1
00:00:05,050 --> 00:00:07,250
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:07,510 --> 00:00:09,880
الحمدلله ربّ العالمين

3
00:00:14,370 --> 00:00:20,420
والصّلاة والسّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:31,340 --> 00:00:37,820
و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين

5
00:00:38,340 --> 00:00:45,710
Əziz qardaşlar, bacılar, çox xoş gəlmisiniz.

6
00:00:48,880 --> 00:00:58,480
Sizinlə keçirdiyimiz bu görüşlər mənim üçün həmişə ən xoş görüşlərdən olub;

7
00:01:01,000 --> 00:01:07,370
istər Müqəddəs Müdafiənin yadigarı olan

8
00:01:09,340 --> 00:01:16,480
və mənim zehnimdə ən dəyərli xatirələri yenidən canlandıran qocaman hərbçilər olsun,

9
00:01:16,820 --> 00:01:25,770
istərsə də son bir neçə onillikdə bu mübarək kollektivin sıralarına qoşulmuş

10
00:01:25,910 --> 00:01:28,820
əziz gənclər, sonrakı nəsillər.

11
00:01:31,970 --> 00:01:36,680
Ümidvaram, sizin hamınıza ilahi bərəkət nəsib olar

12
00:01:40,420 --> 00:01:47,050
və siz hər bir halda o doğru yolla – sirati-müstəqimlə irəliləməyə,

13
00:01:48,970 --> 00:01:56,000
müqəddəs cihadı həyata keçirməyə müvəffəq olarsınız.

14
00:01:56,880 --> 00:02:03,400
İnsanın dünya və axirətdə səadət və qurtuluşunun sirri də elə bundadır.

15
00:02:05,820 --> 00:02:14,910
Əvvəla, mübarək zilhiccə ayı mühüm bir aydır, onun qədrini bilməliyik.

16
00:02:15,910 --> 00:02:21,880
Bu ayda mübarək Qədir-Xum və Qurban bayramlarından – bu iki əlamətdar gündən başqa,

17
00:02:23,820 --> 00:02:30,080
mühüm və əlamətdar olan digər bir gün də var ki,

18
00:02:31,050 --> 00:02:35,970
bu, Ərəfə günüdür. Ərəfə gününün qədrini bilək;

19
00:02:38,420 --> 00:02:47,450
Yaradan qarşısında itaət və təslimkarlıq dərgahına daxil olmağa hazırlaşaq.

20
00:02:49,710 --> 00:02:52,970
Ərəfə günü çox böyük bir gündür.

21
00:02:55,850 --> 00:03:06,800
Vaxt keçdikcə bizlərin qəlbini sanki toz basır, sanki qəlbimiz pas atır.

22
00:03:09,970 --> 00:03:20,020
Dua və yalvarış, Allah qarşısında itaət, zikr, təvəssül bu pası, bu toz-torpağı silib götürür.

23
00:03:21,220 --> 00:03:33,200
Bu iş üçün, bu toz-torpağın, hisin-pasın təmizlənib götürülməsi üçün konkret olaraq daha münasib günlər var ki, onlarda insanın şansı daha yüksək olur.

24
00:03:33,940 --> 00:03:40,910
Belə günlər içərisində ən üstün olanlarından biri də Ərəfə günüdür. Ərəfə gününün qədrini bilin.

25
00:03:41,000 --> 00:03:47,740
Ərəfə günü günortadan gün batan vaxta qədər olan saatlar çox əhəmiyyətli saatlardır;

26
00:03:47,880 --> 00:03:53,970
bu saatların hər anı xariqüladə bir iksir kimi,

27
00:03:55,340 --> 00:04:02,280
dərman kimi əhəmiyyətlidir. Onları qəflət içində keçirməyək.

28
00:04:04,340 --> 00:04:11,280
Bu günün əməllərinə nümunə olaraq, İmam Hüseynin (ə) heyrətamiz Ərəfə duasını qeyd etmək olar.

29
00:04:12,310 --> 00:04:26,110
Bu dua Yaradan qarşısında itaət, zəlillik, zikr, dua və yalvarışın təzahürüdür.

30
00:04:26,510 --> 00:04:34,600
Bundan başqa, İmam Səccadın (ə) “Səhifeyi-Səccadiyyə”dəki duasını misal gətirmək olar.

31
00:04:35,220 --> 00:04:44,050
Bu duaları dərindən düşünərək, mənasına diqqət yetirərək oxuyun. Onlar sizin üçün il boyu mənəvi qida, azuqə olacaq.

32
00:04:44,420 --> 00:04:52,620
Sizin qarşınızda uzun, çətin və çox dəyərli bir yol var.

33
00:04:54,850 --> 00:04:57,200
Düzdür, həyatda yollar çoxdur;

34
00:04:58,370 --> 00:05:02,510
hamı yaşayır, çörək qazanır,

35
00:05:03,800 --> 00:05:08,620
işləyir – mübah, müstəhəb, yaxud haram olan işlər görür –

36
00:05:11,220 --> 00:05:17,770
sizin seçdiyiniz bu yol isə misilsiz bir yoldur.

37
00:05:17,970 --> 00:05:26,340
Sanki daş-çınqılla müqayisədə bir gövhərdir; əhəmiyyətli bir yoldur.

38
00:05:29,310 --> 00:05:35,570
Tarix yazan,

39
00:05:36,510 --> 00:05:43,050
xalqlara başucalığı qazandıran, ölkələrə qurtuluş bəxş edən, gələcəyi quran

40
00:05:43,800 --> 00:05:52,110
və bütün bunlardan ən üstünü, sizə Allahın cənnətini, dünya və axirət behiştini nəsib edəcək həyat yollarından biridir.

41
00:05:52,110 --> 00:05:54,110
Bu yol belə bir yoldur.

42
00:05:55,740 --> 00:06:01,140
İndi təbii ki, bu yolun əhəmiyyəti qədər

43
00:06:01,400 --> 00:06:07,280
çətinlikləri, yorğunluqları, tikanı-qanqalı da çoxdur.

44
00:06:07,910 --> 00:06:16,540
Güc tələb edir, yüksək ruh tələb edir. Bax o əməllər, Allaha qarşı o diqqət sizdə bu ruh yüksəkliyini yaradacaq.

45
00:06:18,710 --> 00:06:25,880
Mənəviyyatı, təvəssülü, Allah qarşısında itaətkarlığı yaddan çıxarmayın.

46
00:06:28,740 --> 00:06:34,370
Yaradan qarşısında dua və yalvarışın hər bir dəqiqəsi

47
00:06:35,510 --> 00:06:42,340
insanın qəlbində dəyərli bir ehtiyat yaradır. Bu, mənim qeyd etmək istədiyim birinci məsələ.

48
00:06:44,910 --> 00:06:49,910
İslam İnqilabı Keşikçiləri Korpusuna gəlincə;

49
00:06:49,910 --> 00:06:57,740
bu ad 4 sözdən ibarətdir, hər birinin bir dərinliyi,

50
00:06:57,940 --> 00:07:02,770
məğzi, şərhi var.

51
00:07:05,510 --> 00:07:13,940
Siz korpus daxilində fəaliyyət göstərirsiniz, başınız işə məşğuldur.

52
00:07:14,220 --> 00:07:23,540
Ola bilsin, bundan sonrakı nəsil, gələcək tədqiqatçılar, gələcəkdə korpusa və onun fəaliyyətinə nəzər salacaq insanlar qədər

53
00:07:24,000 --> 00:07:29,910
bu sözlərin üzərində durmaq, onların mənasının dərinliyinə varmaq üçün vaxt tapmayasınız, amma dərindən düşünməyin yeri var:

54
00:07:32,420 --> 00:07:42,020
“korpus”, “keçikçilik”, “inqilab” və “İslam”.

55
00:07:43,340 --> 00:07:47,170
Sizin adınız, sizin qurumunuzun adı bu 4 sözdən təşkil olunub.

56
00:07:50,600 --> 00:08:01,620
“Korpus” kəlməsinə gəlincə; siz İnqilab Keşikçiləri Korpususunuz, amma inqilabın keşiyində durmaq təkcə bu korpusa aid deyil,

57
00:08:01,740 --> 00:08:08,600
bu, hər kəsin – hər bir insanın, hər bir varlığın vəzifəsidir.

58
00:08:08,820 --> 00:08:12,940
Korpusun isə xüsusiyyəti budur ki, o bir qurumdur,

59
00:08:13,020 --> 00:08:17,080
sistemli, təşkilatlanmış bir strukturdur.

60
00:08:18,850 --> 00:08:26,970
Korpusda birləşmək nizam-intizama əsaslanmaq, işlərin idarə olunması,

61
00:08:30,080 --> 00:08:34,400
hər bir xırda işin öz nəticəsini verməsi deməkdir.

62
00:08:34,680 --> 00:08:42,280
Pərakəndəlik olanda intizamsızlıq yaranır, görülən işlərin çoxu hədər gedir.

63
00:08:43,540 --> 00:08:51,220
Vahid bir kollektiv olanda, konkret qurum, təşkilatlanma olanda, nizam-intizam, qayda-qanun olanda isə bu,

64
00:08:52,280 --> 00:08:58,540
su ilə dolu bir bənd üçün çertyoj çəkməyə bənzəyir.

65
00:08:58,740 --> 00:09:04,420
Əgər düzgün yerinə yetirilsə, bir damcı su da hədər getmədən

66
00:09:04,600 --> 00:09:12,050
nəzərdə tutulan yerə çatdırılır. Korpus çərçivəsində təşkilatlanmağın özünəməxsus xüsusiyyəti budur.

67
00:09:14,770 --> 00:09:22,170
Ölkəmizdəki strukturlar arasında Keşikçi Korpusdan savayı ikinci belə bir struktur yoxdur ki,

68
00:09:22,710 --> 00:09:32,050
bu ölkənin tarixində baş vermiş ən dəyərli hadisəni qorumaq

69
00:09:32,850 --> 00:09:36,770
– bu barədə az sonra danışacağam

70
00:09:39,140 --> 00:09:43,910
– onun keşiyində durmaq vəzifəsini bir qurum olaraq üzərinə götürsün.

71
00:09:46,280 --> 00:09:53,400
Odur ki korpus olmaq, korpus daxilində təşkilatlanmaq nizam-intizam,

72
00:09:54,420 --> 00:09:58,420
hər kəsin öhdəsinə düşən vəzifənin konkret surətdə müəyyən olunması deməkdir.

73
00:10:01,880 --> 00:10:10,850
Vahid korpus daxilində təşkilatlanmağın digər bir aspekti isə qocalmamaq, aktuallığını itirməməkdir.

74
00:10:11,280 --> 00:10:15,710
Təşkilat heç vaxt qocalmır, köhnəlmir. Nəsillərin dəyişməsi,

75
00:10:17,200 --> 00:10:25,250
bilik və təcrübənin bir nəsildən digərinə ötürülməsi bir təşkilatın qocalmasına imkan vermir,

76
00:10:25,620 --> 00:10:29,140
o, daim yenilənir, yeni nəfəs qazanır.

77
00:10:34,080 --> 00:10:39,170
o, daim yenilənir, yeni nəfəs qazanır.

78
00:10:39,620 --> 00:10:47,710
Yəni bu gün Keşikçi Korpus müxtəlif sferalarda elə elmi biliklərə yol tapıb ki,

79
00:10:47,820 --> 00:10:53,480
30 il əvvəl onları bu qədər aydın, açıq şəkildə mənimsəyə bilməmişdi.

80
00:10:53,710 --> 00:10:58,250
Korpusun müxtəlif sahələrdə qazandığı nailiyyətlər

81
00:11:00,110 --> 00:11:03,850
günü-gündən artır, dərinləşir.

82
00:11:06,620 --> 00:11:16,220
Bu, təşkilatlanmaq, qurum olmaq, nizam-intizamla hərəkət etmək üçün xarakterik olan xüsusiyyətlərdən biridir.

83
00:11:18,600 --> 00:11:24,340
Digər bir xüsusiyyət isə yeni kadrların yetişdirilməsidir;

84
00:11:25,650 --> 00:11:29,340
həm daxildə, həm də kənarda.

85
00:11:31,310 --> 00:11:36,970
Vahid bir təşkilat olduqda, nizam-intizam olduqda həmin təşkilatın daxilində

86
00:11:37,740 --> 00:11:45,220
insanlar yetişir, intellektual və effektiv kadrlar ərsəyə gəlir.

87
00:11:46,400 --> 00:11:53,340
Qurum daxilində uğurlu təşkilatlanma olmadıqda, pərakəndə bir vəziyyət olduqda isə bu xüsusiyyət müşahidə olunmur.

88
00:11:54,400 --> 00:11:58,080
Daxildə kadr yetişdirmədən əlavə, kənarda da yetişdirmə var.

89
00:11:58,280 --> 00:12:03,200
Bu gün Keşikçi Korpus ictimai rəyə,

90
00:12:03,450 --> 00:12:07,220
gənclərin, vətəndaşların formalaşmasına təsir göstərir.

91
00:12:09,110 --> 00:12:16,820
Korpusdan müxtəlif qurumlara ötürülən kadrlar həmin kollektivlərə, həmin strukturlara

92
00:12:18,450 --> 00:12:21,620
öz təsirini göstərir; özü də onların sayı çoxdur,

93
00:12:21,620 --> 00:12:26,650
bu illər ərzində korpusdan bir çox qurumlara

94
00:12:27,820 --> 00:12:31,940
rəhbər vəzifələrə kadrlar gedib.

95
00:12:32,110 --> 00:12:39,340
Odur ki istedadlı kadrların yetişdirilməsi

96
00:12:40,620 --> 00:12:44,880
korpusun digər bir xüsusiyyətidir.

97
00:12:45,050 --> 00:12:50,620
Korpus meydanda güc və iqtidarın təcəssümüdür; bu, korpus çərçivəsində təşkilatlanmağın

98
00:12:52,000 --> 00:13:00,820
özünəməxsus xüsusiyyətidir. Siyasətdə, təbliğat sferasında güc və iqtidar bir şeydir,

99
00:13:01,020 --> 00:13:05,050
əməldə, meyanda güc və iqtidar isə başqa bir şeydir.

100
00:13:07,200 --> 00:13:14,140
Meydanda iqtidar siyasi iqtidarın da yaranmasına səbəb olur.

101
00:13:15,620 --> 00:13:21,740
Əgər siz meydanda iqtidara maliksinizsə, iradənizi ortaya qoya,

102
00:13:21,740 --> 00:13:27,250
işləyə, özünüzü müdafiə edə, özünüzə qarşı maraq yarada bilərsiniz.

103
00:13:29,310 --> 00:13:32,600
Bir xalq,

104
00:13:34,510 --> 00:13:41,340
yaxud bir xalqın içərisindən hansısa struktur, kollektiv bu xüsusiyyətlərə malik olduqda

105
00:13:41,800 --> 00:13:47,280
bu, ona həmin siyasi iqtidarı da, şəxsi nüfuz

106
00:13:48,880 --> 00:13:56,570
və hörməti də qazandırır, sair bu qəbildən olan amillər də yaranır. Keşikçi Korpus meydanda iqtidarın təcəssümüdür.

107
00:13:56,650 --> 00:14:02,510
Əlbəttə ki, meydanda iqtidar anlayışı iqtisadiyyat sferasında da məna kəsb edir.

108
00:14:02,680 --> 00:14:12,170
Orada da güclü, nüfuzlu, fəal bir iqtisadi qurum, kollektiv olarsa,

109
00:14:12,280 --> 00:14:19,220
bu da meydanda iqtidar deməkdir; bu, özü-özlüyündə başqa bir söhbətin mövzusudur.

110
00:14:22,510 --> 00:14:28,170
Odur ki korpusun vahid bir qurum, kollektiv olaraq İslam İnqilabının keşiyində durmasının

111
00:14:28,310 --> 00:14:35,510
öz mənası var.

112
00:14:35,620 --> 00:14:42,880
Əgər bu nizam-intizam olmasaydı, təşkilatlanma olmasaydı, dağınıqlıq, pərakəndəlik olsaydı,

113
00:14:42,970 --> 00:14:48,880
elə sadəcə İslam İnqilabını dsətəkləyən bir qrup mömin insan

114
00:14:48,880 --> 00:14:54,080
heç bir qurumun tərkibində təşkilatlanmadan İslam İnqilabının keşiyində durmaq fikrinə düşsəydi,

115
00:14:54,450 --> 00:14:56,510
ortaya tamam başqa bir şey çıxardı.

116
00:14:57,570 --> 00:15:03,620
Qurum daxilindəki bu nizam-intizam, bu təşkilatlanma böyük bir bərəkətdir.

117
00:15:03,680 --> 00:15:05,310
Keşikçi Korpusda da bu var.

118
00:15:06,310 --> 00:15:11,850
Bəli, bu xüsusiyyətləri sadaladıq, dedik ki, korpus vaxt ötdükcə yenilənir,

119
00:15:12,050 --> 00:15:15,620
heç vaxt köhnəlmir, qocalmır–

120
00:15:17,280 --> 00:15:22,910
insanlar qocalır, amma qurumlar, təşkilatlar qocalmır – bu o deməkdir ki,

121
00:15:23,110 --> 00:15:32,200
bu yenilənməyə yardımçı ola biləcək bütün kadrlardan istifadə etmək lazımdır.

122
00:15:34,650 --> 00:15:40,710
Gəncləşmə xüsusiyyəti – sevindirici haldır ki, Keşikçi Korpusda buna diqqət yetirilir,

123
00:15:42,050 --> 00:15:45,740
buna meyil var və çox müsbət bir xüsusiyyətdir

124
00:15:45,940 --> 00:15:52,480
– könhə, təcrübəli, qocaman kadrlardan istifadə ilə yanaşı olmalıdır.

125
00:15:53,910 --> 00:16:03,220
Yəni bu yenilənmədə korpusun sıralarında xidmət edərək sınaqdan çıxmış, işini görmüş,

126
00:16:03,680 --> 00:16:10,170
bir çox fəaliyyətlərə imza atmış qocaman kadrlarından istifadə olunmalıdır.

127
00:16:10,170 --> 00:16:15,570
Onların iştirakı olmadan yenilənmə çətin, bəzən isə qeyri-mümkün olar.

128
00:16:15,820 --> 00:16:18,940
Korpusda nəsillərarası qırılma olmamalıdır.

129
00:16:18,940 --> 00:16:23,250
Ələlxüsus bizim qocaman kadrlarımız

130
00:16:23,880 --> 00:16:30,250
işdə bir çox sınaqlardan çıxıblar; böyük sınaqlardan.

131
00:16:31,650 --> 00:16:37,800
Mən özüm o zaman bütün xəbərlər barədə məlumatım olduğuna,

132
00:16:37,800 --> 00:16:40,740
sonralar da müharibə mövzusunda bu qədər kitab oxuduğuma baxmayaraq,

133
00:16:41,570 --> 00:16:45,680
yenə də yeni bir kitab əlimə düşəndə,

134
00:16:45,970 --> 00:16:48,820
vaxtım olanda, özümdə güc tapanda oxuyuram

135
00:16:48,820 --> 00:16:52,970
və hər dəfə də qarşımda sanki yeni bir qapı açılır;

136
00:16:53,570 --> 00:16:59,600
təzə sözlər eşidirəm.

137
00:17:00,200 --> 00:17:08,020
Bu 8 illik dövr İran xalqının qarşısında tezliklə, asanlıqla tükənməyəcək

138
00:17:08,170 --> 00:17:12,250
qeyri-adi bir dünya, dərin bir okean açmışdır.

139
00:17:13,420 --> 00:17:16,110
Dediyim odur ki, həmin fəal, effektiv, qocaman kadrlardan istifadə olunsun.

140
00:17:16,110 --> 00:17:26,970
Əlbəttə, belə demək istəmirəm ki, o vaxt fəal olan hər kəsi o günlərin mötəbərliyi xatirinə öpüb gözümüz üstə qoyaq

141
00:17:27,080 --> 00:17:37,140
Mən dəfələrlə demişəm ki, biz hamımız – səksənə yaxın yaşım olduğuna baxmayaraq, mən özüm bir cür, siz gənclər bir cür,

142
00:17:37,400 --> 00:17:43,020
qocalar bir cür – imtahan qarşısındayıq, çaşa bilərik,

143
00:17:44,400 --> 00:17:48,140
ayağımız sürüşə bilər. İnsanın ayağı hər an sürüşə bilər.

144
00:17:48,970 --> 00:18:05,140
Şair deyir: – günahkarla günahdan çəkinənin, dindarın hökmü, yəni aqibəti, sonda necə olacağı, Cənnətə, yoxsa Cəhənnəmə gedəcəyi qiyamətdə bəlli olacaq. İndidən heç kimə deyə bilməz ki, sonda hansı vəziyyətə düşəcək.

145
00:18:05,800 --> 00:18:13,510
Ola bilər ki, insan bir ömür layiqincə yaşaya, amma sonda çətin bir sınaq

146
00:18:14,820 --> 00:18:16,880
onu tamamilə dəyişə.

147
00:18:16,970 --> 00:18:22,540
Demirik ki, o dövrdə, həmin günlərdə fəallıq göstərmiş, müharibədə iştirak etmiş hər kəsə

148
00:18:23,570 --> 00:18:31,340
toxunulmazlıq vermək lazımdır və ona yaxınlaşmağa heç kəs cürət etməməlidir, yox,

149
00:18:32,140 --> 00:18:36,910
amma köhnənin adamlarına qiymət vermək, onların qədrini bilmək lazımdır.

150
00:18:37,080 --> 00:18:43,480
Bu illər ərzində özündə o ehtiyatı, öz sağlam əqidəsini qoruyub saxlamağı bacarmış insanlar

151
00:18:43,600 --> 00:18:46,620
çox dəyərlidir.

152
00:18:51,200 --> 00:19:00,800
Bəli, “korpus” sözünün vahid bir təşkilat, nizam-intizamlı bir qurum kimi mənası barədə bu qədər.

153
00:19:01,370 --> 00:19:03,770
Sizin adınızın birinci hissəsində bu söz, bu məna durur.

154
00:19:04,000 --> 00:19:09,310
Əlbəttə ki, bu barədə daha ətraflı danışmaq, izah vermək istəsən, deyiləsi fikirlər çoxdur;

155
00:19:09,450 --> 00:19:12,850
amma hələlik bu dediyim 3-4 cümlə kifayətdir.

156
00:19:13,080 --> 00:19:18,820
Keşikçi olmaq; Keşikçi Korpus; siz keşikçilərsiniz.

157
00:19:21,220 --> 00:19:33,220
İnqilabın keşiyində durmaq, əslində, ölkənin inqilabi iradəsinin göstəricisidir.

158
00:19:36,420 --> 00:19:41,050
İnqilabi iradə; inqilabi iştirak; inqilabi mahiyyət və kimlik.

159
00:19:42,110 --> 00:19:47,650
“Bu qurumun vəzifəsi inqilabın keşiyində durmaqdır” deyildiyi zaman

160
00:19:47,770 --> 00:19:52,200
bu o deməkdir ki, inqilabın iradəsi əvvəlki kimi möhkəmdir,

161
00:19:54,770 --> 00:20:03,620
inqilab ölkə arenasında iştirakını qətiyyətli şəkildə davam etdirir. Bu, çox əhəmiyyətli bir mənadır.

162
00:20:05,200 --> 00:20:12,680
İnqilabı sırf ona aid olan hadisələrlə

163
00:20:12,680 --> 00:20:20,710
– məsələn, inqilabın başlanğıcı, inqilabın qələbə çaldığı günlər və sairlə məhdudlaşdırmaq olmaz; onlar inqilabın bir hissəsidir.

164
00:20:21,910 --> 00:20:27,400
İnqilabın mənasını düzgün nəzərdən keçirsək,

165
00:20:27,850 --> 00:20:35,600
görərik ki, inqilabi hərəkat bütövlükdə inqilabın yalnız kiçik bir hissəsidir.

166
00:20:35,600 --> 00:20:45,880
İnqilab bəşər toplumlarından birində – milli və ya trans-milli miqyasda, bir nəsildə,

167
00:20:46,480 --> 00:20:55,200
bir sivilizasiyada – baş verən hərtərəfli bir dəyişiklikdir; inqilabın mənası budur.

168
00:20:56,740 --> 00:21:01,220
Düzdür, dünyada bəzən hansısa çevrilişlərə də inqilab adı qoyurlar,

169
00:21:01,970 --> 00:21:08,200
amma inqilabın mənası daha dərindir və bizim ölkəmizdə bu baş verib.

170
00:21:09,420 --> 00:21:19,310
Bizim ölkəmizdə baş verən hadisə sözün əsl mənasında bir inqilab idi və bu inqilab bu gün də var, davam edir.

171
00:21:19,740 --> 00:21:30,770
“İnqilab” kəlməsinin mənası haqda danışarkən inqilabla bağlı bəzi şərhlər verəcəyəm,

172
00:21:32,570 --> 00:21:39,540
hələliksə “keşikçi” kəlməsi barədə söhbətimizdə onu qeyd etmək istəyirəm ki, siz: “Biz inqilab keşikçiləriyik” – dediyiniz zaman

173
00:21:40,000 --> 00:21:45,340
bu o deməkdir ki, inqilab hələ də canlıdır, vardır, meydandadır.

174
00:21:45,620 --> 00:21:54,540
Əgər bəzilərinin iddia və ya arzu etdiyi kimi, inqilab ölü olsaydı, onun keşiyində durmağa ehtiyac olmazdı.

175
00:21:54,800 --> 00:21:59,600
Ölünün keşiyində durmaq lazım deyil ki! Deməli, inqilab var, mövcuddur.

176
00:22:01,710 --> 00:22:07,220
Deməli, inqilabın keşiyində durmaq elə inqilabın öz varlığını davam etdirməsi deməkdir.

177
00:22:07,740 --> 00:22:09,880
Yəni siz öz fəaliyyətinizlə bunu demək istəyirsiniz ki, inqilab var.

178
00:22:10,510 --> 00:22:17,400
Bir qədər sonra bu barədə danışacağam ki, bəli, doğrudan da, inqilab var, mövcuddur, özü də bütün gücü və qüdrəti ilə möcvuddur.

179
00:22:21,250 --> 00:22:31,680
Siz: “İnqilabın keşiyində durmuşuq” – dediyiniz zaman bu keşikdə durmağın, keşik çəkmək anlayışının aspektlərindən biri də odur ki,

180
00:22:31,740 --> 00:22:35,400
inqilab hansısa təhlükələrlə üz-üzədir, ona qarşı hansısa təhdidlər var.

181
00:22:36,480 --> 00:22:39,850
Bəli, təhlükə yoxdursa, keşikdə durmaq lazım deyil.

182
00:22:40,400 --> 00:22:45,250
İnsan o yerdə nəyinsə keşiyini çəkir ki, həmin şey üçün təhlükə mövcud olur.

183
00:22:46,680 --> 00:22:52,110
Deməli, siz öz adınızla həm inqilabın varlığını təsdiqləyirsiniz,

184
00:22:52,420 --> 00:23:04,340
həm də inqilabın müəyyən təhlükələrə məruz qaldığını açıqlayırsınız, bu kimi təhlükələrin mövcudluğundan xəbər verirsiniz.

185
00:23:04,340 --> 00:23:09,170
İndi yaxşı, əgər inqilabın keşiyində duran biziksə, həmin təhlükələrin nədən ibarət olduğunu bilməliyik.

186
00:23:10,680 --> 00:23:26,370
Keşikçi Korpusun üzərinə düşən əsas işlərdən biri də beynəlxalq prosesləri sırf təhlükələri tanıyıb üzə çıxarmaq məqsədilə izləməkdir.

187
00:23:28,370 --> 00:23:34,370
Beynəlxalq prosesləri, beynəlxalq arenada baş verən hadisələri, dünyadakı xəbərləri izləməklə

188
00:23:36,080 --> 00:23:39,680
biz hansı təhlükələrin mövcud olduğunu öyrənə bilərik;

189
00:23:40,850 --> 00:23:45,140
eynilə ölkə daxilində gedən prosesləri də.

190
00:23:45,570 --> 00:23:53,910
Odur ki Keşikçi Korpus başını aşağı salıb bir küncdə öz idarəçilik işləri ilə məşğul olan bir struktur deyil.

191
00:23:54,880 --> 00:24:02,140
Gözüaçıq, sayıq, ətrafa

192
00:24:02,480 --> 00:24:08,910
– həm ölkə daxilində, həm beynəlxalq miqyasda, həm də regionda ətrafa diqqət yetirən,

193
00:24:09,370 --> 00:24:18,110
baş verənləri müşahidə edən, canlı və sayıq bir varlıq kimi haradan təhlükə gələcəyini izləyən bir qurumdur.

194
00:24:18,250 --> 00:24:22,880
Təhlükə kimə, yaxud nəyə qarşı ola bilər? Burada söhbət ayrı-ayrı şəxslərdən getmir,

195
00:24:23,710 --> 00:24:29,880
inqilaba qarşı təhlükə mövcuddur. Odur ki siz prsoesləri daim izləməlisiniz.

196
00:24:31,710 --> 00:24:41,540
Korpusun kəşfiyyat bölmələri, kəşfiyyat məsələləri ilə bağlı hər bir şey buna əsaslanır.

197
00:24:41,800 --> 00:24:54,370
Əlbəttə ki, korpusun şəxsi heyəti, rütbəsindən asılı olmayaraq bütün kadrlar bu proseslər barədə məlumatlandırılmalı,

198
00:24:54,480 --> 00:25:03,540
təhlükələrdən xəbərdar olmalıdırlar ki, nə etdiklərini və nə etmək istədiklərini bilsinlər.

199
00:25:05,310 --> 00:25:14,510
Əgər korpusun zabit heyəti keşiyində durduğu şeyi hansı təhlükələrin gözlədiyini bilmirsə,

200
00:25:14,770 --> 00:25:17,510
bilmək olmaz ki, öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirə biləcək, ya yox.

201
00:25:17,650 --> 00:25:22,000
İnsan təhlükənin haradan gəldiyini və nədən ibarət olduğunu biləndə onda hərəkətə keçmək üçün stimul yaranır.

202
00:25:22,420 --> 00:25:30,910
Odur ki “keşikçilik”, “inqilabın keşiyində durmaq” ifadələrinin kəsb etdiyi mənalardan biri də

203
00:25:31,220 --> 00:25:34,280
daim ayıq-sayıq olmaq, inqilaba xidmətə hazır olmaqdır.

204
00:25:35,450 --> 00:25:38,340
Əmirəl-möminin Əlinin (ə) məktubunda  da bu var:

205
00:25:38,340 --> 00:25:40,800
وَ اِنَّ اَخَا الحَربِ لَاَرِق

206
00:25:42,450 --> 00:25:50,600
– Döyüş qardaşı sayıq olmalıdır. Vacib deyil ki, bu, hazırda gedən, aktiv müharibə olsun;

207
00:25:50,820 --> 00:25:56,280
yox, özünü müharibəyə hazırlayan hər kəs sayıq olmaldır.

208
00:25:56,740 --> 00:26:02,110
Kiminlə müharibəyə? Bizə qalsa, heç vaxt müharibəyə ilk olaraq başlayan tərəf olmamışıq, olmayacağıq da!

209
00:26:02,940 --> 00:26:09,650
Heç kimə əziyyət verməyən bitərəf xalqlar və dövlətlərlə bizim heç bir davamız yoxdur.

210
00:26:09,770 --> 00:26:18,450
Bizim davamız problem yaradan, əziyyət verən, hücum edən, təhdid edən dövlətlərlədir.   “لَاَرِق”; “اَرِق” – ayıq, oyaq deməkdir,

211
00:26:19,140 --> 00:26:28,910
daim ayıq-sayıq olan mənasındadır. Deməli, “inqilab keşikçisi” birləşməsinin ifadə etdiyi mənalardan biri də daim sayıq və hazırlıqlı olmaqdır.

212
00:26:29,250 --> 00:26:35,220
Təbii ki, təhlükənin nədən ibarət olduğunu biləndə ona uyğun hazırlığınız da olacaq.

213
00:26:36,910 --> 00:26:46,740
Vaxt var idi, kiber-təhlükələr yox idi, o zaman kiminsə kiberməkanla bağlı məsələlərlə məşğul olmağına ehtiyac da yox idi.

214
00:26:47,020 --> 00:26:49,400
Bu gün isə bu təhlükə var və kimlərsə bu sahə ilə məşğul olmalıdır.

215
00:26:49,740 --> 00:26:55,400
Cənab komandan – əziz generalımız bu barədə danışdı.

216
00:26:55,600 --> 00:27:02,910
Korpusun uşaqları gəlib bu hüseyniyədə də özlərinin çox gözəl, böyük, diqqəlayiq nailiyyətlərini

217
00:27:03,910 --> 00:27:12,110
bu işi bilən şəxslər qarşısında nümayiş etdirmişdilər,

218
00:27:12,280 --> 00:27:16,680
məlum olmuşdu ki, korpus bu sahədə də bir çox işlər görüb. Bütün sahələrdə də eynilə.

219
00:27:17,540 --> 00:27:25,970
Təhlükənin nədən ibarət olduğunu biləndə onu hansı vasitə ilə neytrallaşdırmaq lazım olduğunu da biləcək və həmin vasitəni əldə etmək üçün hərəkətə keçəcəksiniz.

220
00:27:26,420 --> 00:27:30,820
Əgər həmin vasitə sizdə varsa, qoruyacaq, üstündə əsəcəksiniz, yoxdursa, yolunu tapıb əldə edəcəksiniz.

221
00:27:34,020 --> 00:27:42,940
“Keşiyini çəkmək” ifadəsi, əslində,

222
00:27:44,480 --> 00:27:48,370
iki anlayışı qarant altına alır: birincisi, kənar təhlükələrdən qorumaq, keşiyində durmaq,

223
00:27:49,000 --> 00:27:52,480
ikincisi isə əziz tutmaq,

224
00:27:53,280 --> 00:27:57,850
üstündə əsmək.

225
00:27:58,280 --> 00:28:04,250
Yəni insan həmin şeyi özü üçün əziz, dəyərli bilir, hörmətini saxlayır; bu da var.

226
00:28:05,540 --> 00:28:11,140
İnqilabın keşiyində durmaq təkcə onu qorumaq demək deyil;

227
00:28:11,140 --> 00:28:13,940
qorumaq barədə bayaqdan danışdıq.

228
00:28:15,000 --> 00:28:23,940
İnqilabın keşiyində durmaq həm də inqilabı əziz bilmək, önəm vermək, böyük tutmaqdır.

229
00:28:24,880 --> 00:28:33,250
İnsan birini qoruyursa, bu o deməkdir ki, onu əziz tutur, qədrini bilir, əhəmiyyətini dərk edir.

230
00:28:35,480 --> 00:28:40,600
Bunun üçün inqilabın mahiyyətini doğru-dürüst anlamaq lazımdır, ona görə də siz inqilab haqda hər şeyi yaxşı bilməlisiniz.

231
00:28:40,740 --> 00:28:45,850
Bütövlükdə korpus miqyasında, rütbəsindən asılı olmayaraq

232
00:28:46,310 --> 00:28:56,680
korpusun bütün heyəti inqilabın mahiyyətini aydın, gözüaçıq, hərtərəfli surətdə dərk etməlidir.

233
00:28:57,620 --> 00:29:04,170
İnqilab haqda doğru-dürüst bilmək, mahiyyətini dərk etmək lazımdır. Əgər bu baxımdan mədəni işlərdə

234
00:29:05,020 --> 00:29:11,570
kəm-kəsir varsa, mütləq aradan qaldırılmalıdır. Araşdırın, baxın.

235
00:29:14,510 --> 00:29:26,250
Korpusda xidmət edən qardaş-bacılarımız – ən başda duranından ən aşağıdakına qədər – inqilabın güclü məntiqi ilə silahlanmalıdır.

236
00:29:28,310 --> 00:29:32,650
Çünki bu gün əks-inqilabi qüvvələr müxtəlif yollarla nüfuz etməyə, təsir göstərməyə çalışır.

237
00:29:33,680 --> 00:29:41,110
Onların içəriyə nüfuz edib öz təsirini göstərmək üçün istifadə etdiyi yollardan biri də – indi bu nüfuz etmə barədə də danışacağam;

238
00:29:41,880 --> 00:29:50,540
mən düşmənin ölkəyə nüfuz etməsi üzərində daim dururam, vurğulayıram,

239
00:29:51,110 --> 00:29:58,680
inanclarda boşluq yaratmaqdır – inqilabi inanclarda, dini inanclarda.

240
00:29:59,310 --> 00:30:06,570
İnqilab və din haqqında fikirlərdə çaşqınlıq yaradırlar, boşluq da buradan yaranır.

241
00:30:08,020 --> 00:30:13,140
Digər müxtəlif yollardan da istifadə edirlər, cürbəcür adamları da var:

242
00:30:13,140 --> 00:30:22,140
universitet müəllimləri arasında da, fəal tələbələr arasında da, elm xadimləri və mütəfəkkirlər arasında da adamları var.

243
00:30:22,510 --> 00:30:28,020
Boşluq yaranmasına vasitəçi ola biləcək hər cür adam var.

244
00:30:28,680 --> 00:30:38,650
Korpusdakı qardaşlarımızda, müxtəlif rütbəli kadrlarda bu hazırlıq, bu məntiq gücü olmalıdır.

245
00:30:40,570 --> 00:30:46,220
İnqilabdan əvvəl biz bu məntiq gücündən bir çox hallarda istifadə edirdik.

246
00:30:46,400 --> 00:30:53,170
Gənclərlə söhbətlərimizdə – o zaman mən cavanlarla Quran,

247
00:30:53,420 --> 00:31:00,000
“Nəhcül-Bəlağə” və sairə bu kimi mövzular ətrafında söhbətlər aparırdım – deyirdilər ki,

248
00:31:00,540 --> 00:31:05,620
əvvəllər biz universitetdə marksistlərin qarşısında tutarlı söz deyə bilmirdik, indi isə daha dilimiz qısa deyil;

249
00:31:06,800 --> 00:31:12,850
sözümüz var, məntiqimiz var, dediyimizi arqumentlərlə əsaslandırırıq. Təkcə deyiləni inkar etmək də deyil,

250
00:31:13,850 --> 00:31:17,820
sübut edirik, müəyyən həqiqətləri ortaya qoyuruq.

251
00:31:21,000 --> 00:31:28,050
Bu gün Keşikçi Korpusun sıralarında xidmət edən gənclərdə belə güclü məntiq olmalıdır,

252
00:31:29,910 --> 00:31:38,370
onlar qarşılarındakı insanda şübhə doğuran sualları tutarlı bir dillə cavablandırmağı bacarmalıdırlar. Bu, əsas məsələlərdən biridir.

253
00:31:38,910 --> 00:31:43,000
İnqilabı qorumaq, inqilabın keşiyində durmaq budur;

254
00:31:44,020 --> 00:31:49,650
yəni inqilabı əziz tutmaq, inqilabın haqqını vermək, qədrini bilmək.

255
00:31:51,880 --> 00:31:59,650
İnqilabı qorumağın, onun keşiyində durmağın mühüm aspektlərindən biri də düşməni tanımaqdır;

256
00:32:00,310 --> 00:32:02,650
düşməni tanımalıyıq.

257
00:32:04,340 --> 00:32:06,770
Əlbəttə ki, sizlər düşməni tanıyırsınız.

258
00:32:07,050 --> 00:32:11,050
Bizim düşmənimiz dünya imperializmidir. Bu düşmənin tam bir nümunəsi Amerika,

259
00:32:12,370 --> 00:32:22,800
xırda ünsürləri isə mürtəce rejimlər, satılmış, zəif nəfsli və sair bu kimi insanlardır.

260
00:32:23,050 --> 00:32:32,200
Düşmən sizə bəllidir; bundan istifadə etmək lazımdır.

261
00:32:34,140 --> 00:32:43,510
Düşmənin zəif cəhətlərini – bilgi və praktik baxımdan zəif cəhətlərini araşdırıb öyrənmək

262
00:32:43,880 --> 00:32:50,970
və bunları yeri gəldikdə kim lazımsa onun üzünə vurmaq lazımdır.

263
00:32:54,600 --> 00:32:57,850
İslam İnqilabının düşmənləri

264
00:32:57,970 --> 00:33:04,820
10-15 il bundan əvvəl sabitliyi, təhlükəsizliyi bərqərar etmək şüarı altında bu regiona soxulanlardır.

265
00:33:05,540 --> 00:33:09,140
Baxın, bu gün bu regionun harasında sabitlik var?

266
00:33:10,540 --> 00:33:16,220
Regionda başdan-başa qeyri-sabitlik hökm sürür; Qərbi Asiya, Şimali Afrika.

267
00:33:19,220 --> 00:33:24,280
Əfqanıstana hücum edəndə şüarları terrorla mübarizə idi,

268
00:33:24,820 --> 00:33:29,310
bu gün isə terror bütün regionu bürüyüb. Özü də necə bir terror?

269
00:33:30,110 --> 00:33:41,250
Vəhşi, qəddar. Elə bir terror ki, icraçıları insanları

270
00:33:41,600 --> 00:33:46,200
– özlərinə düşmən bildiklərini – camaatın gözü önündə diri-diri yandırır;

271
00:33:48,820 --> 00:33:54,600
bunu bütün dünyaya nümayiş etdirmək,

272
00:33:54,600 --> 00:34:04,820
dünya ictimaiyyətinin şüuruna yeritmək üçün hər cür texnologiyadan da istifadə edirlər.

273
00:34:05,050 --> 00:34:11,140
Belə bir terrordur. Bu gün təkfirçi ünsürlər bu cürdür.

274
00:34:13,570 --> 00:34:20,420
Uşağı anasının gözü qarşısında öldürürlər, övladlarının gözü önündə valideynlərin başını kəsirlər.

275
00:34:22,110 --> 00:34:26,970
Bunlar bu şüarlarla, bu iddia ilə gəlmişdilər ki, regionda terrorun kökünü kəssinlər;

276
00:34:28,050 --> 00:34:34,650
demirəm ki, əsl niyyətləri bu idi, şüarları belə idi.

277
00:34:35,110 --> 00:34:37,940
Bu gün regionun harasında terror yoxdur?

278
00:34:41,970 --> 00:34:46,370
Öz iddialarına görə, gəlmişdilər ki, demokratiya yaratsınlar.

279
00:34:46,540 --> 00:34:55,050
Bu gün regionun ən mürtəce, ən müstəbid, ən diktator rejimləri

280
00:34:55,740 --> 00:35:05,200
Amerika və onun müttəfiqlərinin köməyi ilə ayaqda qalıb xəyanətlərinə davam edir.

281
00:35:07,280 --> 00:35:11,770
Amerikanın əsas problemlərindən biri, doğrudan da, elə budur;

282
00:35:12,710 --> 00:35:21,110
bu problem Amerika siyasətçilərini də dolaşıq vəziyyətə salıb, çaş-baş qalıblar.

283
00:35:21,740 --> 00:35:28,540
Elə rejimləri dəstəkləyirlər ki, onların varlığı uzun illər boyu

284
00:35:28,620 --> 00:35:42,250
irəli sürdükləri anti-diktatura, insan haqları şüarlarına kölgə salır.

285
00:35:42,680 --> 00:35:49,740
Bu gün bu, Amerika siyasətçilərinin, ziyalı və ideoloqlarının arasında problemli məsələyə çevrilib;

286
00:35:50,620 --> 00:35:55,570
cavablandıra bilmirlər. Bizim qarşımızda duran düşmən

287
00:35:55,910 --> 00:36:00,800
belə bir varlıqdır: bu onun insan haqları,

288
00:36:00,970 --> 00:36:05,480
bu onun demokratiyası, bu onun terrora qarşı mübarizəsi,

289
00:36:05,620 --> 00:36:15,600
bu onun sabitlik yaratmağı, bu da onun sülhü. Deyirdilər ki, “biz sülh naminə vuruşuruq”. Bəs hanı sülh?

290
00:36:17,400 --> 00:36:27,310
Bütün regionu müharibəyə bürüyüblər. Bu dəqiqə regionun harasında müharibə yoxdur? Düşmən budur.

291
00:36:27,710 --> 00:36:34,340
İnqilabın ona qarşı çıxmağı da, sizin onun qarşısında sinənizi sipər etməyiniz də buna görədir.

292
00:36:35,250 --> 00:36:40,280
Düşmən budur; bu qədər ziddiyyətləri, bu qədər zəif cəhətləri,

293
00:36:41,250 --> 00:36:47,140
nəzəriyyəsində və işində bu qədər boşluqları olan bir varlıqdır. Düşmən budur.

294
00:36:47,280 --> 00:36:54,480
İnqilabın keşiyində durmağın özəlliklərindən biri də budur ki, gözlərimizi dörd açıb

295
00:36:55,080 --> 00:36:59,600
bunları görək, düşməni tanıyaq. Həm inqilabı tanıyaq, həm də düşməni tanıyaq.

296
00:37:01,850 --> 00:37:04,000
İnqilabın keşiyində durmaq barədə də bu qədər.

297
00:37:04,000 --> 00:37:07,310
Əlbəttə, əgər inqilabın keşiyində durmaq, bu missiyanın mənası,

298
00:37:07,310 --> 00:37:13,450
bu mənanın dərinlikləri barədə yenə də danışmaq istəsən, deyiləsi bir kitab söz var.

299
00:37:16,420 --> 00:37:21,850
“İnqilab” ifadəsinə gəlincə. İnqilabın keşiyində durmaq barədə danışdıq.

300
00:37:23,020 --> 00:37:30,880
İnqilab davam edən bir prosesdir. Birdəfəyə baş verən bir şey deyil ki, misal üçün deyək, filan tarixdə

301
00:37:31,370 --> 00:37:36,220
filan hadisə baş verdi, bir qrup adam küçələrə çıxdı,

302
00:37:36,220 --> 00:37:41,170
10 gün, 20 gün, 2 ay, 6 ay çəkdi, hökumət devrildi

303
00:37:41,170 --> 00:37:45,480
və bu da oldu inqilab. Xeyr, inqilab bu deyil. Bu, inqilabın yalnız bir hissəsidir.

304
00:37:46,710 --> 00:37:55,140
İnqilab qalıcı, daimi bir həqiqətdir.

305
00:37:55,540 --> 00:37:57,620
İnqilab kataklizm deməkdir;

306
00:37:57,850 --> 00:38:07,740
dərin kataklizmlər 6 ay, 1 il, 5 il ərzində baş vermir.

307
00:38:09,480 --> 00:38:17,800
Bu bir yana qalsın, kataklizmlərdə, transformasiyalarda – yəni dəyişikliklərdə, bir haldan başqa hala düşmələrdə –

308
00:38:17,940 --> 00:38:25,800
ümumiyyətlə, dayanma həddi yoxdur; bunlar heç vaxt bitmir. İnqilab budur;

309
00:38:26,170 --> 00:38:31,420
inqilab daimi bir prosesdir.

310
00:38:32,880 --> 00:38:36,400
Bir qrup adam bəzi sözlər danışır –

311
00:38:36,770 --> 00:38:42,940
bu fikirlərin mənbəyi, özlərinin də qeyd etdiyi kimi, xaricdəki beyin mərkəzləridir,

312
00:38:43,140 --> 00:38:48,220
burda da bəziləri qəzetlərdə, jurnallarda,

313
00:38:48,910 --> 00:38:52,140
müxtəlif çıxışlarında bu cür sözləri yayır, xaricilərin dediyini təkrarlayır,

314
00:38:52,340 --> 00:38:57,340
bizim camaatımıza uyğun dildə təbliğ edirlər, amma bu fikirlərin mənbəyi xaricdədir –

315
00:38:57,570 --> 00:38:59,080
deyirlər ki, bəli, inqilab sona çatıb.

316
00:38:59,510 --> 00:39:05,400
Bir ağılsız da tapılır, ortaya çıxıb açıq-aşkar deyir ki, inqilabı muzeyə göndərmək lazımdır.

317
00:39:05,770 --> 00:39:09,480
Bəzi digərləri – bu qədər ağılsız olmayanlar isə belə açıq-aşkar danışmır,

318
00:39:10,200 --> 00:39:15,140
bu cür fikirləri üstüörtülü şəkildə yayırlar. Elə formada danışırlar ki, dediklərindən dolayısı ilə inqilabın sona çatdığı anlaşılır;

319
00:39:15,770 --> 00:39:22,000
inqilabın İslam Respublikasına çevrildiyini deyirlər. İnqilabın dəyişməsi, başqa bir şeyə çevrilməsi qətiyyən mümkün deyil.

320
00:39:22,200 --> 00:39:26,420
İslam Respublikası inqilabın təcəssümü, təzahürü olmalıdır.

321
00:39:26,820 --> 00:39:31,740
Yəni İslam Respublikası da daim yenilənməli, dəyişməlidir,

322
00:39:32,600 --> 00:39:37,770
yoxsa İslam Respublikası olmaz,

323
00:39:38,970 --> 00:39:45,020
İslam hökuməti olmaz; inqilab davamlı, daimi bir prosesdir.

324
00:39:46,080 --> 00:39:49,600
Yaxşı, gəlin baxaq, inqilab hansı işləri həyata keçirir?

325
00:39:49,910 --> 00:39:57,970
Başlanğıcda inqilabın gördüyü əsas iş idealları müəyyənləşdirməkdir; idealları müəyyən edir.

326
00:40:00,880 --> 00:40:06,540
Əlbəttə ki, uca amallar dəyişilməzdir.

327
00:40:08,020 --> 00:40:16,340
Vasitələr, gündəlik əhəmiyyətli proseslər dəyişilə bilər,

328
00:40:16,970 --> 00:40:22,080
amma əsas idealları təşkil edən prinsiplər dəyişilməz olaraq qalır.

329
00:40:22,220 --> 00:40:29,170
Yəni bəşərin xəlq edildiyi gündən bu günə qədər ədalət bir ideal olaraq qalır.

330
00:40:29,620 --> 00:40:35,140
Elə bir dövr olmayıb ki, ədalət ideal bir prinsip kimi arxa plana keçsin; insan azadlığı da bir idealdır.

331
00:40:36,110 --> 00:40:38,170
İdeallar deyəndə bu cür şeylər nəzərdə tutulur,

332
00:40:38,600 --> 00:40:43,280
inqilab da bu idealları müəyyən edir, onların mənzərəsini cızır,

333
00:40:43,570 --> 00:40:46,450
sonra isə onlara doğru irəliləməyə, hərəkata başlayır.

334
00:40:46,650 --> 00:40:50,820
İdealları bir sözlə ifadə etmək,

335
00:40:51,200 --> 00:40:54,280
bu baxımdan müqəddəs Qurandan bir təbir qeyd etmək istəsək, – “xoş, gözəl həyat” ifadəsini qeyd etməliyik.

336
00:40:55,080 --> 00:41:07,170
Belə ki Quran deyir: “Heç şübhəsiz, ona gözəl yaşam, həqiqi həyat nəsib edəcəyik”. (“Nəhl” surəsi, 97-ci ayədən) “Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin”. (“Ənfal” surəsi, 24-cü ayə)

337
00:41:07,820 --> 00:41:14,600
– Sizləri dirildəcək bir şey. İslam Peyğəmbəri və bütün peyğəmbərlər bəşəriyyəti həyata dəvət edir.

338
00:41:14,800 --> 00:41:17,680
Necə bir həyata? Təbii ki, gözəl həyata.

339
00:41:19,540 --> 00:41:24,020
Yaxşı, bəs gözəl həyat nədən ibarətdir?

340
00:41:24,650 --> 00:41:29,200
Bəşəriyyətin öz yaşamı, xoşbəxtliyi üçün ehtiyac duyduğu hər bir şeydən.

341
00:41:29,370 --> 00:41:38,020
Məsələn, milli qürur və heysiyyət də gözəl həyatın bir hissəsidir. Yumruq altında yaşayan, zəlil bir millətin həyatı gözəl ola bilməz.

342
00:41:40,110 --> 00:41:46,250
Gözəl həyatın bir hissəsi də müstəqillik, başqalarından, yadellilərdən asılı olmamaqdır.

343
00:41:46,480 --> 00:41:51,400
Gözəl həyatı təkcə ibadətdə, dua kitablarında axtarmaq lazım deyil,

344
00:41:51,540 --> 00:41:56,140
bunlar da həyatın reallıqlarıdır. Bir xalqın gözəl həyatı odur ki,

345
00:41:56,600 --> 00:41:59,770
Bir xalqın gözəl həyatı odur ki, nüfuzlu olsun, başıuca olsun,

346
00:41:59,940 --> 00:42:03,110
asılı olmasın, müstəqil yaşasın.

347
00:42:03,250 --> 00:42:06,820
Hazırda müstəqilliyin əhəmiyyətini inkar etmək üçün kitablar yazırlar.

348
00:42:07,880 --> 00:42:15,050
Doğrudan da, qəribədir, bu dövrdə belə sözlər danışmağa o insanların necə üzü gəlir?

349
00:42:17,420 --> 00:42:23,480
Təsəvvür edin, oğrular gəlib bir dağ keçidindən keçən karvanın qarşısını kəsib,

350
00:42:24,220 --> 00:42:29,000
bütün var-yoxlarını verməyi tələb edir,

351
00:42:29,600 --> 00:42:35,310
karvandan da bir nəfər çıxıb deyir ki, bəs bu gün məsləhətlisi budur ki, biz də onlara qoşulaq, nə desələr, yerinə yetirək!

352
00:42:35,570 --> 00:42:41,880
Müstəqilliyin əleyhinə danışılan sözlər buna bənzəyir.

353
00:42:42,000 --> 00:42:48,020
Demişdik ki, müstəqillik bütöv bir xalq səviyyəsində azadlıq deməkdir.

354
00:42:48,770 --> 00:42:54,600
Dildə azadlığı dəstəkləyirlər, amma müstəqilliyi vururlar. Müstəqillik elə azadlıq deməkdir,

355
00:42:55,080 --> 00:43:04,170
intəhası bir fərdin azadlığı yox, bütöv bir xalqın təzyiqlərdən, sanksiyalardan, başıqapazlı olmaqdan,

356
00:43:04,310 --> 00:43:12,740
qəsdən inkişafdan geri saxlanmaqdan, istismardan, xalqların qul edilməsindən azadlığı.

357
00:43:13,020 --> 00:43:16,510
Bu şeylərdən azad olan bir xalq müstəqil olur.

358
00:43:19,940 --> 00:43:28,910
Gözəl həyatı təmin edən amillərdən biri də dünya elmi və sivilizasiyasında ön sıralarda durmaqdır.

359
00:43:30,450 --> 00:43:38,800
Bir xalq dünya elmi və mədəniyyətində

360
00:43:39,020 --> 00:43:42,940
avanqardlığı əldə edə, öndə gedə bilə,

361
00:43:44,340 --> 00:43:53,680
bütün bəşəriyyətin yüksəlişi üçün insanlığa yeni bir nərdivan təqdim edə

362
00:43:54,450 --> 00:43:58,940
– gözəl həyatın komponentlərindən biri də budur.

363
00:44:00,650 --> 00:44:06,020
Qərblilər belə deyil. Doğrudur, texnoloji cəhətdən bir çox uğurlara imza atıblar,

364
00:44:06,450 --> 00:44:10,570
bu sahədə bir sıra yeni sözlər deyiblər, hələ də deyirlər,

365
00:44:10,570 --> 00:44:18,480
amma bunu elə bir şeylə paralel olaraq ediblər ki, ikisi birlikdə olduğu halda bu nərdivandan yıxılmaq qaçılmazdır.

366
00:44:18,770 --> 00:44:23,140
Bəli, bəşəriyyətə yuxarı çıxmaq üçün bir nərdivan göstərirlər, amma bununla yanaşı elə bir iş görürlər ki,

367
00:44:23,140 --> 00:44:29,540
insanlıq həmin nərdivanla yuxarı qalxmaq əvəzinə, mütləq, aşağı yuvarlanacaq – əxlaqı pozurlar.

368
00:44:29,710 --> 00:44:37,450
Baxın, bu gün Qərb mədəniyyətində  ən çirkin, ən alçaq işlər

369
00:44:37,800 --> 00:44:43,280
elə adi, qanuni, normal hal alır ki,

370
00:44:45,110 --> 00:44:50,340
biri bunun əleyhinə çıxanda həmin adam qınaq obyektinə çevrilir.

371
00:44:50,510 --> 00:44:55,280
Bütün bunları da onunla əsaslandırırlar ki, insanın ürəyi istəyir! Yaxşı, insanın ürəyi çox şey istəyə bilər.

372
00:44:55,620 --> 00:45:02,510
Qərbdəki bu abırsızlığın axırı hara gedib çıxacaq? Əlacı yoxdur;

373
00:45:03,050 --> 00:45:06,970
yəni əsla qurtuluş yolları yoxdur. O yolu ki, onlar tutublar,

374
00:45:07,420 --> 00:45:11,310
o cür ki, onlar getdikcə əxlaqi cəhətdən daha çox pozulurlar,

375
00:45:13,220 --> 00:45:17,020
bu vəziyyət Qərbin axırına çıxacaq; məhv edəcək onları.

376
00:45:17,220 --> 00:45:23,450
Yazıq əhali; adamın o ölkələrin əhalisinə, xalqına ürəyi yanır.

377
00:45:23,620 --> 00:45:31,370
Biçarə insanlardır. Ziyalıları, nüfuzlu adamları, hökumətin siyasətini, fəaliyyət proqramını müəyyən edən şəxslər

378
00:45:31,770 --> 00:45:37,480
öz çirkin, murdar hədəflərinə uyğun işlər görürlər.

379
00:45:37,770 --> 00:45:46,940
Odur ki bəşər elmi və sivilizasiyasında liderlik mənəviyyatla paralel olmalıdır; mənəviyyatla.

380
00:45:47,620 --> 00:45:53,680
O gün bir toplantıda – elə bilirəm, yayımlanıb da

381
00:45:54,420 --> 00:46:00,110
– dedim , təsəvvür edin, 20, 30 il bundan sonradır,

382
00:46:00,420 --> 00:46:08,050
İslam Respublikasının, misal üçün, 200 milyon, 180 milyon, 150 milyon əhalisi var,

383
00:46:08,650 --> 00:46:20,710
heyrətamiz maddi və elmi nailiyyətlər, sənayedə uğurlar əldə edib, cəmiyyətində mənəviyyat və ədalət bərqərar olunub;

384
00:46:20,880 --> 00:46:30,450
görün necə olar? Ölkəmiz dünya ictimaiyyəti – müsəlmanlar və qeyri-müsəlmanlar – arasında necə meyil və maraq yaradar?

385
00:46:31,710 --> 00:46:37,310
Bunun baş verməyini istəmirlər. Gözəl həyat budur;

386
00:46:37,400 --> 00:46:44,110
yəni ölkədə belə bir həyat tərzinin təmin olunmasına doğru gedək.

387
00:46:44,970 --> 00:46:47,620
İnqilab bizi bu səviyyəyə çatdırmaq istəyir.

388
00:46:52,600 --> 00:47:02,540
Rifah, ədalət, yüksək əhval-ruhiyyə, yüksək əhval-ruhiyyə ilə, həvəslə işləmək, elm, texnologiya

389
00:47:04,220 --> 00:47:09,370
– bütün bunlar gözəl həyatın tərkib hissələridir. Gözəl həyata bunlarla yanaşı

390
00:47:10,800 --> 00:47:16,310
mənəviyyat, rəhm, müsəlman əxlaqı, islami həyat tərzi də daxildir.

391
00:47:16,480 --> 00:47:25,050
Nizam-intizam, səliqə-sahman da gözəl həyatın bir hissəsidir. Gözəl həyata doğru irəliləyişin sonu yoxdur.

392
00:47:26,170 --> 00:47:31,620
“Bil ki, bütün işlər sonda Allaha qayıdacaqdır!” (“Şura” surəsi, 53-cü ayə)

393
00:47:32,740 --> 00:47:38,940
Allaha doğru o qayıdış elə budur. Bu qayıdış insanın bir haldan başqa hala düşməsi,

394
00:47:40,200 --> 00:47:51,600
zatının batinində nəyinsə dəyişməsi, günü-gündən daha da yaxşılaşmasıdır. Qayıdış buna deyilir.

395
00:47:52,280 --> 00:48:00,370
Bəşəriyyətin Allaha doğru qayıdışı budur və arzuedilən müsəlman cəmiyyətində də

396
00:48:00,450 --> 00:48:06,220
bu qayıdış olmalıdır. Bu qayıdışın sonu yoxdur, tükənməzdir,

397
00:48:06,220 --> 00:48:10,220
daim davam edir. İnqilab budur.

398
00:48:12,940 --> 00:48:18,800
Quranda haqqında danışılan gözəl həyatın və bu inqilabın xüsusiyyətlərindən biri də

399
00:48:19,170 --> 00:48:24,480
Allaha iman və Taqutu – bütləri, şeytanı inkar etməkdir:

400
00:48:26,480 --> 00:48:32,910
“Hər kəs Taqutu inkar edib Allaha iman gətirərsə, o artıq ən möhkəm bir ipdən yapışmış olur” (“Bəqərə” surəsi, 256-cı ayə)

401
00:48:33,940 --> 00:48:41,200
“عروة الوثقي‌” – möhkəm ip, tutacaq budur ki, misal üçün, təhlükəli, sürüşkən bir yerdən keçirsiniz,

402
00:48:41,540 --> 00:48:47,050
əlinizə bir ip, yaxud başqa bir şey keçir, sürüşüb yerə dəyməmək,

403
00:48:47,280 --> 00:48:52,220
aşağı yıxılmamaq üçün ondan yapşırsınız. Buna deyirlər “عروة الوثقي‌” – möhkəm bir tutacaq, ip.

404
00:48:54,170 --> 00:48:58,650
Əgər Allaha iman bəsləyir, inanır, Taqutu inkar edirsinizsə, bu, “عروة الوثقي‌”-dır.

405
00:49:00,280 --> 00:49:06,600
Bu ikisi paraleldir: Allaha iman və Taqutu inkar etmək. Bu ikisini bir-birindən ayırmamaq lazımdır.

406
00:49:09,080 --> 00:49:16,200
Bu yerdə bir daha qeyd edim ki, Allaha imanı insanlardan asanlıqla almaq mümkün deyil,

407
00:49:17,170 --> 00:49:20,510
buna görə də düşmən öz təbliğatını Taqutun inkarına yönəldir.

408
00:49:21,770 --> 00:49:30,770
Bunu tədricən zəiflədir, camaatı get-gedə məsələnin bu tərəfindən məhrum etməyə çalışırlar.

409
00:49:31,220 --> 00:49:35,450
Deyirlər, ne edək, qoy həm Allaha imanınız olsun, həm də Taquta.

410
00:49:36,310 --> 00:49:42,080
Amma belə olmaz. Allaha iman və Taqutu inkar etmək paralel olmalıdır.

411
00:49:42,220 --> 00:49:47,340
Geniş yayılmış mövzulardan biri də qətiyyətli, barışmaz ideologiyanın ortadan qaldırılması ilə bağlıdır.

412
00:49:48,280 --> 00:49:52,800
Bir neçə il bundan əvvəl bu söhbət var idi, sonra bir neçə il ara verildi, indi təzədən başlayıblar;

413
00:49:53,680 --> 00:50:00,250
“diplomatiyadan ideologiyanı götürək”, “daxii siyasətdən ideologiyanı götürək” – yox, bu, tamamilə yanlışdır.

414
00:50:00,710 --> 00:50:02,880
tamamilə yanlışdır.

415
00:50:04,050 --> 00:50:09,600
Bu, inqilabın, İslamın prinsip və dəyərlərini

416
00:50:09,770 --> 00:50:14,280
daxili və xarici siyasətə tamamilə qarışdırmamaq deməkdir. Necə qarışdırmayaq?

417
00:50:14,820 --> 00:50:19,970
Bu siyasətlər ümumiyyətlə kökündən həmin prinsiplər əsasında formalaşmalıdır;

418
00:50:20,940 --> 00:50:32,910
bütün sferalarda da eynilə. Baxın, bu, incə bir məqamdır;

419
00:50:33,250 --> 00:50:38,680
elm hər hansı bir reallığa doğru getmək, hansısa reallığı kəşf etmək, onu bilmək deməkdir.

420
00:50:39,340 --> 00:50:45,250
Əlbəttə, bu sahədə ideologiyanın mənası yoxdur,

421
00:50:46,140 --> 00:50:52,280
amma biz hansı reallığın arxasınca getməliyik, hansının arxasınca getməməliyik

422
00:50:52,400 --> 00:50:59,770
– bax burada düşüncə, əqidə, avropasayağı adamlar demişkən “ideologiya” əhəmiyyət kəsb edir.

423
00:51:00,970 --> 00:51:05,450
Biz hansısa elmin arxasınca getmək istəmirik, çünki o, zərərli bir elmdir,

424
00:51:08,110 --> 00:51:14,050
hansısa elmi isə bəyənib seçirik, çünki faydalıdır. Elə elm var faydalıdır, elə elm var zərərlidir.

425
00:51:14,910 --> 00:51:20,970
Odur ki hətta elm mövzusunda da düşüncə, əqidə,

426
00:51:21,220 --> 00:51:26,480
avropasayağılar demişkən “ideologiya” təsirə malikdir.

427
00:51:30,080 --> 00:51:38,020
Tez-tez eşitdiyimiz bir şey də var:

428
00:51:38,910 --> 00:51:45,340
müxaliflərimiz, düşmənlərimiz bizim haqqımızda iki variantda fikir irəli sürür,

429
00:51:45,620 --> 00:51:48,510
daxildə də bir qrup insan onların dediyini təkrar edir;

430
00:51:49,000 --> 00:51:55,110
əslində, bu fikirlər bir-biri ilə təzad təşkil edir, amma buna diqqət yetirilmir.

431
00:51:55,710 --> 00:52:01,420
Birincisi budur ki, deyirlər “siz güclü, qüdrətli bir ölkəsiniz,

432
00:52:01,880 --> 00:52:07,370
nüfuza, təsir gücünə malik olan bir dövlətsiniz”. Bu gün dünyada bu sözü çox eşidirik.

433
00:52:09,740 --> 00:52:16,620
Düzdür, ölkə daxilində bir qrup zəif, dardüşüncəli insan bunu da qəbul etmək istəmir,

434
00:52:18,710 --> 00:52:25,310
amma prosesləri xaricdən izləyənlər – istər dostlarımız, istərsə də düşmənlərimiz – dönə-dönə etiraf edirlər ki,

435
00:52:25,310 --> 00:52:33,400
bu gün İslam Respublikası regionda qüdrətli, proseslərə təsir edə bilən bir ölkədir;

436
00:52:34,200 --> 00:52:38,910
nüfuzludur. Bu, birincisi. İkinci fikir budur ki, deyirlər

437
00:52:39,280 --> 00:52:46,570
“siz bu inqilab sözü, inqilab məsələsi, inqilab əhval-ruhiyyəsi üzərində bu qədər israr etməyin”.

438
00:52:46,970 --> 00:52:53,540
Amma bu iki fikir biri-biri ilə təzad təşkil edir. Əslinə baxsan, bu iqtidar, bu nüfuz elə inqilaba görədir.

439
00:52:54,480 --> 00:53:01,770
Əgər inqilab olmasaydı, inqilabi ruhiyyə olmasaydı, inqilabi fəaliyyətlər olmasaydı, bu nüfuz olmazdı.

440
00:53:03,800 --> 00:53:11,620
“Siz güclüsünüz, nüfuzlusunuz, amma inqilabı bir kənara qoyun ki, birgə yaşaya bilək”

441
00:53:11,740 --> 00:53:19,570
– bu o deməkdir ki, inqilabı bir kənara qoyun, nəticədə bu gücünüzü itirin, biz də sizi asanlıqla udub içəri ötürə bilək.

442
00:53:20,970 --> 00:53:32,850
Bunu İslam Respublikasından olan insanlara açıq-aşkar deyirlər, amma bu sözlərin həqiqi mənasına diqqət yetirilmir.

443
00:53:34,680 --> 00:53:38,340
“Nə vaxta qədər inqilab əhval-ruhiyyəsi ilə yaşayacaqsınız, nə vaxta qədər daim inqilabdan dəm vuracaqsınız,

444
00:53:38,710 --> 00:53:44,050
gəlin dünya ictimaiyyətinə qoşulun” – bu sözün mənası odur ki, hazırda malik olduğunuz qüdrəti,

445
00:53:45,740 --> 00:53:48,420
bugünkü nüfuzunuzu,

446
00:53:48,800 --> 00:54:02,080
xalqlar arasındakı bu strateji dərinliyinizi bir kənara qoyun, əldən buraxın;

447
00:54:02,080 --> 00:54:05,570
yəni zəifləyin ki, bis sizi udub həzm edə bilək.

448
00:54:07,450 --> 00:54:09,620
“Dünya ictimaiyyətinə qatılın” – deyirlər;

449
00:54:09,910 --> 00:54:17,140
“dünya ictimaiyyəti” deyəndə də bir neçə zalım, hegemon imperialist dövləti nəzərdə tuturlar.

450
00:54:17,400 --> 00:54:22,710
Yəni gəlin bizim planlarımızda əriyib yox olun – o sözün mənası budur.

451
00:54:23,340 --> 00:54:26,600
Odur ki inqilbın belə aspektləri də var.

452
00:54:26,940 --> 00:54:34,050
İnqilabın keşiyində durmaq barədə bir çox fikirlər söyləmək olar; hələlik mövzunun bu tərəfi barədə bu qədər.

453
00:54:34,170 --> 00:54:36,680
İslama gəlincə; bu inqilab İslam inqilabıdır.

454
00:54:37,710 --> 00:54:43,680
Bəziləri israrla bu inqilabı “1357-ci il inqilabı” adlandırmağa çalışır. İslam adını çəkmək istəmirlər,

455
00:54:43,800 --> 00:54:49,600
İslamdan qorxurlar, İslam İnqilabının adından qorxurlar.

456
00:54:51,970 --> 00:54:58,370
İslam bizim inqilabımızın mayası, əsası, bütün mahiyyətidir.

457
00:54:59,770 --> 00:55:04,820
Əlbəttə ki, bizim İslamımız əsl İslamdır,

458
00:55:05,420 --> 00:55:15,910
təkfirçilər kimi əbləh, avam insanların azğın düşüncəsinə, yanlış fikirlərinə bağlı İslam deyil.

459
00:55:17,080 --> 00:55:21,880
Ağıla, sağlam məntiqə, hədis və rəvayətlərə əsaslanan İslamdır.

460
00:55:24,620 --> 00:55:37,170
Rasional İslam – Qurana, Peyğəmbərin (s) təlimlərinə, Əhli-Beytin (ə) insanlara öyrətdiklərinə əsaslanan,

461
00:55:37,850 --> 00:55:46,420
özündə işıqlı fikirlər ehtiva edən, güclü və aydın məntiqə malik bir İslamdır; belə bir dindir.

462
00:55:46,800 --> 00:55:56,770
İslam budur. Onun təlimlərini müasir dünyanın son dərəcə inkişaf etmiş bütün sferalarında müdafiə etmək mümkündür.

463
00:55:59,540 --> 00:56:09,850
Allaha şükürlər olsun ki, bu inqilabın müxtəlif aspektləri ölkəmizdəki müsəlman toplumu üçün açıqlanıb.

464
00:56:10,020 --> 00:56:14,450
Bu hərəkatın qarşısını ala bilmək üçün o qədər pul xərclədiklərinə,

465
00:56:14,910 --> 00:56:18,310
neftdən gələn o qədər dolları bu işə sərf etdiklərinə,

466
00:56:18,620 --> 00:56:22,540
yeri gəlsə, elə biz də lazımınca hesablanmış, doğru-düzgün bir iş görmədiyimizə baxmayaraq

467
00:56:22,680 --> 00:56:31,570
– təbliğat məsələsində, həqiqətlərin dünyaya bəyan edilməsində bizim də çatışmayan cəhətlərimiz var – xoşbəxtlikdən, bu güclü və möhkəm məfkurə irəliləyib.

468
00:56:32,200 --> 00:56:38,880
Bu gün, əlhəmdulillah, İslam dünyasının ən uzaq nöqtələrində bu var, geniş şəkildə müşahidə olunur:

469
00:56:40,420 --> 00:56:46,740
xalqlar, müsəlman xalqları sözün əsl mənasında İslam Respublikasını,

470
00:56:46,880 --> 00:56:53,370
dövlətimizin rəsmilərini sevir. Bu illər ərzində ölkəmizin prezidentləri

471
00:56:53,710 --> 00:56:59,710
hara səfər ediblərsə və həmin yerdə xalqın qarşısı alınmayıb, insanlar üçün şərait yaradılıbsa,

472
00:56:59,800 --> 00:57:06,050
camaat qiyamət qoparıb. Pakistanda, Livanda,

473
00:57:06,050 --> 00:57:10,340
Sudanda, bir sıra başqa ölkələrdə belə olub.

474
00:57:10,340 --> 00:57:14,080
Əlbəttə, o yerdə ki, xalqın qarşısı alınıb, vəziyyət başqa cür olub,

475
00:57:15,220 --> 00:57:24,340
amma hansı müsəlman ölkəsində ki, camaat öz əqidəsini, emosiyalarını ifadə etməyə imkan tapacağını bilib, bunu edib.

476
00:57:25,310 --> 00:57:30,340
Və bu, İslamın bərəkətidir, Qurana sarılmağın bərəkətidir.

477
00:57:33,510 --> 00:57:38,170
Yalnız fərdi əməllərdən ibarət olan, sekulyar,

478
00:57:40,310 --> 00:57:47,220
– bəzilərinə inanıb, bəzilərini inkar edən , cihadı,

479
00:57:47,220 --> 00:57:50,800
“əmr be məruf və nəhy əz münkər”i,

480
00:57:51,710 --> 00:57:57,170
Allah yolunda şəhadəti çıxarılmış, əlindən alınmış İslam bu inqilabın İslamı deyil.

481
00:57:58,370 --> 00:58:08,740
Bu inqilabın İslamı Qurani-Kərimdə, Quranın çoxsaylı ilahi ayələrində gördüyümüz İslamdır.

482
00:58:10,050 --> 00:58:14,000
Onu elə bizim öz dilimizdə də görmək olar; inqilabın İslamı İmam Xomeyninin vəsiyyətnaməsidir,

483
00:58:14,000 --> 00:58:21,800
ondan qalan şifahi və yazılı xatirələrdir. Bizim İslamımız budur.

484
00:58:22,310 --> 00:58:29,680
Belə bir mahiyyətə malik inqilabın keşiyində durmaqdan söhbət gedir; mayası, qayəsi İslam olan bir inqilabın.

485
00:58:29,850 --> 00:58:35,510
Bu, sırf bir qəhrəmanlıq hərəkatı deyil;

486
00:58:35,740 --> 00:58:46,050
xeyr, islami mahiyyət daşıyır və sevindirici haldır ki, dünyaya öz təsirini göstərə bilib.

487
00:58:46,450 --> 00:58:51,880
Deməli, İslam İnqilabı Keşikçiləri Korpusu belə bir məna yükünə malikdir.

488
00:58:52,680 --> 00:58:59,540
Çox çalışmalı, çox sayıq olmalı, işinizin qədrini çox bilməlisiniz.

489
00:59:00,800 --> 00:59:03,200
Korpusun qədrini hamı bilməlidir.

490
00:59:05,140 --> 00:59:15,280
Korpusu zəiflətmək, zaman-zaman korpusun əleyhinə dəxli olmayan fikirlər söyləmək

491
00:59:15,280 --> 00:59:19,000
– bunlar düşməni sevindirən, düşmənin ürəyini açan şeylərdir.

492
00:59:20,370 --> 00:59:28,370
Mən demirəm ki, bu cür danışan hər kəs düşmənin tapşırığını yerinə yetirir; yox,

493
00:59:29,600 --> 00:59:32,710
bəziləri bunu bilmədən edir, anlamır.

494
00:59:32,910 --> 00:59:39,570
Bəzilərini isə, yəqin, qəsdən öyrədiblər ki, bu cür danışsınlar, bu cür çıxışlar etsinlər.

495
00:59:39,710 --> 00:59:45,740
Keşikçi Korpusun qədrini bilmək lazımdır, Korpus Allahın ölkəmizdəki böyük bir nemətidir.

496
00:59:46,450 --> 00:59:51,200
Sizə bunu da deyim: ilk növbədə qədri bilinməli olan elə siz özünüzsünüz.

497
00:59:53,050 --> 01:00:05,050
Korpusun mənəvi, ideoloji və əməli strukturunu əlinizdən gəldiyi qədər möhkəmləndirin.

498
01:00:06,000 --> 01:00:11,000
Bəzi insanların, gətirə biləcəyi bəhanələrdən qəti surətdə çəkinin.

499
01:00:12,510 --> 01:00:19,340
İqtisadi, siyasi, maliyyə və sair bu kimi cürbəcür sferalarda

500
01:00:20,280 --> 01:00:26,850
inqilabın düzgün kursunu izləyin,

501
01:00:26,850 --> 01:00:34,710
Korpusun nüfuzuna xələl gətirə biləcək işlərin arxasınca əsla getməyin.

502
01:00:35,280 --> 01:00:42,540
Bu şəni, bu gerçək heysiyyəti – bəli, bu, doğrudan da, belədir, həqiqi heysiyyətdir,

503
01:00:43,170 --> 01:00:51,110
zorla deyilmir ki, bu cür düşünün – bunu qorumalı olan ilk şəxs siz özünüzsünüz.

504
01:00:52,710 --> 01:00:59,450
Və İslam İnqilabı Keşikçiləri Korpusu olduğunuza görə də təhlükələrdən ehtiyatlı olun.

505
01:00:59,620 --> 01:01:10,820
Demişik ki, bu gün bu ölkə üçün ən böyük təhlükələrdən biri düşmənin yol tapıb bura nüfuz etməsidir;

506
01:01:11,310 --> 01:01:17,770
onların fikri-zikri budur. Nüfuz nə deməkdir? İqtisadiyyata nüfuz ola bilər

507
01:01:18,570 --> 01:01:22,140
(hansı ki, əlbəttə, ən əhəmiyyətsizi iqtisadiyyata nüfuzdur),

508
01:01:22,400 --> 01:01:27,600
əhəmiyyət kəsb etməyən nüfuz hallarına misal olaraq, təhlükəsizlik sferasında nüfuzu qeyd etmək olar –

509
01:01:28,420 --> 01:01:30,910
düşmənin təhlükəsizlik sferasına nüfuz etməsi balaca bir iş deyil,

510
01:01:31,400 --> 01:01:37,220
amma ideoloji, mədəni, siyasi sferalara nüfuz etməsi qarşısında heç nədir.

511
01:01:38,940 --> 01:01:45,220
Düşmənin təhlükəsizlik sferasına nüfuz etməsinə yol açan özünəməxsus amillər var

512
01:01:45,800 --> 01:01:53,770
və müxtəlif rəsmilər – o cümlədən Korpusun özü – inşallah ki, bunun qarşısını tam qüdrətlə alır.

513
01:01:55,710 --> 01:02:03,970
İqtisadiyyatın da müxtəlif sferalarında rəsmilərin gözü iti olmalıdır, düşmənin bu sahələrə nüfuz etməsindən

514
01:02:05,020 --> 01:02:07,820
ehtiyatlı olmalıdırlar;

515
01:02:08,620 --> 01:02:16,220
çünki düşmənin nüfuz etməsi iqtisadiyyatın möhkəm əsaslarını sarsıda bilər.

516
01:02:17,000 --> 01:02:21,170
Yol tapıb iqtisadiyyata nüfuz etdilərsə, bir ölkənin, bir xalqın

517
01:02:21,800 --> 01:02:32,400
iqtisadiyyatının üzərinə kabus kimi çökməyə müvəffəq oldularsa, o ölkənin atası yandı.

518
01:02:32,680 --> 01:02:40,250
10-15 il bundan əvvəl regionun inkişaf etmiş ölkələri sırasına daxil olan

519
01:02:40,620 --> 01:02:47,020
belə ölkələrdən birinin prezidenti Tehranda səfərdə idi; mənim yanıma gəlmişdi, bildirdi ki,

520
01:02:47,170 --> 01:02:55,450
xaricilərin o ölkənin iqtisadiyyatına nüfuz etməsi ucbatından bir gecədə yoxsullaşıblar, dilənçi kökünə düşüblər. Doğru deyirdi:

521
01:02:55,770 --> 01:03:03,570
hansısa kapitalist hansısa səbəbdən bir ölkəni diz çökdürmək fikrinə düşür,

522
01:03:06,020 --> 01:03:14,140
öz kapitalını həmin ölkədən geri çəkir, yaxud işə elə bir formada müdaxilə edir ki, o ölkənin iqtisadiyyatı çökür.

523
01:03:14,280 --> 01:03:17,450
Əlbəttə ki, bu da mühümdür,

524
01:03:17,800 --> 01:03:27,020
amma mədəniyyətin iqtisadiyyatı, siyasətin iqtisadiyyatı, mədəniyyət və siyasətə nüfuz etmə qarşısında daha az əhəmiyyət kəsb edir;

525
01:03:27,400 --> 01:03:32,020
ən əhəmiyyətlisi düşmənin siyasət və mədəniyyətə nüfuz etməsidir.

526
01:03:32,850 --> 01:03:41,420
Düşmən xalqın mədəni dəyər və inanclarını dəyişməyə,

527
01:03:41,710 --> 01:03:45,420
bu cəmiyyəti ayaqda saxlamağı bacarmış inanclara zərbə vurmağa,

528
01:03:46,450 --> 01:03:55,250
xələl gətirməyə, onları tamamilə fərqli vəziyyətə salmağa çalışır.

529
01:03:56,480 --> 01:04:00,220
Bu məqsədlə xərclər də çəkilir; milyardlarla pul xərclənir.

530
01:04:00,680 --> 01:04:02,940
Düşmənin mədəniyyət sahəsinə nüfuz etməsi, boşluq yaratması budur.

531
01:04:02,940 --> 01:04:08,620
Düşmənin siyasətə nüfuz etməsi isə bundan ibarətdir ki, mühüm qərarların qəbul olunduğu,

532
01:04:08,620 --> 01:04:12,820
ya da heç olmasa işlənib hazırlandığı strukturlara nüfuz edələr.

533
01:04:14,510 --> 01:04:23,940
Bir ölkənin siyasi, administrativ qurumları imperialist düşmənin təsiri altına düşərsə,

534
01:04:24,310 --> 01:04:34,310
o ölkədə bütün vacib qərarlar imperialistlərin istək və iradəsinə uyğun olur;

535
01:04:36,880 --> 01:04:43,200
yəni buna məcbur olurlar.

536
01:04:43,450 --> 01:04:50,020
Düşmənlər yol tapıb bir ölkənin siyasətinə nüfuz edəndə o ölkənin getdiyi yol, administrativ qurumlarında rəhbər tutulan kurs onların iradəsinə uyğun olur;

537
01:04:50,020 --> 01:04:51,420
onlar da elə bunu istəyirlər.

538
01:04:51,850 --> 01:04:59,250
Onlar hansısa ölkədə özlərindən olan bir nəfəri hakimiyyətdə saxlamağı sevmirlər;

539
01:05:00,400 --> 01:05:07,170
bir vaxtlar – 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Hindistanda bunu etmişdilər;

540
01:05:07,250 --> 01:05:14,510
orada özlərinin göndərdiyi bir nəfər var idi, Hindistanın başında bir ingilis durmuşdu.

541
01:05:15,050 --> 01:05:17,800
Bu gün isə bu, qeyri-mümkündür.

542
01:05:18,420 --> 01:05:23,770
Onlar üçün daha yaxşısı budur ki, ölkələrdə hakimiyyət başında həmin xalqın özündən olan,

543
01:05:24,110 --> 01:05:30,020
amma onlar kimi düşünən, onların istədiyini istəyən, onların mənafeyinə uyğun qərarlar qəbul edən biri dursun;

544
01:05:30,140 --> 01:05:32,020
siyasətə nüfuz etmək bax budur.

545
01:05:33,220 --> 01:05:35,250
Məqsəd mühüm qərarların qəbul olunduğu

546
01:05:35,420 --> 01:05:38,450
və əgər bunu da bacarmasalar, işlənib hazırlandığı mərkəzlərə yol tapmaqdır

547
01:05:39,110 --> 01:05:43,740
– çünki elə yerlər var ki, önəmli qərarlar orada işlənib hazırlanır – məqsəd həmin qurumlara nüfuz etməkdir. Bütün bunlar düşmənin gördüyü işlərdir.

548
01:05:44,050 --> 01:05:49,820
Biz sayıq olsaq, onların ümidi qırılacaq.

549
01:05:49,970 --> 01:05:58,280
Onlar oturub gözləyir ki, bir gün İran xalqını və İslam Respublikasını yuxu aparsın; bunun intizarındadırlar.

550
01:05:59,540 --> 01:06:04,650
Vədlər verirlər ki, 10 il sonra İran o İran olmayacaq

551
01:06:04,880 --> 01:06:12,770
Bu fikrin, bu şeytani ümidin düşmənin qəlbində ayaqlanmasına imkan vermək olmaz.

552
01:06:12,850 --> 01:06:19,170
İnqilabın əsasları, inqilabi ideyalar burda o qədər möhkəmlənməlidir ki,

553
01:06:19,170 --> 01:06:26,910
ayrı-ayrı şəxslərin həyatda olması və ya dünyadan getməsi ölkənin inqilabi hərəkatına heç bir təsir göstərməsin.

554
01:06:27,140 --> 01:06:33,170
Bu, Keşikçi Korpusun tanınmış simalarının, eləcə də bu ölkənin bütün inqilabi əqidəli xadimlərinin əsas vəzifəsidir.

555
01:06:33,450 --> 01:06:38,050
Pərvərdigara! Bizim hamımıza öz bərəkət və hidayətini nazil et.

556
01:06:38,910 --> 01:06:43,000
Dediklərimizi və eşitdiklərimizi Özün üçün, Öz yolunda bərqərar et

557
01:06:43,650 --> 01:06:45,000
və kərəminlə qəbul et.

558
01:06:46,140 --> 01:06:48,740
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.