1
00:00:00,360 --> 00:00:02,360
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,640 --> 00:00:05,200
الحمدلله ربّ العالمين

3
00:00:07,840 --> 00:00:13,560
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:23,440 --> 00:00:29,800
و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين

5
00:00:32,480 --> 00:00:38,200
Əzizlərim, hamınızı Zəhmətkeşlər günü münasibətilə təbrik edirəm!

6
00:00:40,000 --> 00:00:53,240
Hər il burda fəhlə və zəhmətkeşlərlə keçirdiyimiz bu görüşlər mənim üçün çox xoş, arzulanan görüşlərdir.

7
00:00:55,280 --> 00:01:10,480
Sizə deyiləsi sözlərim var, amma mənim üçün bunlardan daha üstün və əhəmiyyətli olanı ölkənin fəhlə və zəhmətkeşlər ictimaiyyətinə öz sevgi və bağlılığımı ifadə etmək, təşəkkürümü bildirməkdir.

8
00:01:13,160 --> 00:01:24,160
Bu gün mən həm sizlərə, həm də ümumilikdə ölkəmizin bütün zəhmətkeşlərinə öz sevgi və bağlılığımı bildirir,

9
00:01:25,800 --> 00:01:33,560
qəlbimin dərinliyindən Uca Allaha dua edib istəyirəm ki,

10
00:01:34,760 --> 00:01:45,840
fəhlə ictimaiyyəti qarşısında öhdəmizə düşən vəzifələri yerinə yetirə bilməyimiz üçün bizə mənəvi dəstək olsun; çətin, ağır vəzifələrimiz var.

11
00:01:48,480 --> 00:01:56,760
Əvvəla, rəcəb ayıdır; Əmirəlmöminin Əlinin (ə) mübarək mövludu ilə

12
00:01:57,080 --> 00:02:04,080
Peyğəmbərin (s) besəti arasındakı günləri yaşayırıq;

13
00:02:14,080 --> 00:02:28,680
təvəssül, dua, zikr ayıdır. Əziz qaremizin burda tilavət etdiyi o ayələrdə buyurulur:

14
00:02:28,840 --> 00:02:43,280
يااَيُّهَا الَّذينَ ءامَنُوا اذکُرُوا اللهَ ذِکراً کَثيراً * وَ سَبِّحوهُ بُکرَةً وَ اَصيلاً * هُوَ الَّذِي يُصَلّي عَلَيکُم وَ مَلٰئِکَتُه

15
00:02:44,120 --> 00:02:50,600
Siz Allahı yada salın, Allah-taala da sizə salavat göndərər,

16
00:03:01,160 --> 00:03:14,520
sizi salamlayar. Həm Müqəddəs Zat özü, həm də Onun mələkləri siz möminləri salamlayır.

17
00:03:17,200 --> 00:03:30,800
Və bilək ki, Allahı zikr etmək,  Allahı yada salmaq insana doğru yolu göstərən, qarşısndakı maneələri aradan götürərək yolunun açan, əlindən tutub yardım edən bir şeydir,

18
00:03:33,440 --> 00:03:43,360
problemlərimizi həll etmək üçün bizə güc-qüvvət verə bilər. Problemlərimiz, düyünlü işlərimiz çoxdur

19
00:03:44,720 --> 00:03:51,160
və onları yalnız Allah-taalanın qüdrət əli və biz insanların bacarıqlı əlləri  həll etməlidir.

20
00:03:52,000 --> 00:04:00,800
Bu bacarığı, bu gücü də bizə verən Uca Yaradandır.

21
00:04:01,760 --> 00:04:13,160
Allahı zikr etmək bizə bu düyünlü məqamları həll edib yolumuzu açmaqda yardımçı olur.

22
00:04:16,480 --> 00:04:23,920
Bu gün mən bir neçə məsələni bir neçə cümlə ilə özüm üçün qeyd etmişəm, onları sizə çatdırmaq istəyirəm.

23
00:04:24,640 --> 00:04:31,560
Əvvəla, əmək, zəhmət məfhumları haqda ümumi, geniş yayılmış mənada  danışmaq istəyirəm;

24
00:04:31,920 --> 00:04:37,880
daha sonra isə cəmiyyətdə qəbul edilmiş konkret anlamda işçilər, zəhmətkeşlər ictimaiyyəti barədə danışacağam.

25
00:04:40,040 --> 00:04:45,840
Birinci anlamda, yəni iş, əmək anlayışının geniş yayılmış mənasında

26
00:04:46,000 --> 00:04:55,080
cəmiyyətdə hər hansı bir işlə məşğul olan hər kəs işçidir, zəhmətkeş sayılır;

27
00:04:57,120 --> 00:05:05,800
istehsalatla bağlı işlər, xidmət sektorundakı işlər, administrativ işlər, elmi işlər; bütün bu işləri görən insanlar işçidir.

28
00:05:06,200 --> 00:05:12,280
Rəhbər vəzifədə çalışan bir insan özü də həmin o rəhbərlik postunda işçidir,

29
00:05:12,920 --> 00:05:21,320
universitetlərdə, teoloji mərkəzlərdə dərs deyən müəllimlər, təhsil alan tələbələr, bütün bu işləri görən insanlar,

30
00:05:22,600 --> 00:05:26,120
dini işlərlə, təbliğatla məşğul olan adamlar hamısı bu mənada işçidir, zəhmətkeşdir.

31
00:05:29,320 --> 00:05:43,560
Bu anlamda işin, əməyin başqa heç bir şeydə olmayan bir bərəkəti var.

32
00:05:44,240 --> 00:05:53,120
Dediyim bu anlamda iş, əmək konstruktiv, qurucu rola malikdir:

33
00:05:53,200 --> 00:06:02,880
həm insanın özünə, həm cəmiyyətə, həm də başqalarına konstruktiv təsir göstərir, buna görə də dəyərdir.

34
00:06:04,760 --> 00:06:13,840
Tənbəllik, bikarçılıq, vaxtını boş-boşuna keçirmək,

35
00:06:14,600 --> 00:06:27,000
gəncliyin fiziki və intellektual gücünü hədər etmək qınanır, dəyər yox, nöqsan, eyib hesab olunur; İslamın məntiqi budur.

36
00:06:27,960 --> 00:06:37,840
Haradasa hansısa işlə, fəaliyyətlə məşğul olan adam dəyər yaratmaqdadır.

37
00:06:39,040 --> 00:06:45,880
Əgər üstəlik bunu Allah yolunda, ilahi niyyətlə edirsə, həm də ibadətdir, savabdır.

38
00:06:49,600 --> 00:06:58,880
Bu mənada iş, əmək haqda mən ümumi olaraq bunu tövsiyə etmək istərdim ki, biz cəmiyyətdə əməyi genişləndirməliyik.

39
00:06:59,920 --> 00:07:04,720
Gəlin hamıya tövsiyə edək ki, harada olmağından asılı olmayaraq, işləsinlər,

40
00:07:06,080 --> 00:07:11,800
gördükləri işin keyfiyyətini yüksəltsinlər, işin haqqını versinlər.

41
00:07:12,280 --> 00:07:20,600
Tutalım, əgər bir tələbə dərsini lazımınca oxumursa, bu o deməkdir ki, gördüyü işin haqqını vermir.

42
00:07:22,000 --> 00:07:29,760
Həmçinin əgər bir müəllim dərsin vaxtını düzgün bölmür,

43
00:07:30,360 --> 00:07:37,600
keçəcəyi dərsə hazırlaşmır, bir kitab üzü açıb araşdırmırsa, deməli, öz işinin haqqını vermir.

44
00:07:38,920 --> 00:07:48,440
Hər hansı vəzifə postunu tutan rəhbər işçi – nazir, idarə müdiri, deputat – özünü tamamilə işə həsr etmirsə,

45
00:07:49,440 --> 00:07:55,920
işinin haqqını verməmişdir.

46
00:07:57,000 --> 00:08:04,240
Hansısa rəhbər vəzifə tutduğumuz halda,

47
00:08:04,520 --> 00:08:10,040
özümüzü, vaxtımızı, bütün gücümüzü

48
00:08:10,400 --> 00:08:18,000
məsuliyyətini çiyinlərimizə aldığımız o işə həsr etmir, başqa işlərlə məşğul oluruqsa,

49
00:08:19,360 --> 00:08:22,160
işimizin haqqını verməmiş sayılırıq.

50
00:08:22,960 --> 00:08:29,840
Elə buna görə də mən dövlət adamlarına, hakimiyyətdə yüksək vəzifə tutan insanlara –

51
00:08:29,840 --> 00:08:38,280
istər parlamentdə olsun, istər nazirlər kabinetində, istər ədliyyə sistemində, istərsə də digər hakimiyyət strukturlarında –

52
00:08:38,680 --> 00:08:48,160
həmişə bunu tövsiyə edirəm ki, öhdənizə götürdüyünüz bu məsuliyyəti yerinə yetirmək üçün var gücünüzlə çalışın.

53
00:08:49,400 --> 00:08:58,360
Belə olmasın ki, tutalım, mən hansısa rəhbər vəzifəni qəbul edirəm, bir az o işə vaxt ayırandan sonra

54
00:08:58,920 --> 00:09:06,320
qalan vaxtımı şəxsi məsələlərə və başqa işlərə sərf edirəm; yox, belə olarsa, həmin işin haqqı verilməmiş sayılır.

55
00:09:06,840 --> 00:09:15,320
Odur ki ümumi anlamda işlə bağlı mənim əsas tövsiyələrim bunlardır; bu barədə çox danışmışıq,

56
00:09:15,560 --> 00:09:22,120
bir çox məqamlara toxunmuşuq; təkrara yol vermək istəmirəm.

57
00:09:22,960 --> 00:09:29,120
Söhbətimin canı isə ölkəmizin fəhlə və zəhmətkeşlər ictimaiyyəti ilə bağlıdır;

58
00:09:29,360 --> 00:09:38,600
xüsusi anlamda işçilər, istehsalat və xidmət sferasında, sənaye və kənd təsərrüfatı sahəsində çalışan zəhmətkeşlər haqda danışacağam;

59
00:09:39,480 --> 00:09:46,680
bu gün bizim üçün əsas mövzu budur.

60
00:09:49,400 --> 00:10:00,280
Əvvəla, ölkəmizin fəhlə ictimaiyyətinin təqdirəlayiq xüsusiyyətləri haqda bir-iki kəlmə deməyi özümə borc bilirəm;

61
00:10:00,760 --> 00:10:06,440
indiyə qədər bəlkə 100 dəfə demişik, amma daha 100 dəfə də desək, yerinə düşər.

62
00:10:07,280 --> 00:10:14,560
Bizim fəhlə ictimaiyyətimiz ölkəsinə və dövlətinə sədaqətli bir ictimaiyyət olmuşdur;

63
00:10:15,120 --> 00:10:26,960
mən bunu  bu 37-38 il ərzində fəhlə və zəhmətkeşlərin problemləri ilə yaxından təmasda olduğum üçün deyirəm.

64
00:10:27,840 --> 00:10:33,440
Ölkəmizin fəhlə ictimaiyyəti İslam İnqilabının gedişində sədaqət nümayiş etdirdi, iştirak etdi.

65
00:10:34,160 --> 00:10:42,240
İnqilaın ilk illərində baş verən olduqca mühüm və həlledici proseslərə qatıldı, varlığını nümayiş etdirdi.

66
00:10:43,440 --> 00:10:56,520
İnqilabın əvvəllərində o vaxtkı solçular, marksistlər – hansılar ki sonradan hamısı Amerika imperializminin və başqalarının nökərinə, muzduruna çevrildilər –

67
00:10:57,120 --> 00:11:05,160
ölkə daxilində İran xalqının ümummilli hərəkatını

68
00:11:06,440 --> 00:11:13,160
o donuq formalı proseslərə, özlərinin işlətdiyi ifadə ilə desək “fəhlə inqilabına” çevirməyə,

69
00:11:14,160 --> 00:11:22,080
işin cilovunu xalqın, dinin, İslamın əlindən alıb “fəhlə hökuməti” adlandırılan bir qrup insana həvalə etməyə,

70
00:11:22,360 --> 00:11:30,720
inqilabı “fəhlə inqilabı” kimi təqdim etməyə çalışırdılar; inqilabın əvvəllərində belə şeylər var idi.

71
00:11:32,240 --> 00:11:42,600
Mən özüm o vaxtlar o qədim Kərəc küçəsində bir zavoda getmişdim, toplantılarında iştirak etdim,

72
00:11:44,040 --> 00:11:51,560
fəhlələri gördüm. Ölkə zəhmətkeşlərini – əvvəl Tehrandakıları,  ardınca da bütün ölkəni –

73
00:11:52,000 --> 00:11:57,960
İmama, inqilaba, xalqa qarşı mübarizəyə çağırmaq,

74
00:11:58,240 --> 00:12:02,880
oranı bu proseslərin hərəkətverici ocağına çevirmək üçün gəlmiş,

75
00:12:03,280 --> 00:12:10,560
fəhlə ictimaiyyətinə yad ünsürləri yaxından gördüm.

76
00:12:11,320 --> 00:12:22,440
Mən ora gedirdim – gündüzlər, gecələr gedirdim – və müsəlman balaları olan mömin,

77
00:12:22,880 --> 00:12:29,400
müsəlman fəhlələrimizin düşmənlərin məkrli planları qarşısında necə sayıqlıq və uzaqgörənlik nümayiş etdirdiyinin

78
00:12:30,680 --> 00:12:40,560
şahidi olurdum. Bunlar inqilabın gedişində, ilk illərində baş verirdi, ondan sonra  məcburən cəlb olunduğumuz savaş baş verdi,

79
00:12:40,960 --> 00:12:47,240
ölkəmizdə cürbəcür siyasi cərəyanlar, siyasi proseslər yarandı.

80
00:12:47,240 --> 00:12:56,200
Bütün bunlar baş verdiyi zaman bizim fəhlə və zəhmətkeşlərimiz dövlətə sədaqət nümayiş etdirdi. Təkcə dildə deməklə yox,

81
00:12:56,600 --> 00:13:00,480
öz canları, fiziki varlıqları ilə meydana atıldılar,

82
00:13:01,160 --> 00:13:06,640
var olduqlarını nümayiş etdilər və proseslərin gedişinə təsir göstərdilər;

83
00:13:09,360 --> 00:13:14,400
bu, bir reallıqdır; elə bu günə qədər də belədir.

84
00:13:15,400 --> 00:13:25,840
Fəhlələrin gündəlik yaşayışında problemlər var – hörmətli nazirimiz onlardan bir hissəsini qeyd etdi;

85
00:13:27,800 --> 00:13:35,120
səylər də göstərilir və mən ümidvaram ki, inşallah, Allah-taala ona və bütün rəsmilərə

86
00:13:35,120 --> 00:13:40,600
qeyd etdikləri məsələləri reallaşdırmaqda dəstək olacaq;

87
00:13:41,200 --> 00:13:51,200
indiyə qədər həyata keçirilmiş işləri də Allah qəbul etsin, bərəkət versin; görülməmiş işləri həyata keçirməyə müvəffəq olsunlar; işləmək lazımdır –

88
00:13:52,760 --> 00:14:02,120
problemlər var, amma buna baxmayaraq, fəhlə ictimaiyyəti inqilaba zidd çağırışlara əhəmiyyət vermədi, qulaq asmadı;

89
00:14:03,280 --> 00:14:09,000
onlar xalqı, fəhlə ictimaiyyətini, universitetlərin tələbə və müəllim kollektivini dövlətə qarşı qoymaq istəyirdilər;

90
00:14:09,120 --> 00:14:18,840
amma ölkəmizin fəhlə və zəhmətkeşləri öz dövlətinə qarşı çıxmadı, əksinə dövlətin arxasında durdu, onu müdafiə etdi.

91
00:14:21,040 --> 00:14:23,800
Bu, fəhlə ictimaiyyətimizin təqdir və tərifə layiq olan davranışıdır.

92
00:14:24,200 --> 00:14:33,920
Mən birinci növbədə şükür üçün Allah-taalaya səcdə edirəm –

93
00:14:34,200 --> 00:14:39,280
çünki bunu edən Allahın qüdrət əlidir, qəlblər Onun əlindədir –

94
00:14:39,920 --> 00:14:48,600
ikinci növbədə isə bütün varlığımla ölkəmizin fəhlə ictimaiyyətinə təşəkkürümü bildirirəm. İnqilabla, İslam dövləti ilə bağlı proseslərdə siz çox gözəl davranmısınız,

95
00:14:49,480 --> 00:14:58,160
bu gün də gözəl davranmaqdasınız. Bu, mənim birinci sözüm.

96
00:14:59,640 --> 00:15:06,720
Müqavimət iqtisadiyyatında fəhlə və zəhmətkeşlərin,

97
00:15:07,160 --> 00:15:18,280
əməyin, fabrik və zavodların roluna gəlincə isə bu, çox mühüm bir məsələdir.

98
00:15:18,960 --> 00:15:28,800
Müqavimət iqtisadiyyatı yalnız bir kəlmə söz deyil. “Əməli tədbirlər olmalıdır” – demişik; bu o deməkdir ki,

99
00:15:29,040 --> 00:15:36,920
müqavimət iqtisadiyyatının siyasətlərinin bircə -bircə hər bir bəndinə

100
00:15:37,280 --> 00:15:44,920
real, həqiqi surətdə əməl edilməlidir. Yəni qardaşlarımız –

101
00:15:45,320 --> 00:15:51,680
əlhəmdulillah, işə can yandıran rəsmilərimiz

102
00:15:52,280 --> 00:15:57,760
bu bəndlərdən hər biri üçün oturub fəaliyyət proqramı qurmalı və həmin proqramı addımbaaddım icra etməlidirlər.

103
00:15:58,040 --> 00:16:02,800
Müqavimət iqtisadiyyatında əməyin rolu böyükdür.

104
00:16:05,880 --> 00:16:13,840
Yaxşı bəs fəhlə və zəhmətkeşlər nə etməlidirlər ki, müqavimət iqtisadiyyatının reallaşmasında rol oynasınlar?

105
00:16:14,320 --> 00:16:20,400
Bunda hamının rolu var: fəhlələlərin də, müəssisə sahiblərinin də, dövlətin də,

106
00:16:21,240 --> 00:16:30,400
müxtəlif rəsmilərin də. Fəhlələrin rolu, ilk növbədə, öhdələrinə düşən məsuliyyəti hiss etməkdir;

107
00:16:30,960 --> 00:16:38,240
yəni hər bir fəhlə ona həvalə olunmuş iş üçün məsuliyyət hiss etməlidir – yeri gəlmişkən, bu məsuliyyət bizim hamımızda olmalıdır –

108
00:16:39,480 --> 00:16:51,480
ona tapşırılan işi məsuliyyətlə yerinə yetirməlidir; işinin keyfiyyətini artırmalıdır.

109
00:16:52,400 --> 00:17:02,280
Hər bir fəhlənin fikri, məqsədi işin keyfiyyətini artırmaq olmalıdır.

110
00:17:05,320 --> 00:17:10,400
Bu, həm onun özü, həm də cəmiyyət üçün bərəkət gətirəcək bir şeydir.

111
00:17:11,040 --> 00:17:21,040
Böyük Məşhəd bazarında bir ayyaqqabıçı var idi, tikdiyi ayaqqabılar məşhur idi.

112
00:17:21,440 --> 00:17:31,920
Ayyaqqabının dərisi, üstü yırtılırdı, amma tikişlərinə heç bir şey olmurdu. Möhkəm görülən iş belədir.

113
00:17:33,280 --> 00:17:48,360
İşi elə görək ki, əlimizdən çıxan iş, atdığımız tikişlər düzgün, keyfiyyətli və möhkəm olsun; hər bir işçinin, fəhlənin vəzifəsi budur.

114
00:17:51,200 --> 00:17:59,000
Bunu demək asandır, bəs yerinə yetirmək necədir?

115
00:18:01,360 --> 00:18:06,080
Bax Allah-taala Peyğəmbərin dilindən buyurur:

116
00:18:06,080 --> 00:18:09,560
رَحِمَ اللهُ اِمرَأً عَمِلَ عَمَلاً فَاَحکَمَه

117
00:18:09,880 --> 00:18:13,040
– mən bu hədisi indiyə qədər, bəlkə, 10 dəfələrlə oxumuşam –

118
00:18:13,640 --> 00:18:23,040
“Allah bir iş görən və həmin işi möhkəm şəkildə, lazımınca görən insana rəhmət etsin”. Buna nail olmağın öz tələbləri var.

119
00:18:24,040 --> 00:18:32,560
Nə etməliyik ki, fəhlələrimiz, zəhmətkeşlərimiz gördükləri işin keyfiyyətini artırmaq üçün özlərində güc və bacarıq tapsınlar.

120
00:18:35,040 --> 00:18:40,440
Həmin tələblərin bir qismi dövlətin, bir qismi müəssisə rəhbərlərinin,

121
00:18:40,640 --> 00:18:46,920
bir qismi camaatın, bir qismi isə elə fəhlələrin öz üzərində düşür.

122
00:18:48,400 --> 00:18:59,200
Fəhlənin öz işinin keyfiyyətini yüksəldə bilməsi üçün görülməli olan işlərdən biri peşə bacarıqlarının yaradılmasıdır;

123
00:18:59,920 --> 00:19:10,640
burda da qeyd olundu, texniki peşə təhsilidir; mən illərdir ki, iş başına gələn hər Təhsil və Əmək Naziri üçün

124
00:19:11,200 --> 00:19:23,080
texniki peşə təhsili məsələsini vurğulayıram. Buna ciddi yanaşmaq lazımdır, bu, əsas işlərdən biridir.

125
00:19:24,440 --> 00:19:34,360
Fəhlələrin peşə bacarıqlarını artırmaq lazımdır; adi bir fəhlə sırf öz təcrübəsi hesabına irəli gedə bilməz;

126
00:19:34,360 --> 00:19:38,080
düzdür, əlbəttə ki, təcrübə də təsir göstərir, amma təhsil lazımdır.

127
00:19:38,640 --> 00:19:44,720
Fəhlələrin peşə bacarıqlarının artırılması rəsmilərin öhdəsinə düşür; bunun üçün həmin o texniki peşə təhsilini

128
00:19:45,120 --> 00:19:51,360
təmin etmək və digər görülməsi mümkün olan işləri həyata keçirmək lazımdır;

129
00:19:54,160 --> 00:19:58,760
bu məsələdə müəssisə sahibləri də, dövlət də rol oynaya bilər.

130
00:20:00,120 --> 00:20:09,120
Digər bir mühüm məsələ işçilərin əməyinin mühafizəsidir; əgər fəhlənin beyni

131
00:20:09,440 --> 00:20:20,840
daim sabah o müəssisədə olub-olmayacağı barədə fikirlərlə məşğuldursa, əli işə yatmaz; əməyin mühafizəsi təmin olunmalıdır;

132
00:20:21,920 --> 00:20:32,760
bunun da yolları var, burada da müxtəlif dövlət strukturlarının rəsmilərinin, müəssisə rəhbərlərinin və başqalarının öhdəsinə məsuliyyət düşür.

133
00:20:33,440 --> 00:20:47,800
Özü də bu, təkcə Əmək Nazirliyinə aid olan bir məsələ deyil, bir çox hökumət strukturları ilə əlaqəlidir. Elə etməlidirlər ki, əməyin mühafizəsi təmin olunsun.

134
00:21:12,840 --> 00:21:21,560
Zavod və fabriklərin işinə ara verilməsi də böyük bəlalardandır; fəhlə üçün böyük müsibət sayılan hadisələrdən biri də işlədiyi müəssisənin işinə ara verilməsidir.

135
00:21:21,720 --> 00:21:31,080
Bu da iki cür olur: birinci halda işəgötürənin imkanları işi davam etdirmək üçün kifayət etmir.

136
00:21:31,400 --> 00:21:39,960
Misal üçün, əlində nağd pul yoxdur, materialı yoxdur və ya qurğuları köhnəlib, işləmir.

137
00:21:40,360 --> 00:21:50,160
Bu halda məsuliyyət əlində xammal və ya nağd pul olan, qurğuları təmir edən, yaxud dəyişən şəxslərin öhdəsinə düşür.

138
00:21:51,280 --> 00:22:01,840
Həmin müəssisə sahibinə kömək etmək onların vəzifəsidir, onlar ona yardım etməlidirlər. Banklar,

139
00:22:02,640 --> 00:22:10,280
idxal və ixracla məşğul olan qurumlar, sənaye və texnologiya sferaları,

140
00:22:10,520 --> 00:22:19,680
elmi əsaslı şirkətlər – bütün bunlar məsuliyyət daşıyır. İstehsalat müəssisəsinin işinə ara verilməsi hallarından biri belə olur;

141
00:22:20,840 --> 00:22:30,120
burda müəssisənin işinin dayanmasında sahibkarın heç bir günahı yoxdur, müəyyən amillərin təsiri ilə vəziyyət gəlib bu yerə çatır;

142
00:22:30,120 --> 00:22:39,440
həmin amilləri aradan qaldırmaq mümkündür. Çətindir, amma olar. O amilləri axtarıb üzə çıxarmaq və aradan qaldırmaq lazımdır.

143
00:22:39,920 --> 00:22:44,600
Dövlət qurumlarımızın və rəhbər işçilərimizin görməli olduğu böyük və mühüm işlərdən biri budur.

144
00:22:44,920 --> 00:22:52,800
Müəssisələrin işinə ara verilməsində bir situasiya budur, digər bir situasiya da var, ona yol açan səbəb isə sui-istifadədir.

145
00:22:53,960 --> 00:23:04,440
Bir nəfər bir zavod alır – dövlətdən özəlləşdirir, yaxud necəsə alır –

146
00:23:05,440 --> 00:23:13,880
sonradan baxır ki, o zavodun yerləşdiyi torpaq sahəsindən, ərazidən istifadə etmək onun üçün daha sərfəlidir,

147
00:23:14,480 --> 00:23:23,040
zavodu işlətmək ona sərf etmir, bəhanə tapıb zavodu dayandırır. Bizdə belələri də var, mənim xəbərim var.

148
00:23:24,440 --> 00:23:35,720
Bunlara qarşı da tədbir görmək lazımdır; belələrinə qarşı ciddi tədbir görmək lazımdır. Deyəsən, bir dəfə mən bu barədə elə zəhmətkeşlərlə keçirdiyimiz bu görüşlərdən birində demişdim.

149
00:23:36,600 --> 00:23:48,880
Krediti götürür – tutalım, xammal almaq və ya zavod tikmək üçün – aparıb o pulu

150
00:23:49,200 --> 00:23:57,520
qat-qat gəlirli bir yerdə bina tikməyə xərcləyir. Belələrinə qarşı ciddi tədbir görülməlidir; belə halları araşdırıb üzə çıxarmaq lazımdır;

151
00:23:58,480 --> 00:24:10,440
ədliyyə orqanları, dövlət, cürbəcür strukturlar, təhlükəsizlik orqanları bu işdə məsuliyyət daşıyır.

152
00:24:12,040 --> 00:24:16,520
Məsələ bunda deyil ki, kimsə varlanmaq istəyir və bunun üçün hansısa yoldan istifadə edir.

153
00:24:16,680 --> 00:24:21,560
Biz kiminsə varlanmağının əleyhinə deyilik. Qoy varlansınlar,

154
00:24:22,320 --> 00:24:31,480
amma nəyə görə bunu fəhlə ictimaiyyətini, yoxsul insanları əzib keçərək

155
00:24:31,600 --> 00:24:36,720
etmək istəyirlər? Bunun qarşısı alınmalıdır.

156
00:25:00,320 --> 00:25:09,160
Baxın, burada müxtəlif strukturlar bir-biri ilə zəncirvari şəkildə bağlıdır; banklar, ölkənin bank sistemi,

157
00:25:10,200 --> 00:25:19,160
ixracat və idxalla bağlı qurumlar, sənaye və istehsalatla əlaqəli strukturlar –

158
00:25:19,560 --> 00:25:28,520
bütün bunlar bir-biri ilə əlaqəlidir. Hər biri həm digəri ilə əməkdaşlıq edərək onun işinə dəstək ola, həm də onun işini poza bilər.

159
00:25:29,720 --> 00:25:37,560
Ölkənin makroidarəetmə qurumları bu ikinci halların qarşısını almağa çalışmalıdır.

160
00:25:38,360 --> 00:25:40,800
Hamı bir-biri ilə müsbət əməkdaşlıq etməlidir ki, iş irəli getsin.

161
00:25:41,080 --> 00:25:51,800
Fəhlələrin işinin daha uğurlu alınmasına səbəb olan amillərdən biri də

162
00:25:52,080 --> 00:26:00,200
iranlı fəhlənin əməyinin məhsulu olan malların təbliği, genişləndirilməsidir.

163
00:26:06,000 --> 00:26:12,720
Bu barədə daha sonra danışacağam, yerli malların təbliği barədə mənim deyiləsi sözüm çoxdur,

164
00:26:13,000 --> 00:26:19,000
bir azdan bir neçə cümlə qeyd edəcəyəm. Fəhlənin daha uğurlu əmək fəaliyyəti ilə

165
00:26:19,680 --> 00:26:26,480
məşğul olması üçün tələb olunan şeylərdən biri də onun sağlam mühitdə işləməsidir;

166
00:26:26,680 --> 00:26:33,440
digər bir mühüm məsələ istehsal xərcləri hesablanarkən fəhlələrin əlhaqqına ayrılan payın artırılmasıdır.

167
00:26:35,840 --> 00:26:41,280
Bunu elə planlaşdırmaq olar ki, işəgötürənə də ziyan dəyməsin;

168
00:26:41,400 --> 00:26:52,800
artıq, lüzumsuz xərclərdən azaldılsın, fəhlənin əlhaqqına əlavə olunsun;

169
00:26:53,040 --> 00:26:57,400
bu, həyata keçirilsə, işçilər də işə həvəslənər.

170
00:26:59,320 --> 00:27:05,600
Düzgün metodlar var, bəzi dünya ölkələrinin təcrübəsində də rast gəlinir.

171
00:27:06,360 --> 00:27:19,120
Sevindirici haldır ki, rəsmilrimiz xalqa xidmət etməyi, , doğrudan da, istəyirlər. Biz ölkəmizdə olan iman, həvəs və marağın gücü sayəsində

172
00:27:19,640 --> 00:27:24,360
həmin metodları taparaq bu sferalarda müsbət işlər həyata keçirə bilərik.

173
00:27:26,640 --> 00:27:39,840
Mövzunun digər bir tərəfi işəgötürənlərə olan yanaşmadır. Mən illər öncədən dəfələrlə demişəm ki,

174
00:27:40,520 --> 00:27:46,160
fəhlə və onu işə götürən müəssisə rəhbəri bir-birinə zidd yox, bir-birini tamamlayan elementlərdir.

175
00:27:47,240 --> 00:27:56,040
Marksizm və dialektik marksizm təfəkkürünün əsasında əkslik, ziddiyyət, qarşdurma yatırdı,

176
00:27:56,440 --> 00:28:10,480
İslam və dialektik İslam təfəkkürünün əsasında isə birgə hərəkət etmək, çiyin-çiyinə durmaq, birgə addımlamaq durur.

177
00:28:11,640 --> 00:28:21,000
Fəhlə və işəgötürən cəmiyyətin bir-birinə yardım edə biləcək iki üzvüdür, bir-birinin düşməni, ziddi deyillər; onlar hər birinin

178
00:28:21,240 --> 00:28:30,360
öz hüquqları olan iki həmkardır. Necə olursa-olsun, müəssisə rəhbəri əlindəki sərmayəni,

179
00:28:30,360 --> 00:28:40,760
misal üçün, aparıb hansısa banka qoya, bununla da heç bir başağrı və narahatlıq çəkmədən gəlir əldə edə bilərdi; ola bilsin, qazancı da o müəssisədəkindən daha artıq olardı;

180
00:28:41,880 --> 00:28:46,600
amma belə etməyib, bir müəssisə açaraq yeni iş yerləri yaradıb. Bu, çox yaxşı bir şeydir.

181
00:28:46,920 --> 00:28:52,880
Əgər bu işdə ilahi niyyət də olsa, bu əməlinə görə Allah-taala ona Behişti qarşılıq verəcək.

182
00:28:53,760 --> 00:29:03,720
Mən mömin bir adam tanıyırdım, sadə həyat sürürdü; pulu var idi, amma sadə yaşayırdı;

183
00:29:04,000 --> 00:29:13,560
bir dəfə mənə dedi: “Çoxları mənə deyir ki, dəlisən nəsən, gətirib pulunu bu qədər təhlükəli,

184
00:29:13,920 --> 00:29:23,120
riskli olan, – özü belə deyirdi, – istehsalat sahəsinə qoymusan, apar pulunu qoy banka,

185
00:29:23,280 --> 00:29:32,760
gəlirini götürüb ye. Amma mən deyirəm ki, yox, mən bu puldan ölkənin, istehsalatımızın inkişafı üçün istifadə etməliyəm”.

186
00:29:32,840 --> 00:29:36,160
Lap yaxşı, bu, çox dəyərli bir şeydir.

187
00:29:38,680 --> 00:29:47,680
Burda gözlənməli olan haqlardan biri fəhlələrin müəssisə sahibləri ilə səmimi əməkdaşlığıdır. Bir-birinizlə səmimi bir şəkildə əməkdaşlıq etməlisiniz.

188
00:29:49,400 --> 00:30:00,040
İşəgötürənin haqlarından biri də budur ki, dövlət, əlaqəli icra strukturları onun işini asanlaşdırsın;

189
00:30:00,560 --> 00:30:08,720
bayaq qeyd etdiyim kimi; misal üçün, əlində nağd vəsait yoxdursa, versinlər; xammalı yoxdursa,

190
00:30:09,400 --> 00:30:18,720
zavodu, yaxud maşınları köhnəlibsə, kömək göstərsinlər, əldə etsin.

191
00:30:21,800 --> 00:30:28,720
Müəssisə sahiblərinə yardım etməyin digər bir yolu ixrac üçün zəmin yaratmaqdır.

192
00:30:29,920 --> 00:30:40,240
Əlbəttə ki, eksport fəaliyyətinin özü üçün məhsul sahibi – işəgötürən – özü zəmin yaradır,

193
00:30:40,440 --> 00:30:46,320
amma bunun üçün də dövlət qurumları şərait yaratmalıdır; kömək edə, zəmin yarada bilərlər.

194
00:30:46,320 --> 00:30:55,000
Bu yerdə Xarici İşlər Nazirliyimiz, müxtəlif nazirliklər rol oynaya bilər.

195
00:30:57,640 --> 00:31:05,320
Dövlətin işəgötürənlərə edə biləcəyi yardımlardan biri də

196
00:31:05,840 --> 00:31:11,000
xarici müştəri ilə əlaqə qurarkən onu himayə etməkdir.

197
00:31:11,680 --> 00:31:22,800
Bəzən elə olur ki, iş adamlarımız hansısa məhsulu eksport edir, həmin xarici ölkədə başına oyun açırlar, incidirlər;

198
00:31:23,640 --> 00:31:30,160
bu yerdə dövlətin üzərinə düşən məsuliyyət budur ki, gedib sinəsini sipər etsin, öz iş adamının arxasında dursun, ona yardım etsin,

199
00:31:31,440 --> 00:31:42,400
hansısa ölkədə kimsə – hökumət adamı və ya biznesmen – vəziyyətdən sui-istifadə etmək istəyir deyə bizim iş adamının haqqının pozulmasına imkan verməsin.

200
00:31:43,040 --> 00:31:50,040
Müəssisə sahiblərinə bu kimi yardımları göstərmək olar; onların haqqı bax bunlardır.

201
00:31:52,320 --> 00:32:01,200
Vacib məsələlərdən biri də eksport üçün nəzərdə tutulan məhsulların sağlamlığına və keyfiyyətinə ciddi nəzarət etməkdir.

202
00:32:01,560 --> 00:32:08,680
Bəzi insanlar qeyri-sağlam məhsullar ixrac etməklə ölkənin adını batırırlar.

203
00:32:09,880 --> 00:32:17,400
Həmin məhsul xarici bazarlara çıxanda və keyfiyyətsiz olduğu məlum olanda bu,

204
00:32:17,880 --> 00:32:23,800
ölkənin nüfuzuna zərbə vurur. Təkcə ölkənin nüfuzuna yox, burdan ixrac olunan məhsulların satışına da ziyan vurur.

205
00:32:24,840 --> 00:32:30,520
Sağlamlığa nəzarət olmalıdır. Bunlar vacib məsələlərdir.

206
00:32:33,640 --> 00:32:40,400
İndi keçək daxili istehsal məsələsinə. Mən daxili istehsalın haqqının həddən artıq ciddi tərəfdarıyam

207
00:32:41,720 --> 00:32:49,160
və düşünürəm ki, daxili istehsala müqəddəs bir şey kimi baxılmalı,

208
00:32:49,600 --> 00:32:54,320
daxili istehsala dəstək vermək vacib bir vəzifə hesab edilməlidir.

209
00:32:55,200 --> 00:32:59,520
Daxili istehsala dəstək verməyi hər kəs özünə borc bilməlidir.

210
00:33:02,600 --> 00:33:11,720
Bunun yollarından biri odur ki, daxildə analoqu olan məhsullar xaricdən qətiyyən idxal edilməsin.

211
00:33:12,680 --> 00:33:26,000
Mən bunu dəfələrlə demişəm, rəsmi surətdə idxal edilməsin; qaçaqmalçılıq məsələsi barədə də az sonra danışacağam, bu özü də çox önəmli bir mövzudur.

212
00:33:27,480 --> 00:33:38,240
Üsulları da var; daxildə analoqu olan məhsullarda tarifi artırmaq, yaxud

213
00:33:38,800 --> 00:33:42,920
onların idxalının qarşısını almaq olar.

214
00:33:43,480 --> 00:33:50,800
Əlbəttə, bəhanələr gətirirlər – mən o bəhanələri də bilirəm, eşitmişəm, indi qeyd edəcəyəm də –

215
00:33:51,400 --> 00:33:58,680
amma əsas prinsip daxili istehsala rəvac vermək olmalıdır. Mənə məlumat çatıb ki,

216
00:33:59,000 --> 00:34:04,960
Tehranda – deyəsən, rayonlarda da var – bəzi satış mərkəzləri

217
00:34:05,400 --> 00:34:10,120
yalnız daxili məhsul satacaqları ilə bağlı qayda müəyyən ediblər; elan da yapışdırıblar;

218
00:34:10,640 --> 00:34:19,520
şəklini çəkib mənə gətirmişdilər, gördüm. Böyük bir posterdə elan yazıb vurublar ki, bu ticarət mərkəzində yalnız daxili məhsul satılır.

219
00:34:20,680 --> 00:34:30,080
Bərəkallah! Belə qeyrətli, islahatçı insanlara əhsən! Həmin ticarət mərkəzində nə mal varsa, hamısı daxili istehsalın məhsuludur.

220
00:34:30,640 --> 00:34:40,560
Bunun tam əksi olan ticarət mərkəzləri də var: içəri girirsən, hara baxırsan, xarici mallardır.

221
00:34:41,720 --> 00:34:49,640
Təəssüf ki, belə – özü də böyük – ticarət mərkəzlərindən bəziləri elə hökumət strukturlarının özünündür.

222
00:34:50,360 --> 00:35:00,880
B'li, bəziləri elə hökumət strukturlarının özünündür. Nəyə görə belə edirlər? Belə hallar qınanmalıdır.

223
00:35:02,880 --> 00:35:21,120
Fors eləməkdən ötrü öz fəhlələrimizi işsiz qoyub, xarici ölkələrin fəhlələrinə pul qazandırmaq istəyirsiniz?!

224
00:35:21,440 --> 00:35:28,160
Tanınmış xarici marka məhsulları gətirirlər, bir ovuc pullular, indi-indi əli pula çatmışlar da –

225
00:35:28,400 --> 00:35:35,960
təəssüf ki, ölkəmizdə də onlardan az deyil –  xarici marka arxasınca qaçırlar; özləri demişkən, “xarici brend” axtarırlar.

226
00:35:36,240 --> 00:35:38,800
Mənim o “brend” sözündən də çox acığım gəlir.

227
00:36:03,280 --> 00:36:12,080
Xarici malın satışı və istifadəsi cəmiyyətdə dəyərlərə zidd bir davranış hesab olunmalıdır;

228
00:36:12,280 --> 00:36:19,400
yalnız daxildə analoqu olmayan məhsullar istisnadır. Daxildə analoqu yoxdursa, eybi yoxdur,

229
00:36:19,600 --> 00:36:27,920
ətrafımıza hasar çəkməmişik ki! Biz dünya ilə əməkdaşlıq edirik, mübadilə edirik, satırıq, alırıq;

230
00:36:29,760 --> 00:36:35,520
elə də ola bilər ki, hansısa malın ümumiyyətlə daxildə istehsalı sərfəli olmasın –

231
00:36:36,080 --> 00:36:40,560
belə də olur – o halda idxal etməyin eybi yoxdur.

232
00:36:40,960 --> 00:36:48,040
Amma o malın ki, özümüzdə istehsalı var, olmasını istəyirik, bizim fəhləmiz həmin işlə məşğuldur

233
00:36:48,880 --> 00:36:58,880
və əlavə dəyər yaradır, o yerdə bizim öz malımızı kənara qoyub,

234
00:36:59,120 --> 00:37:03,520
yalnız xarici markadır, filan Avropa ölkəsinin

235
00:37:03,840 --> 00:37:10,240
filan məşhur zavod və ya fabrikinin istehsalıdır deyə gedib eyni malı xaricdən və bəzən də qat-qat bahasına alıb gətirib

236
00:37:11,000 --> 00:37:16,000
istifadə etməyimiz dəyərlərə zidd hesab olunmalıdır.

237
00:37:19,160 --> 00:37:26,080
Xarici məhsulların idxalının, qeyd etdiyim kimi, rasional bir şəkildə qarşısını almaq lazımdır.

238
00:37:26,560 --> 00:37:34,960
Mən bu mövzuda ifrata yol verməyin yox, müdrik, tədbirli davranmağın tərəfdarıyam.

239
00:37:35,880 --> 00:37:41,440
Mən demirəm ki, qapıları bağlayıb oturun, yox, deyirəm, diqqətli olun,

240
00:37:42,040 --> 00:37:46,680
baxın görün nəyi idxal etmək lazımdırsa, gətirin, nəyi kənardan gətirmək lazım deyilsə, gətirməyin.

241
00:37:46,920 --> 00:37:54,560
Bilmirəm o Amerika avtomobillərinin idxalı nə məsələdir dillərə düşüb, bəziləri danışır;

242
00:37:55,560 --> 00:38:04,560
Amerika avtomobillərindən heç amerikanlar özləri istifadə etmirdilər; bu barədə Amerika mətbuatında da yazılırdı, görmüşdük;

243
00:38:05,520 --> 00:38:13,040
deyirdilər, yanacaq çox işlədir, ağırdır. Təsəvvür edin ki,

244
00:38:13,040 --> 00:38:19,800
biz Amerikanın, misal üçün, iflasa doğru getməkdə olan filan avtomobil zavodunun məhsulundan istifadə edirik; özü də Amerikanın!

245
00:38:40,480 --> 00:38:51,200
Bunların qarşısını ciddi şəkildə almaq lazımdır. Bunu kim etməlidir? Rəsmilər, möhtərəm nazirlərimiz özləri.

246
00:38:51,480 --> 00:39:00,800
Bilirəm, müəyyən adamlar var, arxadan təzyiq göstərirlər – maddi maraqları var,

247
00:39:01,200 --> 00:39:06,920
xeyir güdürlər, ona görə təzyiq göstərirlər – bu təzyiqlərə qarşı çıxsınlar, qəbul etməsinlər.

248
00:39:07,400 --> 00:39:18,800
Deyirlər, ölkəyə bir neçə milyard dollarlıq kosmetik vasitə gətirilir, bilmirəm, bu, doğrudur, ya yox?

249
00:39:28,680 --> 00:39:32,000
Mən araşdırmamışam, elə bilirəm, siz də bir o qədər dərindən araşdırmış olmazsınız;

250
00:39:37,600 --> 00:39:46,920
əgər doğrudursa, çox pis. Bir neçə milyard dollarlıq kosmetik vasitə idxalı! Özü də bizim ölkəmiz kimi,

251
00:39:47,720 --> 00:39:53,720
belə şeylər üçün bu qədər maneə və problem olan bir ölkədə;

252
00:39:54,680 --> 00:40:04,200
bircə ondan ötrü ki, tutalım, hansısa əli təzəcə pula çatmış varlı bir ailə bunları əldə etmək istəyir.

253
00:40:05,000 --> 00:40:17,880
Eşitdiyimə görə, bəziləri heç sağlam məhsul da deyil. Belə şeylərə qarşı çıxsınlar, mübarizə aparsınlar, imkan verməsinlər.

254
00:40:21,080 --> 00:40:30,880
Problemlərdən biri də qaçaqmalçılıqdır. Dəfələrlə, müxtəlif kabinetlərin zamanında

255
00:40:31,520 --> 00:40:35,160
idxal barədə rəsmilərlə etdiyimiz söhbətlər zamanı mənə deyiblər ki,

256
00:40:35,600 --> 00:40:41,280
əgər biz tarifləri həddən artıq qaldırsaq, yaxud idxalın qarşısını alsaq, həmin məhsul ölkəyə qaçaqmalçılıq yolu ilə gətiriləcək.

257
00:40:42,160 --> 00:40:45,640
Sizcə bu, düzgün bir arqumentdirmi?

258
00:40:48,960 --> 00:40:59,320
Bəli, qaçaqmalçılığın qarşısını ciddi surətdə almaq lazımdır. İndiyə qədər biz qaçaqmalçılıq əleyhinə ciddi tədbirlər görməmişik;

259
00:41:00,200 --> 00:41:05,160
qaçaqmalçılıqla ciddi mübarizə aparmaq lazımdır. Qaçaqmalçılıq deyəndə mən

260
00:41:05,520 --> 00:41:14,200
Bəlucestanda hansısa kasıb bir adamın gedib o tərəfdən çiynində bir şey gətirib bu tərəfə keçirməyini nəzərdə tutmuram;

261
00:41:14,480 --> 00:41:23,400
bunlar elə bir şey deyil, o qədər də əhəmiyyət daşımır; onlara qarşı mübarizə aparılmasa belə, eybi yoxdur.

262
00:41:46,800 --> 00:41:55,360
Mən böyük miqyasda, təşkilatlanmış surətdə gedən qaçaqmalçılığı nəzərdə tuturam. Ölkəyə qaçaqmalçılıq yolu ilə onlarla, yüzlərlə konteyner

263
00:41:56,120 --> 00:42:05,480
müxtəlif mallar gətirilir. Bax bunlara qarşı tədbir görmək lazımdır; biz hökumətik,

264
00:42:06,440 --> 00:42:12,520
gücümüz var, edə bilərik; bunlara qarşı ciddi şəkildə mübarizə aparmalıyıq.

265
00:42:15,200 --> 00:42:24,840
Bir neçə dəfə ciddi tədbir görüləndən sonra ya qarşısı alınacaq, ya da ən azından azalacaq.

266
00:42:26,560 --> 00:42:30,320
Qaçaqmalçılıq ölkə üçün böyük bir bəladır;

267
00:42:32,280 --> 00:42:38,520
bu, dövlət xətti ilə, gömrük yolu ilə gələn idxaldan da qat-qat pisdir:

268
00:42:40,800 --> 00:42:47,240
əvvəla, bu yolla gətirilən malların sağlam məhsul olub-olmadığı məlum deyil, ikincisi, bundan dövlətə heç bir gəlir gəlmir,

269
00:42:47,440 --> 00:42:56,360
üçüncüsü isə idxalla bağlı qeyd edilən irad bura da aiddir, yəni daxili istehsalın bazarını öldürür.

270
00:42:56,720 --> 00:43:06,040
Bunlar heç də kiçik ziyanlar deyil; qaçaqmalçılığın qarşısını ciddi surətdə almaq lazımdır.

271
00:43:07,160 --> 00:43:14,800
Qaçaqmalçılıqla mübarizə mexanizminə ciddi yanaşmaq lazımdır; bu iş üçün ən möhkəm adamlarımızı təyin etməliyik;

272
00:43:15,840 --> 00:43:19,880
alınacaq da; şəxsən mən belə düşünürəm ki, alınacaq;

273
00:43:21,600 --> 00:43:30,800
ya qarşısı alınacaq, ya da tamamilə qarşısı alınmasa belə, önəmli dərəcədə azalacaq.

274
00:43:31,720 --> 00:43:35,120
Bu, çox vacib bir məsələdir.

275
00:43:36,320 --> 00:43:44,960
Mənim əlaqədar rəsmilər – istər Kənd Təsərrüfatı və Sənaye Nazirləri,

276
00:43:44,960 --> 00:43:51,880
istərsə də bəzi digər hökumət rəsmiləri ilə görüşlərimiz zamanı dəfələrlə müzakirə etdiyim

277
00:43:52,200 --> 00:44:02,760
digər bir mühüm məsələ də var: bəzən hansısa məhsulların ölkə daxilində istehsalı mümkün olduğu halda,

278
00:44:03,560 --> 00:44:11,400
onların xaricdən idxal edilməsindən böyük məbləğdə gəlir əldə edən bəzi insanlar bunun qarşısını alırlar.

279
00:44:12,680 --> 00:44:20,840
Əgər alınsa, rüşvətlə – yoldaş, al bu pulu, bu zavodu dayandır, yaxud tikmə –

280
00:44:21,200 --> 00:44:29,680
əgər razılaşmadısa, hədələməklə, cinayətlə.

281
00:44:30,920 --> 00:44:41,160
Mən ayrı-ayrı məhsulların adını çəkmək istəmirəm; elə mallar tanıyıram ki, onları daxildə istehsal etmək üçün imkanlar var,

282
00:44:41,520 --> 00:44:47,080
amma bir qrup adam bu malların idxalından mənfəət götürür deyə

283
00:44:48,040 --> 00:44:57,280
ölkədə istehsalına imkan vermirlər. Əlində sərmayəsi olan bir sahibkar gəlir, ölkədə geniş istifadə olunan

284
00:44:57,480 --> 00:45:06,200
hansısa məhsulun istehsalına təşəbbüs göstərir, gedib ona deyirlər ki, cənab, sən bu malı istehsal etmə!

285
00:45:06,600 --> 00:45:16,960
Al bu 10 milyardı, 30 milyardı, amma o malı istehsal etmə! Bu halda ya qarşı tərəf onların dediyi ilə razılaşıb işini rahat edir,

286
00:45:17,080 --> 00:45:22,840
ya da əgər razılaşmırsa, təzyiq göstərib onun üçün cürbəcür problemlər yaradırlar,

287
00:45:23,160 --> 00:45:32,560
yoluna qanunlardan müxtəlif maneələr çıxarırlar, yaxud bir yolla cinayətə əl atıb həmin insana zərbə vurur, peşman edirlər.

288
00:45:33,640 --> 00:45:37,800
Bunlar heç də adi məsələlər deyil, təhlükəsizliklə bağlı olan çox önəmli məsələlərdir;

289
00:45:38,880 --> 00:45:45,840
bunlara sadə baxmaq olmaz. Qaçaqmalçılıq da bu qəbildəndir;

290
00:45:46,960 --> 00:45:53,120
qaçaqmalçılıq daxili istehsal üçün öldürücü zəhərə bərabərdir.

291
00:45:54,520 --> 00:45:57,680
Digər bir mühüm məsələ ən son texnologiyalardır.

292
00:45:58,040 --> 00:46:07,960
Bəzən biz deyirik ki, filan məhsulun ölkə daxilində istehsalı mövcud olduğu halda, nə üçün xaricdən gətirirsiniz?

293
00:46:08,200 --> 00:46:16,640
Cavab verirlər ki, bizdəki texnologiyalar köhnəlib, bu gün dünya dəyişib,

294
00:46:17,360 --> 00:46:23,080
ortaya yeni işlər, yeni texnologiyalar çıxıb, buna görə də xaricdən idxal etməyə məcburuq.

295
00:46:24,440 --> 00:46:32,480
Mənim də bu sözə cavabım var. Əlbəttə ki, mən idxalın əleyhinə deyiləm;

296
00:46:33,840 --> 00:46:40,120
mən idxalın, xüsusilə də texnologiyaların idxalının qətiyyən əleyhinə deyiləm. Mən özüm bu ölkənin prezidenti olmuşam,

297
00:46:40,480 --> 00:46:46,480
icraiyyə məsələləri ilə əlaqəm olub, bilirəm; eybi yoxdur, bəzən lazım olur,

298
00:46:46,680 --> 00:46:59,080
amma qədərində. Harada bir əksiklikləri olursa, “Daxili sənayenin texnologiyaları geridə qalıb” – deyirlər.

299
00:46:59,360 --> 00:47:11,400
Yaxşı, bəs bizim ölkəmizdə  bu qədər düşünən beyinlər var! O beyinlər ki,

300
00:47:11,960 --> 00:47:21,760
2000 km məsafə qət edib 10 metrdən də az yanlışlıqla hədəfə vuran raketlər istehsal edir! Bu, balaca bir şey deyil!

301
00:47:46,280 --> 00:47:50,920
(Mən yalnız misal çəkmək istədim; raketlərin adı gələn kimi gənclər həyəcanlandılar).

302
00:47:52,360 --> 00:47:58,280
Demək istədiyim odur ki, düşmənlərimizi belə gördükləri işin əhəmiyyətini etiraf etməyə

303
00:47:58,840 --> 00:48:06,840
məcbur edəcək raketlər istehsal edən o beyinlər məgər 100 kilometrə,

304
00:48:07,480 --> 00:48:18,960
tutalım, 13 litr yanacaq işlədən bir avtomobilin yanacaq sərfiyyatını 5 litrə endirə bilməz? Bunu reallaşdıra bilməz?

305
00:48:20,440 --> 00:48:29,120
O beyin bunu etməkdə aciz qalar? Nəyə görə gənclərə müraciət etmirsiniz?

306
00:48:30,160 --> 00:48:36,000
Nəyə görə bu yaradıcı beyinlərə müraciət etmirsiniz? Nə üçün onlardan kömək almırsınız?

307
00:48:37,280 --> 00:48:44,240
Mən neçə ildir ki, sənaye müəssisələri ilə universitetlərin əməkdaşlıq etməli olduğunu vurğulayıram;

308
00:48:44,800 --> 00:48:49,160
sənaye ilə universitetlərin əməkdaşlığının nəticəsi bax bu məqamda ortaya çıxır.

309
00:48:49,880 --> 00:48:57,960
Sənaye universitetlərə kömək edir ki, onun üçün yeni metodlar yaradıb təqdim etsinlər;

310
00:48:58,200 --> 00:49:05,840
həm bu, xeyir götürsün, həm də o. Sənayeni universitetlərlə, elm adamları ilə əlaqələndirin.

311
00:49:06,560 --> 00:49:18,120
Sevindirici haldır ki, hazırda elmi əsaslı şirkətlər sahəsində bir çox işlər həyata keçirilir

312
00:49:18,640 --> 00:49:24,680
və iranlı gənclərin işləmək bacardığını müşahidə edirik. Elə burda  – bu hüseyniyədə mənim üçün sərgi təşkil etmişdilər,

313
00:49:25,280 --> 00:49:33,680
gəlib baxdım; bir qrup oğlan uşağı –

314
00:49:34,720 --> 00:49:39,760
məktəb şagirdləri – birlikdə işləmişdilər.

315
00:49:40,840 --> 00:49:45,760
Gəlib soruşdum, siz hansı işləri görmüsünüz? Biri dedi mən bunu istehsal etmişəm, o biri dedi mən onu istehsal etmişəm;

316
00:49:46,320 --> 00:49:50,000
məktəb uşaqları! Bax bizim intellektimiz budur,

317
00:49:50,520 --> 00:49:57,400
bizdəki insan kapitalı budur! Nəyə görə biz bu insan kapitalından istifadə etməyib,

318
00:49:57,920 --> 00:50:06,800
təkcə ən son texnologiya ilə istehsal olunub deyə xarici avtomobillərin arxasınca qaçmalıyıq? Gəlin biz də o ən son texnologiyanı ölkəmizdə yaradaq.

319
00:50:06,960 --> 00:50:11,480
Mən bir çox misallar gətirə bilərəm, amma demək istəmirəm, demək olmaz;

320
00:50:12,360 --> 00:50:22,760
bəziləri öz aramızda qalmalıdır, açıqlanmamalıdır. Əgər siz gənclərimizin haralarda, hansı sferalarda

321
00:50:23,120 --> 00:50:28,360
necə böyük işlər həyata keçirdiyini bilsəydiniz, doğrudan da, heyrətlənərdiniz;

322
00:50:29,000 --> 00:50:33,960
bizdə belələri çoxdur, mənim də bu haqda kifayət qədər məlumatım var;

323
00:50:34,760 --> 00:50:43,000
bunlardan istifadə edək. Texnologiyalarımızın köhnə olması idxal üçün bəhanə olmamalıdır.

324
00:50:44,280 --> 00:50:50,800
Mənim demək istədiklərim bunlar idi. Mən ölkəmizin fəhlə və zəhmətkeşlərinə də,

325
00:50:51,680 --> 00:51:00,000
sahibkarlarına da, müəssisə rəhbərlərinə də, hökumət adamlarına da – hamısına nikbin yanaşıram;

326
00:51:01,400 --> 00:51:08,000
heç kimə qarşı bədbin deyiləm. İntəhası işlər hansısa məqamda axsayır;

327
00:51:08,600 --> 00:51:15,120
baxın görün bu axsama harada baş verir, nəyə görə baş verir, problem nədədir.

328
00:51:17,200 --> 00:51:27,000
Təsəvvür edin ki, siz bir neçə qalın boru ilə böyük bir hovuza elə hey su tökürsünüz, amma o, heç vaxt ağzına qədər dolmur;

329
00:51:27,400 --> 00:51:35,720
bir ətrafına dolanın, baxın görün harasında bir çat, yarıq var ki, su ordan sızır, ona görə də dolmur;

330
00:51:37,760 --> 00:51:44,040
rəsmilər bir axtarıb bu şeyləri tapsınlar.

331
00:51:44,360 --> 00:51:50,240
Əzizlərim! Ölkəmiz irəli gedə bilər. Mən dönə-dönə deyirəm, İslam sivilizasiyasından,

332
00:51:51,040 --> 00:51:56,320
ölkəmizin İslam sivilizasiyasının zirvəsində yer tuta biləcəyindən danışıram.

333
00:51:56,480 --> 00:52:02,880
Bu təkcə şüarçılıq, özünü öymək deyil, ölkənin reallıqlarını nəzərə alaraq deyilən sözlərdir.

334
00:52:05,240 --> 00:52:11,640
Biz edə bilərik, bacararıq; iqtisadiyyatımızı inkişaf etdirə bilərik, sənayemizi inkişaf etdirə bilərik, kənd təsərrüfatımızı inkişaf etdirə bilərik,

335
00:52:12,160 --> 00:52:18,280
zəruri sahələrdə özünütəminetməyə nail ola bilərik;

336
00:52:19,440 --> 00:52:29,160
rəsmilər səy göstərməlidirlər. Çıxışımın əvvəlində də qeyd etdiyim kimi, vəzifə məsuliyyəti daşıyan hər kəs tutduğu postun haqqını verərək

337
00:52:30,680 --> 00:52:35,600
lazımi səviyyədə çalışıb səy göstərməlidir.  Əlbəttə, düşmənimiz var və o, öz düşmənçiliyini edir.

338
00:52:36,520 --> 00:52:40,440
Biz şüşə kimi hamarlanmış asfalt yolla getmirik;

339
00:52:41,080 --> 00:52:48,400
qarşımıza daim maneələr, əngəllər çıxarırlar. Bunu kimlər edir? Başda Amerika və sionizm olmaqla düşmənlərimiz.

340
00:53:12,080 --> 00:53:18,240
İşlərimizə pəl vururlar, hiylə qururlar, hələ bir istəyirlər də ki, biz bunu anlamayaq.

341
00:53:18,520 --> 00:53:24,680
Hərdən hətta uzaqdan gileylənirlər də ki, “nəyə görə bizə bədbin yanaşırsınız?”

342
00:53:25,200 --> 00:53:32,200
Bədbin yanaşmalı olduğumuz şeyləri görürük də, gözümüzü bağlaya bilmərik ki!

343
00:53:32,480 --> 00:53:41,040
Hazırda ölkəmizin bank əməliyyatlarında bir problem yaşanır, bunu bütün rəsmilər deyir.

344
00:53:41,560 --> 00:53:54,720
Bank mübadilələri vasitəsi ilə həyata keçirilən bütün əlaqələr, işlər hazırda çox böyük çətinliklə üzləşib, zəhmətlə reallaşır. Nəyə görə?

345
00:53:55,560 --> 00:54:01,840
Deyirlər ki, dünyanın böyük bankları razılıq vermir. Yaxşı, nəyə görə? Dərdləri nədir?

346
00:54:01,840 --> 00:54:06,520
Banklar elə ona görə yaranıb ki, qarşılıqlı əməkdaşlığı təmin etsin.

347
00:54:06,760 --> 00:54:18,120
Dünyanın hansısa böyük və məşhur bankı nəyə görə bu qədər sərvəti və 80 milyonluq bazarı olan bir ölkə ilə əməkdaşlıq etmək istəməsin ki?

348
00:54:18,120 --> 00:54:22,760
Ortada bir əngəl olan var; əngəl olan kimdir? Amerika.

349
00:54:26,000 --> 00:54:34,240
Mən azı-çoxu 100 dəfə demişəm ki, Amerikaya inanmaq olmaz; indi hər şey tam aydın olur.

350
00:54:54,640 --> 00:54:59,440
Kağız üzərində yazırlar ki, qoy banklar gedib İranla əməkdaşlıq etsin –

351
00:54:59,880 --> 00:55:10,600
hansı ki bu, yalnız kağız üzərindədir, heç bir real dəyəri yoxdur – əməldə isə bankların canına elə qorxu salırlar ki, yaxın gələ bilməsinlər; iranafobiya.

352
00:55:12,960 --> 00:55:17,840
Deyirlər ki, İran terrorçu ölkədir

353
00:55:18,680 --> 00:55:26,600
və ola bilsin, terrorçu davranışlarına görə biz bu ölkənin üzərinə sanksiya qoyduq.

354
00:55:27,000 --> 00:55:35,560
Bu nə deməkdir? Bu, banklara verilən mesajdır ki, diqqətli olun, İrana sanksiya tətbiq oluna bilər, yaxın getməyin.

355
00:55:37,920 --> 00:55:43,400
Kağız üzərində “banklar, gedin əməkdaşlıq edin” yazırlar, təlimat göndərirlər,

356
00:55:43,680 --> 00:55:47,240
amma reallıqda elə edirlər ki, banklar irəli getməyə cürət etməsin,

357
00:55:47,480 --> 00:55:54,360
xarici investorlar gəlib bura investisiya qoymağa ürək etməsin. Faktiki olaraq bunu edirlər.

358
00:55:54,520 --> 00:55:57,520
Özləri bütün terrorçulardan betərdirlər;

359
00:55:58,760 --> 00:56:04,160
özləri adlı-sanlı terrorçulara kömək ediblər,

360
00:56:04,320 --> 00:56:10,640
bizdə olan məlumata görə, hazırda da kömək etməkdədirlər, sonra da İrana terrorçu deyirlər.

361
00:56:12,200 --> 00:56:22,120
Qarşı tərəf – amerikalılar – deyir ki, investorların gedib İrana sərmayə qoymaq istəməməyinin səbəbi

362
00:56:22,120 --> 00:56:30,320
bu ölkənin daxili vəziyyətidir. İranın daxili vəziyyətinə nə olub ki?! Bu regionda İrandan daha təhlükəsiz ölkə hansıdır?

363
00:56:30,640 --> 00:56:38,280
Amerikanın özü burdan daha təhlükəsizdir? Elə özlərinin yaydığı statistikaya görə, Amerikada hər gün bir neçə nəfər

364
00:56:38,560 --> 00:56:44,560
terror nəticəsində qətlə yetirilir. O Amerika burdan təhlükəsizdir?

365
00:56:45,440 --> 00:56:53,520
O xalq etirazlarının, iqtisadi problemlərin, fəhlə çıxışlarının olduğu Avropa ölkələri burdan – birlik və təhlükəsizliyin olduğu

366
00:56:54,920 --> 00:56:58,320
İran kimi bir ölkədən daha stabil və təhlükəsizdir?

367
00:56:59,360 --> 00:57:11,040
Düşmənlərin iddialarının tam əksinə və onlara göz dağı olaraq, İranın daxili vəziyyəti çox yaxşıdır.

368
00:57:33,480 --> 00:57:44,400
Amerika rəsmiləri “İrana qarşı sanksiyalar sistemi ortadan qaldırılmayıb” deyir,

369
00:57:45,000 --> 00:57:54,520
bunun mənası nədir? Mənası odur ki, xarici investorlar qorxub yaxına gəlməsin; bunlar iranafobiyanı yayırlar.

370
00:57:55,240 --> 00:58:01,520
İnsanları açıq-açığına İrandan qorxudurlar ki,

371
00:58:01,880 --> 00:58:08,000
heç kəs yaxına gəlməsin. Bizim belə bir düşmənimiz var

372
00:58:08,400 --> 00:58:16,280
və biz gördüyümüz hər bir işdə bu düşmənin varlığını nəzərə almalıyıq.

373
00:58:17,160 --> 00:58:23,560
Bu düşmən 37-38 ildir ki, var, amma buna baxmayaraq biz irəli getmişik. Mən deyərdim ki,

374
00:58:24,880 --> 00:58:32,800
hələ bundan sonra 100 il də o düşmən düşmənliyində qalsa, onlara göz dağı olaraq, biz daha 100 il də irəli gedəcək, inkişaf edəcəyik.

375
00:58:54,640 --> 00:59:00,120
Amerika düşməndir; biz bunu üzə vursaq da, vurmasaq da, düşməndir;

376
00:59:00,600 --> 00:59:07,480
istər mən öz çıxışlarımda bunu dilə gətirib deyim, istərsə də deməyim.

377
00:59:08,480 --> 00:59:16,280
Mənə deyirlər ki, siz niyə elə “düşmən, düşmən” deyə təkrar edirsiniz? Tutaq ki, mən düşmən demədim, bununla düşmənçilik qurtaracaq?

378
00:59:16,760 --> 00:59:26,720
Düşmən düşməndir; o, bu ümummilli hərəkatın, inqilabın, hökumət quruluşunun özünün əleyhinədir.

379
00:59:27,400 --> 00:59:35,200
Vaxt var idi ki, Amerika bu ölkədə hər işin ağası idi, bu gün isə burda heç səfirliyi də yoxdur.

380
00:59:36,080 --> 00:59:43,560
Çünki hakimiyyətə İslam dövləti gəlib. Elə ona görə də İslam dövlətinin əleyhinədir və əvvəlki vəziyyətin yenidən bərpa olunmasını istəyir.

381
00:59:44,840 --> 00:59:53,760
Deyirlər ki, “pəncərələri açın”; öz bayram mesajında o cənab

382
00:59:54,120 --> 00:59:59,200
İran şairlərindən birindən bir sitat gətirərək deyib ki, “pəncərələrinizi açın”.

383
00:59:59,360 --> 01:00:05,000
Mən eşidəndə dedim, hə, pəncərələri açın ki, qapıdan qovduğunuz biz

384
01:00:06,760 --> 01:00:10,520
pəncərədən gələk; pəncərələri açın ki, biz rahatca içəri girə bilək!

385
01:00:12,920 --> 01:00:21,640
Rəsmilər – hökumət nümayəndələri, icraedici hakimiyyətin rəsmiləri, parlamentdə, məhkəmə hakimiyyətində,

386
01:00:21,640 --> 01:00:27,640
cürbəcür inqilabi qurumlarda təmsil olunan rəsmilər, eləcə də sadə xalqın nümayəndələri bir şeyə diqqət yetirsinlər:

387
01:00:28,360 --> 01:00:35,720
biz məzlumuq, zülmə məruz qalırıq, amma güclüyük; rəhbərimiz, imamımız Əmirəlmöminin kimi.

388
01:00:37,160 --> 01:00:43,720
Əmirəlmöminin ən məzlum, amma ən güclü idi.

389
01:01:17,120 --> 01:01:24,120
Biz öz qədrimizi bilsək, gücümüzü, nəyə qadir olduğumuzu bilsək,

390
01:01:24,280 --> 01:01:32,120
bu gücdən ən yaxşı, ən humanist, İslama ən uyğun şəkildə istifadə etsək,

391
01:01:32,480 --> 01:01:39,480
bütün bu maneələrə üstün gələrik. Bəli, yolumuz hamar deyil,

392
01:01:39,960 --> 01:01:46,600
amma bizim daşlıqda da irəli getmək üçün gücümüz var. Xoşbəxtlikdən, bu gün getdiyimiz yol heç daşlıq da deyil;

393
01:01:46,840 --> 01:02:08,080
inqilabın əvvəllərində belə idi. Bu gün rəsmilərimiz və xalqımız öz gücümüzə arxalanmağa önəm verməlidirlər.

394
01:02:08,560 --> 01:02:16,400
Bir neçə gündən sonra – yəni 2 gündən sonra – ölkəmizin bəzi şəhərlərində seçkilər olacaq;

395
01:02:17,120 --> 01:02:22,200
seçkilərə önəm verin, seçkilərə qatılın,

396
01:02:23,240 --> 01:02:28,240
seçkini buraxmayın. Seçki önəmlidir.

397
01:02:29,560 --> 01:02:36,880
Mən əziz xalqımıza dəfələrlə üz tutub demişəm– həm bu isfənd ayında baş tutan seçkilərdə, həm də daha əvvəl ölkədə keçirilmiş

398
01:02:37,160 --> 01:02:41,680
parlament və ya prezident seçkilərində –

399
01:02:42,320 --> 01:02:50,440
dönə-dönə təkrar etmişəm ki, seçkidə iştirak etsinlər. Seçicilərin seçkidə iştirakı həlledici bir məsələdir.

400
01:02:51,160 --> 01:02:59,880
Bəziləri buna önəm vermir. Siz seçki məntəqəsinə gəlməsəniz, o emosiyaları,

401
01:03:00,120 --> 01:03:09,400
o meyli, o həvəs və marağı, iradəni seçki qutusuna ötürməsəniz, iş çətinləşəcək.

402
01:03:10,880 --> 01:03:19,400
Seçkilərə qatılın; seçkilərin ikinci etapının əhəmiyyəti birincidən heç də az deyil.

403
01:03:19,400 --> 01:03:25,200
Mən orda necə “Hamının seçkidə iştirak etməsi lazımdır” – deyirdimsə, eynilə burda da deyirəm ki, hamı seçkiyə qatılmalıdır

404
01:03:25,640 --> 01:03:30,920
Uca Yaradandan da kömək istəyin və inşallah, Allah-taala hamınıza yardımçı olacaq.

405
01:03:31,120 --> 01:03:32,360
Allahın salamı və rəhməti nəsibiniz olsun.