1
00:01:06,800 --> 00:01:09,110
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:01:12,140 --> 00:01:14,910
و الحمدللَّه ربّ العالمين

3
00:01:16,910 --> 00:01:23,020
و الصّلاة و السّلام علي سيّدنا ابي‌القاسم المصطفي محمّد

4
00:01:33,480 --> 00:01:37,820
و علي آله الأطيبين الأطهرين المنتجبين

5
00:01:38,820 --> 00:01:42,200
سيّما بقيّةالله في الارضين

6
00:01:42,510 --> 00:01:54,650
Zəhmət çəkib, uzaq yolun əziyyətinə qatlaşıb müxtəllif şəhərlərdən gəlmiş

7
00:01:57,970 --> 00:02:08,820
hörmətli bacı və qardaşlarım,

8
00:02:10,570 --> 00:02:14,170
hamınıza xoş gəlmisiniz deyirəm.

9
00:02:17,940 --> 00:02:30,620
Gəlişinizlə, iştirakınızla, xoş hisslərinizlə bu hüseyniyənin ab-havasını bərəkətləndirdiniz.

10
00:02:34,280 --> 00:02:43,680
Uzaq şəhərlədən gəlmiş bacı və qardaşlarımızı xüsusilə salamlayıram.

11
00:02:44,050 --> 00:02:56,400
Ümidvaram ki, Allah-taalanın rəhmət və bərəkəti

12
00:02:58,220 --> 00:03:03,620
siz bacı və qardaşlarımın hər birinə nəsib olacaqdır.

13
00:03:04,420 --> 00:03:15,050
Bugünkü görüşümüz mübarək zilqədə və xatirələrlə dolu

14
00:03:15,200 --> 00:03:22,600
şəhrivər ayına təsadüf edir.

15
00:03:22,910 --> 00:03:29,370
Zilqədə ayı bərəkət dolu bir aydır;

16
00:03:31,620 --> 00:03:41,570
eyni zamanda şəhrivər ayı da məna yüklü xatirələrlə doludur.

17
00:03:42,000 --> 00:03:48,220
Zilqədə ayı haram ayların birincisidir;

18
00:03:48,940 --> 00:03:57,970
bu ayın 11-i səkkizinci höccət İmam Rzanın (ə) mübarək döğum gününə

19
00:03:58,510 --> 00:04:01,140
və kəramət ongünlüyünə təsadüf edir.

20
00:04:04,000 --> 00:04:14,050
Bu ayın 23-ü Həzrət İmam Rzanın (ə) ziyarəti günü,

21
00:04:14,570 --> 00:04:21,620
25-i isə bərəkət dolu “Dəhvul-ərz” günüdür.

22
00:04:22,080 --> 00:04:29,620
Zilqədə ayının 14-dən 15-nə keçən gecə ilin mübarək gecələrindən olub özünəməxsus əməlləri vardır;

23
00:04:30,000 --> 00:04:38,250
bu ayın hər bazar günü isə tövbə və istiğfar günüdür,

24
00:04:39,200 --> 00:04:50,250
onun da özünəməxsus əməlləri mövcuddur. Mərhum böyük alim və arif Hacı Mirzə Cavad Mələki “Əl-müraqibat” kitabında yazır ki,

25
00:04:51,250 --> 00:04:58,880
bir gün İslam peyğəmbəri (s) üzünü səhabələrinə tutaraq buyurub:

26
00:04:59,420 --> 00:05:05,400
“Sizlərdən kim tövbə etmək istəyir?” Hamı: “Mən tövbə etmək istəyirəm” – deyə cavab verib

27
00:05:05,850 --> 00:05:08,280
(ehtimal ki, bu hadisə zilqədə ayında baş verib).

28
00:05:10,220 --> 00:05:14,650
Bu rəvayətə əsasən, Həzrət Peyğəmbər (s) buyurub ki,

29
00:05:16,020 --> 00:05:23,140
bu ayın hər bazar günü bu namazı qılın

30
00:05:23,710 --> 00:05:29,280
– kitabda xüsusi bir namaz qeyd olunur.

31
00:05:30,080 --> 00:05:39,050
Qısası, üç ardıcıl haram aylardan birincisi olan bu mübarək ayın

32
00:05:40,620 --> 00:05:50,020
gündüz və gecələri xeyir-bərəkətlə doludur; bu aydan faydalanmaq lazımdır.

33
00:05:50,450 --> 00:05:57,480
Şəhrivər ayı da xatirələrlə dolu bir aydır.

34
00:05:58,850 --> 00:06:06,820
1357-ci ilin 17 şəhrivər günü – yəni İslam İnqilabına bir neçə ay qalmış

35
00:06:07,570 --> 00:06:18,400
Tehranın “Şühəda” meydanında diktator Pəhləvi rejimi

36
00:06:19,340 --> 00:06:29,620
günahsız, arxa-dayaqsız insanları silah atəşinə tutub çoxlu sayda

37
00:06:31,280 --> 00:06:39,620
insan qırğını törətmişdi; ölənlərin dəqiq sayı hələ də bizə məlum deyil,

38
00:06:41,420 --> 00:06:44,740
amma sayları olduqca çox olmuşdur.

39
00:06:48,770 --> 00:06:59,770
Elə bu şəhrivər ayında o dövrdə ölkə başçısı olan mərhum şəhid Rəcai və baş nazir

40
00:07:00,020 --> 00:07:05,620
mərhum şəhid Bahünər qətlə yetirilmişlər.

41
00:07:09,020 --> 00:07:22,200
O vaxt ölkənin baş prokroru olan şəhid Ayətullah Quddusi də bu ayda terror edilərək öldürülmüşdür.

42
00:07:23,940 --> 00:07:35,620
Bu şəhrivər ayında Təbriz şəhərinin imam cüməsi münafiqlərin əli ilə şəhid edilir.

43
00:07:40,800 --> 00:07:53,450
Bu ayda – şəhrivərin son günlərində Səddam rejimi ölkəmizə hücüm etmişdir.

44
00:07:55,080 --> 00:08:01,020
Bütün bunlar maraqlı, məna dolu, düşündürücü xatirələrdir.

45
00:08:01,570 --> 00:08:08,800
Bu hadisələrin hamısının arxasında Amerika rejimi dururdu;

46
00:08:10,820 --> 00:08:19,710
məhz Amerikaya bağlı ünsürlər ya onlara müstəqim sürətdə kömək göstərib

47
00:08:20,450 --> 00:08:28,110
təşviq etdilər, yaxud da ən azından, baş verən cinayətlərə göz yumdular.

48
00:08:29,480 --> 00:08:36,170
Gənclərimiz bu xatirələri unutmamalıdırlar;

49
00:08:36,620 --> 00:08:41,800
mənim narahatçılıq keçirdiyim məsələlərdən biri də budur ki,

50
00:08:41,910 --> 00:08:52,600
ölkəmizin bu gün yetişən gənc nəsli – hansı ki, şükürlər olsun, həm ayıq-sayıqdır, həm uzaqgörəndir,

51
00:08:53,340 --> 00:09:00,880
həm stimulludur, həm dinamikdir, mübarizə meydanındadır, həm də inqilabi əhval-ruhiyyədədir –

52
00:09:01,050 --> 00:09:13,880
bu önəmli hadisələri, müasir dövrümüzün bu ibrətverici hadisələrini yavaş-yavaş unudub yaddan çıxaracaq.

53
00:09:14,250 --> 00:09:19,340
Bu, bizim – rəsmi strukturların fəaliyyətinin zəifliyindən irəli gəlir;

54
00:09:20,820 --> 00:09:28,480
bu kimi hadisələr köhnəlməməli, yaddaşlardan silinməməlidir; xalqın tarixi yaddaşı zəifləməməlidir.

55
00:09:31,400 --> 00:09:39,880
Ölkəmizin müxtəlif bölgələrində gənclər bu hadisələri bilməsələr, analiz etməsələr,

56
00:09:40,420 --> 00:09:51,770
köklərini araşdırmasalar, ölkənin hazırkı və gələcək kursunu müəyyən etməkdə səhvə yol verəcəklər.

57
00:09:53,110 --> 00:09:58,650
Odur ki gənclər bu önəmli hadisələri düzgün şəkildə öyrənməli, nələrin baş verdiyindən,

58
00:09:59,000 --> 00:10:04,940
bunları kimin törətdiyindən xəbərdar olmalıdırlar; gənclər bütün bunları anlamalı, dərk etməlidirlər.

59
00:10:08,080 --> 00:10:16,050
17 şəhrivər qətliamına bənzər başqa bir qətliam da

60
00:10:16,050 --> 00:10:27,850
“İnqilab” meydanında baş vermiş 8 bəhmən qırğınıdır. Nədənsə bu hadisə adətən diqqətdən kənarda qalır;

61
00:10:30,140 --> 00:10:34,450
həmin gün hakim rejimin əlaltıları xalqa qənim kəsildilər.

62
00:10:35,420 --> 00:10:47,540
Şah diktaturasının son günlərində onun hakimiyyətini qorumaq məqsədi ilə Tehrana gəlmiş Amerika generalı öz xatirələrində

63
00:10:48,310 --> 00:10:56,170
deyir: “Mən şahın generallarını toplayaraq

64
00:10:57,170 --> 00:11:02,880
onlara dedim ki, tüfənglərinin lüləsini aşağı salsınlar”;

65
00:11:05,110 --> 00:11:11,710
yəni camaatla qarşıdurmada şah rejiminin silahlıları

66
00:11:11,910 --> 00:11:15,970
çox vaxt havaya atəş açaraq insanları qorxutmağa çalışırdılar,

67
00:11:16,940 --> 00:11:25,140
bu cənab isə şahın generallarına məsləhət verərək deyib ki, tüfənglərinin lüləsini aşağı salıb camaatı nişan alsınlar.

68
00:11:28,800 --> 00:11:37,540
Onlar da onun göstərişinə əməl edərək camaata atəş açmış, çoxlu sayda insanı şəhid etmişdilər.

69
00:11:38,710 --> 00:11:43,600
Onlar da onun göstərişinə əməl edərək camaata atəş açmış, çoxlu sayda insanı şəhid etmişdilər.

70
00:11:45,280 --> 00:11:52,310
amma rejimin bu addımı nəticəsiz qaldı, camaat geri çəkilmədi, xalq yoluna davam etdi.

71
00:11:52,620 --> 00:12:05,940
Daha sonra şahın komandirlərindən biri – ordu generalı Qarabaği – Hayzerin yanına gələrək

72
00:12:06,140 --> 00:12:13,450
ona deyib ki, sənin məsləhətinin faydası olmadı, xalq təslim olmadı.

73
00:12:13,650 --> 00:12:20,250
Hayzer öz xatirələrində yazır: “Bunlar (şahın adamları) necə də sadəlövhcəsinə düşünürlər?!”

74
00:12:20,940 --> 00:12:26,280
Bu nə deməkdir? Hayzer demək istəyir ki,

75
00:12:26,510 --> 00:12:32,970
Qarabaği bir dəfə güllə atəşinə tutmaqla işin bitməyini gözləyirdi? Xeyr, gərək qətliamı davam etdirəydilər,

76
00:12:33,140 --> 00:12:36,370
camaatı harda görsələr, gülləbaran edəydilər!

77
00:12:39,540 --> 00:12:54,850
Amerika budur! Amerika bu ölkədə düz 25 il mütləq hakimiyyətə sahib olub;

78
00:12:55,680 --> 00:13:00,480
şah rejiminin generallarına bu cür əmrlər veriblər;

79
00:13:01,280 --> 00:13:06,340
İranda iqtisadiyyat, siyasət, təhlükəsizlik sahələrində,

80
00:13:06,820 --> 00:13:13,110
xarici siyasətdə amerikalıların sözü keçib;

81
00:13:14,450 --> 00:13:24,820
şah dövründə Amerika mütləq hakimiyyətə malik olub. Ölkəmizdə

82
00:13:26,940 --> 00:13:35,450
ordusunun zabiti, Maliyyə Naziri, Müdafiə Naziri,

83
00:13:35,970 --> 00:13:40,420
baş naziri, elə şahının özü də

84
00:13:40,740 --> 00:13:45,220
Amerikaya qeyd-şərtsiz tabe olan

85
00:13:46,620 --> 00:13:49,820
bir rejim hakimiyyətdə olub.

86
00:13:52,280 --> 00:14:01,910
Amerika ölkəmizdə Firon kimi ağalıq edirdi:

87
00:14:04,280 --> 00:14:11,570
“...(Firon) onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı...”(“Qəsəs” surəsi, 4-cü ayə)

88
00:14:12,800 --> 00:14:15,880
Xalqımızla bu cür amansızcasına davranırdılar.

89
00:14:17,050 --> 00:14:20,510
Belə bir vaxtda zəmanənin Musası yetişərək

90
00:14:20,940 --> 00:14:30,770
firon və ona tabe olanların taxt-tacını devirdi, yox etdi; inqilab budur.

91
00:14:34,000 --> 00:14:40,450
Həmin bu şəhrivər hadisəsindən 1 il 2 ay sonra –

92
00:14:40,620 --> 00:14:52,710
yəni 1358-ci ilin aban ayında dahi İmam Xomeyninin (r.ə) tərəfdarı olan, onun yolu ilə gedən gənclər

93
00:14:52,710 --> 00:14:58,250
gedib Amerikanın casus yuvasını ələ keçirdirlər;

94
00:15:00,600 --> 00:15:06,710
onları əl-qolu, gözləri bağlı şəkildə əsir götürdülər;

95
00:15:08,110 --> 00:15:13,970
bəli, bu dəfə Musa Fironu bu cür məğlub etdi.

96
00:15:16,650 --> 00:15:22,480
Bəziləri deyir ki, amerikalıların İranla niyə arası yoxdur? Səbəbi elə budur;

97
00:15:23,800 --> 00:15:30,570
vaxt vardı İran tamamilə Amerikanın ovcunun içində idi;

98
00:15:30,770 --> 00:15:39,910
hökumət rəsmilərinin hamısı Amerikanın istəyi ilə oturub-dururdular;

99
00:15:40,770 --> 00:15:48,170
belə bir zamanda gələn İmam (r.ə) xalqın əli ilə Amerikanı bu ölkədən çölə atdı.

100
00:15:49,880 --> 00:15:52,340
Düşmən olmalıdırlar, düşmənçilik etməlidirlər də!

101
00:15:52,540 --> 00:15:56,220
Və edirlər də; bax hal-hazırda da düşmənçilik edirlər.

102
00:16:00,400 --> 00:16:05,710
Dahi imam (r.ə) Amerikanı “Böyük şeytan” adlandırmışdı;

103
00:16:07,110 --> 00:16:10,600
bu, olduqca düşündürücü bir ifadədir.

104
00:16:12,140 --> 00:16:16,710
Şeytanlarının hamısının başçısı İblisdir,

105
00:16:18,450 --> 00:16:22,620
lakin Qurani-Kərimə əsasən,

106
00:16:23,570 --> 00:16:28,650
İblisin görə bildiyi yeganə iş insanları azdırmaqdır;

107
00:16:29,710 --> 00:16:32,910
onun əlindən bundan başqa bir iş gəlmir –

108
00:16:33,540 --> 00:16:37,850
insanları aldadır, vəsvəsə edir.

109
00:16:40,050 --> 00:16:45,800
İblisdən fərqli olaraq Amerika isə həm azdırır, həm qətliamlar törədir,

110
00:16:46,110 --> 00:16:52,510
həm sanksiya tətbiq edir, həm aldadır, həm də riyakarlıq edir.

111
00:17:18,200 --> 00:17:26,400
İnsan haqlarının müdafiəsini əlində bayraq edib, insan haqlarının tərəfdarı olduğunu iddia edir,

112
00:17:27,170 --> 00:17:36,570
halbuki Amerikanın müxtəlif şəhərlərində hər bir neçə gündən bir günahsız,

113
00:17:36,570 --> 00:17:41,940
silahsız vətəndaşlar polis tərəfindən qanına qəltan edilir;

114
00:17:43,020 --> 00:17:46,310
hələ etdikləri başqa cinayətləri, törətdikləri başqa faciələri demirəm.

115
00:17:47,820 --> 00:17:55,740
Şah diktaturası zamanı İranda etdikləri,

116
00:17:56,420 --> 00:18:07,970
müharibə alovunu körükləmələri, bu gün Suriya, İraq və sair ölkələrdə

117
00:18:08,250 --> 00:18:15,170
dağıdıcı fəaliyyətlə məşğul olan cərəyanlara bənzər cərəyanlar yaratmaları –

118
00:18:15,650 --> 00:18:17,620
bütün bunlar amerikalıların işləridir.

119
00:18:17,740 --> 00:18:25,800
Bəziləri hələ də İblisdən daha betər olan bu mənfur xislətli “Böyük Şeytanı”

120
00:18:26,250 --> 00:18:33,020
bəzəyib-düzəyərək mələk simasında qələmə verməyə çalışırlar.

121
00:18:34,800 --> 00:18:41,340
Axı niyə? Yaxşı, dini, inqilabi ideyalar bir kənara qalsın,

122
00:18:42,080 --> 00:18:47,510
bəs ölkənin mənafeyinə sədaqət necə olsun? Sağlam məntiq necə olsun?

123
00:18:48,850 --> 00:18:54,050
Hansı sağlam məntiq, hansı vicdan icazə verir ki,

124
00:18:55,110 --> 00:19:02,600
insan Amerika kimi bir hegemon cinayətkarı dost olaraq, etimada layiq biri olaraq,

125
00:19:02,850 --> 00:19:12,000
xilaskar mələk kimi seçib təqdim edə? Həqiqət budur ki, onlar bu cürdür.

126
00:19:12,200 --> 00:19:23,340
Bəli, bəzənib-düzənməklə, səliqə-sahmanlı geyimləri ilə, qalstuk taxıb ətirlənməklə

127
00:19:23,450 --> 00:19:33,770
zahirən cəlbedici görünür və bununla sadəlövh insanlara özlərini başqa cür tanıdırlar;

128
00:19:33,850 --> 00:19:38,020
amma Amerika rejiminin əsl siması budur.

129
00:19:39,570 --> 00:19:44,000
Bu sadaladıqlarım bizə aid idi, başqa ölkələrdə də vəziyyət elə belədir.

130
00:19:44,510 --> 00:19:52,570
Böyük İran xalqı bu böyük şeytanı ölkəsindən çölə atıb;

131
00:19:52,880 --> 00:19:55,450
onun yenidən bura qayıtmasına imkan verməməliyik;

132
00:19:57,370 --> 00:20:01,910
qapıdan qovub çıxardığımız düşmənin pəncərədən geri qayıtmasına imkan verməməliyik;

133
00:20:02,910 --> 00:20:11,050
yol tapıb ölkəyə nüfuz etməsinə yol verməməliyik; çünki onların düşmənçiliyinin sonu yoxdur.

134
00:20:11,200 --> 00:20:20,420
Birgə Kompleks Tədbirlər Planından, müqəddəratının necə olacağı hələ nə İranda,

135
00:20:21,310 --> 00:20:24,880
nə də Amerikada dəqiq müəyyən olunmamış bu razılaşma əldə olunduqdan dərhal sonra

136
00:20:26,050 --> 00:20:30,200
artıq Amerika konqresi İran əleyhinə məkrli planlar çızmağa başlayıb;

137
00:20:31,250 --> 00:20:40,200
bizə çatan xəbərlər onu göstərir ki, hazırda Amerika konqresində bir qrup senator

138
00:20:40,850 --> 00:20:46,110
İran İslam Respublikası əleyhinə problemlər,

139
00:20:47,220 --> 00:20:54,600
maneələr yaratmaq, müxtəlif məsələlərlə bağlı irad tutmaq üçün qanun layihəsi hazırlamağa başlayıb;

140
00:20:54,710 --> 00:20:57,510
onların düşmənçiliyi bax belədir, sonu yoxdur.

141
00:20:58,000 --> 00:21:04,080
Bu düşmənçilik davam edəcək. Nə vaxta qədər davam edəcək?

142
00:21:04,650 --> 00:21:14,200
Siz güclənənə qədər. İran xalqı o qədər güclənməlidir ki,

143
00:21:14,510 --> 00:21:24,420
düşmən siyasət, təhlükəsizlik, hərbi və iqtisadiyyat sferasında tətbiq etdiyi təzyiq və sanksiyaların nəticə verəcəyindən ümidini kəssin.

144
00:21:25,170 --> 00:21:29,570
Biz, mütləq, güclənməliyik; özümüzü daxildən gücləndirməliyik.

145
00:21:32,510 --> 00:21:43,110
Mən ölkəyə lazım olan bu gücü necə təmin etmək haqqında dəfələrlə danışmışam;

146
00:21:45,140 --> 00:21:50,510
əvvəla, güclü iqtisadiyyat yaradılmalıdır. Müqavimət iqtisadiyyatının

147
00:21:51,800 --> 00:22:01,710
siyasətləri ictimaiyyətə açıqlanıb; həmin siyasətlərin icrası tam gücü ilə və vaxt itirilmədən həyata keçirilməli,

148
00:22:02,110 --> 00:22:07,050
faktiki nəticələr göz önündə, əməli işlər formasında müşahidə olunmalıdır;

149
00:22:07,540 --> 00:22:12,000
şükürlər olsun ki, hökumət kabinetindəki qardaşlarımız bu sahədə bir sıra işlər görürlər.

150
00:22:13,310 --> 00:22:17,110
Bir yolu budur: iqtisadiyyatı gücləndirmək,

151
00:22:17,910 --> 00:22:25,480
gənclər işsiz qalmasın, onların göstərdiyi təşəbbüslər reallaşmamış qalmasın;

152
00:22:27,280 --> 00:22:31,800
ölkəni gücləndirməyin yollarından biri budur. Ölkənin güclənməsi üçün digər yollardan biri də elmi inkişafdır;

153
00:22:33,480 --> 00:22:37,570
ölkəmizin elm karvanı öz inkişaf tempini qorumalıdır;

154
00:22:37,740 --> 00:22:41,770
biz elmin müxtəlif sahələrində irəliləməliyik, çünki hər bir şey elmə bağlıdır;

155
00:22:42,680 --> 00:22:44,880
güclənməyin yollarından biri də budur.

156
00:22:45,480 --> 00:22:50,050
Daxilidən güclənməyimizin ən mühüm yollarından biri

157
00:22:50,310 --> 00:22:56,110
insanlarda, xüsusilə də gənclərdə inqilabi ruhiyyənin qorunmasıdır.

158
00:22:58,140 --> 00:23:03,280
Düşmən gənclərimizin etinasız, inqilabi ideyalara qarşı laqeyd bir nəsil kimi

159
00:23:03,850 --> 00:23:06,740
yetişməsi üçün çalışıb çabalayır.

160
00:23:06,880 --> 00:23:14,400
Onların məqsədi gənclərdəki qəhrəmanlıq, inqilabçılıq ruhiyyəsini öldürüb yox etməkdir; düşmənin bu məqsədinin qarşısını almaq lazımdır.

161
00:23:14,710 --> 00:23:19,510
Gənclərimiz inqilabi əhval-ruhiyyəni özlərində qoruyub saxlamalıdır.

162
00:23:20,450 --> 00:23:26,000
Vəzifəli şəxslər də gərək gənclərə hörmətlə yanaşsınlar;

163
00:23:26,280 --> 00:23:37,940
bəzi yazarlar islamçı qüvvələri, inqilabçı gəncləri “radikal” adı ilə

164
00:23:38,200 --> 00:23:41,050
bu qədər damğalayıb vurmasınlar.

165
00:23:42,850 --> 00:23:51,080
İnqilabçı gənclərə hörmətlə yanaşmaq, onları bu ruhiyyəyə həvəsləndirmək lazımdır;

166
00:23:51,340 --> 00:23:56,680
ölkəni qoruyan, müdafiə edən,

167
00:23:58,480 --> 00:24:02,910
təhlükə zamanı dadına çatan məhz bu ruhiyyə olur.

168
00:24:05,740 --> 00:24:10,970
Milli iqtidarın üç əsas amili bunlardır:

169
00:24:11,280 --> 00:24:23,400
müqavimət iqtisadiyyatı, inkişaf etmiş, irəliləməkdə olan elm

170
00:24:23,800 --> 00:24:29,250
və insanlarda, xüsusilə də gənclərdə inqilabi ruhiyyənin qorunması;

171
00:24:30,370 --> 00:24:35,280
bu üç amil ölkəni xilas edəcək. Məhz bunlar təmin olunduqdan sonra düşmən ümidini itirəcək.

172
00:24:35,800 --> 00:24:38,650
Amerika bizə qarşı olan düşmənçiliyini heç vaxt gizlətmir.

173
00:24:39,020 --> 00:24:45,250
Bəli, vəzifə bölgüsü də aparıblar: biri üzümüzə gülümsəyir,

174
00:24:45,600 --> 00:24:54,140
o biri İslam Respublikası əleyhinə qanun layihəsi hazırlayaraq həyata keçirir;

175
00:24:55,220 --> 00:24:58,620
bu, bir növ vəzifə bölgüsüdür.

176
00:24:59,080 --> 00:25:04,710
İranla danışıqlara getməyə can atırlar,

177
00:25:06,420 --> 00:25:13,050
ancaq danışıqlar bəhanədir. Əsl məqsədləri ölkəyə nüfuz etmək,

178
00:25:14,340 --> 00:25:18,450
öz istəklərini bizə məcburi şəkildə qəbul etdirmək üçün bir vasitə axtarıb tapmaqdır.

179
00:25:19,370 --> 00:25:25,940
Mən rəsmilərimizin yalnız nüvə mövzusunda onlarla müzakirələrə qoşulmasına razılaşdım; bunun da

180
00:25:26,200 --> 00:25:29,910
müəyyən səbəbləri var, dəfələrlə qeyd etmişəm; müzakirələr baş tutdu.

181
00:25:31,340 --> 00:25:37,420
Allaha şükürlər olsun ki, bizim nümayəndələrimiz də bu danışıqlarda çox gözəl çıxış etdilər, özlərini layiqincə göstərdilər;

182
00:25:37,880 --> 00:25:44,450
amma bu mövzu istisna olmaqla digər sahələrdə Amerika ilə danışıqlar aparılmasına yol verməyəcəyik.

183
00:26:28,000 --> 00:26:32,770
Biz bütün dünya ölkələri ilə danışıqlara gedirik, ancaq Amerika ilə getməyəcəyik.

184
00:26:33,370 --> 00:26:36,540
Biz qarşılıqlı anlaşmanın, danışıqların tərəfdarıyıq:

185
00:26:38,570 --> 00:26:52,770
həm dövlətlər səviyyəsində, həm müxtəlif xalqlar və etnoslar səviyyəsində, həm də dinlərarası dialoq səviyyəsində.

186
00:26:53,280 --> 00:26:57,820
Biz Amerikadan başqa istənilən dövlətlə danışıqlar aparmağın tərəfdarıyıq;

187
00:26:58,340 --> 00:27:01,940
təbii ki, sionist rejimi də –

188
00:27:03,050 --> 00:27:11,820
qanunsuz və saxta bir dövlət olduğu üçün – öz növbəsində.

189
00:27:12,450 --> 00:27:16,770
İsrail rejimi haqqında da bir neçə cümlə deyim;

190
00:27:16,970 --> 00:27:22,970
Fələstin ərazisini işğal etmiş sionistlər nüvə anlaşmasından sonra

191
00:27:24,650 --> 00:27:31,770
belə bir söz işlədiblər ki,

192
00:27:31,910 --> 00:27:42,820
bundan sonra 25 il müddətinə artıq İran sarıdan rahatıq,

193
00:27:43,200 --> 00:27:49,250
25 il sonra onun haqda düşünərik. Mənim onlara cavabım budur ki,

194
00:27:49,740 --> 00:27:52,910
əvvəla, siz qarşıdakı 25 ili görməyəcəksiniz.

195
00:28:23,940 --> 00:28:30,110
İnşallah, Allah-taalanın rəhməti

196
00:28:30,170 --> 00:28:36,620
və lütfü sayəsində 25 ildən sonra bu regiondan İsrail rejiminin kökü kəsilmiş olacaq;

197
00:28:36,800 --> 00:28:50,140
ikincisi, elə bu müddət ərzində də müsəlmanların qəhrəmanlıq, müqavimət və cihad ruhiyyəsi

198
00:28:50,850 --> 00:28:55,850
onlara bir anlıq belə olsun rahatlıq verməyəcək; buna əmin olsunlar!

199
00:28:58,740 --> 00:29:02,800
Dünya xalqları artıq ayılıblar və düşmənin kim olduğunu ayırd edirlər.

200
00:29:02,940 --> 00:29:06,770
Düzdür dövlətlər, təbliğat maşınları dost və düşməni yanlış tanıtmağa çalışır,

201
00:29:06,970 --> 00:29:10,220
amma bu heç bir nəticə verməyəcək.

202
00:29:10,740 --> 00:29:19,880
Dünya xalqları – müsəlman xalqlar, xüsusilə də region xalqları artıq diqqətini cəmləyib, sayıqdırlar və düşmənin kim olduğunu bilirlər.

203
00:29:21,200 --> 00:29:26,820
Bəli, Amerika və İsrail barədə bu qədər.

204
00:29:27,050 --> 00:29:33,710
Qarşıdakı seçkilər barədə də bir neçə cümlə demək istəyirəm.

205
00:29:36,370 --> 00:29:43,880
Seçki məsələsi hazırda aktual olan məsələlərdən biridir.

206
00:29:48,650 --> 00:29:53,540
Təəssüflər olsun ki, bəziləri seçkiyə hələ bir il yarım,

207
00:29:53,650 --> 00:30:03,140
iki il qalmış bu barədə danışmağa başlayırlar;

208
00:30:03,400 --> 00:30:11,970
fikrimcə, bu, lazımsız bir işdir; ölkədə vaxtından əvvəl seçki atmosferi yaradılmamalıdır;

209
00:30:13,820 --> 00:30:23,310
seçkilərə hələ il yarım vaxt qaldığı halda – seçkilər bu ilin sonunda keçiriləcəyi üçün o vaxt, demək olar, hələ iki il var idi –

210
00:30:24,200 --> 00:30:30,250
bəzi insanlar mətbuatda, müxtəlif çıxışlarda bu haqda danışmağa başlamışdılar.

211
00:30:32,020 --> 00:30:36,370
Ölkədə vaxtından qabaq seçki atmosferi yaratmaqla

212
00:30:38,170 --> 00:30:44,200
bəziləri əslində ictimaiyyətin bir çox önəmli məsələlərini gündəmdən kənar saxlayır, unutdururlar.

213
00:30:45,620 --> 00:30:51,620
Seçki ərəfəsində cəmiyyətdə bir rəqabət, qarşıdurma atmosferi olur,

214
00:30:51,940 --> 00:31:00,710
elə isə ölkəyə bu ab-havanı bir-iki il öncə gətirmək nəyə lazımdır?

215
00:31:01,480 --> 00:31:06,820
Məncə, bu vaxtsız söhbətlər tamamilə yersizdir.

216
00:31:07,200 --> 00:31:14,170
Amma indi tam vaxtıdır; məsələn, seçkilərə 3-4 ay qalmış

217
00:31:14,540 --> 00:31:19,140
bu barədə danışmaq, fikir bildirmək tamamilə yerinə düşər.

218
00:31:19,310 --> 00:31:24,710
Mən də bu gün bu haqda bəzi məqamlara toxunacağam,

219
00:31:25,570 --> 00:31:33,770
gələcəkdə də – əgər Allah ömür versə – seçkilərlə bağlı bir sıra məsələləri qeyd edəcəyəm.

220
00:31:36,940 --> 00:31:42,310
Seçki məsələsi ölkəmizin həyatında olduqca böyük əhəmiyyət daşıyan bir məsələdir.

221
00:31:43,620 --> 00:31:50,650
Seçkilər İran xalqının iştirakının və seçiminin bariz nümunəsidir.

222
00:31:51,050 --> 00:31:54,740
Xalq seçki arenasında iştirak etməklə – istər bu, prezident,

223
00:31:54,800 --> 00:32:06,680
istər parlament, istərsə də Xubriqan Məclisinə seçkilər olsun –

224
00:32:06,820 --> 00:32:12,080
bu ölkədə həqiqi xalq hakimiyyətini formalaşdırır;

225
00:32:12,220 --> 00:32:21,480
bu, olduqca önəmli bir məqamdır. İnqilabın ilk günlərindən bəri 36-37 il ərzində biz bir dəfə də olsun seçkinin

226
00:32:22,050 --> 00:32:26,650
ləğv edilməsinə, yaxud təxirə salınmasına yol verməmişik.

227
00:32:27,740 --> 00:32:35,710
Bir sıra ölkələrdə müharibələr, yaxud bu kimi digər hadisələr baş verdikdə seçkilər təxirə salınır,

228
00:32:36,970 --> 00:32:44,740
ancaq İranda seçkilər heç bir zaman təyin olunduğu vaxtdan bir gün belə olsun təxirə düşməyib; heç bir mərhələdə.

229
00:32:46,800 --> 00:32:55,880
Müharibə dövründə Tehran bombardman edilirdi, Xuzestan, İlam və Kirmanşahın bir çox şəhərlərinə bombalar atılırdı,

230
00:32:57,620 --> 00:33:05,450
amma buna baxmayaraq, seçkilər təyin oldunduğu vaxtda baş tuturdu. Ölkənin ən ucqar bölgələrində də belə idi;

231
00:33:07,050 --> 00:33:11,110
kəndlərdə, hətta gediş-gəlişi çətin olan yerlərdə belə.

232
00:33:11,600 --> 00:33:15,370
Bu ölkədə seçkilər heç vaxt təxirə salınmayıb.

233
00:33:15,570 --> 00:33:18,800
Seçkilərin baş tutmasına əngəl olmağa çalışanlar olub –

234
00:33:19,770 --> 00:33:27,540
müəyyən dövrlərdə müəyyən siyasətbaz və intriqaçı qüvvələr tərəfindən

235
00:33:27,540 --> 00:33:32,370
seçkilərin ləğv edilməsinə, yaxud təxirə salınmasına cəhdlər edilib –

236
00:33:32,940 --> 00:33:38,740
amma Allah-taalanın yardımı ilə onların bu mənfur əməllərinin qarşısı alınıb və seçkilər təyin olunduğu vaxtda baş tutub.

237
00:33:38,740 --> 00:33:41,110
Bu, ölkəmizdə seçkilərə nə qədər əhəmiyyət verildiyini göstərir.

238
00:33:41,600 --> 00:33:51,140
Elə buna görə də bizim ölkədə keçirilən seçkilər, şükürlər olsun ki, xalq hakimiyyətinin bariz nümunəsidir.

239
00:33:51,310 --> 00:33:56,570
İran İslam Respublikası sözün həqiqi mənasında xalq hakimiyyətinin təzahürü olan bir hakimiyyət quruluşudur.

240
00:33:56,820 --> 00:33:58,910
Təbii ki, düşmən ölkəmizdə keçirilən seçkilərin əleyhinə danışacaq.

241
00:33:59,250 --> 00:34:09,140
Amerika və onun təbliğatını yürüdən əlaltıları daim müxtəlif metodlarla bizim seçkilərin əleyhinə danışır, təbliğat aparır,

242
00:34:10,000 --> 00:34:15,940
amma onlar şah diktaturasının 25 illik hakimiyyəti zamanında İranda

243
00:34:17,250 --> 00:34:24,080
sifarişlə həyata keçirilən, gülünc parlament seçkilərini

244
00:34:24,370 --> 00:34:28,020
bir dəfə də olsun tənqid etməmiş, etirazlarını bildirməmişlər.

245
00:34:30,620 --> 00:34:40,600
Tarixi mənbələrə müraciət edib Məhəmmədrza dövründə keçirilən seçkilər haqqında oxusanız –

246
00:34:40,740 --> 00:34:43,770
ondan əvvəlki Rza şahın zamanı daha betər idi –

247
00:34:45,480 --> 00:34:51,970
görərsiniz ki, öncə İngiltərə, daha sonra isə Amerikanın hökmranlıq etdiyi dövrlərdə

248
00:34:52,340 --> 00:34:59,220
ölkədə gözdən pərdə asmaq məqsədilə keçirilən sifarişli, gülünc seçkilərə onlar tərəfindən bir dəfə də olsun etiraz olunmayıb.

249
00:35:01,170 --> 00:35:09,940
Elə indi də regionumuzda monarxiya üsulu ilə idarə olunan zalım və diktator rejimlərə

250
00:35:10,170 --> 00:35:12,570
heç bir irad tutmur, etiraz etmirlər.

251
00:35:12,710 --> 00:35:21,080
Bu cür ardıcıllıqla seçki keçirən, hakimiyyətin bütün dayaqlarının –

252
00:35:21,400 --> 00:35:28,340
prezidentdən tutmuş parlament, Xubriqan Məclisi

253
00:35:28,770 --> 00:35:34,110
və şəhər şuralarına qədər – xalq tərəfindən seçildiyi İrana qarşı isə

254
00:35:34,310 --> 00:35:39,850
daim etiraz edir, nöqsan tutur, ölkəmizi əsassız iradlarla ittiham edirlər.

255
00:35:39,850 --> 00:35:46,020
Bütün bu illər ərzində ölkəmizdə keçirilən seçkilər, şükürlər olsun ki, sağlam atmosferdə baş tutub.

256
00:35:47,940 --> 00:35:54,620
Mən xüsusilə bir məqamı qeyd etmək istəyirəm ki, bizdə baş tutan seçkilər,

257
00:35:55,400 --> 00:36:00,080
qəbul edilmiş beynəlxalq standartlara əsasən,

258
00:36:00,080 --> 00:36:06,940
seçicilərin yüksək iştirak göstəricisi ilə keçən, ən yaxşı və ən sağlam seçkilər olub.

259
00:36:07,570 --> 00:36:14,510
Təəssüflər olsun ki, daxildəki bəzi qüvvələrin adət etdiyi işlərdən biri də

260
00:36:14,510 --> 00:36:19,020
hər dəfə seçkinin sağlam şəraitdə baş tutmasını sual altına salmağa çalışmalarıdır.

261
00:36:20,050 --> 00:36:24,480
Seçkidən xeyli qabaq durmadan saxtalaşdırma haqqında danışmağa başlayır,

262
00:36:24,480 --> 00:36:30,370
“Belə olacaq, elə olacaq” – deyə cürbəcür narahatçılıqlar yaratmağa çalışırlar; bu, səhv bir işdir.

263
00:36:31,970 --> 00:36:39,000
Bu 37 il ərzində xalq müxtəlif etaplarda

264
00:36:39,200 --> 00:36:42,370
bu rejimin müxtəlif administrasiyalarına bəslədiyi inam və etimad sayəsində,

265
00:36:43,080 --> 00:36:48,220
ölkədə keçirilən seçkilərdə izdihamlı iştirak edib.

266
00:36:48,510 --> 00:36:53,280
Bəs nəyə görə bəziləri öz əlləri ilə bu inama, etimada zərbə vurmaq istəyirlər?

267
00:36:54,820 --> 00:37:01,200
Axı xalq bu quruluşa etimad bəsləyir, seçki varsa, gəlib iştirak edərək səs verir.

268
00:37:03,110 --> 00:37:13,880
Axı nəyə görə kimsə: “Birdən saxtalaşdırma olar” – deyə yersiz, əsassız narahatçılıqlarla xalqın bu iştirakına zərbə vurmalıdır?

269
00:37:14,140 --> 00:37:22,450
Aydın məsələdir ki, belə mənfi hallara icazə verilmir; çox güclü nəzarət var.

270
00:37:22,540 --> 00:37:28,340
Keşikçi Şuranın mövcudluğunun ən böyük bərəkətlərindən biri də seçkiləri ciddi surətdə nəzarətdə saxlamasıdır.

271
00:37:28,340 --> 00:37:34,250
Bu struktur qarşıya çıxa biləcək hər cür səhv və yanlışlığa nəzarət edir və saxtalaşdırma hallarının baş verməsinə də qəti surətdə imkan verməyəcək;

272
00:37:35,800 --> 00:37:37,800
digər strukturlar da eynilə.

273
00:37:38,280 --> 00:37:44,250
Bu illər ərzində mənə bəzi seçkilərdə nöqsanlara yol verildiyi haqda

274
00:37:44,680 --> 00:37:51,420
məlumatlar da gəlib; göstəriş vermişəm ki, gedib araşdırsınlar,

275
00:37:52,420 --> 00:37:53,970
nəticədə aydın olub ki, xeyir, məsələ heç də elə deyilmiş.

276
00:37:54,110 --> 00:37:59,940
Düzdür, hərdən seçkilərin nəticəsinə ciddi təsir göstərməyəcək xırda-para nöqsanlar baş verə bilər,

277
00:38:00,370 --> 00:38:05,050
bu hallar mühüm deyil, amma seçkilər hər zaman sağlam şəraitdə keçirilib.

278
00:38:05,600 --> 00:38:12,540
Vətəndaşların verdiyi səs sözün həqiqi mənasında qul haqqıdır.

279
00:38:12,740 --> 00:38:23,420
İranlı bacı və qardaşlarımız seçki məntəqələrinə gələrək öz səsvermə blanklarını seçki qutularına salırlarsa,

280
00:38:23,570 --> 00:38:30,280
onların bu haqqını şəri baxımdan, İslam dini baxımından qorumaq vacibdir;

281
00:38:31,000 --> 00:38:35,650
vətəndaşın əmanətinə xəyanət edilməməlidir, çünki əks halda, həqiqətən də, insanların haqqı tapdanmış olur.

282
00:38:37,080 --> 00:38:42,540
Digər tərəfdən səsvermənin nəticəsi də nə olursa olsun, ona tabe olmaq, razılaşmaq lazımdır, yoxsa başqalarının haqqı pozulmuş olacaq.

283
00:38:43,370 --> 00:38:53,800
1388-ci ildə keçirilmiş seçkilərdə israrla nəticələrin ləğv edilməsini istəyənlərə qarşı çıxmağımızın da məqsədi

284
00:38:54,000 --> 00:38:56,850
vətəndaşların haqqını müdafiə etmək idi.

285
00:38:58,770 --> 00:39:08,220
Həmin seçkidə 40 milyon vətəndaş iştirak etmişdi və bu, ən yüksək göstərici idi.

286
00:39:08,570 --> 00:39:15,820
Ortada bu iştirakın bir nəticəsi var idi. Biz hər dəfə seçkidə qalib gələn insanları müdafiə etmişik, onların haqqını qorumuşuq,

287
00:39:15,970 --> 00:39:19,740
o zaman da mən qul haqqını – xalqın haqqını müdafiə etdim.

288
00:39:21,510 --> 00:39:25,770
Bundan sonra da hər zaman vətəndaşlarımız səs verib kimisə seçəndə –

289
00:39:25,770 --> 00:39:32,370
kimliyindən asılı olmayaraq xalq kimi bəyənib qəbul edərsə –

290
00:39:33,170 --> 00:39:38,170
xalqın rəyini müdafiə edəcəyəm, onların arxasında duracağam.

291
00:39:40,540 --> 00:39:42,340
Çünki xalqın səsi haqdır.

292
00:39:42,570 --> 00:39:51,940
Gəlin xalqın bu hökumətə olan inam və etimadına əsassız sözlərlə zərbə vurmayaq.

293
00:39:54,450 --> 00:40:00,000
Gah Daxili İşlər Nazirliyinə, gah da Keşikçi Şuraya müxtəlif iradlar bildirirlər.

294
00:40:00,140 --> 00:40:06,140
Keşikçi Şura seçkilərdə hökumətin görən gözüdür;

295
00:40:07,020 --> 00:40:09,480
bütün dünyada da bu struktura bənzər strukturlar mövcuddur –

296
00:40:09,620 --> 00:40:13,340
adları fərqli ola bilər, amma analoji qurumlardır; bizdə adı Keşikçi Şuradır –

297
00:40:15,880 --> 00:40:23,050
seçkilərə qoşulan, namizədliyini irəli sürən şəxslərin buna layiq olub olmadığına baxır,

298
00:40:24,200 --> 00:40:29,540
araşdırır, nəzarət edir və həmin insanların namizədliyini təsdiqləyir.

299
00:40:30,650 --> 00:40:36,910
Hansısa səhlənkarlığa yol verildiyini, yaxud kriterilərə cavab verməyən birinin öz namizədliyini irəli sürdüyünü müəyyən etdikdə bunun qarşısını alır, namizədlikdən kənarlaşdırırlar.

300
00:40:37,220 --> 00:40:40,250
Bu, onların qanuni vəzifəsi, məntiqi haqqıdır.

301
00:40:40,940 --> 00:40:50,450
Bu, onların qanuni vəzifəsi, məntiqi haqqıdır. Bəziləri isə onlara yersiz iradlar tutur.

302
00:40:52,540 --> 00:40:59,220
Qul haqqının müəyyən hissəsi də Keşikçi Şuranın rəy vermə haqqıdır;

303
00:40:59,400 --> 00:41:06,740
bu strukturun vətəndaşların namizədliyini təsdiq və ya ləğv etmək səlahiyyətinə malik olan, təsirli nəzarət hüqqudur; qul haqqı məsələsinin bir hissəsi də budur,

304
00:41:08,170 --> 00:41:11,110
odur ki ona riayət etmək, qorumaq, Keşikçi Şuranın araşdırmalarının nəticəsinə tabe olmaq lazımdır.

305
00:41:13,080 --> 00:41:17,420
Seçki əhəmiyyətli bir hadisədir. Hələlik mənim seçkilər haqqında danışmaq istədiklərim bu qədər.

306
00:41:17,510 --> 00:41:23,000
Əlbəttə ki, mən xalqın ictimai-siyasi proseslərdə hamılıqla və emosional iştirakının gücünə inanıram və ölkəni məhz bu iştirakın qoruduğuna əminəm.

307
00:41:24,080 --> 00:41:28,480
Əgər ömür vəfa etsə, gələcəkdə də bu haqda daha ətraflı danışacağam.

308
00:41:29,000 --> 00:41:34,370
Əziz bacı və qardaşlar, bir daha təkidlə bildirmək istəyirəm ki,

309
00:41:34,370 --> 00:41:41,770
belə bir xalqla, belə bir məntiqlə, belə bir konstitusiya ilə İran İslam Respublikası

310
00:41:41,970 --> 00:41:44,420
bütün düşmənlərinə qalib gələcək.

311
00:42:06,680 --> 00:42:10,600
Şərti isə budur ki, Allah-taalaya təvəkkül edək, ümid bəsləyək,

312
00:42:11,020 --> 00:42:17,600
bir-birimizə qardaşlıq və birlik əlini uzadıb daha sıx birləşək,

313
00:42:18,340 --> 00:42:22,600
ölkədə ikitirəlik salmayaq, bir-birimizi gücdən salıb zəiflətməyək.

314
00:42:22,940 --> 00:42:27,280
Biz öz vəzifəmizə bu cür riayət etsək, Allah-taala da vədinə riayət edər.

315
00:42:28,080 --> 00:42:32,970
İslam dininə kömək edənə Allah-taala da yardım edər.

316
00:42:32,970 --> 00:42:38,510
Pərvərdigara! Dahi İmam Xomeyninin (r.ə) pak ruhunu məhşər meydanına övliyalarınla birgə gətir;

317
00:42:39,280 --> 00:42:43,310
əziz şəhidlərimizin pak ruhlarını məhşərə övliyalarınla gətir.

318
00:42:45,050 --> 00:42:52,020
Pərvərdigara! Bu mömin və əməlisaleh millətə günbəgün öz rəhmət və bərəkətini daha çox əta et.

319
00:42:53,200 --> 00:42:56,250
Allahın salamı və bərəkəti nəsibiniz olsun.