1
00:00:00,650 --> 00:00:02,950
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:05,800 --> 00:00:08,470
الحمدلله ربّ العالمين

3
00:00:10,750 --> 00:00:20,370
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:29,400 --> 00:00:35,650
و علي آله الاطيبين الاطهرين المنتجبين

5
00:00:37,170 --> 00:00:45,420
الهداة المهديّين سيّما بقيّةالله في الارضين

6
00:00:48,570 --> 00:00:53,920
Dahi İmam Xomeyninin (r.ə) əziz xatirəsini

7
00:00:56,850 --> 00:01:10,400
anmaq məqsədi ilə təşkil olunmuş bu toplantı çox böyük və möhtəşəmdir;

8
00:01:11,470 --> 00:01:20,250
ökənin digər bölgələrində də İmamın xatirəsinə

9
00:01:20,920 --> 00:01:27,470
və ona bəslənən sevgiyə xatir buna bənzər yığıncaqlar təşkil olunub.

10
00:01:28,570 --> 00:01:35,920
Bərəkətli şəban ayının son günlərini yaşayırıq.

11
00:01:38,450 --> 00:01:52,070
Böyük ehtimalla, dahi İmam (r.ə) bu ayın mənəvi bərəkətindən çox istifadə etmişdir.

12
00:01:56,020 --> 00:02:13,150
Sübutlar onu göstərir ki, o nurlu qəlb bu ayın xeyir-bərəkəti sayəsində öz nuraniliyini daha da artırırmış.

13
00:02:16,160 --> 00:02:25,360
İmam (r.ə) tez-tez öz çıxışlarında “Şəbaniyyə münacatı” duasının

14
00:02:25,600 --> 00:02:37,280
bu məşhur fraqmentini təkrar edərdi: اِلهي هَب لي کَمالَ الاِنقِطاعِ اِليکَ

15
00:02:39,560 --> 00:02:47,280
وَ اَنِر اَبصارَ قُلوبِنا بِضِيآءِ نَظَرِها اِلَيک

16
00:02:47,920 --> 00:02:59,160
Müxtəlif toplantılarda etdiyi çıxışlarında duanın bu hissəsini çox oxuyardı.

17
00:02:59,760 --> 00:03:16,640
Bu onu göstərir ki, o böyük insan bu bərəkətli günlərlə, bu münacatla, bu mənalarla sıx ünsiyyətdə olmuşdur.

18
00:03:16,920 --> 00:03:33,040
Bir dəfə mən də ondan dualar haqqında soruşanda oxunmasına həddən artıq təkid etdiyi,

19
00:03:34,480 --> 00:03:41,360
üstünlük verdiyi dualardan biri elə “Şəbaniyyə münacatı” oldu.

20
00:03:44,280 --> 00:03:50,760
Bu duanın mühüm fraqmentlərindən biri də budur:

21
00:03:51,000 --> 00:04:07,520
اِلهي هَب لي قَلباً يُدنيهِ مِنکَ شُوقُه، وَ لِسانًا يُرفَعُ اِلَيکَ صِدقُه، وَ نَظَراً يُقَرِّبُهُ مِنکَ حَقُّه

22
00:04:08,120 --> 00:04:16,640
İlahi dərgaha yaxınlaşmaq üçün şövqlə dolu bir ürək,

23
00:04:18,320 --> 00:04:28,200
doğruculluğu, düzünü deməyi ilə sahibinin Uca Yaradana yaxınlaşmasına səbəb olan doğrucul dil,

24
00:04:29,480 --> 00:04:42,240
insanın Allah-taalaya daha da yaxınlaşmasına səbəb olan haqqı görən baxış, haqqı axtaran yanaşma.

25
00:04:42,560 --> 00:04:55,520
Bu mübarək duada Allah-taaladan bu xüsusiyyətlər istənilir; bunlar bizim üçün bir dərsdir.

26
00:04:57,520 --> 00:05:06,120
Dahi İmam (r.ə) bu ibrətverici dərslərlə ünsiyyətdə olaraq ömür sürmüş bir şəxs idi.

27
00:05:07,960 --> 00:05:25,600
Uca Yaradan haqq və həqiqətin dərəcələri ilə tanışlığının, ilahi dərgaha yaxınlığının bərəkəti sayəsində

28
00:05:26,400 --> 00:05:39,080
ona bu böyük və qalıcı hərəkatı həyata keçirmək üçün bu güc-qüvvəti nəsib etmişdi.

29
00:05:39,480 --> 00:05:53,040
Dahi İmam (r.ə) haqqında danışmaq istəyiriksə, böyük liderimiz

30
00:05:53,400 --> 00:06:06,720
mərhum İmam Xomeyni haqda daha az işlədilmiş, daha az istifadə olunmuş təyinlərdən biri

31
00:06:07,800 --> 00:06:22,240
özündə kompleks bir mənanı ehtiva edən bir ifadədir ki, mən onu bu şəkildə formulə edərdim: mömin, itaətkar və ibadətkar bir inqilabçı.

32
00:06:25,080 --> 00:06:33,000
İmamın (r.ə) şəxsiyyəti haqda danışarkən adətən biz onu bir çox xüsusiyyətlərlə, bir sıra təyinlərlə səciyyələndiririk,

33
00:06:35,200 --> 00:06:46,080
amma bu qeyd etdiyim təyin – hansı ki biz İmamı bu xüsusiyyətləri ilə çox az yad etmişik – kompleks məna daşıyır;

34
00:06:47,800 --> 00:06:52,440
mömindir, ibadətkardır, inqilabçıdır.

35
00:06:52,720 --> 00:07:00,200
Mömindir – yəni Allah-taalaya, qarşıya qoyduğu hədəfə,

36
00:07:00,800 --> 00:07:09,680
onu bu hədəfə çatdıracaq yola və xalqa inanır:

37
00:07:10,960 --> 00:07:15,080
“...Allaha da inanır, möminlərə də...” (“Tövbə” surəsi, 61-ci ayədən)

38
00:07:15,880 --> 00:07:21,440
“...Allaha da inanır, möminlərə də...” (“Tövbə” surəsi, 61-ci ayədən)

39
00:07:21,920 --> 00:07:28,720
Peyğəmbər (s) Allaha, öz hədəfinə, öz prinsiplərinə və xalqına dərin inam bəsləmişdir.

40
00:07:29,120 --> 00:07:42,440
İkincisi ibadətkardır, itaətkardır, yəni Allahın qarşısında özünü, həqiqətən də, bir qul, bəndə olaraq görür. Bu da olduqca mühüm keyfiyyətdir.

41
00:07:42,720 --> 00:07:53,880
Diqqət etsəniz, görərsiniz ki, Allah-taala Qurani-Kərimdə Həzrət Peyğəmbəri (s) bir sıra xüsusiyyətlərlə mədh etmişdir:

42
00:07:54,440 --> 00:08:01,000
“Həqiqətən də, sən böyük əxlaq sahibisən!” (“Qələm” surəsi, 4-cü ayə), “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin.” (“Ali-İmran” surəsi, 159-cu ayədən)

43
00:08:01,240 --> 00:08:14,040
Bunlardan başqa bir çox ifadələr də var ki, onların hər biri Həzrət Peyğəmbərin (s) bir sıra özəlliklərini bizə açıqlayır, tanıdır.

44
00:08:14,760 --> 00:08:30,200
Ancaq bizə hər gün namazlarımızda Həzrət Peyğəmbərin (s) bir xüsusiyyətini təkrar etmək əmr olunmuşdur:

45
00:08:30,520 --> 00:08:34,960
“şəhadət verirəm ki, Məhəmməd (s) Allahın bəndəsi və rəsuludur”;

46
00:08:43,080 --> 00:08:48,600
bu, bəndəliyin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.

47
00:08:49,520 --> 00:09:05,480
Bəndə olmaq, Allaha itaət etmək o qədər önəmli bir xüsusiyyətdir ki, Uca Yaradan müsəlmanlara

48
00:09:05,640 --> 00:09:17,080
hər gün namazlarında bunu təkrar etməyi əmr etmişdir. İmam  Xomeyni də bu özəlliyə sahib idi; bəndəlik sifətinə malik idi;

49
00:09:18,080 --> 00:09:28,000
Allah qarşısında təvazökarlıq göstərən, acizanə halda dua edən, yalvaran, itaətkar bir mömin idi.

50
00:09:30,240 --> 00:09:38,640
Üçüncü xüsusiyyətə – yəni “mömin və itaətkar bir inqilabçı” ifadəsindəki

51
00:09:39,960 --> 00:09:55,960
inqilabçılıq xüsusiyyətinə gəlincə mən bunun üzərində özəlliklə dayanaraq bu haqda daha ətraflı danışmaq istəyirəm. İmam (r.ə) inqilabın imamı, inqilabın lideri idi.

52
00:09:57,000 --> 00:10:07,840
“İnqilab” özündə saysız-hesabsız həqiqətlər gizlədən bir sözdür.

53
00:10:09,000 --> 00:10:22,360
“İnqilabın imamı” o deməkdir ki, bu insan inqilab məfhumunun özündə ehtiva etdiyi bütün xüsusiyyətlərin, bütün prinsiplərin  öndəridir.

54
00:10:23,520 --> 00:10:32,840
Materialist güclərin də İmama qarşı həmişə qəzəbli, aqresiv olmasının səbəbi

55
00:10:33,480 --> 00:10:39,840
– sözsüz ki, ondan qorxurdular da –

56
00:10:41,120 --> 00:10:52,480
daha çox elə onun bu xüsusiyyəti idi: inqilabçı olması. Onun bu xüsusiyyətinə düşmən idilər.

57
00:10:53,600 --> 00:11:07,160
Elə günü bu gün də İran xalqının düşmənləri onun bu xüsusiyyətinə – inqilabçılığına, inqilaba sadiq və bağlı olmasına ədavət bəsləyir, buna görə düşmənçilik edirlər.

58
00:11:07,640 --> 00:11:15,680
Xüsusilə də materialist güclər inqilab sözündən dəhşət hissi keçirirlər;

59
00:11:16,800 --> 00:11:25,840
“İslam İnqilabı” ifadəsi onlarda vahimə, qorxu yaradır.

60
00:11:28,720 --> 00:11:37,280
Göstərdikləri cürbəcür təzyiqlər də buna görədir – inqilabçılığa görə;

61
00:11:38,160 --> 00:11:53,480
az sonra “inqilabçı” sözünün hansı məna, məfhum və yanaşmaları ehtiva etdiyi barədə ətraflı danışacağam; qorxmaqda haqlıdırlar da.

62
00:11:53,960 --> 00:12:06,280
Sözsüz ki, yersiz səbəblərlə – bəzən nüvə məsələsi, bəzən də insan hüquqları kimi bəhanələrlə

63
00:12:07,160 --> 00:12:16,160
müxtəlif təzyiqlər göstərirlər, amma məsələnin əsl mahiyyəti bundan ibarətdir ki,

64
00:12:16,920 --> 00:12:33,760
İran xalqının və İran İslam Respublikasının düşmənləri bu inqilabçı ruhiyyədən qorxurlar, bundan narahatdırlar.

65
00:12:34,120 --> 00:12:52,080
Elə bu yaxınlarda – bir neçə ay bundan əvvəl – Amerika siyasətçilərindən biri demişdi ki, İrana İslam İnqilabına görə sanksiyalar tətbiq olunur;

66
00:12:53,800 --> 00:13:04,520
sanksiyaların səbəbi əslində 1979 - cu – yəni 1357 -ci il inqilabıdır! Bu, bir reallıqdır.

67
00:13:07,080 --> 00:13:17,680
Bəs bunun səbəbi nədir? Nəyə görə onlar inqilabın əleyhinədirlər? Səbəbi odur ki, bu böyüklükdə, bu genişlikdə bir ölkə,

68
00:13:17,920 --> 00:13:29,880
həm təbii, həm də insan resursları olan bu qədər bərəkətli, bu qədər varlı bir diyar

69
00:13:30,080 --> 00:13:39,000
bir vaxtlar tamamən onların – Amerikanın ixtiyarında idi.

70
00:13:39,440 --> 00:13:50,040
Baş vermiş inqilab onları bu ölkədən çölə atdı; onların inqilaba qarşı olan düşmənçiliyi bax buna görədir; inqilab onları ölkədən qovub.

71
00:13:51,120 --> 00:13:56,080
Bundan əlavə, bu inqilab başqa xalqlar üçün də ilhamverici örnəyə çevrilib.

72
00:13:57,400 --> 00:14:08,560
Xalqımız tərəfindən həyata keçirilmiş və davam etdirilən İran İslam İnqilabı

73
00:14:09,200 --> 00:14:13,360
başqa millətlərin də ruhlanmasına səbəb olur;

74
00:14:13,840 --> 00:14:22,920
hansı ki bu da özü-özlüyündə çoxlu dəlil-sübutu olan geniş bir mövzudur.

75
00:14:25,080 --> 00:14:32,120
Bizim inqilabçı İmamımız (r.ə) ölkəni bataqlıqdan çəkib çıxardı;

76
00:14:32,960 --> 00:14:41,040
inqilab vasitəsi ilə ölkəni bir çox girdablardan xilas etdi.

77
00:14:41,880 --> 00:14:51,800
İnqilabdan öncəki dövrün şahidi olmamış, o zaman nələrin baş verdiyini bilməyən əziz gənclərimiz

78
00:14:53,240 --> 00:15:01,320
düzgün diqqət edərək bilməlidirlər ki, əsas məsələ, məsələnin mahiyyəti bundan ibarətdir.

79
00:15:02,680 --> 00:15:11,000
Əgər hansısa xalq özünün əsas məsələsinin nədən ibarət olduğunu bilməzsə, sözsüz ki, nəticə etibarilə yolunu azacaq.

80
00:15:11,920 --> 00:15:21,520
Əsas məsələ İslam İnqilabının yetişərək ölkəni bu bataqlıqlardan xilas etməsi idi:

81
00:15:21,880 --> 00:15:34,240
xaricdən asılılıq, gerilik bataqlığından, siyasi korrupsiya,

82
00:15:35,120 --> 00:15:48,200
əxlaqsızlıq, beynəlxalq aləmdə həqarət bataqlığından. O vaxtlar biz bu problemlərlə üz-üzəydik;

83
00:15:49,320 --> 00:16:00,280
həm asılı idik, həm təhqir olunurduq, həm də inkişafdan geridə qalmışdıq, qəsdən geridə saxlanırdıq.

84
00:16:01,080 --> 00:16:13,200
İqtisadiyyatda, elm və texnologiyada, beynəlxalq arenada iştirakda – hər sahədə geridə saxlanırdıq.

85
00:16:13,920 --> 00:16:23,400
Bütün bunların qarşılığında da başımızın üzərində Amerika və İngiltərənin ağalığı hökm sürürdü.

86
00:16:25,400 --> 00:16:36,200
O zamanlar biz hazırda ixrac etdiyimiz neftin 4 qat artığını ixrac edirdik, ölkə əhalisinin sayı da indikinin yarısından da az idi,

87
00:16:36,480 --> 00:16:47,240
amma bununla belə, ölkənin bir çox bölgələri dövlətin öhdəsinə düşən kommunal xidmətlərdən məhrum idi.

88
00:16:47,680 --> 00:16:55,400
Ölkə yoxsulluq və gerilik girdabında çabalayırdı; əxlaqsızlıq çirkabında boğulurdu.

89
00:16:55,760 --> 00:17:07,680
Ölkənin bütün infrastrukturunda – yol, su, elektrik, qaz, məktəb, universitet, bələdiyyə xidmətləri –

90
00:17:08,880 --> 00:17:21,360
hər sahədə vəziyyət acınacaqlı idi, geriliyə, yoxsulluğa düçar olmuşduq.

91
00:17:22,080 --> 00:17:35,200
Ölkənin təbii sərvətlərini yadların ixtiyarına vermişdilər, hakim dairələr bundan gələn gəlir hesabına yaxşı yaşayırdı,

92
00:17:35,840 --> 00:17:45,120
camaatı isə cürbəcür yalanlarla, yaxud zor gücünə susmağa məcbur edirdilər;

93
00:17:46,280 --> 00:17:50,560
lakin insanların ürəyi dolu idi, reallıqları görürdülər

94
00:17:51,200 --> 00:18:00,800
və bunun nəticəsi olaraq da inqilabı hərəkətə gətirən o dahi İmamın (r.ə) ilahi fəryadının, rəbbani çağırışının arxasınca getdilər.

95
00:18:01,720 --> 00:18:11,240
Dahi İmamımız (r.ə) ölkənin hərəkət kursunu dəyişdi və böyük bir çevriliş baş verdi;

96
00:18:13,160 --> 00:18:29,640
İmam (r.ə) İran xalqının yolunu, relsini dəyişdi və bizi ali hədəflərə doğru yönəltdi.

97
00:18:30,040 --> 00:18:40,400
İnqilab rəhbərinin və inqilabi ideyaların bizi – İran ictimaiyyətini

98
00:18:40,520 --> 00:18:53,200
yönəltdiyi bu hədəflər olduqca böyük əhəmiyyətə malikdir. Bu hədəflər Allahın dininin hakimiyyətində xülasələnir.

99
00:18:54,960 --> 00:19:01,480
Allahın dininin hakimiyyətdə olması ictimai ədalətin sözün həqiqi mənasında təmin olunması,

100
00:19:01,880 --> 00:19:07,040
yoxsulluq, cəhalət və zülmün

101
00:19:07,720 --> 00:19:19,960
kökünün kəsilməsi anlamındadır; Allahın dininin hakimiyyəti islami dəyərlər sisteminin bərqərar edilməsi,

102
00:19:20,240 --> 00:19:30,800
sosial bəlaların yox edilməsi, vətəndaşların fiziki, psixoloji, əxlaqi sağlamlığının,

103
00:19:31,360 --> 00:19:46,080
ölkənin elmi inkişafının, İran insanının milli qürur və heysiyyətinin, ölkənin beynəlxalq arenada güc və iqtidarının təmin edilməsi,

104
00:19:47,240 --> 00:19:53,760
Allah-taalanın bu ölkəyə bəxş etdiyi potensialların fəallaşdırılması deməkdir.

105
00:19:54,080 --> 00:20:02,120
Bütün bunlar Allah-taalanın göndərdiyi dinin hakimiyyətində öz əksini tapır və dahi liderimiz də bizi bu istiqamətə –

106
00:20:02,320 --> 00:20:13,600
şah diktaturasının çəkib apardığı yolun tam əksinə yönəltdi.

107
00:20:15,080 --> 00:20:27,320
Ölkəmizin müsəlman toplumunun qatarı inqilabın bərəkəti sayəsində həmin hədəflərə yönəldi.

108
00:20:27,480 --> 00:20:36,600
Bunlar asanlıqla əldə edilməyən, zaman və zəhmət tələb edən hədəflər olsa da,

109
00:20:36,960 --> 00:20:47,320
əlçatandır, bir şərtlə ki, qatar elə həmin relslər üzərində – inqilab yolunda hərəkət edərək irəliləsin.

110
00:20:47,640 --> 00:20:52,280
İmam (r.ə) yolu,

111
00:20:53,120 --> 00:21:05,040
meyar və nişanları bizə göstərdi, hədəfləri bizim üçün müəyyənləşdirdi və elə özü də bu hərəkata start verdi.

112
00:21:06,160 --> 00:21:14,600
İndiyə kimi bizim saysız-hesabsız uğurlar qazanmağımızın səbəbi inqilab yolunda addımlamağımızdır,

113
00:21:14,760 --> 00:21:22,120
ancaq yenə də o ali hədəflərin çoxuna çatmağımıza hələ var. Sözsüz ki, o hədəflərə çatmaq mümkündür,

114
00:21:23,040 --> 00:21:30,200
şərti də budur ki, qatar yolunu dəyişməsin, elə həmin relslər üzərində

115
00:21:30,880 --> 00:21:37,880
hərəkət etsin; İmamın (r.ə) müsəlman toplumunun qatarını hərəkətə gətirdiyi relslər üzərində irəliləsin.

116
00:22:00,840 --> 00:22:10,760
İmamın (r.ə) vəfatından sonra biz harda inqilabi ruhiyyə ilə addımlayıb həmin yolda irəliləmişiksə, nəticə əldə etmişik,

117
00:22:12,480 --> 00:22:24,640
harda ki bu psixologiya və cihad ruhiyyəsindən məhrum olmuşuq, inkişafdan geri qalmışıq, planlarımız yarımçıq qalıb; bu, bir reallıqdır.

118
00:22:25,520 --> 00:22:37,160
Bu illər ərzində mən özüm də vəzifə postlarında olmuşam və əgər bu məsələlərdə hansısa nöqsana, səhlənkarlığa yol verilibsə, bunda mənim də məsuliyyətim var.

119
00:22:38,200 --> 00:22:47,200
Həmin relslər üzərində inqilabçı düşüncə ilə, cihad əzmi ilə hərəkət etdikdə irəliləmişik,

120
00:22:47,840 --> 00:22:52,880
diqqətsizlik göstərdiyimiz, səhlənkarlıq etdiyimiz yerlərdə isə geri qalmışıq.

121
00:22:53,960 --> 00:23:00,600
Biz hədəflərimizə çata bilərik, bir şərtlə ki, inqilabçı kimi davranaq, inqilabçı düşüncə ilə irəliləyək.

122
00:23:02,440 --> 00:23:10,480
Mənim bu sözlərim hazırkı və gələcək nəsllərə ünvanlanır;

123
00:23:12,000 --> 00:23:20,600
mən hamıya – rəsmilərə, siyasi, mədəni,

124
00:23:21,560 --> 00:23:29,640
ictimai sferalardakı fəallara, universitet və teoloji mərkəzlərin tələbələrinə,

125
00:23:30,080 --> 00:23:37,720
incəsənət adamlarına, sənətkarlara, kəndlərdə və şəhərlərdə yaşayan insanlara müraciət edirəm:

126
00:23:38,200 --> 00:23:45,920
hamı bilməlidir ki, bu yolu inqilabi üslubla getmək mümkündür və belə olduğu zaman inkişaf mütləqdir.

127
00:23:46,560 --> 00:23:54,960
Başqa yolla da addımlamaq mümükündür, amma o zaman artıq ölkənin taleyi acınacaqlı olacaq.

128
00:23:56,400 --> 00:24:08,640
İmamın (r.ə) çox işlətdiyi, bir çox yerlərdə təkrar etdiyi bir ifadə vardı: “İslama sillə dəyəcək”. Əgər istiqamətimizi dəyişsək,

129
00:24:09,720 --> 00:24:14,480
İran xalqına sillə dəyəcək, eyni zamanda İslam dininə də zərbə dəymiş olacaq.

130
00:24:31,680 --> 00:24:44,800
Bu fikir hələ də qüvvədədir; bu haqda danışılası və lazımlı sözlər çoxdur.

131
00:24:45,800 --> 00:24:56,680
Diqqətlə dinləyin, mən yaranmış bu fürsətdən istifadə edərək sizə və ümumilikdə İran xalqına fikrimi çatdırım. Mənim əzizlərim! Bu inqilab

132
00:24:57,840 --> 00:25:05,320
ölkəmizə, xalqımızın hər bir nümayəndəsinə məxsus olan üstün, özünəməxsus bir sərmayədir.

133
00:25:08,280 --> 00:25:17,840
Bu inqilab bizə çox şeylərin bahasına başa gəlib, çox ağır itkilərimiz olub,

134
00:25:19,440 --> 00:25:32,480
amma bu itkilərin əvəzində yüz dəfə artıq mənfəət də əldə etmişik; İslam İnqilabı xalqımız üçün gəlirli bir ticarət olub.

135
00:25:32,760 --> 00:25:42,080
8 illik müharibə itki idi, inqilab əleyhinə olan iğtişaşlar itki idi, sanksiyalar itki idi –

136
00:25:42,920 --> 00:25:52,600
bütün bunlar inqilabın itkiləri, xərcləridir – amma bu yolda bu xərclərdən 100 qat artıq qazancımız da olub;

137
00:25:52,880 --> 00:26:04,000
itkilərlə, xərclərlə qazanc və mənfəətlər lap əvvəldən yanaşı olub; bu yolda biz həm xərc çəkmişik, itki vermişik, həm də qazanc əldə etmişik.

138
00:26:04,320 --> 00:26:18,360
Müharibə zamanı nə qədər cavanlarımız şəhid oldu, amma xalqımız, ölkəmizin gəncləri

139
00:26:18,840 --> 00:26:23,160
o ağır itkili müharibədən böyük nəticələr əldə etdilər.

140
00:26:23,160 --> 00:26:37,240
İnqilabın əvvəlindən bu yolda eyni zamanda həm itkilər vermişik, həm də mənfəət əldə etmişik, intəhası irəlilədikcə

141
00:26:37,880 --> 00:26:49,360
intəhası irəlilədikcə itkilər, ziyanlar azalmağa, yüngülləşməyə, qazancımız isə daha da çoxalmağa başlayıb.

142
00:26:50,160 --> 00:27:04,120
Bu gün biz – İran xalqı o qədər də böyük bir ziyana uğramadan

143
00:27:04,720 --> 00:27:13,960
inqilabdan böyük mənfəət əldə edə bilərik; bu gün biz bu potensiala sahibik.

144
00:27:15,240 --> 00:27:23,160
İnqilab artıq kök atıb, İslam dövlətinin ağacı artıq möhkəmlənib,

145
00:27:23,800 --> 00:27:31,160
bir çox həqiqətlər aydınlaşıb, çıxış yolları yaranıb.

146
00:27:32,080 --> 00:27:44,160
Keçmişdəki ilə müqayisədə hazırda İran xalqı üçün vəziyyət daha da aydınlaşıb, daha münasib zəmin yaranıb, yol hamarlanıb.

147
00:27:44,520 --> 00:27:58,440
Düzdür, çəkiləcək xərclər hələ də var, amma əvvəlki illərə nisbətən daha yüngül, daha asanlıqla ortadan qaldırılması mümkün olan xərclərdir.

148
00:28:00,120 --> 00:28:08,160
Bir məqam olduqca önəmlidir: bu inqilab hərbi çevriliş nəticəsində baş verməyib;

149
00:28:09,200 --> 00:28:17,760
bir sıra ölkələrdə olduğu kimi hərbiçilər mövcud iqtidarı devirərək

150
00:28:18,400 --> 00:28:27,960
hakimiyyətə başqa bir qrupu gətirməyib. Xeyr, bu inqilab xalqın vasitəsilə baş verib;

151
00:28:29,520 --> 00:28:37,520
xalqın əzmkarlığı, iradəsi, inqilabi ruhiyyəsi və imanının gücü nəticəsində əmələ gəlib;

152
00:28:38,560 --> 00:28:47,760
bu gücün sayəsində də özünü müdafiə edib, indiyə kimi qala bilib, kök atıb.

153
00:28:48,880 --> 00:28:56,640
Məhz xalq qorxmadı; məhz əziz İranımızın xalqı

154
00:28:57,160 --> 00:29:03,920
duruş gətirərək bu şərif ayənin bariz nümunəsi oldu:

155
00:29:04,200 --> 00:29:18,160
“(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl qoruyandır!”– dedilər”. (“Ali-İmran” surəsi, 173-cü ayədən)

156
00:29:19,240 --> 00:29:28,600
Daim təhdid olunduq, daim “hücüm edəcəyik”, “sanksiya tətbiq edəcəyik” dedilər,

157
00:29:28,800 --> 00:29:36,840
xalq isə nə hərbi hücümdan, nə sanksiyalardan qorxdu,

158
00:29:37,360 --> 00:29:48,560
nə də o sanksiyalar nəticəsində iflic oldu. Mərdliklə, cəsarətlə, vüqarla

159
00:29:48,920 --> 00:29:55,480
öz yoluna davam etdi; bundan sonra da elə belə olmalıdır. Xalqımız, ictimaiyyətin müxtəlif təbəqələri,

160
00:29:56,240 --> 00:30:01,840
gənclər, ruhanilər, incəsənət nümayəndələri, tələbələr,

161
00:30:02,120 --> 00:30:07,920
araşdırmaçılar, rəsmilər, dövlət və parlament nümayəndələri

162
00:30:08,760 --> 00:30:14,240
inqilabçı olaraq qalmalı, inqilabçı kimi addımlamalıdırlar –

163
00:30:15,520 --> 00:30:27,160
az sonra bunun meyarlarını da açıqlayacağam – hamı inqilabçı olaraq qalsın ki, yolumuza uğurla davam edək.

164
00:30:27,960 --> 00:30:35,960
Bəziləri “inqilabçı” dedikdə yalnız İmamın (r.ə) zamanında,

165
00:30:36,160 --> 00:30:43,560
mübarizə dövründə, ya da onun hakimiyyəti dövründə ətrafında olmuş, həmin proseslərdə iştirak etmiş şəxsləri nəzərdə tuturlar.

166
00:30:44,280 --> 00:30:57,000
Xeyr, bu, səhv fikirdir; yalnız İmamı görmüş, inqilabi mübarizə və hakimiyyət dövründə onun silahdaşı olmuş insanların inqilabçı olduğunu güman etmək

167
00:30:57,240 --> 00:31:05,720
yanlış yanaşmadır. Əgər “inqilabçı” sözünü bu cür mənalandırsaq, onda elə biz qocalardan başqa heç kim inqilabçı olmaz.

168
00:31:06,680 --> 00:31:16,320
İnqilab hamıya məxsusdur; bu günün gəncləri inqilabçıdırlar, inqilab tərəfdarıdırlar və elə bu ruhiyyədə də –

169
00:31:17,120 --> 00:31:21,440
bir az sonra açıqlayacağım meyarlar əsasında – qala bilərlər.

170
00:31:22,920 --> 00:31:34,560
Müasir bir gənc bu yolda mənim kimi köhnə inqilabçıdan daha güclü bir inqilabçı ola bilər;

171
00:31:35,120 --> 00:31:46,320
Müqəddəs Müdafiə dövründə həyatını təhlükəyə ataraq, İmamın (r.ə) əmrlərini

172
00:31:46,520 --> 00:31:54,040
icra etmək üçün ön cəbhəyə gedib

173
00:31:55,120 --> 00:32:03,520
canını bu yolda qurban verənlər kimi; yüz faiz, mükəmməl inqilabçı onlardır;

174
00:32:04,120 --> 00:32:16,520
inqilabçılar fədakarlığa hazır olan insanlardır; elə buna görə də biz “inqilabçı” sözünü təkcə İmamın mübarizəsi dövründə

175
00:32:16,680 --> 00:32:25,680
onu tanıyan, yaxud onun yanında olmuş şəxslərə aid etməməliyik;

176
00:32:26,640 --> 00:32:35,800
xeyr, inqilab axar çay kimi davam edən bir prosesdir və tarix boyunca bu yolda bu xüsusiyyətlərlə iştirak edən, çalışan hər bir kəs inqilabçıdır;

177
00:32:36,000 --> 00:32:39,240
İmamı görməsə belə; siz gənclərin çoxu kimi.

178
00:32:39,520 --> 00:32:48,600
Bir başqa səhv düşüncə də budur ki, əgər kimisə inqilabçı adlandırırıqsa, demək o, radikaldır;

179
00:32:48,680 --> 00:33:01,160
yaxud inqilabçılardan danışarkən “radikallar” ifadəsini işlətmək – bu, yanlışdır.

180
00:33:01,800 --> 00:33:14,200
İnqilab tərəfdarı olmaq radikal olmaq deyil. Belə bölücü fikirlər əcnəbilərə aiddir,

181
00:33:15,200 --> 00:33:23,640
İranın düşmənlərinin bizə “töhfəsidir”. Bu kimi ifadələr İranda, bizim siyasi leksikonumuzda özünə yer etməməlidir;

182
00:33:23,880 --> 00:33:33,360
xalqı “radikal” və “mötədil” kimi qruplara ayıran onlardır. Ölkəmizdə “radikal” və “mötədil” məsələsi mövcud deyil.

183
00:33:34,760 --> 00:33:46,320
İnqilabçıları “radikal”, qeyri-inqilabçıları “mötədil” adlandıran onlardır! Bu, xaricilərin apardığı bir bölgüdür.

184
00:33:47,000 --> 00:33:58,520
Onlar belə fikirləri müxtəlif media və təbliğat vasitələrində, çıxışlarında səsləndirir, yayırlar, biz isə belə sözləri təkrarlamamalıyıq. İnqilabçı elə inqilabçıdır.

185
00:34:00,360 --> 00:34:12,520
Digər bir yanlış təsəvvür isə inqilab tərəfdarlarının hamısından inqilabi davranışlar, hərəkətlər,

186
00:34:12,680 --> 00:34:21,280
yaxud inqilabçılığın hansısa dərəcəsində olmalarını ummağımızdır; xeyr, bu, səhvdir. Biz din tələbələrinin təbirincə desək,

187
00:34:21,800 --> 00:34:24,720
inqilabçılıq ayrı-ayrı şəxslərdə fərqli şəkildə ola biləcək bir xüsusiyyətdir.

188
00:34:25,560 --> 00:34:34,560
Kimsə inqilabi məsələlərdə özünü daha layiqincə göstərə,

189
00:34:34,560 --> 00:34:39,720
bir başqası isə bunu bacarmaya bilər, amma nəticə etibarilə hər ikisi eyni yolda hərəkət edir.

190
00:34:40,560 --> 00:34:51,120
Layiqincə davranmayan, yaxud mükəmməl olmayan hər bir şəxsi inqilab tərəfdarı olmamaqda

191
00:34:51,120 --> 00:35:01,560
və ya müxalifətdə ittiham etməyimiz də doğru deyil. Kiminsə davranışlarının gösrəticisi daha yaxşı,

192
00:35:01,720 --> 00:35:08,600
kiminkisə ondan az, yaxud daha aşağı ola bilər, buna baxmayaraq, hamı bu yolda irəliləyir.

193
00:35:08,800 --> 00:35:15,280
Önəmli olan o meyarları həyata keçirməkdir. Ən əhəmiyyətli olan meyarlardır.

194
00:35:16,600 --> 00:35:28,440
Mühüm olan odur ki, bu istiqamətdə var gücü ilə, ciddi-cəhdlə çalışmayanlar da

195
00:35:29,520 --> 00:35:32,480
inqilabçılığın meyarlarına sahib olsunlar.

196
00:35:33,240 --> 00:35:44,880
Bu meyarlar mövcuddursa, deməli hər bir şəxs, müxtəlif qurum və təşkilatlar, dövlət rəsmiləri hamısı inqilabçıdır;

197
00:35:46,120 --> 00:35:48,240
önəmli olan həmin meyarları bilməyimizdir.

198
00:35:49,120 --> 00:35:58,160
İnqilabçı olmaq üçün bir sıra konkret meyarlar mövcuddur. Mən burada əsas 5-ni qeyd edəcəyəm.

199
00:35:59,120 --> 00:36:10,320
Sözsüz ki, daha çox xüsusiyyət haqda danışmaq olar, amma hələlik mən inqilabçılığın bu beş xüsusiyyətindən danışacağam.

200
00:36:11,080 --> 00:36:22,480
Həmin bu beş xüsusiyyəti özümüzdə formalaşdırmağa, harada oluruqsa-olaq onları qorumağa çalışmalıyıq;

201
00:36:23,280 --> 00:36:31,680
biri incəsənət sferasında çalışır, biri sənayedədir, biri siyasi arenada, biri elmdə,

202
00:36:31,680 --> 00:36:40,720
biri iqtisadiyyatda – fərqi yoxdur, istənilən şəxs,

203
00:36:41,040 --> 00:36:47,960
İran xalqının hər bir üzvü bu xüsusiyyətlərin daşıyıcısı ola bilər. Həmin beş xüsusiyyət aşağıdakılardan ibarətdir:

204
00:36:48,480 --> 00:36:56,240
birincisi, inqilabın əsas prinsip və dəyərlərinə bağlılıq;

205
00:36:57,560 --> 00:37:06,200
ikincisi, inqilabi ideyaları hədəf seçmək

206
00:37:06,800 --> 00:37:16,720
və qarşıya qoyduğumuz o ali hədəf və ideallara çatmaq, onları reallaşdırmaq üçün var-gücü ilə çalışmaq;

207
00:37:17,200 --> 00:37:27,200
üçüncüsü, ölkənin hərtərəfli müstəqilliyinə – siyasi, iqtisadi,

208
00:37:27,720 --> 00:37:40,080
mədəni və hamısından daha önəmlisi təhlükəsizlik sferasında müstəqilliyinə bağlı olmaq;

209
00:37:41,360 --> 00:37:59,000
dördüncüsü, düşmənin önündə, düşmənin fəaliyyəti, planları qarşısında sayıq olmaq, ona təslim olmamaq –

210
00:38:00,000 --> 00:38:11,240
sözsüz ki, bunun üçün də düşməni tanımaq, planlarından xəbərdar olmaq, ona boyun əyməkdən uzaq olmaq lazımdır;

211
00:38:14,360 --> 00:38:23,160
qeyd etdiyim kimi, bu cür itaətsizliyi Qurani-Kərim “böyük cihad” adlandırır;

212
00:38:23,640 --> 00:38:30,160
son bir neçə gündə mən bu haqda danışmışam –

213
00:38:30,640 --> 00:38:39,400
beşincisi, dini və siyasi təqvaya sahib olmaq; hansı ki bu olduqca önəmlidir.

214
00:38:39,920 --> 00:38:46,240
Bu beş xüsusiyyət kimdə varsa, qətiyyətlə onun inqilabçı olduğunu demək mümkündür;

215
00:38:46,880 --> 00:38:53,520
amma bayaq qeyd etdiyim kimi, inqilabçılığın dərəcələri müxtəlifdir.

216
00:38:54,120 --> 00:38:58,480
Bu 5 xüsusiyyətdən hər biri haqda qısaca izah vermək istəyirəm.

217
00:39:00,280 --> 00:39:06,720
Qeyd etdiyim kimi, birinci xüsusiyyət inqilabın əsas prinsip və dəyərlərinə bağlılıqdır.

218
00:39:07,760 --> 00:39:19,640
Keçən il İmamın (r.ə) vəfatının ildönümü ilə əlaqəli keçirdiyimiz görüşdə də İmamın prinsipləri haqqında danışmışdım;

219
00:39:20,120 --> 00:39:35,440
bunlar bizim əsas prinsiplərimizdir. Birinci prinsip amerikan İslamı qarşısında əsl İslama bağlılıqdan ibarətdir.

220
00:39:35,880 --> 00:39:47,080
Əsl İslam amerikan İslamının əksidir. Amerikan İslamının da iki qolu var:

221
00:39:47,640 --> 00:39:56,200
mürtəce və sekulyar; amerikan İslamı bax budur.

222
00:39:57,600 --> 00:40:07,280
İmperialist və materialist güclər bu qolların hər birini himayə ediblər və hazırda da edirlər;

223
00:40:07,640 --> 00:40:15,560
müəyyən yerlərdə onları meydana gətirir, istiqamətləndirir, yardım göstərirlər;

224
00:40:16,200 --> 00:40:24,680
əsl, saf İslam isə bu iki qolun tam əksidir; həqiqi İslam həyatın bütün sahələrini ehtiva edən hərtərəfli İslamdır;

225
00:40:25,600 --> 00:40:33,840
şəxsi həyatdan tutmuş İslam dövlətinin təşkilinə qədər hər bir sahəyə aiddir.

226
00:40:35,120 --> 00:40:41,000
Əsl İslam bizim ailədə,

227
00:40:41,720 --> 00:40:47,000
cəmiyyətdə, şəxsi həyatda,

228
00:40:47,440 --> 00:40:54,280
İslam dövləti və İslam sisteminin formalaşdırılmasına münasibətdə

229
00:40:54,480 --> 00:41:01,720
öhdəmizə düşən vəzifələri müəyyənləşdirir; həqiqi İslam bax budur. Bağlı və sadiq qalmalı olduğumuz prinsiplərdən biri budur.

230
00:41:02,080 --> 00:41:07,760
Digər başlıca prinsiplərdən biri isə xalqın hakimiyyətinin əsas mehvər olması, rəhbər götürülməsidir.

231
00:41:08,680 --> 00:41:17,280
Xalqın hakimiyyəti, onun mehvər olması İslam dini ilə yanaşı təmin olunduqda

232
00:41:17,280 --> 00:41:25,280
bu tərkib İslam Respublikasını əmələ gətirir; İslam Respublikası budur. Əsas xalqdır,

233
00:41:26,080 --> 00:41:33,000
məqsədimiz xalqdır, hədəflər xalqa aiddir,

234
00:41:33,520 --> 00:41:42,000
maddi mənafe xalqındır, ixtiyar onun əlindədir.

235
00:41:42,440 --> 00:41:49,840
İslam Respublikasında xalqın hakimiyyətinin göstəriciləri bunlardır: xalqın rəyi, istəyi,

236
00:41:50,120 --> 00:41:57,520
hərəkəti, davranışı, iştirakı və hörməti, nüfuzu. Həmin prinsiplərdən biri də budur

237
00:41:57,720 --> 00:42:02,480
və ona sözün əsl mənasında bağlı olmaq lazımdır.

238
00:42:02,840 --> 00:42:13,200
Digər prinsip və dəyərlərdən biri də bizim inkişafa,

239
00:42:13,760 --> 00:42:26,640
dəyişikliklərə, irəliləyişə, ətrafımızdakılarla sağlam əməkdaşlığa inanmağımızdır; sözsüz ki, bu sonuncuda mümkün ola biləcək hər cür səhv və büdrəmədən çəkinmək lazımdır.

240
00:42:27,440 --> 00:42:36,320
İnkişaf və təkamül; həm fiqhimiz, həm sosiologiyamız, həm humanitar elmlərimiz, həm siyasətimiz,

241
00:42:36,880 --> 00:42:45,520
həm cürbəcür metod və yanaşmalarımız gündən-günə daha da yaxşılaşmalı, inkişaf etməlidir, intəhası bu irəliləyiş

242
00:42:45,960 --> 00:42:53,360
mütəxəssislərin, peşəkarların, dərin düşüncəli,

243
00:42:53,760 --> 00:43:00,440
yeni yollar axtarıb tapmağı bacaran insanların vasitəsi ilə həyata keçirilməlidir. Təhsil səviyyəsi aşağı olan,

244
00:43:00,920 --> 00:43:07,600
qeyri-peşəkar, sadəcə ambisiyalı insanların əlindən heç bir iş gəlməz. Buna diqqət edin;

245
00:43:07,880 --> 00:43:15,880
bunlar hamısı sagda və solda döngələri olan düz yola bənzəyir; ortadakı ana yolla getmək lazımdır.

246
00:43:17,960 --> 00:43:27,440
Aztəminatlı əhalinin himayəsi; İslam dövlətinin əsas prinsip və dəyərlərindən biri də

247
00:43:27,920 --> 00:43:36,760
imkansız və yoxsul insanların himayə edilməsi məsələsidir. Digər bir prinsip isə dünyada zülmə məruz qalmış insanların müdafiəsidir.

248
00:43:37,400 --> 00:43:45,280
İnqilabın əsas prinsiplərindən biri də bunlardır, ona görə də bunlara göz yummaq olmaz.

249
00:43:45,640 --> 00:43:52,640
Əgər hansısa şəxs, şəxslər, yaxud hansısa cərəyan aztəminatlı əhalinin

250
00:43:52,840 --> 00:44:00,360
və ya yer üzündəki məzlumların problemlərinə laqeyd qalırsa, deməli, inqilabın bu prinsipinə əməl etmir.

251
00:44:00,640 --> 00:44:13,600
İnqilabın əsas prinsiplərinə bağlılıq olarsa – qeyd etdiyim kimi, inqilabçı olmağın birinci meyarı da elə budur –

252
00:44:14,440 --> 00:44:25,840
daim yolumuza davam edərik, düz yolda irəliləyərik, hadisələrin tufanı istiqamətimizi dəyişməz.

253
00:44:26,200 --> 00:44:33,920
Amma bu bağlılıq mövcud olmazsa, o zaman bunun tam əksi olan ifrat praqmatizm olacaqdır;

254
00:44:34,480 --> 00:44:41,840
yəni insan hər gün bir tərəfə yönələcək, hər hadisə onu bir tərəfə çəkəcək. Şair demişkən:

255
00:44:42,440 --> 00:44:48,400
Onun-bunun vəsvəsəsi, içimizdən gələn səslər, Bizi bir küləş kimi hər tərəfə çəkib aparır.

256
00:44:48,680 --> 00:44:57,000
Bax bu, ifrat praqmatizmdir, yalnız əməli nəticəni əsas götürməkdir; hər gün bir tərəfə, bir yana meyillənmək;

257
00:44:57,560 --> 00:45:08,520
bu, həmin o prinsiplərə bağlılıq hissi ilə ziddiyət təşkil edir. Qurani-Kərim dəyərlərə olan bu bağlılığı “möhkəmlik, səbat, qərarlılıq” adlandırır:

258
00:45:08,800 --> 00:45:17,240
“(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, (düz yolda) möhkəm ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də (düz yolda) möhkəm olsunlar ...” (“Hud” surəsi, 112-ci ayədən) Yaxud:

259
00:45:18,400 --> 00:45:29,840
“Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) möhkəm olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (“Fussilət” surəsi, 30-cu ayədən)

260
00:45:30,840 --> 00:45:41,280
Qurani-Kərim belə prinsiplərə sadiq, bağlı qalmağı “möhkəm olmaq” adlandırır.

261
00:45:43,520 --> 00:45:52,360
İkinci xüsusiyyət - idellara çatmaq üçün ciddi - cəhdlə çalışmaq, armanlardan,

262
00:45:52,520 --> 00:45:56,000
ali hədəflərdən daşınmamaq, əl çəkməməkdən ibarətdir.

263
00:45:56,800 --> 00:46:03,320
Bu prinsipin əksi isə tənbəllik, mühafizəkarlıq və pessimizmdir.

264
00:46:05,560 --> 00:46:17,160
Bəziləri ictimaiyyətimizi, gənclərimizi ümidsizliyə düçar etmək istəyir, “xeyri yoxdur, bu işləri reallaşdırmaq mümkün deyil, bir nəticəyə varmayacağıq,

265
00:46:17,720 --> 00:46:24,960
bu qədər müxaliflə, bu qədər düşmənlə bu işlərin öhdəsindən necə gələcəyik” kimi sözlər danışırlar;

266
00:46:25,200 --> 00:46:34,760
bu düşüncə tərzi qeyd etdiyim bu ikinci xüsusiyyətin tam əksidir. İnqilabçı olmağın ikinci özəlliyi bundan ibarətdir ki, biz ali hədəflərimizə, amallarımıza çatmaq fikrindən daşınmayaq,

267
00:46:35,800 --> 00:46:38,760
təzyiqlər qarşısında təslim olub əyilməyək.

268
00:46:39,080 --> 00:46:48,520
Yolunuzun üstündə düşmən dayanıbsa, təbii ki, sizə müxtəlif maneələr yaradacaq,

269
00:46:49,240 --> 00:46:54,520
ancaq bu maneələr sizin hərəkətinizə, yolunuzu davam etdirməyinizə əngəl olmamamlıdır.

270
00:46:54,840 --> 00:47:03,960
Təzyiqlər qarşısında geri çəkilməməliyik, olduğumuz vəziyyətlə razılaşıb qalmamalıyıq, əgər mövcud vəziyyətimizlə razılaşıb otursaq, bunun nəticəsi geriləmə olacaq.

271
00:47:04,240 --> 00:47:15,760
Mən dəfələrlə təkrar etmişəm: gənclər inkişafa doğru addımlamalıdır, müsbət dəyişikliklərə doğru getməlidir.

272
00:47:17,000 --> 00:47:23,560
Əgər biz əldə etdiklərimizlə kifayətlənsək – misal üçün, elm sahəsində

273
00:47:23,800 --> 00:47:30,880
müəyyən inkişaf səviyyəsinə gəlib çatmışıq; əlbəttə ki, bütün dünya da bunu qəbul edir, bizim inkişaf etdiyimizi özləri də etiraf edirlər –

274
00:47:31,160 --> 00:47:36,760
bu səviyyə ilə  qane olub otursaq, geridə qalacağıq; geriyə qayıdacağıq.

275
00:47:37,160 --> 00:47:46,760
Xeyr, belə olmamalıdır, inkişafın yolu sonsuzdur. Odur ki qarşıya qoyduğumuz ali hədəflərə yetişmək üçün irəliyə doğru getməliyik.

276
00:47:46,960 --> 00:47:56,760
Üçüncü xüsusiyyət, dediyim kimi, suverenlik məsələsidir. Süverenlik olduqca əhəmiyyətlidir; ölkə daxilində, regionda

277
00:47:56,960 --> 00:48:09,680
və beynəlxalq arenada müstəqillik; bütün bu müstəvilərdə ölkənin və dövlətin suverenliyini qorumaq lazımdır.

278
00:48:10,160 --> 00:48:19,480
Bunun mənası odur ki, biz siyasətdə düşmənə aldanmamalıyıq; dövlətləri, xalqları

279
00:48:19,960 --> 00:48:27,240
ardınca çəkib aparmağı planlaşdıran düşmən cürbəcür yollara əl atır.

280
00:48:28,040 --> 00:48:34,080
Həmişə təhdidlə danışmır, yox, bəzən yaltaqlıq da edir;

281
00:48:34,680 --> 00:48:42,040
bəzən qarşı tərəfə məktub yazır ki, gəlin beynəlxalq problemlərə bizimlə –

282
00:48:42,800 --> 00:48:51,080
Amerika ilə birlikdə çözüm tapaq; bəzən qarşı tərəflə bu formada danışırlar;

283
00:48:51,920 --> 00:49:04,960
bu zaman insan qlobal problemlərin həllində belə bir super-dövlətlə əməkdaşlıq edəcəyini güman edib həvəslənə bilər;

284
00:49:05,440 --> 00:49:16,160
rəsmi diplomatik yazışmalarda bu cür danışılır, amma məsələnin mahiyyəti bambaşqadır.

285
00:49:16,520 --> 00:49:23,120
Reallıq budur ki, düşmən bir plan hazırlayıb, qarşı tərəfdən də onun bu planında,

286
00:49:23,400 --> 00:49:32,600
hazırladığı meydanda oyunçu qismində oynamasını tələb edir; təbii ki, oyunun qaydalarını da o özü müəyyənləşdirir.

287
00:49:33,200 --> 00:49:42,840
Sizdən isə istəyi budur ki, nəzərdə tutduğu məqsəd üçün hazırladığı planın reallaşmasında sizə həvalə olunan hansısa işi həyata keçirəsiniz.

288
00:49:43,400 --> 00:49:55,960
Bizim regiondakı problemlərin, Suriya məsələsi və buna bənzər olayların həllində

289
00:49:56,320 --> 00:50:05,400
amerikalıların dediyi o koalisiyaya qoşulmamağımızın səbəbi də elə budur; baxmayaraq ki, dəfələrlə bizə müraciət etdilər, təkrar-təkrar dedilər, istədilər.

290
00:50:05,560 --> 00:50:13,320
Onların öz planları, hədəfləri var və həmin hədəfləri reallaşdırmaq fikrindədirlər.

291
00:50:13,760 --> 00:50:22,200
Təbii ki, bu yolda başqa ölkələrin, o cümlədən İİR-in hərbi gücündən və nüfuzundan istifadə etmək istəyirlər.

292
00:50:22,480 --> 00:50:32,440
Əgər müsəlman İranı bu situasiyada xamlıq edib onların oyununa girsə, bu, bizim onların iş qrafikini doldurmağımız demək olar,

293
00:50:32,960 --> 00:50:39,280
düşmənin planını tamamlamış olarıq. Bu isə siyasi müstəqilliyə ziddir.

294
00:50:39,360 --> 00:50:49,040
Zahirən nəzər salsaq, burda başqa bir dövlət, yaxud hansısa kənar bir şəxs gəlib ölkəyə ağalıq etmir ki, “siyasi müstəqillik pozuldu” deyək,

295
00:50:49,040 --> 00:50:53,400
amma bu da siyasi müstəqilliyə ziddir.

296
00:50:53,800 --> 00:51:05,480
İqtisadi müstəqillik də əhəmiyyətli bir məsələdir, amma mən öncə mədəniyyət sahəsi haqqında danışmaq istəyirəm.

297
00:51:05,680 --> 00:51:16,000
Fikrimcə, mədəni müstəqillik bunların hamısından daha önəmlidir. Mədəni müstəqillik odur ki, biz özümüzə həyat tərzi olaraq

298
00:51:16,280 --> 00:51:26,040
iranlı-müsəlman modelini seçək. İki-üç il bundan əvvəl mən bu haqda ətraflı danışmışdım;

299
00:51:26,440 --> 00:51:36,320
həyat tərzi binaların arxitekturasından, şəhər həyatından, insanın şəxsi yaşamından, cəmiyyətdə qurduğu münasibətlərdən tutmuş

300
00:51:36,600 --> 00:51:40,000
bir çox müxtəlif məsələləri ehtiva edir.

301
00:51:40,200 --> 00:51:49,880
Qərb dünyasını, xaricilərin yaşam tərzini təqlid etmək bizim mədəni müstəqilliyimizə ziddir.

302
00:52:12,640 --> 00:52:18,920
Hazırda imperializim sistemi bu məsələnin üzərində işləyir;

303
00:52:20,640 --> 00:52:27,640
informasiyanın proqramlaşdırılması, ortaya çıxmış bu yeni texnologiyalar –

304
00:52:29,000 --> 00:52:34,960
bunların hamısının məqsədi düşmənin istənilən ölkədə mədəni cəhətdən hökmranlığını təmin etməkdir.

305
00:52:35,840 --> 00:52:41,760
Bununla mən demək istəmirəm ki, həmin texnologiyaları həyatımızdan tamamilə kənarlaşdıraq;

306
00:52:41,920 --> 00:52:53,480
xeyr, bunlar insanlara faydalı ola biləcək vasitələrdir, amma düşmənin bunların üzərindəki ağalığını yox etmək lazımdır.

307
00:52:55,200 --> 00:53:02,800
Məsələn, televizor və ya radionuz olması üçün

308
00:53:03,120 --> 00:53:11,440
bunları düşmənin ixtiyarına verə bilməzsiniz ki; eləcə də interneti, virtual məkanı,

309
00:53:12,120 --> 00:53:18,800
informasiya texnologiyaları və sistemlərini də düşmənin ixtiyarına vermək olmaz;

310
00:53:19,360 --> 00:53:29,440
hazırda bunlar düşmənin əlindədir; mədəni cəhətdən nüfuz etmək üçün əlverişli vasitələrdir; düşmənin mədəniyyət üzərində ağalığını təmin edir.

311
00:53:29,760 --> 00:53:43,680
Və iqtisadi müstəqillik; qısacası, dünya iqtisadiyyatının mədəsində həzm olunmamaq.

312
00:53:44,080 --> 00:53:55,080
Baxın, nüvə danışıqlarından sonra onlar, amerikalılar özləri dedilər ki,

313
00:53:55,440 --> 00:54:06,320
əldə edilmiş razılaşma İran iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına yol açmalıdır.

314
00:54:06,840 --> 00:54:13,600
İnteqrasiya! İnteqrasiya nə deməkdir? Dünya iqtisadiyyatı nədir?

315
00:54:14,480 --> 00:54:22,840
Görəsən, bu dünya iqtisadiyyatı ədalətli, məntiqi və rasional bir sistemdirmi? Qətiyyən!

316
00:54:23,960 --> 00:54:33,920
Xəritəsində bütün dünya  ictimaiyyətini ehtiva edən, müxtəlif  təzahürləri bütün dünyada geniş şəkildə yayılmış bu iqtisadiyyat

317
00:54:34,280 --> 00:54:42,720
əsasən sionist və bəzən də qeyri-sionist kapitalistlərin bütün Yer kürəsinin

318
00:54:43,560 --> 00:54:52,560
maliyyə resurslarını mənimsəmək üçün yaratdığı bir plan və sistemdən ibarətdir.

319
00:54:53,280 --> 00:54:56,880
Dünya iqtisadiyyatı, beynəlxalq iqtisadiyyat sistemi bax budur.

320
00:54:58,240 --> 00:55:07,280
Əgər hansısa dövlət öz iqtisadiyyatını dünya iqtisadiyyatına inteqrasiya edirsə, bu heç də fəxr olunası bir iş deyil.

321
00:55:07,400 --> 00:55:17,600
Bu, əslində, həmin ölkə üçün zərərlidir, ziyandır. Sanksiyalar da iqtisadi məqsəd daşıyırdı;

322
00:55:17,840 --> 00:55:27,680
bizə tətbiq etdikləri sanksiyalar vasitəsi ilə İran iqtisadiyyatını iflic etmək istəyirdilər; bunu amerikalılar özləri də etiraf etdilər.

323
00:55:28,440 --> 00:55:35,080
Baş tutmuş nüvə danışıqlarında bir sıra nəticələr əldə olundu,

324
00:55:35,280 --> 00:55:42,280
burada da iqtisadi məqsəd əsas götürülmüşdü, yəni hədəflərindən biri bu idi:

325
00:55:42,760 --> 00:55:54,400
İran iqtisadiyyatını başında Amerikanın durduğu beynəlxalq iqtisadiyyatın, dünya iqtisadiyyatının mədəsinə udaraq həzm etmək.

326
00:56:39,680 --> 00:56:46,160
İqtisadi müstəqillik yalnız müqavimət iqtisadiyyatı vasitəsi ilə əldə edilə bilər;

327
00:56:46,520 --> 00:56:54,400
biz bu il üçün “Müqavimət iqtisadiyyatı, əməli tədbirlər!” şüarını seçmişik. Sevindirici haldır ki, dövlət

328
00:56:54,920 --> 00:57:02,800
əməli tədbirlərə start verib və mənə təqdim edilən hesabata əsasən, bir sıra müsbət işlər görülüb.

329
00:57:03,000 --> 00:57:12,280
Əgər bu templə, bu metodla, bu ciddiyyətlə yolumuza davam etsək,

330
00:57:12,280 --> 00:57:16,880
xalq nəticəni mütləq müşahidə edəcək. Müqavimət istisadiyyatı əhəmiyyətli bir məsələdir.

331
00:57:18,000 --> 00:57:26,560
Mühüm iqtisadi qərarların hamısı müqavimət iqtisadiyyatı ilə səsləşməlidir.

332
00:57:26,760 --> 00:57:33,840
Tutalım, hansısa ölkə ilə ticarət, yaxud sənaye sahəsində müqavilə bağlayırıq;

333
00:57:34,480 --> 00:57:39,600
bunun müqavimət iqtisadiyyatının harasında yer aldığı  müəyyən olunmalıdır.

334
00:57:40,640 --> 00:57:50,000
Ölkə iqtisadiyyatının sırf xarici investisiya hesabına rövnəqlənəcəyini düşünmək yanlışdır.

335
00:57:50,600 --> 00:58:01,640
Əlbəttə, xarici investisiyanın cəlb edilməsi yaxşıdır, amma bu, müqavimət iqtisadiyyatının yalnız bir elementidir.

336
00:58:02,600 --> 00:58:11,320
Xarici investisiyanın cəlb edilməsindən də daha önəmlisi yerli, daxili potensialımızın canlandırılmasıdır.

337
00:58:12,320 --> 00:58:19,080
Yerli istehsalın müxtəlif sahələrində hələ fəallaşdırılmamış geniş potensial var, həmin sahələri, mütləq, aktivləşdirmək lazımdır; ən mühümü budur.

338
00:58:20,000 --> 00:58:28,560
Təbii ki, daxili istehsalla yanaşı, xarici investisiyanın cəlb edilməsi də lazımlıdır, ancaq biz iqtisadiyyatımızın inkişafını

339
00:58:28,760 --> 00:58:32,800
təkcə xaricilərin ölkəyə investisiya qoymasından asılı hesab edə bilmərik.

340
00:58:33,440 --> 00:58:43,520
Bəzən xarici investorların ölkəyə yeni, müasir texnologiyalar gətirdiyini deyirlər; eybi yoxdur, biz onların ölkəmizə yeni texnologiyalar gətirməsini alqışlayırıq;

341
00:58:44,600 --> 00:58:52,720
əlbəttə ki, əgər gətirsələr! Əgər gətirməsələr belə,

342
00:58:53,160 --> 00:58:58,840
sizcə, bizim nano, nüvə

343
00:58:59,360 --> 00:59:09,480
və müxtəlif mürəkkəb texnologiyaların istehsalı sahəsində nailiyyətlər əldə etmiş, bir çox sahələrdə dünya ölkələri arasında

344
00:59:09,960 --> 00:59:19,560
ilk beşinci, altıncı, onuncu sırada yer alan gənclərimiz neft quyularımızın hasilatını daha səmərəli vəziyyətə gətirə bilməzlərmi? Bizim zavodlarımızı müasir standartlara uyğunlaşdıra bilməzlərmi?

345
00:59:20,200 --> 00:59:30,240
Yaxud müasir xarici texnologiyalara ehtiyac duyduğumuz digər sahələrdə həmin texnologiyaları istehsal edə bilməzlərmi?

346
00:59:30,480 --> 00:59:41,040
Əlbəttə ki, xaricilərlə bağladığımız müqavilələrdə bu texnologiyaların ölkəyə gətirilməsi də öz əksini taparsa, mən belə müqavilələrin əleyhinə deyiləm, bunları alqışlayıram.

347
00:59:42,040 --> 00:59:52,200
Diqqət edin! Hazırda dünyanın ən həssas iqtisadi və siyasi analitikləri

348
00:59:52,760 --> 01:00:01,360
ölkəmizin müqavimət iqtisadiyyatı layihəsinin baş tutub-tutmayacağı üzərində mərcləşirlər; məsələ bu qədər əhəmiyyətlidir, bu qədər həssasdır.

349
01:00:02,240 --> 01:00:07,120
Ekspertlər İranın hazırladığı müqavimət iqtisadiyyatı proqramının

350
01:00:07,480 --> 01:00:15,080
müsbət bir nəticəyə varıb-varmayacağı haqqında mübahisə edir, mərc gəlirlər! Məsələ bu qədər önəmlidir.

351
01:00:15,880 --> 01:00:23,800
Odur ki iqtisadi müstəqilliyin mənası budur. Bu da mənim haqqında danışmaq istədiyim üçüncü xüsusiyyət.

352
01:00:23,920 --> 01:00:31,400
Dördüncü xüsusiyyət düşmənə qarşı həssaslıqdır. Düşməni tanımaq,

353
01:00:31,840 --> 01:00:36,440
əməlləri qarşısında həssas davranmaq lazımdır.

354
01:00:36,720 --> 01:00:46,080
Müqəddəs Müdafiə dövründə cəbhədə olanlar bilir ki,

355
01:00:46,960 --> 01:01:00,400
orada olan qərargahlarda öz adamları vasitəsilə düşmənin hər kiçik hərəkətini izləyən, həssaslıq göstərən xüsusi insanlar var idi.

356
01:01:01,360 --> 01:01:11,440
Tutalım, bu gün düşmən hansısa yerdəyişmə etdi, “bu nə deməkdir, nəyə görə bu işi gördülər” deyə səbəbini axtarırdılar.

357
01:01:12,400 --> 01:01:21,880
Düşmənin hər bir hərəkətinə həssaslıqla yanaşırdılar. Düşməni tanımaq, planlarını öyrənmək,

358
01:01:22,320 --> 01:01:28,000
əməllərinə, sözlərinə, çıxışlarına həssaslıqla yanaşmaq lazımdır;

359
01:01:28,720 --> 01:01:36,520
tədbirli davranıb, böyük ehtimalla, qabımıza tökəcəyi zəhərə qarşı əvvəlcədən padzəhr hazırlamalı,

360
01:01:37,440 --> 01:01:44,560
istənilən hərəkətini zərərsizləşdirmək üçün hazırlıqlı olmalıyıq. Düşmən qarşısında həssas davranmaq bax budur.

361
01:01:45,960 --> 01:01:55,120
Yaxşı, bəs bunun əksi nədir? Bunun əksi olan yanaşmalardan biri bəzilərinin düşmənin varlığını danmasıdır.

362
01:01:55,520 --> 01:02:04,960
Mən deyəndə ki, düşmənimiz var, deyirlər: “Cənab, bu, sizin fantaziyanızdır; düşmən, məkrli planlar –

363
01:02:05,920 --> 01:02:15,680
bunlar hamısı fantaziyadır”. Elə bu məkrli planların fantaziya olması fikrinin özü də bir məkrli plandır.

364
01:02:15,680 --> 01:02:21,240
“Cənab, düşmən kimdir? Nə düşmən, hansı düşmən?” deyənlərin məqsədi düşmənə qarşı həssaslığı azaltmaqdır. Onlar ən aşkar məsələləri inkar edirlər.

365
01:02:21,440 --> 01:02:31,600
Mən deyirəm ki, Amerika İslam İnqilabının düşmənidir, imperializm sistemi mahiyyəti etibarilə

366
01:02:31,880 --> 01:02:39,440
İslam Respublikası kimi bir sistemə düşməndir,

367
01:02:39,800 --> 01:02:51,520
bu ikisinin maraqları 180 dərəcə bir-birindən fərqlənir. İmperializm sistemi xəyanətkar,

368
01:02:51,840 --> 01:02:57,840
müharibə alovunu körükləyən, terrorçu qruplaşmalar yaradan, təşkilatlandıran,

369
01:02:58,560 --> 01:03:10,960
azadlıq tələb edən kütlələri isə əzən, dünyadakı məzlumlara – Fələstinə və Fələstin kimi ölkələrə müxtəlif təzyiqlər göstərən bir sistemdir;

370
01:03:11,240 --> 01:03:13,280
bu kimi davranışlar imperializm sisteminin təbiətindədir.

371
01:03:13,960 --> 01:03:23,280
Bir əsrə yaxındır ki, Amerika və İngiltərə dövlətləri Fələstin xalqına təzyiq göstərir –

372
01:03:23,560 --> 01:03:31,520
istər 1948-ci ildə İsrail rejiminin təşkil edilməsindən əvvəl olsun, istərsə də o gündən bu günə qədər –

373
01:03:32,840 --> 01:03:40,400
fələstinlilərə təzyiq göstərməkdədirlər. İmperializmin əməlləri bunlardır;

374
01:03:40,840 --> 01:03:50,760
İslam bu hərəkətlərin qarşısında səssiz dura bilməz; İslam dövləti bütün bunları gördüyü halda, laqeyd qala bilməz.

375
01:03:51,800 --> 01:04:02,440
İmperialistlər Yəməni bombalayanlara birbaşa yardım göstərir;

376
01:04:03,000 --> 01:04:10,440
Amerika Yəməni bombardman edənlərə açıq-aşkar kömək edir;

377
01:04:10,920 --> 01:04:22,040
özü də haranı, hansı əraziləri bombardman edənlərə! Döyüş meydanlarınımı? Xeyr, xəstəxanaları, bazarları, məktəbləri, ictimai yerləri;

378
01:04:22,520 --> 01:04:32,120
Amerika onlara hərtərəfli kömək göstərir. Odur ki İslam dövləti bunlara laqeyd qala bilməz. Bu iki sistem bir-biri ilə ziddiyyət təşkil edir; mahiyyət baxımından bir-birinin əksidir.

379
01:04:32,320 --> 01:04:35,680
Bu düşmənçiliyi necə danmaq olar?

380
01:04:36,960 --> 01:04:42,360
28 mordad hadisəsini törədərək milli höküməti devirən Amerika olub;

381
01:04:42,680 --> 01:04:49,360
Amerika inqilabın əvvəlindən indiyə kimi bizimlə düşmənçilik edir; şah diktaturası dövründə

382
01:04:49,840 --> 01:04:55,440
xalqa, mübariz insanlara işkəncələr verilməsinə yol açmış SAVAK təşkilatını yaradan Amerika idi;

383
01:04:55,680 --> 01:05:04,280
8 illik müharibə dövründə düşmənimizə maksimum dərəcədə yardım edən də o idi;

384
01:05:04,560 --> 01:05:10,480
bizim sərnişin təyyarəmizi vuran Amerika idi;

385
01:05:11,400 --> 01:05:16,760
neft yataqlarımızı bombalayan Amerika idi; bizə sanksiya tətbiq edən Amerika idi; məgər bunlar düşmənçilik deyil?

386
01:05:39,400 --> 01:05:46,720
İslam dini üçün, İslam naminə çalışan istənilən şəxs, yaxud cərəyan

387
01:05:47,040 --> 01:05:56,800
Amerikaya etimad edirsə, çox böyük səhvə yol vermişdir və bu səhvin nəticəsində zərbə alacaq; elə hazırda da alır.

388
01:05:57,560 --> 01:06:07,800
Son bir neçə ildə islamçı cərəyanlar məsləhətli davranış, siyasi rasionallıq

389
01:06:08,360 --> 01:06:16,000
(adını rasionallıq qoyublar), taktika (“taktika xatirinə edirik” deyirlər) adı altında

390
01:06:16,560 --> 01:06:24,520
Amerika ilə dostlaşdılar, ona arxalandılar, bunun nəticəsi olaraq zopasını, silləsini yedilər, indi də müsibətini çəkirlər.

391
01:06:25,200 --> 01:06:37,520
İslam adı ilə, İslam üçün çalışan hər bir kəs Amerikaya arxalanarsa, çox böyük səhvə yol vermiş olar.

392
01:06:37,800 --> 01:06:44,480
Təbii ki, bizim böyüklü-kiçikli çoxlu düşmənlərimiz var; cılız, alçaq düşmənlərimiz də var,

393
01:06:44,840 --> 01:06:56,600
amma əsas düşmənçilik edən Amerika və xəbis İngiltərədir; İngiltərə, həqiqətən də, xəbis bir düşməndir.

394
01:07:11,120 --> 01:07:20,160
Bu ölkə həm keçmişdə – tağut hakimiyyətinin ilk illərindən inqilab dövrünə kimi –

395
01:07:20,480 --> 01:07:30,000
həm də inqilabın başladığı gündən, qələbə çaldığı andan günümüzə qədər həmişə bizimlə düşmənçilik edib.

396
01:07:30,520 --> 01:07:42,280
İngiltərə dövlətinin təbliğat maşını indi də İmamın (r.ə) vəfatının ildönümü ilə əlaqədar, belə desək, onun əleyhinə olan sənədlər yayımlayır;

397
01:07:43,240 --> 01:07:49,440
bizim dahi, təmiz və pak imamımızın (r.ə) əleyhinə!

398
01:07:50,760 --> 01:07:58,120
Yaxşı, bəs bu sənədləri hansı mənbədən əldə edirlər? Amerika mənbələrindən!

399
01:07:58,360 --> 01:08:05,880
Ölkəmizin 300 nəfərlik sərnişin təyyarəsini vurub salan Amerika belə bir saxta sənədi hazırlamaqdan utanıb çəkinərmi?

400
01:08:07,520 --> 01:08:20,040
İngiltərənin düşmənçiliyi bu cürdür; başqa bir düşmən isə öldürücü xərçəng şişinə bənzəyən, məşum sionist rejimidir; əsas düşmənlər bunlardır.

401
01:08:38,080 --> 01:08:47,960
Bu düşmənləri tanımaq və onların əməllərinə qarşı həssas davranmaq lazımdır;

402
01:08:48,080 --> 01:08:56,240
hətta bizə iqtisadiyyatın inkişafı üçün hazır model yazıb versələr belə, yenə də ehtiyatlı davranmalıyıq;

403
01:08:56,840 --> 01:09:04,200
təsəvvür edin, xəstə olduğunuz zaman düşmən gəlib sizə bir dərman verir və “Bu xəstəlik üçün bu dərmanı qəbul et” – deyir;

404
01:09:04,480 --> 01:09:10,720
bu zaman siz  ehtiyat edərsiniz, çünki o dərmanın tərkibində zəhər ola bilər.

405
01:09:11,520 --> 01:09:21,120
Düşmənin təqdim etdiyi siyasi və iqtisadi modellərə də bu cür diqqətli yanaşmaq lazımdır;

406
01:09:21,520 --> 01:09:29,000
düşmən qarşısında həssaslıq bax budur. Təbii ki, həssaslıq düşmənə tabeçilik olmadığı halda mümkün ola bilər.

407
01:09:29,200 --> 01:09:34,200
Dediyim kimi, düşmənə tabe olmamaq özü elə böyük cihaddır. Bu da inqilabçılığın dördüncü xüsusiyyəti.

408
01:09:34,400 --> 01:09:42,440
Sonuncu – beşinci xüsusiyyət isə dini və siyasi təqvaya sahib olmaqdır;

409
01:09:42,960 --> 01:09:49,840
hansı ki bunlar fərdi təqvadan ayrıdır; əlbəttə, fərdi təqva da lazımdır, ona sahib olmaqla

410
01:09:50,560 --> 01:09:56,120
biz günahdan uzaq durur, özümüzü qorumuş oluruq;

411
01:09:56,120 --> 01:10:01,360
“...Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır (daşdan düzəlmiş bütlər)...” (“Təhrim” surəsi, 6-cı ayədən)

412
01:10:01,760 --> 01:10:09,680
Özümüzü Allah-taalanın Cəhənnəminin odundan, qəzəbindən uzaq tutmaq – bu, fərdi təqva deməkdir.

413
01:10:10,080 --> 01:10:16,280
İctimai təqva, topluma aid olan islami təqva isə budur ki,

414
01:10:16,640 --> 01:10:23,320
biz İslam dininin bizdən tələb etdiyi, bizim üçün müəyyənləşdirdiyi bütün hədəflərin reallaşması üçün əmək sərf edək.

415
01:10:23,480 --> 01:10:28,600
Az öncə sadaladığım o idealların hamısı İslam dinindən qaynaqlanır;

416
01:10:29,200 --> 01:10:33,160
yəni söhbət yalnız rasionallıqdan və ya humanizmdən getmir;

417
01:10:33,800 --> 01:10:39,680
Bayaq dediyim həmin ideallara bağlılığın olması, ictimaii ədalətın əsas götrülməsi,

418
01:10:40,000 --> 01:10:46,840
aztəminatlı və məzlumların himayə olunması, zülm və imperializimlə mübarizə aparılması,

419
01:10:47,120 --> 01:10:52,440
onların istəklərinə boyun əyiylməməsi bütün bunlar İslam dininin bizdən tələb etdiyi əməllərdir.

420
01:10:53,200 --> 01:11:01,760
İslam dini bizdən bunları istəyir. Məsələ yalnız rassionallıq və ya hümanizimlə əlaqəli deyil; bunlar bizim dini, şəri vəzifələrimizdir.

421
01:11:03,000 --> 01:11:08,840
Həmin idealları İslam dinindən ayrı bir şəkildə götürən şəxs İslamı tanımayıb;

422
01:11:09,680 --> 01:11:19,720
İslamın nəzəri və əməli təlimlərini

423
01:11:20,080 --> 01:11:27,640
insanların ictimai və siyasi həyatından uzaq tutmaq lazım olduğunu düşünən şəxs, sözsüz ki, İslamı tanımamışdır.

424
01:11:30,240 --> 01:11:36,800
Qurani-Kərim buyurur: “Allaha ibadət edin, Tağutdan çəkinin!...” (“Nəhl” surəsi, 36-cı ayədən)

425
01:11:37,040 --> 01:11:44,080
Allaha ibadət etmək – yəni Allah qarşısında təslim olmaq və tağutdan uzaq durmaq;

426
01:11:45,160 --> 01:11:53,400
başqa bir ayədə isə buyurur: “İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar.

427
01:11:55,000 --> 01:11:59,920
O halda Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!” (“Nisa” surəsi, 76-cı ayədən)

428
01:12:00,120 --> 01:12:02,360
Bunlar Qurani-Kərimin göstərişləridir.

429
01:12:03,280 --> 01:12:20,040
Bizim ilk öncə özümüzü, daha sonra isə xalqımızı, gənclərimizi və dövlət rəsmilərimizi bu göstərişlər qarşısında məsuliyyətli olmağa səsləməyimiz

430
01:12:20,040 --> 01:12:24,480
təkcə məntiqi, siyasi bir tövsiyə deyil;

431
01:12:25,400 --> 01:12:29,560
bu, əslində, bir dini vəzifədir və ona əməl etmək dini təqva deməkdir.

432
01:12:30,040 --> 01:12:37,560
Bu, dini təqvadır; siyasi təqva da onda özünü göstərir;

433
01:12:37,720 --> 01:12:47,560
dini təqva olsa, onunla birlikdə siyasi təqva da olacaq.

434
01:12:47,760 --> 01:12:56,720
Siyasi təqva düşmənin bizim əleyhimizə istifadə edə biləcəyi hər cür səhv və büdrəmədən uzaq durmaq deməkdir.

435
01:12:57,280 --> 01:13:01,400
Sonda sizə bir neçə tövsiyə etmək istəyirəm.

436
01:13:02,720 --> 01:13:08,280
Mənim qeyd etdiyim bu yol xəritəsinin örnəyi İmam Xomeynidir;

437
01:13:09,120 --> 01:13:12,760
İmam örnəkdir və insafla demək lazımdır ki, mükəmməl bir örnəkdir.

438
01:13:13,160 --> 01:13:18,320
Sadaladığım bu xüsusiyyətlərin hər biri onda yüksək səviyyədə özünü göstərir.

439
01:13:18,560 --> 01:13:25,480
Mən uzun illər boyu müxtəlif şəraitlərdə İmamla ünsiyyətdə olmuşam:

440
01:13:25,840 --> 01:13:31,160
Qumda tədrislə məşğul olduğu zaman, Nəcəfdəki sürgün həyatında,

441
01:13:31,560 --> 01:13:39,120
hakimiyyətə gəldiyi və beynəlxalq siyasi nüfuzun zirvəsində dayandığı vaxtlarda.

442
01:13:39,360 --> 01:13:48,840
İmamı bütün bu pozisiyalarda görmüşəm; o, qeyd etdiyim bu xüsusiyyətlərin hamısında, həqiqətən də, ən yüksək zirvədə idi.

443
01:13:49,960 --> 01:13:54,480
Odur ki onun sözləri, əməlləri əsasında çalışmaq, hərəkət etmək lazımdır.

444
01:13:54,960 --> 01:14:01,440
Gənclərimiz “İmamın səhifəsi”-ni oxusunlar,

445
01:14:01,680 --> 01:14:09,000
“Vəsiyyətnamə”-sini oxusunlar, bu kitablarla tanış olub onların içindəkilər haqda

446
01:14:09,240 --> 01:14:11,800
dərindən düşünsünlər. Bu, birinci tövsiyə.

447
01:14:12,120 --> 01:14:21,680
İkinci tövsiyə: nüvə danışıqları bizə bir təcrübə qazandırdı, onu yaddan çıxartmamalıyıq.

448
01:14:21,960 --> 01:14:34,280
Həmin təcrübə bundan ibarətdir ki, biz hansısa məsələdə güzəştə getsək belə, Amerika öz dağıdıcı planlarından əl çəkməyəcək;

449
01:14:34,920 --> 01:14:38,720
nüvə danışıqlarından biz bu nəticəni əldə etdik.

450
01:14:39,000 --> 01:14:53,360
Nüvə məsələsi ilə bağlı biz “5+1” dövlətləri ilə, hətta ayrılıqda Amerika ilə oturub müzakirələr apardıq;

451
01:14:54,640 --> 01:15:04,640
ölkəmizi təmsil edən qardaşlarımız, fəal nümayəndələrimiz müəyyən nəticələr əldə etdilər, hansısa məqamlarda onlarla ortaq məxrəcə gəldilər,

452
01:15:05,440 --> 01:15:13,200
qarşı tərəf – Amerika – üzərinə müəyyən öhdəliklər götürdü, İslam Respublikası da öz növbəsində boyun olduğu öhdəlikləri yerinə yetirdi,

453
01:15:13,800 --> 01:15:22,080
ancaq sözünə, vədinə heç vaxt sadiq qalmayan qarşı tərəf öz öhdəliklərinə əməl etməkdən boyun qaçırır; ən azından, indiyə qədər boyun qaçırıb.

454
01:15:45,400 --> 01:15:51,880
Çox yaxşı, bu, bir təcrübədir, bu, bizə dərs oldu.

455
01:15:52,400 --> 01:16:00,040
Düzdür, çoxları bu təcrübədən öncə də onların belə davranacağından xəbərdar idi, amma bəziləri bilmirdi, qoy indi bilsinlər:

456
01:16:00,600 --> 01:16:10,040
istənilən başqa bir məsələ ətrafında da Amerika ilə danışıqlar apardığınız zaman əgər onların qarşısında çəkinsəniz, güzəştə getsəniz,

457
01:16:10,240 --> 01:16:15,600
əmin olun ki, onlar yenə də öz təxribatçı planlarını izləməyə davam edəcəklər; bütün məsələlərdə:

458
01:16:16,440 --> 01:16:24,840
insan hüquqları, raket, terrorizm, Livan, Fələstin və sair.

459
01:16:25,400 --> 01:16:31,360
Tutalım, hansısa məsələdə siz öz prinsip və maraqlarınızdan geri çəkilsəniz,

460
01:16:31,840 --> 01:16:40,120
göz yumsanız, güzəştə getsəniz – sözsüz ki, bu, qeyri-mümkündür – bilin ki, Amerika geri çəkilməyəcək;

461
01:16:40,360 --> 01:16:48,560
öncə şirin dillə, gülər üzlə meydana girəcək, daha sonra

462
01:16:48,920 --> 01:16:55,320
heç bir səbəb olmadan öhdəliklərini icra etməkdən boyun qaçıracaq;

463
01:16:55,600 --> 01:17:02,240
bu, İran xalqı üçün bir təcrübədir; bunun dəyərini bilin. Bu da ikinci tövsiyə.

464
01:17:19,480 --> 01:17:35,800
Diqqət edin, diqqət edin! Üçüncü tövsiyəyə də diqqət edin, ondan sonra, ola bilsin, bu şüarlardan bəzilərini bir qədər yenidən gözdən keçirəcəksiniz.

465
01:17:36,640 --> 01:17:45,840
Üçüncü tövsiyə: xalqla dövlətin birliyi heç bir halda pozulmamalıdır.

466
01:17:47,160 --> 01:17:54,320
Ola bilər, sizin bir dövlətdən xoşunuz gəlir, o birindən isə yox,

467
01:17:54,680 --> 01:18:01,840
kiminsə də əksinə – sizin bəyəndiyiniz dövlətdən yox, bəyənmədiyinizdən xoşu gələ bilər; belə şeylər mümkündür və bunun heç bir eybi də yoxdur.

468
01:18:02,880 --> 01:18:10,280
Seçki rəqabəti, fikir müxtəlifliyi, hətta tənqidi yanaşmalar belə, öz yerində,

469
01:18:10,760 --> 01:18:15,040
ancaq dövlət və xalq bir olmalıdır;

470
01:18:16,120 --> 01:18:27,840
yəni əgər ölkə üçün təhlükə yarada biləcək hansısa hadisə baş vermiş olarsa, dövlət və xalq həmin hadisənin qarşısını almaq üçün çiyin-çiyinə hərəkət etməlidir.

471
01:18:29,040 --> 01:18:36,640
Arada kin-küdurət yaratmayın, dövlətlə xalqın birliyini qoruyun;

472
01:18:37,520 --> 01:18:44,640
bu, mənim bütün hökumət kabinetlərinə etdiyim tövsiyələrdən biridir.

473
01:18:45,640 --> 01:18:51,480
İmamın (r.ə) vəfatından sonra başında durduğum bütün hökumətlərə həmişə bunu tövsiyə etmişəm;

474
01:18:51,720 --> 01:18:59,160
baxmayaraq ki, onlar müxtəlif siyasətlər yürütmüş, fərqli təmayüllərə malik olmuşlar,

475
01:18:59,800 --> 01:19:06,640
amma xalq dövlətlə birgə olmalıdır, bu birliyi qorumaq lazımdır.

476
01:19:07,280 --> 01:19:15,280
Birlik, hökuməti tənqid etməklə, onun qarşısında müxtəlif tələblər qoymaqla heç bir ziddiyyət təşkil etmir; bunun heç bir eybi yoxdur;

477
01:19:15,920 --> 01:19:25,400
təbii ki, seçki rəqabəti də öz yerində. Hakimiyyətin hər üç qolu – dövlət, parlament və ədliyyə strukturu arasında da birlik olmalıdır;

478
01:19:25,960 --> 01:19:34,680
bu da parlamentin dövlət, Konstitusiya qarşısında daşıdığı vəzifələrə əməl etməsi ilə heç bir təzad təşkil etmir;

479
01:19:34,920 --> 01:19:40,760
sual versin, tələb etsin, aydınlaşdırsın, qanunlar tərtib etsin və sair;

480
01:19:41,840 --> 01:19:52,320
lakin hər üç hakimiyyət qüvvəsi, mütləq, birgə olmalı, ölkənin əsas problemlərinin həlli üçün bir araya gəlməlidir;

481
01:19:53,640 --> 01:20:00,560
eləcə də silahlı qüvvələr, eləcə də xalq; beləliklə, mənim üçüncü tövsiyəm budur:

482
01:20:01,680 --> 01:20:13,080
şəxsi hisslərinizin, siyasi cinah mənsubiyyətinizdən doğan hisslərinizin, ümumiyytlə, hisslərinizin məntiqinizdən önə keçməsinə yol verməyin.

483
01:20:14,280 --> 01:20:22,800
Məntiq budur ki, düşmən uzaqdan bizə baxanda birgə olduğumuzu görsün,

484
01:20:23,640 --> 01:20:32,720
birliyimizi hiss etsin. Xalqın arasında,

485
01:20:33,280 --> 01:20:39,960
yaxud ümumilikdə hakim dairələrdə ikitirəliyə, qütbləşməyə,

486
01:20:40,360 --> 01:20:46,480
düşmənçiliyə səbəb olacaq fikirlərin söylənməsi ölkənin zərərinədir.

487
01:21:09,560 --> 01:21:19,880
Dördüncü tövsiyə: Amerika ilə qarşıdurma bütöv bir cəbhə ilə qarşıdurma deməkdir.

488
01:21:20,520 --> 01:21:28,640
Bu, bütöv bir cəbhədir; mərkəzində, qütbündə Amerika durur, amma uzantısı

489
01:21:29,200 --> 01:21:35,760
müxtəlif yerlərə qədər gedib çıxır; bu uzantılar hətta ölkəmizin daxilinə qədər də uzanır; odur ki diqqətli olmalısınız.

490
01:21:36,600 --> 01:21:42,520
Amerikanın düşmənçi hərəkətlərindən ehtiyatlı olmaq lazımdır deyərkən

491
01:21:43,280 --> 01:21:49,040
bu sözün mənası odur ki, bu cəbhənin gizli və aşkar müstəvilərdəki bütün fəaliyyətlərinə diqqət edilməlidir.

492
01:21:50,120 --> 01:21:56,480
Bunu bilin ki, düşmənçiliklər yalnız Amerikanın təhlükəsizlik orqanları tərəfindən həyata keçirilmir;

493
01:21:56,800 --> 01:22:05,160
bəzən həmin təhlükəsizlik orqanlarının çoxsaylı gizli “barmaqları” özünü region dövlətlərinin simasında,

494
01:22:05,480 --> 01:22:11,240
yaxud da başqa bir formada biruzə verir.

495
01:22:11,800 --> 01:22:23,120
Beşinci tövsiyə; düşmənlə aramızda olan ayırıcı hüdudlar, sərhədlər gözlənməli və bu məsələnin əhəmiyyəti qabardılmalıdır.

496
01:22:23,400 --> 01:22:35,840
İslam İnqilabına, İslam dövlətinə, İmam  Xomeyniyə (r.ə) düşmən olanlarla bizi ayıran xətlər, hüdudlar arxa plana keçməməli, aktuallığını itirməməlidir.

497
01:22:36,400 --> 01:22:43,320
Ölkəmizdəki bəzi cərəyanlar bu məsələyə diqqətsiz yanaşaraq

498
01:22:43,880 --> 01:22:51,080
düşmənlə aradakı sərhədi qorumayıblar, möhkəmliyi əldən veriblər;

499
01:22:51,400 --> 01:22:56,000
əgər bu ayırıcı xətlər olmazsa –

500
01:22:56,400 --> 01:23:02,640
eynilə ölkənin coğrafi sərhədləri kimi – kimlərsə yanlışlıqla o tərəfdən bu tərəfə və ya əksinə keçə bilər;

501
01:23:03,440 --> 01:23:07,520
odur ki sərhədlər qorunmalıdır.

502
01:23:07,760 --> 01:23:18,920
Altıncı və sonuncu tövsiyəm: Allah-taalanın “اِن تَنصُرُوا اللهَ يَنصُرکُم” – “Kim Allaha (onun dininə) yardım edərsə, Allah da ona yardım edər” vədinə inanın, etibar edin.

503
01:23:19,680 --> 01:23:27,200
Əziz xalqım, əziz gənclər! Əmin olun ki, düşmənə göz dağı olacaq qələbə sizindir!

504
01:23:48,360 --> 01:23:55,920
Pərvərdigara! Əziz İmamımızı (r.ə) Məhşərə imamlarla (ə) birgə gətir.

505
01:23:56,640 --> 01:24:02,880
Pərvərdigara! Əziz şəhidlərimizi Məhşərə İslamın ilk şəhidləri ilə birlikdə gətir.

506
01:24:04,120 --> 01:24:10,760
Harada, hansı libasda, hansı formada olmağından asılı olmayaraq, ölkəmizə xidmət edən insanları

507
01:24:11,040 --> 01:24:15,240
hidayət et, dəstək ol və Özün onları qoru.

508
01:24:16,320 --> 01:24:21,520
Pərvərdigara! Sahibəz-zamanın (ə.f) pak qəlbini bizdən razı sal;

509
01:24:22,840 --> 01:24:26,080
o böyük İmamın (ə.f) duasını bizə şamil et.

510
01:24:27,320 --> 01:24:32,880
Pərvərdigara! Sözlərimizi, əməllərimizi Özünə xatir və Sənin yolunda qərar ver,

511
01:24:34,160 --> 01:24:37,080
bunları bizdən qəbul et.

512
01:24:38,320 --> 01:24:45,080
Məhəmməd və Ali-Məhəmmədə (s) xatir, bizi bu yolda yaşat və bu yolda da öldür.

513
01:24:46,400 --> 01:24:49,120
Allahın salamı, rəhməti və bərəkəti sizə nəsib olsun.