1
00:01:18,040 --> 00:01:20,320
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:01:21,640 --> 00:01:30,080
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا ابي‌القاسم المصطفي محمّد

3
00:01:38,960 --> 00:01:48,120
و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين

4
00:01:49,080 --> 00:01:53,320
Bu gün mənim üçün çox gözəl və ürəkaçan bir gündür.

5
00:01:55,120 --> 00:02:03,640
Bu ölkənin, bu inqilabın gələcəyi üçün, doğrudan da,

6
00:02:07,040 --> 00:02:27,760
böyük ümidlər yaradan siz əzizlərimin – saf qəlbli, stimullu inqilabçı gənclərin arasında olmaq mənə çox xoşdur.

7
00:02:28,000 --> 00:02:34,080
Əvvəla, sizi Həzrət Mehdinin (Ruhlarımız ona fəda olsun!)

8
00:02:34,840 --> 00:02:48,360
mübarək mövludu münasibətilə təbrik edirəm;

9
00:02:49,080 --> 00:02:59,120
inşallah, hamınız bu gün və gələcəkdə o böyük imamın həqiqətən intizarında olanlardan, onun əsl silahdaşlarından olasınız.

10
00:03:01,120 --> 00:03:09,040
3 xordad günü də unudulmaz günlərdən biridir;

11
00:03:09,880 --> 00:03:24,720
əziz İranımızın, onun İslam İnqilabının tarixində parlaq günlərdəndir.

12
00:03:25,840 --> 00:03:39,800
3 xordad bir simvoldur; haqqın batil üzərində qələbəsinin, ilahi qüdrətin, Allah-taalanın qüdrət əlinin simvoludur;

13
00:03:40,360 --> 00:03:46,600
belə ki İmam Xomeyni (r.ə) buyurur: “Bizi qüdrətli bir əl qoruyur”.

14
00:03:47,240 --> 00:03:54,520
3 xordad – Xürrəmşəhrin azad edildiyi gün belə bir gündür.

15
00:03:54,960 --> 00:04:04,360
Əziz məzunlar, həmçinin bu gün hərbi rütbəsini alan əziz gənclər, hamınızı təbrik edirəm.

16
00:04:04,560 --> 00:04:14,600
Çox gözəl bir yola başlayırsınız; Allah-taala sizə mənəvi dəstək olsun, uğurlar nəsib etsin, inşallah;

17
00:04:14,800 --> 00:04:27,360
inşallah, bu yolda ciddiyyətlə, möhkəm əzmlə, daha artıq stimulla irəliləyin.

18
00:04:28,920 --> 00:04:40,080
Xürrəmşəhrin fəthinə gəlincə, siz gənclərdən çoxunuz o vaxtlar dünyada olmamısınız,

19
00:04:40,400 --> 00:04:51,080
yaxud olsanız da, uşaq olmusunuz, yaşınız çox az olub. Xürrəmşəhrin fəth edildiyi gün çox böyük bir hadisə idi.

20
00:04:53,480 --> 00:05:00,600
Səhv etmirəmsə, hələ xəbərin üstündən bir neçə saat keçməmişdi,

21
00:05:01,120 --> 00:05:10,440
mən prezident iqamətgahından imamın evinə tərəf yola düşdüm.

22
00:05:10,720 --> 00:05:18,480
Yolustü gördüm ki, insanlar çox böyük coşğu ilə küçələrə çıxıb; elə bil, mitinq idi, yürüş idi.

23
00:05:19,400 --> 00:05:23,720
Bizim avtomobilimizi görən kimi yaxınlaşıb təbrik etməyə başladılar.

24
00:05:24,400 --> 00:05:35,080
Bütün ölkədə birdən-birə, spontan şəkildə bir ümummilli bayram yaşanırdı; bu dərəcədə önəmli bir məsələ idi.

25
00:05:36,640 --> 00:05:46,240
Əlbəttə, o zaman insanların əksəriyyəti bu fəthin nəyin, hansı hadisənin nəticəsi olaraq baş verdiyini bilmirdi.

26
00:05:46,440 --> 00:06:00,320
Əhalinin o fədakarlıqlardan, o xırdalıqlardan, o inanılmaz və heyrətamiz səylərdən xəbəri yox idi;

27
00:06:01,320 --> 00:06:03,760
elə bu gün də çoxları bilmir.

28
00:06:04,120 --> 00:06:14,240
Mən tövsiyə edirəm ki, Xürrəmşəhrin fəthi ilə nəticələnmiş “Müqəddəs evə doğru” əməliyyatının,

29
00:06:14,360 --> 00:06:23,880
həmçinin digər əməliyyatların – “Fəthül-mubin” əməliyyatının və sairin təfərrüatları haqda

30
00:06:25,040 --> 00:06:32,480
yazılmış kitabları hamı oxusun; oxusunlar və görsünlər ki, nələr baş verib. Bir vaxtlar mən

31
00:06:32,960 --> 00:06:39,840
Müqəddəs Müdafiəni divarın yuxarısından asılmış böyük və möhtəşəm bir rəsm əsərinə bənzətmişdim;

32
00:06:40,600 --> 00:06:49,280
biz bu tabloya aşağıdan baxıb onu tərifləyirik, amma əgər bir qədər yaxınlaşıb

33
00:06:50,320 --> 00:06:58,000
o əsərdə işlənmiş elementləri, rəssamın məharətli priyomlarını, müxtəlif rənglərin

34
00:06:59,280 --> 00:07:07,480
bir-birinə necə ustalıqla qarışdırıldığını, müxtəlif naxışları, fırça işinin xırdalıqlarını görsək,

35
00:07:08,080 --> 00:07:16,840
heyranlığımız on dəfə artar. Müqəddəs Müdafiə mövzusunda yazılmış kitablar da əslində

36
00:07:17,240 --> 00:07:25,280
bu tabloya uzaqdan nəzər salan bizlər üçün həmin xırdalıqları aydınlaşdırır. Bəli, böyük bir hadisə idi.

37
00:07:26,520 --> 00:07:37,800
Lakin bu hadisədən də daha böyük olanı bu idi ki, Xürrəmşəhr azad ediləndən,

38
00:07:38,360 --> 00:07:50,640
bu qədər əziyyət çəkiləndən, gənclər bu qədər tər tökəndən, bu qədər şəhidimiz düşəndən, bu qədər zəhmətlər çəkiləndən sonra

39
00:07:51,400 --> 00:08:04,320
İmam Xomeyni (r.ə) – Allahın göndərdiyi o adam, Allahın sözün əsl mənasında müdrik bəndəsi – buyurdu ki, “Xürrəmşəhri Allah-taala azad etdi!”

40
00:08:06,480 --> 00:08:15,040
Xürrəmşəhri Allah-taala azad etdi! Bu, çox önəmli bir cümlədir. Bu, nə deməkdir?

41
00:08:15,580 --> 00:08:21,540
Bu, o deməkdir ki, əgər siz cəhd göstərsəniz, çalışsanız, Allahın qüdrəti də sizin arxanızda durar.

42
00:08:24,520 --> 00:08:28,680
Arxa-dayağı olmayan ordu heç bir şey edə bilməz;

43
00:08:29,660 --> 00:08:37,120
arxada dayağı, çoxlu sayda ehtiyat qüvvəsi olan bir ordu isə hər şeyə qadirdir.

44
00:08:38,340 --> 00:08:47,320
Dayağı, ehtiyat qüvvəsi Allahın qüdrəti olan bir ordunu isə

45
00:08:47,580 --> 00:08:53,600
daha məğlub etmək mümkündürmü? İmam bizə bunu başa saldı;

46
00:08:54,980 --> 00:09:03,860
başa saldı ki, biz cəhd göstərəndə, çalışanda, tənbəllik etməyəndə, meydana girəndə,

47
00:09:04,260 --> 00:09:12,540
öz gücümüzü, bacarığımızı ortaya qoyanda o yerdə Allahın qüdrəti bizim arxamızda durur;

48
00:09:13,220 --> 00:09:26,600
ona görə də Xürrəmşəhri Allah-taala azad etmişdir. Bu məntiqlə Allah-taala dünyanın imperializmin ağalığı altında olan bütün bölgələrini də azad edə bilər.

49
00:09:29,460 --> 00:09:44,220
Bu məntiqlə Fələstin də azad edilə bilər. Bu məntiqlə istənilən xalq zülm və basqıdan qurtula bilər;

50
00:09:44,800 --> 00:09:49,020
bir şərtlə ki, bu məntiq gerçəkləşə.

51
00:09:51,950 --> 00:09:56,000
Bizim məntiqimiz bu olsa, sarsılmaz olarıq.

52
00:09:57,330 --> 00:10:06,930
Bu məntiqlə meydana girsək, heç bir qorxu bilmərik.

53
00:10:07,680 --> 00:10:19,770
Artıq qarşımızda duran böyük dövlətlərin hərbi, yaxud təbliğat, pul, maliyyə, iqtisadi imkanları bizim üçün qorxuducu, dəhşətli olmaz.

54
00:10:21,730 --> 00:10:29,950
Axı artıq Allahın qüdrətinə arxalanmış olacağıq. Əlbəttə ki, Allahın qüdrəti tənbəl insanların arxasında olmaz;

55
00:10:30,440 --> 00:10:38,040
fədakarlıq etməyə hazır olmayan xalqların arxasına keçməz.

56
00:10:38,530 --> 00:10:46,840
Allahın qüdrəti yalnız meydana atılan, hərəkət edən, çalışan,

57
00:10:46,840 --> 00:10:54,440
hər bir işə hazır olan xalqların arxasında olur; belələri Allahın qüdrətinə söykənir.

58
00:10:54,620 --> 00:11:02,710
“Allah iman gətirənlərin himayədarıdır. Kafirlərin isə heç bir himayədarı yoxdur!” (“Muhəmməd” surəsi, 11-ci ayə)

59
00:11:03,550 --> 00:11:15,640
Bunu Quran ayəsi deyir. Sizin himayəçiniz Allah-taaladır. Sizin elə bir himayədarınız var ki, bütün varlıq aləmi onun qüdrəti altındadır.

60
00:11:15,950 --> 00:11:21,550
Sizin belə bir himayədarınız var, kafirlərin isə yoxdur.

61
00:11:23,280 --> 00:11:29,730
Bədr döyüşündə kafirlər öz bütlərinin adını çəkib

62
00:11:31,460 --> 00:11:36,040
şüarlar səsləndirməyə başlayanda Peyğəmbər (s) müsəlmanlara göstəriş verir ki, desinlər:

63
00:11:36,310 --> 00:11:40,480
اَللهُ مَولانا وَ لا مَولي‌ لَکُم

64
00:11:41,240 --> 00:11:52,530
– Allah-taala bizim arxamızdadır, bizi himayə edir, bizim gücümüz onun gücünə söykənir, sizdə isə belə bir imkan yoxdur; və elə bu cür də olur.

65
00:11:53,820 --> 00:12:02,440
Hazırda 37-38 ildir ki, bu mübarək cücərtini –

66
00:12:03,150 --> 00:12:09,730
İslam Respublikasını, dövlət quruluşu şəklində təcəssüm etmiş

67
00:12:10,480 --> 00:12:18,840
inqilabı məğlub etmək üçün əllərindən gələn hər şeyi edirlər, amma bacarmırlar; – Bizim himayəçimiz Allahdır.

68
00:12:20,970 --> 00:12:33,860
İran xalqı meydandadır; kənara çəkilib oturaraq elə hey nıqqıldayan, yaxud təkcə şəhvət və həvəslərini düşünən bir ovuc qeyrətsiz adama baxmayın;

69
00:12:34,130 --> 00:12:38,530
xalq meydandadır, xalq proseslərin içindədir.

70
00:12:40,660 --> 00:12:49,280
Bu xalqın arasında hər an canını fəda etməyə hazır olan nəhəng bir kütlə var.

71
00:12:50,530 --> 00:13:03,150
Allahın qüdrətinin insanın arxasında durmasına şərait yaradan da məhz elə budur. Qüvvələrin qeyri-bərabər olduğu döyüş bax bu deməkdir.

72
00:13:05,420 --> 00:13:16,480
Qeyri-bərabər döyüş odur ki, iki qarşı tərəf tam fərqli mənbələrdən alınmış, müxtəlif mahiyyətli imkanlara malikdirlər;

73
00:13:16,800 --> 00:13:26,170
qeyri-bərabər döyüş budur; yəni tərəflərdən hər birinin əlində

74
00:13:26,170 --> 00:13:30,440
qarşı tərəfdə olmayan güc mənbələri, imkanlar var.

75
00:13:32,000 --> 00:13:37,240
Biz dünya imperializmi ilə qeyri-bərabər döyüş vəziyyətindəyik. Nəyə görə?

76
00:13:37,770 --> 00:13:45,330
Ola bilsin, onda elə imkanlar var ki, bizdə yoxdur, amma bizim də əlimizdə elə imkanlar var ki, onlar üçün əlçatmazdır.

77
00:13:45,640 --> 00:13:54,260
O imkanlar hansılardır? Allaha təvəkkül, inam, son qələbənin bizim olacağına arxayınlıq,

78
00:13:54,480 --> 00:14:00,930
mömin insanın gücünə, iradəsinə olan inam;

79
00:14:02,000 --> 00:14:12,880
bizdə bütün bunlar var; bax qeyri-bərabər döyüş belə olur. Qeyri-bərabər savaşda bir-biri ilə vuruşan, əslində, iradələrdir;

80
00:14:13,060 --> 00:14:22,400
hansı tərəfin iradəsi üstün gəldisə, qələbə də onun olacaq. Meydanda iradənizi zəifləməyə qoymayın;

81
00:14:23,060 --> 00:14:30,660
savaş meydanında iradənizdə tərəddüd yaranmasına imkan verməyin;

82
00:14:31,060 --> 00:14:39,200
döyüş meydanında tərəflərdən hansınınsa iradəsi zəiflədisə, mütləq, məğlub olacaq.

83
00:14:40,570 --> 00:14:50,170
İradənizi zəifləməyə qoymayın, düşmənin təbliğatının və vəsvəsələrinin

84
00:14:50,970 --> 00:15:02,480
sizin möhkəm iradə və əzminizdə tərəddüd yaratmasına icazə verməyin; öz möhkəm, sarsılmaz iradənizi qoruyub saxlayın; qələbənin qarantı budur.

85
00:15:05,020 --> 00:15:18,880
Bu gün top-tüfəngli müharibələr aktual deyil; bu gün bizim ölkəmizin ənənəvi hərbi təcavüzlə üzləşə biləcəyi

86
00:15:19,550 --> 00:15:26,840
ehtimalı həddən artıq zəifdir, amma cihad öz yerində qalır;

87
00:15:28,620 --> 00:15:38,310
cihad başqa bir şeydir. Cihad təkcə top-tüfənglə döyüşmək demək deyil, ölüb-öldürmək demək deyil;

88
00:15:38,800 --> 00:15:50,170
cihadın mənası daha genişdir. Cihadlar arasında elə bir cihad var ki,

89
00:15:50,930 --> 00:15:56,260
Allah-taala Quranda onu “cihadi-kəbir” – böyük cihad adlandırmışdır:

90
00:15:56,930 --> 00:16:01,510
“... və onlara qarşı onunla (Quranla)böyük bir cihad et!” (“Furqan” surəsi, 52-ci ayə)

91
00:16:02,880 --> 00:16:14,930
Mübarək “Furqan” surəsindədir; “onunla” – yəni Quranla;

92
00:16:15,770 --> 00:16:27,600
“جهِدهُم بِه‌” – yəni onlara qarşı Quran vasitəsilə cihad et; “جِهادًا کَبيرًا” – böyük bir cihad. Bu ayə Məkkədə nazil olub.

93
00:16:28,480 --> 00:16:41,370
Əziz gənclər, diqqət edin, Məkkədə hərbi döyüş yox idi, Peyğəmbərə (s) və müsəlmanlara silah vasitəsilə döyüşmək əmri verilməmişdi,

94
00:16:43,460 --> 00:16:50,480
onlar başqa bir işi həyata keçirirdilər. Bu şərif

95
00:16:51,460 --> 00:16:59,280
ayədə Allah-taala məhz həmin o başqa iş haqda buyurur: وَ جهِدهُم بِه‌ جِهادًا کَبيرًا Həmin iş nədən ibarətdir?

96
00:16:59,860 --> 00:17:06,400
O iş müqavimət, möhkəm durmaq, düşmənə boyun əyməməkdir.

97
00:17:07,240 --> 00:17:13,200
“Kafirlərə itaət etmə və onlara qarşı onunla (Quranla) böyük bir cihad et!”

98
00:17:13,820 --> 00:17:16,970
Müşriklərə itaət etmə.

99
00:17:17,680 --> 00:17:23,330
فَلا تُطِعِ الکفِرينَ وَ جهِدهُم بِه‌ جِهادًا کَبيرًا

100
00:17:24,170 --> 00:17:37,150
Allah-taalanın “böyük cihad” adlandırdığı həmin o iş kafirlərə itaət etməməkdən ibarətdir.

101
00:17:39,640 --> 00:17:44,170
Bu bölgü o bildiyimiz “ən böyük cihad”, “ən kiçik cihad” bölgüsündən ayrıdır:

102
00:17:44,440 --> 00:17:53,600
hamısından çətin olan ən böyük cihad nəfsə qarşı edilən cihaddır; bizim batinimizi, kimliyimizi qoruyan şey; bizim batinimizi, kimliyimizi qoruyan şey;

103
00:17:54,040 --> 00:17:57,910
ən kiçik cihad isə düşmənə qarşı cihaddır,

104
00:17:58,800 --> 00:18:07,730
intəhası bu ən kiçik cihadın içində elə bir cihad da var ki, Allah-taala onu “cihadi-kəbir” – “böyük cihad” adlandırmışdır və bu, haqqında danışdığım həmin o şeydir.

105
00:18:09,550 --> 00:18:19,240
“Cihadi-kəbir” nədir? Yəni düşmənə, kafirlərə itaət etməmək.

106
00:18:20,220 --> 00:18:28,530
Savaş meydanında sənə qarşı döyüşən düşmənə itaət etmə.

107
00:18:30,080 --> 00:18:40,310
İtaət nədir? Yəni boyun əymək, arxasınca getmək, tabe olmaq. Nədə, hansı məqamda tabe olmamalıyıq? Müxtəlif arenalarda;

108
00:18:40,440 --> 00:18:47,460
siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, incəsənətdə;

109
00:18:48,570 --> 00:18:56,040
müxtəlif arenalarda düşmənə tabe olmaq olmaz; “cihadi-kəbir” budur.

110
00:18:58,310 --> 00:19:02,530
Bu tabe olmamaq məsələsi o qədər önəmlidir ki,

111
00:19:02,880 --> 00:19:10,000
Allah-taala Öz Peyğəmbərinə (s) bunu dönə-dönə tövsiyə edir.

112
00:19:10,260 --> 00:19:15,730
İlk xəbərdaredici ayə mübarək “Əhzab” surəsindədir:

113
00:19:16,000 --> 00:19:24,040
“Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə”. (“Əhzab” surəsi, 1-ci ayə)

114
00:19:25,770 --> 00:19:32,970
Buyurur ki: اِتَّقِ اللهَ وَ لا تُطِعِ الکفِرين Ey Peyğəmbər! Təqvalı ol

115
00:19:33,330 --> 00:19:39,600
və kafirlərə itaət etmə! “Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”

116
00:19:40,840 --> 00:19:47,460
– Biz sənin çətinliklərini bilirik, səni özlərinə tabe etmək üçün

117
00:19:49,110 --> 00:19:54,530
sənə göstərdikləri təzyiqlərdən xəbərdarıq – təhdid edirlər, şirnikdirib ələ almağa çalışırlar –

118
00:19:55,910 --> 00:20:06,170
amma sən Allahın əmr və qadağalarına qarşı diqqətli ol, təqvalı ol, fikrin özündə olsun. “وَ لا تُطِعِ الکفِرين” –

119
00:20:07,510 --> 00:20:12,750
kafirlərə itaət etmə;

120
00:20:13,680 --> 00:20:20,930
Allah-taalanın Öz Peyğəmbərinə belə bir tonla haqqında xəbərdarlıq etdiyi o mühüm və böyük şey

121
00:20:22,970 --> 00:20:25,730
Yaxşı, kafirlərə itaət etmə, bəs nə et?

122
00:20:25,730 --> 00:20:37,820
“Rəbbindən sənə vəhy olunana (Qurana) tabe ol. Allah, şübhəsiz ki, nə etdiklərinizdən xəbərdardır”. (“Əhzab” surəsi, 2-ci ayə)

123
00:20:38,400 --> 00:20:46,400
Buyurur ki: ياَيُّهَا النَّبِيُّ اتَّقِ اللهَ وَ لا تُطِعِ الکفِرينَ و المُنفِقينَ اِنَّ اللهَ کانَ عَليمًا حکيمًا *

124
00:20:47,330 --> 00:20:53,550
وَ اتَّبِع ما يوحي‌ اِلَيکَ مِن رَبِّکَ اِنَّ اللهَ کانَ بِما تَعمَلونَ خَبيرا

125
00:20:54,170 --> 00:21:01,020
Onlara itaət etmə; sənin bir proqramın var; nə etmək, necə yaşamaq lazım olduğu barədə əlində bir proqram var;

126
00:21:03,770 --> 00:21:09,110
ilahi vəhy səni yalqız qoymamışdır; Quran sənin ixtiyarındadır,

127
00:21:09,600 --> 00:21:16,440
İslam sənin ixtiyarındadır, İslamın gətirdiyi proqram sənin ixtiyarındadır; bu yolla get.

128
00:21:21,460 --> 00:21:26,710
Baxın, bunlar hamısı “Əhzab” surəsinin ilk ayələridir; bir-birinin ardınca;

129
00:21:27,240 --> 00:21:35,370
əvvəlcə: اِتَّقِ اللهَ وَ لا تُطِعِ الکفِرينَ وَ المُنفِقين Ardınca isə: وَ اتَّبِع ما يوحي‌ اِلَيکَ مِن رَبِّک

130
00:21:35,950 --> 00:21:43,110
Onun ardınca isə bu sualın cavabı gəlir ki, axı təhlükə var, təzyiq göstərirlər;

131
00:21:43,280 --> 00:21:50,880
وَ تَوَکَّل عَلَي اللهِ وَ کَفي‌ بِاللهِ وَکيلا

132
00:21:51,460 --> 00:21:59,600
– Bütün bu təzyiqlər qarşısında Allaha arxalan; Allaha söykən.

133
00:21:59,860 --> 00:22:07,550
Təvəkkül o demək deyil ki, işi buraxıb oturasan, elə bil, Allah gəlib sənin əvəzinə iş görəcək; belə deyil;

134
00:22:08,170 --> 00:22:13,370
təvəkkül odur ki, özün bir qolunu çırmalayıb işə başlayasan, tər tökəsən, çalışıb-vuruşasan;

135
00:22:13,680 --> 00:22:22,220
əmin olun ki, o zaman Allah-taala da sizə yardım edəcək; bu gün İslam Respublikasının üzləşdiyi məsələ budur.

136
00:22:23,860 --> 00:22:34,800
İslam Respublikasının üzləşdiyi məsələ odur ki, imperialist düşmən İslam İnqilabını diz çökdürmək niyyətindədir. O, bunu nəyin vasitəsilə etmək istəyir?

137
00:22:35,420 --> 00:22:42,220
Düşmən İslam Respublikasını təslimçiliyə sürükləmək üçün

138
00:22:43,150 --> 00:22:53,200
öz mədəniyyətini ölkəyə sızdırmaqla, iqtisadi təzyiqləri ilə cürbəcür siyasi manevrləri ilə, genişmiqyaslı təbliğatı ilə

139
00:22:53,860 --> 00:22:58,220
və sərəncamında olan xain ünsürlər vasitəsilə

140
00:22:58,970 --> 00:23:10,310
ölkədə hökm sürən atmosferi, əhval-ruhiyyəni sarsıtmağa çalışır.

141
00:23:11,420 --> 00:23:25,060
İmperialistlərdə İslam Respublikasına qarşı şiddətli qəzəb yaradan səbəb İran xalqının müsəlman olmağı deyil;

142
00:23:27,200 --> 00:23:36,710
onların qəzəbinə səbəb olan odur ki, xalqımız müsəlman olduğuna görə onlara boyun əymək istəmir;

143
00:23:37,330 --> 00:23:42,570
imperializmə tabe olmaq fikri yoxdur; düşməni qəzəbləndirən məhz budur.

144
00:23:43,240 --> 00:23:49,680
Buna cürbəcür don geydirməyə çalışırlar, amma məsələnin mahiyyəti bundan ibarətdir.

145
00:23:50,220 --> 00:24:02,170
Nüvə məsələsi bəhanə idi, raket məsələsi bəhanədir – bu raket məsələsini ortaya atıblar, “raket, raket” deyirlər,

146
00:24:03,240 --> 00:24:06,660
əlbəttə ki, heç bir xeyri də yoxdur, heç bir qələt edə bilməyəcəklər – insan haqları məsələsi,

147
00:24:24,930 --> 00:24:33,950
cürbəcür digər məsələlərin hamısı bəhanədir. Əslində, problem xalqın tabe olmamağıdır.

148
00:24:34,930 --> 00:24:43,420
İslam Respublikası imperializmə tabe olmağı qəbul etsəydi, raketi ilə də razılaşardılar,

149
00:24:43,420 --> 00:24:51,420
nüvə enerjisi və bu sahədəki cürbəcür şeylərlə də razılaşardılar,

150
00:24:51,820 --> 00:25:00,530
insan haqlarının da adını ümumiyyətlə çəkməzdilər. İlahi təlimləri rəhbər tutan İslam Respublikası

151
00:25:01,200 --> 00:25:12,000
kafir və imperialist düşmənə, küfr və imperializm cəbhəsinə boyun əymək niyyətində deyil; əsl səbəb budur;

152
00:25:13,150 --> 00:25:15,330
bütün çalışıb-vuruşduqları buna görədir.

153
00:25:15,600 --> 00:25:23,730
Əlbəttə, bunu dilə gətirməməyə çalışırlar, amma bəzən səsləndirdikləri bəyanatlar onları ələ verir.

154
00:25:23,950 --> 00:25:35,510
Elə bundan bir neçə gün əvvəl Amerika rəsmilərindən biri İslam Respublikası əleyhinə irəli sürülən ittihamları sıralayırdı:

155
00:25:36,310 --> 00:25:46,710
raket, nə bilim nə, nə bilim nə; və ideologiya! Özlərindən asılı deyil; özlərini ələ verirlər. Onun dediyi o ideologiya təfəkkür tərzidir;

156
00:25:48,260 --> 00:25:59,640
sizi kafir düşmənə, küfr və imperializm cəbhəsinə boyun əyməməyə vadar edən islami təfəkkür tərzi.

157
00:26:00,260 --> 00:26:06,400
Düşmənçiliyə səbəb olan da, sizi qüdrətli edən də bax budur;

158
00:26:08,310 --> 00:26:16,310
sizə güc qazandıran budur. İran xalqını ayaqda saxlayan məhz bu stimuldur;

159
00:26:17,060 --> 00:26:26,040
İran xalqında möhkəm əzmi, müqavimət ruhunu qoruyub saxlayan budur.

160
00:26:28,170 --> 00:26:37,020
İslam Respublikasının və İran xalqının islami və inqilabi kimliyinin qorunub saxlanması –

161
00:26:37,280 --> 00:26:46,310
düşmənin kəskin narazılığına səbəb olan bax budur; çarələri də yoxdur.

162
00:26:48,040 --> 00:27:00,040
Ölkəmizdə önəmli qərarların işlənib hazırlandığı və qəbul olunduğu mərkəzləri öz təsir dairələrinə sala bilmək üçün çox çalışdılar, amma bacarmadılar;

163
00:27:00,130 --> 00:27:08,350
və Allahın mənəvi dəstəyi, köməyi sayəsində bundan sonra da bacarmayacaqlar.

164
00:27:26,660 --> 00:27:38,130
Siz inqilabın keşikçilərisiniz, inqilabın. Əlbəttə ki, bütün İran xalqı inqilabın keşiyində durur, yaxud durmalıdır,

165
00:27:38,710 --> 00:27:48,840
amma siz məhz bu adla iftixar və başucalığı qazanan bir qurumsunuz: İslam İnqilabı Keşikçiləri Korpusu.

166
00:27:52,570 --> 00:28:00,620
Siz bu böyük cihadı öz fəaliyyətinizin, gördüyünüz hər bir işin sərlövhəsi etməlisiniz.

167
00:28:03,680 --> 00:28:10,220
Bu gün hamıdan çox da elə Keşikçi Korpusa qarşı aqressivdirlər;

168
00:28:11,460 --> 00:28:18,530
ad çəkəndə, yava-yava danışanda, böhtan atanda

169
00:28:19,020 --> 00:28:27,860
öz yalanlarının və nalayiq danışıqlarının hədəfi kimi ən çox Keşikçi Korpusu seçirlər.

170
00:28:28,710 --> 00:28:32,840
Səbəbi budur ki, Keşikçi Korpus ayaqda durduğunu, müqavimət göstərdiyini nümayiş etdirib.

171
00:28:35,550 --> 00:28:39,730
Bu ruhiyyəni, bu tendensiyanı, bu mənəvi halı əldən verməyin.

172
00:28:40,080 --> 00:28:51,420
Əziz gənclər! Mənim əziz balalarım! Gələcək sizindir, sabahkı gün sizə aiddir!

173
00:28:53,200 --> 00:29:00,840
Məhz siz bu tarixi bütün izzət və vüqarı ilə qorumalısınız.

174
00:29:03,820 --> 00:29:11,730
Bu məsuliyyətin yükü məhz sizin çiyinlərinizə düşür. Xürrəmşəhrlərin fəthi hələ qabaqdadır;

175
00:29:14,310 --> 00:29:22,130
döyüş meydanında yox, bəlkə ondan da çətin bir meydanda.

176
00:29:22,260 --> 00:29:26,260
Əlbəttə ki, bu meydanda hərbi döyüşlərdən sonra qalan xarabalıq və dağıntılar yoxdur;

177
00:29:27,770 --> 00:29:33,950
əksinə, ardınca abadlıq və quruculuq gətirəcək, amma daha çətin, daha ağırdır.

178
00:29:35,770 --> 00:29:50,800
Müqavimət iqtisadiyyatı deyirik; bu o deməkdir ki, bu böyük və əsaslı siyasətin iqtisadiyyata aid olan hissəsini müqavimət iqtisadiyyatı təşkil edir.

179
00:29:53,280 --> 00:30:05,770
Deyirik ki, mömin, islamçı, inqilabçı gənclər həyata keçirdikləri könüllü mədəni işləri buraxmasınlar, davam etdirsinlər;

180
00:30:06,930 --> 00:30:11,770
ölkənin bütün mədəniyyət strukturlarının rəsmilərini də bu istiqamətdə işlər görməyə dəvət etmişik və edirik;

181
00:30:12,840 --> 00:30:27,680
bütün bunlar həmin o tabe olmamaq prinsipinin, böyük cihadın mədəniyyətlə bağlı hissəsidir.

182
00:30:28,570 --> 00:30:35,820
Ölkənin bütün istedadlı insanlarını

183
00:30:36,570 --> 00:30:43,060
öz bacarıq və istedadlarını ortaya qoyub

184
00:30:43,370 --> 00:30:48,220
bu ölkənin inkişafı naminə işlətməyə dəvət edirik,

185
00:30:48,660 --> 00:30:58,310
hökumət nümayəndələrini və digər rəsmiləri də onlara dəstək olmağa çağırırıq.

186
00:30:59,240 --> 00:31:05,910
Bu da o böyük cihadın ictimai fəallarla bağlı sferasıdır.

187
00:31:06,040 --> 00:31:09,730
Bu böyük cihadın müxtəlif sferaları var:

188
00:31:10,800 --> 00:31:14,220
جهِدهُم بِه‌ جِهادًا کَبيرًا

189
00:31:16,480 --> 00:31:20,310
Bu, dünya ilə əlaqəni kəsmək demək deyil;

190
00:31:20,970 --> 00:31:27,460
bəziləri bu ilahi siyasəti vurmaq üçün yalandan deyirlər ki,

191
00:31:28,220 --> 00:31:33,770
“İnqilab tərəfdarlarının dediyi kimi olsa, dünya ilə əlaqəni kəsmək lazımdır”; xeyr,

192
00:31:34,530 --> 00:31:42,040
biz dünya ilə münasibətləri kəsmək lazım olduğunu demirik, ölkənin ətrafına hasar çəkilməsini də istəmirik;

193
00:31:43,420 --> 00:31:49,730
gediş-gəliş etsinlər, əlaqə saxlasınlar, mübadilələr etsinlər, alğı-satqılar həyata keçirsinlər,

194
00:31:50,040 --> 00:32:00,040
amma özlərinin əsl kimlik və şəxsiyyətini itirməsinlər. Bizim dediyimiz budur:

195
00:32:02,480 --> 00:32:06,220
“Əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz”. (“Ali-İmran” surəsi, 139-cu ayədən)

196
00:32:08,400 --> 00:32:15,200
İslam dövlətini təmsil edən bir nümayəndə kimi davransınlar,

197
00:32:17,020 --> 00:32:22,530
danışarkən o cür danışsınlar.

198
00:32:23,600 --> 00:32:30,970
Ölkənin mənafeyinin tələb etdiyi istənilən yerdə, istənilən şəxslə müqavilə bağlayın,

199
00:32:32,000 --> 00:32:40,800
amma o masanın arxasında oturub o müqaviləni imzalayarkən özünüzü müsəlman İranının, İslam dininin bir təmsilçisi kimi aparın.

200
00:32:42,080 --> 00:32:55,330
Qoy hər kəs ağıl və tədbirlə davransın; bu cihadda müdrik olmaq lazımdır, ixlas lazımdır.

201
00:32:56,970 --> 00:33:06,800
Bu cihad hərbi cihad kimi deyil ki, kimlərsə onun meydanlarında parlasın

202
00:33:07,240 --> 00:33:14,130
və onlara istər şəhid olmuş, istər həyatda olan, yaxud əlil və ya veteran bir müharibə iştirakçısı olaraq qəhrəman kimi baxılsın –

203
00:33:14,620 --> 00:33:20,220
bizlər şəhidlərimizlə, əlil və veteranlarımızla fəxr edirik, elə deyilmi? –

204
00:33:21,240 --> 00:33:29,950
bu elə bir cihaddır ki, kimsə onun yolunda həddən artıq zəhmət çəkdiyinə baxmayaraq, heç kəs onu üzdən tanımaya da bilər;

205
00:33:31,150 --> 00:33:33,680
bu cihadda ixlas olmalıdır.

206
00:33:34,130 --> 00:33:44,040
Bu gün düşmən İslam dövlətinə əsaslı zərbə endirməkdən ümidini üzüb,

207
00:33:45,550 --> 00:33:54,130
çünki ölkə daxilində kifayət qədər iman, stimul, hazırlıq və sədaqət olduğunu bilir;

208
00:33:54,440 --> 00:33:58,840
elə buna görə də əsaslı zərbə vurmaqdan əllərini üzüblər,

209
00:33:59,770 --> 00:34:08,440
ölkəyə nüfuz etməkdən isə ümidlərini kəsməyiblər. Bu gün nüfuz etmək üçün vasitələr də çoxdur.

210
00:34:09,150 --> 00:34:18,800
İran gənclərini özlərinin bəyəndiyi şəkildə yetişdirməyə çalışırlar.

211
00:34:20,040 --> 00:34:27,460
İran gəncləri Amerika və imperializmə xoş gələn tərzdə yetişsə,

212
00:34:28,000 --> 00:34:33,820
artıq Amerika ölkə daxilində öz planlarını həyata keçirmək üçün xərcə düşməli, pul buraxmalı olmayacaq;

213
00:34:34,080 --> 00:34:43,730
o gənclər özləri pulsuz-parasız nökər kimi onlar üçün işləyəcək; İran gənclərini bu cür yetişdirmək istəyirlər.

214
00:34:46,310 --> 00:34:53,200
Bir neçə il əvvəl 3-4 nəfər şəxsiyyətsiz adam elə danışır, elə hərəkət edirdi ki,

215
00:34:53,730 --> 00:34:59,950
o vaxt İrana gəlmiş bir amerikalı geri qayıdanda demişdi:

216
00:34:59,950 --> 00:35:06,400
“İranda atəş açmaq üçün əli silahlı bizim əmrimizi gözləyən adamlar var”.

217
00:35:07,370 --> 00:35:13,150
3-4 nəfər şəxsiyyətsiz adamı görüb aldanmışdı.

218
00:35:14,130 --> 00:35:23,060
Amerikalıların ən böyük problemi də budur ki, bizim ölkəmizi tanımırlar, xalqımızı tanımırlar, tanıya bilmirlər də.

219
00:35:23,510 --> 00:35:35,330
İmperializmin problemi budur ki, daha çox xarici görünüşə baxır; zahirdə görünənə diqqət yetirir, batinə isə varmır.

220
00:35:37,060 --> 00:35:48,930
Güc və iqtidarı da zahiridir, fiziki bədənlər üzərindədir; qəlblərə özü istədiyi kimi hakim kəsilə bilmir.

221
00:35:50,710 --> 00:35:56,880
Yanılıblar, amma ölkəyə nüfuz etməkdən ümidlərini üzməyiblər;

222
00:35:57,860 --> 00:36:07,150
yol tapıb nüfuz etmək, qəlbləri zəbt etmək, beyinləri dəyişmək istəyirlər.

223
00:36:08,000 --> 00:36:19,060
Bu, İran xalqına və ölkəyə can yandıran hər kəsin, o cümlədən

224
00:36:19,910 --> 00:36:27,680
siz əziz keşikçi gənclərin və bütövlükdə böyük bir struktur olan İslam İnqilabı Keşikçiləri Korpusunun öhdəsinə düşən böyük bir vəzifədir.

225
00:36:30,800 --> 00:36:38,800
Sizin işiniz təkcə döyüşmək deyil; Keşikçi Korpus inqilabın keşiyində durur.

226
00:36:39,770 --> 00:36:43,150
Əlbəttə ki, İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi xarakteri mütləq surətdə zəifləməməlidir;

227
00:36:44,570 --> 00:36:54,880
korpus bir hərbi quruma layiq olduğu səviyyədə öz işinə ən gözəl,

228
00:36:55,330 --> 00:37:04,570
ən innovativ, ən müasir formada davam etməlidir;

229
00:37:04,840 --> 00:37:13,330
amma təkcə bu deyil. Həqiqətləri açıqlamaq vəzifəsi bu gün hər kəsin çiyinlərinə düşür; o cümlədən sizin də.

230
00:37:15,110 --> 00:37:19,200
Mən bu həqiqətləri açıqlamaq məsələsini ona görə bu qədər vurğulayıram ki,

231
00:37:20,040 --> 00:37:29,200
bu gün o böyük cihad daha çox həqiqətləri açıqlamaq üzərində durur;

232
00:37:29,680 --> 00:37:39,460
demək, açıqlamaq, maarifləndirmək; bu gün maarifləndirmə lazımdır.

233
00:37:41,370 --> 00:37:54,080
Çalışın dərinliyə vararaq insanları da məsələlərin mahiyyətinə, həqiqətinə varmağa sövq edəsiniz.

234
00:37:56,350 --> 00:38:04,880
Təhsil aldığınız akademiya bu sahədə böyük işlər görə,

235
00:38:05,460 --> 00:38:11,370
həqiqətlərin açıqlanmasını özünün əsas fəaliyyət proqramlarından birinə çevirə bilər;

236
00:38:11,730 --> 00:38:20,880
həm öz kollektivi içərisində, həm də imkanı çatdığı qədər daha geniş müstəvidə.

237
00:38:22,000 --> 00:38:27,950
İnqilabın şüarlarını qoruyub saxlamaq lazımdır; əsas hədəflərdən biri budur.

238
00:38:28,350 --> 00:38:38,880
Bu böyük cihadın ən mühüm hissələrindən, ən önəmli işlərindən biri də inqilabi şüarların qorunub saxlanmasıdır.

239
00:38:40,440 --> 00:38:47,550
Şüarlar hədəfləri bəlli edir, şüarlar bizə yolu göstərir,

240
00:38:48,440 --> 00:38:56,800
şüarlar insanların yolu azmaması üçün qoyulan yol nişanları kimidir;

241
00:38:58,000 --> 00:39:06,350
اَليَمينُ وَ اليَسارُ مَضَلَّةٌ و الطَّريقُ الوُسطي‌ هِيَ الجادَّة

242
00:39:07,680 --> 00:39:15,510
Sağa-sola sapmasınlar, doğru yolla, orta yolla getsinlər; şüarların rolu budur, hünəri budur.

243
00:39:16,040 --> 00:39:22,710
Bu şüar və həqiqətlərə münasibətdə də təkcə emosiyalarla kifayətlənmək olmaz.

244
00:39:23,730 --> 00:39:30,530
Əlbəttə ki, mən hisslərə çox böyük önəm verirəm, emosiyalara çox böyük önəm verirəm,

245
00:39:30,930 --> 00:39:34,660
amma təkcə bu kifayət deyil; lazımdır, ancaq kifayət deyil.

246
00:39:35,600 --> 00:39:45,820
Bütün bu şüarların dərinliyinə varmaq, mənasına, mahiyyətinə dərindən diqqət yetirmək lazımdır.

247
00:39:47,510 --> 00:40:00,530
Hər bir məsələnin dərinliynə varmağa çalışın; dərinliyə vardıqdan sonra qəlbinizdə özünə yer tutacaq inamı heç bir qüvvə sizdən uzaqlaşdıra bilməz. Gah hamıdan daha qatı və barışmaz mövqedə duran, gah da 180 dərəcə çevrilən insanların

248
00:40:02,170 --> 00:40:10,750
Gah hamıdan daha qatı və barışmaz mövqedə duran, gah da 180 dərəcə çevrilən insanların problemi də

249
00:40:11,680 --> 00:40:17,370
onlarda bu dərin inamın olmamağıdır.Belələrini görmüşük;

250
00:40:18,220 --> 00:40:28,880
inqilabın əvvəllərində bəzi insanlar elə qatı düşüncəli, odlu-alovlu idilər ki, əsl, köhnə inqilabçıları da qəbul etmirdilər,

251
00:40:29,860 --> 00:40:37,240
onlara da irad tuturdular, amma yanaşmaları səthi idi.

252
00:40:37,860 --> 00:40:47,060
Bu səthilik də canlarının bəlası oldu, 180 dərəcə dəyişdilər; yolları, mövqeləri dəyişdi.

253
00:40:47,910 --> 00:40:57,060
Hər bir məsələdə dərinliyə varmağa çalışın; dərindən düşünməyə çalışın,

254
00:40:57,370 --> 00:41:01,640
və bu yolda saleh ustadların göstərişlərindən yararlanın.

255
00:41:01,910 --> 00:41:07,550
Mühüm işlərdən biri də yeni kadrların yetişdirilməsidir. Gələcək sizindir;

256
00:41:08,170 --> 00:41:25,640
gələcəkdə sizlər ümümilikdə ölkə və onun idarəetmə sistemi üçün ləyaqətli və gözəl kadrların yetişdirilməsi

257
00:41:25,640 --> 00:41:29,860
və istiqamətləndirilməsində layiqli rol oynaya bilərsiniz.

258
00:41:31,770 --> 00:41:40,040
İnqilabın bu 37 il ərzində qazandığı təcrübəni yazıya alın;

259
00:41:40,220 --> 00:41:45,550
bu, bir elmi işdir, elmi-tarixi araşdırma işidir.

260
00:41:48,000 --> 00:41:54,260
Bu gün bizim dönüb keçmişə bir nəzər salmağa ehtiyacımız var;

261
00:41:55,240 --> 00:42:01,420
gəldiyimiz yollara, özümüzün və başqalarının gördüyü işlərə,

262
00:42:02,260 --> 00:42:11,370
başımıza gələnlərə, yolumuzun üstündə üzləşdiyimiz əcaib-qəraib eniş-yoxuşlara,

263
00:42:11,600 --> 00:42:26,480
inqilabın çətinliklə də olsa, dayanmadan keçib gələ, öz hədəflərinə yaxınlaşa bildiyi cürbəcür dolanbac yollara;

264
00:42:27,240 --> 00:42:31,510
bütün bunlar yazıya alınmalı, tərtib edilməlidir. Bunun üçün elmi iş aparılmalıdır.

265
00:42:32,800 --> 00:42:40,170
Sizin oxuduğunuz akademiya fərqli bir ali təhsil ocağıdır. Əlbəttə ki, mənim bu sözüm təkcə sizə ünvanlanmır, bütün universitetlərə,

266
00:42:40,880 --> 00:42:45,200
bütün elmi və teoloji mərkəzlərə aiddir.

267
00:42:45,600 --> 00:42:57,150
Amma yenə də İmam Hüseyn (ə) adına Akademiya elə İmam Hüseyn (ə) adına Akademiyadır! Fərqli bir ali təhsil müəssisəsidir; sizin öhdənizə daha böyük məsuliyyət düşür.

268
00:42:57,510 --> 00:43:05,060
Mühüm məqamlardan biri də budur ki, izah etməyi, həqiqəti açıqlamağı əsas işiniz bilin.

269
00:43:06,570 --> 00:43:19,950
Mən bir şeyi müşahidə edirəm ki, bəzən hansısa şəxsin, yaxud toplantının əleyhinə olan kütlə, insanlar,

270
00:43:20,570 --> 00:43:30,040
ola bilsin, yaxşı, mömin gənclər hay-küy salıb qalmaqal yaratmağa, şüarlar səsləndirməyə can atırlar; mən belə işlərlə razı deyiləm.

271
00:43:32,930 --> 00:43:41,240
Bunların heç bir xeyri yoxdur; bunu mən keçmişdə də belə işlərin içində olan insanlara həmişə tapşırmışam.

272
00:43:42,710 --> 00:43:52,480
Hansısa toplantıda sizin qəbul etmədiyiniz bir adam çıxış edirsə – siz haqlı da ola bilərsiniz, haqsız da –

273
00:43:53,640 --> 00:43:58,350
durub o məclisi pozmağın, aranı qarışdırmağın heç bir xeyri yoxdur.

274
00:43:59,510 --> 00:44:09,370
Xeyir yalnız doğru olanları açıqlamaqda, düzgün addım atmaqda, ağıllı və tədbirli davranmaqda ola bilər; faydalı olan yalnız bunlardır.

275
00:44:12,000 --> 00:44:25,280
Hərdən bəzi insanlar qəsdən belə hərəkətlər edərək mömin, islamçı gənclərin üstünə atır; bundan da ehtiyatlı olun.

276
00:44:25,910 --> 00:44:33,550
Qeyd etmək istədiyim sonuncu məqam isə budur: bütün dediklərimiz, görməli olduğumuz bütün işlər,

277
00:44:34,170 --> 00:44:46,080
həyata keçirilməsi üçün kifayət qədər güc və imkanlarımız olan işlər Allah-taala qarşısında dua və yalvarış etməyimizdən,

278
00:44:46,080 --> 00:44:52,440
Uca Yaradana diqqət yönəltməyimizdən, Allah-taala ilə aramızda olan rabitəni artırmağımızdan asılıdır.

279
00:44:52,970 --> 00:45:00,400
Qəlblərin Allah-taala ilə rabitəsi elə bir rabitədir ki, əgər o təmin olunsa,

280
00:45:00,570 --> 00:45:12,260
məhz bizim inqilabi kimliyimiz, əzm və iradəmiz az öncə haqqında danışdığım o zəmini yaratmağa müvəffəq olacaq.

281
00:45:14,000 --> 00:45:23,200
Əziz gənclər, Quranla ünsiyyətinizi qoruyub saxlamağa çalışın; Allaha şükürlər olsun ki, bizim cavanlarımızın arasında Quran hafizləri çoxdur.

282
00:45:24,480 --> 00:45:32,130
Quranı qorumağa, tilavət etməyə, ilahi ayələrin mənası haqda dərindən düşünməyə önəm verin;

283
00:45:34,220 --> 00:45:43,770
namaza diqqət ayırın, namazı gözəl bir şəkildə, diqqətlə, Yaradanın hüzurunda olduğunu dərk edərək qılmağa çalışın.

284
00:45:45,150 --> 00:45:52,710
Namazda “hüzuri-qəlb” olmalıdır deyirik, bu o deməkdir namaz zamanı insanın bütün qəlbi, diqqəti namazında olsun, uzaqlaşmasın, yayınmasın.

285
00:45:52,930 --> 00:46:02,000
Bəzən namaz qılırıq, ürəyimiz başqa bir yerdə olur; “hüzuri-qəlb” də elə odur ki, ürəyimiz namaz qıldığımız məkanda olsun, səccadəmizdə olsun,

286
00:46:02,570 --> 00:46:10,000
bütün diqqəti qıldığımız namazda olsun, başqa bir yerdə olmasın. Siz gənclər bunu bir məşq edin;

287
00:46:10,840 --> 00:46:16,710
ola bilsin, əvvəl-əvvəl bir az çətin olacaq, ancaq davamlı olaraq məşq edin, getdikcə asanlaşacaq, sizdə bir adət halını alacaq.

288
00:46:17,820 --> 00:46:26,620
Əgər bunu indi məşq edib özünüzdə yarada bilsəniz, həmişə işinizə yarıyacaq; əgər cavanlıqda məşq edib alışmasanız, mənim yaşıma çatanda

289
00:46:26,930 --> 00:46:31,510
çətin olacaq.

290
00:46:32,480 --> 00:46:42,400
Namazla, Quranla, təvəssüllə, şəban ayının dua və minacatları ilə Allah-taala ilə ünsiyyət qurun.

291
00:46:43,110 --> 00:46:51,240
Qarşıdan ramazan ayı gəlir; bu ayın mübarək gündüz və gecələri ilə özünüzü,

292
00:46:51,510 --> 00:46:58,800
ruhunuzu saflaşdırın, rayihələndirin, nurlandırın, inşallah, bütün bu böyük işləri həyata keçirməyə müvəffəq olacaqsınız.

293
00:46:59,820 --> 00:47:08,040
Əziz liderimiz İmam Xomeyninin (r.ə) xoş xatirəsini də yad edək; bu yolu bizə açmış o dahi insana

294
00:47:08,750 --> 00:47:14,350
Allah rəhmət etsin; əziz şəhidlərimizə Allah rəhmət etsin; şəhid və veteranlarımızın ailələrinə Allahın salamı olsun.

295
00:47:14,660 --> 00:47:18,040
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.