1
00:00:00,560 --> 00:00:02,960
Rəhman və Rəhim Allahın adı ilə.

2
00:00:03,080 --> 00:00:05,600
الحمدلله ربّ العالمين

3
00:00:08,400 --> 00:00:14,480
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي‌ محمّد

4
00:00:25,000 --> 00:00:31,640
و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين

5
00:00:33,000 --> 00:00:41,480
Əziz görüş iştirakçıları, qardaş və bacılar, hörmətli rəsmilər, bugünkü toplantımızda iştirak edən

6
00:00:43,280 --> 00:00:54,760
müsəlman ölkələrinin səfirləri, hamınızı Məbəs günü münasibətilə təbrik edirəm.

7
00:00:56,720 --> 00:01:10,280
Habelə mən bu bayram münasibətilə bütün İran xalqını, İslam ümmətini və bütün bəşəriyyəti təbrik etmək istəyirəm.

8
00:01:12,680 --> 00:01:20,120
Həqiqətən də, bu gün bəşəriyyət besətin həqiqi anlamını

9
00:01:20,680 --> 00:01:26,720
dərk etməyə həmişəkindən daha çox ehtiyac duyur.

10
00:01:29,360 --> 00:01:35,800
Qurani-Kərimin bu şərif ayəsində bütün bəşəriyyətə müraciətlə deyilir:

11
00:01:36,040 --> 00:01:44,760
“Həqiqətən, sizə özünüzdən elə bir peyğəmbər gəlib ki, sizin əziyyətə düşməyiniz ona ağırdır. O, sizi(n hidayətinizi) istəyir”. (“Tövbə” surəsi, 128-ci ayə)

12
00:01:45,640 --> 00:01:54,760
Ayənin son cümləsi isə belədir: “Möminlərə qarşı şəfqətli, mərhəmətlidir”.

13
00:01:56,080 --> 00:02:05,760
Bəşəriyyətin əziyyət çəkməsi, insanların, bəşər cəmiyyətlərinin həyatda yaşadığı çətinliklər

14
00:02:06,480 --> 00:02:12,640
İslam peyğəmbərinin (s) mübarək qəlbinə ağır gəlir;

15
00:02:13,400 --> 00:02:15,840
“حَرِيصٌ عَلَيْكُمْ” –

16
00:02:17,080 --> 00:02:23,320
o, bütün varlığı ilə insanların hidayət olunmasını, səadətə qovuşmasını arzulayır.

17
00:02:23,960 --> 00:02:28,120
Besət, Peyğəmbərin (s) göndərilməsi bütün insanlar üçündür.

18
00:02:28,640 --> 00:02:37,080
Maraqlıdır ki, sonrakı ayədə Quran Peyğəmbərə (s) təskinlik verərək buyurur:

19
00:02:37,080 --> 00:02:50,280
“Beləliklə, əgər üz döndərsələr, de: “Mənə təkcə Allah kifayətdir. O Allah ki, Ondan başqa məbud yoxdur. Mən Ona təvəkkül etdim və O, əzəmətli ərşin Rəbbidir”. (“Tövbə” surəsi, 129-cu ayə)

20
00:02:52,480 --> 00:03:01,400
– Bəşəriyyətə müraciət et, onların yaxşılığı və islahı yolunda çalış,

21
00:03:02,920 --> 00:03:08,920
yeganə və bənzərsiz olan Allaha təvəkkül et. Hər şey Onun əlindədir

22
00:03:09,160 --> 00:03:14,280
və Onun müəyyən etdiyi qayda-qanunlar sənin bu hərəkatına xidmət edərək yardımçı olacaq.

23
00:03:14,680 --> 00:03:26,520
Bu gün bizim Peyğəmbərin (s) besətinin mənasını dərk etməyə ehtiyacımız var; bütün bəşəriyyətin, xüsusilə də İslam ümmətinin ehtiyacı var.

24
00:03:27,520 --> 00:03:41,400
Məbəs bayramı insanlığın əzab-əziyyətinə son qoymaq naminə ayağa qalxmaq, hərəkətə keçmək bayramıdır və elə buna görə də, həqiqətən, bayramdır.

25
00:03:41,760 --> 00:03:57,240
Bəşərin tarix boyu və eləcə də müxtəlif formalarda bu gün düçar olduğu ən başlıca əziyyətlər

26
00:03:57,840 --> 00:04:09,480
Allahdan qeyrisinə kölə olmaq, zülm və ədalətsizliyin hökm sürməsi, cəmiyyətdəki kəskin təbəqələşmə,

27
00:04:10,120 --> 00:04:18,920
yoxsulların zülmə məruz qalması və hegemonların etdiyi zorakılıqlardır. Bunlar insanların daim üzləşdiyi əzab-əziyyətlər olmuşdur.

28
00:04:20,400 --> 00:04:33,880
Zalım hakimlərin fasid və azğın həvəsləri ucbatından bəşəriyyət həmişə bu əziyyətlərə qatlaşmaq məcburiyyətində qalmışdır.

29
00:04:34,760 --> 00:04:46,840
Besət bu əziyyətlərə son qoymaq üçündür. Əslində, Məbəs günü ilahi fitrətə dönüş günüdür.

30
00:04:47,720 --> 00:04:56,520
Çünki bütün bu əzab-əziyyət, ağrı-acı, problemlər insan varlığında

31
00:04:57,280 --> 00:05:03,560
əmanət qoyulmuş ilahi fitrət üçün qəbulolunmazdır.

32
00:05:04,400 --> 00:05:14,920
Bu ilahi fitrət insanlığı haqqın, ədalətin,

33
00:05:16,920 --> 00:05:26,800
məzlumların nicatı yolunda mübarizənin tərəfdarı olmağa səsləyir. İnsanın fitrəti budur.

34
00:05:30,400 --> 00:05:43,960
“Nəhcül-bəlağə”də Əmirəl-mömininin (ə) peyğəmbərlərin göndərilməsinin səbəbi barədə bir kəlamı var.

35
00:05:44,880 --> 00:05:48,680
Bu kəlam barədə dərindən düşünmək lazımdır. O həzrət buyurur:

36
00:05:49,040 --> 00:05:53,880
لِيَسْتَأْدُوهُمْ مِيثاقَ فِطْرَتِهِ

37
00:05:54,560 --> 00:06:07,640
Peyğəmbərlər insanları bəşərin varlığında qoyulmuş fitri öhdəliyə

38
00:06:08,800 --> 00:06:17,360
əməl etməyə, bu öhdəliyi etiraf etməyə yönəldirlər.

39
00:06:17,800 --> 00:06:23,360
Allah-taala insandan azad olmasını,

40
00:06:24,400 --> 00:06:30,360
ədalətlə yaşamasını, faydalı ömür sürməsini, Ondan qeyrisinə kölə olmamasını istəmişdir.

41
00:06:30,800 --> 00:06:41,440
لِيَستَأدُوهُم ميثاقَ فِطرَتِهِ وَ يُذَکِّروهُم مَنسِيََّ نِعمَتِه

42
00:06:41,880 --> 00:06:54,400
Peyğəmbərlər unudulmuş nemətləri insanların yadına salmaq üçün göndərilmişlər; Allahın onlara bəxş etdiyi o nemətləri!  Biz varlığımızın, sağlamlığımızın, ağlımızın,

43
00:06:55,880 --> 00:07:04,680
Mütəal Allahın daxilimizdə əmanət qoyduğu gözəl xislətlərin necə bir nemət olduğunu

44
00:07:05,320 --> 00:07:14,200
unuduruq; insan bunları yaddan çıxarır. Peyğəmbərlər isə bu nemətləri insanların yadına salır.

45
00:07:15,120 --> 00:07:25,040
وَ يُذَکِّرُوهُمْ مَنْسِيَّ نِعْمَتِهِ وَ يَحْتَجُّوا عَلَيْهِمْ بِالتَّبْلِيغِ

46
00:07:25,240 --> 00:07:31,440
Peyğəmbərlər insanlara son dəlil-sübutu, haqq sözü çatdırmaq,

47
00:07:31,920 --> 00:07:43,440
həqiqəti açıqlamaq üçün göndərilmişlər. Danışmaq, həqiqətləri bəyan etmək peyğəmbərlərin ən mühüm vəzifəsidir.

48
00:07:45,240 --> 00:07:55,840
Peyğəmbərlərin düşmənləri cəhalətdən, həqiqətin gizli, üstüörtülü qalmasından istifadə edir,

49
00:07:56,160 --> 00:08:03,920
münafiq maskası arxasında gizlənirlər. Peyğəmbərlər isə bu cəhalət örtüyünü qaldırır, münafiqlərin maskasını yırtıb atırlar.

50
00:08:06,160 --> 00:08:12,040
وَ يُثِيرُوا لَهُمْ دَفَائِنَ الْعُقُولِ

51
00:08:12,520 --> 00:08:22,280
Peyğəmbərlər insanların varlığındakı ağıl xəzinəsini yenidən açmaq,

52
00:08:23,560 --> 00:08:32,600
onları düşünməyə, fikirləşməyə vadar etmək üçün göndərilmişlər.

53
00:08:33,800 --> 00:08:41,760
Görün, nə qədər böyük hədəflərdir! Besətin məqsədi bunlardır. Bu gün bəşərin bu şeylərə nə qədər böyük ehtiyacı var!

54
00:08:44,080 --> 00:08:52,080
İnsanlarda ağıl xəzinələri açıldıqdan sonra isə:

55
00:08:53,280 --> 00:08:57,400
وَ يُرُوهُمْ ءَايَاتِ المَقْدِرَةِ –

56
00:08:58,120 --> 00:09:02,000
onların düşüncəsini tövhidə,

57
00:09:03,440 --> 00:09:12,320
Allahın nişanələrinə tərəf yönəldir, Rəbbin qüdrətinə dəlalət edən nişanələri onlara göstərirlər.

58
00:09:13,480 --> 00:09:30,000
Peyğəmbər vasitəsilə hidayət edilməyən ağıl həqiqəti olduğu kimi görə bilməz.

59
00:09:31,400 --> 00:09:43,600
Peyğəmbərlər sanki insan ağlının əlindən tutub ona bələdçilik edirlər, insan da Allahın ona bəxş etdiyi güc və bacarıqla

60
00:09:43,840 --> 00:09:51,880
bu çətin həyat yolunu qət edir. Peyğəmbərlər insanlara bu dünyanın həqiqətlərini açıqlayırlar.

61
00:09:52,720 --> 00:10:06,080
Təfəkkür gücü, düşünmək qabiliyyəti insan üçün çox mühümdür, amma bu, Allahın hidayəti, istiqamətləndirməsi altında olmalıdır. Besətin hədəfləri bunlardır.

62
00:10:06,280 --> 00:10:13,280
Besət – peyğəmbərlik cəbhəsinin qarşı tərəfində isə cahiliyyət cəbhəsi durur.

63
00:10:15,160 --> 00:10:24,880
Cahiliyyət tarixin müəyyən dönəminə aid bir məsələ kimi başa düşülməməlidir;

64
00:10:33,880 --> 00:10:37,760
yəni heç də belə düşünməməliyik ki, o vaxt Peyğəmbər (s) cahiliyyətlə üz-üzə idi, hazırda isə həmin dönəm ötüb keçib. Cahiliyyət təkcə o dövrə aid deyil,

65
00:10:39,320 --> 00:10:45,440
eynilə peyğəmbərlik missiyası kimi, cahiliyyət də davam edir.

66
00:10:45,640 --> 00:10:54,200
Şair demişkən: Bu şirin və şor su bir-birinin kənarında Sur çalınanadək insanlar üçün axacaq.

67
00:10:54,480 --> 00:11:00,320
Bu iki cəbhə insanlar arasında mövcuddur.

68
00:11:02,240 --> 00:11:12,680
Peyğəmbərlərin missiyasına əks cəbhədə duran bu cahiliyyət elmsizlik mənasında deyil;

69
00:11:13,120 --> 00:11:17,560
bu cəhalət elmin əksi olan cəhalət deyil.

70
00:11:19,120 --> 00:11:26,120
Hazırda olduğu kimi, bəzən elmin özü də cahiliyyətə xidmət edir.

71
00:11:26,840 --> 00:11:35,600
Müasir dünyada bəşər elmi tərəqqi etmişdir, amma bu elm cahiliyyətə xidmət göstərməkdədir;

72
00:11:36,000 --> 00:11:41,840
həmin o cahiliyyətə ki, peyğəmbərlər onun ortadan qaldırılması üçün göndərilmişdi.

73
00:11:42,840 --> 00:11:53,680
Bu cahiliyyət Allah-taala və peyğəmbərlər vasitəsilə hidayət olunan ağıla əks mövqedə dayanır.

74
00:11:55,320 --> 00:12:03,040
İnsanın həyatında ağıl, özü də peyğəmbərlərin hidayəti

75
00:12:04,000 --> 00:12:13,120
və himayəsi altında olan ağıl hakim olarsa, o, xoşbəxtliyə qovuşacaq. Buna can atmaq lazımdır.

76
00:12:14,880 --> 00:12:24,480
Əks halda, yəni ağlı insana hakim olmadığı təqdirdə şəhvət və qəzəbi,

77
00:12:25,120 --> 00:12:37,280
nəfsinin istəkləri ona hakim olacaqdır. Belə olduğu zaman isə insan bədbəxtliklərin qızmar kürəsində yanıb qovrulur.

78
00:12:37,560 --> 00:12:43,840
Bu, tarix boyu da belə olub, indi də belədir.

79
00:12:47,400 --> 00:12:52,800
İnsanların əməllərinə şəhvət və qəzəb hakim kəsildikdə,

80
00:12:53,360 --> 00:12:59,760
iki dünya müharibəsində göründüyü kimi,

81
00:13:00,240 --> 00:13:11,760
milyonlarla insan qana bələnir, insan həyatı dəyərini itirir, insan haqlarına hörmət aradan gedir.

82
00:13:13,960 --> 00:13:25,000
Şəhvət və qəzəbin, yaxud əksinə – peyğəmbərlər vasitəsilə hidayət olunmuş ağılın hakimiyyəti

83
00:13:25,240 --> 00:13:34,360
bütün müstəvilərdə mövcuddur: fərdi müstəvidə də, ictimai müstəvidə də, beynəlxalq müstəvidə də.

84
00:13:35,840 --> 00:13:46,080
Əgər dünya miqyasında beynəlxalq arenada güc və səlahiyyət sahibi olan şəxslərin davranışına

85
00:13:46,720 --> 00:13:53,040
Allah-taala tərəfindən hidayət olunmuş ağıl hakim kəsilərsə, dünya bir cür olar,

86
00:13:53,840 --> 00:14:00,800
nəfsi istəklər, hakimiyyət hərisliyi,

87
00:14:01,120 --> 00:14:05,160
fitnəkarlıq hakim kəsilərsə, bir başqa cür.

88
00:14:06,160 --> 00:14:09,320
Bəşəriyyətin problemi budur.

89
00:14:09,920 --> 00:14:19,320
Peyğəmbərlik missiyası bu cəhalət cərəyanına əks mövqedə durur. Bu cərəyan istənilən dövrdə mövcud ola bilər

90
00:14:20,080 --> 00:14:23,840
və ona qarşı mübarizə aparmaq baxımından bütün insanlar məsuliyyət daşıyır.

91
00:14:24,560 --> 00:14:32,480
Müstəmləkəçilik, xalqların alçaldılması, onların milli sərvətinin talanması,

92
00:14:33,080 --> 00:14:41,560
insan resurslarının puç edilməsi cahiliyyətin hakimiyyətindən irəli gəlir.

93
00:14:42,760 --> 00:14:56,840
Cahiliyyət hökmranlıq edəndə, bu gün dünya ölkələrində müşahidə etdiyiniz kimi, bir çox xalqlar imperializmin tapdağı altında əzilir,

94
00:14:57,360 --> 00:15:05,400
onların milli sərvətləri qarət edilir, özləri təhqir olunur, illərcə inkişafdan geri qalırlar.

95
00:15:06,680 --> 00:15:15,560
Müstəmləkə altında olan xalqlardan bəziləri on, bəziləri isə yüz illərlə inkişafdan geri düşüb.

96
00:15:16,560 --> 00:15:26,040
Cəvahirləl Nehru öz xatirələrində yazır ki, ingilislər Hindistanı ələ keçirməmişdən öncə

97
00:15:26,280 --> 00:15:37,360
bu ölkə öz dövrünə görə mütərəqqi bir mədəniyyətə malik idi, hətta inkişaf etmiş sənayesi və sənaye məhsulları var idi.

98
00:15:39,520 --> 00:15:50,840
İngilislər bu torpaqlara soxulduqdan sonra o böyük və geniş ölkəni ələ keçirib, özlərinin inkişaf edə bilməsinə şərait yaratmaq üçün Hindistanı qəsdən inkişafdan geridə saxladılar.

99
00:15:51,080 --> 00:16:00,600
Kiçik və uzaq bir ölkə olan İngiltərə Hindistan kimi böyük bir ölkənin

100
00:16:00,760 --> 00:16:08,040
milli sərvətlərini qarət edib qüdrətləndi, o ölkəni isə quru yurdda qoydu.

101
00:16:08,480 --> 00:16:13,480
Müstəmləkəçilik budur. Şəhvət və qəzəbin hakimiyyəti budur.

102
00:16:14,840 --> 00:16:22,920
Birinci və ikinci dünya müharibələrindən sonra – deyilənlərə və yazılanlara görə –

103
00:16:23,200 --> 00:16:30,280
güclü dövlətlərin əli ilə onlarla regional müharibə baş verib.

104
00:16:30,480 --> 00:16:38,760
Qərbi Asiya, Şimali Afrika regionlarına baxın, görün nələr baş verir!

105
00:16:39,640 --> 00:16:49,920
Bu müharibələri kim törədib? Şər əməlli, azğın insanlara silah-sursatı,

106
00:16:50,000 --> 00:16:56,360
pulu kim verir? Kim onları ölkələrdə fitnə-fəsad törətməyə,

107
00:16:56,800 --> 00:17:02,680
infrastrukturu dağıdıb məhv etməyə təşviq edir? Şeytan bax budur.

108
00:17:02,960 --> 00:17:14,160
“Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər”. (“Ənam” surəsi, 112-ci ayədən)

109
00:17:16,040 --> 00:17:22,560
Bəli, belədir. Şeytanlar əl-ələ verib şəbəkə yaradırlar

110
00:17:23,520 --> 00:17:32,800
və onlar dünyada gedən proseslərə hakim kəsildiyi zaman bəşəriyyətin vəziyyəti bax bu gün müşahidə etdiyimiz kimi olur.

111
00:17:34,200 --> 00:17:43,400
Həqiqi möminlərin, İran İslam Respublikasının sionizmlə düşmənçiliyi bu həqiqətlərdən qaynaqlanır.

112
00:17:43,840 --> 00:17:46,960
Bizim kiminləsə şəxsi ədavətimiz yoxdur.

113
00:17:49,560 --> 00:17:58,880
Sionist rejim və sionist sərmayədarların geniş şəbəkəsi dövlətlərə,

114
00:17:59,520 --> 00:18:06,240
Amerika Birləşmiş Ştatları kimi

115
00:18:06,400 --> 00:18:13,360
bir ölkəyə hakim kəsildikdə, kimin irəli getməsi,

116
00:18:13,640 --> 00:18:20,160
hansı namizədin və hansı partiyanın hakimiyyətə gəlməsi onların himayəçiliyindən asılı olduqda

117
00:18:20,520 --> 00:18:23,880
dünya bu gün gördüyünüz vəziyyətdə olur.

118
00:18:25,280 --> 00:18:38,880
İslam ümməti və İran xalqının böyük hərəkatının, dünyada baş qaldırmış islami oyanışın səbəbləri

119
00:18:40,600 --> 00:18:49,480
bütün bunlardır. Elə buna görə də onlar əlac yolunu İslamın, İranın və şiəliyin adını ləkələməkdə görürlər.

120
00:18:50,120 --> 00:19:01,280
Bu gün dünya ictimaiyyətində İslama,

121
00:19:01,320 --> 00:19:06,760
İrana, şiəliyə qarşı fobiya yaratmaq Amerika və onunla əlbir olan dövlətlərin

122
00:19:06,920 --> 00:19:09,640
danılmaz siyasətlərindəndir.

123
00:19:11,440 --> 00:19:20,960
Xalqlar qəflətdə olanda, onlar öz işlərini irəli apara bilirlər, xalqların oyanışı isə onların işinə əngəl yaradır.

124
00:19:21,760 --> 00:19:28,120
O zaman qəzəblənib hay-küy salırlar ki, nə üçün siz Qərbi Asiya regionunda iştirak edirsiniz,

125
00:19:28,240 --> 00:19:31,720
nə üçün bizi öz işimizi görməyə qoymursunuz?

126
00:19:33,720 --> 00:19:41,000
Bu yaxınlarda Amerikanın sözçüləri

127
00:19:41,280 --> 00:19:48,480
açıq-aşkar elan etdi ki, bizim İrana qarşı çıxmağımızın və ya məsələn, sanksiyalar tətbiq etməyimizin səbəbi

128
00:19:49,080 --> 00:19:56,720
bu ölkənin Amerikanın Qərbi Asiya – onların təbirincə desək, Orta Şərq – regionu ilə bağlı yürütdüyü siyasətlərin əleyhinə olmasıdır. Bu nə deməkdir?

129
00:19:57,600 --> 00:20:03,000
Bu o deməkdir ki, ey İran xalqı, siz ayıq-sayıq, gözüaçıq olduğunuza,

130
00:20:03,160 --> 00:20:09,720
regionda nələrin baş verdiyini dərk etdiyinizə görə geri çəkilin, qoyun biz öz işimizi görək, istədiyimizi edək!

131
00:20:09,880 --> 00:20:14,640
Yəni şeytanlıqlarımızı davam etdirək.

132
00:20:18,120 --> 00:20:23,600
Cahiliyyət budur. Bu gün dünyada belə bir cahiliyyət mövcuddur.

133
00:20:26,280 --> 00:20:37,200
Dünyada cahiliyyət hökm sürəndə, şeytani qüvvələr hakimiyyətdə olanda, günah və tüğyan baş alıb gedir. Tağut budur

134
00:20:38,560 --> 00:20:45,320
“İman gətirənlər Allah yolunda, kafir olanlar isə Tağut yolunda vuruşurlar”. (“Nisa” surəsi, 76-cı ayədən)

135
00:20:45,840 --> 00:20:57,680
Bu, meyardır. Tağutu gücləndirəcək hər hansı bir addım atan şəxs onun cəbhəsində yer almış olur.

136
00:21:21,320 --> 00:21:26,240
Tağutun işi fəsad törətmək, günah və fəsadı yaymaqdır.

137
00:21:26,440 --> 00:21:34,800
“(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (İslam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki Allah fitnə-fəsadı sevməz!” (“Bəqərə” surəsi, 205-ci ayədən)

138
00:21:35,680 --> 00:21:42,200
Allah-taala insanlığın xeyir və yaxşılığını, tağut isə fəsad və məhvə uğramasını istəyir.

139
00:21:42,360 --> 00:21:50,760
Bombanı atıb bir neçə şəhərdə yüz minlərlə insanı məhv edirlər,

140
00:21:52,040 --> 00:21:57,240
üstündən uzun illər keçəndən sonra heç üzr istəmək belə istəmirlər.

141
00:21:57,560 --> 00:22:03,000
Onlara Hirosima hadisəsi üçün üzr istəməli olduqlarını deyəndə etiraz edirlər.

142
00:22:03,960 --> 00:22:11,320
Etdikləri hərəkətə görə üzr istəmək belə istəmirlər. Özləri və ya əlaltıları Əfqanıstan, İraq

143
00:22:12,040 --> 00:22:18,160
və digər region ölkələrinin infrastrukturunu dağıdır,

144
00:22:18,720 --> 00:22:22,640
amma özlərini heç o yerə qoymadan işlərini davam etdirməkdədirlər.

145
00:22:23,040 --> 00:22:30,680
اِذَا تَوَلّيٰ سَعَيٰ فِي الاَرْضِ لِيُفسِدَ فِيهَا وَ يُهلِکَ الحَرْثَ وَالنَّسْلَ – yer üzündə fəsad və dağıntı törətmək bax budur.

146
00:22:31,320 --> 00:22:36,200
Cahiliyyət cərəyanı, cahiliyyət cəbhəsi bax budur.

147
00:22:36,560 --> 00:22:49,160
Bugünkü cahiliyyətin mahiyyət və mənası Peyğəmbər (s) dövründəki cahiliyyətlə eynidir.

148
00:22:50,680 --> 00:22:57,520
Əlbəttə ki, vasitələri, forması, metodları yenidir. Bu vəziyyət bütün müsəlmanların,

149
00:22:57,960 --> 00:23:07,680
bütün İslam ümmətinin üzərinə mütləq bir vəzifə qoyur. Bu vəzifə onlara qarşı çıxmaqdan, mübarizə aparmaqdan ibarətdir.

150
00:23:08,280 --> 00:23:15,640
Qurulduğu vaxtdan bəri İran İslam Respublikası heç bir müharibəni özü başlatmamış,

151
00:23:16,120 --> 00:23:20,640
heç bir ölkəyə qarşı heç bir hərbi əməliyyat həyata keçirməmişdir,

152
00:23:20,920 --> 00:23:27,000
amma öz sözünü və şüarını uca səslə demiş, elan etmişdir.

153
00:23:27,440 --> 00:23:39,040
Əziz liderimiz İmam Xomeyni “amerikasayağı İslam”la mürtəce İslamı bir tutmuş,

154
00:23:40,000 --> 00:23:47,680
eyni gözdə görmüşdür. Bu ikisi əsl İslama ziddir və ondan qorxur.

155
00:23:48,080 --> 00:23:55,720
Müsəlman ölkələrində fəsad törədən,

156
00:23:56,040 --> 00:24:01,040
İslamın adını ləkələyən, İslam adı ilə

157
00:24:01,800 --> 00:24:07,400
kameralar önündə insanların ciyərini çıxarıb dişləri ilə parçalayan,

158
00:24:07,680 --> 00:24:13,520
milyardlarla izləyicinin gözü qarşısında

159
00:24:14,920 --> 00:24:24,720
insanları diri-diri yandıran o azğın qruplaşmalar

160
00:24:25,000 --> 00:24:36,400
Qərb dövlətləri tərəfindən gizli bir şəkildə himayə edilir, dəstəklənir.

161
00:24:36,640 --> 00:24:46,200
Üzdə İŞİD-ə qarşı koalisiya təşkil edirlər, amma mən etibarlı mənbələrin verdiyi məlumatlara əsasən deyə bilərəm ki, bu koalisiya həqiqi deyil,

162
00:24:46,560 --> 00:24:51,040
bu mübarizə həqiqi deyil. Bu, formal bir işdir.

163
00:24:51,440 --> 00:25:00,080
Mediada, guya ki, o azğın qruplaşmaların əleyhinə təbliğat aparıb informasiya vermək istəyəndə

164
00:25:00,080 --> 00:25:03,880
onları “İslam Dövləti” adı ilə təqdim edirlər;

165
00:25:06,040 --> 00:25:13,000
yəni ki, insanlarla o şəkildə davranan, uşaqları o şəkildə qətlə yetirən,

166
00:25:13,360 --> 00:25:22,200
yeniyetmələri aldadıb kamikadzeyə çevirən İslam Dövlətidir!

167
00:25:23,520 --> 00:25:30,400
İslamafobiya bax budur.

168
00:25:32,240 --> 00:25:42,200
Bu gün biz müsəlmanların vəzifəsi besətin həqiqətini, peyğəmbərlərin əslində nə üçün göndərildiyini bilmək və bunu dünyaya çatdırmaqdır.

169
00:25:42,800 --> 00:25:50,080
Peyğəmbərlik missiyası bəşəriyyətin nicatı naminə çalışmaq deməkdir.

170
00:25:51,000 --> 00:26:03,200
Peyğəmbərlik insan toplumları içərisində düzgün bir sistemin qurulmasıdır. Besətin mənası budur.

171
00:26:04,240 --> 00:26:14,480
Peyğəmbərlik hər bir bəşər övladının xeyrini istəməkdir. Biz bütün insanların xeyrini istəyirik.

172
00:26:14,760 --> 00:26:25,640
Hətta tağut rejimlərin fəsad törədən başçıları üçün də dua edirik ki,

173
00:26:25,640 --> 00:26:38,440
Allah-taala onları hidayət etsin; ya hidayət edib düz yola gətirsin, ya da ömürlərini qısaltsın ki, daha bundan artıq fəsad törədə bilməsinlər,

174
00:26:40,160 --> 00:26:46,560
bundan artıq Allahın qəzəbinə gəlməsinlər. Bu da, əslində, xeyir üçün edilən duadır.

175
00:26:49,320 --> 00:26:53,960
İslam bütün bəşəriyyətin xeyrini istəyir, Peyğəmbər (s) bunu istəyir.

176
00:26:55,120 --> 00:27:05,440
Və İslam ümmətinin bu hərəkatı – İran İslam Respublikası qurulduqdan sonra dünyada başlanmış

177
00:27:05,800 --> 00:27:10,280
və bütün səylərinə rəğmən son qoya bilmədikləri,

178
00:27:10,680 --> 00:27:15,920
günbəgün daha da güclənmiş, möhkəmlənmiş bu hərəkat,

179
00:27:16,240 --> 00:27:19,480
mütləq, qələbə çalacaq.

180
00:27:20,960 --> 00:27:28,800
Düşmənlərin düşmənçiliyi bu böyük hərəkatı yox edə bilməz.

181
00:27:29,400 --> 00:27:36,200
Burada biz bayaq oxuduğum Quran ayəsinin tövsiyə və əmrinə əməl etməliyik:

182
00:27:36,480 --> 00:27:41,720
فَقُل حَسبِيَ الله –

183
00:27:42,480 --> 00:27:48,080
Gördün ki, sənə qarşı çıxırlar, səndən üz döndərirlər,

184
00:27:49,200 --> 00:27:56,400
hər tərəfdən müxtəlif vasitələrlə səni mühasirəyə alıblar,

185
00:27:56,560 --> 00:28:07,920
onda de:  فَقُل حَسبِيَ اللهُ لَا اِلٰهَ اِلّا هُوَ عَلَيْهِ تَوَکَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ

186
00:28:08,080 --> 00:28:14,200
Bizə yol göstərən, bizi bu yerə çatdıran da məhz əziz liderimiz İmam Xomeyninin bu təvəkkülü olmuşdur.

187
00:28:14,800 --> 00:28:21,360
İnşallah, İran xalqı bu təvəkküllə yoluna davam edəcək

188
00:28:22,080 --> 00:28:33,120
və İslam ümməti islami oyanış sayəsində bu həqiqətləri günbəgün daha da bariz surətdə gerçəkləşdirəcək.

189
00:28:33,800 --> 00:28:43,280
İslam dini və müsəlmanlar sonda, mütləq, qələbə çalacaq, amma bizim üzərimizə müəyyən vəzifələr düşür:

190
00:28:43,800 --> 00:28:47,320
həm ayrı-ayrı fərdlərin, həm bütövlükdə ictimaiyyətin,

191
00:28:47,560 --> 00:28:54,640
həm ölkələrin siyasi liderlərinin, həm də müsəlman ölkələrinin başçılarının müəyyən vəzifələri var.

192
00:28:54,920 --> 00:29:01,280
Kim öz vəzifəsinə əməl etsə, Allah-taaladan mükafatını alacaq, yox əgər əməl etməsə,

193
00:29:01,440 --> 00:29:05,000
onda: “Allah elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər”. (“Maidə” surəsi, 54-cü ayə)

194
00:29:05,160 --> 00:29:09,760
Allahın yükü, onsuz da, yerdə qalmayacaq, bu yolu davam etdirənlər olacaq.

195
00:29:10,000 --> 00:29:15,400
Ümidvaram ki, inşallah, biz də bu yükü heç bir zaman yerə qoymayanlardan olarıq.

196
00:29:16,360 --> 00:29:19,200
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.