1
00:00:00,600 --> 00:00:03,320
Mərhəmətli və Bağışlayan Allahın adı ilə

2
00:00:03,720 --> 00:00:06,360
و الحمدلله ربّ العالمين

3
00:00:07,400 --> 00:00:13,760
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي‌ محمّد

4
00:00:24,120 --> 00:00:30,000
و علي آله الطّيبين الطّاهرين المعصومين سيّما بقيّةالله في الارضين

5
00:00:30,360 --> 00:00:36,440
Bugünkü görüşümüz olduqca ürəkaçan və arzuolunan bir görüşdür.

6
00:00:38,880 --> 00:00:51,040
Əziz qardaşlarımızın, gənclərimizin qiraətində Qurani-Kərimin  gözəl tilavətindən bəhrələndik;

7
00:00:54,000 --> 00:01:01,240
başqa ölkələrdən gəlmiş qonaqlarımızı – həm Quran ustadlarını,

8
00:01:02,320 --> 00:01:10,400
həm də müsabiqə iştirakçılarını da salamlayıram.

9
00:01:10,840 --> 00:01:16,960
Bu Quran müsabiqələrinin gözəl cəhətlərindən biri də müxtəlif ölkələrdən olan

10
00:01:16,960 --> 00:01:23,360
müsəlman qardaşların bir-biri ilə tanış olması, ünsiyyət qurmasıdır.

11
00:01:25,600 --> 00:01:35,200
İmperialistlər yürütdükləri müxtəlif siyasətlər vasitəsilə bizi bir-birimizdən ayırmağa,

12
00:01:36,640 --> 00:01:46,280
müsəlman xalqları bir-birinə qarşı laqeydləşdirməyə, yadlaşdırmağa, hətta onları qarşıdurmaya sövq etməyə çalışır;

13
00:01:48,520 --> 00:01:57,760
müsəlman xalqlar onların bu istəyinin tam əksinə hərəkət etməlidirlər; bacardığınız qədər, mümkün olan hər yolla

14
00:01:59,680 --> 00:02:04,840
bir-birinizlə ünsiyyətinizi daha da artırın.

15
00:02:07,280 --> 00:02:12,200
Bunun yollarından biri də bu cür görüşlərin təşkil edilməsidir.

16
00:02:12,640 --> 00:02:24,360
Quran İslam dininin mehvəridir, bütün müsəlmanlar üçün müştərək mənbədir, ən böyük ilahi nemətdir;

17
00:02:27,000 --> 00:02:34,720
Allah-taalanın bu mənəvi süfrəsindən hamılıqla istifadə etməliyik.

18
00:02:35,000 --> 00:02:45,720
Quranla əlaqəli tədbirlər, Quran müsabiqələri də elə hamının bu işi həyata keçirməsi üçün bir fürsətdir.

19
00:02:51,120 --> 00:03:01,080
Bu müsabiqələrin bərəkətli cəhətlərindən biri də odur ki, gənclərimiz, müxtəlif insanlar,

20
00:03:01,080 --> 00:03:12,960
ictimaiyyətin müxtəlif təbəqələri Quranla ünsiyyətdə olmaq imkanı tapır. Bu gün İslam ümmətinin

21
00:03:13,840 --> 00:03:17,680
Qurani-Kərimdən uzaq düşməsi bir reallıqdır;

22
00:03:18,640 --> 00:03:29,160
bizim yaşayışımız, həyatımızın reallıqları Qurani-Kərimin həqiqətlərindən çox-çox uzaqdır! Biz özümüzü Qurani-Kərimə yaxınlaşdırmalıyıq;

23
00:03:31,960 --> 00:03:40,000
İslam ümmətinin xoşbəxtliyi onun Qurana, Quran maarifinə,

24
00:03:40,320 --> 00:03:45,880
Quranın ibrətverici dərslərinə yaxınlaşmasından asılıdır.

25
00:03:48,080 --> 00:03:57,960
Bunun yollarından biri də budur ki, insanlar, gənclər, kişi və qadınlar Quranla sıx ünsiyyətdə olsun.

26
00:03:58,960 --> 00:04:08,160
Quran  müsabiqələrinin bərəkətlərindən biri də budur. Bu arada mən bu müsabiqəni təşkil edənlərə,

27
00:04:08,440 --> 00:04:13,840
icraçılara, zəhmət çəkib onu ərsəyə gətirənlərə öz təşəkkürümü bildirirəm.

28
00:04:15,640 --> 00:04:25,040
Diqqət edin! Hazırda İslam dünyasına və müsəlmanlara zərbə vurmaq üçün

29
00:04:25,680 --> 00:04:31,440
külli miqdarda pullar xərclənir, böyük işlər görülür.

30
00:04:32,640 --> 00:04:38,360
Dünyanın tağutları – azğın super-gücləri İslam dünyasından,

31
00:04:39,400 --> 00:04:46,800
bir milyard yarımlıq müsəlman cəmiyyətindən qorxur,

32
00:04:47,760 --> 00:04:57,640
buna görə də var gücləri ilə, müxtəlif yollarla müsəlman aləmini zəiflətməyə çalışırlar;

33
00:04:58,920 --> 00:05:03,560
çünki bilirlər ki, İslam dünyası onların tamahkar niyyətlərinə qarşıdır.

34
00:05:04,400 --> 00:05:13,280
Onlar yaxşı bilirlər ki, əgər İslam dünyasının səsi ucalarsa, artıq xalqlara bu cür zülm edə bilməyəcəklər.

35
00:05:13,880 --> 00:05:23,560
Buna görə də dünyadakı məzlumların problemlərini, Fələstin məsələsini – bir müsəlman ölkəsinin

36
00:05:24,040 --> 00:05:27,400
işğalını unutdurmaq üçün

37
00:05:28,360 --> 00:05:35,160
İslamı susdurmağa, səsini boğmağa çalışırlar; budur məqsədləri.

38
00:05:37,360 --> 00:05:48,040
Əgər biz Qurana və onun hidayətinə sığınsaq, onların bu məkrli planlarına üstün gələ bilərik;

39
00:05:49,200 --> 00:05:56,720
mücahidəmizi davam etdirsək, qalibiyyət, mütləq, bizim olacaqdır.

40
00:05:58,360 --> 00:06:13,000
Bunun üçün Qurani-Kərimdən yapışmaq lazımdır; İslam dünyası Allahın ipindən tutmağa möhtacdır,

41
00:06:14,520 --> 00:06:23,200
bu yolla güclənməli, müqavimətini bu yolla sığortalamalıdır; hazırda İslam dünyasının ehtiyac duyduğu şey budur.

42
00:06:23,960 --> 00:06:28,480
Biz zəif olmamalıyıq, güclü olmalıyıq.

43
00:06:29,640 --> 00:06:37,000
Güc-qüvvət yalnız müxtəlif silahlara, pul-paraya sahib olmaqla ölçülmür;

44
00:06:38,320 --> 00:06:51,800
gücün, qüdrətin əsl dayağı Allah-talaya bəslənən iman və bu yolda sabitqədəm olmaqdır. Allah-taala buyurur:

45
00:06:52,680 --> 00:07:00,680
“…Hər kəs Tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm ipdən (dəstəkdən) yapışmış olar…” (“Bəqərə” surəsi, 256-cı ayədən)

46
00:07:02,160 --> 00:07:10,240
Allah-taalaya iman varsa və tağut – Allahdan qeyrisinə itaət, günah, azğınlıq inkar edilirsə, bu elə o möhkəm ipdən yapışmaq deməkdir,

47
00:07:11,880 --> 00:07:17,040
gücün,  iqtidarın mənbəyi də elə budur.

48
00:07:17,880 --> 00:07:24,040
Biz İslam dünyasında bunu təbliğ etməli, bu düşüncənin yayılmasına çalışmalıyıq.

49
00:07:25,280 --> 00:07:34,040
Təəssüflər olsun ki, bu gün İslam dünyasında Qurani-Kərimdən yapışmaq əvəzinə, gedib tağuta sığınanlar, onlara arxalananlar da var.

50
00:07:35,560 --> 00:07:41,320
Bunlar regionumuzda Amerikanın siyasətini, istəklərini,

51
00:07:42,000 --> 00:07:50,640
rəyini həyata keçirənlərdir, tağuta arxalanıb onu rədd etməyənlərdir; ən böyük tağut,

52
00:07:52,160 --> 00:07:59,000
ən böyük şeytan da elə Amerikadır.

53
00:07:59,240 --> 00:08:09,240
Güclü olmağın birinci şərti Allaha iman gətirmək və tağutu inkar etməkdir; tağut inkar edilməlidir.

54
00:08:09,480 --> 00:08:16,640
İran xalqının Amerikanın haqsız tələb və istəkləri qarşısında bu cür möhkəm dayanması

55
00:08:17,000 --> 00:08:25,400
onun qüdrətinin əsas cəhətidir. Bu gün biz güclü xalqıq.

56
00:08:25,960 --> 00:08:35,440
İranda İslamın malik olduğu mövqe hansısa ölkədə dini, yaxud siyasi bir liderin yüksək mövqe tutmasından tamamilə fərqlənir; biz bir dövlətik –

57
00:08:36,040 --> 00:08:41,560
müxtəlif imkanlara, 80 milyonluq əhaliyə, silah-sursata,

58
00:08:41,760 --> 00:08:49,040
iqtisadiyyata, siyasətə və inkişafda olan elmə sahib olan bir dövlət; bu gün İran İslam Respublikası budur.

59
00:08:51,280 --> 00:09:01,880
Düşmən güclü, cəsur İslamdan qorxur;

60
00:09:04,000 --> 00:09:10,440
İrandan qorxur, çəkinir, elə buna görə də bizə hücümlar edir;

61
00:09:10,440 --> 00:09:16,120
onların bizə qarşı hücüma keçməsinin səbəbi qorxmalarıdır.

62
00:09:20,160 --> 00:09:27,200
və bilirlər ki, İİR dünyada təsir və nüfuza malikdir.

63
00:09:28,440 --> 00:09:35,840
Biz ona görə belə bir nüfuz əldə edə bilmişik ki, müsəlman xalqlarla düz-düzünə danışır, düzgün münasibət qururuq,

64
00:09:36,720 --> 00:09:42,280
dediyimizi yerinə yetirir, sonuna qədər gedirik.

65
00:09:43,080 --> 00:09:54,840
Tağutların verdiyi vədlər İslam Respublikasını və İran xalqını aldada bilməmişdir;

66
00:09:55,760 --> 00:10:01,720
onların nə vədləri bizi aldatmadı, nə də təhdidləri qorxutmadı;

67
00:10:02,360 --> 00:10:11,480
biz onların təhdidlərindən qorxmuruq, vədlərinə də aldanmırıq. Bu elə belə də olmalıdır, bu yolla getmək lazımdır;

68
00:10:12,080 --> 00:10:18,240
bu gün İslam ümmətinin bu yola, bu kursa ehtiyacı var:

69
00:10:19,840 --> 00:10:23,720
tağut, zülm və azğınlıq inkar edilməli, Allah-taalaya iman gətirilməlidir; bu  olarsa,

70
00:10:23,720 --> 00:10:26,440
heç vaxt qırılmayan ən möhkəm ipdən yapışmış olacağıq.

71
00:10:29,840 --> 00:10:36,560
Təəssüflər olsun ki, bəzi müsəlman dövlətləri öz xalqlarına qarşı namərdlik edir;

72
00:10:37,880 --> 00:10:43,800
bir sıra müsəlman dövlətləri İslam ümmətinə xəyanət edir

73
00:10:44,280 --> 00:10:50,320
öz ölkələrində Amerikanın nüfuzu üçün şərait yaradır,

74
00:10:51,240 --> 00:10:57,760
böyük şeytan olan ABŞ rejimi ilə əməkdaşlıq edirlər;

75
00:10:58,320 --> 00:11:05,200
onların siyasətlərini reallaşdırırlar. Bu gün müsəlmanlar,

76
00:11:05,640 --> 00:11:16,240
regionumuz belə bir problemə düçar olub; bunu etməklə həmin hökumətlər çox böyük bir günah işləyir.

77
00:11:19,720 --> 00:11:30,040
Bu gün müsəlman xalqların, İslam ümmətinin öhdəsinə düşən vəzifə isə maarifləndirmə uğrunda mübarizə aparmaqdır;

78
00:11:30,560 --> 00:11:36,800
birinci dərəcəli məsələ budur. Din alimləri, görkəmli simalar,

79
00:11:37,160 --> 00:11:43,560
ziyalılar, auditoriyaya xitab etmək imkanı olan bütün şəxslər

80
00:11:43,840 --> 00:11:55,960
maarifləndirmə işləri aparmalı, İslam dünyasının reallıqlarını onlardan xəbərdar olmayan insanlara açıqlamalıdırlar;

81
00:11:56,600 --> 00:12:06,560
bu maarifləndirmə, əslində, elə cihaddır. Cihad yalnız əlinə silah alıb döyüş meydanında savaşmaq demək deyil;

82
00:12:07,720 --> 00:12:17,000
insan öz məfkurəsi, ideyaları, əməlləri, apardığı təbliğat işləri, həqiqəti açıqlaması, eyni zamanda malı ilə də cihad edə bilər.

83
00:12:19,080 --> 00:12:28,520
Biz bu vacib dini vəzifəmizi – maarifləndirmə, həqiqətləri bəyan etmə missiyasını lazımınca yerinə yetirmədiyimiz üçün

84
00:12:28,720 --> 00:12:36,200
bu gün bir qrup insan azğınlığa düçar olub və İslam dünyasına kömək etdiklərini zənn edərək, əslində, İslamın əleyhinə fəaliyyət göstərirlər.

85
00:12:36,720 --> 00:12:48,320
Bu terrorçu qruplar regionumuzda müsəlman xalqların təhlükəsizliyinə,

86
00:12:49,040 --> 00:12:57,920
asayişinə qənim kəsilib; düşmən əvəzinə müsəlmanlarla savaşırlar.

87
00:12:58,440 --> 00:13:04,000
Vəhhabilərə yaxın olan bu təkfirçi dəstələr

88
00:13:05,040 --> 00:13:12,600
düşmənin əziyyətini öz üstünə götürüb,

89
00:13:13,440 --> 00:13:23,200
düşmənin görmək istədiyi işi onun yerinə özləri həyata keçirir, müsəlmanlar arasında müxtəlif qarşıdurmalar yaradırlar.

90
00:13:23,960 --> 00:13:29,480
Müsəlmanların başı bir-biri ilə savaşmağa qarışsa, Fələstin məsələsini unutmuş olacaqlar;

91
00:13:29,920 --> 00:13:34,080
necə ki Fələstin probleminin artıq yaddaşlardan silindiyini görürük.

92
00:13:35,880 --> 00:13:45,400
Odur ki həqiqətləri açıqlamaq, maarifləndirmə ilə məşğul olmaq, bu yolda işləmək lazımdır; bunun üçün Quranla bağlı belə tədbirlərdən, yığıncaqlardan istifadə edin.

93
00:13:45,720 --> 00:13:53,320
Müxtəlif ölkələrdən bura gəlmiş iştirakçılar öz həmvətənlərini məlumatlandırsınlar, maarifləndirsinlər.

94
00:13:55,480 --> 00:14:06,320
Onları Quran təlimlərinə, Quranda göstərilən cihada, Quranın bizdən istədiyi təbligat, aydınlaşdırma işinə istiqamətləndirsinlər:

95
00:14:07,680 --> 00:14:11,320
“Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” (“Ali-İmran” surəsi, 187-ci ayədən)

96
00:14:11,720 --> 00:14:14,440
Bunları insanlara deyin, açıqlayın.

97
00:14:14,720 --> 00:14:20,240
İnşallah, Allah-taala İslam ümmətinin irəliləyişi üçün zəmin yaradacaq.

98
00:14:20,240 --> 00:14:26,800
Biz cihad etsək, bu yolda addım atsaq, sırf Allaha xatir niyyətlə hərəkət etsək,

99
00:14:27,200 --> 00:14:34,400
Allah-taala da bizə, mütləq, yardım edəcəkdir; yox əgər tənbəllik etsək,

100
00:14:34,400 --> 00:14:42,960
üzərimizə düşən vəzifəni yerinə yetirməsək, təbii ki, Onun köməyinə arxalanmamalıyıq.

101
00:14:43,320 --> 00:14:50,280
Allah-taala işləyən, çalışan insandan öz yardımını əsirgəmir;

102
00:14:51,400 --> 00:14:59,080
hərəkət edən xalqın, işləyən insanın Allah-taala da köməyinə çatar;

103
00:14:59,280 --> 00:15:04,440
odur ki zəhmət çəkməli, hərəkət etməliyik, Allah-taala da yardımçımız olacaq.

104
00:15:04,800 --> 00:15:08,280
Mən əminəm ki, qələbə İslamındır;

105
00:15:08,560 --> 00:15:19,360
bu küfr cəbhəsi bütün genişliyinə, əlindəki bütün imkanlara, bütün maddi təmtərağına, top-tüfənginə rəğmən,

106
00:15:19,880 --> 00:15:27,800
gec-tez İslam ümmətinin, mücahid və mübariz İslam cəbhəsinin önündə geri çəkilməyə məcbur olacaq.

107
00:15:51,280 --> 00:15:57,880
“Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq, arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar.” (“Fəth” surəsi, 22-ci ayədən)

108
00:15:58,680 --> 00:16:02,480
Bu, Allah-taalanın müəyyən etdiyi qaydadır və ona heç bir şəkk-şübhə ola bilməz.

109
00:16:02,800 --> 00:16:07,520
Bunun yalnız bir şərti var: biz səy göstərməli, çalışıb-vuruşmalı, addım atmalı,

110
00:16:07,880 --> 00:16:12,600
iş görməliyik; biz bunu etsək, Allah-taalanın qoyduğu qaydaya əsasən,

111
00:16:13,120 --> 00:16:16,880
düşmən təslim olmalıdır və olacaq da.

112
00:16:17,200 --> 00:16:25,120
Ümidvaram, Allah-taala bizi Quranla yaşadacaq, Quranla öldürəcək,

113
00:16:25,520 --> 00:16:28,040
Qiyamət günündə də Məhşər meydanına Quranla gətirəcək.

114
00:16:28,320 --> 00:16:31,400
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.