1
00:00:00,000 --> 00:00:02,480
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,110 --> 00:00:06,350
الحمدلله ربّ العالمين

3
00:00:08,800 --> 00:00:13,950
و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

4
00:00:14,970 --> 00:00:19,150
سيّما بقيّةالله في الارضين

5
00:00:19,600 --> 00:00:25,860
Ölkəmizin dörd bir yanında

6
00:00:26,570 --> 00:00:39,020
xalqın geniş rəğbət və marağı ilə keçən gözəl seçkilərə  və əlhəmdulillah, sanballı və nüfuzlu bir məclis təşkil olunduğuna  görə

7
00:00:40,220 --> 00:00:46,710
Allah-taalaya bütün varlığımızla şükürlər edirik.

8
00:00:49,770 --> 00:01:01,240
Əziz qardaşlarım, möhtərəm cənablar, dəyərli din alimləri və ruhanilər, hamınıza xoş gəlmisiniz deyirəm.

9
00:01:02,400 --> 00:01:13,280
Xüsusilə də Xubriqan Məclisinə yeni gəlmiş, bu möhtərəm qurumda ilk dəfə təmsil olunan şəxsləri salamlayıram;

10
00:01:14,310 --> 00:01:25,020
əlhəmdulillah, onların arasında yüksək əhval-ruhiyyə və stimullu cavanlar, gənc və fəal müctəhidlər də var.

11
00:01:26,660 --> 00:01:36,000
Ümidvaram, Uca Yaradan hamımıza mənəvi dəstək olacaq və bizi öhdəmizə düşən vəzifələri yerinə yetirməyə müvəffəq edəcək.

12
00:01:37,950 --> 00:01:50,660
Xubriqan Məclisinin rəhmətə getmiş üzvlərini də yad edək; bu məclisdə illər boyu bizim əzizlərimiz, böyüklərimiz təmsil olunub,

13
00:01:50,930 --> 00:01:58,750
işləyib, xidmətlər göstəriblər; Allah-taala onların məqamını uca etsin, inşallah.

14
00:01:59,280 --> 00:02:04,080
Belə şəxslərdən sonuncusu bizim əziz qardaşımız cənab Təbəsi idi (Allah ona Behişti nəsib etsin!);

15
00:02:05,330 --> 00:02:14,840
inşallah, Allah-taala bu çətin və təhlükəli mərhələdə o xidmətkar

16
00:02:15,640 --> 00:02:26,040
və zəhmətkeş insanın zəhmətlərinin əcrini ona inayət etsin, gördüyü işlər, çəkdiyi zəhmətlər onun gözünə çıraq olsun.

17
00:02:29,370 --> 00:02:42,040
Bugünkü görüşümüz böyük bayramlar, dua, yalvarış, Allah qarşısında itaətkarlıq və istiğfar ayı olan şəban ayına təsadüf etdi;

18
00:02:44,440 --> 00:02:53,150
bunu da xeyirə yozaq. Önəmli bir ay idi (doğrudur, artıq sona çatmaq üzrədir).

19
00:02:53,860 --> 00:03:00,970
Ümidvaram, Allah-taala bizi bu ayın bərəkətlərindən bəhrələnməmiş qoymaz. Hansı ki:

20
00:03:01,420 --> 00:03:12,170
اَلَّذي کانَ رَسولُ اللهِ صَلَّي اللهُ عَلَيهِ وَ آلِهِ يَدأَبُ في صيامِهِ وَ قيامِهِ في لَياليهِ وَ اَيّامِه

21
00:03:14,930 --> 00:03:23,600
Bu gün mən sizin üçün əsasən 3 məqamı vurğulamaq istəyirəm;

22
00:03:26,710 --> 00:03:33,200
onlardan birincisi bu məclisin mahiyyəti ilə bağlıdır;

23
00:03:36,080 --> 00:03:45,280
ikincisi bu məclisin kursu və öhdəsinə düşən vəzifələrlə bağlıdır –

24
00:03:46,400 --> 00:03:53,680
yəni bu məclisin rəhbər tutmalı olduğu fəaliyyət istiqaməti, kurs barədə nə düşündüyümü qeyd edəcəyəm;

25
00:03:54,880 --> 00:04:03,600
üçüncüsü isə əgər vaxtımız qalsa və görüşümüz çox uzun çəkməsə,

26
00:04:04,170 --> 00:04:14,400
sonda hazırkı etapda hər kəsin, o cümldən mənim, sizin, bu məclisin və başqalarının üzərinə düşən ümumi vəzifələrə toxunacağam.

27
00:04:15,550 --> 00:04:20,260
Bu məclisin mahiyyətinə gəlincə, bu haqda düşünərkən

28
00:04:20,710 --> 00:04:28,750
mən görürəm ki, bu, Uca Yaradanın İslam Respublikasına əta etdiyi bir ilahi nemətdir;

29
00:04:29,110 --> 00:04:40,220
Xubriqan Məclisi Allah-taala tərəfindən bir nemətdir, çox böyük, əzəmətli bir fenomendir.

30
00:04:41,860 --> 00:04:51,950
Hərçənd bu məclis Konstitusiya ilə açıqlanan bəlli və xüsusi bir məqsəd üçün təsis olunub, amma həmin məqsədi nəzərə almasaq belə,

31
00:04:52,570 --> 00:04:58,260
Xubriqan Məclisi çox böyük bir hadisədir; fenomendir.

32
00:05:00,400 --> 00:05:12,800
Nəyə görə?! Çünki XM ölkənin dörd bir yanından olan ruhani alimlərin, din elmləri üzrə ekspert və mütəxəssislərin təmsil olunduğu bir qurumdur,

33
00:05:14,220 --> 00:05:26,000
onlar daşıdıqları vəzifə məsuliyyətinin tələbi ilə  hər il – iki dəfə və ya lazım gələrsə daha çox – bir araya gələrək

34
00:05:27,280 --> 00:05:37,420
fikir mübadiləsi etmək, düşünmək, aralarında koordinasiyaya nail olmaq üçün böyük bir potensial yaradırlar.

35
00:05:39,680 --> 00:05:51,020
Heç yadımdan çıxmaz, inqilabi hərəkatın başlanğıcında – 41, 42-ci illərdə – dahi liderimiz İmam Xomeyni (Allah ona Behişti nəsib etsin!)

36
00:05:51,550 --> 00:06:01,730
əyalətlərin din alimlərinə ismarıc göndərir, tapşırıq verirdi ki, vaxtaşırı bir araya gəlib birlikdə otursunlar;

37
00:06:02,660 --> 00:06:14,350
arada ciddi və önəmli bir müzakirə mövzusu olmasa belə, qoy lap bir çay içmək üçün belə olsa, bir yerə toplaşıb bir-biri ilə görüşsünlər; yəni ölkədə din alimlərinin,

38
00:06:15,150 --> 00:06:20,350
din elmləri sahəsindəki mütəxəssislərin bir yerdə toplaşması, görüşməsi bu dərəcədə əhəmiyyətlidir.

39
00:06:21,460 --> 00:06:26,660
Bu gün dünyaya nəzər salsanız, görərsiniz ki, aralarında

40
00:06:27,060 --> 00:06:37,460
müştərək bir cəhət olan insanları cürbəcür adlar altında – assosiasiya, alyans, sindikat adları ilə – bir yerə toplayırlar

41
00:06:38,710 --> 00:06:46,440
və bu kollektivlər bəzən heç onların peşəsi ilə bir o qədər də əlaqəli olmayan böyük işlər görür.

42
00:06:46,570 --> 00:06:57,680
Tutalım, görürsən ki, iqtisadiyyatçılar assosiasiyası, beynəlxalq hüquqşünaslar assosiasiyası, beynəlxalq incəsənət xadimləri assosiasiyası

43
00:06:58,350 --> 00:07:04,080
ölkədə və ya dünyada baş vermiş hansısa siyasi məsələyə beynəlxalq səviyyədə münasibət bildirir.

44
00:07:04,660 --> 00:07:16,130
Yəni assosiasiyaları o məqsədlə yaradırlar ki, hər hansı bir şəkildə müştərək bir xüsusiyyətə malik olan insanlar

45
00:07:16,750 --> 00:07:26,170
fərqli siyasi təmayüllü olduqlarına baxmayaraq, bir araya gəlsinlər; bu birliyin, bu toplantının özü

46
00:07:26,400 --> 00:07:34,080
onların böyük işlər həyata keçirməsi, öz ölkələrində,

47
00:07:34,530 --> 00:07:41,420
hətta beynəlxalq miqyasda proseslərin gedişinə təsir göstərməsi üçün fürsət yaradır; hazırda bu, dünyada artıq adi hal alıb.

48
00:07:41,950 --> 00:07:48,310
Və bu, bizdə də var; bunu bu ölkəyə Allah-taala hədiyyə edib.

49
00:07:48,750 --> 00:08:00,130
Din alimlərindən, xalqın etimadını qazanmış mötəbər və nüfuzlu ruhanilərdən bir qrupu

50
00:08:00,530 --> 00:08:11,020
bir araya gəlir və bu, çox nəhəng bir potensial formalaşdırır; bunun sayəsində böyük işlər həyata keçirmək mümkündür.

51
00:08:12,310 --> 00:08:20,350
Belə düşünmək lazım deyil ki, Xubriqan Məclisi oturub konstitusiya ilə nəzərdə tutulmuş halların ortaya çıxmasını gözləməlidir;

52
00:08:20,570 --> 00:08:24,260
yox, məclis üzvləri bir sıra başqa işlər də görə bilərlər.

53
00:08:25,640 --> 00:08:32,040
Dünyada yaradılan, az öncə qeyd etdiyim o təşkilat, assosiasiya və alyansların

54
00:08:32,170 --> 00:08:38,880
xalqın arasında heç bir dayağı yoxdur; yalnız iqtisadiyyatçılar və ya hüquqşünaslardır;

55
00:08:39,240 --> 00:08:45,860
öz sahələrində kimlərsə onlara diqqət yetirir, amma cəmiyyətin içində dayaqları yoxdur;

56
00:08:46,260 --> 00:08:54,310
Xubriqan Məclisindən fərqli olaraq. Xubriqan Məclisində təmsil olunan insanların hər birinin xalqın içində az və ya çoxlu sayda dayağı var;

57
00:08:54,530 --> 00:09:04,170
hətta bəzilərini xalq arasında dəstəkləyən kütlənin dairəsi həddən artıq genişdir. Hansısa ostanın, şəhərin

58
00:09:04,530 --> 00:09:10,570
və ya teoloji mərkəzin təsir və nüfuza malik görkəmli ruhaniləri bir yerə toplaşır;

59
00:09:10,880 --> 00:09:22,750
müxtəlif məsələlərlə bağlı birlikdə düşünə bilərlər; ölkənin hansısa problemi üzərində dayanaraq onun həlli yollarını nəzərdən keçirə bilərlər.

60
00:09:23,550 --> 00:09:31,280
Özü də heç də: “Nə olsun, icrası ki bizim əlimizdə deyil” – deməyin; doğrudur, hansısa işlərin icrası Xubriqan Məclisinin yox, aidiyyəti qurumların rəsmilərinin əlindədir,

61
00:09:31,550 --> 00:09:36,750
amma sizin əlinizdə icra səlahiyyətindən daha artıq olan bir şey var ki, bu da ictimai rəydir.

62
00:09:37,330 --> 00:09:45,510
Sizin hər biriniz ya imam-cümədir, ya vəli-fəqihin nümayəndəsidir, ya teoloji mərkəzin ali dərəcəli pedaqoqudur, yaxud tanınan, hörmətli bir ruhanidir.

63
00:09:45,770 --> 00:09:56,530
Siz ictimai rəyə təsir göstərə bilərsiniz. İctimai rəy formalaşdıqdan, hansısa məsələ ilə bağlı cəmiyyətdə diskurs yarandıqdan sonra

64
00:09:56,840 --> 00:10:05,950
bu, təbii olaraq, qanunverici və icraedici orqanların rəsmilərini, rəhbər şəxsləri öz arxasınca çəkib aparacaq; bu, təbii bir şeydir.

65
00:10:06,220 --> 00:10:15,330
Odur ki, mənim fikrimcə, bu baxımdan Xubriqan Məclisi fövqəladə bir təzahürdür;

66
00:10:15,330 --> 00:10:19,550
fenomendir; biz onun əhəmiyyətinə diqqət yetirməliyik.

67
00:10:19,950 --> 00:10:29,820
Buna əsasən də Xubriqan Məclisinin bu yüksək və önəmli mahiyyətini nəzərə alaraq belə nəticəyə gəlirik ki,

68
00:10:30,170 --> 00:10:38,080
bu məclis İslam İnqilabının hədəfləri istiqamətində böyük işlər görə bilər.

69
00:10:38,710 --> 00:10:45,510
Bir neçə il əvvəl – deyəsən, bundan bir, yaxud iki çağırış əvvəl idi – mən elə Xubriqan Məclisində demişdim ki ,

70
00:10:45,510 --> 00:10:52,350
siz müxtəlif məsələlərlə bağlı qətnamə çıxara bilərsiniz.

71
00:10:53,110 --> 00:11:01,860
Konkret bir məsələnin üzərində durun və deyin ki, Xubriqan Məclisinin rəyi, istəyi budur. Xubriqan Məclisinin üzvləri xalq tərəfindən seçilir,

72
00:11:02,530 --> 00:11:06,710
özü də adi, sıradan insanlar deyil,

73
00:11:06,800 --> 00:11:12,480
xalqla əlaqədədirlər, əhali onlara etimad edir, yüksək səviyyəli ekspert və mütəxəssislərdir.

74
00:11:13,060 --> 00:11:18,170
Nəzərdən keçirdikləri hansısa məsələ barədə istəkləri, tələbləri ola bilər;

75
00:11:18,440 --> 00:11:25,150
Ali Rəhbərlik Məqamından, hökumət kabinetindən, məhkəmə hakimiyyətindən, parlamentdən, yaxud digər strukturlardan.

76
00:11:25,550 --> 00:11:33,420
Xubriqan Məclisinin mahiyyəti ilə bağlı qeyd etmək istədiyim birinci məqam bu idi və zənnimcə, bu, çox önəmli bir məsələdir.

77
00:11:33,680 --> 00:11:41,370
Biz hamımız – həm siz, həm bizlər, həm də rəsmilər bu məclisin qədrini bilməliyik.

78
00:11:41,680 --> 00:11:45,510
Bu məclis böyük təsirə malik ola bilər.

79
00:11:47,060 --> 00:11:53,510
Toxunmaq istədiyim ikinci məqam isə Xubriqan Məclisinin rəhbər tutduğu kurs və istiqamətlə bağlıdır.

80
00:11:54,570 --> 00:12:04,440
Bu barədə fikrimi bir cümlə ilə belə ifadə edə bilərəm ki, Xubriqan Məclisinin rəhbər tutduğu kurs İslam İnqilabının, onun qarşıya qoyduğu idealların kursudur;

81
00:12:05,110 --> 00:12:10,400
yəni bu məclis İslam İnqilabının və inqilabi hədəflərin yolunda irəliləməlidir.

82
00:12:10,880 --> 00:12:15,420
İnqilabın hədəfləri hansılardır? Birinci növbədə İslamın hakimiyyəti;

83
00:12:15,820 --> 00:12:28,750
İslam İnqilabı əsas etibarilə bunun üçün ortaya çıxıb; İslam dininin hakimiyyətə gəlməsini, özünəməxsus mənada hakimlik etməsini təmin etmək üçün yaranıb.

84
00:12:30,530 --> 00:12:39,820
İnqilabın hədəfləri aşağıdakılardır: Allahın dininin hakimiyyəti, azadlıq, ictimai ədalət, ümumi rifah, yoxsulluq və cəhalətin kökünün kəsilməsi,

85
00:12:41,680 --> 00:12:51,730
Qərbdən baş alıb bütün dünyaya yayılan, bu gün xüsusiyyətlərini müşahidə etdiyimiz,

86
00:12:52,080 --> 00:13:02,930
dağıdıcı selə bənzəyən əxlaqsızlığa qarşı mübarizə. Ölkələrdə homoseksualizmi qanuniləşdirirlər;

87
00:13:03,240 --> 00:13:11,060
nəinki qanuniləşdirirlər, hətta buna etiraz edən insanları çox kəskin bir şəkildə pisləyirlər.

88
00:13:12,040 --> 00:13:24,750
Bundan da o yana əxlaqsızlıq olar?! Əvvəllər bəziləri elə düşünürdülər ki, Qərbdə kişi-qadın münasibətləri sərbəst olduğuna görə

89
00:13:24,970 --> 00:13:32,440
orda şəhvətpərəstlik, cinsi məsələlərə həvəs və maraq azdır. Burda məhdudiyyət olduğuna görə الاِنسانُ حَريصٌ عَلي ما مُنِع – insan qadağan olunan şeyə daha həris olar.

90
00:13:32,930 --> 00:13:43,330
İndi məlum olur ki, yox, əksinə imiş. Orda azadlıq olduğuna, kişi-qadın münasibətlərində heç bir hədd-hüdud olmadığına baxmayaraq,

91
00:13:43,330 --> 00:13:53,330
onlarda cinsi həvəs günü-gündən daha güclü, daha aktiv, daha qaba, daha təcavüzkar bir formada özünü büruzə verir.

92
00:13:53,600 --> 00:14:00,530
Və hazırkı səviyyəsində də dayanıb qalmayacaq; bilmirəm nə vaxt, amma gələcəkdə məhrəmlər arasında nikaha da gedib çıxacaqlar!

93
00:14:00,840 --> 00:14:09,240
İş gedib daha həssas məsələlərə çatacaq.  Yəni əxlaqsızlıq dünyası bu istiqamətə getməkdədir.

94
00:14:09,680 --> 00:14:15,820
Bu, onların əxlaqi cəhətdən durumu. İqtisadiyyatlarına gəlincə;

95
00:14:16,260 --> 00:14:22,880
çirkli pulların yuyulması. Düzdür, çirkli pulların yuyulması haqda danışarkən bunu bir cinayət əməli kimi təqdim edirlər, amma

96
00:14:23,200 --> 00:14:31,020
dünyanın ən əhəmiyyətli şirkət və kompaniyalarının işi elə bu maliyyə fırıldaqları, çirkli pul oyunları vasitəsilə

97
00:14:31,330 --> 00:14:36,660
əllərindəki sərvətin həcmini daha da artırmaqdır;

98
00:14:37,060 --> 00:14:42,800
və təbii ki, ayrı-seçkilik, təbii ki, günü-gündən dərinləşən təbəqələşmə.

99
00:14:43,200 --> 00:14:48,310
Bu, baş alıb bütün ölkələrə, bütün toplumlara tərəf gedən dağıdıcı bir seldir;

100
00:14:48,310 --> 00:14:53,370
İslam İnqilabının hədəflərindən biri də bu dağıdıcı selə qarşı mübarizə aparmaqdır.

101
00:14:53,770 --> 00:14:58,750
İnqilabın hədəflərindən biri də imperializmin ağalığına müqavimət göstərməkdir.

102
00:14:59,280 --> 00:15:04,130
Ağalıq etmək, öz ağalığını təmin etmək üçün çalışmaq,

103
00:15:04,480 --> 00:15:13,420
ağalığını genişləndirmək imperializmin xarakterindədir. Müqavimət göstərməyən istənilən xalq, istənilən dövlət imperializmin toruna düşüb onların əsirinə çevriləcək.

104
00:15:13,950 --> 00:15:21,460
İnqilabın hədəfləri bunlardır. Xubriqan Məclisinin də hərəkət kursu inqilabi hədəflərin kursudur.

105
00:15:22,220 --> 00:15:26,710
Və bu, çox çətin bir işdir; ən çətin işlərdən biridir.

106
00:15:27,420 --> 00:15:34,970
Diqqət edin, üstündə rəqabət, yaxud düşmənçilik gedən bir şeyi

107
00:15:35,240 --> 00:15:42,400
əldə etmək çətindir, amma onu qoruyub saxlamaq daha çətindir.

108
00:15:42,620 --> 00:15:48,660
Tutalım, bir müsabiqəyə qatılıb böyük zəhmət və əziyyətlə

109
00:15:49,460 --> 00:15:59,110
çox dəyərli bir əşya, yaxud qiymətli daş qazanırsınız; onu qoruyub saxlamaq əldə etməkdən daha çətin olur.

110
00:15:59,950 --> 00:16:09,950
Səbəbi də məlumdur; çünki siz mübarizə meydanına atılanda hücum edən tərəf olursunuz; meydana hücumçu əhval-ruhiyyəsi ilə,

111
00:16:10,620 --> 00:16:17,550
motivasiya ilə girirsiniz, hədəfinizin nə olduğunu bilir və konkret hədəfin arxasınca gedirsiniz;

112
00:16:18,170 --> 00:16:28,080
amma onu əldə etdikdən sonra artıq həmin şeyi sizin əlinizdən almaq istəyən qarşı tərəf hücum edən tərəf olur,

113
00:16:28,350 --> 00:16:36,400
hücumçu ruhiyyəsi, motivasiya onda olur. Siz onun hansı tərəfdən hərəkətə keçəcəyini, hansı tərəfdən hücum edəcəyini bilmirsiniz,

114
00:16:36,750 --> 00:16:41,240
o isə plan qurub sizin üstünüzə hücuma keçir.

115
00:16:42,130 --> 00:16:50,080
İnqilab çətin bir iş idi; inqilabın ortaya çıxması asan bir məsələ deyildi;

116
00:16:50,400 --> 00:16:57,370
təşəbbüskarlıq tələb edirdi, səy tələb edirdi, ürək yanğısı tələb edirdi. Bəli, dahi İmam Xomeyni (r.ə)

117
00:16:57,550 --> 00:17:06,710
bu xalqı, o fəal və mübariz kütlələri öz ruhiyyəsi, təqvası, imanı,

118
00:17:07,020 --> 00:17:18,970
nümayiş etdirdiyi dürüstlüklə hərəkətə gətirdi və nəticədə bu çətin iş reallaşdı, inqilab uğurlu oldu, qələbə çaldı, nəticədə dövlət quruluşu formalaşdı,

119
00:17:19,200 --> 00:17:24,350
amma onu qoruyub saxlamaq daha çətindir; qoruyub yaşatmaq daha çətindir.

120
00:17:24,620 --> 00:17:32,840
Düşmənlər, bu inqilabın ərsəyə gəlməsi üçün əslində kimə qarşı mübarizə aparılırdısa həmin qüvvələr bekar oturmayıblar,

121
00:17:33,510 --> 00:17:38,310
düşmənçiliklərindən əl çəkməyiblər. Onlar bu inqilabı sizin əlinizdən qoparıb almaq niyyətindədirlər.

122
00:17:38,570 --> 00:17:44,000
Özünüzün də müşahidə etdiyiniz kimi, son bir neçə ildə bəzi ölkələrdə xalq çox böyük hərəkatlar həyata keçirdi,

123
00:17:44,310 --> 00:17:51,060
amma düşmənlər həmin hərəkatların nailiyyətlərini gəlib onların əlindən oğurlayıb apardı və bu xalqları quru yurdda qoydu.

124
00:17:52,840 --> 00:18:00,710
İslam dini, heç şübhəsiz, zülm və hegemonluğu dağıdıb məhv etmək əzmindədir;

125
00:18:01,020 --> 00:18:03,680
“Onu (İslamı) bütün dinlərin fövqündə etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” (“Tövbə” surəsi, 33-cü ayədən)

126
00:18:05,330 --> 00:18:15,460
Şübhə yox ki, İslam ona qarşı cəbhə olan küfrü məğlub etmək iqtidarındadır. Amma hansı İslam?

127
00:18:16,350 --> 00:18:25,240
Yalnız ixtiyarında dövlət, hakimiyyət, hərbi qüvvə,

128
00:18:25,240 --> 00:18:29,860
media, siyasət, iqtisadiyyat və cürbəcür çoxsaylı vasitələr olan İslam

129
00:18:30,310 --> 00:18:35,860
küfr, imperializm və zülmü dağıdıb məhv edə, yaxud məhdudlaşdıra,

130
00:18:36,040 --> 00:18:41,730
hücum və təzyiqlərinin qarşısını ala bilər.

131
00:18:43,110 --> 00:18:53,370
Dövlət, hökumət quruluşu yaratmağı bacarmış İslam müqavimət göstərə bilər;

132
00:18:53,370 --> 00:19:02,840
yoxsa ayrı-ayrı şəxslər – lap müsəlman aləmində görkəmli bir sima olsa belə –

133
00:19:03,110 --> 00:19:12,710
yaxud bu gün dünyada rast gəlinən islami cərəyanlar hakimiyyətə gəlməyi hədəfə almırlarsa, imperializm üçün heç bir təhlükə törətmirlər;

134
00:19:12,930 --> 00:19:19,510
çünki bu şəkildə onların əlindən heç bir iş gəlməz; küfr, zülm və imperializmi məhv edə bilməzlər.

135
00:19:20,130 --> 00:19:26,800
Siz mübarizə aparmağa, müqavimət göstərməyə,

136
00:19:27,110 --> 00:19:32,530
küfr cəbhəsi qarşısında sinəsini sipər etməyə qadir olan belə bir İslama nail olmusunuz,

137
00:19:32,710 --> 00:19:37,600
bunun üçün zəhmət də çəkmisiniz, amma onu hansı yollarla qoruyub saxlamaq fikrindəsiniz?

138
00:19:38,570 --> 00:19:46,620
Düşmən qarşısında onu qorumaq, keşiyində durmaq lazımdır; bu elə bir şey deyil ki, bir kənara buraxasan, özü özbaşına qorunub qalsın;

139
00:19:47,600 --> 00:19:51,550
düşmən hücumlar edir.  Düşmən bir neçə cür hücum edir:

140
00:19:52,080 --> 00:20:00,220
biri sərt hücumlardır – müharibədir, savaşdır; düşmən bunu təcrübədən keçirib və məğlub olub;

141
00:20:01,060 --> 00:20:08,440
bizə qarşı başladılmış 8 illik savaş bu qəbildən idi; beynəlxalq miqyaslı bir müharibə idi;

142
00:20:08,930 --> 00:20:19,640
biri Səddama kimyəvi silah verdi, biri “Miq” təyyarəsi verdi, biri “Miraj” təyyarəsi verdi,

143
00:20:19,950 --> 00:20:28,170
biri havadan müdafiə texnikası verdi, o biri müharibə planları verdi. Hətta döyüş planları

144
00:20:28,530 --> 00:20:35,510
və səngərlərin yerləşdirilməsi də başqalarının köməyi ilə olurdu. Onlar hamısı kömək etdilər ki,

145
00:20:35,680 --> 00:20:40,970
bəlkə, Səddam bu müharibəni uda; amma bacarmadı. Sərt hücumların bir nümunəsi 8 illik savaşdır.

146
00:20:41,280 --> 00:20:47,110
Digər bir nümunəsi isə ölkədə – bütün sərhədyanı bölgələrdə başlatdıqları etnik iğtişaşlardır.

147
00:20:48,000 --> 00:20:51,150
Yadınıza gələr, hər yerdə

148
00:20:51,770 --> 00:20:56,350
iğtişaşlar törədirdilər, hər yerdə müharibə salırdılar; lakin düşmən qələbə qazana bilmədi; bunlar qan-qadalı, sərt müharibələr idi.

149
00:20:56,570 --> 00:21:03,420
Terrorçu cərəyanlar, terrorla bağlı problemlər yaratdılar və ya bu qüvvələri fəallaşdırdılar.

150
00:21:03,600 --> 00:21:12,440
Amerika neft platformalarına hücum etdi; Amerika sərnişin təyyarəsini vurub yerə saldı;

151
00:21:13,060 --> 00:21:16,800
əllərindən nə gəldisə, etdilər; bunlar sərt müharibələr idi.

152
00:21:18,130 --> 00:21:29,330
Bütün bu cəhdlərində uğursuzluğa düçar oldular; İran xalqı və onun dahi lideri İmam Xomeyni (r.ə) qarşısında məğlub olub daha da qorxuya düşdülər.

153
00:21:29,730 --> 00:21:37,600
Allah-taala dahi imama bir güc vermişdi; ondakı o iman, təvəkkül,

154
00:21:38,660 --> 00:21:49,600
onun uzaqgörənliyi, o böyük insanda açıq-aydın müşahidə olunan öz hədəfinə bütün varlığı və qəlbi ilə bağlılıq xüsusiyyəti, Yaradanın ona verdiyi heybət –

155
00:21:50,170 --> 00:21:58,480
belə ki başqaları ondan qorxurdular, düşmənlər imamdan sözün əsl mənasında qorxurdular;

156
00:21:58,750 --> 00:22:02,350
“Onlar sanki vəhşi eşşəklərdir. (O eşşəklər ki) aslandan hürküb qaçarlar!” (“Müdəssir” surəsi, 49-50-ci ayələr)

157
00:22:02,620 --> 00:22:11,950
– İmamın səsi, onun çağırışları heyvanları qorxuya salan bir aslan nərəsi kimi düşmənləri qorxuya salırdı.

158
00:22:12,530 --> 00:22:16,530
Bəli, bu mərhələdə onlar məğlub oldular.

159
00:22:17,420 --> 00:22:27,950
Onların düşmənçilik və qarşıdurmasının digər bir etapı yumşaq müharibədən ibarət idi.

160
00:22:28,260 --> 00:22:34,130
Yumşaq müharibənin bir növü bu vaxta qədər şahidi olduğumuz şeylərdir:

161
00:22:34,480 --> 00:22:48,570
iqtisadi sanksiyalar, azdırıcı təbliğat və sair. Düşmən ilk gündən bəri bu işlərə start verib və davam etdirib;

162
00:22:48,880 --> 00:22:56,710
İslam Respublikasına qarşı iflicedici sanksiyalar tətbiq etdiklərini düşünürdülər;

163
00:22:57,200 --> 00:23:05,330
bu da effekt vermədi; bununla da heç nəyə nail ola bilmədilər; onlar bu sanksiyalar, bu iqtisadi blokada sayəsində İslam Respublikasını iflic vəziyyətə salmaq istəyirdilər,

164
00:23:05,600 --> 00:23:12,350
amma olmadı. Elə sanksiyalar dövründə ölkədə böyük işlər reallaşdırıldı;

165
00:23:12,350 --> 00:23:21,860
mən o zaman xarici jurnallardan birində nəşr olunmuş bir məlumatda İsrail rejiminə bağlı olan

166
00:23:22,080 --> 00:23:31,770
bir generalın səsləndirdiyi fikirləri oxumuşdum; o deyirdi ki, mən İrana düşmənəm, İranı sevmirəm, amma bu ölkəni yüksək qiymətləndirirəm;

167
00:23:32,440 --> 00:23:40,170
onlar sanksiyalara rəğmən filan raketi ərsəyə gətirə biliblər (o zaman yenicə  sınaqdan bir raket çıxarılmışdı,

168
00:23:40,170 --> 00:23:43,910
onlar da peyk və sair vasitəsilə izləyib xəbər tutmuşdular),

169
00:23:44,260 --> 00:23:53,950
mən bunu təqdir edirəm. Sanksiyalara baxmayaraq, sanksiyaların tətbiq olunduğu bir dövrdə, başqalarının köməyi olmadan, iqtisadi təzyiqlər şəraitində bu işlər görüldü.

170
00:23:54,480 --> 00:24:06,570
Apardıqları yumşaq müharibə variantlarından biri də bəzi başqa ölkələrdə İslam Respublikasının dayaqlarını vurmaq olmuşdur;

171
00:24:07,110 --> 00:24:13,640
belə ki bir çox ölkələrdə İslam Respublikasının dayağı,

172
00:24:14,040 --> 00:24:21,150
strateji dərinliyi sayılan birlik və təşkilatları vurublar, dağıdaraq yox ediblər;

173
00:24:21,420 --> 00:24:26,800
ya yox ediblər, ya da ən azından onlara zərbə vurublar; amma bu da təsir göstərməyib,

174
00:24:27,200 --> 00:24:34,800
bacarmayıblar; bunların heç biri istənilən nəticəni verməyib. Odur ki həm sərt müharibədə məğlubiyyətə düçar olublar, həm də yumşaq müharibədə.

175
00:24:35,600 --> 00:24:41,770
Üçüncü etapda isə yumşaq müharibənin bir başqa növünü həyata keçirməkdədirlər;

176
00:24:42,130 --> 00:24:48,130
onu da deyim ki, bu təkcə bu günə aid deyil, bir neçə il əvvəldən başlanıb, neçə illərdir ki, start verilib,

177
00:24:48,310 --> 00:24:56,310
intəhası günü-gündən daha da genişlənir. Bax bu, çox təhlükəlidir və mən yeri düşdükcə müxtəlif rəsmilərə

178
00:24:56,570 --> 00:25:07,600
bu barədə dönə-dönə xəbərdarlıq edirəm. Yumşaq müharibənin bu növü düşmənin mühüm qərarların işlənib hazırlandığı və qəbul olunduğu strukturlara nüfuz etməsindən ibarətdir;

179
00:25:08,310 --> 00:25:13,730
xalqın inanclarında dəyişiklik etmək məqsədilə nüfuz etməkdən ibarətdir;

180
00:25:14,530 --> 00:25:21,550
hesablamaları dəyişmək üçün nüfuz etməkdən ibarətdir.

181
00:25:22,310 --> 00:25:29,110
Biz rəsmilər burda oturmuşuq və öz işlərimizlə bağlı müəyyən götür-qoy edir, planlar qururuq, öz hesablamalarımız var;

182
00:25:29,550 --> 00:25:32,440
bu hesablamaların nəticəsi olaraq bu və ya digər şəkildə mövqe seçirik;

183
00:25:32,620 --> 00:25:38,000
əgər onlar bizim hesablamalarımızı dəyişməyə müvəffəq olsalar, bizim seçdiyimiz mövqe də dəyişəcək.

184
00:25:38,930 --> 00:25:46,800
Onların gördüyü əsas işlərdən biri budur: rəsmilərin hesablamalarını dəyişmək; xalqın inanclarında dəyişiklik etmək;

185
00:25:47,600 --> 00:25:54,750
mühüm qərarların düşünüldüyü və qəbul olunduğu strukturlarda dəyişiklik etmək.

186
00:25:55,280 --> 00:26:03,370
Bu, özündə inqilabın əsas prinsiplərinə, bu prinsipləri qoruyan, onların keşiyində duran

187
00:26:03,510 --> 00:26:07,200
qurumlara hücumları ehtiva edən çox təhlükəli bir işdir.

188
00:26:07,730 --> 00:26:13,330
Keşikçi Korpusa hücumlar edirlər – təbiğat hücumları; Keşikçi Şuraya hücumlar edirlər;

189
00:26:13,730 --> 00:26:18,480
mömin qüvvələrə, islamçı gənclərə hücumlar edirlər;

190
00:26:18,480 --> 00:26:24,260
bu gün xarici radio və televiziya kanallarında aparılan təbliğat bu cür fikirlərlə doludur;

191
00:26:24,620 --> 00:26:30,040
bilmirəm, siz nə dərəcədə izləyirsiniz, nə dərəcədə xəbəriniz var;

192
00:26:30,350 --> 00:26:36,170
xüsusilə də öz auditoriyalarını həmin istiqamətə yönəltmək üçün internet vasitəsilə

193
00:26:36,480 --> 00:26:43,110
ardıcıl surətdə bu sahədə iş aparırlar. İnqilabın tərəfdarı olan ruhanilərə hücumlar edir,

194
00:26:43,460 --> 00:26:49,730
onları “hakimiyyətin axundları” və sair bu kimi adlarla vururlar.

195
00:26:52,080 --> 00:27:03,770
Bir sözlə: bu yumşaq müharibədə göstərilən bütün səylər İslam dövlətini ona qüdrət qazandıran faktorlardan məhrum etmək üçündür.

196
00:27:04,220 --> 00:27:12,000
. Elə etmək istəyirlər ki, İslam dövləti öz daxilindəki, iqtidarının mənbəyi olan faktorlardan məhrum olsun.

197
00:27:12,350 --> 00:27:19,600
Zəifləyəndən sonra, iqtidarının amillərini itirəndən sonra, güclü olmayandan sonra isə

198
00:27:19,950 --> 00:27:27,280
artıq onu məhv etmək, oyan-buyana çəkişdirmək böyük dövlətlər üçün çətin bir məsələ olmayacaq;

199
00:27:28,080 --> 00:27:31,110
İslam dövlətini tabeçiliyə vadar etmək istəyirlər.

200
00:27:31,360 --> 00:27:35,680
Mənim bir neçə gün öncə  haqqında danışdığım “cihadi-kəbir” – böyük cihadın yeri bax burda görünür;

201
00:27:35,830 --> 00:27:40,330
“Kafirlərə itaət etmə və onlara qarşı onunla (Quranla) böyük bir cihad et!” (“Furqan” surəsi, 52-ci ayə)

202
00:27:40,500 --> 00:27:46,560
Təfsirlərdə qeyd olunur ki, ayədəki “onunla” əvəzliyi ilə Quran nəzərdə tutulur;

203
00:27:46,670 --> 00:27:51,020
hərçənd əvvəlki ayələrdə Quran kəlməsi işlədilmir,

204
00:27:51,250 --> 00:27:56,050
amma həm mərhum Təbərsi “Məcməül-bəyan” təfsirində, həm də mərhum Əllamə Təbatəbai ayəni məhz bu şəkildə təfsir etmişlər;

205
00:27:56,200 --> 00:28:01,920
mərhum Əllamə Təbatəbai deyir ki, “onunla” əvəzliyi ilə Quranın nəzərdə tutulduğu konteksdən görünür;

206
00:28:02,220 --> 00:28:07,120
o gün  mən də öz çıxışımda bu ayəni qeyd etdim, sonradan ağlıma gəldi ki,

207
00:28:07,420 --> 00:28:10,620
فَلا تُطِعِ الکٰفِرينَ وَ جٰهِدهُم بِه‌ – yəni itaət etməməklə cihad et;

208
00:28:10,820 --> 00:28:15,200
itaət etməmək cümlədəki feildən alınan

209
00:28:16,020 --> 00:28:22,600
və həmin feildə gizlənən məsdərdir; فَلا تُطِعِ الکٰفِرينَ وَ جٰهِدهُم بِه‌ –

210
00:28:22,770 --> 00:28:28,520
yəni itaət etməməklə böyük bir cihad et.

211
00:28:28,870 --> 00:28:35,600
Deməli, böyük cihad elə itaət etməməkdir; bu məna ağlabatandır;

212
00:28:35,820 --> 00:28:41,720
əlbəttə, mən araşdırmadım ki, görüm müfəssirlər arasında bu ehtimalı qeyd edənlər var, ya yox,

213
00:28:41,870 --> 00:28:46,170
amma hər halda, bu, önəmli bir ehtimaldır. Böyük cihad budur;

214
00:28:46,620 --> 00:28:53,170
düşmənə itaət etməmək, onun arxasınca getməmək naminə cihad.

215
00:28:53,670 --> 00:28:57,550
Odur ki Xubriqan Məclisinin də yolu, istiqaməti budur;

216
00:28:58,120 --> 00:29:01,570
inqilabi kurs, inqilabçılıq yolu,

217
00:29:02,700 --> 00:29:08,250
inqilab yolu ilə getmək, İslamın, Allahın dininin hakimiyyətini təmin etmək.

218
00:29:08,920 --> 00:29:16,370
Əgər biz ilahi hökmlərin, Allahın hökmünün bərqərar edilməsi naminə çalışmaycağıqsa, onda burda nə işimiz var?

219
00:29:16,500 --> 00:29:22,850
Mənim burda nə işim var? Qoy elə bundan əvvəlkilər – ya özləri, ya da onlar kimilər gəlib hökuməti idarə etsinlər.

220
00:29:23,720 --> 00:29:27,370
Biz ona görə burdayıq ki, Allahın dininin hakimiyyətini bərqərar etmək istəyirik;

221
00:29:27,370 --> 00:29:30,970
Allahın dininin hakimiyyəti reallaşmalıdır; biz bunun arxasıncayıq;

222
00:29:31,570 --> 00:29:36,900
məhz buna görə də bu yolda öldürülən şəxs Allah yolunda şəhid olmuş sayılır;

223
00:29:37,220 --> 00:29:42,050
məhz buna görə xalqımız bu yolda öz cavanlarından səxavətlə keçdi

224
00:29:42,400 --> 00:29:48,670
və hələ də keçməkdədir; əgər bu olmasaydı, iqtisadiyyatı inkişaf etdirməyə qalsa, bunu başqaları da edirlər.

225
00:29:48,750 --> 00:29:55,520
Mən axund və ya ruhani nəyə görə gəlib bu işlərlə məşğul olmalı idim ki? Öz dərsimin, dini bəhslərimin arxasınca gedərdim də.

226
00:29:55,820 --> 00:30:00,120
Bəli, bu işləri başqaları da görə bilir və görür də; dünyada da bunu edənlər var.

227
00:30:00,450 --> 00:30:05,350
Allahın dini, bu dinin hakimiyyətini təmin etmək, ilahi hakimiyyəti bərqərar etmək məsələsi olmasaydı,

228
00:30:05,600 --> 00:30:13,070
mənim, yaxud sizlərin burda olmağımıza heç bir zərurət olmazdı. Demək, əsas məsələ budur: İslamın hakimiyyətini bərqərar etmək.

229
00:30:13,220 --> 00:30:17,520
Və novatorluq – mən novatorluq məsələsini dönə-dönə vurğulayıram;

230
00:30:17,800 --> 00:30:24,350
intəhası novatorluq qayda-qanun çərçivəsində olsun, həm də bunu savadlı insanlar etsin,

231
00:30:24,770 --> 00:30:31,200
daha savadsız və ya yarımsavad adamlar yox – dini məsələlərdə novatorluq.

232
00:30:31,320 --> 00:30:39,300
Din bütün dövrlər, istənilən şərait üçün gəldiyinə görə onu genişləndirmək mümkündür.

233
00:30:40,050 --> 00:30:48,950
Odur ki Allahın dini müəyyən məqamlarda ictihad və hökm çıxarma sahəsində mütəxəssis olan

234
00:30:49,170 --> 00:30:56,300
müctəhidlər vasitəsilə genişləndirilə bilər. Buna nümunələri biz İmam Xomeynidən (r.ə) görmüşük;

235
00:30:56,520 --> 00:31:03,050
bəzilərinə əməl olundu, bəziləri isə ən azından onun öz dövründə deyildi.

236
00:31:03,870 --> 00:31:09,270
Və düşmənin vurduğu yaraları sağaltmaq; mühüm işlərdən biri də budur.

237
00:31:09,900 --> 00:31:14,370
Düşmən bu inqilaba yaralar vurur,

238
00:31:14,470 --> 00:31:21,300
biz o yaraları sağaltmalıyıq. Həmin yaralardan biri məzhəb – şiə-sünni –

239
00:31:21,300 --> 00:31:25,220
və tayfa ayrı-seçkiliyidir, digəri siyasi cinahlar arasındakı ixtilaflardır;

240
00:31:26,120 --> 00:31:34,150
daha bir yara cəmiyyətdə süni şəkildə qütbləşmə yaradılmasıdır; bunlar düşmənin hazırda bizə vurmaqda olduğu yaralardır, onları müalicə etmək, sağaltmaq lazımdır.

241
00:31:36,050 --> 00:31:42,270
Hər halda, mənim daim vurğuladığım məqam budur ki,

242
00:31:42,270 --> 00:31:48,020
biz həmişə inkişaf və dəyişiklik prinsipini rəhbər tutmalıyıq.

243
00:31:48,450 --> 00:31:59,050
Durğunluq yolverilməzdir; daim irəli getmək, inkişaf etmək lazımdır; intəhası İslam İnqilabının və dinin hədəfləri yolunda.

244
00:32:00,170 --> 00:32:10,450
Bu möhtərəm və sözün əsl mənasında möhtəşəm məclisin yolu və kursu ilə bağlı qeyd etmək istədiklərimin ikinci hissəsi də bunlardan ibarət idi.

245
00:32:11,100 --> 00:32:18,600
Lakin hər kəsin öhdəsinə düşən ümumi vəzifələr də var ki, mən söhbətimizin çox uzanmaması üçün onları qısaca olaraq qeyd edəcəyəm.

246
00:32:19,000 --> 00:32:26,000
Bir cümlə ilə: biz ölkəmizə güc və iqtidar qazandırmalıyıq; ölkə güclü olmalıdır.

247
00:32:26,920 --> 00:32:34,850
İnqilabın qalıcı olmasının, inkişaf etməsinin, inqilabi amalların gerçəkləşməsinin yolu

248
00:32:35,170 --> 00:32:41,520
sözün geniş mənasında bizim ölkəyə iqtidar qazandırmağımızdan ibarətdir.

249
00:32:41,670 --> 00:32:47,400
Əgər bu vəzifəni həyata keçirməyi bacarsaq –

250
00:32:47,900 --> 00:32:53,570
yəni dövlət, parlament, məhkəmə hakimiyyəti, silahlı qüvvələr,

251
00:32:53,570 --> 00:33:00,350
inqilabi qurumlar, bu Xubriqan Məclisi bu sahədə bir iş görə, yardım edə bilsə,

252
00:33:00,600 --> 00:33:09,070
biz inqilabı sözün əsl mənasında qoruya biləcəyimizdən arxayın olarıq.

253
00:33:09,650 --> 00:33:16,320
Ölkəmiz güclənsə, imperialistlərin qarşısında da üstünlük qazanacağıq; bunu sizə deyim.

254
00:33:17,250 --> 00:33:22,270
Ölkə zəif olsa, imperialistlər bir yana, super-güclər bir yana,

255
00:33:22,570 --> 00:33:28,770
əhəmiyyətsiz, zəif və nüfuzsuz dövlətlər də adamdan tələbkarlıq edəcəklər.

256
00:33:29,420 --> 00:33:34,000
Zəif olsaq, bu cür olacaq, amma güclü olsaq, yox.

257
00:33:34,500 --> 00:33:40,670
Güc-qüdrət də nisbi bir məsələdir; insan gücləndikcə hər etapda bir işi həyata keçirə bilər.

258
00:33:41,250 --> 00:33:46,970
Məsələn, nüvə danışıqları olayında –

259
00:33:47,300 --> 00:33:51,920
əlbəttə, mən indi o mövzuya girmək istəmirəm – dəyərli dostlarımız dedilər ki, biz düşmən qarşısında üstünlük qazanmışıq

260
00:33:52,100 --> 00:33:59,100
və bu günə qədər ölkəmizdə nüvə sənayesinin olmağını istəməyənlər

261
00:33:59,100 --> 00:34:03,920
indi sənədə imza atıb bizdə bu sənayenin olmağı ilə razılaşırlar.

262
00:34:04,150 --> 00:34:11,450
Yaxşı, bu, necə əldə olundu? Bu, biz öz gücümüzü göstərəndən,

263
00:34:11,770 --> 00:34:17,520
onların bizim müvəffəq ola biləcəyimizi heç təsəvvürlərinə belə gətirmədikləri bir işi həyata keçirəndən,

264
00:34:17,800 --> 00:34:21,420
yəni uranı 20 faiz zənginləşdirməyə nail olandan  sonra oldu.

265
00:34:22,400 --> 00:34:29,170
Onlar özləri də, bu texnologiyanın mütəxəssisləri də yaxşı bilir ki, uranın 99 faizə qədər zənginləşdirilməsi işində

266
00:34:29,320 --> 00:34:34,070
ən çətin olanı 20 faizə qədər zənginləşdirmə mərhələsidir.

267
00:34:34,500 --> 00:34:37,820
Əgər bir ölkə 20 faizə qədər irəli gedə bilsə,

268
00:34:37,970 --> 00:34:45,550
ondan sonra 90-a, 99-a qədər qalxmaq asandır, çox çəkmir; onlar bunu bilirlər.

269
00:34:45,950 --> 00:34:51,120
İslam Respublikası bu yolu qət etdi; yəni uranın 20 faiz zənginləşdirilməsinə nail ola bildi,

270
00:34:51,250 --> 00:34:56,620
19 min yeni nəsl sentrifuqa qura bildi,

271
00:34:57,270 --> 00:35:01,850
10 minə yaxın birinci nəsl sentrifuqanı işə sala bildi,

272
00:35:02,420 --> 00:35:08,120
2-ci, 3-cü, 4-cü nəsl sentrifuqalar istehsal edə bildi;

273
00:35:08,620 --> 00:35:18,220
Ərak ağır su reaktorunu ərsəyə gətirə bildi;

274
00:35:18,450 --> 00:35:25,620
ağır su istehsal edən zavodu yarada bildi – hansı ki indi bizdən bunu pul verib alırlar.

275
00:35:25,620 --> 00:35:32,150
Bu işləri həyata keçirə bildiyimizə görə indi düşmən o minimum həddi – ölkəmizdə nüvə sənayesinin olmasını qəbul etdi;

276
00:35:32,920 --> 00:35:41,120
əgər bu işləri görməsəydik, qəbul etməyəcəkdilər. Mənim də, bütün dostlarımızın da yadındadır, bundan 10-12 il əvvəl –

277
00:35:41,370 --> 00:35:49,550
danışıqların əvvəlki etapında müzakirələr bunun üstündə gedirdi ki, məsələn, ölkəmizdə 5 sentrifuqanın işləməsinə icazə versinlər; razılaşmırdılar.

278
00:35:50,470 --> 00:35:56,950
Biz əvvəlcə 20 sentrifuqa demişdik, icazə verməmişdilər, sonradan güzəştə gedib dedik 5 sentrifuqa olsun, buna da razı olmamışdılar.

279
00:35:57,220 --> 00:36:04,520
Dedik bircəsi olsun, yenə də: “Olmaz!” – dedilər. Biz bacarmırıqsa, bizdə yoxdursa, gücümüz çatmırsa,

280
00:36:04,700 --> 00:36:10,920
düşmən bu şəkildə davranır. Amma düşmənin varlığına rəğmən, siz 19 min sentrifuqa qurmusunuzsa,

281
00:36:11,250 --> 00:36:15,820
işə salmısınızsa, 2-ci, 3-cü, 4-cü nəslini də istehsal etmisinizsə,

282
00:36:16,100 --> 00:36:23,300
bir sıra əlavə işlər də həyata keçirmisinizsə, o zaman düşmən qəbul etməyə məcburdur; güc budur.

283
00:36:24,150 --> 00:36:28,820
Güc-qüdrət olandan sonra hətta imperialistlərdən də imtiyaz almaq olar.

284
00:36:29,120 --> 00:36:31,770
Bu, Amerika və ya başqa birinin bizə verdiyi bir imtiyaz deyildi,

285
00:36:31,970 --> 00:36:37,470
bu, bizim öz gücümüz hesabına əldə etdiyimiz bir imtiyaz idi.

286
00:36:38,320 --> 00:36:44,400
Bütün sferalarda da belədir; iqtisadiyyatda da belədir.

287
00:36:44,970 --> 00:36:52,070
Müqavimət iqtisadiyyatı da elə budur; mən bu məsələni dönə-dönə təkrarlayıram, vurğulayıram, əlhəmdulillah, dostlarımız

288
00:36:52,250 --> 00:36:58,670
operativ komandanlıq qərargahı da yaradıblar, müəyyən işlər görürlər, ümidvaram ki, inşallah,

289
00:36:58,900 --> 00:37:02,450
nəticələrini də göz önündə müşahidə edəcəyik.

290
00:37:02,650 --> 00:37:12,100
Biz iqtisadiyyatda güclənsək, iqtisadi qüdrətimiz artsa, artıq sanksiyaların heç bir mənası olmayacaq, sanksiyalar artıq, lazımsız bir şey olacaq.

291
00:37:12,450 --> 00:37:16,870
Biz daxildə iqtisadi cəhətdən güclənə bilsək,

292
00:37:17,200 --> 00:37:24,470
onlar özləri bizə əl açacaqlar, bizimlə iqtisadi əlaqələr qurmağa can atacaqlar. Nəinki bizə qarşı sanksiyalar tətbiq etməyəcəklər,

293
00:37:24,700 --> 00:37:30,120
hətta bəlkə gəlib bizdən onlara sanksiya qoymamağımızı istəyəcəklər; bu, təbii bir haldır.

294
00:37:30,370 --> 00:37:35,200
Siyasətdə də, digər müxtəlif sferalarda da eynilə bu cür.

295
00:37:35,400 --> 00:37:41,150
Hökumət kabineti, parlament və digər strutkurlar ölkəyə iqtidar qazandıran amillərin təmin olunmasına çalışmalıdır

296
00:37:41,150 --> 00:37:43,850
və Xubriqan Məclisi də bunu tələb edə bilər.

297
00:37:44,070 --> 00:37:47,000
Siz bunu məndən,

298
00:37:47,270 --> 00:37:54,100
əzizimiz cənab Ruhanidən, parlamentdəki millət vəkillərindən,

299
00:37:54,100 --> 00:37:58,670
məhkəmə hakimiyyətindən tələb edə bilərsiniz; həmin amillərin təmin edilməsi tələbi ilə çıxış edə bilərsiniz.

300
00:37:58,820 --> 00:38:08,320
Qeyd etdiyimiz kimi, ilahi bir fenomen, nemət olan bu möhtəşəm, bu müstəsna kollektiv bu kimi işləri həyata keçirə bilər.

301
00:38:08,700 --> 00:38:14,950
Müəyyən məqama diqqətinizi yönəldin, o məsələnin üzərində işləyin,

302
00:38:15,270 --> 00:38:20,750
ictimai rəyi də həmin istiqamətə yönəldin; bax bu, Xubriqan Məclisi üçün, həqiqətən də, layiqli bir fəaliyyət olar.

303
00:38:20,920 --> 00:38:26,250
Əlbəttə, əgər cəsarət göstərib

304
00:38:26,400 --> 00:38:33,400
bu kimi qurumlarda inqilabçılığın meyarlarının hansılar olduğu barədə danışsaq, mənim fikrimcə, inqilabçılığın meyarı təqvadır,

305
00:38:33,620 --> 00:38:41,270
şücaətdir, gözüaçıq olmaqdır, qətiyyətdir, «لَومَةَ لآئِم» – qınayanların qınağından qorxmamaqdır;

306
00:38:42,200 --> 00:38:48,600
inqilabçılığın meyarları bunlardır. Əgər biz təqvalıyıqsa,

307
00:38:49,050 --> 00:38:54,370
lazımi qədər şücaətliyiksə, qətiyyətliyiksə – əlbəttə ki, qətiyyət tələb olunan yerdə;

308
00:38:54,750 --> 00:39:02,100
nəyisə üstüörtülü demək lazım olan yerdə yox; belə yerdə qətiyyət zərərlidir –

309
00:39:02,750 --> 00:39:08,720
bunlara riayət edə biliriksə, deməli, inqilabçıyıq. Düşməni düzgün tanıyaq.

310
00:39:09,020 --> 00:39:15,850
Düşmən bütöv bir cəbhədir; bir adam, yaxud konkret hansısa dövlət deyil, bütöv bir cəbhədir.

311
00:39:16,270 --> 00:39:20,850
Biz bu cəbhəni tanımalı, bu cəbhə ilə kimlərin əlaqəli olduğunu bilməli,

312
00:39:21,320 --> 00:39:29,120
bizi özünə oxşatmaq üçün hansı cinahdan və necə hərəkətə keçə biləcəyindən xəbərdar olmalıyıq.

313
00:39:29,500 --> 00:39:34,800
Düşmən cəbhəsini də tanımalıyıq, onun işlətdiyi düşmənçilik metodlarına da bələd olmalıyıq; düşmənin hansı tərzdə düşmənçilik etdiyini bilməliyik.

314
00:39:35,300 --> 00:39:40,700
Bəzən görürsən ki, düşmən meydana atılaraq hansısa xəbis məqsədini reallaşdırmaq üçün

315
00:39:40,950 --> 00:39:47,620
bir işə başlayır və biz onun məqsədinin nə olduğunu doğru-dürüst bilmirik;

316
00:39:47,920 --> 00:39:51,900
üzdən baxıb bunun yaxşı bir iş olduğunu görür və müsbət qarşılayırıq;

317
00:39:52,100 --> 00:39:58,020
halbuki o bununla öz çirkin məqsədini güdür. Olub; ölkəmizdə belə hallar olub

318
00:39:58,320 --> 00:40:03,420
və elə bu gün də var ki, onlar konkret hədəflə hansısa bir işə başlayıblar,

319
00:40:03,620 --> 00:40:07,620
biz də işin zahirinə baxıb demişik, əcəbdir! Bu ki yaxşı bir işdir, nə problem ola bilər?!

320
00:40:07,750 --> 00:40:14,800
Halbuki gözüaçıq olsaq, düşmənin məqsədindən xəbərimiz olsa, belə tez aldanmarıq.

321
00:40:15,020 --> 00:40:20,120
Düşmənin qarşısında mənəvi-psixoloji cəhətdən sınmaq da lazım deyil;

322
00:40:20,620 --> 00:40:25,750
məsələnin əsas tərəflərindən biri də budur. Mənəvi-psixoloji cəhətdən sınmaq zərərli bir haldır;

323
00:40:26,170 --> 00:40:34,800
öz içində sınan şəxs meydanda, heç şübhəsiz, sınacaq.

324
00:40:35,770 --> 00:40:40,200
Hər bir insanın birinci məğlubiyyəti öz içində üzləşdiyi məğlubiyyətdir –

325
00:40:40,450 --> 00:40:47,220
hiss edə ki, bacarmayacaq, hiss edə ki, xeyri yoxdur, qarşı tərəf ondan qat-qat güclüdür,

326
00:40:47,400 --> 00:40:51,220
hiss edə ki, əlindən heç bir iş gəlməyəcək; mənəvi-psixoloji cəhətdən sınmaq bax budur.

327
00:40:51,820 --> 00:40:56,650
İçimizdə bu sınma ortaya çıxarsa, meydanda mütləq şəkildə məğlub olacağıq.

328
00:40:56,750 --> 00:41:00,650
Bu sınma olmamalıdır; diqqət etmək lazımdır ki, bu sınma yaranmasın.

329
00:41:00,650 --> 00:41:06,370
Dahi liderimiz İmam Xomeyniyə (r.ə), şəhidlərimizə Allah rəhmət etsin, Məhəmməd və Ali - Məhəmmədə (ə) salavat!