1
00:00:00,720 --> 00:00:02,920
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,080 --> 00:00:05,440
الحمدلله ربّ العالمين

3
00:00:05,480 --> 00:00:11,280
والصّلاۃ والسّلام علي سيّدنا  و نبيّنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:17,840 --> 00:00:24,120
و آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيةالله في الارضين

5
00:00:24,640 --> 00:00:32,480
Xoş gəlmisiniz. Bugünkü məclisdən çox razı qaldıq, həqiqətən də, faydalandıq;

6
00:00:34,000 --> 00:00:42,760
Allaha şükürlər olsun ki,ölkəmizdə Qurani-Kərimlə, onun tilavəti ilə olan bu ünsiyyətin, bu bağlılığın çevrəsi

7
00:00:44,760 --> 00:00:54,640
gündən-günə genişlənməkdə, böyüməkdədir. Bu da inqilabın və İslam dövlətinin bərəkəti sayəsindədir.

8
00:00:57,160 --> 00:01:06,680
Burada şəkilləri qoyulmuş bu əzizlərimizin yoxluğu da, sözsüz ki, bizi kədərləndirir –

9
00:01:07,800 --> 00:01:14,680
səhv etmirəmsə, keçən il hamısı burada idi, bizimlə idi; bəziləri Quran tilavət etmiş,

10
00:01:16,400 --> 00:01:20,040
biz də onların qiraətini alqışlamış, bəyənmişdik –

11
00:01:20,680 --> 00:01:29,080
ümidvaram, Allah-taala, inşallah, bu əzizlərimizə Qurani-Kərimin yaxınlığında, Quranın kölgəsində,

12
00:01:29,680 --> 00:01:36,680
Quranın şəfaəti vasitəsi ilə Öz rəhmət və əfvinin ən ali dərəcələrini nəsib edəcək;

13
00:01:38,520 --> 00:01:41,080
Allah-taala ailələrinə də səbir versin;

14
00:01:42,840 --> 00:01:53,200
Uca Yaradan onların yarımçıq qalmış həcc ziyarətini ən gözəl bir şəkildə, tamamlanmış kimi qəbul etsin.

15
00:01:56,000 --> 00:02:06,880
Qurani-Kərimin gözəlliyi yalnız onun məna və məzmununda deyil; Quranın söz və ibarələri də gözəldir.

16
00:02:08,720 --> 00:02:18,360
Məhz bu ifadə və bəyan gözəlliyi də səbəb olmuşdur ki, qəlblərini qıfıllayaraq

17
00:02:20,560 --> 00:02:30,440
Quranın üzünə bağlayanlar, nazil olan bu Qurandakı mənaları dərk və qəbul etmək,

18
00:02:30,960 --> 00:02:44,880
onlardan istifadə etmək istəməyənlər onun söz və ibarələrinin bu möcüzəli gözəlliyi qarşısında çıxılmaz vəziyyətdə, çarəsiz qalsınlar;

19
00:02:46,280 --> 00:03:01,880
bax bununla daha heç nə edə bilmirdilər. Quranın sözləri, ahəngi, üslubu özü bir möcüzədir.

20
00:03:03,400 --> 00:03:14,680
O nə şeirdir, nə də nəsr; Quran elə bir şeydir ki, nə şeir, nə də nəsr olmasa belə,

21
00:03:15,320 --> 00:03:22,760
onda həm ən yaxşı şeirin, həm də ən yaxşı nəsrin gözəlliyi var.

22
00:03:25,240 --> 00:03:36,160
Qurani-Kərimin bəzi ayələrində ara-sıra vəznə də rast gəlmək mümkündür, ancaq Quranın dilinin gözəlliyi vəzndə deyil.

23
00:03:36,840 --> 00:03:49,320
Vəzndən istifadə edilməyən yerlərdə belə, Quranda işlənən kəlmələr, onun dilindəki gözəllik insanı özünə cəzb edir;

24
00:03:50,080 --> 00:04:00,400
Quran haqqında “ovsunlayır” ifadəsini işlətmək düzgün deyil, insanın ürəyini oğurlayır demək daha doğru olar. Əslində, bu elə belədir də.

25
00:04:02,600 --> 00:04:08,720
Quranın bu gözəlliyindən əlverişli bir vasitə kimi yararlanmaq lazımdır;

26
00:04:09,160 --> 00:04:17,400
Quranın nazil edilməsində məqsəd fəsahətli natiqləri, şairləri

27
00:04:17,960 --> 00:04:26,280
və başqalarını mat qoyub önündə diz çökməyə, gözəlliyini, mükəmməlliyini qəbul edərək

28
00:04:26,760 --> 00:04:32,440
təsdiqləməyə məcbur etmək üçün ortaya gözəl bir kəlam çıxarmaq deyildi;

29
00:04:33,920 --> 00:04:44,920
məqsəd yalnız bu deyildi; məqsəd bu idi ki, biz bu qapıdan, bu gözəllik qapısından keçib özümüzü

30
00:04:46,120 --> 00:04:56,840
Quran təlimlərinin o bərəkət və möhtəşəmlik dolu bağ-bağçasına çatdıraq; hədəf budur.

31
00:04:59,080 --> 00:05:10,880
Quranın sözləri nə qədər gözəl, ürəkoxşayandırsa, məna və məzmunu ondan min qat daha gözəldir;

32
00:05:11,080 --> 00:05:21,920
indi mən məşhur ifadə ilə “min dəfə” deyirəm, bəlkə də, minlərlə dəfə; biz ki bunu ölçməyə qadir deyilik!

33
00:05:23,280 --> 00:05:35,000
Bəs onu anlamağa kim qadirdir? O kəslər ki, Quranın mənası haqda dərindən düşünür, həqiqətlərin ürəklərinə yol tapması üçün qəlbinin qapılarını onun üzünə açırlar.

34
00:05:36,240 --> 00:05:46,080
İstənilən dövrdə, istənilən zaman gündəlik yaşamın problemləri ilə üzləşən

35
00:05:47,240 --> 00:05:57,560
və bu problemlərin həlli onun üçün mühüm olan hər bir şəxs Qurani-Kərimlə bu cür yaxından ünsiyyətdə olsa, Quranın möcüzəsini başa düşər;

36
00:05:58,480 --> 00:06:06,160
bəziləri daha az, bəziləri daha çox; bəzən daha az, bəzən isə daha çox.

37
00:06:06,520 --> 00:06:15,800
Fikrimcə, əgər biz qəlb sahibi olsaq:

38
00:06:16,160 --> 00:06:21,560
“Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!” (Qaf surəsi, 37-ci ayədən),

39
00:06:22,600 --> 00:06:32,240
Əgər biz düşüncə sahibi olsaq, Quranın dediklərini cani-dildən dinləsək, bu gün

40
00:06:33,040 --> 00:06:37,760
onun təlimlərinin möcüzəsini min il bundan öncəkilərdən daha çox dərk edə bilərik.

41
00:06:39,200 --> 00:06:50,920
Bu dolaşıq, təlatümlü, problemlərlə dolu dünyada –

42
00:06:51,680 --> 00:07:02,920
bu super-dövlətlər, bu elmi inkişaf – məhz belə bir aləmdə Quran irəli çıxıb danışanda,

43
00:07:04,160 --> 00:07:09,000
“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, möminlərə müjdə verir!” (İsra surəsi, 9-cu ayədən)

44
00:07:09,920 --> 00:07:12,760
– deyəndə insan bunu açıq-aydın hiss edir ki,

45
00:07:12,760 --> 00:07:19,720
“Həqiqətən də, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, möminlərə müjdə verir!”

46
00:07:20,800 --> 00:07:32,720
Bəli, sizin kimi xoşsəsli qarilərin tilavətini eşidəndə – bu gün mən, həqiqətən də, sizin tilavətinizdən həzz aldım; istər tək oxuyanlar olsun, istər xor şəklində,

47
00:07:33,400 --> 00:07:43,320
istərsə də ifa olunan o dini nəğmələr – insan sözün həqiqi mənasında ürəkdən mənəvi zövq alır;

48
00:07:44,120 --> 00:07:52,040
iki cür zövq: biri bu tilavətlərin, səslərin, ifaların özündən,

49
00:07:52,760 --> 00:07:58,240
o biri isə – mənim üçün bu ikincisi birincidən daha üstün, daha önəmlidir –

50
00:07:58,640 --> 00:08:05,960
ölkənin Quran oxuyanlarının gündən-günə inkişaf etdiyini görməkdən.

51
00:08:07,240 --> 00:08:16,400
20, 30 il bundan öncə ölkədə belə şeylərdən əsər-əlamət yox idi, inqilabdan öncə ölkədə ümumiyyətlə

52
00:08:17,120 --> 00:08:29,680
ortayaşlıların, gənclərin, yeniyetmələrin, uşaqların Quranla, Quranın əzbərlənməsi, müxtəlif üslüblarla tilavəti ilə məşğul olduğunu görmək mümkün deyildi.

53
00:08:29,840 --> 00:08:41,080
Bu gün sizin yaratdığınız bu gözəllik – bunu bacardığınız qədər daha çox yaradın, yaratmalısınız –

54
00:08:42,400 --> 00:08:53,400
Quran maarifinə açılan bir pəncərə olmalı, bizi Quranla yaxından tanış etməli, aramızda ünsiyyət qurmalıdır.

55
00:08:56,200 --> 00:09:04,160
Quran tilavətini xanəndəliklə qarışıq salmaq olmaz; xanəndəlik başqa bir söhbətdir;

56
00:09:04,560 --> 00:09:18,880
əlbəttə, təəssüflər olsun ki, hazırda Misirin qareləri arasında elələrinə rast gəlirik ki, Quran oxuyurlar, amma elə bil xanəndədirlər, mahnı kimi oxuyurlar; belələri var.

57
00:09:19,840 --> 00:09:29,480
Öncəki nəsillərin qareləri – Şeyx Mustafa İsmail, Şeyx Əbdulfəttah Şəşaii,

58
00:09:29,880 --> 00:09:42,720
hətta Məhəmməd Rüfət – bu böyük şəxsiyyətlərin hamısı musiqini yaxşı bilirdilər, amma Quranı Qurana məxsus ahəng və avazla oxuyurdular;

59
00:09:43,280 --> 00:09:52,200
kafe-restoranlarda səslənən boş, bayağı musiqilərlə qarışmasına yol vermirdilər.

60
00:09:52,560 --> 00:09:58,560
Bu gün bəziləri buna diqqət etmir; belələrini Misir qareləri arasında görürük.

61
00:09:59,480 --> 00:10:06,360
Bu gözəlliklər bizi Qurani-Kərimə yaxınlaşdırmalıdır; Quranla ünsiyyətimizi daha da artırmalıdır.

62
00:10:07,880 --> 00:10:19,320
Ölkədə həyata keçirilməsi faydalı olan işlərdən biri də Quran tilavəti məclislərinə rəvac verməyimizdir; əlbəttə ki, az-çox var, inqilabdan əvvəl də hansısa formada var idi,

63
00:10:20,080 --> 00:10:26,360
inqilabdan sonra isə daha da yüksək səviyyədə təşkil olunur, ancaq yenə də genişləndirilməlidir.

64
00:10:26,360 --> 00:10:30,720
İnqilabdan əvvəl də Quran məclisləri olurdu,

65
00:10:31,240 --> 00:10:35,400
Quranın oxunuşu mərhələ-mərhələ öyrədilirdi. O vaxtlar elə mən özüm də

66
00:10:36,040 --> 00:10:42,960
nə qədər belə məclislər təşkil etmişdim, iştirak edirdim, görürdüm; amma o vaxt

67
00:10:43,200 --> 00:10:52,720
həmin məclislərin məqsədi başqa idi. O vaxt onlar Quranı öyrənmək üçün təşkil olunurdu. Növbə ilə tək-tək oxuyub öyrənirdilər.

68
00:10:53,960 --> 00:11:01,680
Lakin Quran tilavəti məclislərində məqsəd bu olmalıdır ki, insanlar bir arada toplansın,

69
00:11:02,280 --> 00:11:08,560
qarelər gəlib bir saat ərzində, bundan az və ya çox tilavətlə məşğul olsun,

70
00:11:08,800 --> 00:11:21,480
auditoriya da yalnız Quranı dinləmək üçün gəlib iştirak etsin; insanlar gəlib Quranı dinləsinlər. Bu, çox təsirli bir şeydir,

71
00:11:23,880 --> 00:11:31,520
bəzən insanın özünün Quran oxumasından da təsirli olur.

72
00:11:32,480 --> 00:11:36,640
Elə insanlar var ki, Quranın mənasını anlayırlar, o sözlərin mənasını dərk edirlər.

73
00:11:36,920 --> 00:11:46,920
Əlbəttə, dilimizin Quran dili olmaması biz ərəb olmayanların şanssızlığıdır. Ərəblərin dili Quran dilidir;

74
00:11:47,360 --> 00:11:55,480
qare hansısa ayəni təkrarən oxuduqda, 2-3-5 dəfə üzərində dayandıqda

75
00:11:55,480 --> 00:11:59,160
iştirakçılar hamısı onun nə demək istədiyini anlayır.

76
00:11:59,840 --> 00:12:07,720
Fikrimi daha yaxşı çatdırmaq üçün bir bənzətmə etmək istərdim; düzdür, bir az naqis bir bənzətmə olacaq: məsələn,

77
00:12:08,560 --> 00:12:12,880
Sədinin “Gülüstan”-ında oxuduğumuz

78
00:12:14,360 --> 00:12:23,280
“Hesabı təmiz olan haqq-hesabdan qorxmaz” cümləsi hamımıza tanışdır. Deyən kimi, mənasını hər kəs anlayır, dinləyir.

79
00:12:24,040 --> 00:12:32,000
Qare bundan min dəfə daha hikmətli olan – həm keyfiyyət, həm də kəmiyyət baxımından –

80
00:12:32,200 --> 00:12:39,720
Quran ayələrini oxuyanda ərəbdilli auditoriya onların mənasını anlayır,

81
00:12:40,680 --> 00:12:46,480
ərəbdilli olmayanlar isə başa düşə də bilər, düşməyə də.

82
00:12:46,960 --> 00:12:55,680
Odur ki, əvvəla, Qurani-Kərimin dili ilə tanış olmağa çalışın; Quranın dili ilə tanış olmalıyıq;

83
00:12:55,840 --> 00:13:03,640
bu, bir üstünlükdür və əgər cəmiyyətimizi bu keyfiyyətlə təmin edə bilsək, çox yaxşı olar.

84
00:13:03,920 --> 00:13:11,240
Konstitusiyamızda və inqilabdan sonra tənzimlənmiş ilk qanunlarda da bu, öz əksini tapıb, vurğulanır,

85
00:13:11,480 --> 00:13:15,760
qeyd olunur ki, biz ərəb dilini – Quranın dilini – öyrənməliyik.

86
00:13:16,600 --> 00:13:23,440
Ərəb dilini öyrənmək imkanı olmayanlar, yaxud da bunu bacarmayanlar da, yaxşı olar ki, həmin məclislərdə iştirak etsinlər,

87
00:13:24,200 --> 00:13:33,400
Quranı açıb qarşılarına qoysunlar, qare Quranı oxumağa başlasın – indi burada qarelərimiz təxminən 10-12 dəqiqə tilavət edirlərsə,

88
00:13:34,840 --> 00:13:44,600
orda bir saat, yarım saat, bir, yaxud da iki nəfər xoş səslə,

89
00:13:46,000 --> 00:13:55,200
tilavətin o gözəl qiraət üslubları ilə oxuyur – onlar da dinləsinlər, qarşılarında Quran,

90
00:13:55,800 --> 00:14:01,600
mənasını başa düşməsələr də, tərcüməyə nəzər salsınlar, qarenin oxuduğuna diqqət etsinlər.

91
00:14:02,080 --> 00:14:09,880
Bu, ölkədə Quran maarifinin təbliğinin genişlənməsinə səbəb olacaq işlərdən biridir: Quran məclisləri; yəni əslində Qurani-Kərim üçün təşkil olunan məclislər.

92
00:14:10,600 --> 00:14:15,440
Əhli-beyt (ə) üçün təşkil olunan

93
00:14:15,680 --> 00:14:22,920
əzadarlıq, yaxud da mövlud məclisləri kimi;

94
00:14:23,160 --> 00:14:30,560
iki agır əmanətdən biri Əhli-beyt (ə), digəri isə Qurani-Kərimdir; Quranın rəvac tapması üçün məclislər təşkil edin.

95
00:14:31,600 --> 00:14:41,760
İnşallah, bu işi ölkədə həyata keçirsəniz, təbliğinə şərait yaratsanız və siz qarelər – bu, sizin işinizdir –

96
00:14:42,400 --> 00:14:51,760
bu cür məclislər təşkil etməyə çalışsanız, ölkədə Quran hərəkatının inkişaf surəti artacaq

97
00:14:52,480 --> 00:14:55,480
və toplum Qurani-Kərimlə daha da yaxından tanış olacaq.

98
00:14:55,680 --> 00:15:02,160
Mənim əzizlərim, bunu bilin ki, bu gün dünya Qurani-Kərimə möhtacdır;

99
00:15:02,400 --> 00:15:06,240
istər bunu qəbul edib etiraf etsinlər, istərsə də etiraf etməsinlər.

100
00:15:07,160 --> 00:15:18,080
Bu gün dünyada mahiyyət, düşüncə, iman boşluğu yaşanır;

101
00:15:18,280 --> 00:15:28,120
iman boşluğu yaşanır; imansız insan içi boş, çürük meyvə kimidir.

102
00:15:29,320 --> 00:15:36,960
Hazırda qərb ölkələrində müşahidə etdiyiniz, gündən-günə də artan çoxsaylı qətl

103
00:15:37,920 --> 00:15:43,160
və cinayətlərin səbəblərindən biri elə budur; intiharların artmasının bir səbəbi də budur.

104
00:15:44,120 --> 00:15:53,920
Bəşəriyyətin artıq insanların beynini, qəlbini və ruhunu qidalandırmaq üçün təqdim edəcək heç nəyi yoxdur.

105
00:15:54,880 --> 00:16:01,960
Deyirlər, danışırlar, özlərindən nə isə toxuyurlar, amma artıq insanların ürəyinə yol tapmır.

106
00:16:02,720 --> 00:16:13,880
Quran isə yox, yol tapır, qəbul edilir.  Quranın bir damlası – hamısı yox, yalnız bir damlası –

107
00:16:14,240 --> 00:16:22,000
müasir dövrə uyğun bir ifadə tərzi ilə insanlara ötürülsə, ürəkləri cəzb edər, məftun edər.

108
00:16:22,160 --> 00:16:29,600
Bunun özümüz də şahidi oluruq. Bu gün bəşəriyyət Qurani-Kərimə möhtacdır.

109
00:16:30,280 --> 00:16:39,400
Özü də Quran müasir dünyaya hakim olmağa qadirdir də; iş görə, irəli gedə bilər.

110
00:16:39,560 --> 00:16:46,480
Müxtəlif qüvvələr, super-dövlətlər, atom silahları, sionist rejim və başqaları Qurani-Kərimin qarşısında heç bir qələt edə bilməz.

111
00:17:09,640 --> 00:17:17,160
Önəmli olan budur ki, biz Qurandan qaynaqlanan imanımızın dayaqlarını gündən-günə daha möhkəmlədək,

112
00:17:17,640 --> 00:17:26,080
Quranı necə, hansı dillə ötürmək lazım olduğunu bilək, onun təlimlərini başqalarına çatdıraq.

113
00:17:26,400 --> 00:17:34,320
Bu, kiməsə yardım etmək üçün 1 stəkan suya 1 damcı qüvvətləndirici dərman töküb ona verməyə bənzəyir.

114
00:17:34,320 --> 00:17:41,520
Bir damcı əvəzinə beş damcı töksəniz, zərərli ola bilər, həzm olunmaya bilər.

115
00:17:41,960 --> 00:17:48,320
Quranın təbligi üçün də bu cür münasib bir dil tapmaq lazımdır. Lakin ilk öncə biz özümüzü,

116
00:17:49,120 --> 00:17:57,720
qəlbimizi, ruhumuzu Quran maarifi ilə doyurmalı, doldurmalıyıq; buna özümüz də çox möhtacıq.

117
00:17:59,640 --> 00:18:08,240
Qurani-Kərimin bərəkəti mənim naqis bir dillə açıqladığım bu xüsusiyyətlərlə məhdudlaşmır.

118
00:18:08,440 --> 00:18:18,080
Quranın bərəkəti sonsuzdur, bitib-tükənməzdir. Hörmət və başıucalıq, güc-qüvvət, hər cür tərəqqi,

119
00:18:19,120 --> 00:18:23,720
maddi rifah, mənəvi yüksəliş,

120
00:18:24,320 --> 00:18:35,040
intellektual və ideoloji inkişaf, mənəvi rahatlıq – bunlar hamısı Quranda və Quranla birgə addımlamaqdadır.

121
00:18:36,280 --> 00:18:46,720
“...Allah Öz Elçisinə və möminlərə (mənəvi) rahatlıq nazil etdi...” (Fəth surəsi, 26-cı ayədən)

122
00:18:47,760 --> 00:18:54,560
İnsan öz dinində mənəvi rahatlıq və sakitlik tapanda təqvası artır:

123
00:18:55,040 --> 00:19:02,200
“Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur.” (“Fəth” surəsi, 4-cü ayədən)

124
00:19:03,680 --> 00:19:09,200
Bu rahatlıq insanda imanın gündən-günə artmasına səbəb olur;

125
00:19:09,920 --> 00:19:14,480
kimə, nəyə iman? Allah-taalaya, ilahi qüdrətə; ardınca buyurur:

126
00:19:14,480 --> 00:19:17,400
“Göylərdəki və yerdəki ordular (mələklər, cinlər, insanlar, heyvanlar, ildırım, qasırğa, fırtına, sel, zəlzələ, ayın tutulması, günəşin batması və sair) Allahın ixtiyarındadır...” (Fəth surəsi, 4-cü ayədən)

127
00:19:18,880 --> 00:19:23,960
Hər şey Allah-taalanın əlindədir, Allahın ordusudur. Başqa bir yerdə isə buyurur:

128
00:19:24,280 --> 00:19:27,400
“Sənin Rəbbinin qoşunları barədə yalnız O Özü bilir.” (Muddəsir surəsi, 31-ci ayədən)

129
00:19:28,080 --> 00:19:34,120
Uca Yaradanın Özündən savayı heç kəs Onun ordularını sayıb-hesablamağa qadir deyil.

130
00:19:35,960 --> 00:19:45,560
Quran budur: sonsuz və fövqəladə bir güc. Biz də, inşallah, həmin gücdən öz potensialımız çatan qədər istifadə etməliyik.

131
00:19:45,720 --> 00:19:50,200
Hər halda, ümidvaram, Allah-taala siz gəncləri qoruyacaq,

132
00:19:50,640 --> 00:19:55,080
sizi bizə bağışlayacaq, inşallah. Allah sizi saxlasın,

133
00:19:55,080 --> 00:20:02,360
Quranı qoruyun, inşallah, Quranda buyurulduğu kimi yaşayın və dünyanı da o cür tərk edin.

134
00:20:02,560 --> 00:20:05,280
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.