1
00:01:20,280 --> 00:01:22,220
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:01:22,800 --> 00:01:25,480
السّلام عليکم و رحمةالله

3
00:01:27,600 --> 00:01:30,800
الحمدلله ربّ‌العالمين

4
00:01:32,280 --> 00:01:37,080
الحمدلله الّذي  خلق السّماوات و الارض

5
00:01:38,970 --> 00:01:41,540
و جعل الظّلمات و النّور

6
00:01:42,910 --> 00:01:47,480
و جعل الظّلمات و النّور

7
00:01:50,220 --> 00:01:56,170
نحمده و نسبّحه و نتوب اليه

8
00:01:57,880 --> 00:02:05,650
و نصلّي و نسلّم علي حبيبه و نجيبه و خيرته في خلقه

9
00:02:07,540 --> 00:02:13,200
سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

10
00:02:22,740 --> 00:02:27,200
و علي ءاله الاطيبين الاطهرين المنتجبين

11
00:02:29,020 --> 00:02:32,400
الهداة المهديّين المعصومين

12
00:02:33,650 --> 00:02:37,540
سيّما بقيّةالله في الارضين

13
00:02:40,110 --> 00:02:43,080
Bu mübarək bayram münasibətilə

14
00:02:45,480 --> 00:02:50,680
siz qardaş və bacılarımın hamısını, əziz İran xalqını

15
00:02:52,110 --> 00:02:55,540
və dünyadakı bütün müsəlmanları təbrik edirəm.

16
00:02:58,740 --> 00:03:05,650
Siz namazqılanlara və eləcə də özümə

17
00:03:06,620 --> 00:03:12,850
ilahi təqvaya riayət etməyi, pərhizkarlığı,

18
00:03:13,820 --> 00:03:18,170
nəfsinə qarşı diqqətli olmağı və günahdan uzaq durmağı tövsiyə edirəm.

19
00:03:20,510 --> 00:03:32,800
Builki ramazan ayı sözün həqiqi mənasında mübarək bir ay oldu,

20
00:03:33,140 --> 00:03:43,140
ilahi bərəkət xalqımızın üzərinə yağış kimi yağdı. Bunun nişanələrini

21
00:03:44,400 --> 00:03:50,450
uzun və isti yay günlərində tutn oruclardaula,

22
00:03:53,250 --> 00:03:59,020
ölkənin dörd bir yanında geniş şəkildə təşkil olunan Quran məclislərində,

23
00:04:01,600 --> 00:04:07,600
böyük dua və təvəssül məclislərində

24
00:04:10,850 --> 00:04:23,080
– hansılarda ki, minlərlə gənc, qoca, kişi və qadın əlini dua və yalvarışla göyə uzadır,

25
00:04:24,570 --> 00:04:31,080
öz Rəbbi ilə itaətkar bir formada, ixlasla danışır

26
00:04:33,200 --> 00:04:45,710
– habelə verilən ehsanlarda, küçələrdə, məscidlərdə, ictimai yerlərdə açılan iftar süfrələrində

27
00:04:46,340 --> 00:05:00,450
– sevindirici haldır ki, son bir neçə ildə bu, geniş hal alıb – və ən nəhayət möhtəşəm Qüds günü yürüşündə görmək olar.

28
00:05:02,050 --> 00:05:05,200
Bütün bunlar ilahi rəhmətin əlamətləridir.

29
00:05:06,450 --> 00:05:12,680
Mübarək ramazan ayının 23-cü gecəsi

30
00:05:13,820 --> 00:05:27,940
– Qədr gecəsi münasibətilə səhərə qədər oyaq qalmış camaat

31
00:05:28,510 --> 00:05:40,740
həmin gecənin səhəri isti yay günündə orucağız bu böyük yürüşdə iştirak etdi.

32
00:05:42,800 --> 00:05:50,570
İran xalqını doğru-dürüst tanımağın yolu bunlardır. İran xalqı budur.

33
00:05:52,570 --> 00:06:01,940
İran xalqı ramazan ayında ibadət mehrabında da,

34
00:06:02,280 --> 00:06:11,020
imperializmə qarşı mübarizə meydanında da özünü belə parlaq şəkildə təqdim edir, nümayiş etdirir.

35
00:06:13,250 --> 00:06:20,910
Bizim xalqımızı başqalarının qərəzli dillərindən tanımaq lazım deyil.

36
00:06:22,280 --> 00:06:29,370
Bizim xalqımızı özündən, şüarlarından, hərəkətlərindən,

37
00:06:31,020 --> 00:06:36,510
bu əzəmətli təzahürlərindən tanımaq lazımdır. Budur İran xalqı!

38
00:06:38,800 --> 00:06:48,450
Düşmənin İran xalqı haqqında yanlış təsəvvür formalaşdırmaq üçün göstərdiyi səylər

39
00:06:50,170 --> 00:06:59,480
və təəssüflər olsun ki, bəzi anlamazların da onların dilindən alıb təkrar etdikləri yalandır, yanlışdır.

40
00:07:00,620 --> 00:07:11,250
İran xalqı o xalqdır ki, özünün müxtəlif keyfiyyətlərini, nəyə qadir olduğunu bu ramazan ayında göstərdi.

41
00:07:11,820 --> 00:07:19,200
İnşallah ki, bu gün siz “məqbul” alacaqsınız.

42
00:07:20,510 --> 00:07:26,970
Bu gün, inşallah, bayram münasibətilə İran xalqı

43
00:07:27,540 --> 00:07:38,110
bu ibadətinə görə lütf və mərhəmət mənbəyi olan Uca Yaradandan “məqbul” qiyməti alacaq.

44
00:07:38,970 --> 00:07:44,800
İnşallah, sizlərdən bəziləri “məqbul” almaqdan əlavə,

45
00:07:44,800 --> 00:07:53,420
mükafat da qazanacaq, dərəcə də alacaq, ruhi-mənəvi yüksəlişə də nail olacaq.

46
00:07:54,220 --> 00:08:01,770
İran xalqının şüarları onun hansı yolu tutduğunu göstərdi.

47
00:08:02,050 --> 00:08:11,710
Qüds günü “Amerikaya ölüm!”, “İsrailə ölüm!” şüarları ölkəni bürümüşdü.

48
00:08:11,940 --> 00:08:16,620
Özü də bu təkcə paytaxt Tehrana və böyük şəhərlərə aid deyildi.

49
00:08:17,080 --> 00:08:24,000
Bu möhtəşəm hərəkat bütün ölkəni əhatə etmişdi.

50
00:08:24,000 --> 00:08:31,250
Pərvərdigara! Öz lütf və mərhəmətinlə İran xalqından qəbul et.

51
00:08:32,800 --> 00:08:42,450
Pərvərdigara! Öz mənəvi dəstəyini, mərhəmətini və sonsuz lütfünü  bu xalqa yağdır.

52
00:08:43,940 --> 00:08:51,370
Pərvərdigara! Əziz şəhidlərimizə, dahi liderimiz İmam Xomeyniyə (r.ə),

53
00:08:52,220 --> 00:08:57,420
bu yolda xalqımıza kömək etmiş, dəstək olmuş hər kəsə

54
00:08:57,420 --> 00:09:01,940
Öz rəhmət və bağışlamanı şamil et.

55
00:09:02,620 --> 00:09:05,140
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

56
00:09:05,480 --> 00:09:09,250
And olsun axşam çağına ki, insan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir.

57
00:09:09,880 --> 00:09:18,220
Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!” (“Əsr” surəsi, 1-3-cü ayələr)

58
00:09:28,620 --> 00:09:30,450
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

59
00:09:30,800 --> 00:09:33,310
و الحمدلله ربّ العالمين

60
00:09:34,000 --> 00:09:40,220
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

61
00:09:47,080 --> 00:09:53,420
و صلّ علي ائمّة المسلمين و حماة المستضعفين، اميرالمؤمنين

62
00:09:54,570 --> 00:09:59,200
و سيّدة نساء العالمين و الحسن و الحسين

63
00:09:59,880 --> 00:10:08,110
سبطي الرّحمة و امامي الهدي و عليّ بن الحسين زين‌العابدين و محمّد بن عليٍّ

64
00:10:08,570 --> 00:10:16,400
و جعفر بن محمّدٍ و موسي بن جعفرٍ و عليّ بن موسي و محمّد بن عليٍّ و عليّ بن محمّدٍ

65
00:10:16,910 --> 00:10:20,910
و الحسن بن عليٍّ و الخلف الهادي المهديّ

66
00:10:21,140 --> 00:10:26,280
حججک علي عبادک و امنائک في بلادک

67
00:10:28,800 --> 00:10:33,540
İkinci xütbədə, ilk olaraq,

68
00:10:35,480 --> 00:10:42,970
namaz qılan qardaş və bacılarımı salamlayır, onlara salamatlıq diləyir,

69
00:10:43,820 --> 00:10:48,910
hamını bayram münasibətilə təbrik edir, hamıya təqvanı tövsiyə edirəm.

70
00:10:51,540 --> 00:10:58,620
Bu ramazan ayında və ondan əvvəl regionumuzda

71
00:10:59,420 --> 00:11:03,600
xoşagəlməz hadisələr baş verdi və bu olaylar indi də davam etməkdədir.

72
00:11:05,880 --> 00:11:19,420
Təəssüflər olsun ki, xeyirsiz əllər bu mübarək ayı region xalqlarının çoxu üçün acınacaqlı etdi.

73
00:11:21,140 --> 00:11:27,420
Yəməndə, Bəhreyndə, Fələstində, Suriyada

74
00:11:29,020 --> 00:11:40,570
mömin, müsəlman camaatın çoxu düşmənin bəd əməlləri ucbatından

75
00:11:41,820 --> 00:11:48,620
çətin günlər keçirdi, orucunu çox çətin şəraitdə tutdu.

76
00:11:50,510 --> 00:11:54,910
Bütün bu olaylar xalqımızı narahat edir.

77
00:11:57,200 --> 00:12:04,740
Digər bir mühüm məsələ bizim öz ölkəmizlə əlaqədar olan nüvə danışıqları məsələsidir.

78
00:12:06,680 --> 00:12:12,450
Bu mövzu ilə bağlı bir neçə mühüm məqamı qeyd etməyi lazım bilirəm.

79
00:12:14,970 --> 00:12:28,400
Əvvəla, mən bu uzun və yorucu danışıqlarla əlaqəli rəsmilərə,

80
00:12:29,710 --> 00:12:36,570
möhtərəm ölkə başçısına xüsusilə də bilavasitə danışıqlarda təmsil olunmuş komandaya

81
00:12:38,400 --> 00:12:43,310
həqiqətən də zəhmət çəkdiklərinə, səy göstərdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm.

82
00:12:44,450 --> 00:12:52,680
İstər hazırlanmış o mətn əvvəlcədən müəyyən olunmuş hüquqi prosedurları keçdikdən sonra

83
00:12:53,540 --> 00:12:59,650
qəbul olunsun, istərsə də olunmasın, Allah yanında onların əcri vardır.

84
00:13:00,510 --> 00:13:05,370
Bunu mən yaxından söhbətimizdə o qardaşlarımızın özlərinə də demişəm.

85
00:13:07,020 --> 00:13:17,250
Əlbəttə ki, bu mətnin təsdiqlənməsi üçün öncədən müəyyən olunmuş qanuni prosedur mövcuddur,

86
00:13:18,740 --> 00:13:24,280
bu sənəd həmin proseduru keçməlidir və keçəcək də; inşallah.

87
00:13:25,650 --> 00:13:34,570
Bizim gözləntimiz budur ki, rəsmilər

88
00:13:35,140 --> 00:13:48,280
son nəticədə xalqa təqdim edəcəklərini Qiyamətdə alnıaçıq-üzüağ şəkildə

89
00:13:49,420 --> 00:13:58,740
Allah-taalaya da təqdim edə bilmək üçün ölkəmizin və xalqımızın mənafeyini tam diqqətlə nəzərə alsınlar.

90
00:14:00,400 --> 00:14:08,340
Növbəti mühüm məqam budur ki, bu mətnin təsdiqlənib-təsdiqlənməməyindən asılı olmayaraq,

91
00:14:08,620 --> 00:14:17,020
Allahın köməyi ilə, ondan hansısa sui-istifadə halına icazə verilməyəcək.

92
00:14:40,800 --> 00:14:49,080
Kimincə İslam dövlətinin əsas prinsiplərinə xələl gətirməsinə imkan verilməyəcək.

93
00:14:50,570 --> 00:15:02,220
Allahın köməyi ilə, ölkəmizin müdafiə qabiliyyəti və təhlükəsizliyinin hüdudları qorunacaq

94
00:15:03,370 --> 00:15:10,800
(belə ki düşmənlərin özəlliklə bu məsələnin üzərinə həddən artıq getdiyini bilirik).

95
00:15:12,050 --> 00:15:20,000
İslam Respublikası öz müdafiə və təhlükəsizlik qabiliyyətinin qorunması mövzusunda

96
00:15:20,740 --> 00:15:26,110
– özü də düşmənlərin yaratdığı bu təhdid atmosferində

97
00:15:26,800 --> 00:15:30,400
– heç bir zaman düşmənin haqsız tələblərinə boyun əyməyəcək.

98
00:15:52,800 --> 00:15:59,310
Bundan başqa, istər razılaşma üçün hazırlanmış mətn təsdiqlənsin, istərsə də təsdiqlənməsin,

99
00:16:00,000 --> 00:16:06,170
biz regiondakı dostlarımızı dəstəkləməkdən əl çəkməyəcəyik.

100
00:16:06,570 --> 00:16:11,420
Fələstin xalqını, məzlum Yəmən xalqını,

101
00:16:12,220 --> 00:16:20,620
Suriya xalqını və dövlətini, İraq xalqını və dövlətini, məzlum Bəhreyn xalqını,

102
00:16:21,250 --> 00:16:27,480
Livan və Fələstindəki sadiq mücahidləri

103
00:16:27,820 --> 00:16:31,080
həmişə himayə edəcək və dəstəkləyəcəyik.

104
00:16:32,050 --> 00:16:40,000
Qeyd olunası digər bir mühüm məqam  odur ki, bu danışıqlara, razılaşma üçün mətnin hazırlanmasına baxmayaraq,

105
00:16:40,110 --> 00:16:48,450
istənilən halda bizim imperialist Amerika dövlətinə münasibətdə siyasətimiz əsla dəyişməyəcək.

106
00:17:09,770 --> 00:17:13,940
Dəfələrlə təkrarladığımız kimi,

107
00:17:14,340 --> 00:17:22,620
biz dünya və regiondakı müxtəlif məsələlərlə bağlı Amerika ilə hansısa müzakirələr aparmaq niyyətində deyilik;

108
00:17:23,420 --> 00:17:27,200
ikitərəfli məsələlər ətrafında da heç bir danışığa getmək fikrimiz yoxdur.

109
00:17:28,170 --> 00:17:39,480
Doğrudur, nüvə məsələsi kimi müstəsna hallarda ölkənin mənafeyinə uyğun olaraq müəyyən danışıqlar aparmışıq.

110
00:17:39,710 --> 00:17:43,200
Hazırkı nüvə danışıqları yeganə situasiya deyil, bundan əvvəl də müəyyən müzakirələrimiz olub;

111
00:17:43,480 --> 00:17:49,140
bundan əvvəlki çıxışlarımda mən bu barədə danışmışam.

112
00:17:50,220 --> 00:18:00,340
Amerikanın regionda yürütdüyü siyasət İslam Respublikasının siyasətindən 180 dərəcə fərqlənir.

113
00:18:02,620 --> 00:18:15,020
Amerikalılar Livandakı müqavimət hərəkatını, ən fədakar milli müdafiə qüvvələri olan “Hizbullah”ı

114
00:18:15,420 --> 00:18:21,020
terrorçuluqda suçlayırlar. Bundan böyük insafsızlıq ola bilməz.

115
00:18:21,710 --> 00:18:32,680
Bu davranışlarının qarşısında hələ uşaq qatili olan terrorçu İsrail dövlətini də himayə edirlər.

116
00:18:33,650 --> 00:18:41,370
Belə bir siyasətlə necə hansısa danışıqlara getmək, nəyi isə müzakirə etmək,

117
00:18:41,880 --> 00:18:44,110
hansısa razılaşma əldə etmək olar?

118
00:18:44,910 --> 00:18:50,220
Hələ başqa məsələlər də var ki, mən o barədə ətraflı danışmağı başqa bir vaxta saxlayıram.

119
00:18:51,140 --> 00:18:58,910
Amerikanın son günlərdə qürrələnərək verdiyi bəyanatlara da münasibət bildirmək yerinə düşər.

120
00:18:59,770 --> 00:19:08,000
Nüvə danışıqlarının sona çatmasından sonra bu bir neçə gün ərzində

121
00:19:08,970 --> 00:19:19,310
Amerika rəsmiləri – ABŞ-ın dövlət adamları, dövlət xanımları – özlərini öyməklə, qürrələnməklə məşğuldurlar,

122
00:19:19,310 --> 00:19:28,510
hərəsi bir cür qürrələnib bir şey danışır. Əlbəttə, bizim onların bu işinə bir iradımız yoxdur, qoy nə edirlər etsinlər.

123
00:19:28,510 --> 00:19:36,170
Onları buna  ölkələrində üz-üzə qaldıqları daxili problemlər vadar edir. Çarəsiz qalıb qürrələnirlər ki,

124
00:19:36,510 --> 00:19:43,200
“bəs biz İranı danışıqlar masasına oturmağa məcbur etdik, biz İranı təslim etdik,

125
00:19:43,820 --> 00:19:51,250
İranın nüvə silahı əldə etməsinə mane olduq, filan üstünlüyü qazandıq” və s.

126
00:19:52,280 --> 00:19:57,370
Amma əslində məsələ başqa cürdür.

127
00:19:57,650 --> 00:20:02,220
Onlar deyirlər ki, İranın nüvə silahı əldə etməsinin qarşısını alıblar.

128
00:20:02,570 --> 00:20:10,050
İranın nüvə silahı əldə edib-etməməyinin Amerika  və ya ondan qeyrisi ilə aparılan danışıqlarla heç bir əlaqəsi yoxdur.

129
00:20:10,450 --> 00:20:20,740
Bunu onlar özləri də bilirlər. Hətta nüvə silahı əldə etməyin haram olduğu barədə fətva çıxarıldığını dilə gətirib   dedikləri vaxtlar da olub.

130
00:20:21,650 --> 00:20:26,680
Biz nüvə silahı istehsal etməyi, bu silahı özündə saxlamağı

131
00:20:27,140 --> 00:20:32,620
və ondan  istifadə etməyi Quranın hökmünə və İslam şəriətinə əsasən haram bilirik

132
00:20:33,020 --> 00:20:38,170
və bu işə heç bir zaman əl qoymarıq. Bunun nə onlarla, nə də bu danışıqlarla heç bir əlaqəsi yoxdur.

133
00:20:38,680 --> 00:20:44,050
Bunun həqiqət olduğunu onlar özləri də bilirlər.

134
00:20:44,050 --> 00:20:51,650
Bilirlər ki, nüvə silahı istehsal etmək məsələsində İslam Respublikasına mane olan

135
00:20:52,400 --> 00:21:00,450
onların təhdidləri, top-tüfəngləri deyil, dini inancdır. Bu fətvanın bizim üçün nə qədər əhəmiyyətli olduğunu bilirlər,

136
00:21:00,850 --> 00:21:04,050
amma yenə də deyirlər ki, “İranın qabağını alan biz olduq”.

137
00:21:04,050 --> 00:21:08,970
Öz xalqlarına belə düzünü demirlər, həqiqəti söyləmirlər.

138
00:21:10,570 --> 00:21:18,220
Digər müxtəlif məsələlər haqda danışanda da

139
00:21:20,400 --> 00:21:28,050
deyirlər ki, biz nüvə sənayesi ilə bağlı filan addımı atmışıq, filanı demişik,

140
00:21:28,850 --> 00:21:34,110
İranı təslim etmişik. İranın təslim olmağını ancaq yuxularında görərlər.

141
00:21:55,140 --> 00:22:01,650
Amerikanın bundan əvvəlki 5 prezidenti inqilabın ilk günündən bu günə qədər

142
00:22:02,220 --> 00:22:13,820
İslam Respublikasını təslim etmək arzusu ilə ya öldü, ya da tarixdə itib-batdı; siz də onlar kimi.

143
00:22:15,140 --> 00:22:24,340
Siz də heç vaxt bu arzuya çatmayacaqsınız ki, müsəlman İranını təslim edəsiniz.

144
00:22:25,140 --> 00:22:32,050
Amerika prezidentinin son bir neçə gün ərzində etdiyi çıxışlarda bir məqam da duyulurdu ki,

145
00:22:32,050 --> 00:22:36,510
bu da Amerikanın keçmiş  səhvlərinin etirafıdır.

146
00:22:37,140 --> 00:22:41,250
Əlbəttə ki, onun dedikləri xalvardan bir ovuc qədərdir.

147
00:22:41,820 --> 00:22:48,740
O etiraf etdi ki, 28 mordadda amerikalılar İranda səhvə yol veriblər;

148
00:22:48,910 --> 00:22:55,600
etiraf etdi ki, Səddam Hüseynə kömək etməkdə səhv ediblər.

149
00:22:56,110 --> 00:23:00,970
2-3 məsələni qeyd etdi, amma onlarla başqa məsələlər qaldı.

150
00:23:00,970 --> 00:23:08,170
II Pəhləvi rejiminin 25 il davam edən zülmkar və qəddar hakimiyyətini demədi;

151
00:23:08,680 --> 00:23:16,050
Amerikanın vasitəçiliyi ilə törədilən işgəncələri, qarətləri, qətlləri, cinayətləri, faciələri,

152
00:23:17,080 --> 00:23:20,970
İran xalqının məhv edilən qürurunu,

153
00:23:20,970 --> 00:23:30,000
bu xalqın ayaqlar altında tapdanan daxili və xarici mənafeyini demədi,

154
00:23:30,000 --> 00:23:32,220
sionistlərin işğalçılığını demədi,

155
00:23:34,110 --> 00:23:45,140
dənizdən açılan raket atəşi ilə İrana məxsus sərnişin təyyarəsinin qəzaya uğradılmasını demədi;

156
00:23:45,140 --> 00:23:50,000
bir çox başqa şeylərdən danışmadı. Yalnız bir neçə səhvlərini qeyd etdi.

157
00:23:50,340 --> 00:23:54,850
Mən nəsihət olaraq o cənablara bir söz demək istəyirəm:

158
00:23:55,250 --> 00:24:02,400
28 mordaddan, yaxud 8 illik Müqəddəs Müdafiə savaşından uzun illər keçəndən sonra

159
00:24:04,170 --> 00:24:13,710
bu gün siz səhvə yol verdiyinizi etiraf edirsiniz.

160
00:24:14,620 --> 00:24:17,880
Mən demək istəyirəm ki, hazırda da siz səhv edirsiniz,

161
00:24:18,850 --> 00:24:26,110
bu regionun müxtəlif yerlərində,

162
00:24:26,400 --> 00:24:31,080
özəlliklə də İslam Respublikasına və İran xalqına qarşı səhvə yol verməkdəsiniz.

163
00:24:31,820 --> 00:24:38,680
Bir neçə ildən sonra başqa birisi gələcək və bu gün siz sizdən əvvəlkilərin səhvini

164
00:24:38,970 --> 00:24:43,250
onların üzünə vurduğunuz kimi, o da sizin səhvlərinizi üzünüzə vuracaq.

165
00:24:43,940 --> 00:24:52,000
Siz də səhv edirsiniz, ayılın, səhvlərdən uzaqlaşın, həqiqəti dərk edin.

166
00:24:54,220 --> 00:25:00,910
Bu regionda onlar çox böyük səhvlərə yol verirlər.

167
00:25:00,910 --> 00:25:05,310
İran xalqına isə mənim demək istədiyim budur:

168
00:25:05,600 --> 00:25:11,650
Allahın yardımı və dəstəyi ilə, İslam Respublikası

169
00:25:11,650 --> 00:25:16,110
güclü və qüdrətlidir, günü-gündən də daha da güclənir.

170
00:25:38,170 --> 00:25:52,800
Artıq 10-12 ildir ki, iqtisadi imkanları və s. baxımından dünyanın ən qüdrətli dövlətləri sırasında olan 6 böyük dövlət

171
00:25:53,600 --> 00:25:57,250
İranın nüvə sənayesi sahəsində inkişafına əngəl olmaq məqsədilə

172
00:25:58,000 --> 00:26:01,940
ölkəmizlə üz-üzə durub.

173
00:26:02,850 --> 00:26:13,600
Məqsədlərinin məhz bu olduğunu açıq-açığına deyiblər də.

174
00:26:14,510 --> 00:26:21,480
Əsl məqsədləri budur ki, ölkəmizdə nüvə sənayesinin kökü tamamilə kəsilsin.

175
00:26:22,000 --> 00:26:31,020
Bunu illər öncə bizim rəsmilərimizə də açıq-açığına demişdilər, bu gün də o arzu ilə yaşayırlar.

176
00:26:31,250 --> 00:26:36,740
İslam Respublikası ilə 10 il, 12 il davam edən çəkişmədən sonra

177
00:26:37,250 --> 00:26:42,800
nəticə bu oldu ki, bu gün həmin 6 dövlət əlacsız qalıb

178
00:26:43,200 --> 00:26:48,570
ölkəmizdə bir neçə min sentrifuqanın fəaliyyətinə dözməyə razı olur.

179
00:26:49,880 --> 00:26:55,140
Bu sənayenin ölkəmizdə davam etdirilməsinə dözməkdən başqa çarələri yoxdur.

180
00:26:56,340 --> 00:27:03,200
Bu sahədə elmi araşdırmaların, inkişafın davam etməsinə dözməkdən başqa əlacları yoxdur.

181
00:27:04,110 --> 00:27:10,050
Nüvə sənayesi sahəsində elmi araşdırmalar və inkişaf davam etdiriləcək.

182
00:27:10,570 --> 00:27:14,220
Nüvə sənayesinin fəaliyyəti davam edəcək.

183
00:27:14,220 --> 00:27:20,970
Onlar illərlə buna əngəl olmağa çalışıblar, amma bu gün

184
00:27:21,710 --> 00:27:30,000
heç bir etirazları olmadığını kağız üzərində yazıb altına imza atırlar. Bu, İran xalqının iqtidarı demək deyilmi?

185
00:27:51,370 --> 00:27:58,910
Bu, xalqımızın mübarizliyinin, müqavimətinin,

186
00:28:00,170 --> 00:28:06,970
əziz alimlərimizin təşəbbüskarlığının, şücaət və bacarığının nəticəsidir.

187
00:28:07,540 --> 00:28:16,340
Şəhriyarilərə, Rezayinejadlara, Əhmədirouşənlərə, Əliməhəmmədilərə Allah rəhmət etsin.

188
00:28:16,740 --> 00:28:22,740
Nüvə elmi sahəsində çalışdığına görə şəhid edilmiş insanlara Allah rəhmət etsin, onların ailə üzvlərinə Allah-taala Öz mərhəmətini nəsib etsin.

189
00:28:22,740 --> 00:28:31,710
Haqq sözünün üstündə möhkəm durub öz hüquqlarını təmin etmək uğrunda mərdliklə mübarizə aparan xalqdan Allah Öz mərhəmətini əsirgəməsin.

190
00:28:32,280 --> 00:28:37,540
Son olaraq bir şeyi də deyim.

191
00:28:38,170 --> 00:28:48,050
O cənab deyib ki, İran ordusunu məhv edə bilər.

192
00:28:49,200 --> 00:28:55,080
Köhnədən qocalarımız belə sözlərə “qürbətdə danışılan söz”  deyirdilər.

193
00:28:56,910 --> 00:29:00,910
Mən bu barədə heç nə demək istəmirəm,

194
00:29:01,820 --> 00:29:11,370
onlar bu sözləri eşidəcəklər, əgər vəziyyəti düzgün anlamaq,

195
00:29:11,770 --> 00:29:17,770
öz təcrübələrindən düzgün istifadə etmək istəyirlərsə,

196
00:29:18,510 --> 00:29:23,770
bilsinlər: əlbəttə ki, biz heç bir müharibəni alqışlamırıq,

197
00:29:24,220 --> 00:29:28,850
heç bir müharibədə qabağa düşmərik, ilk olaraq hərəkətə keçmərik,

198
00:29:28,850 --> 00:29:33,310
amma əgər burada bir müharibə baş versə,

199
00:29:33,880 --> 00:29:42,450
o müharibədən məğlub və xəcalətli çıxan təcavüzkar və cinayətkar Amerika olacaq.

200
00:30:02,110 --> 00:30:04,000
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

201
00:30:04,000 --> 00:30:06,970
(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman,

202
00:30:07,540 --> 00:30:11,370
insanların dəstə-dəstə Allahın dininə (İslama) daxil olduqlarını gördüyün zaman

203
00:30:11,710 --> 00:30:16,280
Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (“Nəsr” surəsi, 1-3-cü ayələr)

204
00:30:16,850 --> 00:30:20,570
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.