1
00:00:07,710 --> 00:00:09,940
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:13,940 --> 00:00:18,480
Bugünkü görüşümüzün 8-ci imam Həzrət Rzanın (ə)

3
00:00:19,510 --> 00:00:28,600
mövludu ərəfəsinə düşməsi çox gözəl və inşallah, mübarək təsadüflərdəndir.

4
00:00:28,820 --> 00:00:40,200
Ümidvaram, o pak və müqəddəs ruhun bərəkətlərindən biz hamımız faydalanarıq.

5
00:00:43,220 --> 00:00:51,000
O müqəddəs məqbərənin ölkəmizdə olması

6
00:00:51,540 --> 00:00:55,680
ən böyük iftixarlarımızdan olan, faydalana bildiyimiz məqamlardan biridir.

7
00:00:57,880 --> 00:01:10,080
O aliməqam şəxsiyyətin ehtiramını bacardığımız qədər uca tutmağımız, qəlbləri ona doğru yönəltməyimiz,

8
00:01:11,340 --> 00:01:17,220
sözsüz ki, mənəviyyatımızın və ölkəmizin xeyrinədir.

9
00:01:17,620 --> 00:01:27,510
Tutalım, cənab Axundi, misal üçün, İmam Rza məqbərəsinə gedən yol,

10
00:01:27,770 --> 00:01:31,680
ora sürət qatarının işə salınması və sair bu kimi şeylər üzərində düşünüb işləsə,

11
00:01:33,220 --> 00:01:37,710
əhalinin qısa vaxt ərzində ora gediş-gəlişi təmin olunsa,

12
00:01:37,710 --> 00:01:45,420
bunlar, inşallah, dövlətimiz üçün bərəkətli ola bilər.

13
00:01:47,820 --> 00:01:55,800
Əziz şəhidlərimiz olan şəhid Rəcayi və şəhid Bahonərin də xatirəsini ehtiramla yad edirik.

14
00:01:57,370 --> 00:02:05,420
Hökumət həftəsi ölkəmizdə artıq neçə illərdir ki, qeyd olunur

15
00:02:05,650 --> 00:02:13,910
və artıq bir ənənə olaraq biz bu həftə hökumət kabinetində təmsil olunan zəhmətkeş rəsmilərimiz üçün fürsət yaradırıq ki,

16
00:02:14,880 --> 00:02:18,770
həyata keçirdikləri işlər barədə hesabatlar təqdim etsinlər, uğurlarından danışsınlar,

17
00:02:19,600 --> 00:02:26,450
gələn il və ya qarşıdakı illərdə hansı işlərə əzm göstərmək niyyətində olduqlarını ortaya qoysunlar;

18
00:02:27,910 --> 00:02:36,740
və onlar, gördükləri işlər təqdir olunur, rəsmilər,

19
00:02:36,740 --> 00:02:43,280
xalq onlara təşəkkürünü bildirir, yüksək qiymətləndirir, ola bilsin, hansısa məqamlarla bağlı xəbərdarlıqlar edilir

20
00:02:44,820 --> 00:02:52,110
və ya məsələn, hansısa çatışmazlığın aradan qaldırılması istənilir; Hökumət həftəsi bunun üçündür,

21
00:02:52,110 --> 00:03:01,170
intəhası bir məqama diqqət yetirmək lazımdır ki, Hökumət həftəsi  dövlət üçün bir bayramdır,

22
00:03:01,310 --> 00:03:10,450
yəni hansısa əlamətdar günün hər il təkrarən qeyd olunması deməkdir – hansı ki dilimizdəki “eyd” –

23
00:03:12,140 --> 00:03:15,710
bayram sözü də elə bu anlamdadır – nələrisə deməyin, danışmağın və sair bu qəbildən olan işlərin vaxtıdır.

24
00:03:17,650 --> 00:03:25,310
Bu həftəni əlamətdar etmiş hadisə ölkənin ən acı olaylarından biri ilə bağlıdır;

25
00:03:26,000 --> 00:03:33,770
yəni şəhid Bahonər və şəhid Rəcayi kimi iki əziz insanımızın şəhadəti ilə əlaqədardır.

26
00:03:35,420 --> 00:03:41,200
Düzdür, bu il imamın (ə) mövludu ilə üs-üstə düşür,

27
00:03:41,340 --> 00:03:51,400
amma adətən bu həftə bizə o iki böyük şəxsiyyətin müsibətini xatırladır.

28
00:03:51,880 --> 00:03:59,480
Mənim fikrimcə, nə vaxtsa rəsmilərin qəlbinə və dilinə məhz bu cür gəlməsində, hadisələrin bu cür cərəyan etməsində,

29
00:04:00,110 --> 00:04:06,000
Hökumət həftəsinin məhz bu vaxta salınmasında Allahın hikməti budur ki,

30
00:04:06,000 --> 00:04:10,620
şəhid Rəcayi və şəhid Bahonər yaddan çıxmasın,

31
00:04:12,080 --> 00:04:18,910
iki örnək, iki etalon kimi daim bizim gözlərimizin önündə olsun.

32
00:04:20,170 --> 00:04:27,480
Deyə bilmərik ki, bu iki nəfərin örnək olması onların güclü idarəetmə bacarığı

33
00:04:27,710 --> 00:04:35,420
və ya məsələn, səriştə və təşəbbüskarlığına görədir; çünki o iki əzizimizin vəzifədə olduğu müddət o qədər də uzun çəkməyib.

34
00:04:36,340 --> 00:04:42,740
Mərhum Bahonər vəzifədə lap az olub, mərhum Rəcayi də bir neçə ay – təxminən 1 il idi ki, vəzifə postunda idi.

35
00:04:44,850 --> 00:04:51,650
Onların örnək hesab olunması nümunəvi davranışlarına, şəxsi, əxlaqi keyfiyyətlərinə görədir;

36
00:04:52,170 --> 00:04:55,140
bunu daim yadda saxlamalıyıq.

37
00:04:56,680 --> 00:04:59,250
Zaman dəyişir;

38
00:05:00,770 --> 00:05:07,770
cürbəcür mədəniyyətlər, dəyərlər və sair gəlib-gedir – bu, zaman üçün xarakterik olan bir cəhətdir –

39
00:05:08,770 --> 00:05:16,110
düşüncələrdə, fikirlərdə dəyişikliklər yaranır, lakin sabit, dəyişməz bir prinsip qalır ki,

40
00:05:17,080 --> 00:05:20,280
onu daim nəzərdə tutmaq lazımdır.

41
00:05:20,480 --> 00:05:25,800
Müqəddəs İslam Respublikası quruluşunun rəsmiləri olan bizlər

42
00:05:27,770 --> 00:05:38,020
bu dəyişməz prinsipi o iki əziz və dahi insanın şəxsində axtarıb tapa bilərik.

43
00:05:38,600 --> 00:05:45,940
Mən o insanlarla, xüsusilə də mərhum Bahonərlə illərlə ünsiyyətdə olmuşam,

44
00:05:46,080 --> 00:05:54,200
eynilə mərhum Rəcayi ilə də; hələ inqilabdan öncədən tutmuş vəzifə postuna gəldikləri vaxta qədər, parlamentdə və ondan kənarda;

45
00:05:54,880 --> 00:05:59,370
bu insanlarda, həqiqətən də, elə keyfiyyətlər var idi ki, biz onları yaddan çıxarmamalıyıq.

46
00:06:00,450 --> 00:06:09,570
Məncə, onların bu yola, bu hədəflərə,

47
00:06:10,940 --> 00:06:17,740
İmam Xomeyninin (r.ə) müəyyən etdiyi, İslam Respublikasında təcəssüm olunan ideallara daşıdığı inam

48
00:06:18,220 --> 00:06:19,800
çox əhəmiyyətli bir meyardır;

49
00:06:20,450 --> 00:06:26,510
onların ixlası, xalqa xidmət ruhu;

50
00:06:27,000 --> 00:06:33,250
doğrudan da, gecə-gündüz bilmədən xalqa xidmət naminə işləyirdilər.

51
00:06:34,820 --> 00:06:40,310
Özünü xalqın içindən olan biri kimi hiss etmək, xalqla ünsiyyət qurmaq, təmasda olmaq,

52
00:06:40,740 --> 00:06:43,940
camaatla yaxından söhbət etmək, bilavasitə xalqın özü,

53
00:06:45,080 --> 00:06:53,540
gündəlik yaşamı ilə təmas qurmaq üçün yollar axtarıb tapmaq; axı tutduğumuz postun tələbi ilə biz bir qədər çərçivə içərisindəyik,

54
00:06:54,110 --> 00:07:06,740
qarşımızda müəyyən məhdudiyyətlər olur.

55
00:07:08,420 --> 00:07:16,000
Mən cənab prezidentə də dəfələrlə demişəm ki, regionlara edilən o səfərlər çox yaxşıdır,

56
00:07:16,450 --> 00:07:22,480
gözəl tədbirlərdəndir, əvvəlki hökumətlərə də mən bunu həmişə tövsiyə etmişəm;

57
00:07:23,710 --> 00:07:27,570
bir yolu da budur; insanların evinə getmək, şəhidlərin yaşadığı mənzillərə baş çəkmək –

58
00:07:27,740 --> 00:07:33,420
Allaha şükürlər olsun ki, hazırda bu iş müəyyən qədər  adət halını alıb, yaxşı da bir işdir –

59
00:07:35,220 --> 00:07:38,850
xalqla cürbəcür formada təmasda olmaq üçün yollar axtarmaq; bunlar çox əhəmiyyətlidir.

60
00:07:38,970 --> 00:07:46,570
Bu kimi işlər insanda xalqa yaxınlıq, özünü xalqın içindən olan biri kimi hiss etmək, xalqı tanımaq ruhunu qoruyub saxlayır.

61
00:07:47,310 --> 00:07:53,910
Bu olmayanda insan cəmiyyətin vəziyyətindən xəbərsiz olur, yalnız ümumi problemləri görür;

62
00:07:54,820 --> 00:07:58,910
eynilə təyyarə ilə hansısa şəhərin üzərindən keçən bir insan kimi;

63
00:07:59,080 --> 00:08:04,400
doğrudur, o, şəhərin ümumi görüntüsünü aşağıda duran bir insandan daha yaxşı müşahidə edir,

64
00:08:04,710 --> 00:08:09,200
amma o küçə və dalanlarda, evlərdə nələr olduğunu,

65
00:08:09,620 --> 00:08:12,970
dükan-bazara kimlərin girib-çıxdığını bilmir. Bunları yalnız

66
00:08:13,970 --> 00:08:17,480
o küçələri gəzib-dolaşan adamlar bilir;

67
00:08:18,820 --> 00:08:23,140
düzdür, mümkün olan məhdud çərçivədə olsa belə. Xalqın arasında olmaq çox önəmlidir.

68
00:08:23,340 --> 00:08:30,080
O insanlar tutduqları vəzifə sayəsində özlərinə gün ağlamamışdılar; bu da önəmli məsələlərdəndir.

69
00:08:30,740 --> 00:08:33,880
Biz bu gün tutduğumuz vəzifə postundan

70
00:08:34,250 --> 00:08:37,250
gələcəyimizi təmin etmək üçün istifadə etmək barədə düşünməməliyik.

71
00:08:37,400 --> 00:08:42,000
Dünyanın əksər ölkələrinin vəzifəli şəxslərində bu var,

72
00:08:42,800 --> 00:08:47,140
tutduqları vəzifədən gələcəkdə

73
00:08:47,250 --> 00:08:55,250
hansısa şirkətin idarə heyətinin üzvü,  hansısa strateji maliyyə mərkəzinin səhmdarı olmaq üçün bir vasitə kimi istifadə edirlər.

74
00:08:58,450 --> 00:09:04,570
İnqilabın əsas prinsiplərinə və sairə sadiqlik; o iki şəxiyyətdə bu keyfiyyətlər var idi;

75
00:09:04,710 --> 00:09:11,450
biz də bu xüsusiyyətləri diqqətdə saxlamalı və onlara uyğunlaşmağa çalışmalıyıq.

76
00:09:11,600 --> 00:09:19,540
Rəsmilərin rəftarı, davranış tərzi cəmiyyətdə bir mədəniyyət formalaşdırır;

77
00:09:20,370 --> 00:09:25,220
yəni bizim yerişimiz, danışığımız,

78
00:09:26,170 --> 00:09:34,480
həyat tərzimiz, kiminlə ünsiyyətdə olmağımız, kiminlə əlaqəni kəsməyimiz –

79
00:09:34,620 --> 00:09:37,620
bütün bunlar cəmiyyətdə bir mədəniyyət formalaşdırır.

80
00:09:39,480 --> 00:09:44,880
Odur ki sizin gördüyünüz işlər, etdiyiniz xidmət – hansı sferada olmasından asılı olmayaraq –

81
00:09:45,880 --> 00:09:50,770
gözlənildiyi kimi olsa (Allaha şükürlər olsun ki,

82
00:09:51,420 --> 00:09:57,000
indiyə qədər əksər sferalarda bu təmin olunub da)

83
00:09:57,570 --> 00:10:03,420
ixlasla olsa, çox işləsəniz, can yandırsanız,

84
00:10:03,680 --> 00:10:09,820
sizin bu əməyinizin xarici aləmdəki reallıqda göstərdiyi təsirlərdən əlavə,

85
00:10:10,280 --> 00:10:14,510
uzunmüddətli bir təsiri də olacaq ki, bu da mədəniyyətin formalaşmasıdır.

86
00:10:14,600 --> 00:10:17,250
Xalq bizə baxır, sizə baxır;

87
00:10:18,450 --> 00:10:26,540
bizim davranışımız, xarakterimiz əhalinin ümumi mədəniyyətini formalaşdırır.

88
00:10:27,420 --> 00:10:38,620
Odur ki o iki gözəl, əziz, xoşbəxt qardaşımızın xatirəsini də ehtiramla yad edirik

89
00:10:38,800 --> 00:10:43,770
və ümidvarıq ki, inşallah, biz də hamımız onların yolu ilə getməyə müvəffəq olacağıq.

90
00:10:46,020 --> 00:10:52,450
Hökumət kabinetinin üzvlərinə, xüsusilə də möhtərəm ölkə başçısına

91
00:10:53,400 --> 00:10:57,450
çəkdikləri zəhmətə görə təşəkkür və qədirdanlıq etməyi də lazım bilirəm.

92
00:10:58,000 --> 00:11:02,680
Bu gün çox gözəl hesabatlar səsləndirildi,

93
00:11:03,080 --> 00:11:10,480
yaxşı olar ki, onlar ictimaiyyətə də çatdırılsın, xalq bütün bunları sizdən eşitsin.

94
00:11:10,820 --> 00:11:20,510
Cənab Sərəfrazdan xahiş edirik ki, bu çıxışlar, bu hesabatlar nazirlərin öz səsi ilə yayımlansın,

95
00:11:20,800 --> 00:11:26,740
yəni qoy camaatımız həyata keçirilmiş işlər barədə cənab Nemətzadədən, cənab Zəngənedən, cənab Çitçiyandan, digər qardaşlarımızdan eşitsin.

96
00:11:27,540 --> 00:11:34,770
Bu, çox yaxşıdır;

97
00:11:35,680 --> 00:11:44,200
yəni camaat arxayın olsun ki, qardaşlar işləyir, zəhmət çəkir, hamısının başı gərgin işə qarışıb.

98
00:11:44,200 --> 00:11:53,370
Düzdür, bir çox müsbət işlər görülüb, amma bir şeyi həmişə yadda saxlamalıyıq:

99
00:11:53,940 --> 00:12:01,970
elə şeyləri dilə gətirib demək lazımdır ki, insanlar öz yaşamındakı reallıqlara baxanda

100
00:12:02,480 --> 00:12:07,250
onları təsdiqləsin, yəni vəziyyətin həqiqətən də belə olduğunu görsünlər.

101
00:12:09,600 --> 00:12:14,970
Cənab Dr. Haşemi o səhiyyə layihəsini bir müddət idi ki, reallaşdırmağa başlamışdı,

102
00:12:15,140 --> 00:12:18,420
mən qəsdən bəzi insanlara suallar verir, soruşdururdum;

103
00:12:18,420 --> 00:12:27,200
gediş-gəlişimiz olan insanlardan, xalqın içindən olan şəxslərdən – qohumlardan, dostlardan, bəzən Məşhədə səfərlərimdə və ya başqa yerlərdə –

104
00:12:27,680 --> 00:12:33,910
gördüm ki, insanlar bunu hiss edib; yəni deyirdilər ki, bəli, məsələn, xəstəxanaya getdik, bu cür idi;

105
00:12:35,110 --> 00:12:40,050
bax bu, çox yaxşıdır. Elə işlər var ki, əhali üçün əlçatan deyil,

106
00:12:40,570 --> 00:12:45,940
camaat onları görmür, xalq onların yalnız ikincili təsirini hiss edəcək,

107
00:12:46,020 --> 00:12:48,680
amma elə işlər də var ki, bilavasitə xalqa aiddir;

108
00:12:49,250 --> 00:12:53,620
bu şeylərdən danışmaq lazımdır.

109
00:12:54,080 --> 00:13:04,770
Misal üçün, mən deyirəm ki, iqtisadiyyatda nisbətən stabillik hiss olunur;

110
00:13:04,820 --> 00:13:12,400
bu barədə hamı məlumatlar verir, müxtəlif yerlərdən bizə çatan məlumatlarda da deyilir ki, bu, doğrudan da, var, müşahidə olunur.

111
00:13:12,570 --> 00:13:19,600
Valyutanın dəyərində kəskin dəyişmələrin idarə olunması,

112
00:13:20,250 --> 00:13:26,140
artıq müşahidə olunmaması çox müsbət bir haldır, amma diqqət yetirmək lazımdır ki, bu vəziyyət qorunub saxlansın.

113
00:13:26,340 --> 00:13:30,420
İnflyasiyanın azalması da çox yaxşıdır.

114
00:13:30,620 --> 00:13:37,680
Əlbəttə ki, biz inflyasiyanın hazırkı səviyyəsi, yəni ikirəqəmli ədədlə olan o göstərici ilə də razı deyilik.

115
00:13:38,510 --> 00:13:42,740
Bayaq cənab prezident qeyd etdi ki,

116
00:13:43,480 --> 00:13:48,170
inflyasiya, məsələn, 13 tam onda neçə faizə çatıb –

117
00:13:48,740 --> 00:13:57,000
əlbəttə ki, başlıca meyar illik inflyasiyadır; detallar əhəmiyyətli deyil,

118
00:13:57,000 --> 00:13:59,570
onlara önəm verilmir; əsas o illik inflyasiyadır –

119
00:13:59,880 --> 00:14:04,620
dünyada inflyasiya səviyyəsi ikirəqəmli ədədlə ifadə olunan ölkələr çox az saydadır

120
00:14:05,250 --> 00:14:10,420
və biz də onların sırasındayıq.

121
00:14:11,540 --> 00:14:17,250
Biz inflyasiyanın səviyyəsini 10-dan da aşağıya salmalıyıq, yəni bu hədəfə köklənməliyik;

122
00:14:17,400 --> 00:14:20,170
bu səviyyəyə çatmaq üçün çalışmalıyıq.

123
00:14:20,310 --> 00:14:29,620
Düzdür, bəzən bizdən asılı olan və olmayan müəyyən proseslərlə bağlı

124
00:14:29,740 --> 00:14:34,420
inflyasiya artır, amma aydındır ki, bu cür hallar qalıcı olmur,

125
00:14:34,570 --> 00:14:39,340
o yüksək səviyyəli inflyasiyalar heç vaxt uzun müddət davam etmir;

126
00:14:39,340 --> 00:14:45,450
bunları bu və ya digər şəkildə enmə xəttinə istiqamətləndirirlər və Allaha şükür, indiyə qədər istiqamətləndirmisiniz də;

127
00:14:45,650 --> 00:14:48,710
bunu edə bilmisiniz, amma bu səviyyə ilə kifayətlənməyin; inflyasiyanı aşağı salın.

128
00:14:50,080 --> 00:14:57,510
Amma indiki vəziyyət də yaxşıdır. Hazırda 13-14 faizə çatdırılmağının özü də böyük bir addımdır.

129
00:14:58,020 --> 00:15:00,800
İqtisadiyyatda durğunluqdan çıxış üçün göstərilən səylər də çox yaxşıdır.

130
00:15:01,020 --> 00:15:04,340
Əlbəttə ki, durğunluqla bağlı mən indi müəyyən məqamları qeyd edəcəyəm,

131
00:15:04,600 --> 00:15:14,310
təkbətək söhbətlərimizdə cənab prezidentə də müəyyən şeyləri demişəm;

132
00:15:14,600 --> 00:15:19,970
hər halda, ölkəni durğunluqdan çıxarmağa çalışırsınız, bu, çox əhəmiyyətlidir,

133
00:15:20,220 --> 00:15:25,420
çünki durğunluq həm inflyasiyaya,

134
00:15:25,420 --> 00:15:32,220
həm də işsizliyə təsir göstərə biləcək bir məsələdir; durğunluq ölkədə çox önəmli bir problemdir.

135
00:15:32,220 --> 00:15:33,710
Bu istiqamətdə çox müsbət səylər göstərilir.

136
00:15:33,850 --> 00:15:36,600
Səhiyyə məsələsi müsbət cəhətlərdəndir.

137
00:15:36,600 --> 00:15:42,650
Prezidentin elmi məsələlər üzrə müavinliyi tərəfindən dəyərli işlər həyata keçirilib.

138
00:15:43,080 --> 00:15:52,370
Suvarma məsələsi də; hansı ki ölkə başçısının birinci müavini də bu məsələ ilə fəal surətdə məşğul olub;

139
00:15:52,600 --> 00:15:58,080
səhv etmirəmsə, Xuzistan, Eylam, Zabel və digər yerlərdə özünüz şəxsən olmusunuz.

140
00:16:01,170 --> 00:16:05,420
Zabelə getməmisiniz? Hə, onda Zabilə də, mütləq, gedin; yaxşı oldu ki, dedik.

141
00:16:06,820 --> 00:16:12,050
Bütün bunlar, heç şübhəsiz, həyata keçirilmiş çox müsbət işlərdir.

142
00:16:12,940 --> 00:16:16,000
Eynilə nüvə məsələsi də.

143
00:16:16,310 --> 00:16:19,220
Düzdür, indiyə qədər bu barədə çox danışmışıq,

144
00:16:19,540 --> 00:16:24,450
bir çox məqamlara toxunmuşuq, demişik, eşitmişik,

145
00:16:24,910 --> 00:16:30,280
amma əsas odur ki, yoldaşlar bu danışıqları başa çatdıra bildilər,

146
00:16:30,710 --> 00:16:35,710
çünki danışıqların uzanmasının özü bir problem idi,

147
00:16:35,970 --> 00:16:41,770
bu məsələni bağlaya bildilər; bunun özü çox əhəmiyyətli bir işdir.

148
00:16:42,170 --> 00:16:46,480
Kənar-bucağında hansısa problem olsa belə,

149
00:16:46,620 --> 00:16:51,280
sizlərin, digər rəsmilərimizin görəcəyi tədbirlər sayəsində, inşallah, aradan qaldırılacaq.

150
00:16:51,280 --> 00:16:58,650
İstənilən halda, mən bu məsələ üzərində işləyən, çalışan qardaş və bacılarımıza təşəkkürümü bildirirəm,

151
00:16:58,740 --> 00:17:05,880
amma bu nüvə məsələsi,

152
00:17:06,080 --> 00:17:12,940
danışıqların yekunlaşması ilə bağlı

153
00:17:12,940 --> 00:17:16,250
məni narahat edən bir məsələ var:

154
00:17:17,200 --> 00:17:25,000
biz İslam Respublikasının açıq düşmənlərinin izlədiyi hədəflərə,

155
00:17:26,400 --> 00:17:34,540
həyata keçirmək istədiyi işlərə diqqət yetirməliyik.

156
00:17:37,480 --> 00:17:43,770
Aydındır ki, inqilabın əvvəlindən indiyə qədər İslam Respublikasının düşmənlərinin ədavəti azalmayıb;

157
00:17:44,820 --> 00:17:50,880
düzdür, müəyyən yerlərdə düşmənçiliklər, ədavət planları cilovlanır, idarə olunur – buna əsla şübhə yoxdur –

158
00:17:52,400 --> 00:17:55,050
amma bu o demək deyil ki, düşmənçiliklər azalıb.

159
00:17:55,400 --> 00:18:04,680
Mən bu fikirdəyəm ki, qondarma və işğalçı sionist rejiminin,

160
00:18:05,140 --> 00:18:11,400
yaxud ABŞ-ın əvvəldən indiyə qədər bizimlə olan düşmənçiliyi qətiyyən azalmayıb;

161
00:18:11,820 --> 00:18:19,650
əlbəttə ki, hərəsininki bir səbəbə görə; sionist rejiminin bir səbəbdən bizimlə düşmənçiliyi var,

162
00:18:19,970 --> 00:18:25,050
amerikalıların isə başqa bir səbəbdən, amma ikisi də eyni dərəcədə bizə düşməndir,

163
00:18:25,050 --> 00:18:30,680
bizdən acıqları gəlir və bu düşmənçilik azalmayıb;

164
00:18:31,310 --> 00:18:35,480
inqilabın ilk günündən gördükləri işləri bu gün də görürlər;

165
00:18:35,600 --> 00:18:43,850
intəhası işlətdikləri metodları dəyişiblər, inkişaf etdiriblər;

166
00:18:45,400 --> 00:18:51,370
bir vaxtlar bir cür düşmənçilik edir, zərbə vururdular, indi isə bunu başqa vasitələrlə, başqa üsullarla edirlər;

167
00:18:51,680 --> 00:18:53,370
bunu diqqətdən qaçırmaq olmaz.

168
00:18:54,080 --> 00:19:01,220
Müxtəlif sahələrin rəsmiləri hamısı – təkcə Xarici İşlər Nazirliyinə, cənab Dr. Zərifə aid deyil;

169
00:19:02,280 --> 00:19:09,020
müxtəlif strukturlar, iqtisadi qurumlar, mədəni qurumlar – diqqət yetirməlidirlər ki,

170
00:19:09,220 --> 00:19:17,620
düşmənin cızdığı planın tərkib hissəsinə çevrilib onun dəyirmanına su tökməyək;

171
00:19:19,080 --> 00:19:23,420
belə ki qəbul etdiyimiz hansısa qərar – istər siyasət sferasında olsun, istər iqtisadiyyatda,

172
00:19:23,800 --> 00:19:27,310
istər ticarətdə, istərsə də mədəniyyət sahəsində –

173
00:19:28,570 --> 00:19:37,310
düşmənin özü üçün, öz xeyrinə nəzərdə tutduğu plana yardımçı olmasın.

174
00:19:37,450 --> 00:19:45,200
Onların danışığından, yazdıqlarından, səsləndirdikləri cürbəcür bəyanatlardan məqsədlərinin nə olduğunu anlamaq olar;

175
00:19:45,400 --> 00:19:50,480
yəni mənim düşmənçiliklərdən danışmağım fantaziya, təxəyyül,

176
00:19:51,220 --> 00:19:57,710
qeybdən xəbər vermək, yatıb yuxu görmək deyil; yox, bunlar gözümüzün önündə olan reallıqlardır.

177
00:20:00,510 --> 00:20:08,200
Ola bilsin ki, onlar başqa cür danışsın, amma xarici aləmdəki reallıqlar  – bizim görüb hiss etdiklərimiz –

178
00:20:09,080 --> 00:20:12,110
o düşmənçilikdən xəbər verir, düşmənçiliyin göstəricisidir;

179
00:20:12,110 --> 00:20:15,970
intəhası özünəməxsus metodları var.

180
00:20:15,970 --> 00:20:19,620
İndi biz bu düşmənçilik qarşısında nə etməliyik – bu, ayrı söhbətin mövzusudur,

181
00:20:19,910 --> 00:20:22,480
amma düşmənçiliyin olduğunu unutmamalıyıq; mənim demək istədiyim budur.

182
00:20:23,850 --> 00:20:30,600
Qarşınızda, səngər arxasında,

183
00:20:30,600 --> 00:20:35,570
silahları hazır vəziyyətdə bir düşmən cəbhəsi olduğunu biləndə

184
00:20:36,280 --> 00:20:40,940
siz buna uyğun davranacaqsınız; baxacaqsınız ki, atəş açmaq lazımdır,

185
00:20:40,940 --> 00:20:43,510
ya sakit durmaq, səngərdə gizlənmək lazımdır,

186
00:20:43,510 --> 00:20:46,280
yoxsa səngərdən çıxmaq; bunlar sonrakı söhbətdir;

187
00:20:46,820 --> 00:20:52,110
əsas odur ki, qarşımızda bizə qarşı düşmən niyyətdə olan bir cəbhə olduğunu

188
00:20:52,420 --> 00:20:58,800
yaddan çıxarmayaq.

189
00:20:58,970 --> 00:21:04,080
Əlbəttə ki, mənim bu sözlərim təkcə rəsmilərə ünvanlanmır,

190
00:21:04,480 --> 00:21:08,970
xalqımızın bütün nümayəndələri, xüsusilə də inqilaba can yandıran,

191
00:21:09,340 --> 00:21:17,770
inqilaba xidmət etməyə hazır olan insanlar diqqətli olmalıdırlar;

192
00:21:17,880 --> 00:21:27,970
intəhası, təbii ki, inqilaba sadiq olan digər insanlarla müqayisədə dövlət adamlarının bu məsələdə öhdəsinə daha böyük məsuliyyət düşür.

193
00:21:29,280 --> 00:21:34,910
Məncə, ilk olaraq dərhal atmalı olduğumuz addım

194
00:21:35,280 --> 00:21:41,400
açıq və qətiyyətli inqilabi mövqe tutmaqdır; yəni heç kimdən və heç nədən çəkinmək lazım deyil.

195
00:21:42,600 --> 00:21:50,170
Öz inqilabi mövqeyimizi, İmam Xomeyninin (r.ə) əsas prinsip və ideallarını açıq-aşkar bəyan etməli,

196
00:21:51,820 --> 00:21:59,420
bundan utanmamalı, üzgördülük etməməli, qorxmamalı, bilməliyik ki,

197
00:21:59,620 --> 00:22:04,170
“Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır”. (“Fəth” surəsi, ayə 7)

198
00:22:05,450 --> 00:22:10,820
Yer üzündəki bütün imkanlar, dünyada hökm sürən bütün qanunauyğunluqlar Allah-taalanın ordusudur,

199
00:22:10,820 --> 00:22:15,800
Allaha təvəkkül etməklə, Allahın qoyduğu yolla getməklə bu ordunu özünə köməyə cəlb etmək,

200
00:22:16,110 --> 00:22:21,510
onun önündə durmaq olar.

201
00:22:22,480 --> 00:22:27,310
Və sayıq olmalıyıq; bir neçə gün əvvəl mən söhbət edərkən dedim ki,

202
00:22:27,570 --> 00:22:31,310
bunlar bir yol, boşluq tapıb ölkəyə nüfuz etmək niyyətindədir;

203
00:22:31,800 --> 00:22:37,570
bu boşluq müxtəlif yerlərdə ola bilər; diqqətli olun.

204
00:22:37,820 --> 00:22:45,340
Bir də xəbər tutursan ki, misal üçün, filan təşkilat gəlib

205
00:22:45,620 --> 00:22:51,110
ölkəmizdə mədəni həyatın hansısa sferasını – tutalım, uşaq bağçalarını –

206
00:22:51,170 --> 00:22:52,910
xüsusi bir formada istiqamətləndirir;

207
00:22:53,370 --> 00:23:00,050
ilk baxışdan anladığın bu olur, yaxınlaşanda görürsən ki, təhlükəli və böyük bir işdir, amma diqqət yetirən olmayıb;

208
00:23:01,820 --> 00:23:09,450
bax boşluq bunlardır; cürbəcür sferalarda; iqtisadiyyatın müxtəlif sferalarında,

209
00:23:09,740 --> 00:23:17,620
gediş-gəlişlərdə, bütün strukturlarda. Biri bu açıq-aydın, qətiyyətli mövqe bildirmək məsələsidir.

210
00:23:18,420 --> 00:23:22,820
Biri də, xoşbəxtlikdən, xalqımız arasında mövcud olan bu birlik və həmrəyliyin qorunmasıdır.

211
00:23:23,020 --> 00:23:28,770
Həmrəylik deyəndə dərhal bunu düşünmək lazım deyil ki, məsələn, cəmiyyətin bütün üzvləri

212
00:23:29,200 --> 00:23:34,220
bir-biri ilə qardaş kimi səmimidir; yox, sadəcə, camaatımız birgə hərəkət edir.

213
00:23:34,310 --> 00:23:41,110
Misal üçün, 22 bəhmən yürüşlərinə baxanda görürsən ki,

214
00:23:41,170 --> 00:23:45,370
hamı eyni tərəfə gedir; o adamlar hamısı eynidirmi?

215
00:23:45,540 --> 00:23:51,420
Eyni siyasi cinahdandırmı? Eyni partiyadandırmı? Yox, amma istiqamət birdir;

216
00:23:51,650 --> 00:24:00,340
bu vahid istiqamətlənmənin qədrini bilmək, buna görə şükür etmək, bu məqama əhəmiyyət vermək lazımdır.

217
00:24:00,540 --> 00:24:06,570
Bu mövzu ətrafında lüzumsuz söhbətlər, şərhlər edilməməlidir; bəzi şərhlər destruktiv xarakterlidir;

218
00:24:06,680 --> 00:24:12,620
yəni o vahid istiqamətlənməni pozur; buna diqqət yetirməliyik.

219
00:24:13,310 --> 00:24:18,420
Mən hazırda yaşadığımız etapın prioritetləri olaraq bir neçə məqamı burada qeyd etmişəm, onları sizə çatdırmaq istəyirəm;

220
00:24:18,570 --> 00:24:24,200
əlbəttə, sevindirici haldır ki, cənab nazirlərin bugünkü məruzələrində

221
00:24:24,970 --> 00:24:31,200
mənim qeyd etdiyim məsələlərdən bəziləri əksini tapırdı, amma mən yenə də vurğulamaq istərdim;

222
00:24:31,370 --> 00:24:35,600
toxunacağım mövzulardan bəziləri təkrar olacaq, ancaq təkrar etməyin heç bir eybi yoxdur;

223
00:24:35,970 --> 00:24:40,020
elə məqamlar var ki, onları nə qədər təkrar-təkrar vurğulasan, problemi yoxdur.

224
00:24:40,020 --> 00:24:44,510
Görürsünüz, Quranda Musanın hekayəsi neçə dəfə təkrarlanır.

225
00:24:44,880 --> 00:24:47,200
Bu mövzuları da təkrarlamağın heç bir problemi yoxdur;

226
00:24:48,140 --> 00:24:54,110
vəzifə məsuliyyətimizi bizə xatırladır, stimulumuzu gücləndirir.

227
00:24:54,600 --> 00:24:57,400
Biri ölkənin elmi inkişaf tempini qoruyub saxlamaqdır.

228
00:24:59,280 --> 00:25:05,740
Düzdür, elmi inkişafa görə tutduğumuz yeri qoruyub saxlamışıq; yəni aşağı enməmişik.

229
00:25:05,880 --> 00:25:08,540
Elə həmin 15-16-cı yerdəyik –

230
00:25:08,710 --> 00:25:12,570
hansı ki çox yüksək bir yerdir, yaxşıdır – amma elmi inkişafımızın sürət tempi azalıb.

231
00:25:12,570 --> 00:25:19,080
Mən bunu universitetlərimizin rəsmilərinə də demişəm və elə indi də deyirəm ki,

232
00:25:19,310 --> 00:25:24,420
perspektiv inkişaf planının ikinci onilliyində – hazırda bu planın ikinci onilliyinə

233
00:25:24,480 --> 00:25:30,400
qədəm qoymuşuq – elmi tərəqqinin sürət tempinin azalmasına imkan verməyin.

234
00:25:30,820 --> 00:25:33,450
Biz eyni sürətlə irəli getsək,

235
00:25:33,910 --> 00:25:41,850
elmi inkişafımıza görə tutduğumuz yer də, hökmən, daha böyük dəyər və əhəmiyyət qazanar;

236
00:25:42,370 --> 00:25:48,910
yəni ola bilsin, ilk onluqda yer alarıq; məncə bu, çox əhəmiyyətli bir məsələdir.

237
00:25:48,910 --> 00:25:51,910
Axı elm ölkənin başlıca infrastrukturudur.

238
00:25:52,970 --> 00:25:56,570
Əgər biz hökumət nümayəndələrinin bu gün haqqında məruzə etdiyi

239
00:25:57,080 --> 00:26:04,280
bütün sferalarada: sənayedə, kənd təsərrüfatında, neftdə, orduda,

240
00:26:04,420 --> 00:26:08,600
səhiyyədə və digər sahələrdəki balanslaşmada elmin,

241
00:26:09,050 --> 00:26:14,570
elmi təşəbbüslərin, elmi inkişafın, alimlərin iştirakını təmin etsək,

242
00:26:16,000 --> 00:26:21,680
vəziyyət tamamilə dəyişər; sıçrama müşahidə olunar;

243
00:26:22,020 --> 00:26:25,280
biz buna etinasız yanaşmamalıyıq; mən belə düşünürəm.

244
00:26:25,540 --> 00:26:30,710
Mən inanıram ki, elm, elmi tədqiqatlar sahəsinə nə qədər pul xərcləsək də, bu, bir sərmayə qoyuluşudur;

245
00:26:31,770 --> 00:26:35,540
yəni bu sahəyə pul xərcləməkdən əsla qorxmamalıyıq.

246
00:26:35,540 --> 00:26:40,940
Elə yerlər var ki, ora xərclənən pullar, doğrudan da, hədər getmir; onladan biri də elmdir.

247
00:26:42,020 --> 00:26:46,110
Nə qədər çox pul xərcləsək də, gələcək üçün sərmayə qoymuş oluruq

248
00:26:46,110 --> 00:26:51,970
və bu, bizim öz varlığımız, pulumuz, resurslarımızla edə biləcəyimiz ən yaxşı işdir.

249
00:26:51,970 --> 00:26:57,740
Perspektiv inkişaf proqramının birinci onilliyində

250
00:26:58,250 --> 00:27:02,650
müşahidə olunan önəmli məqamlardan biri də budur ki,

251
00:27:03,250 --> 00:27:09,370
elmi hərəkat cəmiyyətimizdə diskursa çevrilib; sevindirici haldır ki,

252
00:27:10,050 --> 00:27:14,280
beynəlxalq statistik mərkəzlərin hesabatlarına görə, biz elmi inkişafa başlamışıq və

253
00:27:15,510 --> 00:27:20,910
bu yerə gəlib çatmışıq; yəni görülən işlər yalnız bir neçə dövlət strukturu ilə məhdudlaşmayıb,

254
00:27:21,510 --> 00:27:25,340
elmi inkişaf məsələsi universitetlər, tələbələr arasında ümumi bir diskursa çevrilib.

255
00:27:26,850 --> 00:27:30,050
Son bir neçə ildə universitetlərimizin ictimaiyyəti ilə

256
00:27:30,220 --> 00:27:33,250
keçirdiyimiz görüşlərdə

257
00:27:33,940 --> 00:27:38,340
mən görürdüm ki, gəlib söhbət edirlər – ya müəllimlər, ya tələbələr –

258
00:27:38,710 --> 00:27:43,020
məndən, misal üçün, bir neçə il əvvəl

259
00:27:43,280 --> 00:27:49,570
bizim universitetlər qarşısında qaldırdığımız məsələlərin reallaşmasını istəyirlər;

260
00:27:49,570 --> 00:27:54,050
bu, məni çox sevindirir. Məlum olur ki, bu mövzular artıq diskursa çevrilib,

261
00:27:54,450 --> 00:27:59,250
ümumi bir atmosferə, ümumi bir arzuya çevirlib; bu, çox dəyərlidir.

262
00:28:00,220 --> 00:28:07,510
Gəlin bu diskursu qoruyub saxlayaq; yəni mən təkid edirəm ki, aidiyyətli qurumlar –

263
00:28:07,800 --> 00:28:15,940
universitetlər, Təhsil Nazirliyi, xüsusilə də prezidentin elmi məsələlər üzrə müavinliyi

264
00:28:16,110 --> 00:28:22,340
(deyəsən, bu gün burda yoxdurlar) – hökmən bu sahəyə,

265
00:28:22,340 --> 00:28:30,540
yəni elmi inkişaf diskursunun qorunmasına ciddi diqqət ayırsın.

266
00:28:30,880 --> 00:28:38,200
Elmi əsaslı şirkətlərin üzərində möhkəm durmaq lazımdır; bu gün bu barədə məruzə edildi, çox yaxşıdır.

267
00:28:38,370 --> 00:28:42,450
Elmi-texnoloji nailiyyətlərin bazara çıxarılması, elm və texnologiya parkları

268
00:28:42,450 --> 00:28:45,370
və sair çox lazımlı və müsbət işlərdir.

269
00:28:45,770 --> 00:28:51,370
Baxın, bizim iqtisadi problemlərimizdən biri də məşğulluq məsələsidir;

270
00:28:52,050 --> 00:28:58,600
məşğulluğu təmin etməyin ən yaxşı yollarından biri də elə o elm və texnologiya parkları,

271
00:28:58,770 --> 00:29:06,480
tələbələrin sərvətə çevrilə biləcək texnologiyaların istehsalına cəlb edilməsidir.

272
00:29:07,420 --> 00:29:10,200
Bir az onlara kömək edilsə, bir az istiqamət verilsə,

273
00:29:10,370 --> 00:29:17,940
qarşılarına  praktik, təcrübi – real iş qoyulsa, işləyəcəklər.

274
00:29:18,850 --> 00:29:21,570
Məncə, universitetdən məzun olan hər kəsin

275
00:29:21,820 --> 00:29:27,140
gedib bir dövlət qurumunda işləməli olduğunu düşünmək,

276
00:29:27,340 --> 00:29:30,340
“ali təhsilli məzunlar çoxdur, yerimiz yoxdur, bu qədər adama iş vermək imkanımız yoxdur” –

277
00:29:30,480 --> 00:29:38,800
deyə yas tutmaq yanlış yanaşmadır. Düzgün yanaşma odur ki, biz yolu açaq;

278
00:29:39,050 --> 00:29:42,710
bu barədə düşünmək lazımdır; yəni konkret proqramlar hazırlamaq lazımdır ki,

279
00:29:43,880 --> 00:29:47,740
tələbələrimiz hələ təhsil aldıqları dövrdə –

280
00:29:47,910 --> 00:29:56,000
misal üçün, tələbəlik illərində, yaxud magistratura və doktorantura dövründə,

281
00:29:56,280 --> 00:30:01,940
daha yüksək elmi biliklərə yiyələnməyə başladıqları zaman –

282
00:30:02,170 --> 00:30:07,540
onların üzünə yollar açılsın, gedib bir yerdə elmi işlə məşğul ola bilsinlər.

283
00:30:07,770 --> 00:30:10,340
Doğrudan da, saysız-hesabsız ixtisaslar var.

284
00:30:10,340 --> 00:30:15,680
Mənim fikrimcə, elmdən qaynaqlanan ixtisasları saymaqla bitirmək olmaz.

285
00:30:16,110 --> 00:30:21,510
Nə qədər adamımız olsa da, onları elm sahəsində işlə təmin edə bilərik,

286
00:30:21,600 --> 00:30:25,140
bir şərtlə ki, oturub işləyək. Bir məsələ elm məsələsidir.

287
00:30:25,340 --> 00:30:27,340
Digər bir məsələ mədəniyyət məsələsidir.

288
00:30:28,050 --> 00:30:34,050
Burda iştirak edən dostlarımız, xüsusilə də ölkənin mədəniyyət rəsmiləri

289
00:30:34,420 --> 00:30:41,450
və cənab prezident özü mənim mədəniyyət mövzusuna nə qədər həssaslıqla yanaşdığımı bilirlər.

290
00:30:41,620 --> 00:30:45,770
Bəzən elə olub ki, mədəniyyətlə əlaqəli məsələlərə görə səhərə qədər mənim gözümə yuxu getməyib;

291
00:30:46,110 --> 00:30:50,650
mədəniyyətlə bağlı problemlər ucbatından; yəni mədəniyyətlə bağlı mövzular bu qədər əhəmiyyətlidir.

292
00:30:51,140 --> 00:30:55,050
Bu sahədə yerinə yetirilməli olan iki əsas və önəmli iş var;

293
00:30:55,050 --> 00:31:04,510
birincisi, müxtəlif sferalarda sağlam mədəni məhsullar ortaya qoymaq,

294
00:31:05,420 --> 00:31:12,770
ikincisi, zərərli məhsulların, belə deyək, ziyanverici mədəniyyət məhsullarının qarşısını almaq;

295
00:31:12,970 --> 00:31:15,280
mənim fikrimcə, bunlar əsas işlərdəndir.

296
00:31:15,480 --> 00:31:22,880
Mədəni məhsullara, nəşr olunan kitablara və sairə ehtiyatlı yanaşma bütün dünyada var.

297
00:31:23,170 --> 00:31:26,820
Dünyanın hansı yerində yoxdur? Mənə birini göstərin?

298
00:31:27,400 --> 00:31:29,770
Baxın xanım İbtikar bu gün burda iştirak edir;

299
00:31:29,850 --> 00:31:35,080
o özü mənə deyib ki, qələmə aldığı kitabın çapına Amerikanın heç yerində imkan verilməyib.

300
00:31:36,370 --> 00:31:41,110
Heç bir naşir o kitabı çap etmək istəməyib – həddən artıq təəssübkeşlik ucbatından yox;

301
00:31:41,110 --> 00:31:45,850
çox satılan bir kitab olsa, istənilən naşir onu nəşr etməyə razılıq verir;

302
00:31:46,020 --> 00:31:54,540
qorxduqlarına, ehtiyat etdiklərinə görə bu işə getməyiblər – axırda, deyəsən, Kanadada bir naşir tapıb,

303
00:31:55,800 --> 00:32:05,140
həmin adam da, məncə, qorxa-qorxa çap edib (ya heç etməyib);

304
00:32:05,620 --> 00:32:07,220
bir neçə il əvvəlin söhbəti olduğuna görə detalları, ola bilsin ki, yadımda qalmayıb.

305
00:32:07,800 --> 00:32:13,400
Bunları danışın, qoy o cənablar bilsinlər ki, əgər bizdə hansısa kitabın qarşısı alınırsa,

306
00:32:13,680 --> 00:32:15,450
dünyada bunu edən təkcə cənab Cənnəti deyil.

307
00:32:15,820 --> 00:32:19,370
Yox, bu, Amerikada da, Avropada da var.

308
00:32:20,050 --> 00:32:23,280
Holokost haqda danışmağa heç kəs cürət etmir;

309
00:32:23,680 --> 00:32:26,620
yaxşı, Holokost ki ideoloji bir məsələ deyil;

310
00:32:27,250 --> 00:32:35,680
amma iş gəlib İslamın müqəddəs şəxsiyyətlərinin təhqiredici karikaturalarına çatanda

311
00:32:35,880 --> 00:32:39,820
orda bu cənablar azadlıqsevər, söz və ifadə azadlığının tərəfdarı olurlar!

312
00:32:40,250 --> 00:32:44,000
Holokasta çatanda isə yox, söz azadlığı yoxdur.

313
00:32:44,680 --> 00:32:47,570
Hicab məsələsi də, başqa məsələlər də eynilə belədir;

314
00:32:47,910 --> 00:32:53,650
bəli, hər bir ölkənin öz prinsipləri var ki, onlar qorunmalı,

315
00:32:53,850 --> 00:32:57,400
hakim qurumlar həmin prinsiplərə riayət etməlidir; burda heç bir üzgörənlik ola bilməz.

316
00:32:57,940 --> 00:33:03,570
Hansısa teatr tamaşasının, filmin, kitab, yaxud nəşrin

317
00:33:04,050 --> 00:33:09,710
İslamın və inqilabın prinsiplərinə zidd olduğunu görürsünüzsə, qarşısını alın, ona qarşı mübarizə aparın, tədbir görün.

318
00:33:09,850 --> 00:33:12,680
Necə mübarizə aparmaq lazımdır – bu, başqa söhbətin mövzusudur,

319
00:33:12,800 --> 00:33:16,620
hökumət qurumlarından asılıdır, baxın görün qəbul etdiyiniz qanunlar, qərarlar bu haqda nə deyir,

320
00:33:16,880 --> 00:33:20,600
amma üzgörənlik etməyin və bunu açıq-aydın, birbaşa deyin.

321
00:33:21,710 --> 00:33:30,820
Deməli, əsas iş sağlam mədəni qidanın hazrılanması və qeyri-sağlam, ziyanlı mədəni qidanın qarşısının alınmasıdır.

322
00:33:30,820 --> 00:33:33,850
Mədəniyyət sferasını qətiyyən özbaşına buraxmaq olmaz;

323
00:33:34,000 --> 00:33:37,400
mədəni işlərin idarə olunması olduqca lazımlı bir işdir;

324
00:33:38,020 --> 00:33:46,080
idarəetmə də inqilabi şüarlara, İslam İnqilabının prinsiplərinə əsaslanmalıdır;

325
00:33:46,570 --> 00:33:50,400
yəni bir şeyə diqqət yetirmək lazımdır ki, əsas məsələ

326
00:33:52,200 --> 00:33:59,540
inqilabın, İmam Xomeyninin, ölkənin suverenliyinin başlıca prinsiplərinin qorunmasıdır.

327
00:34:00,080 --> 00:34:07,050
Zənnimcə, hazırkı etapda prioritetlərin sırasında olan məsələlərdən ikincisi də budur.

328
00:34:07,200 --> 00:34:12,110
Hamısından daha aktual və təcili olan üçüncü prioritet isə iqtisadiyyatdır;

329
00:34:12,650 --> 00:34:18,850
doğrudur, sevindirici haldır ki, cənab Cahangiri bilərəkdən bugünkü iclasın reqlamentini

330
00:34:19,370 --> 00:34:24,510
iqtisadi problemlərin önə çəkiləcəyi bir formada qurmuşdu.

331
00:34:24,820 --> 00:34:32,020
Bu gün iqtisadiyyat  ölkə üçün həm onun müqəddəratı və həqiqi inkişafı,

332
00:34:32,480 --> 00:34:36,170
həm xarici nüfuzu baxımından önəmlidir,

333
00:34:36,170 --> 00:34:38,680
həm də xalqın yaşamının reallıqları baxımından önəmlidir.

334
00:34:38,850 --> 00:34:46,250
Odur ki iqtisadiyyat məsələsi, əslində, ölkənin başlıca prioritetidir

335
00:34:46,820 --> 00:34:52,280
və bu məsələ üzərində nə qədər düşünülsə, nə qədər iş görülsə, səy göstərilsə,  bu mövzu nə qədər çox vurğulansa, yerinə düşər.

336
00:34:52,770 --> 00:35:01,880
Əvvəla, bizim iqtisadiyyatla bağlı fikrimiz bundan ibarətdir ki, ölkənin iqtisadi inkişafı ədalətlə yanaşı olmalıdır;

337
00:35:03,250 --> 00:35:09,250
biz ədalətsiz iqtisadiyyatı qəbul etmirik; yəni inqilab qəbul etmir;

338
00:35:09,740 --> 00:35:11,570
İslam Respublikası quruluşu qəbul etmir.

339
00:35:13,620 --> 00:35:20,310
Diqqətli olmaq lazımdır ki, təbəqələşmə yaranmasın; yoxsulların haqqı tapdanmasın;

340
00:35:20,940 --> 00:35:27,680
bunlar bizim makroiqtisadi proqramlarımızda, bir qədər sonra haqqında danışacağım

341
00:35:27,680 --> 00:35:31,000
müqavimət iqtisadiyyatında yer alan məsələlərdir.

342
00:35:31,220 --> 00:35:41,220
Ədalət, yaşayış minimumlarının təmin edilməsi kimi məsələlərə müqavimət iqtisadiyyatının siyasətlərində də rast gəlinir.

343
00:35:41,310 --> 00:35:47,710
Mənim fikrimcə, iqtisadiyyat sahəsində görüləcək başlıca işlərdən biri

344
00:35:47,970 --> 00:35:50,800
əməyin cəmiyyətdə ümumi diskursa çevrilməsidir;

345
00:35:51,940 --> 00:35:56,740
biz çalışmalıyıq ki, tənbəlliyi, işsiz-gücsüz gəzməyi, əməyə etinasız yanaşmanı –

346
00:35:58,510 --> 00:36:04,310
gündəlik işlər arasında  dəyərli işlər daha çox yer tutmalıdır

347
00:36:04,820 --> 00:36:10,970
və onların azlığı böyük bir nöqsandır –

348
00:36:10,970 --> 00:36:16,510
xalqımızın gözündə düzgün bir şəkildə dəyərdən salaq;

349
00:36:16,710 --> 00:36:21,450
yəni bikarlıq utancverici bir şey olmalıdır; iş, əmək cəmiyyət üçün dəyər olmalıdır.

350
00:36:23,110 --> 00:36:27,680
Rəvayətlərdə oxuyuruq ki, bir gün Peyğəmbərimiz (s) bir gənclə rastlaşıb,

351
00:36:28,170 --> 00:36:34,340
ondan xoşu gəlib, həmin gənci yanına çağırıb, məsələn, adını soruşub,

352
00:36:34,480 --> 00:36:40,820
peşəsinin nə olduğunu xəbər alıb. Gəncin bikar olduğunu, heç bir işi, məşğuliyyəti olmadığını eşidəndə

353
00:36:41,310 --> 00:36:47,200
o Həzrət buyurub: – “Gözümdən düşdü”. Yəni əmək belədir.

354
00:36:47,970 --> 00:36:56,540
Peyğəmbərin (s) ki heç kimin qarşısında çəkinəcəyi yoxdur. Belə olmalıdır.

355
00:36:58,080 --> 00:37:03,200
Əlbəttə ki, bu məsələdə iki tərəfin bir-birindən tələbi var;

356
00:37:03,340 --> 00:37:07,220
işsiz olan iş tələb edir, “mənə iş verin” deyir,

357
00:37:07,420 --> 00:37:11,740
iş tələb edən, əhalinin işləməyini istəyən də “iş tap” deyir;

358
00:37:11,880 --> 00:37:22,510
burda bir orta yol var ki, ola bilsin, söhbət əsnasında mən bu məsələyə toxundum.

359
00:37:23,710 --> 00:37:32,480
Amma yenə də biz ölkədə insanlarımızı əməyə, dəyər yaratmağa, sərvət yaratmağa təşviq etməliyik;

360
00:37:32,740 --> 00:37:34,220
bunu həm dövlət işçiləri deməli,

361
00:37:34,220 --> 00:37:46,740
həm də qəzet və jurnallarda yazıları, fikirləri ilə çıxış etmək imkanı olan adamlar

362
00:37:47,770 --> 00:37:53,110
bu tribunlardan, bu statusdan istifadə edərək məsələləri çatdırmalıdırlar.

363
00:37:55,140 --> 00:37:58,250
Əmək, məşğulluq məsələsində əsas məqamlardan biri budur.

364
00:37:58,250 --> 00:38:02,000
Digər bir məsələ isə düzgün məşğulluq mənbələrinin yaradılmasıdır;

365
00:38:02,600 --> 00:38:09,510
bu, sözdə deyilən bir fikir olsa da, çox böyük və əhəmiyyətli bir işdir.

366
00:38:10,340 --> 00:38:14,570
Məşğulluq mənbələrini biz yaratmalıyıq.

367
00:38:15,400 --> 00:38:18,880
İşləmək, məşğulluq haqda danışıb təbliğat aparanda

368
00:38:18,880 --> 00:38:22,170
qarşı tərəf deyir, yaxşı, mən işsizəm, nə edim?

369
00:38:23,370 --> 00:38:29,710
İş axtarmağın yollarını camaata biz göstərməliyik.

370
00:38:30,170 --> 00:38:35,880
Bir neçə gün əvvəl televiziyada yaxşı bir veriliş gördüm;

371
00:38:36,310 --> 00:38:42,170
maarifləndirici formada hazırlanmışdı. Qonaqlardan biri danışırdı ki,

372
00:38:42,450 --> 00:38:50,110
10 milyon tümənlə özünə iş yeri yaradıb və müəyyən gəlir əldə edə bilib.

373
00:38:50,910 --> 00:38:55,650
Gül becərməklə bağlı idi, gül becərdiyini deyirdi.

374
00:38:56,510 --> 00:39:01,910
Onu da deyirdi ki, bu sahə ilə məşğul olmaq istəyənlər üçün

375
00:39:02,340 --> 00:39:11,020
dövlətə məxsus torpaq sahələrindən filan-filan yerlərdə pay ayrılır;

376
00:39:11,140 --> 00:39:13,850
məsələn, istəyən gedib

377
00:39:14,050 --> 00:39:19,420
gül əkib-becərməklə məşğul olsun. Yadımdadır,

378
00:39:19,620 --> 00:39:24,800
sizdən əvvəlki hökumətlərdən birinin dövründə iqtisadçı dostlarımız gəlmişdi, yeni iş yeri açmaq üçün nə qədər vəsait lazım olduğu barədə danışdırdılar.

379
00:39:25,050 --> 00:39:29,600
100, bəzi sahələrdə isə 500 milyon tüməndən və bu kimi məbləğlərdən danışılırdı!

380
00:39:29,740 --> 00:39:34,940
Amma belə çıxır ki, 10 milyon tümənlə də yeni iş yeri yaratmaq mümkündür. Bu hələ bir nümunədir;

381
00:39:35,020 --> 00:39:40,280
deyəsən, elə həmin kanalda başqa bir nümunə də görmüşdüm;

382
00:39:40,740 --> 00:39:44,820
başqa bir verilişdə idi; qonaq olan xanım nəyinsə istehsalı ilə məşğul idi və deyirdi ki,

383
00:39:44,820 --> 00:39:51,050
bu məşğulluq sferasını 20 milyon tümən maya ilə yarada bilib.

384
00:39:51,650 --> 00:39:58,420
Deməli, məlum olur ki, imkanlar, potensial həddən artıq böyükdür.

385
00:39:58,850 --> 00:40:10,280
Yoldaşlarla burda keçirdiyimiz görüşlərdən birində söhbət düşdü, dedilər ki, biz iqtisadi inkişafımızı daha da artırmalıyıq;

386
00:40:10,280 --> 00:40:15,050
mən dedim ki, Avropanın bəzi inkişaf etmiş dövlətlərinin

387
00:40:15,650 --> 00:40:19,800
illik iqtisadi inkişafı bir qayda olaraq 1,2, 2.5 faizdir;

388
00:40:20,480 --> 00:40:22,800
səbəbi isə odur ki, onların imkan və potensialı artıq tam istifadə olunub;

389
00:40:23,710 --> 00:40:30,250
necə ki, məsələn, vaxtı ikən illik 10, 11,12 faiz iqtisadi artımı olan Çinin

390
00:40:30,570 --> 00:40:34,370
hazırda bu göstəricisi xeyli aşağı düşüb; çünki potensialı artıq istifadə olunub.

391
00:40:34,480 --> 00:40:36,800
Bir çox imkanları artıq istifadə olunub və getdikcə daha da azalacaq;

392
00:40:37,250 --> 00:40:40,140
bizim isə potensialımız hələ çoxdur.

393
00:40:40,570 --> 00:40:50,680
Elə buna görə də 6-cı inkişaf proqramında 8 faizlik iqtisadi artımdan danışıldığı zaman

394
00:40:50,680 --> 00:40:55,020
buna şübhə ilə yanaşan dostlarımıza cavab olaraq ekspertlər söylədilər ki,

395
00:40:55,110 --> 00:40:59,740
biz bunu bacaracağıq, ölkənin reallıqlarına tamamilə uyğundur;

396
00:41:00,050 --> 00:41:03,050
eynilə bu gün cənab prezidentin də qeyd etdiyi kimi.

397
00:41:03,220 --> 00:41:12,820
Odur ki önəmli məsələlərdən biri də yeni məşğulluq sahələrinin yaradılmasıdır; baxmalıyıq ki, yeni iş yerlərinin yaradılmasına necə nail olmaq olar.

398
00:41:12,820 --> 00:41:17,200
Bəs bu iş dövlət qurumlarından hansının öhdəsinə düşür?

399
00:41:17,940 --> 00:41:24,050
Cənab Rəbii ki, həmişə yaxasını kənara çəkib məşğulluq və sair bu kimi məsələlərin

400
00:41:24,310 --> 00:41:29,420
ümumiyyətlə onun vəzifələri sırasına daxil olmadığını deyir;

401
00:41:37,510 --> 00:41:43,400
amma necə olursa-olsun hansısa qurum – ya siz, ya Dövlət Proqramları Komitəsi

402
00:41:49,540 --> 00:41:54,540
bu məsələyə görə məsuliyyət daşıyır. Əlbəttə ki, müəyyən mənada İqtisadiyyat Nazirliyinin də bəzi məqamlarda öhdəsinə müəyyən vəzifələr düşür;

403
00:41:55,020 --> 00:42:01,220
hansısa məsələlərə görə məsuliyyəti İqtisadiyyat Nazirliyinin öhdəsinə buraxmağımız o demək deyil ki, sizlərə səmimi yanaşmırıq.

404
00:42:02,510 --> 00:42:08,370
İqtisadiyyat Nazirliyinin, yaxud bankların da öhdəsinə düşən müəyyən vəzifələr var; cənab Seyfə də gəlib çatacağıq.

405
00:42:10,540 --> 00:42:18,540
İqtisadiyyatla bağlı mənim dönə-dönə vurğuladığım mühüm məsələlərdən biri də

406
00:42:18,850 --> 00:42:22,450
xarici ticarətin ciddi şəkildə idarə olunmasıdır;

407
00:42:23,620 --> 00:42:27,140
xarici ticarət olduqca önəmli bir sahədir.

408
00:42:27,680 --> 00:42:35,420
Xaricilər uzun illər boyu ticarət məsələsində bizim ölkəmiz də daxil olmaqla

409
00:42:36,600 --> 00:42:41,280
başqa ölkələrə bu cür yanaşıblar ki,

410
00:42:41,680 --> 00:42:49,200
burda xammal var, gəlib onu aparsınlar və özləri üçün əlavə dəyər istehsal etsinlər;

411
00:42:49,420 --> 00:42:52,450
bundan başqa, bizə öz istehsal etdikləri məhsula geniş tələb mövcud olan yaxşı bir satış bazarı kimi də baxıblar.

412
00:42:52,740 --> 00:43:02,080
İnqilabdan əvvəl ölkəmizdə hakim olan rejim də bu yanaşmanı qəbul etmişdi;

413
00:43:02,850 --> 00:43:08,820
bir vaxtlar təsadüfən bir yerdə mənim o vaxtkı parlamentin deputatlarından biri ilə bu barədə bir polemikam da olmuşdu;

414
00:43:09,110 --> 00:43:11,480
açıq-açığına mənim üzümə deyirdi ki, bu, çox yaxşı bir haldır!

415
00:43:11,740 --> 00:43:12,820
Ümumiyyətlə bu, çox yaxşı bir şeydir ki, biz pulunu veririk,

416
00:43:13,170 --> 00:43:19,020
avropalılar da nökər kimi işləyib bizim üçün məhsul istehsal edib gətirirlər.

417
00:43:19,140 --> 00:43:21,880
Yəni doğrudan da, məntiqi bu idi;

418
00:43:22,400 --> 00:43:26,910
ölkəni bu səmtə çəkən səfeh və ağılsız bir məntiq.

419
00:43:27,600 --> 00:43:33,420
Bu gün – yəni inqilabdan sonra isə bizim yanaşmamız fərqlidir;

420
00:43:33,600 --> 00:43:41,450
biz düşünürük ki, məsələ heç də belə deyil; olsun, qoy bizim bazarlarımızdan bir hissəsi xarici istehsalçıya aid olsun,

421
00:43:41,600 --> 00:43:46,110
amma həmin xarici istehsalçının bazarlarından bir qismi də bizə aid olmalıdır;

422
00:43:46,420 --> 00:43:55,510
yəni ədalətli bir mübadilə və qarşılıqlı idxal olmalıdır; bu, çox önəmli bir məsələdir.

423
00:43:57,220 --> 00:44:04,200
Cənab Nemətzadə idxal məsələsi ilə bağlı qeyd etdi;

424
00:44:04,370 --> 00:44:12,970
əlbəttə ki, utancvericidir; 4 nazirliyi cənab Nemətzadəyə həvalə ediblər!

425
00:44:13,110 --> 00:44:21,480
4 nazirlik idi də: Sənaye, Ağır Sənaye, Mədən və Ticarət Nazirlikləri.

426
00:44:21,850 --> 00:44:28,970
Mənim özümə də sona qədər qaranlıq qalan qəribə işlərdən biri də elə bu oldu:

427
00:44:29,340 --> 00:44:36,200
nəyə görə Ticarət Nazirliyi Sənaye və Mədən Nazirliyinə birləşdirildi;

428
00:44:36,400 --> 00:44:38,710
yəni doğrudan da, bu günə qədər bu sualın cavabını tapa bilməmişəm.

429
00:44:38,820 --> 00:44:43,220
O vaxt bu işi həyata keçirəndə də bunu nə məqsədlə etdikləri mənə aydın olmamışdı.

430
00:44:43,420 --> 00:44:49,340
Nə isə, parlament və hökumət rəsmiləri ölçüb-biçib bu qərara gəlmişdilər, etdilər.

431
00:44:49,910 --> 00:44:56,280
Doğrudan da, çətin bir işdir, mən ona haqq verirəm, işi ağır ola bilər,

432
00:44:56,400 --> 00:45:00,340
amma hər halda, bu iş yerinə yetirilməlidir; yəni olduqca mühüm işlərdən biri də

433
00:45:00,800 --> 00:45:04,110
xarici ticarətin idarə edilməsidir.

434
00:45:04,820 --> 00:45:12,020
O baxımdan ki, bura sırf xarici məhsulların bazarı olmasın;

435
00:45:12,020 --> 00:45:17,740
avtomobil, yaxud başqa bir məhsulun bazarı birbaşa onlara verilməsin.

436
00:45:18,020 --> 00:45:22,200
Bundan daha betəri bankların məsələsidir.

437
00:45:22,400 --> 00:45:28,310
Mühüm məsələlərdən biri də müqavimət iqtisadiyyatıdır. Bu il müqavimət iqtisadiyyatının ikinci ilidir.

438
00:45:29,140 --> 00:45:37,080
Ötən il – 1393-cü il – müqavimət iqtisadiyyatı siyasətlərinin başlanğıcı idi.

439
00:45:37,820 --> 00:45:40,170
Hökumət kabinetindəki dostlarımız mənə müəyyən hesabatlar təqdim ediblər.

440
00:45:40,170 --> 00:45:44,420
Cənab Cahangiri konkret işlər və vəzifələrlə bağlı

441
00:45:44,420 --> 00:45:52,450
15 dövlət qurumuna tapşırıqlar verdiyi zaman mən ona şəxsən öz təşəkkürümü bildirmişdim.

442
00:45:52,710 --> 00:45:55,020
Sonradan bu yaxınlarda mənə daha ətraflı bir hesabat da göndərmişdilər –

443
00:45:55,400 --> 00:46:01,570
əlbəttə ki, mənim üçün bir qədər yığcam formaya salınmışdı – o hesabatı mən axıra qədər oxudum, baxdım.

444
00:46:02,540 --> 00:46:10,110
Müqavimət iqtisadiyyatı sahəsində görülmüş işlərdən bəziləri müqəddimə xarakteri daşıyır;

445
00:46:11,170 --> 00:46:15,110
indi mən misal çəkməyə başlasam, uzun çəkər, vaxt keçər;

446
00:46:16,650 --> 00:46:23,620
hesabatlarda göstərilən işlərdən bəzilərinin isə müqavimət iqtisadiyyatının siyasətlərində yer alan bəndlərlə heç əlaqəsi yoxdur;

447
00:46:23,620 --> 00:46:26,910
hərçənd əlaqələndirilib, amma həmin qurumların cari işləridir;

448
00:46:28,110 --> 00:46:34,200
dövlət qurumlarının müəyyən cari vəzifələri, işləri var, götürüb onlar haqda sizə hesabat veriblər ki, “biz bu işləri görmüşük”;

449
00:46:34,910 --> 00:46:42,200
o işlər dövlət qurumlarının müqavimət iqtisadiyyatı sahəsində həyata keçirdiyi tədbirlər sırasına qatılıb;

450
00:46:42,400 --> 00:46:51,850
halbuki belə deyil. Bəzi işlərin də ümumiyyətlə müqavimət iqtisadiyyatı ilə əlaqəsi yoxdur;

451
00:46:52,050 --> 00:46:53,450
bu qədəri kifayət deyil.

452
00:46:54,420 --> 00:47:00,280
Müqavimət iqtisadiyyatının siyasətləri tam və kompleks bir məcmudur;

453
00:47:02,310 --> 00:47:07,600
özü də bu məcmu bir şəxsin beyin məhsulu deyil;

454
00:47:08,400 --> 00:47:12,020
heyət şəklində, birgə düşünülmüş bir şeydir;

455
00:47:12,020 --> 00:47:18,340
burda iştirak edən iqtisadçı dostlarımızdan bəziləri də bilir, məlumatları var.

456
00:47:19,370 --> 00:47:21,910
Bu məsələ üzərində ətraflı surətdə işlənilib,

457
00:47:22,170 --> 00:47:27,650
daha sonra bura gəlib, çək-çevir edilib, müzakirələr aparılıb, düşünülüb, araşdırılıb;

458
00:47:27,650 --> 00:47:32,050
ardınca Dövlətin Mənafeyini Müəyyən edən Şuraya göndərilib və orda da araşdırmalar aparılıb;

459
00:47:32,220 --> 00:47:34,650
sonda yenə gəlib və nəticədə bu siyasətlər alınıb.

460
00:47:34,650 --> 00:47:41,400
Yəni bu, rasional bir prosesin məhsuludur;

461
00:47:41,680 --> 00:47:45,000
elə buna görə də müqavimət iqtisadiyyatını hamı təsdiqlədi, alqışladı;

462
00:47:45,110 --> 00:47:48,910
yəni mən eşitməmişəm ki, iqtisadçılardan,

463
00:47:48,910 --> 00:47:52,020
bizimlə arası yaxşı və ya pis olan şəxslərdən kimsə

464
00:47:52,540 --> 00:47:58,310
müqavimət iqtisadiyyatına, bu siyasətlərə şübhə və tənqidlə yanaşsın; yox, hamı qəbul etdi.

465
00:47:58,510 --> 00:48:03,480
Dediyim kimi, bu, tam bir məcmudur və kompleks şəkildə həyata keçirilməlidir;

466
00:48:03,600 --> 00:48:05,370
bəs bunu necə etmək olar?

467
00:48:05,820 --> 00:48:13,480
Bunun üçün tam kompleks şəklində olan bir icra, reallaşdırma planı təqdim olunmalıdır;

468
00:48:14,080 --> 00:48:17,710
bir müddət əvvəl mən bu barədə cənab Ruhaniyə demişdim,

469
00:48:17,820 --> 00:48:23,480
qərara gəlmişdik ki, o, bu barədə dostlarımıza göstəriş versin, inşallah, hazırlayıb versinlər. Bu, lazımlı bir məsələdir;

470
00:48:24,110 --> 00:48:26,710
yəni bizim bir icra planına ehtiyacımız var;

471
00:48:27,220 --> 00:48:30,420
bu planda ayrı-ayrı dövlət qurumlarının öhdəsinə düşən vəzifələr,

472
00:48:30,820 --> 00:48:37,110
hansı bəndi hansı strukturun həyata keçirəcəyi müəyyən olunmalı,

473
00:48:38,200 --> 00:48:43,220
vaxt qoyulmalıdır. Zaman çox önəmlidir, vaxt bölgüsü aparılmalı,

474
00:48:43,370 --> 00:48:47,570
bu işin hansı müddət ərzində görüləcəyi dəqiqləşdirilməlidir. Əgər vaxt bölgüsü aparılmasa,

475
00:48:48,740 --> 00:48:54,680
bunun hətta sizin kabinetin hakimiyyətdə olduğu dövrdə həyata keçiriləcəyinə belə zənanət yoxdur.

476
00:48:54,910 --> 00:48:58,740
Bunun həyata keçməyini, icrasına start verilməsini,

477
00:48:58,940 --> 00:49:02,200
xalqın bu siyasətlərin xeyrini görməyini istəyirsinizsə, vaxt qoyun.

478
00:49:03,850 --> 00:49:10,740
Əvvəla, hər bir bəndlə bağlı zəruri əməli tədbirlər müəyyənləşdirilməlidir,

479
00:49:10,740 --> 00:49:13,880
icraçılar – məsul rəsmi strukturlar məlum olmalıdır,

480
00:49:14,200 --> 00:49:17,620
hər bir sahə üçün vaxt qoyulmalıdır,

481
00:49:17,880 --> 00:49:22,880
tələb olunan imkanlar və bu imkanların haradan təmin ediləcəyi aydınlaşmalıdır;

482
00:49:23,140 --> 00:49:29,650
axı bu siyasətlər praktik, əməli surətdə hərəkətə keçməyi tələb edir.

483
00:49:30,680 --> 00:49:35,940
Hər hansı bir strategiya hazırlayırsınızsa, meydanda həqiqətən bir hərəkətlilik, dinamika yaratmaq istəyirsinizsə,

484
00:49:36,170 --> 00:49:40,400
bunun öz zəruri tələbləri yaranır. Həmin tələblər hansılardır? Onları necə təmin etmək olar?

485
00:49:40,570 --> 00:49:43,940
O tələblərin necə təmin olunacağı dəqiqləşdirilməlidir.

486
00:49:45,420 --> 00:49:48,770
Bu işlər görüləndən sonra artıq siz monitorinq aparıb baxa bilərsiniz ki,

487
00:49:49,050 --> 00:49:52,370
alınıb, ya alınmayıb,

488
00:49:52,600 --> 00:49:57,620
filan qurum öz işini görüb, ya görməyib. Beləcə işlər irəli gedəcək.

489
00:50:00,280 --> 00:50:06,200
Müqavimət iqtisadiyyatı ilə bağlı ikinci mühüm məqam budur ki,

490
00:50:06,420 --> 00:50:10,340
dövlətin bütün iqtisadi proqramları

491
00:50:11,400 --> 00:50:16,650
bu müqavimət iqtisadiyyatı məcmusunun, bu siyasətlərin çərçivəsinə daxil olmalıdır;

492
00:50:17,170 --> 00:50:20,250
hətta 6-cı inkişaf proqramı, illik proqam və büdcələr

493
00:50:20,770 --> 00:50:24,050
hamısı müqavimət iqtisadiyyatı əsasında formalaşdırılmalıdır;

494
00:50:24,220 --> 00:50:28,370
yəni bunların heç biri, heç bir sferada

495
00:50:28,820 --> 00:50:33,020
bu siyasətlərlə uyğunsuzluq təşkil etməməlidir; nəinki təkcə ziddiyyət təşkil etməməlidir,

496
00:50:33,170 --> 00:50:37,020
hətta bu siyasətlərə tamamilə uyğun olmalıdır.

497
00:50:37,680 --> 00:50:42,710
Digər bir məqam odur ki, qeyri-hökumət sektorları fəallaşdırılmalıdır;

498
00:50:44,110 --> 00:50:53,310
indi ola bilsin ki, siz dövlət qurumlarına, nazirliklərə tövsiyə və göstərişlərinizi vermisiniz,

499
00:50:53,540 --> 00:50:55,740
amma qeyri-dövlət sektoru da var.

500
00:50:55,940 --> 00:50:59,620
Onlar müqavimət iqtisadiyyatında önəmli rol oynaya bilər;

501
00:51:00,140 --> 00:51:05,140
o cümlədən bəsic. Mən bir hesabat da görmüşdüm. Məncə, bu, çox lazımlı bir şeydir –

502
00:51:05,740 --> 00:51:13,220
vaxtınız olsa, cənab prezident, yaxud ən azından cənab Cahangiri –

503
00:51:13,680 --> 00:51:20,570
çağırın, baxın görün bəsicilər müqvimət iqtisadiyyatı ilə bağlı

504
00:51:20,570 --> 00:51:25,340
hansı işləri həyata keçirə bilər, hansı potensiala malikdirlər; çox yaxşı bir potensialdır.

505
00:51:25,480 --> 00:51:28,200
Bəsic xırda, önəmsiz bir şey deyil;

506
00:51:28,740 --> 00:51:33,020
bəsic işləməyə hazır olan nəhəng bir kollektivdir.

507
00:51:33,340 --> 00:51:36,170
Onları çağırın, baxın görün nə iş görə bilərlər.

508
00:51:36,170 --> 00:51:40,850
Gəlib əllərində olan imkanları təqdim edəcəklər, hansı işləri artıq həyata keçirdikləri haqda da məlumat verəcəklər.

509
00:51:42,970 --> 00:51:47,620
Məncə, bəsicin əlində çox yaxşı imkanlar var. Mən misal olaraq bəsici qeyd etdim;

510
00:51:47,970 --> 00:51:49,740
digər müxtəlif sferalar,

511
00:51:50,110 --> 00:51:58,850
iqtisadiyyatı yaxşı bilən insanlar var.

512
00:51:58,940 --> 00:52:00,770
Elələri var ki, şirkətləri var,

513
00:52:00,850 --> 00:52:07,450
iş qurublar, onların potensialından istifadə etmək olar.

514
00:52:07,710 --> 00:52:12,480
Yəni həmin sənəd təkcə dövlət sektorunu nəzərdə tutmamalıdır.

515
00:52:12,940 --> 00:52:19,050
Deməli, birinci addım belə bir planın işlənib hazırlanmasıdır.

516
00:52:19,170 --> 00:52:28,510
Növbəti addım isə güclü, uzaqgörən və nüfuzlu bir qərargahın təşkil edilməsidir.

517
00:52:28,740 --> 00:52:33,450
Əlbəttə, mənim xəbərim var, cənab prezident bir şura yaradıb,

518
00:52:33,570 --> 00:52:35,940
özü də orda iştirak edir, çox yaxşı da bir işdir;

519
00:52:36,200 --> 00:52:38,400
amma bu, lazım olan o komandanlıq qərargahı deyil.

520
00:52:39,510 --> 00:52:44,000
Axı cənab prezidentin bir çox başqa işləri də var,

521
00:52:44,420 --> 00:52:49,650
onlarla da məşğul olmalıdır, bütün vaxtını və gücünü bu işə sərf edə bilməz.

522
00:52:50,140 --> 00:52:54,080
Bir qərargah lazımdır  –

523
00:52:54,370 --> 00:53:00,710
eynilə müharibə dövründəki qərargahlarımız kimi; bəzi digər işlərdə də komandanlıq qərargahları təşkil olunub;

524
00:53:00,910 --> 00:53:05,370
Cənab Ruhani, sizin özünüzün bu məsələlərdə təcrübəniz böyükdür;

525
00:53:06,250 --> 00:53:11,600
işlərin gedişini daim nəzarətdə saxlayacaq, hansı qurumun işin öhdəsindən gəldiyini,

526
00:53:11,770 --> 00:53:17,850
irəli getdiyini, harada problemlərin olduğunu  izləyəcək bir komandanlıq qərargahı olmalıdır.

527
00:53:17,970 --> 00:53:24,140
Çünki danışmaq asandır, plan qurmaq, proqram hazırlamaq da bir o qədər çətin deyil,

528
00:53:24,650 --> 00:53:26,850
işləri reallaşdırmaq isə bunlardan fərqlidir.

529
00:53:27,570 --> 00:53:30,220
Meydana atılıb irəli getmək istəyəndə

530
00:53:30,370 --> 00:53:33,850
adamın qarşısına bəzən əvvəlcədən proqnozlaşdırmadığı maneələr çıxır;

531
00:53:34,420 --> 00:53:37,510
bəzi maneələr isə əvvəlcədən proqnozlaşdırılır, amma yenə də maneədir, aradan qaldırılmalıdır.

532
00:53:37,770 --> 00:53:43,110
Həmin qərargah o maneəni bir zərbə ilə aradan qaldırmalı,

533
00:53:43,200 --> 00:53:51,000
yolu təmizləyib açmalı, irəli getməlidir; və nüfuzlu olmalıdır, sözünün çəkisi olmalıdır; yəni sözünü dinləməlidirlər.

534
00:53:51,000 --> 00:53:55,770
Belə olmasın ki, bu gün olduğu kimi, cənab Cahangiri dəfələrlə dedi “5 dəqiqə danışın”,

535
00:53:55,940 --> 00:54:01,770
yoldaşlar o 5 dəqiqəni 7, 10 dəqiqəyə qədər uzatdılar.

536
00:54:01,850 --> 00:54:08,140
O qəragah nə dedisə, hamı o sözü, doğrudan da,  qəbul etməlidir.

537
00:54:09,820 --> 00:54:13,020
Sonra da işlərin gedişi, əldə olunmuş nailiyyətlər haqda əhalini məlumatlandırın;

538
00:54:13,140 --> 00:54:15,680
görün, doğrudan da, nələr baş verəcək!

539
00:54:16,140 --> 00:54:20,620
Tutalım, 6 ay mənim dediyim formada işlədiniz,

540
00:54:20,800 --> 00:54:26,220
yəni o proqram hazırlandı, o qərargah təşkil olundu və 6 ay fəaliyyət göstərdi;

541
00:54:27,000 --> 00:54:31,340
işlər diqqətəlayiq dərəcədə irəli gedəcək; ondan sonra gedin

542
00:54:31,570 --> 00:54:35,850
bu barədə xalqa məlumat verin; deyin ki, filan-filan işləri görmüşük; xalq onsuz da bunu öz yaşayışında hiss edəcək;

543
00:54:36,110 --> 00:54:41,850
sizin əhalidə görmək istədiyiniz gələcəyə ümid və optimizm

544
00:54:41,940 --> 00:54:43,770
tamamilə təmin olunacaq;

545
00:54:43,910 --> 00:54:48,940
yəni camaata məlumat verilməlidir.

546
00:54:50,140 --> 00:54:54,620
Və əlbəttə ki, dəyərləndirmə meyarları da müəyyən olunmalıdır.

547
00:54:54,850 --> 00:55:03,820
Kompleks bir hərəkat olan müqavimət iqtisadiyyatının müəyyən hüquqi, qanuni, ədliyyə sistemi ilə bağlı tələbləri də var;

548
00:55:03,940 --> 00:55:06,310
hakimiyyətin 2 digər qolu sizinlə əməkdaşlığa hazırdır;

549
00:55:07,110 --> 00:55:12,050
qanunverici hakimiyyət – parlament də bu sahədə əməkdaşlığa hazırdır;

550
00:55:12,400 --> 00:55:16,970
misal üçün, hansısa qanunu dəyişmək, düzəliş etmək

551
00:55:17,680 --> 00:55:23,650
və ya yeni bir qanun qəbul etmək lazımdır; belə şeylərə ehtiyacınız yarana bilər;

552
00:55:24,510 --> 00:55:27,600
yaxud haradasa bir ədliyyə proseduru lazım ola bilər;

553
00:55:28,050 --> 00:55:34,940
hakimiyyətin digər 2 qolu müqavimət iqtisadiyyatının reallaşdırılması üçün bütün bu situasiyalarda əməkdaşlığa hazırdır.

554
00:55:35,340 --> 00:55:38,800
Durğunluq məsələsinə toxunuldu;

555
00:55:39,170 --> 00:55:43,600
düzdür, müşahidə olunan o 3 faizlik artım

556
00:55:43,600 --> 00:55:51,650
iqtisadi durğunluqda müəyyən tərpəniş olduğunu göstərir; yəni müəyyən hərəkətlilik olub;

557
00:55:51,940 --> 00:55:54,940
indi baxmaq lazımdır ki, o artım hansı sferalardadır,

558
00:55:55,170 --> 00:56:02,650
hansı sferalarda mənfidir; bu müsbət və mənfilərin birlikdə nəticəsi o 3 faizlik artım olub.

559
00:56:03,680 --> 00:56:08,080
Əgər iqtisadi durğunluqla ciddi surətdə mübarizə aparılmasa,

560
00:56:08,370 --> 00:56:13,540
o 3 faizlik artım da risk altına düşəcək,

561
00:56:14,620 --> 00:56:18,080
inflyasiya da yüksələcək, işsizlik problemi də yaranacaq.

562
00:56:18,340 --> 00:56:23,280
Qoy mən burda deyim, cənab Nemətzadə əgər istəsə, maraqlanıb araşdırar:

563
00:56:23,910 --> 00:56:28,510
hal-hazırda işləməyən zavodların sayı haqda –

564
00:56:28,970 --> 00:56:32,740
yəni hər şeyi hazır olan zavodlardır, amma hazırda işləmirlər –

565
00:56:33,000 --> 00:56:38,770
gəlib bizə hesabat veriblər; dəqiq rəqəmlərdir;

566
00:56:40,050 --> 00:56:45,480
50 faizdən aşağı həcmdə işləyən zavodların sayını dəqiqləşdiriblər;

567
00:56:46,680 --> 00:56:51,140
70 faizdən aşağı həcmdə işləyən zavodların sayını da dəqiqləşdiriblər.

568
00:56:52,250 --> 00:57:00,280
Yaxşı, hələ 70 faizdən aşağı, nə isə, amma 50 faizdən də aşağı?!

569
00:57:00,910 --> 00:57:06,110
Onlardan bəzilərinin nağd vəsaitlə bağlı problemi var; yəni dövriyyələrində sərmayə yoxdur –

570
00:57:06,110 --> 00:57:10,140
hansı ki bu da bankların işidir, bu sahədə banklar cavab verməlidir;

571
00:57:10,310 --> 00:57:16,620
müqavimət iqtisadiyyatında o əsas mərkəz, komandanlıq qərargahı işə düşsə,

572
00:57:16,770 --> 00:57:24,020
bütün bu problemlərlə məşğul olar – amma bəzilərinin problemi nağd pul deyil,

573
00:57:24,680 --> 00:57:29,420
subsidiyaları da alıblar, zavod hal-hazırda işləməyə hazırdır,

574
00:57:30,000 --> 00:57:33,570
heç bir problemi yoxdur, aqreqatları da var – hesabatlarda qeyd olunduğuna görə,

575
00:57:33,620 --> 00:57:37,940
bunlardan bəziləri yeni, müasir aqreqatlarla da təchiz olunub – amma işləmir.

576
00:57:38,000 --> 00:57:40,880
Niyə? Ona görə ki, aparıb subsidiyanı başqa yerə xərcləyiblər.

577
00:57:41,250 --> 00:57:45,940
Bunun üçün məhkəmə araşdırmasına ehtiyac var, bunları araşdırmaq, çağırıb soruşmaq lazımdır.

578
00:57:46,080 --> 00:57:49,250
Elə ona görə də mən “komandanlıq qərargahı” deyirəm.

579
00:57:49,400 --> 00:57:53,340
Belə şeylər, belə məqamlar nəzarətdə saxlanacaq.

580
00:57:53,420 --> 00:57:57,110
Durğunluq məsələsi ilə məşğul olmasanız,

581
00:57:57,510 --> 00:58:06,880
bu, bütün iqtisadi göstəricilərə təsir edəcək.

582
00:58:06,880 --> 00:58:10,340
Əlbəttə ki, o sonuncu qanun – az əvvəl qeyd etdikləri qanun – yaxşı bir qanundur,

583
00:58:10,600 --> 00:58:13,110
intəhası qanunların olmağı kifayət deyil.

584
00:58:13,850 --> 00:58:19,450
İstehsal müəssisələrinə dəstək verilməsi, onların nağd pulla təmin edilməsi, dövriyyədəki sərmayənin təmin edilməsi,

585
00:58:20,140 --> 00:58:25,310
hazır istehsalat müəssisələrini durğunluq vəziyyətində saxlayan şəxslərə qarşı ciddi ölçü götürülməsi –

586
00:58:26,340 --> 00:58:28,820
bütün bunlar lazımlı işlərdir.

587
00:58:29,110 --> 00:58:36,370
Mən dostlarımızla keçirdiyimiz əvvəlki iclasda da dedim, yenə də vurğulayıram:

588
00:58:37,310 --> 00:58:47,140
burda bank sistemi rol oynamalıdır; yəni bank sistemi bütün gücü ilə işə cəlb olunmalıdır.

589
00:58:47,540 --> 00:58:52,170
Bizə təklif olunan, reallaşdırılması üçün lazımi zəminin mövcud olduğu deyilən işlərdən biri də

590
00:58:52,480 --> 00:58:57,480
bəzi layihələrin özəl sektora həvalə edilməsidir.

591
00:58:57,850 --> 00:58:59,910
Əlbəttə ki, özəl sektor üçün həvəsləndirici tədbirlər tətbiq olunmalıdır;

592
00:59:00,200 --> 00:59:04,800
çünki hazırda əllərdə istifadəsiz qalan pullar var; şübhəsiz, belə vəsaitlər var.

593
00:59:05,480 --> 00:59:09,970
Mənə verilən məlumata görə,

594
00:59:10,110 --> 00:59:14,570
bizdə 400 milyard tümən həcmində yarımçıq qalmış layihələr var;

595
00:59:17,400 --> 00:59:18,970
hamısı da dövlət layihəsidir.

596
00:59:19,310 --> 00:59:27,080
Biz bunların 10 faizini özəl sektora verə bilsək,

597
00:59:27,080 --> 00:59:28,600
görün nə olar;

598
00:59:29,280 --> 00:59:34,680
birdən-birə 40 milyard tümən işə qoşular, bu, çox önəmlidir.

599
00:59:34,850 --> 00:59:39,680
Yəni bu gün kağız üzərində qalmış layihələrdən – o 400 milyard tüməndən –

600
00:59:39,940 --> 00:59:45,000
10 faizi özəl sektora verilsə, ölkədə çox mühüm bir hadisə baş verər.

601
00:59:45,280 --> 00:59:50,970
bu, üzərində planlama aparılması və reallaşdırılması, doğrudan da, vacib olan işlərdən biridir.

602
00:59:51,110 --> 00:59:53,050
Kənd təsərrüfatı sektoru da olduqca önəmlidir.

603
00:59:53,050 --> 00:59:59,540
Əlbəttə, mən bu fikirdəyəm ki, cənab Höccəti, doğrudan da, ortaya iş qoya bilər.

604
00:59:59,540 --> 01:00:07,540
Məncə, o, bu günə qədər yaxşı fəaliyyət göstərmiş nazirlərdən biridir və həqiqətən də, bu işi həyata keçirə bilər.

605
01:00:07,970 --> 01:00:15,400
İntəhası bizim ondan və rəhbərlik etdiyi qurumdan istədiyimiz budur ki,

606
01:00:15,600 --> 01:00:19,170
həyat əhəmiyyətli məhsulların istehsalında ölkədə özünü təminetmə yaradılsın.

607
01:00:19,740 --> 01:00:24,020
Yəni bu məsələdə onun-bunun,

608
01:00:24,020 --> 01:00:28,740
“xaricdə buğda daha ucuzdur” və sair deyənlərin sözünə baxmayın. Biz özünü təminetmə səviyyəsinə çatmalıyıq;

609
01:00:28,880 --> 01:00:36,740
həyat əhəmiyyətli ərzaqlarla özümüz özümüzü təmin etməliyik.

610
01:00:37,170 --> 01:00:40,480
Aqronomlardan istifadə etmək lazımdır.

611
01:00:40,850 --> 01:00:50,370
Bir vaxt mən bunu cənab Ruhaniyə də demişdim; – səhv etmirəmsə, Həmədan səfəri idi –

612
01:00:51,110 --> 01:00:56,310
yoxlamalar aparan dostlarımız bizə məlumat verdilər ki,

613
01:00:56,480 --> 01:01:03,800
o ostanın müxtəlif bölgələrində kənd təsərrüfatında çox yaxşı rövnəqlənmə müşahidə olunur.

614
01:01:03,800 --> 01:01:08,770
Soruşanda məlum oldu ki, onlar gənc aqronomları işə cəlb ediblər;

615
01:01:09,310 --> 01:01:11,740
xoşbəxtlikdən, orda belə gənclərin sayı da çox idi.

616
01:01:12,340 --> 01:01:16,140
Aqronomlar gedib onlara kömək ediblər; camaat da sözlərinə qulaq asıb, nə deyiblərsə, ediblər.

617
01:01:16,540 --> 01:01:19,540
Bax bu, bu işə kömək edir. Bunun üçün planlama işləri aparmaq lazımdır;

618
01:01:20,050 --> 01:01:24,140
çox çətin bir iş də deyil. Bir çağırış etmək, savadlı aqronomları tapıb üzə çıxarmaq,

619
01:01:24,280 --> 01:01:26,880
fəaliyyət planı qurmaq, iş bölgüsü aparmaq lazımdır.

620
01:01:27,280 --> 01:01:32,050
Bu işi həyata keçirib onlardan istifadə etmək olar.

621
01:01:32,420 --> 01:01:36,480
Müasir texnologiyalardan istifadə; bayaq qeyd olunan su məsələsi –

622
01:01:36,480 --> 01:01:41,000
suların paylaşdırılması, necə deyərlər, sudan daha səmərəli istifadə – olduqca əhəmiyyətlidir.

623
01:01:41,400 --> 01:01:44,480
İdxalın qarşısının alınması; baxın, mən yenə də vurğulayıram.

624
01:01:44,620 --> 01:01:49,110
Siz deyirsiniz ki, idxalın qarşısını almısınız, amma bazarlarda hələ də xaricdən idxal olunmuş meyvələr var.

625
01:01:50,050 --> 01:01:56,540
Axı İran gedib özününkündən daha yaxşı meyvəni haradan gətirəcək?

626
01:01:57,880 --> 01:02:05,480
Bir vaxtlar mənim prezident olduğum dövrdə ərəb ölkələrindən birindən – ad çəkmirəm – bir nəfər gəlmişdi,

627
01:02:05,710 --> 01:02:11,740
mənə çox gözəl bir bağlamada xurma sovqat gətirmişdi.

628
01:02:13,020 --> 01:02:17,250
Dedim, hə, Kirmana cirə aparmaq bax buna deyərlər.

629
01:02:17,650 --> 01:02:22,940
Bizdə bu qədər xurma var – o müzafəti xurması, ölkənin cənubunda olan çeşidbəçeşid xurmalar;

630
01:02:22,940 --> 01:02:29,620
istər Fars ostanında, istər Xuzistanda, istər Bəlucestanda –

631
01:02:31,000 --> 01:02:34,110
bunlar durub bizə xurma gətiriblər; intəhası gözəl qablaşdırılmışdı.

632
01:02:34,110 --> 01:02:39,880
O vaxt mən həmin hədiyyəni parlamentə apardım,

633
01:02:40,340 --> 01:02:44,680
dedim, bu xurmanı bizim xurmalarla müqayisə edin!

634
01:02:45,250 --> 01:02:48,450
Bizim xurmalarımız bundan daha yaxşıdır, amma görün bunun nə gözəl qablaşdırması var.

635
01:02:49,020 --> 01:02:55,080
O vaxt bizdə xurmanı sadə həsir kisələrə tıxayıb

636
01:02:55,170 --> 01:02:58,650
ağzını bağlayır və elə o şəkildə də satışa çıxarırdılar! Əlbəttə ki, indi bir az yaxşıdır.

637
01:03:17,340 --> 01:03:20,650
Hər halda, meyvə idxalı lüzumsuz idxaldır.

638
01:03:21,170 --> 01:03:26,050
Daha çox Kənd Təsərrüfatı Nazirliyinə aid olan –

639
01:03:26,200 --> 01:03:30,480
amma təkcə o nazirliyin işi deyil – əsas məsələlərdən biri də kəndlərə diqqət yönəltməkdir.

640
01:03:31,050 --> 01:03:37,050
Yəni dövlət proqramlarında başlıca yerlərdən biri, doğrudan da, buna ayrılmalıdır;

641
01:03:37,280 --> 01:03:39,370
biz diqqətimizi kəndlərə yönəltməliyik.

642
01:03:39,820 --> 01:03:45,740
Müxtəlif illərdə bu barədə çox danışmışıq, amma bu iş əməli surətdə reallaşmayıb.

643
01:03:46,910 --> 01:03:52,450
Biz emal sənayesini kəndlərə, bəzi şəhərlərə aparmalıyıq.

644
01:03:52,540 --> 01:03:59,480
Mən Urmiyada gördüm, alma yerdə tökülüb qalmışdı! Dedilər, heç yığdırmağına dəymir,

645
01:03:59,620 --> 01:04:08,080
fəhlənin pulu bu almanın satışından əldə edəcəyimiz gəlirdən çoxdur;

646
01:04:08,880 --> 01:04:12,940
və ya şaftalı, ərik, əncir; emal sənayesi olmalıdır.

647
01:04:13,170 --> 01:04:18,220
Ölkəmizin bir çox müxtəlif bölgələrində belə meyvələrdən var və bəzi vaxtlar

648
01:04:18,420 --> 01:04:22,820
bağ sahiblərinə bu məhsulu yığdırmaq sərf etmir.

649
01:04:23,280 --> 01:04:27,050
Əgər bizdə emal sənayesi olsa, quruducular olsa,

650
01:04:27,850 --> 01:04:32,280
. yerlərdə bunlardan istifadə edə bilərik. Bu işi reallaşdırmaq lazımdır.

651
01:04:32,850 --> 01:04:37,340
Potensialımız da fövqəladə dərəcədə çoxdur; doğrudan da, fövqəladədir.

652
01:04:38,140 --> 01:04:42,650
İranşəhrdə mən pomidor gördüm, yemiş boyda!

653
01:04:44,510 --> 01:04:47,600
Xüsusi bir sort da deyildi; elə pomidorun boyu o boyda idi.

654
01:04:48,200 --> 01:04:58,250
Bəmpurla İranşəhr arasında bir bağ var idi – orda sürgündə olduğumuz zaman

655
01:04:59,140 --> 01:05:03,050
bizi dəvət etmişdilər – pomidor gətirdilər, yemiş boyda!

656
01:05:04,050 --> 01:05:07,250
Soğan gətirdilər, mənim yumruğum boyda!

657
01:05:07,510 --> 01:05:10,340
Yadımdadır, soğanı əlimə alıb

658
01:05:10,910 --> 01:05:13,820
dedim, mən bunu əlimlə ölçmək istəyirəm ki, başqa yerdə deyə bilim;

659
01:05:13,970 --> 01:05:14,800
bax mənim yumruğum boyda idi;

660
01:05:15,020 --> 01:05:18,200
əlimdə tutanda barmaqlarım qatlanmırdı.

661
01:05:18,620 --> 01:05:21,620
O böyüklükdə! Bizdə bunlar var.

662
01:05:22,820 --> 01:05:28,000
Ölkəmizin dörd bir yanında, bir çox yerlərdə bu imkanlar var.

663
01:05:28,420 --> 01:05:32,770
Kəndlərdə sənayenin inkişafına əhəmiyyət versək, kəndlərə əhəmiyyət versək,

664
01:05:32,770 --> 01:05:35,220
o bağ sahiblərinə əhəmiyyət versək,

665
01:05:36,710 --> 01:05:44,370
bütün bunlar kəndlərə, kəndlərdə və digər yerlərdəki yoxsul insanlarımıza ən gözəl xidmət olar.

666
01:05:44,650 --> 01:05:50,620
Mən burda mədən sektorunu da qeyd etmişəm, amma daha vaxt qalmayıb

667
01:05:51,200 --> 01:05:54,570
(cənab Nemətzadənin də üstünə çox getməyək!)

668
01:05:56,000 --> 01:05:59,200
Mənə verilən məlumata görə,

669
01:05:59,770 --> 01:06:05,540
biz ölkənin dağ-mədən ehtiyatının maksimum 15 faizini hasil edirik.

670
01:06:07,110 --> 01:06:16,740
15 faiz! Dağ-mədən sənayesini neft üçün analoqa çevirmək lazımdır; yəni doğrudan da, buna nail olmalıyıq.

671
01:06:16,740 --> 01:06:23,020
İllər öncə – səhv etmirəmsə, 20 il bundan qabaq idi – o vaxtkı hökumətdə mən demişdim;

672
01:06:23,110 --> 01:06:26,200
biz elə etməliyik ki, nə vaxt istəsək,

673
01:06:26,600 --> 01:06:28,940
neft quyularımızın ağzını bağlaya bilək.

674
01:06:29,770 --> 01:06:35,540
Nə müştərinin azlığından qorxaq, nə bazarların olmamağından qorxumuz olsun,

675
01:06:35,680 --> 01:06:41,280
nə də neftdən gəlir gəlməməyindən; buna nail olmalıyıq.

676
01:06:42,970 --> 01:06:48,480
Bu haqda, doğrudan da, ciddi fikirləşmək lazımdır; neft üçün əvəzedici tapmaq lazımdır.

677
01:06:48,620 --> 01:06:50,850
Görürsünüz neft sahəsində vəziyyət nə yerdədir?!

678
01:06:51,480 --> 01:06:58,110
Böyük dövlətlərin və regiondakı murdar ünsürlərin bir-birinə bir işarə etməsi ilə

679
01:06:58,110 --> 01:07:01,600
neftin qiyməti qəflətən 100 dollardan 40 dollara düşür!

680
01:07:02,200 --> 01:07:06,880
100 dollardan başlayıb indiki qiymətinə qədər düşməyi heç bir neçə aydan çox çəkməyib!

681
01:07:07,800 --> 01:07:09,940
Elə buna görə də neftə etibar etmək olmaz;

682
01:07:10,200 --> 01:07:15,310
ölkə iqtisadiyyatının müqəddəratını,

683
01:07:15,540 --> 01:07:19,680
bir ölkənin güzəranını belə bir şeydən asılı etmək olmaz.

684
01:07:21,770 --> 01:07:26,170
Neft bizimdir, amma ixtiyarı özgələrin əlindədir,

685
01:07:26,940 --> 01:07:29,450
gəliri də daha çox başqalarına çatır.

686
01:07:29,570 --> 01:07:33,280
Bizim neftin ixracından əldə etdiyimizdən çox

687
01:07:33,280 --> 01:07:38,480
Avropa və ya başqa bir yerdə o nefti idxal edən ölkə qazanır;

688
01:07:38,600 --> 01:07:42,570
hansı ki vergi tutur, başqa şeylər alır. Biz neftimizi verib pul alırıq,

689
01:07:42,970 --> 01:07:46,820
onlarsa nefti bizdən alıb öz əhalisindən də pul qazanır.

690
01:07:47,080 --> 01:07:50,650
Həmin dövlətlərin neftin satışından əldə etdiyi gəlir bizdən çoxdur.

691
01:07:51,000 --> 01:07:54,710
Baxın, nə qədər ziyanlı bir alış-verişdir.

692
01:07:55,710 --> 01:07:59,540
Əlbəttə, müəyyən məqamlarda biz neft hasil etməyə məcburuq, başqa çarəmiz yoxdur,

693
01:07:59,540 --> 01:08:02,200
amma mən ixracatın, istehsalın həcmindəki artımla bağlı

694
01:08:02,310 --> 01:08:10,200
statistikanı eşidəndə, doğrudan da, qanım qaralır.

695
01:08:10,680 --> 01:08:17,540
Həmişə düşünürəm ki, biz neftə bir əvəzləyici tapmalıyıq.

696
01:08:18,510 --> 01:08:25,310
Odur ki əgər neftə analoq tapmaq istəyiriksə, dağ-mədən sənayesi ən yaxşı variantlardan biri ola bilər.

697
01:08:26,110 --> 01:08:30,970
Mədən sahəsində də xammal satışından kəskin surətdə çəkinmək lazımdır.

698
01:08:31,420 --> 01:08:35,970
Bizdə dəyərli faydalı qazıntılar var.

699
01:08:36,340 --> 01:08:41,650
Kirman ostanında, yaxud Xorasanın cənubunda həddən artıq bahalı daşlar var.

700
01:08:41,650 --> 01:08:45,570
Biz o daşları çıxarıb İtaliyaya göndərək,

701
01:08:45,850 --> 01:08:51,570
onlar da məhsula çevirib əlavə dəyərini bir neçə qat qaldırsınlar,

702
01:08:51,770 --> 01:09:00,080
çox güman, elə bizim özümüzə də göndərsinlər, ölkəyə ixrac etsinlər –

703
01:09:00,480 --> 01:09:07,800
bu, adama çox ağır gəlir. Odur ki mühüm məsələlərdən biri də budur.

704
01:09:09,310 --> 01:09:14,110
Mənim fikrimcə, dağ-mədən sferasında da özəl sektorun rolu mühüm ola bilər.

705
01:09:14,510 --> 01:09:18,450
Ostanlar – mənim aldığım məlumata görə –

706
01:09:18,450 --> 01:09:24,050
ostan başçıları, bu qəbildən olan insanlar da bildirir ki, özəl sektoru

707
01:09:24,400 --> 01:09:27,450
mədən sənayesinə və bəzi digər sahələrə cəlb edə bilərlər.

708
01:09:27,570 --> 01:09:31,200
Su məsələsi də – mən burda qeyd etmişəm – çox önəmlidir.

709
01:09:31,370 --> 01:09:36,740
Cənab Çitçiyan tamamilə doğru olaraq vurğuladı. Yeraltı sular mövzusunda konfrans, doğrudan da, çox mühümdür.

710
01:09:37,280 --> 01:09:42,050
Deyirsiniz ki, proqram hazırlamısınız, amma bu, kifayət deyil –

711
01:09:42,250 --> 01:09:45,450
proqram hazırlanması işin 50, bəlkə ondan da az faizidir –

712
01:09:46,020 --> 01:09:49,140
o proqramın ardınca hərəkətə keçmək, iş görmək lazımdır.

713
01:09:49,200 --> 01:09:52,970
Əlbəttə ki, əlhəmdulillah, siz belə işlərə yaxşı bələdsiniz.

714
01:09:53,480 --> 01:10:00,220
Suya qənaət eməkdən əlavə, suvarmanın optimallaşdırılması, hər bölgə üçün səmərəli əkin modelinin seçilməsi

715
01:10:00,570 --> 01:10:04,510
də əhəmiyyət daşıyır. Son olaraq mən 6-cı inkişaf proqramı məsələsinə toxunmaq istəyirəm;  hansı ki, artıq gecikir.

716
01:10:05,370 --> 01:10:10,910
6-cı inkişaf proqramını, inşallah, mümkün qədər tez

717
01:10:11,020 --> 01:10:15,820
və qeyd etdiyimiz kimi, müqavimət iqtisadiyyatına tamamilə uyğun bir şəkildə işləyib hazırlamalı

718
01:10:16,220 --> 01:10:18,600
və parlamentə təqdim etməlisiniz.

719
01:10:18,770 --> 01:10:30,970
Çünki düşünürəm, bu il bu sənəd təsdiq edilməli və mümkün qədər tez bir zamanda bu iş reallaşdırılmalıdır.

720
01:10:31,140 --> 01:10:35,770
Parlamenti də işə qoşun, cəlb edin,

721
01:10:35,910 --> 01:10:41,650
qoy parlamentdəki dostlarımız da ciddi surətdə bu işlə məşğul olsunlar. İnşallah ki, bacaracaqsınız.

722
01:10:42,880 --> 01:10:46,220
İnşallah, Allah-taala yardımçınız olsun.

723
01:10:47,140 --> 01:10:53,000
“Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən odur”. (“Fəth” surəsi, 4-cü ayədən)

724
01:10:53,820 --> 01:10:58,000
Allah-taala hamımızın qəlbinə bir sakitlik, arxayınlıq bəxş etsin.

725
01:10:58,450 --> 01:11:07,850
Bu sakitlik zehnin, düşüncənin necə deyərlər tufanlar,

726
01:11:08,110 --> 01:11:14,510
təlatümlər içində olmasının tam əksidir və bu, insanda imanın da artmasına səbəb olur.

727
01:11:14,570 --> 01:11:17,080
لِيَزدادوا ايمانًا مَعَ ايمانِهِم

728
01:11:17,480 --> 01:11:18,770
Yəni o sakitlik imanın artmasına yol açır.

729
01:11:18,970 --> 01:11:22,850
Rahatlıq, arxayınlıq da Allahın qüdrətinə etimaddan doğur. Elə buna görə də ardınca buyurur:

730
01:11:22,940 --> 01:11:27,680
“Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır”.

731
01:11:27,940 --> 01:11:33,420
İnşallah, Allah-taala yardımçınız olar. O ki qaldı bizə, həmişə sizin üçün dua edirik.

732
01:11:34,310 --> 01:11:40,820
Və xalq üçün çalışmaq, Allah yolunda çalışmaq, ixlasla işləmək də

733
01:11:41,710 --> 01:11:45,880
hamımızın fikrində olsun,

734
01:11:46,140 --> 01:11:49,370
Allah-taala da, inşallah, bərəkət versin, qəbul etsin.

735
01:11:50,140 --> 01:11:53,110
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.