:24:51,320
və əgər bu nöqsan aradan qaldırılsa,

212
00:24:51,900 --> 00:24:55,570
bu mövzu ətrafında həmişə ortaya çıxan problemlər ortadan qalxar.

213
00:24:56,000 --> 00:25:00,770
Qanunvericlikdə olan o problemi nəyə görə Keşikçi Şuranın ayağına yazmalıyıq?

214
00:25:01,370 --> 00:25:06,450
Namizədliyini irəli sürmək istəyən şəxslərin seçim kriterilərinə uyğun gəlib-gəlmədiyi ilə bağlı Keşikçi Şura tərəfindən aparılan araşdırmalarla bağlı söz-söhbətlər gedir; mən bu sözləri danışan insanlara təəccüblənirəm.

215
00:25:06,520 --> 00:25:14,120
Bax siz hamınız din elmlərini gözəl bilən insanlarsınız,

216
00:25:14,750 --> 00:25:18,470
bir insanın hansısa vəzifə məsuliyyətini üzərinə götürmək üçün zəruri kriterilərə cavab verdiyini müəyyən etmədən onun namizədliyini təsdiq etmək olarmı?

217
00:25:21,170 --> 00:25:26,920
Onun qanunla həmin vəzifəyə uyğun olduğunu dəqiqləşdirmədən namizədliyini təsdiq edə bilərsinizmi?

218
00:25:27,400 --> 00:25:35,050
Allah-taala qarşısında buna görə cavab verə bilərsinizmi? Edə bilməzsiniz. Keşikçi Şuranın yerinə siz də olsanız, edə bilməzsiniz.

219
00:25:35,950 --> 00:25:43,100
Əgər Keşikçi Şura hansısa namizədin qanunla müəyyən olunmuş meyarlara cavab verdiyi barədə dəqiq nəticəyə gələ bilməyibsə, məcburdur ki, bunu elə bu cür də deyə.

220
00:25:43,450 --> 00:25:45,900
Dəqiq nəticəyə gəlinməyibsə, təbii ki, həmin şəxsin sənədləri geri qaytarılır,

221
00:25:46,720 --> 00:25:51,150
buna görə Keşikçi Şuraya nə irad tutmaq olar.

222
00:25:51,320 --> 00:25:57,500
Əgər Keşikçi Şuraya dəqiq nəticəyə gəlmək üçün vaxt verilməsini istəyirsinizsə, qanunda düzəliş etməlisiniz.

223
00:25:57,850 --> 00:26:02,520
Qanuna düzəliş edilməlidir – mən bundan öncə də bunu dəfələrlə demişəm;

224
00:26:02,950 --> 00:26:06,270
hazırda bu məsələ üzərində düşünürlər, inşallah, bir iş görərlər;

225
00:26:06,270 --> 00:26:10,200
əlbəttə ki, biz əsas seçki siyasətlərini işləyib hazırlayaraq

226
00:26:10,300 --> 00:26:14,650
Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuraya göndərmişik; orada da araşdırılıb;

227
00:26:15,270 --> 00:26:19,150
həmin siyasətlər əsasında düzgün şəkildə bir iş görülərsə, buna sözümüz yoxdur –

228
00:26:19,250 --> 00:26:25,070
hazırda mövcud olan qanunla isə vəziyyət bu cür alınır; Keşikçi Şuranın başqa çarəsi yoxdur;

229
00:26:25,400 --> 00:26:33,770
kriterilərə cavab verib-vermədiyini dəqiq surətdə müəyyən edə bilmədiyi şəxslərin namizədliyini təsdiq edə bilməz; tam dəqiqliklə müəyyən etməlidir.

230
00:26:34,400 --> 00:26:39,370
Deyirsiniz ki, qanunda 4 əsas orqan göstərilib;

231
00:26:39,500 --> 00:26:41,650
lap yaxşı – əlbəttə ki, hələ bu da ayrıca bir müzakirə mövzusudur –

232
00:26:42,170 --> 00:26:45,350
tutaq ki, məlumatların əldə edilməsi üçün əsas mənbə kimi qanunla həmin orqanlar göstərilib.

233
00:26:45,700 --> 00:26:50,650
Əgər siz bir vəzifəli şəxs olaraq, namizədliyini irəli sürmək istəyən bir insanın

234
00:26:50,800 --> 00:26:55,770
layiqli, doğrucul bir insan olmadığı haqda bu və ya digər şəkildə öyrənmiş, anlamışsınızsa, onun namizədliyini təsdiq edə bilərsiniz?

235
00:26:56,200 --> 00:26:59,750
Edə bilməzsiniz; buna görə Allah-taala qarşısında cavab verə bilməzsiz.

236
00:27:00,220 --> 00:27:03,400
Keşikçi Şuraya niyə bu qədər hücumlar edilir!

237
00:27:05,020 --> 00:27:09,350
Əlbəttə, bəzi insanların namizədliyi Keşikçi Şura tərəfindən qeydə alınmadıqda onlar bundan narahat olur.

238
00:27:09,350 --> 00:27:12,020
Bu narahatçılığı başa düşmək mümkündür.

239
00:27:12,070 --> 00:27:15,070
Ola bilsin ki, mənə də haradasa: “Bu iş üçün uyğun gəlmirsiniz” – deyilsə,

240
00:27:15,250 --> 00:27:17,900
narahat olaram, amma insan narahat olduğu zaman

241
00:27:18,050 --> 00:27:22,650
amma narahat olduqda qalmaqal yaratmalıyıqmı?

242
00:27:23,850 --> 00:27:29,170
amma insan narahat olduğu zaman o məsələnin qanunla həlli yolu varsa, o yola üz tutmalıdır.

243
00:27:29,350 --> 00:27:34,970
Mən namizədliyi qeydə alinmadığına görə qəzetlərdə Keşikçi Şura əleyhinə cürbəcür yazılarla çıxış edən,

244
00:27:35,520 --> 00:27:41,200
“mən o yerə layiq idim, sənədimi niyə geri qaytardılar” deyən insanlara təəccüb edirəm. Lap yaxşı, tutalım siz layiqsız, tələblərə cavab verirsiniz.

245
00:27:41,720 --> 00:27:46,670
Keşikçı Şura səhv etmiş olsa belə siz onlara müraciət etməli

246
00:27:46,750 --> 00:27:51,170
və onlar qanuna müvafiq qaydada öhdələrinə düşən vəzifələri yerinə yetirməlidir.

247
00:27:51,220 --> 00:27:55,250
əgər namizədliyiniz qeydə alınmayıbsa buna görə Keşikçı Şuranı nüfuzdan salmaq olmaz.

248
00:27:55,820 --> 00:28:02,600
Keşikçı Şura imperialistlərin inqilabın əvvəllərindən bəri

249
00:28:02,870 --> 00:28:11,370
işini pozmaq istədiyi əsas mərkəzlərdən biridir.

250
00:28:12,620 --> 00:28:27,870
İnqilabın ilk illərindən etibarən Amerika, sionizim

251
00:28:28,250 --> 00:28:37,070
və imperializmin zülümkar təbliğat maşını bir neçə mühüm qurumun işini pozmağa səy göstərmişdir ki bunlardan biri keşikçi şuradır.

252
00:28:37,350 --> 00:28:42,420
Biz namizədliyimiz qeydə alınmayıb diyə onlara kömək edib Keşikçi Şuranı nüfuzdan salmamalıyıq.

253
00:28:42,670 --> 00:28:49,020
Bəli hansısa giley-güzarımız yaxud problemimiz ola bilər; problemimizi deməliyik,

254
00:28:49,070 --> 00:28:56,770
amma Keşikçi Şuranı nüfuzdan salmamalıyıq. Bu başlıca hüquqi strukturun fəaliyyətinə kölgə salmamalıyıq.

255
00:28:57,170 --> 00:29:03,420
Keşikçı Şura əleyhinə xoşagəlməz söz-söhbətləri yaymaq, doğurdan da İslama,

256
00:29:03,550 --> 00:29:07,450
şəriətə, qanuna və İnqilaba zidd olan bir işdir.

257
00:29:08,870 --> 00:29:11,570
Bəli xalqımız özünü çox parlaq şəkildə göstərdi,

258
00:29:12,200 --> 00:29:19,650
ondan gözlənilən şəkildə hərəkət etdi. Indi bizim növbəmizdir;

259
00:29:21,000 --> 00:29:25,620
həm Xubrigan Məclisi öhdəsinə düşən bu vəzifələri yerinə yetirməlidir,

260
00:29:26,120 --> 00:29:30,920
həm parlament öhdəsinə düşən bu vəzifələri yerinə yetirməlidir,

261
00:29:32,570 --> 00:29:37,070
həm də möhtərəm hökumət kabineti öhdəsinə düşən bu vəzifələri yerinə yetirməlidir.

262
00:29:37,320 --> 00:29:44,350
Bizim üzərimizə müəyyən vəzifələr düşür. Xalq seçki meydanına çıxaraq öz nümayəndələrini seçdı.

263
00:29:45,900 --> 00:29:56,550
Məncə öhdəsinə düşən vəzifələrə ən çox diqqət yetirməli olan başlıca qurum Xubregan Məclisidir.

264
00:29:57,050 --> 00:30:00,150
Fikrimi bir cümlə ilə ifadə etmək istəsəm

265
00:30:00,820 --> 00:30:05,500
belə deməliyəm: Xubregan Məclisi öz inqilabı xarakterini qoruyub saxlamalıdır;

266
00:30:06,620 --> 00:30:12,820
inqilaba uyğun düşünməli, inqilaba uyğun davranmalıdır – qisası budur.

267
00:30:14,900 --> 00:30:19,120
Bu mövzunu ətraflı açıqlamaq istəsək çox şey demək olar;

268
00:30:21,300 --> 00:30:31,650
biri budur ki, gələcək İnqilab Rəhbərini seçərkən Allah taalanı nəzərdə saxlayın.

269
00:30:31,650 --> 00:30:41,070
Ola bilsin ki, Xubregan Məclisinin yeni işə başlayan çağrışı bu sınaqla üzləşsin; bunun baş verməsi heç də zəif bir ehtimal deyil.

270
00:30:41,920 --> 00:30:49,170
Yeni rəhbəri seçmək anı gələndə heç kəsi və heç nəyi nəzərə almasınlar və hər cür üzgörənliyi kənara qoysunlar,

271
00:30:50,050 --> 00:30:55,020
yalnız Allahı, öhdələrinə düşən vəzifələri, ölkənin ehtiyaclarını nəzərə alsınlar

272
00:30:55,850 --> 00:31:03,200
və rəhbəri məhz bu meyarlar əsasında seçsinlər. Məncə ən vacib vəzifə budur;

273
00:31:04,070 --> 00:31:14,900
diqqətli olsunlar. Bu mərhələdə, bu böyük vəzifədə lazımınca davranmasalar,

274
00:31:15,050 --> 00:31:22,100
səhlənkarlıq etsələr, işin bünövrəsində problem yaranacaq.

275
00:31:22,620 --> 00:31:26,550
Diqqət yetrilməli olan ən əsas və ən mühüm məsələ budur.

276
00:31:27,520 --> 00:31:31,750
Əlbəttəki XM-nin bundan başqa digər vəzifələri də var;

277
00:31:31,750 --> 00:31:36,200
cənabların qeyd etdiyi kimi XM-i böyük

278
00:31:36,620 --> 00:31:42,770
din alimlərindən, ostanların görkəmli şəxsiyyətlərindən təşkil olunur.

279
00:31:43,150 --> 00:31:50,500
Onlar təsir göstərə, xalqın sözünü eşidə, onu burda da eşitdirə bilərlər.

280
00:31:50,500 --> 00:32:01,720
XM-i xalqın tələb və istəkləri ilə, möhtərəm dövlət və Ədliyyə rəsmiləri arasında vasitəçi rolunu oynaya bilər;

281
00:32:02,750 --> 00:32:12,120
biri budur. Yaxud onların ictimaiyyət arasında tutduğu həqiqətən yüksək mövqeyi

282
00:32:12,720 --> 00:32:19,450
dini ekspert statusunu nəzərə alsaq onlar həqiqətləri, mühüm məsələləri xalqa çatdıra bilər; istər cümə namazlarında, istərsədə digər yerlərdə.

283
00:32:19,900 --> 00:32:27,950
Cənab Yəzdi çıxışının sonunda bir məsələni qeyd etdi; bu, aydındır,

284
00:32:28,350 --> 00:32:33,850
bizim əsas vəzifəmiz həqiqətləri izah etməkdən, açıqlamaqdan ibarətdir; danışmalı,

285
00:32:34,750 --> 00:32:38,370
aydınlaşdırmalı, açıqlamalıyıq, lakin bunu cürbəcür formalarda etmək olar.

286
00:32:39,220 --> 00:32:46,000
Hansısa həqiqəti fitnə və qarşıdurmaya yol açacaq bir şəkildə açıqlamaq bəyənilən bir iş deyil.

287
00:32:46,900 --> 00:32:56,900
Həqiqətləri xalqı məlumatlandıracaq, maarifləndirəcək, rəsmiləri problemin həlli yollarına istiqamətləndirəcək bir formada danışmaq,

288
00:32:57,020 --> 00:33:00,770
aydınlaşdırmaq isə çox bəyənilən bir haldır; bunun heç bir eybi də yoxdur.

289
00:33:01,500 --> 00:33:04,870
Öz qanuni mövqelərini qorusunlar.

290
00:33:05,920 --> 00:33:14,370
Öz mövqeyini ifadə etmək yaxşı bir şeydir; əlbəttə, qeyd etdiyim kimi, bu da iki formada ola bilər.

291
00:33:14,450 --> 00:33:18,670
Mövqe bildirmək fəsada səbəb olacaq, fəsad yaradacaq bir şəkildə olmamalıdır,

292
00:33:19,270 --> 00:33:25,600
amma həqiqətləri camaatı məlumatlandıracaq,

293
00:33:25,700 --> 00:33:28,570
rəsmiləri xəbərdar edəcək, onların minnətdarlıq etməsi ilə nəticələnəcək bir şəkildə açıqlamaq isə müsbət, bəyənilən bir haldır.

294
00:33:28,900 --> 00:33:33,520
Bəzən nə isə deyirsən, hətta tənqidi mahiyyətli olsa belə,

295
00:33:33,800 --> 00:33:38,250
rəsmilər gəlib buna görə sənə təşəkkür edirlər – mənim özümün başıma dəfələrlə gəlib,

296
00:33:38,250 --> 00:33:42,300
rəsmilər deyib ki, sizin qeyd etdiyiniz filan məqam bizim işimizi nə qədər asanlaşdırdı,

297
00:33:42,520 --> 00:33:49,000
rahatlıqla öz işimizi görə bilirik – ola bilsin, sizə təşəkkür də edərlər. Bu barədə deyəcəklərim də bu qədər.

298
00:33:50,220 --> 00:33:57,550
Bir sözlə, Xubriqan Məclisi ilə bağlı bunu qeyd etmək istəyirəm ki,

299
00:33:57,900 --> 00:34:03,850
şəxsi mənafe güdülməsin; üzgörənlik edilməsin;

300
00:34:04,650 --> 00:34:12,750
yalnız və yalnız haqqı, həqiqəti, Uca Yaradan qarşısında haqqında cavabdehlik edəcəyimiz vəzifələri nəzərə alaq;

301
00:34:12,920 --> 00:34:17,170
bütün diqqətimizi Allah-taalanın sorğu-sualına yönəldək.

302
00:34:17,800 --> 00:34:24,450
İslami Şura Məclisinə gəlincə, indiyə qədər bu barədə danışmışıq;

303
00:34:24,700 --> 00:34:32,220
uzun illər boyu, müxtəlif parlamentlərin və hökumət kabinetlərinin fəaliyyətdə olduğu dövrlərdə

304
00:34:32,550 --> 00:34:38,670
mən həmişə parlamenti hökumətə dəstək olmağa, kömək etməyə təşviq etmişəm.

305
00:34:38,670 --> 00:34:42,670
İndi də bu fikirdəyəm ki, parlament hökumətə kömək etməli,

306
00:34:42,850 --> 00:34:48,300
onun yolunu işlərin icrası üçün hamarlamalıdır. Çünki icraiyyə işləri, icraçılıq vəzifəsi heç də asan deyil, çox çətin bir işdir.

307
00:34:48,750 --> 00:34:52,950
Əlbəttə, qanunvericilik önəmli bir işdir, lakin icraçılıq etmək,

308
00:34:53,320 --> 00:35:00,720
yəni daşlı-kəsəkli bir ərazidə hərəkət etmək, maneələri aradan qaldırıb irəli getmək asan bir iş deyil,

309
00:35:00,720 --> 00:35:07,000
hamı onlara kömək etməlidir. Amma bu o demək deyil ki, parlament qanunla müəyyən olunmuş vəzifələrinə səhlənkar yanaşsın;

310
00:35:07,520 --> 00:35:13,120
yox, parlament qanunla öhdəsinə düşən vəzifələri tam olaraq yerinə yetirməlidir.

311
00:35:13,720 --> 00:35:19,220
Parlamentin vəzifələri qanunda – əsasən Konstitusiyada, eləcə də adi qanunvericilikdə –

312
00:35:19,370 --> 00:35:26,570
açıq-aydın əksini tapmışdır, var, hansı vəzifələr olduğu konkretləşdirilib. Həmin vəzifələri tam olaraq yerinə yetirməli,

313
00:35:26,950 --> 00:35:31,670
buna səhlənkar yanaşmamalıdırlar,

314
00:35:31,850 --> 00:35:39,550
intəhası niyyətləri hökumət komandasına kömək etmək, dövlətlə əməkdaşlıq edib ona dəstək olmaq olmalıdır; bunlar bir-biri ilə ziddiyyət təşkil etmir.

315
00:35:40,670 --> 00:35:48,450
Hökumət nümayəndələrinə də bir şeyi demək istəyirəm; çox yaxşı ki, möhtərəm prezidentimiz də burada iştirak edir.

316
00:35:48,670 --> 00:35:53,370
Əlbəttə ki, xüsusi iclaslarda, hökumət nümayəndələri ilə keçirdiyimiz görüşlərdə

317
00:35:53,550 --> 00:35:58,750
mən lazım bildiyim məsələləri onun diqqətinə çatdırıram, bura da yaxşı fürsətdir.

318
00:35:58,950 --> 00:36:02,570
Hökumət ölkənin prioritetlərini diqqət mərkəzində saxlasın;

319
00:36:03,520 --> 00:36:06,820
bizim müəyyən prioritetlərimiz var. Əlbəttə ki, ehtiyaclar çoxdur,

320
00:36:07,050 --> 00:36:10,770
ölkəmizin ehtiyacları genişdir;

321
00:36:11,070 --> 00:36:13,920
yəni ola bilsin, heç saymaqla da qurtarmaz,

322
00:36:14,470 --> 00:36:20,950
lakin rasional yanaşmaya əsasən, prioritetləri,

323
00:36:21,150 --> 00:36:26,600
daha təcili surətdə həllini gözləyən, yaxud daha əsaslı məsələləri önə keçirməliyik.

324
00:36:26,770 --> 00:36:32,720
Məncə, 3 məsələ var ki, əsas və prioritet əhəmiyyəti baxımından,

325
00:36:33,150 --> 00:36:36,270
həllini gözləyən digər məsələlərdən daha önəmlidir.

326
00:36:36,270 --> 00:36:40,250
Bunlardan biri müqavimət iqtisadiyyatıdır.

327
00:36:41,270 --> 00:36:49,520
Müqavimət iqtisadiyyatı olmadan ölkəmiz inkişaf etməyəcək,

328
00:36:50,450 --> 00:36:56,250
biz müqavimət iqtisadiyyatına əməl etməsək, iqtisadi problemlərimiz həllini tapmayacaq, əksinə,

329
00:36:56,400 --> 00:36:59,470
çətinliklər günü-gündən daha da artacaq.

330
00:37:00,820 --> 00:37:04,800
Hökumət kabinetindəki əziz qardaşlarımıza demişəm ki,

331
00:37:05,120 --> 00:37:12,100
bir müqavimət iqtisadiyyatı qərargahı təşkil etsinlər, başına da bir komandan qoysunlar; müharibədir də;

332
00:37:13,120 --> 00:37:18,350
iqtisadi müharibə də müharibədir. Düzdür, orda top-tüfəng yoxdur,

333
00:37:18,350 --> 00:37:22,820
amma bundan daha təhlükəli vasitələr var.

334
00:37:23,650 --> 00:37:28,250
Bu bir müharibədir, qərargah olmalıdır, qərargaha da komandir lazımdır.

335
00:37:28,800 --> 00:37:35,470
Mən təkliflər də verdim, qəbul da etdilər, hazırda müəyyən işlər də görülür,

336
00:37:35,920 --> 00:37:45,100
intəhası bu işlər hiss olunmalıdır, nəticəsi görünməlidir. Dövlətin həyata keçirdiyi işlərin – tutalım, haradasa bağlanmış hansısa sazişin –

337
00:37:45,100 --> 00:37:48,850
müqavimət iqtisadiyyatının hansı sferasına aid olduğu dəqiq müəyyən olunmalıdır.

338
00:37:49,070 --> 00:37:53,400
Biz əziz rəsmilərimizin diqqətinə bunu çatdırmışıq ki,

339
00:37:53,550 --> 00:37:57,050
siz filan yerdə filan məhsulu alırsız, yaxud nə barədəsə saziş bağlayırsınız,

340
00:37:57,350 --> 00:38:02,600
lap yaxşı, həmin sazişin müqavimət iqtisadiyyatının böyük arenasında,

341
00:38:02,670 --> 00:38:08,450
bu nəhəng tabloda hansı yerdə qərarlaşdığı dəqiq müəyyən olunmalıdır.

342
00:38:09,070 --> 00:38:14,300
Yəni iqtisadiyyat sferasında gördüyümüz bütün işlərin, bütün iqtisadi fəaliyyətlərimizin meyarı

343
00:38:14,870 --> 00:38:19,020
irimiqyaslı və hərtərəfli bir proqram olan müqavimət iqtisadiyyatı olmalıdır.

344
00:38:19,150 --> 00:38:22,520
Müqavimət iqtisadiyyatını da təkcə mən irəli sürməmişəm;

345
00:38:23,100 --> 00:38:31,300
birgə, hamılıqla düşünüb-daşınaraq bu fikrə gəlmişik. Sonra da istisnasız olaraq hamı –

346
00:38:31,700 --> 00:38:38,820
hakimiyyəti dəstəkləyənlər də, müxaliflər də – bu siyasətin məqsədəuyğun olduğunu təsdiqləyərək ölkənin yeganə nicat yolunun müqavimət iqtisadiyyatı olduğunu deyiblər.

347
00:38:39,000 --> 00:38:42,370
Deməli, ilk 3 prioritetdən biri budur.

348
00:38:42,740 --> 00:38:48,940
İkinci prioritet elmi sıçrayışdır. Biz ölkəmizin elmi sıçrayışının dayanmasına imkan verməməliyik.

349
00:38:49,250 --> 00:38:54,880
Əgər ölkəmiz elmlə məşğul olsa, elmini inkişaf etdirsə, yüksək mövqe tutacaq.

350
00:38:54,970 --> 00:39:00,370
Sözün həqiqi mənasında: اَلعِلمُ سُلطان

351
00:39:01,310 --> 00:39:05,220
Güc istəyiriksə, nüfuz istəyiriksə,

352
00:39:05,710 --> 00:39:11,420
bir başqsını lider bilib ona müraciət edən yox, dünya ölkələrinin,  müxtəlif dövlətlərin

353
00:39:11,420 --> 00:39:15,800
lider bilib üz tutduğu bir ölkə olmaq istəyiriksə, elmimizi gücləndirməliyik;

354
00:39:16,220 --> 00:39:18,740
və bu mümkündür, realdır.

355
00:39:19,310 --> 00:39:24,540
14-15 il bundan əvvəl mən elm məsələsini,

356
00:39:24,800 --> 00:39:31,140
mövcud elmi hüdudları aşmaq, sürətli elmi inkişafa təşəbbüs göstərmək məsələsini ortaya qoymuşdum;

357
00:39:31,140 --> 00:39:35,740
bəziləri dedilər ki, mümkün olan iş deyil; hətta çıxıb televiziya ekranlarından da: “Olası iş deyil” – deyənlər oldu.

358
00:39:35,970 --> 00:39:40,480
Bu gün özünüz görürsünüz ki, olub; hamı da etiraf edir ki, olub.

359
00:39:40,880 --> 00:39:49,540
Ölkəmizin elmi inkişaf tempi dünya elminin orta inkişaf tempindən bir neçə dəfə artıq idi.

360
00:39:49,540 --> 00:39:54,200
Əlbəttə ki, biz çox geridə olduğumuz üçün bu inkişaf tempi hələ bir neçə il ardıcıl davam etməlidir ki,

361
00:39:54,200 --> 00:39:59,850
o ön sıralara çataq. Amma əvvəl bu sürət daha artıq idi, indi azalıb;

362
00:39:59,850 --> 00:40:04,020
bu barədə də mən xəbərdarlıq etmişdim, amma bir qrup adam etiraz etdi.

363
00:40:04,020 --> 00:40:09,880
Dünən ya bu gün idi, xəbərlərdə eşitdim, Elmlər Naziri deyib ki, ölkəmizdə elmi inkişafın tempi yavaşıyıb;

364
00:40:10,370 --> 00:40:16,220
baxın! Mən bunu 6-7 il bundan əvvəl söhbətlərimdən birində demişdim,

365
00:40:16,340 --> 00:40:18,570
bəzilərinin də xoşuna gəlməmişdi, etiraz etmişdilər,

366
00:40:18,570 --> 00:40:24,820
amma indi Elmlər Naziri deyir ki, elmi inkişafın sürət tempi azalıb. Azalmasına imkan verməməliyik;

367
00:40:25,510 --> 00:40:29,850
elmi inkişafı tam ciddi surətdə davam etdirmək lazımdır.

368
00:40:30,000 --> 00:40:35,740
Elmi inkişafı davam etdirsək, elmi əsaslı iqtisadiyyata nail olacağıq;

369
00:40:35,970 --> 00:40:42,170
hansı ki az investisiya tələb edir, amma ortaya çıxardığı məhsul çoxdur.

370
00:40:42,820 --> 00:40:48,140
və ixtiyarımızda olacaqdır.

371
00:40:48,250 --> 00:40:53,650
Üçüncü prioritet mədəni baxımdan risk və təhlükələrdən qorunmaqdır.

372
00:40:54,280 --> 00:41:00,110
Bu barədə mən bir neçə kəlmə açıqlama verim,

373
00:41:00,110 --> 00:41:05,080
daha sonra bir qədər də ətraflı danışacağam; söhbətimiz bir qədər uzanır, amma xahiş edirəm, bir az dözün.

374
00:41:05,170 --> 00:41:09,710
Biz ölkəmizi, xalqımızı, cəmiyyətimizi mədəniyyət baxımından, belə deyək, immunlaşdırmalıyıq.

375
00:41:09,850 --> 00:41:11,770
Bunun üçün konkret fəaliyyət proqramları olmalıdır.

376
00:41:12,570 --> 00:41:17,450
Biz əvvəlcə bu məqsədi qəbul etməli, onun doğruluğuna inanmalı,

377
00:41:17,970 --> 00:41:22,280
inam əldə etdikdən sonra isə gedib bu iş üçün fəaliyyət proqramları hazırlamalıyıq.

378
00:41:22,280 --> 00:41:25,450
Bu, elə-belə bizə müyəssər olası bir iş deyil;

379
00:41:26,020 --> 00:41:31,200
bir-iki çıxış edib kitab yazmaqla da əmələ gəlməyəcək;

380
00:41:31,310 --> 00:41:36,170
ölkəni və ictimaiyyəti mədəni cəhətdən təhlükələrə qarşı immunlaşdırmaq üçün işləmək lazımdır, planlı şəkildə iş görmək lazımdır.

381
00:41:38,340 --> 00:41:44,310
Qeyd etdiyim bu işlər həyata keçərsə, nəticəsi ölkənin inkişafı olacaq.

382
00:41:44,570 --> 00:41:49,220
Əgər ölkəmiz ilk növbədə bu 3 prioriteti diqqətdə saxlasa,

383
00:41:49,510 --> 00:41:51,570
inkişaf edəcək; görüləsi sonrakı işlər də var,

384
00:41:52,000 --> 00:41:57,400
amma birinci növbədə bu 3 prioritet məsələdir.

385
00:41:57,510 --> 00:42:03,620
İnkişaf dedikdə mən formal inkişafı nəzərdə tutmuram, həqiqi, real inkişafı nəzərdə tuturam.

386
00:42:04,050 --> 00:42:10,220
Formal inkişaf odur ki, iqtisadiyyatı bir balaca rövnəqləndirəsən, xaricdən bir az mal gətirib

387
00:42:10,540 --> 00:42:15,020
bər-bəzək düzəldəsən; bu olur formal inkişaf.

388
00:42:15,310 --> 00:42:19,020
Bu cür inkişaf tez bir zamanda camaatı məmnun edə bilər,

389
00:42:19,140 --> 00:42:23,800
amma sonda ölkənin ziyanına tamamlanacaq.

390
00:42:24,050 --> 00:42:30,820
İnkişaf həqiqi, dərin olmalı, möhkəm daxili əsaslara söykənməlidir;

391
00:42:31,510 --> 00:42:34,600
bax bu olar inkişaf; əsl inkişaf budur.

392
00:42:35,910 --> 00:42:43,480
Dünən eşitdim, Keşikçi Korpusun möhtərəm baş komandanı

393
00:42:43,850 --> 00:42:47,080
o raketlər və sair haqda televiziyada söhbət edirdi, deyirdi ki, əgər

394
00:42:47,340 --> 00:42:54,000
ölkəni tamamilə blokadaya alsalar belə – belə ki kənardan heç bir şey gətirilməsin, kənara da heç bir şey çıxarılmasın –

395
00:42:54,200 --> 00:43:00,000
o raketlərin istehsalında biz heç bir problemlə üzləşmərik; bax bu, inkişaf deməkdir.

396
00:43:00,600 --> 00:43:07,370
Elə etməlisiniz ki, sanksiya tətbiq etsələr, təzyiq göstərsələr belə,

397
00:43:07,510 --> 00:43:13,450
inkişafınız dayanmasın və düşmən sizinlə kompromisə getmək lazım olduğunu hiss etsin.

398
00:43:13,770 --> 00:43:16,480
Belə bir həqiqi inkişafa nail olmaq istəyiriksə,

399
00:43:16,620 --> 00:43:21,020
öz inqilabi xüsusiyyətlərimizi qoruyub saxlamalı, cihad əzmli hərəkatımızı davam etdirməli,

400
00:43:21,820 --> 00:43:27,620
milli qürur və heysiyyətimizi qorumalı, əriyib yox olmamalı,

401
00:43:28,970 --> 00:43:34,740
dünya mədəniyyəti və iqtisadiyyatının təhlükəli mədəsində həzm olub getməməliyik;

402
00:43:35,250 --> 00:43:39,140
bu sadaladıqlarıma riayət etsək, bu, olacaq.

403
00:43:39,310 --> 00:43:44,850
Seçkidən qabaq mən düşmənin ölkəyə nüfuz etməsi məsələsinə toxunmuşdum.

404
00:43:45,450 --> 00:43:47,970
Cənablar! Bu, çox mühüm bir məsələdir.

405
00:43:50,000 --> 00:43:55,910
Düşmənin yol tapıb ölkəyə nüfuz etməsi önəmli bir məsələdir və mən də bunu

406
00:43:56,110 --> 00:43:59,420
ağlıma gələn hansısa ehtimala əsasən demirəm; yox,

407
00:43:59,620 --> 00:44:06,000
bizim çox şeydən xəbərimiz var. Ölkədə baş verən

408
00:44:06,250 --> 00:44:13,400
və bir qayda olaraq sıravi insanlar, bəzən isə hətta dövlət adamları üçün də qaranlıq qalan bir çox məqamlar haqda biz məlumat alırıq.

409
00:44:13,770 --> 00:44:21,600
Mən bunu dəqiq məlumatım əsasında deyirəm ki, ölkəmizə nüfuz etmək planı imperializmin,

410
00:44:21,770 --> 00:44:27,280
Amerikanın ciddi surətdə izlədiyi bir plandır; ölkəmizə nüfuz etməyə səy göstərirlər.

411
00:44:27,850 --> 00:44:32,050
Yanlış anlaşılmasın! Bu nüfuz etmə səyləri haradasa çevriliş etmək üçün deyil;

412
00:44:32,200 --> 00:44:38,450
yox, İranda, İslam Respublikasında, İslam Respublikasının qurduğu strukturda çevriliş etməyin heç bir mənası olmadığını bilirlər.

413
00:44:39,450 --> 00:44:44,250
Görürsən haradasa çevrilş etmək, birini hakimiyyətdən uzaqlaşdırıb başqa birini gətirmək üçün

414
00:44:44,570 --> 00:44:48,050
hansısa silahlı qüvvənin daxilinə yol tapıb nüfuz edirlər; ölkəmizlə bağlı isə məsələ belə deyil, bura nüfuz etmək cəhdləri çevriliş üçün deyil,

415
00:44:48,200 --> 00:44:50,650
başqa iki məqsədi var.

416
00:44:51,650 --> 00:44:58,310
Bunlardan biri rəsmilərdir, ikinci hədəf isə xalqdır.

417
00:44:59,740 --> 00:45:03,820
Rəsmilər bu nüfuz etmə cəhdlərinin hədəfindədir; nəyə görə? Məqsəd nədir?

418
00:45:03,820 --> 00:45:07,620
Məqsəd rəsmilərimizin hesablamalarını dəyişməkdir;

419
00:45:08,220 --> 00:45:11,110
yəni onlar buna nail olmaq istəyirlər ki, İslam Respublikasının rəsmiləri

420
00:45:11,250 --> 00:45:17,250
atacaqları hansısa addım barədə mühakimə yürüdərkən onun gəlir-çıxarını nəzərə alaraq o işi görmək lazım olub-olmadığı barədə nəticəyə gəlsinlər.

421
00:45:17,650 --> 00:45:26,310
...................................................

422
00:45:26,820 --> 00:45:35,020
...................................................

423
00:45:35,280 --> 00:45:44,370
Rəsmilərin düşüncə və iradəsi düşmənin ovcunun içində olandan sonra artıq onun gəlib bilavasitə hansısa işə müdaxilə etməsinə ehtiyac qalmayacaq,

424
00:45:44,510 --> 00:45:48,450
............................................

425
00:45:48,880 --> 00:45:52,200
..........................................................

426
00:45:52,600 --> 00:45:58,110
Bax elə mənim hesablamalarım dəyişsə, artıq onun istədiyi qərarları qəbul edəcəyəm;

427
00:45:58,570 --> 00:46:02,820
onun istədiyi işləri havayı həyata keçirəcəyəm.

428
00:46:03,370 --> 00:46:08,050
Bəzən bu işləri hətta özüm də bilmədən – yəni əksər hallarda özüm də bilmədən görəcəyəm.

429
00:46:09,340 --> 00:46:12,310
Elə ona görə də rəsmilərimizin hesablamalarını dəyişməyə çalışırlar.

430
00:46:12,480 --> 00:46:15,110
Deməli, birinci hədəf rəsmilərdir.

431
00:46:15,340 --> 00:46:20,050
İkinci hədəf isə xalqdır; xalqın inancları dəyişməlidir;

432
00:46:20,310 --> 00:46:25,000
İslama inancı, inqilaba inancı, siyasi İslama olan inancı,

433
00:46:26,450 --> 00:46:34,080
İslam dininin şəxsi məsələlərdən başqa, ictimai vəzifələrə də malik olduğuna, hakimiyyətə gəlməli,

434
00:46:34,940 --> 00:46:41,710
cəmiyyətin formalaşdırılmasında, sivilizasiya quruculuğunda iştirak etməli olduğuna bəslədiyi inam;

435
00:46:41,710 --> 00:46:46,910
Bütün bunlar xalqın təfəkküründən silinməli, yerini tamamilə əksi tutmalıdır.

436
00:46:48,620 --> 00:46:51,620
Müstəqilliyə olan inamı dəyişmək istəyirlər.

437
00:46:53,050 --> 00:46:56,970
Əlbəttə ki, bəzi insanlar bu məsələdə naşılıq edir,

438
00:46:57,220 --> 00:47:03,420
bəzən mətbuatda gedən yazılarda ölkənin müstəqilliyini açıq-aşkar şəkildə köhnəliyin qalığı olan bir şey adlandırır,

439
00:47:03,740 --> 00:47:09,110
ölkələrin müstəqilliyinin bu gün artıq önəmli və aktual bir mövzu olmadığını deyirlər. Bu nə deməkdir?

440
00:47:10,540 --> 00:47:14,480
Bu o deməkdir ki, dünyanın coğrafi xəritəsində yalnız bir dövlət olmalıdır,

441
00:47:14,710 --> 00:47:19,600
həmin dövlət qərar verməli, hamı da onun qərarlarını yerinə yetirməlidir – mərkəzi istilik sistemi kimi –

442
00:47:20,000 --> 00:47:26,020
o özü haradasa nəyisə istehsal edəcək, başqaları isə yalnız istehlakçı olacaqlar. Bu ideyanı təbliğ edirlər;

443
00:47:26,480 --> 00:47:35,940
düşmənin nüfuz etməyi bax budur. Əlbəttə ki, bu, düşmənin həyata keçirməyə çalışdığı bir işdir.

444
00:47:36,200 --> 00:47:45,510
Xalqın inanc və ideyalarına nüfuz etməklə izlədikləri hədəflərdən biri də Qərbin xəyanətlərini unutdurmaqdır.

445
00:47:46,200 --> 00:47:50,710
Cənablar! Biz Qərbdən çox zərbələr görmüşük.

446
00:47:51,140 --> 00:47:55,400
Hazırda dünyada gedən təbliğatda tez-tez bir məsələ vurğulanır ki,

447
00:47:55,480 --> 00:47:59,400
nəyə görə İslam Respublikasında bəzi insanlar – hərdən də özəlliklə mənim adımı qeyd edirlər –

448
00:47:59,680 --> 00:48:04,540
Qərbin əleyhinədir, Amerikanın əleyhinədir;

449
00:48:06,170 --> 00:48:10,340
Biz Qərbin bizə nələr etdiyini yaddan çıxarmamalıyıq.

450
00:48:10,970 --> 00:48:15,280
Hər kəs bilir ki, mən Qərb dövlətləri ilə əlaqələri tamamilə kəsməyin tərəfdarı deyiləm; az sonra bu barədə də danışacağam.

451
00:48:15,770 --> 00:48:19,510
Bunu hər kəs bilir. Mən 8 il prezident olduğum dövrdə

452
00:48:19,880 --> 00:48:23,770
o ölkələrlə, o prezidentlərlə oturub-durub söhbət etmişəm.

453
00:48:23,770 --> 00:48:27,910
Eynilə bu gün də; bu gün də möhtərəm ölkə başçımızın xarici qonaqlarının səfər proqramında

454
00:48:28,140 --> 00:48:33,770
mənimlə görüş də yer alır. Həmin görüşlər zamanı onlarla oturub söhbət edəndə bir-birimizi söymürük ki!

455
00:48:33,910 --> 00:48:39,400
Qarşılıqlı anlaşma şəraitində oturub söhbətləşirik. Mən Qərblə münasibət saxlamağın əleyhinə deyiləm,

456
00:48:40,400 --> 00:48:46,140
amma məsələ budur ki, kiminlə münasibətdə olduğumuzu dərk etməli, qarşımızda necə birinin durduğunu bilməliyik.

457
00:48:46,250 --> 00:48:54,820
Qərb dünyası, Qərb ölkələri qacarlar dövrünün ortalarından bəri ölkəmizin əleyhinə fəaliyyətlərinə başlayıblar.

458
00:48:55,310 --> 00:48:59,050
Qacarlar sülaləsindən olan şahların zəifliyi bunların daim ölkədə müəyyən imtiyazlar əldə etməsinə,

459
00:48:59,420 --> 00:49:08,620
daim bizə təzyiq göstərmələrinə, bizim rahat yaşamımızın çərçivəsini daraltmalarına, inkişafımızı əngəlləmələrinə səbəb olub.

460
00:49:08,770 --> 00:49:15,050
Sonradan isə ölkədə öz adamlarını hakimiyyətə gətirmək lazım olduğunu düşündülər və elə belə də etdilər; Rzaxan onların öz adamı idi.

461
00:49:15,620 --> 00:49:19,650
Düzdür, bəziləri bunu da sual altına salıb Rzaxanı hakimiyyətə ingilislərin gətirmədiyini deyirlər.

462
00:49:19,650 --> 00:49:25,280
Bu qədər açıq-aydın olan bir məsələni, şah diktaturasının öz hökumət rəsmilərinin,

463
00:49:25,370 --> 00:49:32,680
ingilislərin özlərinin dönə-dönə dilə gətirib etiraf etdikləri bir şeyi

464
00:49:33,710 --> 00:49:37,850
bunlar inkar etmək istəyirlər. Reallıq budur ki, Rzaxanı hakimiyyətə onlar gətirmişdilər,

465
00:49:38,370 --> 00:49:45,170
amma sonradan onu əllərində istədikləri kimi oynada bilməyəcəklərindən ehtiyatlanaraq onu götürüb oğlunu qoydular.

466
00:49:46,340 --> 00:49:52,600
Daha sonra ölkə daxilində milli hərəkat adı altında baş qaldırmış hərəkatı boğaraq

467
00:49:52,820 --> 00:49:54,710
28 mordad senarisini həyata keçirdilər.

468
00:49:55,370 --> 00:50:00,770
28 mordaddan sonra Cəhənnəm maşını olan SAVAK-ı işə saldılar. Bütün bunları qərblilər edib,

469
00:50:01,570 --> 00:50:08,220
həmin o ingilislər edib; ingilislərdən sonra isə növbə Amerikanın idi.

470
00:50:09,450 --> 00:50:15,000
Ölkənin kənd təsərrüfatını məhv etdilər, elmi inkişafını dayandırdılar,

471
00:50:15,970 --> 00:50:23,110
çalışan beyinləri oğurlayıb apardılar və ya dayandırdılar,

472
00:50:24,080 --> 00:50:29,200
gəncliyi əxlaqsızlığa, dinsizliyə, narkomaniyaya,

473
00:50:29,600 --> 00:50:34,450
içki düşkünlüyünə və sair bu kimi yollara sürüklədilər. Bütün bunlar Qərbin ölkəmizdə törətdiyi əməllərdir.

474
00:50:34,820 --> 00:50:40,770
Mən demirəm ki, bizim bunda heç bir günahımız yoxdur, amma işlərin idarəçiliyi, hər şeyin ixtiyarı onların əlində idi, onlar ediblər.

475
00:50:40,770 --> 00:50:44,910
Bizim təqsirimiz odur ki, bu vəziyyətə əlac etmək barədə düşünməmişik,

476
00:50:45,420 --> 00:50:47,740
müqavimət göstərməyə çalışmamışıq.

477
00:50:47,850 --> 00:50:53,600
Əgər bu gün də müqavimət göstərməsək, həmin vəziyyət yaranar; yenə də köhnə hamam, köhnə tas olar.

478
00:50:55,200 --> 00:51:02,020
Daha sonra İslam İnqilabı baş verdi; inqilabın qələbə çaldığı ilk gündən etibarən Qərb dünyası bizə qarşı çıxdı.

479
00:51:02,880 --> 00:51:08,200
Təkcə qarşı çıxmaq, müxalif mövqe tutmaq da deyildi, bizim əleyhimizə mübarizə aparmağa başladı.

480
00:51:08,940 --> 00:51:16,310
Bunlar Səddama da, ölkənin sərhəd bölgələrində baş qaldırmış əks-inqilabçı qüvvələrə də dəstək oldular;

481
00:51:16,510 --> 00:51:21,540
pul da verdilər, silah da verdilər, siyasi-ideoloji cəhətdən də yardımlar göstərdilər.

482
00:51:22,620 --> 00:51:28,200
İnqilabın, inqilabla hakimiyyətə gəlmiş hökumət aparatının, şəxsən İmam Xomeyninin (r.ə)

483
00:51:28,800 --> 00:51:36,540
və digər inqilab rəsmilərinin əleyhinə şayiələr yayan, onlara iftiralar atan, düşmənçilk aparan məhz bunlar idi.

484
00:51:36,910 --> 00:51:40,400
Müharibədə Səddama əllərindən gəldiyi kimi kömək etdilər;

485
00:51:40,620 --> 00:51:45,050
şəhərlərimiz Səddam tərəfindən bombalandı,

486
00:51:45,220 --> 00:51:49,620
amma Səddamın arxasında duran onlar oldu; onlar olmasaydı, Səddam bu işi görə bilməzdi.

487
00:51:50,650 --> 00:51:55,880
Kimyəvi silahları, raketləri, “Miraj” qırıcılarını Səddama onlar verdi,

488
00:51:58,220 --> 00:52:01,880
Səddam üçün döyüş strategiyasını onlar qurdu,

489
00:52:02,250 --> 00:52:07,310
o döyüş əməliyyatları onlar tərəfindən hazırlandı,

490
00:52:07,820 --> 00:52:14,200
hərbçilərimizin bütün gediş-gəlişinin peyk vasitəsilə çəkilmiş görüntülərini İraqa, Səddama ötürən Amerika oldu;

491
00:52:14,680 --> 00:52:21,710
onlar bizimlə bu cür davrandılar. Müharibə qurtarandan sonra bizə qarşı sanksiya tətbiq edən də onlar oldu.

492
00:52:23,110 --> 00:52:29,280
Biz onlara qarşı heç bir düşmənçilik, əleyhdarlıq etməmişik; özümüz özümüz üçün bir bina ucaltmışıq

493
00:52:29,600 --> 00:52:35,570
və ona sadiq qalacağımızı demişik. Onlar isə müstəqil, onlara tabe olmayan bu binanı ucaltdığımıza görə

494
00:52:35,800 --> 00:52:41,110
bizimlə düşmənçilik etməyə başlayıblar. Biz nə edək?

495
00:52:42,570 --> 00:52:50,450
Hərdən görürəm, bəzi qardaşlarımız deyir ki, biz bütün dünya ilə münasibət qurmalı, əlaqədə olmalıyıq;

496
00:52:50,450 --> 00:52:55,970
bəli, düzdür, əlbəttə ki, bütün dünya ilə – Amerika və İsraili çıxmaq şərtilə –

497
00:52:56,050 --> 00:52:58,970
münasibət saxlamaq lazımdır; bunda bizim üçün heç bir problem yoxdur.

498
00:52:59,340 --> 00:53:04,220
Əvvəla, “bütün dünya” təkcə Qərb və Avropa deyil.

499
00:53:04,740 --> 00:53:09,280
Təxminən 4 il bundan əvvəl elə bu Tehran şəhərində

500
00:53:09,680 --> 00:53:16,000
dünyanın 130-140-dan çox ölkəsinin iştirakı ilə bir sammit keçirilmədimi?

501
00:53:16,710 --> 00:53:21,570
40-a yaxın prezident və baş nazir iştirak edirdi;

502
00:53:21,820 --> 00:53:30,970
dünyanın hər yerindən bura gəlib Qoşulmayanlar Hərəkatının sammitinə qatıldılar.  Bizim onlarla heç bir problemimiz yoxdur;

503
00:53:31,620 --> 00:53:35,940
dünya təkcə Avropa deyil ki; dünya daha geniş bir məkandır.

504
00:53:36,480 --> 00:53:40,000
Bu gün güclər də bütün dünyaya yayılıb, bölünüb.

505
00:53:40,000 --> 00:53:46,740
Dünyanın şərqi – yəni Asiya regionu – bu gün böyük bir güc mərkəzidir.

506
00:53:47,370 --> 00:53:51,480
Bizim bütün bunlarla əlaqəmiz var; heç bir sözümüz yoxdur. Bizim Avropa ilə də heç bir problemimiz yoxdur,

507
00:53:51,770 --> 00:53:54,370
avropalılar bizim üçün problem yaradıblar.

508
00:53:54,370 --> 00:54:00,680
Bu yaxınlarda Avropa dövlətlərindən birinin prezidenti burda səfərdə idi, mən ona dedim ki,

509
00:54:00,880 --> 00:54:06,110
Avropa öz siyasətində Amerikadan asılılıqdan qurtulmalıdır.

510
00:54:06,570 --> 00:54:09,910
Avropalılar Amerikanın yürütdüyü siyasətin arxasınca getdilər;

511
00:54:11,680 --> 00:54:15,220
o, bizə qarşı sanksiyalar qoydu, bunlar da onun yolu ilə getdilər;

512
00:54:15,540 --> 00:54:19,510
o, bizim əleyhimizə təbliğat apardı, bunlar da eyni hərəkəti etdilər. Yaxşı, bəs onda biz nə edək?

513
00:54:20,420 --> 00:54:25,200
Müxtəlif olaylarda ilk olaraq bizə qarşı düşmənçilik edən avropalılar olub.

514
00:54:25,200 --> 00:54:30,740
“Mikonos” restoranında baş vermiş o hadisədə ölkəmizin o vaxtkı prezidentini ittiham etdilər,

515
00:54:31,450 --> 00:54:36,820
məhkəməyə vermək istəyirdilər. Həmin hadisəyə görə mühakimə edilməli olan insanlar arasında onun da adını çəkirdilər!

516
00:54:36,910 --> 00:54:39,510
Yaxşı, biz bunlarla nə edək? Gedək yalvaraq?

517
00:54:40,020 --> 00:54:42,850
Deyək, siz Allah, bizə qarşı daha yaxşı olun?

518
00:54:43,710 --> 00:54:46,820
Biz onlara heç bir şey etməmişik; düşmənçilik edən onlardır.

519
00:54:46,850 --> 00:54:53,020
Əgər biz düşmənlərimizin ədavəti qarşısında qüdrət və cəsarətlə durmasaq,

520
00:54:53,170 --> 00:54:56,170
bizi yeyərlər, diri-diri udarlar.

521
00:54:56,570 --> 00:55:02,940
“Biz” deyəndə mən ölkəmizi, xalqımızı nəzərdə tuturam; yoxsa mənim və mənim kimilərin nə önəmi var?

522
00:55:03,820 --> 00:55:10,570
Ölkəni udarlar. Biz ölkəyə, xalqa, hazırkı tariximizə görə məsuliyyət daşıyan rəsmi şəxslərik; buna icazə verməməliyik.

523
00:55:12,740 --> 00:55:18,850
Demək istədiyim odur ki, onların bizə qarşı davranışı bu cür olub.

524
00:55:18,970 --> 00:55:22,620
İndi də yol tapıb ölkəyə nüfuz etmək üçün planlar cızmağa, iş aparmağa başlayıblar;

525
00:55:23,940 --> 00:55:28,680
ölkəyə nüfuz etmək üçün cürbəcür yollar tapıblar, mən özlüyümdə hesablamışam,

526
00:55:28,770 --> 00:55:37,770
təxminən 10-a yaxın mühüm metod işləyib hazırlayıblar və artıq hərəkətə keçiblər;

527
00:55:37,910 --> 00:55:41,170
elə bu dəqiqə də aparmaqdadırlar. Həmin yollardan biri elmdir;

528
00:55:41,880 --> 00:55:48,080
universitetlərlə, elm adamları ilə, professorlarla,

529
00:55:48,220 --> 00:55:55,540
tələbələrlə əlaqəyə girmək yolu ilə, üzdə elmi konfranslar adı altında, əslində isə ölkəyə nüfuz etmək məqsədilə

530
00:55:56,620 --> 00:56:00,680
təhlükəsizlik orqanları üçün çalışan adamlarını bura göndərmək; bir metod budur.

531
00:56:00,680 --> 00:56:03,770
Digər bir yol mədəniyyət, incəsənət sferasıdır.

532
00:56:04,800 --> 00:56:11,910
Xüsusi xidmət orqanları tərəfindən göndərilmiş

533
00:56:12,400 --> 00:56:19,370
incəsənət xadimi adı ilə, tutalım, hansısa musiqi festivalı üçün bura gəlir;

534
00:56:19,740 --> 00:56:26,800
əlbəttə ki, xoşbəxtlikdən, Milli Təhlükəsizlik Nazirliyimiz duyuq düşüb, qarşısı tez alınıb.

535
00:56:27,140 --> 00:56:34,420
Yəni incəsənətlə bağlı bir tədbirdə – misal üçün, musiqi festivalında – iştirak etmək adı ilə

536
00:56:35,170 --> 00:56:39,850
yüzdə-yüz təhlükəsizlik orqanları ilə əlaqədə olan, siyasi məqsədlər izləyən bir insanı incəsənət xadimi adı ilə,

537
00:56:40,650 --> 00:56:43,600
seçib bura göndərirlər. Yaxşı, bəs bu adamı nə üçün göndərirlər?

538
00:56:44,650 --> 00:56:49,310
Digər bir yol iqtisadiyyata nüfuz etməkdir. Yol tapıb ölkəyə nüfuz etmək üçün cürbəcür metodlar

539
00:56:49,820 --> 00:56:54,370
nəzərdə tutublar; diqqətli, ehtiyatlı olmalıyıq.

540
00:56:55,910 --> 00:57:01,200
Doğru yol odur ki, biz özümüzü daxildən gücləndirək və başqalarından tamamilə ehtiyacsız bir vəziyyətə gətirək.

541
00:57:02,250 --> 00:57:07,000
Dünya güclü, zəngin və ehtiyacsız bir ölkəyə hörmətlə yanaşacaq;

542
00:57:07,000 --> 00:57:08,880
hörmətlə yanaşmağa məcburdur.

543
00:57:09,850 --> 00:57:14,910
Əgər İran İslam dövləti güclü və ehtiyacsız olsa,

544
00:57:16,000 --> 00:57:20,540
bu gün özünü çəkib dağ başına qoyanlar

545
00:57:20,540 --> 00:57:26,020
gəlib bizim qapımızın ağzını kəsdirib minnətçi düşərlər.

546
00:57:26,140 --> 00:57:27,680
Əlbəttə ki, indiyə qədər bu hələ baş verməyib;

547
00:57:27,770 --> 00:57:34,510
hazırkı gediş-gəlişlərin indiyə qədər bizim üçün heç bir müsbət mənası olmayıb.

548
00:57:35,280 --> 00:57:37,850
Ola bilsin, gələcəkdə olacaq – bilmirəm –

549
00:57:38,400 --> 00:57:42,140
amma indiyə qədər gördüyümüz bu diplomatik gediş-gəlişlərin heç bir təsiri olmayıb.

550
00:57:42,600 --> 00:57:48,510
Bir müddət əvvəl burada səfərdə olan Avropa ldierlərindən birinə mən bunu da söylədim –

551
00:57:48,910 --> 00:57:54,020
cənab Ruhani də iştirak edirdi – dedim ki, nəticə göz önündə olmalıdır; kağız üzərində oturub danışıqlar aparmağın,

552
00:57:54,140 --> 00:57:57,820
sonradan reallaşmayacaq hansısa məsələlər barədə razılığa gəlməyin,

553
00:57:58,050 --> 00:58:02,650
həmin məsələləri haradasa əldə edilmiş bir anlaşma ilə şərtləndirməyin heç bir faydası yoxdur;

554
00:58:02,740 --> 00:58:10,510
nə baş verdiyi, hansı işlərin həyata keçirildiyi göz önündə aydın şəkildə məlum olmalıdır. İndiyə qədər bu olmayıb.

555
00:58:10,650 --> 00:58:18,620
Əlbəttə, ümidvaram ki, cənabların göstərdiyi ciddi səylər sayəsində bu iş reallaşacaq.

556
00:58:18,740 --> 00:58:24,540
İslam Respublikasının 37 illik təcrübəsi göstərir ki, biz güclənməli,

557
00:58:25,050 --> 00:58:29,250
möhkəmlənməliyik; ideoloji cəhətdən güclənməliyik, siyasi cəhətdən güclənməliyik,

558
00:58:29,620 --> 00:58:34,940
iqtisadi cəhətdən güclənməliyik, mədəni cəhətdən güclənməliyik, elmi cəhətdən güclənməliyik.

559
00:58:35,480 --> 00:58:39,800
Güclənəndən sonra isə, təbii ki, nüfuz və hörmət qazanacağıq;

560
00:58:39,800 --> 00:58:42,710
bu gün xalqların beynəlxalq arenada nüfuz və hörməti məhz bununla təmin olunur.

561
00:58:42,880 --> 00:58:45,220
Ümidvaram ki, inşallah, Uca Yaradan hamıya uğur nəsib edər.

562
00:58:45,220 --> 00:58:50,800
Mən, əlbəttə ki, ölkə rəsmilərimizə təşəkkürümü bildirirəm, zəhmət çəkirlər;

563
00:58:51,250 --> 00:58:55,080
mən müxtəlif hökumət strukturlarının necə çalışıb zəhmət çəkdiklərini görürəm.

564
00:58:55,080 --> 00:59:02,400
İnşallah, düzgün yolda, sirati-müstəqimdə, doğru olan işləri görərlər,

565
00:59:02,820 --> 00:59:05,400
Allah-taala da, inşallah, onlara yardımçı olacaq.

566
00:59:05,400 --> 00:59:07,710
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.