1
00:00:00,480 --> 00:00:02,520
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,840 --> 00:00:05,720
Həmd aləmlərin Rəbbinə məxsusdur.

3
00:00:09,000 --> 00:00:14,680
Seyidimiz və peyğəmbərimiz Əbülqasim Mustafa Muhəmmədə,

4
00:00:23,640 --> 00:00:32,080
onun pak, təmiz və seçilmiş Əhli-beytinə, xüsusilə Bəqiyyətullah Mehdi Sahibəzzamana salavat və salam olsun!

5
00:00:33,160 --> 00:00:49,360
Əziz qardaş və bacılar, çox xoş gəlmisiniz. İnşallah, ölkənin inkişafında həlledici rol oynayarsınız.

6
00:00:51,040 --> 00:01:03,840
Sizlər ölkənin və inqilabın ən böyük sütunlarından birini təşkil edirsiniz.

7
00:01:06,120 --> 00:01:16,640
Bu uğura nail olduğunuz üçün sizin hamınızı təbrik edirəm.

8
00:01:18,240 --> 00:01:25,760
Uca Allaha həmd olsun ki, sizə bu yüksək məqamı kəsb etmək uğuru bəxş etmişdir.

9
00:01:28,400 --> 00:01:38,120
İlk olaraq bir cümlə deyim: şəban ayının son və ramazan ayının yaxınlaşdığı günlərdir.

10
00:01:40,680 --> 00:01:50,640
Gəlin qəlblərimizi Allahın razılığına və ilahi vəzifələrimizə doğru yönəldək.

11
00:01:51,720 --> 00:02:00,040
Əziz qardaş və bacılar, üzümü sizə tutub bir də bunu demək istəyirəm ki, tutduğunuz mövqe və vəzifənin qədrini bilin

12
00:02:01,000 --> 00:02:11,360
və bilin ki, bu, çox keçici olan bir fürsətdir. Yəni dörd il bir göz qırpımında keçib gedir.

13
00:02:11,960 --> 00:02:23,280
Ömrümüz kimi; ömrümüz də belədir. İnsan dönüb arxasına baxanda vaxtın ildırım sürətilə keçdiyini,

14
00:02:23,720 --> 00:02:31,960
xoş anların, çətinliklərin, acıların, şirinlərin, ləzzətlərin və əziyyətlərin başa çatdığını görür.

15
00:02:33,160 --> 00:02:46,360
Əgər insan bu uzun ömür dəftərinə – tutalım, mənim kimi 70-80 yaşlı şəxsləri düşünək –

16
00:02:47,400 --> 00:02:52,360
Allah-taalanın qarşısında sorğu-sualını verə biləcəyi,

17
00:02:53,680 --> 00:03:06,560
buna ümid bəsləyə biləcəyi bir şəkildə nöqtə qoysa, nə yaxşı!

18
00:03:08,000 --> 00:03:20,560
Yox əgər insanın Allah-taala qarşısında sorğu-sual olunduğu vaxt bu uzun ömür dəftərində

19
00:03:21,720 --> 00:03:30,800
müdafiəsinə qalxa biləcəyi bir işi yoxdursa, onda ömrü ziyan olmuş olacaq.

20
00:03:31,120 --> 00:03:40,080
“Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlərdən ... başqa.” ayəsində deyildiyi kimi. İman və saleh əməl.

21
00:03:40,880 --> 00:03:48,280
Əgər keçib getmiş ömür salnaməmizdə iman və saleh əməl varsa,

22
00:03:48,280 --> 00:03:58,560
yaxşıdır, ziyan çəkməyəcəyik, həmin əməllər qədər mənfəətimiz var. Əgər Allah eləməmiş saleh əməl olmasa

23
00:03:59,840 --> 00:04:08,840
və ya insan sorğu-sual edildiyində görsə ki, əməli qüsurlu və mübahisəli ola bilər,

24
00:04:10,080 --> 00:04:14,320
onda onun vəziyyəti çox çətindir, çox!

25
00:04:16,720 --> 00:04:23,240
Şərafətli “Əbu Həmzə” duasında Həzrət Əli (ə) Allah-taalaya belə buyurur:

26
00:04:23,480 --> 00:04:27,480
“İlahi, Sən məni sorğu-sual etdiyində dəlil-sübutumun tükənəcəyi,

27
00:04:30,800 --> 00:04:38,560
“İlahi, Sən məni sorğu-sual etdiyində dəlil-sübutumun tükənəcəyi, dilimin tutulacağı,

28
00:04:39,720 --> 00:04:44,760
cavab verə bilməyəcəyim, ağlım başımdan çıxacağı vaxt mənə rəhm et.

29
00:04:45,640 --> 00:04:51,720
Sən mənə sual verəndə mənim sənə verəcək cavabım olmayacaq –

30
00:04:54,120 --> 00:05:00,400
axı insanın əməlləri araşdırılacaq; insan gərək cavab verə bilsin;

31
00:05:00,880 --> 00:05:10,400
– dilim tutulacaq, cavab verə bilməyəcəyəm;

32
00:05:12,080 --> 00:05:16,360
– dəlil-sübutum tükənəcək – وَ انقَطَعَت حُجَّتي

33
00:05:16,720 --> 00:05:21,240
insanın özlüyündə həmişə dəlil və sübutları olur axı: “Filan işi buna görə gördüm, bunu ona görə etdim ...”

34
00:05:21,840 --> 00:05:28,120
Bunların hər birinə cavab verildikdən sonra adamın əli-qolu boşalır, dəlil-sübutu tükənir;

35
00:05:28,800 --> 00:05:36,120
وَ طاشَ عِندَ سُؤالِکَ اِيّايَ لُبّي – mənə dalbadal verilən bu suallar qarşısında beynim,

36
00:05:36,520 --> 00:05:42,200
qəlbim, ruhum çaşqınlıq içində itib batacaq.

37
00:05:42,680 --> 00:05:51,320
Elə belə də olacaq. Bunu mən özüm təcrübədən keçirmişəm, öz başıma gəlib. Demək istəmirdim,

38
00:05:51,320 --> 00:05:55,000
amma indi birdən yadıma düşdü, dilimə gəldi, deyirəm:

39
00:05:55,960 --> 00:06:07,320
60-cı ildə (1981) Əbuzər məscidində başıma gələn məlum hadisə zamanı huşumu itirdim.

40
00:06:08,440 --> 00:06:18,520
Sonra məni qaldırdılar, məsciddən çıxarıb avtomobilə aparana qədər

41
00:06:18,520 --> 00:06:27,160
iki-üç dəfə də huşa gəlib yenidən özümdən getdim, nəhayət huşa gəldim.

42
00:06:27,480 --> 00:06:34,720
Huşa gəldiyim o iki-üç dəfədə hiss edirdim ki, son andır;

43
00:06:36,360 --> 00:06:40,680
yəni ölüm anı olduğunu hiss edirdim.

44
00:06:41,520 --> 00:06:50,000
Qəfildən bütün həyatım gözümün önünə gəldi.

45
00:06:50,880 --> 00:06:56,640
Öz-özümə düşündüm ki, yaxşı, indi təqdim etmək üçün nəyim var?

46
00:06:57,360 --> 00:07:00,720
Nə qədər düşündümsə, gördüm hamısı mübahisəlidir.

47
00:07:01,160 --> 00:07:09,600
Düzdür, mübarizə aparmışdıq, həbs olunmuşduq, döyülmüşdük, dərs demişdik, zəhmət çəkmişdik – insanın ağlına bunlar gəlir –

48
00:07:10,840 --> 00:07:15,400
amma həmin an gördüm ki, bütün bunların hamısına etiraz edə

49
00:07:15,880 --> 00:07:22,560
və deyə bilərlər ki, filan məsələdə sizin niyyətinizə Allahdan qeyri bir niyyət qarışdığına görə, heç nə,

50
00:07:23,280 --> 00:07:30,760
o əməl puç oldu! Birdən hiss etdim ki, heç yerdən yapışmamış bir adam kimi

51
00:07:30,920 --> 00:07:33,960
yerlə göy arasında asılı qalmışam.

52
00:07:34,240 --> 00:07:41,040
Dedim, İlahi! Vəziyyətim belədir, görürsən də, deyəsən, mənim heç nəyim yoxdur.

53
00:07:42,040 --> 00:07:47,800
Əgər Özün nə isə bir mərhəmət göstərməsən, mən öz haqq-hesabımla görürəm ki, əlimdə heç nə yoxdur.

54
00:07:48,840 --> 00:07:57,800
İnsan bu cür hallarla qarşılaşır. Ona görə də çalışaq, tutduğumuz bu məqamlardan istifadə edək.

55
00:07:58,080 --> 00:08:11,160
Sizin əlinizə yaxşı bir fürsət düşüb. Dörd il ərzində ölkənin qanunverici və idarəedici orqanı olan İslami Şura Məclisində olacaqsınız.

56
00:08:11,440 --> 00:08:21,240
Qanunvericilik son dərəcə əhəmiyyətlidir. Mən dəfələrlə qeyd etmişəm ki, bu, qatarların hərəkəti üçün rels düzməyə bənzəyir.

57
00:08:22,040 --> 00:08:26,800
Siz ilk öncə dövlətin hərəkəti üçün relslər düzürsünüz,

58
00:08:27,120 --> 00:08:33,320
sonra Konstitusiyanın sizə verdiyi səlahiyyətlə – o cümlədən Konstitusiyada əksini tapan

59
00:08:33,720 --> 00:08:40,320
yoxlama və araşdırma ixtiyarı ilə – bu hərəkətin reallaşmasını qarant altına ala bilirsiniz.

60
00:08:41,160 --> 00:08:50,360
Təkcə tövsiyə vermək deyil, qanuna əsasən, nəzarət edə, araşdırma apara, yoxlaya da bilərsiniz.

61
00:08:50,800 --> 00:08:58,560
Bu, hökumətlə əməkdaşlığa da əsla zidd deyil. Mənə görə – və hər zaman da bu fikirdə olmuşam ki –

62
00:08:58,800 --> 00:09:07,520
bütün hökumətlərin dövründə parlament hökumətlə əməkdaşlıq etməlidir. Lakin əməkdaşlıq deyərkən mən parlament kimi öz hüququndan imtina etməyi nəzərdə tutmuram.

63
00:09:08,080 --> 00:09:17,440
Bütün hüquqlarınızdan istifadə etməli, yoxlama və araşdırma aparmalı, “nə üçün olmadı, nə üçün az oldu, niyə başqa cür oldu” deyə hesabat tələb etməlisiniz.

64
00:09:18,280 --> 00:09:23,680
Bu, çox mühüm bir fürsətdir, bunun qədrini bilin.

65
00:09:24,200 --> 00:09:33,000
İnqilabın əvvəllərində prezident seçkiləri məsələsi

66
00:09:33,480 --> 00:09:43,320
gündəmə gəldiyi və müxtəlif namizədlər irəli sürüldüyü zaman mən və dostlarımızdan biri Tehrandan Quma – İmam Xomeyninin yanına yollanmışdıq. O vaxt İmam Qumda idi.

67
00:09:45,600 --> 00:09:52,760
Vaxt da çox dar idi, İmam da içəridə idi, amma deyirdik ki, necə olursa-olsun, onu görməliyik.

68
00:09:53,240 --> 00:10:05,320
Çünki İmam buyurmuşdu ki, əmmaməlilərin namizədliyi irəli sürülməsin, prezidentliyə namizəd olmasınlar.

69
00:10:06,080 --> 00:10:15,040
Biz də İmamla danışıq aparmağa getmişdik, getmişdik deyək ki, bu qadağanı ləğv etsin və biz Behiştinin namizədliyini irəli sürə bilək.

70
00:10:15,240 --> 00:10:21,800
Bizə görə, Şəhid Behişti (Allah ondan razı olsun) hər kəsdən yaxşı idi.

71
00:10:22,640 --> 00:10:29,800
İmamla bu məsələ barədə danışıq aparmağa getmişdik. Bir az söhbət etdik, İmam danışdı, biz dinlədik, o, bir söz dedi, biz başqa şey dedik.

72
00:10:29,960 --> 00:10:39,400
Sonra o bizə dedi: “Gedin məclisi qoruyun, parlamentlə məşğul olun”. O zaman parlament seçkiləri hələ keçirilməmişdi.

73
00:10:40,240 --> 00:10:48,080
İmam bizə dedi ki, gedib parlamentin işləri ilə məşğul olaq, parlament mühümdür. Bizə, yəni mənə və dostuma tövsiyəsi bu oldu.

74
00:10:49,600 --> 00:10:59,720
Yəni o, bizə hökumət məsələsi üzərində çox dayanmamağı məsləhət gördü. Onun nəzərində parlament hökumətdən, icraedici orqandan daha əhəmiyyətli idi.

75
00:11:00,640 --> 00:11:06,640
İndi siz də Allahdan istəyin; həqiqətən, kömək istəyin! Qarşıdan ramazan ayı gəlir,

76
00:11:07,240 --> 00:11:14,240
oruc fürsətdir, dua fürsətdir, gecələri oyaq qalmaq fürsətdir.

77
00:11:14,880 --> 00:11:23,320
Bu cür gecələrdə möminlərin adətən qıldığı gecə namazı fürsətdir.

78
00:11:24,080 --> 00:11:33,800
Dua edin, yalvarın, Allahdan istəyin ki, inşallah, sizə bu böyük işi yerinə yetirə bilmək üçün mənəvi dəstək olsun və uğur qazandırsın.

79
00:11:34,200 --> 00:11:41,840
Mən bir neçə məqama toxunmaq istərdim: bunlardan biri parlamentin əsas vəzifəsi və əhəmiyyəti ilə bağlıdır;

80
00:11:42,080 --> 00:11:48,200
digəri qanunvericilik məsələsidir; digəri iqtisadiyyat,

81
00:11:48,360 --> 00:11:55,680
mədəniyyət, ümumi siyasətlər, xarici siyasət və bu kimi məsələlərə də ayrı-ayrılıqda toxunmaq istəyirəm.

82
00:11:55,880 --> 00:12:00,040
Bütün bunlar barədə bir neçə cümlə deyəcəyəm, inşallah.

83
00:12:00,240 --> 00:12:09,480
Konstitusiyaya görə, sizin vəzifəniz inqilabın nailiyyətlərini və İslamın əsaslarını qorumaqdır. Andınızda da bu var.

84
00:12:09,720 --> 00:12:15,400
Mən sizə ünvanladığım bəyanatda da qeyd etmişdim ki, bu and həqiqi anddır;

85
00:12:15,680 --> 00:12:19,640
yəni bu and pozularsa, cəriməsi var.

86
00:12:21,920 --> 00:12:32,040
Siz and içmisiniz ki, İslamın əsaslarını və inqilabın nailiyyətlərini qoruyacaqsınız; bu, mühüm bir məsələdir.

87
00:12:32,440 --> 00:12:40,760
Yaxşı bəs bu, nə zaman mümkün ola bilər? Parlament, həqiqətən də, işlərin başında olanda. Bu isə sizin əlinizdədir.

88
00:12:41,800 --> 00:12:51,680
“Parlament işlərin başında olmalıdır” fikri qulağa xoş gəlsin deyə söylənən gəlişigözəl bir söz deyil. Parlament, doğrudan da, işlərin başında olmalıdır;

89
00:12:52,200 --> 00:12:55,840
yəni qərar qəbul etməli və həmin qərarlar icra edilməlidir.

90
00:12:56,640 --> 00:13:01,080
Əlbəttə, sizə onu da deyim ki, müxtəlif hökumətlərin dövründə –

91
00:13:01,080 --> 00:13:06,760
indiki, əvvəlki, ondan əvvəlki, İmamın vəfatından sonrakı, İmamın zamanında olan

92
00:13:07,240 --> 00:13:14,560
bütün hökumətlərin dövründə, eləcə də mənim özümün başında durduğum hökumətin vaxtında – bəzən elə hadisələr baş verib ki, çətin vəziyyətdə qalmışıq.

93
00:13:14,800 --> 00:13:20,280
İndi də hökumətlər müəyyən çətinliklərlə üzləşir və vəliyyi-fəqihin imkanlarından istifadə edirlər. Bu var,

94
00:13:21,120 --> 00:13:32,120
amma o vaxt da mən daim buna diqqət etməyə çalışırdım ki, parlamentin qəbul etdiyi qərarlara mümkün olduğu qədər xələl gəlməsin.

95
00:13:33,080 --> 00:13:43,520
O zaman keçmiş hökumətlərdən biri büdcə qanununa zidd olan bir şey istəyirdi.

96
00:13:43,760 --> 00:13:46,960
O vaxt proqram yox idi, büdcə qanunu idi.

97
00:13:47,640 --> 00:13:53,400
Nə qədər israr etdilərsə, mən qəbul etmədim. Çətinlikləri olsa da, dedim ki,

98
00:13:53,680 --> 00:14:01,560
bizim bir parlamentimiz var, oturub qərar qəbul edib, böyük zəhmətlə büdcə qanunu qəbul edib,

99
00:14:01,840 --> 00:14:10,400
indi siz gəlin bir kəlmə ilə bütün qanunu alt-üst edin?! Belə olmaz axı!

100
00:14:11,800 --> 00:14:15,200
Parlament işlərin başında olmalıdır.

101
00:14:15,640 --> 00:14:21,280
Parlamentin hörməti, vüqarı, nüfuzu qorunmalıdır.

102
00:14:21,640 --> 00:14:27,240
Bir dəfə mən, deyəsən, ya cənab Laricaniyə, ya da parlament sədrlərindən hansınasa, demişdim ki,

103
00:14:27,520 --> 00:14:31,080
məşrutənin əvvəlindən Rza xan hakimiyyətə gələnə qədər belə olub.

104
00:14:31,200 --> 00:14:38,240
Rza xan gələndən sonra parlament, qanun, qanunvericilik və sair, hamısı toz olaraq havaya sovrulub.

105
00:14:38,720 --> 00:14:49,160
Ancaq Rza xandan əvvəl – məşrutənin yenicə hakimiyyət başına gəldiyi o dönəmdə qanunvericilik, parlament və şura məclisi kimi məsələlər aktual olub;

106
00:14:49,400 --> 00:14:58,360
deyəsən, parlamentin ikinci, yoxsa üçüncü çağırışı olub; xülasə Rza xan hakimiyyətə gəlməzdən əvvəl – parlamentin sədri Mötəmənül-mülk olub.

107
00:14:58,880 --> 00:15:08,320
O, Qacarlar dövrünün xeyirxahlığı ilə ad qazanmış adamlarından olub. Mötəmənül-mülkün qardaşı Müşirüddövlə isə baş nazir olub.

108
00:15:09,000 --> 00:15:20,760
O da xeyirxahlığı ilə tanınırdı. Yəni Qacarlar dövründə və Pəhləvi hakimiyyətin əvvəllərində bu iki qardaş nisbətən xeyirxah hökumət adamları kimi tanınıb.

109
00:15:21,240 --> 00:15:27,920
Böyük qardaş Müşirüddövlə hökumətin rəhbəri və baş nazir,

110
00:15:28,240 --> 00:15:31,600
kiçik qardaş Mötəmənül-mülk isə parlamentin sədri olub.

111
00:15:32,040 --> 00:15:39,120
Bir dəfə hökumətin başçısı – baş nazir – parlamentdən orada məruzə etmək üçün vaxt alır;

112
00:15:39,880 --> 00:15:45,560
məsələn, səhər saat səkkizdə çıxış edəcəyini deyir. Səhər saat səkkiz olur, Müşirüddövlə vaxtında gəlib çata bilmir.

113
00:15:46,040 --> 00:15:53,200
Mötəmənül-mülk saatına baxır və səkkizdən beş dəqiqə keçdiyini gördükdə deyir: “Daha baş naziri buraxmayın”;

114
00:15:54,440 --> 00:16:03,320
“Daha baş naziri buraxmayın”! Beş dəqiqə sonra Müşirüddövlə özünü çatdırır, ancaq onu parlamentə buraxmırlar.

115
00:16:04,320 --> 00:16:10,120
Bax belə. Baş nazir təyin edilmiş vaxtdan gec gəlir,

116
00:16:10,520 --> 00:16:15,400
parlamentin sədri olan qardaş, özü də kiçik qardaş onu parlamentə buraxmır.

117
00:16:16,120 --> 00:16:22,760
Parlamentin gücü bax budur, məclisin ciddiliyi budur. Bunu qorumaq lazımdır.

118
00:16:23,160 --> 00:16:27,120
Bu, sizin öz əlinizdədir, siz bunu edə bilərsiniz.

119
00:16:27,920 --> 00:16:37,840
Parlamentdə bu xüsusiyyətləri sözün əsl mənasında təmin edə və zəmanət altına ala biləcək şeylərdən biri özünənəzarətdir.

120
00:16:38,040 --> 00:16:50,720
Mən bunu səkkizinci məclisdə demişdim.

121
00:16:52,040 --> 00:16:59,520
Parlament özü-özünə nəzarət etməlidir. Nəticə etibarilə, parlament bir qrup insandan təşkil olunur,

122
00:16:59,640 --> 00:17:07,200
biz insanlar isə hamımız səhvə yol verə bilərik. Bunun zarafatı,

123
00:17:07,520 --> 00:17:16,640
böyüyü-kiçiyi, qocası-cavanı yoxdur. Hamımız səhvə yol verə, doğru yoldan sapa bilərik.

124
00:17:17,640 --> 00:17:21,640
Bunun qarşısını kim almalıdır? Parlament özü.

125
00:17:22,280 --> 00:17:31,240
Özü də müxtəlif sampalar ola bilər. Parlament öz üzvlərinə nəzarət etsə, parlamentarilərin yanlışının qarşısını alsa

126
00:17:31,800 --> 00:17:42,520
və deputatlar bu bir neçə ildə saflığını və təmizliyini qoruya bilsə, o zaman dili uzun olar,

127
00:17:43,640 --> 00:17:52,120
harada nöqsan görsə, danışa bilər. Parlament buna riayət etməlidir.

128
00:17:52,320 --> 00:18:01,600
Xahiş edirəm, özünənəzarət məsələsinə, parlamentin özünənəzarətinə laqeyd yanaşmayın. Bunu qoruyun.

129
00:18:02,160 --> 00:18:11,000
Qanun barədə də bir məqama toxunmaq istəyirəm. Qanunvericilik sizin əsas vəzifənizdir,

130
00:18:11,440 --> 00:18:19,520
lakin qanunlar iki şəkildə çıxarıla bilər: yaxşı və pis.

131
00:18:20,240 --> 00:18:24,680
Yaxşı qanun da çıxarmaq olar, pis qanun da.

132
00:18:25,520 --> 00:18:30,600
Qanunun pis və ya yaxşı olması da sırf onun mahiyyətcə yaxşı, yaxud pis olmağından asılı deyil. Xeyr,

133
00:18:30,800 --> 00:18:36,240
bəzən siz yaxşı bir qanun qəbul edirsiniz, ancaq bu, yarıtmaz bir qanunvericilik olur.

134
00:18:36,720 --> 00:18:42,760
Niyə? Ona görə ki, həmin qanun qəbul edilərkən diqqətsizliyə yol verilib,

135
00:18:43,280 --> 00:18:51,280
başqa qanunlarla uyğunluğu gözlənməyib, məzmununda dəqiqlik və aydınlığa riayət olunmayıb.

136
00:18:52,440 --> 00:19:03,040
Birincisi, qanun keyfiyyətli olmalıdır; qanunların sayının artması, çoxluğu o qədər də xoşagələn bir hal deyil.

137
00:19:03,880 --> 00:19:10,320
Qanun keyfiyyətli olmalıdır. Bayaq cənab Doktor Laricani qeyd etdi ki

138
00:19:10,680 --> 00:19:16,280
budəfəki məclisdə müxtəlif ixtisaslı deputatlar yer alıb, bu, məni, həqiqətən, çox sevindirir.

139
00:19:16,920 --> 00:19:26,640
Şükürlər olsun Allaha! Mütəxəssislərin, başıçıxan, məlumatlı və ağıllı insanların parlamentdə olması bu cəhətdən çox qiymətlidir.

140
00:19:27,960 --> 00:19:33,840
Qanunların möhkəm və əsaslı olmasına diqqət yetirin.

141
00:19:33,960 --> 00:19:42,520
Yəni qanunun qəbul edilməsi üçün irəli sürülən dəlillər elə olmalıdır ki, istənilən adam baxanda: “Bəli, bu, möhkəm və əsaslı bir qanundur” – desin.

142
00:19:43,120 --> 00:19:54,640
Qanun əhatəli olmalıdır. Müxtəlif aspektlərə səthi və diqqətsiz yanaşma qanunu faydasız edir.

143
00:19:54,840 --> 00:20:00,680
Qanun aydın olmalıdır, elə olmalıdır ki, tez-tez düzəliş etmək lazım gəlməsin,

144
00:20:00,840 --> 00:20:06,920
davamlı olaraq parlamentdən qanunların izahı tələb olunmasın. Qanun aydın və əhatəli olmadıqda

145
00:20:07,120 --> 00:20:12,080
parlamentdən daim izah tələb edirlər ki, “bu yerdə bunu nəzərdə tutmusunuz, ya başqa bir şeyi?”

146
00:20:12,480 --> 00:20:21,520
Bəzən də parlamentin verdiyi izahın nəticəsi qanunun öz məzmununa zidd olur.

147
00:20:22,160 --> 00:20:24,400
Belə bir qanun yaxşı qanun deyil;

148
00:20:24,720 --> 00:20:30,960
yəni qanunun məzmunu yaxşı ola bilər, ancaq qanunvericilik yaxşı deyil, qanunvericilik pisdir.

149
00:20:31,880 --> 00:20:34,880
Odur ki qanun keyfiyyətli olmalıdır.

150
00:20:35,400 --> 00:20:43,040
Həmçinin qanunlar arasındakı təzadlılıq; bizim qarşılaşdığımız problemlərdən biri də qanunların çoxluğudur.

151
00:20:43,360 --> 00:20:50,440
Müxtəlif məsələlərlə bağlı bu qədər qanunumuz var! Bayaq cənab Doktor Laricani ölkədə torpaqdan istifadənin planlaşdırılması məsələsinə toxundu.

152
00:20:50,600 --> 00:20:56,640
Bu məsələ hələ mən prezident olduğum vaxtdan Nazirlər Kabineti tərəfindən irəli sürülüb.

153
00:20:57,640 --> 00:21:04,360
mənim prezident olduğum vaxtdan otuz, otuz neçə il keçir.

154
00:21:05,280 --> 00:21:08,320
O vaxt ölkə ərazisindən səmərəli istifadə və torpaqlardan istifadənin planlaşdırılması məsələsi hökumət tərəfindən qaldırılmış

155
00:21:08,320 --> 00:21:13,240
və qərara alınmışdı ki, bu istiqamətdə tədbirlər görülsün; hələ “amayeş” (farsca “planlaşdırma” mənasındadır – red.) sözü ilə bağlı da mübahisələrimiz olmuşdu ki, bu söz fars sözüdürmü, nə deməkdir, kökü hansı sözdür?

156
00:21:13,760 --> 00:21:17,760
Bu məsələ bütün hökumətlər tərəfindən də diqqətdə saxlanıb, ancaq hələ də reallaşmayıb.

157
00:21:18,360 --> 00:21:27,360
Qanun da qəbul etmişik, torpaqdan istifadənin planlaşdırılması ilə bağlı qanun da var.

158
00:21:27,880 --> 00:21:31,280
İndi siz gəlin ona bir neçə qanun da əlavə edin?!

159
00:21:31,840 --> 00:21:37,640
Birbaşa yollarla getmək lazımdır. Tutalım, siz ölkə ərazisindən

160
00:21:38,840 --> 00:21:45,400
səmərəli istifadə proqramı əsasında əyalət və regionların imkan və potensialı ilə tanış olaraq

161
00:21:45,560 --> 00:21:49,320
ölkənin müxtəlif ostan və bölgələrinin imkanlarından istifadə etmək istəyirsiniz.

162
00:21:49,520 --> 00:21:54,280
Çox yaxşı, amma əgər bu olmasa da, bununla yanaşı başqa yollar da var.

163
00:21:54,280 --> 00:21:59,600
Tutaq ki, misal üçün, Xorasan əyalətində elmi prinsiplər əsasında torpaqdan istifadənin planlaşdırılması

164
00:21:59,880 --> 00:22:06,120
reallaşmayıb, ancaq ola bilsin, oranın valisi və yerli orqanlar

165
00:22:06,920 --> 00:22:14,520
bu əyalətin potensialları haqqında elə şeylər bilir ki, mərkəzdə oturanların onlardan heç xəbəri yoxdur. Bu özü də bir imkandır,

166
00:22:14,920 --> 00:22:20,560
bu vasitələrdən də istifadə etmək lazımdır. Demək istədiyim budur ki, qanunların çoxluğu,

167
00:22:21,000 --> 00:22:30,160
sayının artırılması yaxşı deyil, əsas odur ki, qanun keyfiyyətli və əhatəli olsun.

168
00:22:30,960 --> 00:22:37,480
Korrupsiyaya zəmin yaradan qanunların qarşısı alınmalıdır; yəni bu baxımdan diqqətli olun.

169
00:22:37,720 --> 00:22:45,760
Hazırda bizim parlamentə aid olmayan – doğrudur, bəzən bizim parlamentdə də olub;

170
00:22:45,760 --> 00:22:52,720
yadımdadır, bu illər ərzində bir neçə dəfə şahidi olmuşam – ancaq dünya parlamentlərində bir qayda olaraq müşahidə edilən məsələlərdən biri budur ki,

171
00:22:53,360 --> 00:23:02,200
bir qanunu təsdiq edirlər, on gün sonra onu ləğv edirlər. Bu on gündə müəyyən adamlar milyardlar qazanır!

172
00:23:03,400 --> 00:23:11,760
Qanun korrupsiyaya səbəb olur. Yəni qanun belədir ki, tutalım, nəyinsə satışını qadağan edirlər,

173
00:23:11,920 --> 00:23:17,600
nəyinsə idxalına və ya ixracına qadağa qoyurlar. İstifadə etməli olan şəxslər

174
00:23:17,800 --> 00:23:26,720
bu qadağadan istifadə edir. On gündən sonra qadağanı götürürlər. Elə adam olur ki, bir gecəyə milyarder olur!

175
00:23:28,000 --> 00:23:38,960
Belə qanunlar korrupsiyaya səbəb olur. Belə qanunlar var. Diqqətli və ehtiyatlı olun ki, qəbul etdiyiniz qanunlar korrupsiyaya yol açmasın, belə hallara qarşı olsun.

176
00:23:40,320 --> 00:23:48,000
Qanunla bağlı mühüm məqamlardan biri də budur ki, milli maraqlar ayrı-ayrı regionların problemlərindən üstün tutulmalıdır.

177
00:23:48,200 --> 00:23:55,240
Əlbəttə ki, sizlər ölkənin müxtəlif regionlarından gəlmisiniz, camaatın da sizdən gözləntiləri var,

178
00:23:56,120 --> 00:24:03,040
amma bu gözləntilərin tam olaraq reallaşması məqbul deyil, onlar müəyyən həddə qədər reallaşa bilər.

179
00:24:03,520 --> 00:24:08,840
İnsanlar düşünə bilər ki, indi ki siz seçilib gəlmisiniz, oranın yol, su, elektrik,

180
00:24:09,160 --> 00:24:15,200
büdcə – bütün problemləri həllini tapacaq, amma yox, bu heç mümkün də deyil.

181
00:24:15,640 --> 00:24:23,240
Doğrudur, siz istər-istəməz region əhalisinin istək və gözləntilərinin müəyyən qədərini diqqət mərkəzində saxlamağı özünüzə borc bilirsiniz.

182
00:24:23,400 --> 00:24:31,040
Müəyyən həddə qədər, yəni milli maraqlara zidd olmadıqca bunun problemi yoxdur.

183
00:24:32,040 --> 00:24:38,520
Bəzən isə gözləntilər milli maraqlarla təzad təşkil edir. Tutalım, hansısa ostanda hava limanı tikilməsinə israr edirlər –

184
00:24:38,720 --> 00:24:46,840
hava limanı xərc aparan məsələlərdəndir; baha başa gələn infrastrukturlardan biri də hava limanıdır –

185
00:24:47,480 --> 00:24:55,560
hava limanı olmasını istəyirlər. Siz baxıb görürsünüz ki, əslində orada hava limanına təcili bir ehtiyac yoxdur.

186
00:24:56,120 --> 00:25:06,480
Bəli, həmin ostan üçün bir üstünlük olacaq, lakin qonşuluqda, misal üçün, bu və ya o biri tərəfində yaxın hava limanları var.

187
00:25:07,120 --> 00:25:15,880
Ölkənin pulunu, dövlətin imkanlarını, potensialını prioritet olmayan bir şey üçün sərf etməkdir!

188
00:25:16,760 --> 00:25:24,040
Burada siz milli mənafeyi lokal mənafedən, bir regionun maraqlarından üstün tutmalısınız.

189
00:25:24,240 --> 00:25:31,200
Demirəm ki, regionların istəklərinə tamamilə etinasız yanaşın, belə bir şey mümkün də deyil,

190
00:25:31,600 --> 00:25:42,280
ancaq milli maraqlarla təzad təşkil etdikdə qanunvericilikdə milli maraqlara, mütləq, riayət edin.

191
00:25:42,480 --> 00:25:49,240
Qanunla bağlı demək istədiyim başqa bir məsələ budur ki, mütəxəssislərdən, ixtisaslaşmış qurumlardan istifadə edin.

192
00:25:49,520 --> 00:25:54,880
Mütəxəssis potensialından istifadə edə biləcəyiniz mühüm subyektlərdən biri hökumətdir.

193
00:25:55,120 --> 00:25:59,440
Hökumətin müxtəlif sahələrdə yaxşı mütəxəssisləri var.

194
00:26:00,120 --> 00:26:07,640
Dövlətin ixtisaslaşmış qurumlarından – istər Dövlət Proqramları Komitəsi olsun, istər də başqa strukturlar – mütləq, istifadə edin.

195
00:26:07,840 --> 00:26:12,720
Bu təkcə onlarla da məhdudlaşmır. Hökumətdən kənara da nəzər salsanız, görərsiniz ki,

196
00:26:12,720 --> 00:26:16,920
hazırda iqtisadi problemlər sahəsində –

197
00:26:17,080 --> 00:26:25,800
az sonra bu barədə qısaca danışacağam – hökumət strukturlarında təmsil olunmasalar da, hansısa universitetdə dərs deyən və ya ixtisasca iqtisadçı olan güclü mütəxəssislər var.

198
00:26:26,640 --> 00:26:35,240
Qərar qəbul edərkən ölkədəki mütəxəssislərdən, mütləq, istifadə olunmalıdır.

199
00:26:35,760 --> 00:26:40,280
Çalışın ki, qanunlar ali dövlət sənədləri və elan edilmiş siyasətlərlə uyğunluq təşkil etsin.

200
00:26:40,560 --> 00:26:47,880
Məsələn, altıncı inkişaf proqramı sizin üçün gündəlikdə duran bir məsələdir, çox da mühüm bir proqramdır. Sizə bunu deyim ki,

201
00:26:48,120 --> 00:26:58,600
Bu proqrama laqeyd yanaşmaq, səhlənkarlıq etmək, diqqətsizlik göstərmək olmaz;

202
00:26:58,800 --> 00:27:07,120
yəni bu proqramı, doğrudan da, tam, yaxşı və dəqiq bir şəkildə tamamlamalısınız. Doğrudur, hazırda həm iqtisadi, həm də siyasi cəhətdən

203
00:27:07,560 --> 00:27:14,960
spesifik bir vəziyyət hökm sürür. Ölkəmizin hazırkı vəziyyəti xüsusi səciyyə daşıyır.

204
00:27:15,240 --> 00:27:21,600
Sizin hazırlayacağınız beşillik proqram sözün əsl mənasında mükəmməl olmalıdır.

205
00:27:21,840 --> 00:27:27,160
Təbii ki, bu proqram tənzimləndiyi zaman mühüm dövlət sənədlərindən biri olur

206
00:27:27,440 --> 00:27:39,760
və hər hansı bir qanunu qəbul etmək istədiyiniz zaman siz onun bu proqrama və ya digər proqramlara, misal üçün, Konstitusiyanın 44-cü maddəsinin ümumi siyəsətlərinə və sairə uyğun olmasına diqqət yetirməlisiniz.

207
00:27:41,080 --> 00:27:48,400
Qanunvericilik barədə bu qədər; inşallah ki, sizlər bu nüansa diqqət yetirirsiniz.

208
00:27:48,680 --> 00:27:55,440
Əlbəttə, bəzi dostlar qəzetlərdə və sairdə çıxış edərək: “Yeni seçilmiş deputatların çoxu parlament təcrübəsi olmayan,

209
00:27:55,720 --> 00:28:00,320
parlamentə bələd olmayan şəxslərdir” – deyirlər. Mediada bu cür fikirlər gözə dəyir.

210
00:28:00,840 --> 00:28:06,160
Mən isə hesab edirəm ki, bu, təhlükəli bir şey deyil, fürsətdir.

211
00:28:06,920 --> 00:28:13,520
Ümumiyyətlə, seçkilər və yerdəyişmələr özü bir fürsətdir. Parlamentlərdə həm bu sahəyə öyrəşməmiş

212
00:28:14,360 --> 00:28:21,880
ona yeni nəfəs gətirəcək insanların, həm də daha əvvəl orada təmsil olunmuş, yəni köhnə tərkibdən olan deputatların iştirakı,

213
00:28:22,200 --> 00:28:28,360
köhnələrin öz təcrübəsini yenilərə ötürməsi yaxşı bir şeydir, bir fürsətdir.

214
00:28:28,600 --> 00:28:36,480
Başqalarının təcrübələrindən faydalanaraq bu fürsətdən bacardıqca yüksək əhval-ruhiyyə, həvəs və maraqla, yaxşıca istifadə edin.

215
00:28:36,680 --> 00:28:42,720
Qanunla bağlı qeyd etmək istədiyim, zənnimcə, ən önəmli olan məsələlər bunlar idi.

216
00:28:43,040 --> 00:28:47,720
İqtisadiyyat məsələsi. Əziz qardaş və bacılar, baxın,

217
00:28:48,160 --> 00:28:53,920
həqiqətən, iqtisadiyyat ölkəmizin əsas məsələsidir. Özü də təkcə bu gün yox;

218
00:28:54,280 --> 00:28:59,120
mən beş-altı ildir ki, mütəmadi olaraq bu məsələnin əhəmiyyətini vurğulayıram.

219
00:28:59,560 --> 00:29:07,120
Hələ beş-altı il bundan əvvəl ilin ilk günü – bayram çıxışımda demişdim ki, bizi iki yöndən təhlükə gözləyir

220
00:29:07,240 --> 00:29:14,000
və onlardan biri, bəlkə də, ən önəmlisi iqtisadiyyatdır; reallıq da elə budur.

221
00:29:14,560 --> 00:29:19,080
O vaxt hələ sanksiyalar yox idi, tətbiq edilməmişdi.

222
00:29:20,640 --> 00:29:26,400
Düşmən iqtisadiyyatdan bizə qarşı bir silah kimi istifadə etdi,

223
00:29:27,000 --> 00:29:36,640
biz də, bəlkə, bir qədər naşılıq edərək bu silahdan çox qorxub narahat olduğumuzu göstərdik.

224
00:29:36,640 --> 00:29:43,880
Buna görə də o daha da cəsarətləndi və bizə təzyiq göstərməyin yolunu tapdı. Hər halda, iqtisadiyyat məsələsi çox mühüm bir məsələdir.

225
00:29:43,880 --> 00:29:47,680
Biz ölkənin iqtisadiyyat problemini həll etməliyik.

226
00:29:48,080 --> 00:29:54,080
Təbii ki, qanunların icrası hökumətin vəzifəsidir, məhz hökumət meydanın ortasında olub iş görməlidir,

227
00:29:54,440 --> 00:30:03,120
ancaq siz də bu işdə ona çox kömək göstərə bilərsiniz. Əsas diqqət mərkəzində durmalı olan ən mühüm məsələlər

228
00:30:04,000 --> 00:30:11,640
durğunluq və daxili istehsaldır. Daxili istehsal çox önəmlidir. Bir neçə gün bundan öncə mən çıxışlarımdan birində qeyd etdim ki,

229
00:30:11,840 --> 00:30:17,680
hökumətin iqtisadi məsələlərlə bağlı atdığı hər bir addımın

230
00:30:18,000 --> 00:30:23,040
müqavimət iqtisadiyyatı proqramının harasında yer aldığı tam dəqiq və aydın olmalıdır.

231
00:30:23,240 --> 00:30:30,080
Müqavimət iqtisadiyyatı ayrı-ayrı xanalardan təşkil olunmuş bir cədvəldir.

232
00:30:30,280 --> 00:30:35,560
Atdığımız hər bir addımın bu cədvəlin hansı xanasını doldurduğu aydın olmalı, bilinməlidir.

233
00:30:36,080 --> 00:30:43,120
Hökumət bir sövdələşmə həyata keçirmək istəyirdi, bizim idarədən əlaqə saxlayıb oradakı məsul şəxsdən

234
00:30:43,520 --> 00:30:51,640
soruşdular ki, yaxşı, bu, müqavimət iqtisadiyyatının harasında yer alır? Atılan hər bir addımı izah etməli, aydınlaşdırmalıdırlar ki,  bu, müqavimət iqtisadiyyatının harasına aiddir;

235
00:30:51,800 --> 00:30:57,400
müqavimət iqtisadiyyatına zidd olmamalıdır; təkcə zidd deyil, neytral da olmamalıdır.

236
00:30:58,160 --> 00:31:03,680
Odur ki daxili istehsal məsələsi çox önəmlidir; durğunluq probleminin həllini tapması çox mühümdür.

237
00:31:04,000 --> 00:31:09,840
Daxili istehsaldan və bu kimi məsələlərdən asılı olan məşğulluq məsələsi də çox önəmlidir.

238
00:31:10,320 --> 00:31:19,440
Biz hamımız davamlı olaraq deyirik – hökumət rəsmisi deyir, parlament deyir, qəzetlərdə çıxış edən müstəqil iqtisadçı ekspertlər deyir ki,

239
00:31:19,680 --> 00:31:27,640
müəssisələrin filan faizi dayanıb və ya potensialının yarısından azını işlədir.

240
00:31:27,800 --> 00:31:34,400
Yaxşı, axı nə baş verir? Axı necə olursa-olsun bunlar işə düşməli, işləməlidir!

241
00:31:34,720 --> 00:31:43,120
Bu müəssisələr işləsə, məşğulluq da olacaq. Gənclərin işsizliyinə görə

242
00:31:43,800 --> 00:31:51,240
dövlət o gənclərin öz evində keçirdiyindən daha çox utanc və xəcalət hissi keçirir, bunu bilin!

243
00:31:52,000 --> 00:32:02,960
Mən özüm işsiz qalmış gənclər haqqında düşünəndə utanıram. Bəzi şəhərlərdə işsizlik səviyyəsi yüksəkdir.

244
00:32:03,320 --> 00:32:11,800
Əlbəttə, biz işsizliyin səviyyəsini və ya necə deyərlər, faiz göstəricisini müəyyən rəqəmlərlə ifadə edirik, 12%, 10% –

245
00:32:12,040 --> 00:32:18,560
o verilən statistik rəqəmlər – amma bu, orta hesabdır. Adam bu rəqəmləri görəndə utanır.

246
00:32:19,320 --> 00:32:27,120
Yəni bu statistikanı düşünəndə, bu həqiqəti araşdıranda mənim keçirdiyim utanc hissi

247
00:32:27,360 --> 00:32:35,520
evinə işsiz və əliboş gedən gəncin keçirdiyi utanc hissindən az deyil, bəlkə də çoxdur. Bunu aradan qaldırmalıyıq.

248
00:32:35,840 --> 00:32:41,200
Bayaq qeyd olunan, mənim də dəfələrlə vurğuladığım qaçaqmalçılıq məsələsi çox ciddi bir problemdir.

249
00:32:41,640 --> 00:32:52,160
Qaçaqmalçılıq dövlətin kürəyinə sancılan xəncərdir.

250
00:32:52,840 --> 00:33:03,880
Bir qrup adam qaçaqmalçılıqla öz şəxsi mənafeyindən ötrü ölkənin mənafeyini məhv edir. Bununla mübarizə aparmaq lazımdır.

251
00:33:04,360 --> 00:33:09,240
Təbii ki, bu, asan bir mübarizə deyil, çünki qaçaqmalçılıq yolu ilə

252
00:33:09,520 --> 00:33:16,120
milyardlarla gəlir əldə edən adamlar öz əməllərindən belə asanlıqla əl çəkməyəcəklər. Tədbir görmək lazımdır

253
00:33:16,600 --> 00:33:24,720
və əlbəttə ki, bunu hökumət etməlidir, ancaq hökumətin atdığı addımların dayağı parlamentdir.

254
00:33:24,960 --> 00:33:29,520
Məhz siz bunu istəməli, qərar qəbul etməli, fəliyyət proqramı hazırlamalısınız.

255
00:33:30,560 --> 00:33:36,000
İqtisadiyyat barədə də bu qədər.

256
00:33:37,000 --> 00:33:40,360
Növbəti məsələ mədəniyyət məsələsidir.

257
00:33:41,240 --> 00:33:49,400
Əlbəttə, mədəniyyət uzunmüddətli bir dövr üçün iqtisadiyyatdan daha mühümdür.

258
00:33:49,840 --> 00:33:53,160
İqtisadiyyat bizim hazırkı prioritetimiz olan təcili bir məsələdir,

259
00:33:53,360 --> 00:33:59,440
mədəniyyət isə davamlı və çox önəmli bir məsələdir;

260
00:33:59,640 --> 00:34:07,640
hətta iqtisadiyyatın özü üçün də əhəmiyyətlidir. Əziz qardaş və bacılar! Mən mədəniyyət məsələsinə qarşı bir laqeydlik olduğunu hiss edirəm.

261
00:34:08,240 --> 00:34:19,360
Mədəni qurumlarda – istər dövlət, istərsə də qeyri-dövlət strukturları olsun – mədəni fəaliyyətlərə qarşı bir laqeydlik, qeyri-ciddilik var.

262
00:34:20,240 --> 00:34:27,480
İstər faydalı mədəni məhsulların istehsalı,

263
00:34:27,840 --> 00:34:34,600
istərsə də zərərli olanların qarşısının alnması işində səhlənkarlığa yol verilir.

264
00:34:36,160 --> 00:34:44,280
Mədəni məhsulların əhəmiyyəti fiziki istehlak məhsullarının əhəmiyyətindən heç də az deyil, əksinə çoxdur.

265
00:34:45,440 --> 00:34:55,760
Misal üçün, hansısa kukuruzların sağlamlıq üçün zərərli oluğunu dönə-dönə deyir, insanları o kukuruzları yeməməyə çağırırlar.

266
00:34:56,240 --> 00:35:02,920
Zərəri nə qədərdir, nə kimi zərəri var, əhalinin neçə faizi üçün zərərlidir –

267
00:35:03,120 --> 00:35:13,360
bu barədə hər zaman danışırlar. Ancaq heç kəs cürət edib hansısa film, kitab, kompüter oyunu

268
00:35:13,800 --> 00:35:19,160
və sairənin zərərindən danışmır, çünki informasiya azadlığının,

269
00:35:19,880 --> 00:35:25,160
azad informasiya mübadiləsinin qarşısını almaqda ittiham edilməkdən çəkinir.

270
00:35:26,320 --> 00:35:42,400
Bu sözləri deyənlər özləri bu məsələlərdə bizdən daha sərt təzyiq göstərirlər, inanın buna.

271
00:35:42,840 --> 00:35:51,560
Hazırda informasiya baxımından dünyanın ən azad regionları, tutalım, Avropa ölkələri, o cümlədən ABŞ-dır,

272
00:35:52,280 --> 00:36:01,760
lakin vətəndaşların şəxsi informasiyalarına nəzarət, dövlətin həssas yanaşdığı məsələlərə

273
00:36:02,000 --> 00:36:08,440
müdaxilə ilə bağlı ABŞ-dan gələn dəqiq və danılmaz xəbərlər

274
00:36:09,200 --> 00:36:17,040
adamı həqiqətən də, təəccübləndirir. Bizdə informasiyalara onlarda olanın onda biri qədər nəzarət yoxdur, etmirik.

275
00:36:17,960 --> 00:36:26,880
Burada bir filmi qadağan edən kimi və ya tutalım, hansısa virtual əməliyyata məhdudiyyət, yaxud qadağa qoyan kimi,

276
00:36:27,040 --> 00:36:35,360
onlar orda dərhal hay-küy salırlar. Biz də inanırıq. Biz də inanırıq ki, həqiqətən, yanlış bir hərəkət etmişik.

277
00:36:35,720 --> 00:36:44,240
Xeyr, cənab! Ayıq olmaq lazımdır! Bizim vəzifəmiz faydalı mədəni məhsul istehsal etmək, zərərli mədəni məhsulun qarşısını almaqdır.

278
00:36:44,640 --> 00:36:51,400
Mən bu sahədə bir laqeydlik olduğunu hiss edirəm.

279
00:36:51,720 --> 00:36:55,120
Sizlər bunu nəzərə almalı, bu mövzuya əhəmiyyət verməlisiniz.

280
00:36:55,360 --> 00:37:03,040
Siyasətlərlə bağlı. Siz İslami Şura Məclisi olduğunuz üçün inqilabçı bir qurumsunuz.

281
00:37:03,480 --> 00:37:11,120
İslami Şura Məclisi inqilab əsasında formalaşmış, inqilabçı bir qurumdur,

282
00:37:11,840 --> 00:37:19,920
ona görə də siz həmişə inqilabçı kimi davranmalı, inqilabçı olmalı və inqilabçı olaraq da qalmalısınız.

283
00:37:22,880 --> 00:37:28,040
Əlbəttə, inqilabçı olmağın cürbəcür formaları var.

284
00:37:28,280 --> 00:37:36,720
Srağagün İmamın ziyarətgahında mən bu barədə bir qədər danışdım. Orada olmusunuzsa, yaxud dinləmisinizsə, eşitmisinizsə, bilirsiniz.

285
00:37:38,120 --> 00:37:48,080
İnqilabın qoyduğu müəyyən qaydalar, prinsiplər var. İstənilən halda, siz qanunlar üzərində işləyərkən hər zaman inqilabçı kimi davranın,

286
00:37:48,080 --> 00:37:50,520
mövqe seçərkən inqilabçı kimi davranın.

287
00:37:51,000 --> 00:37:58,120
Mövqe də iki cürdür: biri özünü sizin nitqinizdə, danışığınızda əks etdirən şəxsi mövqeyiniz,

288
00:37:59,080 --> 00:38:04,920
digəri isə parlamentin ifadə etdiyi ümumi mövqe. İnsafən, bu cəhətdən doqquzuncu məclisin fəaliyyəti çox yaxşı idi.

289
00:38:05,240 --> 00:38:13,360
Siyasi cəhətdən inqilaba müxalif olan etirazçı cərəyanlarla mübarizədə

290
00:38:13,600 --> 00:38:21,920
mövqe sərgiləmək, mövqeyə malik olmaq lazımdır. Baxın, hazırda ABŞ konqresi

291
00:38:22,440 --> 00:38:32,040
(ABŞ hökumətinin bizə qarşı düşmən münasibətdə olduğuna ki heç şübhə yoxdur; yəni mənim bu dediklərim təəssübkeşlikdən irəli gəlmir,

292
00:38:32,280 --> 00:38:37,840
zənn və güman da deyil, bunları dəqiq və aydın məlumatlara əsasən deyirəm.

293
00:38:37,840 --> 00:38:41,960
ABŞ-ın İslam Respublikasına münasibəti qatı düşmən münasibətidir).

294
00:38:42,440 --> 00:38:48,520
ABŞ hökumətinə etiraz edir ki, “siz İranla xoş davranırsınız”

295
00:38:49,120 --> 00:38:55,480
Durmadan qətnamə qəbul edir, danışırlar, nələrsə edirlər. Yaxşı, bunların cavabını kim verməlidir?

296
00:38:55,760 --> 00:39:02,920
Bunların qarşısına kim çıxmalıdır? Bunların ağzını kim yummalıdır?

297
00:39:03,680 --> 00:39:10,280
Siyasi arenada düşmən əks reaksiyalar əsasında hesabını aparır.

298
00:39:10,600 --> 00:39:15,200
Əgər o, bir sözü dedi və siz sakit dayandınızsa, bir cür nəticə çıxarır;

299
00:39:15,360 --> 00:39:19,720
əgər sakit durub başınızı da aşağı saldınızsa, başqa nəticəyə gəlir;

300
00:39:19,720 --> 00:39:24,280
sakit durub, başınızı aşağı salıb, hələ bir öz-özünüzə nırçıldadınızsa,

301
00:39:24,640 --> 00:39:29,760
onda hesabını bir başqa cür aparır. Əgər başınızı qaldırıb cavab verdinizsə, bir başqa nəticə çıxarır.

302
00:39:32,040 --> 00:39:39,800
Düşmən sizin passiv olduğunuzu, geri çəkilənlərdən olduğunuzu hiss etsə, özünü yığışdırmayacaq.

303
00:39:40,720 --> 00:39:47,360
Ümumiyyətlə, siyasətdə özünü yığışdırmaq yoxdur, daim irəli gəlirlər, daha çox istəyirlər.

304
00:39:47,960 --> 00:39:56,040
Müxtəlif hadisələrdə – ən sonuncusu da elə nüvə danışıqlarıdır – özünüz bunun şahidi olmusunuz.

305
00:39:57,240 --> 00:40:02,960
Davamlı olaraq tələb edirlər, daha çox istəyirlər, təhdid edirlər.

306
00:40:03,400 --> 00:40:12,720
O zaman nüvə fəaliyyətləri, nüvənin zənginləşdirilməsi, iyirmi faiz zənginləşdirmə və sair məsələlərdən söhbət gedərkən

307
00:40:12,720 --> 00:40:19,280
müharibə variantının da seçim variantları içərisində olduğunu deyirdilər. Bu sözləri indi də yenidən təkrarlayırlar;

308
00:40:19,600 --> 00:40:28,280
həm dövlət rəsmiləri təkrarlayır, həm parlamentariləri, həm də gələcək prezidentliyə namizədləri.

309
00:40:29,200 --> 00:40:34,360
Hazırda meydanda olan iki-üç namizəd də dönə-dönə təkrar edir ki,

310
00:40:34,640 --> 00:40:37,640
“əgər iş başına gəlsək, belə edəcəyik, elə edəcəyik!”

311
00:40:38,000 --> 00:40:45,160
Dostlar, bir nüans var ki, ona çox diqqət yetirmək lazımdır: baxın, ölkəmizin daxilində bəzi çatlar var;

312
00:40:45,480 --> 00:40:54,400
etnik çatlarımız var, ideoloji çatlarımız var, misal üçün, sünni və şiəmiz var,

313
00:40:55,000 --> 00:41:01,360
siyasi cinahlar arasında, özünüzün də gördüyünüz kimi, çatlar var.

314
00:41:02,360 --> 00:41:10,200
Nə qədər ki bu çatlar aktivləşməyib, zəlzələ baş verməyəcək. Bunun eybi də yoxdur,

315
00:41:10,680 --> 00:41:20,320
ixtilafların olmasının heç bir eybi yoxdur. Amma əgər bu çatlar aktivləşsə, o zaman zəlzələ baş verəcək.

316
00:41:20,880 --> 00:41:26,720
Düşmənin də çalışdığı bu çatları aktiv vəziyyətə gətirməkdir. Bunu yaddan çıxarmayın!

317
00:41:28,720 --> 00:41:36,240
Bu ixtilafların alovunu daha çox şölələndirmək üçün daim bu ocaqları körükləyirlər.

318
00:41:36,800 --> 00:41:40,360
Çalışın bu baş verməsin. Siz əqidəli olun;

319
00:41:40,600 --> 00:41:48,560
indi biri bir siyasi cinahdandır, o biri başqa bir cinaha tərəfkeşlik edir, üçüncüsü bir başqa cinahın arxasınca gedir – olsun, heç bir eybi yoxdur.

320
00:41:49,320 --> 00:41:57,600
Amma bu, yaxalaşma və söz savaşı ilə nəticələnməməlidir.

321
00:41:58,400 --> 00:42:03,080
Belə ki söz savaşının da sonu bəzən əlbəyaxa davaya gedib çıxır:

322
00:42:03,400 --> 00:42:07,160
“فَإنَّ الحَرب اوّله اللسانُ”

323
00:42:07,560 --> 00:42:12,760
– “Bütün müharibələr adətən söz savaşı ilə başlayır”.

324
00:42:14,840 --> 00:42:21,800
Ehtiyatlı olun ki, düşmən bu çatları akivləşdirməsin. Mühüm cəhətlərdən biri budur.

325
00:42:22,320 --> 00:42:32,640
Hansısa siyasi hadisə ilə bağlı parlamentdə sizlərdən kiminsə öz siyasi baxışı əsasında,

326
00:42:32,920 --> 00:42:39,560
başqa birisinin də öz siyasətinə uyğun fikir bildirməyində heç bir problem yoxdur. Ancaq bunu dava-dalaş və ixtilaf üçün səbəbə çevirməyin.

327
00:42:40,400 --> 00:42:45,320
Eyni prinsipi mən hökumətlə qeyri-hökumət qurumlarına,

328
00:42:45,480 --> 00:42:52,280
hökumətlə parlamentə, hökumətlə xalqa da aid edərdim. Xalq hansısa hökumətin siyasətlərini –

329
00:42:52,440 --> 00:42:59,080
çoxunu, hamısını və ya bir qismini – qəbul etməyə bilər və bunun heç bir eybi də yoxdur.

330
00:42:59,920 --> 00:43:04,960
Kimin müxalifi yoxdur ki?! Etiraz edilməyən, tənqid olunmayan adam varmı?!

331
00:43:05,280 --> 00:43:10,320
Bizim hamımıza müxalif çıxanlar, etiraz edənlər, tənqid edənlər var, bunda heç bir problem də yoxdur.

332
00:43:11,000 --> 00:43:19,680
Problem onda olar ki, bu müxalifət yaxalaşma ilə nəticələnsin.

333
00:43:19,880 --> 00:43:27,920
Diqqətli olun ki, bu, parlamentdə baş verməsin. Əgər parlamentdə gərginlik yaranarsa, –

334
00:43:28,440 --> 00:43:36,840
bəzi dövrlər olub ki, parlamentdə gərginlik yaşanıb – bu gərginlik xalqa sirayət edəcək,

335
00:43:38,200 --> 00:43:42,840
xalq arasında psixoloji də olsa gərginlik yaranacaq.

336
00:43:44,120 --> 00:43:51,600
Əgər parlamentdə sakitlik olsa, bu sakitlik xalqa sirayət edəcək və bu sakitlik, mənəvi rahatlıq çox önəmlidir:

337
00:43:51,840 --> 00:43:58,920
“Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur” (Fəth surəsi, 4-cü ayədən).

338
00:43:59,200 --> 00:44:07,000
Mənəvi rahatlığın xüsusiyyəti budur – mənəvi rahatlıq elə psixoloji rahatlıqdır, insanın ruhunun təlatümdə olmamağıdır –

339
00:44:08,480 --> 00:44:15,440
iman üstünə iman artırır, insana imanını artırmaq fürsəti verir.

340
00:44:16,320 --> 00:44:20,520
Bu çox mühüm və əhəmiyyətli bir məsələdir.

341
00:44:20,720 --> 00:44:28,720
Düşmən dünya ictimaiyyəti səviyyəsində İran İslam Respublikasını ittiham etməyə,

342
00:44:28,880 --> 00:44:38,200
ölkə səviyyəsində daxilimizdəki çatları daha da aktivləşdirməyə, regional – Qərbi Asiya regionu səviyyəsində isə

343
00:44:38,960 --> 00:44:51,000
bu strateji regionla bağlı mühüm və həssas planlarını inkişaf etdirməyə,

344
00:44:51,600 --> 00:45:01,760
qarşısındakı maneəni, yəni planlarının gerçəkləşməsinə mane olan İran İslam Respublikasını neytrallaşdırmağa çalışır. Düşmənin çalışdığı budur.

345
00:45:02,840 --> 00:45:07,400
Onların İraqla bağlı planları var, Suriya ilə bağlı planları var,

346
00:45:08,200 --> 00:45:15,920
Fələstinlə bağlı planları var, Livanla bağlı planları var; özü də konkret planları.

347
00:45:17,280 --> 00:45:23,960
Bir vaxtlar ağızlarından qaçırıb “Yeni Orta Şərq” və “Böyük Orta Şərq” adlarını çəkmişdilər;

348
00:45:24,160 --> 00:45:34,400
xarici siyasətlərinin başında duran o xanım ötən illərdə demişdi. Səhvə yol vermişdilər, ancaq demişdilər.

349
00:45:35,760 --> 00:45:40,400
qeyd edim ki, Orta Şərq ifadəsi də yanlış bir ifadədir,

350
00:45:41,160 --> 00:45:51,120
tamamilə Qərbin təkəbbürlü, imperialist düşüncə tərzindən qaynaqlanır;

351
00:45:52,160 --> 00:45:59,000
yəni Qərbə, Avropaya nə qədər yaxındırsa, adı olur Yaxın Şərq,

352
00:45:59,160 --> 00:46:04,520
nə qədər uzaqdırsa, olur Uzaq Şərq, nə qədər orta uzaqlıqda yerləşirsə, olur Orta Şərq; bu, Avropanın meyarıdır;

353
00:46:05,720 --> 00:46:09,120
bu böyüklükdə Asiya meyar deyil.

354
00:46:12,120 --> 00:46:19,160
Onların, özləri demişkən, bu Orta Şərqlə bağlı (hansı ki indi də Böyük Orta Şərq

355
00:46:19,160 --> 00:46:21,160
və Yeni Orta Şərq deyirlər) öz planları var; Səbəbi də odur ki,

356
00:46:21,360 --> 00:46:27,360
bu region müxtəlif cəhətlərdən: müsəlmanların mövcudluğu,

357
00:46:27,760 --> 00:46:34,760
İslamın mövcudluğu, sionist rejimin mövcudluğu, zəngin neft ehtiyatlarının olması,

358
00:46:34,960 --> 00:46:39,480
dünyanın mühüm su yollarının burada yerləşməsi –

359
00:46:40,120 --> 00:46:50,720
Hörmüz boğazı buradadır, Babül-məndəb boğazı buradadır, bir neçə mühüm boğaz buradadır;

360
00:46:51,000 --> 00:47:01,400
bu boğazlar dünya səviyyəsində çox mühüm əhəmiyyətə malikdir, geopolitik cəhətdən çox əhəmiyyətlidir, strateji baxımdan çox önəmlidir – çox həssas bir regiondur.

361
00:47:01,840 --> 00:47:05,040
Buna görə də bu regiona çox həssas yanaşırlar, bura ilə bağlı öz planları var.

362
00:47:05,400 --> 00:47:10,400
Planlarını maneəsiz və problemsiz həyata keçirmək istəyirlər.

363
00:47:10,680 --> 00:47:16,360
İndi isə İslam Respublikası gəlib və bunların planlarının qarşısını alıb. İraqı udmaq istəyirdilər,

364
00:47:16,680 --> 00:47:22,280
İslam Respublikası qoymadı. Bunlar bundan narahatdırlar, planları alt-üst olub,

365
00:47:22,720 --> 00:47:30,440
İraqı udmaq istəyirdilər. Bilirsiniz, İraq çox zəngin bir ölkədir, çox zəngindir.

366
00:47:31,320 --> 00:47:40,440
İraqı udmaq istəyirdilər. İraqı ələ keçirməklə İranı daim təhdid altında tutmaq istəyirdilər. Eynilə

367
00:47:41,040 --> 00:47:48,000
şərqdən də bir başqa cür təhdid etmək istəyirdilər, məqsədləri bu idi. İslam Respublikasının siyasətləri onlara mane olub, imkan verməyib,

368
00:47:48,160 --> 00:47:56,440
ona görə də bu maneəni aradan qaldırmağa çalışırlar. Oxşar məsələ Suriyaya, Fələstinə də aiddir;

369
00:47:56,640 --> 00:48:06,600
hamısı bunların siyasətidir; bu siyasətlərin qarşısında durmaq lazımdır. İmperializmin əsl simasını ifşa edin.

370
00:48:06,920 --> 00:48:15,640
İmperialistlərlə, imperializm sistemi ilə bağlı hansısa həqiqətlərdən xəbəriniz varsa və ya hansısa həqiqətlər barədə məlumat əldə edirsinizsə, onları açıqlayın,

371
00:48:15,840 --> 00:48:22,040
deyin, bu istiqamətdə ictimai fikir formalaşdırın, nitqlərinizdə, ümumi mövqelərinizdə buna yer verin.

372
00:48:22,360 --> 00:48:28,160
Ehtiyatlı olun ki, söz və davranışlarınız ABŞ-ın məqsədlərinə kömək etməsin.

373
00:48:28,800 --> 00:48:35,120
Keçmişdə belə hallar olub, bəzi parlament nümayəndələri elə fikirlər səsləndirib ki,

374
00:48:35,400 --> 00:48:43,160
həmin sözlər yüz faiz sionist rejimin dəyirmanına su töküb. Yəni doxsan faiz də yox, yüz faiz!

375
00:48:43,760 --> 00:48:50,440
Sanki onlar diktə edib, bu da burada deyib.

376
00:48:50,600 --> 00:48:57,200
Bizdə belə hallar olub; əlbəttə, nadir də olsa, olub. Ayıq olun ki, belə hallar baş verməsin.

377
00:48:57,600 --> 00:49:06,720
Yaxşı, söhbətimiz uzun çəkdi. Adətən mən bu görüşlərdə uzun-uzadı danışmamağa çalışıram.

378
00:49:06,960 --> 00:49:14,240
İnşallah, Allah sizə uğur bəxş edər, yardımçınız olar. Biz də sizin üçün dua edirik.

379
00:49:14,400 --> 00:49:19,840
Cənab Doktor Laricani dedi ki, dua edim. Həqiqətən, mən sizlər,

380
00:49:20,120 --> 00:49:25,800
siz qardaş və bacılarım üçün həmişə dua edirəm. Siz də bizim üçün dua edin ki, inşallah,

381
00:49:26,240 --> 00:49:33,000
çiyinlərimizdə olan bu yükü, yüngül yox, ağır olan bu yükü qaldıra bilək.

382
00:49:33,200 --> 00:49:39,160
İlahi! Səni and verirəm Məhəmməd və Ali-Məhəmmədin haqqına, bizə bizdən razı qalmağına səbəb olacaq işləri nəsib et!

383
00:49:40,200 --> 00:49:45,200
Səni razı salmaq uğurunu bizə bəxş et!

384
00:49:45,960 --> 00:49:49,800
Sahibəzzamanın qəlbini (Ruhumuz ona fəda olsun!) bizdən razı et!

385
00:49:50,520 --> 00:49:53,120
Əziz şəhidlərimizi Peyğəmbərlə məhşur et!

386
00:49:54,160 --> 00:49:55,200
Allahın salam və rəhməti nəsibiniz olsun.