1
00:00:00,600 --> 00:00:02,560
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,640 --> 00:00:05,120
الحمدلله ربّ العالمين

3
00:00:05,440 --> 00:00:09,360
و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

4
00:00:19,560 --> 00:00:22,480
سيّما بقيّةالله في الارضين

5
00:00:22,960 --> 00:00:33,880
Mənim əzizlərim xoş gəlmisiz! Ümidvaram, Müəllimlər həftəsi,

6
00:00:34,600 --> 00:00:38,960
bu günlə əlaqəli dəyərli xatirələr

7
00:00:40,120 --> 00:00:48,280
sizin hamınız – mənim əziz balalarım, qardaş və bacılarım üçün

8
00:00:48,920 --> 00:00:55,400
əbədi xoşbəxtlik, səadət və qürur mənbəyi olacaqdır.

9
00:00:59,000 --> 00:01:10,400
Bugünkü gün münasibəti ilə sizi təbrik etdikdən sonra öncə şəhidlərinizin xatirəsini yad etməyimiz yerinə düşər;

10
00:01:12,160 --> 00:01:25,680
istər şəhid olmuş müəllimlər olsun – təxminən 4 min müəllim şəhid olub və bu heç də kiçik bir rəqəm deyil

11
00:01:27,600 --> 00:01:37,520
– istərsə  də Müqəddəs Müdafiə zamanı şəhid olmuş

12
00:01:38,560 --> 00:01:44,000
36 min tələbə olsun.

13
00:01:45,200 --> 00:01:55,840
Bilmək olmaz ki, əgər müəllimlərin ilıq nəfəsi olmasaydı, tələbələr istənilən şəraitdə cəbhəyə yollanardı, ya yox;

14
00:01:56,640 --> 00:02:00,280
bu iftixar da müəllimlərə aiddir.

15
00:02:03,040 --> 00:02:12,000
Bundan sonra növbə gəlib sizə – ölkəmizin müəllim ictimaiyyətinə minnətdarlığımı bildirməyə gəlib çatır;

16
00:02:13,480 --> 00:02:31,840
çünki müəllimlər maddi gəlirlərinin azlığına rəğmən, bu ağır işin məsuliyyətini daşıyan bir ictimaiyyətdir.

17
00:02:33,560 --> 00:02:43,640
Yeniyetmə və gənc nəslin təlim-tərbiyəsini üzərinə götürməklə müəllimlər çoxsaylı çətinliklərlə üzləşir.

18
00:02:45,080 --> 00:02:49,520
Bu, kiçik, sadə bir iş deyil, çox çətindir,

19
00:02:51,800 --> 00:02:58,320
məsuliyyəti də ağırdır. Yenicə pöhrələnmiş fidanlarını,

20
00:03:01,000 --> 00:03:10,560
cavanlarını təhsil ocaqlarına yollayan ailələrin müəllimlərdən gözləntisi budur ki,

21
00:03:11,840 --> 00:03:20,400
məktəbə gedən övladları onların təlim-tərbiyəsi sayəsində evdə çiçək kimi ətir saçsın.

22
00:03:21,160 --> 00:03:25,400
İnsanlar bunu istəyir, hamının müəllimlərdən bir gözləntisi var.

23
00:03:26,720 --> 00:03:39,800
Eyni zamanda gəlin bir müəllimin aylıq gəlirini hansısa sahibkarın, varlının, biznesmen balasının aylıq gəliri ilə müqayisə edək;

24
00:03:41,440 --> 00:03:53,680
bəli, bunu müəllimlər də görür, bilir; müəllim peşəsini seçən insanların bir çoxu –

25
00:03:54,560 --> 00:04:04,200
hamısı olmasa da, əksəriyyəti – həyatda özünə başqa bir yol tutsaydı,

26
00:04:05,320 --> 00:04:13,920
daha yüksək qazanclı bir gəlir mənbəyi yarada bilərdilər, amma bunu etməyiblər.

27
00:04:14,640 --> 00:04:23,680
Müəllimlərə stimul verən amillərdən biri sevgidir, eşqdir, məsuliyyət hissidir.

28
00:04:27,160 --> 00:04:31,280
Öz gələcəyini qənaətlə quran müəllimlər

29
00:04:32,240 --> 00:04:43,760
yeniyetmə və gənclərin tərbiyəsini nəcibliklə, səbir və hövsələ ilə həyata keçirir.

30
00:04:44,800 --> 00:04:50,760
Bu dediklərimi hamıya aid etmək istəməzdim; istənilən halda, hər bir peşə sahəsində,

31
00:04:51,440 --> 00:04:56,480
hər bir kollektivdə arzuolunmaz insanlar var,

32
00:04:57,360 --> 00:05:03,240
amma ümumilikdə müəllim ictimaiyyəti üçün xarakterik olan cəhətlər bu qeyd etdiklərimdir.

33
00:05:03,560 --> 00:05:14,280
Biz də bu cür müəllimlərin təlim - tərbiyəsi altında təhsilə yiyələnmişik, izahlarını eşitmişik, dərslərini öyrənmişik; müəllimin necə əziyyət çəkdiyinə şahidik.

34
00:05:17,840 --> 00:05:23,120
Müəllim olmağın bir cəhəti də var ki,

35
00:05:24,440 --> 00:05:34,680
əgər əziz müəllimlərimiz, bu fəaliyyətə yenicə başlayan insanlar, bütövlükdə təhsil işçiləri ona diqqət yetirsələr, yaxşı olar;

36
00:05:35,720 --> 00:05:42,280
həmin cəhət bundan ibarətdir ki, bu iş, bayaq dediyim kimi, əziyyətli və az gəlirli olsa da,

37
00:05:42,560 --> 00:05:48,680
onu ixlasla yerinə yetirmək şansı var. Bu, olduqca mühüm bir məqamdır.

38
00:05:49,120 --> 00:05:56,720
Əbədi dünyada insanın qurtuluşu ixlasla gördüyü işlərdədir.

39
00:05:57,400 --> 00:06:06,640
Allah naminə, haqq naminə işləmək, səmimi-qəlbdən görülən iş insanın xilasına səbəb ola bilər;

40
00:06:08,360 --> 00:06:10,960
bir çox məqamlarda bu, özünü göstərmir.

41
00:06:12,760 --> 00:06:23,000
Hərdən insan bir çox işləri Allaha xatir etdiyini düşünür, amma sonradan bir qədər vicdanla diqqət yetirdikdə həmin niyyətə nə qədər başqa şeylərin qarışdığını anlayır:

42
00:06:24,120 --> 00:06:32,240
وَ اَستَغفِرُکَ مِمّا اَرَدتُ بِه‌ وَجهَکَ فَخالَطَني ما لَيسَ لَک

43
00:06:32,920 --> 00:06:44,400
Sübh namazının nafilə və fərzi arasında oxunan bu duada

44
00:06:46,200 --> 00:06:56,280
deyilir ki: “Allahım, Sənin yolunda etmək istədiyim, amma niyyətimə Səndən başqasını qarışdırdığım işlərə görə

45
00:06:57,160 --> 00:07:00,000
məni bağışla”;

46
00:07:00,680 --> 00:07:13,120
yəni araya Allah-taaladan başqasına xatir olan niyyət və düşüncə qarışıb. Bizim işlərimizin çoxu bu cürdür; mən elə özümü nəzərdə tuturam.

47
00:07:14,800 --> 00:07:23,120
İnsan işlərini mümkün qədər ilahi niyyətlə gördükdə bu, onun üçün mənəvi sərvətə çevrilir. Belə işlərdən biri də müəllimlik peşəsidir.

48
00:07:23,520 --> 00:07:26,160
Odur ki işinizi ixlasla görün.

49
00:07:27,920 --> 00:07:32,800
Niyyətiniz ixlaslı olarsa, işiniz də bərəkətlənər, məhsuldar olar.

50
00:07:33,760 --> 00:07:40,120
Buna ən bariz nümunə şəhid Mütəhhəridir.

51
00:07:40,520 --> 00:07:49,440
Ayətullah Mütəhhəri ixlasla addım atar, işlərini Allaha xatir görərdi.

52
00:07:49,600 --> 00:07:57,200
Mənim onunla yaxın münasibətim vardı, elmi fəaliyyətinin şahidiydim, bu yolda ilahi niyyətlə hərəkət etdiyini anlayırdım.

53
00:07:58,280 --> 00:08:07,760
Zəmanəsinə bələd olan, dövrünün təlabatından xəbərdar olan, anlayan

54
00:08:08,800 --> 00:08:22,240
və həmin ehtiyacları, boşluqları ixlasla, Allah-taalaya xatir doldurmağa çalışan, ixlasla düşünən,

55
00:08:22,880 --> 00:08:30,480
danışan, yazan, zəhmət çəkən, münasibət bildirən bir insan idi.

56
00:08:32,400 --> 00:08:40,280
İlahi niyyətinin nəticəsi də bu oldu ki, gördüyü işlər qalıcı oldu, şəhid olmasından uzun müddət keçdiyinə baxmayaraq,

57
00:08:41,440 --> 00:08:47,400
kitablarını hələ də,  Sədinin təbirincə desək, “qızıl kağızı kimi aparırlar”.

58
00:08:48,880 --> 00:09:01,440
Düşünən beyinlər, müdriklik axtarışında olanlar indi də şəhid Mütəhhərinin kitablarını əldə etməyə can atırlar. İxlas budur.

59
00:09:03,120 --> 00:09:08,240
Siz işinizi ixlasla görsəniz,

60
00:09:08,720 --> 00:09:17,040
sizin təlim-tərbiyəniz altında olan yeniyetmə və gənclərin hər biri bu ölkənin gələcəyini elə bir şəkildə qura bilər ki,

61
00:09:18,280 --> 00:09:30,720
siz onun yetişməsində rol oynamış bir müəllim kimi əbədi səadətə nail olarsınız; hərçənd heç kəs sizi tanımasa belə.

62
00:09:31,760 --> 00:09:38,520
Dahi İmam Xomeyniyə (r.ə) uşaqlıqda dərs vermiş müəllimləri heç kəs tanımasa da,

63
00:09:39,760 --> 00:09:52,240
onu bu cür tərbiyə edib yetişdirdikləri üçün imamın əməllərinin nəticəsi həmin müəllimlərin də əməl dəftərinə savab olaraq yazılmışdır.

64
00:09:55,200 --> 00:10:04,080
Bəli, ixlas haqqında danışdıq; mən bunları siz müəllimlərə xitabən desəm də, bu o demək deyil ki,

65
00:10:04,440 --> 00:10:12,960
müəllimlər ixlaslı, qənaətcildirlərsə, ölkə rəsmiləri də onların üzləşdiyi problemlərə diqqətsiz yanaşmalıdır. Xeyr,

66
00:10:13,960 --> 00:10:28,360
mən dəfələrlə demişəm, həmişə də deyəcəyəm: səlahiyyətli şəxslər bilməlidirlər ki, təlim-tərbiyə müəssisələrinə çəkilən xərclər

67
00:10:29,760 --> 00:10:35,760
sadəcə pul xərcləmək deyil, əslində, bir yatırımdır; bu sistemə xərclənən pullar gələcəyə yatırılan kapitaldır, mayadır.

68
00:10:36,080 --> 00:10:43,040
Rəsmilər təhsil sisteminə bu cür baxmalı, bu yanaşma ilə büdcə ayırmalı,

69
00:10:43,160 --> 00:10:47,520
müəllimlərin maddi vəziyyətini yaxşılaşdırmalıdırlar.

70
00:10:47,760 --> 00:10:56,440
Doğrudur, müəllimlərin məişət rifahının aşağı olmasından sui-istifadə edən bəzi bədxahlar da var.

71
00:10:56,720 --> 00:11:05,640
Eşitmişəm ki, hətta Təhsil Nazirliyinin  özündə də belə sui-istifadəçi insanlar var;

72
00:11:06,920 --> 00:11:16,000
müəllimlərin maddi problemləri, məişət sıxıntıları müəyyən şəxslərin sui-istifadə hallarına yol verməsinə səbəb olur.

73
00:11:17,720 --> 00:11:24,520
İndiyə qədər müəllimlərimiz Allah-taalanın yardımı ilə öz təmiz adını qoruyub saxlaya bilib,

74
00:11:25,200 --> 00:11:32,960
bununla belə, bəziləri belə xoşagəlməz, qeyri-sağlam hərəkətlərə yol verməyə çalışır.

75
00:11:35,840 --> 00:11:47,040
İndi isə keçək əsas məsələyə. Mənim əzizlərim! Siz yeni bir nəsil ərsəyə gətirmək istəyirsiniz.

76
00:11:48,200 --> 00:11:55,400
Bəs ölkənizin, gələcəyinizin necə, hansı keyfiyyətlərin daşıyıcısı olan bir nəslə ehtiyacı var?

77
00:11:56,240 --> 00:12:03,680
Bu, çox əhəmiyyətli bir nüansdır. Təlim-tərbiyə meydanı heç də bizim düşündüyümüz kimi boş, rəqibsiz bir meydan deyil.

78
00:12:04,440 --> 00:12:10,920
Biri var hansısa cudoçu və ya konqfuçu

79
00:12:12,320 --> 00:12:20,440
boş bir meydanda sadəcə məşq etmək istəyir, orda qarşısında rəqib olmadığına görə işi, təbii ki, asandır, rahatdır;

80
00:12:22,720 --> 00:12:29,960
yaxud da bir nəfər boş meydanda qılınc oynadır, zərbələr endirir, qarşısında da heç kəs yoxdur;

81
00:12:31,240 --> 00:12:38,680
amma biri də var qarşınızda rəqib durub, endirdiyiniz zərbələri boşa çıxarır,

82
00:12:39,240 --> 00:12:45,520
ona dəyməsinə mane olur, həm də qarşılıqlı zərbələr endirir;

83
00:12:46,840 --> 00:12:50,600
bu gün biz belə bir rəqiblə üz-üzəyik.

84
00:12:51,120 --> 00:12:55,840
Bəs o rəqib kimdir? Bu, beynəlxalq imperializim sistemidir!

85
00:12:56,920 --> 00:13:02,280
Kimlərsə ölkəmizin təhsil və tərbiyə sisteminin dünya imperializm sistemi ilə necə,

86
00:13:03,600 --> 00:13:09,120
hansı şəkildə üz-üzə olduğuna təəccüb edə bilər; bəli,

87
00:13:10,520 --> 00:13:18,200
bu sistemin bariz nümunəsi olan ABŞ,

88
00:13:18,760 --> 00:13:25,560
nəhəng sionist kapitalistlər və bir sıra digər müstəmləkçi dövlətlər bu sferada bizimlə üz-üzədir;

89
00:13:25,960 --> 00:13:32,800
bunlar beynəlxalq imperializm sisteminin nümayəndələri, təcəssümüdür.

90
00:13:32,960 --> 00:13:43,120
Mən indiyə kimi etdiyim çıxışlarımda bu sistem və onun fəaliyyəti haqqında ətraflı danışımışam, açıqlamalar vermişəm.

91
00:13:43,840 --> 00:13:48,400
Bu sistem yalnız bizim xalq üçün deyil, bütün dünya xalqları üçün

92
00:13:49,320 --> 00:13:53,920
planlar işləyib hazırlayır.

93
00:13:55,040 --> 00:14:01,880
Onlar bu və ya digər bir ölkənin gələcəyini quracaq nəslin

94
00:14:02,080 --> 00:14:10,640
onların maraqlarına uyğun şəkildə tərbiyə olunub yetişməsini istəyirlər.

95
00:14:12,880 --> 00:14:22,480
Bu sistem ayrı-ayrı ölkələrdə yetişməkdə olan nəsillərin qlobal məsələlərdə

96
00:14:25,080 --> 00:14:31,520
onlarla eyni düşüncə, mədəniyyət və mövqeyə sahib olmasını istəyir.

97
00:14:32,240 --> 00:14:42,240
Müxtəlif ölkələrdə imperializmin maraqlarına uyğun şəkildə yetişmiş ziyalılar, tədqiqatçılar, siyasətçilər və sair təbəqələrin nümayəndələri sonradan cürbəcür rəsmi qurumlarda onları təmsil etməlidir.

98
00:14:42,960 --> 00:14:50,720
İmperialist bir sistem üçün

99
00:14:51,160 --> 00:14:59,120
hansısa ölkənin söz sahiblərinin onlarla eyni düşüncə, əməl və mövqedə olmasından

100
00:14:59,480 --> 00:15:04,320
daha yaxşı nə ola bilər? Təbii ki, bu yolla onların işi asanlaşmış olur.

101
00:15:05,120 --> 00:15:12,840
Bu, imperializmin mədəni nüfuz proqramıdır və əlbəttə ki, qısa müddətə ərsəyə gətirilməyib,

102
00:15:12,840 --> 00:15:18,360
azından on illərdir ki, üzərində işlənilir, hazırlanaraq həyata keçirilir.

103
00:15:19,720 --> 00:15:24,880
Qərb siyasətinin mütəfəkkirləri dəfələrlə qeyd ediblər ki,

104
00:15:25,440 --> 00:15:33,680
biz 19-cu əsr müstəmləkə dövründə olduğu kimi başqa ölkələrə hərbi qüvvə

105
00:15:33,680 --> 00:15:38,480
və texnika yeridərək külli miqdarda pul xərcləyib

106
00:15:38,680 --> 00:15:44,160
muharibə aparmaqdansa, ən effektiv, asan, sərfəli bir üsuldan istifadə etməli –

107
00:15:44,360 --> 00:15:52,560
yəni həmin ölkələrin ziyalılarını, üzdə olan insanlarını yanımıza gətirməli, öz düşüncə və mövqeyimizi onların şüuruna yeritdikdən sonra ölkələrinə geri göndərməliyik.

108
00:15:52,880 --> 00:16:02,000
Bu yolla onlar bizim müftə vuruşan əsgərlərimizə çevriləcək və həmin ölkədə görmək istədiyimiz işləri onlar həyata keçirəcəklər.

109
00:16:02,600 --> 00:16:10,840
Məgər bu gün bu cür dövlətlərin varlığından xəbəriniz yoxdurmu? Məgər elə bizim öz regionumuzda

110
00:16:11,680 --> 00:16:18,280
Amerikanın dediklərini təkrarlayıb təsdiqləyən, onların istədiyi işləri həyata keçirən bu cür dövlətlər azdırmı?

111
00:16:19,160 --> 00:16:28,520
Bu dövlətlər onların bütün xərclərini öz öhdələrinə götürür, onlara xidmət göstərir, onlar üçün çalışırlar.

112
00:16:28,800 --> 00:16:36,320
Gördükləri işin qarşılığında da nə bir imtiyaz qazanır, nə də pul alırlar, əksinə, özləri pul xərcləyirlər.

113
00:16:36,960 --> 00:16:44,840
Qazandıqları imtiyaz yalnız budur ki, imperialistlər onların müxalifətin əli ilə devrilməsinə mane olur, hakimiyyətlərini qoruyub saxlayır.

114
00:16:45,920 --> 00:16:53,480
İmperialistlərin bizim gələcək nəslimiz – yəni sizin təlim-tərbiyəniz altında olan tələbələr üçün də bu cür planları var;

115
00:16:53,960 --> 00:16:59,200
bu işlərdə nə dərəcədə uğur qazanıb-qazanmadıqları ayrı bir mövzudur, amma belə planları var.

116
00:17:00,000 --> 00:17:05,360
Həmin plan və proqramlar vasitəsi ilə də öz düşüncələrini, mədəniyyətlərini, dillərini təbliğ edir, yayırlar.

117
00:17:05,560 --> 00:17:12,960
Elə bu məqamdaca mən bəzən Təhsil və Tərbiyə Nazirliyinin rəsmilərinə dediyim bir sözü burda da təkrarlamaq istəyirəm –

118
00:17:14,160 --> 00:17:18,440
ola bilsin, hazırkı rəsmilərə bu haqda bir şey deməmişəm, amma əvvəlkilərə həmişə tapşırırdım –

119
00:17:18,440 --> 00:17:25,320
ingilis dilinin ölkəmizdə bu şəkildə israrla yayılması düzgün bir şey deyil.

120
00:17:26,000 --> 00:17:34,800
Bəli, xarici dil bilmək vacibdir, lakin xarici dil yalnız ingilis dili deyil ki; elm öyrənmək üçün lazım olan dil təkcə ingilis dili deyil ki.

121
00:17:36,760 --> 00:17:45,880
Axı nəyə görə orta məktəblərdə başqa xarici dillər də tədris olunmur? İngilis dilinin əsas xarici dil olaraq qalmasında nəyə görə israrlıdırlar?

122
00:17:46,760 --> 00:17:54,800
Axı bu, Pəhləvi diktaturasının dövründən qalma bir ənənədir.

123
00:17:56,160 --> 00:18:06,280
Məsələn, nəyə görə ispan dili tədris olunmasın? Bu gün dünyada ispan dilində danışanların sayı ingilis dilində danışanlardan heç də az deyil;

124
00:18:07,360 --> 00:18:14,000
müxtəlif ölkələrdə, Latın Amerikasında, yaxud Afrikanın bəzi ölkələrində bu dildən istifadə edənlərin sayı çoxdur.

125
00:18:14,000 --> 00:18:22,040
Mən misal üçün deyirəm; ispan dili təbliğ olunub yayılsın deməklə onların işini qabağa aparmaq niyyətim yoxdur, sadəcə misal çəkirəm.

126
00:18:22,480 --> 00:18:30,880
Yaxşı, nəyə görə fransız, ya da alman dili tədris olunmur?

127
00:18:31,200 --> 00:18:39,480
İnkişaf etmiş bəzi şərq ölkələrinin dilləri də xarici dildir, onlar da elmi inkişaf üçün lazım ola biləcək dillərdir.

128
00:18:39,800 --> 00:18:53,040
Başqa ölkələrdə belə məsələlərə diqqət yetirir, hansısa xarici dilin ölkədə yayılmasının, müdaxiləsinin və nüfuzunun qarşısını alırlar;

129
00:18:54,120 --> 00:18:57,480
amma biz papadan da betər katolik çıxmışıq!

130
00:18:58,840 --> 00:19:07,280
Bu dilin asanca təbliğ olunması üçün meydanı boşaltmışıq, üstəlik onu orta məktəblərimizdə inhisarçı xarici dil etməkdən əlavə,

131
00:19:07,840 --> 00:19:14,920
hələ getdikcə daha aşağı təhsil pillələrinə – ibtidai siniflərə və uşaq baxçalarına da keçiririk!

132
00:19:16,240 --> 00:19:24,160
Hətta uşaq baxçalarına da keçiririk! Nəyə görə? Halbuki biz ölkə xaricində fars dilini təblig etmək istəsək,

133
00:19:24,920 --> 00:19:34,000
bir aləm pul xərcləməli, nə qədər zəhmət çəkməli oluruq. Hələ o qədər əzab-əziyyətdən sonra nə vaxtsa fars dili kafedrasını ləğv etsələr, bunun səbəbini öyrənmək üçün

134
00:19:34,760 --> 00:19:43,680
diplomatik səviyyədə əlaqə yaratmalı oluruq. Xarici ölkələrdə fars dilinin təbliğinə nə bir şərait yaradırlar, nə tələbə yığmağa icazə verirlər, nə də bizə bir imtiyaz verirlər.

135
00:19:43,960 --> 00:19:49,200
Hələ bir bundan sonra biz də onların dilinin təbliğinə öz büdcəmizdən pul ayıraq,

136
00:19:50,120 --> 00:19:58,400
bu yolda üzləşdikləri problemləri özümüz həll edək?! Bu, məntiqlidirmi? Mən başa düşmürəm!

137
00:20:00,840 --> 00:20:05,920
Bunu mən haşiyəyə çıxaraq  qeyd etdim ki, hamı diqqət yetirsin.

138
00:20:06,880 --> 00:20:13,800
Əlbəttə, mən demək istəmirəm ki, sabahdan orta məktəblərdə ingilis dilinin tədrisini dayandıraq, xeyr,

139
00:20:15,040 --> 00:20:18,600
demək istədiyim odur ki, nə iş gördüyümüzü dərk edək;

140
00:20:19,520 --> 00:20:29,800
qarşı tərəfin bu ölkədə necə və hansı xüsusiyyətlərin daşıyıcısı olan bir nəsil yetişdirmək istədiyini bilək.

141
00:20:33,000 --> 00:20:41,920
Bəli, beynəlxalq imperializm – imperializm sistemi – belə bir yeni nəsil istəyir. Bəs biz?

142
00:20:42,680 --> 00:20:47,080
Biz ölkənin gələcəyi üçün necə bir nəslin arzusundayıq? Sizin bayaq oxuduğunuz o and çox yaxşıdır;

143
00:20:47,520 --> 00:20:55,160
onun mətnini bura gəlməmişdən əvvəl o yanda mənə göstərdilər, bir az əvvəl də diqqətlə qulaq asdım.

144
00:20:56,680 --> 00:21:01,760
Yeri gəlmişkən, onu da bilin ki, and içdinizsə, onu yerinə yetirmək sizə vacib olur;

145
00:21:02,320 --> 00:21:11,440
yəni hər hansı bir niyyətlə içdiyiniz andı icra etmək artıq sizə vacibdir, ona əməl etməlisiniz; yaxşı and idi, gözəl mətni var idi.

146
00:21:12,720 --> 00:21:19,920
Şagirdlərimizin təlim-tərbiyəsində diqqət mərkəzində saxlamalı olduğumuz birinci məsələ

147
00:21:20,280 --> 00:21:28,680
onlarda müstəqil bir milli və dini kimlik formalaşdırmaqdır; bu, birinci yerdə gəlir;

148
00:21:31,680 --> 00:21:41,400
müstəqil, özünə hörmətlə yanaşan bir kimlik. Biz gənclərimizi elə yetişdirməliyik ki, onlar müstəqil siyasət,

149
00:21:41,600 --> 00:21:49,400
müstəqil iqtisadiyyat, müstəqil mədəniyyət barədə düşünsünlər;

150
00:21:49,760 --> 00:21:58,120
əcnəbilərə baglılıq, onlardan asılılıq, yadlara etimad göstərib arxalanmaq

151
00:21:58,720 --> 00:22:03,960
gənclərimizdə psixoloji bir hal olaraq yaranıb inkişaf etməsin;

152
00:22:06,480 --> 00:22:11,160
bax bu baxımdan biz təhlükə ilə üz-üzəyik. Bunu mən sizə deyirəm!

153
00:22:11,360 --> 00:22:16,960
Özünüzün də gördüyünüz kimi, leksikonumuza Avropadan gəlmiş

154
00:22:16,960 --> 00:22:26,000
yeni bir xarici söz daxil olar-olmaz, böyüklü-kiçikli, ruhanisi, qeyri-ruhanisi və sair  – hamı o sözdən istifadə etməyə başlayır. Axı niyə?

155
00:22:28,560 --> 00:22:37,000
Nəyə görə biz xarici sözləri işlətməyə bu qədər meyilliyik, həvəsliyik? Niyə?

156
00:22:38,080 --> 00:22:48,320
Axı bu bizə keçmişdəki məlum vəziyyətdən qalma mirasdır. Bu baxımdan hazırda mövcud olan vəziyyət

157
00:22:48,520 --> 00:22:57,560
eynilə mənim cavanlıqda – şah diktaturası dövründə gördüyüm vəziyyətə bənzəyir.Yadımdadır, mən özüm də gənc olanda, elə bil, xarici sözlər işlətməkdə

158
00:22:58,320 --> 00:23:05,760
yarışa girərdik. O zamanlar bu cür sözlərdən kim çox istifadə edirdisə, bu, onun daha elmli,

159
00:23:06,160 --> 00:23:11,200
daha məlumatlı və sair olduğundan xəbər verirdi. Amma bu, səhv düşüncədir.

160
00:23:12,120 --> 00:23:22,120
Gənclərimizdə, yeniyetmələrimizdə formalaşdırmalı və inkişaf etdirməli olduğumuz birinci şey milli kimlikdir, milli şüurdur.

161
00:23:22,920 --> 00:23:26,520
Yalnız bundan sonra müqavimət iqtisadiyyatı da məna kəsb edəcək.

162
00:23:27,960 --> 00:23:36,240
Məsələ belə deyil ki, əgər biz müqavimət iqtisadiyyatının reallaşmasını istəyiriksə, elə yüksək çinli dövlət rəsmiləri

163
00:23:36,920 --> 00:23:43,160
bir-birinin ardınca saysız-hesabsız iclaslar keçirsinlər, ard-arda göstərişlər versinlər, tapşırıqlar göndərsinlər,

164
00:23:43,360 --> 00:23:48,920
axırda da məlum olsun ki, heç bu proqram tam istədikləri şəkildə icra olunmayıb.

165
00:23:49,800 --> 00:23:55,680
Təbii ki, hazırda müqavimət iqtisadiyyatının reallaşması uğrunda zəhmət çəkilir, işlər görülür,

166
00:23:56,320 --> 00:24:08,280
Təbii ki, hazırda müqavimət iqtisadiyyatının reallaşması uğrunda zəhmət çəkilir, işlər görülür, amma nə qədər ki müstəqillik ruhiyyəsi, düşmənin qarşısında müqavimət, dirəniş psixologiyası tam olaraq formalaşmayıb, bu işin icrası, əlbəttə ki, çətin olacaq.

167
00:24:11,280 --> 00:24:18,480
Biri var sahib olduğumuz ehtiyatı – misal üçün, bəzi ailələr,

168
00:24:19,120 --> 00:24:28,840
xüsusilə də tədbirli ailələr özləri üçün ehtiyat tədarük edir; ölkəmizin də Allah tərəfindən bizə verilən neft kimi bir neməti, təbii ehtiyatı var –

169
00:24:29,760 --> 00:24:37,680
bir ucdan bazara çıxarıb xammal şəklində, əlavə dəyər olmadan satmağa adət edək;

170
00:24:38,800 --> 00:24:46,160
biri də var bunu əlavə dəyəri olan bir şeyə çevirək; bax bu, ölkə iqtisadiyyatı üçün faydalı və arzuolunandır;

171
00:24:46,400 --> 00:24:50,760
amma biz nə edirik, ucdantutma çıxarıb satırıq.

172
00:24:52,920 --> 00:25:01,600
Bəzən xarici ölkə başçıları ilə keçirdiyimiz görüşlərdə bəziləri giley-güzar edir ki, “sizinlə ticarət mübadilələrimizdə göstəricilər bərabər deyil,

173
00:25:02,000 --> 00:25:07,480
siz bizə daha çox satır, əvəzində daha az alırsınız”; mən bu sözün cavabında

174
00:25:07,840 --> 00:25:16,520
bir neçəsinə dönə-dönə demişəm ki, siz əsasən neft alırsınız; neft – yəni pul, qızıl;

175
00:25:17,480 --> 00:25:24,280
biz isə neftdən əlavə dəyər əldə etmirik, təbii ehtiyatlarımızı torpağın altından çıxarıb xammal şəklində sizə satırıq.

176
00:25:25,480 --> 00:25:31,640
Ticarət balansı baxımından bunları eyni götürmək olmaz. Bunlar olduqca önəmli məqamlardır.

177
00:25:32,280 --> 00:25:40,240
Müstəqil bir şəxsiyyət kimi formalaşan insan bu cür yaşam tərzindən uzaq duracaq; məhz o zaman müqavimət iqtisadiyyatı,

178
00:25:40,800 --> 00:25:49,360
neftsiz iqtisadiyyat, müstəqil mədəniyyət məna kəsb edəcəkdir.

179
00:25:50,760 --> 00:25:58,120
Biz şagirdlərimizdə ali, parlaq şəxsi keyfiyyət meyarlarını oyatmalıyıq;

180
00:25:58,360 --> 00:26:06,320
elə oxuduğunuz andın mətnində də ilahi fitrətin dirçəldilməsi məsələsinə toxunuldu; bəli, düzdür;

181
00:26:07,000 --> 00:26:15,480
Allah-taala bizim hamımızın varlığında – sizdə də, məndə də – bir başlanğıc, bir maya yerləşdirib və bu mayanı inkişaf etdirmək, genişləndirmək,

182
00:26:15,960 --> 00:26:23,040
ondan yararlanmaq olar. Uşaqlarda bu mayanı aktivləşdirmək, gücləndirmək lazımdır.

183
00:26:25,120 --> 00:26:31,960
Bax həmin keyfiyyət meyarları bunlardır; ən başlıcası, cərəyan yaradacaq anlayışlardır,

184
00:26:32,400 --> 00:26:42,520
uşaqlara ideoloji cərəyan yaradacaq, onları əməli işlər görməyə sövq edəcək anlayışları təlqin etmək, onlarda bu anlayışları hərəkətə keçirmək, canlandırmaq lazımdır;

185
00:26:42,920 --> 00:26:53,720
bunlar imandır; təfəkkürdür; düşünməyi öyrənsinlər; kollektivçiliyi, ictimai əməkdaşlığı,

186
00:26:54,400 --> 00:27:02,600
sosiumdan xoşagəlməz bir şəkildə təcrid olunmaqdan uzaq olmağı öyrənsinlər; İslam dinində çox ülvi bir anlam daşıyan

187
00:27:03,600 --> 00:27:06,840
ictimai öhdəçiliyi, qarşılıqlı ictimai məsuliyyəti öyrənsinlər.

188
00:27:07,560 --> 00:27:15,520
Uşaqlar düzgün istehlakı öyrənməlidir; mən istehlak modelinin islah edilməsi haqqında dəfələrlə danışmışam –

189
00:27:16,000 --> 00:27:22,360
ilin əvvəlində etdiyim çıxışlarda, dövlət rəsmiləri ilə keçirdiyimiz xüsusi və ümumi iclaslarda –

190
00:27:23,560 --> 00:27:30,640
amma bizim istehlak modelimiz hələ ki lazımi şəkildə islah olunmayıb; biz çox pis istehlak edirik.

191
00:27:31,560 --> 00:27:40,720
Elə bir neçə gün əvvəl bu hüseyniyədə keçirilən toplantıda qeyd etdiyim xarici məhsulların istehlakı məsələsi buna nümunə ola bilər.

192
00:27:41,600 --> 00:27:52,560
On, yüz milyardlıq lüks məhsulların qaçaqmalçılığı bunun göstəricisidir.

193
00:27:54,080 --> 00:28:01,760
Bəziləri tərəfindən küçələrdə təşkil edilən o uşaqsayağı oyunlar – əli pula təzəcə çatmış varlı insanların balaları

194
00:28:02,280 --> 00:28:09,880
bahalı avtomobillərlə küçələrdə şütüyürlər, o baş-bu başa gedib özlərini göstərirlər –

195
00:28:11,280 --> 00:28:21,160
bütün bunlar istehlak modelinin islah olunmamağından qaynaqlanır. Odur ki bu xüsusiyyətləri yeniyetmə və gənc nəslə uşaqlıqdan öyrətmək, aşılamaq lazımdır.

196
00:28:21,560 --> 00:28:30,040
Gənc nəslə öyrətməli olduğumuz digər bir xüsusiyyət onlarla eyni fikirdə olmayan, müxalif mövqedən çıxış edən insanlara

197
00:28:30,480 --> 00:28:35,960
dözümlü yanaşmaqdır; biri bizə bir balaca irad tutan kimi, cavabında qayıdıb sinəsindən yumruqla vurmaq –

198
00:28:37,800 --> 00:28:42,440
bu, dözümsüzlüyün göstəricisidir; halbuki İslam dini bizdən bunu yox, tam əksini istəyir;

199
00:28:43,800 --> 00:28:45,920
“...onlar bir-biri ilə mehribandırlar...” (“Fəth” surəsi, 29-cu ayədən)

200
00:28:46,480 --> 00:28:53,560
Başqa bir önəmli xüsusiyyət ədəbli olmaq, etik qaydalara riayət etməkdir. Sizdən çoxunuz internetlə tanışsınız;

201
00:28:53,560 --> 00:29:01,120
sizcə, virtual məkanda ədəb-ərkan, həqiqətən də, gözlənilir?

202
00:29:02,320 --> 00:29:10,760
Abır-həyaya riayət olunur? Təbii ki, xeyr, riayət olunmur; və ya əksər hallarda riayət olunmur.

203
00:29:12,160 --> 00:29:16,400
Yeniyetmə və gənclərdə bax bunları inkişaf etdirmək lazımdır.

204
00:29:17,000 --> 00:29:25,000
Digər önəmli bir xüsusiyyət dindarlıqdır; aristokratik həyat tərzinə vurğun bir şəkildə tərbiyə olunmasınlar; gənclərə dəbdəbəli həyata heyranlıq aşılanmamalıdır.

205
00:29:25,160 --> 00:29:35,240
Əlbəttə ki, əgər gənclərə aşılanmalı olan bu kimi müsbət keyfiyyətləri qeydə alıb siyahısını tutsam, oxusam, bir neçə səhifə olar, ancaq ən əhəmiyyətliləri bu sadaladıqlarımdan ibarətdir.

206
00:29:35,560 --> 00:29:42,320
Bu xüsusiyyətləri gələcək nəslə bir müəllim olaraq siz aşılamalısınız; bu, sizin işinizdir, müqəddəs vəzifənizdir.

207
00:29:43,800 --> 00:29:51,400
Yeni nəsli bu cür keyfiyyətlərlə böyüdən, onlara bu mədəniyyəti təlqin edən məhz sizlər olmalısınız.

208
00:29:51,760 --> 00:30:02,080
Əgər siz ideoloji cərəyan yaradan bu anlayışları şagirdlərinizin zehninə, düşüncəsinə yeridə bilsəniz,

209
00:30:02,920 --> 00:30:11,680
bu ölkənin gələcəyinə çox böyük xidmət göstərmiş olacaqsınız. Xoşbəxtlikdən, müəllim peşəsi bu özəlliyə sahibdir; müəllimlər tədris etdiklərinə, öyrətdiklərinə görə,

210
00:30:11,960 --> 00:30:20,400
təbii olaraq, şagirdləri üzərində bir psixoloji və mədəni təsir gücünə, nüfuza malik olurlar; bəzi siniflərdəki çətin tərbiyə olunan

211
00:30:21,120 --> 00:30:26,120
şagirdləri demirəm, amma ümumilikdə bu cürdür.

212
00:30:27,200 --> 00:30:36,040
Teoloji mərkəzləri götürsək, orada tələbələr müəllim qarşısında itaətkar bir qul kimi otururlar.

213
00:30:36,320 --> 00:30:41,200
Düzdür, müasir mədəniyyətdə artıq belə deyil, amma yenə də müəllim şagird üzərində

214
00:30:42,440 --> 00:30:45,840
bir təsir gücünə malikdir və bu təsir gücündən müsbət mənada yararlanmaq mümkündür.

215
00:30:46,240 --> 00:30:53,160
Müxtəlif qurumların rolu böyükdür; onlar təlim-tərbiyə prosesində

216
00:30:53,440 --> 00:31:00,640
elə bir atmosfer yarada bilərlər ki, müəllimlər öz işini rahatlıqla yerinə yetirə bilsin

217
00:31:00,880 --> 00:31:06,800
və bayaq oxuduğunuz andın mətnində yer alan prinsiplərə, eləcə və mənim qeyd etdiyim xüsusiyyətlərə sadiq qalsın.

218
00:31:07,120 --> 00:31:15,200
Belə qurumlardan biri təlim-tərbiyə məsələləri üzrə müavinlikdir; bu strukturun təsis edilməsinə göstəriş verilmişdi və sevindirici haldır ki, artıq yaradılıb,

219
00:31:16,160 --> 00:31:21,440
işinə başlayıb, ancaq bu, yetərli deyil;

220
00:31:22,000 --> 00:31:26,320
təlim-tərbiyə məsələləri üzrə müavinliyin öhdəsinə daha ağır məsuliyyət düşür.

221
00:31:26,760 --> 00:31:44,520
Bu qurum çalışqan, məqsədyönlü, müdrik və sağlam bir şəkildə fəaliyyət göstərməlidir; istər ideoloji, istər siyasi,

222
00:31:45,440 --> 00:31:54,040
istərsə də əxlaqi baxımdan sağlam olmalıdır; bunlar təlim-tərbiyə üzrə müavinliyin üzərinə düşən vəzifələrdir, onlara əməl olunmalıdır.

223
00:31:56,240 --> 00:32:13,160
Və əgər bu önəmli məsələlərdən hansınınsa icrasında – istər dinə uyğun formada düzgün davranmaq baxımından, istərsə də siyasi, yaxud əxlaqi cəhətdən –

224
00:32:13,440 --> 00:32:22,680
səhlənkarlığa yol verilərsə, ölkəmizin təhsil sisteminə və yetişməkdə olan nəslə zərbə vurulmuş olacaq.

225
00:32:24,440 --> 00:32:32,280
Bu sahədə məsuliyyət daşıyan digər bir önəmli qurum “Səda və sima” Dövlət Teleradiosudur; “Səda və sima” çox böyük rol oynaya bilər. Mən keçənilki çıxışımda da

226
00:32:32,880 --> 00:32:38,520
bu mövzuda proqramların hazırlanmasının vacib olduğu barədə danışmışdım,

227
00:32:41,160 --> 00:32:47,320
amma bu məsələ hələ ki reallaşmayıb; lazımınca reallaşmayıb. Teleradio Şirkətinin təlim-tərbiyə ilə bağlı ayrıca bir fəaliyyət istiqaməti olmalıdır.

228
00:32:47,880 --> 00:32:53,120
Mütəxəssislər bu sahədə konkret fəaliyyət proqramı tərtib etməlidirlər.

229
00:32:54,840 --> 00:33:04,720
Bir neçə gün əvvəl – deyəsən, keçən həftə idi – hüseyniyədə bir qrup yeniyetmə və gənclə görüşümüz vardı.

230
00:33:05,080 --> 00:33:13,000
Aralarından biri mənə yaxınlaşıb bir şikayət məktubu verdi; oxudum, gördüm ki, düz yazıb, haqlı irad bildirib.

231
00:33:13,720 --> 00:33:21,960
O yazmışdı ki, televiziya və radioda azyaşlılar və böyüklər üçün xüsusi verilişlər hazırlanır,

232
00:33:22,760 --> 00:33:32,440
amma biz orta məktəb şagirdləri üçün münasib bir proqram yoxdur. Baxdım ki, düz deyir, haqlıdır.

233
00:33:34,640 --> 00:33:42,720
Gənclərimizə ideoloji, psixoloji, dini və elmi cəhətdən

234
00:33:43,040 --> 00:33:47,000
faydalı, yararlı ola biləcək hansı proqramlar var?

235
00:33:49,680 --> 00:33:57,240
Doğrudur, bəzi kanallarda elmi verilişlər var, amma bunlar mütəmadi yayımlanan proqramlar deyil.

236
00:33:58,440 --> 00:34:03,000
Peşəkar səviyyədə xüsusi proqramlar hazırlanmalıdır.

237
00:34:03,640 --> 00:34:08,920
Odur ki adını çəkdiyim bu qrum da ciddi məsuliyyət daşıyan qrumardan biridir. Məsuliyyət daşıyan başqa bir qurum Rabitə Nazirliyidir.

238
00:34:10,400 --> 00:34:18,320
Günümüzdə virtual məkanın təsir dairəsi real həyatımızdan daha genişdir;

239
00:34:19,600 --> 00:34:29,200
bəziləri internetlə nəfəs alır, hətta ümumiyyətlə həyatları orada keçir.

240
00:34:30,960 --> 00:34:38,800
Gənclərin də virtual aləmlə sıx əlaqəsi var; cürbəcür imkanlarından yararlanırlar,

241
00:34:39,360 --> 00:34:45,560
sosial şəbəkələrindən, elmi proqramlarından istifadə edirlər, müxtəlif işlər görür,

242
00:34:46,240 --> 00:34:53,040
informasiya mübadiləsi edirlər; amma yenə də bu, insanı büdrədə, yanlış yola sürükləyə biləcək bir məkandır.

243
00:34:54,120 --> 00:34:58,960
Heç kəs demir ki, yol çəkməyin,

244
00:35:00,520 --> 00:35:06,360
əgər hansısa bölgədə yola ehtiyac varsa, lap yaxşı çəkin, istəyirsiniz lap magistral yol çəkin, amma ehtiyatlı olun!

245
00:35:07,040 --> 00:35:16,200
Hansısa ərazidə torpaq sürüşməsi ehtimalı varsa, lazımi hesablamalar aparılmalı, təhlükəsizlik tədbirləri görülməlidir.

246
00:35:16,840 --> 00:35:25,640
Biz öz informasiya qurumlarımıza, ümumilikdə Rabitə Nazirliyinə, Ali Kiberməkan Şurasına – hansı ki o qurumdan da mənim narazılığım var –

247
00:35:26,040 --> 00:35:30,880
bu barədə tapşırıqlarımızı vermişik. Mən demirəm ki, bu yolu bağlayın, xeyr, çünki bu heç məntiqli də deyil.

248
00:35:32,080 --> 00:35:42,280
Kimlərsə oturub, düşünüb-daşınıb, internet adlı yeni bir yol yaradıblar – özləri demişkən, kiberməkan –

249
00:35:42,480 --> 00:35:49,920
lap yaxşı, istifadə edin, ancaq bu istifadə sağlam bir şəkildə olmalıdır. Başqaları bundan düzgün şəkildə yararlanır;

250
00:35:50,680 --> 00:35:59,680
bir sıra ölkələr öz mədəniyyətlərinə, milli mentalitetlərinə uyğun olaraq virtual məkandan istifadəyə məhdudiyyət qoyublar. Bəs biz niyə belə etməyək?

251
00:36:00,680 --> 00:36:10,840
Nəyə görə bu məsələyə səhlənkar yanaşırıq? Nəyə görə bu kontrolsuz və qayda-qanunsuz məkanı başlı-başına buraxmışıq?

252
00:36:11,160 --> 00:36:17,760
Müəyyən qurumlar məsuliyyət daşıyır, onlardan biri də Rabitə Nazirliyidir.

253
00:36:20,040 --> 00:36:23,320
Adlarını çəkdiyim qurumlar hamısı Təhsil Nazirliyinə kömək etməlidir,

254
00:36:24,960 --> 00:36:29,960
çünki Təhsil Nazirliyi təkbaşına bütün işlərin öhdəsindən gələ bilməz; həmin qurumlar ona yardımçı olmalıdır.

255
00:36:29,960 --> 00:36:37,360
Mən dönə-dönə demişəm ki, Təhsil Nazirliyinə kömək etmək lazımdır; bax kömək deyəndə mən bunları nəzərdə tuturdum.

256
00:36:38,160 --> 00:36:43,720
Kömək deyəndə hamının ağlına dərhal maddi yardım gəlməsin; bu sadalananlar da yardımdır;

257
00:36:43,960 --> 00:36:51,400
gərək hamı birgə əməkdaşlıq etsin ki, Təhsil Nazirliyi sözün əsl mənasında ayaqda duraraq öhdəsinə düşən işləri həyata keçirsin.

258
00:36:53,000 --> 00:37:00,880
Təlim-tərbiyə sahəsində həyata keçirilməli olan digər işlərdən biri də pedaqoqlara gənclik və təravət ruhiyyəsinin aşılanmasıdır;

259
00:37:02,240 --> 00:37:06,280
gəlin müəllimlərin qocalmasına yol verməyək. Mən qocalıq dedikdə fiziki baxımdan yaşlanmağı nəzərdə tutmuram;

260
00:37:07,200 --> 00:37:11,760
bəzi insanlar gənc olsalar da, ruhiyyələri qocadır,

261
00:37:12,000 --> 00:37:16,920
bəziləri qoca olsalar da, ruhiyyələri cavandır.

262
00:37:17,160 --> 00:37:24,080
Elə müəllim tanıyıram ki, təxminən 70 ilə yaxındır işləyir, amma dərs deməkdən, öyrətməkdən hələ də əl çəkməyib;

263
00:37:24,920 --> 00:37:34,240
bunlar önəmli, dəyərli xüsusiyyətlərdir. Odur ki təlim-tərbiyə ocaqlarında bu ruhiyyəni dirçəltmək lazımdır.

264
00:37:35,080 --> 00:37:40,960
Digər bir məsələ hazırda ölkəmizdə mövcud lan təhsoil sisteminin köhnəlmiş vəziyyətdə olmasıdır. Bizim təhsil sistemi köhnəlib,

265
00:37:41,960 --> 00:37:47,080
zamanın tələblərinə cavab vermir; biz bu sistemi avropalılardan götürmüşük,

266
00:37:47,480 --> 00:37:53,960
indiyə kimi də toxunulmaz bir muzey eksponatı kimi qoruyub saxlayırıq!

267
00:37:55,040 --> 00:38:05,880
Düzdür, ara-sıra xırda-para dəyişikliklər edirik, amma bu sistem artıq köhnəlib, mütləq, yenilənməlidir.

268
00:38:06,280 --> 00:38:15,480
Əlbəttə, bayaq cənab nazirin qeyd etdiyi dəyişikliklər layihəsi bu yolda irəliyə doğru atılan bir addımdır, yaxşı layihədir,

269
00:38:16,200 --> 00:38:22,440
amma mən digər bir önəmli məsələni diqqətinizə çatdırmaq istəyirəm, o da bundan ibarətdir ki,

270
00:38:22,960 --> 00:38:31,360
təlim-tərbiyə sistemini yeniləmək üçün biz yenə də başqalarının əlinə göz dikməməliyik, hansısa Avropa ölkəsində bu sahədə hansı dəyişikliklərin getdiyinə baxmamalıyıq, həmin yeniliklərin üzünü köçürməyə səy göstərməməliyik.

271
00:38:32,120 --> 00:38:38,240
Ekspertlər, mütəxəssislər toplanmalı – əlbəttə yaxşı olardı ki, təcrübələrdən də yararlansınlar –

272
00:38:38,880 --> 00:38:46,960
özləri yeni təhsil sisteminin layihəsini hazırlamalıdırlar.

273
00:38:48,080 --> 00:38:57,040
Elə həmin o dəyişikliklər layihəsi də ilk baxışdan yaxşıdır, irəliyə doğru bir addımdır;

274
00:38:57,400 --> 00:39:03,720
onun icrasını dəqiqliklə, tənqidi yanaşma əsasında həyata keçirmək lazımdır,

275
00:39:04,000 --> 00:39:12,200
baxsınlar görsünlər harasında nöqsanlar var. Hər halda, hər bir qeyri-ilahi varlığın, hər bir bəşər övladının işində nöqsan olur;

276
00:39:12,640 --> 00:39:16,320
axtarıb həmin nöqsanları tapmaq lazımdır.

277
00:39:19,840 --> 00:39:27,280
Qüsurlar, çatışmazlıqlar müəyyən edilərək hərtərəfli ölçülüb-biçilmiş, yaxşı bir layihə hazırlanmalıdır.

278
00:39:28,400 --> 00:39:33,600
Təhsil sistemində olduqca əhəmiyyətli rola malik olan digər bir qurum da Pedaqoji Universitetdir;

279
00:39:34,320 --> 00:39:42,320
yəni gələcəyin müəllimləri olan əziz gənclərimizin təhsil aldığı mərkəz. Ora olduqca mühüm bir məkandır.

280
00:39:43,160 --> 00:39:53,400
Bu ali təhsil ocağının müəllimlik peşəsi üçün lazım olan ali meyarlar əsasında, keyfiyyət və kəmiyyət baxımından

281
00:39:56,520 --> 00:40:00,800
inkişaf etdirilməsi üçün mümkün qədər çox yatırım etmək lazımdır.

282
00:40:01,600 --> 00:40:07,800
Bayaq qeyd etdiyim kimi, oxuduğunuz o andın mətni çox yaxşıdır, bir şərtlə ki,

283
00:40:08,080 --> 00:40:15,520
ona əməl də edəsiniz; and içiriksə, üzərimizə sözün həqiqi mənasında məsuliyyət götürməliyik.

284
00:40:16,680 --> 00:40:21,480
Qısa müddətli pedaqoji kurslar da olur, amma onlar bir o qədər də özünü doğrultmur.

285
00:40:22,160 --> 00:40:30,960
Təlim-tərbiyə sahəsində mühüm olan digər bir məsələ texniki peşə təhsilidir. Mən çıxışlarımda dəfələrlə bu məsələyə toxunmuşam.

286
00:40:32,080 --> 00:40:40,800
Övladlarımız gənclik dövrünə qədəm basana qədər düz 12 il təhsil alır, dərs oxuyur, universitetə hazırlaşırlar.

287
00:40:41,640 --> 00:40:46,200
Məgər cəmiyyətdəki bütün peşələrə yiyələnmək üçün

288
00:40:46,360 --> 00:40:51,360
mütləq bu yolu qət etmək, universitetə getmək lazımdır?

289
00:40:52,000 --> 00:41:00,280
Mənə verilən məlumatlara əsasən, 12 min peşə sahəsi var;

290
00:41:01,080 --> 00:41:11,240
bu 12 min peşəyə yiyələnmək üçün bütün o dərslər, o qədər zaman sərf edib o yolu keçmək, universitetə getmək lazımdırmı?

291
00:41:12,360 --> 00:41:18,600
Bəlkə, heç də belə olmamalıdır və əsas məqsəd müxtəlif işlər, istedad tələb olunan müxtəlif sferalar üçün

292
00:41:19,080 --> 00:41:24,360
şagirdlərdə bacarıqların formalaşdırılması, onların gələcəkdə səmərəli əmək fəaliyyəti üçün hazırlanması olmalıdır?

293
00:41:25,160 --> 00:41:34,040
Bəzi insanlar incəsənət sahəsində, yaradıcılıqda istedada sahibdirlər, amma əllərinə bir şey verib düzəlt desən, donub qalarlar;

294
00:41:34,520 --> 00:41:42,040
bəziləri isə əksinə, istehsalatda bacarıqlıdırlar; bəziləri fəlsəfə sahəsində,

295
00:41:42,400 --> 00:41:51,320
bəziləri sosial məsələlərdə, bəziləri isə xidmət  sektorunda bacarıq və istedad nümayiş etdirir.

296
00:41:52,080 --> 00:42:01,960
Bu istedadları tapıb üzə çıxarmaq, tanımaq, inkişaf etdirmək lazımdır ki,

297
00:42:03,120 --> 00:42:11,160
işləsinlər, yeni-yeni təşəbbüslər göstərsinlər. Biz bu təşəbbüskarlıq, innovasiyalar məsələsini

298
00:42:11,720 --> 00:42:17,320
bu qədər vurğulayırıq, yaxşı bəs bunu kim reallaşdıra bilər? Aydın məsələdir ki, adi insanlar innovativ təşəbbüslərlə çıxış edə bilməz.

299
00:42:17,520 --> 00:42:24,320
Hər hansı bir sahədə innovasiyaya imza atmaq üçün insan öncədən yetişdirilməli, müəyyən bacarıqlar əldə etməlidir.

300
00:42:24,880 --> 00:42:34,840
Başqa bir məsələ də diktatura dövrünə xas olan ad və istilahların işlədilməsidir; bəziləri israrla belə adlardan istifadə edir;

301
00:42:34,840 --> 00:42:41,320
mən başa düşmürəm, nəyə görə biz “pişahəng” (pioner) ifadəsini işlətməliyik? Axı bu,

302
00:42:42,320 --> 00:42:45,640
şah diktaturası dönəmindən qalma bir ifadədir; buna nə ehtiyac var?

303
00:42:46,640 --> 00:42:53,400
Hər bir sözün, ifadənin özünəməxsus məna yükü var.

304
00:42:54,440 --> 00:43:02,400
İslam Respublikasının həyata keçirdiyi ən böyük işlərdən biri də leksikonumuza yeni məna yükünə malik ifadələri gətirməsi oldu;

305
00:43:02,640 --> 00:43:09,280
məsələn “imperializm”, “məzlumlar”, “imperializm sistemi” və sair.

306
00:43:10,280 --> 00:43:17,200
Bunlar digər millətlərin görkəmli siyasətçilərinin, siyasi fəallarının bizdən götürüb

307
00:43:17,360 --> 00:43:22,280
mənimsədiyi ifadələrdir.

308
00:43:23,320 --> 00:43:31,000
Elə isə o zaman bizim diktatura dövründən qalma sözləri işlətməyə nə ehtiyacımız var? Bizdə, məsələn, şagird bəsici var, avanqard şagirdlər var,

309
00:43:31,000 --> 00:43:39,080
yaxud Müsəlman Şagird Cəmiyyəti və ya müsəlman  şagird birlikləri var; bunlar İslam Respublikasına məxsus olan adlardır.

310
00:43:39,560 --> 00:43:44,200
Hökmən köhnə adların, ifadələrin arxasınca qaçmağımız nəyə lazımdır?

311
00:44:05,640 --> 00:44:14,400
Toxunmaq istədiyim başqa bir məsələ də orta məktəblərimizin problemləri ilə əlaqəlidir.

312
00:44:15,160 --> 00:44:22,840
Düzdür, Konstitusiyaya əsasən – və elə doğru-düzgün düşünəndə də

313
00:44:23,520 --> 00:44:28,840
belə nəticəyə gəlmək olar ki – təhsil dövlətə aid olan bir məsələdir,

314
00:44:29,280 --> 00:44:36,120
amma bu o demək deyil ki, onun bütün yükü, ağırlığı dövlətin çiynində olmalıdır; lakin təhsil sahəsində

315
00:44:36,560 --> 00:44:40,720
dövlətin də rolu olmalıdır.

316
00:44:41,440 --> 00:44:45,600
Bu gün ölkəmizdə dövlət məktəblərinin bir-birinin ardınca qeyri-kommersiya təşkilatlarına çevrilməsinin

317
00:44:46,240 --> 00:44:53,200
doğru, müsbət bir hal olub-olmadığı hələ məlum deyil.

318
00:44:53,640 --> 00:44:58,360
Bəzilərinin adı qeyri-kommersiya təşkilatı olsa da, kommersiya təşkilatı olaraq fəaliyyət göstərir;

319
00:44:58,800 --> 00:45:06,200
eşitdiyimə görə, bəzi insanlardan çox ağır təhsil haqqı tələb edirlər.

320
00:45:06,960 --> 00:45:15,320
Dövlət məktəblərinin səviyyəsini yüksəltmək lazımdır ki, ailələrin bu məktəblərə rəğbəti artsın.

321
00:45:16,000 --> 00:45:22,760
Gec oldu, söhbətimiz də uzun çəkdi;

322
00:45:23,720 --> 00:45:31,560
son olaraq bunu demək istəyirəm ki, mənim əzizlərim, ölkənin gələcəyini qurun, bu ölkəni siz qurmalısınız.

323
00:45:31,960 --> 00:45:38,920
Ölkənin quruculuğunda rolu olan qüvvələrdən biri də siz müəllimlərsiniz;

324
00:45:39,160 --> 00:45:44,160
bu fürsətdən – imkan və bacarığınızdan istifadə edin.

325
00:45:44,480 --> 00:45:55,040
Möhtərəm nazirimiz haqda eşitdiklərimə və müşahidələrimə əsasən deyə bilərəm ki,

326
00:45:55,520 --> 00:46:00,440
o, yüksək intellekti və əməli fəaliyyəti baxımından, əlhəmdulillah, təqdirəlayiq bir kadrdır.

327
00:46:00,880 --> 00:46:09,120
Bu fürsəti qiymətləndirin. Əlbəttə, cənab nazir çalışmalıdır ki, onun həmkarları da intellektual və praktik cəhətdən

328
00:46:09,520 --> 00:46:14,240
bu böyük, məsuliyyətli işdə, həqiqətən də, etimad edilə biləcək insanlar olsun.

329
00:46:15,480 --> 00:46:19,840
Sizlər ölkəni qurmalı, onu güclü, qüdrətli bir ölkəyə çevirməlisiniz.

330
00:46:20,360 --> 00:46:22,840
Güc-qüdrət yalnız silaha sahib olmaqla ölçülmür;

331
00:46:23,120 --> 00:46:34,720
qüdrət və onu yaradan amillərin ən önəmlisi elm və milli kimlikdir.

332
00:46:35,960 --> 00:46:46,000
Fərdlərin şəxsiyyət kimi formalaşması, müqavimət psixologiyası, milli mənlik, inqilabi mənlik və sair – bunlar güc-qüdrət yaradan amillərdir.

333
00:46:46,960 --> 00:46:53,520
Bizim xalqımıza qüdrət bəxş edən iman olmuşdur, inqilab ona güc qazandırmışdır.

334
00:46:53,800 --> 00:47:03,880
Siz güclü olsanız, bunu görən düşmən məcburən geri çəkiləcək.

335
00:47:04,440 --> 00:47:11,680
Yox əgər biz düşmənin qarşısında öz gücümüzün

336
00:47:11,920 --> 00:47:19,600
dayağı olan prinsip və amilləri nümayiş etdirməkdən çəkinsək, qorxsaq, yaxud üzgörənlik etsək, düşmən həyasızlaşacaq.

337
00:47:21,800 --> 00:47:30,760
Bu gün İran xalqı düşmənin danışdığı başından böyük sözlərin hamısına

338
00:47:31,880 --> 00:47:36,200
cavab vermək iqtidarındadır.

339
00:47:37,040 --> 00:47:46,120
Oturub planlar çəkir, layihələr hazırlayırlar ki, İranın Fars körfəzində hərbi təlimlər keçirməsinə mane olsunlar. Elədikləri qələtə bax da!

340
00:48:12,320 --> 00:48:17,800
Özü dünyanın o başından durub bura gəlib hərbi təlim keçirir; sizin burda nə işiniz var?

341
00:48:19,840 --> 00:48:23,200
Çıxın gedin o Donuzlar körfəzinə,

342
00:48:26,080 --> 00:48:33,760
orada ürəyiniz istəyən hərbi təlimi keçirin. Fars körfəzində sizin nə işiniz var axı? Fars körfəzi bizim evimizdir.

343
00:48:34,160 --> 00:48:41,600
Fars körfəzi böyük İran xalqının məskənidir;

344
00:48:42,840 --> 00:48:50,800
Fars körfəzi sahilləri, üstə gəl Oman dənizinin böyük bir hissəsi bu xalqa məxsusdur; ona görə də

345
00:48:51,760 --> 00:48:57,280
bu ərazidə var olmalı, hərbi təlimlər keçirməli, qüdrətini nümayiş etdirməlidir.

346
00:48:58,920 --> 00:49:07,280
Biz böyük tarixi keçmişi olan, qüdrətli bir xalqıq; düzdür, keçmişdə hakimiyyətə gəlmiş üzüqara padşahlar

347
00:49:07,520 --> 00:49:14,640
bizi bir müddət inkişafdan geri salıblar, bu ölkənin üzərinə ölü torpaq səpiblər,

348
00:49:15,000 --> 00:49:25,360
amma sonda rədd olub gediblər. Xalqımız sayıq bir xalqdır, böyük bir xalqdır, imkan verərmi?

349
00:49:26,000 --> 00:49:33,840
Bu acgöz, tamahkar, monopolist dövlətlərlə bu cür qətiyyətli davranmaq lazımdır.

350
00:49:34,640 --> 00:49:41,240
Mən demişəm, bunlar bizim qarşımızda, heç şübhəsiz, məğlub olublar;

351
00:49:41,640 --> 00:49:46,440
məğlubiyyətlərinin sübutu da göz önündədir, çünki onlar İslam Respublikasının mövcudluğunu, varığını istəmirdilər,

352
00:49:46,840 --> 00:49:53,800
ancaq İslam Respublikası özünü bir dövlət olaraq qorumaqdan başqa, güc-qüvvəsini on qat artırıb; bəli, bu inkişaf onların məğlubiyyətidir.

353
00:50:16,120 --> 00:50:17,880
Bunu Qurani-Kərim bizə öyrətmişdir:

354
00:50:18,080 --> 00:50:21,440
“Allahın düşmənini və öz düşməninizi qorxutmaq üçün ...” (“Ənfal” surəsi, 60-ci ayədən).

355
00:50:22,320 --> 00:50:32,240
Özünüzü elə hazırlayın ki, Allah-taalanın və sizin düşmənləriniz hər zaman qorxu və vahimə içində olsun.

356
00:50:32,760 --> 00:50:38,480
Mən düşmən dedikdə hansısa qonşu, rəqib ölkəni,

357
00:50:38,680 --> 00:50:45,600
yaxud bizimlə düşmənçilik etməyən bir dövləti nəzərdə tutmuram, düşmən bizimlə düşmənçilik edəndir və hamı da o dövləti yaxşı tanıyır.

358
00:50:46,640 --> 00:50:53,000
Uca Yaradandan istəyim budur ki, Onun rizasına səbəb olan yolu davam etdirməyimiz üçün

359
00:50:53,280 --> 00:50:58,080
sizə də, bizə də uğurlar nəsib etsin, inşallah.

360
00:50:58,360 --> 00:51:04,080
Siz gənclərin vüqarlı və işıqlı fəaliyyətinin bərəkəti sayəsində

361
00:51:04,320 --> 00:51:11,880
bu ölkənin gələcəyi bütün xalq üçün xoşbəxtlik mənbəyi olacaqdır, inşallah.

362
00:51:12,920 --> 00:51:15,680
Allahın salamı, bərəkəti və rəhməti üzərinizə olsun.