1
00:00:05,510 --> 00:00:08,370
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:09,850 --> 00:00:16,140
Çox şadam ki, siz əzizlərimlə görüşmək mənə bir daha nəsib oldu; əlhəmdulillah.

3
00:00:17,400 --> 00:00:26,110
Hərçənd bu görüşlər də kifayət etmir.

4
00:00:28,800 --> 00:00:35,570
Əziz veteranlarımızdan bəziləri mənə dedilər ki,

5
00:00:36,280 --> 00:00:42,620
bu görüşü 20, 30 ildir gözləyirlər. Mən onlara bildirdim ki,

6
00:00:43,140 --> 00:00:49,020
onların belə önəmsiz bir işi 20 il gözləməyi məni, doğrudan da, utandırır;

7
00:00:49,880 --> 00:00:58,880
intəhası gücümüz, imkanımız çatmadığı üçün, bu kimi səbəblərdən belə alınır.

8
00:00:59,220 --> 00:01:02,970
Yəni insanın bundan artığına gücü çatmır;

9
00:01:02,970 --> 00:01:07,200
yoxsa əgər imkanımız olsaydı, sizlərlə daha tez-tez görüşməyi çox istərdik.

10
00:01:08,880 --> 00:01:16,080
Əvvəla, sizin çəkdiyiniz zəhmət, sizin əcriniz Uca Yaradanın dərgahında qalır

11
00:01:16,940 --> 00:01:22,200
və inşallah, həm də günü-gündən artmaqdadır.

12
00:01:24,310 --> 00:01:29,820
Çünki sizin gördüyünüz iş birdəfəyə tamamlanmayıb;

13
00:01:32,080 --> 00:01:42,220
şəhidlərdən fərqli olaraq, siz bu sınağı, bu çətinliyi tədricən çəkirsiniz.

14
00:01:42,740 --> 00:01:50,570
Şəhidlər aldıqları bir mərmi və ya güllə yarası ilə Behiştə yollanıblar, qanad açıb Cənnətə uçublar, işləri bitib.

15
00:01:53,340 --> 00:01:59,220
Siz isə yox; siz hər gün, hər saat əziyyət çəkirsiniz,

16
00:02:00,710 --> 00:02:08,800
çətinliklə üzləşirsiniz. Düzdür, siz artıq bu çətinliklə, bu əziyyətlə razılaşmısınız

17
00:02:09,170 --> 00:02:15,680
və Allah-taala sizin ürəyinizdə buna səbir etdiyinizi bilir,

18
00:02:15,880 --> 00:02:23,600
amma bu səbrinizə görə hər dəqiqə, hər saat, hər gün sizə əlavə bir əcr verilir.

19
00:02:24,770 --> 00:02:34,340
Odur ki əlil və veteranların əcrinin günü-gündən artdığı dəqiqdir.

20
00:02:35,400 --> 00:02:42,880
Bir saat da artıq yaşasanız, əcriniz bir o qədər artacaq.

21
00:02:45,450 --> 00:02:55,400
Rəvayətlərdə var ki, insanın Allah yolunda verdiyi bir şey – xırda və ya az məbləğdə bir pul –

22
00:02:56,310 --> 00:03:00,850
Qiyamət günü ona Uhud dağı boyda geri verilə bilər.

23
00:03:02,170 --> 00:03:03,880
Sizin gördüyünüz iş də belədir;

24
00:03:06,000 --> 00:03:10,220
bədən üzvünüzü itirmisiniz, əlbəttə ki, çox böyük və ciddi bir məhrumiyyətə qatlaşmısınız,

25
00:03:10,600 --> 00:03:14,800
əcriniz də çox böyükdür,

26
00:03:15,940 --> 00:03:23,540
amma bu əcr daim artmaqdadır, getdikcə çoxalır.

27
00:03:27,050 --> 00:03:32,000
Getdikcə artan bu əcrə görə Allaha şükürlər edin.

28
00:03:34,570 --> 00:03:39,340
İkincisi, siz müharibə veteranları

29
00:03:39,680 --> 00:03:42,600
indi də mübarizəni davam etdirməkdəsiniz,

30
00:03:43,370 --> 00:03:49,000
öz əlilliyinizlə, əslində, elə hazırda da cihad edirsiniz.

31
00:03:49,480 --> 00:03:55,970
Soruşacaqsınız ki, necə? Bunu deməklə mən mədəni cihadı nəzərdə tutmuram;

32
00:03:56,080 --> 00:04:00,970
sizin haradasa çıxış etməyinizdən, nə isə deməyinizdən, hansısa işləri görməyinizdən,

33
00:04:00,970 --> 00:04:07,480
Allaha xatir sağlamlığınızdan keçməyinizdən, hansısa təlimlərdə iştirak etməyinizdən danışmıram – düzdür, bunlar hamısı öz yerində, cihaddır –

34
00:04:08,140 --> 00:04:13,770
amma sizin bu əlil arabasında oturmağınız, yaxud yataqda uzanıb qalmağınız,

35
00:04:13,770 --> 00:04:24,480
gözündən, əl və ya ayağından məhrum olmuş veteranların küçə-bazarda görünməyi özü də bir mübarizədir.

36
00:04:25,820 --> 00:04:35,140
Nəyə görə? Çünki bu xalqın çox çətin bir etapda çəkdiyi əziyyətləri, düçar olduğu olmazın bəla və müsibətləri göstərir.

37
00:04:36,310 --> 00:04:41,880
Əslində, siz bir rəsm əsəri, bir tablo kimi

38
00:04:42,650 --> 00:04:48,970
sizi kənardan seyr edənlərə müharibəni, Müqəddəs Müdafiəni  nümayiş etdirirsiniz.

39
00:04:52,450 --> 00:05:01,250
Siz İran xalqının böyük bir müsibətə düçar olduğu, böyük bir sınaqla üz-üzə qaldığı o dövrün  təsvirini yaradırsınız.

40
00:05:03,110 --> 00:05:15,170
Sizin bu varlığınız, iştirakınız özü bir mübarizədir, təbliğatdır, həqiqətləri çatdırmaqdır.

41
00:05:16,200 --> 00:05:19,740
Sizə baxanda

42
00:05:21,620 --> 00:05:29,620
Səddam rejimini dəstəkləyən, müdafiə edən o super-dövlətlərin cinayətlərini görmək olur.

43
00:05:32,340 --> 00:05:39,510
Sizə baxanda sizləri bu cür yetişdirib

44
00:05:39,800 --> 00:05:47,570
döyüş meydanlarına göndərə bilmiş İmamın və inqilabın böyüklüyünü, əzəmətini görmək olur.

45
00:05:50,450 --> 00:05:59,050
Sizə baxanda İran xalqının yaşadığı tarixi bir dönəmi görmək olur.

46
00:06:01,140 --> 00:06:12,450
Odur ki əlil müharibə veteranları ağızlarını açıb bir kəlmə söz deməsələr,

47
00:06:13,280 --> 00:06:17,970
heç bir  tədbirdə təbliğatçı, natiq qismində çıxış etməsələr belə,

48
00:06:18,220 --> 00:06:25,820
təkcə camaat arasında olmaları, varlıqları ilə artıq müəyyən həqiqətləri elan edir, açıqlayır.

49
00:06:26,000 --> 00:06:30,200
Sizin varlığınız özü artıq müəyyən həqiqətlərdən xəbər verir;

50
00:06:30,310 --> 00:06:37,170
tarixi həqiqətlərdən, öyrədici həqiqətlərdən, siyasi həqiqətlərdən, beynəlxalq proseslərlə bağlı həqiqətlərdən; bu, belədir.

51
00:06:37,340 --> 00:06:43,280
Bunun da özü-özlüyündə Allah dərgahında əcri vardır. Bu da növbəti bir məqam.

52
00:06:43,680 --> 00:06:47,570
Qeyd etmək istədiyim üçüncü məqam isə

53
00:06:49,420 --> 00:06:59,710
sizi həyat yoldaşı kimi qəbul edən, əziyyətinizə qatlaşan xanımlarla bağlıdır.

54
00:06:59,940 --> 00:07:08,310
Bəli, az öncə oxunan gözəl şeirdə də vurğulandığı kimi,

55
00:07:10,280 --> 00:07:17,850
bu xanımlar sözün əsl mənasında fədakardır; bu, fədakarlıqdır, böyük bir fədakarlıq.

56
00:07:19,850 --> 00:07:24,140
Onların göstərdiyi xidmət çox yüksək dəyərə malikdir.

57
00:07:24,480 --> 00:07:34,540
Xəstəyə baxan, qulluq edən adam xəstənin özündən  heç də az əziyyət çəkmir.

58
00:07:37,770 --> 00:07:47,000
Müharibədə əlil olmuş bir insanı bütün problemləri, fiziki məhdudiyyətləri ilə qəbul etmək,

59
00:07:47,000 --> 00:07:50,680
qulluğunda durmaq, dediyinə qulaq asmaq,

60
00:07:52,340 --> 00:07:59,000
əlil biri üçün təbii olan hövsələsizliyinə səbir etmək –

61
00:07:59,570 --> 00:08:02,910
bütün bunların Uca Allahın dərgahında əcri yüksəkdir.

62
00:08:03,220 --> 00:08:10,420
Mən siz veteranların həyat yoldaşı olan xanımlara bunu deyə bilərəm ki,

63
00:08:11,450 --> 00:08:18,820
Allah-taala onlara gördükləri bu böyük işin müqabilində müjdə verir;

64
00:08:18,820 --> 00:08:23,710
bu, həqiqətən də, böyük bir cihaddır, qəhrəmanlıqdır. Bu da bir məqam.

65
00:08:24,220 --> 00:08:29,820
Son olaraq demək istəyirəm ki, həm siz, əziz müharibə veteranları, həm sizin xanımlarınız,

66
00:08:29,820 --> 00:08:40,600
övladlarınız, qohumlarınız, sizin qulluğunuzda durmaqda payı, rolu olan insanlar

67
00:08:40,600 --> 00:08:46,940
bu böyük mənəvi sərvəti qoruyub saxlamağa çalışsınlar.

68
00:08:47,850 --> 00:08:59,250
Bilsinlər ki, bəzən bizim diqqətsizliyimiz, bilməməzliyimiz ucbatından, sahib olduğumuz böyük sərvətlər əlimizdən çıxır.

69
00:09:00,510 --> 00:09:03,680
Qəflətə qapılsaq, diqqətsizlik etsək,

70
00:09:04,400 --> 00:09:09,910
layiq görüldüyümüz mənəvi-ilahi şənə uyğun hərəkət etməsək,

71
00:09:10,200 --> 00:09:18,080
mənəvi sərvət olaraq sahib olduğumuz şeylər əlimizdən çıxacaq; diqqətli olmaq lazımdır.

72
00:09:18,600 --> 00:09:23,400
Allah-taala hamımıza mənəvi dəstək olsun ki,

73
00:09:23,570 --> 00:09:29,820
Onun bizə bəxş etdiyi nemətləri – bəzi nemətlər var ki, maddidir,

74
00:09:30,710 --> 00:09:33,480
bəzi nemətlər isə mənəvidir –

75
00:09:34,510 --> 00:09:38,650
inşallah, qoruya bilək, onlara görə şükür edək.

76
00:09:40,080 --> 00:09:44,570
Mən bir daha siz əzizlərimə, qardaş və bacılarıma

77
00:09:45,820 --> 00:09:51,480
bugünkü görüşə, bu hüseyniyəyə gəldiyinizə görə

78
00:09:52,200 --> 00:09:56,450
təşəkkür edirəm, bir daha xoş gəlmisiniz deyirəm.

79
00:09:57,540 --> 00:10:03,820
Uca Allahdan sizə şadlıq, işlərinizin irəliləməsini,

80
00:10:04,170 --> 00:10:09,540
arzu və istəklərinizin yerinə yetməsini diləyirəm.

81
00:10:09,880 --> 00:10:12,940
İnşallah, Allah-taala övladlarınızı sizə bağışlasın,

82
00:10:13,770 --> 00:10:19,020
sizə xoş həyat, tam sağlamlıqda keçən

83
00:10:19,400 --> 00:10:24,340
uzun ömür nəsib etsin.

84
00:10:25,000 --> 00:10:26,820
Allahın  salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.