1
00:00:05,620 --> 00:00:08,200
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.‌

2
00:00:09,370 --> 00:00:12,220
و الحمد لله ربّ العالمين

3
00:00:12,570 --> 00:00:17,480
و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

4
00:00:26,540 --> 00:00:30,200
و لعنة الله علي اعدائهم اجمعين

5
00:00:31,220 --> 00:00:38,620
Mən İnqilabın bütün dövrlərində

6
00:00:40,770 --> 00:00:58,130
ona inam və sədaqətlə xidmət göstərmiş və hazırda da xidmət göstərən, sözün həqiqi mənasında  – bunu üzgörənlik və nəzakət xatirinə demirəm –

7
00:00:58,660 --> 00:01:09,370
inqilabçı kişi və qadınlara nümunə olan, Nəcəfabadlı əziz qardaş və bacılara xoş gəldin deyirəm.

8
00:01:10,620 --> 00:01:22,840
Xüsusilə də əziz şəhid ailələrini, hörmətli alimləri və ictimaiyyətin müxtəlif təbəqələrindən olan insanları salamlayaraq xoş gəldin deyirəm.

9
00:01:23,860 --> 00:01:32,970
Cənab Həsənatinin Nəcəfabad haqqında dediklərini

10
00:01:33,460 --> 00:01:40,310
mən də tamamilə təsdiq edirəm;

11
00:01:42,080 --> 00:01:51,330
Nəcəfabad camaatının ölkənin digər bölgələrinə nisbətən

12
00:01:53,200 --> 00:01:59,820
bir çox imtiyaz və üstünlüklərə malik olduğuna -

13
00:02:01,060 --> 00:02:09,240
İnqilab üçün keçmişdə göstərdikləri sədaqət və fədakarlığına - mən də şahidlik edirəm.

14
00:02:11,150 --> 00:02:21,460
Hələ islami mübarizə və hərəkata ögəy yanaşıldığı vaxtlarda

15
00:02:22,570 --> 00:02:29,950
Nəcəfabad bu mübarizə ideologiyasının çiçəkləndiyi bir məkan idi.

16
00:02:30,220 --> 00:02:40,260
Mən o vaxtlar - İnqilabdan öncəki illərdə - Nəcəfabada gəldiyim zaman

17
00:02:40,440 --> 00:02:51,550
insanların inqilabla bağlı proseslərdə iştirakının, emosionallığının, hadisələri necə dərindən dərk etdiyinin yaxından şahidi olmuşdum;

18
00:02:52,130 --> 00:02:58,970
təkcə gənc nəsil, yaxud ziyalılar da deyildi,

19
00:03:00,480 --> 00:03:09,680
ictimaiyyətin bütün təbəqələri bu cür idi; hətta sadə kənd camaatının bəzisi ilə İnqilabi mövzuda söhbət etdikdə

20
00:03:09,680 --> 00:03:16,040
onların necə aydın düşüncəli, məlumatlı və sabitqədəm olduqlarını görürdüm.

21
00:03:18,530 --> 00:03:28,570
Bu yolda zəhmət çəkmiş, çalışmış və insanları məlumatlandırmış həmin şəxslərə Allah rəhmət etsin.

22
00:03:31,060 --> 00:03:37,950
İnqilab qələbə çalandan sonra da Nəcəfabad yenə ön sıralarda idi.

23
00:03:38,260 --> 00:03:48,570
Burda “Nəcəf” briqadası, şəhid Kazimi və digər şəhidlər – o sədaqətli, mömin,

24
00:03:49,110 --> 00:03:58,800
qeyrətli və peşəkar komandirlər - haqqında danışıldı.

25
00:04:01,280 --> 00:04:10,840
Mən özüm bir neçə dəfə cəbhə bölgəsində, hərbi əməliyyatların getdiyi məntəqələrdə olarkən

26
00:04:11,240 --> 00:04:21,020
bu briqadanı iş başındaca görmüşdüm; onlarda olan o bariz xüsusiyyətləri insan orda da müşahidə edirdi.

27
00:04:22,480 --> 00:04:27,730
Mərd-mərdanə dayandınız, müqavimət göstərdiniz, sədaqət

28
00:04:29,330 --> 00:04:37,200
və fədakarlıq nümayiş etdirdiniz, nə qədər şəhidləriniz oldu, nə qədər müharibə əlilləriniz oldu. Sizin əməllərinizin mükafatı Allah taalanın dərgahındadır,

29
00:04:37,200 --> 00:04:46,710
adınız isə inqilab tarixinə qızıl hərflərlə yazılıb.

30
00:04:48,170 --> 00:04:56,310
Yolunuza davam etməlisiniz; biz hələ yolun sonuna gəlib çatmamışıq;

31
00:04:57,510 --> 00:05:04,170
yenə də irəli addımlamalı, çalışmalı, cihad etməliyik.

32
00:05:05,280 --> 00:05:14,480
Mübarizə meydanları əvvəlki deyil, dəyişib, amma cihadın özü hələ də qalır.

33
00:05:16,710 --> 00:05:26,530
Biz bu əmanəti sonrakı nəsillərə ötürə bilsək, o zaman öhdəmizə düşən vəzifəni yerinə yetirmiş olarıq.

34
00:05:27,640 --> 00:05:35,150
Şükürlər olsun ki, gəncləriniz fəaldılar, çalışqandılar, məlumatlıdırlar;

35
00:05:36,350 --> 00:05:38,750
ölkə də gənclərindir.

36
00:05:39,420 --> 00:05:45,150
Umidvaram ki, Allah taala şəhidlərnizin, böyük şəxsiyyətlərinizin, bu şəhərin yetişdirib

37
00:05:45,640 --> 00:05:51,600
ictimaiyyətə təhvil verdiyi görkəmli alimlərin

38
00:05:51,950 --> 00:05:56,710
istər Nəcəfabadda, istər İsfəhanda,

39
00:05:57,200 --> 00:06:02,800
istər Məşhəddə, istərsə də Qum və.sair yerlərdə yaşayıb-yaradanlar olsun –

40
00:06:04,040 --> 00:06:13,330
yəni bu məhsuldar şəhərin yetirməsi olan alim və müctəhidlərin bərəkətini sizə nəsib edəcək,

41
00:06:15,060 --> 00:06:26,260
bu bərəkətin xeyirli nəticələrini bütün ölkəmizdə müşahidə edəcəyik.

42
00:06:27,460 --> 00:06:41,550
Mən bir az da Əhli-Beytin (ə) dürdanəsi, Siddiqeyi-Tahirə Həzrəti-Fatimeyi-Zəhranın (ə) şəhadəti ilə bağlı günlər haqqında

43
00:06:43,280 --> 00:06:50,000
danışmaq istərdim. “75 gün” rəvayətinə əsasən,

44
00:06:50,530 --> 00:06:53,680
yaşadığımız bu günlər o möhtərəm xanımın şəhadətinə təsadüf edir.

45
00:06:53,950 --> 00:06:59,370
Bu günlərdə Həzrət Əmirəlmöminin (ə) qəlbi qırıq,

46
00:07:00,880 --> 00:07:08,800
sinəsi qəm-qüssə ilə dolu bir halda öz əzizi ilə vidalaşır,

47
00:07:19,420 --> 00:07:23,820
Həzrət Peyğəmbərin (s) qiymətli əmanətini ona geri qaytarır;

48
00:07:31,680 --> 00:07:34,750
Əmirəlmöminin (ə) ürəyi qəmlə, kədərlə dolu idi,

49
00:07:38,660 --> 00:07:47,240
amma Onun iradəsi, dözümü qətiyyən zəifləməmişdi;

50
00:07:47,510 --> 00:07:50,400
bu da bizim üçün bir dərsdir.

51
00:07:51,860 --> 00:07:58,530
Bəzən ürək qəm – qüssə ilə dolub daşır –

52
00:07:59,280 --> 00:08:07,200
insan həyatında, istər şəxsi, istərsə də ictimai həyatda zaman-zaman bu cür hadisələr baş verir –

53
00:08:08,480 --> 00:08:13,460
ancaq insanın əzmi, iradəsi dəyişməz qalmalı,

54
00:08:13,600 --> 00:08:20,080
addımları möhkəm olmalıdır. Elə dərdli, ağır hadisələr var ki, dağları yerindən tərpədər, çatladar,

55
00:08:20,350 --> 00:08:27,820
ancaq mömin insanın iradəsini sındıra, əyə bilməz; insan tutduğu yolu davam etdirməlidir.

56
00:08:29,910 --> 00:08:37,510
Seçki ərəfəsində olduğumuzu və seçkilərin ölkənin həyatında

57
00:08:38,040 --> 00:08:47,460
çox mühüm bir hadisə olduğunu nəzərə alaraq mən bu gün bu haqda bir neçə məqama toxunmaq istəyirəm.

58
00:08:49,370 --> 00:08:54,220
Birinci məqam seçkinin əhəmiyyəti ilə bağlıdır;

59
00:08:55,730 --> 00:09:01,550
seçki, təkcə bizim kiminsə yaxud kimlərinsə adını

60
00:09:02,080 --> 00:09:09,460
səsvermə blankına qeyd edərək seçki qutularına atmağımızdan ibarət bir hadisə deyil.

61
00:09:11,240 --> 00:09:24,170
Bizim ölkəmiz üçün seçki milli heysiyyətin ucaldılması deməkdir;

62
00:09:24,970 --> 00:09:39,730
seçki vasitəsilə xalq düşmən qarşısında sinəsini sipər edir, öz qüdrətini göstərir; ölkəmizdə seçkinin əhəmiyyəti budur.

63
00:09:41,240 --> 00:09:47,200
Düşmən görəndəki 37 illik təzyiqlərinə,

64
00:09:48,040 --> 00:09:56,000
zülmkar sanksiyalarına, qərəzli

65
00:09:56,260 --> 00:10:06,800
və xəbis təbliğatlarına rəğmən, xalqın İslam quruluşuna olan sədaqətinə xələl gətirə bilmədiyini görəndə

66
00:10:07,330 --> 00:10:14,350
bu inqilabın əzəməti onun gözünü qorxudur,

67
00:10:15,330 --> 00:10:23,060
İran xalqı gözündə böyüyür, onun inqilabı əzəmət, böyüklük qazanır; bax seçki budur!

68
00:10:24,440 --> 00:10:32,710
Seçki milli qürur və suverenliyin qorunması, dəstəklənməsi,

69
00:10:34,260 --> 00:10:38,220
İran xalqının müqavimətinin göstəricisi deməkdir.

70
00:10:39,110 --> 00:10:48,880
Baxın, bayaq cənab Həsənatı Nəcəfabad əhalisinin sədaqəti, müqaviməti haqqında danışdı;

71
00:10:49,860 --> 00:10:57,370
həm siz qəlbinizdə fəxr, qürur hissi keçirdiniz, həm də mən;

72
00:10:58,710 --> 00:11:06,080
xalqın hər hansı bir kəsiminin sədaqəti, mübarizəsi,

73
00:11:06,260 --> 00:11:16,660
qətiyyəti və iradəsi üzə çıxanda, özünü göstərəndə bunu görən və eşidən hər kəsdə qürur hissi baş qaldırır;

74
00:11:17,370 --> 00:11:22,130
seçki İran xalqının sədaqətinin göstəricisi deməkdir.

75
00:11:22,620 --> 00:11:33,730
Səksən milyona yaxın bir xalq, düşmənlə,

76
00:11:35,680 --> 00:11:45,680
minalarla dolu bir meydanda, qərəzli və xəbis niyyətli qarşıdurma

77
00:11:46,260 --> 00:11:56,880
və mübarizə arenasında bu cür şücaət və igidliklə öz varlığını, iştirakını elan edir; budur seçki!

78
00:11:57,730 --> 00:12:05,060
Baxın görün məsələ nə qədər önəmli, nə qədər ciddidir! İran İslam  Respublikasının başıucalığını, mənafeyini düşünən hər bir vətəndaş

79
00:12:05,240 --> 00:12:12,750
bu seçkilərdə iştirak etməlidir və edəcəkdə; inşaallah özünüz də görəcəksiz!

80
00:12:14,750 --> 00:12:25,240
Cümə günü bütün dünya İran xalqının öz öhdəsinə düşən vəzifəni yerinə yetirmək, haqqı ödəmək üçün – çünki bu həm bir vəzifədir,

81
00:12:25,820 --> 00:12:33,280
həm də haqq – seçkilərə necə həvəslə qoşulacağının şahidi olacaq.

82
00:12:33,730 --> 00:12:40,800
Fikrimcə seçkilər haqqında deyiləsi və mənim də həm əvvəllər, həm də indi

83
00:12:41,240 --> 00:12:48,970
dönə-dönə təkrar etdiyim ən əhəmiyyətli məqam budur: əsas məsələ seçkinin özüdür.

84
00:12:51,730 --> 00:12:57,240
İkinci məqam bundan ibarətdir ki, biz İran xalqı olaraq builki seçki ərəfəsində

85
00:12:57,510 --> 00:13:05,110
və ümumiyyətlə bu 37 il ərzində ölkəmizdə baş tutmuş müxtəlif seçkilərdə göstərdiyimiz həssaslığı

86
00:13:06,220 --> 00:13:10,750
bədxahlarımız da göstərir;

87
00:13:11,550 --> 00:13:22,000
onlar da müxtəlif üsullarla seçkilərə irad tutmağa çalışıblar.

88
00:13:23,110 --> 00:13:32,530
Cürbəcür üsullarla: bundan bir müddət əvvəl seçkilərin yalan olduğunu

89
00:13:32,530 --> 00:13:37,770
və İranda ümumiyyətlə seçkinin olmadığını deyirdilər; amma seçkilər hamının gözü önündə keçirilirdi.

90
00:13:37,770 --> 00:13:41,150
Seçkilər əleyhinə əvvəlki illərdə bu cür təbliğat aparılırdı.

91
00:13:43,020 --> 00:13:57,060
Bir müddət də başqa bir təbligat üsulu ilə vətəndaşların seçkilərə qoşulmasına açıq-aydın mane olmağa çalışdılar;

92
00:13:57,200 --> 00:14:02,400
hətta bir dəfə seçkilərdən birinə 2-3 gün qalmış

93
00:14:03,370 --> 00:14:10,800
ABŞ prezidenti: “Səsverməyə getməyin!” – deyə İran xalqına müraciət də etmişdi.

94
00:14:11,020 --> 00:14:16,400
Bəs camaat nə etdi? Xalq inadla həmin seçkidə həmişəkindən daha aktiv oldu, səsverməyə daha çox insan qoşuldu.

95
00:14:18,570 --> 00:14:24,310
İnsanların səsvermə məntəqələrinə getməsinə əngəl olmaq üçün

96
00:14:24,530 --> 00:14:31,060
işlətdikləri digər bir hiylə və təbliğat üsulu da bu idi.

97
00:14:33,240 --> 00:14:42,260
Digər bir vasitə isə bundan ibarət idi ki, insanlarda seçkilərin faydasız, mənasız olması, nəticələrin öncədən müəyyənləşdirildiyi haqda təsəvvür yaratmağa çalışırdılar;

98
00:14:42,880 --> 00:14:48,660
“Səsvermə blankına birinin adını yazırsan, qutudan bir başqasının adı çıxır” və sair bu kimi iradlar tutur, bu cür fikirlər yayırdılar;

99
00:14:49,020 --> 00:14:52,310
hamınızın yadında olar;

100
00:14:52,530 --> 00:15:02,310
nisbətən gənc olanlar, o günləri görmədikləri üçün xatırlamazlar, amma əksəriyyətin yadındadır;

101
00:15:02,800 --> 00:15:06,440
Həmin iradı toplumun düşüncəsinə yeritmək üçün şüar formasına da salmışdılar, deyirdilər.

102
00:15:06,840 --> 00:15:12,440
Təəssüflər olsun ki, ölkə daxilindəki bir qrup məlumatsız insan da onlarla birgə bu havanı çalırdı;

103
00:15:13,240 --> 00:15:19,020
bir müddət də bu vasitədən istifadə etdilər. Amma bunların heç birinin onlara faydası olmadı,

104
00:15:19,550 --> 00:15:27,950
bu kimi vasitələr xalqın inamını, iradəsini zəiflətmədi,

105
00:15:28,080 --> 00:15:36,130
insanların seçki hadisəsinin əhəmiyyətinə olan inamına, dərkinə kölgə sala bimədi.

106
00:15:36,530 --> 00:15:44,000
indi də başqa yolları təcrübədən keçirirlər. Əlbəttə, artıq Amerika rəsmiləri

107
00:15:44,400 --> 00:15:52,310
topladıqları təcrüblərinə əsasən anlayıblar ki, mövqeylərini açıq-aşkar ortalığa qoymamalıdırlar; çünki onlar nə düşündüklərini bəlli etdikcə İran xalqı da əksini edir.

108
00:15:53,370 --> 00:16:00,840
Odur ki Amerika rəsmiləri bu dəfə sakit durublar, susublar, qorxudan danışmırlar ki,

109
00:16:01,200 --> 00:16:05,280
birdən nə isə deyərlər, camaat da yenə onların dediklərinin əksinə hərəkət edər.

110
00:16:06,170 --> 00:16:12,660
Amma Amerika və İngiltərəyə köçüb

111
00:16:13,150 --> 00:16:20,130
orada imperializm süfrəsinin tör-töküntülərini yiyənlər isə ciddi şəkildə işlə məşğuldular;

112
00:16:20,260 --> 00:16:28,800
radiolarda, müxtəlif mediyalarda, sosial şəbəkələrdə və sairdə

113
00:16:29,110 --> 00:16:35,950
gecə - gündüz çalışırlar.

114
00:16:37,370 --> 00:16:47,820
Onların gördüyü işlərdən biri də əsassız, yalançı sorğular nümayiş etdirməklə insanların, guya ki,

115
00:16:48,480 --> 00:16:56,400
seçkiyə maraq göstərmədiyi barədə nəticə çıxarmaq, bu istiqamətdə fikirlər formalaşdırmaqdır.

116
00:16:57,510 --> 00:17:07,770
Son vaxtlar öyrəndikləri və hazırda da işlətdikləri üsullardan biri də əsassız ikitirəlik yaratmaqdır;

117
00:17:08,000 --> 00:17:17,550
yalançı ikitirəlik. Bu, ciddi bir məsələ olduğu üçün mən bu uydurma ikitirəlik haqqında

118
00:17:18,130 --> 00:17:24,530
siz hörmətli bacı və qardaşlarla daha ətraflı danışmaq istəyirəm.

119
00:17:25,060 --> 00:17:32,800
Bəli, seçki bir növ yarışmadır, müsabiqədir; Müsabiqələrdə

120
00:17:33,330 --> 00:17:39,600
hamı qalib gəlməyə, rəqibindən irəli keçmək üçün çalışır, zəhmət çəkir;

121
00:17:41,820 --> 00:17:50,080
Hər bir müsabiqənin mahiyyəti də elə həyəcan, sevinc, rəqibindən önə keçməyə can atmaq və sairdən ibarətdir. Seçki də yarışmadır:

122
00:17:50,530 --> 00:17:56,660
biri irəli keçir, digəri geri qalır. Seçki düşmənçilik, kiminləsə konfliktə, intriqaya girmək deyil;

123
00:17:56,840 --> 00:17:58,880
bu ikitirəlik demək deyil;

124
00:17:59,280 --> 00:18:06,710
Radio və televiziya verilişlərində, müxtəlif medialarda gedən çıxışlarda müntəzəm olaraq

125
00:18:07,150 --> 00:18:13,680
İran xalqının qütbləşdiyi, yəni bir-biri ilə düşmənçilik edən,

126
00:18:14,000 --> 00:18:18,400
bir-birinin əleyhinə çalışıb-vuruşan iki tərəfin olduğu barədə xəbərlər yayırlar.

127
00:18:19,680 --> 00:18:29,280
Bəli, İran İslam Respublikasında yalnız bir qütbləşmə, ikitirəlik var, bu da inqilab və imperializm arasındakı ikitirəlikdir.

128
00:18:31,370 --> 00:18:39,330
İmperializmin ölkədə ağalıq etdiyi dövrün qalığı olanlara, onların tərəfdarlarına,

129
00:18:39,730 --> 00:18:46,530
davamçılarına, həmfikirlərinə gəlincə, bəli, onlar İslam İnqilabını sevmir, inqilabla araları yoxdur. Bu ikitirəlik var,

130
00:18:47,860 --> 00:18:56,840
amma bütövlükdə İran xalqı, inqilabın tərəfdarı olan insanlar İslam quruluşunu dəstəkləyirlər,

131
00:18:57,600 --> 00:19:01,370
İmam Xomeyniyə (r), onunla bağlı xatirələrə –

132
00:19:01,910 --> 00:19:08,400
İmamı bir an belə olsun görməmiş, İmamın vəfatından sonra dünyaya gəlmiş nəsil –

133
00:19:09,600 --> 00:19:18,040
onun göstərişlərinə, səsinə, tövsiyələrinə, İmamın əsasını qoyduğu prinsiplərə aşiqdirlər.

134
00:19:18,710 --> 00:19:27,060
İran xalqı hamılıqla bu ideyalara bağlıdır;

135
00:19:27,680 --> 00:19:33,510
bəli, İmam Xomeynini (r.ə) və İslam İnqilabını sevənlərlə

136
00:19:33,910 --> 00:19:38,310
inqilab və rejimin prinsiplərini qəbul etməyənlər arasında,

137
00:19:38,750 --> 00:19:41,020
əlbəttə ki, bir qütbləşmə var.

138
00:19:41,240 --> 00:19:47,640
Bununla belə, mən İslam rejimini, hakim quruluşu qəbul etməyənlərə də müraciət edərək: “İranı ki sevirsiniz,

139
00:19:48,840 --> 00:19:53,460
elə isə ölkənin mənafeyi, başıucalığı naminə seçkilərə qatılın” – demişdim; indi bəziləri qulaq asır, qəbul edir, bəziləri isə qəbul etmir.

140
00:19:54,260 --> 00:20:05,600
Budəfəki seçki ərəfəsində də insanlara ictimaiyyət arasında qütbləşmə olduğu barədə fikir aşılamağa çalışırlar; uydurma qütbləşmə.

141
00:20:06,040 --> 00:20:15,370
Əlbəttə, bu ideyanın əsası, mənbəyi xaricdədir, ancaq daxildə də bəziləri tərəfindən hərdən təkrar olunur.

142
00:20:16,040 --> 00:20:20,310
Xaricilərin təbliğatı haqda az-çox məlumatı olanlar, xəbərləri izləyənlər anlayırlar ki, bu, onların işidir.

143
00:20:21,200 --> 00:20:28,880
Onlar ictimaiyyətə parlamentdə “dövlətin tərəfdarları” ilə “dövlətin əleyhdarları” arasında qütbləşmə getdiyini təlqin edirlər;

144
00:20:29,420 --> 00:20:35,640
guya ki, İranda xalqın bir hissəsi parlamentdə dövlətin tərəfdarı olan deputatları dəstəkləyir, digər bir hissəsi isə dövlətin əleyhinə olanları. Xeyr,

145
00:20:36,480 --> 00:20:42,080
İran xalqına nə dövləti dəstəkləyən bir parlament lazımdır, nə də dövlətin əleyhinə olan.

146
00:20:43,240 --> 00:20:48,000
Xalq öz vəzifə məsuliyyətini dərk edən bir parlament istəyir; elə bir parlament ki,

147
00:20:48,800 --> 00:20:52,930
qanunla öhdəsinə düşən vəzifələri bilə,

148
00:20:54,530 --> 00:21:03,420
işinə qarşı tələbkar, dindar, cəsarətli ola, Amerikadan çəkinməyə,

149
00:21:06,080 --> 00:21:11,020
həqiqətən də ölkənin irəliləyişini istəyə,

150
00:21:12,530 --> 00:21:23,860
ölkənin inkişafını bu millətin istedadlı gənclərinin elmi cəhətdən yetişdirilməsində görə.

151
00:21:26,000 --> 00:21:32,840
Xalq əhalinin dərdindən, ölkənin problemlərindən xəbərdar olan,

152
00:21:33,600 --> 00:21:41,420
bunların həlli yolunda çalışan –

153
00:21:41,730 --> 00:21:46,440
qanunvericilik də elə bu deməkdir – bir parlament tələb edir.

154
00:21:47,280 --> 00:21:50,930
Dövlətin tərəfdarı və əleyhdarı olan parlament nə deməkdir?!

155
00:21:52,570 --> 00:22:00,260
Bu, uydurma bir qütbləşmədir. Ölkənin vətəndaşları arasında sorğu keçirin və hər birinə

156
00:22:00,440 --> 00:22:08,570
belə bir sualla müraciət edin ki, siz ölkədə mövcud olan problem və çətinliklərdən xəbərdar olan,

157
00:22:08,570 --> 00:22:19,370
əhalinin dərdini bilən və bunları yoluna qoymağa çalışan bir parlament istəyirsiniz, yoxsa hansısa qüvvələrə tərəfkeşlik edən bir parlament?

158
00:22:19,950 --> 00:22:24,530
Xalqın cavabı nə olacaq?  Aydın məsələdir ki, xalq birinci variantı seçəcək.

159
00:22:26,530 --> 00:22:34,400
Çünki xalq üçün əhəmiyyətli olan budur. Camaat parlamentarilərin dindar, məsuliyyətli,

160
00:22:35,370 --> 00:22:43,910
qorxmaz, cəsarətli, düşmənin hiyləsinə, yalanlarına uymayan,

161
00:22:44,260 --> 00:22:50,840
milli heysiyyət və suverenliyə önəm verən,

162
00:22:52,840 --> 00:22:56,710
onu ayaqlar altına alıb tapdalamayan bir parlament istəriyir;

163
00:22:56,710 --> 00:23:05,110
Xalq imperializmin tamahkarlığına və haqsız tələblərinə müqavimət göstərəcək,

164
00:23:05,730 --> 00:23:14,040
əli İrandan kəsildiyi üçün ölkənin idarəçiliyini

165
00:23:15,150 --> 00:23:25,950
yenidən ələ keçirməyə, bura geri qayıtmağa çalışan tamahkar güclərin önündə duruş gətirə biləcək bir parlament arzusundadır. Xalq bu xüsusiyyətlərin daşıyıcısı olan bir parlament istəyir.

166
00:23:28,750 --> 00:23:33,730
İqtisadiyyatın daxildən güc alaraq inkişaf etdirilməsindən danışırıq;

167
00:23:35,060 --> 00:23:49,820
camaat iqtisadiyyatın daxildən güclənməsi üçün sözün əsl mənasında vaxt qoyacaq,

168
00:23:50,220 --> 00:23:57,150
rels atacaq bir parlament tələb edir; belə ki hökumətin də vəzifəsi həmin zamanlama və relslər əsasında hərəkət etmək olsun.

169
00:23:57,460 --> 00:23:59,600
Xalqımızın istədiyi bax bunlardır.

170
00:24:00,970 --> 00:24:10,620
Başqa bir məqam isə düşmənin ölkə daxilinə  nüfuz etməsi məsələsi ilə bağlıdır. Bundan bir müddət əvvəl mən düşmənin ölkəyə nüfuz etməsindən ehtiyatlı olun deyə xəbərdarlıq etmişdim.

171
00:24:10,880 --> 00:24:17,200
Bəziləri bundan boş yerə narahatlıq keçirdilər; narahat olmaq lazım deyil.

172
00:24:19,910 --> 00:24:27,330
Amerikalılar nüvə müzakirələrindən sonrakı mərhələ üçün

173
00:24:27,330 --> 00:24:36,440
İran və region əleyhinə ayrı-ayrılıqda yeni planlar hazırlayıblar. Bu, əvvəllər də bizə məlum idi, indi də aydındır.

174
00:24:38,350 --> 00:24:43,730
Onların İran üçün də, regionumuz üçün də indiyə qədər də planları olub, hazırda da var;

175
00:24:44,080 --> 00:24:47,240
əllərini əllərinin üstünə qoyub oturmayıblar ki!

176
00:24:49,200 --> 00:25:00,260
Öz çirkin planlarına qarşı regionda kimin möhkəm durduğunu da yaxşı bilirlər,

177
00:25:02,000 --> 00:25:10,260
anlayırlar. Yaxşı, bəs əgər düşmənin ölkənin daxili üçün müəyyən planları varsa, onları həyata keçirmək üçün nə edir?

178
00:25:10,750 --> 00:25:17,640
Ölkəyə nüfuz etməsini təmin edəcək müəyyən ünsürlərdən istifadə edir. Agentlik etmək təkcə kiminsə bilərəkdən, məqsədli şəkildə,

179
00:25:17,640 --> 00:25:23,420
düşməndən aldığı pul qarşılığında hansısa quruma, sisitemə daxil olması demək deyil ki! Xeyr,

180
00:25:24,350 --> 00:25:30,220
bəzən bir insan agentlik edir, amma özü belə bundan xəbərsiz olur!

181
00:25:30,400 --> 00:25:40,260
İmam Xomeyni (r.ə) deyirdi ki, bəzən düşmən bir neçə vasitə ilə öz sözünü ölkənin

182
00:25:40,480 --> 00:25:52,880
tanınmış insanlarının ağzından eşitdirir. İmam sayıq və təcrübəli idi.

183
00:25:55,640 --> 00:25:59,420
Bəzən düşmən müxtəlif yollardan,

184
00:26:00,310 --> 00:26:09,240
fərqli vasitələrdən istifadə etməklə ölkənin tanınmış simalarının əli ilə öz fikrini, istəyini həyata keçirir;

185
00:26:09,460 --> 00:26:16,840
hansılar ki ondan heç bir pul-para da almayıblar, heç bir öhdəçilik də boyun olmayıblar.

186
00:26:16,840 --> 00:26:22,880
Məgər biz bunları görməmişikmi? Məgər bunları yaşamamışıqmı?

187
00:26:23,820 --> 00:26:33,370
Elə parlamentdə deputatlardan biri durub İslam dövlətini yalançılıqda ittiham etməmişdimi?!

188
00:26:33,600 --> 00:26:37,820
Həmin şəxs parlament kürsüsündən – o ümumxalq tribunadan: “Biz 10-13 ildir

189
00:26:38,660 --> 00:26:46,000
dünyaya yalan deyirik, dünyanı aldadırıq” söyləməmişdimi?!

190
00:26:48,880 --> 00:26:53,950
Bəli, o, düşmənin sözünü deyirdi, düşmənin dediyini təkrarlayırdı. Düşmən bizi yalançılıqda ittiham edirdi,

191
00:26:54,220 --> 00:27:02,440
indi də öz aramızadan biri önə çıxıb deyirdi ki, İslam rejimi dünyanı aldadır! Bu, agentlik etmək deyilmi?

192
00:27:03,060 --> 00:27:08,530
Ola bilsin ki, o şəxsin özünün belə bundan xəbəri yoxdur, bu hərəkətinin düşmənə agentlik etmək olduğunu da heç bilmir.

193
00:27:12,260 --> 00:27:23,860
Bizdə elə bir parlament var idi ki,

194
00:27:23,860 --> 00:27:29,600
nüvə müzakirələrinin çox gərgin şəraitdə getdiyi, o zaman danışıqlarda iştirak edən komandaya rəhbərlik edən hazırkı prezidentin

195
00:27:29,910 --> 00:27:35,860
qarşı tərəflə min bir əziyyətlə, zəhmətlə çox qızğın müzakirələr apardığı,

196
00:27:37,420 --> 00:27:46,040
əslində isə İranın sözünü yeritmək üçün çarpışıb-vuruşduğu bir vaxtda o parlamentdə qarşı tərəfin sözünə yaşıl işıq yandıracaq

197
00:27:47,150 --> 00:27:53,330
3-cü dərəcədə təcili bir layihə müzakirəyə qoyulmuşdu.

198
00:27:54,660 --> 00:28:03,950
O zaman cənab Ruhani gileylənərək mənə bildirmişdi ki,

199
00:28:03,950 --> 00:28:12,350
biz orda məqsədimizə yaxınlaşmaq üçün mübarizə aparırıq, burda isə bəzi cənablar düşmənin xeyrinə layihə hazırlayırlar.

200
00:28:12,350 --> 00:28:16,930
Belə hərəkətlər düşmənin ölkəyə nüfuz etməsi deyil, bəs nədir? Nüfuz etməyin daha buynuzu-qulağı olmur ki!

201
00:28:16,930 --> 00:28:26,710
Nəyə görə düşmənin ölkəyə nüfuz etməsinin adı çəkilən kimi bəziləri dərhal qəzəblənib: “Niyə nüfuz dediniz, niyə nüfuzdan danışdınız?” – deyirlər? Bəli, nüfuz məsələsini diqqət mərkəzində saxlamaq lazımdır.

202
00:28:31,600 --> 00:28:37,370
Düşmən ölkəyə nüfuz etmək fikrindədir. Bəs elə isə bu məsələyə kim diqqət yetirməlidir?

203
00:28:37,950 --> 00:28:42,220
Buna məlumatlı bir şəkildə həm əhali,

204
00:28:43,110 --> 00:28:52,260
həm rəsmilər, həm də siyasətçilər, siyasət adamları diqqət yetirməlidir; onlar daha diqqətli və ehtiyatlı davranmalıdırlar.

205
00:28:54,080 --> 00:29:04,000
Diqqət etməli, düşmənin istədiyinin əksinə hərəkət etməlidirlər.

206
00:29:06,000 --> 00:29:13,860
Elə ki gördünüz düşmən ikitirəlik salmaq üçün nə isə edir,

207
00:29:14,130 --> 00:29:23,420
deməli araya şübhə toxumu səpmək niyyətindədir. Düşmən sizə dost ola bilməz,

208
00:29:23,820 --> 00:29:29,200
ona görə də düşmənin belə bir hiylə işlətdiyinin şahidi olan kimi

209
00:29:29,330 --> 00:29:34,530
dərhal, çək-çevir etmədən ona nifrətinizi bəlli edin, onun tərifinə ehtiyacınız  olmadığını deyin.

210
00:29:58,220 --> 00:30:07,510
Siz ki deyirsiniz düşmən bu cür hərəkətlərlə araya təfriqə salmaq, konflikt yaratmaq məqsədi güdür, elə isə əhalidə yanlış təsəvvür, tərəddüd yaranmasına şərait yaratmayın.

211
00:30:08,570 --> 00:30:14,800
Bu məsələlərə diqqətli yanaşmaq lazımdır. Qayıdaq yenə də İmamın (r.ə) göstərişlərinə;

212
00:30:14,800 --> 00:30:18,220
İmam buyururdu: “Elə ki gördünüz düşmən sizi tərifləməyə başlayıb,

213
00:30:18,480 --> 00:30:26,000
öz davranışınızdan şübhələnin, baxın görün hansı yanlış addımı atmısınız ki,

214
00:30:26,800 --> 00:30:34,000
düşmənin xoşuna gəlib və buna görə də sizi tərifləməyə başlayıb.” İslam İnqilabının göstərişləri bunlardır,

215
00:30:35,460 --> 00:30:44,260
bu cür davranmaq, bu şəkildə irəliləmək lazımdır; səhlənkarlıq etmək olmaz.

216
00:30:44,750 --> 00:30:48,000
Ölkəni idarə etmək asan iş deyil.

217
00:30:49,950 --> 00:31:00,750
Bu böyüklükdə, bu əzəmətdə, bu igidlikdə bir xalqı irəliyə doğru aparmaq balaca iş deyil.

218
00:31:01,200 --> 00:31:06,400
Ehtiyatlı və diqqətli davranaraq, gözünü dörd açaraq addımlamaq,

219
00:31:06,750 --> 00:31:13,330
düşmənin qarşısında sarsılmaz iradə ilə hərəkət etmək lazımdır.

220
00:31:14,130 --> 00:31:19,370
Qeyd etmək istədiyim digər bir mühüm məqam bu idi.

221
00:31:20,880 --> 00:31:27,370
Digər önəmli bir məqam isə leksikonumuzda düşmənin işlətdiyi siyasi ifadələrdən istifadə etməməklə əlaqəlidir.

222
00:31:27,860 --> 00:31:33,640
Mən bunu xüsusilə müxtəlif siyasi sferalarda, hökümət və qeyri-hökumət strukturlarında

223
00:31:34,040 --> 00:31:40,620
fəaliyyət göstərən hörmətli qardaşlarımıza, dostlarımıza həmişə israrla tapşırmışam;

224
00:31:40,930 --> 00:31:44,000
nitqinizdə düşmənin istifadə etdiyi siyasi ifadələrdən istifadə etməyin.

225
00:31:45,150 --> 00:31:57,510
İslam İnqilabının düşmənləri ilk gündən “radikal” və “mötədil” ifadələrini ortaya atdılar;

226
00:31:58,930 --> 00:32:03,420
“filankəs radikaldır, radikal yönümlüdür”, “filankəs mötədildir, orta yol tutur”.

227
00:32:03,770 --> 00:32:09,460
Onların fikrincə, hamıdan daha radikal olan isə əvvəllər İmam Xomeyni (r.ə) idi,

228
00:32:11,240 --> 00:32:19,680
hazırda da ən radikal düşüncəli şəxs mənəm.

229
00:32:20,080 --> 00:32:28,040
“Mötədil” sözü ilk baxışdan gözəl bir sözdür, ancaq İslam təlimləri başqa cür deyir;

230
00:32:30,040 --> 00:32:40,530
gəlin İslam maarifini, İslam təlimlərini düzgün dərk edək. İslam dini orta həddin, orta yolun tərəfdarıdır:

231
00:32:40,530 --> 00:32:43,240
“Beləliklə də sizi orta yol tutan (ədalətli və seçilmiş) bir ümmət etdik ki...”

232
00:32:43,240 --> 00:32:47,200
Yaxşı bəs İslamın nəzərdə tutduğu “orta yol” hansıdır?

233
00:32:48,310 --> 00:32:56,350
Bu anlayış “radikal” anlayışının antonimidirmi? Xeyr. İslam maarifindəki “orta yol”, “orta hədd” anlayışı “düzgün olmayan, əyri yol”, “düz yoldan sapmaq” anlayışlarının antonimi kimi işlədilir.

234
00:32:57,510 --> 00:33:11,770
“Sağ və sol tərəflər qaranlıqdır, zəlalət yoludur və orta yol isə ədalət yoludur.” Bunu “Nəhcül-bəlağə” deyir.

235
00:33:13,150 --> 00:33:19,910
Orta yol – yəni düz yol.

236
00:33:20,480 --> 00:33:29,240
Bu düz yoldan sapsanız,  kənara çıxsanız – istər sağa, istərsə də sola – bu artıq orta yol olmayacaq.

237
00:33:29,600 --> 00:33:39,640
Demək, orta yolun ziddi radikallıq deyil, əyri yoldur.

238
00:33:40,400 --> 00:33:47,370
Orta yolda olmayan düz yoldan çıxmış, sapmış olandır; amma bu orta yolda

239
00:33:48,260 --> 00:33:52,710
bəziləri sürətlə, iti addımlarla, bəziləri isə asta, ləng addımlarla irəliləyir.

240
00:33:53,420 --> 00:33:57,460
Düz yolda sürətlə addımlamaq, təbii ki, yaxşı bir şeydir:

241
00:33:57,770 --> 00:34:00,930
“(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın”.

242
00:34:03,600 --> 00:34:13,460
Hər kəsdən önə keçməyə çalışın. Bu gün ölkə sərhədlərindən kənarda “radikal” ifadəsini işlədənlər

243
00:34:13,460 --> 00:34:19,150
bununla müəyyən məqsəd güdür, konkret bir mənanı nəzərdə tuturlar.

244
00:34:19,950 --> 00:34:28,880
Buna görə də ölkə daxilindəki dostlarımız, qardaşlarımız ehtiyatlı davranmalıdırlar ki, düşmənin bu ifadələrlə izlədiyi məqsədi təkrarlamasınlar.

245
00:34:29,150 --> 00:34:36,620
“Radikal” sözünü işlədənlər, əslində, İslam İnqilabı yolunda daha qətiyyətlə, möhkəm addımlarla irəliləyən şəxsləri nəzərdə tuturlar;

246
00:34:36,750 --> 00:34:39,860
islamçı qüvvələri  “radikal” adlandırır,

247
00:34:41,150 --> 00:34:45,600
onların istəklərinə itaət göstərənlərə isə “mötədil” deyirlər.

248
00:34:45,950 --> 00:34:53,600
Amerika, İngiltərə və onlar kimilərin siyasi leksikonunda işlədilən “radikal” və “mötədil” sözlərinin mənası budur:

249
00:34:54,080 --> 00:35:03,020
“radikal” – İslam İnqilabı ideyasına bağlı olanlar, “mötədil” isə onların, yəni düşmənin istək və maraqlarına təslim olub boyun əyənlərdir.

250
00:35:03,860 --> 00:35:10,260
Yaxşı, bəs onlara itaət göstərənlər kimlərdir? Sevindirici haldır ki, İranda “mötədil” düşüncəli insanların olmadığını,

251
00:35:10,260 --> 00:35:15,370
camaatın hamısının “radikal” olduğunu özləri də etiraf edirlər. Bax bu, döğru sözdür

252
00:35:17,240 --> 00:35:22,880
İran xalqı arasında nə kimsə onlara bağlıdır, nə də kimsə onlardan asılıdır.

253
00:35:23,060 --> 00:35:29,150
Hərdən diqqətsizlik edib səhvə yol verən, ayagı büdrəyən, yanlış addım atanlar olur,

254
00:35:30,400 --> 00:35:37,600
amma bütövlükdə İran xalqı İslam İnqilabının tərəfdarıdır, bu inqilabın yolu ilə gedir, onun davam etməsini israrla istəyir;

255
00:35:37,600 --> 00:35:43,420
onlar isə bu xüsusiyyətlərin daşıyıcılarını “radikal” adlandırırlar. Elə isə biz niyə onların sözlərini təkrar etməliyik?

256
00:35:44,800 --> 00:35:49,150
Onlar İŞİD-i də radikal adlandırırlar, məgər İŞİD radikaldır?

257
00:35:50,080 --> 00:35:55,420
Onlar azğın, İslamın, Quranın qoyduğu

258
00:35:55,640 --> 00:36:03,820
düz yoldan çıxmış bir dəstədir. Bizdə bu mənada radikallıq yoxdur.

259
00:36:05,640 --> 00:36:16,480
Odur ki düşmənin xüsusi mənalar nəzərdə tutaraq istifadə etdiyi bu kimi sözləri təkrarlamamağa diqqət göstərmək lazımdır.

260
00:36:18,480 --> 00:36:24,710
Sonda qeyd etmək istədiyim başqa bir məqam da var.

261
00:36:24,710 --> 00:36:33,330
Hörmətli qardaşlar, bacılar, mənim balalarım, əziz gənclər!

262
00:36:34,170 --> 00:36:38,570
Siz kimi seçsəniz, nəyi seçsəniz, özünüz üçün seçmiş olacaqsınız.

263
00:36:39,370 --> 00:36:45,730
Yaxşı seçiminizin nəticəsi sizin özünüzə geri qayıdacaq;

264
00:36:47,600 --> 00:36:54,840
diqqətsiz seçim etsəniz, bu işin mənfi nəticəsi də

265
00:36:55,020 --> 00:37:03,640
özünüzə geri dönəcək; bu işin xüsusiyyəti budur.

266
00:37:03,640 --> 00:37:10,350
Öz azad iradənizlə addım atırsınız, ona görə də

267
00:37:10,880 --> 00:37:18,260
çalışın ki, işi lazımi səviyyədə həyata keçirəsiniz. Əgər düzgün və diqqətli seçim etsəniz, bunun sizə iki faydası olacaq:

268
00:37:18,970 --> 00:37:22,660
Əgər düzgün və diqqətli seçim etsəniz, bunun sizə iki faydası olacaq:

269
00:37:23,060 --> 00:37:31,820
əvvəla, bu işi düzgün yerinə yetirdiyiniz üçün Allah-taala sizdən razı qalacaq,

270
00:37:32,000 --> 00:37:38,260
ikincisi, böyük ehtimalla, işin nəticəsi də düzgün olacaq.

271
00:37:38,800 --> 00:37:47,680
Əgər işi lazımi şəkildə, düzgün və diqqətli yerinə yetirsək, sonu yaxşı nəticələnməsə belə,

272
00:37:47,680 --> 00:37:50,660
o birinci mükafat öz qüvvəsində qalacaq.

273
00:37:51,370 --> 00:37:59,280
Hərtərəfli düşünülmüş şəkildə, uzaqgörənliklə görülən işi

274
00:37:59,280 --> 00:38:05,820
Allah-taala sizdən qəbul edəcək; iş əsnasında hansısa səhv buraxmış olsanız belə.

275
00:38:06,400 --> 00:38:12,310
Diqqətsiz yerinə yetirilən işdən isə həm Allah-taala narazı qalacaq,

276
00:38:12,660 --> 00:38:19,770
həm də haqqa uyğun olmaq ehtimalı daha zəif olacaq.

277
00:38:20,710 --> 00:38:24,880
Odur ki səs verməmişdən öncə namizədlərlə tanış olun, sonra səs verin;

278
00:38:25,680 --> 00:38:36,130
dindarlığına, məsuliyyətinə, İslam İnqilabına olan sədaqətinə, İslam İnqilabına olan bağlılığına,

279
00:38:36,880 --> 00:38:41,730
qətiyyətinə, iradəsinə, cəsarətinə, qorxmazlığına

280
00:38:42,080 --> 00:38:44,440
əmin olun, sonra səs verin;

281
00:38:44,710 --> 00:38:52,880
istər parlament seçkiləri olsun, istərsə də Xubriqan Məclisinə seçkilər, fərqi yoxdur,

282
00:38:53,680 --> 00:38:59,240
hər ikisi eyni dərəcədə önəmlidir, hər iki mövzunun əhəmiyyəti haqda da bundan əvvəl danışmışam.

283
00:39:00,400 --> 00:39:06,930
Namizədlər haqqında məlumatınız yoxsa da, “Tanımıram, ona görə də səs verməyəcəyəm” – deməyin,

284
00:39:07,820 --> 00:39:19,680
dindarlığına, məsuliyyətinə, gözüaçıqlığına əmin olduğunuz adamlardan həmin namizədlər haqqında soruşub öyrənin; çıxış yolu budur.

285
00:39:21,510 --> 00:39:29,460
Odur ki yol da, hədəf də, öhdəmizə düşən dini vəzifə də məlumdur, aydındır,

286
00:39:29,910 --> 00:39:38,000
görüləcək iş də böyük, əhəmiyyətli bir işdir. İnsan ilahi məqsəd daşıyan böyük bir işi düzgün həyata keçirmiş olarsa;

287
00:39:39,060 --> 00:39:42,260
“Əgər siz Allaha (Onun dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər”.

288
00:39:42,930 --> 00:39:51,770
Siz Allah-taalaya yardım etmək üçün addım atsanız, Allah-taala da, hökmən, sizə yardım edəcək.

289
00:39:52,570 --> 00:40:00,400
O zaman seçkilərin nəticəsi necə olursa-olsun, ölkənin xeyrinə sona çatacaqdır, inşallah.

290
00:40:01,600 --> 00:40:11,860
Və mən buna qəti surətdə əminəm ki, düşmənin cidd-cəhdinə baxmayaraq – 37 ildir ki,

291
00:40:12,350 --> 00:40:16,620
İslam İnqilabına zərbə vurmaq üçün durmadan, fasiləsiz olaraq çalışır,

292
00:40:17,150 --> 00:40:22,930
amma onun istəyinin əksinə olaraq – bizim inqilabımız və ölkəmiz inkişaf edib, irəliləyib

293
00:40:23,370 --> 00:40:34,480
və bilin ki, bundan sonra da Allah-taala son qələbəni İran xalqına və bu qüdrətli ölkəyə nəsib edəcəkdir.

294
00:40:36,350 --> 00:40:40,000
İnşallah, siz də bu seçkidə istədiyiniz nəticəni əldə edəcəksiniz

295
00:40:40,440 --> 00:40:44,080
və Allah-taala da düşmənlərinizi məğlub edəcək.

296
00:40:44,260 --> 00:40:56,570
İlahi yardımın sayəsində düşmən bu inqilaba, bu quruluşa heç bir zərbə vura bilməyəcək!

297
00:40:56,750 --> 00:41:02,480
Aləmlərin Rəbbindən əziz şəhidlərimizi,

298
00:41:02,970 --> 00:41:10,170
habelə bu yolu bizə göstərmiş dahi  öndərimiz İmam Xomeynini (r.ə) dərgahında ən uca məqamlara yetirməsini istəyirik

299
00:41:10,750 --> 00:41:15,460
və dua edirik ki, İran xalqına qarşısına çıxan bütün məsələlərdə, xüsusilə də

300
00:41:15,680 --> 00:41:21,680
iki gün sonra baş tutacaq seçkidə

301
00:41:21,820 --> 00:41:24,400
uğur qazandırsın inşaallah.

302
00:41:24,660 --> 00:41:28,310
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.