1
00:00:09,400 --> 00:00:11,710
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:11,940 --> 00:00:14,220
الحمدلله ربّ العالمين

3
00:00:15,740 --> 00:00:20,480
والصّلاة والسّلام علي سيّدنا محمّد و آله الطّاهرين

4
00:00:20,820 --> 00:00:24,020
سيّما بقيّةالله في الارضين

5
00:00:24,310 --> 00:00:26,800
قال‌الله الحکيم في کتابه

6
00:00:28,280 --> 00:00:34,370
“Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə

7
00:00:36,420 --> 00:00:40,310
(Öz dərgahından) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur.

8
00:00:43,250 --> 00:00:49,110
Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah hər şeyi biləndir, hikmət sahibidir!” (“Fəth” surəsi, 4-cü ayədən)

9
00:00:52,170 --> 00:00:58,340
Əziz qardaşlar, möhtərəm cənablar, xoş gəlmisiniz.

10
00:00:59,540 --> 00:01:03,310
Lütf edib bizim iş yerimizə bir nur,

11
00:01:04,450 --> 00:01:14,110
Lütf edib bizim iş yerimizə bir nur, rayihə bəxş etdiyiniz üçün sizə təşəkkür edirəm.

12
00:01:14,800 --> 00:01:26,340
Xubriqan Məclisi və onun üzvləri o dərəcədə əhəmiyyətlidir ki, insan sizin varlığınızın,

13
00:01:27,570 --> 00:01:33,020
inşallah, istənilən yerdə bərəkət mənbəyi olacağını, doğrudan da, hiss edir.

14
00:01:34,020 --> 00:01:44,770
Xubriqan Məclisi Allah-taaladan gələn mənəvi rahatlığın nazil olmasını tamlığı ilə təcəssüm etdirən bir müstəvi ola bilər,

15
00:01:47,910 --> 00:01:58,400
çünki bu mənəvi rahatlıq imanın nişanələrindəndir:

16
00:01:59,020 --> 00:02:07,620
هُوَ الَّذي اَنزَلَ السَّکينَةَ في قُلوبِ المُؤمِنينَ لِيَزدادوا ايمانًا مَعَ ايمانِهِم

17
00:02:07,770 --> 00:02:15,020
Bu mənəvi rahatlıq imanın çoxalmasına, güclənməsinə səbəb olur.

18
00:02:17,450 --> 00:02:23,540
Onun mənası isə təlatümlər qarşısında özünü sakit aparmaqdır;

19
00:02:25,000 --> 00:02:32,650
cürbəcür hadisələr, düşmənçiliklər, müxtəlif situasiyalar

20
00:02:33,600 --> 00:02:38,020
təbii olaraq insan ruhunda təlatüm yaradır.

21
00:02:39,340 --> 00:02:49,710
Mənən rahat olmaq isə insanın beyninə, düşüncəsinə bir səbat, möhkəmlik bəxş edir, getdiyi yolda addımlarını möhkəmlədir.

22
00:02:50,510 --> 00:02:57,620
Allah-taala bu mənəvi rahatlığı, arxayınlığı imanının bərəkəti sayəsində yalnız möminlərə bəxş edir,

23
00:02:59,940 --> 00:03:04,110
– deyə onları xatircəm edir.

24
00:03:04,310 --> 00:03:07,370
وَ للهِ‌ جُنودُ السَّمٰوٰتِ وَ الاَرض

25
00:03:08,050 --> 00:03:10,770
İnsan daha nədən qorxsun?

26
00:03:12,000 --> 00:03:19,510
Yerin-göyün bütün gücləri, təbiətin bütün qanunauyğunluqları

27
00:03:20,450 --> 00:03:24,080
Allahın ordusudur, Ona aiddir.

28
00:03:25,820 --> 00:03:30,600
Biz mömin olsaq, Allaha bəndəlik etsək,

29
00:03:32,570 --> 00:03:37,370
bu ordular möminlərə xidmət edər.

30
00:03:37,680 --> 00:03:47,280
Bunu bilən insan mənən rahatlaşır, arxayınlaşır. Sonrakı ayələrdə də buyurulur:

31
00:03:47,650 --> 00:03:52,820
“Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (“Fəth” surəsi, 7-ci ayə)

32
00:03:53,050 --> 00:03:58,570
Allahın bu qüvvət və izzəti də

33
00:03:58,880 --> 00:04:01,850
“göylərdəki və yerdəki orduların ixtiyar sahibi” olmasının nişanəsidir.

34
00:04:02,710 --> 00:04:10,140
Möminlər məhz belə bir aləmdə, belə bir atmosferdə hərəkət edir,

35
00:04:10,220 --> 00:04:13,140
yaşayır, nəfəs alırlar.

36
00:04:14,400 --> 00:04:20,080
Xubriqan Məclisi belə bir mənəvi rahatlıq və arxayınlığın

37
00:04:20,340 --> 00:04:25,110
mənbəyi, mənşəyi ola biləcək bir yerdir.

38
00:04:25,770 --> 00:04:31,770
Bu məclisdə iki mühüm seçki həyata keçirilir:

39
00:04:32,280 --> 00:04:42,170
birincisi, camaat özü inanıb etimad etdiyi nümayəndələrini seçib müəyyənləşdirir –

40
00:04:42,540 --> 00:04:49,000
hansı ki etimad göstərilən bu namizədlərin də daha sonra ən önəmli işi seçim etməkdir –

41
00:04:49,000 --> 00:04:52,050
ikinci seçki isə Ali Rəhbərin seçilməsidir.

42
00:04:54,140 --> 00:04:58,740
Burda iki seçki var; yəni Xubriqan Məclisi

43
00:04:59,740 --> 00:05:07,680
xalqın iştirakının, xalqın içindən olmanın, xalqın rəy və siyasi əqidəsinin təsirli olmasının təzahürüdür.

44
00:05:08,310 --> 00:05:18,050
Ölkəmizdə bu formada – özündə xalqın müstəqil iradə və niyyətini nümayiş etdirən

45
00:05:19,620 --> 00:05:26,680
iki seçkini ehtiva edən ikinci bir hakimiyyət qurumu yoxdur.

46
00:05:28,420 --> 00:05:31,510
İkinci seçki Ali Rəhbərin seçilməsidir;

47
00:05:31,620 --> 00:05:38,740
bu seçkinin digər ümumxalq seçkilərindən fərqi odur ki,

48
00:05:38,970 --> 00:05:43,510
burada əsas meyar fiqhdir;

49
00:05:44,200 --> 00:05:46,650
yəni islami dəyərlərdir.

50
00:05:47,200 --> 00:05:55,740
Odur ki onların etdiyi seçim islami dəyərlərin hakimiyyəti,

51
00:05:57,110 --> 00:06:04,110
İslam dininin hökmlərinin icrası, İslamın həyatın reallığında gerçəkləşməsi üçün edilən seçimdir.

52
00:06:04,820 --> 00:06:10,020
İlahi dinlər təkcə beyinlərdə yatıb qalmaq üçün gəlməyib;

53
00:06:10,110 --> 00:06:13,710
həyatın reallığında da gerçəkləşməlidir.

54
00:06:14,400 --> 00:06:17,080
Bəli, bunun üçün müəyyən vasitələr, mexanizmlər lazımdır;

55
00:06:18,140 --> 00:06:24,710
bu yerdə həmin mexanizm öz seçimi vasitəsilə

56
00:06:25,020 --> 00:06:30,280
ilahi dəyərlərin hakimiyyətini, İslam hökmlərinin icrasını,

57
00:06:30,880 --> 00:06:34,310
Allahın dininin – İslamın hakimiyyətini qarant altına alan Xubriqan Məclisidir.

58
00:06:34,680 --> 00:06:43,200
Odur ki Xubriqan Məclisi həm də xalqın seçiminin,

59
00:06:44,050 --> 00:06:49,370
dinə, yaxud İslama əsaslanan xalq hakimiyyətinin də təcəssümüdür.

60
00:06:49,620 --> 00:06:57,480
Yəni əslində, İslama əsaslanan xalq hakimiyyətinin tam, yüz faiz təcəssümü elə Xubriqan Məclisidir;

61
00:06:57,620 --> 00:07:02,710
bu qurumun əhəmiyyəti bundadır. Xubriqan Məclisi təşkil olunanda,

62
00:07:02,940 --> 00:07:11,620
öz varlığını, müstəqil düşüncəsini, üzaqgörənliyini ortaya qoyanda

63
00:07:11,880 --> 00:07:18,200
bu, möminlərin qəlbində rahatlıq, arxayınlıq yaranmasına səbəb olur;

64
00:07:20,020 --> 00:07:31,910
əslində, bu mənəvi arxayınlıq bu məclisdən cəmiyyətə ötürülür.

65
00:07:32,480 --> 00:07:43,280
Odur ki hər iki seçki mərhələsində lazımi qədər diqqətli olmaq olduqca önəmlidir:

66
00:07:43,480 --> 00:07:50,540
həm əhali Xubriqan Məclisinin üzvlərini seçdiyi zaman, həm də məclis üzvləri Ali Rəhbəri seçdiyi zaman;

67
00:07:51,340 --> 00:07:57,510
lazımi dərəcədə diqqətli olmaq, tam müstəqil fikir yürütmək lazımdır.

68
00:07:58,220 --> 00:08:03,080
Seçki ilə bağlı mənim qeyd etmək istədiyim müəyyən məqamlar var, onları gələcəkdə qeyd edəcəyəm;

69
00:08:03,310 --> 00:08:05,910
burda o mövzunu açmaq istəmirəm.

70
00:08:07,710 --> 00:08:12,250
Xubriqan Məclisi müstəqil fikir yürütməlidir;

71
00:08:13,420 --> 00:08:18,800
bu müstəqil fikrin nəyə əsaslanmalı olduğunu da az sonra deyəcəyəm.

72
00:08:19,250 --> 00:08:26,450
Əsas budur ki, imperializmin zorla sırıdığı stereotiplərin əsirinə çevrilmək olmaz.

73
00:08:29,340 --> 00:08:37,280
Hazırda dünyada imperializmin genişmiqyaslı təbliğat maşını tərəfindən

74
00:08:38,200 --> 00:08:46,000
gecə-gündüz müəyyən anlayışlar, düşüncələr yayılmaqdadır;

75
00:08:46,400 --> 00:08:51,450
ən önəmli məsələlərdən biri budur ki, biz onların əsiri olmayaq.

76
00:08:51,510 --> 00:08:54,620
Mənim bu tapşırığım təkcə Xubriqan Məclisinə yox,

77
00:08:55,600 --> 00:08:59,250
bütün ölkə rəsmilərinə,

78
00:08:59,820 --> 00:09:05,970
hakimiyyətin dayağı olan bütün strukturlara, hətta bütün ekspertlərə –

79
00:09:06,170 --> 00:09:10,400
siyasi, ictimai, dini ekspertlərə ünvanlanır.

80
00:09:12,200 --> 00:09:14,680
Diqqətli, ehtiyatlı olsunlar:

81
00:09:15,420 --> 00:09:19,540
“Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar”. (“Ənam” surəsi, 116-cı ayə)

82
00:09:20,050 --> 00:09:27,080
Bunu bilsinlər. Bu gün onların nəhəng həcmli təbliğatı

83
00:09:27,400 --> 00:09:33,250
hansısa məsələyə yönəlibsə, daim o mövzunu vurğulayır, təkrarlayır,

84
00:09:33,370 --> 00:09:40,140
cürbəcür metodlarla çatdırırlarsa, bu o demək deyil ki, biz də məcburən onlarla ayaqlaşıb

85
00:09:40,310 --> 00:09:48,540
o barədə danışmalı, eyni şeyi təkrar etməliyik; yox, bizim öz prinsiplərimiz, öz fikrimiz var.

86
00:09:51,220 --> 00:09:57,050
İmperialistlər öz stereotiplərini bütün dünya ictimaiyyətinə

87
00:09:57,710 --> 00:10:00,280
sırımaq niyyətindədir;

88
00:10:00,910 --> 00:10:11,850
həm xalqlara, həm də özəlliklə ölkə rəsmilərinə, nüfuzlu insanlara;

89
00:10:12,050 --> 00:10:19,020
yəni dövlətlərə, parlament nümayəndələrinə, mühüm qərarları qəbul edənlərə, hazırlayanlara,

90
00:10:19,480 --> 00:10:28,140
özləri demişkən, beyin mərkəzlərinə – öz stereotiplərini bütün bunların şüuruna, beyninə köçürmək, qəbul etdirmək istəyirlər.

91
00:10:28,200 --> 00:10:33,800
beyninə köçürmək, qəbul etdirmək istəyirlər.

92
00:10:34,850 --> 00:10:40,480
İstəyirlər ki, hər kəs dünyaya onların gözü ilə baxsın;

93
00:10:42,000 --> 00:10:51,000
onların önə çəkdiyi məfhumları məhz elə onların yanaşması,

94
00:10:51,650 --> 00:10:57,620
baxış bucağı əsasında görüb bilsin.

95
00:10:57,970 --> 00:11:01,770
Bu, imperialistlərə xas yanaşmadır;

96
00:11:03,340 --> 00:11:08,880
bu yanaşma əsasında da müəyyən anlayışları ya saxtalaşdırır,

97
00:11:09,080 --> 00:11:18,020
ya da özləri istədiyi kimi mənalandırıb təqdim edirlər və istəyirlər ki, həmin anlayışları hamı məhz onların mənalandırdığı kimi anlasın,

98
00:11:18,570 --> 00:11:22,340
istifadə etsin və öz leksikonunda işlətsin.

99
00:11:22,820 --> 00:11:32,220
Misal üçün, terrorizm imperializmin xüsusi anlamda işlətdiyi bir anlayışdır;

100
00:11:32,310 --> 00:11:34,800
və ya insan haqları, demokratiya.

101
00:11:35,400 --> 00:11:45,220
Misal üçün, Yəmənin 6 ay müddətində bombalanması, evlərin, məktəblərin,

102
00:11:45,400 --> 00:11:48,140
xəstəxanaların dağıdılması və sair bu kimi işlər terrorizm deyil;

103
00:11:50,450 --> 00:11:57,420
Qəzzada və başqa yerlərdə fələstinlilərin yaşadığı məntəqələrə dəfələrlə edilən hücumlar,

104
00:11:57,540 --> 00:12:06,680
yüzlərlə, bəlkə minlərlə günahsız, müdafiəsiz uşaq, qadın və kişinin qətlə yetirilməsi terrorizm deyil;

105
00:12:07,110 --> 00:12:14,800
Bəhreyn camaatının ölkədə hər kəsə bir səs hüququ istəməsinin

106
00:12:16,080 --> 00:12:20,910
insan haqlarına aidiyyəti yoxdur, insan haqlarını tələb etmək deyil;

107
00:12:21,370 --> 00:12:26,820
amma Fələstin və Livanda müqavimət qüvvələrinin özünümüdafiəsi terrorizmdir;

108
00:12:27,050 --> 00:12:33,020
Fələstin, yaxud Livanda müqavimət göstərən qruplar işğalçılara qarşı döyüşür,

109
00:12:33,250 --> 00:12:40,140
öz torpağını, ev-eşiyini müdafiə edir, adını terror qoyurlar!

110
00:12:42,570 --> 00:12:54,880
Diktaturanın hökm sürdüyü, regionumuzda imperializm

111
00:12:54,970 --> 00:13:00,370
və Amerikanın yaxın tərəfdaşı hesab olunan ölkələrdə baş verənlər insan haqlarına zidd deyil;

112
00:13:00,620 --> 00:13:08,020
amma tutalım, günahını etiraf etmiş və edən bir cinayətkarın cəzalandırılması,

113
00:13:09,250 --> 00:13:19,140
yaxud bir ölkədə onlarla, yüzlərlə, minlərlə insanı narkotik maddələrdən asılılığa gətirib çıxarmış bir qanun pozucusunun cəzalandırılması

114
00:13:19,620 --> 00:13:26,710
insan haqlarına ziddir! Bunlar bax belədir; yəni məfhumları özləri istədikləri kimi mənalandırırlar;

115
00:13:27,340 --> 00:13:39,000
və istəyirlər ki, başqaları da onların mənalandırdığı kimi anlasın və onlar kimi danışsın.

116
00:13:39,080 --> 00:13:43,280
Nüvə alimlərinin terror edilməsi terrorizm deyil, –

117
00:13:43,740 --> 00:13:52,710
halbuki sionistlər, demək olar, açıq etiraf etdilər ki, bu, onların işi olub;

118
00:13:53,170 --> 00:14:01,370
bəzi Avropa ölkələri, demək olar, açıq-açığına boyunlarına aldılar ki, bu işin arxasında onlar durublar –

119
00:14:01,510 --> 00:14:08,020
qətiyyən terror hesab olunmur, qınanmasına lüzum görülmür.

120
00:14:08,650 --> 00:14:12,200
amma tutalım, Livanda

121
00:14:12,200 --> 00:14:17,570
və ya başqa bir yerdə baş vermiş, bundan çox-çox kiçik bir hadisəyə görə Təhlükəsizik Şurasının iclası çağırılır!

122
00:14:18,310 --> 00:14:21,510
Yəni onların dünyada baş verən proseslərə yanaşması budur;

123
00:14:22,050 --> 00:14:25,370
özlərindən bir anlayış düzəldirlər,

124
00:14:25,680 --> 00:14:33,480
bir anlayış yaradırlar, zorla ona bir məna verirlər

125
00:14:33,620 --> 00:14:41,050
və istəyirlər ki, bütün dünya, o cümlədən biz – İslam Respublikası həmin anlayışı onlar kimi dərk edək,

126
00:14:41,280 --> 00:14:48,910
onların baxış bucağından görək, onların leksikonundakı sözlərlə danışaq. Bizdən bunu gözləyirlər;

127
00:14:49,170 --> 00:14:56,080
bu, imperializmin, hegemonluğun ən aydın göstəricilərindən, təzahürlərindən biridir;

128
00:14:57,970 --> 00:15:02,650
halbuki İslam İnqilabının özünəməxsus ideoloji sistemi var.

129
00:15:03,570 --> 00:15:12,280
Bu inqilabın əhəmiyyəti, onun bütün dünyanı silkələməsinin səbəbi

130
00:15:12,510 --> 00:15:15,420
bir hökuməti devirməyində deyildi. Yox,

131
00:15:15,600 --> 00:15:21,020
səbəb bu idi ki, bu inqilab dünyaya yeni bir ideoloji sistem təqdim etmişdi

132
00:15:21,220 --> 00:15:25,370
və həmin sistem bu gün də

133
00:15:25,910 --> 00:15:28,250
Yer kürəsinin müxtəlif yerlərində genişlənməkdədir.

134
00:15:28,250 --> 00:15:32,910
Onu gizlətmək, ört-basdır etmək üçün göstərilən səylərə baxmayaraq,

135
00:15:33,540 --> 00:15:38,680
bu düşüncə sistemi əldən-ələ gəzir, bütün dünyada –

136
00:15:38,820 --> 00:15:46,110
istər İslam dünyasında, istərsə daha az olsa belə, müsəlman dünyasından kənarda bir çox insanları özünə cəzb edir.

137
00:15:46,280 --> 00:15:49,020
İnsanlar hələ də bu ideoloji sistemə diqqət yönəldir,

138
00:15:49,220 --> 00:15:56,540
bu məfkurə sistemi hələ də öz aktuallığını qoruyub saxlamaqdadır.

139
00:15:57,820 --> 00:16:02,740
Bu məfkurə sisteminin kifayət qədər diqqət çəkən mühüm elementlərindən biri də

140
00:16:03,050 --> 00:16:16,140
zülmü, imperializmi, istibdadı inkar etməsidir

141
00:16:18,420 --> 00:16:23,080
istibdad dedikdə

142
00:16:23,740 --> 00:16:29,650
həm hökumət rejimlərinin, hakimlərin öz ölkələrində öz xalqlarına etdiyi zülm və istibdad,

143
00:16:30,600 --> 00:16:38,110
həm də imperializmin dünya miqyasında törətdiyi istibdad və diktatura nəzərdə tutulur),

144
00:16:38,340 --> 00:16:41,220
bu ideoloji sistemin tərkib hissələrindən biri də budur.

145
00:16:42,340 --> 00:16:50,370
Xalqların qürur və heysiyyəti, müsəlman ölkələrində milli qürur və dini özünüdərkin oyanışı,

146
00:16:51,080 --> 00:17:01,400
xalqlarda daim başqalarına arxalanmaq, böyük dövlətlərdən asılı qalmaq psixologiyasına son qoyulması –

147
00:17:01,820 --> 00:17:06,170
bütün bunlar İslam dininin irəli sürdüyü ideoloji sistemin tərkib hissələridir.

148
00:17:06,280 --> 00:17:13,420
Hər cəhətdən müstəqillik – müstəqillik çox önəmli bir məsələdir –

149
00:17:13,540 --> 00:17:17,850
ideoloji müstəqillik, siyasi müstəqillik, iqtisadi müstəqillik

150
00:17:18,220 --> 00:17:20,850
(ən önəmlisi, bütün digər sferalarda müstəqilliyə yol açan,

151
00:17:21,050 --> 00:17:25,400
şərait yaradan da elə ideoloji müstəqillikdir)

152
00:17:25,650 --> 00:17:29,910
– bütün bunlar İslam dininin ideoloji sistemində,

153
00:17:29,910 --> 00:17:35,570
İslam İnqilabının məfkurə sistemində əksini tapan prinsiplərdir; xalqlarda maraq oyadan da məhz bunlardır.

154
00:17:35,680 --> 00:17:40,770
Özü də bunlar daim aktual olan, köhnəlməyən məsələlərdir, heç vaxt bitməyəcək mövzulardır.

155
00:17:42,170 --> 00:17:47,970
O məşhur “Müstəqillik, azadlıq, İslam Respublikası” şüarı,

156
00:17:48,400 --> 00:17:54,450
belə demək mümkünsə, məna baxımından xüsusidən ümumiyə keçidi əks etdirir, yəni  əvvəlcə xüsusi, sonra isə

157
00:17:54,940 --> 00:18:01,220
ümumi bir məsələ qeyd olunur. Əvvəlcə “müstəqillik” deyirik, daha sonra “azadlıq”. Müstəqillik azadlığın bir hissəsidir,

158
00:18:01,620 --> 00:18:08,250
yəni əgər fərdi azadlığı nəzərdə tutmuş olsaq, bu, sikkənin yalnız bir üzü olar,

159
00:18:08,450 --> 00:18:13,910
digər üzü isə böyük dövlətlərin, super-güclərin ağalığından azad olmaqdır;

160
00:18:14,280 --> 00:18:17,880
bu da azadlıqdır; buna əsasən də müstəqillik azadlığın bir hissəsidir

161
00:18:18,020 --> 00:18:23,110
və azadlıq istəyən şəxslər müstəqilliyi inkar edirlərsə, əslində, azadlığı inkar etmiş olurlar;

162
00:18:23,200 --> 00:18:26,600
təəssüf ki, zaman-zaman bəzi psevdo-ziyalıların müstəqilliyi,

163
00:18:27,080 --> 00:18:32,940
müstəqilliyin meyarlarını

164
00:18:33,170 --> 00:18:39,680
ilk baxışdan məntiqli görünən, amma əslində, məntiqə tamamilə zidd olan

165
00:18:39,770 --> 00:18:42,250
boş-boş iddialarla inkar etdiklərini görürük.

166
00:18:42,400 --> 00:18:48,600
Müstəqillik azadlığın ayrılmaz bir hissəsidir, yəni azadlığın bir parçasıdır.

167
00:18:48,740 --> 00:18:51,710
Azadlıq anlayışının tərkib hissələrindən biri də bir ölkənin müstəqilliyidir;

168
00:18:52,050 --> 00:18:56,620
bütöv bir xalq miqyasında azadlıqdır; müstəqillik budur.

169
00:18:56,880 --> 00:18:59,280
Demək, bütün bunlar İslam Respublikasının da tərkib hissələridir;

170
00:18:59,280 --> 00:19:03,710
yəni İslam Respublikası da nə təkcə azadlıq, nə də təkcə müstəqillik deməkdir,

171
00:19:04,080 --> 00:19:08,940
bəlkə bütün bunları və eləcə də bir çox digər təlim və prinsipləri əhatə edir.

172
00:19:09,080 --> 00:19:14,850
Biz təmasda olduğumuz insanlara bütün bunları izah edəndə

173
00:19:15,110 --> 00:19:18,600
insanları cəlb etdiyini görürük. Bunlar qəlbləri çox güclü şəkildə özünə tərəf çəkir.

174
00:19:21,080 --> 00:19:29,850
Belə bir ideoloji yanaşma nəticəsində xalq özünəinam qazanır;

175
00:19:30,020 --> 00:19:33,000
hansı ki bu gün bizim xalqımızda da bu özünəinam var, yaranıb.

176
00:19:33,370 --> 00:19:39,570
Şükürlər olsun ki, ölkəmizdə bu özünəinam, bu özünəgüvən günü-gündən daha da artmaqdadır.

177
00:19:39,680 --> 00:19:44,000
Baxmayaraq ki, buna qarşı daim əngəllər yaradıblar, başından basmağa çalışıblar,

178
00:19:44,710 --> 00:19:48,250
təzyiqlər göstərməyə, daim müxtəlif yollarla bunun qarşısı alınıb,

179
00:19:48,770 --> 00:19:53,880
amma sevindirici haldır ki, ölkəmizdə milli özünəgüvən günü-gündən daha da inkişaf etməkdə, genişlənməkdədir.

180
00:19:54,310 --> 00:20:01,370
Özünəinam var, ideoloji azadlıq var, praktik, əməli surətdə azadlıq var –

181
00:20:01,510 --> 00:20:07,020
yəni Qərb və Amerikanın fərdi azadlıq məntiqindən fərqli,

182
00:20:07,250 --> 00:20:12,570
sözün əsl mənasında bir fərdi azadlıq; onlardakı azadlıq deyil –

183
00:20:13,200 --> 00:20:17,620
İslama uyğun həyat tərzi var, novatorluq var,

184
00:20:18,570 --> 00:20:22,140
həmrəylik var, milli birlik var.

185
00:20:22,450 --> 00:20:27,970
Bunlar həmin məfkurə və yanaşma sayəsində

186
00:20:28,220 --> 00:20:34,170
cəmiyyətin şüurunda, davranışında, reallıqlarında ortaya çıxan şeylərdir

187
00:20:34,340 --> 00:20:37,250
və bütün bunlar İslam dininin dəyərləridir;

188
00:20:37,420 --> 00:20:39,970
və bir xalqa tərəqqi və yüksəliş qazandıran da bütün bunlardır.

189
00:20:40,250 --> 00:20:50,940
Bir xalqda müstəqil fikir və yanaşma, özünəinam, təşəbbüskarlıq,

190
00:20:51,970 --> 00:20:56,420
novatorluq, əməyə, zəhmətə sevgi və həvəs varsa,

191
00:20:56,600 --> 00:21:03,570
hakimiyyətin bütün qolları arasında söz birliyi varsa, ardıcıl surətdə iş görülürsə,

192
00:21:03,880 --> 00:21:06,310
bu xüsusiyyətlər o xalqın inkişafına, tərəqqisinə səbəb olur.

193
00:21:06,540 --> 00:21:12,820
Xoşbəxtlikdən, bizim xalqımız da inkişaf edib. Əlbəttə ki, əngəllər də çox olub, onlardan da danışacağam.

194
00:21:13,170 --> 00:21:18,650
Ölkəmizin maddi inkişaf baxımından

195
00:21:19,770 --> 00:21:27,650
bugünün inkişaf etmiş dövlətləri səviyyəsində olacağı günü bir təsəvvürünüzə gətirin;

196
00:21:27,940 --> 00:21:33,080
elmi baxımdan, texnoloji baxımdan, maddi sərvətlərin istehsalı baxımından.

197
00:21:33,220 --> 00:21:39,480
Bu kimi xüsusiyyətlərə malik bir ölkə: elmi inkişafa nail olmuş, sənayesi inkişaf etmiş,

198
00:21:39,770 --> 00:21:46,400
150-200 milyon əhalisi olan, mənəviyyatlı –

199
00:21:47,000 --> 00:21:53,680
yəni imperialist məqsədlər izləməyən, başqalarına qarşı zorakılıq etmək, öz sözünü kiməsə zorla diktə etmək niyyətində olmayan,

200
00:21:54,050 --> 00:22:01,250
məzlumlara kömək edən, dünyanın hegemon dövlətlərinin başından yekə tələblərinə müqavimət göstərən bir ölkə;

201
00:22:01,540 --> 00:22:07,570
belə bir ölkəni təsəvvürünüzə gətirin! Görün bu, dünya imperializmi üçün nə qədər dözülməzdir?!

202
00:22:07,770 --> 00:22:12,450
Bu gün İslam Respublikası əleyhinə aparılan bütün işlər

203
00:22:12,620 --> 00:22:14,620
məhz belə bir günün gəlişinin qarşısını almaq məqsədi daşıyır;

204
00:22:16,620 --> 00:22:22,480
İslam Respublikasının belə bir gələcəyi olmasın deyə edilir:

205
00:22:22,650 --> 00:22:31,510
maddi inkişafın bütün kriterilərinə cavab verən,

206
00:22:31,800 --> 00:22:36,970
eyni zamanda da mənəviyyatlı, mənəvi cəhətdən təmiz,

207
00:22:38,220 --> 00:22:44,570
İslama uyğun həyat tərzi ilə yaşayan, milli birlik və qardaşlığı özündə əks etdirən,

208
00:22:44,570 --> 00:22:49,970
xalqı həmrəy, başqalarına qarşı zorakılıq və işğalçılıq etməyən inkişaf etmiş bir ölkə;

209
00:22:50,110 --> 00:22:54,280
onların istədiyi budur ki, İran İslam dövləti belə bir xoş günə çıxmasın;

210
00:22:54,400 --> 00:23:00,770
bütün fəaliyyətləri, bütün səyləri, bütün planları bunun üçündür,

211
00:23:01,280 --> 00:23:09,480
bunun davasıdır; dava bunun üstündədir ki, əgər bu cür xüsusiyyətlərə malik bir müsəlman ölkəsi ortaya çıxsa,

212
00:23:09,800 --> 00:23:14,620
imperializmin, küfrün büsatına son qoyulacaq.

213
00:23:15,650 --> 00:23:22,620
Bu cür inkişaf edə, zahiri maddi şərtləri özündə bu səviyyədə təmin edə biləcək,

214
00:23:22,770 --> 00:23:25,480
eyni zamanda Allah-taalaya arxalanan,

215
00:23:25,480 --> 00:23:29,650
Allahı zikr edən, Allaha şükür edən, Allaha ibadət edən, Allaha səcdə edən,

216
00:23:31,400 --> 00:23:35,000
ilahi hökmlər qarşısında itaətkar və təslimkar olan bir ölkə,

217
00:23:35,650 --> 00:23:41,310
bilirsiniz, güclü bir maqnit kimi dünyada özünə qarşı necə cazibə qüvvəsi yaradar,

218
00:23:41,880 --> 00:23:47,450
xalqların qəlbini özünə necə cəzb edər?! Bunun baş verməyini istəmirlər; bütün davalar da bunun üstündədir.

219
00:23:48,420 --> 00:23:51,620
Bizim elmi inkişafımıza qarşı mübarizə aparmaları,

220
00:23:51,770 --> 00:23:57,110
müxtəlif ölkələrdə bizim siyasi iştirakımızın əleyhinə çıxmaları –

221
00:23:57,540 --> 00:24:05,080
açıq-aşkar deyirlər ki, İran regionda nüfuza malikdir, ölkələrdə nüfuzu var, xalqlara təsir göstərir –

222
00:24:05,310 --> 00:24:09,620
göstərdikləri iqtisadi təzyiqlər

223
00:24:09,710 --> 00:24:12,650
məhz belə bir vəziyyətin yaranmaması üçündür, belə bir günün gəlişinə əngəl olmaq üçündür.

224
00:24:12,800 --> 00:24:17,170
Bu istəyin tam əks tərəfində isə biz dururuq; biz İran xalqı, biz gənclər,

225
00:24:17,310 --> 00:24:22,880
təşəbbüs göstərməyə hazır olan insanlar, din alimləri, universitetlərdəki ziyalılar.

226
00:24:23,650 --> 00:24:26,680
Məhz biz onların bu hərəkatı qarşısında

227
00:24:26,820 --> 00:24:32,110
az öncə qeyd etdiyim fəlsəfi-ideoloji sistem əsasında öz prinsipial hərəkatımızı yürütməliyik.

228
00:24:32,250 --> 00:24:37,080
Hamı çalışmalı, səy göstərməli, işləməli

229
00:24:37,400 --> 00:24:42,080
və düşmənin nə etmək istədiyini bilməlidir; hər kəs diqqətli və ehtiyatlı olmalıdır.

230
00:24:42,340 --> 00:24:47,280
Mən istərdim ki, ölkəmizin bütün rəsmilərində bu həssaslıq yaransın,

231
00:24:47,650 --> 00:24:52,420
düşmənin nə işlə məşğul olduğunu, hədəfinin nə olduğunu bilsinlər;

232
00:24:52,850 --> 00:24:59,880
düşmənin təbəssümünə, hansısa işdə, hansısa məsələdə, ola bilsin, qısamüddətli kompromisə getməyinə,

233
00:24:59,880 --> 00:25:05,940
tutalım, haradasa etdiyi bir güzəştə, hansı məqamdasa bizimlə razılaşmağına,

234
00:25:06,110 --> 00:25:12,540
ola bilsin, İslam Respublikasının xeyrinə dilinə bir kəlmə söz alıb deməyinə – hansı ki çox zəif ehtimaldır –

235
00:25:12,770 --> 00:25:17,650
bu cür sözlərə aldanmayaq; düşmənin nə etmək istədiyini bilək.

236
00:25:18,080 --> 00:25:21,280
Əlbəttə ki, bu gün düşmən dünya imperializmidir.

237
00:25:21,280 --> 00:25:25,540
Dünya imperializmi xəyali bir şey deyil, reallıqdır,

238
00:25:26,020 --> 00:25:30,710
ortada açıq-aydın əlamətləri, göstəriciləri var; ən böyük göstəricisi Amerikadır,

239
00:25:31,540 --> 00:25:37,910
Amerika administrasiyasının arxasında isə bütün dünyaya yayılmış, əksəriyyət etibarilə sionistlərə aid olan

240
00:25:38,220 --> 00:25:49,620
nəhəng şirkətlər, trestlər, kartellər, bəşəriyyətin qanını sovuran istismarçı kapitalistlər durur;

241
00:25:49,740 --> 00:25:53,340
təkcə Amerikada da deyil; bunlar Avropada və bəzi digər yerlərdə də

242
00:25:53,450 --> 00:25:56,250
həddən artıq güclü nüfuz əldə ediblər; imperializm bax budur.

243
00:25:56,420 --> 00:26:04,910
Bu imperializm divinin canı içində olan şüşə məhz belə bir islami hərəkatla sındırılacaq;

244
00:26:05,400 --> 00:26:10,680
bu hərəkat İslam İnqilabının qələbəsi ilə start götürüb,

245
00:26:10,850 --> 00:26:18,000
İslam Respublikası, bu dövlətin inqilabi kursa sadiqliyi ilə davam edir

246
00:26:18,250 --> 00:26:20,820
və gələcəkdə də bu minvalla inkişaf edib irəliləyəcək.

247
00:26:21,080 --> 00:26:25,140
Bəzən elə şeylərin şahidi olursan ki, insanda, doğrudan da, ümid yaranır.

248
00:26:25,220 --> 00:26:31,850
Hərdən müxtəlif sferalarda cürbəcür texnoloji nailiyyətləri əks etdirən sərgiləri

249
00:26:32,400 --> 00:26:34,600
bizə gətirirlər – onlardan bəziləri haqda geniş ictimaiyyətə açıqlama verilir,

250
00:26:34,740 --> 00:26:38,680
bəziləri haqda isə məqsədəuyğun bilinmədiyinə görə məlumat verilmir, amma biz yaxından görüb tanış oluruq –

251
00:26:38,970 --> 00:26:43,420
doğrudan da, bizim gənclərimizin əlləri möcüzələr yaradır.

252
00:26:44,340 --> 00:26:53,340
Yaşı az olan, qəlbi stimul dolu, imanlı, bacarıqlı, istedadlı, yüksək əhval-ruhiyyəli,

253
00:26:54,800 --> 00:27:03,740
həm də Allaha təvəkkül edən, ağzı salavatlı, namazqılan, dininə qarşı diqqətli, Quran oxuyan gənclər

254
00:27:03,970 --> 00:27:09,310
çox böyük, çox gözəl işlər həyata keçirir;

255
00:27:09,680 --> 00:27:14,080
və inşallah, İslam Respublikasını o inkişaf və yüksəliş gözləyir.

256
00:27:14,220 --> 00:27:18,340
Qeyd etdim ki, biz geniş imkan və potensiala malik olan bir ölkəyik.

257
00:27:18,510 --> 00:27:24,710
O gün hökumət kabinetindən olan qardaşlarımızla görüşdə

258
00:27:25,770 --> 00:27:35,400
mən dedim ki, aldığım məlumata görə, biz ölkəmizin mədən resurslarından

259
00:27:36,050 --> 00:27:41,280
– hansı ki ölkəmizin ən önəmli sərvət resurslarından biri yeraltı sərvətlərimizdir

260
00:27:41,820 --> 00:27:47,420
– 14 faizini istifadə edirik. Çox hörmətli Sənaye və Mədən Nazirimiz

261
00:27:47,600 --> 00:27:52,570
doğrudur, statistik hesabatlarda da belədir. Bax biz belə bir ölkəyik;

262
00:27:53,000 --> 00:27:59,220
indiyə qədər biz ölkəmizin yeraltı resurslarından 14 faizini istifadə etmişik.

263
00:28:00,000 --> 00:28:04,740
Coğrafi mövqeyimiz, cürbəcür mədəni imkanlarımız,

264
00:28:05,170 --> 00:28:11,050
İslam mədəniyyətinin və Əhli-Beyt (ə) maarifinin dünyada qazandığı dərin nüfuz;

265
00:28:11,200 --> 00:28:14,480
bunlar balaca şeylər deyil; bunlar bizim ixtiyarımızda olan

266
00:28:14,620 --> 00:28:17,220
çox nəhəng sərvətlərdir.

267
00:28:17,480 --> 00:28:24,820
Bax elə buna görə də mənim demək istədiyim odur ki, biz – Xubriqan Məclisi, ölkə rəsmiləri,

268
00:28:25,480 --> 00:28:33,050
ictimaiyyət arasında nüfuza malik olan, geniş auditoriyaya səslənmək imkanı olan insanlar –

269
00:28:33,050 --> 00:28:40,740
istər mətbuatdan, istərsə də digər auditoriyalardan –

270
00:28:41,140 --> 00:28:44,570
danışmağı bacaran, təsir göstərə bilən şəxslər

271
00:28:44,680 --> 00:28:50,850
o gələcəyi insanlara mümkün qədər çox açıqlamalı, təsvir etməli, qəlbləri o gələcəyə sövq etməli,

272
00:28:51,340 --> 00:28:57,800
onlarda ümid oyatmalı, möminlərin qəlbində lazımi rahatlıq və sakitliyi yaratmalıdırlar ki,

273
00:28:58,170 --> 00:29:01,850
irəli gedək; Allaha həmd olsun ki, biz inkişaf etməkdə, irəliləməkdəyik.

274
00:29:02,250 --> 00:29:10,600
Günümüzdə aktual olan bir-iki mühüm və diqqətəlayiq məsələ də var ki, onları qısaca da olsa qeyd etməliyəm:

275
00:29:10,740 --> 00:29:16,510
bunladan biri Birgə Kompleks Tədbirlər Planı məsələsidir, o biri isə BKTP-dən sonrakı proseslərdir –

276
00:29:16,650 --> 00:29:22,170
zənnimcə, BKTP-dən sonrakı proseslər BKTP-nin özündən daha önəmlidir.

277
00:29:22,600 --> 00:29:30,570
BKTP ilə bağlı mən nəzərdə tutduğum və lazım bildiyim məqamları bu günlər ərzində –

278
00:29:30,680 --> 00:29:33,880
istər bu razılaşma əldə olunmazdan öncə,

279
00:29:33,970 --> 00:29:39,450
istərsə də ondan sonra – qeyd etmişəm.

280
00:29:39,800 --> 00:29:43,710
Bu gün ortada olan məsələ BKTP-nin parlamentdə ratifikasiyası məsələsidir;

281
00:29:44,050 --> 00:29:52,600
ekspertlər, mütəxəssislər bu sənədin hüquq, qanun baxımından nə vəziyyətdə olduğunu araşdırmalı,

282
00:29:52,600 --> 00:29:58,310
məsələnin hüquqi tərəflərini gözdən keçirərək

283
00:29:58,510 --> 00:30:03,510
müvafiq surətdə hərəkət etməlidirlər; mən o mövzulara girmirəm.

284
00:30:03,620 --> 00:30:07,620
Lakin mən ümumilikdə fikir bildirib demək istəyirəm –

285
00:30:07,620 --> 00:30:09,680
və bunu cənab prezidentə də söyləmişəm – ki,

286
00:30:09,680 --> 00:30:14,600
parlamenti bu məsələdən kənar tutmağı məqsədəuyğun hesab etmirəm.

287
00:30:14,740 --> 00:30:20,050
Çünki nəticə etibarilə bu, artıq 2 ildir ki, ölkənin gündəmini tutan, ictimaiyyətin diqqət mərkəzində duran

288
00:30:20,170 --> 00:30:24,540
və hal-hazırda müəyyən nəticələrin əldə olunduğu bir məsələdir; odur ki parlament də bu məsələ ilə yaxından məşğul olmalıdır.

289
00:30:24,540 --> 00:30:29,310
O ki qaldı parlament nə etsin, bu məsələdə necə davransın, mənim bu mövzuda İslami Şura Məclisinə heç bir tövsiyəm yoxdur.

290
00:30:29,600 --> 00:30:34,770
Birincisi, hansı formada qərar verilməlidir? Qəbul edilmə

291
00:30:35,020 --> 00:30:39,220
və ya geri qaytarılma formasında olmalıdır, yoxsa başqa bir şəkildə?

292
00:30:39,650 --> 00:30:44,110
Qəbul etsinlər, yoxsa geri qaytarsınlar? Bu mövzularda mənim heç bir tövsiyəm yoxdur.

293
00:30:44,220 --> 00:30:49,370
Həlledici qərar xalqın parlamentdəki nümayəndələrinə aiddir,

294
00:30:49,680 --> 00:30:53,600
parlamentin nəyi etməli, nəyi etməməli olduğuna mən göstəriş vermirəm.

295
00:30:53,740 --> 00:30:59,570
Mənim fikrim budur ki, parlamentin bu mövzudan uzaq tutulmamağı müsbət bir haldır

296
00:30:59,910 --> 00:31:03,170
və xalqın parlamentdə oturan nümayəndələri də bu məsələyə münasibət bildirməlidir.

297
00:31:04,110 --> 00:31:07,420
BKTP-dən sonrakı məsələlərə gəlincə.

298
00:31:07,510 --> 00:31:12,020
Zənnimcə, bəzi məsələlər var ki, ölkə rəsmiləri

299
00:31:13,000 --> 00:31:21,080
onları diqqətdə saxlamalıdır; əlbəttə ki, mən bunları hökumətdə təmsil olunan əziz və səmimi qardaşlarımızla da

300
00:31:22,420 --> 00:31:25,200
müzakirə edirəm, etmişəm də, amma məlumat üçün sizə də deyirəm.

301
00:31:25,510 --> 00:31:32,570
Birincisi, zahirən bizim qarşımızda 6 dövlət var,

302
00:31:32,820 --> 00:31:36,800
amma əslində, aktiv olan, fəal iş aparan yalnız bir dövlət – yəni Amerikadır.

303
00:31:37,450 --> 00:31:41,800
Amerika bu məsələdə tam aktiv bir şəkildə meydandadır,

304
00:31:41,970 --> 00:31:48,910
tər töküb çalışır, səy göstərir.

305
00:31:49,710 --> 00:31:55,600
Amerika rəsmiləri çox pis danışırlar; bu çıxışların, bu bəyanatların nə üçün, nə məqsədlə edildiyi aydınlaşdırılmalıdır;

306
00:31:56,200 --> 00:32:00,880
belə ki məsələnin bir tərəfində Amerika, digər tərəfində isə biz dururuq.

307
00:32:01,800 --> 00:32:05,220
Gah deyirlər ki, sanksiyaların strukturu saxlanacaq;

308
00:32:05,680 --> 00:32:09,450
bəs onda bu qədər vaxtı biz nə üçün oturub danışıqlar aparmışıq.

309
00:32:09,710 --> 00:32:13,820
Biz danışıqlara getmişik ki, sanksiyaların gətirdiyi məhdudiyyətlər ortadan qalxsın, bu sanksiyalar ləğv olunsun.

310
00:32:14,480 --> 00:32:17,600
Sanksiyaların strukturunu saxlamaq qərarına gəliblər!

311
00:32:17,740 --> 00:32:20,770
İndi mən bilmirəm “sanksiyaların strukturu saxlansın” nə deməkdir;

312
00:32:20,910 --> 00:32:23,310
ola bilsin, bunu da bir cür izah edib mənalandıracaqlar,

313
00:32:23,570 --> 00:32:29,970
amma bu sözlərdən çıxan nəticə bizim danışıqlara getməklə izlədiyimiz hədəflərə tamamilə ziddir;

314
00:32:30,000 --> 00:32:32,880
yoxsa biz danışıqlara nə üçün gedirdik ki? Öz işimizi görərdik;

315
00:32:33,340 --> 00:32:36,970
19 min sentrifuqa qurmuşduq,

316
00:32:37,140 --> 00:32:39,480
qısa bir müddət ərzində

317
00:32:39,620 --> 00:32:44,170
bu rəqəmi 50-60 minə çatdıra bilərdik.

318
00:32:44,850 --> 00:32:48,280
Bunu etmək üçün heç bir problemimiz də yox idi;

319
00:32:49,020 --> 00:32:51,940
20 faizlik yanacağı istehsal edirdik, ardını da gedə bilərdik.

320
00:32:52,800 --> 00:32:57,850
Nüvə tədqiqatlarını davam etdirib

321
00:32:58,140 --> 00:33:02,420
eyni sürət tempi ilə və eyni şəkildə bu sahədə inkişaf edərdik; qalan şeylər də eynilə.

322
00:33:02,600 --> 00:33:07,400
Oturub danışıqlar aparmağımız, müəyyən məqamlarda güzəştə getməyimiz,

323
00:33:07,400 --> 00:33:13,370
sizə müəyyən imtiyazlar verməyimiz əsasən onun üçün idi ki, sanksiyalar qaldırılsın.

324
00:33:13,480 --> 00:33:17,800
Əgər sanksiyalar qaldırılmayacaqsa, deməli, artıq ortada heç bir anlaşma da yoxdur

325
00:33:18,220 --> 00:33:22,480
və bunun daha heç bir mənası da yoxdur. Rəsmilərimiz bunu özləri üçün dəqiq surətdə müəyyən etməli

326
00:33:22,770 --> 00:33:30,820
və daha deməməlidirlər ki, məsələn, “o, bu sözləri daxildəki rəqiblərini razı salmaq üçün deyir”.

327
00:33:30,910 --> 00:33:33,620
Düzdür, Amerikada bir rəqabətin, çəkişmənin getdiyi tamamilə realdır;

328
00:33:33,710 --> 00:33:37,080
mən düşünmürəm ki, bu çəkişmə formal, gözdən pərdə asmaq xarakteri daşıyır,

329
00:33:37,080 --> 00:33:40,510
aralarında, doğrudan da, fikir ayrılığı var, səbəbi də bizə aydındır;

330
00:33:41,250 --> 00:33:45,740
amma hər halda, rəsmi surətdə səsləndirilən fikirlər cavablandırılmalıdır;

331
00:33:45,910 --> 00:33:49,970
cavabı verilməsə, təsdiqlənmiş olacaq. Bir məqam budur.

332
00:33:50,420 --> 00:33:52,250
İkinci məqam budur ki,

333
00:33:52,370 --> 00:33:59,450
onlar sanksiyaların aradan qaldıracaqlarını dedikləri hissəsi haqda da belə danışırlar ki,

334
00:33:59,540 --> 00:34:03,770
“dondurulacaq” və ya “müvəqqəti olaraq dayandırılacaq”; amma biz məsələni bu şəkildə qoymamışıq.

335
00:34:03,970 --> 00:34:08,910
Aydındır ki, iqtisadi sanksiyalar aradan qaldırılmalıdır;

336
00:34:08,910 --> 00:34:13,510
özü də demişik ki, dərhal! Bu “dərhal” sözünü də mənalandırdılar, heç nə demədik;

337
00:34:14,310 --> 00:34:19,110
burdakı dostlarımız bu “dərhal” şərtini müəyyən şəkildə mənalandırdılar,

338
00:34:19,220 --> 00:34:22,540
bunun müəyyən ardıcıllıqla reallaşacağını dedilər, biz də etiraz etmədik.

339
00:34:23,050 --> 00:34:26,080
Amma hər halda, gec-tez sanksiyalar götürülməlidir,

340
00:34:26,570 --> 00:34:30,480
dondurmaq, müvəqqəti dayandırmaq söhbəti yoxdur.

341
00:34:30,680 --> 00:34:34,400
Əgər onlar donduracaqlarsa, olsun, biz də burda işləri dondurarıq;

342
00:34:34,620 --> 00:34:40,110
əgər elədirsə, onda biz nə üçün nəticəsi göz önündə olan əsaslı addımlar atmalıyıq?

343
00:34:40,220 --> 00:34:43,820
Bir sözlə, məqsəd sanksiyaların ləğvidir.

344
00:34:43,820 --> 00:34:50,620
Düzdür, müəyyən məqamlarda dedilər ki, sanksiyaların ləğvi

345
00:34:50,820 --> 00:34:56,110
bizimlə danışıqlar aparmış Amerika dövlətinin əlində deyil; “Onları dayandırıb

346
00:34:56,110 --> 00:35:00,570
öz qanuni hüquqlarımızdan istifadə edəcəyik” və sair dedilər;

347
00:35:00,740 --> 00:35:03,110
amma Amerikanın və ya Avropa dövlətlərinin əlində olan məsələlər

348
00:35:03,200 --> 00:35:08,420
tamamilə həll olunmalı, sanksiyalar qaldırılmalıdır.

349
00:35:09,170 --> 00:35:14,770
Digər bir məqam budur ki, onlar öz çıxışlarında

350
00:35:14,910 --> 00:35:20,620
nüvə razılaşmasının və sair bu kimi danışıqların prinsiplərindən tamamilə kənar olan fikirlər səsləndirirlər;

351
00:35:20,820 --> 00:35:24,570
bu müzakirələrin mövzusundan tamamilə uzaq şeylər danışırlar.

352
00:35:25,200 --> 00:35:32,200
Amerika administrasiyasındakı cənablar və xanımlar

353
00:35:32,800 --> 00:35:37,850
19-cu əsrin ingilisləri kimi danışırlar; yəni həqiqətən də,

354
00:35:38,080 --> 00:35:41,200
dünyadan, müasir tarixdən 2 əsr geridirlər!

355
00:35:42,140 --> 00:35:46,880
Bir vaxtlar Lord Kerzonun

356
00:35:47,280 --> 00:35:52,340
Fars körfəzində İran və ya bu region haqda danışdığı kimi danışırlar;

357
00:35:52,570 --> 00:35:55,020
danışıqları buna bənzəyir; amma dünya dəyişib.

358
00:35:55,510 --> 00:36:01,000
Bu gün super-dövlətlərin artıq o gücü, o imkanları yoxdur,

359
00:36:01,480 --> 00:36:05,450
belə bir iş görməyə qadir deyillər; qarşılarındakı da İslam Respublikasıdır;

360
00:36:05,850 --> 00:36:10,820
hansısa adada yerləşən geridəqalmış bir ölkə deyil ki,

361
00:36:11,250 --> 00:36:13,050
ürəyiniz istəyəni deyəsiniz;

362
00:36:13,140 --> 00:36:14,540
xeyr, qarşınızdakı İslam Respublikasıdır;

363
00:36:14,740 --> 00:36:19,450
gücünün, imkanlarının müəyyən hissəsinə bələd olduğunuz,

364
00:36:19,570 --> 00:36:24,050
müəyyən hissəsinə də lazım gələrsə əməldə bələd olacağınız İslam Respublikası;

365
00:36:24,310 --> 00:36:28,250
o demək deyil ki, elə oturub bizi hədələyə bilərsiniz; bu tonda danışırlar.

366
00:36:28,710 --> 00:36:32,850
Həmişə dedikləri sözlərdən biri də budur ki,

367
00:36:33,050 --> 00:36:38,770
“biz İslam Respublikasının rəsmilərinin və ya İran administrasiyasının fərqli davranmasını gözləyirik!”

368
00:36:38,940 --> 00:36:45,910
Fərqli nə deməkdir? Nədən fərqli? İslam Respublikasının keçmişindən fərqli?

369
00:36:46,080 --> 00:36:47,850
Xeyr, bu olmayacaq;

370
00:36:48,650 --> 00:36:53,820
“fərqli” deyəndə onlar İslam dəyərlərindən vaz keçməyi,

371
00:36:54,420 --> 00:36:59,080
İslam dininin hökmlərinə riayət etməkdən əl çəkməyi nəzərdə tuturlar;

372
00:36:59,080 --> 00:37:01,820
onlar üçün “fərqli” budur; belə bir şey baş verməyəcək.

373
00:37:01,910 --> 00:37:07,080
Nə hökumətimiz, nə parlamentimiz, nə digər rəsmilər qəti surətdə belə bir iş görməyəcəklər

374
00:37:07,480 --> 00:37:12,170
və əgər kimsə belə bir şey etmək istəsə, xalq,

375
00:37:12,340 --> 00:37:17,050
İslam Respublikası onun bu kimi davranışlarını qəbul etməyəcək, belə bir şeyin mənası da yoxdur.

376
00:37:17,400 --> 00:37:25,480
“Fərqli davranmaq” deməklə onlar bunu nəzərdə tuturlar ki, İran Amerikanın regionda yürütdüyü siyasətin çərçivəsinə daxil olsun.

377
00:37:25,620 --> 00:37:30,510
Amerikanın bu regionda yürütdüyü bir siyasət var, regionla bağlı öz fikirləri var.

378
00:37:31,400 --> 00:37:38,280
O fikirlərdən biri budur ki, bu regionun müqavimət qüvvələri tamamilə məhv olmalı, yox edilməlidir;

379
00:37:38,370 --> 00:37:42,200
başqa bir fikirləri budur ki, Amerika dövləti

380
00:37:42,540 --> 00:37:47,480
İraq, Suriya və sair dövlətlərdə ağalığını tamamilə təmin etməlidir.

381
00:37:47,620 --> 00:37:50,510
Onların fikri budur,

382
00:37:50,650 --> 00:37:53,000
gördükləri işlərin hamısının son hədəfi bunlardır.

383
00:37:53,400 --> 00:37:58,140
Onlar istəyirlər ki, bizim rəsmilərimiz, bizim dövlətimiz, bizim siyasətçilərimiz də

384
00:37:58,400 --> 00:38:03,680
bu siyasətlərin reallaşması istiqamətində hərəkət etsinlər; amma belə bir şey olmayacaq.

385
00:38:04,170 --> 00:38:08,620
Bəyanatlarında səsləndirdikləri və bizdə həsasslıq yaradan fikirlərindən biri də budur ki,

386
00:38:08,850 --> 00:38:14,850
deyirlər, BKTP Amerika üçün həm İranın daxilində,

387
00:38:15,370 --> 00:38:21,140
həm də İrandan kənarda – regionda fürsətlər yaradıb;

388
00:38:21,280 --> 00:38:24,020
bunu amerikalılar deyir, tez-tez səsləndirdikləri fikirlərdən biri də budur.

389
00:38:25,050 --> 00:38:30,140
Mən isə hökumətdə və digər rəsmi strukturlarda təmsil olunan dostlarımıza bunu demək istəyirəm ki,

390
00:38:30,140 --> 00:38:35,770
ölkə daxilində Amerikanın hansısa formada münasib fürsət ələ keçirməsinə qətiyyən imkan verməyin;

391
00:38:35,880 --> 00:38:39,850
həmçinin çalışın ki, ölkədən kənarda da Amerikanın əlinə belə bir fürsət düşməsin.

392
00:38:40,400 --> 00:38:44,540
Onlar bu fürsətlərə nə qədər yaxınlaşsalar,

393
00:38:44,800 --> 00:38:51,600
heç şübhəsiz, o yerdən xalqların zilləti, ölkələrin gerilik və əzab-əziyyəti başlayacaq.

394
00:38:51,800 --> 00:38:58,450
Bunların ölkə daxilində hansısa fürsətləri ələ keçirməyinə qətiyyən imkan vermək olmaz.

395
00:38:58,740 --> 00:39:01,110
Mən demişəm, elan etmişəm ki,

396
00:39:01,570 --> 00:39:06,820
biz nüvə məsələsindən başqa heç bir digər mövzu ətrafında Amerika ilə danışıqlara getməyəcəyik;

397
00:39:06,970 --> 00:39:09,570
bunu həm xarici siyasət rəsmilərimizə,

398
00:39:09,710 --> 00:39:14,510
həm də digər rəsmilərə söyləmişəm; o mövzuya girmək istəmirəm.

399
00:39:14,600 --> 00:39:20,680
Səbəbi də budur ki, onların izlədiyi siyasət kursu bizimkinin tam əksidir,

400
00:39:20,880 --> 00:39:27,600
bir-birindən 180 dərəcə fərqlənirik. Biri bu məsələdir.

401
00:39:27,820 --> 00:39:29,800
Digər bir məsələ isə iqtisadiyyatdır;

402
00:39:30,000 --> 00:39:36,540
bizim siyasi problemlərimiz məsələnin bir tərəfidir,

403
00:39:36,540 --> 00:39:39,020
amma iqtisadi problemlər də çox əhəmiyyətlidir.

404
00:39:39,310 --> 00:39:45,600
Mən hökumət kabinetindəki qardaşlarımızdan xahiş etmişəm ki, müqavimət iqtisadiyyatının siyasətinin reallaşdırılması üçün

405
00:39:45,880 --> 00:39:55,480
bir kompleks xarakterli və strateji əməli tədbirlər planı hazırlasınlar;

406
00:39:56,450 --> 00:39:59,450
bunu mən nazirlərlə keçirdiyim görüşdə onlara,

407
00:39:59,570 --> 00:40:07,000
həm də ayrıca möhtərəm ölkə prezidentinə söyləmişəm; və gözləyirəm ki, inşallah, bu, həyata keçiriləcək.

408
00:40:07,340 --> 00:40:14,050
Müqavimət iqtisadiyyatını hissələrə ayırıb

409
00:40:14,140 --> 00:40:18,620
“bu hissəni reallaşdırırıq” demək mümkün deyil; bu, bütöv,

410
00:40:19,280 --> 00:40:24,250
məcmu şəklində olan və ayrı-ayrı elemenetləri bir-birini tamamlayan bir siyasətdir.

411
00:40:24,680 --> 00:40:29,570
Onun bütün hissələrini reallaşdıra biləcək vahid bir icra proqramı olmalıdır.

412
00:40:30,510 --> 00:40:35,800
Əlbəttə ki, hökumət kabinetindəki qardaşlarımızın əzmi, niyyəti də elə budur,

413
00:40:35,970 --> 00:40:40,450
inşallah, çalışıb lazımi səyləri də göstərəcək, bu işi reallaşdıracaqlar.

414
00:40:40,620 --> 00:40:46,250
Əgər bu, baş versə, daha bizim üçün heç bir əhəmiyyəti olmayacaq ki,

415
00:40:46,450 --> 00:40:54,850
məsələn, İrana xaricdən geri qayıdan pul 100 milyard dollardır, ya beş milyard;

416
00:40:55,450 --> 00:40:59,770
yəni doğrudan da, bunun əhəmiyyəti arxa plana keçəcək.

417
00:40:59,880 --> 00:41:06,620
Əlbəttə, biz dünyadan, başqalarında qalan pulumuzu istəyirik – hansı ki indiyə qədər

418
00:41:06,770 --> 00:41:10,340
o pulların geri qaytarılmasının qarşısı zülmlə alınıb –

419
00:41:10,600 --> 00:41:16,200
o pul bizim istifadəmizə verilməlidir, buna söz yox, amma müqavimət iqtisadiyyatının reallaşmasının əhəmiyyəti

420
00:41:16,340 --> 00:41:20,970
ümumilikdə xaricdəki o pullarla, onların bu şəkildə və birdən-birə belə böyük həcmdə geri qaytarılması ilə bitmir,

421
00:41:21,820 --> 00:41:23,020
bu kimi şeylərdən daha yüksəkdir.

422
00:41:23,280 --> 00:41:28,110
Məncə, əgər biz bu müqavimət iqtisadiyyatını yaxşı bir icra proqramı ilə

423
00:41:28,220 --> 00:41:33,000
əməldə – təkcə dildə yox – reallaşdıra, işə sala bilsək,

424
00:41:33,310 --> 00:41:39,740
işimiz necə lazımsa gedəcək, camaat da bizə kömək edəcək.

425
00:41:39,970 --> 00:41:48,220
Demişik ki, hökumətdə də operativ bir icra komitəsi təşkil olunmalı,

426
00:41:48,280 --> 00:41:54,650
onlar işlərin gedişini izləməli, hər bir strukturun vəzifəsini, işin hansı hissəsini

427
00:41:54,770 --> 00:41:59,480
hansı iqtisadi və ya qeyri-xidmət strukturunun yerinə yetirəcəyini müəyyən etməlidir;

428
00:42:00,110 --> 00:42:08,680
və vaxt bölgüsü aparılmalıdır; bu və ya digər strukturun öz öhdəsinə düşən vəzifəni hansı vaxt ərzində yerinə yetirəcəyi

429
00:42:08,680 --> 00:42:12,600
əvvəlcədən dəqiqləşdirilməli və inşallah, sona qədər işin gedişinə nəzarət olunmalıdır ki,

430
00:42:12,710 --> 00:42:17,880
bu möhtəşəm dinamika, bu hərtərəfli milli hərəkat gerçəkləşsin.

431
00:42:18,020 --> 00:42:24,400
Son olaraq bunları demək istəyirəm: ölkəmizin mömin insan qüvvəsi bilsin ki,

432
00:42:25,340 --> 00:42:32,080
biz İslam dininin hədəf və amallarına doğru gedirik; buna heç bir şübhə yoxdur.

433
00:42:33,340 --> 00:42:38,570
Və hamısı hazır vəziyyətdə olsunlar, hazırlıqlarını əldən verməsinlər;

434
00:42:40,710 --> 00:42:45,400
ölkənin dörd bir yanında olan mömin, nəcib, inamlı insanlar hərəkətə keçməyə hazır olsunlar;

435
00:42:45,650 --> 00:42:49,970
əlhəmdulillah, əhalimizin böyük əksəriyyətini də məhz onlar təşkil edir.

436
00:42:50,310 --> 00:42:53,880
Hərəkətə keçməyə hazır olsunlar.

437
00:42:54,020 --> 00:42:59,080
Hərəkətə keçməyə hazır olmaq müharibəyə hazırlaşmaq mənasında deyil; yəni həm iqtisadiyyat,

438
00:42:59,200 --> 00:43:02,540
həm mədəniyyət, həm siyasət sferalarında,

439
00:43:02,850 --> 00:43:07,140
həm də digər müxtəlif arena və meydanlarda hərəkətə keçməyə hazırlıqlı olsunlar;

440
00:43:08,140 --> 00:43:10,940
hazır olsunlar, biz hamımız hazır olmalıyıq.

441
00:43:11,050 --> 00:43:18,250
Düşmənlərimizin bu gərgin səyləri qarşısında – hansı ki düşmənlərimiz gecə-gündüz bilmirlər –

442
00:43:18,450 --> 00:43:21,940
biz də gecə-gündüz bilməməli və hamımız hazırlıqlı olmalıyıq.

443
00:43:22,080 --> 00:43:28,310
Allahın verdiyi vədlər də mütləq surətdə doğrudur. Allah-taalanın verdiyi vədlər doğrudur,

444
00:43:28,450 --> 00:43:32,280
biz onlara şübhə və sui-zənlə yanaşmamalıyıq. Bir dəfə mən burda demişdim ki,

445
00:43:32,480 --> 00:43:36,540
biz Allaha sığınmalı, ilahi vədlərə bədgüman olmamalıyıq;

446
00:43:36,650 --> 00:43:39,200
Allah-taala lənət edib:

447
00:43:39,800 --> 00:43:46,310
“Allahın Onun barəsində bədgüman olanlara qəzəbi tutmuş və onlara lənət etmişdir.

448
00:43:46,710 --> 00:43:48,280
Cəhhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!” (“Fəth” surəsi, 6-cı ayədən)

449
00:43:48,400 --> 00:43:51,540
Yəni Allah-taala Ona bədgümanlıqla yanaşan şəxslərə lənət edib.

450
00:43:51,940 --> 00:43:54,680
Allaha xoş gümanla yanaşmaq odur ki,

451
00:43:54,940 --> 00:43:58,140
“Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər”. (“Məhəmməd” surəsi, 7-ci ayə) – deyiləndə buna inanasan;

452
00:43:58,540 --> 00:43:59,970
Yaradana xoş gümanla yanaşmaq bax budur;

453
00:44:00,850 --> 00:44:05,280
“Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayə) – deyə buyurulursa, buna inanmalıyıq.

454
00:44:05,820 --> 00:44:12,800
Əgər niyyətimiz, doğrudan da, Allahın dininə yardım etməkdirsə – Allaha yardım etmək də elə budur –

455
00:44:13,250 --> 00:44:17,450
zərrə qədər belə olsun şübhəyə yol vermədən bilməliyik ki, Allah-taala da hökmən bizə yardım edəcək.

456
00:44:17,650 --> 00:44:19,680
İnsan bu ruhiyyə ilə iş görərsə,

457
00:44:19,820 --> 00:44:25,170
inşallah, dediyimiz o mənəvi rahatlıq da qəlblərimizə nazil ediləcək.

458
00:44:25,340 --> 00:44:29,970
Pərvərdigara! Məhəmməd və Ali - Məhəmmədə xatir deyib-eşitdiklərimizin,

459
00:44:30,050 --> 00:44:33,310
gördüyümüz işlərin Sənə xatir və Sənin yolunda olmasına hökm ver,

460
00:44:33,680 --> 00:44:35,450
Öz böyüklük və kərəminlə bunları bizdən qəbul et

461
00:44:35,820 --> 00:44:39,740
və İmam Mehdi Sahibəz-zamanın (ə.f) müqəddəs qəlbini bizdən razı və məmnun et.

462
00:44:40,080 --> 00:44:43,140
Allahın salamı, rəhməti və mərhəməti nəsibiniz olsun.