1
00:00:16,800 --> 00:00:18,440
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:19,840 --> 00:00:22,200
الحمدلله ربّ‌العالمين

3
00:00:24,040 --> 00:00:30,120
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:40,080 --> 00:00:43,800
و علي ءاله الطّيّبين الطّاهرين المعصومين

5
00:00:46,560 --> 00:00:52,840
سيّما بقيّةالله في‌الارضين و علي صحبه المنتجبين

6
00:00:56,560 --> 00:01:02,200
Əziz qardaş və bacılar, sizin hamınızı,

7
00:01:05,520 --> 00:01:10,480
xüsusilə də möhtərəm rəsmiləri,

8
00:01:12,480 --> 00:01:28,120
həmçinin qonaqlarımızı, yəni müsəlman ölkələrinin səfirlərini mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm.

9
00:01:32,320 --> 00:01:40,080
Həmçinin bütün İran xalqını və dünyanın bütün müsəlmanlarını təbrik edirəm.

10
00:01:43,560 --> 00:01:49,320
Ümidvaram ki, Allah-taala – bayaq oxuduğumuz duada da deyildiyi kimi:

11
00:01:50,080 --> 00:01:53,120
اَلَّذي جَعَلتَهُ لِلمُسلِمينَ عيداً

12
00:01:55,320 --> 00:01:59,880
– bütün müsəlmanlara bu günü bayram əhval-ruhiyyəsində, bayram sevinci içində yaşamağı nəsib edəcək.

13
00:02:05,480 --> 00:02:16,960
Təəssüflər olsun ki, hazırda bu, belə deyil. Bu gün İslam dünyasında sıxıntılar, problemlər həddən artıq çoxdur.

14
00:02:20,240 --> 00:02:34,120
İslam dini müsəlman birliyi, müsəlman qardaşlığı məsələsini həddən ziyadə vurğulayır;

15
00:02:40,400 --> 00:02:44,640
حتّي در اعتصام به حبل‌الله

16
00:02:45,920 --> 00:02:48,600
hətta Allahın ipindən – dinindən yapışmaqda da.

17
00:02:50,880 --> 00:03:01,000
Bunu tək-tək də etmək olar, amma İslam dini belə tövsiyə etmir.

18
00:03:01,480 --> 00:03:10,440
“Hamılıqla Allahın ipinə (dininə, Quranına) möhkəm sarılın və firqələrə bölünüb bir-birinizdən ayrılmayın” (“Ali-İmran” surəsi, 103-cü ayədən) – deyir, bir olun deyir.

19
00:03:15,760 --> 00:03:27,800
Bu qədər təkidə, bu qədər tövsiyəyə baxmayaraq, bu gün, təəssüflər olsun ki, biz müsəlmanlar bu göstərişə əməl etmirik.

20
00:03:30,040 --> 00:03:32,440
Nəticəsini də özünüz görürsünüz.

21
00:03:36,120 --> 00:03:50,800
Mən üzümü bütün ölkələrdə yaşayan müsəlmanlara, özəlliklə də din alimlərinə, ziyalılara, dövlət rəsmilərinə, siyasətçilərə,

22
00:03:51,560 --> 00:04:03,280
üzdə olan, tanınmış insanlara tutub deyirəm ki, bu konfliktlərdə

23
00:04:03,600 --> 00:04:11,040
İslam ümmətinin düşmənlərinin xain əllərini görsünlər, sezsinlər.

24
00:04:13,520 --> 00:04:24,520
Bu konfliktlər, bu ikitirəlik təbii deyil, süni şəkildə, qəsdən ortaya atılıb.

25
00:04:27,440 --> 00:04:37,560
Müsəlmanların özünə qalsa, onlar dinc şəraitdə yanaşı yaşaya bilərlər. Təcrübə də göstərir ki,

26
00:04:39,280 --> 00:04:43,820
düşmənin vəsvəsəsi, hiyləsi,

27
00:04:45,020 --> 00:04:51,600
xəbis planları ortada olmadıqda müsəlmanlar rahat şəkildə birgə yaşayıblar.

28
00:04:52,360 --> 00:04:55,880
Bunu biz öz ölkəmizdə də, İraqda da,

29
00:04:56,450 --> 00:04:59,520
başqa müsəlman ölkələrində də müşahidə etmişik.

30
00:05:02,980 --> 00:05:08,920
Bu konfliktləri İslam dünyasına qəsdən yeridirlər. Nə üçün?

31
00:05:09,480 --> 00:05:21,280
Çünki bu konfliktlər böyük dövlətlərin mənafeyini təmin edir. Onlar İslam ümmətinin bir olmasını istəmirlər.

32
00:05:22,560 --> 00:05:25,080
Bu möhtəşəm gücün

33
00:05:26,170 --> 00:05:35,320
dünyanın super-gücləri arasında baş qaldırmasını, özünü göstərməsini istəmirlər; istəmirlər.

34
00:05:39,280 --> 00:05:47,280
Əgər İslam ümməti bir yumruqda birləşsəydi, diqqətini müştərək cəhətlərinə yönəltsəydi,

35
00:05:47,840 --> 00:05:57,600
müsəlmanların bu möhtəşəm say göstəricisi, müsəlman ölkələrinin regionlardakı həssas coğrafi mövqeyi,

36
00:05:59,840 --> 00:06:06,000
bu yeraltı resurs və ehtiyatları, təbii sərvətləri və insan potensialı ilə,

37
00:06:07,560 --> 00:06:17,480
heç şübhəsiz, dünya siyasəti arenasında özünəməxsus bir qüvvə olardı.

38
00:06:19,240 --> 00:06:29,000
Əgər biz bir yumruqda birləşə bilsəydik, dünyanı belə bir təzahür bürüyərdi. Onlar isə bunun baş verməsini istəmirlər.

39
00:06:31,400 --> 00:06:39,800
Bu regiona konflikt salmaq , region ölkələrinin başını daxili problemlərinə qatmaq üçün

40
00:06:41,080 --> 00:06:47,480
gətirib İsrail rejimini bura salıblar.

41
00:06:51,960 --> 00:07:03,960
Bir məqama diqqət yetirmək lazımdır ki, xalqlar İsrail rejiminə müqavimət göstərdi, onun qarşısında təslim olmadı.

42
00:07:05,240 --> 00:07:16,800
İsrail rejiminin İngiltərə, daha sonra isə Amerikanın kömək və havadarlığı ilə

43
00:07:18,120 --> 00:07:30,080
bu regionda öz maddi gücünü günü-gündən durmadan artırdığı bu onilliklər ərzində müsəlman dövlətləri arasında

44
00:07:30,680 --> 00:07:40,360
bəzi zəif dövlətlər və yaramaz insanlar sionistlərə tərəf meyillənməyə başladı.

45
00:07:42,080 --> 00:07:51,240
Müsəlman dövlətlərindən çoxu və İslam dünyasının bəzi siyasətçiləri,

46
00:07:52,040 --> 00:08:01,920
o cümlədən elə bizim öz ölkəmizdə hakimiyyətdə olmuş keçmiş üzdəniraq rejim və bəzi digərləri

47
00:08:02,600 --> 00:08:09,320
qəsbkar, işğalçı, təcavüzkar, adamöldürən, işğalçılıq hesabına “Nildən Fərata qədər” ideyası ilə

48
00:08:11,080 --> 00:08:18,240
öz ərazisini genişləndirmək niyyətində olan sionistlərlə,

49
00:08:19,000 --> 00:08:30,800
belə bir dövlətlə əlaqəyə girib ortada olan düşmənçiliyə tamamilə göz yumdular. Xalqlar isə yox;

50
00:08:32,720 --> 00:08:46,000
xalqların qəlbində işğalçı sionistlərə və İsrail dövlətinə qarşı daim bir nifrət hissi dalğalandı.

51
00:08:48,400 --> 00:08:59,120
Bu məsələdə xalqlar dövlətlərin yolu ilə getmədilər. Və əlbəttə ki, bu, Amerikadan asılı,

52
00:09:00,320 --> 00:09:07,240
İsraillə canbirqəlb olan dövlətlər üçün dözülməz bir şey idi.

53
00:09:07,600 --> 00:09:15,080
Bunun üçün nə etdilər? Vətəndaş müharibələrinə rəvac verdilər.

54
00:09:15,280 --> 00:09:26,280
Bizi bir-birinin canına salmaq üçün, xalqları üz-üzə qoymaq üçün

55
00:09:27,960 --> 00:09:41,240
sünnilərlə şiələr arasına bu davaları saldılar,

56
00:09:41,800 --> 00:09:47,800
“Əl-qaidə”, İŞİD və s. bu kimi cinayətkar təşkilatları yaratdılar.

57
00:09:50,680 --> 00:09:57,680
Bu da onların xain və təcavüzkar əllərinin işidir.

58
00:10:00,280 --> 00:10:07,000
Bəzi amerikalılar İŞİD-in yaradılmasında, genişləndirilməsində,

59
00:10:07,760 --> 00:10:14,600
kök salıb möhkəmlənməsində rolları olduğunu, bu gün də onları himayə etdiklərini

60
00:10:17,680 --> 00:10:24,880
öz xatirat kitablarında da qeyd ediblər. Hazırda İŞİD əleyhinə koalisiya yaradılıb. Mənə qalsa, bunun, doğrudan da, İŞİD əleyhinə bir koalisiya olduğuna inanmıram,

61
00:10:25,680 --> 00:10:28,620
amma lap tutaq ki,

62
00:10:28,740 --> 00:10:35,650
bu məqsədlə yaradılıbsa da, məgər təkcə İŞİD-dir?

63
00:10:39,280 --> 00:10:49,080
Müsəlman ölkələrinin ətrafında göydəndüşmə pullar hesabına cürbəcür adlar altında cürbəcür qruplaşmalar

64
00:10:49,480 --> 00:10:58,280
fəaliyyət göstərir, işləyir, terrora rəvac verir, partlayışlar törədir, insanları qətlə yetirir,

65
00:10:59,040 --> 00:11:06,720
küçə-bazarda, meydanlarda, məscidlərdə günahsız insanların qanını tökür.

66
00:11:08,240 --> 00:11:18,880
Xalqları məşğul ediblər, başlarını qarışdırıblar; sünnini şiənin əleyhinə, şiəni sünninin əleyhinə.

67
00:11:21,240 --> 00:11:29,280
Bu tərəfdən də aqresiv, ifratçı, sözünə sərhəd qoymayan bir qrup adam yetişdirirlər,

68
00:11:29,920 --> 00:11:36,400
pul gücünə bu işlərə vadar edirlər, qarşılıqlı olaraq o tərəfdən də müəyyən bir qrupu

69
00:11:38,320 --> 00:11:45,720
bu ruhda kökləyirlər ki, bir-birinin üstünə düşüb vuruşsunlar; hərəsinin də arxasında böyük bir kütlə var.

70
00:11:46,240 --> 00:11:53,800
Sionistlər üçün bundan yaxşı nə ola bilər? İsrail dövləti üçün bundan gözəl nə ola bilər?

71
00:11:55,160 --> 00:12:01,440
Gəlin ayılaq! Regionda nələr baş verdiyini dərk edək!

72
00:12:05,440 --> 00:12:17,080
İmperialist dövlətlər bu regionda xain siyasət yürüdür; bu, açıq-aşkardır.

73
00:12:18,240 --> 00:12:21,640
Onlar İraqda seçki nəticəsində,

74
00:12:22,280 --> 00:12:29,120
əksəriyyətin rəyi ilə hakimiyyətə gəlmiş demokratik hökuməti yıxmaq siyasəti güdürlər.

75
00:12:29,800 --> 00:12:34,520
İstədikləri budur; zəiflətsinlər, boşluq yaratsınlar, işləməyə qoymasınlar.

76
00:12:37,320 --> 00:12:44,480
Və ölkədə şiələrlə sünniləri üz-üz qoysunlar. Biz İraqı hələ bu hadisələr başlamamışdan əvvəl də görmüşük.

77
00:12:44,600 --> 00:12:49,840
Şiələrlə sünnilər birgə yaşayırdılar, bir-birindən qız alıb, qız verirdilər,

78
00:12:52,800 --> 00:12:57,840
bu gün isə üz-üzə durmalıdırlar, bir-birinə silah çəkməlidirlər!

79
00:13:01,440 --> 00:13:05,020
Bunların sonuncu hədəfi isə İraqı parçalamaqdır.

80
00:13:05,080 --> 00:13:07,480
Bizim siyasətimiz bunun tam əksinədir.

81
00:13:08,920 --> 00:13:16,600
Biz inanırıq ki, İraqda seçki nəticəsində hakimiyyətə gəlmiş dövləti möhkəmləndirmək,

82
00:13:17,320 --> 00:13:24,320
daxili konfliktlərə yol açan ünsürlərə qarşı mübarizə aparmaq, müqavimət göstərmək,

83
00:13:25,240 --> 00:13:28,320
İraqın ərazi bütövlüyünü qorumaq lazımdır.

84
00:13:31,320 --> 00:13:36,800
Bu, imperialistlərin İraqda izlədiyi siyasətə tam əks olan bir siyasətdir.

85
00:13:37,000 --> 00:13:42,080
İmperialistlərin Suriyada izlədiyi siyasət isə

86
00:13:44,480 --> 00:13:55,280
İsrailə müqavimət göstərməyi ilə tanınmış hökuməti nəyin bahasına olursa-olsun devirməkdən ibarətdir.

87
00:13:55,880 --> 00:13:57,240
Bizim siyasətimiz buna da ziddir.

88
00:14:00,760 --> 00:14:07,400
Əlbəttə ki, istər İraq, istər Suriya, istər Yəmən, istər Bəhreyn, istər Livan,

89
00:14:07,800 --> 00:14:14,560
istərsə də digər ölkələr olsun, biz hər bir ölkədə qərarı xalqın verməli olduğunu düşünürük.

90
00:14:15,440 --> 00:14:22,360
Kənardan nə bizim, nə də bir başqasının hansısa xalqın müqəddəratı ilə bağlı qərar qəbul etməyə haqqı yoxdur.

91
00:14:22,600 --> 00:14:25,840
Qərarı onlar özləri verməlidir. Bizim fikrimiz, mövqeyimiz budur.

92
00:14:28,160 --> 00:14:37,720
İmperialistlərin Suriya ilə bağlı siyasəti sionistlərə qarşı mübarizədə möhkəm,

93
00:14:38,720 --> 00:14:46,200
hazırkı barışmaz mövqeyi ilə tanınmış hökuməti xalqın iradəsindən kənar bir şəkildə inkar etməkdən ibarətdir.

94
00:14:47,000 --> 00:14:59,080
Deyirlər ki, bu hökumət olmamalıdır. Belə ki Suriyanın həm indiki , həm də keçmiş prezidenti qondarma İsrail rejiminə qarşı

95
00:15:00,040 --> 00:15:09,520
açıq-açığına mübarizə aparıb. Biz isə deyirik ki, yox,

96
00:15:11,760 --> 00:15:21,640
şüarı, hədəfi, niyyəti sionistlərə qarşı mübarizə olan bir hökumət İslam dünyası üçün olduqca dəyərlidir.

97
00:15:23,840 --> 00:15:30,040
Suriya və ya İraqda biz heç bir şəxsi mənafe güdmürük;

98
00:15:30,840 --> 00:15:44,560
Bizi İslam dünyası, İslam ümməti düşündürür. İmperialistlərlə bizim mövqeyimiz bax bu şəkildə bir-birinə ziddir.

99
00:15:45,000 --> 00:15:56,240
Livana gəlincə. İllər boyu İsrail rejimi Livanın böyük bir hissəsini işğal etdi,

100
00:15:56,840 --> 00:16:06,040
Amerika başda olmaqla imperialist dövlətlər isə buna susdu; razılıq əlaməti olaraq susdu.

101
00:16:08,600 --> 00:16:15,080
Sonralar bu ölkədə mömin və fədakar bir müqavimət qrupu meydana gəldi.

102
00:16:17,040 --> 00:16:25,560
Livandakı müqavimət qüvvələri – “Hizbullah” milli müqavimət qüvvələrinin ən nüfuzlusudur.

103
00:16:26,880 --> 00:16:35,360
Onlar dünya miqyasında ən şərəfli, ən hörmətli milli müdafiə, milli müqavimət hərəkatlarından biridir.

104
00:16:35,520 --> 00:16:48,080
Dünya ölkələrində bu cür imanla, fədakarcasına, uğurla, təmiz fəaliyyət göstərən çox az milli müdafiə qüvvələri olub.

105
00:16:49,040 --> 00:16:55,760
Bunların axırına çıxmağı qarşıya məqsəd qoyublar, hizbullahçıları terrorçuluqda ittiham edirlər. Hizbullah terrorçudur?

106
00:16:58,320 --> 00:17:05,240
Livan torpağından baş qaldırmış bu böyük milli müdafiə qüvvəsi terrorçudur? Terrorçu buna deyirlər?

107
00:17:08,160 --> 00:17:15,880
Onda belə çıxır ki, siz avropalıların, eləcə də başqalarının

108
00:17:16,080 --> 00:17:24,560
tarix boyu iftixar etdiyiniz, təcavüzkarların, imperialistlərin əleyhinə çıxıb

109
00:17:27,760 --> 00:17:40,480
fədakarlıq edən qüvvələr terrorçu hesab olunur?

110
00:17:42,240 --> 00:17:51,240
Özləri isə uşaq qatili olan, cinayətkar, qəddar İsrail rejiminin əlini

111
00:17:52,680 --> 00:18:00,600
qardaş kimi, əbədi dost kimi sıxırlar. Onların siyasəti budur.

112
00:18:03,840 --> 00:18:07,360
Biz Livandakı müqavimət hərəkatını ona görə dəstəkləyirik ki,

113
00:18:07,920 --> 00:18:13,440
onlar sözün əsl mənasında bir müqavimət qrupu kimi düşmənin qarşısında durub,

114
00:18:14,160 --> 00:18:19,800
cəsur, fədakar bir müdafiə qüvvəsidir, imperialistlərin qarşısında

115
00:18:20,880 --> 00:18:30,680
mətin dayanıblar. Onlar olmasaydı, bir vaxtlar Seydaya, hələ Seydadan da o tərəfə,

116
00:18:31,080 --> 00:18:36,680
Beyruta qədər gəlib çıxmış İsrail rejimi bu gün Beyrutu işğal etmişdi, artıq Livan yox idi.

117
00:18:37,440 --> 00:18:39,920
Onların qarşısını alan məhz müqavimət qüvvələri oldu.

118
00:18:41,760 --> 00:18:50,080
Amerikalılar, onların düzlüyü sevən, həmişə düzünü danışan (!) siyasətçiləri isə

119
00:18:51,880 --> 00:18:59,320
hizbullahçıları terrorçu adlandırır, onları dəstəkləyən İranı terroru müdafiə etməkdə suçlayır.

120
00:18:59,600 --> 00:19:06,960
Terroru müdafiə edən sizsiniz. İŞİD-i yaradan,

121
00:19:07,640 --> 00:19:17,360
terrorçuları yetişdirən, murdar, terrorçu sionistləri qanadı altına alan sizsiniz!

122
00:19:18,840 --> 00:19:24,480
Terrorun havadarı sizsiniz! Siz terrorçulara yardım və dəstək verdiyinizə görə məhkəmə qarşısında cavab verməlisiniz!

123
00:19:46,880 --> 00:19:52,360
Eyni məsələ Yəmənə də, Bəhreynə də, başqa ölkələrə də aiddir.

124
00:19:53,880 --> 00:20:09,280
Yəməndə; ən həssas məqamda ölkədə siyasi boşluq yaratmaq üçün istefa vermiş,

125
00:20:10,640 --> 00:20:15,960
sonra da qadın paltarında ölkəsindən qaçmış prezident legitimdir?

126
00:20:19,040 --> 00:20:27,000
Bu prezidentin başqa bir ölkəyə müraciət edərək öz ölkəsinə hücum edilməsini, insanların qətlə yetirilməsini istəməyə haqqı var?

127
00:20:29,760 --> 00:20:38,520
Artıq 4 aydır və ya 3 aydan bir qədər artıqdır ki, Yəməni bombalayırlar. Kimləri hədəfə alırlar?

128
00:20:40,440 --> 00:20:46,960
Məscidləri, xəstəxanaları, şəhərləri, evləri vurur,

129
00:20:49,120 --> 00:20:58,360
günahsız insanları, uşaqları qətlə yetirirlər. Onların günahı nədir?

130
00:21:01,000 --> 00:21:09,520
Amerika da bunları himayə edir.Mən bayram namazında amerikalılara müraciətlə dedim ki, siz indi də səhvə yol verirsiniz.

131
00:21:09,760 --> 00:21:14,160
Keçmiş səhvlərini deyir, etiraf edirlər. 28 mordadı deyirlər; deyirlər ki, səhv etmişik.

132
00:21:14,320 --> 00:21:19,480
Bəli, çox böyük səhv etmisiniz, amma indi də səhvə yol verməkdəsiniz.

133
00:21:22,680 --> 00:21:30,920
Ən qəddar, ən istibdadçı rejimlərlə dost, əlbir olmusunuz, canbirqəlbsiniz,

134
00:21:31,320 --> 00:21:40,880
başdan-ayağa seçki nəticəsində formalaşmış İslam Respublikasını isə diktatura adlandırırsınız!

135
00:21:41,880 --> 00:21:43,200
Heç insafınız yoxdur?!

136
00:21:56,320 --> 00:22:09,000
Siz amerikalılar, amerika siyasətçiləri insafsızlığın ən son həddində danışır və mühakimə yürüdürsünüz;

137
00:22:09,680 --> 00:22:20,880
hətta açıq-aşkar göz önündə olan reallıqlara münasibətdə belə. Adama qəribə də gəlir. Bunarın hələ danışmağa üzü də var?

138
00:22:21,120 --> 00:22:26,000
Xalqına seçkinin adını belə çəkməyə imkan verməyən

139
00:22:27,600 --> 00:22:35,000
dövlətlərlə dost, canbirqəlb, qardaşlıqdırlar – hansı ki həmin ölkələrdən bəzilərində küçədə kimsə seçkidən danışsa,

140
00:22:35,200 --> 00:22:45,680
tutub aparıb həbsə atırlar, aqibəti də necə olur, məlum deyil

141
00:22:46,040 --> 00:22:52,160
– amma 36 il müddətində otuz neçə dəfə seçki keçirmiş İslam Respublikasına diktator deyirlər.

142
00:22:53,400 --> 00:23:03,760
diktator deyirlər. Bunlara inanmaq olar? Ona görə biz deyirik ki, bunlara inanmaq olmaz.

143
00:23:06,320 --> 00:23:08,740
Bunlara inanmaq olmaz.

144
00:23:11,540 --> 00:23:18,920
Bunlar elə adamlar deyil ki, ağızlarından doğru söz çıxa. Bunlarda düzlük yoxdur.

145
00:23:20,960 --> 00:23:25,200
Cənab prezidentin qeyd etdiyi o çətin sınaqda da

146
00:23:25,840 --> 00:23:33,680
– bu müddət ərzində, doğrudan da, zəhmət çəkiblər, həm o, həm də digər rəsmilər

147
00:23:35,120 --> 00:23:41,000
– onların dönüklüyü dəfələrlə göründü.

148
00:23:42,440 --> 00:23:49,680
Əlbəttə, sevindirici haldır ki, rəsmilərimiz öz mövqelərinin üstündə sona qədər möhkəm durdular, lazımınca davrandılar; müəyyən situasiyalarda, doğrudan da,

149
00:23:52,520 --> 00:23:57,760
inqilabçıya layiq davranış sərgilədilər, işlədilər. Bu günə qədər hansısa nəticələr də əldə ediblər; görək bundan sonra nə olur.

150
00:24:00,360 --> 00:24:11,520
Bu gün İslam dünyasının dərdlərinin bir əlacı var, o da vəhdətdir. Bu, ayrı-ayrı ölkələrə də aiddir;

151
00:24:12,120 --> 00:24:22,120
xalqlar bir olmalıdır. İran xalqı bir olmalıdır. Bu nüvə məsələsi və digər bu kimi məsələlərə görə

152
00:24:22,480 --> 00:24:27,960
xalq arasında ikitirəlik yaranmamalıdır.

153
00:24:28,080 --> 00:24:35,440
İş var, görülür, rəsmilər var, nə lazımsa edirlər,

154
00:24:36,280 --> 00:24:41,920
inşallah, xalqın mənafeyi nəyi tələb edirsə, onu müəyyən edəcək və təmin olunmasına səy göstərəcəklər;

155
00:24:42,320 --> 00:24:47,960
belə olmamalıdır ki, camaat arasına ikitirəlik düşsün, hərənin ağzından bir avaz gəlsin. Düşmənin istədiyi budur.

156
00:24:48,920 --> 00:25:03,120
Elə bu dəqiqə də kim xaricilərin apardığı təbliğata, onların sayını durmadan artırdıqları

157
00:25:04,520 --> 00:25:13,800
və daim hansısa mövzularla çıxış etdikləri televiziya və radio kanallarına, internet saytlarına nəzər salsa, görər ki,

158
00:25:14,320 --> 00:25:16,970
onların məqsədi əhali arasında təfriqə yaratmaqdır.

159
00:25:17,200 --> 00:25:21,360
Buna imkan verməyin; vəhdəti qoruyun, bir olun.

160
00:25:24,520 --> 00:25:32,840
Bir də ki, güc, iqtidar daxildən baş qaldırmalıdır. Ümumi, ictimai təqva da fərdi təqva kimidir.

161
00:25:34,600 --> 00:25:43,640
Fərdi təqvada – hansı ki oruc da təqva üçündür; oruc ayı təqvanın əldə olunması ayıdır

162
00:25:44,160 --> 00:25:53,680
– siz təqvalısınızsa, sizdə daxildən günaha qarşı bir dirənc yaranır.

163
00:25:54,240 --> 00:25:59,540
Vurdurduğu peyvənd nəticəsində immunitet qazanmış bir insan kimi;

164
00:25:59,600 --> 00:26:06,520
həmin insan mikroblarla dolu bir mühitə düşəndə belə, onlar ona təsir göstərmir.

165
00:26:08,000 --> 00:26:17,080
Təqva da belədir. Təqva ətraf mühitin sizə təsir göstərməsinə imkan vermir.

166
00:26:18,600 --> 00:26:25,440
Ən azından, asanlıqla təsir altına düşməyinizə mane olur. Fərdi təqva belədir. Bütöv bir xalqın təqvası da eynilə bu cürdür.

167
00:26:26,800 --> 00:26:36,760
Əgər bir xalq daxildən güclənsə, elmini, sənayesini,

168
00:26:37,200 --> 00:26:44,840
imanını, mədəniyyətini gücləndirsə, xarici qüvvələr ona təsir göstərə bilməz.

169
00:26:45,360 --> 00:26:50,850
Bu gün biz hamımız bu formula əməl etməliyik;

170
00:26:51,080 --> 00:26:53,420
bütün İslam dünyası bu formula əməl etməlidir.

171
00:26:53,640 --> 00:27:01,760
Pərvərdigara! Doğru yolu tanıyıb o yolla getməkdə Özün bizə kömək ol.

172
00:27:03,040 --> 00:27:05,280
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.